Məhkəmə qərarları › İş №1(099)-17/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-17/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-17/2024 25.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X58 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, şimayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İmişli şəhəri N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 911,627 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda, yəni 5990,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı İmişli şəhəri, N.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 21 noyabr 2022-ci il tarixdə saat 13:20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 14:00 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibində olan “Winchester” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf polietilen bükümdə 1,627 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq saat 15:00 radələrində onun yaşadığı İmişli şəhəri, N.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin birinci mərtəbəsində yerləşən otağın tavan hissəsinin künc tərəfindən asılmış 01 ədəd ağ rəngli sintetik torbanın içərisindən külli miqdarda, yəni 5990,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə külli miqdarda, yəni 910,0 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o polis əməkdaşları tərəfindən 21 noyabr 2022-ci il tarixdə saxlanılana kimi evində olmamış, bir müddət iş məqsədilə başqasının evində, X26 evində olmuş, onlayn kazino işi aparmış, onlarda qalmışdır. Həmin gün ona zəng edillərək anasının xəstə olduğuna görə evə gəlməsi bildirilmişdir. Odur ki, 21 noyabr 2022-ci il tarixdə saat 11-12 radələrində evinə gələrkən yaşadığı küçədə polislər onu saxlayıb üzəriyə baxmışlar, üzərindən qadağan olunmuş heç nə çıxamış, sonra onu şöbəyə aparmışlar. Orada cibinə narkotik vasitə qoyub həmin narkotik vasitənin üzərindən çıxdığını rəsmiləşdirmişlər. Həmin gün onu axşama kimi polis şöbəsində saxladıqdan sonra evinə gətirmiş, bir-iki saat da küçədə saxladıqdan sonra evinə aparıb evi axtarmayaraq içərisində narkotik vasitə olan bir bağlama göstərib həmin bağlamanın güya onun evindən çıxdığını bildirmişlər. Belə ki, o, evdə olmaya-olmaya evində narkotik vasitə ola bilməzdi. Bu səbəbdən də üzərinə və evinə baxış videoçəkiliş aparılmadan keçirilmişdir. O, «Bodi» ləqəbli Vasif Mehrəliyev adlı şəxsi tanımamış, belə bir şəxsin olmasını rayonda eşitmişdir. ***-***-**-** nömrə onun mobil telefon nömrəsidir. Onunla həmin şəxs arasında yazışma vardırsa ola bilər ondan narkotik vasitə istəmişdir, ancaq onunla əlaqəsi olmamışdır. Saxlanıldıqdan sonra CAB-nin əməkdaşları tərəfindən ona zor tətbiq olunmuş, polislər onu yerə yıxıb döymüşlər. 3 saylı İstintaq Təcridxanasına daxil olanda polisdə döyülməyi barədə məlumat vermiş, bu barədə tibb kitabçasında qeydiyyat aparılmışdır. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən döyülməyini bildirmiş, hakim onu müayinə olunmaq üçün xəstəxanaya göndərmiş, həkim müayinəsindən keçmiş, xəsarəti olduğunu yazmışlar. Döyülməyi bağlı DİN-ə və Baş Prokurora da müraciət etmiş, lakin bu hal düzgün araşdırılmamışdır. Onun telefonunda aşkar olunmuş narkotik vasitə görüntüləri olan şəkillər isə tutulduqdan sonra onun telefonuna göndərilmişdir. Şahid3 tanıyır, sonuncu onun evinə baxışda iştirak etmişdir, Şahid2 isə tanımır, saxlanılan zaman həmin şəxs orada olmamışdır. O evinə baxış keçirilməsi barədə razılıq ərizəsi yazmamışdır, belə ki, latın hərfləri ilə yazmağı bacarmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X27 ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satış məqsədilə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunandan sonra əməliyyat-axtarış qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs saat təxminən 12:50 radələrində N.Nərimanov küçəsində, evlərinə yaxın ərazidə piyada hərəkət edərkən görüb ona yaxınlaşıb özlərini təqdim etməklə ona daxil olmuş əməliyyat məlumatı barədə məlumat verib saxlamaqla rayon polis şöbəsinə gətirmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun əynində olan qara gödəkçənin cibindən siqaret qutusunun içərisindən ampula, şpris və narkotik vasitə aşkar olunmuşdur. Daha sonra onun razılığı ilə evinə və zirzəmiyə baxış keçirilmişdir. Baxış zamanı zirzəmidə, divardan asılı göy rəngli sellofan torbanın içərisindən narkotik vasitə marixuana və solfetə bükülmüş narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik vasitələr hal şahidlərinin iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılandan sonra müdafiəçi ilə təmin olunmuşdur. Onun barəsində əvvəllər də narkotik vasitələrin satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq olunmamışdır. Onlar Təqsirləndirilən şəxs həyətinə daxil olanda onun böyük qardaşı həyətdə olmuş, qardaşı da evə və zirzəmiyə baxış keçirilməsində iştirak etmişdir.Onlar evin ikinci mərtəbəsinə və aşağıda olan zirzəmiyə baxış keçirmişlər, Təqsirləndirilən şəxs narkotik vasitə istidafəçisi olduğunu demişdir. Zirzəmidə ampula və şpris də olmuşdur.Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitəni kiməsə satması faktını müəyyən etməmişlər. O, evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Evdən aşkar olunmuş narkotik vasitələr hal şahidlərinin iştirakı ilə və fotoçəkiliş aparılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs həyətinə daxil olan zaman onları sonuncunun qardaşı qarşılamış, qardaşının iştirakı ilə evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı, qardaşının həyat yoldaşı isə kənardan onlara baxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satış məqsədilə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan onu küçədə hərəkət edərkən görüb saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində olan “Winçhester” markalı siqaret qutusunun içərisindən ampula, şpris və ağ sellofanda narkotik vasitə aşkar olunmuşdur. Daha sonra onun evinə baxış keçirilmiş, evin 1-ci mərtəbəsində divardan asılmış narıncı rəngdə olan sellofan torbanın içərisindən göy rəngli sellofan bağlamada narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs evinə tərəf piyada gələrkən küçədə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, üzərində heç nə olmadığını bildirmiş, üzərində olan siqaret qutusunun içərisindən narkotik vasitə aşkar olunanda isə həmin narkotik vasitənin ona məxsus olmadığını demişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi barədə verdiyi razılıq ərizəsindəın sonra onun evinə baxış keçirmişlər və evin birinci mərtəbəsindən narkotik vasitə aşkar etmişlər. Təqsirləndirilən şəxs qışqıraraq narkotik vasitənin onun olmadığını bildirmişdir.Evə baxış keçirilən zaman Eldənizin qardaşı və həyat yoldaşı orada iştirak etmişlər. Eldənizin üzərinə və evinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməsinin videoçəkilişlə aparılmamasının səbəbini bilmir, o Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasını eşitmiş, İmişli rayonunda hamı Eldənizi narkotik vasitə satan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitənin mənbəyi barədə onlarda əməliyyat məlumatı olmamışdır, onun evinin 1-ci mərtəbəsində yaşayış olmayan otaqlarından birində, divardan asılmış narıncı sellofan torbanın içərisində göy rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində hadisənin üzərindən uzun müddət keçdiyi üçün istintaq zamanı verdiyi ifadəni xatırlamadığını bildirərək ona veriləcək sualları cavablandırmasını xahiş etmiş, bundan sonra ittiham və müdafiə tərəflərinin suallarını cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduğundan onu saxlayıb şöbəyə gətirmişlər, o, müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə baxış keçirilmiş, üzərində olan siqaret qutusunun içərisindən şpris və narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, heroinə bənzər maddə sellofan bükümdə olmuşdur.Təqsirləndirilən şəxs həmin vaxt nə deməsini xatırlamır, sonuncunun özündən icazə alındıqdan sonra evinə baxış keçirilmişdir. Həmin vaxt Eldənizin qardaşı onlarda olmuş, qonşular baxış keçirilməsinə baxmışlar. Evin birinci mərtəbəsindən narkotik vasitə marixuana və heroin aşkar edilmişdir. Evin ikinci mərtəbəsində yaşayış olmuş, birinci mərtəbəsi isə qeyri yaşayış sahəsi olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunanları müşahidə etmişdir. Həmin vaxt əməliyyatçılar Qüdrət Poladzadə və Şahid2 orada olmuşlar. Təqsirləndirilən şəxs evinə narkotik vasitə qoyulması sözünü deməsini, evin birinci mərtəbəsinin konkret olaraq harasından narkotik vasitənin aşkar edilməsini xatırlamır. Təqsirləndirilən şəxs üzərinə küçədə deyil, polis şöbəsində baxış keçirilmişdir. Onun evinə hal şahidlərinini iştirakı ilə baxış keçirilmiş, həmin vaxt videoçəkilişin aparılmasını xatırlamır. Polis şöbəsində E. Nəsirovun hansı cibindən narkotik vasitə aşkar edilməsi yadında deyil, narkotik vasitə siqaret qutusunun içərisində olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə razılıq vermiş, polis əməkdaşları tərəfindən döyülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. Ona zəng edilib Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi və ora dəvət edildiyi bildirilmiş, Təqsirləndirilən şəxs həyətinə daxil olduğu zaman polis əməkdaşları tərəfindən onun evinə baxış keçirildiyini görmüş, Eldənizin iki qardaşı ilə həyətdə oturaraq kənardan polis əməkdaşlarına baxmış, polis əməkdaşları narkotik vasitəni aşkar etdikdən sonra həmin bağlamanı görmüşdür. Bağlamaya baxanda sellofan bağlamanın içərisindən narkotik vasitə marixuana və «solfetka»nın içərisində isə əlin içi boyda heroinə bənzər narkotik vasitə olmasını görmüşdür. Bundan başqa evin altından şprislər aşkar edilmiş, o Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmişdir. O Təqsirləndirilən şəxs evindən narkotik vasitələr aşkar edilən zaman onun bu narkotik vasitələrin onun olmadığını deməsini eşitməmişdir. Təqsirləndirilən şəxs əvvəl guya onun tərəfindən evinə narkotik vasitələr qoydurulduğunu bildirdiyinə görə istintaq zamanı ifadəsi alınmışdır. İş üzrə Şahid7 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o İmişli rayon «Dost iş mərkəzində», boş vaxtlarında isə, həmçinin İmişli rayonu ərazisində olan maşın yuma sexlərinin birində işləmiş, 21 noyabr 2022-ci il tarixdə saat 13 radələrində köməkçi qismində işlədiyi maşın yuma sexinə gedərkən, İmişli şəhər Heydər Əliyev prospektində yerləşən dükanların birindən siqaret almaq üçün həmin dükana dönən zaman bir nəfər əvvəllər tanımadığı polis formasında olan şəxs ona yaxınlaşıb ona İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli olan bir nəfər şəxsin polis əməkdaşları tərəfindən İmişli rayon polis şöbəsinə gətirildiyini, həmin şəxsin üzərinə baxış keçirilməli olduğunu demiş və hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, razılaşaraq İmişli rayon polis şöbəsinə gəlmiş, şöbənin inzibati binasında otaqların birinə daxil olan zaman orada bir neçə tanımadığı şəxslər olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs adında bir nəfər İmişli şəhər sakinini ona təqdim edib bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnilən şəxs olduğunu bildirmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Orada olan polis əməkdaşlarından biri keçirilən tədbirin mahiyyətini izah edərək, iştirakçılardan bir-bir özlərini təqdim etmələrini istəmiş, sonra tədbirdə iştirak edən şəxslər özlərini təqdim etmişlər. Həmin tədbirdə bir neçə polis əməkdaşı, vəkil, Təqsirləndirilən şəxs və ondan başqa bir nəfər də tanımadığı hal şahidi iştirak etmişdir. Hal şahidi kimi ona hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlanılaraqyaraq ona üzərində saxlanması və gəzdirilməsi qanunla qadağan edilən, dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə şəxsi axtarrrış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş vasitə olmadığını bildirmiş, polis əməkdaşları isə bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirmişlər. Axtarış zamanı həmin Təqsirləndirilən şəxs əynində olan qara rəngli qollu dəri gödəkçənin sol iç cibindəki bir ədəd üzərinə “Winchester” sözü yazılmış siqaret qutusunun içində bir ədəd ucunda qırmızı rəngli qpapq olan şpris, bir ədəd içərisində tünd qəhvəyi rəngli ləkələr olan şüşə ampula, bir ədəd ağ rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Polis əməkdaşları həmin şüşə ampulanın içərisində olan ləkələrin narkotik vasitənin izlərinə bənzər ləkələr olduğunu, bir ədəd ağ rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli spesifik iyə malik olan kütlənin narkotik vasitəyə bənzər kütlə olduğunu qeyd etmişlər. Sonra Eldənizin gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sol yan cibindən rənglərini xatırlamadığı üç ədəd siqaret alışqanı, 01 ədəd kötük hissəsi yapışqan lentlə sarınmış kiçik ölçülü işıq lampası, şəffaf rəngli sellofan bükümdə diş çöpünə bənzər taxta kütlə, 01 ədəd üzərinə heç bir söz yazılmayan ağ rəngli dərman preparatına bənzər kütlə, 01 ədəd kötük hissəsi sarı rəngli olan və üzərinə şəffaf rəngdə qapaq keçirilmiş iynə, 01 ədəd sellofan paketin içərisində duz kristallarına bənzər kütlə, 01 ədəd ödəniş qəbzi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qolu dəri gödəkçənin altındakı, qolsuz dəri gödəkçənin sol iç cibindən isə dəqiq sayını bilmədiyi hesab kartları və həmin kartlara aid kağız qablar aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və həmin zərf möhürlənmişdir. Keçirilən tədbir barədə protokol tərtib edilərək orada ucadan oxunmuş, iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmiş, bununla bağlı heç bir səbəb göstərməmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə onlarda əsaslı şübhələr olduğundan həmin şəxsin yaşadığı evə baxış keçirəcəklərini bildirib onun da həmin tədbirdə iştirak etməsini təklif etmişlər. O da bir vətəndaş kimi bu təklifi qəbul etmiş, elə həmin gün, yəni 21 noyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində o, polis əməkdaşları, vəkil, Təqsirləndirilən şəxs və birdə digər hal şahidi ilə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, N.ünvan 4 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və yaşayış sahəsinə İmişli RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirməklə bu barədə ərizə təqdim etmişdir. Polis əməkdaşları evin ikinci mərtəbəsində yerləşən sanitar qovşağa, zala, yataq otağına baxış keçirərkən orada qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar etməmişlər. Evin birinci mərtəbəsinə düşdükdə həmin mərtəbədə qapısı taxtadan olan, səliqəsiz otağa baxış keçirilərkən otağın tavan hissəsindən asılmış çəhrayı rəngli sellofan torbadakı göy rəngli torbanın içində kisəyə bükülərək yığılmış bir kütlə aşkar edilmişdir. Polis əməkdaşları həmin kütlənin narkotik vasitə olan marixuanaya bənzər qurudulmuş kütlə olduğunu demişlər. Həmin ağ rəngli kisənin içində olan ağ rəngli sellofana bükülmüş vəziyyətdə bir kütlə də aşkar edilmiş, polis əməkdaşları bu kütlənin də narkotik vasitəyə bənzər kütlə olduğunu demişlər. Həmin kütlənin üzərində salfetka da olmuşdur. Aşkar edilən kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, 3-16- 5/69-527 nömrəli arayışdan görünür ki, Şahid7 05 iyul 2023-cü il tarixdə İmişli şəhərində ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qollu dəri gödəkçənin sol iç cibindən 1 ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən 01 ədəd ucunda qırmızı rəngli qapaq olan şpris, 01 ədəd içərisində tünd qəhvəyi rəngli narkotik vasitələrin izlərinə bənzər qalıq kütlələr olan şüşə ampula, 01 ədəd ağ rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik maddəyə bənzər kütlə, gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, gödəkçənin sol yan cibindən 01 ədəd kötük hissəsi yapışqan lentlə sarınmış kiçik ölçülü işıq lampası, 01 ədəd kötük hissəsi sarı rəngli olan və üzərinə şəffaf rəngdə qapaq keçirilmiş iynə, üzərinə “Sanitta” sözü yazılmış sarı-ağ rəngli sellofan paketin içərisində ağ duz kristallarına bənzər kütlə, qolsuz dəri gödəkçənin sol iç cibindən 09 ədəd "xxxx" ASC-yə məxsus bank kartı aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 21 noyabr 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, N.ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilərkən evin birinci mətəbəsində yerləşən, hər tərəfi açıq vəziyyətdə olan iki otağın mövcud olduğu müəyyən olunmuşdur. Əvvəlcə həmin otaqların qarşısında, həyətlə paralel şəkildə yerləşən və açıq şəkildə olan kalidora baxış keçirilmiş, sonra isə taxta qapısı olan evin alt mərtəbəsində yerləşən otağa daxil olunmuş və orada əşyaların səliqəsiz şəkildə və dağınıq olması müəyyən olunmuşdur. Həmin otağın tavan hissəsindən asılmış və bir çox sellofan materialdan olan əşyalara baxış keçirilmişdir. Həmin otağın sağ tərəfindən otağın künc hissəsindən həmin hissəyə asılmış çəhrayı rəngli sellofan torbanın içində göy rəngli torbanın içərisindən kisəyə bükülərək yığılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, sonra isə həmin ağ rəngli polietilen kisənin içində saxlanılan ağ rəngli sellofana bükülmüş üzərində salfetka olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş bir ədəd “Samsung A12” markalı mobil telefona baxış keçirilməsi haqqında 8 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, götürülmüş mobil telefon qara rəngli, smartfon tipli, “Samsung Galaxy A 12” markalı, seriya nömrəsi RF8R80P62SY olan mobil telefondur. Telefonun “Galareya” proqramında, “WhatsApp İmages” bölməsinə daxil olduqda orada 20 ədəd fotoşəkil olması müəyyən edilmişdir. Birinci cərgədə olan üç ədəd fotoşəkildən birinci və ikincisi sübut əhəmiyyəti kəsb etmişdir. Birinci şəkildə gövdə hissəsi yaşıl, üst hissəsi ağ rəngdə olan elektron tərəzinin üzərində ağ rəngli sellofan torbanın arasında şəffaf rəngli dörd ədəd topa formada narkotik vasitəyə bənzər kütlə, ikinci şəkildə şəffaf sellofan torbanın arasında boz-yaşıl rəngdə narkotik vasitəyə bənzər kütlə əks olunmuşdur. Doqquzuncu cərgədə naməlum şəxsin əlində yaşıl rəngdə, topa formada olan və narkotik vasitəyə bənzər kütləni əlində tutması əks olunmuşdur. “Watsap” proqramına daxil olduqda orada +7 980 ***-**-** saylı xarici operator kodlu nömrədən göndərilən səsli ismarıcda “kazinon zad mənə niyə yolluyursan e mənnən narkotik zad istə verim sat. Kazinodan nə çıxar. Qumardan nə çıxar axı Allahsız. Patıdan koladan nəşədən mastinkadan.” məzmunda mesaj yönləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasını təsdiq edən ismarıclar göndərmiş və qəbul etmişdir. xx.xx.2020-ci il saat 17:03:35-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Murad seni kezıller şişe satırsan”, xx.xx.2020-ci il saat 21:47:41-də: “Murad menı yığ. Menı” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər R.Bağırov küçəsi 03-də yaşayan X15 məxsusdur. xx.xx.2020-ci il saat 10:40:53-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Telefonu acmirsan nese olub?”, xx.xx.2020-ci il saat 19:35:45-də:“O adamı ıtter aparıb” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayon Yalavac kənd sakini X16 məxsusdur. xx.xx.2020-ci il saat 20:11:41-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə:“Qaqa bır xeber olmadı ?” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər Xəqani küçəsi ev 11-də yaşayan X17 məxsusdur. xx.xx.2020-ci il saat 22:30:16-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Qonwu men hemiwe sene aqiz acmiram qonaqim var puluda verirem mene bidene balacadan ver Qonwudu” məzmununda mesaj göndərilmişdir.xx.xx.2020-ci il saat 18:40:07 ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Sen cox gozel bilirsan ki men seni cox istayiram bilem seni narhat ediram ama yene erk ediram nolar men axriyiram pis bawa duwme burda senen bawka kimim, var ki hec kim nolar vaxtin varsa meni yix da”, xx.xx.2020-ci il saat 20:54:07-də “Meni yix oluram nolar kofi istayiram nolar meni yix”, xx.xx.2020-ci il saat 18:00:13-də “Patun var deye zenki koturmirsen” məzmununda mesajlar göndərilmişdir. ***- ***-**-** saylı nömrə Ağdaş şəhəri M.Ə.Rəsulzadə 36-da yaşayan X18 məxsusdur. xx.xx.2020-ci il saat 21:15:43-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qonwi o qemkewin birin ver mene”, xx.xx.2020-ci il saat 21:16:42-də “Kel amanatuvu vefim” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər N.Nərimanov ev 133-də yaşayan X2 məxsusdur. xx.xx.2021-ci il saat 18:20:05-də ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “O senen xod közləyır əmanətı yaxşi şponkala”, xx.xx.2021-ci il saat 18:20:39-da ***-***-**-** saylı nömrədən isə ***-***-**-** saylı nömrəyə: “Coxdan atmışam”, “Ok icinə pati qoyacam bilginən” məzmununda mesajlar göndərilmişdir. xx.xx.2021-ci il saat 23:36:56-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Dada senen xayiw elirem otu al onan ayaxun atinda olum gor ondadisa alaxay cekey”, xx.xx.2021-ci il saat 14:54:28-də: “Otu yix acixdi menda sixlam bekarsansa meni götür”, xx.xx.2021-ci il saat 14:44:43-də: “Dede menim ozumde burda qonaxam bele qaqawtan papradiski alacam gelecem indi narhat olma cixim burdan gelem rayona”, xx.xx.2021-ci il saat 14:47:14-də: “Mən saatlya kedırəm bırazdan məndədə olacaq mənə bır ıkı tüsü lazimdi yol kedırəm”, xx.xx.2021-ci il saat 18:40:36-da: “Dede ozumde yoxdu uwaxlardada bilem yixdu i birazan men uwax var ona goturende goturub vere bilerem senin canin ALLAH varliqi haqi mende yoxdu yoxsa qurbandi sene” məzmununda mesajlar göndərilmişdir. xx.xx.2021-ci il saat 20:15:12-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Ay eban menim opulumu gonderde bilirsenki yaman gundeyem qesden edirsiz bunu qaqas hakkimi isdeyiremde mene catmire bu hereketler” məzmununda mesaj göndərilmişdir. xx.xx.2021-ci il saat 13:00:02-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Rüfət bızə cavab ver bınnət mənə vacıb özüdə tez lazimdir əyər onu kötürməyəcəksənsə tez de ışmızı bılək” , xx.xx.2021-ci il saat 23:25:31-də: “Ot geldi gel mehleye” məzmununda mesajlar göndərilmişdir. xx.xx.2021-ci il saat 21:42:03-də ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Biricisi+tam+ureyle+deyirem+qeti+cekmedan+deyirem+ quludura+qabirdan+gele+yene+deyrem+yadigar+yox+ha+cekmerem+bil+bunu+sen+yanin an+dtnen+geldim+taksile+3+manat+pul+vardi+menda+yari+goturduq+ha+o+pulu+ozmuze +yari+gormek+istediy+ha+almadi+ha+onu+deyir+bildin” məzmununda mesaj göndərilmişdir.xx.xx.2021-ci il saat 20:45:00-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Eban men pis veziyetde qalmisam.sennen xais ediremki mene borc kimi gonder.sennen xais eliyirem.qalmisam colde.veziyet pisdi.tey zeng edirler soz tapmiriq demeye.mene zeng vur” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər R.Bağırov küçəsi 2 ünvanında yaşayan X3 məxsusdur. xx.xx.2021-ci il saat 13:55:36da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Men o sozu barqalara getirdim ki bele olur adam gedir bawka hereket edir demeki sen bariqa olduquvu subut etdin meni bloka atdin neyse bay bay” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə Bakı şəhəri Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi ev 29 A, mənzil 10-da yaşayan X38 məxsusdur. xx.xx.2021-ci il saat 14:18:21-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Eban? Yekə oğlansan dünəndən məni niyə bu îvəziyyətdə saxlamisan” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər S.Vurğun küçəsi 11-də yaşayan X5 məxsusdur.xx.xx.2022-ci il saat 13:05:27-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Bodı bır nəfər var deyır 20m pulu var yari ısəyır nə deyim” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayon Yalavac kənd sakini X4 məxsusdur.xx.xx.2022-ci il saat 01:57:45-də ***-***-**-** saylı nömrədən ***-***-**- ** saylı nömrəyə: “Tahır nə badə tezən şey verəsən hec vaxt oxudunsa viziv at bilim”, xx.xx.2022-ci il saat 19:36:10-da ”Tahır salam 30 azn pulum var ot lazimdi əyər yaşisi varsa yari kötürüm”, xx.xx.2022-ci il saat 23:59:42-də “Salam neynırsən ımkan varsa mənə 1 papıros şey ver”, xx.xx.2022-ci il saat 01:04:43-də “Tahır mənə yarim kutu şey lazımdır” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər Bül-Bül küçəsi ev 23-də yaşayan X13 məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 16:18:04-də +**********27 saylı İran İslam Respublikasına məxsus operator kodlu nömrədən ***-***-**-** saylı nömrəyə: “Salam bahmandi vatsabdan yix meni” məzmununda mesaj göndərilmişdir. xx.xx.2022-ci il saat 14:01:27-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Əmi azaru cekim meni yig” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayon Boşçalılar kənd sakini X32 məxsusdur. xx.xx.2022-ci il saat 20:31:28-də ***-***- **-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Şaka hardasan şey cəksən kəl” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər M.Hüseyn küçəsi 2-də yaşayan X19 məxsusdur .xx.xx.2022-ci il saat 13:30:14-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Salam əmi əminədi bu nömrəni yig”, xx.xx.2022-ci il saat 14:22:45-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Əmınə mənə zənk eləmısən cavab ver ya hə ya yox ???”, xx.xx.2022-ci il saat 01:26:43-də: “Əmınə hec olmasa otin yarsin qaytar”, xx.xx.2022-ci il saat 17:56:34-də: “Kücədəyəm sumkalari kötürürsən burdayam yarim saat sonra körüşəndə verərə”, xx.xx.2022-ci il saat 19:10:29-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “men cox pisem meni yig”, saat 19:16:06-da: “X60 X61 Doze Vilmirem”, saat 21:18:04-də: “X68 X64 X45 Dag Cekecem”, xx.xx.2022-ci il saat 04:57:39-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Lomkandan ölürəm neynirsən mənı ???????”, xx.xx.2022-ci il saat 02:42:11-də: “Salam ağrimirsan?” məzmununda mesajlar göndərilmişdir. xx.xx.2022-ci il saat 12:18:52-də ***- ***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “MEN LOMKADA SEN KEF ELE”, saat 12:23:38-də: “YAZDİQLARİNİN VİR DENESİN VAWA DUWMEDİM”, saat 12:28:21-də: “SİZİN KUCEDEYEM HARDASAN”, saat 12:43:54-də “QAVAQDAN GELMİWDİKLERİN LE AXİRİMA CİXDİN” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər K.Qasımov ev 18-də yaşayan X39 məxsusdur. xx.xx.2022-ci il saat 18:47:44-də ***- ***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Mırzə olarnanam kötürüm kələm darıxma”, saat 21:03:41-də:“Bir kəlmə bu telefonu ac azardan cordan de ..camaata saat 4 demişəm”, saat 21:03:42-də “ac mənə bu söz de” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər Q.İsmayılzadə küçəsi 82-də yaşayan Şükufə Əliağa qızına məxsusdur. xx.xx.2022-ci il saat 13:54:50-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə:“Salam deyəsən mənım 55 m vermək ıstəmırsən elvını gəturdun elə bıldün sənə bağişladim pulu vermək lazımdı”, saat 13:56:06-da: “Nureddin pulu bu gun axşama kimi catdir yoxsa bu defe sene hec kim kömek olmayacaq” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Cavadxanlı kənd sakini X20 məxsusdur. xx.xx.2022-ci il saat 01:49:31-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “VU DEFEDE MENİ AGRİDA QOYDUN GETDİN SAGOL”, xx.xx.2022-ci il saat 11:59:34-də: “Çox pisəm cvb ver”, xx.xx.2022-ci il saat 05:50:07-də: “MENİ VİLE PİS VEZYETDE QOYDUN” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər K.Qasımov ev 18-də yaşayan X39 məxsusdur.xx.xx.2022-ci il saat 01:49:56-da ***- ***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Qaqa mənə 23 m var düz qoş eləyə bılərsən” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Yalavac kənd sakini X10 məxsusur. xx.xx.2022-ci il saat 15:27:21-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Salam qonsu.Besirdi.sen ALLAH pulu hel et goturum.VALLAH ehtiyacim var.mene axi niye bele eleyirsen”, xx.xx.2022-ci il saat 18:41:16-da: “Hara gelim?besirdi emi”, həminn günü saat 20:35:46-da “Emi sen ALLAH yerini de gorusek pulu goturum.VALLAH pul lazımdı” məzmununda mesajlar göndərilmişdir.xx.xx.2022-ci il saat 09:55:43-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə:“MEN OLUREM”, saat 10:54:19-da: “HARDASAN”, xx.xx.2022-ci il saat 01:08:37-də: “Mən deyırəm ağriyiram səndə daşnan dəyışırsən mən ağrimiramkı deyir”, saat 01:08:43-də: “sən allah hec vaxt ağrida qoymasin sənı sağ ol”, saat 01:16:58-də:“ALLAHA AND OLSUN OLUREM” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər K.Qasımov ev 18-də yaşayan X39 məxsusdur. xx.xx.2022-ci il saat 12:41:23-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Emi aç bi söz de mende isimi bilim” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər A.Məmmədov küçəsi 81-də yaşayan X21 məxsusdur.xx.xx.2022-ci il saat 01:43:21-də, ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə: “Salam menem əminə tele cvb ver men ağrıyıram” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə Bakı şəhər sakini X28 məxsudur.xx.xx.2022ci il saat 18:12:08-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Sarxan sen eleduyun yaxwi bilrsen nedi men lomkada neney” məzmununda mesaj göndərilmişdir.xx.xx.2022-ci il saat 07:46:03-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “SİZ TEREFDEYEM MENE VİRAZ PATİ VERE VİLERSEN?”, saat 07:48:19-da: “OLDUM SOYUQDAN MENE VİR SOZ DE”, saat 07:51:27-də: “PATİ VERİRSEN MENE VİR SOZ DE”, saat 07:51:28-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Yoxdi vallah doymadun yoxdi olsa verəm kımnənsən ?”, saat 07:52:01-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “TEK”, saat 07:53:55-də: “NEYNEDİN PATİNİ KOKUDA VERE VİLMİRSEN”, saat 07:55:41-də: “HEC SEN YATANA OXWAMİRSAN”, saat 08:01:18-də: “HEC VERME NE VAXT VİR WEYİ İSDİYEN KİMİ VERMİSEN SEN ANCAQ YALAN DANİW MENE NEYİSE VERMEMEYE GORE EMİNEDE MALDİ HECNE VAWA DUWMUR” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər N.Nərimanov küçəsi ev 128-də yaşayan X30 məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 00:02:12-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Ay brat man qalmışam burda ortalığada Sani gözləyirəm man ne edim mana bir cavab deda”, saat 00:03:02-də “Sani gozduyuram brat bir sÃz denan mana” məzmununda mesajlar göndərilmişdir. ***-***- **-** saylı nömrə Beyləqan rayonu M.Müşviq küçəsi 23-də yaşayan X11 məxsusdur. xx.xx.2022-ci il saat 23:05:56-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Salam vezyet yaxşi deyil sabirabada getdik hecne yox idi varsa mene bir zaxot mal ver” məzmununda mesaj göndərilmişdir.xx.xx.2022-ci il saat 21:16:22-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Salam sənə söz vermışəm bır yerdə olduq olmaduq sənə dərman verəcəm, var kəl verim” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər N.Nərimanov küçəsi ev 128-də yaşayan X30 məxsusdur.xx.xx.2022-ci il tarixdə saat 22:56:33-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Hardasan bu ne hereketdi tel acmirsan”, xx.xx.2022-ci il saat 01:11:04-də: “Menim vezyetim pisdi hardasan” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə N.Nərimanov ev 86-da yaşayan X22 məxsusdur. xx.xx.2022-ci il saat 22:35:59-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Balaca qapiynan uzbe uz woccikin icne bax” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər A.Məmmədov ev 17 ünvanında yaşayan X23 məxsusdur. xx.xx.2022-ci il saat 00:56:41-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “SENİN PULUVUDA KESEN ŞEREFSİZDİ MENİM TEMAMİ KESENDE” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər K.Qasımov 10 ünvanında yaşayan X24 məxsusdur.xx.xx.2022-ci il saat 02:35:29-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “QAQA MEN OTURAN TEREFDE QAPİDA KUTU QALİB ONU GÖTÃR” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayon Muradxanlı kəndində yaşayan X6 məxsusdur. xx.xx.2022-ci il saat 22:35:59-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Balaca qapiynan uzbe uz woccikin icne baxё” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər A.Məmmədov ev 17 ünvanında yaşayan X23 məxsusdur. xx.xx.2022-ci il saat 23:21:54-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Qaqa ozumun olmuwume o dediyim gelmedi ot meselesi ne vaxd verse catdracam sene” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə “X69 MMC Gəncə”yə məxsusdur. xx.xx.2022ci il saat 21:42:08-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Rustem varyoxuna nehled almamisam sabah axsam getirib verecem arxayin ol”, xx.xx.2022-ci il saat 00:33:35-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa gelirsen yoksa men yatimm”, saat 15:46:32-də: “Senin kelmön budu remzi ele et qabagima cikma”, xx.xx.2022-ci il saat 15:47:47-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Qaqa zeng edecem sene herseyi izah edecem amanatida qaytariblar men”, saat 15:47:52də: “dedi geçeni yatmamışsam pulun özüm bu gün görüşüb verecem sene tam arxayin ol axsam cox prablem yaşamışam” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər Araz küçəsi ev 26 ünvanında yaşayan X14 məxsusdur. xx.xx.2022-ci il saat 18:45:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “qaqa men cox pis vezyetde qalmiwam. Gor onu neynirsen bu gun alindirsin 200 qalan ne olsa seher alinsada olar. Ona sen verenin 100 in vermiwem onu da goturmedi qaytardi oxantisi cox olduqna gore. İndi zeng vurmuwdular demiwem gedib daliycan birazdan gelecek. Opwim biyabirciliqdi” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər A.Məmmədov ev 17 ünvanında yaşayan X23 məxsusdur. xx.xx.2022-ci il saat 18:26:41-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə: “Qaqa he yox de isimi bilim” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər T.İsmayılov ev 45də yaşayan X7 məxsusdur.xx.xx.2021-ci il saat 22:07:40-da ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə “Ayivdi.fizi tezden danismaduq vele eliyersen menden incime pilim ola ola lomkada saxliyrsan eve gelmiyesen varin yoxun sikim gor nagarcam sen eve gelende” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər H.Əliyev prospekti 21-də yaşayan X8 məxsusdur. xx.xx.2021-ci saat 04:37:02-də ***-***-**-** saylı nömrə ***-***-**-** saylı nömrəyə “ağrıyıram kişi ol mənə 1dənə mal ver günortadan sonra qaytararam 0.20 də patı var sənə qrev edərəm”, saat 04:48:33-də “Özüm evinizə tərəf gəlmirəm ki, qıy jüy olmasın. Adam kişi olar 100 dəfə zənq etmişəm götürməmisən” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər L.Vəliyev 43-də yaşayan X40 məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizasının 22 noyabr 2022-ci il tarixli 18/1249-1250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:”....Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketdə 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi-1,627 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd şüşə ampluanın və 01 ədəd şprisin içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaricmikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi-910,0 qram olan maddə kustra üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi-5990,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarına əlavə edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 dekabr 2022-ci il tarixli 3441 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində qıcolma tutulmaları müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə barəsində keçirilən istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş təkbaşına məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli 139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə Nəsimi rayon prokurorluğu tərəfindən keçmiş Azərbaycan Respublikası CM-nin 109-cu maddəsinin 1-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin keçmiş Azərbaycan Respublikası CPMin 10-cu maddəsinin 4-cü bəndinə əsasən iş üzrə icraata xitam edilmiş, İmişli rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən keçmiş Azərbaycan Respublikası CM-nin 220.1, 215, 145.1.2.6.7.38-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1999cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Cəbrayıl rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 234.1, 234.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Rusiya Federasiyası Moskva şəhər Çertanov məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-1.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 04 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, İmişli rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli RİHB-nın İmişli şəhər İƏDÜN-nin 30 yanvar 2023-cü il tarixli 09 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri N.ünvan 5 ünvanında qeydiyyatdadır və ailə tərkibi anasından və biri azyaşlı olmaqla iki oğlundan ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli RİHB-nın İmişli şəhər İƏDÜN-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları X9 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması” otağında saxlanılan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 911,427 qram təmiz çəkisinin, narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonrakı 5989,90 qram təmiz çəkisinin, içərisində narkotik vasitə olan heroinin izlərini daşıyan 01 ədəd şüşə ampula və 01 ədəd şprisin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan və İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması” otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılması və iş üzrə maddi sübut olan mobil telefona baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması” otağında saxlanılan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 911,427 qram təmiz çəkisi, narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonrakı 5989,90 qram təmiz çəkisi, içərisində narkotik vasitə olan heroinin izlərini daşıyan 01 ədəd şüşə ampula və 01 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması” otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut olan mobil telefona baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar