Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-17/2022 24.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə və müdafiəçilər- “Xəzər Konsaltinq” vəkil bürosunun vəkilləri Müdafiəçi1 və X10 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Sabirabad rayonun Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1976-cı ildə Sabirabad rayonun Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvələr məhkum olunmamış, Sabirabad rayonu, Narlıq kənd tam orta məktəbinin hərbi rəhbər müəllimi işləyən , Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2014-2015-ci illərdə Rusiya Federasiyasının Voronej şəhərində meyvətərəvəz ticarəti ilə məşğul olan digər qardaşları X2 miqdarda pulunu ələ keçirməkdə günahlandırdıqları həmkəndlisi Zərərçəkmiş şəxs buna görə aralarında uzun müddət davam edən ədavətə son qoyub qisas niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə bir ədəd uzunluğu 88 sm, en kəsiyi 32 mm olan metal boru, bir ədəd uzunluğu 90 sm, en kəsiyi 16 mm olan metal armatur və bir ədəd balta yerləşdirməklə hazırlıq görüb əlverişli şərait yaranmasını gözləmişlər, 16 iyul 2020-ci il tarixdə, saat 22 radələrində yaşadıqları Sabirabad rayonu, Yolçubəyli kəndindəki evin qarşısında olarkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs özünə məxsus “Hyundai Sonata” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri istiqamətində hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs1 həmin “Mitsubishi Pajero” markalı avtomobilin sükanı arxasına keçib, Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda əyləşməklə, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili birgə təqib etmişlər, Sabirabad rayonu, Türkədi kəndi ərazisində Təqsirləndirilən şəxs1 qardaşı ilə əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə Zərərçəkmiş şəxs avtomobilinin sol yan hissəsindən qəsdən vurub sonuncuya sol bazu sümüyünün distal hissəsinin qapalı, yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə, mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomobilə 5715.00 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla zədələyərək ağır nəticələrə səbəb olmuş, Zərərçəkmiş şəxs qəsdən öldürməkdən ibarət olan niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxs1 avtomobildə olan baltanı, Təqsirləndirilən şəxs2 isə metal borunu əlinə götürməklə Zərərçəkmiş şəxs üzərinə birgə hücum etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs2 zərərçəkənin baş və bədəninin müxtəlif nahiyələrinə əlindəki metal boru ilə bir neçə zərbə endirmiş, Zərərçəkmiş şəxs yaxınlıqdakı yol kənarında “Bərəkət” market istiqamətində qaçdığından, Təqsirləndirilən şəxs1 əlində olan baltanı qardaşı Təqsirləndirilən şəxs2 əlindəki metal boru ilə dəyişməklə Zərərçəkmiş şəxs birlikdə təqib etmişlər, sonuncunun marketə keçib qapını arxadan tutduğunu gördükdə qapını sındırıb içəri keçməklə həmin vaxt birgə Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncunu, hadisə yerində olan oğlu Şahid6 gözləri qarşısında ona müstəsna dərəcədə qəddarlıq göstərərək xüsusi iztirab və əzab verdiyini dərk etməklə, eləcə də zərərçəkmişə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə xüsusi əzab və işgəncə verməklə, xüsusi amansızlıqla baş və bədəninin müxtəlif nahiyələrinə Təqsirləndirilən şəxs2 əlində olan balta, Təqsirləndirilən şəxs1 isə metal boru ilə birlikdə çoxsaylı zərbələr endirib Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsinin çapılmış yarası xarakterli açıq kəllə-beyin travması ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, sağ əlin ikinci daraq sümüyünün sınığı xarakterli sağ əlin arxa səthinin çapılmış yarası ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, sağ təpə və ənsə nahiyələrinin əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətlərini birlikdə yetirmişlər, Zərərçəkmiş şəxs aldığı həmin xəsarətlərdən ölməsinə əmin olduqlarından, eləcə də həmin vaxt hadisə yerində olan şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırıldıqlarından, zərərçəkmiş Zərərçəkmiş şəxs isə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən Mircavid və Təqsirləndirilən şəxs2 qardaşları öz iradəsindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdilər. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş maddələrlə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxsi öldürmək məqsədi olmadığı, sadəcə onu cəzalandırmaq üçün xəsarət yetirdiyini, həmçinin zərərçəkmişin əmlakını zədələdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşıdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. O, və digər qardaşları Seyidəli və Mirnicat Rusiya Federasiyasının Voronej şəhərində təqribən 10 il əvvəldən başlayaraq orada yaşamaqla meyvə-tərəvəz alveri ilə məşğul olmuşlar. Həmçinin Zərərçəkmiş şəxs da Voronejdə müyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Təqribən 2014-cü ilin yay aylarında qardaşı Mirnicat Fuadla birlikdə Voronejdə “Mirfrukt” şirkəti açaraq şərikinə ticarətlə məşğul olmuşlar, belə ki, Voronejdə fəaliyyət göstərən “Maqnit” supermaketlər şəbəkəsinə topdan meyvə-tərəvəz satırmışlar. 2015-ci ilin yay aylarında gəlirlərin bölüşdürülməsi zamanı müəyyən edilmişdir ki, Mirnicatın payına 400.000 ABŞ dolları düşür, lakin Zərərçəkmiş şəxs pulu verməkdən boyun qaçıraraq ələ keçirmişdir. Bundan sonra, o, Mirnicat və digər qardaşları Seyidəli dəfələrlə Fuaddan pulu veməsini istəmişlər, lakin sonuncu pulu verməkdən hər dəfə boyun qaçırırmış. 2015-ci ilin dekabr ayında “Mirfrukt” şirkətinə məxsus yük avtomobili gecə vaxt naməlum şəxslər tərəfindən yandırılmışdır. Həmin cinayət hadisəsi ilə o və qardaşlarının bağlılığı olmasa da, Fuad onlardan şübhələnməyə başlamışdır. Bundan sonra Fuad əlaqələrindən istifadə edərək onları deportasiya etdirmişdir. Sonradan Fuad Azərbaycana qayıtmış, qayıtdıqdan sonra Sabirabad şəhəri Muğan prospektinin kənarındakı ərazini alaraq Lukoil yanacaqdoldurma məntəqəsini açmışdır. Fuad Azərbaycana qayıtdıqdan sonra da müxtəlif adamlar vasitəsilə qardaşı Mirnicata olan borcunu ödəməsi ilə bağlı ona bir neçə dəfə söz göndərsələr də Fuad heç bir formada onlara borcu olmadığını, onlara bir manat belə verməyəcəyini. Zərərçəkmiş şəxs onun ailəsinə etdiyi bu pisliyə görə o və qardaşı Seyidəli Fuadı cəzalandırmaq istəmişlər. Buna görə də, avtomobilin yük yerinə metal boru və armatur qoymuşlar, lakin balta təsadüfən qoyulmuşdur. Belə ki, baltanın dəstəyini təmir etdirəndən sonra yadından çıxaraq maşında qalmışdır. 16 iyul 2020-ci il tarixdə, axşam saat 21-22 radələrində qardaşı Seyidəli ilə evilərinin qarşısındakı küçəyə çıxanda onlarla qonşuluqdakı evlərindən Fuadın özünə məxsus Hyundai Sonata markalı avtomobil ilə yola çıxdığını və rayon istiqamətində getdiyini o və qardaşı Seyidəli görmüşdür. Arxasınca getmək üçün həyətdə saxladığı qardaşına məxsus Mitsubishi Pajero markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağında o, arxa sərnişin oturacağında isə Seyidəli oturmuş, cəld avtomobili hərəkətə gətirib rayon mərkəzi istiqamətində yola düzəlmişdir. Sürəti artırıb mümkün qədər Fuada çatmağa çalışmış, yolun Türkədi kəndi ərazisindəki qəbristanlığa bir qədər qalmış Fuadın avtomobilini keçmiş, Türkədi kəndi ərazisindəki Bərəkət marketin qarşısında o, maşınını geri döndərib Yolçubəyli kəndi istiqamətində hərəkət etməyə və sürətini artırmağa başlamış, Yolçubəyli kəndi istiqamətində yolun Türkədi kəndindən keçən hissəsindəki qəbiristanlığın qarşısı ilə hərəkətdə olarkən əks istiqamətdən gələn Zərərçəkmiş şəxs məxsus «Hyundai Sonata» markalı avtomobili görüb onu dayandırmaq məqsədilə öz avtomobilini onun üzərinə sürmüşdür. Həmin vaxt onun avtomobilinin hərəkət sürəti təxminən 60 km/saat olmuşdur. Avtomobili Fuad özü idarə etmiş, avtomobildə başqa kiminsə olub-olmadığını görə bilməmişdir. Yolun Zərərçəkmiş şəxs hərəkət hissəsində toqquşma baş vermiş, avtomobilinin sol ön hissəsi Fuadın avtomobilinin sol qapı hissəsinə dəyərək toqquşma baş vermiş, avtomobillər dayandıqdan sonra o və arxa sağ oturacaqda oturmuş qardaşı Seyidəli avtomobildən düşmüşlər. Fuadın öz avtomobilindən çıxıb bir qədər aralıda yerləşən “Bərəkət” adlı mağazaya tərəf qaçdığını görmüş, Fuadı cəzalandırmaq məqsədilə öz avomobilinin yük yerində olan təxminən bir metr uzunluğunda dəmir borunu götürüb Fuadın dalınca qaçmış, Fuad mağazaya girib qapını arxadan bağlayıb əli ilə qapını tutub içəri girməsinə mane olsa da əlində olan metal boru ilə mağazanın şüşədən olan qapısını var gücü ilə vurub sındırmış, daha sonra mağazaya daxil olmuş, həmin an Fuad çevrilib mağazanın içərisinə doğru qaçmağa başlamış, qardaşı Seyidəlinin gəldiyini görmüşdür. Onlar bir-birinə zərbədən vuran zaman Fuad müvazinətini itirib yerə yıxılmış, yerdə uzanılı vəziyyətdə olan Fuada yaxınlaşıb əlindəki metal boru ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməyə başlamışdır. Seyidəli də Fuadın bədəninin müxtəlif nahiyyələrinə baltanın arxa hissəsi ilə zərbələr endirmişdir. Mağazanın sahibi Mirqubaddan xahiş etmişdir ki, təcili yardım çağırsın ki, Fuada yardım etsinlər. Avtomobili yararsız vəziyyətə düşdüyündən mağazanın sahibinin oğlundan onu və qardaşını evə aparmasını xahiş etmiş, o da onları özünə məxsus ağ rəngli Ford markalı avtomobili ilə Yolçubəyli kəndindəki evlərinin yaxınlığına gətirib düşürmüşdür. Lakin qardaşı ilə o, dərhal evə getməmişlər, qısa zamandan sonra atası zəng vuraraq evdə polislər olduğunu bildirmiş, o, da Seyidəli ilə evə gələrək polis əməkdaşları ilə şöbəyə getmişlər. Zərərçəkmiş şəxs öldürmək məqsədləli olmamışdır, istəsəydilər zərbələri davam edərək öldürərdilər, sadəcə Fuadı döyərək cəzalandırmaq istəmişlər. Əməlinin daha yüngül maddəyə tövsif edilməsini, mülki iddianın isə təmin edilməməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 özünü qismən, yəni Zərərçəkmiş şəxs öldürmək məqsədi olmadığı, ona sadəcə xəsarət yetirmək istədiyini, habelə zərərçəkənin əmlakı olan avtomobilinə zərər yetirmələrini bildirməklə, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Hələ hadisədən 10 il əvvəl o, digər qardaşları Mircavid və Mirnicat Rusiya Federasiyasının Voronej şəhərində yaşayaraq meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar. Həmçinin Zərərçəkmiş şəxs da Voronejdə müyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Təqribən 2014-cü ilin yay aylarında qardaşı Mirnicat Fuadla birlikdə Voronejdə “Mirfrukt” şirkəti açaraq şərikinə ticarətlə məşğul olmuşlar, belə ki, Voronejdə fəaliyyət göstərən “Maqnit” supermaketlər şəbəkəsinə meyvətərəvəz satırmışlar. Həmin ticarət nəticəsində xeyli pul qazanılmış, lakin Fuad Mirnicata pay verməmişdir. 2015-ci ilin yay aylarında gəlirlərin bölüşdürülməsi zamanı müəyyən edilmişdir ki, Mirnicatın payına 400.000 ABŞ dolları düşür, lakin Zərərçəkmiş şəxs pulu verməkdən boyun qaçıraraq ələ keçirmişdir. Bundan sonra, o, Mirnicat və Mircavid dəfələrlə Fuaddan pulu veməsini istəmişlər, lakin sonuncu pulu verməkdən hər dəfə boyun qaçırırmış. 2015-ci ilin dekabr ayında “Mirfrukt” şirkətinə məxsus yük avtomobili gecə vaxtı naməlum şəxslər tərəfindən yandırılmışdır. Həmin cinayət hadisəsi ilə onların heç bir əlaqəsi olmamış, lakin Fuad onlardan şübhələnməyə başlamışdır. Bundan sonra Fuad əlaqələrindən istifadə edərək onların Voronejdə yaşamalarına əngəllər törətmiş, onların Azərbaycana qayıtmalarına nail olmuşdur. Fuad Azərbaycana qayıtdıqdan sonra da müxtəlif adamlar vasitəsilə qardaşı Mirnicata olan borcunu ödəməsi ilə bağlı ona bir neçə dəfə söz göndərsələr də Fuad heç bir formada onlara borcu olmadığını, onlara heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onların ailəsinə etdiyi bu pisliyə görə Fuada nifrət etmiş və Mircavidlə ondan qisas almaq istəmişlər. Fuadı döymək üçün Mircavidin maşınının yük yerində metal boru, ön sərnişin oturacağının yan tərəfində armatur gəzdirmişlər. Nəhayət, 16 iyul 2020-ci il tarixdə, axşam 21-22 radələrində qardaşı Mircavid ilə evin qarşısındakı küçəyə çıxanda Fuadın «Hyundai Sonata» markalı avtomobil ilə yola çıxdığını və rayon istiqamətində getdiyini görmüşlər, əvvəldən Mircavidlə nə vaxtsa Fuaddan etdiklərinə görə qisas almaq, onu cəzalandırmaq barədə razılığa gəldiyindən həmin vaxt bunun üçün əlverişli şərait olması qənaətinə gəlib onun dalınca getmək üçün həyətdə olan ona «Mitsubishi Pajero» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş, avtomobilin sürücü oturacağında Mircavid, arxa sərnişin oturacağında isə o oturmuş, qardaşı cəld avtomobili hərəkətə gətirib rayon mərkəzi istiqamətində yola düzəlmişdir. Sürəti artırıb mümkün qədər Fuada çatmağa çalışmış, yolun Türkədi kəndi ərazisindəki qəbristanlığa bir qədər qalmış onlar Fuadın avtomobilinə çatıb onu keçmiş, sonradan bir qədər uzaqlaşıb onunla əks istiqamətdə hərəkət edib avtomobilini öz avtomobili ilə vurmaq məqsədilə sürəti daha da artırmışlar, Türkədi kəndi ərazisindəki «Bərəkət» marketin qarşısında qardaşı maşını geri döndərib Yolçubəyli kəndi istiqamətində hərəkət etməyə və sürətini artırmağa başlamış, Yolçubəyli kəndi istiqamətində yolun Türkədi kəndindən keçən hissəsindəki qəbristanlığın qarşısı ilə hərəkətdə olarkən əks istiqamətdən gələn Zərərçəkmiş şəxs məxsus qara rəngli «Hyundai Sonata» markalı avtomobili görüb onu dayandırmaq məqsədilə qardaşı idarə etdiyi avtomobili onun üzərinə sürmüşdür. Həmin vaxt onların avtomobilinin hərəkət sürəti təxminən 60 km/saat, Fuadın avtomobilinin isə hərəkət sürəti 40-50 km/saat olmuş, avtomobili Fuad özü idarə etmiş, avtomobildə başqa kiminsə olub-olmadığını görə bilməmişdir. Yolun Zərərçəkmiş şəxs hərəkət hissəsində toqquşma baş vermiş, onların avtomobilinin sol ön hissəsi Fuadın avtomobilin sol yan hissəsinə dəymiş, Fuadın avtomobilinin sol yan hissəsi əzilmiş, sürətləri çox olduğundan toqquşmadan sonra avtomobilləri Fuadın avtomobilinin arxa hissəsindən sürtünməklə yolun kənarına çıxmış, avtomobillər dayandıqdan sonra avtomobildə olan dəmir armaturu götürmək istəsə də, qəzanın təsirindən o, sıxışıb qaldığından o, avtomobilin yük yerində olan baltanı götürüb qapını açıb maşından düşmüşdür. O, avtomobildən düşəndə Fuadın qaçmasını, onun dalınca isə qardaşı Mircavidin əlində metal boru ilə Fuadın dalınca yaxınlıqdakı Bərəkət market istiqamətində qaçmasını görmüş, özü də əlində yük yerindən götürdüyü dəmir dəstəkli balta ilə onların istiqamətində qaçmağa başlamış, Fuad mağazaya girib qapını arxadan bağlayıb əli ilə qapını tutub içəri girmələrinə mane olsa da, Mircavid əlində olan metal boru ilə mağazanın şüşədən olan qapısını var gücü ilə vurub sındırmış, daha sonra mağazaya daxil olmuş, həmin an Fuad çevrilib mağazanın içərisinə doğru qaçmağa başlamış, çevrilib qaçanda Mircavid əlində olan boru ilə Fuadın kürək nahiyyəsindən qaçaqaça bir dəfə zərbə endirmiş və müvazinətini itirib yerə yıxılmış, həmin vaxt o, əlində olan baltanın arxa hissəsi ilə Fuada zərbə vurmuş, sonuncu da, mağazada satış üçün qoyulmuş pol ağaclarından birini götürüb ona zərbə endirmiş, zərbədən Fuad müvazinətini itirib yerə yıxılmış, eyni anda o və Mircavid yerdə uzanmış vəziyyətdə olan Fuada yaxınlaşıb metal boru ilə, o isə baltanın arxası ilə Fuadın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməyə başlamışlar. Zərərçəkmiş şəxs zərbələr yetirəndən sonra özü könüllü olaraq mağazadan çölə çıxmışdır. Qardaşı Mircavid də onun arxasınca könüllü olaraq dükandan çölə çıxmışdır. Həmin vaxt avtomobilləri yararsız vəziyyətə düşdüyündən mağazanın sahibinin oğlundan onunla qardaşını evə aparmasını xahiş etmiş, sonuncu da onu və Mircavidi Yolçubəyli kəndindəki evimizin yaxınlığına gətirib orada onları avtomobildən düşürtmüş, həmin vaxt üst başı pis vəziyyətdə olduğundan onlar evə getmək istəməmiş, qardaşı ilə evin qarşısındakı yol ilə təxminən 5 km irəli getmiş, bir müddət sonra atası Rəsul Təqsirləndirilən şəxs1 zəng edib polis əməkdaşlarının gəldiyini demiş, o, da qardaşı ilə evə gedərək polis əməkdaşları ilə birlikdə şöbəyə getmişlər. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, hadisə zamanı, hadisədən əvvəl və hadisədən sonra Fuadın oğlu Şahid6 görməmişdir. Onun və qardaşı Mircavidin Fuadı öldürmək niyyəti olmamışdır, əks halda zərbələrə davam edərək, o cümlədən baltanın kəsici hissəsi ilə vuraraq asanlıqla öldürərdilər, sadəcə onu döyərək cəzalandırmaq istəmişdilər. Əməlinin daha yüngül maddəyə tövsif olunmasını, mülki iddianın isə təmin edilməməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Yolçubəyli kənd sakinləri Mircavid, Seyidəli və Mirnicat Mövsumov qardaşlarını uşaqlıqdan tanıyır. 14 yaşı olarkən Azərbaycan Respublıikasını tərk edib Rusiya Federasiyasının Voronej şəhərinə gedib 2018-ci ilədək orada yaşamış, işləmişdir. 2017-ci ilin qış aylarından birində dəqiq xatırlamadığı tarixdə mərhum atası X1 yanına gətirib onlarla qohum olduğunu, sonuncunun Rusya Federasiyasında yaşamağa yerinin olmadığını söyləyib onlarla birlikdə qalmasını xahiş etmişdir. O da mərhum atasının xahişi əsasında Mirnicatı öz evinə aparmışdır. 2007-2014cü illərdə Mirnicat onun evində Voronej şəhərində yaşamışdır. 2013-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Voronej şəhərinə gəlmişlər. Mirnicat və qardaşları Seyidəli, eləcə də Mircavid Voronej şəhərində yerləşən adsız meyvə-tərəvəz bazarında sözügedən məhsulları satmaqla dolanmışlar. O isə 2013-cü ildə yaratdığı və Voronej şəhərində qeydiyyatdan keçirdiyi “Mirfrukt" adlı şirkəti işlətmişdir. 2014-cü ildən etibarən ayrı-ayrı şəxslərdən Mirnicat meyvə-tərəvəz məhsulları götürüb Voronej şəhərində satmış, lakin satışdan əldə etdiyi pul vəsaitlərini mal yiyələrinə qaytarmamış, nəticədə 200.000 ABŞ dolları borcu yaranmışdır. Mirnicatın ayrı-ayrı şəxslərdən götürdüyü həmin məhsullara görə zamin durduğundan məhsullarının pulunu ala bilməyənlər ona müraciət etmişlər. Çoxsaylı narazılıqlar yarandığı üçün o, Mirnicatı ekpseditor kimi şirkətində işə götürmüşdür. Mirnicatın nisyə mal götürdüyü şəxslərin 200.000 ABŞ dolları olan borcunu qaytarmışdır. Məqsədi ondan ibarət olmuşdur ki, Mirnicat onun yanında işləmək yolu ilə ona yaranmış həmin borcunu geri qaytarsın. Onun Mirnicata köməklik etməsinə baxmayaraq sonuncu onun işlətdiyi şirkətin kompüterindən sistemə daxil olaraq şirkətinə məxsus məxfi məlumatları rəqib firmalara ötürmüşdür. Nəticədə o, rəqib firmaların iştirak etdiyi tenderlərdə məğlub olub xeyli itkilər vermişdir. O, Mirnicatın etdiyi bu halları aşkar etdikdən sonra sonuncunu şirkətindən və evindən uzaqlaşdırmışdır. Mirnicat, qardaşları Mircavid və Seyidəli onunla qərəzə düşmüşlər. Mircavid 25 dekabr 2015-ci il tarixdə içərisi mandarinlərlə dolu olan ona məxsus “Daf” markalı nəqliyyat vasitəsini yandırmış, nəticədə ona 130.000 ABŞ dollarından çox ziyan vurmuşdur. Bu barədə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Araşdırma aparıldıqdan sonra 25 dekabr 2015-ci il tarixdə içərisi mandarinlərlə dolu olan ona məxsus “Daf” markalı nəqliyyat vasitəsinin Mircavid tərəfindən yandırıldığı təsdiqlənmişdir. Qohum olduğu üçün Mircaviddən şikayətini geri götürmüşdür. X15 Federasiyasından deportasiyası edilməsinə nail olmuşdur, Seyidəli və Mirnicat isə onun tələbi əsasında Voronej şəhərindən çıxarılmışlar. Seyidəli Azərbaycan Respublikasına Mirnicat isə Moskva şəhərinə getmişlər. Sonrakı tarixlərdə həmin şəxsləri görməmişdir. 2018-cı ilin may ayında birdəfəlik Azərbaycan Respublikasına qayıtmışdır. Sabirabad şəhəri, Muğan prospektində “Lukoil”in yanacaq doldurma məntəqəsinin tikintisi işləri ilə məşğul olmuş, müvafiq icazəni aldıqdan sonra 2019-cu ilin may ayında həmin yanacaq dodurma məntəqəsinin açılışı olmuşdur. Həmin vaxtdan etibarən sözügedən yanacaq doldurma məntəqəsini işlədir. 16 iyul 2020-ci il tarixdə oğlu Fərah ilə birlikdə anasının evinə getmiş, həmin vaxt dayısı oğlu Şahid3 arvadı ilə birlikdə anasıgilə qonaq gəlmişdir. Onlarla oturub bir az hal-əhval tutmuşdur. Daha sonra dayısı oğlu Ağsəf və arvadını öz maşını ilə evlərinə aparmaq qərarına gəlmiş, onlar onun maşınına mindikdən sonra Sabirabad rayonu, Yolçubəyli kəndindən keçən torpaq yolla Sabirabad şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt maşınında o, oğlu Fərah, dayısı oğlu Ağasəf və arvadı Elminaz olmuşdur. Torpaq yolla hərəkət edərkən Sabirabad rayonu, Yolçubəyli kəndi ərazisində olarkən Mircavidin idarə etdiyi ‘Mitsubishi Pajero" markalı maşının yola çıxdığını, qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs2 olduğunu, onların onu görüb maşınlarının surətini azaltdıqlarını müşahidə etmişdir. Bir qədər sonra Ağasəf və arvadını evlərinin qarşısında düşürtmək üçün torpaq yoldan sola dönmüşdür. Ağasəfgili evlərinin qarşısında düşürtdükdən sonra əsas kəndarası yola daxil olmuşdur. Həmin vaxt o, “Mitsubishi Pajero" markalı maşını görməmişdir. İdarə etdiyi maşınla Sabirabad şəhəri istiqamətində hərəkətinə davam etmişdir. Həmin vaxt oğlu Fərah qabaq sərnişin oturacağında oturmuş, avtomaşında ondan başqa kənar şəxs olmamışdır. Sabirabad rayonu, Türkədi kəndi ərazisində yerləşən kənd qəbiristanlığının yanından Sabirabad şəhəri istiqamətində idarə etdiyim “Hyundai Sonata" markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı maşınla 50 km/ saat surətlə hərəkətdə olarkən qarşı tərəfdən uzaq vuran işıqlarını qoşaraq üzərinə doğru bir maşın gəldiyini görmüşdür. Həmin maşın ona yaxınlaşanda Mircavidin idarə etdiyi “Mitsubishi Pajero" markalı maşın olduğunu, onun getdiyi şosse yola daxil olduğunu, Mircavidin maşını biləbilə onun idarə etdiyi maşının üzərinə sürdüyünü anlamışdır. O, həmin maşının üzərinə gəldiyini görüb maşını tam sağa döndərməklə yolun sağ kənarına çıxmaq istəmişdir. Lakin, Mircavidin idarə etdiyi “Mitsubishi Pajero markalı maşının qabaq hissəsi onun əyləşdiyi hissənin, sürücü olan tərəfdə olan qapını əzmiş, o, qapını açıb çölə çıxmaq istəsə də, sol qolu qalxmadığından qapını aça bilməmişdir. Sağ qolu ilə qapını açmağa cəhd etsə də, qapını aça bilməmişdir. Qapını açmağa çalışarkən gözlənilmədən qapının şüşəsi Seyidəli tərəfindən əlindəki dəmir boru ilə sındırılmışdır. Daha sonra Seyidəli əlindəki dəmir boru ilə bir neçə qüvvətli zərbə ilə onun sol qolundan vurmuşdur. Həmin vaxt bu hadisədən sarsıntı keçirən oğlu Fərah qorxaraq maşından yerə düşmüşdür. O, Seyidəlinin zərbələrindən yayına bilmək üçün avtomaşının qabaq sərnişin tərəfə keçərək çölə çıxmışdır. Seyidəli əlində dəmir boru ilə onun üzərinə gəlmişdir. Həmin vaxt oğlu Fərah qorxudan onun arxasında gizlənmişdir. O, Seyidəlinin Fəraha xəsarət yetirə biləcəyindən ehtiyatlandığından Fərahı arxasında tutmuşdur. Seyidəli əlində dəmir dəyənəklə ona doğru gəlib dəmir dəyənəklə ona zərbələr endirməyə başlamışdır. O, həmin zərbələrdən özünü qoruya bilmədiyi üçün sağ və sol qollarını dirsəkdən büküb başını qorumağa çalışmışdır. Bəzi vaxtlarda isə sağ ayağı ilə Seyidəliyə təpik vurub onu özündən uzaqlaşdırmağa çalışmışdır. Lakin onun zərbələri Sevidəliyə dəyməmişdir. Həmin vaxt Seyidəli ona təqribən 10 zərbə endirmişdir. Həmin zərbələr başına doğru istiqamətlənsə də, o, özünü müdafiə etdiyindən təqribən 4-5 zərbə başına dəymişdir. Qalanı onun sağ və sol qollarına, eləcə də sağ və sol çiyinlərinə dəymişdir. Seyidəli ona zərbələr endirərkən Fərah qışqıraraq “ata, Cavid balta ilə gəlir” demişdir. O, Fərahın səsinə geriyə çevrilib baxdıqda görmüşdür ki, Mircavid əlində balta ilə onun üzərinə doğru yeriyir. Bundan sonra o, Fərahı qoruya bilməsi üçün bir qədər Seyidəlinin üzərinə yerimiş, Seyidəli onun bu hərəkətindən çəkinib geriyə addımlamışdır. Həmin vaxt o, fürsətdən istifadə edib Fərahı sol tərəfə, yəni yola tərəf münaqişənin mərkəzində qalmaması üçün itələmişdir. Mircavidin ona yaxınlaşmasına 1-2 metr qalmış o, Seyidəlinin yanından çətinliklə qaçıb orada yerləşən “Bərəkət" adlı dükana tərəf qaçmışdır. Həmin vaxt Seyidəli arxasınca qaça-qaça əlindəki dəyənəklə onu vurmuşdur. Bir təhər “Bərəkət” adlı mağazaya çatıb içəriyə daxıl olmuş, qapını özünə tərəf çəkib içəri tərəfdən bağlamağa çalışmışdır. Qapının dəstəyindən tutub özünə tərəf çəkmişdir ki, Mircavid və Seyidəli içəriyə daxil ola bilməsinlər. Lakin gözlənilmədən Seyidəli əlindəki dəmir dəyənəklə qapının şüşəsini vurub sındırdığından o, qorxusundan qapının dəstəyini buraxmış, dükanın içərilərinə doğru irəliləmişdir. Həmin vaxt öndə Mircavid dəmir dəyənəklə, arxasınca Seyidəli əlində balta ilə dükanda olan şəxslərə müraciət edərək “Öldürəcəm hamınızı, qaçın!” demişdir. O isə dükanın axırına doğru qaçmışdır. Həmin vaxt Mircavid onun kürəyindən əlindəki dəmir dəyənəklə qüvvətli zərbə ile vurmuşdur. Buna baxmayaraq o, yerə yıxılmamışdır. Əyilib yerdən taxta götürüb özünü qorumaq məqsədi ilə üzərinə balta ilə gələn Seyidəliyə vurmağa çalışmışdır. Həmin vaxt Seyidəli əlindəki baltanın iti hissəsi ilə onun başından bir dəfə qüvvətli zərbə ilə vurmuşdur. Zərbənin təsirindən o, üzü üstə yerə yıxılmışdır. Bundan sonra Seyidəli əlindəki balta ilə, Mircavid isə əlindəki dəmir boru ilə onun başından, boynundan, eləcə də digər nahiyyələrindən çox sayda zərbələr vurmuşlar. Zərbələrin təsirindən özünü itirmiş, ayağa durmağa çalışsa da, qalxa bilməmişdir. Ona zərbələr endirilərəkən Seyidəlinin onun əlindən baltanı almağa çalışan şəxslərə “öldürəcəm hamınızı, qaçın" deyimiş. Bir qədər sonra özündən getmiş və Bakı şəhərində yerləşən X5 Şöbəsində özünə gəlmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirmişdir ki, Seyidəli və Mircavidin məqsədi onu öldürmək olmuşdur, onlardan şikayətçidir, qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini, həmçinin mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Mircavid və Təqsirləndirilən şəxs2 qardaşları anasının əmisi uşaqlarıdır. Onlarla ədavəti və düşmənçiliyi olmasa da, atasının münasibətləri yaxşı olmamışdır. Bu atasının və onların Rusiya Federasiyasındakı işləri ilə bağlı olmuşdur ki, o, uşaq olduğu üçün detalları dəqiqliyi ilə xatırlamır. 16 iyul 2020-ci il tarixdə o, nənəsi Narbəyimgilə qonaq gəlmişdir. günorta saatlarında evdə olarkən atası qohumları Ağasəf və onun arvadı Elminaz, eləcə də nənəsi Narbəyimlə Sabirabad şəhərinə gedib bazarlıq edib evə qayıtmışlar. Təqribən 3-4 saat müddətində Ağasəf və onun arvadı Elminaz onların evində qalıb söhbət etmiş, daha sonra evə getmək istəmişlər. O, atası Ağasəf və Elminaz nənəsi ilə sağollaşıb evdən çıxmışlar. Evdən çıxarkən atasına məxsus “Hyundai Sonata” markalı, **-TB-*** nömrəli maşının sükanı arxasında atası, qabaq sərnişin oturacağında Ağasəf, arxa oturacaqda isə onunla Elminaz əyləşmişdir. Bundan sonra onlar Sabirabad şəhəri istiqamətində getmişlər. Evdən çıxdıqdan sonra kəndarası qrabel yol ilə Ağasəfgilin evləri istiqamətində hərəkət etmişlər. Ağasəfgilin evinə gedən yolun üstündə quraşdırılmış körpüyə çatdıqdan sonra Zərərçəkmiş şəxs qrabel yoldan sola dönərək Elminazgili aparıb evlərinin qarşısında düşürmüşdür. Bundan sonra maşının qabaq sərnişin oturacağına əyləşmişdir. Bundan sonra atası ilə birlikdə “Hyundai Sonata” markalı maşınla oradan Sabirabad şəhəri istiqamətində getmişlər. Sabirabad rayonu, Türkədi kənd qəbiristanlığının yanından keçərkən əvvəlcədən kənd ərazisində gördüyünə görə tanıdığı, adətən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mitsubishi Pajero” markalı maşınla uzaqvuran işıqları yandırıb üzərinə sürdüyünü görmüşdür. Həmin vaxt “Mitsubishi Pajero” markalı maşınla uzaqvuran işıqları yanılı olduğunda, üzərinə sürdüyünə görə işıqlar onun və atasının tam gözünə düşdüyündən yolu görməmişlər. Təqribən 10 saniyə sonra həmin maşınla toqquşma olmuş, toqquşma zamanı digər maşının zərbəsi atası tərəfdən dəydiyinə görə maşının sürücü tərəfdən olan qapısı bir qədər içəriyə batmış, həmin vaxt atasının sol qolu əzilmişdir. Atası heç nə danışmamış, sol qolunu qaldırmağa çalışsa da, bunu edə bilməmişdir. Toqquşmadan təqribən 7-8 saniyə sonra Seyidəli əlində metal boru ilə atası olan qapı tərəfə gəlmiş, həmin vaxt o, çox qorxduğundan Seyidəlinin daha nələr etdiyinə fikir vermədən özü tərəfdən qapını açıb çölə çıxmışdır. Çölə çıxıb “kömək edin, kömək edin” deyə qışqırmış, lakin ətrafda heç kəs görünmədiyindən ora heç kim gəlməmişdir. Onun bu qışqırmasından sonra Seyidəli maşının qabağından fırlanıb onun üzərinə gəlmişdir. Atası Seyidəlinin ona tərəf gəldiyini görüb maşının içərisindən cəld hərəkət edib onun çölə çıxdığı qapıdan bayıra çıxmışdır. Atası Seyidəlidən daha tez onun yanına çatıb onun qarşısına keçmişdir. Həmin vaxt Seyidəli onun atasının boynundan, başından, kürəyindən əlindəki metal boru ilə zərbələr endirmişdir. O, Seyidəliyə “xahiş edirəm atamı vurma” demişdir, lakin Seyidəli ona qulaq asmamış, atasını vurmuşdur. Hadisə vaxtı həyəcanlı olduğundan Seyidəlinin atasına konkret olaraq nə qədər zərbə vurmasını xatırlamır. Atası onun qarşısında dayanarkən, Seyidəli atasını vurarkən o, arabir Seyidəliyə tərəf baxsa da, üzü “Mitsubishi Pajero” markalı maşına tərəf olduğundan oraya baxmışdır. Həmin vaxt Mircavidin maşından balta götürməsini, maşının sürücü tərəfdən arxa oturacağında açıq pəncərədən çölə çıxdığını görmüşdür. Mircavid əlində balta ilə maşının pəncərəsindən yerə düşən ərəfədə o, Mircavidin atasının üzərinə gələcəyini başa düşüb “ata, Cavid balta ilə gəlir” deyə qışqırmış, atası bunu eşidib həmin tərəfə baxmış, Mircavidin əlində balta ilə gəlməsini görmüşdür. Bundan sonra atası Seyidəliyə doğru addımlamış, Seyidəli bir qədər özünü itirmiş, bu zaman atasına qaçmaq üçün yol açılmış, atası bundan sonra onu yol tərəfinə itələyərək “Bərəkət” adlı market istiqamətində qaçmışdır. Atası qaçarkən onun arxasınca qabaqda Seyidəli, ondan 2 metr arxada isə Mircavid qaçmışdır. Həmin vaxt Seyidəlinin əlində metal boru, Mircavidin əlində isə balta olmuşdur. Atası qaçarkən Seyidəli arabir çatıb metal boru ilə atsının kürəyindən vurmuş, atası da bu zərbələrdən sonra daha da bərk qaçmışdır. Mircavid və Seyidəlinin ona fikir vermədiklərini görüb o da onların araxasınca qaçmışdır. “Bərəkət” marketin qarşısına çatdıqda görmüşdür ki, Mircavid və Seyidəli qapıdan içəri keçmək istəyir. Başa düşmüşdür ki, atası içəridən qapını tutub onların dükana girməsini imkan vermir. Qapının şüşəsi sındırıldıqdan sonra Mircavid və Seyidəli dükanın içərisinə girmişlər. Bundan sonra o da onların ardınca həmin qapıdan dükanın içərisinə girmişdir. Həmin vaxt bir qədər içəriyə girdikdə, orada çoxsaylı adamlar olduğunu, atasının dükanın içərisində üzü üstə yerə uzandığını, başından qan axdığını, heç bir hərəkət edə bilmədiyini, Seyidəlinin balta ilə, Mircavidin isə əlindəki armaturla atasının başına, kürəyinə, boynuna, qıçına zərbələr endirdiyini görmüşdür. Bunu görüb çox pis olmuş, ağlayaraq “Ata, ata” deyə qışqırmağa başlamış, Mircavid və Seyidəliyə atasını vurmamalarını demişdir. Onun qışqırmalarından sonra Seyidəli atasını vura-vura ona “Sən mənim atamı vurmaq istəyirdin, indi mən səni vurum oğlun da baxsın” deyərək hərəkətlərinə davam etmişdir. Seyidəlinin bu sözlərindən sonra Mircavid geriyə dönüb ona baxmış, sonra yenidən üzünü döndərib əlindəki dəmirlə atasına zərbələr vurmağa davam etmişdir. Mircavid və Seyidəlidən qorxduğundan atasına yaxınlaşa bilməmişdir. Atasının həmin vəziyyətinə dözə bilməyib qorxub çölə çıxmış, onları dayandırmaq istəmiş, lakin heç nə edə bilməmişdir. O, dükanın digər ikinci qapısından baxarkən tanımadığı bir nəfərin Seyidəlinin əlindəki baltanın dəstəyindən tutub atasını vurmağa qoymadığını görmüşdür. Mircavidi də kimsə aralaşdırmağa çalışmışdır. Tanımadığım adamlar Seyidəli və Mircavidin atasına daha zərbələr endirməsinə imkan verməyib onları əllərindəki balta və armaturla birgə dükanın birinci qapısından çölə çıxarmışlar, onlar çölə çıxarılarkən atasının yanına getmişdir. Həmin vaxt atasının qan içərisində hərəkətsiz olduğunu görüb onun öldüyünü düşünmüş, amma atasına yaxınlaşandan sonra onun ayaqlarını tərpətməsini görüb kömək istəmiş, orada olan tanımadığı adamlar atasına tibbi yardım göstərmişlər, qanını silmişlər. Bir qədər sonra oraya təcili tibbi yardım gəlib atasını xəstəxanaya aparmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 16 iyul 2020-ci il tarixdə, gecə saatlarında gəzmək məqsədilə yaşadığı Sabirabad rayonu, Türkədi kəndindəki evdən yol kənarında yerləşən “Bərəkət” adlı marketə tərəf getmiş, orada olarkən “Mitsubishi Pajero” markalı avtomaşın surətlə dükanın qarşısına gələrək dönüb geriyə qayıtmış, təqribən 5-10 saniyə sonra Türkədi kənd qəbiristanlığına çatmamış qəza səsi gəlmişdir. Bundan sonra o, və orada olan digər şəxslər qəza yerinə qaçmışlar. Ətraf qaranlıq olduğundan diqqətlə hər şeyi görə bilməmişdir. Qəza yerinə təzəcə çatrmışdır ki, orada bir nəfər idmançı bədən quruluşlu şəxsin “Bərəkət” marketə dorğu qaçdığını, arxasınca birinin əlində balta, digərinin əlində armatur olan şəxsin qaçdığını görmüşdür. Sonradan bilmişdir ki, arxadan gələn həmin şəxslərin adları Mircavid və Seyidəlidir, qabaqda qaçan şəxsin adı isə Fuaddır. Həmin şəxslər Fuadı balta və armaturla vurmamağa çalışmışlar, Fuad isə onlardan qaçmışdır. Fuad qaçıb “Bərəkət” adlı marketin içərisinə keçmiş, arxasınca da həmin şəxslər marketin qabağına getmişlər. Əlində armatur olan şəxs dükanın şüşəsinə qüvvətli zərbə ilə vuraraq sındırmış, bundan sonra həm o, həm də əlində balta olan şəxs dükanın içərisinə girmişlər. O, da dükanın içərisinə daxil olmuşlar. Orada tikinti və usta ləvazimatları olan hissədə Fuad adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu, başını tutduğunu, Mircavid və Seyidəli əlində armatur və balta ilə Fuadın bədəninin müxtəlif nahiyələrindən, o cümlədən başından, çiyinlərindən qıçlarından və digər yerlərindən zərbələr endirdiyini görmüşdür. Həmin şəxslər əlində balta və armatur olduğundan o, onlara yaxınlaşmağa qorxmuşdur. Lakin dükanın sahibi Mirqubad və orada olan Adışirin köməkli şəkildə Fuada balta və armaturla zərbələr endirən şəxsləri oradan çıxartdıqlarını görmüşdür. Zərbələr endirərkən həmin şəxslər çox əsəbi olmuşlar, yalnız onlara yaxınlaşmamalarını demiş, başqa heç bir söz deməmişlər. Fuad çoxlu qan itirmişdir. Həmin şəxslər oradan çıxdıqdan sonra Fuadın oğlunun həyəcanlı halda atasına yaxınlaşdığını görmüşdür. Bir müddət sonra təcili tibbi yardım gələrək Fuadı xəstəxanaya aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Mircavid və Təqsirləndirilən şəxs2lar onun atasının dayısı nəvələridir. Mircavid və Təqsirləndirilən şəxs2larla münasibəti yaxşı olmuş, hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 16 iyul 2020-ci il tarixdə, saat 14-15 radələrində evdə olarkən Zərərçəkmiş şəxs ona zəng edərək söhbət etmişlər, söhbət əsnasında evə bazarlıq edəcəyini demiş, Fuad onu gözləməsini, birlikdə getmələrini demişdir. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs “Hyundai Sonata” markalı maşınla dalınca gəlmiş, o, və arvadı Elminaz Məmmədova ilə birlikdə maşına minmiş, daha sonra gedib bibisi Narbəyim Məmmədovanı götürüb marketdən bazarlıq edib geri qayıtmışlar. Geri qayıdarkən Narbəyim Məmmədovanı evlərinə gedərək bir neçə saat vaxt keçirmişlər. Bundan sonra Narbəyimlə sağollaşmış çıxmışlar. Fuad oğlu Fərahla onu və Elminazı yaşadıqları evə aparmış. Fuadgilin evindən çıxdıqdan sonra kəndarası qrabel yolu ilə onların evi istiqamətində hərəkət etmişlər. Sabirabad rayonu, Yolçubəyli kəndi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Pajero” markalı maşının qrabel yola yaxınlaşdığını, lakin onların maşınını görüb dayandığını görmüşdür. Həmin vaxt fikir verdikdə sükan arxasında Təqsirləndirilən şəxs1 əyləşdiyini görmüşdür. Onlar maşınla oradan keçdikdən sonra həmin “Mitsubishi Pajero” markalı maşın qrabel yola çıxmış və asta sürətlə təqribən onlardan 200 metr aralı sürməklə arxalarınca gəlmişdir. Təqribən 5 dəqiqə ərzində həmin qaydada yolla hərəkət etmişlər. Evə gedən yolun üstündə quraşdırılmış körpüyə çatdıqdan sonra Zərərçəkmiş şəxs qrabel yoldan sola dönərək onu və arvadını aparıb evdə düşürmüşdür. Qrabel yoldan dönərkən arxasınca gələn “Mitsubishi Pajero” markalı maşının nə etdiyini bilməmişdir. Maşından düşərkən aldığı bazarlıqları evə aparmaqda Fuadın azyaşlı uşağı Fərah da onlara kömək etmişdir. Daha sonra Fərah Fuadın maşının qabaq sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Fərah Fuadla birlikdə oradan getmişdir. Təqribən 10-15 dəqiqə sonra Şahid5 ona zəng edib Fuadın harada olduğunu soruşmuş, o da Fuadın Fərahla birlikdə evdən az öncə getdiyini bildirmişdir. Həmin vaxt Mirədil ona telefonda Fuadın Mircavid və Seyidəli tərəfindən vurulduğunu, Fuadın ölüb-ölmədiyini bilmədiyini, özünün də oraya getdiyini demişdir. Bundan sonra o, Mirədildən onu da özü ilə aparmasını xahiş etmiş və qrabel yolun kənarına çıxmışdır. Təqribən 2 dəqiqə sonra Mirədilin maşınını görüb əl etmiş, daha sonra onun maşınına minib oradan birlikdə “Lukoil” yanacaq doldurma məntəqəsi istiqamətində getmişlər. Sabirabad rayonu, Türkədi kəndi ərazisindən keçərkən yol kənarında Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Pajero” markalı maşınların qəzalı vəziyyətdə olmasını və orada tanımadığı çoxsaylı insan toplaşdığını görmüşdür. Maşından düşmədən Mirədil nə baş verdiyini soruşduqda tanımadığı şəxslər onlara Zərərçəkmiş şəxs Mircavid və Təqsirləndirilən şəxs2 qardaşları tərəfindən vurulması barədə demişlər. Onlar bundan sonra əvvəlcə Fuadın iş yeri olan “Lukoil” yanacaq doldurma məntəqəsinin Sabirabad rayonunda yerləşən filialına doğru getmişlər. Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçərkən Mirədilə tanımadığı mobil nömrədən zəng gəlmişdir. Telefonla danışarkən Mirədilin rəngi saralmış, həmin vaxt Mirədilə uca səslə telefonla danışan şəxsin “bu dəfə oçeret səninlə, oğlun Mirrasimindir, gör sizin başınıza nə oyun açacam, sizi də öldürəcəm” dediyini eşitmişdir. Lakin əvvəlki danışıqları eşitməmişdir. Telefonda danışan şəxs daha sonra Mirədili təhqir etdiyindən Mirədil ona iradını bildirib telefonu söndürmüşdür. O, Mirədildən kimlə danışdığını soruşduqda Mirədil ona Mircavidlə danışdığını, sonuncunun ona “bunu yola saldıq getdi, bu dəfə oçeret səninlə, oğlun Mirrasimindir, gör sizin başınıza nə oyun açacam, sizi də öldürəcəm!” dediyini və onu nalayiq sözlərlə təhqir etdiyini bildirmişdir. Həmin ərəfələrdə Mircavid yenidən Mirədilə zəng etmişdir. Mirədil telefonu açıb bir neçə saniyə dinlədikdən sonra telefonu söndürmüşdür. O, Mirədildən Mircavidin ikinci dəfə niyə zəng etdiyini soruşmamışdır. Bundan sonra Mircavid Mirədilə zəng vurmamışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs işlətdiyi “Lukoil” yanacaq doldurma məntəqəsinə çatmışlar. Orada Mirvəli maşına minmiş və onlar birlikdə Şirvan Sirvan mərkəzi xəstəxanasına getmişlər. X16 Mircavidin zəng edib ünvanına nalayiq ifadələr işlədərək onu və Mirrasimi öldürməklə hədələməsi barədə məlumat vermişdir. Mirədil Mirvəliyə başqa söz deməmişdir. Bir qədər sonra xəstəxanaya çatmışlar. Orada Fuadın ölümcül vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Fuad huşsuz vəziyyətdə olmuş, heç bir refleksi və hərəkəti olmamışdır. O, Fuadın yaşayacağına inanmamış, vəziyyəti həddən artıq ağır olmuşdur. Bakı şəhərində yerləşən Mərkəzi Klinikadan həkim çağırmış və Fuad müalicəsinin davam etdirilməsindən ötrü Mərkəzi Klinikaya aparılmışdır. Bundan sonra o, evə getmişdir. Səhəri gün ona təfərrüatı ilə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Sabirabad rayonu, Türkədi kəndi ərazisində öz maşını ilə hərəkətdə olarkən Mircavid və Təqsirləndirilən şəxs2lar idarə etdikləri maşınla Zərərçəkmiş şəxs maşınını vurmuş, bundan sonra Mircavid və Seyidəli maşınlarından düşərək əllərində balta və metal boru ilə Zərərçəkmiş şəxs yanında azyaşlı uşağı olmasına baxmayaraq Zərərçəkmiş şəxs üzərinə yeriyərək onu vurmuş, Zərərçəkmiş şəxs onların əlindən yaxınlıqdakı “Bərəkət” adlı dükana qaçsa da, Mircavid və Seyidəlinin Fuadın arxasınca gələrək balta və metal boru ilə onun başına və bədəninin digər hissələrinə çoxlu zərbələr vuraraq öldürmək istəmiş, lakin dükanda olan şəxslər buna imkan verməyərək Mircavid və Seyidəlini oradan uzaqlaşdırmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yolçubəyli kənd sakinləri kimi tanıyır. Türkədi kəndində yerləşən “Bərəkət” marketdə çalışan Şahid2 uzun zamandır tanıyır, həmdə atasının bibisi oğlu olduğuna görə yaxın münasibətləri vardır. O, adətən axşam saatlarında onun işlədiyi marketə gəlib ona baş çəkir. 16 iyul 2020-ci il tarixdə, saat 22 radələrində o, “Bərəkət” marketdə olan zaman Zərərçəkmiş şəxs marketə daxil olmuş və marketin qapısını bağlamışdır. Bu zaman bayırdan 2 nəfər hücum edərək marketin qapısının şüşəsinə zərbə endirib sındırmış və marketə daxil olmuşdur. Fuad da qaçaraq marketin kassa olan tərəfinə gəlmişdir. Həmin vaxt o da orada olmuş, Fuada hücum edənlərin Mircavid və Təqsirləndirilən şəxs2 qardaşları olduğunu görmüşdür. Qardaşlardan birinin əlində balta, digərinin isə dəmir boru olmuş, onlar əllərində olan alətlərlə Fuada hücum etmişlər. Fuad yerdə olan döşəmə silmək üçün istifadə olunan taxtalardan birini götürüb onlara zərbə endirmişdir. Həyacanlı olduğuna görə, konkret hansı qardaşın əlində hansı əşyanın olmasını xatırlamır. Zərbədən Fuad yerə yıxılmış, Mircavid və Seyidəli baltanın arxa hissəsi və dəmir boru ilə Fuadın bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirmişlər, lakin konkret harasına zərbələrin vurulmasını xatırlamır. Sonra Mirqubad onları dayandırdı, Mircavidin xahişi ilə o, avtomobi ilə Mircavid və Seyidəlini yaşadıqları kəndə aparmış, yolda olan zaman Mircavid “Allah eləsin ölməsin, təcili tibbi yardım çağırın” sözlərini demişdir. Qardaşları düşürüb hadisə yerinə gələndə Fuadı təcili tibbi yardım aparmışdır. Şahid1 məhkəmə baxışı zamanı və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədə o, göstərmişdir ki, Mircavidin əlində dərmi boru olmuş, Seyidəlinin əlində isə balta olmuşdur. Onlar əllərində olan alətlərlə Fuada hücum etməyə başlamışlar. Seyidəlinin əlində olan balta ilə onun başına zərbə endirməsindən sonra Fuad yerə yıxılmış və müqavimət göstərə bilməmişdir. Mircavid və Seyidəli özləri ilə gətirdikləri həmin alətlərlə Fuadın bədəninin müstəlif nahiyələrindən dəfələrlə zərbə endirmişlər. O, yaxınlaşıb onları ayırmaq istəsə də, onu kənara itələmişlər. O, marketdən bayırda dayanan şəxslərə içəridə baş verənlər barədə məlumat vermiş və onlardan gəlib kömək etmələrini istəmişdir. Bir qədər sonra isə o və Mirqubad marketdə olan digər şəxslərin köməyi ilə Mİrcavid və Seyidəlini çətinliklə həmin yerdən uzaqlaşdırmış və marketdən çıxartmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Mircavid və Təqsirləndirilən şəxs2lar onun bibisi oğludurlar. 17 iyul 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı Sabirabad rayonu, Yolçubəyli kəndində evində olarkən ona məlum olmuşdur ki, xalası oğlu Zərərçəkmiş şəxs Sabirabad rayonu, Türkədi kəndi ərazisində öz maşını ilə hərəkətdə olarkən həmkəndliləri olan Mircavid və Təqsirləndirilən şəxs2lar idarə etdikləri maşınla Zərərçəkmiş şəxs maşınını qəsdən vurmuş, bundan sonra Mircavid və Seyidəli maşınlarından düşərək əllərində balta və metal boru ilə Zərərçəkmiş şəxs yanında azyaşlı uşağı olmasına baxmayaraq Zərərçəkmiş şəxs üzərinə yeriyərək onu vurmuş, Zərərçəkmiş şəxs onların əlindən yaxınlıqdakı “Bərəkət” adlı dükana qaçsa da, Mircavid və Seyidəlinin Fuadın arxasınca gələrək balta və metal boru ilə onun başına və bədəninin digər hissələrinə çoxlu zərbələr vuraraq öldürmək istəmiş, lakin dükanda olan şəxslərin buna imkan verməyərək Mircavid və Seyidəlini oradan uzaqlaşdırmış, hadisə yerində qalan Zərərçəkmiş şəxs isə xəstəxanaya aparılmışdır. Bu məlumatdan dərhal sonra əvvəlcə Fuadın iş yeri olan “Lukoil” yanacaq doldurma məntəqəsinin Sabirabad rayonunda yerləşən filialına, daha sonra Şirvan şəhər mərkəzi xəstəxanasına getmiş, daha sonra Fuad Bakı şəəhərində yerləşən X8 aparılmışdır. Yolda Mirədillə danışarkən sonuncu ona demişdir ki, məlum hadisədən sonra Mircavid ona zəng edib Fuadın ona işinin dalınca getdiyini bildirmiş, daha sonra telefonda onun ünvanına nalayiq ifadələr işlətməklə hədələmişdir. Telefonunun batareyasının enerjisi bitdiyindən onu enerji yığmağa qoymuşdur. Bir qədər batereya enerji yığdıqdan sonra telefonu açdıqda telefonu sönülü olarkən ona Mircavidin zəng etməsi barədə sms gəlmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. Mircavid və Təqsirləndirilən şəxs2lar onun qardaşı oğlanlarıdır. 17 iyul 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı Sabirabad rayonu, Yolçubəyli kəndində evində olarkən məlum olmuşdur ki, kürəkəni Zərərçəkmiş şəxs Sabirabad rayonu, Türkədi kəndi ərazisində öz maşını ilə hərəkətdə olarkən qardaşı oğlanları Mircavid və Təqsirləndirilən şəxs2lar idarə etdikləri maşınla Fuadın maşınını qəsdən vurmuş, bundan sonra Mircavid və Seyidəli maşınlarından düşərək əllərində balta və metal boru ilə Zərərçəkmiş şəxs yanında azyaşlı uşağı olmasına baxmayaraq Zərərçəkmiş şəxs üzərinə yeriyərək onu vurmuş, Zərərçəkmiş şəxs onların əlindən yaxınlıqdakı “Bərəkət” adlı dükana qaçsa da, Mircavid və Seyidəlinin Fuadın arxasınca gələrək balta və metal boru ilə onun başına və bədəninin digər hissələrinə çoxlu zərbələr vuraraq öldürmək istəmiş, lakin dükanda olan şəxslər buna imkan verməyərək Mircavid və Seyidəlini oradan uzaqlaşdırmış, hadisə yerində qalan Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Bundan dərhal sonra bibisi nəvəsi Ağasəfə məlumat verib onunla birlikdə Şirvan şəhər mərkəzi xəstəxanasına yollanmışlar. Sabirabad rayonu, Türkədi kəndi ərazisində hərəkətdə olarkən yolda Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Pajero” markalı maşınların qəzalı vəziyyətdə yolda olmasını və orada tanımadığı çoxsaylı insan toplaşdığını görmüşdür. Bundan sonra əvvəlcə Fuadın iş yeri olan “Lukoil” yanacaq doldurma məntəqəsinin Sabirabad rayonunda yerləşən filialına doğru getmişdir. Fuadın vəziyyəti həddən artıq ağır olduğu üçün qohumların köməkliyi ilə Fuad Bakıda Mərkəzi klinik xəstəxanaya aparılmışdır. Şahid5 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun, ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Fuada xəsarət yetiriləndən sonra o, Şirvan şəhər mərkəzi xəstəxanasına gedən zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək “Mirədil əmi, mənəm Caviddir, bunu yola saldıq getdi, bu dəfə oçeret səninlə, oğlun Mirrasimindir, gör sizin başınıza nə oyun açacam, sizi də öldürəcəm” demiş və onu nalayiq sözlərlə təhqir etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 16 iyul 2020-ci il tarixdə, gecə saatlarında gəzmək məqsədi ilə yaşadığı Sabirabad rayonu, Türkədi kəndindəki evdən yol kənarında yerləşən “Bərəkət” adlı marketə tərəf getmişdir. Həmin vaxt avtonəqliyyat qəzası səsini eşitmiş, səs gələn tərəfə qaçmış, bir nəfər sonradan adını bildiyi Fuad marketə tərəf qaçdığını, bir qədər arxada iki nəfər şəxsin Fuadın dalınca qaçdığını görmüşdür. Fuad və dalınca qaçan iki nəfər şəxs mağazaya girmişlər. O, qorxduğu uçun mağazaya girməmiş, mağazanın içində nə baş verdiyini görməmişdir. Fuada xəsarət yetirilməsini görməmişdir. Şahid7 məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 16 iyul 2020-ci il tarixdə axşam saatlarında “Bərəkət” marketin qarşısında Asim adlı dostu və digər adlarını xatırlamadığı həmkəndliləri ilə hal-əhval tutmuşdur. Orada olarkən “Mitsubishi Pajero” markalı maşının surətlə dükanın qarşısına gəldiyini, daha sonra dönüb əks hərəkət zolağı ilə geriyə qayıtdığını müşahidə etmişdir. Həmin nəqliyyat vasitəsi onların yanından getdikdən təqribən 5-10 saniyə sonra Türkədi kənd qəbiristanlığına çatmamış qəza səsi gəlmişdir. O, Asim və orada olan adlarını xatırlamadığı şəxslər qəza yerinə qaçmışlar. Ətraf qaranlıq olduğundan diqqətlə hər şeyi görə bilməmişdir. Qəza yerinə təzəcə çatmışdır ki, orada bir nəfər idmançı bədən quruluşlu şəxsin “Bərəkət” marketə doğru qaçdığını görmüşdür. Arxadan gələn həmin şəxslər qabaqda qaçan, sonradan adının Fuad olduğunu öyrəndiyi şəxsi balta və armaturla vurmağa çalışmışlar. Fuad isə onlardan qaçmışdır. Onlar həmin şəxslərə Fuad adlı şəxsi vurmamasını desələr də, həmin şəxslər onları dinləməmişlər. Fuad qaçıb “Bərəkət” adlı marketin içərisinə keçmiş, arxasınca da həmin şəxslər marketin qabağına getmişlər. Fuadı təqib edən iki nəfər şəxs də mağazaya girmişlər. O, da Asimlə birlikdə dükanın içərisinə daxil olmuşdur. Orada tikinti və usta ləvazimatları olan hissədə Fuad adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu, başını tutduğunu, adlarını bilmədiyi əlində balta və armatur şəxslərin Fuadın bədəninin müxtəlif nahiyələrindən o cümlədən başından, çiyinlərindən, qıçlarından və digər yerlərindən zərbələr endirdiyini görmüşdür. Həmin şəxslər əlində balta və armatur olduğundan o, onlara yaxınlaşmağa qorxmuşdur. Lakin dükanın sahibi Mİrqubad və orada olan Adışirin köməkli şəkildə Fuada balta və armaturla zərbələr endirən şəxsləri oradan çıxarmışdır. Həmin şəxslər “Bərəkət” adlı dükandan çıxarıldıqdan sonra hara aparıldıqlarını bilmir. Həmin şəxslər oradan çıxdıqdan sonra Fuad adlı şəxsin oğlunun həyəcanlı halda atasına yaxınlaşdığını görmüşdür. Bundan sonra təcili tibbi yardım gələrək Fuadı xəstəxanaya aparmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 16 iyul 2020-ci il tarixdə, gecə saatlarında Sabirabad rayonu, Türkədi kəndi qəbiristanlığının yaxınlığında qarpız satırmış. Bu vaxt “Mitsubishi Pajero” markalı maşının surətlə əks hərəkət zolağına çıxıb oradan keçən “Hyundai Sonata” markalı maşının üzərində sürdüyünü görmüşdür. Ondan təqribən 100 metr aralıda maşınların toqquşmasını müşahidə etmiş və güclü toqquşma səsi eşitmişdir. Qaranlıq olduğundan orada nə baş verdiyini dəqiq bilməmişdir. Dərhal ora qaçmışdır. Yaxınlaşdıqda idmançı bədən quruluşlu, sonradan adının Fuad olduğunu bilən bir nəfər şəxsin kömək çağıra-çağıra “Bərəkət” adlı marketə tərəf qaçdığını, onun arxasınca isə adlarını sonradan bildiyi Mircavid və Seyidəli əllərində balta və dəmir parçası, ola bilər armatur qaçdıqlarını görmüşdür. Maşınların yanında isə bir azyaşlı uşaq olmuş, həmin uşaq qorxudan titrəmiş, heç nə danışmamışdır. O, həmin şəxslərin “Bərəkət” adlı marketə tərəf qaçdığını görüb özü də o tərəfə qaçmışdır. İnsanların “Bərəkət” adlı dükanın içərisinə tərəf baxmaqlarından hadisənin həmin dükanın içərisində olduğunu başa düşmüşdür. O da dükanın arxa qapısı tərəfdən içəri baxmışdır. Orada tikinti ləvazimatları olan hissədə Fuad adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu, başını tutduğunu, Mircavid və Seyidəli isə əlində armatur və balta Fuadın bədəninin müxtəlif nahiyələrindən o cümlədən başından, çiyinlərindən, qıçlarından və digər yerlərindən zərbələr endirdiyini görmüşdür. Həmin şəxslər əlində balta və armatur olduğundan o, onlara yaxınlaşmağa qorxmuşdur. Lakin dükanın sahibi Mirqubad və orada olan Adışirin köməkli şəkildə Fuada balta və armaturla zərbələr endirən şəxsləri oradan çıxartdıqlarını görmüşdür. Həmin şəxslər “Bərəkət” adlı dükandan çıxarıldıqdan sonra Fuad adlı şəxsin oğlunun həyəcanlı halda atasına yaxınlaşdığını görmüşdür. Həmin uşaq şokda olmuş, atası isə çoxlu qan itirmişdir. Sonra təcili yardım gələrək Fuadı xəstəxanaya aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Türkədi kəndində yaşayır, adı Fariz olsa da, kənddə onu Fərid adı ilə çağırırlar, bu səbəbdən istintaq zamanı verdiyi ifadəsində adı səhvən “X12” kimi qeyd olunmuşdur. Yaşadığı kənddə yerləşən qardaşına məxsus “Bərəkət Market” adlı dükanda satıcı işləyir. 16 iyul 2020-ci il tarixdə, saat 22 radələrində o, işlədiyi dükanda olmuşdur. Bu zaman dükanın qapısının sınmasının səsini eşitmiş, qapı tərəfə baxanda Zərərçəkmiş şəxs arxasınca da Mircavid və Seyidəlinin dükana daxil olmasını görmüşdür. Sonuncular dükanın içərisində Fuadı döyməyə başlamışlar, orada olan şəxslər tərəfindən Mircavid və Seyidəli dükandan çıxarılmış, bundan sonra o, Fuadın yanına getmiş, sonuncu yerdə yıxılı vəziyyətdə başından qan axırmış, orada Fuadın oğlunu görməmişdir. Sonra təcili tibbi yardım gələrək Fuadı aparmışdır. Şahid10 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuş, həmin ifadədə o, göstərmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs dükanın qapısını açaraq içəri girmiş və dükanın qapısını örtüb qapını əli ilə saxlamış, arxasınca gələn X9 və Təqsirləndirilən şəxs2 dükanın qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs1 əlində olan metal boru ilə dükanın giriş qapısnın şüşəsini sındırmışdır. Təqsirləndirilən şəxs2 da əlində olan balta ilə onun arxasında olmuşdur. Zərərçəkmiş şəxs qapının şüşəsinin sındığını görüb dükanın digər tərəfinə doğru qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da onun arxasınca qaçmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs kürəyindən əlindəki metal boru ilə vurub sürüşərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs isə dükanda satış üçün qoyulmuş döşəməsilən taxtanı götürüb geri dönərək onun arxasınca əlində balta ilə ona yaxınlaşan Təqsirləndirilən şəxs2 vurmaq istəyərkən Təqsirləndirilən şəxs2 əlindəki balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq onu yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 əlindəki balta ilə, Təqsirləndirilən şəxs1 isə əlindəki metal boru ilə yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs baş, bədən, qol və ayaq nahiyələrinə çoxsaylı zərbələr vurmuşlar. Onlar içəridə Zərərçəkmiş şəxs öldürmək istəyəndə dükanın girişində artıq ətrafdan insanlar toplaşmağa başlamışdır. Onların içərisində bir nəfər azyaşlı uşaq da olmuşdur. O. ağlayaraq “Ata” deyə qışqırmış və ətrafdakı şəxslərdən kömək istəmişdir. Həmin uşaq Zərərçəkmiş şəxs oğludur. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 atasını metal boru və balta ilə vuraraq öldürmək istədiyini, atasının yerdə qanın içərisində olduğunu görmüşdür. O, həyəcanlandığı üçün onlara yaxınlaşa bilməmiş, özünü itirmişdir. Lakin orada olan xatırlamadığı şəxslər bir neçə dəfə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışsa da, onlar buna imkan verməmişlər. Zərərçəkmiş şəxs aldığı sonuncu zərbələrdən sonra ora toplaşan şəxsklərin “Öldü, öldü” deyə qışqırmasını eşitmişdir. Bundan sonra Mircavid və Seyidəlini orada olan xatırlamadığı şəxslər Fuadın yanından aralaşdırmışdır. Artıq Fuad hərəkətsiz qalmış, onlar da öldüyünü güman etmişlər. Mircavid və Seyidəli dükandan çıxarılandan sonra Fuad asta tərpənib ayağa qalxmaq istəmiş, lakin ayağa qalxa bilməmişdir. Ora çoxlu adam toplaşmışdır. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərməyə çalışmışlar. Təcili tibbi yardıma məlumat verilmişdir. Təcili tibbi yardım avtomobili gəlib Zərərçəkmiş şəxs aparmışdır. Məhkəmə, şahid qismində dindirilmiş Şahid1, Şahid5 Əlifağa oğlu, Şahid7 və Şahid10 məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri xüsusatları təqsirləndirilən şəxslərə münasibətdə müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Adları çəkilən şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, “hadisə yerinə baxış keçirilməsi” haqqında 17 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət yetirilməsi hadisəsi Sabirabad rayonu, Türkədi kəndi ərazisində “Bərəkət” marketin içərisində baş vermiş, zərərçəkmişin mülkiyyəti, yəni avtomobilinə vurulan ziyan da həmin ərazidə, marketdən 120 metr aralıda baş vermişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 11 noyabr 2020-ci il tarixli, 239 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsinin geniş ölçülü çapılmış yarası – ağır çəkiyə malik olan kəsici-çapıcı alətin təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi, eləcə də qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baltanın kəsər hissəsi ilə zərblə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ əlin ikinci daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin geniş ölçülü çapılmış yarası – ağır çəkiyə malik olan kəsici-çapıcı alətin təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi, eləcə də qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baltanın kəsər hissəsi ilə zərblə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol bazu sümüyünün distal baş hissəsinin qapalı, yerdəyişmiş sınığı – bərk küt əşya təsirindən törənmişdir, sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları – iti kənara malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi müddətdə və şəraitdə, yəni salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 20 iyul 2020-ci il tarixli, 418 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 20 iyul 2020-ci il tarixli, 419 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan kompleks məhkəmə-trasoloji, məhkəmə-bioloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 589/2020-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu B /İİİ/dir. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. (təqdim olunan sənədlərin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş pambıq topası və Zərərçəkmiş şəxs məxsus şalvar, qolsuz mayka, qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. ”H” antigeni 0 alfa,beta /İ/ qrupunun əsasmı təşkil edir. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə (şəxslərə), o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya eyni qrupu Təqsirləndirilən şəxs1 məxsus ola bilər (əgər sonuncuda qanaxma müşayiət olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş boru, metal parçası (armatur) və Təqsirləndirilən şəxs1 məxsus şalvar üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus qısaqol mayka, Təqsirləndirilən şəxs2 məxsus şalvar, qısaqol köynək və hadisə yerindən götürülmüş bir cüt ayaqqabı, bir cüt corab üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. İş materiallarında olan kompleks məhkəmə-trasoloji, məhkəmə-bioloji ekspertizasının 09 sentyabr 2021-ci il tarixli, 392/2020 MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin aşağı-orta nahiyəsində üç ədəd və şalvarın sol ayağının arxa-yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olunmuşdur. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus şalvar və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus şalvar və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarında olan kompleks məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 fevral 2021-ci il tarixli, 8/96 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “Hyundai Sonata” markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomobilin toqquşma yerindən 34,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunununtələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Hyundai Sonata” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Resublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodiki vəsaitlərin tələblərinə əsasən ekspertiza yolu ilə nəqliyyat vasiəsinin hərəkət sürəti hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. Hadisə yerində avtomobillərə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə avtomobillərin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 12 fevral 2021-ci il tarixli, 320 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ünsiyyətçilik, emosionallıq, inadkarlıq, konfliktə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 fərdi psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Qərarın təsviri hissəsində qeyd edilmiş hadisəni törədən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halların yaranma səbəbi situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman şüur və davranışlarına təsir göstərə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 idrak prosesləri və fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq belə qənaətə gəlinir ki, o, cinayət əməlini törədən zaman iş üçün əhəmiyyət kəsb edən halları qavramaq iqtidarında olmuşdur. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 12 fevral 2021-ci il tarixli, 319 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 inadkarlıq, emosionallıq, özünə məxsus mövqe və prinsiplərə sahib olmaq, düşdüyü mühitə tez adaptasiya olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. A.R.Mövsümovun fərdi psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman şüur və fəaliyyətinə mühüm təsir göstərə biləcək psixi emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət hadisəsi baş verən zaman onun psixi-emosional sferasında situasiya ilə əlaqədar qəzəblilik, emosional reaksiyalara meyillilik yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 sensor-perseptiv proseslərinin fərdi-xüsusiyyətlərini nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, o, cinayət hadisəsini törədən zaman iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 440 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 439 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-videotexniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/580 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli videoyazıların tədqiqi tələb olunan hissələrində kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli videoyazılardakı tədqiqatı tələb olunan görüntülərdə K3 kimi işarə olunmuş şəxs əlində olan baltanın küt hissəsinin yan tərəfi ilə (arxa yan tərəfi ilə) K1 kimi işarə olunmuş şəxsin baş nahiyəsinə istiqamətlənmiş zərbə endirmişdir. Zərbə K1 kimi işarə olunmuş şəxsin başının sol üst hissəsinə dəymişdir. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli videoyazılardakı tədqiqatı tələb olunan görüntülərdə K1 kimi işarə olunmuş şəxs qarşılıqlı zərbə nəticəsində (K3 və K1 kimi işarə olunmuş şəxslərin eyni anda bir-birlərinə endirdikləri zərbə nəticəsində) müvazinətini itirirək yerə yıxılmışdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli videoyazılardakı tədqiqatı tələb olunan görüntülərdəki K2 və K3 kimi işarə olunuş şəxslərin K1 kimi işarə olunmuş şəxs zərbə endirdikləri anda qeydə alınan görüntülər tədqiqi hissədə göstərilmişdir. Zərbələrin K1 kimi işarə olunmuş şəxsin bədəninin hansı nahiyəsinə dəyməsi uyğun kadrlardakı görüntülərin verdiyi şəkillərin altında verilmişdir. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı DVD diskdə olan mübahisəli videoyazılardakı tədqiqatı tələb olunan görüntülərdə K1 kimi işarə olunmuş şəxs yıxıldığı zaman bədəninin arxa-yuxarı hissəsi ilə rəfə dəyərək sağ yanı üstə döşəmə üzərində olan taxta materialdan olduğu ehtimal olunan silindrik formalı (bel sapı) əşyaların üzərinə yıxılmışdır. Yıxılan anda K1 kimi işarə olunmuş şəxsin baş nahiyəsinin döşəmə üzərində digər əşyalara dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLEN” markalı, DVD diskdə olan mübahisəli videoyazılardakı tədqiqatı tələb olunan görüntülərdə K1 Kimi işarə olunmuş şəxsə K3 kimi işarə olunmuş şəxs tərəfindən endirilən zərbələr baltanın arxa və yan tərəfləri ilə icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd “ZYKLON” markalı DVD diskdə olan mübahisəli videoyazılardakı tədqiqatı tələb olunan görüntülərdə K2 kimi işarə olunmuş şəxsin əlindəki metal boru ilə K1 kimi işarə olunmuş şəxsə zərbə endirdiyi anda qeydə alınan görüntülər tədqiqi hissədə göstərilmişdir. Zərbələrin K1 kimi işarə olunmuş şəxsin bədəninin hansı nahiyəsinə dəyməsi üçün kadrlardakı görüntülərin verildiyi şəkillərin altında verilmişdir. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, ekspertizanın təyini haqqında qərarda olan məlumatlara əsasən videokadrlarda olan görüntülərdəki şəxslər və əşyalar aşağıdakı kimi işarə olunmuşdur: Zərərçəkmiş şəxs qismində tanınan şəxs – K1 kimi işarə olunmuşdur. Əlində metal boru olan şəxs – K2 kimi işarə olunmuşdur. Əlində balta olan şəxs – K3 kimi işarə olunmuşdur. Videogörüntülərin tədqiqindən aydın olur ki, K2 və K3 kimi işarə olunmuş şəxslər K1 şəxsinin arxasınca qaçırlar. K2 kimi şarə olunmuş şəxsin metal boru ilə icra etdiyi zərbənin K1 kimi işarə olunmuş şəxsə deyil, içərisinə girdikləri tikilinin qapısına dəydiyi müşahidə edilir. K1 şəxsi qaçaraq içəri giri. K1 şəxsi içəri daxil olur. K1 kimi işarə olunmuş şəxs tikiliyə daxil olub qapını bağladıqdan sonra K2 kimi işarə olunmuş şəxs əlindəki metal boru ilə qapıya zərbə endirir. K2 kimi işarə olunmuş şəxs əlində olan metal boru ilə K1 kimi işarə olunmuş şəxsin kürək nahiyəsinə zərbə endirmişdir. K2 kimi işarə olunmuş şəxs yerə yıxılmışdır. K! Kimi şarə olunmuş şəxs əlinə zərbə endirmək məqsədilə uzun cism götürmüşdür. (Görüntüdən cismin döşəmə yumaq üçün istifadə olunan əşyaya oxşarlığı görünür). K3 və K1 kimi işarə olunmuş şəxslərin üzüzə olduğu zaman K3 kimi işarə olunmuş şəxsin əlindəki baltanın iti ucu aşağı şəkildə olmuşdur. K1 və K3 kimi işarə olunmuş şəxslər hər ikisi eyni zamanda bir-birinə əllərindəki cisimlərlə zərbə endirmişlər. Zərbə anında K3 kimi işarə olunmuş şəxsin əlindəki baltanın iti ucu yuxarı tərəfdə olmuşdur. Baltanın küt tərəfi K1 kimi işarə olunmuş şəxsin başına istiqamətlənmişdir. K3 kimi işarə olunmuş şəxsin növbəti zərbəyə hazırlaşdığı zaman baltanın iti ucu yuxarı şəkildə olmuşdur. İcra edilən zərbə baltanın küt hissəsi ilə yerinə yetirilmişdir. K1 kimi işarə olunmuş şəxsə yıxıldığı zaman kürək nahiyəsi əşyalar yığılmış rəfə toxunmuş və toxunma zamanı yaranan zərbədən rəfin titrəməsi müşahidə olunmuşdur. K1 kimi işarə olunmuş şəxs yerə yıxıldığı zaman əlləri ilə müvazinətini saxlaya bilməmiş və baş nahiyəsi döşəməyə tərəf olmaqla yıxılmışdır. K3 kimi işarə olunmuş şəxs növbəti dəfə baltanın küt hissəsi ilə K1 kimi işarə olunmuş şəxsin ayağına zərbə endirmişdir. Zrəbədən sonra K3 kimi işarə olunmuş şəxs baltanı yuxarı qaldırdıqda baltanın iti ucunun yuxarı, küt hissəsinin isə aşağı olduğu görünmüşdür. Yəni vurulan zərbə baltanın küt hissəsi ilə K1 kimi işarə olunmuş şəxsin ayağına vurulmuşdur. K2 kimi işarə olunmuş şəxs əlindəki metal boru ilə K1 kimi işarə olunmuş şəxsin böyrək nahiyəsinə zərbə vurmuşdur. Növbəti zərbəyə hazırlaşan K3 kimi işarə olunmuş şəxsin əlindəki baltanın iti ucu yuxarı, küt hissəsi isə aşağı şəkildədir. Digər şəxslərin hadisə zonasına daxil olması səbəbindən vurulan zərbənin K1 kimi işarə olunmuş şəxsin hansı nahiyəsinə vurulduğu müəyyən edilməmişdir. K2 və K3 kimi işarə olunmuş şəxs digər şəxslər tərəfindən uzaqlaşdırılmışdır. K3 kimi işarə olunmuş şəxs yenidən zərbyə hazırlaşmışdır. Zərbə zamanı baltanın iti ucu yuxarı, küt hissəsi isə aşağı şəkildə olmuşdur. K3 kimi işarə olunmuş şəxs tərəfindən endirilən zərbə K1 kimi işarə olunmuş şəxsin ayaqları arasından döşəməy dəymişdir. K3 kimi işarə olunmuş şəxs yenidən zərbəyə hazırlaşmış, zərbə zamanı baltanın iti ucu yuxarı, küt hissəsi isə aşağı şəkildə olmuşdur. Vurulan zərbə zamanı K3 kimi işarə olunmuş şəxs K1 kimi işarə olunmuş şəxsin ayağına baltanın yan tərəfi ilə (nə iti ucu, nə də ki küt hissəsi ilə zərbə vurmamış) zərbə vurmuşdur. K3 kimi işarə olunmuş şəxs tərəfindən növbəti zərbə K1 kimi işarə olunmuş şəxsin sol baldır nahiyəsindən baltanın küt hissəsi ilə endirilmişdir. Zərbədən sonrakı anda baltanın iti ucunun yuxarı olduğu şəkil aydın görünmüşdür. K2 kimi işarə olunmuş şəxs metal boru ilə K1 kimi işarə olunmuş şəxsin topuq nahiyəsinə zərbə endirmişdir. K3 yenidən zərbəyə hazırlaşmış, zərbə zamanı baltanın iti ucu yuxarı, küt hissəsi isə aşağı şəkildə olmuşdur. K3 baltanın küt hissəsi ilə K1-in sol çiyin-kürək hissəsinə zərbə vurmuşdur. K2 metal boru ilə K1-in sağ topuq nahiyəsinə zərbə vurmuşdur. K3 növbəti zərbəni K1-in sağ çiyin-kürək hissəsinə endirmişdir. Zərbədən sonra baltanın geri qayıtması zamanı K3-ün ayaqlarının arasından baltanın iti ucunun yuxarı olduğu görünmüşdür. Yəni, zərbə baltanın küt hissəsi ilə vurulmuşdur.Zərbədən sonra baltanın geri qayıtmasl zamanı qeydə alınan görüntüdə baltanın iti ucunun yuxarı şəkildə olduğu müşahidə edilmişdir. K2 kimi işarə olunmuş şəxs K3-ü uzaqlaşdırmışdır. K3 yenidən zərbəyə hazırlaşmışdır. Baltanın iti ucunun yuxarı küt hissəsinin aşağı olduğu müşahidə edilmişdir. Yəni, zərbə baltanın küt hissəsi ilə icra olunur. K3 kimi işarə olunmuş şəxs K1-in sağ baldır nahiyəsinə baltanın küt hissəsi ilə zərbə vurmuşdur. K2-nin metal boru ilə endirdiyi zərbənin K1-in sağ çiyin-ənsə nahiyəsinə dəyməsi ehtimal olunmuşdur. K3 baltanın küt hissəsi ilə zərbə endirmişdir. Lakin zərbənin K1-in bədəninin hansı nahiyəsinə dəyməsini müəyyən etmək mümkün olmamışdır. K2 metal boru ilə K1-in arxa nahiyəsinə zərbə vurmuşdur. K2 metal boru ilə K!-in sağ kürək nahiyəsinə zərbə vurmuşdur. K2 metal boru ilə K1-in çiyin-qol nahiyəsinə zərbə vurmuşdurş K2-nin metal boru ilə vurduğu zərbə K1-in sağ tərəfində döşəməyə dəymişdir. K2 metal boru ilə K1-in sol dirsək nahiyəsinə zərbə vurmuşdur. K2 metal boru ilə K2-in sol dirsək nahiyəsinə zərbə vurmuşdur. Digər şəxs K2-nin yenidən zərbə vurmasına mane olmuşdur. İş materiallarında olan təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, T 85/2021 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 2359 nömrəli ekspert rəyinin nəticəsi təsviri hissəyə uyğundur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beynin ağır dərəcəli əzilməsi, sol təpə sümüyünün basılmış, qəlpəli sınığı, sol təpə-gicgah nahiyəsinin çapılmış yarası ilə müşayiət olunan açıq kəllə-beyin travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ əlin ikinci daraq sümüyünün sınığı ilə müşayiət olunan sağ əlin arxa səthinin çapılmış yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aiddirlər. Hər iki xəsarət çapıcı alətin, yəni baltanın təsirindən qərarda qeyd olunan şəraitdə əmələ gələ bilərdilər. Sağ təpə və ənsə nahiyələrinin çapıq toxumaları isə əzilmiş yaraların izləri olmaqla bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, mantirovkanın təsirindən əmələ gəlmələri inkar olunmr və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. Sol bazu sümüyünün distal hissəsinin qapalı, yerdəyişmiş sınığı bərk küt əşya təsirindən törənmiş, şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Xəsarətlərin qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yetirilmələri inkar olunmur. Zərərçəkmiş şəxs 16.07-xx.xx.2020-ci il tarixlərdə vəziyyətinin ağırlığı ilə əlaqədar stasionar müalicəsi zəruri olmuş, üzərində cərrahiyyə əməliyyatlar aparılmışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1028 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, yadda saxlamaq, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik, pzünə qarşı hörmət tələb etmək, təhqirə qarşı həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yalan danışmağa, uydurmağa, başqasının təsiri altında hərəkət etməyə meyilllilik əlamətləri müşahidə olunmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1030 saylı rəyində göstərilmişdir ki, Şahid6 hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Tibbi sənədlərə əsasən Şahid6 2020-ci ilin iyul ayında “stressə qarşı kəskin reaksiya” keçirmişdir. Hazırda Şahid6 hər hansı psixi xəstəlik aşkar olunmur. Şahid6 öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Şahid6 istintaq hərəkətlərində iştirak edə bilər. Şahid6 fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, həssaslıq, tez təsirlənmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Şahid6 yalan danışmağa, uydurmağa, başqasının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. İş materiallarında olan kompleks məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/2946 nömrəli ekspert rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində 1995-ci il buraxılışlı “Mitsubishi Pajero minik” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilin 17 iyul 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği, təqdim edilmiş fiziki şəxs Elşad Ağayev tərəfindən 31 yanvar 2021-ci il tarixdə verilmiş 05 nömrəli aktda olan dəyişilməli ehtiyat hissələri barədə məlumatlara əsasən nəzəri hesablama yolu ilə təxminən 1960,00 manat müəyyən edilmişdir (Dəyişilməli hissələrin qiyməti 1360 manat, təmir işlərinin qiyməti 600 manat). Aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Hyundai Gənclik” servis departamenti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qüsur aktında olan dəyişilməli ehtiyat hissələri və təmir-bərpa işləri barədə məlumatlara əsasən təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Sonata minik” markalı, **-TB-*** dövlət nömrə nişanlı tədqiq edilən avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 16 iyul 2020-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 5715.00 manat müəyyən edilmişdir (Dəyişilməli hissələrin qiyməti 4620 manat, təmir-bərpa işlərinin qiyməti 1095 manat). Tədqiq edilən 2013-cü il buraxılışlı “Hyundai Sonata minik” markalı, 99-TB 462 nömrə nişanlı tədqiq edilən avtomobilin 16 iyul 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 4321 manat müəyyən edilmişdir (Dəyişilməli hissələrin qiyməti 3226 manat, təmir işlərinin qiyməti 1095 manat). İş materiallarında olan “DVD diskdə olan video görüntülərə baxış keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı həmin disklərə keçirilmiş baxışdan görünür ki, Sabirabad rayonu Türkədi kəndi ərazisində yerləşən “Bərəkət” marketin bayırdan ön tərəfindən quraşdırılmış kamera mağazanın girişini qeydə alır, mağazanın daxilində olan kamera təsərrüfat malları satılan hissəni qeydə alır. Həmin disklərə baxışdan görünür ki, Zərərçəkmiş şəxs qaçaraq mağazaya girmiş, dalınca isə Mircavid və Təqsirləndirilən şəxs2 qardaşları daxil olmuş, mağazada Təqsirləndirilən şəxs2 əlində balta, Təqsirləndirilən şəxs1 isə dəmir boru ilə Zərərçəkmiş şəxs baş, boyun və digər nahiyyələrinə çoxsaylı zərbələr endirmişlər, orada olan şəxslərin müdaxiləsi nəticəsində Mircavid və Təqsirləndirilən şəxs2 qardaşları mağazadan çıxarılmış, bu zaman zərərçəkmiş şəxsin oğlu Şahid6 atasına yaxınlaşaraq ayağa qaldırmağa çalışmış, lakin Zərərçəkmiş şəxs uzanmış vəziyyətdə qalmış, sonradan çoxsaylı şəxslər yaxınlaşaraq zərərçəkmişə ilkin tibbi yardım göstərməyə çalışmışlar. İş materiallarında olan Daxili İşlər Nazirliyindən daxil olmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslərin əvvəllər məhkum olunmamışlıar. İş materiallarında olan yaşayış yeri üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Sabirabad rayonu, Yolçubəyli kəndində ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə xasiyyətnamədə onun ünsiyyətçil, nəzakətli, mehriban olması göstərilməklə müsbət xarakterizə olunur. İş materiallarında olan yaşayış yeri üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Sabirabad rayonu, Yolçubəyli kəndində ailəsi ilə birlikdə yaşayır, himayəsində 2011, 2014 və 2020-ci il təvəllüdlü üç azyaşlı övladı var, yaşayış yeri üzrə xasiyyətnamədə onun zəhmətkeş, fərasətli, vətənpərvər olması göstərilməklə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla hadisə yerinin baxışı zamanı pambığa hopdurularaq götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus şalvar, qolsuz mayka, qısaqol köynək, Təqsirləndirilən şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşın, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomaşın, “Bərəkət” adlı dükanın videokameraları vasitəsi ilə lentə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd uzunluğu 88 sm, en kəsiyi 32 mm olan metal boru, “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş uzunluğu 90 sm, en kəsiyi 16 sm olan armatur iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad rayon prokurorluğunun “maddi sübutlar” otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanması üçün X6, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanması üçün sonuncuya təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Mircavid və Təqsirləndirilən şəxs2lara istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətə görə ittiham verildiyi CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və təqsirli olmaları kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin verdiyi ifadələrinə tənqidi yanaşaraq ifadələrində göstərdiyi “Zərərçəkmiş şəxs öldürmək məqsədi olmaması, sadəcə aralarında olan ədavətə görə ona xəsarət yetirərək cəzalandırmaq istəmələri” xüsusatı məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmişlər, həmçinin sonuncunun əmlakını ağır nəticələrə səbəb olmaqla qəsdən zədələmişlər. Məhkəmə, onların ifadəsində göstərdiyi bu xüsusatları onlara cəza təyin edilməməsinə, habelə təyin ediləsi olduğu hala daha yüngül cəza təyin edilməsi, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə düzgün tövsif olunmaqla ittiham verilmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından təqsirləndirilən şəxslərin əməli qanuna müvafiq cəzalandırılmalıdır. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri”üzrə məhkəmə təcrübəsi haqqında xx.xx.2002-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, «Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı 120.000 manat maddi ziyan, 150.000 manat mənəvi ziyan, ümumilikdə 270.000 manat məbləğində mülki iddia vermişdir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini əks etdirir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışında müalicəsi üçün 19.471 manat müalicəsinə sərf edilməsinə dair kassa-mədaxil orderlərinin surətlərini, avtomobilinin təmirinə isə 7.545 manat ziyan vurulmasına dair qüsur aktı təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırib qiymətləndirərək hesab edir ki, verilmiş mülki iddia qismən təmin olunmalıdır. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan üzrə hissədə avtomobilinə dəymiş 7,545 manat, müalicəsi üçün xərclədiyi 19,471 manat, ümümilikdə 27,016 manat məbləğində maddi zərər müştərək qaydada təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) hər birindən 13,508 manat və mənəvi ziyana görə təqsirləndirilən şəxslərin (mülki cavabdehlər) hər birindən 1000 manat, ümumilikdə 2000 manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı övladının olması məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Zərərçəkmiş şəxs əmlakını zədələməsi, yəni onlara ittiham olunmuş CM-in 186.2.2-ci maddəsinə münasibətdə cəzalarını ağırlaşdıran hal kimi müəyyən edir. Təqsirləndirilən şəxslər törətdiyi əmələ görə CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Cəza verilərkən yuxarıda qeyd olunan cəzanı yüngülləşdirilən və ağırlaşdırılan hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq - Sabirabad rayon prokurorluğunda saxlanılan hadisə yerinin baxışı zamanı pambığa hopdurularaq götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus şalvar, qolsuz mayka, qısaqol köynək, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd uzunluğu 88 sm, en kəsiyi 32 mm olan metal boru, “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş uzunluğu 90 sm, en kəsiyi 16 sm olan armatur məhv edilməli, “Bərəkət” adlı dükanın videokameraları vasitəsi ilə lentə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanması üçün X6, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanması üçün sonuncuya təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 186.2.2-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2020-ci il tarixdən hesablansın. İş üzrə 275 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CMin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 186.2.2-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2020-ci il tarixdən hesablansın. İş üzrə 275 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan üzrə hissədə avtomobilinə dəymiş 7,545 manat, müalicəsi üçün xərclədiyi 19,471 manat, ümümilikdə 27,016 manat məbləğində maddi zərər müştərək qaydada təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) hər birindən 13,508 manat və mənəvi ziyana görə təqsirləndirilən şəxslərin (mülki cavabdehlər) hər birindən 1000 manat, ümumilikdə 2000 manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabirabad rayon prokurorluğunda saxlanılan hadisə yerinin baxışı zamanı pambığa hopdurularaq götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus şalvar, qolsuz mayka, qısaqol köynək, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd uzunluğu 88 sm, en kəsiyi 32 mm olan metal boru, “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş uzunluğu 90 sm, en kəsiyi 16 sm olan armatur məhv edilsin. - Təqsirləndirilən şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşının X6, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı, 99-TB- 462 dövlət qeydiyyat nişanlı avtomobilin özünə qaytarılması nəzərə alınsın. - “Bərəkət” adlı dükanın videokameraları vasitəsi ilə lentə alınmış videogörüntülərin əks olunduğu iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-17/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-17/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver