Məhkəmə qərarları › İş №1(099)-17/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-17/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-17/2023 26.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 03 avqust 1983-cü il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 296.2, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Biləsuvar rayonunda yaşayan müxtəlif şəxslərə özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X10 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin səlahiyyətli işçisi kimi təqdim edib həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz “əlaqələri” vasitəsi ilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib aldadaraq Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid25 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 42 (qırx iki) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 2021-ci ilin noyabr ayında 850 manat (səkkiz yüz əlli manat) məbləğində pulunun, təkrarən Şahid13 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 42 (qırx iki) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 11 noyabr 2021-ci il tarixdə 750 manat (yeddi yüz əlli manat) məbləğində pulunu, təkrarən Şahid19 Hüseynxan qızının özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç baş) iri buynuzlu buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 25 noyabr 2021-ci il tarixdə 505 manat (beş yüz beş manat) məbləğində pulunu, təkrarən yaşayan Şahid17 ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 03 noyabr 2021-ci il tarixdə 700 manat, 05 noyabr 2021-ci il tarixdə 100 manat və 15 noyabr 2021-ci il tarixdə 150 manat olmaqla cəmi 950 manat (doqquz yüz əlli manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Amankənd kəndində yaşayan Şahid1 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 05 dekabr 2021-ci il tarixdə 800 manat (səkkiz yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid26 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına oğlu Tural Nuriyevi və yeznəsi Eldəniz Məmmədovu hər birini 21 baş olmaqla cəmi 42 (qırx iki) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 05 dekabr 2021-ci il tarixdə 1000 manat (bir min manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Amankənd kəndində yaşayan Şahid2 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə, bundan başqa ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vədlər verib bunun müqabilində 06 dekabr 2021-ci il tarixdə 500 manat, 11 dekabr 2021-ci il tarixdə 400 manat olmaqla cəmi 900 manat (doqquz yüz manat) məbləğində pulunu, təkrarən Şahid6 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə, bundan başqa ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vədlər verib bunun müqabilində 22 dekabr 2021-ci il tarixdə 900 manat (doqquz yüz manat) məbləğində pulunu, təkrarən Şahid3 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə, habelə ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vədlər verib bunun müqabilində 24 dekabr 2021-ci il tarixdə 900 manat (doqquz yüz manat) məbləğində pulunu, təkrarən Şahid5 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə, bundan başqa ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vədlər verib bunun müqabilində 01 yanvar 2022-ci il tarixdə 800 manat (səkkiz yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid12 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin "xxxx" Biləsuvar rayon Suvarma Sistemləri idarəsində çilingər vəzifəsində işlə təmin edəcəyi barədə yalan vəd verib 07 yanvar 2022-ci il tarixdə 540 manat (beş yüz qırx manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Amankənd kəndində yaşayan Şahid4 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə, o cümlədən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vədlər verib bunun müqabilində təxminən 2021-ci il ilin yanvar ayında 500 manat və bundan bir neçə gün sonra təxminən 2021-ci ilin yanvar ayında 300 manat olmaqla cəmi 800 manat (səkkiz yüz manat) məbləğində pulunu, yəni ümumilikdə 12 nəfər şəxsin təkrarən cəmi 9695 manat (doqquz min altı yüz doxsan beş manat) məbləğində pullarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Biləsuvar rayonu ərazisində ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə təkrar dələduzluq etmiş, habelə təkrarən Biləsuvar rayonu Çinarlı kəndində yaşayan Şahid9 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin avqust ayında 200 manat və 2021-ci ilin sentyabr ayında 200 manat olmaqla cəmi 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Nəsimi kəndində yaşayan Şahid35 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 25 sentyabr 2021-ci il tarixdə 200 manat (iki yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayan Şahid21 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 11 oktyabr 2021-ci il tarixdə 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid15 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 17 oktyabr 2021-ci il tarixdə 350 manat (üç yüz əlli manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Amankənd kəndində yaşayan Şahid37 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin sentyabr ayında 200 manat (iki yüz manat), təxminən 2021-ci ilin oktyabr ayında 170 (bir yüz yetmiş manat) olmaqla cəmi 370 (üç yüz yetmiş) manat məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Şahid40 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin sentyabr ayında 180 manat (yüz səksən manat), təxminən 2021-ci ilin oktyabr ayında 120 manat (yüz iyirmi manat) olmaqla cəmi 300 (üç yüz) manat məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid33 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin oktyabr ayında 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid36 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin oktyabr ayında 300 manat (üç yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Dərvişli kəndində yaşayan Şahid39 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin "xxxx" Biləsuvar rayonunda internat məktəbində mühafizəçi vəzifəsinə götürülməsini təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2022-ci ilin oktyabr ayında 100 manat (bir yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayan Şahid20 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib təxminən 2021-ci ilin noyabr ayında 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Əsgərabad kəndində yaşayan Şahid10 Bəğiş oğlunun özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 20 (iyirmi) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin sentyabr ayında 60 manat, 2022-ci ilin oktyabr ayında 100 manat və 2021-ci ilin noyabr ayında 200 manat olmaqla cəmi 360 manat (üç yüz altmış manat) məbləğində pulunu, təkrarən Şahid27 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin sentyabr ayında 200 manat və 2021-ci ilin oktyabr ayında 100 manat və 2021-ci ilin noyabr ayında 100 manat olmaqla cəmi 400 manat (dörd yüz manat) məbləğində pulunun, təkrarən Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid23 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin noyabr ayında 200 manat və 2021-ci ilin dekabr ayında 200 manat olmaqla, cəmi 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Ovçubərə kəndində yaşayan Şahid31 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 05 dekabr 2021-ci il tarixdə 150 manat, 06 dekabr 2021-ci il tarixdə 150 manat olmaqla cəmi 300 manat (üç yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan X1 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 4500 manat (dörd min beş yüz manat) məbləğində pul vəsaiti ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 12 noyabr 2022-ci il tarixdə 150 manat, 13 noyabr 2022-ci il tarixdə 300 manat olmaqla cəmi 450 manat (dörd yüz əlli manat) məbləğində pulunu, təkrarən ünvan 1 ünvanında yaşayan Şahid32 Bəxiyar oğlunun qızı X13 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin "xxxx" Biləsuvar rayon Kommunal Müəssisələr Kombinatına fəhlə kimi işə götürülməsini təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin noyabr ayında 200 manat (iki yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Şahid38 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin noyabr ayında 200 manat (üç yüz manat), bundan təxminən bir həftə sonra 20 manat (iyirmi manat), bundan təxminən bir həftə sonra 150 manat (yüz əlli manat), bundan təxminən on gün sonra 130 manat (yüz otuz manat) olmaqla cəmi 500 (beş yüz) manat məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid34 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində təxminən 2021-ci ilin noyabr ayında 500 manat (beş yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar şəhəri, Babək küçəsində yaşayan Şahid8 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına qardaşı Aşqın Əliyevi plastik qapı-pəncərə hazırlanması üçün nəzərdə tutulmuş avadanlıqla və arvadı Afət Əliyevanı qadın gözəllik salonuna aid avadanlıqla təmin edəcəyi barədə yalan vədlər verib bunun müqabilində təxminən 2021-ci ilin noyabr ayında 500 manat (beş yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid22 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir baş) baş xırda buynuzlu malqara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 07 dekabr 2021-ci il tarixdə cəmi 500 manat (beş yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Bağbanlar kəndində yaşayan Şahid28 ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsini təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 17 dekabr 2021-ci il tarixdə 100 manat və 18 dekabr 2021-ci il tarixdə 100 manat olmaqla cəmi 200 manat (iki yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid14 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 27 dekabr 2021-ci il tarixdə 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Şahid18 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 27 dekabr 2021-ci il tarixdə 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Şahid24 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına Biləsuvar rayonu, 3 (üç) baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 27 dekabr 2021-ci il tarixdə 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən Biləsuvar rayonu Amankənd kəndində yaşayan Şahid7 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 21 (iyirmi bir) baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 08 yanvar 2022-ci l tarixdə 400 manat (dörd yüz manat) məbləğində pulunu, təkrarən ünvan 3 ünvanında yaşayan Şahid11 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin "xxxx" Biləsuvar rayon Suvarma Sistemləri idarəsində Biləsuvar rayonu Əsgərabad kəndi üzrə su mühərrikinə nəzarətçi vəzifəsinə təyin edilməsini təmin edəcəyi barədə yalan vəd verib bunun müqabilində 13 yanvar 2022-ci il tarixdə 300 manat (üç yüz manat) məbləğində pulunu ələ keçirərək adı çəkilən şəxslərin etibarından sui-istifadə yolu ilə təkrarən dələduzluq etmiş, həmçinin özbaşına özünün vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxslərin hüquqlarının və qanunimənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən özünü müdafiənin qanunsuz üsulu kimi şahid qismində dindirilmiş Biləsuvar rayonu, Amankənd kəndində yaşayan Şahid37, Şahid1, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid26, Biləsuvar rayonu Əsgərabad kəndində yaşayan Şahid43 özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəkləri və digər vədlər verib qeyd olunan şəxslərdən pul almaları, həmin pul vəsaitlərinin ona vermələri, daha sonra onun həmin pulları X10 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin müdiri vəzifəsində işləyən Şahid46 çatdırması, bununla da həmin şəxslərin rüşvət alma cinayətini törətmələri, yəni ağır cinayət törətməkdə ittiham olunmaları ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən yəni CM-nin 178.2.2-ci maddələri il təqsirli bilir, CM-in 296.2, 310, və 32.4,312.2-ci maddələri təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 avqust 2021-ci il tarixdən "xxxx" MMC-də haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur və o X10 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon xidmət şöbəsinə bağban kimi işə cəlb edilmiş, ona həmin idarənin qarşısındakı həyətdə ağaclara qulluq etmək, torpağı şumlanması tapşırılmışdır. O, hər gün həmin idarəyə işə getmişdir. O, heç kəsdən mal qara vermək adı ilə pul almamış, onun hər hansı bir vətəndaşa ünvanlı sosial yardım düzəltmək səlahiyyəti olmamış, heç bir vəzifəli şəxsə pul vermək adı ilə vətəndaşlardan pul almamışdır. Ondan şikayət etmiş vətəndaşların bəzilərindən müxtəlif məbləğlərdə pul vəsaitini borc olaraq almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 24 avqust 2021-ci il tarixdən "xxxx" MMC-də haqqı ödənilən ictimai işlərə cəlb olunmuş. Həmin işə cəlb olunanadan növbəti gün Mənzil Kommunal İstismar Birliyinin rəisi Ceyhun Həyatov X10 14 saylı Ərazi Məşğulluq filialının rəisi Şahid47la danışıb onu həmin idarənin Biləsuvar rayon xidmət şöbəsinə bağban kimi göndərmişdir. Ona tapşırılmışdır ki, həmin idarənin qarşısındakı həyətdə ağaclara qulluq etsin, torpağı şumlasın. O, hər gün həmin idarəyə işə getmişdir. 10 oktyabr 2021-ci il tarixdə Şahid46 İspəndiyar oğlu 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon xidmət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin tarixdən təklikdə ona təklif etmiş ki, rayonun Nərimankənd kəndində yaşayan Şahid26, Amankənd kənd sakini Şahid1, Asim adı ilə tanınan Əsgərabad kənd sakini Şahid43, Amankənd kənd sakini Şahid37 rayon sakinlərindən mal-qaraya görə pulları alıb ona verəcəklər, o, isə həmin pulları ona versin. Şahid46 bildirmişdir ki, həmin puldan müəyyən məbləğdə pulu ona verəcəkdir. Bundan sonra, hər gün rayonun Nərimankənd kəndində yaşayan Şahid26, Amankənd kənd sakini Şahid1, Asim adı ilə tanınan Biləsuvar rayonu Əsgərabad kənd sakini Şahid43, Biləsuvar rayonu Amankənd kənd sakini Şahid37 müxtəlif vətəndaşlardan özünəməşğulluqla bağlı mal-qaranın verilməsinə görə müxtəlif tarixlərdə və ***-**** manat məbləğlərdə pul alıb ona vermişlər və o həmin pulları X10 14 saylı Ərazi Regional filialının Biləsuvar rayon Xidmət şöbəsinin müdiri Şahid46 vermiş, həmin pullardan Şahid46 ona hər dəfə 20-30 manat məbləğində pul vermişdir. Adlarını çəkdiyi Vahid, Asim, Sarvan və Məhəmməddən başqa o kimləsə görüşüb kimdənsə pul almamış, bundan başqa Şahid46 onu kəndlərə göndərib evlərdə videoçəkiliş aparmağı tapşırmışdır. O, Sarvanın, Məhəmmədin evlərində olmuş, başqa evlərdə videoçəkilişlə bağlı getməmiş. O, videoçəkilişi özünəməşğulluqla bağlı mal-qaranın verilməsindən ötrü etmiş, videoçəkilişin aparılmasını və videoçəkiliş zamanı nə deyiləcəyini Səyid adlı işçidən öyrənmiş, əvvəllər Şahid46 göstərişi ilə Səyidlə birlikdə qanuni mal-qara düşən şəxslərin evinə gedib videoçəkilişin aparılmasında köməklik etmiş, bundan başqa 12 noyabr 2021-ci il tarixdə “Zəfər” bayramı ilə əlaqədar “Wento” şirkəti Biləsuvar rayonu ərazisində şəhid ailələrinə televizor paylamış. 14 saylı Ərazi Regional məşğulluq filialının işçilərinin hamısı həmin “Wento” şirkətinin işçiləri ilə birlikdə həmin şirkət tərəfindən verilmiş televizorları kəndlər üzrə şəhid ailələrinə paylamışdır. Həmin gün Şahid46 də onu həmin tədbirə dəvət etmiş və ona tapşırmışdır ki, Biləsuvar rayonunun Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ağalıkənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində “Wento” şirkətinin işçisi xatırlamadığı taksidə gedib şəhid ailələrinə plazma televizor paylamış. Bundan başqa, kiçik-orta sahibkarlıqla bağlı Biləsuvar rayon İcra Hakimiyyətinin həyətində baş tutan tədbirdə sənədləri həmişə Şahid46 göstərişi ilə və bir neçə dəfə sonuncun iştirakı ilə gedib təhvil vermiş, həmin idarədə Əmrah müəllimə sənədləri vermiş və təlim bitəndən sonra sonuncudan sənədləri götürüb Məşğulluq idarəsinə gedib Şahid46 vermişdir. Kiçik və orta biznesin təlimində Təhminə adlı məşğulluğun işçisi də olmuşdur. Bundan başqa, Şahid46 digər işçilərlə birlikdə mal-qaranın verilməsi üçün əraziyə çıxmış və idarəni qapısını açıq qoyub idarəni ona tapşırmış və bildirmiş ki, kim gəlsə bildirsin ki idarə rəisi monitorinqədədir. Dəfələrlə idarənin qapı açarı onda qalmışdır. Bundan başqa, o dəfələrlə Şahid46 tapşırığı ilə idarənin Səid adlı işçisi ilə Biləsuvar rayonu Nərimankənd kəndində fermaya, Şahid46 özü ilə Əsgərabad kəndinə, Ağalıkənd kəndində, Təzəkənd kəndində, Amankənd kəndinə evlərə gedib videoçəkilişlə monitorinqin aparılmasında iştirak etmiş, Biləsuvar rayon sakinləri Asim, Sarvan, Məhəmməd, Vahid ona mal-qaraya görə vətəndaşlardan aldıqları pulları vermişlər və o həmin pulları Biləsuvar rayon Məşğulluq idarəsində girişdən dəhlizdə birinci soldakı otaqda Şahid46 vermiş. Bundan başqa, Cəlilabad rayonunda yerləşən 14 saylı ərazi regional idarəsinə Biləsuvar xidmət şöbəsindən bütün sənədləri Şahid46 onun vasitəsi ilə göndərmişdir. O, həmin sənədləri Rafiq adlı 14 saylı Məşğulluq filialının işçisinə vermiş. Şahid46 ona tapşırmış ki, Biləsuvar Məşğulluq idarəsinin girişində dayanıb gələn vətəndaşlarının covid pasportunun olub-olmadığını və tibbi maskalarını yoxlasın. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Amankənd kənd sakini Şahid1 heç vaxt pul almamış, Sarvan özü vətəndaşlardan pul alıb Səbuhiyə verməkdən ötrü pulu ona vermişdir. Şahid3 adlı şəxsi tanımır, həmin şəxsdən mal-qara və ya ünvanlı dövlət sosial yardıma görə hər hansı məbləğdə pul almamış, hər hansı vəd verməmiş, Amankənd kənd sakinləri Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid37, Biləsuvar şəhər sakinləri Şahid8, Şahid11, Şahid32, Biləsuvar rayonunun Çinarlı kənd sakini Şahid9, Nərimankənd kənd sakinləri Şahid12, Şahid13, Şahid14, Şahid18, Şahid15, X6, Şahid17 Bürcəli oğlu, Şahid19 Hüseynxan qızı, Şahid22, Şahid23, Şahid24, Şahid25, Şahid26, Şahid33, Şahid34, Şahid36, Biləsuvar rayonu Ağalıkənd Şahid20, Şahid21, Bağbanlar kənd sakini Şahid28, Əsgərabad kənd sakinləri Şahid10 Bəyiş oğlu, Şahid27, Şahid38, Şahid40, Biləsuvar rayonu Dərvişli kənd sakini Şahid39, Nəsimi kənd sakini Şahid35 adlı şəxslərə özünü X10 14 saylı Ərazi Regional Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin səlahiyyətli işçisi kimi təqdim etməmiş, həmin şəxslərdən pulları Nərimankənd kəndində yaşayan Şahid26, Amankənd kənd sakini Şahid1, Asim adı ilə tanınan Biləsuvar rayonu Əsgərabad kənd sakini Şahid43, Amankənd kənd sakini Şahid37 özünəməşğulluqla bağlı mal-qara ilə təmin edəcəyi vədini verib pullarını alıb ona vermişlər və o həmin pulları idarənin müdiri Şahid46 vermişdir. Biləsuvar rayonu, Amankənd kənd sakini Şahid1 yaşadığı evdə onu və tövləni özünəməşğulluqla bağlı videoçəkilişini aparmağı barədə videogörüntü, bundan başqa Nərimankənd kənd sakini Şahid18, Şahid34 və digərləri sizin onlardan pul almağıma dair səs yazısı və onunla həmin mövzuda «Whatsapp» proqramında yazışmanı təqdim etmələri ilə bağlı bildirir ki, həmin şəxslərdən pul almamış, ümumiyyətlə qeyd etdiyi kimi Nərimankənd kəndində yaşayan Şahid26, Amankənd kənd sakini Şahid1, Asim adı ilə tanınan Biləsuvar rayonu Əsgərabad kənd sakini Şahid43, Amankənd kənd sakini Şahid37 özünəməşğulluqla bağlı mal-qara ilə təmin edəcəyi vədini verib müxtəlif məbləğlərdə rayon sakinlərindən pullarını alıb ona vermişlər, o həmin pulları idarənin müdiri Şahid46 vermiş, bu işləri o Şahid46 tapşırığı ilə aparmış, Nərimankənd kəndində yaşayan Şahid26, Amankənd kənd sakini Şahid1, Asim adı ilə tanınan Əsgərabad kənd sakini Şahid43, Amankənd kənd sakini Şahid37 özünəməşğulluqla bağlı mal-qara ilə təmin edəcəyi vədini verib müxtəlif məbləğlərdə rayon sakinlərindən pullarını rüşvət kimi alıblar və həmin pullar Şahid46 rüşvət kimi verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq idarəsinin əməkdaşı kimi bildiyi Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixə özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 3 baş mal-qara ilə təmin edəcəyi ilə bağlı 800 manat (səkkiz yüz manat) pulu Biləsuvar rayon Məşğulluq idarəsinin həyətində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onu dövlət hesabına onu 3 baş iribuynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 800 (səkkiz yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq idarəsinin işçisi kimi bildiyi Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı dövlət hesabına növbədənkənar qaydada 3 baş iribuynuzlu mal-qara ilə təmin edilməsi üçün 2022-ci ilin yanvar ayında 500 manat, bundan sonra 4 uşağı olduğu üçün ailəsinə ünvanlı dövlət sosial yardım verilməsi üçün 2022-ci ilin yanvar ayında 300 manat, ümumilikdə isə 800 manat pulu Biləsuvar rayon Məşğulluq idarəsinin həyətində Təqsirləndirilən şəxs vermişdir. Hazırda pulu qaytarılmamış və ona heç bir ünvanlı sosial yardım və mal qara verilməmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq İdarəsinin işçisi kimi bildiyi Təqsirləndirilən şəxs şəxsə özünəməşğulluqla bağlı növbədənkənar 21 baş xırda buynuzlu mal-qara verilməsi ilə bağlı 2021-ci ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs Biləsuvar rayon Məşğulluq idarəsinin həyətində 200 manat, 2021-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə həmin yerdə qalan 200 manat pulu vermişdir. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 21 baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 400 manat (səkkiz yüz manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin işçisi kimi bildiyi Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növbədənkənar qaydada 20 baş xırda buynuzlu mal-qara ilə təmin edilməsi ilə əlaqərar 2021-ci ilin sentyabr ayında 60 manat, 2021-ci ilin oktyabr ayında 100 manat və 2021-ci ilin noyabr ayının sonunda 200 manat, ümumilikdə 360 manat pulu Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin yaxınlığında ona vermiş, lakin Təqsirləndirilən şəxs onu aldatmış və 360 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Dövlət X8 rayon şöbəsinin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında özünəməşğulluqla bağlı adına plastik qapı-pəncərənin düzədilməsi üçün nəzərdə tutulan avadanlıq və həyat yoldaşı Afət Əliyevanın adına isə qadın gözəllik salonuna aid avadanlıqlar dövlət tərəfindən veriləcəyi ilə bağlı ümumilikdə 500 manat pulu X8 rayon şöbəsində ona vermişdir, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qaytarmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid45 Şahid8 ifadəsinə analoji ifadə vermişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq idarəsinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar, 20 baş dişi 1 baş erkək xırda buynuzlu mal-qaranın dövlət tərəfindən verilməsini təmin edilməsi məqsədilə 400 manat pulu yaşadığı yevin həytində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ona vəd etdiyi mal-qaranın ona verilməsini təmin etməmiş və nəticədə onun 400 manat pulunu mənimsəmiş, ona dəymiş ziyanı qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar rayon idarəsinin işçisi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs dövlət özünəməşğulluq proqramı ilə bağlı növbədənkənar qaydada ümumilikdə 42 baş xırda buynuzlu mal-qaranın iki dəfəyə 2022-ci ilin mart və noyabr aylarına verilməsi üçün 05 dekabr 2021-ci il tarixdə həmin idarənin girişində Təqsirləndirilən şəxs 1000 (bir min manat) məbləğində pul vermiş, nəticədə Təqsirləndirilən şəxs ona vəd etdiyi malqaranın ona verilməsini təmin etməmiş, onun 1000 manat pulunu mənimsəmiş, ona dəymiş ziyanı qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar rayon idarəsinnin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs növbədənkənar qaydada özünəməşğulluqla bağlı 3 baş iribuynuzlu mal-qaranın verilməsi ilə bağlı 17 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nərimankənd kəndində yaşadığı evin həyətində 350 manat pulunu vermiş, Təqsirləndirilən şəxs onun pulunu pulunu ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar rayon idarəsinin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs növbədənkənar qaydada özünəməşğulluqla bağlı 3 baş iribuynuzlu mal-qara verilirilməsi ilə bağlı 2021-ci ilin noyabr ayının sonunda X10 Biləsuvar rayon şöbəsinin qarşısında 200 manat, 2021-ci il dekabr ayının əvvəlində 200 manat, ümumilikdə isə 400 manat pulu Təqsirləndirilən şəxs vermiş, nəticədə ona heç bir malqara verilməmiş, Təqsirləndirilən şəxs tərəfindən ona 400 manat pul qaytarılmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar rayonunda yerləşən idarəsinin əməkdaşı kimi tanıdığı X21 pul şəklində dövlət tərəfindən 4500 manat yardımın olunması ilə bağlı 12 noyabr 2021-ci il tarixdə ona 150 manat, bundan başqa 13 noyabr 2022-ci il tarixdə yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 150 manat, ümumilikdə isə 300 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ona dövlət tərəfindən ödəniləcək yardımla bağlı heç bir tədbir görməmiş, onun 300 mnat pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq idarəsinin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növbədənkənar qaydada dövlət hesabına 42 baş xırdabuynuzlu mal-qara ilə təmin edilməsi ilə bağlı 750 manat pulu 11 noyabr 2021-ci il tarixdə Biləsuvar şəhərində Məşğulluq idarəsinin yaxınlığında Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı dövlət hesabına onu 42 baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində onun 750 manat (yeddi yüz əlli manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Dövlət Məşğulluq idarəsinin Biləsuvar şöbəsinin məsul işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon Məşğulluq idarəsinin həyətində 700 manat, 05 noyabr 2021-ci il tarixdə yaşadığı evdə Asim adlı taksi sürücünün yanında 100 manat, 15 noyabr 2021-ci il tarixdə qalan isə 150 manat, ümumilikdə 950 manat pulu vermiş, nəticədə Təqsirləndirilən şəxs ünvanlı soisal yardım alması ilə bağlı heç bir köməklik göstərməmiş, onun 950 manat pulunu ona qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar rayonun işçisi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs onu Biləsuvar rayon Suvarma Sistemləri idarəsinə çilingər vəzifəsinə işə düzəldəcəyi ilə bağlı 540 manat pulu 07 yanvar 2022-ci il tarixdə Biləsuvar rayon Məşğulluq idarəsində vermiş, Təqsirləndirilən şəxs onu işlə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 540 manat (beş yüz qırx manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq idarəsinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs növbədənkənar özünəməşğulluqla bağlı ona, qohumları Şahid14 və Şahid24 hər birinə 3 baş olmaqla cəmi 9 baş iribuynuzlu mal-qaranın verilməsi ilə bağlı Biləsuvar rayon şöbəsinin həyətində giriş qapısının yaxınlığında özünün, Şahid14 və Şahid24 400 manat pulunu, yəni cəmi 1200 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs həmin pulu almış və onların hər birinə 3 baş iribuynuzlu mal-qaranın verilməsi ilə bağlı tədbir görməmiş, Şahid14, Gülşən Məmmədova onun 400 manat pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid14 və Şahid24 zərərçəkmiş şəxs Şahid18 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar şöbəsinin işçisi kimi özünü tədqim edən Təqsirləndirilən şəxs özünə məşğulluqla bağlı 3 baş iribuynuzlu mal-qara ilə təmin edilməsi ilə bağlı 07 dekabr 2021-ci il tarixdə Biləsuvar şəhəridə avtovağzalın və şirniyyat mağazalarının yaxınlığında 500 manat pul vermiş, bununla da Təqsirləndirilən şəxs ona verilən vəddi yerinə yetirməyərək onu aldadaraq 500 manat pulunu ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, özünü X10 Biləsuvar rayon idarəsinin vəzifəli şəxsi kimi təqdim edən Təqsirləndirilən şəxs 42 baş xırdabuynuzlu mal-qaranın dövlət hesabına növbədənkənar qaydada verilməsindən ötrü 2021-ci ilin noyabr ayında 800 manat pulu həmkəndlisi Şahid26 vasitəsi ilə, 50 manat pulu isə Asim adlı taksi sürücüsü vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onun 850 manat (səkkiz yüz əlli manat) pulunu aldadaraq ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, Biləsuvar Məşğulluq idarəsinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs ailəsinə ünvanlı dövlət sosial yardım düzəldilməsindən ötrü Bakı şəhərində vəzifəli tanışları vasitəsilə düzəldilməsi məqsədilə 2021-ci ilin dekabr ayında 200 manat pulu oğlu İsmayıllv birlikdə Biləsuvar Məşğulluq idarəsində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ona verilən vəddi yerinə yetirməmiş, onun 200 manat pulunu mənimsəyərək ona qaytarmımışdır. Şahid qismində dindirilmiş Şahid29 və Şahid30 Şahid28 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin rəsmi işçisi kimi özünü ona təqdim edən Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 21 baş xırda buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 400 manat (dörd yüz manat) məbləğində pulunu alıb ələ keçirmiş, Təqsirləndirilən şəxs atası Vətən Nuriyev 17 fevral 2022-ci il tarixdə 400 manat pulunu Təqsirləndirilən şəxs əvəzinə qaytararaq ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs növbədənkənar qaydada özünəməşğulluqla bağlı 21 baş xırdabuynuzlu mal-qaranın verilməsi ilə bağlı 11 oktyabr 2021-ci il tarixdə 400 manat pul vermiş, Təqsirləndirilən şəxs ona verilən vəddi yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs atası Təqsirləndirilən şəxs atası Vətən Nuriyev ona dəymiş 400 manat pulu qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin işçisi kimi özünü təqdim etdiyi Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı 3 baş iribuynuzlu malqaranın verilməsi ilə bağlı 16 yanvar 2022-ci il tarixdə Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinndə Təqsirləndirilən şəxs 400 manat pul vermiş, nəticədə Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 3 baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 400 manat (dörd yüz manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid31 ifadəsində göstərmişdir ki, Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxs onu növbədənkənar özünəməşğulluqla bağlı dövlət hesabına3 baş iribuynuzlu mal-qara ilə05 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində görüşüb 150 manat, 06 dekabr 2021-ci il tarixdə isə 150 manat pulu Təqsirləndirilən şəxs vermiş, nəticədə Təqsirləndirilən şəxs onu aldadarq 300 manat pulunu ələ keçirmiş və həmin pulu ona qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid32 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq İdarəsin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs qızı X19 rayon Kommunal Müəssisələr Kombinatına fəhlə kimi işə düzəldə biləcəyi müqabilində vəzifəli şəxslərə pul verilməsi ilə bağlı həmin idarədə 200 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs qızının işə düzəldilməsi ilə bağlı heç bir tədbir görməmiş nəticədə onun 200 manat pulunu ələ keçirmiş və pulu geri qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Məşğulluq idarəsinin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ona növbədənkənar özünəməşğulluqla bağlı mal-qara almaqdan ötrü 25 sentyabr 2021-ci il tarixdə Biləsuvar şəhərində “Kapital Bank”ın filialının yaxınlığında 200 manat pul vermiş, Təqsirləndirilən şəxs ona verilən vəddi yerinə yetirməmiş, ona dəymiş ziyanı qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid38 ifadəsində göstərmişdir ki, X10 Biləsuvar rayon şöbəsinin əməkdaşı kimi özünü tədqim edən Təqsirləndirilən şəxs növbədənkənar qaydada özünəməşğulluqla 3 baş iri buynuzlu mal-qaranın verilməsi ilə bağlı 2021-ci ilin noyabr Məşğulluq idarəsinin həyətində 500 manat pulu ona vermiş, nəticədə Təqsirləndirilən şəxs ona verilən vəddi yerinə yetirməmiş, onun pulunu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, Biləsuvar Məşğulluq idarəsinin əməkdaşı kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ona özünəməşğulluqla bağlı 3 baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi ilə bağlı 2021-ci ilin sentyabr ayında qardaşı Şahid41 vasitəsi ilə 180 manat, daha sonra 2021-ci ilin oktyabr ayında 120 manat, ümumilikdə isə 300 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs ona verilən vəddi yerinə yetirməmiş, onun 300 manat pulunu qaytarmamışdır. Şahid qismində dindirilmiş Şahid41 Şahid40 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid11 ifadəsindən görünür ki, X20 Biləsuvar şəhərində yerləşən idarəsinə təxminən 2 il bundan işlə təmin olunmağından ötrü müraciət etmiş, lakin işlə təmin olunmamış və bu səbəbdən 11 yanvar 2022-ci il tarixdə təkrar həmin idarəyə getmiş, Dövlət X8 rayon idarəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs onu qarşılamış, özünü həmin idarənin işçisi kimi təqdim edib nə ilə bağlı idarəyə müraciət etmək istədiyini soruşmuş, ardı ilə Bilsuvar rayon Suvarma Sistemləri idarəsində Biləsuvar rayonu, Əsgərabad kəndi üzrə su mühərrikinə nəzarətçi vəzifəsi üzrə vakant iş yeri olduğunu, onu qısa zamanda həmin vəzifəyə X15 xətti ilə təyin edə biləcəyini bildirmiş, ondan bu işlərə görə 300 manat (üç yüz manat) məbləğində pul istəmiş, razılaşandan sonra o, 13 yanvar 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə zəng edib sonuncuya həmin məbləğdə pulu vermək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs “Whatsapp” proqramında göndərdiyi bak kartının hesabına 300 manat pulu göndərmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid19 Hüseynxan qızının ifadəsindən görünür ki, Məşğulluq İdarəsinin Biləsuvar rayon şöbəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə özünəməşğulluqla bağlı vətəndaşları növbədənkənar 3 baş iribuynuzlu və ya 21 baş xırdabuynuzlu malqaranın verilməsi ilə bağlı oğlu İlkin vəlizadə vasitəsi ilə 505 mant pul vermiş, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı dövlət hesabına onu 3 baş iribuynuzlu malqara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 505 (beş yüz beş) manat məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. İş üzrə şahid qismində Şahid43 ifadəsindən görünür ki, Biləsuvar rayonu ərazisində ona məxsus və idarə etdiyi “VAZ2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğuldur. Biləsuvar rayonu ərazisində onu hamı “Asim” adı ilə tanıyır. Təqsirləndirilən şəxs taksi kimi müxtəlif yerlərə təxminən 2021-ci ilin oktyabr ayında aparıb-gətirmiş və buna görə taksi kimi Təqsirləndirilən şəxs pul almışdır. Təqsirləndirilən şəxs onun avtomaşınında sərnişin kimi Biləsuvar rayonu Nərimankənd kəndinə təxminən üç dəfə, Biləsuvar rayonu, Amankənd kəndinə təxminən üç dəfə, Biləsuvar rayonu, Əsgərabad kəndinə təxminən bir dəfə gedib-qayıtmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Asim odur, lakin o, Şahid46 tanımır, həmin şəxslə heç bir əlaqəsi olmayıb. O bildirmiş ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri yalandır, o heç vaxt özünəməşğulluqla bağlı mal-qaranın verilməsinə görə rayon sakinlərindən pul almayıb, rayon sakinləri ilə belə bir söhbəti də olmayıb. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi kəndlərə aparıb-gətirməyə görə 5-10 manat pul verib, bundan başqa Təqsirləndirilən şəxs və ya kimdənsə pul istəməmiş, almamışdır. Təqsirləndirilən şəxs ona özünü X10 Biləsuvar rayon şöbəsinin işçisi kimi təqdim edib və onu göstərdiyi taksi xidmətindən istifadə edərək Biləsuvar rayonunda qeyd etdiyi kəndlərdə tanımadığı müxtəlif şəxslərin ünvanlara gedib özünəməşğulluqla bağlı videoçəkiliş aparmışdır. Təqsirləndirilən şəxs özü ona həmin ünvanlarda videoçəkiliş aparacağını demişdir. Təqsirləndirilən şəxslə ünvanlarına getdiyimiz rayon sakinləri ilə heç bir əlaqəsi olmayıb. Biləsuvar rayonu, Əsgərabad kənd sakini Şahid27 onunla qonşuluqda yaşayır. Biləsuvar rayonu, Əsgərabad kənd sakini Şahid27 Təqsirləndirilən şəxslə özü razılığa gəlmiş, daha sonra 2022-ci ilin oktyabr ayında Şahid27 ona 100 (bir yüz) manat pul verib Təqsirləndirilən şəxs çatacağını bildirmişdir. O da həmin gün 100 (bir yüz) manat Təqsirləndirilən şəxs çatdırmışdır. X25 həmin idarənin işçisi olub-olmadığını ondan soruşmuş, o da Elmanın Məşğulluq idarəsinin işçisi olduğunu demiş, 100 (bir yüz) manat pulun nə ilə bağlı Təqsirləndirilən şəxs çatacağını bilməyib və bu barədə maraqlanmayıb. Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı mal-qara ilə təmin etməkdən ötrü rayon sakinlərindən pul almasının şahidi olmamış, bu barədə məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid46 ifadəsində göstərmişdir ki, X10 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət Şöbəsinin müdiri vəzifəsinə 08 oktyabr 2021-ci il tarixdən təyin olunmuş, 11 oktyabr 2021-ci il tarixdən həmin vəzifəni icra etməyə başlamış, hazırda da həmin vəzifəni icra edir. O, adı çəkilən Təqsirləndirilən şəxs tanıyır, o, vəzifəyə təyin olunub gələndə görmüş ki, Agentliyin Biləsuvar Xidmət şöbəsinə "xxxx" MMC-nin haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçisi Təqsirləndirilən şəxs həmin idarəyə təhkim olunmuş, Təqsirləndirilən şəxs idarənin giriş qapısında növbəlik prinsipi ilə vətəndaşları qəbula buraxıb. O, işə təyin olunandan sonra Təqsirləndirilən şəxs hər gün işə gəlib idarənin həyətində təmizlik və təsərrüfat işlərinə baxmışdır. Biləsuvar Xidmət şöbəsinin inzibati binası iki mərtəbədən ibarətdi, binada istilik sistemi işləmədiyinə görə girişdən dəhlizlə 5-6 metr gedib sola döndükdə sağda yerləşən otaqda işçilər oturur. Biləsuvar rayon Xidmət şöbəsində ondan başqa Kamranlı Kamran və Musayev Səyid adlı işçilər işləyib. Təxminən 12 noyabr 2021-ci il tarixdə o görmüş ki, Təqsirləndirilən şəxs inzibati binanın dəhlizində tanımadığı vətəndaşa iş proseduru haqqında, yəni kimlər özünəməşğulluq proqramı cəlb oluna bilər və oluna bilməz barədə izah verir. Bunu eşidib o, Təqsirləndirilən şəxs otağa çağırmış və Təqsirləndirilən şəxs öz vəzifəsini icra etməyi, onların işinə müdaxilə etməməyi bildirmiş, bundan sonra həmin gün Cəlilabad şəhərinə gedib Agentliyi 14 saylı Ərazi Məşğulluq filialının müdiri Şahid47 Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat vermişdir. Şahid47 ona tapşırmış ki, həmin şəxsi ümumiyyətlə idarəyə buraxmasın, vətəndaşlarla ünsiyyətdə olmasın. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmiş ki, idarəyə daxil olmasın, iş funksiyasını icra edib evinə gedə bilər. Buna baxmayaraq Təqsirləndirilən şəxs Xidmət şöbəsinin inzibati binasının qarşısında və dəhlizində dayanmış. Eyni zamanda, Təqsirləndirilən şəxs zərurət olanda binanın ayaqyoluna keçmiş, otaqda vətəndaşlar səs küy salanda otağa keçmiş, otağa girib təsərrüfat işləri ilə bağlı, yəni köhnə binada kabeldə qısa qapanma olduqda zərurət yarananda köməklik etmişdir. Təxminən 06 yanvar 2022-ci il tarixdə tanımadığı və adını xatırlamadığı rayon sakini inzibati binaya daxil olub Təqsirləndirilən şəxs soruşmuşdur. Həmin vətəndaş Elman Nurieyvlə işinin olduğunu bildirmişdir, nə ilə bağlı Elmanı axtardığını söyləmişdir. Bundan sonrakı tarixlərdə o, çoxlu sayda tanımadığı rayon sakinlərinin Təqsirləndirilən şəxs soruşduğunu və axtardığının şahidi olmuşdur. Bu barədə Şahid47 məlumat vermiş və bildirmiş ki, Təqsirləndirilən şəxs vətəndaşlar axtarır, lakin səbəbini demirlər. Yeni il bayramından sonra Təqsirləndirilən şəxs ümumiyyətlə iş gəlməyib. O, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etmiş və işə çıxmamağının səbəbini soruşmuşdur. Təxminən 17 yanvar 2022-ci il tarixdə adını xatırlmadığı vətəndaş Təqsirləndirilən şəxs vətəndaşdan pul alıb və bildirmiş ki, 15 yanvar 2022-ci il tarixədək Təqsirləndirilən şəxs evində monitorinq aparıb videoçəkiliş çəkəcək və 2022-ci ilin mart ayınadək həmin vətəndaşlar mal-qara ilə təmin olunacaqlar. Bunu bilib o, filial müdiri Şahid47 məlumat vermiş, Şahid47 tapşırmış ki, həmin işçilərin ərizə və izahatlarını alıb Şahid47 təqdim etsin. O da həmin gün 4-5 nəfər şəxsdən ərizə və izahat almış və Cəlilabad şəhərinə gedib Şahid47 təqdim etmışdır. Həmin 4-5 nəfər şəxs Təqsirləndirilən şəxs vətəndaşlara özünəməşğulla bağlı mal-qara veriləcəyi barədə vəd verərək pullarını aldıqlarını bildirmişlər. Bundan 2 gün sonra o, X10 Nəzarət və Audit departamentinin rəisi Kamil və Ağacan müəllimə bu barədə məlumat vermişdir. Bundan bir neçə gün sonra Ağacan müəllim Biləsuvar Xidmət Şöbəsinə gəlib həmin vətədnaşların ərizəsini qəbul etmiş və agentliyə aparmışdır. Bundan başqa həmin ərəfələrdə Təqsirləndirilən şəxs pul vermiş və onlara ərizə ilə müraciət etmiş şəxslərin sistemdə özünəməşğulluqla bağlı qeydiyyata alınıb-alınmadıqlarını yoxlamış və müraciət edib özünəməşğulluqla bağlı qeydiyyata alınmış şəxslərin reyestrdə qeydlərini aparmışdır. Filialın Biləsuvar rayon Xidməti şöbəsininin inzibati binasında videokameralar yoxdur. Təqsirləndirilən şəxs özünü X10 işçisi kimi təqdim etməsi və rayon sakinlərinə qeyd olunan yalan vədlər verməsi barədə ümumiyyətlə məlumatı olmayıb, bu məsələyə onun heç bir aidiyyatı olmayıb. Təqsirləndirilən şəxs ifadəsində onunla bağlı ittihamlarına cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır, o, Təqsirləndirilən şəxs hər hansı bir təklif etməmiş, Təqsirləndirilən şəxs kimdənsə pul alıb ona verməsini istəməmiş, Biləsuvar rayonu, Nərimankənd kənd sakini Vahid, Biləsuvar rayonu Amankənd kənd sakini Sarvan və Biləsuvar rayonu, Əsgərabad kənd sakini Asim, Biləsuvar rayonu Amankənd kənd sakini Şahid37 tanımır. Ümumiyyətlə Təqsirləndirilən şəxs vətəndaşlardan pul alması barədə məlumatı olmayıb, o heç kəsdən pul və sair maddi nemət istəməyib, almayıb. O, işlədiyi müddətdə Təqsirləndirilən şəxs heç vaxt hər hansı evə monitorinq keçirmək üçün göndərilməyib və ya monitorinqdə iştirak etməyib. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona özünü Biləsuvar rayon Məşğulluq İdarəsinin işçisi kimi təqdim edib özünəməşğulluqla bağlı 3 baş iri buynuzlu mal-qaranın növbədənkənar qaydada 2022-ci ilin mart ayına verilməsindən ötrü ondan 500 manat məbləğində pul istəmiş, 06 dekabr 2021-ci il tarixdə Biləsuvar Məşğulluq idarəsinin girişində Şahid1 yanında həmin pulu vermiş, həmin vaxt Təqsirləndirilən şəxs əlaqələri və “adamları” vasitəsi ilə 400 manat pul müqabilində ailəsinə ünvanlı dövlət sosial yardım üzəldə biləcəyini bildirmiş və bununla bağlı 11 dekabr 2021-ci il tarixdə 400 manat məbləğində pulu Biləsuvar şəhərində “Uğur” marketdə ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs göndəridyi bank kartının balansına ödəmişdir. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 3 baş iribuynuzlu mal-qara ilə təmin edəcəyi və ailəsinə ünvanlı dövlət sosial yardım düzəldəcəyi vədlərini verib aldadaraq bunun müqabilində ondan 900 (doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, 2021-ci il dekabr ayının sonunda kənd ərazisində Şahid1 və atasının əmisi oğlu olan Şahid7 evlərinə Biləsuvar rayon Məşğulluq Mərkəzinin işçisinin gəldiyini eşitmişdir. Bu barədə o Şahid7 vasitəsi ilə Təqsirləndirilən şəxs öyrənmişdir. 24 dekabr 2021-ci il tarixdə atasının əmisi oğlu Şahid7la Biləsuvar Məşğulluq idarəsinə getmiş və Təqsirləndirilən şəxslə girişdə görüşmüşdür. Təqsirləndirilən şəxs özünü həmin idarənin işçisi kimi təqdim edib özünəməşğulluqla bağlı dövlət hesabına növbədənkənar qaydada 21 baş qoyunun 2022ci ilin mart ayında verilməsinə görə ondan 500 manat və ünvanlı dövlət sosial yardımın düzəldilməsi ilə bağlı 400 manat, cəmi 900 manat məbləğində pul istəmiş, o həmin vaxt özü ilə həmin yerə apardığı 900 manat (doqquz yüz manat) məbləğində pulu Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Təqsirləndirilən şəxs bir neçə gün sonra yaşadığı evə videoçəkiliş aparmağa gəlmiş, lakin özü evdə olmadığı üçün videoçəkiliş aparılmamışdır. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 21 baş xırdabuynuzlu mal-qara ilə təmin edəcəyi və ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunmasını təmin edəcəyi vədlərini verib aldadaraq bunun müqabilində ondan 900 (doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid5 ifadəsindən görünür ki, 2021-ci il dekabr ayında Sarvan ona danışmış ki, Təqsirləndirilən şəxs adlı X10 Biləsuvar rayon idarəsinin əməkdaşı 500-600 manat pul müqabilində rayon sakinlərinə özünəməşğulluqla bağlı növbədənkənar qaydada 3 baş iri buynuzlu və ya 21 baş xırda buynuzlu mal-qara ilə dövlət hesabına təmin edir, bundan başqa ünvanlı dövlət sosial yardımla da təmin edir, bunun müqabilində isə 300-400 manat pul alır. Təqsirləndirilən şəxs bir neçə dəfə Biləsuvar rayonu, Amankənd kəndinə gedib sakinlərin evində videoçəkiliş aparmışdır. 30 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kənd ərazisində görüb yaxınlaşmış, sonuncu ona özünü həmin Biləsuvar Məşğulluq idarəsinin işçisi kimi təqdim edib müəyyən pul müqabilində mal-qara və sosial yardımla təmin edə biləcəyini bildirmiş, o bu barədə maraqlananda özünəməşğulluqla bağlı dövlət hesabına növbədənkənar qaydada 21 baş qoyunun 2022-ci ilin mart ayında verilməsinə görə ondan 600 manat və ünvanlı dövlət sosial yardımın düzəldilməsi ilə bağlı 300 manat, cəmi 900 manat məbləğində pul istəmiş, həmin pulların müdirinə çatdığını bildirmişdir. 01 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə Biləsuvar rayonu Amankənd kəndində görüşüb sonuncuya həmin işlərə görə cəmi 800 manat (səkkiz yüz manat) məbləğində pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə ona söz göndərmiş ki, 18 yanvar 2022-ci il tarixdə evində olsun, evinə mal-qaranın verilməsi ilə bağlı videoçəkiliş aparmağa gələcək, lakin Təqsirləndirilən şəxs yaşadığı evə gəlib videoçəkiliş aparmamışdır. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 21 baş xırdabuynuzlu mal-qara ilə təmin edəcəyi və ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunmasını təmin edəcəyi vədlərini verib aldadaraq bunun müqabilində ondan 900 (doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid6 ifadəsindən görünür ki, 21 dekabr 2022-ci il tarixdə həmkəndlisi Şahid7 ona Dövlət X8 rayon filialının Təqsirləndirilən şəxs adlı işçisinin müəyyən pul müqabilində özünəməşğulluqla bağlı dövlət hesabına 3 baş iribuynuzlu və ya 21 baş xırdabuynuzlu mal-qaranın növbədənkənar verilməsini təmin etdiyini bildirmiş, bundan başqa, Təqsirləndirilən şəxs müəyyən pul müqabilində ünvanlı dövlət sosial yardımın təyin olunmasını təmin etdiyini, özünün də Elmana pul verib bunlardan yararlandığını bildirmişdir. Şahid7 ona dair bu işlərlə bağlı Təqsirləndirilən şəxslə danışmış, 21 baş xırda buynuzlu mal-qaranın verilməsinə görə 600 manat və sosial yardımın təyin olunması ilə bağlı 300 manat olmaqla bu işlərə görə cəmi 900 manat məbləğində pul istədiyini öyrənib ona demişdir. 22 dekabr 2021-ci il tarixdə Şahid7la Biləsuvar rayon Məşğulluq idarəsinə getmiş, dəhlizdə əvvəllər tanımadığı X26 onları qarşılamış və həmin idarənin işçisi olduğunu bildirirək özünəməşğulluqla bağlı dövlət hesabına növbədənkənar qaydada 2022-ci ilin fevral ayına 21 baş xırda buynuzlu malqara ilə təmin edəcəyini, həmin tarixə ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunub verilməsinə təmin edəcəyini bildirmiş, həmin vaxt bu işlərin müqabilində ondan 900 manat (doqquz yüz manat) məbləğində pulu və qabaqcadan Şahid7 vasitəsi ilə istədiyi sənədlər almışdır. Təxminən 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs mal-qaranın verilməsindən ötrü yaşadığı evdə videoçəkiliş aparmışdır. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 21 baş xırdabuynuzlu mal-qara ilə təmin edəcəyi və ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunmasını təmin edəcəyi vədlərini verib aldadaraq bunun müqabilində ondan 900 (doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid33 ifadəsindən görünür ki, 2017ci il tarixdən özünəməşğulluqla bağlı mal-qara verilməsi ilə bağlı Biləsuvar rayon Məşğulluq idarəsində qeydiyyatdan keçmiş, dəfələrlə mal-qaranın verilməsi ilə bağlı müraciət etsə də, ona mal-qara verilməmiş, təxminən 2021-ci ilin oktyabr ayında Biləsuvar rayon Məşğulluq idarəsinə getmiş və həmin idarədə işçilər ona bildirmişlər ki, növbəsi çatanda özünəməşğulluqla bağlı mal-qara ilə təmin olunacaq. Narazı şəkildə idarədən çıxanda əvvəllər tanımadığı Təqsirləndirilən şəxs həmin idarənin həyətində onu saxlamış, özünü həmin idarənin işçisi kimi təqdim etmiş, sorğu-sual edib nə ilə bağlı şikayətinin olduğunu öyrənmiş, bunun ardı ilə təklif etmiş ki, müəyyən məbləğdə pul müqabilində növbədənkənar qaydada özünəməşğulluqla bağlı 2022-ci ilin mart ayında 3 baş iri buynuzlu mal-qara ilə təmin edər. Təqsirləndirilən şəxs bildirmiş ki, pul verməyən heç kəsə Məşğulluq İdarəsində heçnə verilmir, belə məsələlər ancaq pulla həll olunur. O, bu işlərin 400 manat pula görülməsi barədə Təqsirləndirilən şəxslə razılığa gəlmişdir. Həmin gün Təqsirləndirilən şəxs mobil nömrəsi ilə danışıb görüşmüş və sonuncuya Biləsuvar Məşğulluq idarəsinin qarşısında 200 manat pulu vermişdir. Təqsirləndirilən şəxs qalan 200 manat pulu da qısa zamanda çatdırmağını tapşırmış və demiş ki, pulu nə qədər tez versə rəhbərliyinə həmin pulu çatdıracaq və ona mal-qaranın verilməsi tezləşdiriləcək. Bundan təxminən 5-6 gün sonra səhər saatlarında Təqsirləndirilən şəxs zəng edib onunla Biləsuvar şəhərində “Uğur” marketin qarşısında görüşmüş və ümumi razılıqları əsasında qalan 200 manat pulu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə dəfələrlə onun +99***-***-**-** mobil nömrəsi ilə mal-qaranın nə vaxt veriləcəyi ilə bağlı danışmışdır. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 3 baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 400 manat (dörd yüz manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid34 ifadəsindən görünür ki, təxminən 2021-ci ilin noyabr ayında onunla qonşuluqda yaşayan Şahid26 bildirmiş ki, Biləsuvar Məşğulluq idarəsində Təqsirləndirilən şəxs adlı işçi var və digər kənd sakinlərinə müəyyən pul müqabilində özünəməşğulluqla bağlı növbədənkənar qaydada mal-qaranın verilməsini təmin edəcək. O, Şahid26 qeyd olunan məsələ ilə bağlı Təqsirləndirilən şəxs maraqlanmasını xahiş etmişdir. Bundan sonra Vahid Təqsirləndirilən şəxs Nuriyevlə telefonla danışıb və həmin gün ona demiş ki, Təqsirləndirilən şəxs ona özünəməşğulluqla bağlı növbədənkənar qaydada mal-qaranın verilməsi müqabilində ondan 500 (beş yüz) manat məbləğində pul istəmiş. O, Təqsirləndirilən şəxs Şahid26 vasitəsi ilə bildirdiyi bu təklifi ilə razılaşıb. O, növbəti gün səhər saatlarında Şahid26 500 (beş yüz) manat pulu vermiş və Vahid Məşğulluq idarəsinə getmişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edib və özünü Biləsuvar rayon Məşğulluq idarəsinin işçisi Təqsirləndirilən şəxs kimi təqdim edərək Şahid26 vasitəsi ilə ona göndərdiyi 500 (beş yüz) manat pulun çatdığını və 25 mart 2022-ci il tarixdə özünəməşğulluqla bağlı onu növbədənkənar qaydada 21 baş xırdabuynuzlu mal-qara ilə təmin edəcəyini bildirmişdir. Elman Nuriev əlavə olaraq bildirmiş ki, mal-qaranın verilməsi ilə bağlı 15 mart 2022-ci il tarixdə yaşadığı evdə videoçəkiliş aparacaq. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid37 ifadəsindən görünür ki, özünəməşğulluqla bağlı iri buynuzlu mal-qara almaqdan ötrü təxminən üç il bundan əvvəl Biləsuvar Məşğulluq idarəsində qeydiyyatdan keçmiş, lakin mal-qara verilməmişdir. Bununla bağlı təxminən 2021-ci ilin sentyabr ayında Biləsuvar rayon Məşğulluq idarəsinə getmiş, idarənin girişində Təqsirləndirilən şəxs onu qarşılamış, özünü Məşğulluq idarəsinin işçisi kimi təqdim edib nə ilə bağlı müraciət etdiyini sorğu-sual etmiş, pul vermədiyi üçün özünəməşğulluqla bağlı mal-qara verilmədiyini, 500 manat məbləğində pul qarşılığında onu 3 baş iri buynuzlu mal-qara ilə 2022-ci ilin mart ayına təmin edə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Bundan iki gün sonra Təqsirləndirilən şəxs +99***-***-**-** mobil nömrəsindən ona zəng edib həmin məsələ ilə bağlı ona verəcəyi pulu istəmişdir. Həmin gün o, 200 manat pul düzəldib Biləsuvar rayon Məşğulluq idarəsinin qarşısında Təqsirləndirilən şəxslə görüşüb vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona zəng edib mal-qaranın verilməsi ilə bağlı videoçəkiliş aparacağını və qalan 300 manat pulu ondan alacağını bildirmişdir. Həmin gün təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evdə tövləni və onun mal-qara ilə bağlı müraciətini videoya çəkmiş, daha sonra qalan 300 manat pulu ondan istəmişdir. O isə, cəmi 170 manat pulu olduğu üçün Təqsirləndirilən şəxs həmin məbləğdə pulu vermişdir. Bununla da, Təqsirləndirilən şəxs özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 3 baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 370 manat (üç yüz yetmiş manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid36 nın ifadəsindən görünür ki, Aparılmış istintaq zamanı şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, özünəməşğulluqla bağlı təxminən dörd il bundan əvvəl müraciət etmiş, 2021-ci ilin oktyabr ayında bu məsələ ilə bağlı X10 Biləsuvar rayon şöbəsinə getmiş, həmin idarənin işçisi onu qəbul etmiş, yanında Təqsirləndirilən şəxs da dayanmış, söhbətlərinə qulaq asmış, qəbul edən həmin idarənin işçisi növbəsi çatanda özünəməşğulluqla bağlı mal-qara ilə təmin olunacağını bildirmiş, idarədən çıxarkən Təqsirləndirilən şəxs dalınca gəlib onu binanın həyətində saxlamış, özünü həmin idarəni işçisi kimi təqdim edərək təklif etmiş ki, müəyyən məbləğdə pul versə növbədənkənar qaydada özünəməşğulluqla bağlı 2022-ci ilin mart ayında 3 baş iri buynuzlu mal-qara ilə onu təmin edər, pul verməyən heç kəsə Məşğulluq İdarəsində heçnə verilmir, bütün məsələlər pulla həll olunur. O, qeyd olunan işləri Təqsirləndirilən şəxslə 300 manata razılaşmış, Təqsirləndirilən şəxs 300 manat pul Məşğulluq idarəsinin müdriyyətinə çatacağını demişdir. Bundan təxminən 3-4 gün sonra səhər saatlarında Təqsirləndirilən şəxs mal-qaranın verilməsi ilə bağlı yaşadığı evə gəlib taksi sürücüsü Asimin avtomobilində gəlmiş, tövlədə, həyətdə videoçəkiliş aparmış, Elmanın ona izah etdiyi kimi həmin videoçəkilişdə ailəsinə mal-qaranın verilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs ümumi razılıqları əsasında ondan 300 manat pulu istəmiş, lakin pulu olmadığı üçün sonra verəcəyi barədə razılaşmışlar. Yaşadığı evdə videoçəkiliş aparandan təxminən iki gün sonra Təqsirləndirilən şəxs həmkəndlisi Şahid23 onların evinə göndərmiş, sonuncu vasitəsi ilə 300 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Bununla da, Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək özünəməşğulluqla bağlı növədənkənar qaydada dövlət hesabına onu 3 baş iri buynuzlu mal-qara ilə təmin edəcəyi vədini verib aldadaraq bunun müqabilində ondan 300 manat (üç yüz manat) məbləğində pulunu alıb ələ keçirmiş və pulunu qaytarmamışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid39 ifadəsindən görünür ki, təxminən 2022-ci ilin oktyabr ayında işlə təmin olunmağı üçün X10 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon şöbəsinə getmiş, həmin idaradə X4 arxasında oturmuş və onu həmin idarənin işçisi kimi qəbul edib, raciəti ilə bağlı Biləsuvar rayonunda internat məktəbində aylıq 380 manat əmək haqqı ilə mühafizəçi vəzifəsi üzrə iş yeri vakant olduğunu və o həmin işlə təxminən 3 həftəyə onu təmin edə biləcəyini söyləmişdir. Bunun ardı ilə Təqsirləndirilən şəxs ona demiş ki, həmin işlə təmin olunmağı üçün hərbi biletinin surətini, yaşayış yeri üzrə kənd icra nümayəndəliyindən arayış və 400 manat məbləğində pulu ona təqdim etməlidi. Təqsirləndirilən şəxs əlavə etmiş ki, qabaqcadan 100 manat (bir yüz manat), işə düzələndən sonra isə qalan 300 manat pulu ona verəcək, həmin pullar X10 14 saylı Ərazi Məşğulluq filialının müdiri Şahid47 çatacaq. O, növbəti gün qeyd olunan sənədləri götürüb və 100 manat məbləğində pulu aparıb saat 12 radələrində X10 Biləsuvar rayon idarəsinin girişində Təqsirləndirilən şəxs təklikdə vermişdir. Bundan bir müddət sonra dəqiq xatırlamadığı tarixdə o Biləsuvar Məşğulluq idarəsinin qarşısında öyrənmiş ki, Təqsirləndirilən şəxs həmin idarənin işçisi olmamış, özünü vəzifəli şəxs kimi ona təqdim edərək pul müqabilində işlə təmin edəcəyi barədə yalan vəd verib 100 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs +99***-***-**-** mobil nömrəsi ilə müxtəlif tarixlərdə 3-4 dəfə işlə təmin olunmağı barədə danışmışdır. Məhkəmə baxışında elan və tədqiq olunmuş Şahid44 ifadəsindən görünür ki, Biləsuvar Məşğuluq idarəsinə dəfələrlə müraciət etsə də ona mal-qara verilməmiş, Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən oktyabr ayında ona həmin idarənin girişində özünü həmin idarənin işçisi kimi təqdim edib təklikdə 500 manat pul müqabilində özünəməşğulluqla bağlı növbədənkənar qaydada 21 baş xırdabuynuzlu mal-qara ilə təmin edəcəyini təklif etmiş, o Təqsirləndirilən şəxs bu təklifini qəbul etməmiş və 500 manat pulu verməmiş. Bugünədək özünəməşğulluqla bağlı mal-qara verilmədiyi üçün qeyd olunan ərizə ilə Məşğulluq idarəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübularla da təsdiq olunur. İş materiallarında olan 12 may 2022-ci il tarixli 5/436 nömrəli məhkəmə-kompüter texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz edilmiş “Xiaomi Redmi T9” markalı “M2010J19SG” moedlli “**********01504, **********01512” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdı. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz edilmiş “Mİ A2 Lite” markalı “M1805D1SG” modelli “**********07999, **********08005” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdı. Təqdim edilmiş “Mi A2 Lite” markalı “M1805D1SG” modelli və “Xiaomi Redmi 9T” markalı “M2010J19SG” modelli mobil smartfonların yaddaşılarında əldə edilməsi mümkün olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş altı ədəd “DVD-R tipli optik disk). Rəyin “tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 9T” markalı “M2010J19SG” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatların pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manatdır. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid1 məxsus və istifadəsində olan “Samsung A2” markalı mobil telefonda +99***-***-**-** mobil nömrəsi “Elman Ağayev” adı ilə qeyd olunduğu, “Whatsapp” proqramında həmin nömrəni istifadə edən Təqsirləndirilən şəxs X11 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsində masa və kompüter arxasında çəkilmiş fotoşəklini yerləşdirdiyi müəyyən edilmişdir. Bundan başqa, həmin mobil telefonda “Qalereya” bölümündə bank kartları fotoşəkilləri və Biləsuvar şəhəri, H.Əliyev pr-tində yerləşən “Uğur” mağazasında quraşdırılmış ödəniş terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 400 manat pulun ödənilməsinə dair qəbzinin fotoşəkili mövcud olduğu və həmin ödənişin Şahid1 qardaşı Şahid2 tərəfindən ünvanlı dövlət sosial yardım düzəltməsi ilə bağlı Təqsirləndirilən şəxs göndərdiyi bank kartı vasitəsi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Bundan başqa, həmin mobil telefonda Təqsirləndirilən şəxs Şahid1 evinin tövləsində özünəməşğulluqla bağlı mal-qaranın verilməsindən ötrü mobil telefonu ilə fotoşəkillər çəkməsi, videoçəkiliş etməsi və Şahid1 mal-qara ilə bağlı videoçəkiliş altında X10 14 saylı Ərazi Məşğulluq filialının müdiri Şahid47 müraciət etməsini izah etdiyini əks etdirən bir ədəd videogörüntün olduğu müəyyən edilmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid11 məxus və istifadəsində olan bir ədəd “XiaomiNote 10” markalı mobil telefonda Şahid11 13 yanvar 2022-ci il tarixdə ödəniş terminalı vasitəsi ilə 303 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi bank kartının hesabına ödəmiş, habelə sonuncuya yaşayış yeri üzrə icra nümayəndələyinin arayışının və şəxsiyyət vəsiqəsinin fotoşəkillərini göndərmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid19 Hüseynxan qızına məxsus və istifadəsində olan mobil telefonda Şahid19 Hüseynxan qızının oğlu İlkin adlı şəxs Şahid19 əvəzinə Təqsirləndirilən şəxs təqdime etdiyi X23 adına olan bank kartının hesabına növbədənkənar qaydada 3 baş iribuynuzlu mal-qaranın verilməsindən ötrü xx.xx.2021-ci il tarixdə 505 manat məbləğində pul göndərmişdir. İş materiallarında olan 04 may 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid34 məxsus mobil telefonda +99***-***-**-**, +99***-***-**-** mobil nömrələri, +99***-***-**-**, +99***-***-**-** mobil nömrələrinin “Elman mellim” adı ilə yaddaşda göstərildiyi müəyyən edilmişdir. Mobil telefonda “Səs 001” adlı 24 yanvar 2022-ci il tarixdə yaradılmış və 4 dəqiqə, 20 saniyə davam edən faylın, həmin faylın səs yazısı olduğu müəyyən edilmişdir. Baxış iştirakçısı Şahid34 bildirmişdir ki, həmin səs yazısı həmkəndlisi Şahid26 və X26 arasında baş tutumuş telefon danışığının səs yazısıdır. Səs yazısı səsləndirdikdə Təqsirləndirilən şəxs “heç kəs heç kəsin pulunu da yeyə bilməz... kim istəyir polisə verir versin, pul verənin özünə Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır, özüm idarənin müdiri Şahid46 barəsində 102 xidmətinə şikayət etmişəm ki, Səbuhi niyə məni idarənin qarşısında durquzmuş ki filankəsdən pul gətir, özbaşına deyiləm pul mənə çatmayıb” ifadələrini istifadə edərək mal-qaranın veriləcəyi barədə vəd verəcəyini bildirdiyi müəyən edilmişdir. Bundan başqa səs yazısında Şahid26 “Elman, kənd ərazisində verdiyim beş-altı uşaq var hə onların hamısı məni gözləyir, sən nə demisən onlara çatdırmışam” dediyi, cavabında Təqsirləndirilən şəxs “ay Vahid mən sənə demişəm 25 mart alacaqlar, bu oyuncaq deyil...” cavabında Şahid26 “Belədisə onlara deyirəm getməsinlər, ancaq bil ki, Vüsal 8 baş qoyununu satıb pulu vermiş, Vüsal mənə demiş ki 8 qoyunu itirəcəm 12 qoyun əlavə alacam” dediyi müəyyən edilmişdir. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid22 məxsus və istifadəsində olan mobil telefonda Təqsirləndirilən şəxs +99450784-62-82 mobil nömrəsinə 06 dekabr 2022-ci il tarixdə “Whastapp” proqramı vasitəsi ilə Şahid22 şəxsiyyət vəsiqəsinin fotoşəkili göndərilmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid29 məxsus və istifadəsində olan mobil telefonda +99***-***-**-** mobil nömrəsinin “Elman” adı ilə yaddaşda göstərildiyi, “Whatsapp” proqramında “Elman” adlı ilə qeyd olunmuş +99***-***-**-** mobil nömrəsi ilə 17 dekabr 2021-ci il tarixdə və 18 dekabr 2021-ci il tarixdə yazışmanın aparıldığı, 17 dekabr 2021-ci il tarixdə “Evə gəlib çatmayıb. Telvon yoxdu”, ardı ilə fotoşəkillərin göndərildiyi və “********** ev tel.borcludu kəsiblər” mesajının göndərildiyi, cavabında “Salam geıdi” mesajının daxil odluğu müəyyən edilmiş, baxış keçirirlərkən Şahid29 Təqsirləndirilən şəxs həmin vaxt Şahid28 qalan 100 manat pulun göndərilməsi ilə maraqlandığını və Təqsirləndirilən şəxs istəyi ilə bacısı İlhaməyə ünvanlı dövlət sosial yardım düzəltməyindən ötrü Şahid28, Şahid30 şəxsiyyət vəsiqəsini, Vidadi Əzizovun ölməsi barədə şəhadətnamənin, eləcə də onların ailə tərkibi haqqında arayışın fotoşəkillərini Təqsirləndirilən şəxs göndərdiyini bildirmişdir. Baxış keçirilərkən 18 dekabr 2021-ci il tarixdə sözügedən mobil nömrə ilə saat 10:12- dən, saat 17:27-dək yazımaşının aparıldığı və +99***-***-**-** mobil nömrəsi istifadəçisindən “Salam mehlqa bacı men sizi gözleyirem. Gecikirem” mesajının daxil olduğu müəyyən edilmişdir. Şahid29 bildirmiş ki, həmin yazışma 18 dekabr 2021-ci il tarixdə İsmayılı 100 manat pulla Elman Nurieyvlə görüşməkdən ötrü Məşğulluq İdarəsinə göndərəndə aparmışdı. Təqsirləndirilən şəxs tapmadığı üçün sonuncu onu bu mesajla Bakı şəhərinə gedəcəyini, gecikdiyini bildirərək tələsdirmişdir. Bundan başqa, 18 dekabr 2021-ci il tarixdə saat 17:24-də “Salam .ziz axşam dediz mən kimnənsə borc götürəm sonra verərsiz. Sabah tam əksi oldu, onzuzda vəziyətləri cətin olan o yetimə səhər səhr əzab verdin. Onun müqavilində hec olmasa onların ümüdlərin doğrulda biləcəksən” məzmunda mesajın göndərildiyi, cavabında “Siz ne deyirsiniz” məzmunda mesajın daxil olduğu müəyyən edilmişdir. Baxış iştirakçısı Şahid29 bildirmişdir ki, Təqsirləndirilən şəxslə 17 dekabr 2021-ci il tarixdə axşam saatlarında danışanda Elman ona bildirmiş ki, Şahid28 əvəzinə qalan 100 manatı qoyacaq, sonra İlhamə 100 manat verəcəkmiş, lakin bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona yığıb bunun mümkün olmadığını, səhər saat 09:00-da ona 100 manat pulun çatdırmaqlarını bildirmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid31 məxsus və istifadəsində olan mobil telefonda Təqsirləndirilən şəxs Şahid31la danışıqlarına dair səs yazısı movcuddu və səs yazısından müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünü X10 Biləsuvar Xidmət şöbəsinin vəzifəli işçisi kimi təqdim edərək özünəməşğullqula bağlı növbədənkənar 3 baş iribuynuzlu malqaranın verilməsindən ötrü Şahid31 qalan 150 manat pulu verməyini bildirir. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid18 izahatına əlavə etdiyi bir ədəd CD diskdə Təqsirləndirilən şəxs özünü Şahid18 X10 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin səlahiyyətli işçisi kimi özünü təqdim edib göstərərək növbədənkənar qaydada Şahid18, Şahid14 və Şahid24 05 aprel 2022-ci il tarixə hər birini 3 baş iribuynuzlu mal-qara ilə təmin edəcəyi barədə yalan vəd verir və bunun müqabilində hər birinə görə 400 manat olmaqla cəmi 1200 manat məbləğində pulu Şahid18 alır. Həmin səs yazısında Təqsirləndirilən şəxs əlavə olaraq bidlirir ki, növbədənkənar qaydada özünəməşğulluqla bağlı mal-qaranın verilməsi ilə bağlı 05 fevral 2022-ci il tarixdə həmin şəxslərin yaşadıqları evə gəlib videoçəkiliş aparacaqdır. İş materiallarında olan 06 may 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplanmış bir ədəd DVD-R diskdə bir ədəd “Şahid38” adlı ilə səs yazısı olan faylın, bir ədəd “Şahid1 təsərrüfatına Elmanın baxış keçirməsi” videogörüntü olan faylın, səs yazıları olan bir ədəd “Elmanın Şahid36 atdığı səsyazı 1”, bir ədəd “Elmanın Şahid36 atdığı səsyazı 2”, bir ədəd bir ədəd “Elmanın Şahid36 atdığı səsyazı 3” olmaqla cəmi 3 faylın, bir ədəd səs yazısı olan “Şahid31 Təqsirləndirilən şəxslə danışığı” adlı faylın, bir ədəd fotoşəkil olan “Hüseynova X2” adlı faylın, bir ədəd səs yazısı olan “X43 (sürücüdür, Elmanla pul almağa gedirdi) ilə Şahid27 danışığı” adlı faylın, bundan başqa “Şahid26 , X27 və Təqsirləndirilən şəxs telefon danışığı” adlı iş qovluğunun olduğu müəyyən edilmişdir. “Şahid38” adlı səs yazısı səsləndirdikdə “bax sən məndən aldın pul və dedin ki sənə inək veriləcək” ifadəsinin işləndiyi, cavabında Təqsirləndirilən şəxs səsinə bənzər səslə “hə” cavabının verildiyi, ardı ilə “bəs hanı, bu nə haqq hesabdır ki?” sualının verildiyi, Təqsirləndirilən şəxs cavabında “sən indi almırsan ki” ifadəsinin işlətdiyi, bunun ardı ilə Təqsirləndirilən şəxs “mən sənə 200 bir vermişəm, 150 bir vermişəm, 20 bir vermişəm?” sualının verildiyi, cavabında “hə” deyildiyi, bunun ardı ilə “bəs hanı, həmin puldan müdirə vermisən?” Təqsirləndirilən şəxs sualın verildiyi, cavab verilmədiyi müəyyən edildi. Həmin diskdə “Şahid1 təsərrüfatın Elmanın baxış keçirməsi” adlı videogörüntü açılmış, həmin videogörüntünün Şahid1 məxsus mobil telefona baxış keçirilərkən aşkar edilib və protokola əlavə edilmiş videogörüntü ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra “Elmanın Şahid36 atdığı səs yazı1” adlı fayl səsləndirildi və həmin səs yazısında Təqsirləndirilən şəxs səsinə bənzər səslə “Gülnarə, sən bununla heç yerə gedə bilməyəcəksən, bax məni aldatdığına görə hə, sən ordan heyvan ala bilsən mənim onda ölümə dirimə nəhlət” məzmunda müraciətin olunduğu müəyyən edilmişdir. “Elmanın Şahid36 atdığı səsyazı2” adlı faylı səsləndirdikdə Təqsirləndirilən şəxs səsinə bənzər səslə “Gülnarə sən bu hərəkətinlə nə etmək istəyirsən ki, telefonu aç da” məzmunda müraciətinin olunduğu müəyyən edilmişdir. “Elmanın Şahid36 atdığı səsyazı3” adlı səs yazısını səsləndirdikdə Təqsirləndirilən şəxs səsinə bənzər səslə “Gülnarə, mən danışdığım oğlunnan, heç bir problem yoxdu, kart atmalıdı, məndə dedim ananda var kart? dedi hə anam atacaq sənə? dedi anası atsın məndə indi pulu atıram, indi bilmirəm danışacaq səninlə ya yox” məzmunda müraciətin olunduğu müəyyən edilmişdir. “Şahid31 Təqsirləndirilən şəxslə danışığı” adlı səs yazısını açdıqda şahid qismində dindirilmiş Şahid31 məxsus mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxslə apardığı danışığa dair səs yazısı ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra “Hüseynova X2” adlı fotoşəkilə baxış keçirilərkən həmin fotoşəkilin şahid qismində dindirilmiş Şahid19 mobil nömrəsinə baxış keçirilərkən ödəniş qəbzin fotoşəkili ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra “X43 (sürücüdür, Elmanla pul almağa gedirdi) ilə Şahid27 danışığı” adlı səs yazısını səsləndirdikdə Şahid27 səsinə bənzər səslə “mənim evimə yalandan yerə onu niyə gətirirdin?” müraciətinin olduğu, cavabında “o xarabada işləyirdi axı o köpək oğlu?! Xarabada işləyir axı o, müdirin maşını ilə aparıb verirdi o yana bu yana?” məzmunda cavabın verildiyi, bunun ardı ilə “mən sənə 100 manatı verəndə sən apardın verdin həmin pulu ona? Zəng edib dedi ki Asimə verərsən”, cavabında “bəli, ona verdim həmin gün həmin pulu” məzmunda bildirilmişdir. Bundan sonra “Şahid26, X27 və Təqsirləndirilən şəxs telefon danışığı” adlı iş qovluğu açıldıqda cəmi dörd ədəd səs yazısı olan “Şahid26 , X27 və Təqsirləndirilən şəxs”, “Şahid26 , X27 və Təqsirləndirilən şəxs (2)”, “Şahid26 , X27 və Təqsirləndirilən şəxs (3)”, “Şahid26 , X27 və Təqsirləndirilən şəxs (4)” adlı faylın mövcud olduğu müəyyən edilmişdir. “Şahid26, X27 və Təqsirləndirilən şəxs (2) adlı səs yazısını açdıqda “mən indi Vahid əmigildəyəm, əmi sən fevral demişdin və ya mart, yüz faiz da dəqiqdi?” sualın verildiyi, cavab verənin Təqsirləndirilən şəxs səsinə bənzər səslə “Vahidin nömrəsini mənə verərsən, martın 25, elə şey olar?! narahat olma Vahidlə danışmışam” məzmunda müraciət etdiyi müəyyən edildi. “Şahid26 , X27 və Təqsirləndirilən şəxs (3)” səs yazısını səsləndirdikdə Təqsirləndirilən şəxs “Vüsal eşidirsən, sakit otur yerində, dilinizi dinməz qoyun” müraciətinin olunduğu, üçüncü şəxs Şahid26 “Elmandı eşitdin?”, bu vaxt Təqsirləndirilən şəxs “Vüsal, qardaş, martın 25-nə söhbətimiz olub?! Oturun gözləyin martın 25, qaşıyıb nəisə çıxarmayın” cavabında Vüsalın “nətəri deyirsiz elə” məzmunda müraciət etdiyi müəyyən edildi, bunun ardı ilə Şahid26 “söhbət qurtardı” bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs “Vahid, səndə altı nəfərdi ha, onların bir dənəsi nəisə getsə içi sən, mən qarışığı cinayətə cəlb olunacağıq, bilirsiz onu?!” məzmunda müraciətin olunduğu, cavabında Şahid26 “mən bilirəm onu, birincisi o varianta getməyəcəyik, məsuliyyət barədə məlumatım var” bildirdiyi, Təqsirləndirilən şəxs aranı qarışdıranların biri qohumu polisdi, gedib soruşmuş, demişlər rüşvət verməyə görə özü də məsuliyyət daşıyır, üç ilədək cəza gözləyir, ona polis demiş ki, sakit get evdə otur dilini dinməz qoy, bundan sonra mənə zəng edib həmin adam üzürhaqlıq istəyib, əsəbi olduğunu deyib, mən isə cavabında ona 300 manat pulun istənilən vaxt qaytara biləcəyini söyləmişdim” məzmunda Şahid26 müraciət etdiyi müəyyən edilmişdir. Buna cavabda Şahid26 Təqsirləndirilən şəxs deyir ki, “sən bilirsən də məndə 6 altı nəfərdi hamısı bilirsən də kimdi, Quliyevdi İdrisin oğlu, Vüsaldı, Şahid34du, iki öz oğlum və Sübhandır, Sübhanın işini neyniyəcəklər, belindən əməliyyat olunasıdı”. Buna cavabda Təqsirləndirilən şəxs bildirir ki, Sübhanın əməliyyatına görə pulunu qaytaracaq. Şahid26 bildirir ki, kənd ərazisində çox söz danışırlar. “Şahid26 , X27 və Təqsirləndirilən şəxs (4)” adlı səs yazısına səsləndirdikdə Təqsirləndirilən şəxs Şahid26 şikayət etməkdən yayınması, rüşvət verməyə görə özləri Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə məsuliyyət daşımaları, heç kəsin heç kəsin məxsus pulunu yeyə bilməməsini, mal-qaranın veriləcəyi, buna görə də sakit qalmaları barədə Şahid26 bildirdiyi müəyyən edilmişdir. “Şahid26 , X27 və Təqsirləndirilən şəxs” adlı səs yazısı səsləndirildikdə, Şahid26 beş nəfər kənd sakinlərini onun üstünə qaldırdıqlarını, mal-qaranın 25 veriləcəyinə inandığını bildirmişdir. Təqsirləndirilən şəxs cavabında bildirir ki, onlar alacaq, lakin şikayət etmək istəyənlərə problem yaradacaq. İş materiallarında olan 07 may 2022-ci il tarixli «Azercell Telekom” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, sözügedən diskdə “8311xx.xx.2022” adlı bir ədəd zip formatda fayıl mövcuddu, ardı ilə daxil olduqda “**********82.txt”, “**********82_SMS.txt”, “abuneciler.xls”, “antenna-2021.xlsx”, “antenna- 2022.xlsx” adlı fayılların olduğu müəyyən edildi. “antenna-2021.xlsx” adlı fayla daxil olduqda +99***-***-**-** mobil nömrəsi ilə 01 avqust 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək dövrdə 19658 dəfə danışıqların aparıldığı və SMS mesajların daxil olduğu müəyyən edilmişdir. Baxış keçirilərkən +99***-***-**-** mobil nömrəsindən 02 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə şahid qismində dindirilmiş Biləsuvar rayonu Amankənd kənd sakini Şahid1 istifadəsində olan +99***-***- **-** mobil nömrəsinə cəmi 40 dəfə zəng olunduğu və 9-163 saniyə aralığında danışıqlar aparıldığı müəyyən edilmişdir. Eyni zamanda +99***-***-**-** mobil nömrəsindən +99***- ***-**-** mobil nömrəsinə 02 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə cəmi 12 zəngin olunduğu və 1-108 saniyə aralığında danışığın aparıldığı müəyyən edilmişdir. Bundan başqa, Biləsuvar rayonu, Çinarlı kənd sakini Şahid9 istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 17 sentyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə cəmi 24 dəfə zəng olunduğu və 6-139 saniyə aralığında danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, 17 sentyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək dövrdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə müxtəlif tarixlərdə cəmi 23 zəngin olunduğu və 15-578 saniyə aralığında danışığın aparıldığı müəyyən edilmişdir. Bundan başqa, 14 sentyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək dövrdə şahid qismində dindirilmiş Biləsuvar rayonu, Əsgərabad kənd sakini Şahid10 Bəğiş oğlunun istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə müxtəlif tarixlərdə cəmi 6 zəngin olunduğu və 41-122 saniyə aralığında danışıqların aparıldığı müəyyən edilmişdir. 14 sentyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə cəmi 20 zəngin olunduğu, 8-363 saniyə aralığında danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, Biləsuvar rayonu, Nərimankənd kənd sakini Şahid13 istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə zəng olunduğu və 114 saniyə danışığın aparıldığı müəyyən edilmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***- ***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə cəmi 14 dəfə zəng olunduğu və 24-107 saniyə aralığında danışıqlar aparıldığı müəyyən edilmişdir. Bundan başqa şahid qismində dindirilmiş Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid15 istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsinə SMS mesajın göndərildiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 32 zəngin olunduğu 8-215 saniyə aralığında danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən Biləsuvar rayonu, Nərimankənd kənd sakini X1 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə 12 dəfə zəng olunduğu və 6-675 saniyə aralığında danışıqlar aparıldığı, bundan başqa qeyd olunan tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 8 dəfə zəng olunduğu və 85-902 saniyə aralığında danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Şahid17 Bürcəli oğlulunun istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif tarixlərdə 6-208 saniyə aralığında davam edən cəmi 6 zəngin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu Ağalıkənd kəndində yaşayan Şahid20 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrədə müxtəlif tarixlərdə 19-433 saniyə davam edən cəmi 11 zəngin daxil olduğu, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə zəng olunduğu və 45, 102 saniyə davam edən danışıqlar aparıldığı müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Şahid21 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 8-376 saniyə aralığında davam edən cəmi 37 zəngin daxil olduğu, eyni zamanda +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə 5-157 saniyə aralığında davam edən cəmi 7 zəngin olduğu müəyyən edilmişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid22 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə 10-119 saniyə aralığında davam edən cəmi 13 zəngin daxil olduğu, həmin tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə cəmi üç dəfə geri zənglər olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid25 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 19-282 saniyə aralığında davam edən cəmi 19 zəngin daxil olduğu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 4-229 saniyə aralığında davam edən cəmi 22 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Şahid27 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 15-282 saniyə aralığında davam edən cəmi 14 zəngin daxil olduğu, xx.xx.2021-ci il və xx.xx.2021-ci l tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 18-189 saniyə aralığında davam edən cəmi 7 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayan Şahid31 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021ci il tarixədə müxtəlif vaxtlarda 32-107 saniyə aralığında davam edən cəmi 5 zəngin daxil olduğu müəyyən edildi. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid33 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 62-440 saniyə aralığında davam edən cəmi 11 zəngin daxil olduğu, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 26-203 saniyə aralığında davam edən cəmi 4 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Nəsimi kəndində yaşayan Şahid35 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 12-368 saniyə aralığında davam edən cəmi 13 zəngin daxil olduğu, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 2-227 saniyə aralığında davam edən cəmi 3 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Amankənd kəndində yaşayan Şahid37 Mirzağı oğlunun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**- ** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 5-250 saniyə aralığında davam edən cəmi 30 zəngin daxil olduğu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 42-367 saniyə aralığında davam edən cəmi 12 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayan Şahid36 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 17-1802 saniyə aralığında davam edən cəmi 192 zəngin daxil olduğu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 3-525 saniyə aralığında davam edən cəmi 78 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Şahid38 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixədə 14- 62 saniyə aralığında davam edən cəmi 4 zəngin daxil olduğu, xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 27 saniyə davam edən cəmi 1 telefon zənginin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Dərvişli kəndində yaşayan Şahid39 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 11-212 saniyə aralığında davam edən cəmi 9 zəngin daxil olduğu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə telefon zənglərinin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Şahid41 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 23-921 saniyə aralığında davam edən cəmi 19 zəngin daxil olduğu, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 13-62 saniyə aralığında davam edən cəmi 4 telefon zənglərinin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Şahid43 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrdə müxtəlif tarixlərdə 4-1127 saniyə aralığında davam edən cəmi 464 telefon zənginin daxil olduğu, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 1-24 saniyə aralığında davam edən cəmi 12 telefon zənglərinin olunduğu müəyyən edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Şahid46 istifadəsində olan +99***-***-**- ** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə 46, 85 və 94 saniyə davam edən cəmi 3 zəngin daxil olduğu, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə +99***-***-**-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə 12,13, 29 və 38 saniyə davam edən cəmi 4 telefon zənglərinin olunduğu müəyyən edilmişdir. Bundan başqa, Şahid46 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə 12-137 saniyə aralığında davam edən cəmi 11 zəngin daxil olduğu, +99***-***- **-** mobil nömrəsindən +99***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə 29-77 saniyə aralığında davam edən cəmi 7 telefon zənglərinin olunduğu müəyyən edilmişdir. Bundan başqa, X10 14 saylı ərazi Məşğulluq filialının direktoru vəzifəsində işləmiş Şahid47 istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs +99***-***-**-** mobil nömrəsi arasında zənglərin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli «Bakcell” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, sözügedən diskdə “SMS_Tarixçəsi__**********0812__552196282”,“SMS_Tarixçəsi__**********0815__552196 282”, “Zənglərin_Detallaşması__**********2737___552196282”, “Zənglərin_Məxsusluq_Tarixçələri__**********2744___552196282_BKC” adlı dörd ədəd pdf formatına faılların olduğu mövcuddur. Həmin fayıllardan müəyyən olundu ki, +99***- ***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs adınadı. İş materiallarında olan 24 may 2022-ci il tarixli «Azerfon” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, sözügedən diskdə 8 ədəd pdf formatıda faylları mövcuddur. Həmin fayıllara baxış keçirilərkən müəyyən olunmuşdur ki, +99***-***-**-**, +99***-***-**-** mobil nömrələri Biləsuvar rayonu, Amankənd kənd sakini X9 məxsusdur. Bundan başqa +99***-***-**-**, +99***-***-**-** mobil nömrələrinə Təqsirləndirilən şəxs özünəməşğulluqla mal-qaranın verilməsi ilə bağlı pulunu ələ keçirdiyi barədə Şahid1 istifadəsində olan ***-***-**-** və digər mobil nömrələrdən müxtəlif təhqirəramiz SMS mesajların daxil olduğu müəyyən edilmişdir. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 14 saylı Ərazi Məşğüllüq Filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdən "xxxx" MMCdə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və bununla bağlı əmək müqaviləsi mövcüddür. İş materiallarına materiallarına əlavə edilmiş 17 fevral 2022-ci il tarixli Dövlət Sosial Müdafiə Fond publik hüquqi şəxsin 2 saylı Şirvan-Salyan Regional filialının məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda filialdan heç bir növ üzrə əmək pensiyası və sosial müavinət almır. İş materiallarına materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli, 95 nömrəli Lənkəran şəhər Psixiatriya xəstəxanasının və 16 fevral 2022-ci il tarixli, 41 nömrəli Salyan rayonlararası Psixiatriya xəstəxanasının məktublarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanasında qeydiyyatda deyil İş materiallarına materiallarına əlavə edilmiş 14 fevral 2022-ci il tarixli 371 nömrəli Biləsuvar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin Ruhi-Əsəb üzrə Nevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İşinin materiallarına əlavə edilmiş 26 fevral 2022-ci l tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına Biləsuvar rayonu, Aşağı Cürəli kəndində 7 nəfər ailə üzvləri ilə ümumi birgə 3.71 ha kənd təsərrüfatı təyinatlı (Əkin. JN-451. Kod-********) torpaq sahəsi, 6 nəfər ailə üzvləri ilə ümumi birgə 0,22 ha (JN-416A. Kod-********) həyətyanı torpaq sahəsi, X7 adına Biləsuvar rayonu, əsgərabad kəndində 7 nəfər ailə üzvləri ilə ümumi birgə 3.24 ha kənd təsərrüfatı təyinatlı (Əkin. JN-330. Kosd-********) torpaq sahəsi, 6 nəfər ailə üzvləri ilə ümumi birgə 0.22 ha (JN507F. Kod-********) həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 178.2.2, 178.2.4-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə olunmuş, Neftçala rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli höküm ilə 67, 178.2.2, 178.2.4, maddələri ilə 4 il azadlıqdan məhrum etmə və 1100 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 178.2.2, 66.5, 68.2-ci maddələri 4 il 6 ay azalıqdan məhrum etmə və 1100 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 67.1, 178.3.3-cü maddələri ilə 09 il azadlıqdan məhrum etmə cəzası seçilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində qəti 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2017- ci il tarixli qərarı ilə CM-nin 67.1, 178.1-ci maddəsinə tövsif edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 5 ay 14 gün həddində saxlanılmış və cəza müddəti bitdiyindən dərhal azad edilmişdir. Məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar rayonu, Aşağı-Cürrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Nuriyev X17 rayonu, Aşağı-Cürrəli kəndində qeydiyyatdadır, ailə tərkibi arvadından, 22 oktyabr 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmış X34, 23 noyabr 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan X35 adlı oğlanlarıdndan ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmanın əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 iyun 2022-ci il tarixli «sübutların qiymətləndiriləməsi haqqında» qərardan görünür ki, aparılmış istintaq zamanı Şahid1 məxsus və istifadəsində olan “Samsung A2” markalı mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd CD disk, Şahid18 izahatına əlavə etdiyi və daha sonra baxış keçirilmiş bir ədəd CD disk, Şahid31 məxsus və istifadəsində olan mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd CD disk, Şahid34 məxsus və istifadəsində olan mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd CD disk, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində toplanmış və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Biləsuvar rayon prokurorluğuna göndərilmiş materiala əlavə edilmiş və daha sonra baxış keçirilmiş bir ədəd DVD-R disk, "xxxx" MMC-dən daxil olmuş 04 may 2022-ci il tarixli məktuba əlavə edilmiş və daha sonra baxış keçirilmiş bir ədəd CD-R disk, "xxxx" MMC-dən daxil olmuş 29 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş və daha sonra baxış keçirilmiş bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş və daha sonra baxış keçirilmiş bir CD disk, məhkəmə-kompüter-texniki eskeprtizasmın 12 may 2022-ci il tarixli, 5/436 nömrəli rəyinə əlavə edilmiş və daha sonra baxış keçirilmiş altı ədəd DVD-R disklər, ümumilikdə 14 ədəd disk maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası 32.4, 312.2-ci maddəsi ilə cinayət təqibindən imtina etmiş, bundan sonra məhkəmənin qərarı ilə cinayət təqibi CM-in 178.2.2, 296.2, 310-cü maddələri ilə davam etdirilmişdir. Həmçinin, dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs 7 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 3.71 ha kənd təsərrüfatı təyinatlı (JN-451 Kod-********) torpaq sahəsi, ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 0,22 ha (JN-416A Kod- ********) həyətyanı torpaq sahəsində Təqsirləndirilən şəxs aid olan payların xüsusi müsadirə edilməsi təklif olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(022)-86/2022 saylı məhkəmə qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 7 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 3.71 ha kənd təsərrüfatı (JN-451 Kod-********) torpaq sahəsi, 6 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 0,22 ha (JN-416A Kod-********) həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarında xüsusilə olaraq qeyd olunmuşdur ki, "cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz". Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 24 fevral 2022-ci il tarixlin qərarım 3-cü bəndinə əsasən "Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun." Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən xüsusi müsadirəyə təklif olunan əmlaklar birgə əmlak sayılır, həmin əmlakların nə vaxt əldə olunması göstərilməmiş, təqsirləndirilən şəxsin payı müəyyən edilməmişdir. O cümlədən, xüsusi müsadirə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinə hər nahsı bir aidiyyəti olmayan ailə üzvlərinin əmlak hüququnu pozmuş olacaq. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirə tədbiq edilməməli, həmçinin həmin əmlakların üzərinə qoyulmuş həb götürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 296.2, 310-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 296.2, 310-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, Şahid21, Şahid20 dəymiş ziyanları ödəməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 296.2, 310cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququna malik olmaları izah olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 296.2, 310 –cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona, CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 296.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında protokollarını özündə əks etdirən ümumilikdə 14 ədəd CD disklər cinayət təqibi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququna malik olmaları izah olunsun. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(022)-86/2022 saylı məhkəmə qərarı ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs 7 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 3.71 ha kənd təsərrüfatı (JN-451 Kod-********) torpaq sahəsi, 6 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 0,22 ha (JN-416A Kod-********) həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar