Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-170/2024 12.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-də V(beşinci) dərəcəli xətti yol fəhləsi vəzifəsində işləmiş, məhkumluğu olmayan, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxslə 4545,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikası ərazisində realizə edərək əldə olunacaq qazancdan gəlir əldə edilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında gəldikləri razılığa əsasən digər şəxs həmin maddəni Ələt-Astara avtomobil yolunun Masallı rayonu Musaküçə kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan 168-ci kilometr yol nişanının yaxınlığında gizlədərək bu barədə “İnstagram” mobil-internet tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Ələt-Astara avtomobil yolunun Masallı rayonu Musaküçə kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan 168-ci kilometr yol nişanının yaxınlığında gizlədilmiş 1 ədəd ağ rəngli kisədə olan külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı götürüb həmin narkotik vasitənin bir hissəsini Masallı şəhər sakini X8 məxsus Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən istifadəsiz tikilidə, digər hissəsini isə üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşlarının 16 iyun 2023-cü il tarixdə saat 17 radələrində keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Heydər Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində saxladığı üzərinə “THANK YOU” sözləri yazılmış sellofan paketdən külli miqdarda təmiz çəkisi-540 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin tarixdə saat 19 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən istifadəsiz tikiliyə baxış keçirilərkən oradan 05 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 870,0 qram, 795,0 qram, 880,0 qram, 800,0 qram, 660,0 qram olmaqla ümumi təmiz çəkisi: -4005,0 qram, üzərindən aşkar edilərək götürülmüş 540 qram narkotik vasitə qurudulmuş marixuana ilə botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kutar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüş və bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü asfalt zavodda fəhlə işləyib, 06 iyun 2023-cü ildə işdə olarkən, polis əməkdaşları iş yerinə gəlib onu çağırmışlar. Həmin vaxt ona demilər ki, rəis səni çağırır. Həmin polis əməkdaşlarından Habil adlı şəxsi tanımış, digərlərini isə tanımamışdır. Dərhalda onu vur-vura maşına əyləşdirib, polis şöbəsinə aparmışlar. İlk öncə şöbədə Rauf adlı şəxsin otağına çıxarmışlar. Rauf həmin vaxt demişdir ki, “ya ölməlisən, ya da bunu götürməlisən boynuna”. Həmin vaxt bir ədəd qara bağlamanı göstərib “nəşə” olduğunu bildirmişlər. Bundan sonra isə onu rəis müavininin otağına aparmışlar. Rəis müavini də demişdir ki, “ya çırpılacaqsan, ya da boynuva götürəsən”. Özünü isə artıq Raufun otağında olarkən döymüşlər. Daha sonra isə onu zirzəmiyə aparmışlar, kisədən bir büküm çıxarıb demişlər ki, “çəkiliş olacaq, deməlisən ki, iran vətəndaşından almısan, iranlı adı çəkməlisən”. Hardasa yeddi-səkkiz dəfə çəkiliş etmişlər. Çəkilişdən sonra isə sənədlərə qol çəkdirmişlər, salmışlar MSY-nə. Sabahısı isə bir plakatın yanına aparmışlar, demişlər ki, heçnə danışma əlini uzat. Onların dediklərin etmiş, şəkillər çəkmişlər. Sonra isə yenidən MSY-nə aparmışlar. Ora müstəntiq Miramil gəlmişdir. Atası isə artıq çöldən bu barədə şikayətlər etmişdi. Miramil ona CM 234.1-ci maddəsi ilə sənədləşmə aparıldığını demiş, and içmiş sənədlərə qol çəkdirmişdir. Özü də Miramilə inanıb sənədləri imzalamışdır. Sonradan isə bilmişdir ki, üstünə bu maddələri qoyublar. Özü fəhlə adamdır, asfalt zavodda işləyir, rəsmi əmək haqqı alıb dolanır, narkotiklərdən isə istifadə etmir. Narkotikin ona aidiyyəti yoxdur, bu barədə heç kimlə də danışmamışdır. Onu işlədiyi asfalt zavodun giriş qapısının ağzında saxlamışlar. İranlı Abbas adlı şəxsi tanımır, onunla heç bir telefon danışığı olmamışdır. Narkotik vasitənin aşkar edildiyi yerə onu polis əməkdaşları aparmış, orada maşından özləri ilə gətirdiyi narkotik vasitə götürüb aparıb qoymuşlar. Onu polis əməkdaşları maşında apararkən və şöbədə olarkən vurmuşlar, lakin bədənində heç bir xəsarəti olmamışdır. İstintaq təcridxanasına daxil olarkən də heç bir xəsarəti aşkar edilməmişdir. Saxlanılarkən mobil telefonu üzərində olmuş, özünün heç instaqram sosial şəbəkəsi olmamış, orada heç bir iranlıyla danışmamışdır. Narkotikin aşkar edildiyi tikili isə qaldığı yerdən uzaqdadır, həmin yerdə əvvəllər heç vaxt olmamış, tanımamışdır. Videoçəkiliş zamanı təzyiq altında olmuş, əvvəlcədən polis əməkdaşları nə deməli olduğunu ona demişlər, qorxu altında da videoçəkiliş zamanı onların dediklərini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 2023-cü ilin yanvar ayının ortalarında istifadə etdiyi mobil telefonun “İnstagram” mobil tətbiqinin sosial şəbəkəsində xatırlamadığı hesabında fars hərfləri ilə yazılmış hesabda orta yaşlarında olan 1 nəfər kişi cinsindən olan şəxslə tanış olmuş, həmin şəxsi izlədikdən sonra xatırlamadığı hesabının direktinə, yəni mesaj hissəsinə ismarıc ünvanlayaraq onunla salamlaşmışdır. Həmin şəxs Azərbaycan dilində yazışmış, İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı olduğunu, adını Abbas kimi təqdim etmişdir. Abbas adlı şəxsə əvvəllər İİR-də olduğunu demiş, Abbas adlı həmin şəxs haradan olması, nə işlə məşğul olması və s. bu kimi məsələlər ilə maraqlanmışdır. Abbas adlı şəxsə iş olanda fəhləlik etdiyini, digər vaxtı isə bekar olduğunu, ailəsindən boşandığını demişdir. Həmin şəxsdən harada yaşaması və nə işlə məşğul olması barədə maraqlandıqda Abbas adlı şəxs özünün İİR-də yaşadığını və əsas işinin Azərbaycan Respublikası ərazisinə narkotik vasitə və psixotrop maddə keçirdib yaxşı qazanc əldə etdiyini bildirmişdir. Abbas adlı şəxsə narkotik vasitə istifadəçisi olduğunu demiş, təxminən 3-4 gün ərzində Abbas adlı şəxs ilə “İnstagram” sosial şəbəkəsində yazışdıqdan sonra səmimi münasibətləri yaranmışdır. Abbas adlı şəxs ona istifadəsində olan mobil telefon nömrəsi verməsini, “Whatsap” mobil tətbiqi vasitəsilə yazışacağını bildirmiş, Abbasa istifadəsində mobil telefon nömrəsi hazırda olmadığını və nömrə alacağı təqdirdə danışacağını demişdir. Həmin vaxtı istifadə etdiyi mobil telefonu xatırlamadığı şəxsin adına Masallı şəhəri ərazisində 2022-ci ilin dekabr ayında almış, sonradan həmin telefonun ekranı yandığından istifadəyə yararsız olduğundan xatırlamadığı yerdə tullamış, iranlı Abbas adlı şəxslə tanış olduqdan təxminən 1 həftə sonra “İnstagram” sosial şəbəkəsinin mesaj hissəsində ona yazaraq Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana keçirdəcəyini və həmin narkotik vasitəni götürüb satışını həyata keçirməsi barədə təklif etmişdir. Abbas adlı şəxsə narkotik vasitə üçün pul ödəyə bilməyəcəyini demiş, Abbas qabaqcadan pul istəmədiyini, narkotik vasitəni satdıqdan sonra pulu hissə-hissə verəcəyini, əsas narkotik vasitəni götürüb yerbəyer etməsini, sonradan həmin narkotik vasitənin çəkisinə uyğun olaraq onun qazanc əldə etməsi şərtilə satış pulunun hesablayacağını bildirmişdir. İşləmədiyindən, pulsuzluqdan əziyyət çəkdiyindən və narkotik vasitə istifadəçisi olduğundan Abbasın təklifi xoş gəlmiş, razılaşmış, 2023-cü ilin yanvar ayının sonuncu bazar günü, yəni 29 yanvar 2023-cü il tarixdə Abbas adlı şəxs ona “İnstagram” sosial şəbəkəsində yazaraq narkotik vasitə olan qurudulmuş marixuana olan bağlamanı Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən meşə massivində qoydurduğunu, həmin bağlamada külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin yerin fotoşəkilini də ona göndərmişdir. Həmin yerin fotoşəkilinə baxdıqda Ələt-Astara avtomobil yolunun Masallı rayonu Musaküçə kəndi ərazisindən keçən hissəsində yolunun kənarında olan 168-ci kilometr yol nişanının yanındakı meşəlik ərazi olduğunu bilmiş, səhər tezdən yaşadığı evdən çıxmış, Abbas adlı şəxsin atdığı fotoşəkildəki yerə, Musaküçə kəndində yerləşən 168-ci kilometr yol nişanının yanındakı meşəlik əraziyə getmiş, oraya çatdıqda ağ rəngli kisənin olduğunu görmüş və həmin kisəni götürüb özü ilə birlikdə Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən istifadəsiz birmərtəbəli yarımtikiliyə gətirib kisənin içərisini açıb baxmışdır. Həmin istifadəsiz tikili “kümə” adlanmış, orada əvvəllər bir neçə dəfə fəhlə kimi işlədiyindən oranın bir müddətdir ki, istifadəsiz qalmasından və oraya kiminsə gəlməməsindən məlumatlı olmuş, kisəyə baxdıqda orada 6 ədəd bükümdə yapışqan lentlə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, bükümləri kisənin içərisinə qoymuş və ağ rəngli kisəni istifadəsiz tikilidə diqqət çəkməyən yerdə, tullantıların altında gizlətmiş, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın olduğu ağ rəngli kisəni yaşadığı evə aparmamışdır. Daha sonra həmin günü yenidən “İnstagram” sosial şəbəkəsindən iranlı Abbas adlı şəxsə mesaj yazaraq narkotik vasitə qoyduğu kisəni götürdüyünü, tez bir zamanda satışına başlayacağını demiş, iranlı Abbas adlı şəxs hər gün əlaqə saxlamasını və tez bir zamanda mobil nömrə almasını tapşırmışdır. Təxminən 10 gün sonra istifadə etdiyi mobil telefonun ekranı yandığından Abbas adlı şəxs ilə əlaqəsinə davam edə bilməmiş, maddi imkanı olmadığından yeni mobil telefon almamış, vaxt keçdikcə Masallı şəhəri H.Əliyev prospektində yerləşən istifadəsiz tikilidə gizlətdiyi ağ rəngli kisədə olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satışını müştəri tapa bilmədiyindən həyata keçirə bilməmişdir. Lakin tez-tez həmin tikiliyə gizlətdiyi narkotik vasitə olan kisənin orada olub-olmasına nəzarət etmək məqsədilə getmiş, tikiliyə gedəndə orada narkotik vasitə olan qurudulmuş marixuanadan şəxsi istifadəsi üçün istifadə etmiş, 16 iyun 2023-cü il tarixdə saat 16 radələrində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan kisəni gizlətdiyi tikiliyə yenidən getmiş və orada yapışqan lentlə bağlanmış 1 ədəd büküm götürüb üzərində apardığı sellofan paketin içərisinə qoyub oradan çıxmışdır. Məqsədi 1 ədəd bükümdə narkotik vasitəni yaşadığı kəndə aparıb orada həm şəxsi istifadəsi, həm də satmaq üçün müştəri tapmaq olmuşdur. Həmin günü təxminən saat 17 radələrində Masallı şəhəri Heydər Əliyev prospekti ərazisində əlində narkotik vasitə olan qurudulmuş marixuana saxladığı sellofan paket ilə yaşadığı kənd istiqamətində piyada hərəkətdə olarkən tanımadığı 4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri gəzdirməkdə şübhəli olduğundan və orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, onlarla birlikdə Masallı RPŞ-yə gəlmiş, Masallı RPŞ-də dövlət hesabına Masallı rayon Vəkil Bürosundan vəkil X3 müdafiəçisi qismində təyin edilmişdir. Müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə təhqiqatçı Bəhmən müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini görüb əlində saxladığı sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, iştirakçılara sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni təxminən 5-6 ay öncə iranlı Abbas adlı şəxsin satış məqsədilə göndərib qoyduğu yerdən götürdüyünü və narkotik vasitənin digər hissəsini Masallı şəhər ərazisində yerləşən istifadəsiz tikilidə gizlətdiyini demişdir. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 590 qram olmuş, üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən istifadəsiz tikiliyə polis əməkdaşları və müdafiəçisi ilə birlikdə getmiş, oraya çatdıqda təhqiqatçı Bəhmən müəllim şəxsi axtarış zamanı bildirdiyi tikilidə saxladığı narkotik vasitəni gizlətdiyi yeri təqdim etməsini təklif etmiş, həmin vaxtı iştirakçıları bir neçə metr məsafə piyada apardıqdan sonra birmərtəbəli yarımçıq tikiliyə yaxınlaşıb dəmir qapıdan içəri daxil olmuş və tullantıların altında gizlətdiyi ağ rəngli kisəni polis əməkdaşlarına təqdim etmişdir. X9 tərəfindən ağ rəngli kisə təbii işıqlandırma şəraitində açılmasından ötrü tikilidən çölə çıxardılmış, kisə açıldıqda içərisindən 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana olan 5 ədəd bükümlər hər biri ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, 1-ci bükümün çəkisi 770 qram, 2-ci bükümün çəkisi 875 qram, 3-cü bükümün çəkisi 925 qram, 4-cü bükümün çəkisi 860 qram, 5-cü bükümün çəkisi 930 qram olmaqla bükümlərin ümumi çəkisi 4 kiloqram 430 qram təşkil etmiş, narkotik vasitələr qablaşdırılıb götürülmüş, protokol tərtib edilmiş və imzalanmışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs elan olunmuş ifadələrinin yalan olduğunu, müstəntiqin ona heç bir təsir və ya təzyiq etmədiyini, sadəcə “yaxşı olacaq qol çək” deməsinə aldanıb, həmin ifadələrini oxumadan imzaladığını, orada yazılanları təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində, narkotik vasitələri satış məqsədilə üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, dərhal həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi və üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 16 iyun 2023-cü il tarixdə təxminən saat 17 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində Asan Xidmətə yaxın ərazidə Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı Təqsirləndirilən şəxs əlində sellofan paket olmuş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, satış məqsədilə üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğundan Masallı RPŞ-yə dəvət etmişlər. Daha sonra onu Masallı RPŞ-nin inzibati binasında X9nin xidməti otağına gətirilmiş, orada müdafiəçi dəvət edilmiş, daha sonra video-çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sellofan torbanın içərisindən 1 ədəd yapışdırıcı lentlə bağlanmış büküm çıxardıb iştirakçılara təqdim etmiş, bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni təxminən 5-6 ay öncə İnstagram sosial şəbəkəsində tanış olduğu iranlı Abbas adlı şəxsin satış məqsədilə göndərtdirib Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən meşəlik ərazidə qoydurduğunu, narkotik vasitəni oradan götürüb bir hissəsini təqdim etdiyi üzərindəki olduğunu, digər hissəsini isə Masallı şəhər ərazisində yerləşən istifadəsiz tikilidə gizlətdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs isə üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın digər hissəsini Masallı şəhəri ərazisində yerləşən “kümə” adlanan yerdə gizlətdiyini bildirmiş, bundan sonra digər polis əməkdaşları, müdafiəçi Xudaverdi Niftiyev və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun narkotik vasitə gizlətdiyi Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən tikiliyə getmişlər. Oraya çatdıqda X9 videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs narkotik vasitəni saxladığı yeri təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs iştirakçıları bir neçə metr məsafə piyada apardıqdan sonra birmərtəbəli yarımçıq tikiliyə yaxınlaşıb tikilinin dəmir qapısından içəri daxil olmuş, tullantıların altında gizlətdiyi ağ rəngli kisəni təqdim etmiş, X9 tərəfindən ağ rəngli kisə təbii işıqlandırma şəraitində açılmasından ötrü tikilidən çölə çıxardılmışdır. Ağ rəngli kisənin içərisindən 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər 5 ədəd bükümlər hər biri ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq olunmamış, saxlanıldıqdan dərhal sonra şöbədə növbətçi hissəyə aparılıb, qeydiyyata salınmış, ondan sonra isə bir başa təhqiqatçının xidməti otağına çıxarılmışdır. Onu rəis müavininin otağına aparmamışlar, üzərində narkotik vasitə qoyulmamışdır. Bu barədə bildirdikləri tamamilə yalandır, özünü müdafiə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli Masallı RPŞ-nin rəisi Azay Ağayevə ünvanladığı “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməkdə, külli miqdarda narkotik vasitələri gəzdirməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 4) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 16 iyun 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 12) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əlində olan “THANK YOU” sözləri yazılmış qırmızı, mavi və ağ rəngli sellofan torbanın içərisində olan bükülünü təqdim edərək, həmin bükülüdəkinin qurudulmuş marixuana olduğunu bildirir. Həmin bükülüyə baxış keçirilərkən içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və çəkisinin 590 qram çəkidə olması müəyyən edilmişdir. Eyni zamanda narkotik vasitənin digər qisminin Masallı şəhəri, H.Əliyev prospektində yerləşən istifadəsiz tikilinin içərisində gizlətdiyini bildirmişdir. (c 1, i.v 29-30) İş materiallarında olan baxış keçirilməsi və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Masallı şəhəri, H.Əliyev prospektində yerləşən yoldan şərqə doğru bir mərtəbəli düzbucaqlı şəklində tikiliyə baxış aparılarkən Təqsirləndirilən şəxs tikilinin içərisində girişdən sol tərəfə istiqamətdə 2,5 metr məsafədə tullantıların altından bir ədəd ağ rəngli kisəni çıxararaq içərisində qurudulmuş marixuana olduğunu bildirir. Həmin kisəyə baxış keçirilərkən içərisindən beş ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və ümumi çəkisinin 4430 qram çəkidə olması müəyyən edilmişdir. (c 1, i.v 34-36) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/660 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -540,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 870,0 qr: -795,0 qr: -880,0 qr: -800,0 qr: -660,0 qram; ümumi təmiz çəkisi: -4005,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd paketdəki və bir ədəd kisədəki ümumilikdə 6 ədəd olmaqla ümumi təmiz çəkisi: -4545,0 qram olan marixuanalar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi -4545 qram, tədqiqata sərf olundu -0,6 qram, qalıq -4544,4 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. (c 1, i.v 43-46) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq ümumi təmiz çəkisi 4544,4 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Masallı RPŞ-yə təhvil verilmişdir. (c 1, i.v 58) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)-77/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 iyun 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 79-81) İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)-162/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (c 1, i.v 90) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasını tam çəkib qurtarmışdır. (c 1, i.v 97-98, 100-111) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 126) İş materiallarında olan Masallı RİHB-nın Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bağışov X2 rayonu, Şıxlar kəndində qeydiyyatdadır, himayəsində xx.xx.2008-ci il təvəllüdlü, xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 134-135) İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxıanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs 16 iyun 2023cü il tarixdə üzərində və istifadəsiz tikilidə satış məqsədilə saxladığı külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı götürdüyü yer üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (c 1, i.v 137-143) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 558 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. (c 1, i.v 144-145) İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, istintaqı aparılan hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin əlamətləri ilə cinayət işi ayrılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. (c 1, i.v 173) İş materiallarında olan 10 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (c 2, i.v 59-61) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı tam mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü 06 iyun 2023-cü ildə işdə olarkən, polis əməkdaşları iş yerinə gəlib onu çağırmışlar. Dərhalda onu vur-vura maşına əyləşdirib, polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təsir və təzyiqlər etməklə üzərinə narkotik vasitə qoyub çəkiliş etmişlər, müstəntiq ona CM 234.1-ci maddəsi ilə sənədləşmə aparıldığını demiş, and içmiş, özü də inanıb sənədləri imzalamışdır. Narkotik vasitənin aşkar edildiyi yerə də onu polis əməkdaşları aparmış, orada maşından özləri ilə gətirdiyi narkotik vasitə götürüb aparıb qoymuşlar. Videoçəkiliş zamanı təzyiq altında olmuş, əvvəlcədən polis əməkdaşları nə deməli olduğunu ona demişlər, qorxu altında da videoçəkiliş zamanı onların dediklərini bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs irəli sürdüyü saxlanılarkən və polis şöbəsində olarkən onlara polis əməkdaşları tərəfindən fiziki təzyiq, təhdid və pis rəftar edilməsi ilə bağlı dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq, fiziki təzyiqə, təhdidə və pis rəftara məruz qalaraq etirafedici ifadələr verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Masallı Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 10 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti aidiyyəti şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının, eləcədə müdafiəçinin suallarına cavab olaraq, təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, saxlanılarkən, polis şöbəsinə gətirilərkən polis əməkdaşlarının ona qarşı fiziki və ya psixi zor tətbiq etmədiyini bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən ona qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 558 nömrəli məhkəmə tibbi ekspertizasının rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. X12 Məhkəməsi «X1rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə, təhdidə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 53-57), xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 68-73, 183-187) qismində verdiyi ifadələrində və xx.xx.2023-cü ildə (cild İ – i.v. 79- 81) barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən verdiyi izahatında eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən, həmçinin baxış və götürmə istintaq hərəkəti zamanı söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat və ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanılmamışdan təxminən 5-6 ay öncə iranlı Abbas adlı şəxsin satış məqsədilə göndərib qoyduğu yerdən götürdüyünü və narkotik vasitəni Masallı şəhər ərazisində yerləşən istifadəsiz tikilidə gizlətdiyini, həmin istifadəsiz tikilinin “kümə” adlandığını, orada əvvəllər bir neçə dəfə fəhlə kimi işlədiyindən oranın bir müddətdir ki, istifadəsiz qalmasından və oraya kiminsə gəlməməsindən məlumatlı olduğunu, kisəyə baxdıqda orada 6 ədəd bükümdə yapışqan lentlə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördüyünü, 16 iyun 2023-cü il tarixdə saat 16 radələrində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan kisəni gizlətdiyi tikiliyə yenidən gedib və orada yapışqan lentlə bağlanmış 1 ədəd büküm götürüb üzərində apardığı sellofan paketin içərisinə qoyub oradan çıxdığını, məqsədi 1 ədəd bükümdə narkotik vasitəni yaşadığı kəndə aparıb orada həm şəxsi istifadəsi, həm də satmaq üçün müştəri tapmaq olduğunu, həmin günü təxminən saat 17 radələrində Masallı şəhəri Heydər Əliyev prospekti ərazisində əlində narkotik vasitə olan qurudulmuş marixuana saxladığı sellofan paket ilə yaşadığı kənd istiqamətində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, narkotik vasitənin ona aidiyyətinin olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə Təqsirləndirilən şəxs hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etməsini sübut edir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin yuxarıda göstərilən vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələrin ölkə ərazisində qanunsuz olaraq realizə edilməsini icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Ələt-Astara avtomobil yolunun Masallı rayonu Musaküçə kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan 168-ci kilometr yol nişanının yaxınlığında narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs dəqiq məlumatlar ötürməsini, Təqsirləndirilən şəxs isə həmin məlumatlar əsasında külli miqdarda narkotik vasitəni qoyulduğu yerdən götürərək, daha sonra gizlətməsi, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu digər şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilən zaman qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12(a)-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində vahid cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Xaqani Əhədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 4544,4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 4544,4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-170/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-170/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver