Məhkəmə qərarları › İş №1(099)-168/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-168/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-168/2025 10.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Qazax rayonu Eynallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Doğru Xəbər” xəbər saytının baş redaktoru vəzifəsində çalışan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci, xx xxxx 1985-ci il Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Vətən-N” mühafizə xidmətində bölmə rəisi vəzifəsində çalışan, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi ev 87-də qeydiyyatda olmaqla ünvan 2-da yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 iyun 2025-ci il tarixdə, saat 17:00da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir.

2. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, bundan əlavə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir.

3. Belə ki, Təqsirləndirilən şəxs1 hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək niyyəti ilə oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus intim məzmunlu video görüntünü istintaqa məlum olmayan mənbədən əldə etdikdən sonra 25 oktyabr 2024-cü il tarixdə Şirvan şəhəri ərazisində olan zaman öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayıb həmin rüsvayedici məlumatları özündə əks etdirən videogörüntünü baş redaktoru olduğu “Dogruxeber.com” adlı internet saytında yayımlayacağı hədəsi ilə çıxış etdikdən sonra 25 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Vətən-N” mühafizə xidmətinin ofisində rüsvayedici məlumatları özündə əks etdirən həmin intim görüntünü oğlu Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 nümayiş etdirdikdən sonra həmin görüntünü yaymamağın qarşılığında zərərçəkmiş şəxsdən 4000 manat pul tələb etmiş, bundan sonra zərərçəkmiş şəxsin telefon danışığı zamanı tələb olunan pul vəsaitini verməyə maddi imkanı çatmayacağı və onlara yalnız 3500 manat pul vəsaiti verə biləcəyini bildirməsindən sonra 25 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, 20 yanvar küçəsində yerləşən Şirvan şəhər Qeydiyyat Şöbəsinin inzibati binasının qarşısında oğlu Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş haqqında rüsvayedici məlumatları yaymamağın qarşılığında tələb etdiyi 4000 manat pul vəsaitindən 3500 manatını almaqla zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Zərərçəkmiş şəxs1 4000 manat nağd pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir.

4. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyəti olmadığı halda Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 qızı X18 ŞMX PHŞ-nin qeydiyyat şöbəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2024-cü ilin avqust ayının sonlarında Şirvan şəhərində, Energetik küçəsində, yol kənarında Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını təkrar ələ keçirmək niyyəti ilə atası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus intim məzmunlu video görüntünü istintaqa məlum olmayan mənbədən əldə etdikdən sonra atası Təqsirləndirilən şəxs1 25 oktyabr 2024-cü il tarixdə saat 16:40-da Şirvan şəhəri ərazisində olan zaman öz istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayıb həmin rüsvayedici məlumatları özündə əks etdirən videogörüntünü baş redaktoru olduğu “Doğruxəbər.com” adlı internet saytında yayımlayacağı hədəsi ilə çıxış etdikdən sonra 25 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Vətən-N” mühafizə xidmətinin ofisində rüsvayedici məlumatları özündə əks etdirən həmin intim görüntünü atası Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 nümayiş etdirdikdən sonra həmin görüntünü yaymamağın qarşılığında zərərçəkmiş şəxsdən 4000 manat pul tələb etmiş, sonuncunun Təqsirləndirilən şəxs1la aralarında olan danışıq zamanı tələb olunan pul vəsaitini verməyə maddi imkanı çatmayacağı və onlara yalnız 3500 manat pul vəsaiti verə biləcəyini bildirməsindən sonra 25 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, 20 yanvar küçəsində yerləşən Şirvan şəhər Qeydiyyat Şöbəsinin inzibati binasının qarşısında atası Təqsirləndirilən şəxs1la birlikdə zərərçəkmiş haqqında rüsvayedici məlumatları yaymamağın qarşılığında tələb etdiyi 4000 manat pul vəsaitindən 3500 manatını almaqla zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə Zərərçəkmiş şəxs1 4000 manat nağd pul vəsaitini hədə-qorxu ilə təkrar tələb etmişdir.

İşin halları və dəlilləri:

5. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsdən pul tələb etməyib, zərərçəkmiş şəxs pulu onun cibinə özü qoyub, o sadəcə fləş-kartda (rəqəmsal informasiyanın yazılması və saxlanması üçün elektron yaddaş qurğusu) olan görüntünü zərərçəkənə nümayiş etdirmiş, o, videogörüntüyə baxdıqdan sonra özü bildirib ki, "sizə 4000 manat hörmət edəcəm", pulu onun cibinə zərərçəkən özü qoyub, sonra da polislər tərəfindən həmin pul götürülüb, həmçinin oğlu Təqsirləndirilən şəxs2 onunla hər hansı əlbirliyi olmamışdır. Davam edən məhkəmə iclaslarında o, ətraflı ifadələr verərək göstərmişdir ki, 25 oktyabr 2024-cü il tarixdə əvvəlcədən tanıdığı Rahil adlı Şirvan şəhər sakini ona zəng edib görüşmək istədiyini demişdir. O həmin vaxt yolda olmuş, Şirvan şəhərinə gəlib çatdıqda Rahillə görüşmüş, görüş zamanı Rahil ona fləş-kart vermiş və içərisində qohumunun intim videogörüntüsünün olduğunu demişdir. Rahil həmin şəxslərin onun bacısını boşadığını və bu səbəbdən həmin görüntüləri öz xəbər saytında işıqlandırmasını ondan xahiş etmişdir. O isə cavabında özü həmin videogörüntülərə baxmadan, araşdırmadan bunu yaya bilməyəcəyini Rahilə bildirmişdir. Fləş-kartı Rahildən götürmüş, həmçinin Rahil ona videodakı şəxsin nömrəsini də vermişdir. O, həmin nömrəyə zəng vurub görüşmüş, əvvəlcə kafedə əyləşib söhbət etmiş, söhbət zamanı həmin şəxsə (zərərçəkən Zərərçəkmiş şəxs1) ona fləş-kart verildiyini, fləş-karta onun da baxmasını istədiyini, həmin videogörüntülərdəki şəxsin o olub-olmadığını dəqiqləşdirmək istədiyini bildirmişdir, daha sonra yaxınlıqda olan oğlundan ofisin açarını götürərək ofisə getmiş, ofisdə olan kompüterə fləş-kartı qoşaraq video görüntüləri açmışdır, elə videogörüntülərin əvvəlinə baxan kimi Zərərçəkmiş şəxs1 videodakı şəxsin onun özü olduğunu bildirmiş və videoya baxmağı dayandırmağı xahiş etmişdir. Sonra onlar birlikdə Zərərçəkmiş şəxs1 maşını ilə birlikdə Şirvan şəhərində “Şirvan kanal” adlanan yerə, kanalın üstünə getmişlər, orada olanda o, fləş-kartı Həsrətə verərək, özünün suya tullamağını bildirmişdir. Bundan sonra onlar həmin yerdən qayıdıb ayrılmışlar. Bir neçə saat sonra aralarında telefon danışığı olmuş və daha sonra 28 oktyabr 2024-cü il tarixdə, təxminən saat 4-5 radələrində görüşmüşlər. Zərərçəkmiş şəxs1 gəlib onla görüşmüş, görüş zamanı onun cibinə pul qoymuşdur. Görüşdən təxminən 10 dəqiqə sonra isə polisin əməliyyat müvəkkilləri onu saxlamışlar. O, polisdə olarkən ona fləş-kartın verilməsini, pulun çatdırılmasını, ümumilikdə hər şeyin təşkilatçısının Rahil adlı şəxs olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən danışıqlardan oğlu Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır.

6. Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçıları və məhkəmə tərəfindən ona verilən sualları cavablandıraraq bildirmişdir ki, o, Həsrəti əvvəlcədən tanımamışdır, Həsrətin telefon nömrəsini ona Rahil vermişdir, həmçinin videogörüntüdə Həsrətlə görüşən qadının adının “Ququ” olduğunu Rahil ona bildirmişdir. Rahil fləş-kartı verəndə demişdir ki, "bu adamlar mənim bacımı boşayıblar, zəng vur Həsrəti çağır, ondan 3000 (üç min) manat pul alacaqsan". Daha sonra o, Həsrətə zəng vurub çağırmış, Həsrət gəlib onunla kafedə çay içmiş, sonra birlikdə ofisə gedib videogörüntüyə baxmışlar. Deməsinə görə Həsrət özü fləş-kartı ofisdə olan kompüterə taxmış, videogörüntüyə baxan kimi dərhal özünün olduğunu bildirmiş və 4000 manat pul verəcəyini özü ona demişdir. Ofisdən getdikdən sonra Həsrət telefonla ona zəng edərək, 3500 manat düzəldə bildiyini demiş, o isə “500 də sənin kəkilinə qurban, sən əminin yanına gəlirsən” deyə razılıq vermişdir. 28 oktyabr 2024-cü il tarixdə Həsrət onunla görüşüb, özü onun cibinə 3400 manat pul qoymuşdur, polisdə olarkən elə həmin pul onun cibindən çıxmışdır. Rahildən fləş-kartı alıb, Həsrəti görüşə çağırdığı və həmin görüntüləri ona nümayiş etdirdiyi üçün özünü qismən təqsirli bilir. Əlavə olaraq ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, illərdir ki, jurnalist fəaliyyəti ilə məşğuldur, jurnalist vəsiqəsi vardır, özünün yaratdığı dogruxeber.com saytı və facebook sosial şəbəkəsində olan eyni adlı xəbər səhifəsi vasitəsi ilə o, cəmiyyətdə olan xəbərləri və məsələləri işıqlandırır. Saytın rəhbəri özüdür və baş redaktordur. Həmin saytın fəaliyyəti üçün kurator X8 rüblük pul ödəmişdir.

7. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

8. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 96-99) göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlu ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Səhhətində problemləri var, yüzsək təzyiqdən əziyyət çəkir, İİ dərəcəli Çernobıl əlilidir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Həsrətlə aralarında ədavət və ya düşmənçilik olmamışdır. 25 oktyabr 2024cü il tarixdə Rahil adlı Şirvan şəhər sakini ona zəng edib görüşmək istədiyini demişdir. Görüşdükdən sonra Rahil ona fləş-kart vermiş və içərisində qohumunun intim videogörüntüsünün olduğunu demişdir. Daha sonra isə Rahil mobil nömrə təqdim eləmiş və nömrənin sahibinin Həsrət olduğunu demişdir. Rahil, Həsrətə zəng etməyini, zəng etdikdən sonra Həsrətin Şirvan şəhərinə gələcəyini demişdir. Rahil, videogörüntüdə olan qadının adının “ququ” olduğunu demişdir. Həmin günü Həsrətin nömrəsi ilə əlaqə saxlayıb əlində fləş-kart olduğunu, həmin fləş-kartda Həsrətin intim videogörüntüsünün olduğunu, təcili Həsrətlə görüşməli olduğunu demişdir. Bundan sonra 25 oktyabr 2024-cü il tarixdə axşam saat təxminən 20 radələrində Həsrət adlı şəxs Şirvan şəhərinə gəlmişdir. Həmin günü Şirvan şəhərində “Oazis” adlı kafedə Həsrətlə görüşüb söhbət etməyə başlamışlar. Söhbət əsnasında oğlu Renar da onların yanına gəlmiş və onunla görüşüb evə getmək istəyib-istəmədiyini soruşmuş, səhhəti ilə maraqlanmış, o da təzyiqinin qalxdığını, bir qədər oturduqdan sonra gələcəyini demişdir. Bir qədər sonra kafedən çıxıb "Oazis" kafesinin yanında yerləşən binanın ikinci mərtəbəsinə qalxmışdır. Həmin bina “Şirvan Əmlak Şöbəsi”nin binasıdır. Renarı həmin otağa çağırmışdır. Renardan kompyuteri yandırmasını istəmişdir. Renar, kompyuteri yandırdıqdan sonra otaqdan çıxmışdır. Kompyuter yandıqdan sonra Həsrət fləş-kartı kompyuterə taxmış və görüntüyə baxıb dərhal fləş-kartı çıxartmışdır. Renarı çağırmış və kompyuteri söndürdükdən sonra Renar evə getmişdir. O da qapını bağlayıb Həsrətlə birlikdə çölə çıxmışdır. Bir qədər Həsrətlə söhbət elədikdən sonra ayrılmışdır. Bir neçə saat sonra Həsrət onunla əlaqə saxlayıb harada görüşə biləcəklərini soruşmuşdur. O da Yeganə şadlıq sarayının qarşısında olduğunu demişdir. Həsrət də öz avtomobili ilə gəlib onu oradan götürmüşdür. Həmin yerdən “Bank Respublika” binasının yanına gəlmişdir. Həsrət, fləş-kartı ona verməyini istəmiş, o da Həsrətə verə bilməyəcəyini, həmin fləş-kartı kanala atmağı barədə ona deyildiyini bildirmişdir. Həsrət, 3500 manat pul gətirdiyini bildirmiş və həmin pulu onun sağ cibinə qoymuşdur. Həmin pul verilən zaman yanlarında heçkim olmamışdır. Bu zaman Renar onun avtomobildə olduğunu görüb yaxınlaşmışdır. Renar, yenidən səhhəti ilə bağlı maraqlanmış, o da biraz işi olduğunu, işini həll edib evə qayıdacağını bildirmişdir. Renar da onunla gələcəyi barədə təkid edib avtomobilə əyləşmişdir. Bundan sonra Həsrət kanalın harasına gedəcəklərini soruşmuşdur. O da “Demanlı” yoluna gedən kanala atacaqlarını demiş və həmin kanalın yanına getmişlər. Həsrət, yenidən fləş-kartın özündə qalmasını istəmiş, o da verə bilməyəcəyini, fləş-kartı ona verən adamın həmin fləş-kartı kanala atmağı istədiyini demişdir. Bundan sonra o, avtomobildən enməmiş, fləş-kartı Həsrətə vermiş, Həsrətlə Renar avtomobildən enmiş, Renar fləş-kartın nə olduğunu soruşmuş, o da “sənə aidiyyəti yoxdur” demişdir. Bundan sonra Həsrət fləş-kartı kanala atmış və onlar birlikdə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Onlar orada avtomobildən endikdən sonra Həsrət də çıxıb getmişdir.

9. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələri təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə onun yaşının və səhhətinin nəzərə alınmasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, CM-nin 181.2.1 və 181.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə ifadəsində göstərdi ki, o, “Vətən-N” mühafizə xidmətində çalışır, atası Təqsirləndirilən şəxs1 isə dogruxeber.com saytının baş redaktorudur. Atası ona da jurnalist vəsiqəsi verib. Dogruxeber.com saytında cəmiyyətdə baş verən hadisələr işıqlandırılırməş, lakin o, bir neçə dəfə atasına bildirmişdir ki, saytda hər şeyi yazmasın, ona aid olmayan məsələləri işıqlandırmasın. 25 oktyabr 2024-cü il tarixdə atası ilə əlaqə saxlamışdır, belə ki, atası təzyiq xəstəsi olduğundan teztez onunla maraqlanırmış. Atası ona qonağının olacağını, onunla kafedə görüşəcəyini bildirmişdir, daha sonra ondan ofisin açarlarını istəmişdir, o da gəlib kafedə atası ilə görüşüb, açarı ona vermişdir. Atasına açarı verən zaman yanında bir nəfərin (Həsrətin) olduğunu görmüş, lakin onunla aralarında heç bir söhbət olmamışdır. Atasına açarı verib, oradan getmişdir. Atasının həmin adamla nə üçün görüşdüyünü bilməmişdir, o heç nə görməmiş, heç nə ilə əlaqəsi olmamışdır. İstintaq zamanı verdiyi ifadələri polis əməkdaşlarının təzyiqi altında yazmış və imzalamışdır.

11. Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçıları və məhkəmə tərəfindən ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, o sadəcə açarı atasına vermişdir, ofisə girməmişdir, kompüteri kimin açdığını, fləş-kartı kompüterə taxıb videonu kimin nümayiş etdirdiyini bilmir, həmçinin qeyd etmişdir ki, atası kompüter işlədə bilmir, atası tək kompüteri açıb, fləş-kartdakı görüntüləri aça bilməzdi. Daha sonra Təqsirləndirilən şəxs2 ona verilən suallara cavabında bildirmişdir ki, ofisi o özü açmışdır, atası və Həsrətə kompüterin yaxşı işləmədiyini bildirmişdir, kompüterin qoşulmalı olduğu elektrik yuvasını (rozetka) Həsrətə göstərmişdir, göstərdikdən sonra getmişdir, o, kompüteri açmamış, videonu heç kimə göstərməmişdir, heç özü də videonu görməmiş, atası ilə Həsrətin arasında olan söhbətlərdə iştirak etməmişdir. Daha sonra atası ilə Zərərçəkmiş şəxs1 gecə vaxtı, Şirvan şəhərində, “Bank Respublika”nın yaxınlığında görüşərkən, o, atası ilə Həsrətin səsini eşidib onlara yaxınlaşmışdır, atasının yaşı və səhhəti ilə əlaqədar onun yanında dayanmış, söhbətlərdə bu səbəbdən iştirak etmişdir.

12. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır, onun qonşusudur, həkim işləyir. Ondan 3000 manat borc pul almışdır, 1 ay müddətində qaytarmalı idi, dediyi vaxtdan bir aydan artıq müddət keçmişdir, o, borcu qaytara bilməmiş, gecikdirmişdir, Elmira xanım onu görəndə və zəng edəndə ona bildirirmiş ki, pulu tezləşdir, qaytar. Sonra bu məsələ yaranmış və polislər onu tutmuşdur, yaşadığı evdə, binanın qarşısında polislər çəkiliş edəndə o da görmüş, sonra gedib polisə şikayət etmişdir. Şikayət etdikdən sonra xanımın pulu qaytarılmış, yəni borcunu ödəmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında proses iştirakçıları və məhkəmə tərəfindən ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, pulu onun qohumları qaytarmışdır, o, Zərərçəkmiş şəxs2 şikayət etdiyini bildikdən sonra evdəkilərə xəbər göndərmiş və borcun qaytarılmasını özü bildirmişdir. O, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 aldatmamışdır, ondan ancaq borc pul götürmüşdür, Zərərçəkmiş şəxs2 özü həkim işləyir, lazım gəlsə idi öz qızını özü işə düzəldərdi, ondan xahiş etməzdi.

13. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 73-1.1, Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2-ci maddələrinin tələbləri izah edilmiş, dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxslə barışıq əldə edildiyindən onun barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilə biləcəyi və bu barədə qanunvericiliyin sadalanan xüsusatları onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətmədiyini, Zərərçəkmiş şəxs2 qarşı hər hansı dələduzluq etmədiyini, ondan yalnız borc pul aldığını bildirmiş, Zərərçəkmiş şəxs2 ödənilən 3000 (üç min) manat pulun isə ondan aldığı borcun əvəzi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi onun mövqeyini müdafiə etmişdir.

14. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

15. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.1, 181.2.1 və 181.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 68-71, və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 147-149) göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasıdır. Atası ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Ailəlidir, himayəsində 2 övladı var. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Həsrətlə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Həsrəti 2024-cü ilin oktyabr ayından tanımışdır. 25 oktyabr 2024-cü il tarixdə atası ilə əlaqə saxlayıb harada olduğunu soruşmuşdur. Atası da təzyiqinin olduğunu, özünü narahat hiss etdiyini, yaşadıqları binanın arxasında parka əyləşdiyini demişdir. Bir müddət keçdikdən sonra parka düşüb atasına yaxınlaşmışdır. Atası ilə söhbət edib həkimə getməsini təklif etmişdir. Atası isə evə qalxıb çıxmaqda əziyyət çəkəcəyini, Bakı şəhərindən qonağının gəldiyini, həmin gələn qonaqla görüşdükdən sonra evə qalxacağını demişdir. O, atasından kiminlə görüşməsi barədə maraqlanmamışdır. Bu zaman atasının mobil telefonuna zəng gəldiyini və zəng edən şəxsin Rahil adlı şəxs olduğunu görmüşdür. Atası telefona cavab verib “hə bacıoğlu” demişdir. Atası danışıb yekunlaşdıqdan Rahillə nə əlaqəsinin oduğunu soruşmuşdur. Atası da Rahilin bacısının boşanma işi olduğunu, Rahilin atasına nəsə verdiyini, həmin verdiyi əşyanı Bakıdan gələn qonağa çatdırmalı olduğunu demişdir. Bundan sonra o, yaşadığı evə qalxmış və atasının nə işlə məşğul olması barədə məlumatı olmamışdır. Bir qədər keçdikdən sonra atası ilə əlaqə saxlayıb harada olduğunu soruşmuşdur. Atası isə yanında adam olduğunu və həmin şəxslə “Oazis” adlı kafedə oturub çay içdiyini demişdir. Atasının səhhəti barədə maraqlanmış və hər şeyin qaydasında olduğunu demişdir. Atasının yanına gəlməyinə ehtiyac olub-olmaması barədə soruşmuş, atası isə hər şeyin qaydasında olduğunu demişdir. Təxminən bir saat keçdikdən sonra atasının olduğunu kafeyə getmişdir. Kafenin sahibi Kamil adlı şəxsdən atasının harada əyləşməsini soruşmuşdur. Kamil atasının əyləşdiyi yeri göstərdikdən sonra atasına yaxınlaşmışdır. Yaxınlaşıb ilk öncə atası ilə görüşmüş, sonra isə atası ilə birlikdə oturan şəxslə görüşmüşdür. Atasına nəyinsə ehtiyac olub-olmamasını, özünü necə hiss etməsini soruşmuş, atası hərşeyin qaydasında olduğunu, birazdan evə gələcəyini demişdir. O da oradan uzaqlaşıb icra hakimiyyəti istiqamətində getmişdir. 15 dəqiqə sonra atası zəng edib harada olduğunu soruşmuş, o da evə tərəf getdiyini demişdir. Atası geriyə qayıtmağını istəmiş və işlədiyi ofisdə kompyuterin çalışıb-çalışmadığını soruşmuşdur. Atası, fləş-kart olduğunu, həmin fləş-kartı kompyuterə qoşmaq lazım olduğunu demişdir. Bir müddət sonra atası zəng edib otağının qapısını açmağını istəmişdir. O da “Vətən-N” mühafizə xidmətinin Şirvan filialının otağına gedib qapını açmışdır. Sonra isə atası ilə sonradan tanıdığı Həsrət, gəlib ofisə girmişlər. O da bu zaman ofisin aşağı mərtəbəsində koridorda işıqları yandırmışdır. Atası ilə Hərsət təxminən yarım saat danışdıqdan sonra Həsrətin onu səslədiyini eşitmiş və Həsrət, atasının onu çağırdığını demişdir. Ofisinə daxil olmuş və atası masanın üzərində olan fləş-kartı kompyuterə taxmaq lazım olduğunu demişdir. O da Həsrətdən fləş-kartı kompyuterə qoşa bilib-bilməməsini soruşmuşdur. Həsrət bacardığını deyəndə kompyuteri cərəyana qoşmuş və qapıdan çölə çıxmışdır. Bir neçə dəqiqə sonra Həsrət qapını açıb onu çağırmış və “qaqa söndürə bilərsən, fsyo hərşey aydındı, bildim, bildim” demişdir. O da otağa girib kompyuteri cərəyandan ayırmışdır. Kompyuteri cərəyandan ayırmazdan əvvəl kompyuterə baxmış və ekranda Həsrətlə tanımadığı qızın yarımçıq fotoşəklini görmüşdür. Çöldə olan zaman atası Həsrətə “bizdə elə şey yoxdu, mən sizin şəklinizi sosial şəbəkədə paylaşmıyacam, bu bizə yaraşmaz” demişdir. Bundan sonra atası ilə Həsrət otaqdan çıxıb aşağı düşmüşlər. O da qapını bağladıqdan sonra aşağı enmiş, lakin Həsrəti atasının yanında görməmişdir. Atası ilə birlikdə yaşadıqları evə tərəf gəlmişdir. O evə qalxmış, atası isə həyətdə qalmışdır. Yeməyini yedikdən sonra həyətə düşmüşdür. Bir müddət gəzdikdən sonra yaşadığı evin yaxınlığında ağ rəngli avtomobildə atası ilə Həsrətin danışdığını eşitmişdir. Avtomobilin pəncərəsi və bir qədər də qapısı açıq oduğundan atasının səsi çölə çıxmış, ona görə eşidib avtomobilə yaxınlaşmışdır. Yaxınlaşıb atası ilə söhbət eləmiş və maşındakı oğlanla, yəni Həsrətlə nə işinin olduğunu soruşmuşdur. Həsrət isə “qaqa narahat olma, dayı ilə biryer var ora dəyim, hara lazımdısa dayını düşdürdəcəm” demişdir. O da narahat olduğundan atası ilə birlikdə gələcəyini demişdir. Avtomobilə əyləşmiş və yolda gedən zaman atası Həsrətə “indi nə edəcəksən bunu, səndə qalacaq, qalmayacaq öz işindi, amma deyirsən ailəliyəm, bunu itirsən daha yaxşı olar” demişdir. Həsrət də “burda elə gölə tullayacam” demişdir. Həsrət avtomobilini “Şirvan kanalı” adlanan yerə sürmüş və kanalın yanında saxlamışdır. Həsrət avtomobildən enmiş və ondan mobil telefonunun işığını yandırmağını istəmiş, sonra isə əlində olan əşyanı kanala tullamışdır. O da avtomobildən düşüb enməyi təklif eləmiş, atası isə “bacıoğlu bizi düşürdəcək narahat olma” demişdir. Sonra isə Həsrətin avtomobili ilə “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında enmiş və yaşadıqları evə getmişlər. Atasından baş verənlər barədə heç bir söz soruşmamışdır.

16. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələri təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə onun təqsirinin olmadığını, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

18. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

19. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, X5 4-5 ay müddətdir ki, tanıyır. Cəmilə ilə Bakı şəhərində tanış olmuşdur. X13 şəhərindən olduğunu öyrənmişdir. “Chevrolet Nexia” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi çalışıb pul qazanır. Cəmilə ilə də tanışlığı işi vasitəsi ilə yaranmışdır. Cəmiləni bir neçə dəfə sərnişin kimi Bakı şəhərində ünvanlara aparmış və bu formada münasibətləri yaranmışdır. Bir müddət Cəmilə ilə danışdıqdan sonra yaxın münasibəti yaranmış və ara-sıra Cəmilə ilə görüşüb intim münasibətdə olmuşlar. Bir dəfə də Bakı şəhərində hazırda adını xatırlamadığı oteldə görüşüb intim münasibətdə olmuşlar, həmin vaxtı onlar intim əlaqələrini Cəmilənin mobil telefonu ilə qeydə almışlar. Görüşdükdən sonra da Cəmilə ilə mütəmadi danışmış və aralarında heç bir problem olmamışdır. 25 oktyabr 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəldiyini görmüşdür. Telefona cavab verdikdə özünü İlham kimi təqdim edən şəxs Cəmilə ilə yataqda çəkilmiş videogörüntülərinin olduğunu, özünün mətbuat işçisi olduğunu, bu formada olan görüntüləri heçvaxt yaymadığını və onunla danışıb söhbət edib məsələni yoluna qoymaq istədiyini demişdir. Həmçinin İlham, danışıq zamanı gəlməyəcəyi halda intim görüntülərini paylaşıb onu rüsvay etməklə yayacağını demişdir. Daha sonra İlham ona səs yazısı ataraq guya, onun Cəmilə ilə qohumluq əlaqəsinin olmasını, habelə Cəmilənin evli olması barədə məlumat aldığını və bunları da yayacağını bildirmiş və ona “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə səs atmışdır. Özünü İlham kimi təqdim edən şəxs nə zaman görüşə biləcəklərini soruşmuşdur. O da istənilən zaman görüşə biləcəyini demiş və harada görüşmək istədiyini soruşmuşdur. İlham Şirvan şəhərində yaşadığını və təcili olaraq Şirvan şəhərinə gəlməli olduğunu demişdir. Həmin günü, yəni 25 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərindən Şirvan şəhərinə gəlib çatmışdır. Şirvana gəldikdən sonra İlham adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək İlhamla görüşmüşdür. Söhbət zamanı İlham “necə edək?” deyə sual vermişdir. O da çay içib söhbət etməyi təklif eləmişdir. Bundan sonra İlham gəlib avtomobilinə əyləşmiş və birlikdə Şirvan şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən "Oazis" adlı kafeyə getmişlər. Kafedə oturan zaman İlham adlı şəxs əlində onunla Cəmilənin arasında olan intim münasibətin videogörüntüsünün olduğunu və həmin videonu yaymaq istəmədiyini demişdir. İlham onun barəsində maraqlandığını, barəsində yaxşı sözlər deyildiyindən videonu yaymaq istəmədiyini demişdir. Daha sonra İlham “gedək videoya baxaq, bəlkə heç videodakı sən deyilsən” deyə bildirmişdir. Bu zaman bir nəfər tanımadığı şəxs də onlar əyləşən masaya yaxınlaşmış və İlham, həmin şəxsin onun işçisi olduğunu demişdir. Bundan sonra üçü də masadan qalxmış və birlikdə "Oazis" kafesinin yanında yerləşən binanın ikinci mərtəbəsinə qalxmışlar. Həmin binanın girişində “Şirvan Əmlak Şöbəsi” sözləri yazılmışdır. Qalxdıqdan sonra İlhamın yanındakı şəxs ondan mobil telefonunu götürüb kənara qoymuşdur. Sonra İlham və digər şəxslə birlikdə otağa girmişlər. Digər tanımadığı şəxs otaqda olan kompüteri açıb onunla Cəmilə arasında olan həmin intim videonu göstərmişdir. Bundan sonra İlham yenidən həmin videonu yaymaq istəmədiyini və bunun qarşılığında ondan 4000 manat pul istədiyini bildirmişdir. Pulu verməyəcəyi halda isə həmin görüntünü öz sosial şəbəkəsində yayımlayaraq onu rüsvay edəcəyini bildirmiş və yanındakı şəxs də İlhamın dediklərini təsdiqləyərək İlhama işarə edib onu rüsvay edəcəklərini demişdir. O, İlhama 4000 manat pulunun olmadığını demiş və 1000 manat verə biləcəyini bildirmişdir. İlham və yanındakı şəxs isə bu pula razı olmayacaqlarını deyərək onu otaqdan qovmuşlar. İlham və Renar ona gecə saat 12-yə qədər pulu çatdırmalı olduğunu bildirmiş və yenidən deyilən vaxtda pulun çatmayacağı halda videonu “Doğru Xəbər” adlı saytda paylaşacaqlarını qeyd etmişlər. Həmin vaxt İlham videonu yaymamaq üçün ona şərtlərini bildirəndə yanındakı şəxs də İlhamın dediklərini təsdiqləmişdir. Bundan sonra o, oradan çıxmış və pul axtarmağa başlamışdır. Həmin vaxtı üzərində 1000 manat pul, avtomobilində isə 25 günlük icarə haqqı 1500 manat pulu olmuşdur. O, 25 oktyabr 2024-cü il tarixdə, gecəyə kimi əlavə olaraq 1000 manat da pul tapıb İlhama zəng etmişdir. Zəng zamanı İlhama ümumilikdə 3500 manat pulunun olduğunu demiş və İlham ona “500 sənin kəkilinə qurban” demişdir. O da həmin danışığı video ilə qeydə almışdır. Sonra isə özünü videogörüntüdə qeydə alıb 3500 manat pulu videoda göstərmiş və pulu İlhama aparıb verəcəyini demiş, videonun yayılacağı halda isə özünü öldürəcəyini bildirmişdir. Bundan sonra həmin günü, saat 23:30 radələrində İlhamla "Yeganə" şadlıq sarayının qarşısında görüşmüş, İlham onun avtomobilinə əyləşdikdən sonra Şirvan şəhərində yerləşən "Bank Respublika" binasının yanına getmiş və orada o, avtomobilini Şirvan şəhər qeydiyyat şöbəsinin qarşısında saxlamışdır. Təxminən 23:50 radələrində İlhamın tanışı olan digər şəxs də avtomobilə əyləşmişdir. İlham ondan pulu tələb etdiyindən avtomobildə olarkən 3500 manat pulu İlhama vermiş və videogörüntünü ona verməsini istəmişdir. İlham videonun yayılabiləcəyini deyib videogörüntü olan fləş-kartı harasa atmağı təklif eləmişdir. Bundan sonra onlar avtomobil ilə "Şirvan kanal" adlanan yerə getmiş və İlham adlı şəxsin yanında olan tanımadığı şəxs avtomobildən enərək videogörüntü olan fləş-kartı kanala atmışdır. Bundan sonra həmin şəxsləri Şirvan şəhərində yerləşən "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanında avtomobildən endirmiş və Bakı şəhərinə qayıtmışdır. 28 oktyabr 2024-cü il tarixdə Cəmilə ilə görüşmək üçün Şirvan şəhərinə gəlmişdir. O, Cəmilənin kirayə yaşadığı Şirvan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən evə getmişdir. Cəmiləyə başına gələn məsələni izah eləmiş və ona köməklik etməsi üçün 1500 manat pul istəmişdir. Cəmilə ona pulunun olmadığını demiş və bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Cəmilənin üz nahiyyəsinə bir dəfə sillə zərbəsi endirmişdir. Cəmiləni vurduqdan sonra Cəmilənin burnundan qan gəldiyini görmüşdür. O, bundan sonra evdən çıxaraq uzaqlaşmışdır. Bir qədər sonra polis əməkdaşları ona zəng edərək Şirvan şəhər polis şöbəsinə gəlməli olduğunu bildirmiş və o da Şirvan şəhər polis şöbəsinə gəldikdən sonra Cəmilə ilə mübahisə etməyinin səbəbini izah eləmiş və baş verənləri əvvəldən danışmışdır. Sonradan isə ondan pul tələb edən şəxslərin Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir.

20. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən ona verilən sualları cavablayan Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 atası İlhamla birlikdə danışıqlarda iştirak etmişdir, əvvəlcə onlar Şirvan şəhərində kafedə əyləşib söhbət edən zaman Renar da gəlib oturmuş, Təqsirləndirilən şəxs1 onu öz işçisi kimi təqdim etmişdir, ofisə onlar birlikdə getmiş, kompüteri Renar açmış və videonu Renar nümayiş etdirmiş, atasının dediklərini, yəni pul verilməyəcəyi təqdirdə həmin videogörüntünün saytda yayılacağını o da təsdiq etmişdir, ondan sonra Şirvan şəhərində “Bank Respublika”nın yaxınlığında Təqsirləndirilən şəxs1la görüşən zaman Renar da orda olmuş, onlar birlikdə Şirvan kanal adlanan yerə getmiş və fləş-kartı Təqsirləndirilən şəxs2 suya atmışdır.

21. Məhkəmə istintaqı zamanı zərərçəkən Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını bildirmişdir.

22. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 uşaqlığından tanıyır. Renarla bir məhlədə yaşayır. Bir neçə müddətdir ki, qızı X18 ŞMX-yə işə düzəltmək istəmişdir. Bununla bağlı qızı mərkəzi xəstəxanaya da müraciət etmişdir. 2024-cü ilin avqust ayında Renarla söhbət zamanı qızının iş məsələsi ilə bağlı Renara da məlumat vermişdir. Renar isə tanışlarının olduğunu, qızını işə qəbul etdirəcəyini demişdir. O da Renardan qızını mərkəzi xəstəxananın qeydiyyat şöbəsinə işə düzəltməsini xahiş etmişdir. Renar da qızının iş məsələsini qısa müddətdə həll edəcəyini demişdir. Renar qızını işə düzəltmək üçün 3000 manat pul lazım olduğunu demişdir. 2024-cü ilin avqust ayının sonlarında yaşadığı Şirvan şəhər Energetik küçəsində yolun kənarında Renara 3000 (üç min) manat pul vermişdir. Bundan sonra qızı da Renarla əlaqə saxlamışdır. Renar qızından sənədlər tələb emiş və həmin sənədlərin də işə düzəltmək üçün lazım olduğunu demişdir. Bir müddət keçdikdən sonra Renarla təkrar əlaqə saxlayıb qızının işinin nə yerdə olduğunu soruşmuşdur. Renar da yaxın vaxtlarda işin həll olacağını bildirmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq Renar qızının işə düzəlməsi ilə bağlı heç bir iş görməmiş, ondan aldığı pulu da geri qaytarmamış, bu səbəbdən Şirvan ŞPŞ-yə şikayət etmişdir. O, şikayət etdikdən sonra ona dəymiş ziyan tam qaytarılmışdır, hazırda Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 həm idmançı, həm də çox yerə “əliçatan”, müxtəlif işləri həll edən adam kimi tanımışdır və bu səbəbdən Renar ona qızının iş məsələsini həll edəcəyini dedikdə ona inanmışdır. Həmçinin qeyd etmişdir ki, ona vurulmuş ziyan ödənilmişdir, şikayəti və ya tələbi yoxdur.

23. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şirvan şəhərindən tanıyır. Renar və İlhamla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Renar və İlham bacısı ilə qonşuluqda yaşıyır. Təxminən 2024cü ilin oktyabr ayında İlham onunla əlaqə saxlayıb “sənin Həsrət adlı qohumunun intim görüntüləri məndədir, Həsrət öz xalası qızı ilə cinsi əlaqədə olub, qızın əri kriminalistdi, gəl oğlandan pul alaq” deyə demişdir. O da İlhama “mənim Həsrət adlı qohumum yoxdu, həmin adda adam tanımıram, tanımaq da istəmirəm” deyə demişdir. Bir neçə gün sonra gündüz saatlarında İlham öz nömrəsi ilə zəng edib görüşmək istədiyini ona bildirmiş və Şirvan şəhəri 11 saylı məktəbin yanında İlhamla görüşmüşdür. Görüş zamanı İlham, həmin adamdan 800 manat pul aldığını və pulun 400 manatını ona verməyi təklif etmişdir. İlham, həmin adamdan yenə də pul alacağını demişdir. Lakin o, İlhamın təklif etdiyi pulu götürməmiş. Bundan sonra İlham, bir neçə dəfə də onunla əlaqə saxlamağa çalışsa da telefonlarına cavab verməmişdir. Məhkəmə iclası zamanı şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlham yalan danışır. Onun, İlhamın qeyd etdiyi fləş-kartdan və görüntüdən məlumatı yoxdur. İlham özü görüntü əldə etdiyini ona bildirmişdir. Suallara cavab olaraq şahid qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ona 400 manat pul verməkdə məqsədi yəqin ki, onun köməkliyindən istifadə edib, həmin adamdan yenə də pul almaq idi. Lakin, o, bundan imtina etmiş və İlhamdan heç bir pul qəbul etməmişdir.

24. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

25. “Cinayət işinin başlanması haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (Cild 1, i.v.1)

26. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun barəsində rüsvayedici məlumatları “Doğru Xəbər” adlı xəbər saytında paylaşıb onu rüsvay edəcəkləri barədə hədə-qorxu gələrək, Şirvan şəhərində 3500 manat pulunu ələ keçirdiklərini bildirərək, şikayət etmişdir. (c.1, i.v.18)

27. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə “Həsrət mən vallah sizi tanımıram, kimsiniz, nəsiniz, nə o əks tərəfi tanımıram, nə bu materialı bizim redaksiyaya ötürəni tanımıram, sadəcə olaraq mənim 67 yaşım var, mən uşaq deyiləm, mən həyatımı bu yolda qurban qoymuşam, hər elə materialı da mən qoymuram, əvvəlcə araşdırıram, axtarıram, eşitdiyimə görə o xanımın yoldaşı da kriminalistdir, nədir, bilmirəm, özü də xalan qızıdır, belə hərşeyi öyrənmişəm, mən sadəcə olaraq təcili səninlə görüşmək istiyirəm ki, sabah demiyəsən ki, ay əmi mənim evimi niyə yıxdın, yəni təcili çalış mənimlə görüş tez, cavabı gözləyirəm” məzmunda hədə-qorxu məzmunlu səs yazısı göndərmiş, həmin diskdə olan videogörüntüdə isə Zərərçəkmiş şəxs1 əlində pul əskinaslarını göstərib “mən, Zərərçəkmiş şəxs1 3500 manatı İlham ilə Renata verirəm, onlar videonu yaysalar özümü öldürəcəm” deyə bildirmiş, həmçinin digər səs yazısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la aralarında olan telefon danışığı müşahidə olunur. Danışıqlar zamanı Həsrət İlhama 3500 manat pul tapa bildiyini bildirir, Təqsirləndirilən şəxs1 isə “500 sənin kəkilinə qurban” deyə cavab verir. Həsrət “Yoxe əmi halallıq olsun”, Təqsirləndirilən şəxs1 isə “halallıq, halallıq, narahat olma, əminin yanına gəlirsən, gəl”, daha sonra Həsrət “əmi, yanındakı adam kimiydi, öz adamınızdı da hə?” sualına Təqsirləndirilən şəxs1 “ayə narahat olma öz işçimdi, ayıbdı sənin üçün” deyə cavab verir, Həsrət “o şey silinəcək də hamısı hə əmi?” sualına cavab olaraq Təqsirləndirilən şəxs1 “Sənin özünün yanında aparıb atacıyıq hara istəsən ora” bildirir. (c.1, i.v. 30-34)

28. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli “şəxsin tanınmasının aparılması haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 təqdim edilən şəxsləri nəzərdən keçirib, qarşısında duran şəxslərdən soldan ikincisini göstərərək həmin şəxsin Təqsirləndirilən şəxs1 yanında olan şəxs olduğunu bildirmiş, tanınan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 onun atası olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs2 25 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında “Oazis” adlı kafedə atası ilə birlikdə Zərərçəkmiş şəxs1lə görüşdüyünü bildirmiş, görüş zamanı Zərərçəkmiş şəxs1lə görüşüb oradan uzaqlaşdığını, daha sonra isə fləş-kartı kompüterə taxıb görüntünü Zərərçəkmiş şəxs1 göstərdiyini, Zərərçəkmiş şəxs1 görüntüdə olan şəxsin özü olduğunu bildirdikdən sonra otaqdan çıxdığını, sonra isə “Bank Respublika” adlı bankın yanında görüşdüklərini, həmin fləş-kartı kanala atdıqdan sonra isə getdiyini qeyd etmişdir. (c. 1, i.v.45-46)

29. İş materiallarında olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokola əlavə edilmiş DVD diskə məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə baxış keçirilmiş və protokolda yazılanların videogörüntülər ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

30. 29 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar. (c.1, i.v. 53, 62, 81, 90)

31. Təqsirləndirilən şəxs2 məxsus üzərində “Doğruxəbər.com” İnformasiya Agentliyi yazılan və arxasında “Jurnalist hüquqları beynəlxalq qanunlarla qorunur” sözləri və KİV haqqında qanuna istinadlar əks edilən 02 saylı vəsiqə mövcuddur. (c.1. i.v. 38)

32. Zərərçəkmiş şəxs2 Ələkbər qızı xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 onun qızı Ülkəri işə düzəltmək adı ilə 3000 (üç min) manat pulunu ələ keçirdiyini qeyd edərək, ondan şikayət etmişdir.

33. 30 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və həmin tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

34. 30 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək оna ittiham elan olunmuş və həmin tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Eləcə də həmin tarixdə Təqsirləndirilən şəxs2 əməli CM-in 178.1, 182.2.1 və 182.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 yenidən ittiham elan edilmişdir.

35. Cinayət işi üzrə tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixli Şirvan şəhər Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs2 çalışdığı Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Vətən-N” mühafizə xidmətinin Şirvan şəhər filialında yerləşən Təqsirləndirilən şəxs2 xidməti otağından ümumilikdə 13 ədəd DVD disk, 01 ədəd CD disk, 01 ədəd qızılı rəngli Samsung markalı mobil telefon, 01 ədəd üzəri ağ rəngli arxa hissəsi sarı rəngli Mi markalı mobil telefon, 01 ədəd, 01 ədəd üzəri düyməli Samsung markalı mobil telefon və 01 ədəd üzəri düyməli VİAAN markalı mobil telefon götürülmüşdür (c.1. i.v. 132)

36. Cinayət işi üzrə tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş ümumilikdə 14 ədəd diskə videoçəkilişlə baxış aparılmış, baxış başlanılmazdan əvvəl götürülmüş əşyalar şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim edilmiş, Təqsirləndirilən şəxs2 təqdim edilən əşyaların onun çalışdığı iş yerindən götürüldüyünü təsdiqləmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 12 ədəd diskin içərisinin boş olduğunu, bir diskdə mahnıların olduğunu, digər diskdə isə öz iş yerinin sertifikasiyası ilə bağlı keçirilmiş tədbirin görüntülərinin olduğunu bildirmiş, otaqda olan stolüstü kompüterə yaxınlaşıb diskləri ardıcıllıqla disk oxuducusuna daxil etdikdən sonra 13 ədəd diskə ardıcıllıqla baxış keçirilsə də, həmin disklərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmiş, sonuncu diskə baxış zamanı isə “VİD20241025-WA0000” adlı video yazının olduğu müəyyən edilmiş, həmin videoya daxil olduqda videogörüntüdə intim əlaqə görüntüsünün olması müəyyən edilmiş, həmin videonun 2 dəqiqə 13 saniyə uzunluğunda olması görünmüş, Təqsirləndirilən şəxs2 fləş-kartda olan görüntünün şəkil olduğunu, zərərçəkmiş şəxsin videonu açmağa qoymadığını bildirmiş, Təqsirləndirilən şəxs2 baxış istintaq hərəkətində zərərçəkmiş şəxslə birlikdə öz ofisində hansı formada fləş-kartı kompüterə daxil etməsini və Zərərçəkmiş şəxs1 kompüterdə hansı formada fləşkarta baxmasını əyani formada göstərmişdir. (c.1. i.v. 133-136)

37. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmədə dindirilən zaman Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 üzünə qarşı ifadəsində qeyd etdiklərini təsdiq edərək, Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb Şirvan şəhərinə çağırdığını, “Oazis” adlı kafedə oğlu Təqsirləndirilən şəxs2la birlikdə əyləşdiklərini, Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2la birlikdə ondan videgörüntünü yaymamağın qarşılığında ümumilikdə 4000 manat pul tələb etdiklərini, daha sonra kompüterdə həmin intim xarakterli videonu ona göstərdiklərini, 3500 manat pulu onlara verdikdən sonra isə İlham və Təqsirləndirilən şəxs2 təklifinə əsasən görüntü olan fləş-kartı kanala atdıqlarını bildirmişdir. (c.1. i.v. 100-106)

38. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmədə dindirilən zaman Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində qeyd etdiklərini təsdiq edərək, Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1la birlikdə Oazis adlı kafedə birlikdə əyləşdiklərini, Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1la birlikdə ondan videgörüntünü yaymamağın qarşılığında ümumilikdə 4000 manat pul tələb etdiklərini, daha sonra kompyuterdə həmin intim xarakterli videonu ona göstərdiklərini, 3500 manat pulu onlara verdikdən sonra isə İlham və Təqsirləndirilən şəxs2 təklifinə əsasən görüntü olan fləş-kartı kanala atdıqlarını bildirmişdir. (c.1. i.v. 72-76)

39. Şahid ilə Təqsirləndirilən şəxs1 Renar oğlu arasında üzləşdirmədə dindirmə aparılan zaman Şahid Təqsirləndirilən şəxs1 üzünə qarşı sonuncunun intim xarakterli videogörüntü barədə ona məlumat verdiyini, videogörüntü və fləş-kartdan məlumatı olmadığını, Təqsirləndirilən şəxs1 bu barədə ona təklif etdiyini, lakin onun razılaşmadığını, sonradan isə səhər saatlarında Təqsirləndirilən şəxs1la görüşən zaman Təqsirləndirilən şəxs1 ona təklif etdiyi 400 manat pulu götürmədiyini bildirmişdir. (c.1. i.v.193-200)

40. İş materiallarında olan X3 şahid qismində dindirilməsi barədə protokola əsasən müəyyən olunur ki, Cəmilə Fəttahova öz ifadəsində Zərərçəkmiş şəxs1lə münasibətlərinin olduğunu, Bakı şəhərində otellərin birində Həsrət ilə intim münasibətə girərkən bunu öz mobil telefonu ilə videoqeydə aldığını, daha sonra həmin görüntüləri heç kimə göndərmədiyini, yalnız öz mobil telefonunda saxladığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin videogörüntüləri haradan və necə əldə etmələrini bilmir, onun telefonunda ekran kilidi yoxdur, ehtimal edir ki, o, kafedə oturan zaman onun rəfiqələrindən kimsə həmin videogörüntüləri telefonundan götürmüşdür və həmin videolar bu şəkildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çatıb, o, Şahid tanımır, onunla hər hansı qohumluğu yoxdur. (c.2, i.v. 36-38)

41. İstintaq zamanı Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsi nəticəsində hədə-qorxu ilə tələb edərək əldə etdiyi pul vəsaitini könüllü surətdə təqdim etmiş və ümumilikdə 3400 manat pul Təqsirləndirilən şəxs1 götürülərək Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (c.1. i.v. 107-112, 219)

42. İş üzrə zərərçəkmiş şəxsin ifadəsində qeyd etdikləri xüsusatların dəqiqləşdirməsindən ötrü ifadəsi yerində yoxlanılaraq protokol tərtib edilmiş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşdüyü, 3500 manat pulu sonunculara verdiyi, həmçinin fləş-kartı da atdıqları kanalı əyani olaraq göstərmişdir. (c.1. i.v. 213-218)

43. İş üzrə "xxxx" MMC-dən əldə edilmiş telefon danışıqlarına dair məlumatların əks olunduğu CD diskə baxış protokolundan görünür ki, 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 mütəmadi zənglər olunmuşdur. Həmçinin həmin danışıqlardan Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə ilk dəfə 25 oktyabr 2024-cü il tarixdə, saat 16:40-da zəng etməsi və həmin zəng zamanı “Shirvan sh., "EVRO" inshaat shirketinin erazisi” adlı antendə olması müəyyən edilmişdir. (c.2. i.v. 63- 67)

44. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Ələkbər qızı ərizə ilə Şirvan ŞPŞ-yə müraciət edərək, ona vurulan ziyanın tamamilə ödənildiyini, Renarla barışdığını bildirmişdir. (c.1. i.v. 221)

45. İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Həsənov X11 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsini xx.xx.2021-ci l tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya haqqında qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. (c.1. i.v. 222-233)

46. İş üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış, xx.xx.2024-cü il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (c.1. i.v. 234-255)

47. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26a, mənzil 39-da yaşayır, onun arvadı – X9, qızı – 2009-cu il təvəllüdlü X10, oğlu - 2007-ci il təvəllüdlü X15 və atası Təqsirləndirilən şəxs1 ibarət ailə tərkibi vardır. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c.2. i.v. 79-80)

48. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1, Şirvan şəhəri 20 Yanvar küçəsi ev 26 a mənzil 39-da yaşayır, onun oğlu – Təqsirləndirilən şəxs2, gəlini - X9, nəvəsi – 2009-cu il təvəllüdlü X10, nəvəsi - 2007-ci il təvəllüdlü X6 ibarət ailə tərkibi vardır. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (c.2. i.v. 81-82)

49. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Zərərçəkmiş şəxs1, Şirvan şəhəri, Nəsimi küçəsi, ev 31-də qeydiyyatdadır, onun anası – X1 ibarət ailə tərkibi vardır. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Zərərçəkmiş şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c.2. i.v. 85-86)

50. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Zərərçəkmiş şəxs2, Şirvan şəhəri, Energetik küçəsi, ev 2, mənzil 21-də qeydiyyatdadır, onun özündən başqa ailə tərkibi yoxdur. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsinə əsasən Zərərçəkmiş şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c.2. i.v. 87-88)

51. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 1(106)-854/2022 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2024-cü il tarixdə müddəti başa çatdığı üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır.

52. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində DSMF-nin 1 saylı X2 tərəfindən verilən rəsmi məlumata əsasən Həsənov X12 AES-də qəzanın ləğvi ilə bağlı İİ qrup əlilliyə görə əmək pensiyası alır.

53. Məhkəmə tərəfindən “who.is” portalı vasitəsi ilə dogruxeber.com saytının nə vaxt və kim tərəfindən qeydiyyata alınmasına baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən internet saytı xx.xx.2015-ci il tarixdə, X7 adına qeydiyyata alınmışdır, baxış keçirilən vaxtda həmin sayt qeyri-aktiv olmuş, yəni fəaliyyəti dayandırılmışdır.

54. Məhkəmə tərəfindən “Facebook” sosial şəbəkəsində “_dogruxeber.com_” adlı şəxsi bloqa baxış keçirilmiş, həmin şəxsi bloqda İlham və Təqsirləndirilən şəxs2ların şəkilləri, onlar tərəfindən yazılan çox saylı xəbərlər müəyyən edilmişdir. Həmçinin, həmin səhifədə xx.xx.2024-cü il tarixli paylaşımda “"İșıqli səhər" qəzetinin və "Dogruxeber".com informasiya agentliyinin 15 yaşı tamam olur, redaksiya rəhbəri İlham müəllimi təbrik edirik” başlıqlı post paylaşılaraq, həmin paylaşımda Təqsirləndirilən şəxs1 fotoşəkili yerləşdirilmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

55. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

57. «Orlov Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cımaddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

58. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

59. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

61. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

62. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

63. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

64. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

65. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.

66. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

67. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

68. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

69. Həm məhkəmə baxış iclasında, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli bilməmişlər.

70. Məhkəmə, təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.

71. Əvvəla, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməməsi, Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlməməsi, ondan pul tələb etməməsini, Zərərçəkmiş şəxs1 özünün onun cibinə pul qoyması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi ağlabatan hesab edilmir və özünümüdafiə xarakteri daşıyır, həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında olan telefon danışıqlarının səs yazısına əsasən tam təkzib edilir. Həmin səs yazılarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ondan tələb etdiyi 4000 manatı düzəldə bilmədiyini, yalnız 3500 manat tapdığını bildirir, Təqsirləndirilən şəxs1 isə “500 manat sənin kəkilinə qurban” deyərək, 3500 manata razılaşır və həmin pulu gətirməsini, görüşdükdən sonra fləş-kartı istədiyi yerə ataraq məhv edəcəyini bildirir.

72. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaması, oğlunun ümumiyyətlə bu işlərə aidiyyatının olmaması ilə bağlı dediklərinə münasibətdə qeyd edir ki, bu ifadələr də mötəbər və ağlabatan hesab edilmir, çünki yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs1 ilə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 arasında olan telefon danışıqlarının səs yazısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yanındakı adamın kim olması, onun öz adamının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs1 isə cavabında “ayə narahat olma, öz işçimdi” deyə cavab verir. Bundan əlavə, məhkəmə istintaqı ilə müəyyən edilmiş hadisənin ümumi mənzərəsindən də görünür ki, Təqsirləndirilən şəxs2 həm “Oazis” kafesində İlham və Həsrətin söhbətində, həm ofisdə, həm də həmin gün axşam “Bank Respublika”nın yaxınlığında olan söhbətlərdə iştirak etmiş, bu iştiraklarını Təqsirləndirilən şəxs2 öz ifadəsində təsdiq etmişdir. Bundan əlavə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 atası və Zərərçəkmiş şəxs1 ilə birlikdə ofisə getdiyini, ofisin qapısını özünün açdığını, ofisdə yerləşən komputeri özünün açdığını və video görüntüləri nümayiş etdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə o bir-biri ilə ziddiyyətli ifadələr vermişdir. Belə ki, sərbəst ifadəsi zamanı Təqsirləndirilən şəxs2 atasının ona zəng edib ofisin açarını istədiyini, o isə yalnız gedib kafedə atasına açar verdiyini bildirmiş, ofisə onlarla getmədiyini, ümumiyyətlə söhbətin nədən getdiyini bilmədiyini qeyd etmişdir. Ona ünvanlanan suallara cavab verərkən isə Təqsirləndirilən şəxs2, sərbəst ifadəsində dediklərini dəyişərək ofisin qapısını özünün açdığını, komputerin qoşulmalı olduğu elektrik yuvasının yerini özünün göstərdiyini və sair bu kimi ziddiyyətli ifadələr verməklə, öz mövqeyini və məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əhəmiyyətli şəkildə şübhə altına salmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş materialları, zərərçəkən şəxsin ifadəsi, üzləşdirmə istintaq hərəkətləri, ifadənin yerində yoxlanılması protokolları, iş üzrə tədqiq edilən sübutlar və iş materialları ilə Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 ilə əlbir olduğu tam sübuta yetirilir.

73. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 178.1-ci maddəsinə münasibətdə əməlini etiraf etməməsi, Zərərçəkmiş şəxs2 borc pul alması, ona qarşı dələduzluq etməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi də mötəbər və inandırıcı deyil, zərərçəkmiş şəxs ibtidai istintaq dövründə və məhkəmə iclası zamanı eyni məzmunlu ifadələr vermiş, Təqsirləndirilən şəxs2la qonşu olduğunu, onu müxtəlif işlərlə məşğul olan, bir çox işləri həll edən şəxs kimi tanıdığını və Təqsirləndirilən şəxs2 onun qızını işə düzəltmək adı ilə onu aldadıb 3000 (üç min) manat pulunu ələ keçirməsini bildirmişdir. Zərərçəkən şəxs şikayət etdikdən dərhal sonra Renar Həsnov qohumları ilə əlaqə saxlayıb pulun qaytarılmasını təmin etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 guya zərərçəkmiş şəxsdən aldığı və ona qaytardığı 3000 manat məbləğində pulun borc olmasını qeyd etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 özünü hazırki əməl, yəni CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilməməsi, dələduzluq etməməsi, 3000 manat pulu borc qismində alması ilə bağlı bildirdiklərini ağlabatan hesab etmir, özünü müdafiə xarakteri daşıyan ifadə olduğunu qeyd edərək, hazırki epizod üzrə Təqsirləndirilən şəxs2 əməlini sübuta yetirilmiş hesab edir.

74. Məhkəmə, təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi yuxarıda sadalanan dəlillərə və verdiyi ifadələrə münasibətdə qeyd edir ki, onların qeyd etdiyi hallar işin faktiki halları ilə öz təsdiqini tapmadığından tam inkar edilir və məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, bu ifadələr özünü müdafiə xarakteri daşımaqla ağır cinayətə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədi daşıyır və özlərinin işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Həmin hallar mötəbərliyi şübhə altına alınmayan digər iş materialları, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları, telefon danışıqları, səs yazıları, şahid ifadəsi və digər çox saylı iş materialları ilə də öz təsdiqini tapır.

75. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

76. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

77. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır.

78. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət- Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.

79. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

80. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayətprosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

81. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini, iş materiallarında mövcud olan digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 182.2.1-ci, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 178.1, 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir.

82. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-in 182.2.1-ci, Təqsirləndirilən şəxs2 əməllərində isə CM-in 178.1, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində təqsirlidirlər, cinayət əməlləri qəsdən törədilmişdir, əməllər başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə CM-in 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən, CM-nin 182.2.1 və 182.2.2-ci maddələri isə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

83. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası CM-in, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

84. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”.

85. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.

86. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

87. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə (ius talionis), yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.

88. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır.

89. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun.

90. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

91. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olduğunu, CM-nin 178.1-ci maddəsi üzrə Zərərçəkmiş şəxs2 Ələkbər qızı ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.

92. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Çernobil AES qəzasında iştirak etməsini, İİ qrup əlil olmasını, yaşını və səhhətini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.

93. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Digər Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal onun əməllərində təhlükəli residivin olmasıdır.

94. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar.

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

96. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır.

97. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı).

98. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir.

99. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

100. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin təhlükəli residivi hesab edilir.

101. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

102. CM-in 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

103. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax: hökmün 45-ci bəndi).

104. Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

105. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 182.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

106. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

107. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

108. Digər Təqsirləndirilən şəxs2 münasibətdə məhkəmə qeyd edir ki, onun təqsirli bilindiyi CM-in 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətdir, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu əmlak xarakterli zərəri ödəyərək, aradan qaldırmış, zərərçəkən şəxslə barışmışdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə CMin 178.1, 73-1.1, CPM-in 40.3, 43.1.2-ci maddələrinin tələbləri izah edilsə də, o, törətdiyi əməli etiraf etməmiş, özünü təqsirli bilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

109. Məhkəmə CM və CPM-in yuxarıda sadalanan normalarına ümumi hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsini törətmiş, zərərçəkmiş şəxsə dəyən zərər ödənilmiş və barışıq əldə edilmişdir, lakin təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə özünü təqsirli bilməmiş, törətdiyi əməli etiraf etməmiş, zərərçəkənə qaytarılan pulun ondan aldığı borcun əvəzi olduğunu bildirmişdir. CM-in 73-1.1-ci “Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə” maddəsi qeyri-bəraətverici əsaslarla şəxsi cinayət məsuliyyətindən azad etdiyindən, onun barəsində həmin maddələrə istinad etməklə bəraət verici əsaslar olmadan xitam verilməsi üçün mütləq təqsirləndirilən şəxsin razılığı tələb olunur. Bu səbəbdən təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən hazırki maddə üzrə cinayət təqibi davam etdirilməli və təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

110. Məhkəmə CM-in 178.1-ci maddəsinə əsasən cəza təyin edərkən təqsirləndirilən şəxsin zərərçəkənə vurulmuş ziyanı qaytardığını və zərərçəkənin ondan şikayətinin olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 182.2.1 və 182.2.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, məhz azadlıqdan məhrumemə cəzası təyin edilməlidir.

111. CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

112. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

113. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

114. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər 29 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır.

115. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

116. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra İş üzrə maddi sübutlar olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus Samsung Galaxy A13 markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 09 (doqquz) ədəd disk iş materiallarında saxlanılmalıdır.

117. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.

118. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

119. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

120. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.1, 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 178.1-ci maddəsi ilə 1000 manat cərimə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum emə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplamaq yolu ilə ona qəti olaraq 5 il müddətə azadlıqdan məhrumetmə cəzası və 1000 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A13” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 09 (doqquz) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar