Məhkəmə qərarları › İş №1(099)-169/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-169/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-169/2024 30.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Astara rayonu Pəlikeş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Astara rayonu Pəlikeş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda-4,050 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 06 iyul 2023-cü il tarixdə, saat 14:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara rayonu Pəlikeş kəndində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümündə təmiz çəkisi-4,050 qram olan narkotik vasitə heroin onun əynində olan qara qəngli şalvarın sağ yan yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, özü ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir. 05 iyul 2023-cü ildə yaşadığı kəndin icra nümayəndəsi Xaqani Xalıqov ona zəng edib, kənddə çayın qırağında olan körpüyə gəlməsini bildirmişdir. Saat axşam 21:00- 22:00 radələrində yaşadığı evdə olarkən ona zəng gəlib, icra nümayəndəsindən nə məsələ olduğunu soruşduqda telefonda ona heçnə deməmiş, həmin yerə gəlməsini demişdir. O isə evdən çıxıb deyilən yerə getdikə regional polis şöbəsinin əməkdaşlarının da orda olduğunu görmüşdür. Həmin körpüyə çatmamış isə qarşısında Xəndanın getdiyini görmüş, onunla birlikdə çağırılan yerə getmişdir. Ora çatanda isə icra nümayəndəsinin regional polis şöbəsinin əməkdaşlarının yanında olduğunu görmüşdür. Həmin vaxt onunla birlikdə kəndçisi Xəndan Vahabovu otuzdurub maşına regional polis şöbəsinə Lənkəran şəhərinə gətirmişlər. Bütün bunları da icra nümayəndəsi görmüşdür. Xəndanla onu şöbədə ayrı-ayrı otaqlarda saxlamışlar. Şöbədə onu əməliyyatçılar sorğu-sual etmiş, demişlər ki, irandan mal keçirilib, yerin deməsin istəmişlər. O isə polis əməkdaşlarına bundan xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra ondan kənddə kimin iranlılar işləyib-işləməməsi barədə soruşduqda, gedib araşdırmalarını bu barədə heç bir məlumatı olmadığını demişdir. Eyni zamanda polis əməkdaşları malın yerini dediyi təqdirdə onu buraxacaqlarını bildirmişlər. O isə polislərlə malın yerini bilmədiyini bir daha bildirmişdir. Polis şöbəsinə gedərkən də üzərində heç bir narkotik vasitə olmamışdır. Heç evdən çıxan adam da mal üstündə ora gedər.? Həmin vaxt isə üzərində cib dəsmalından başqa heçnə olmamışdır. Evdən çıxıb icra nümayəndəsinin dediyi yerə çanatda icra nümayəndəsi onu regional polis şöbəsinin əməkdaşlarının axtardığını orda demişdir. Polis işçiləri isə demişlər ki, “gedək Lənkərana orda aydınlaşdıracayıq”. xx.xx.2023-cü ildə həmin gecəni Lənkəranda regional polis şöbəsində saxlanılmış, onu bağlayıb çoxlu döymüşlər. Sabahısı isə demişlər ki, “səni belə buraxmaq olmaz”. xx.xx.2023-cü ildə axşam saatlarında onu Lənkərandan X21 gətirmişlər, şöbədə isə üzərinə dörd qram heroin qoyub çəkiliş etmişlər. Demişlər ki, “səni bunla rəsmiləşdirəcəyik sonra da qolbaq cəzası ilə buraxacayıq çıx get”. Narkotiki üstünə X20 qoyublar. Kamera arxasında isə polis əməkdaşları olmuş, ondan çəkilişdə heçnə deməməyini tələb etmişlər, əks halda çəkilişi saxlayıb yenidən döyəcəklərilə hədələmişlər. Onu saxlayan üç nəfər polis əməkdaşı olmuşdur. Adları Aqil və Tural olmuş, digərinin adını isə bilmir. Regional şöbədə olarkən o, döyülmüş, boynuna almasa daha böyük çəki üzərinə qoyacaqları ilə hədələnmişdir. Daha sonra məcbur olub onlarla razılaşmış, söz vermişlər ki, “səni məhkəmədən qolbaq cəzası ilə buraxdıracayıq”. Çəkilişdən əvvəl isə demişlər ki, dörd qram maldı üzərinə götürməlisən. Onun xx.xx.2023-cü ildə kənd ərazisində tutulması yalandır. Aşkar olunmuş narkotikin isə ona heç bir aidiyyəti yoxdur. İttiham aktı üzrə şahidlərdən Şahid1 onu xx.xx.2023-cü ildə saxlamamış, Şahid1 onu saxlanıldığı günün sabahı X21 aparıb, çəkilişdə iştirak etmişdir. X1 iştirak etməmiş, Taleni isə tanımır. Saxlanılarkən Xəndanla birlikdə olmuş, həmin yerdə icra nümayəndəsi və polis əməkdaşları olmuşdur. 05 iyul 2023-cü ildə axşam saat 21:00 radələrində onları birlikdə Lənkərana regional polis şöbəsinə aparmışlar. Göydə allah yerdə məhkəmə, işi doğru düzgün araşdırılıb barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitə olan heroini plastik butulkada hazırlamaqla çəkmək yolu ilə istifadə edir, narkotik vasitə olan heroindən istifadə etmədiyi günlərdə bədənində güclü ağrılar olur, əvvəllər narkotik vasitə olan heroini Lənkəran şəhəri böyük bazar adlanan ərazidən yalnız üzdən tanıdığı adını bilmədiyi şəxslərdən almış, 26 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Astara rayonu Pəlikeş kəndində yerləşən yaşadığı evdən çıxaraq bir qədər dolaşmaq qərarına gəlmiş, Astara rayonu Pəlikeş kəndində yol ilə gedərkən bir nəfər şəxsin kənd ərazisində təbiətin mənzərəli yerlərinin fotoşəkillərini özündə olan fotoaparatla çəkdiyini görmüş, həmin şəxsi əvvəlcədən tanımamış, adını bilmədiyi həmin şəxsə yaxınlaşaraq onunla Astara rayonunun digər gəzməli-görməli yerləri haqqında bir qədər söhbət etmiş, həmin şəxs Azərbaycan dilində sərbəst danışsa da özünü turist kimi təqdim etmiş, bir neçə dəqiqə söhbət etdikdən sonra həmin şəxs çantasından, istifadə etmək məqsədilə narkotik vasitə heroin çıxarmış, əvvəllər heroindən istifadə etdiyi üçün dərhal həmin narkotik vasitəni tanımış və narkotik vasitədən bir qədər verməsini xahiş etmiş, həmin şəxs çantasında olan digər heroin bükümünü 200 manata sata biləcəyini demiş, razılaşdıqdan sonra bir bükümdə narkotik vasitə olan heroini çıxarıb ona vermiş və həmin şəxsə 200 manat pul ödədikdən sonra evinə qayıtmış, evinə qayıtdıqdan sonra bir neçə gün ərzində adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsdən aldığı narkotik vasitə olan heroini istifadə etməkdən ehtiyat etmiş və həmin narkotik vasitəni öz cibində gizlətmiş, 06 iyul 2023-cü il tarixdə saat 14 radələrində üzərində olan narkotik vasitə heroini istifadə etmək məqsədilə Astara rayonu Pəlikeş kəndinə küçəyə çıxmış, kənd ərazisində küçədə hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, o, dərhal polislər üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsində müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümündə narkotik vasitə olan heroini masanın üzərində qoymuş, daha sonra təhqiqatçı tərəfindən 1 (bir) ədəd sellofan bükümünə baxış keçirilən zaman həmin bükümün içərisindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Masanın üzərinə qoyduğu 1 (bir) ədəd sellofan bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 5 qram olması müəyyən edilmişdir. Narkotiki öz istifadəsi üçün almış, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərindən aşkar olunan bükümü öz istifadəsi üçün saxlamış, həmin bükümü satmaq fikri olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanları oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyul 2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və həmin tarixdə, saat 14 radələrində yaşadığı Astara rayonu Pəlikeş kəndində olacağı barədə icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 06 iyul 2023-cü il tarixdə şöbənin digər əməkdaşları – Şahid2 və Şahid3 ilə birlikdə avtomobillə Əbülfətin yaşadığı Astara rayonu Pəlikeş kəndinə – Əbülfətin evinin yaxınlığına getmiş, Əbülfətin evinin yaxınlığında gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş və dərhal yaxınlaşaraq, onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Astara RPŞ-yə gəldikdən sonra təhqiqatçı tərəfindən vəkil və digər iştirakçıların iştirakı ilə video-çəkilişlə Əbülfətin üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Əbülfət əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümündə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra Əbülfətin üzərində şəxsi axtarış keçirilərək üzərindən digər cinayət xarakterli əşya, predmet aşkar olunmamış, daha sonra aşkar edilmiş heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 5 qram olması müəyyən edilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra həmin büküm iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Əbülfətə qarşı nə özü, nədə ki, digər polis əməkdaşları tərəfindən təzyiq və təsir edilməmiş, şöbədə olarkən özü hər şeyi səmimi etiraf etmişdir. Əbülfəti birbaşa olaraq həmin gün X21 aparıb təhvil vermişlər, onu regional polis şöbəsinə Lənkərana aparmamışlar. İcra nümayəndəsinin isə bu haqqda məlumatı olmamışdır. Əbülfəti Xəndan adlı şəxslə bir yerdə saxlamamışlar, bu barədə də icra nümayəndəsinə məlumat verməmişlər, onu xx.xx.2023-cü ildə saxlayıb regional polis şöbəsinə aparmamışlar, Əbülfəti Tural və Fazil adlı polis əməkdaşları ilə birgə saxlamış, Əbülfətin bildirdikləri yalandır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərmişdir ki, 05 iyul 2023-cü ildə kənd icra nümayəndəsi Xəqani ona zəng eləmişdir. Həmin vaxt saat təxminən axşam 10-a işləmiş, yarısı olarmış, çünki qaranlıq düşmüşmüş. Telefonda Xaqani demişdir ki, regional polis şöbəsindən gəlib səni istiyirlər, düş yola. O, da evdən çıxıb yola düşmüş, yolda Əbülfətlə rastlaşmışdır. Əbülfətlə körpü tərəfdə rastlaşmışdır. Əbülfət demişdir ki, kənd icra nümayəndəsi ona da zəng vurub çağırıb. Birlikdə getmişlər, kənd icra nümayəndəsi Xaqani olan yerə yaxınlaşdıqda dörd nəfər polis əməkdaşı Taleh, Tural, Zaur və Aqili görmüşlər. Həmin polislər onu Əbülfətlə birlikdə Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə aparmışlar. Hamısı Lənkərana bir maşında getmişlər, onlar arxada ortada yanlarda isə sağda Taleh, solda Zaur əyləşmiş, Aqil maşını idarə etmiş, Tural isə qabaqda oturmuşdur. Şöbəyə çatdıqdan sonra Əbülfətlə onu ayırıb, başqa-başqa otaqlarda saxlamışlar. Sonradan Əbülfətdən xəbəri olmamışdır. Onu şöbədə döymüşlər, sabahısı 06 iyul 2023-cü ildə X21 aparmışlar. Üstünə orada mal qoyub çəkiliş etmişlər. Çəkilişdə isə demişdirlər ki, çıxararsan, özü isə polislərin dediklərin etmişdir. Onları polislər kənd icra nümayəndəsinin yanından aparmışlar. Məhkəmə istintaqı zamanı şahid X8 ifadəsində göstərmişdir ki, o, artıq 5-ci ildir ki, icra nümayəndəsi vəzifəsində işləyir. İşlədiyi ərazi geniş və relyefi çətindir. Həmin kəndlər isə sərhədə yaxın olduğundan, son dövrlərdə narko tacirlər orada fəallaşmışdır. Özü isə həmişə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmişdir. İyul ayının əvvəllərində regional polis şöbəsindən ona zəng gəlmişdir. Tarixi dəqiq xatırlamır, onlar Əbülfət adlı kənd sakininin haqqında məlumat daxil olduğunu bildirmişlər. Ayın 06-sı səhər işə gələndən sonra Əbülfətə zəng edib, harada olduğunu soruşmuşdur. Adətən Əbülfət yaylaya gedirmiş deyə kənd ərazisində olub-olmadığını dəqiqləşdirmişdir. Əbülfət isə ərazidə olduğunu demişdir. Elə həmin gün də məlumat almışdır ki, Əbülfəti saxlayıblar, özü isə Əbülfəti görməmişdir. Əbülfətə özünə məxsus mobil nömrə ilə zəng vurmuş, sonuncu kənd ərazisində olduğunu bildirmişdir. 05 iyul 2023-cü ildə ona regional şöbədən zəng gəlmiş, Əbülfət adlı şəxsin kənd ərazisində olub-olmaması barədə maraqlanmışlar. Səhərisi işə gələndə isə o bir qonşu, yaxın kimi Əbülfətə zəng vurub harada olması ilə maraqlanmışdır. Əbülfətə həmin andan sonra zəng vurmamış Xəndan adlı kənd sakini ilə birlikdə Əbülfəti çağırıb, yanında polis əməkdaşları onları aparmayıb. Xəndanın cinayət işi ilə bağlı məhkəmədə ifadə verərkən stresdə olmuş, özünün beyin təzyiqi var, həmişə səhhəti yaxşı olmur, həmin ifadələrini isə təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin dedikləri yalandır. Özü təqsirləndirilən şəxsi regional şöbədə görməmişdir. Xəndanla bağlı tədbirin ayın neçəsi keçirildiyini xatırlamır. Həmin əraziyə mütəmadi gedib-qayıdır. Onlar ərazinin relyefinin çətin olduğuna görə birmənalı olaraq icra nümayəndəsi ilə əlaqə saxlayırlar. Sım ilə Pəlikəş eyni kəndlərdir, orada bir anten vardır, o da çoxdan qoyulub, həmin anten kəndləri ayıra bilməz. Dirək bir yerdədirsə, ora yüklənmə olarsa, anten məlumatlar digər dirəyə ötürülür. Ən yaxın hansı dirək olursa, məlumat da ora yüklənir. Məhkəmə istintaqı zamanı şahid X11 ifadəsində göstərmişdir ki, özü Xəndan Vahabovun saxlanılmasında iştirak etmişdir. Xəndan Vahabovun saxlanılması tarixini xatırlamır. Xəndan Vahabovun saxlanılmasında Tale və Zaurla birlikdə olmuşdur. X26 Vahabovun saxlanılmasında iştirak etməyib. Aqil Əhmədov xüsusi mühüm işlər üzrə əməliyyatçıdır. Xəndan Vahabov saxlanılan zaman tək olub, Təqsirləndirilən şəxs görməmişdir. Xəndan Vahabovu gündüz vaxtı saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid X19 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, əvvəllər də Əbülfəti görməmişdir. Özü xx.xx.2023-cü il tarixdə işdə olmuş, dəqiq deyə bilmir, idarədə olmuş, yoxsa çöldə olmuşdur. O, Əbülfəti tanımır. Məhkəmə istintaqı zamanı şahid X12 ifadəsində göstərmişdir ki, o, Əbülfətin saxlanılmasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə bir çox tədbir olub, ola bilər ki, başqa şəxsin sənədləşməsi ilə bağlı Astara RPŞ-nə gəlmiş, Fərəcov da onu orada görüb. O, Astara RPŞ-ndə hadisə günü olub-olmadığını dəqiq deyə bilməz, 1 il qabaq olub. Özü Fərəcovu görməmiş, tanımır, ona təsir və ya təzyiqlər etməyi mümkünsüzdür. Ayın 5-6-ı əməliyyat tədbirində iştirak edib-etməməyini xatırlamır. O, Xəndan Vahabovun saxlanılmasında da iştirak etməmişdir. Özü isə Fərəcovun saxlanılmasında iştirak etməmişdir. İşdə olan, BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 06 iyul 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 11) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, 06 iyul 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 1 ədəd sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni 10 gün əvvəl Astara rayonu ərazisindən tanımadığı şəxsdən 200 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. (c İ, i.v 25-27) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/702 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 4,050 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 4,050 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 3,950 qram heroin qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 36-38) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 iyul 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 77-79) İşdə olan, “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 06 iyul 2023-cü il tarixli, 703 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 80) İşdə olan, xx.xx.2023-cü il tarixli, 652 nömrəli tibbi ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. (c İ, i.v 82- 83) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və xx.xx.2010-cu il tarixli 1(101)- 936/2010 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad edilib, xx.xx.2020ci ildə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmış və hazırda məhkumluğu ödənməmişdir. (c İ, i.v 89-90, 94-102) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(018)-121/2023 nömrəli qərarından görünür ki, X18 tərəfindən qəbul edilən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 06 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 104-105) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq qalan 3,950 qram narkotik vasitə olan heroin maddi sübut hesab edilmiş, saxlanılması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (c İ, i.v 112) İşdə olan, xx.xx.2023-cü il tarixli Astara RİHB-nın X24 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və xx.xx.2009-cu il təvəllüdlü oğlundan ibarətdir, barəsində nümayəndəliyə hal-hazıradək heç bir şifahi və yazılı müraciət daxil olmamışdır. (c İ, i.v 129-130) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkəti barədə çəkilmiş videogörüntünün yazıldığı 01 ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmışdır. (c İ, i.v 134-139) İşdə olan, Bakı İstintaq Təcridaxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. (c İİ, i.v 126-130) İşdə olan, BNMİ-nin CBRŞ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş raportlar, qərarlar və əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsində ötrü 06 iyul 2023-cü il tarixdə qərar qəbul olunmuş, CPM-ə uyğun olaraq qərarın surəti Astara Rayon Məhkəməsinə və rayon prokurorluğuna göndərilməsi təmin edilmiş, həmçinin qərarın surəti və digər sənədlər toplanmış təhqiqat materialına əlavə edilmişdir. BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Tale Əkbərov, polis nəfəri Zaur Talıbov və digər əməkdaş tərəfindən 06 iyul 2023-cü il tarixdə Astara rayonu, Pəlikeş kəndi ərazisində həmin kənd sakini X3 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmçinin CBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili Aqil Əhmədov, polis nəfəri Zaur Talıbov və digər əməkdaş tərəfindən 07 iyul 2023-cü il tarixdə Astara rayonu, Pəlikeş kəndi ərazisində həmin kənd sakini X4 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. CBRÇ-nin XMİÜ baş əməliyyat müvəkkili Aqil Əhmədov 05 iyul 2023-cü il və 06 iyul 2023-cü il tarixlərdə X9 ilə bağlı əməliyyat tədbirləri ilə əlaqədar Astara rayonu, Pəlikeş kəndi ərazisində olmuşdur. (c İİ, i.v 142-154) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə ilki öncə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə polis əməkdaşları tərəfindən döyülməsi, ona zor tətbiq edilməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs iki aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının suallarına cavab olaraq söylədiyi səsli nitqində təqdim etdiyi narkotik vasitənin özünə məxsus olduğunu, onu Pəlikeş kəndində turist vətəndaşdan saxlanılmamışdan 10 gün qabaq əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı şiddət, fiziki və psixoloji zor tətbiq edilmədiyini, həmin otağa gələnə qədər ciblərinin yoxlanılmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs tutulduqdan sonra tibbi müayinədən keçirilmiş xx.xx.2023-cü il tarixli, 652 nömrəli ekspert rəyi ilə onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, eyni zamanda xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar, fiziki təzyiq və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara, fiziki təzyiqlərə və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, fiziki təzyiqlərə və təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 57-59) və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 69-71) qismində verdiyi ifadələri, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatı (cild İ – i.v. 77-79), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və onu Pəlikeş kəndində turist vətəndaşdan saxlanılmamışdan 10 gün qabaq əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı şiddət, fiziki və psixoloji zor tətbiq edilmədiyini, həmin otağa gələnə qədər ciblərinin yoxlanılmadığını bildirmiş) ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıqaşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Astara RPŞ-nin İstintaq Bölməsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə heroinin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman 4,050 qram çəkidə narkotik vasitə heroini əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 06 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 06 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili İntiqam Hüseynov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 06 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 4,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürdüyü dəlillər yəni, 05 iyul 2023-cü ildə yaşadığı kəndin icra nümayəndəsi Xaqani Xalıqovun saat 21:00- 22:00 radələrində ona zəng edib, kənddə çayın qırağında olan körpüyə gəlməsini bildirməsi, daha sonra evdən çıxıb deyilən yerə getdikə regional polis şöbəsinin əməkdaşlarının da orda olduğunu gördüyünü, körpüyə çatmamış isə Xəndanla rastlaşdığını, onunla birlikdə çağırılan yerə getmələri, onunla birlikdə kəndçisi Xəndan Vahabovunda regional polis şöbəsinə Lənkəran şəhərinə gətirilmələri, orada çoxlu döyülməsi, sabahısı isə xx.xx.2023-cü ildə axşam saatlarında onu Lənkərandan X21 gətirib, şöbədə isə üzərinə dörd qram heroin qoyub çəkiliş etmələri, onları saxlayan üç nəfər polis əməkdaşının Aqil və Tural olması, digərinin adını isə bilmədiyini, Şahid1 və Kamil Rəhimov onun saxlanılmasında iştirak etməməsi, Taleni isə tanımaması, saxlanılarkən Xəndanla birlikdə olması barədə bildirdikləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs Xəndan Vahabovla birlikdə 05 iyul 2023-cü ildə Aqil, Tural və adlarını bilmədiyi digər iki nəfər polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də, iş üzrə şahid qismində dindirilmiş Xəndan Vahabov isə onların Tale, Aqil, Zaur və Tural adlı polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, lakin Təqsirləndirilən şəxs təkidlə ümumiyyətlə Tale adlı polis əməkdaşı tərəfindən saxlanılmadıqlarını, həmin polis əməkdaşını tanımadığını bildirmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X25 Vahabovun və Təqsirləndirilən şəxs 05 iyul 2023-cü ildə yanında regional polis əməkdaşları tərəfindən saxlanılmasını təkzib etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müvafiq sorğular əsasında təqdim edilmiş sənədlərdən də görünür ki, BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Tale Əkbərov, polis nəfəri Zaur Talıbov və digər əməkdaş tərəfindən 06 iyul 2023-cü il tarixdə Astara rayonu, Pəlikeş kəndi ərazisində həmin kənd sakini X3 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmçinin CBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili Aqil Əhmədov, polis nəfəri Zaur Talıbov və digər əməkdaş tərəfindən 07 iyul 2023-cü il tarixdə Astara rayonu, Pəlikeş kəndi ərazisində həmin kənd sakini X4 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. CBRÇ-nin XMİÜ baş əməliyyat müvəkkili Aqil Əhmədov 05 iyul 2023-cü il və 06 iyul 2023-cü il tarixlərdə X9 ilə bağlı əməliyyat tədbirləri ilə əlaqədar Astara rayonu, Pəlikeş kəndi ərazisində olmuşdur. Görünür ki, yuxarıda adları çəkilən polis əməkdaşları 06-07 iyul 2023-cü il tarixlərində Astara rayonu, Pəlikeş kəndi ərazisində Burhan Vahabovun, Xəndan Vahabovun və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər, şübhəsiz saxlanılan şəxslər həmkəndli, qohumluq münasibətlərində olduqlarından bu barədə məlumatlı olmaqla özlərini müdafiə məqsədilə yuxarıda göstərilən əsasları məhkəməyə bildirmişlər. Adı çəkilən polis əməkdaşları da məhkəmə araşdırması zamanı ayrı-ayrılıqda şahid qismində dindirilərkən, Təqsirləndirilən şəxs bildirdiyi arqumentləri təkzib etmişlər. Göstərilənlərə əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiklərini mötəbər sübut kimi qəbul etmir. Cinayət törədilən zaman qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvəllər əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, təqsirləndirilən şəxsin kriminal keçmişini, əvvəllər də analoji cinayət əməllərini törətməsini, onun islah edilməz şəxsiyyətə sahib olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 06 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,950 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı video-çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,950 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı video-çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar