Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-169/2023 16.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1991-ci ildə İmişli rayon Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İmişli rayon Murğuzallı kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı İmişli rayonunun Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 4 ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 2 ədəd çətənə (kannabis) bitkisini yerindən çıxarıb 5 hissəyə bölərək və digər 2 ədəd çətənə (kannabis) bitkisinin hər birindən isə 1 hissə olmaqla, cəmi 2 hissə ayıraraq, ümumilikdə çətənə (kannabis) bitkisinin 7 hissəsini toplayaraq həyətdəki yardımçı tikilinin tavan hissəsindən iplə asıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq 1550,0 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlamış və saxlamış, 3 oktyabr 2022-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İmişli rayonu Murğuzallı kəndində yerləşən evə, evin həyətyanı sahəsinə və oradakı yardımçı tikiliyə baxış keçirilərkən həyətyanı sahədən 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 9700,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin yerüstü hissəsi və yardımçı tikilidən 7 ədəd qurumuş vəziyyətdə ümumi çəkisi 5800,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yer üstü hissələri və həmin hissələrdən 1550,0 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2022-ci ilin aprel ayının əvvələrində yaşadığı evin həyətyanı sahəsində tapdığı çətənə bitkisi toxumlarını əkmişdir. Sonra həmin toxumlardan 4 ədədi bitmişdir. O həmin bitkilərə qulluq etmiş, vaxtlı-vaxtında suvarmışdır. Tutulandan 15-20 gün əvvəl çətənə kollarından 2 ədədi quruduğundan həmin bitkilərin 5 ədəd budaqlarını qırıb qurumaq üçün həyətində olan yarımtikilinin tavan hissəsindən iplə bağlayaraq asmışdır. Arada bir həmin budaqların yarpaqlarından siqaretə doldurub çəkmişdir. Qalan iki ədəd kollara qulluq etməyə davam etmiş və həmin iki ədəd koldan da iki budaq kəsərək onları da yarımtikilidən asmışdır. O, həmin budaqları ipdən asmaqda məqsədi onları qurutmaq və gələcəkdə özü istifadə etmək olmuşdur. 03 oktyabr 2022-ci il tarixdə İmişli rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı həyətindən əkdiyi 2 ədəd çətənə bitkisi kolları, yarımtikilidə qurumaq üçün asdığı 7 ədəd çətənə bitkisinin qurumuş budaqlar və onun hissələri aşkar edilmişdir. Daha sonra isə aşkar olunmuş iki ədəd çətənə bitki kolu torpaqdan çıxarılması mümkün olmadığından kəsilərək polietilen kisəyə qoyulmuş, həmçinin talvardan asdığı 7 ədəd qurumuş bitkilərin budaqları da polietilen kisəyə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, o da protokolu imzalmışdır. Onun evindən və həyətindən hər hansı qurudulmuş marixuana aşkar edilməmişdir. O özünü 4 ədəd çətənə bitkilərini əkib-becərməkdə təqsirli bilir, lakin həmin bitkilərin hissələrini toplamaqda təqsirli bilmir. Əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi özünün səmimi etirafedici ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti prokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Murğuzallı kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib kultivasiya etməkələ yetirşdirməsi barədə əməliyyat məlumatı daxil omuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 03 oktyabr 2022-ci il tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və şöbə rəhbərliyinə məruzə etmiş, sonra şöbə rəhbərliyinin göstərişinə əsasən əməliyyat istintaq qrupu yaradılmış, həmin əməliyyat istintaq qurupunun tərkibinə o, Şahid5, Şahid3 və Sabir Rəhimov olmaqla İmişli rayonu Murğuzallı kəndinə getmişlər. Həmin tarixdə saat 16-40 radələrində aqronomun və kənd icra nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə və həyətyanı bağ sahəsinə onun öz razılıq ərizəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı bağ sahəsində kultivasiya üsulu ilə əkilib becərilməsi qadağan olunmuş iki ədəd çətənə bitki kollarına bənzər kollar və həmin həyətyanı sahədə yardımçı tikilinin altında iplə talvara bağlanmış 7 ədəd çətənə bitkisinin qurumuş hissələri aşkar olunmuşdur. İki ədəd kökü üzərində olan bitki kolları kəsilərək sintetik torbalara və yardımçı tikilinin altında üzərində kökləri olmayan 7 ədəd qurumuş vəziyyətdə çətənə bitki kolların hissələri ipdən kəsilərək bir ədəd sintetik torbaya qoyulmuşdur. 7 ədəd hissələr qablaşdırılarkən budaqlarda olan onların qurumuş yarpaqları sintetik torbaya tökülmüşdür. 1500 qram qurudulmuş marixuana həmin hissələr torbaya qoyularkən budaqların üzərində olan yarpaqların torbaya tökülməsi nəticəsində olmuşdur. Baxış zamanı ayrıca torbada qurudulmuş marixuana aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri əkib becərməkdə məqsədi onlardan özü istifadə etmək olduğunu bildirmişdir. Dindirilmiş şahidlər Şahid3, Şahid2, Şahid6, X2 və İmanov X3 Hüseynovun göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Cinayət işinin materiallarında olan 02 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi yerində yoxlanılarkən o ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə 4 ədəd çətənə bitkisi kollarını əkib-becərdiyi və həmin kollardan topladığı 7 ədəd hissələri asdığı yerləri təqdim etmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 3 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Murğuzallı kəndində yerləşən evinin həyətyanı bağ sahəsindən 2 ədəd çətənə bitkiləri və həmin evin həyətində yerləşən yardımçı tikilidən isə 7 ədəd narkotik tərkibli çətənə bitkilərinin qurumuş hissələri və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan İmişli Rayon Bitki Mühafizə və Yumuqasiya (zərərsizləşdirmə) Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan ətrafı hasara alınmış içərisində aşkar edilmiş 2 ədəd narkotik tərkibli çətənə kollarının dibi boşaldılmış, becərilmiş və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 4 oktyabr 2022-ci il tarixli, 18/1097 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda «Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən ...» sözləri və imzalar olan 2 ədəd sintetik torbada hər birində bir ədəd olmaqla çəmi 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 9700,0 qram olan bitki nümunələri (kökü üzərində olmayan) əkilib – becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin yerüstü hissələridir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda «Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindəki yarımtikilidən» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada 7 ədəd qurumuş vəziyyətdə ümumi çəkisi 5800,0 qram bitki nümunələri (kökü üzərində olmayan) əkilib-beçərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yerüstü hissələridir. Həmin sintetik torbada təmiz çəkisi - 1550,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 2 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş 2 ədəd yaş halda çətənə bitkilərinin yerüstü hissələri, 7 ədəd quru halda çətənə bitkilərinin yerüstü hissələri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müaylicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ibtidai istintaq orqanının 24 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsindən və yardımçı tikilidən 03 oktyabr 2022-cı il tarixdə götürülmüş qalıq bikisi 15499,82 qram və qalıq çəkisi 1549,98 qram olmaqla əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkiləri maddi subut kimi tanınmış və maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən İmişli Rayon Polis Şöbəsinin Əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X7 ifadəsində özünü 4 ədəd çətənə bitkilərini əkibbecərməkdə təqsirli bildiyini, lakin həmin bitkilərin hissələrini toplamaqda təqsirli bilmədiyini göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həmçinin məhkəmədə verdiyi ifadələrində 4 ədəd çətənə bitkilərini əkib-becərdiyini, əvvvəllər həmin kolların qurumuş hissələrindən 5 hissə və kök üstə olan digər iki ədəd koldan da iki hissə ayıraraq həyətindəki yarımtikilidə qurutmaq üçün asdığını bildirmişdir. Bu xüsusat məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolu ilə də təsdiqini tapır. Məhkəmədə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs həyətinə baxış keçirilərkən 2 ədəd kök üstə çətənə bitkilərinin aşkar edildiyini və həyətdə olan yarımtikilidə 2 ədəd kök üstə olan bitkilərdən 2 ədəd və 2 ədəd qurumuş çətənə bitkisindən 5 ədəd hissələrinin tavandan asılmış vəziyyətdə olduğunu gördüklərini bildirmişlər. Məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Murğuzallı kəndində yerləşən evinin həyətyanı bağ sahəsindən 2 ədəd çətənə kannabis bitkiləri və həmin evin həyətində yerləşən yardımçı tikilidən isə 7 ədəd narkotik tərkibli çətənə kannabis bitkilərinin qurumuş hissələri və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 2 ədəd yaş halda çətənə bitkilərinin yerüstü hissələri, 7 ədəd quru halda çətənə bitkilərinin yerüstü hissələri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 6 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı İmişli rayonunun Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 4 ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 2 ədəd çətənə (kannabis) bitkisini yerindən çıxarıb 5 hissəyə bölərək və digər 2 ədəd çətənə (kannabis) bitkisinin hər birindən isə 1 hissə olmaqla, cəmi 2 hissə ayıraraq, ümumilikdə çətənə (kannabis) bitkisinin 7 hissəsini toplayaraq həyətdəki yardımçı tikilinin tavan hissəsindən iplə asıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq 1550,0 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlaması və saxlaması tam təsdiq olunur. Bu cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.1 və 234.1-1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də o, CM-nin 237.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1991-ci ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olmuşdur. İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Öhtəsində 3 nəfər ailə üzvü var. Onlardan atası Şahid7 İİ qrup əlidir. İşdə olan tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs atası Şahid7 “böyrək xərçəngi” diaqnozu ilə xəstədir. İşdə olan İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından və İmişli Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünün surətindən görünür ki, İmanov X5 Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan İmişli Rayon İcra və Probasiya Şöbəsinin 24 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya aktının 2-5-ci bəndi tətbiq edilərək o 02 fevral 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ötəsində 3 nəfər ailə üzvü olmaqla onlardan atası Şahid7 böyrəyin xərçəngi diaqnozu ilə xəstə olmasını, kənd camaatı arasında xüsusi hörmət qazanması barədə yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun barəsində “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya aktının 2-5-ci bəndi tətbiq edilərək o 02 fevral 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Amnistiya aktının 4-cü bəndinə əsasən onun məhkumluğu ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkün deyildir. Ona görə də ona təqsirləndirildiyi maddənin, sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə yaxın cəza təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirməməlidir. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 15499,82 qram olmaqla əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkiləri və qalıq çəkisi 1549,98 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 49,74 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1 və 237.1 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-1-ci maddəsi təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. O ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 15499,82 qram olmaqla əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkiləri və qalıq çəkisi 1549,98 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci olan 49,74 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-169/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-169/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver