Məhkəmə qərarları › İş №1(099)-170/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-170/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-170/2022 19.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1993-cü ildə İmişli rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 1 uşaq atası, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsilə ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə bibisi oğlu X4 şəxsi münasibətlər zəminində qəsdən dəmir parçası ilə vurub ona sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirdiyinə görə 18 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı İmişli rayonunun Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində qisas almaq məqsədilə qəsdən öldürmək niyyəti ilə Cabir Vəliyevə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, xüsusi əzab və işgəncə verdiyini dərk edib, bunu arzu edərək, cinayətkar niyyətini həyata keçirmək üçün İmişli rayonunun Xubyarlı kəndindəki “Qardaşlar” adlı ərzaq mağazasından aldığı ümumi uzunluğu 30,7 santimetr olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qəflətən arxadan Cabir Vəliyevə hücum edib həmin bıçaqla əvvəlcə ayaq üstə qəsdən bel nahiyəsindən, sonra ön tərəfindən çoxsaylı zərbələr vuraraq sonuncunun yerə yıxılmasına nail olmuş, daha sonra isə yerdə uzanmış vəziyyətdə olan Cabir Vəliyevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqda davam edərək, sonuncuya döş qəfəsinin ön səthində sol ön qoltuq xətti boyunca 3-cü qabırğa proyeksiyasında bir ədəd yara, sol körpücük xətti boyunca 4-cü qabırğa proyeksiyasında bir ədəd yara, sol döşyanı xətt boyunca 5-ci qabırğa proyeksiyasında bir ədəd yara, sağ mil-bilək oynağının arxa səthində bir ədəd yara, sol çiyin qurşağı nahiyəsində bir ədəd yara, onurğa xətti boyunca boyun fəqərələri proyeksiyasında bir ədəd yara və döş qəfəsinin sol yarısının arxa səthində kürək nahiyəsində iki ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol gözün altında bayır bucaq nahiyəsində almacıq sümüyünün yerinidəyişməyən sınığı ilə müşayiət olunan bir ədəd yaradan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, sol ön qoltuq xətti boyunca qarnın ön divarında qabırğaaltı nahiyədə qarın boşluğuna keçən və köndələn çənbər bağırsağı zədələyən bir ədəd yara, sol döşyanı xətt boyunca 5ci qabırğa proyeksiyasında döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara, qarnın ön divarında epiqastral nahiyədə qarın boşluğuna keçən və mədənin ön divarını zədələyən bir ədəd yara, sağ körpücük xətti xətti boyunca 4-cü qabırğa proyeksiyasında döş boşluğuna keçən və sağ ağciyəri zədələyən bir ədəd yara, sağ məmə xətti boyunca 9cu qabırğa proyeksiyasında döş boşluğuna keçən və sağ ağciyərin aşağı seqmentini zədələyən bir ədəd yara, sol kürək xətti boyunca 9-cu qabırğa proyeksiyasında döş boşluğuna keçən və sol ağciyərin aşağı seqmentini zədəyən bir ədəd yara və sol onurğayanı xətt boyunca bel nahiyəsində qarın boşluğuna keçən bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra isə yerdə kürəyi üstə uzanmış vəziyyətdə qalan Cabir Vəliyevin boynunun ön səthini əlindəki bıçaqla kəsərək, sonuncuya boynun ön səthində damar-əzələ-sinir dəstəsinin və dilatlı sümük, qırtlaq qığırdaqları, nəfəs və yemək borusunun kəsilməsi ilə müşayiət olunan yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirərək, Cabir Vəliyevi kəskin qanitirmə nəticəsində xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-nin 120.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Cabir Vəliyev onun bibisi oğludur. Cabir İmişli rayonu Caxırlı kəndində ona kafeyə gəlməməsini bildirmişdir. Buna baxmayaraq 18 iyun 2021-ci il tarixdə o, yenidən kafeyə getdiyindən Cabir onun boynundan və ayağından armaturla vurmuş, armaturu onun sol buduna soxmuşdur. Cabirdən şikayət etmiş və həmin hadisə ilə bağlı Cabirin barəsində İmişli RPŞ-də cinayət işi başlanılmışdır. Cabirin yetirdiyi xəsarətdən ayağı 3 aya yaxın gipsdə qalmış və yataqda olmuşdur. Baş vermiş bu hadisədən bir neçə gün əvvəl ayağının qipsi çıxarılmış və sərbəst hərəkət etmişdir.18 sentyabr 2021-ci il tarixdə axşam saatlarında İmişli rayon Çaxırlı kəndində “post qayi” deyilən dairənin yaxınlığındakı kafedə tanışı Raufla pivə içmiş, gecə saat 23-24 radələrində Cabir ona zəng edib harada olduğunu və onunla işinin olduğunu demiş, o, Cabirdən uzaq olmasını istəyərək, yerini deməmiş və telefonu söndürmüşdür. Olduğu yeri Cabirə ona görə deməmişdir ki, birdən Cabir gəlib onu öldürə bilər. Çünki o, yataqda olduğu müddətdə Cabir dəfələrlə ona zəng edib şikayət etdiyi üçün onu öldürəcəyini demiş, onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətmişdir. Cabirin bu hərəkətlərindən artıq bezmiş və çox əsəbləşmişdir. Buna görə də Cabirdən qisas almaq istəmiş və pivə içdiyi kafenin yaxınlığında olan “Qardaşlar” adlı mağazaya getmiş, oradan ən böyük olan qara rəngli bıçaq almış, həmin bıçağı şalvarının kəmərinin altında gizlətmiş, yenidən kafeyə qayıtmış və Raufla pivə içməklərini davam etmişlər. Bıçaq almasından Raufun məlumatı olmamışdır. Gecə vaxtı Raufla kafenin həyətində oturub pivə içərkən zəngdən təxminən 20-25 dəqiqə sonra Cabir avtomobili ilə onun olduğu kafeyə gəlmiş, qəzəbli şəkildə niyə ondan polisə şikayət etdiyini soruşmuşdur. Cabirlə Raufun münasibətləri yaxşı olmadığı üçün Cabir Raufa söyüş söyüb oradan çıxıb getməsini istəmiş, yoxsa onu öldürəcəyini demişdir. Rauf durub harasa getmişdir. Cabir yenə ondan nəyə görə ondan şikayət etdiyini və barışmadığını soruşmuşdur. Artıq Cabirdən qisas almaq qərarına gəlmiş və məcbur olub görüntü yaramaq üçün onunla barışaraq mehriban davranmığa başlamışdır ki, Cabirdən rahat qisasını ala bilsin, o, heçnədən şübhələnməsin. Bu zaman Rauf qayıtmış və onların yanında oturmuş, Cabir qəflətən içdiyi pivə bokalını götürüb bir neçə dəfə Raufun başına vurmuş, başı yarılmış və qan gəlmişdir. Cabirnən Raufu aralamış, Rauf tez durub qaçmış və gözdən itmişdir. Cabiri sakitləşdirmişdir.Həmin vaxt Cabir içkili olmuşdur. Daha sonra Cabir onun yaşadığı evə gedib, atası Adillə də söhbət edəcəyini demişdir. Cabirin idarə etdiyi BMW markalı maşını ilə onlara gəlmişlər. Cabir maşını darvazanın qarşısında saxlamış, birlikdə maşından düşüb evin giriş qapısının qarşısında olan eyvandakı stolda üzbəüz oturub deyib gülmüşlər. Gecə vaxtı olduğundan atası Adil, anası Xumar və bacısı Rübabə həmin vaxt evdə yatmışlar. Bundan sonra o, atası Adili çağırmış, atası çölə eyvana çıxmış, onlarla görüşmüş və hər ikisinin üst-başının qan olduğunu görmüşdür. Adil onlardan nə olduğunu soruşmuş, cavabında atasına Cabirin pivə bokalını Raufun başına vurduğunu deyərək gülüşmüşlər. Cabirin çıxıb getməməsi üçün atası Adildən bəhanə ilə onlara çay gətirməsini istəmiş, lakin atası çay olmadığını demiş və onlara bir stəkan su gətirmişdir. Bundan sonra Adil yatmağa evə keçmişdir. Bir qədər Cabirlə mehribancasına söhbət etmişlər. Artıq gecə olduğu üçün Cabir evə getmək istəmiş və Cabiri yola salmaq üçün darvaza istiqamətinə hərəktə etmişlər. Gecə vaxtı ətrafda heç kimin olmadığına əmin olub Cabiri öz həyətlərində öldürmək qərarına gəlmişdir. Cabir ondan öndə gedərkən o, bıçağı belindən çıxartmış, həyətlərində darvazaya çatmağa 5-10 metr qalmış Cabirin bel nahiyəsindən bir neçə dəfə bıçaq zərbələri vurmuş, Cabir ona tərəf döndükdə onun qarnından da bir neçə bıçaq zərbələri vuranda astaca ona “bəsdir, nağarırsan, lazım deyil Azad” demişdir. Cabir müqavimət göstərməyə çalışmış, onunla əlbəyaxa olarkən həmin vaxt əlindəki bıçaq özünün sol əlinə girmiş, özü də xəsarət almışdır. O, bıçağı Cabirin boğazına soxmaq istəyəndə Cabir başını aşağı salmış, ona görə də bıçaq Cabirin üz nahiyəsinə dəymiş və o, yerə yıxılmışdır. Daha sonra əli kəsildiyindən və qan axdığından əlini bağlamaq üçün eyvana tərəf gedərkən fikrini dəyişib yenidən Cabirin olduğu yerə qayıtmış, həmin vaxt Cabirin darvazanın qarşısında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür, Cabirin ölmədiyini və sonradan ondan qisas alacağını düşünüb Cabirin sinəsinə bıçaqla bir neçə zərbə vurmuş, sonra əyilib bıçaqla Cabirin boğazını kəsmişdir. Cabirin öldüyünə əmin olub meyitini orada qoyaraq tez evə tərəf qaçmış və geyinib çölə çıxmaları üçün qapıdan ailə üzvlərini çağırmışdır. Evdə yatan atası Adil həyətə çıxmış və nə olduğunu soruşmuş, Cabiri bıçaqla vurub öldürdüyünü demişdir. Cabirin qohumlarından kiminsə gəlib ailə üzvlərinə xəsarət yetirəcəyini düşünərək valideyinlərini və bacısını evdən başqa yerə aparmaq üçün anası və bacısına qışqırıb çölə çağırmış, atasının dalınca bacısı və anası da çölə çıxmışdır. Bacısı və anası da nə olduğunu soruşmuş, onlara Cabiri bıçaqlayıb öldürdüyünü, meytinin də darvazanın qabağında olduğunu demişdir. Öz əli qanlı olduğundan atasına polisə zəng edib oğlunun adam öldürməsi barədə məlumat verməsini istəmiş və atası da zəng edib polisə bu barədə məlumat vermişdir. Həyətlərində olan atasına məxsus Mersedes markalı maşını ilə valideyinlərini, bacısını və onun azyaşlı uşağını aparıb İmişli rayonu, Məzrəli kəndində yaşayan bacısının evinə düşürtmüşdür. Maşınla həyətdən çıxarkən Cabirin dəqiq ölüb-ölməməsini bilmək üçün avtomobildən düşüb Cabirin olduğu yerə getmiş, Cabirin öldüyünə əmin olduqdan sonra yenidən avtomobilə qayıtmışdır. Hadisə vaxtı öz əli də kəsildiyindən tibbi yardım almaq üçün İmişli rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada olanda polis əməkdaşları gəlmiş və onu şöbəyə aparmışlar. Həyacanlı olduğundan Cabirə neçə bıçaq vurduğunu xatırlamır, Cabiri öldürdüyü bıçağı maşının «qoltuqaltına» qoymuşdur.Əgər Cabiri öldürməsəydi, sonuncu onu öldürəcək idi. Hadisə vaxtı mərhum Cabir və o, sərxoş olmuşlar. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, arvadından boşanıb, bir azyaşlı uşağı var, İkinci Qarabağ müharibəsində iştirak etmiş və Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Cabir Vəliyev onun əridir. Cabir adətən evə gec gəlmiş, işlətdiyi çayxanada olmuşdur. 18 sentyabr 2021-ci il, saat 2 radələrində qaynatası Naqilin səsinə oyanmış, Naqildən nə olduğunu soruşmuş, Naqil polisin Cabiri axtardığını demişdir. Onlar əvvəlcə nə olduğunu bilməmiş, biraz keçəndən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əri Cabiri bıçaqla öldürdüyünü, boğazını kəsdiyini eşitmişdir. Azad təxminən 3-4 ay əvvəl Cabirin işlətdiyi kafeyə gəlib narahatçılıq yaratdığına görə aralarında mübahisə olmuş, bir-birlərinə xəsarət yetirmişlər. Həmin mübahisə ilə bağlı Cabir və Azadın İmişli rayon polis şöbəsində işləri olmuş, Cabir təxminən 15-20 gün əvvəl evdə ona Azadla barışdığını demişdir. Cabirlə Azad arasında ədavət və düşmənçilik olmamışdır. Hazırda Azaddan şikayətçidir, onu bağışlamır, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Xanbala oğlu zərərçəkmiş şəxsin hüquqi varisi Aynur Vəliyeva ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının 18-də gecə saat 1-2 radələrində evdə yatarkən Azad və bacısı oğlu Cabir onlara gəlib eyvanda oturmuşlar. Onların səsinə bayıra çıxmış, hər ikisinin də sərxoş olduğunu, yeyib içməkdən gəldiklərini, eyni zamanda mehriban olduqlarını və deyib güldüklərini görmüşdür. Hətta onların bir-birləri ilə mehriban davrandıqlarına sevinmişdir. Azadın və Cabirin üstündə qan ləkəsini gördükdə oğlundan kiminlə savaşdığını soruşmuş, Azad isə cavabında pivə içərkən Cabirin tanışı Raufun başını pivə bokalı ilə vurub yardığını və onlara aralaşdıran zaman paltarı qana bulaşmışdır. Cabirlə Azad eyvanda oturub söhbət etmişlər. Azad içmək üçün çay istəmiş, lakin arvadı Xumarın yatdığını demiş, sonra Azad su isətmiş, onlara su gətirmiş, Azad və Cabir su içmişlər. Azad ona Cabiri darvazadan ötürüb qayıdacağını demiş, özü isə yatmaq üçün evə keçmişdir. Bir neçə dəqiqədən sonra Azad həyətdən qışqıraraq onu, arvadı Xumarı və qızı Rübabəni çağırmış, Azadın səsinə arvadı və qızı oyanıb bayıra çıxmışlar. Həmin vaxt Azadın sağ əlində yekə bıçaq, sol qoludan isə qan axdığını görmüş, ondan nə baş verdiyini soruşmuş, Azad Cabiri bıçaqladığını və öldürdüyünü demişdir. Bu zaman arvadı və qızı şokda olmuşlar. X17 xəsarət aldığı və qan gələn qolunu sarımış, Azad həyətdə çardağın altında olan onun «Mersedes» markalı maşınının açarlarını istəmiş və onlardan maşına əyləşmələrini tələb etmişdir. Həmin vaxt Azad özündə olmamış və çox əsəbi olmuşdur. Onlar maşına əyləşmişlər. Cabirin “BMW” markalı maşını bayır tərəfdən darvazanın qarşısında dayandığından Azad həyətdən maşınla çıxa bilməmiş, buna görə də Azad idarə etdiyi Mersedes markalı maşınla Cabirin maşınını itələmiş və yol açılmışdır. Həmin vaxt Cabirin həyətdən uzanıqlı və hərəkətsiz vəziyyətdə görmüşdür. Bıçaq Aazadın əlində olmuşdur. Azad əsəbi vəziyyətdə olduğundan ondan çox söz soruşa bilməmiş, heç tərpənə də bilməmişlər. Azad avtomobili sürüb onları İmişli rayon Məzrəli kəndində yaşayan Bəxtiyargilə gətirib düşürmüş və özü tək İmişli şəhərinə getmişdir. Azad çıxıb gedəndə bıçaq da onun yanında olmuşdur. Azad çıxıb gedən kimi yeznəsigildə olarkən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub yaşadıqları evin həyətində Azadın bacısı oğlu Cabiri bıçaqlayıb öldürməsi barədə məlumat vermişdir. Bundan başqa o, əlavə olaraq ifadəsində göstərmişdir ki, bu hadisədən təxminən 3 ay əvvəl 2021-ci ilin iyun ayının ortaralında mərhum bacısı oğlu Cabir Çaxırlı kəndində işlətdiyi kafedə oğlu Azadı armaturla döyərək ayağına xəsarət yetirmiş, Azad ciddi xəsarət almış, onun ayağı 3 aya yaxın gipsdə olmuşdur. Bununla bağlı Azad İmişli rayon polis şöbəsinə şikayət etmiş və Cabir barəsində cinayət işi başlamışlar. Buna görə də Cabir Azadı dəfələrlə öldürməklə hədələmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs anası Şahid2 və bacısı Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək hadisə baş verərkən yaşadıqları evdə yatdıqlarını, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs qışqırıq səsinə oyanıb həyətə çıxdıqlarını, Azadın Cabiri bıçaqlayaraq öldürdüyünü bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cabir onun doğma oğludur, Azad isə qaynı oğludur. Oğlu Cabir yaşadığı Caxırlı kəndində kafe işlədir.18 sentyabr 2021-ci il tarixdə gecə saat 2 radələrində evdə yatarkən kəndin sahə inspektoru İdris Əliyev ona zəng edib yola çıxmağını demiş, yola çıxmış və sahə inspektoru ona Azadın bıçaqla oğlu Cabiri öldürdüyünü demişdir. Bundan başqa o, ifadəsində əlavə olaraq göstərmişdir ki, bu hadisədən bir neçə ay əvvəl Cabir işlətdiyi kafedə Azadı döymüş, sonuncu ondan şikayət etmiş və polis şöbəsində araşdırma aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2021-ci il tarixdə, saat 2 radələrində evdə yatarkən ona polis şöbəsindən zəng edib, Azadın Cabiri yaşadığı evin həyətində bıçaqlayıb öldürdüyünü demişlər. O, həmin gün işdə olmamış, polis əməkdaşlarına kömək edib Azadın yaşadığı evi göstərmişdir. Onlar Azadın yaşadığı evə gedərkən həyətdə heç kəs olmamış, yalnız Cabirin avtomobili darvazanın qarşısında küçədə olmuşdur. O, darvazadan həyətə keçəndə Cabirin meyitinin darvazanın balaca qapısının qarşısında həyətdə olduğunu görmüşdür. Meyitin yanında da mobil telefon və avtomobil açarı olmuşdur. Cabir və Azad bibioğlu - dayıoğludurlar. Azadın Cabiri hansı səbəbdən öldürməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində «post qayi» adlanan ərazidə tanışı Azadla pivə içərkən mərhum Cabir onların yanına gəlmişdir. Cabir içkili vəziyyətdə olmuş, ona qalx ayağa və get buradan demiş, o niyə getməli olduğunu soruşmuş, Cabir ona Azadla şəxsi söhbətinin olduğunu bildirmişdir. O, durub getmiş, biraz keçdikdən sonra Azad ona zəng edərək «gəl yarımçıq pivəni iç» demişdir. O, kafeyə qayıtmış, stolu çəkib oturmaq istəyərkən Cabir pivə bokalı ilə onun başına vurmuş, zərbədən yerə yıxılmış, başı yarılmış və başından qan gəlmişdir. Azad onları aralamış, sonra oradan xatırlamadığı maşınla xəstəxanaya getmiş, başına bir neçə yerdən tikiş qoyulmuşdur. Həmin hadisədən 3 ay əvvəl Çaxırlı kəndində Cabirinin işlətdiyi kafedə Cabirlə mübahisəsi olmuşdur. Cabir həmin hadisə vaxtı onu və Azadı söyməmiş, ölümlə hədələməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 18 №-li rəyindən görünür ki, X4 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol gözün altında bayır bucaq nahiyəsində almacıq sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan bir ədəd yara, boynun ön səthində damar - əzələ-sinir dəstəsinin və dilaltı sümük, qırtlaq qığırdaqları, nəfəs və yemək borusunun kəsilməsi ilə müşayiət olunan bir ədəd yara, döş qəfəsinin ön səthində sol ön qoltuq xətti boyunca 3-cü qabırğa proyeksiyasında bir ədəd yara, sol ön qoltuq xətti boyunca qarnın ön divarında qabırğaaltı nahiyədə qarın boşluğuna keçən və köndələn çənbər bağırsağı zədələyən bir ədəd yara, sol körpücük xətti boyunca 4-cü qabırğa proyeksiyasında bir ədəd yara, sol döşyanı xətt boyunca 5-ci qabırğa proyeksiyasında bir ədəd yara, sol döşyanı xətt boyunca 5-ci qabırğa proyeksiyasında döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara, qarnın ön divarında epiqastral nahiyədə qarın boşluğuna keçən və mədənin ön divarını zədələyən bir ədəd yara, sağ körpücük xətti xətti boyunca 4-cü qabırğa proyeksiyasında döş boşluğuna keçən və sağ ağciyəri zədələyən bir ədəd yara, sağ məmə xətti boyunca 9-cu qabırğa proyeksiyasında döş boşluğuna keçən və sağ ağciyərin aşağı seqmentini zədələyən bir ədəd yara, sağ mil-bilək oynağının arxa səthində bir ədəd yara, sol çiyin qurşağı nahiyəsində bir ədəd yara, onurğa xətti boyunca boyun fəqərələri proyeksiyasında bir ədəd yara, döş qəfəsinin sol yarısının arxa səthində kürək nahiyəsində iki ədəd yara, sol kürək xətti boyunca 9-cu qabırğa proyeksiyasında döş boşluğuna keçən və sol ağciyərin aşağı seqmentini zədəyən bir ədəd yara, sol onurğayam xətt boyunca bel nahiyəsində qarın boşluğuna keçən bir ədəd yara və ümumilikdə cəmi 17 ədəd yara kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi. Boynun ön səthində damar-əzələsinir dəstəsinin və dilaltı sümük, qırtlaq qığırdaqları, nəfəs və yemək borusunun kəsilməsi ilə müşayiət olunan bir ədəd yara, sol ön qoltuq xətti boyunca qarnın ön divarında qabırğaaltı nahiyədə qarın boşluğuna keçən və köndələn çənbər bağırsağı zədələyən bir ədəd yara, sol döşyanı xətt boyunca 5-ci qabırğa proyeksiyasında döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara, qarnın ön divarında epiqastral nahiyədə qarın boşluğuna keçən və mədənin ön divarını zədələyən bir ədəd yara, sağ körpücük xətti xətti boyunca 4-cü qabırğa proyeksiyasında döş boşluğuna keçən və sağ ağciyəri zədələyən bir ədəd yara, sağ məmə xətti boyunca 9-cu qabırğa proyeksiyasında döş boşluğuna keçən və sağ ağciyərin aşağı seqmentini zədələyən bir ədəd yara, sol kürək xətti boyunca 9-cu qabırğa proyeksiyasında döş boşluğuna keçən və sol ağciyərin aşağı selmentini zədələyən bir ədəd yara, sol onurğayam xətt boyunca bel nahiyəsində qarın boşluğuna keçən bir ədəd yara - ümumilikdə 8 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol gözün altında bayır bucaq nahiyəsində almacıq sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan bir ədəd yara dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər yaralar isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlərin yerləşməsinə və xarakterinə əsasən xəsarətlər zərərçəkmişin müxtəlif duruş vəziyyətlərində (ayaq üstə, üzbə-üz və əks istiqamətli duruş vəziyyətində, uzanıqlı vəziyyətində) yetirilə bilərdi. X4 ölümünün müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və onun ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X4 meyitindən götürülmüş qanda 0,6% qatılığında etil spirti aşkar edilmişdir. Güclü təsiredici maddələr aşkar edilməmişdir. Meyitin bədəni üzərində olan xəsarətlərlə paltarları üzərində olan zədələrin yerləşməsi uyğunluq təşkil edir. X4 fiziki inkişaf səviyyəsini və xəsarətlərin xarakterini nəzərə alsaq onun aldığı xəsarətlərdən bir müddət sonra hadisənin baş verdiyi yerdən müəyyən məsafə qət etmə imkanı olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 715/2021 №-li rəyindən görünür ki, mərhum X6 məxsus şalvar, kofta, mayka, trusik, bir cüt corab, bir cüt ayaqqabı üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləklə, bu qan ləkələri Abeta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X6 məxsus ola bilər. Təqdim edilən hadisə yerinə baxış keçirilərkən 9 nömrəsi ilə nişanlanmış hissədən götürülmüş 01 ədəd çınqıl daşı üzərindəki ləkələrdə və hadisə yerinə baxış keçirilərkən 9 nömrəsi ilə nişanlanmış hissədən 01 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A və H antigenləri alındı. Beləklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X6 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol mayka, bir cüt ayaqqabı, Şahid1 məxsus qısaqol köynək, şalvar, pencək, Şahid2 məxsus don, Şahid3 məxsus yubka, kofta, bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A,B,H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB/H//İV/ qruplu şəxsə/şəxslərə/, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs və eyni qruplu Şahid6 məxsus ola bilər/əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa/. Göstərilən ləkələrdə mərhum X4 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Hadisə yerindən götürülmüş əski parçası, 26 ədəd çınqıl daşı üzərindəki ləkələrdə, hadisə yerindən 04 ədəd tənzif kəsiyi və 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A,B,H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB/H//İV/ qruplu şəxsə/şəxslərə/, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs və eyni qruplu Şahid6 məxsus ola bilər, əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa. Göstərilən ləkələrdə mərhum X4 olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-lifli ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 6/4286 N-li rəyindən görünür ki, X6 məxsus 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmədaktiloskopik, məhkəmə-trasaloji və məhkəmə-ballistik ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 3/1634; 3/1635; 3/1636 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. C.Şahid4 məxsus puloverin, maykanın üzərində olan zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yarana bilər. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş C.Şahid4 məxsus şalvarın üzərində olan zədə hər hansı bərk predmetlə kontakda olması, ilişməsi nəticəsində yarana bilən ilişib cırılma zədəsidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 2792 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamış, xasiyyətin psixopatik cizgiləri qeyd olunmuşdur. Törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. O, ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət əməlini törətdikdən sonra onda hər hansı psixi pozuntu qeyd olunmur. Xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur, o, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarına malikdir. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissədə göstərilir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, inadkarlıq, xarici qıcıqlara qarşı həssaslıq, tez özündən çıxmaq, emosional qeyri-sabitlik, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs müəyyən edilən xasiyyətin psixopatik cizgiləri qeyd edilən cinayət əməlini törətməsinə səbəb ola bilərdi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. 18 sentyabr 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində X4 meyiti, darvazanın qarşısında sonuncuya məxsus “BMW” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, Şahid1 hadisə vaxtı əynində olmuş paltarla, o cümlədən evin həyətində qanabənzər ləkələr, eyni zamanda üzərində qanabənzər ləkələr olan üzərində gül naxışları olan ağ rəngli parça və çoxsaylı daş parçaları aşkar edilmişdir. 18 sentyabr 2021-ci il tarixli “Mercedes-Benz” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilin ön sağ və sol qapılarının hər birinin üst səthində qanabənzər ləkələr aşkar edilmiş, eyni zamanda cinayətin aləti olan və üzərində qanabənzər ləkələr olan bir ədəd dəstəyi qara rəngli, ümumi uzunluğu 30,7 sm olan bıçaq avtomobilin sağ ön oturacağın döşək hissəsi ilə əşya saxlanılan yerin (bardaçokun) arasında, kəmər yuvasının yanında olan hissədə aşkar edilərək götürülmüşdür. 26 sentyabr 2021-ci il tarixli İmişli rayon Xubyarlı kənd ərazisində yerləşən “Qardaşlar” adlı ərzaq mağazasına quraşdırılmış 17 sentyabr 2021-ci il tarixdə, saat 22:20-dən saat 22:58-ədək olan müddət ərzində qeydə alınmış videogörüntülərə baxış keçirilməsi haqqında protokol ilə Təqsirləndirilən şəxs cinayətin aləti olan bir ədəd bıçağ alması müəyyən olunur. 3 noyabr 2021-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilməsi haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zərərçəkmiş şəxs X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd olunan dövr ərzində yalnız 3 dəfə danışıq aparılmış, xx.xx.2021-ci il, saat 08:01-də 76 saniyə, xx.xx.2021-ci il, saat 23:55-də 894 saniyə və xx.xx.2021-ci il, saat 00:10-da 824 saniyə danışıq aparılmışdır. 18 sentyabr 2021-ci il tarixli 20 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi gün orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Cabir Vəliyevin meyitindən götürülmüş qanda 0,6% qatılığında etil spirti aşkar edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi mərhum Cabir Vəliyevin 3 ay əvvəl ona xəsarət yetirdikdən sonra yataq xəstəsi olarkən zəng edib onu güllə və ya avtomobilə vurub öldürəcəyi, habelə bu hadisə baş verdiyi gün ilkin olaraq Cabir Vəliyevə bıçaqla xəsarət yetirdikdən sonra da sonuncunun sağ qalarsa sonradan onu öldürə biləcəyinə görə çoxsaylı bıçaq zərbələrini vurmaqda davam etməsi və boynunun ön səthini kəsməsi ilə bağlı xüsusatlar, iş materialları, yəni şahid ifadələri, telefon danışıqlarına baxış keçirilməsi haqqında protokol və digər istintaq materialları ilə təkzib edildiyindən, işin obyektiv hallarına uyğun olmadığından məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə etmə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs atası Şahid1 istintaq orqanına təqdim etdiyi audioyazıdan ibarət 20 oktyabr 2021-ci il tarixli CD diskə baxış keçirmə protokolundan görünür ki, mərhum X14 Mürsəlovu ölümlə hədələməsi barədə hər hansı bir söhbət aparılmamış, Cabir Vəliyev 18 iyun 2021-ci il tarixdə baş vermiş mübahisə ilə əlaqədar Təqsirləndirilən şəxs ondan şikayət etdiyinə görə söhbət edib nalayiq sözlərlə (…sən kişi deyilsən məndən şikayət etmisən, sən yaxşı oğlan deyilsən və s.) təhqir etmişdir. (cid 2 i.v.28-29). Eyni zamanda məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində hadisə baş verməmişdən bir neçə saat əvvəl mərhum Cavbir Vəliyevin Təqsirləndirilən şəxs ölümlə hədələmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs ərzaq mağazasından ən böyük ölçülcülü 30,7 sm uzunluğunda olan bıçaq əldə etməsi, həmin bıçaqla Cabir Vəliyevə ilk olaraq həyətlərində davrvazaya çatmamış çoxsaylı bıçaq zərbələri vurduqdan sonra sonuncunun şiddətli ağrı çəkməsinə və onun “bəsdir nağarırsan?, lazım deyil Azad” deyərək həyat üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq Cabir Vəliyevə müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək çoxsaylı - 17 bıçaq zərbələri endirməyi davam etməsi, habelə yerdə hərəkətsiz və müqavimətsiz vəziyyətdə olan Cabir Vəliyevin boğazının ön səthini kəsməklə ona xüsusi əzab və iztirablar verdiyini dərk etməsi zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürmək niyyətinin olmasına dəlalət edir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə də mərhum Cabir Vəliyevin üzərindəki bədən xəsarətlərinin həyati olması, yəni xəsarətlər yetirilərkən onun sağ olmasını, lakin kəskin qanitirmə nəticəsində ölümün baş verməsi təsdiq olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4 maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəy nyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam ölürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarət yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması,uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxs X7 qisas almaq məqsədi ilə xüsusi amansızlıqa qəsdən öldürmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş materiallarında olan İmişli RİHB Məzrəli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Çaxırlı kənd sakini X10 ailəli olmuş, bir azyaşlı uşağı var, İkinci Qarabağ döyüşlərində iştirak edib Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə meddalarla təltif olunmuş, özünü daimi səmimi və mehriban aparmaqla fərqlənmiş, barəsində heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs İkinci Qarabağ döyüşlərində iştirak edib Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə meddalarla təltif olunması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 3 fevral 2022-ci il tarixli 71 saylı arayışı ilə təsdiq olunur. Eyni zamanda, müəyyən edilmişdir ki, Cabir Vəliyev 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs az ağır dərəcəli bədən xəsarəti yetirdiyinə görə İmişli RPŞ-də aparılan cinayət işi üzrə 16 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmçinin 17 sentyabr 2021-ci il tarixdə X15 Mövsümova ağır dərəcəli bədən xəsarəti yetirməsi faktı üzrə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən 24 oktyabr 2021-ci il tarixdə cinayət təqibinə CM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 2 i.v.40-52) Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən Cabir Vəliyevin şəxsi münasibətlər zəminində Təqsirləndirilən şəxs ayağından qəsdən dəmir parçası ilə vurub az ağır dərəcəli bədən xəsarəti yetirməsini cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi kimi qiymətləndirir. İş materiallarında olan AZ-İV 182814 №-li döğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 sentyabr 2017-ci il təvəllüdlü (5 yaş) azyaşlı Adil adında oğul övladı vardır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşl uşağının olmasını, CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini və CM-nin 59.2-ci maddəsinə əsasən İİ Qarabağ döyüşlərində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəcamları ilə meddalarla təltif olunmasını cəzasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin həddinin dörddə üçündən artıq olmamalıdır. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdam məhrum etmə cəzası nəzərdə tutulduğunudan həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş törətdiyi cinayət xüsusilə ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddənin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - tutulduğu 18 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və hazırda İmişli rayon prokurorluğunun “maddi sübutların saxlama otağında” saxlanılan hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli üzərində gül naxışları olan parça, üzərində qanabənzər ləkələr olan çoxsaylı daş parçaları, pambığa hopdurma üsuli ilə 01 ədəd qanabənzər nümunə, “BMW” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil sol arxa qapısının üst səthindən götürülmüş 01 ədəd qanabənzər nümunə, 2 ədəd qanabənzər nümunə, “Mercedes-Benz” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş cinayətin aləti olan bir ədəd bıçaq, həmin avtomobilin ön sağ və sol qapılarının hər birinin üst səthindən götürülümüş 02 ədəd qanabənzər nümunə, Təqsirləndirilən şəxs məxsus boz rəngli qısaqollu 01 ədəd köynək, belində qara rəngli kəməri olan qara rəngli cins materialdan 01 ədəd şalvar və qara rəngli 1 cüt ayaqqabı, X6 məxsus belində qara rəngli kəməri olan göyümtül rəngli 01 ədəd şalvar, tünd göy rəngli 01 ədəd trusik, qara rəngli uzunqollu 01 ədəd kofta, ağ rəngli qısaqol 01 ədəd mayka, qara rəngli 1 cüt corab və qara rəngli 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid1 məxsus tünd göy rəngli 1 ədəd pencək, üzərində göy rəngli xətvari naxışları olan ağ rəngli qısaqollu 01 ədəd köynək və göy rəngli cins materialdan olan 01 ədəd şalvar, Şahid3 məxsus yaşıl rəngli qısaqollu 01 ədəd kofta və göy rəngli 01 ədəd yubka, X3 məxsus qəhvəyi rəngli 01 ədəd don özlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes-Benz» markalı **-CM-*** dövlət qeydiyyyat nişanlı və «BMW» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 454,16 manat (dörd yüz əlli dörd manat on altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və hazırda İmişli rayon prokurorluğunun “maddi sübutların saxlama otağında” saxlanılan: hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli üzərində gül naxışları olan parça, üzərində qanabənzər ləkələr olan çoxsaylı daş parçaları, pambığa hopdurma üsuli ilə 01 ədəd qanabənzər nümunə, “BMW” markalı,**-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil sol arxa qapısının üst səthindən götürülmüş 1 ədəd qanabənzər nümunə, 2 ədəd qanabənzər nümunə, “Mercedes-Benz” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş cinayətin aləti olan bir ədəd bıçaq, həmin avtomobilin ön sağ və sol qapılarının hər birinin üst səthindən götürülümüş 02 ədəd qanabənzər nümunə, Təqsirləndirilən şəxs məxsus boz rəngli qısaqollu 01 ədəd köynək, belində qara rəngli kəməri olan qara rəngli cins materialdan 01 ədəd şalvar və qara rəngli 1 cüt ayaqqabı, X6 məxsus belində qara rəngli kəməri olan göyümtül rəngli 01 ədəd şalvar, tünd göy rəngli 01 ədəd trusik, qara rəngli uzunqollu 01 ədəd kofta, ağ rəngli qısaqol 01 ədəd mayka, qara rəngli 1 cüt corab və qara rəngli 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. - Şahid1 məxsus tünd göy rəngli 1 ədəd pencək, üzərində göy rəngli xətvari naxışları olan ağ rəngli qısaqollu 01 ədəd köynək və göy rəngli cins materialdan olan 01 ədəd şalvar, Şahid3 məxsus yaşıl rəngli qısaqollu 01 ədəd kofta və göy rəngli 01 ədəd yubka, X3 məxsus qəhvəyi rəngli 01 ədəd don özlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes-Benz» markalı **-CM-*** dövlət qeydiyyyat nişanlı və «BMW» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 454,16 manat (dörd yüz əlli dörd manat on altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar