Məhkəmə qərarları › İş №1(099)-168/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-168/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-168/2024 25.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli şəhər, S.Babayev küçəsi ev 20 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,755 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, 11 mart 2023-cü il tarixdə saat 13 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, S.Babayev küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 13:20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol ön cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,755 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, tutulmamışdan 6-7 ay əvvələ kimi narkotik vasitə marixuanadan istifadə etmişdir. Lakin sonradan heç bir narkotik vasitə istifadə etməmişdir. 11 mart 2023-cü il səhər saat 11-12 radələrində polis əməkdaşları yaşadığı məhəllədən onu tutub şöbəyə aparmışlar. Şöbədə isə onu bir az gözlətdikdən sonra cibinə bir bükümdə narkotik vasitə heroin ataraq, üzərinə baxış keçirilmişdir. Baxış zamanı həmin büküm üzərindən çıxmışdır. Sonra isə yaşadığı evə aparıb həyətlərində əvvəllər dükan kimi fəaliyyət göstərən köhnə tikilidən isə narkotik vasitə marixuana aşkar etmişlər. Həmin marixuana da polis əməkdaşları tərəfindən ora qoyulmuşdur. Aşkar olunmuş narkotiklərin ona heç bir aidiyyəti olmamış, bunu polis şöbəsində də bildirmişdir. Polis şöbəsində olarkən döyülməmiş, lakin yüngül təzyiq edilmiş, ona bir təpik vurmuşlar. Şöbədə narkotik vasitəni cibinə Fuad adlı polis əməkdaşı qoymuşdur. Axtarış zamanı demişlər ki, cibində nə varsa çıxar stolun üstünə qoy, o isə cibindən siqaret, alışqanı çıxarmış, bir də həmin bükümü stola qoymuşdur. Fuad narkotiki cibinə qoyarkən etiraz etmiş, lakin əli qandallı olduğundan başqa heçnə edə bilməmişdir. Videoçəkiliş zamanı vəkilə də bu barədə demişdir. Sənədlərə isə savadsız olduğundan istifadə edib, başqa şey adı altında qol çəkdiriblər. Müstəntiqə isə ifadə vermiş, ona qarşı heç bir təsir təzyiq göstərilməmiş, müstəntiqə nə demişsə onu da yazmışdır. Telefonunda aşkar edilmiş smsləri isə qonşuluqda olan cavan uşaqlar yazmışdır. Özü günahsızdır, narkotiki polislər cibinə atıb, azadlığa çıxmağını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, o, narkotik vasitələrin “nəşə” adlanan qurudulmuş marixuana növündən istifadə etmişdir. Təxminən 3-4 aydır ki, heç bir narkotik vasitədən istifadə etmir. Hadisə ilə bağlı qeyd etmişdir ki, 11 mart 2023-cü il tarixdə günorta radələrində yaşadığı İmişli şəhəri S.Babayev küçəsində yerləşən körpünün üzərində gəzişən vaxt polis əməkdaşları onu saxlayıb İmişli rayon polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşlarına etiraz etməmişdir və onlar birlikdə polis şöbəsinə getmişlər. Orada xidməti otaqların birində qanunla qorunan hüquqlarımı müdafiə etməsi üçün İmişli şəhər hüquq bürosundan vəkil Fəyyaz Quliyev dəvət edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olub-olmaması soruşulmuşdur. Daha sonra baxış keçirilmiş və əynindəki gödəkçənin ciblərini özü yoxlayarkən gödəkçənin ön cibindən narkotik vasitə çıxmışdır. Polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni qablaşdırıb, üzərinə möhür vurmuşlar. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin aşkar edilməsi barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəlişlər olmadığı üçün imzalanmışdır. Ancaq onun həmin narkotik vasitənin cibində olmasından xəbəri olmamışdır. Həmin narkotik vasitəni sonradan adını öyrəndiyi Teymur və Fuad adlı polis əməkdaşlarından hansısa biri atmışdır. Daha sonra onun evinə baxış keçirilməsi təklif olunanda o, özünə güvəndiyi üçün, yəni evində narkotik vasitə və ya digər qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığından evinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə onun yaşadığı İmişli şəhəri, S.Babayev küçəsi ev 20 ünvanına getmişlər və orada evinin həyətindəki əvvəllər mağaza kimi fəaliyyət göstərən, hazırda isə istifadə olunmayan köməkçi tikiliyə baxış keçirildikdə həmin tikilidə böyük bir torbada narkotik vasitə çıxmışdır. Lakin qeyd etmişdir ki, həmin aşkar olunan içərisində narkotik vasitə olan torbanı Teymur, Elvin və İlqar adlı polis əməkdaşlarından hansısa biri qoymuşdur. Bunu ona görə demişdir ki, qardaşı Laçın ona demişdir ki, polis əməkdaşları o, evdə olmayanda onun həyətinə keçmişdir. Həmin tikilidə tapılmış şpiristlər, qəlyanlar əvvəllər həmin tikilidə qalmış hal-hazırda narkotik vasitə satması ilə bağlı həbsdə olan Şahid7 məxsusdur. Belə ki, o, Seymuru məktəb vaxtından tanıyır. Seymurla münasibəti olmuşdur. Seymurun yaşayış yeri olmadığı üçün o, Seymura qeyd etdiyi tikilidə qalması üçün icazə vermişdir. Zənn etmişdir ki, həmin şpristlər və qəlyanlar həmin vaxtdan Seymurdan qalmışdır. Təqsirləndirilən şəxs əlavə ifadəsində xx.xx.2022-ci il tarixdə saat 01:44:09-da X4 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “gelecem indi goturmemisem” məzmunda mesaj yazılması barədə Səbaili rayon uşağı kimi tanıdğını, mesajdan isə xəbəri olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:35:52-də ***-***-**-** saylı mobil nömrədən X7 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəyə “MAL İSDEYİRSEN 38MDAN İNDİ GEDİREM VİR SOZ DE EMİNEDİ” məzmunda mesaj yazılması barədə həmin mesajı xatırladığını, yəqin ki, Əminə Əhsən qızının yazdığını göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:38:38-də X2 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat siz meni tam tanimirsiz nece bir adamamsa men ozume yaxin bilib borc kimi istedim sizden men bu gun helede o ograwlaa davadayam” məzmunda mesaj yazılması barədə həmin mesajdan xəbərinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:14:33də X3 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamun, xeyr, qaqa, evdayam, dansamiram, gec, oldu, deynan, galdim, obiri, duzalir, lazimdisa, duzalir.” məzmunda mesaj yazılması barədə həmin mesajı xatırlamadığını, Orxanı isə “Yeni evlənənlər” adlanan kafedən tanıdğını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 06:59:50-də X6 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “elmadim adaWA de menim.q apma getirme men tapmiwam rayona nesa olsa bela de” məzmunda mesaj yazılması barədə X8 tanımadığını, mesajı isə xatırlamadığını bildirirərək, rayon uşaqlarından hansısa biri həmin şəxsin kart hesabına pul vurmaq üçün ona pul verdiyini və onun da 100 və 150 manat pulu həmin şəxsin kart hesabına göndərdiyini qeyd etmişdir. Lakin həmin şəxsi tanımır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini tam təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, Fərəcovu tanıyır, belə ki, Fərəcov ona qalmağa yeri olmadığından həyətlərində olan kiçik tikilidə yaşaması üçün icazə vermişdir. Həmin yerdə bir müddət yaşadıqdan sonra orada da tutulmuşdur. Özü orada yaşayarkən isə narkotik vasitələrdən istifadə etmişdir. Elə bu səbəbdən də tutulmuşdur. Özü yaşadığı müddət ərzində Fərəcov heç vaxt onun yanına gəlməyib, çünki həmin yerdə yaşadığı bir şəxs də olub. Elməddin onunla birlikdə heç vaxt narkotik istifadə etməyib, eyni zamanda narkotik vasitə istifadə etməsindən də məlumatı olmayıb. Həmin tikilidən aşkar edilən, şpris və.s əşyalar da ola bilsin ki, özü orada yaşayarkən narkotik istifadə etdiyindən həmin vaxtdan qalmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, hazırda İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 mart 2023-cü il tarixdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur ki, İmişli şəhər sakini Elməddin adlı şəxs üzərində narkotik vasitə olan heroin gəzdirir, narkotik vasitə olan marixuananı yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə gizlədərək saxlayır və həmin tarixdə saat 12:45 radələrində İmişli şəhər, S.Babayev küçəsində olacaqdır. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi İmişli şəhəri S.Babayev küçəsi müşahidəyə götürülmüşdür və saat 12:45 radələrində S.Babayev küçəsində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək İmişli RPŞ-ya dəvət etmişlər və polis şöbəsində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə, video-çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt Fərəcov üzərində qanunla qadağan olunmuş hər hansısa bir predmet və əşya olmadığını bildirmişdir və sadəcə şəxsi əşyalarının olduğunu qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü ciblərində olan şəxsi əşyalarını çıxararaq stolun üzərinə qoymuşdur. Daha sonra əynindəki qara rəngli gödəkçənin sol ön cibinə baxarkən həmin cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellefon büküm çıxarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bükümün özünün olmadığını bildirmişdir. Həmin kütlə Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə qablaşdırılıb götürülmüş, lakin Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Bundan sonra həmin gün İmişli şəhər, S.Babayev küçəsi ev 20-də yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra video-çəkiliş vasitəsi ilə onun, digər polis əməkdaşlarının, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı S.Babayev küçəsi ev 20 ünvanında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yarımtikilinin içərisinə qoyulmuş divanın (kreslonun) altında, yəni arxa tərəfində bir ədəd böyük ölçülü, ağ rəngli sellofan torba aşkar edilmişdir və həmin torbanın içərisi açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş əşyalar və narkotik vasitəyə oxşar kütlələr qablaşdırılaraq götürülmüşdür. Həmin kütlənin də özünə aid olmadığını bildirmişdir. Onun üzərinə Fuad adlı polis əməkdaşı tərəfindən narkotik vasitə qoyulmamış, ona qarşı heç bir təzyiq və ya təsir göstərilməmişdir, onu bu barədə bildirdikləri tamamilə yalandır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı S.Babayev küçəsi ev 20 ünvanında baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı evin həyətində Təqsirləndirilən şəxs oturubdurduğu bir otaqlı tikilidən müxtəlif əşyalar, narkotik istifadə etmək məqsədilə su qabından düzəldilmiş qablar, orada olan köhnə kreslonun arxasından isə bir ədəd ağ rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisi açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin NMQın əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 mart 2023-cü il tarixdə Elməddin adlı şəxsin üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar tədbir keçirilmiş, həmin Elməddin yaşadığı küçədə tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə onun üzərinə müdafiəçinin iştirakı və video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, üzərindən bir bükümdə heroinə bənzər maddə aşkar edilmişdir. Elməddin həmin vaxt bükümün ona aid olmadığını bildirmişdir. Ona qarşı heç bir təsir və ya təzyiq olunmamışdır. Həmin bükümü özü çıxarmamış, təhqiqatçı tərəfindən axtarış keçirilərkən aşkar olundu, kimin aşkar etməsi video-çəkilişdə var hazırda onu xatırlamır. Onun üzərinə Fuad adlı polis əməkdaşı narkotik qoymayıb. Şəxsi axtarışın keçirilməsini özündə əks etdirən video-görüntülər nümayiş etdirildikdən sonra Şahid1 verilmiş suallara cavab olaraq, şəxsi axtarışı bir yerdə keçirdiklərini, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub-olmamasından əvvəlcədən məlumatı olmadığını bildirmiş, lakin hansı səbəbdən şəxsi axtarış zamanı təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim edərkən, ilk əvvəl onun əynində olan gödəkçənin sol ön cibinə, daha sonra sol yan cibinə əlini uzadıb, sonra geri çəkməsinin, eləcə də təhqiqatçı tərəfindən heç bir göstəriş verilmədən bir anlıq təqsirləndirilən şəxsin üzərində axtarış etmək istəməsinin və ona təkidlə üzərində nə var çıxar qoy sözlərini deməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. 11 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hadisənin üzərindən bir ilə yaxın vaxt keçib, dəqiq xatırlaya bilmir. Şəxsi axtarışda onun üzərindən bir büküm heroin, kartlar aşkar edilmiş, narkotikin özünə məxsus olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində köməkçi tikiliyə baxış keçirilmiş, baxış zamanı oradan qəlyan, şpristlər və köhnə kreslonun altından torbada narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Fərəcov həmin narkotikin də ona aid olmadığını bildirmişdir. Elməddinin qardaşı onun yaxın dostudur, onunla heç bir düşmənçiliyi yoxdur. Daha sonra tərəfindən müvafiq sənədləşdirmələr aparılaraq iş istintaq təhvil verilmişdir. Elməddinin qardaşı evinə baxış zamanı orada olmuşdur. Şəxsi axtarış zamanı isə narkotik vasitəni əməliyyatçı üzərindən çıxarmışdır. Adətən predmeti qablaşdırmaq üçün zərfi öncədən yazır, zərfin üzərində iştirakçıların adını qeyd edir, üzərindən nəsə aşkar edilərsə isə həmin yeri boş saxlayaraq, o an qeyd edir. Hazırki işlə bağlı isə zərfin üzərini video-çəkiliş zamanı yazmışdır. Şəxsi axtarışın keçirilməsini özündə əks etdirən video-görüntülər nümayiş etdirildikdən sonra Şahid5 verilmiş suallara cavab olaraq, videogörüntülərdə aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfin üzərinin tərəfindən həmin vaxt tam yazılı olaraq iştirakçılara təqdim edib imzalatdırmasının səbəbini isə video-çəkiliş gedə-gedə zərfin üzərini yazması ilə əsasladırmağa çalışsa da, belə bir görüntülər aşkar edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. İşdə olan, İmişli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, İmişli şəhər sakini Elməddin adlı şəxsin üzərində narkotik vasitə olan heroin gəzdirərək və narkotik vasitə olan marixuananı yaşadığı evin həyətyanı sahəsində yerləşən yarım tikilisində saxlaması və həmin tarixdə saat 12:45 radələrində İmişli şəhəri S.Babayev küçəsində olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Elməddin adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair İmişli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 27-28) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü ciblərində olan bir ədəd "vest" markalı siqaret, iki ədəd biri qırmızı, digəri göy rəngdə olan alışqan, iki ədəd kapital banka, bir ədəd isə kredit evinə maxsus debit kartlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd ətir, bir ədəd təsbeh, bir ədəd konfet, bir ədəd ***-***-**-** saylı mobil nömrəyə 1 manatlıq kontur yükləməsi ilə bağlı qəbz, iki ədəd X9 biri 100, digəri 150 manat pul göndərməsi ilə bağlı qəbzlər, iki ədəd kapital banka ödəniş qəbzi, bir ədəd üzərində qaz rəsmi olan salfetka, 6 ədəd üzərində mobil nömrələr qeyd olunmuş kağızlar və 3 ədəd siqaretin falqasını çıxararaq stolun üzərinə qoymuşdur. Daha sonra əynindəki qara rəngli gödəkçənin sol ön cibindən bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olan sellefon büküm çıxarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bükümün özünün olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. (c İ, i.v 29-31) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun evində narkotik vasitə yoxdur, bu barədə özünə güvənir, ona görə də evinə baxış keçirilməsinə etiraz etmir. (c İ, i.v 33) İşdə olan, 11 mart 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində sol tərəfdə yerləşən köməkçi tikilinin giriş hissəsində sağ tərəfində taxtanın üzərinə qoyularaq divara söykənmiş güzgünün arxasında 2 ədəd etil spirti plastik qabında hazırlanmış 2 ədəd qəlyan aşkar edilmişdir. Həmin qabların üzəri falqa ilə örtülü, yan tərəflərinə deşik açılaraq siqaret və kontur kağızı keçirilmişdir, həmin taxtanın üzərindən 1 ədəd yapışdırıcı (super kley) və yarı hissəsi yanmış vəziyyətdə olan qara rəngli üzərində mobil nömrə və batareyası olmayan “Katel” markalı telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra baxış davam etdirilmişdir və həmin tikilinin tavanı yarı qırıq vəziyyətdə olduğundan tavanla şiferin arasındakı boşluğa baxış keçirən zaman oradan üzərində “MEDORA” sözləri yazılmış, 5 ədəd 1 ml-lik 100-lük insulin şpristi, bir ədəd uc hissəsi sındırılmış flakon şüşə qab, bir ədəd içərisində 15 qramlıq üzərində “premium spices” sözləri yazılmış limon turşusu (duzu) olan “West” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş və köməkçi tikilinin giriş hissəsində solda, ön hissədə qoyulmuş divanın (kreslonun) altında, yəni arxa tərəfində bir ədəd böyük ölçülü, ağ rəngli sellofan torba aşkar edilmişdir və həmin torbanın içərisi açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş əşyalar və narkotik vasitəyə oxşar kütlələr qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 34-37) İşdə olan, materialların məhkəmə və məhkəmə-bioloji ekspertizasının 12 mart 2023cü il tarixli, 18/295-18-296 nömrəli rəyindən görünür ki: 1.Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: "...Təqsirləndirilən şəxs həyətindəki tikilidən..." sözləri yazılmış və imzalar olan 1 ədəd polietilen torbadakı təmiz çəkisi-2315,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2.Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs üstündən..." sözləri yazılmış ve imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-7,755 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Marixuananın təmiz çəkisi 2315,0 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-2314,9 qram, heroinin təmiz çəkisi 7,755 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-7,705 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 43-46) İşdə olan, 12 mart 2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsatları Şahid3 üzünə deyərək bir daha təsdiq etmişdir. (c İ, i.v 69-72) İşdə olan, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (c İ, i.v 73-74) İşdə olan, 13 mart 2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsatları Şahid2 üzünə deyərək bir daha təsdiq etmişdir. (c İ, i.v 84-86) İşdə olan, 13 mart 2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsatları Şahid1 üzünə deyərək bir daha təsdiq etmişdir. (c İ, i.v 87-90) İşdə olan, 13 mart 2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsatları Şahid4 üzünə deyərək bir daha təsdiq etmişdir. (c İ, i.v 91-93) İşdə olan, xx.xx.2023-cü il tarixli, 4(036)-17/2023 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 mart 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 108-109) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 123-124) İşdə olan, 10 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:44:09-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “gelecem indi goturmemisem”, xx.xx.2022-ci il tarixdə saat 17:35:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “MAL İSDEYİRSEN 38MDAN İNDİ GEDİREM VİR SOZ DE EMİNEDİ”, xx.xx.2023-cü il tarixdə saat 22:38:38-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Brat siz meni tam tanimirsiz nece bir adamamsa men ozume yaxin bilib borc kimi istedim sizden men bu gun helede o ograwlaa davadayam”, xx.xx.2023-cü il tarixdə saat 23:14:33də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamun, xeyr, qaqa, evdayam, dansamiram, gec, oldu, deynan, galdim, obiri, duzalir, lazimdisa, duzalir.”, xx.xx.2023-cü il tarixdə saat 06:59:50-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “elmadim adaWA de menim.q apma getirme men tapmiwam rayona nesa olsa bela de” məzmunda mesajlar yazılmışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin X4 adına, ***-***-**-** saylı mobil nömrənin X7 adına, ***-***-**-** saylı mobil nömrənin X2 adına, ***-***-**-** saylı mobil nömrənin X3 adına, ***-***-**-** saylı mobil nömrənin X6 adına qeydiyyatda olması müəyyən edilmişdir. (c İ, i.v 127) İşdə olan, İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası və qardaşlarından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (c İ, i.v 132-133) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 3616 nömrəli rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 134-135) İşdə olan, 20 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, ekspertiza tətqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 2314,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 7,705 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c İ, i.v 144-154) İşdə olan, 23 iyun 2023-cü ildə İmişli RPŞ-nin İB-nin müstəntiqi İsa Əlizadə tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham elan edilmişdir. (c İ, i.v 163-174) İşdə olan, İmişli rayon prokuroru Valeh Səmədovun 28 iyun 2023-cü il tarixli cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün yazılı göstərişlə müstəntiqə qaytarılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaqın aparılması üçün İmişli RPŞ-nin İB-nin müstəntiqi İsa Əlizadəyə qaytarılması, cinayət işi üzrə İmişli RPŞ-nin İB-nin müstəntiqi İsa Əlizadənin sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. (c İ, i.v 180-188) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs kimlərə narkotik satması və üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda, yəni 7,755 qram çəkidə narkotik vasitə olan heroini və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş külli miqdarda, yəni 2315,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilmə tarixini və mənbəyini müəyyən etmək məqsədi ilə tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. (c İ, i.v 218) İşdə olan, materialların məhkəmə ekspertizasının 23 avqust 2023-cü il tarixli, 18/837 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış kağız paketdə: 1 ədəd ağzı açıq paketdə təmiz çəkisi- 18,155 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir; 2 ədəd 1,0 ml-lik şprisdə, 2 ədəd “qəlyan”da, 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada narkotik vasitə heroinin izi vardır; iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və hər hansı bir maddə ilə eyniliyini müəyyən etmək mümkün deyildir; 3 ədəd 1,0 ml-lik şprisdə və siqaret qutusunda narkotik vasitə və psixotrop maddə izi aşkar olunmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İİ, i.v 51-54) İşdə olan, 15 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, ekspertiza tətqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 2314,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 7,705 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c İİ, i.v 73-93) İşdə olan, 23 sentyabr 2023-cü ildə İmişli RPŞ-nin İB-nin müstəntiqi İsa Əlizadə tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham elan edilmişdir. (c İİ, i.v 105-119) İşdə olan, İmişli rayon prokuroru Valeh Səmədovun 28 sentyabr 2023-cü il tarixli ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək haqqında qərarından görünür ki, cinayət işi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2315,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı İmişli şəhəri, S.Babayev küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə saxlaması xüsusatı üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsindən onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2315,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı İmişli şəhəri, S.Babayev küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə saxlamasına dair bəndlərin xaric edilməsi və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək, bu dəyişikliklərlə ittiham aktının təsdiq olunması qərara alınmışdır. (c İİ, i.v 123-132) Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1.1-ci maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 mart 2023-cü il tarixli videoçəkilişlə aparılan protokol olmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra saat 13:20-də xidməti otaqda videoçəkilişlə onun üzərində təhqiqatçı Şahid5 tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtraşın keçirilməsinə dair video görüntürlərin 01:15 dəqiqəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bildirilir ki, “biz sizin üzərində şəxsi axtarış aparmazdan əvvəl sizə izah edirik ki, üzərinizdə qanunla qadağan olunmuş hər hansı əşya, eyni zamanda narkotik vasitə varsa zəhmət olmasa təqdim edin. Əgər yoxdursa biz sizin üzərinizdə şəxsi axtarış aparacayıq”. Bu zaman Təqsirləndirilən şəxs “xeyr yoxdur” cavabını verir. Bu zaman Təqsirləndirilən şəxs sol tərəfində dayanmış əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs video görüntünün 01:28 dəqiqəsində “cibini çıxartda” sözləri deyilir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın hər iki yan cibini çıxarıb çevirir, yenə əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs video görüntünün 01:34 dəqiqəsində “nə var çıxart qoy” sözləri, təhqiqatçı Şahid5 tərəfindən isə “üzərində nə varsa zəhmət olmasa qoy stolun üzərində” sözləri deyilir. Təqsirləndirilən şəxs isə şalvarın arxa ciblərindən və əynindəki gödəkçəsinin ön ciblərindən və sol yan cibində bir ədəd "vest" markalı siqaret, iki ədəd biri qırmızı, digəri göy rəngdə olan alışqan, iki ədəd kapital banka, bir ədəd isə kredit evinə maxsus debit kartlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd ətir, bir ədəd təsbeh, bir ədəd konfet, bir ədəd ***-***-**-** saylı mobil nömrəyə 1 manatlıq kontur yükləməsi ilə bağlı qəbz, iki ədəd X9 biri 100, digəri 150 manat pul göndərməsi ilə bağlı qəbzlər, iki ədəd kapital banka ödəniş qəbzi, bir ədəd üzərində qaz rəsmi olan salfetka, 6 ədəd üzərində mobil nömrələr qeyd olunmuş kağızlar və 3 ədəd siqaretin falqasını çıxararaq stolun üzərinə qoyur və “heç bir şey” sözlərini deyir, bu hərəkətləri edərkən isə sonuncunun yanında dayanmış əməliyyat müvəkkili Şahid1 video görüntünün 02:16 dəqiqəsində ani olaraq əlini əvvəlcə Təqsirləndirilən şəxs gödəkçəsinin sol ön cibinə daha sonra sol yan cibinə uzadır, daha sonra əlini geri çəkir, bundan sonra təhqiqatçı tərəfindən “zəhmət olmasa üzərində axtarış aparın” sözləri deyilir və Şahid1 əllərini yuxarı qaldırır. Bundan sonra videoçəkilişi aparan şəxs video görüntünün 02:20 dəqiqəsində (nəzərə almaq lazımdır ki, istintaq hərəkətinin videoçəkilişi kim tərəfindən həyata keçirilməsi təhqiqatçı tərəfindən elan edilmir, həmin şəxsin kimliyi isə naməlumdur) əlini uzadaraq işarə edir, bu zaman Şahid1 həmin şəxsə tərəf baxır və həmin şəxs “qoy özü baxsın, nə var çıxartsın” sözlərini deyir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol ön cibinə bir daha baxır və video görüntünü çəkən şəxsə baxaraq, video görüntülərin 02:24 dəqiqəsindən sonra isə əməliyyat müvəkkili Şahid1 və digərləri təkidlə “çıxartda, nə var çıxart sözlərini” birlikdə deyir. Bu zaman isə Təqsirləndirilən şəxs etiraz edərək, “bunu belə eləməyin də” sözlərini deyir, yenə Şahid1 uca səslə “çıxart qoy ora da nəyin varsa” sözlərini deyir. Təqsirləndirilən şəxs isə əllərini yanına salaraq “bunu belə eləməyində rəis, məndə belə şey olmayıb axı” sözlərini deyir, ətrafdan isə Şahid1 və digərləri “zəhmət olmasa nə var çıxart qoy, sənin pencəyivi çıxardıblar?” sözləri deyilir. Təqsirləndirilən şəxs isə cavabında “bayaqları əlini (Şahid1 uzadıb göstərərək), saldı cibimə atdı cibimə” sözlərini deyir, polis əməkdaşları isə “aydınlaşdıraraq çıxart qoy ora” sözlərini deyir. Təqsirləndirilən şəxs isə etiraz edərək, “bunu nəyə çıxardıram, məndə olmayıb axı” sözlərini deyib gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü çıxarıb əlində tutur. Polis əməkdaşları və Şahid1 isə təkidlə və uca səslə “çıxart qoy, ə bura qoy, stolun üstünə qoy” sözlərini deyir, Təqsirləndirilən şəxs isə həmin bükümü stolun üzərinə qoyaraq “and olsun allaha bu mənim deyil, mən buna yiyəlik eləmiyəcəm, əlini Şahid1 uzadıb göstərərək isə bayaqlarım zajqalkanı götürdün atdın cibimə sən, əlim bağlıydı da, hə sən atdın cibimə allah haqqı, quran haqqı sən atdın cibimə, məndə elə şey olmayıb dədəmin goru haqqı, qurana and olsun dədəmin goru haqqı məndə elə şey olmayıb” sözlərini deyir. Bu sözləri deyərkən isə video görüntünün 03:23 dəqiqəsində təhqiqatçı Şahid5 əlindəki zərflə masasından Təqsirləndirilən şəxs bükümü üzərinə qoyduğu masaya yaxınlaşır Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları sadalayır və masadakı bir ədəd bükümü götürərək, “bir ədəd şəffaf sellofana bükülmüş büküm, nədisə göndərəciyik ekspertizaya bilinəcək” sözlərini deyərək, üzəri tam olaraq yazılı olan (əvvəlcədən yazılmış və hazırlanmış) zərfin içərisinə qoyur və qablaşdırır. Həmin vaxt isə Təqsirləndirilən şəxs təkidlə etiraz edərək, bükümün ona aid olmadığını, Şahid1la mübahisə edərək, onun tərəfindən cibinə qoyulduğunu bildirir. Şahid1 isə ona uca səslə “nə vaxt əlimi atdım, kişi kimi səni bura gətirdik, kişilik eləmirsən axı” sözləri deyilir. Müdafiəçi isə Şahid1 qışqırdığına görə iradını bildirir. Təqsirləndirilən şəxs isə etirazın bildirərək, “mənim heç bir şeyim yoxdu, olar mənim deyil, mənim narkotik olmayıb, onun mənim cibimə atanın nalayiq ifadələr işlədir, nətər yəni, mənim deyil, düzgün əməliyyat keçir, mənim deyil, müdafiəçiyə isə siz gələnə yaxın cibimə atdılar, mənim deyil mən ona yiyəlik eləmiyəcəm” sözlərini deyir. Təhqiqatçı isə əvvəlcə digər iştirakçılara üzəri əvvəlcədən yazılı olan zərfə imza atdırır və təkidlə zərfin üzərini imzalamağı Təqsirləndirilən şəxs tələb edir, sonuncu isə bundan imtina edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs onu İmişli RPŞ-yə gətirərkən təzyiq olunması ilə bağlı sual verir. Təqsirləndirilən şəxs isə cavabında bir daha “Şahid1 göstərərək, onun əlini cibinə atdığını bildirir”. Təhqiqatçı Şahid5 isə “heç bir şey göndəriləcək ekspertizaya aydınlaşdırılacaq, oldu” sözlərini deyir və video çəkiliş başa çatır. Video çəkilişdən isə açıq aşkar görünür ki, narkotik vasitə olan bükümün qablaşdırıldığı zərfin üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözləri, həmçinin iştirakçıların adları təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı deyil, şəxsi axtarışdan əvvəl yazılması müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq olunan video çəkilişdən də açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən bükümü çıxarıb masanın üzərinə qoyub etiraz edərkən, təhqiqatçı tərəfindən əlində sözügedən zərf (əvvəlcədən yazılmış və hazırlanmış) üzəri yazılı halda həmin masaya yaxınlaşılır, həmin anadək isə təhqiqatçı bükümə baxış keçirmir, onun içərisində nə olması barədə məlumatı olmur. Bundan başqa təhqiqatçı tərəfindən CPM-nin 245.8-ci maddəsinin tələbləri pozularaq aşkar edilmiş bükümün istintaq hərəkətinin iştirakçılarına təqdim edilmədən, bükümün müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, nəyə bənzəməsi və digər xüsusi əlamətləri təsvir edilmir, sadəcə “bir ədəd şəffaf sellofana bükülmüş büküm, nədisə göndərəciyik ekspertizaya bilinəcək” sözləri deyilərək, əvvəlcədən üzəri yazılmış olan zərfə qoyularaq qablaşdırılır. Göründüyü kimi zərfin üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözləri yazılmasına baxmayaraq, videoçəkiliş zamanı həmin zərfin üzərinin təhqiqatçı tərəfindən nə zaman və hansı şəraitdə yazılması məlum deyil. Ən əsası isə təhqiqatçı Şahid5 tərəfindən həmin bükümdə olan maddənin çəkisi müəyyən edilmədən, hansı növ narkotik vasitə və ya psixotrop maddəyə bənzəməsi barədə heç bir fikir bildirilmədən, zərfin üzərində məhz “içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözləri yazılması artıq həmin zərfin təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməzdən əvvəl yazılmasını, eyni zamanda götürüləcək maddənin məhz heroin olmasını əvvəlcədən bilməsini özü-özlüyündə sübut edir. Bundan başqa, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ən azından Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, keçirilən istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş minimal tələblər yerinə yetirilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı sözü gedən narkotik vasitənin qablaşdırıldığı zərf tədqiq edilmiş, təhqiqatçı tərəfindən qablaşdırılan zərfdə “Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözləri yazılması bir daha müəyyən edilmişdir. Bundan başqa sözügedən istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi barədə təklif edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etdiyi zaman sonuncunun yanında dayanmış əməliyyat müvəkkili Şahid1 təhqiqatçı tərəfindən heç bir göstəriş verilmədən ani olaraq əlini əvvəlcə Təqsirləndirilən şəxs gödəkcəsinin sol ön cibinə, yəni narkotik vasitə olan heroinin aşkar edildiyi cibə tərəf, daha sonra sol yan cibinə uzatması, daha sonra əlini geri çəkməsi, videoçəkilişi həyata keçirən şəxsin isə əlini uzadaraq işarə etməsi, bu zaman Şahid1 həmin şəxsə tərəf baxması və həmin şəxsin “qoy özü baxsın, nə var çıxartsın” sözlərini deməsi, daha sonra isə əməliyyat müvəkkili Şahid1 və digərləri təkidlə “çıxartda, nə var çıxart sözlərini” birlikdə demələri artıq ona dəlalət edir ki, şəxsi axtarış keçirilməzdən əvvəl, həmin istintaq hərəkətinin iştrakçıları olan polis əməkdaşlarında artıq Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə narkotik vasitə olması barədə əvvəlcədən dəqiq məlumat olmuşdur. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, təhqiqatçı tərəfindən narkotik vasitənin qablaşdırıldığı zərfin üzərində əvvəlcədən “içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözlərinin yazılması Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə narkotik vasitə heroin olmasına dair faktı şəxsi axtarış keçirilməzdən əvvəl bilmələrini bir daha təsdiq edir. Qeyd olunan xüsusatlarla bağlı isə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təhqiqatçı Şahid5 və əməliyyatçı Şahid1 video çəkiliş zamanı yuxarıda göstərilən hallarla bağlı heç bir izah verə bilməmişlər. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin real olaraq baş verməmiş “hadisələr” əsasında tərtib edilmişdir. "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə "Şəxsi axtarış və götürmə aparılması haqqında" 11 mart 2023-cü il tarixli protokoldan (cild 1, səh 29-31) müəyyən olur ki, qeyd olunan tarixdə, saat 13:20-dən 13:35-dək olan müddətdə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sol ön cibindən bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Qeyd edilən protokol, işin halları, təqsirləndirilən şəxs və məhkəmə iclasında dindirilən şahid ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq saxlandıqdan yəni, polisin tam nəzarəti altına keçdiyindən sonra 35 dəqiqə sonra onun üzərinə şəxsi axtarış və götürmə kimi istintaq hərəkəti icra edilmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayətprosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyat keçirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 12:45 radələrində İmişli şəhəri, S.Babayev küçəsin tutularaq, İmişli RPŞ-nə gətirilsə də onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 35 dəqiqə sonra, yəni 13:20-də üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “qara rəngli gödəkcənin sol ön cibindən bir ədəd bükümdə olan narkotik vasitə heroin” ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Həmçinin iş materialda olan CD diskdə göründüyü kimi, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən video görüntü 06 dəqiqə 19 saniyə davam edir, “Şəxsi axtarış və götürmə aparılması haqqında" protokolda (cild 1, səh 29-30) isə şəxsi axtarışın başlanma vaxtı 13:20, bitmə vaxtı isə 13:35 olaraq göstərilmiş, faktiki olaraq 06 dəqiqə 19 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 15 dəqiqə davam etdiyi göstərilmişdir. Bununla yanaşı şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videogörüntün yaradılması tarixinə baxanda məlum olur ki, həmin videogörüntü 11 mart 2023-cü il tarixində saat 15:02-də yaradılmışdır. Azərbaycan Respublikasının CPM-in 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, “Şəxsi axtarış və götürmə aparılması haqqında" (cild 1, səh 29-30) protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazıların arasında ziddiyyətlər mövcud olduğundan, həm də yuxarıda sadalanan işin faktiki hallarından qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Qeyd edilənlərlə yanaşı cinayət işinin materiallarından aşkardır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilməmiş, aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirmiş, həmçinin iştirak etdiyi məhkəmə iclaslarında da özünü təqsirsiz saymışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona aid olmaması ilə bağlı həm ibtidai istintaq zamanı, həm də məhkəmədə iddia etdiyi hallar həqiqəti əks etdirir və ona görə də məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadələrini mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2- ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan bu sübutlar əsasında Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən normaya əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi 7,755 qram narkotik vasitə heroinin aşkar edilməsi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı iş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,705 qram narkotik vasitə heroin həmin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 344-347, 349, 350, 352-353, 357 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut olan, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,705 qram narkotik vasitə heroin həmin materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar