Məhkəmə qərarları › İş №1(099)-171/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-171/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-171/2023 10.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Qaradonlu küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində İmişli şəhəri, Araz küçəsində yerləşən “Şəmmədli” adlanan qəbirstanlığın arxa tərəfindən keçən torpaq yolda, ona və qohumlarına qarşı nalayiq ifadələr işlədib söyüş söydüyünə görə aralarında yaranan mübahisə zamanı qisas almaq niyyətilə özündə olan qatlanan tipli məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfindən, sonuncunun yaxın qohumu olan qardaşı Şahid1 xüsusi əzab verdiyini dərk edərək onun gözü qarşısında qəsdən bir dəfə vurub, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla döş qəfəsinin sol yarısında döş boşluğuna keçən, sol ağciyəri zədələyən və qanaxma ilə müşayiət olunan bir ədəd yaradan ibarət olmaqla həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə İmişli şəhəri, Qaradonlu küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, fərdi əməklə-fəhləliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs xalası oğludur. 19 oktyabr 2022-ci il tarixdə nahar vaxtı və axşam yeməyi yeyərkən təxminən 300-400 qram araq içsə də, sərxoş olmamış, özünü idarə edə bilmişdir. Saat 21 radələrində küçəyə çıxmış və küçədə əmisi oğlu, həm də Asəfin bacısının əri Natiqlə qardaşı Orxanın birlikdə haradansa gəldiklərini görmüş, həmin vaxt hər ikisi içkili olmuşdur. O, Natiqlə 2-3 dəqiqə söhbət etdikdən sonra Natiq evinə getmişdir. Natiq ailəsi ilə birlikdə Asəflə bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayır. Natiq getdikdən sonra Orxandan kimlə və harada araq içdiyini soruşmuş, o da Natiqlə bir yerdə rayon ərazisində araq içdiklərini demiş, sonra onlar da evlərinə getmişlər. Evdə anası Nazənin Orxanın çox içdiyini görüb kimlə araq içdiyini soruşmuş, Orxan da Natiqlə bir yerdə araq içidiyini demişdir. Bundan sonra anası telefonla Natiqə zəng vurub Orxanı çox içirtməsinə görə iradını bildirmiş, həmin vaxt o, anasından telefonu alıb Natiqlə danışmağa başlayıb qardaşına araq içirtdiyini bildirmiş, Natiq də onunla kobud danışıb onun ünvanına nalayiq ifadələr işlətmiş, o da Natiqə evlərinə gəlib söhbət edəcəyini demiş, Natiq yenə də onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. O, əsəbiləşib telefonu söndürüb Natiqgilə gedib evinin darvazasını daşla döyüb Natiqi küçəyə çağırmış, bu vaxt Natiqin qayınları Asəf və Asim birlikdə evlərindən çıxmış və Asəf onu görüb yaxınlaşıb Natiqi nə üçün çağırdığını soruşmuş, o da Natiqlə işi olduğunu demişdir. Sonra Asəf onu həyətə çağırmış, o da həyətə keçən kimi Asəf onun üzərinə hücum edib, sağ əli ilə onun boğaz nahiyəsindən tutub vurmaq istəmiş, o da Asəfin əlindən çıxıb “mənim Natiqlə işim var, sən nə üçün mənim üstümə cumursan” demiş, Asəf isə onun ünvanına nalayiq ifadələr işlədib söyüş söyüb “sən kimsənki bura gəlirsən” demişdir. Onların səs-küyünə Asəfin anası çıxdığından dava-dalaş lmamış, sonra o, oradan çıxıb evinə getmişdir. Sonra o, qardaşı Orxanın telefonu ilə Natiqə zəng vurub, Asəfin mobil nömrəsini istəmişdir ki, onunla danışsın, həmin vaxt Asəf Natiqdən telefonu alıb onunla danışmağa başlayıb yenə də onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdır. O, Asəfə işlətdiyi nalayiq ifadələrə görə onu vuracağını demiş, Asəf də ona “eləməyən, vurmayan kişi deyil” cavabını vermişdir. Bundan sonra o, daha da əsəbiləşib evdə otağında yataq döşəyinin altında saxladığı qatlanan cib bıçağını götürüb bıçağı açıb sağ arxa cibinə qoymuş, sonra qardaşı Orxanın telefonu ilə Asəfə zəng vurub “Şəmmədli stadionu” adlanan futbol meydançasına çağırıb, təkbətək söhbət etməyə dəvət etmiş, Asəf də razılaşıb stadiona tək gələcəyini demişdir. Qardaşı Orxan onunla birlikdə getməyə təkid etdiyi üçün onlar birlikdə saat 23 radələrində “Şəmmədli stadionu” adlanan futbol meydançasına gedib Asəfin gəlməsini gözləmiş, lakin Asəf həmin yerə gəlməmişdir. Sonra o, Asəfgilin evlərinə tərəf gedərkən Asəfin qardaşı Asimlə birlikdə gəldiyini görmüş və onlar qəbirstanlığa yaxın yerdə görüşmüşlər. Asəf yenə də onun ünvanına nalayiq ifadələr işlədib onu Araz çayının yanına çağırıb, orada söhbətlərinə davam etməyi təklif etmiş, lakin o, razılaşmamış, bu vaxt Asəf yenə də onun ünvanına nalayiq ifadələr işlədib ondan aralanıb gedərkən o, şalvarının arxa cibindən bıçağı çıxarıb onun kürək nahiyəsinə bir dəfə vurmuşdur. Bıçaqla Asəfi vurduqdan sonra qardaşı Asim onun sinəsindən təpiklə iki dəfə vurmuş, o, Asimə heç bir reaksiya verməyib evinə tərəf qaçmış, qardaşı Orxan isə orada qalmışdır. O, evə gəldikdən sonra Asəfə xəsarət yetirdiyi bıçağı evin mətbəxində yumuş, sonra anasına Asəfi bıçaqla vurduğunu demiş, anası da onu danlamışdır. Sonra Orxan evə gəlib Asəfin xəstəxanaya aparıldığını demiş, bundan sonra gecə saatlarında o, rayon polis şöbəsinə gedib təslim olmuş və bıçağı da polis əməkdaşına təqdim etmişdir. Asəf onun ünvanına nalayiq ifadələr işlədib söyüş söydüyünə görə cəzalandırmaq məqsədi ilə onu bıçaqla vurmuşdur. Həmçinin həmin vaxt içkili olduğu üçün aralarında anlaşılmazlıq olmuş, əvvəl Asəf onun ünvanına söyüşlər söymüş, sonra o, Asəfi bıçaqla vurmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır. Baş vermiş hadisədən sonra Asəf onunla barışmış, hazırda münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübut, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası oğludur və münasbətləri yaxşı olmuşdur. Yaşadığı həyətdə həm də bacısının əri Natiqgilin evi də vardır. 19 oktyabr 2022-ci il tarixdə, axşam yeməyi vaxtı üç ədəd pivə içmiş, sonra evdə dincələrkən evin həyət qapısının döyülməsini eşidib həyətə çıxmış və gələn şəxsin Kamran olduğunu görüb ondan nə üçün gəldiyini soruşmuş, Kamran da Natiqlə işi olduğunu demiş, o da Natiqlə nə işi olduğunu soruşub onu evin həyətinə çağırmışdır. Kamran həyətə daxil olan kimi Natiqlə işi olduğunu bildirib, onun (Asəfin) nəyə görə bu işə qarışdığını deyib onunla mübahisə edib, dava etməyə başlamışdır. Həmin vaxt qardaşı Asim da həyətdə olmuş, o da Kamrandan nəyə görə onlara gəlməsini soruşmuş, Kamran da daha heç bir söz deməyib həyətdən çıxıb getmişdir. Sonra o, Natiqgilə gedib Kamranın nəyə görə gəlməsini soruşub onunla söhbət edərkən Kamranın Natiqə zəng etdiyini görüb əsəbiləşib Natiqin əlindən telefonu alıb nalayiq ifadə işlədib Kamranı təhqir etmiş, Kamran da aralarında olan mübahisəni aydınlaşdırılması üçün onu “Şəmmədli stadionu” adlanan futbol meydançasına görüşə dəvət etmiş, o isə Kamranı Araz çayının sahilinə gəlməsini bildirmiş, Kamran isə təkidlə onu “Şəmmədli stadion”a dəvət etmiş, həm də tək olacaqları və üzərlərində bıçaq olmaması şərti ilə razılığa gəlmişlər ki, orada görüşsünlər. Kamranın yanında kiminsə olmasından ehtiyyat edib, o, qardaşı Asimlə birlikdə görüşə getməyi qərara almış, həm də Asimə ondan bir az aralıda gəlməsini demişdir. Sonra onlar birlikdə futbol meydançasına gedərkən, Araz küçəsindəki qəbirstanlığın arxa yolunda Kamranla rastlaşmış və o, Kamranı Araz çayının sahilinə dəvət edib, orada mübahisələrinə qaldıqları yerdən davam etməyi bildirmiş, həm də deyilən yerə gəlməyinin və üzərində bıçaq gətirənin ünvanına nalayiq ifadələr işlətmiş, Kamran ona bir söz deməmişdir. Həmin vaxt Kamranın qardaşı Orxan da orada olmuş, özünün qardaşı Asim isə bir az kənarda olmuşdur. Onlar üzbəüz dayanıb söhbət edərkən, Kamran qardaşı Orxanın yanında onun sol tərəfinə keçib qəfildən əlindəki bıçaqla onu bir dəfə vurmuşdur. X3 bıçaqla vurmasını görüb Kamranı yumruq və təpiklə vurmuş, Kamran zərbələrin təsirindən yerə yıxılmış, sonra ayağa qalxıb qaçıb oradan uzaqlaşmış, Orxan isə onların yanında qalmışdır. Az sonra kənardan Kamran qardaşı Orxanı səsləyib çağırmış və Orxan da çıxıb getmiş, bundan sonra qardaşı Asim kömək edib onu evə aparmışdır. Sonra qardaşı evə çağırılmış taksi ilə onu İmişli rayon xəstəxanasına aparmış, oradan isə Şirvan şəhər xəstəxanasına aparılmışdır. Xəstəxanada əməliyyat olunmaqla bir müddət müalicə olunmuş və sağalıb evə buraxılmışdır. Hazırda o, Kamranla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Kamranın xalası oğlu olması, həmçinin himayəsində üç azyaşı uşağının olmasını nəzərə alıb ona törətdiyi cinayət əməlinə görə həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı 04 noyabr 2022-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, qeyd olunan hadisənin baş verdiyi yer İmişli şəhəri, Araz küçəsindəki qəbirstanlığa yaxın yerdə, yol üzərində olan sahədir. Həmin yerin yaxınlığında yaşayış evləri vardır. Baxışda iştirak edən Şahid1 əvvəlcə qardaşı Zərərçəkmiş şəxs, sonra isə qohumu Təqsirləndirilən şəxs gəldiyi istiqaməti, habelə Kamranla söhbət etdikləri yeri, həmçinin Kamranın bıçaqla Asəfin döş qəfəsinə bir dəfə vurduğu yeri əyani olaraq göstərmişdir. Hadisə yerində hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan, İmişli RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib olunmuş “Könüllü gəlib təqsirini boynuna alma haqqında” 20 oktyabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 20 oktyabr 2022-ci il tarixdə, saat 01:30-da xx xxxxxx 1990-cı il təvəllüdlü Əliyev X6 RPŞnin növbətçi hissəsinə gələrək 19 oktyabr 2022-ci il tarixdə,saat 23 radələrində İmişli şəhəri, Araz küçəsində olan qabiristanlığın arxa tərəfindəki yolda şəxsi münasibətlər zəminində cib bıçağı ilə Zərərçəkmiş şəxs vurduğunu, sonra hadisə yerini tərk edib polis şöbəsinə gəldiyini bildirmişdir. İşdə olan, “Könüllü təqdim etmə və götürmə aparılması barədə” 20 oktyabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi (hadisə zamanı istifadə etdiyi) bir ədəd bıçaq istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Sərxoşluq vəziyyəti ilə bağlı tibbi müayinə barədə” 20 oktyabr 2022-ci il tarixli, 581 №-li protokolla müəyyən edilir ki, 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 21 oktyab 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində-boynun arxa səthində sağda və ön səthinin aşağı hissəsində, sağ bazu oynağının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 19 oktyabr 2022-ci il tarixdə rəyin təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan, “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 22 noyabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şizofreniya, paranoid forma” diaqnozu ilə xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatdadır. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar edilir. Həmin şəxsiyyət pozuntusunun Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də (19 oktyabr 2022-ci il tarixdə) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs emosional reaksiyalara meyillilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, impulsivlik, affektivlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emiosinal halından asılı olaraq öz hərəkətlərinə cavab vermək, həmin hərəkətləri tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs təlginə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. İşdə olan, məhkəmə-kriminalistik ekspertizasının 02 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir dəyişiklik edilməmişdir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 18 dekabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində-döş qəfəsinin sol yarısında döş boşluğuna keçən, sol ağciyəri zədələyən və qanaxma ilə müşayiət olunan bir ədəd yara kəsici-deşici alətin təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 19 oktyabr 2022-ci il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs (zərərçəkmiş şəxs) və Asif Hətəmovun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülməsi rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, İmişli Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, İmişli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Qaradonlu küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı məhəllədə böyüklərin və həmyaşıdların hörmətini qazanmışdır) xarakterizə olunur. İşdə olan, AZ-İİİ 896766, AZ-İV 079974 və AZ-İV 393658 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, X4 16 fevral 2017-ci ildə, SəfərovTofiq Kamran oğlu 07 aprel 2018-ci ildə və X5 06 fevral 2020-ci ildə anadan olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan, İmişli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, xx xxxxxxx 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs İmişli şəhəri, Araz küçəsi ev 80-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayəti törətdikdən sonra təqsirləndirilən şəxsin istintaq orqanına könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar olmadığından Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 126.2.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün (azadlıqdan məhrum etmə cəzasının) son həddinin müddəti dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar