Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-170/2025 06.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, barəsində həbs qətimkan tədbiri seçilənədək Salyan rayonu Sarvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 149.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olub zorlamışdır. Belə ki, o, 11 aprel 2024-cü il tarixdə saat 23 radələrində istifadəsində olan mobil telefonun “Azar” mobil tətbiqi ilə internet sosial tanışlıq şəbəkəsi vasitəsilə tanış olduğu xx.xx.2011-ci il təvəllüdlü, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs dəvəti ilə sonuncu ilə evlənmək məqsədilə 12 aprel 2024-cü il tarixdə səhər saatlarında Salyan şəhər sakini Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 6lax şəhəri, A.Xəlilov küçəsi 21 saylı evin qarşısına gəlmiş, sonuncuya evin qarşısındakı küçədə olması barədə mobil telefonla məlumat verdikdən sonra Zərərçəkmiş şəxs evdən çıxaraq həmin avtomobilə əyləşməklə, onu Salyan rayonu Sarvan kəndindəki yaşadığı evə gətirmiş, aprelin 13-nə keçən gecə saat 00:00 radələrində yaşadığı evin həyətindəki birmərtəbəli evdə Zərərçəkmiş şəxs ilə birlikdə yemək yedikdən sonra sonuncunu özünə tərəf çəkib qucaqlayıb dodaqlarından, boynundan, paltarının üzərindən döşlərindən öpməyə başlayaraq əynindəki paltarlarını çıxardaraq özü də soyunmuş, həmin vaxt Zərərçəkmiş şəxs onun ereksiya vəziyyətində olan cinsiyyət orqanını görüb qorxaraq 14 yaşının tamam olmadığını, 13 yaşının bir neçə ay əvvəl tamam olduğunu və məktəbli olduğunu bildirməsinə əhəmiyyət vermədən Zərərçəkmiş şəxs orta məktəb şagirdi olması və təvəllüdü haqqında məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını etibarlı şəkildə bilib dərk edərək, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etmək qərarına gəlib sonuncunu yatağa uzadıb özü də onun yanında uzanmaqla bədəninin müxtəlif üzvlərindən öpməklə, əli ilə onun cinsiyyət orqanını sığallamağa başlayaraq, Zərərçəkmiş şəxs ona qarışılıq vermədən kənara itələyib öz ayaqlarını bükərək mane olmağa çalışmasına baxmayaraq Zərərçəkmiş şəxs ona müqavimət göstərmək imkanında olmamasından və özünün fiziki üstünlüyündən istifadə edərək ayaqlarını aralamaqla ereksiya vəziyyətində olan öz cinsiyyət üzvünü iradəsi əleyhinə Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edib sonuncu ilə təbii yolla cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozmaqla zor tətbiq etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onu zorlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında mobil telefonun “Azar” mobil tətbiqi ilə internet sosial tanışlıq şəbəkəsi vasitəsilə canlı yayım açmış, həmin vaxt canlı yayıma sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs daxil olmuş, onunla həmin sosial tanışlıq şəbəkəsində tanış olmuşdur. Zərərçəkmiş şəxs ona iyirmi üç yaşı olduğunu, əvvəllər evli olub boşandığını, atasının vəfat etdiyini, anasının isə onu atdığını, hal-hazırda nənəsi ilə birlikdə yaşadığını, nənəsinin də ona “gün verib, işıq vermədiyini” bildirmişdir. Zəhraya özünün də əvvəllər evli olub boşandığını, istəsə onunla ailə qura biləcəyini demişdir. Zəhra ona demişdir ki, onunla ailə qurmaq niyyəti varsa ünvan 6lax şəhərinə gəlsin. O, səhərsi gün taksi ilə ünvan 6lax şəhərinə, Zəhranın “Whatsapp” mobil tətbiqi vasitəsilə “konum” atdığı ünvana getmiş, oradan Zəhra ilə birlikdə taksi ilə yaşadığı Salyan rayonu Sarvan kəndinə yola düşmüşdür. Yolda olarkən əvvəlcə avtomobilin ön sərnişin hissəsində əyləşmiş, “ünvan 6lax” körpüsü adlanan yeri keçdikdən sonra avtomobili saxlatdıraraq avtomobildən düşüb arxa oturacaqda Zəhranın yanında əyləşmiş daha sonra yola davam etmişlər. Yolda olarkən Zəhra başını onun sinəsinə qoymuş, Zəhranın saçlarını sığallamış, lakin evdə olarkən Zəhra ilə cinsi əlaqədə olmamış, hətta buna imkanı belə olmamışdır. İşdən evə qayıtdıqdan sonra polis əməkdaşları onu saxlayaraq özləri ilə ünvan 6lax RPŞ-nin inzibati binasına aparmışlar. Zəhranı yaşadığı evə gətirdikdən sonra “wifi” aparatının parolunu ona demiş, Zəhranın mobil telefonu daim üzərində olmuş və mobil telefondan zəng etmək imkanı olmuşdur. Salyan rayon prokurorluğunun müstəntiqi ona “Sən bu qızla cinsi əlaqədə olmağını boynuna alsan sənin əməlini Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsindən 152-ci maddə ilə əvəzləyəcəyik” dediyindən Zəhra ilə cinsi əlaqədə olduğunu etiraf etmiş, lakin ittiham aktını oxuduqda Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirləndirildiyini bilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zəhra ilə ilk dəfə görüşdükdə ondan yaşını öyrənmək məqsədi ilə şəxsiyyət vəsiqəsini istəmiş, lakin o, şəxsiyyət vəsiqəsinin anasında qaldığını bildirmiş, Zəhra ona yaşı barəsində yanlış məlumat vermiş, onun azyaşlı olmasını anlamamışdır. Zəhranın azyaşlı olduğunu bilsəydi onunla münasibət qurmazdı. Zəhra ilə cinsi əlaqədə olmamışdır. Özünü yalnız Zəhranı ünvan 6lax rayonundan evinə gətirməkdə təqsirli bilir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 11 aprel 2024cü il tarixdə gecə saat 23 radələrində istifadə etdiyi “Azar” sosial şəbəkə proqramına daxil olmuş, 12 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində isə həmin sosial şəbəkədə canlı yayımda əvvəllər tanımadığı, sonradan adını bildiyi ünvan 6lax şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zəhra ona atasının öldüyünü, anasının Bakı şəhərində yaşadığını, özünün 22 yaşı olduğunu bildirmişdir. O da həmin vaxt Zəhraya 43 yaşı olduğunu, evli olub ayrıldığını və hazırda ailə qurmaq istədiyini bildirmişdir. Zəhra da onunla ailə qurmağa razı olduğunu demiş, daha sonra bir neçə saat Zəhra ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə danışmağa başlamışdır. Zəhra onunla evlənmək istədiyini və onunla qaçmağa razılıq verdiyini bildirdiyi üçün ünvan 6lax şəhərinə getməyi qərara almışdır. Həmin gecə Salyan rayonundan tanışı olan taksi sürücüsü Şahid1 zəng vurmuş və yaşadığı evə gəlməsini istəmişdir. Bir neçə dəqiqədən sonra Elçin yaşadığı evə gəlmiş və o evlənmək üçün onun avtomobilində ünvan 6lax şəhərinə gedib qız gətirəcəyini bildirmişdir. Elçinlə ünvan 6laxa gedib qayıtmağa görə 120 manata razılaşdıqdan sonra gecə saat 04 radələrində Elçinlə birlikdə Salyan rayonundan çıxıb ünvan 6lax şəhərinə yola düşmüşlər və səhər saat 08 radələrində ünvan 6lax şəhərinə çatmışlar. Yol boyunca Zəhra ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb danışmışlar və Zəhra ünvan 6lax şəhərində yaşadığı evin yerini “konum” vasitəsilə ona göndərmişdir. ünvan 6lax şəhərinə çatdıqda Zəhranın atdığı “konum”la onun yaşadığı evin yerini tapıb həmin yerə gəlmişlər. Daha sonra Zəhra evdən çıxmış və gəlib onların avtomobilində arxa oturacaqda əyləşmişdir. Onlar Salyan rayonuna yola düşmüşlər və təxminən saat 13 radələrində Elçin onları evin qarşısında düşürtmüşdür. Həmin vaxt anası Səbrinaz həyətdə olmuşdur. Üstündə pul az olduğundan anası Səbrinazdan əlavə 20 manat da alıb küçəyə çıxıb Elçinə yol pulu vermişdir və Elçin çıxıb getmişdir. O, yenidən həyətə qayıtdıqda artıq Zəhra ilə anası Səbrinaz evdə öz aralarında mehribancasına söhbət etmişlər. Evə daxil olduqdan sonra anası Səbrinaz ona Zəhranın yaşının az olduğunu və Zəhranı geri qaytarmaq lazım olduğunu bildirmiş, anasının bu sözündən sonra Elçinin kafedə Zəhranın yaşının az olmasını dediyi söz yadına düşmüş və bunun ardınca anasının da Zəhranın yaşının az olmasını deməsi onu şübhələndirmişdir. O, isə anasına hazırda bərbər dükanına iş görməyə gedəcəyini və evə gəldikdən sonra bu barədə söhbət edəcəklərini bildirib evdən çıxıb işlədiyi bərbər dükanına getmişdir. Bərbər dükanında iş görərkən Zəhra “İnstagram” vasitəsilə ona sms yazaraq işdə yubanmamasını və evə tez gəlməsini istəmişdir. O da Zəhraya əlindəki işləri bitirib qayıdacağı cavabını yazmışdır. Həmin gün axşamadək dükanda bir neçə müştərinin saçını qırxmış, hazırda həmin müştərilərdən yalnız qohumları Həmidi və Samiri xatırlamışdır. O, təxminən saat 22 radələrində işini bitirib evə gəldikdə anası Səbrinaz və Zəhra evdə olmuşlar. O, bərbər dükanında işdə olan zaman Zəhra onların hamamında çimmişdir. O da evə gəldikdən sonra hamama girib çimmişdir. Bundan sonra aprelin 13-nə keçən gecə təxminən saat 00:00 radələrində yaşadığı evin həyətində olan birmərtəbəli evə gəlmiş, çünki Zəhra da həmin evdə olmuş, anası isə yuxarı evdə öz otağında yatmışdır. Zəhra kolbasa-çörək doğramış və onlar birlikdə yemək yemişlər. Bundan sonra Zəhranı özünə tərəf çəkib qucaqlayıb dodaqlarından, boynundan, paltarının üzərindən döşlərindən öpməyə başlamışdır. O, Zəhranı öpdükcə ehtirasa gəldiyi üçün əynini tam soyunub lüt vəziyyətdə qalmışdır. Onun ehtirası tam qalxmışdır. Zəhra onun ereksiya vəziyyətində olan cinsiyyət orqanını görüb qorxmuş və həmin vaxt ilk dəfə olaraq ona demişdir ki, onun 14 yaşı tamam olmayıb, 13 yaşı bir neçə ay əvvəl tamam olub, məktəblidir. O, ehtiras içində olduğumdan artıq Zəhranın yaşının az və məktəbli olmasını deməsinə əhəmiyyət verməyib onun əynindəki paltarını tam soyundurub lüt vəziyyətdə yatağa uzatmış, sonra yanında uzanıb onun lüt bədəninin müxtəlif hissələrini, döşlərini, göbəyini, dodağını və boynunu öpməyə, əli ilə Zəhranın cinsiyyət üzvünü sığallamağa başlamışdır. Zəhra ona qarşılıq verməmiş və onu sinəsindən itələyib öz ayaqlarını bükmüşdür. O, təkrar Zəhranın üstünə uzanıb yenidən onu qucaqlayıb dodağını öpüb döşlərini əmməyə başlamışdır. Zəhra qorxduğu üçün ona qarşılıq verməyib yenidən onu sinəsindən itələyib məktəbli olduğunu, evlərinə getmək istədiyini demiş, lakin artıq o öz güclü ehtiraslarına dözə bilməyib Zəhranın ayaqlarını aralayıb ereksiya vəziyyətində olan öz cinsiyyət üzvünü Zəhranın cinsiyyət orqanına daxil edib təkan verərək Zəhra ilə təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. O, öz cinsiyyət orqanını Zəhranın uşaqlıq yoluna daxil edərkən Zəhra qışqırmış və Zəhra ilə bir neçə dəqiqə cinsi əlaqədə olduqdan sonra kənara boşalmışdır. O, öz cinsiyyət orqanını Zəhranın cinsiyyət orqanından çıxardanda həm özünün, həm də Zəhranın cinsiyyət orqanın qana bulaşmışdığını görmüş və Zəhranın qız uşağı olduğunu, onun bakirəliyini pozduğunu başa düşmüşdür. Bundan sonra Zəhra onunla bir yataqda gecələmişdir. Səhər saatlarında isə yuxudan ayılıb evdən çıxıb yenidən bərbər dükanına işə getmişdir. Həmin gün günorta saatlarında bərbər dükanında olarkən polis əməkdaşlarının evə gəlib Zəhranı Salyan RPŞ-nə apardıqlarını eşitmişdir. Həmin gün axşam saat 16 radələrində bərbər dükanında olarkən polis əməkdaşları gəlib onuda Salyan RPŞ-nə aparmışlar. Daha sonra polis əməkdaşları onları ünvan 6lax RPŞnə aparmışlar. Tutduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əlavə olaraq bildirmişdir ki, Zəhra ilə tanış olanda Zəhra ona 22 yaşı olduğunu desə də yolda taksi ilə gələndə kafedə olarkən Elçinin, daha sonra isə evdə anasının ona Zəhranın yaşının az olmasını, onun uşaq olmasını dediklərində artıq Zəhranın azyaşlı olduğundan şübhələnməyə başlamışdır. Daha sonra isə Zəhra ilə cinsi əlaqədə olmamışdan əvvəl Zəhra ona 13 yaşının təzəlikcə tamam olduğunu demiş və həmin vaxt Zəhranın azyaşlı olduğundan tam arxayın olmuşdur, lakin buna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olmuşdur, çünki artıq ehtiraslanmış və özünü saxlaya bilməmişdir. Zəhra ilə cinsi əlaqəyə girmək istəyəndə Zəhra onun cinsiyyət orqanını görüb qorxmuş, ona əvvəlcə yaşının 13 olduğunu demiş, onu soyundurandan sonra Zəhra əli ilə onun sinəsindən itələmiş və ayaqlarını birləşdirərək sinəsinə tərəf bükmüşdür ki, onunla cinsi əlaqədə ola bilməsin. Buna baxmayaraq Zəhra ondan güc baxımından zəif olduğu üçün zorla onun ayaqlarını bir birindən aralamış və onun müqavimətini qırıb onunla iradəsi əleyhinə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq göstərdi ki, həmin ifadənin sonundakı imza ona məxsusdur, ifadə verərkən müdafiəçisi də iştirak etmiş, lakin ifadəni oxumadan imzalamışdır. Həmin ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə heç vaxt cinsi əlaqədə olmamasını və əlil olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş edir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə “Azar” adlı virtual tanışlıq tətbiqində tanış olmuş, belə ki, o, həmin proqramda canlı yayım açarkən Sanar canlı yayıma daxil olaraq “Salam. Necəsiz xanım?” məzmunlu ismarıc yazmışdır. O, Sanarı həmin proqramda əngəllədikdən sonra, o digər səhifədən yenidən yazaraq “Tiktok” tətbiqində istifadə etdiyi hesabı istəmiş, o da öz hesabını ona vermişdir. Bundan sonra Sanar onu “Tiktok” tətbiqindən izləməyə başlamışdır. Dəqiq xatırlamadığı tarixdə Sanar onu gəzməyə çağırmış, o da Sanara yaşadığı ünvanın “konumu”nu mobil tətbiq vasitəsilə göndərmişdir. Bundan sonra Sanar taksi ilə ünvan 6lax şəhərinin hava limanının yaxınlığında yerləşən yaşadığı evə gəlib onu götürmüşdü. Taksiyə əyləşdikdə Sanar ona heç bir söz deməmiş, daha sonra avtomobilin arxa oturacağına əyləşərək ona 25 yaşı olduğunu demiş, o isə Sanara 25 yaşda olana oxşamadığını bildirmişdir. Sanar ona “Vallah, atamın qəbrinə and olsun ki, 25 yaşım var” demişdir. Onlar taksi ilə yolda olarkən taksi sürücüsü “Susamışam. Ucarda çay içək?” deyərək avtomobili Ucar rayonu ərazisində yol kənarında yerləşən kafelərdən birinin qarşısında saxlamış, Sanar və sürücü avtomobildən enib çay içməyə getmiş, o isə çay içmək istəmədiyini bildirərək avtomobildə oturmuşdur. Onlar çay içdikdən sonra Sanar çayın pulunu verərkən sürücü avtomobilə əyləşib ondan neçə yaşının olduğunu soruşmuş, sürücüyə 14 yaşının olduğunu bildirdikdə sürücü Sanarın onun 18 yaşı olduğunu dediyini bildirmişdir. Daha sonra Sanar da gəlib taksiyə oturmuş və yola davam etmişlər. Yolda olarkən Sanar onunla bir günlük Salyana gedərək qalmağı təklif etmiş, Salyana onu evlənmək məqsədi ilə apardığını, evli olub boşandığını, iki övladının olduğunu bildirmişdir. Salyan rayonu ərazisində marketin yaxınlığında Sanardan marketdən onun üçün dondurma almasını xahiş etmiş, Sanar avtomobildən düşüb marketə getdikdən sonra taksi sürücüsünə onu geri evə qaytarmasını, yol pulunu anasının verəcəyini desə də, sürücü uzaq yol gəldiklərini, onu geri qaytara bilməyəcəyini bildirmişdir. O, sürücüyə uzaq yol gəlmələrinin onun istəyi ilə olmadığını, evdən gəzmək üçün çıxdığını dedikdə sürücü Sanarın onu Salyana evlənmək məqsədi ilə apardığını bildirmişdir. Daha sonra onlar Sanarın yaşadığı evə çatmış, Sanar və sürücü arasında pula görə mübahisə olmuşdur. Sanarın anası onunla görüşüb “Sən Sanarın neçə yaşda olduğunu bilirsən?” deyə soruşduqda Sanarın 25 yaşda olduğunu bildiyini demiş, anası Sanarın 40-41 yaşının olduğunu bildirmişdir. Sanarın anası ona Sanarın əvvəllər də evə çox qız gətirdiyini demişdir. O, Sanarın anasına onu evə göndərə biləcəyi təqdirdə anasının yol pulunu verə biləcəyini bildirmiş, Sanarın anası isə taksilərin olmadığını demişdir. O Sanarın anasından 102-yə zəng etməsini xahiş etmiş, Sanarın anası qorxduğunu bildirirək bundan imtina etmişdir. Sanar axşam evə gələndə o, Sanarın anası ilə yatmış, anası toya hazırlıq üçün qohumlarının evinə getdikdən sonra günorta saatlarında o evin aşağı otağında yerləri yığışdıraraq uzanmış, Sanar həmin otağa daxil olaraq onunla zorla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, nənəsi, babası, bacısı, dayısı və dayısıoğlu ilə birlikdə ünvan 6lax şəhərində yaşayır, evdən çıxarkən mobil telefonunu götürmüş, üzərində başqa heç bir əşya götürməmiş, mobil telefonunda simkart olmadığı üçün həmin telefondan zəng etmək üçün istifadə edə bilməmiş, yolda olarkən Sanar mobil telefondan istifadəyə icazə verməmiş, Sanar növbəti gün ona qonşunun “wifi” aparatının parolunu dedikdən sonra həmin internet şəbəkəsindən istifadə etməklə anası ilə əlaqə saxlaya bilmiş və anasına Salyan rayonunda olduğunu bildirmişdir. Sanar onunla evin həyətindəki birmərtəbəli yaşayış yerinin otağında, həmin otaqda olan çarpayının üzərində cinsi əlaqədə olmuşdur. Sanar həmin otağa daxil olanda əlində mətbəx bıçağı olmuş, onlar birlikdə yemək yemiş, yemək zamanı Sanar spirtli içki qəbul etmiş, ona da spirtli içki qəbul etməyi təklif etsə də, bundan imtina etmişdir. Bundan sonra Sanar onunla cinsi əlaqədə olmaq istəyərkən ona etirazını bildirmiş, Sanar onunla cinsi əlaqədə olmayacağı təqdirdə öldürəcəyi ilə hədələmiş, Sanar əvvəlcə özü paltarlarını çıxarmış, daha sonra onun paltarlarını çıxararaq əllərini arxadan iplə bağlamış, paltarları çıxararkən həmin paltarlarda hər hansı zədə əmələ gəlməmiş, əlləri bağlı olduğundan ona müqavimət göstərə bilməmiş, həmçinin Sanar otağa daxil olduqdan sonra otağın qapısını bağladığından, otaqdan qaçmağa cəhd göstərməmişdir. Sanar zorla onunla təbii yolla cinsi əlaqədə olmuş, ayaqları ilə Sanarı itələyərək ona müqavimət göstərməyə çalışmışdır. Sanar onunla Salyan rayonuna gəldikdən sonra növbəti gün cinsi əlaqədə olmuşdur. Sanar onunla bir dəfə təbii yolla cinsi əlaqədə olmuş, bu barədə heç kəsə məlumat verməməsi ilə bağlı onu tənbeh etmişdir. Sanarın anasına dəfələrlə ailəsinə bu barədə məlumat verməsini desə də, o, Sanarı nəzərdə tutaraq “o, psixdir” demişdir. O, Ucar rayonu ərazisində olarkən Sanar və sürücü çay içməyə kafeyə getdikdə, o maşında oturmuş, sürücü avtomobilin qapılarını bağlamış, avtomobilin arxa yan şüşələrinə tünd rəngli “plyonka” çəkildiyindən içəridən kafenin ətrafında başqa adamların olub-olmamasını görməmişdir. “Azar” mobil tətbiqindəki hesabında yaşı qeyd olunmamışdır. Sanardan şikayətçidir, onunla barışmamışdır. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə məhkəmədə verdiyi ifadə arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 12 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində “Azar” həmin proqramdan istifadə edərkən canlı yayımda Salyan rayonu Sarvan kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, Sanar həmin vaxt ona 25 yaşı olduğunu bildirdiyi üçün onunla tanış olmuş və dost kimi münasibət saxlamağa razılaşmışdır. Daha sonra internetdən “İnstaqram” sosial şəbəkəsini də telefonuma yükləmiş və Sanarla həmin sosial şəbəkə vasitəsilə əlaqə saxlamağa başlamışdır. Sanar onunla görüşmək istəmiş və o da Sanara yaşadığı ünvandan telefonla “konum” atıb yerini ona bildirmişdir. 12 aprel 2024-cü il tarixdə səhər saat 10 radələrində Sanar ona “İnstaqram” sosial şəbəkəsi vasitəsilə zəng vurub yaşadığı evin yaxınlığında olduğunu bildirmiş, o da evdə heç kimə bir söz demədən küçəyə çıxıb Sanarın gəldiyi, Mercedes markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşmişdir. Sanar həmin vaxt qabaq sağ oturacaqda oturmuş, digər tanımadığı şəxs isə avtomobili idarə etmişdir. Sanar ona demişdir ki, “gedək gəzək və daha sonra gətirib səni yaşadığın evə qaytaracam”. O, avtomobildə görmüşdür ki, Sanar onu aldadıb və onun yaşı dediyindən lap çoxdur. Daha sonra Sanar avtomobilin sürücüsünə Salyan rayonuna sürməyi bildirmişdir. Sürücü də onun sözü ilə avtomobili Bakı şəhəri istiqamətində idarə etməyə başlamışdır. Sanara onu evə qaytarmasını israrla bildirsə də, Sanar buna məhəl qoymadan yolunu davam etdirmişdir. Ucar rayonu ərazisində Sanar avtomobili saxlatdırıb çay içməyi təklif etmiş, həmin vaxt Sanarla sürücü çay içmək üçün avtomobildən düşmüşlər. O, yenə də israrla Sanara onu evə qaytarmasını, evdən onu axtaracaqlarını və orta məktəbdə oxuduğu üçün dərsə gətməli olduğunu bildirmişdir. Sanar isə ümumiyyətlə, onun bu sözlərinə əhəmiyyət verməyib onu öldürəcəyi ilə hədələmişdir. O da Sanardan qorxduğu üçün heç nə deyə bilməmiş, Sanar onunla evlənəcəyini bildirdikdə, o isə ona uşaq olduğunu, onunla yalnız ünvan 6lax rayonu ərazisində gəzdikdən sonra onu evə qaytaracağına razılaşdığını və onunla evlənmək istəmədiyini bildirmişdir. Sanar sürücü ilə Ucar rayonunda çay içdikdə, o da məcburən onlarla oturmuş, lakin çay içməmişdir. Daha sonra onlar yenidən yola düşmüşlər. O, Salyan rayonuna gələnə qədər yolboyu eyni sözləri demiş, Sanar isə ona gözünü bərəldib qorxudaraq sözlərinə əhəmiyyət verməmişdir. Sanarın yaşadığı Salyan rayonu Sarvan kəndinə çatdıqdan sonra Sanar mağazadan ərzaq alması üçün sürücüyə avtomobili saxlamasını bildirmişdir. O, həmin vaxt avtomobildə olmuş, sürücüyə onu geri qaytarmasını bildirmiş, sürücü isə yol uzaq olduğu üçün yorğun olduğunu və bunu Sanara deməsini bildirmişdir. Daha sonra Sanar qayıdıb gəlmiş və sürücü onları Sanarın yaşadığı evə aparıb saat 13 radələrində orada düşürtmüşdür. O, Sanarla həyətə daxil olmuş, həyətdə onun anası olmuş, daha sonra Sanar taksiyə vermək üçün evdən pul götürüb çölə çıxmışdır. Həmin vaxt Sanarın anası ona neçə yaşı olduğunu bildirdikdə isə 14 yaşa yenicə keçdiyini bildirmişdir. Sanarın anası ona Sanarın əvvəllər də bir neçə dəfə cinsi əlaqədə olmaq üçün evə qadın və qız gətirdiyini, Sanarın əvvəllər evli olub ayrıldığını və ondan 2 uşağı olduğunu, Sanarın bu hərəkətlərindən bezdiyini ona demişdir. O, anası ilə söhbət etdikdə Sanar evə qayıtmış, daha sonra Sanar evdən çıxıb kənd ərazisində işlədiyi bərbər dükanına getmişdir. O, yenidən Sanarın anası ilə evdə qalmış, Sanarın anası ona həmin gün kənd ərazisində qohumlarının toy mərasimi olduğunu və bir azdan oraya gedəcəyini bildirmişdir. Sanarın anasına onu da toya aparmasını istəmişdir ki, oradan qaçıb yaşadığı evə getsin. Anası ona polisdən qorxduğu üçün onu ora apara bilməyəcəyini bildirmişdir. Sanagilin evində olarkən ora bir qız gəlmiş, həmin qız ondan neçə yaşının olduğunu soruşmuş və ona 14 yaşına yenicə keçdiyini bildirmişdir. Həmin qız da ona Sanarın əxlaqsız adam olduğunu, əvvəllər də evə bir neçə dəfə qadın-qız gətirdiyini, camaatın onun əlindən qızını çölə buraxa bilmədiyini xəbər vermişdir. Daha sonra həmin qız evdə mobil telefonla oynamışdır. O, isə içəri otaqda yatmışdır. Həmin gün saat 22 radələrində Sanar evə gəlmiş, Sanar yemək istədiyi üçün məcbur qalıb həyətdəki digər evdə Sanara yemək vermiş, yemək yedikdən sonra aprelin 12-dən 13-ə keçən gecə saat 00:00 radələrində Sanar onun bədəninin müxtəlif yerlərindən öpməyə və bədən üzvlərini oynatmağa, daha sonra əynində olan paltarları çıxarmağa başlamışdır. O, Sanara bakirə olduğunu, 13 yaşı olduğunu olduğunu və onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, Sanar isə sözlərinə məhəl qoymadan onu tamamilə lüt soyundurmuş və özü də lüt soyunmuşdur. Sanar onu lüt vəziyyətdə otaqda olan çarpayıya uzadıb yenə də onun bədən üzvlərini öpüb əlləri ilə toxunmağa başlamışdır. Bu zaman əli ilə Sanarın sinəsindən itələmiş, Sanar təkrar ona yaxınlaşıb cinsi əlaqədə olmaq istəyəndə yenidən onu sinəsindən itələyərək ayaqlarını bükərək müqavimət göstərmiş, lakin Sanar fiziki cəhətdən ondan güclü olduğu üçün onun ayaqlarını məcbur aralayıb öz kişi cinsiyyət üzvünü onun qadın cinsiyyət üzvünə daxil edib bir neçə dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. Növbəti gün yəni 13 aprel 2024-cü il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra Sanar artıq evdə olmamış, həmin vaxt ünvan 6lax RPŞ-dən istifadəsində olan mobil telefonuna teleqram proqramı vasitəsilə zəng gəlmiş və onun harada olduğunu soruşmuşlar. Sanar onu ünvan 6lax şəhərindən Salyan rayonu Sarvan kəndinə yaşadığı evə apardığı və Sanarın evində olduğu müddətdə özünə məxsus mobil telefonu istifadəsində olmuşdur. O, həmin vaxt polis əməkdaşlarına Salyan rayonu Sarvan kəndində olduğumu bildirmişdir. Daha sonra həmin gün Salyan RPŞ-nin əməkdaşları Sanarın yaşadığı evə gəlib əvvəlcə onu, bir neçə saatdan sonra isə Sanarı Salyan RPŞ-nə oradan da ünvan 6lax PRŞ-nə aparmışlar. Zərərçəkmiş şəxs həmin ifadəsində əlavə olaraq bildirmişdir ki, ilkin izahat və ifadəsində qorxduğu üçün Sanarın onunla cinsi əlaqədə olmadığını demiş, əslində isə Təqsirləndirilən şəxs onunla 2024-cü il aprelin 12-dən 13-nə keçən gecə saat 00:00 radələrində yaşadığı evdə cinsi əlaqədə olaraq öz kişi cinsiyyət üzvünü onun qadın cinsiyyət üzvünə daxil edərək bir neçə dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. Bu müddət ərzində Təqsirləndirilən şəxs onunla cəmi bir dəfə öz yaşadığı evdə təbii yolla yəni qadın cinsiyyət üzvündən cinsi əlaqədə olmuşdur. O, həmin vaxt bundan imtina edərək Sanara bunu etməməsini bildirsə də, Sanar ona qarşı zor tətbiq edəcəyi yəni öldürəcəyi ilə hədələyib onunla cinsi əlaqədə olmuşdur. Sanar onunla qeyri-təbii yolla yəni arxa nahiyədən cinsi əlaqədə olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs başqa heç kimlə cinsi münasibəti olmamışdır. 12 aprel 2024-cü il tarixdə saat 13 radələrində Sanarın yaşadığı evə gəldikdən sonra Sanarın anası Səbrinaz ondan yaşını soruşmamışdır. Sanar özü anasına onun 17 yaşı olduğunu bildirmişdir. Daha sonra anası qonşudan qayıdanda ona yaşının az olduğunu və hazırda 14 yaşının içərisində olduğunu bildirmişdir. O, Sanarın anasına onun üçün fərqi olmadığını və Sanarla ailə qurmaq istədiyini bildirməmişdir. Həmin gün axşam isə Sanarın anası ilə yatmamışdır. O, Sanara evlənmək və ona qoşulub qaçmaq barədə heç nə yazmamışdır. Sanar ona ünvan 6laxa gəlib onu şəhər ərazisində parkda gəzdirəcəyini bildirdiyi üçün o da Sanarı ünvan 6laxa dəvət edib daha sonra ona olduğu yer barədə konum ataraq həmin yerə gəlmişdir. O, taksi sürücüsünə 13 yaşının olması barədə heç nə deməmiş, bu barədə yalnız maşında Sanara bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən öz istifadəmdə olan mobil telefonla anası, sonra isə polis əməkdaşları ilə danışmışdır. Onlar Ucar rayonunda olarkən taksi sürücüsünün idarə etdiyi avtomobilin düyməsini basdığı üçün qapılar bağlı olduğundan heç bir yerə düşə bilməyib qaça bilməmişdir. Ucar rayonunda olarkən Sanara “mən maşında qalıram sən get çayını iç, sonra məni apar evimə” demiş, Sanar isə onu Salyan rayonuna aparacağını bildirmişdir. Ucar rayonunda onlar çay içərkən sonradan onlarla əyləşmişdir. Lakin, onun evə qaytarılması barədə heç nə deyilməmişdir. Həmçinin onlara Salyana getmək istəməsi barədə heç nə deməmişdir. 12 aprel 2024-cü il tarixdə Sanarın olduğu avtomobilə əyləşdikdən sonra salamlaşmış və söyüşlə zarafatca Sanarın başına bir şillə vurmuşdur. O, elə zənn etmişdir ki, Sanar onu ünvan 6lax ərazisində gəzdirdikdən sonra yenidən yaşadığı evə qaytaracaqdır. Ucar rayonunda maşından düşdükdən sonra Sanarla qol-qola gəlməmiş, evə qayıtmayacağı barədə heç nə bildirməmişdir. Sanarın yaşadığı evdə olarkən mobil telefonunda onunla olan yazışmaları silmiş, ünvan 6lax RPŞ-nin əməkdaşları onları Salyan rayonundan gəlib apardıqdan sonra mobil telefonu anasına vermişlər. Anası da həmin mobil telefonu vurub sındırmışdır. Məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə elan olunduqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi qız bildiyinə görə Sanarın qohumu olmuş, həmin qız Sanarın anası qohumlarıgilə getdikdən sonra onu Sanargilin evində gördüyü üçün kim olduğunu soruşmaq üçün gəlmiş, həmin qızın yaşı təxminən 16 olmuş, həmin qız da Sanar barədə mənfi fikirlər söyləmiş, Sanarın anası həmin qızın onunla söhbət etdiyini bildikdən sonra evə qayıtmış, yenidən evdən çıxdıqda evin qapısını bağlamıdır. Bu hadisəyə qədər cinsi əlaqənin nə olduğunu bilməmişdir. Sanarın əlindəki bıçaq mətbəx bıçağı olmuşdur. Sanar onunla gecə saatlarında deyil günorta saatlarında cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 12 aprel 2024-cü il tarixdə saat təxminən 04 radələrində evdə yatarkən oğlu Sanar onu yuxudan oyadıb ünvan 6lax şəhərindən bir qızla tanış olduğunu və onu evə gətirmək istədiyini bildirmişdir. Sanar onu sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə danışdırmış, Zəhra ondan “Mən gəlsəm mənə orada yaşamağa icazə verərsən, yoxsa qovarsan?” deyə soruşduqda əgər Sanar ilə ailə qurmağa razıdırsa onların ailə qurmasına razı olduğunu demişdir. Daha sonra Sanar taksi tutub Zəhranı gətirməyə getmiş, səhər saatlarında Sanar Zəhra ilə birlikdə evə gəlmişdir. Həmin vaxt Zəhranın saçlarının dağınıq, üst-başının çirkli olmasını görmüş, Zəhraya hamamda çimməyi bildirmişdir. Zəhra hamamda çimib çıxdıqdan sonra ona Sanarın ailəsi, uşaqları olduğunu dedikdə Zəhra onun üçün bunun önəmli olmadığını demişdir. O, Zəhraya uşağa bənzədiyini dedikdə o, 21 yaşının olduğunu demişdir. Ona inanmadığını, onun uşağa bənzədiyini, Sanarın neçə yaşda olmasını bilib-bilmədiyini soruşduqda Zəhra ünvan 6laxda 13 yaşda qızların 50 yaşda kişilərə ərə getdiklərini bildirmişdir. O, Zəhradan anası və atası barədə soruşduqda Zəhra atasının rəhmətə getdiyini, anasının ona baxmadığını, orada-burada gəzdiyini, onunla maraqlanmadığını demişdir. O, Zəhradan anası barədə nəyə görə bu fikirdə olmasını soruşaraq ondan anasının əlaqə nömrəsini istəmiş, Zəhra anasının polisə işlədiyini, ona məlumat veriləcəyi halda polis əməkdaşlarının evə gələcəyini demiş, o təkrarən anasının əlaqə nömrəsini verməsinə israr etdikdə, Zəhra mobil telefonunda simkart olmadığını, mobil telefonda yalnız oyunlar oynadığını bildirərək anasının nömrəsini verməkdən imtina etmişdir. Buna baxmayaraq o, Zəhraya bununla bağlı israr edərək ondan anasının əlaqə nömrəsini almış və Zəhranın anasına zəng etmişdir. Zəhranın anası ilə telefon danışığı zamanı Zəhranın anası ona Zəhranın anlaqlı olmadığını, tez-tez evdən qaçdığını, onu gəlib götürənə qədər heç hara getməsinə imkan verməməyi, bunun müqabilində ona pul verəcəyini demişdir. Bundan sonra polis əməkdaşları onların yaşadığı evə gələrək Zəhranı özləri ilə aparmış, Sanar isə həmin vaxt işdə olmuşdur. Şahid X5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zəhranın azyaşlı olduğundan şübhələnsə də, bu barədə ondan soruşduqda Zəhra 21 yaşı olduğunu demiş, Zəhra öz istəyi ilə gəldiyi üçün onun Sanarla qalmasına etiraz etməmiş, 12 aprel 2024-cü ildən 13 aprel 2024-cü ilə keçən gecə Zəhra Sanarla bir yerdə qalmış, Sanarın Zəhra ilə cinsi əlaqədə olub-olmaması barədə məlumatı olmamış, Zəhra gələrkən özü ilə heç bir əşya gətirməmiş, o Zəhraya geyinmək üçün heç bir paltar verməmişdir. O, Zəhranın anası ilə 13 aprel 2024-cü il tarixdə telefon əlaqəsi yaratmışdır. Sanar bundan əvvəllər də, evlənmək məqsədi ilə evə qız gətirmiş, həmin qız xəstə olduğundan onu evlərinə qaytarmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 il avtobus sürücüsü kimi fəaliyyət göstərmiş, hazırda ona məxsus olan Mercedes Eclass markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs bir neçə dəfə müştəri kimi avtomobili ilə müxtəlif yerlərə aparmışdır. Özünün 1-ci Qarabağ müharibəsi veteranı, oğlunun Vətən müharibəsi qazisi olması ilə əlaqədar Sanarın əlilliyinə görə ona insan kimi yazığı gələrək daim ona kömək etməyə çalışmışdır. Halhazırda xatırlamadığı tarixdə Sanar ona zəng edərək ünvan 6lax rayonuna gedib sevgilisini gətirmək istədiyini bildirmişdir. O Sanara xəstə olduğunu, böyrəyində daş olduğunu bildirərək onu apara bilməyəcəyimi demiş, Sanar israr edərək onu ünvan 6lax rayonuna aparıb-gətirməsi qarşılığında 80 azn pul verəcəyini bildirmişdir. Onlar həmin gün onun avtomobili ilə yola düşərək səhər tezdən ünvan 6lax rayonuna çatmışlar. Bir müddət sonra sonradan adını bildiyi Zərərçəkmiş şəxs gəlib avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, avtomobilə əyləşdikdən sonra arxadan sillə ilə Sanarın başına vurmaqla onun ünvanına nalayiq sözlər söyləmişdir. Sanarın reaksiyasından onların zarafat etdiklərini anlamışdır. O, avtomobili idarə edərək təxminən 15 km yol qət etdikdən sonra yol kənarında olan kafenin qarşısında avtomobili saxlamış, Zəhradan neçə yaşının olmasını soruşmuş, Zəhra ona 18 yaşının tamam olduğunu 19 yaşa keçdiyini bildirmişdir. O, Zəhranın yaşının az olmasından şübhələnmişdir. O, Sanara Zəhranın yaşının az olması halında “başlarının ağrıyacağını” deyəndə Zəhra sanki nəsə his edirmiş kimi “Mənə yazığınız gəlmir? Anam Bakıda müğənni Samir ilə gəzir. Anam tibb bacısıdır. Dayım arvadından boşanıb iki uşağı bizdə qalır, bizdə iki bacıyıq gecələr oğlanlar gəlib bizə ilişirlər” demişdir. Onlar daha sonra avtomobilə əyləşərək Sanargilin evlərinə gəlmişlər. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sanar ona Zəhranın sevgilisi olduğunu onu gətirmək üçün gedəcəklərini demişdir. O, Sanara Zəhranın az yaşlı olduğunu bildirmiş, lakin Sanar onunla “Azar” adlı tanışlıq tətbiqində tanış olduğunu demişdir. Həmçinin Zəhranın avtomobilə əyləşərkən söyüş söyməsi onu Zəhranın yaşı barədə çaşdırmışdır. Sanar əvvəlcə ön sərnişin oturacağında əyləşmiş, kafedə saxladıqdan sonra Zəhra və Sanar hər ikisi arxa oturacaqda əyləşmişlər. Yolda olarkən Sanar arxa oturacaqda yatmaq istəmiş, Zəhra onu mehribanlıqla vuraraq yatmamasını demişdir. Zəhranın avtomobildən düşməyə imkanı olmuşdur, belə ki, avtomobil çöldən bağlandıqda belə içəridən avtomobilin qapısını açmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “cinayət işi başlamaq və icraata qəbul etmək barədə” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq icrata götürülmüşdür. (İ cild, i.v. 4) - ünvan 6lax RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi polis mayoru Vüsal Ağaünvan 6 tərəfindən ünvan 6lax RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 6lax şəhəri Akif Xəlilov küçəsində yaşayan X8 ***-***-**-** nömrədən DİN-in 102 xidmətinə zəng edərək 2011-ci il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs saat 10 radələrində evdən çıxaraq geri qayıtmaması barədə məlumat vermişdir. (İ cild, i.v.8-9) - X8 tərəfindən ünvan 6lax RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ünvan 6lax şəhəri Akif Xəlilov küçəsi ev 21-də yaşayan nəvəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadıqları evdən çıxaraq geri qayıtmamışdır (İ cild, i.v. 5) - Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli portaldan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2011-ci il tarixdə ünvan 6lax şəhərində anadan olmuşdur. (FİN: xxxxxxx). (İ cild, i.v. 8) - “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 aprel 2024-cü il tarixli qərardan görünür ki, HK-1/741 nömrəli material istintaq aidiyyəti üzrə ünvan 6lax RPŞ-nin istintaq bölməsinə göndərilmişdir. (İ cild, i.v 15) - ünvan 6lax RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Tural Səlimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs Salyan rayonu Sarvan kəndində yaşayan Təqsirləndirilən şəxs evində aşkar edilmiş və Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 6lax RPŞ-nin istintaq bölməsinə təqdim edilmişdir. (İ cild, i.v. 18) - “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” 14 aprel 2024-cü il tarixli qərardan və “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ünvan 6lax şəhər Vəkil bürosunun vəkili X3 iştirakı ilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. (İ cild, i.v. 25-37) - Cinayət işinə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. (FİN: xxxxxxx). (İ cild, i.v. 39) - “Zərəçəkmiş şəxs qismində tanınma haqqında” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild, i.v. 48) - “Zərəçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanıma haqqında” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Qanuni nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. (İ cild, i.v. 50) - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (İ cild, i.v. 64-65) - ünvan 6lax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 81-85) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X20 xx.xx.2024-cü il tarixli 220 saylı rəyinin nəticə hissəsindən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, gərginləşmiş (ereksiya vəziyyətində) kişi tənasül üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində törənmişdir. Pozulma müddəti müayinədən 2-4 gün əvvəllə uyğun gəlir, xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi də istisna edilmir. (İ cild, i.v. 111) - “İfadənin yerində yoxlanması haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs və anasının yaşadığı evi göstərmiş, eyni həyətdə olan ikimərtəbəli yaşayış evində Təqsirləndirilən şəxs anasının, onunla üzbəüz yerləşən birmərtəbəli yaşayış evində Təqsirləndirilən şəxs yaşadığını, həmin yaşayış evinə daxil olduqda sağ tərəfdə mətbəx, sol tərəfdə Təqsirləndirilən şəxs yatdığı otaq olmaqla iki hissədən ibarət olduğunu, Təqsirləndirilən şəxs yaşayış evinə daxil olduqda sol tərəfdə yerləşən otaqda onunla cinsi əlaqədə olduğunu bildirmişdir. (İ cild, i.v. 116- 117) - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Salyan RPŞ-nin İBnə göndərilməsi üçün ünvan 6lax rayon prokurorluğuna göndərilmişdir. (İ cild, i.v. 119- 120) - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat götürülərək istintaqı davam etdirilmişdir. (İ cild, i.v.123) - Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə əsasən xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs evində olarkən oraya gəlmiş 16-17 yaşlı qızın şəxsiyyətinin müəyyən edilməsi barədə Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən əməliyyat tapşırığı verilmişdir. (İ cild, i.v. 193-194) - Cinayət işinə əlavə edilmiş Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Qabil Rzaünvan 6 tərəfindən Salyan RPŞ-nin rəisinə ünvanlanmış 26 iyun 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evində olarkən həmin vaxt evə gəlmiş Təqsirləndirilən şəxs qohumu və ya yaxın qonşuluğunda yaşayan 16-17 yaşında qızın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (İ cild, i.v. 195) - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 252 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya və anomaliyə aşkar edilmədi. (İ cild, i.v. 199-202) - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1603 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bu görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 203- 206) - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1944 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan əməl törədilərkən öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur və hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklərlə əlaqədar olmayan gerilik və ləngimə müəyyən olunmadı. Zərərçəkmiş şəxs qeyd edilən hadisə zamanı psixi-emosional vəziyyətindən asılı olaraq (qorxması, həyəcanlanması və s.) ona qarşı törədilən qanunazidd əmələ müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi xarakter əlamətlərinin olması özünü biruzə verir. Zərərçəkmiş şəxs yalan danışmağa, özündən uydurmağa və başqalarınn təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. (İ cild, i.v. 207-210) - Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 ay, yəni 14 noyabr 2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 239-242) - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 442/a №-li ekspert rəyindən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. (İİ cild, i.v. 4-6) - Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Salyan RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə gecə saat 00:00 radələrində Salyan rayonu Sarvan kəndində yerləşən evində Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduğunu bildirərək əlavə dindirilməsinin aparılmasını xahiş edir. (İİ cild, i.v. 8) - “Avtomobilə baxış keçirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən görünür ki, Şahid1 məxsus metalik rəngdə olan Mersedes Benz” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşının mərkəzi kilidləmə sistemi və kənardan idarəetmə qeyri-işlək vəziyyətdədir, qapılar çöldən bağlandıqda qapının içəridən açılması üçün nəzərdə tutulmuş tutqacı dartmaqla içəridən qapını açmaq mümkündür. (İİ cild, i.v. 27-29) - “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 03 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olduğu yaşayış evini, otağı və çarpayını əyani şəkildə göstərir. (İİ cild, i.v.52-55) - Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 14 noyabr 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v.74-76) - “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsindən həmin Məcəllənin 144.3 və 149.3.3-cü maddələrinə tövsif edilərək cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Salyan rayon prokurorluğuna göndərilmişdir. (İİ cild, i.v.78-80) - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 144.3 və 149.3.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Salyan rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X6 icraatına qəbul edilmişdir. (İİ cild, i.v.84-85) - “İstintaq qrupunun yaradılması barədə” 5 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Salyan rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 rəhbərliyi ilə Salyan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X4 ibarət istintaq qrupu yaradılmışdır. (İİ cild, i.v.86-87 - “Sübutların qiymətləndirilməsi haqqında” 7 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə hissəvi xitam verilmişdir. (İİ cild, i.v.100-120) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 7 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs ilə ümumiyyətlə cinsi əlaqədə olmaması, onu zorlamaması, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüş, habelə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi və özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, təqsirləndirilən şəxs qəti formada zərərçəkmiş şəxsə cinsi əlaqədə olmadığını, onu zorlamadığını bildirsə də, Zərərçəkmiş şəxs həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun anası ilə birlikdə yaşadığı evə gəlməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla onun yaşadığı birmərtəbəli yaşayış evinin otağında gecələməsi, “Məhkəmə- tibbi ekspertiza və X9” X20 xx.xx.2024-cü il tarixli 220 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının gərginləşmiş (ereksiya vəziyyətində) kişi tənasül üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində pozulması, pozulma müddətinin müayinədən 2-4 gün əvvəllə uyğun gəlməsi Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin həqiqət olmasını təsdiq edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da həm ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla onun yaşadığı birmərtəbəli yaşayış evinin otağında gecələdiyini, Zərərçəkmiş şəxs yaşının az olması barədə Təqsirləndirilən şəxs şübhələrinin olduğunu bildirmişdir. Həmçinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 252 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya və anomaliyə aşkar edilməmişdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs X10 onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs qarşı edilmiş hərəkətlərlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-nin 149.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət hüququ nəzəriyyəsinə görə zorlama cinayətinin obyekti qadının cinsi azadlığı çıxış edir. Zorlama cinayətinin obyektiv tərəfi zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Fiziki zor tətbiq etməklə zorlama dedikdə, qadının, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane olan bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Həmçinin zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Başqa sözlə, cinayətin başa çatması üçün fizioloji mənada cinsi əlaqənin başa çatıb-çatmamasının əməlin tövsifində heç bir əhəmiyyəti yoxdur. Belə ki, cinsi əlaqə anlayışı cinayət-hüquqi anlayış deyil, fizioloj aktdır. Fiziki zor cinsi əlaqəyə nail olmaq üçün vasitə rolunu oynayır. Zorlama cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər - X5 və Şahid1 ifadələri ilə, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X20 xx.xx.2024-cü il tarixli 220 saylı rəyi, İfadənin yerində yoxlanması haqqında” 18 aprel 2024-cü il tarixli protokol, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 252 nömrəli rəyi, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1944 №-li rəyi, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 442/a №-li ekspert rəyi, “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 03 noyabr 2024-cü il tarixli protokol və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1603 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Salyan rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda məhkumluğu ödənildiyindən, məhkumluğu olmayan şəxs hesab edilir. (İ cild, i.v. 132-133) - Salyan rayon İHB-nin Sarvan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid2 ilə birlikdə Salyan rayonu, Sarvan kəndində yaşayır. Yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. (İ cild, i.v. 189-191) - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. (İİİ cild) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törətməsinə səbəb olmuş və buna şərait yaratmış, həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Zərərçəkmiş şəxs onunla barışmayaraq şikayətçi olmasını, eləcə də cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmadığını, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimuma yaxın həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs yaşını, ona təyin ediləcək cəzanın uzun müddətli olmasını, onun təhsilini və peşə vərdişlərini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnda məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsinin tələbləri baxımından zəruri deyil. Eləcə də, qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 14 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 14 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxs Aydın Quliünvan 6ə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-170/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-170/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver