Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-171/2024 01.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1959-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 12-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1976-cı ilə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 1, ev 6, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınmasına razılaşıb, habelə Təqsirləndirilən şəxs1 qrupun şəxsiyyəti məlum olmayan digər üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni əldə edib cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilmiş iki ədəd torbaların içərisində 19 ədəd bağlamalara qablaşdırılmış külli miqdarda-16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuananın Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisində) gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 14 mart 2023-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü və Təqsirləndirilən şəxs2 idarə etdiyi “X10” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığına (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisinə) gəlib, avtomobildən düşüb gizlədilmiş yerdən iki ədəd torbaların içərisində 19 ədəd bağlamalara qablaşdırılmış külli miqdarda-16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisində) saxlanılmış və onlardan iki ədəd torbaların içərisində 19 ədəd bağlamalara qablaşdırılmış külli miqdarda-16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, əvvəllər uzun müddət Rusiyada yaşamış, 2020-ci ildə Azərbaycana qayıtmışdır. Evlidir və ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 12-də qeydiyyatda olmaqla yaşamış, əvvəllər işləsə də, son vaxtlar işsiz olmuşdur. Digər Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır, münasibətləri yaxşıdır, taksi sürücüsü kimi Novruzun xidmətindən əvvəllərdə çox istifadə etmişdir. O, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməmiş, lakin baş ağrısı olanda “nəşə” adlanan marixuanadan istifadə etmişdir. Əvvəllər xəstəliyi ilə bağlı tibbi müayinədən keçməsi üçün İranda olarkən “Xalid” adlı taksi sürücüsü ilə tanış olmuşdur. Söhbət zamanı “Xalid” kimsə ona araq gətirsə onun üçün narkotik vasitə təşkil edəcəyəni demiş, o da bu məlumatı digər tanışı iranlı “narkobiznes” polisinə demiş, həmin polis də ona “bu iş alınsa Kamil sənə də böyük hörmətim olacaq” demiş, lakin sonra tanışı iranlı taksi sürücüsünün araq alıb əvəzində narkotik göndərmə ilə bağlı fikri alınmamışdır. Daha sonra tanışları ondan mərmər daşı istədiyindən, o da iranlı tanışı “Xalid”ə bu barədə demiş, “Xalid” də mərmər işi ilə məşğul olan tanışının olduğunu, mart ayının 12-13-də İran tərəfdən maşınla mərmər nümunələri göndərəcəyini, həm də başqa “şey”də göndərəcəyini bildirmiş, o isə iranlıya “lazım deyil baş ağrısı olar” demişdir. Lakin elə olmuşdur ki, iranlı ilə danışandan sonra o, Astara rayonuna gedəsi olmuşdur. Astara rayonuna gedərkən tanışı Novruzu maşını sürmək üçün çağırmış və ona 500 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Özü gecə vaxtı maşın sürə bilmədiyindən tanışı Novruzdan xahiş etmişdir ki, onu Astaraya aparsın, Novruz da qəza törətdiyini maşını xarab olduğunu bildirmiş, sonra o, maşın sürə bilmədiyini başqa maşınla, yəni icarəyə götürdüyü maşını sürüb onu aparmağını və maşını təmir etməsi üçün 500 manat verəcəyini bildirmiş, Novruz da razılaşmışdır. Bundan sonra 13 mart 2023-cü il tarixdə, saat 21 radələrində, özünün icarəyə götürdüyü maşınla onlar Astara rayonuna getmiş, maşını Novruz idarə etmiş və gecə saat 03-04 radələrində (14 mart 2023-cü il tarixdə) Astara rayonun girəcəyində olan köhnə işlək vəziyyətdə olmayan yanacaq doldurma məntəqəsinin yanına çatıb orada maşını saxlamışlar. Sonra onlar maşından düşmüş və o, mobil telefonun işığını yandırıb bir az irəli getmiş, elə həmin vaxt arxadan səs-küy eşidib dönüb baxanda 4-5 nəfər şəxsin Novruzu tutub döydüklərini görmüş, sonra həmin şəxslər onu da tutmuşlar. Həmin vaxt onların tutulduğu yerdən 8-10 metr aralıda yerdə kisənin (torbanın) olmasını görmüşdür. Sonra sərhədçilər onları hərbi hissəyə aparmışlar. Hərbi hissədə sərhədçilər onların tutulduqları yerdəki kisənin içərisində olan heroin, tiryək və metamfetamin sizindir, götürün öz boynunuza demiş, o isə həmin narkotik maddələrin ona məxsus olmadığını, Novruzun da taksi sürücüsü kimi onunla gəldiyini bildirmişdir. Sonra sərhədçilər əvvəl Novruzu döymüşlər və Novruzun səhhəti pisləşmişdir, özünü isə az döymüşlər. Sonra o, sərhədçilərə “kisənin ağzını açın görün içərisində nə var, bəlkə başqa nəsə var” demiş, bundan sonra bir nəfər sərhədçi kisənin ağzını açmış və kisənin içərisində budaqlı marixuana bitkisi aşkar olunmuşdur. O, sərhədçilərə İrandan belə mal gəlmir demiş, sonra isə ona qarşı təzyiqlər olduğu üçün həmin malın (narkotik maddənin) özünə məxsus olmasını bildirməyə məcbur qalıb razılaşmışdır. Əslində isə o, Novruzla birlikdə Astara rayonuna mərmər daş nümunələri götürmək üçün getmişlər, həm də ona deyilmişdir ki, həmin yerə İrandan yük maşını gələcək və yanacaqdoldurma məntəqəsinin yanında gözləyib həmin maşından mərmər daş nümunələrini götürsünlər. Həmin yerin konumunu iranlı “Xalid” ona göndərmiş, onlar da bu konum əsasında Astaraya deyilən yerə getmişlər. İranlının telefon nömrəsi onda olmuş və iranlı ilə yalnız özü danışmış, Novruz iranlını tanımamış və onunla danışmamışdır. İranlı ona demişdir ki, maşın gələcək mərmər gətirəcək, həmin maşın Astarada olanda tələsdiyi üçün mərmər olan torbanı yanacaq doldurma məntəqəsində qoyub getmişdir. Götürəcəyi mərmər nümunələrinin şəkilləri mobil telefonunda olmuş, həmin mərmər nümunələri rəngli və 20-25 santimetr ölçüdə olmuşdur. Sərhədçilər onları gecə saatlarında tutub hərbi hissəyə aparmışlar. Hərbi hissədə sərhədçilər onların qarşısına iki ədəd torbaları qoyub şəkillərini çəkmişlər. Həmin torbaların içərisində marixuana olmuş, lakin o, Astaraya narkotik maddə götürmək üçün yox, mərmər daşının nümunələrini götürmək üçün getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, ibtidai istintaq zamanı ifadəsində Astaraya dərman maddələri götürmək üçün getdiyini bildirmiş, əslində isə o, Astaraya mərmər daşının nümunələrini götürmək üçün getmişdir. Hər bir halda törətdiyi əməlindən peşmandır və hazırda 65 yaşının olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, Rusiyada olan tanışları ona həmin ölkəyə qəbir üçün baş daşları lazım olduğunu bildirib baş daşlarının tapılmasında onlara köməklik etməsini ondan xahiş etmişlər. O, əvvəllər İrana müalicə məqsədilə gedib-gəldiyi zaman taksi sürücüsü kimi tanıdığı “Mehtab” adlı iranlı ilə əlaqə saxlayıb qəbir üçün baş daşlarının tapmasına köməklik etməsini xahiş etmiş, “Mehtab” da bu işdə köməklik etməsi üçün onu “Xalid” adlı iranlı ilə tanış etmişdir. Sonra “Xalid”lə mütəmadi olaraq mobil telefon vasitəsi ilə vatsapla danışmış, həmin danışıqlar zamanı “Xalid” bir neçə dəfə ona narkotik vasitəni İrandan Azərbaycan Respublikasına göndərəcəyini bildirib, həmin narkotik vasitəni götürüb özünün deyəcəyi yerə qoymasını təklif etmiş, o isə bu təklifi rədd etmişdir. Sonuncu dəfə 13 mart 2023-cü il tarixdə “Xalid” ilə danışan zaman səhhətində olan problem səbəbindən (başındakı xərçəng şişi ilə bağlı) güclü təsir edən dərman preparatları lazım olduğunu demiş, “Xalid” də ona 2 (iki) ədəd bağlamada 8 kq marixuana göndərəcəyini, həmin marixuananı gizlədiləcəyi yerdən götürüb özü ilə Bakı şəhərinə aparmasını, bu işin qarşılığında marixuananın yanında pay olaraq 7-8 konvolyut metadon dərmanları qoyacağını bildirmiş, o da “Xalid”in təklifi ilə razılaşmışdır. Gecə vaxtı zəif gördüyündən “Xalid”in dediyi yerə (narkotik maddələrin qoyulduğu Astara rayonun ərazisinə) getmək üçün tanışı Təqsirləndirilən şəxs2 zəng edib ona səhhətində olan problemlə bağlı maşını idarə edə bilmədiyini, iranlının metadon dərmanları göndərəcəyini, əgər özü ilə həmin dərmanları əldə etmək üçün gedərsə bunun qarşılığında ona (Novruza) 500 manat pul və istifadə etməsi üçün bir neçə ədəd metadon dərmanı da verəcəyini bildirmiş, Novruz da razılaşmışdır. 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində o, icarəyə götürdüyü “Mitsubishi” markalı avtomobillə Novruzu olduğu yerdən götürmüş, sonra avtomobili Novruz idarə etmiş, o isə sərnişin kimi əyləşib birlikdə Astara rayonuna getmişlər. Yolboyu “Xalid”lə telefonla danışmış, həm də ona “gəlirik, çatırıq” demişdir. İranlı “Xalid” onun telefonuna narkotik maddələrin qoyulduğu yerin konumunu göndərmiş, o da həmin konumu Novruzun mobil telefonuna göndərmiş və Novruz da həmin konum istiqamətində avtomobili idarə etmişdir. Həmin yerə (Astara rayonunun ərazisində olan köhnə yanacaqdoldurma məntəqəsinin yanına) çatdıqda Novruza özünün yaşlı olduğunu, gözünün də zəif gördüyünü bildirib, iranlının göndərdiyi bağlamaları tapmasında kömək etməsini xahiş etmiş, bundan sonra Novruz da onunla birlikdə avtomobildən düşüb istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında iranlının göndərdiyi bağlamaları axtarmağa başlamışlar. Elə bu zaman kiminsə uca səslə “Dayan” deyib qışqırdığını eşidib olduğu yerdə dayanmış və sərhədçilər onu tutub saxlamışlar. Saxlanıldıqdan sonra o, hər şeyi səmimi etiraf edib saxlanıldıqları yerə iranlının göndərdiyi, içərisində narkotik vasitə olan bağlamaları götürmək üçün gəldiklərini bildirmişdir. Narkotik vasitənin necə, hansı yolla, nə vaxt və kimin tərəfindən saxlanıldıqları əraziyə qoyulması barədə hansısa bir məlumatı yoxdur. “Xalid”in telefon nömrəsini telefonunda “Astara Taksi” kimi qeyd etmiş və telefon nömrəsi +**********78 olmuşdur. İranlı “Mehtab”ın telefon nömrəsini xatırlamır. Özünün istifadəsində üzərində 070/749-06-16 və 077/767-73-33 saylı mobil telefon nömrələr olan “İphone” markalı mobil telefon olmuşdur. O, mütəmadi olaraq marixuanadan və metadondan istifadə etmiş, sonuncu dəfə saxlanılmasından təxminən bir gün əvvəl heroindən istifadə etmişdir. “Xalid” ona həmin bağlamaları Bakı şəhərinə aparmasını, onun mobil nömrəsini tanışına verəcəyini və tanışının da ondan Bakı şəhərində bağlamaları götürəcəyini demiş, lakin “Xalid” tanışının kim olmasını deməmiş və telefon nömrəsini də ona verməmişdir. O, iranlı “Xalid”ə inanıb narkotik maddə əldə etmək üçün getdiyinə görə əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt əlində içərisində narkotik maddələr olan torba olmamış, həmin ərazidə torbaların olmasını görməmişdir. Tutulduqdan sonra sərhədçilər onun və Novruzun qarşısına iki ədəd torbanı qoyub həmin torbaların içərisində olan narkotik maddələrin onlara məxsus olmasını bildirmiş, lakin həmin torbaların iranlının ona göndərdiyi içərisində mərmər daşının nümunələri və dərman olan torbalar olmasını bilməmişdir. O, tanışı Novruzla birlikdə Astara rayonuna narkotik maddə götürmək üçün yox, iranlının ona göndərdiyi içərisində mərmər daşının nümunələri və dərman olan torbaları götürmək üçün getmişdir. İranlı ilə telefonda özü danışmış, Novruz həmin şəxsi tanımamış, həm də Novruz onunla birlikdə sürücü kimi getmişdir. O, törətdiyi əməlindən peşmandır, hazırda yaşlı və xəstə olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 1, ev 6, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin özünə məxsus maşını ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə” adlanan marixuanadan istifadə etmişdir. Digər Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır, münasibətləri yaxşı olmuş və taksi sürücüsü kimi dəfələrlə Kamilin xidmətində olmuşdur. 13 mart 2023-cü il tarixdə, axşam saatlarında Kamil ona zəng edib Astara rayonuna getmək istədiyini demiş, o da maşını ilə qəza törətdiyinə görə maşınının xarab olmasını və onu apara bilməyəcəyini demişdir. Sonra Kamil ona özünün tapdığı başqa maşınla onu aparmasını və maşını təmir etdirməsi üçün ona 500 manat pul verəcəyini demiş, o da taksi sürücüsü kimi razılaşmışdır ki, onu Astaraya aparsın. Kamil nəyə görə Astaraya getməsini deməmiş, sadəcə orada işi olduğunu bildirmişdir. Həmin gün, saat 21-22 radələrində o, Kamillə görüşüb onun maşınını idarə etməklə birlikdə Astara rayonuna getmişlər. Gecə saatlarında Astara rayonuna çatıb Kamilin telefonunda olan konuma əsasən naviqatorla hərəkət edib Kamilin dediyi yerdə, yəni köhnə yanacaqdoldurma məntəqəsinin yanında maşını saxlamış, Kamil maşından düşüb kənara getmiş, onun hara getməsini bilməmiş, sonra özü də maşından düşüb Kamil gedən tərəfə getmişdir ki, hava qaranlıq və Kamil yaşlı adam olduğundan ona köməklik etsin, elə həmin vaxt sərhədçilər onu tutmuş, bundan sonra sərhədçilər Kamili də tutmuşlar. Sərhədçilər onu döyərək təzyiqlər edib ərazidə aşkar olunmuş içərisində narkotik maddələr olan torbaları götürmək üçün gəldiklərini bildirmiş, o isə etiraz edib tanışı Kamilin sifarişi ilə taksi sürücüsü kimi ora gəldiyini, Kamilin nəyə görə gəlməsini bilmədiyini bildirmidir. Yolda olarkən Kamil öz telefonu ilə kimləsə danışmış, onun kimlə və nə barədə danışmasından məlumatı olmamışdır. Kamilin iranlı ilə danışmasını bilməmiş, Kamil də bu barədə ona heç nə deməmişdir. Sərhədçilər soruşanda Kamil dərman götürmək üçün ora gəldiyi, özü isə taksi sürücüsü kimi gəldiyini demişdir. Orada olarkən o, ərazidən heç bir torba götürməmiş, əli torbaya və ya hər hansı bağlamaya dəyməmiş, Kamilin də ərazidən torba götürməsini və tutularkən əlində torba olmasını görməmişdir. Onlar tutulduqdan sonra sərhədçilər həmin ərazidən iki ədəd torbaları götürmüş, daha sonra sərhədçilər onu və Kamili hərbi hissəyə gətirmişlər. Hərbi hissədə onun və Kamilin iştirakı ilə sərhədçilər iki ədəd torbalara baxış keçirərkən torbaların içərisindən çoxlu sayda bağlamalar və həmin bağlamaların içərisində narkotik maddələr aşkar olunmuşdur. Bundan sonra sərhədçilər ondan izahat almış, o da sərhədçilərin dediyi kimi izahat, daha sonra ifadə verərək Kamilin ona 2 ədəd metadon dərmanı və pul verməsi müqabilində onunla birlikdə içərisində narkotik maddə olan torbaları götürməyə gəldiyini demişdir. Əslində isə o, taksi sürücüsü kimi Kamili həmin yerə gətirmiş, onun narkotik maddə götürmək üçün gəlməsindən xəbəri olmamışdır. Ona görə də verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib “səhhətində problem olduğunu, iranlı ilə danışdığını, iranlının iki ədəd balaca bağlamada narkotik vasitə olan metadon dərmanlarını Astara rayonuna göndərəcəyini” deyib və onu sürücü kimi bağlamaların olduğu yerə (Astara rayonunun ərazisində olan köhnə yanacaqdoldurma məntəqəsinin yanına) aparmasını və bunun qarşılığında ona (Təqsirləndirilən şəxs2) 500 manat pul və həmin metadon həblərindən bir neçəsini istifadə etməsi üçün verəcəyini bildirmiş, o da razılaşmışdır. 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində Kamil icarəyə götürdüyü “Mitsubishi” markalı avtomobillə onun yanına gəlmiş, sonra o, avtomobili idarə edib Kamillə birlikdə Astara rayonuna getmişlər. Yolboyu Kamil “Xalid” adlı iranlı ilə telefonla danışıb “gəlirik, çatırıq” demiş, özü isə iranlının Kamilin mobil telefonuna göndərdiyi, Kamilin də onun mobil telefonuna göndərdiyi konuma əsasən bağlamaların olduğu yer istiqamətində avtomobili idarə etmişdir. Həmin yerə (Astara rayonunun ərazisində olan köhnə yanacaqdoldurma məntəqəsinin yanına) çatdıqda Kamil ona yaşlı olduğunu bildirib iranlının göndərdiyi bağlamaları tapmasında kömək etməsini xahiş etmiş, o da Kamillə birlikdə avtomobildən düşüb istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında iranlının göndərdiyi bağlamaları axtarmağa başlamışlar. Onlar həmin ərazidə olan iki ədəd göy rəngli bağlamalara çatmasına təxminən 10 metr qalmış kiminsə uca səslə “Dayan” deyə qışqırdığını eşidib olduğu yerdə dayandıqdan sonra sərhədçilər onu və Kamili tutub saxlamışlar. Saxlanıldıqdan sonra o, hər şeyi səmimi etiraf edib saxlanıldıqları yerə iranlının göndərdiyi içərisində narkotik vasitə olmalı olan bağlamaları götürmək üçün gəldiklərini bildirmişdir. İçərisində narkotik vasitə olan bağlamaların necə, hansı yolla, nə vaxt və kimin tərəfindən saxlanıldıqları əraziyə qoyulması barədə onun məlumatı olmamış, lakin Kamilin qaçaq yolla gətirilmiş narkotik vasitə əldə etmək üçün getdiyini əvvəldən bilmişdir. İstifadəsində üzərində 050/991-53-63 saylı mobil telefon nömrəsi olan “Realme” markalı mobil telefon olmuşdur. O, narkotik vasitələr olan marixuanadan, heroindən və metadondan, sonuncu dəfə isə saxlanılmasından təxminən 2-3 gün əvvəl heroindən istifadə etmişdir. Götürmək istədikləri içərisində narkotik vasitə olan bağlamaları Kamilin nə edəcəyini bilməmiş, bununla bağlı nə Kamil, nə də başqa bir şəxs ona nəsə deməmişdir. O, heç vaxt İranda olmamış, onun İranda yaşayan tanışı və ya qohumu yoxdur. O, “Mehtab” adlı iranlını tanımamış və heç bir iranlı ilə telefon danışığı olmamışdır. Avtomobildə aşkar olunmuş bıçaqlardan biri ona məxsusdur və o, həmin kiçik bıçağı xatırlamadığı tarixdə hansısa dükandan almışdır. Tanışı Kamilə inanıb onun vəd etdiyi 500 manat pula və metadon dərmanına görə onunla birlikdə narkotik maddə əldə etmək üçün getdiyinə görə əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, həmin ifadələrinii təzyiq altında vermişdir. O, Kamilin narkotik maddə götürmək üçün Astara rayonuna getməsini əvvəldən bilməmiş, həm də onunla birlikdə getməsinə, yəni sürücü kimi onu Astara rayonuna aparmasına görə Kamilin ona pul və dərman verməsi ilə bağlı onunla heç bir razılaşması olmamışdır. Həmçinin tutulduğu yerdə olarkən o, ərazidə heç bir torba görməmiş və oradan torba götürməmişdir. Onlar tutulduqdan sonra sərhədçilər iki ədəd torbaları onların qarşısına qoyub həmin torbalarda olan narkotik maddənin onlara məxsus olmasını bildirmiş, sonra onların fotoşəkillərini çəkmişlər. Daha sonra sərhədçilərin təzyiqi altında o, izahat verərək Kamillə birlikdə narkotik maddəni götürmək üçün həmin əraziyə gəldiklərini bildirmişdir. Əslində isə o, tanışı Kamillə birlikdə sürücü kimi ora gəlmiş, onun aşkar olunmuş narkotiklə bağlı heç bir aidiyyəti yoxdur və buna görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, DSX-nin SQnın N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. Hərbi hissənin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin arxa istiqamətində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında narkotik vasitələrin gizlədilməsi barədə daxil olmuş məlumat əsasında 14 mart 2023-cü il tarixdə qeyd olunan ərazidə gizir Şahid1la birlikdə “Pusqu” sərhəd naryadına təyin olunmuşlar. Xidmətdə olduğu vaxt saat 05 radələrində həmin əraziyə “Mitsubishi” markalı (“**-DK-***” dövlət nömrə nişanlı) avtomobilin gəlməsini, sonra bu avtomobildən iki nəfərin düşüb ərazidə nəsə axtardıqlarını görmüşdür. Sonra bu barədə aidiyyəti üzrə məruzə edib həmin şəxslərin hərəkətini müşahidədə saxlamış, az sonra həmin şəxslər orada olan istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə keçib orada axtarış aparmağı davam etmişlər. Həmin bu şəxslər bir-birilərindən az məsafədə aralı olmuşlar. Az sonra müşahidə etdiyi şəxslərdən biri ərazidə olan iki ədəd torbaları tapıb, həmin torbalardan birinin tutacaq hissəsindən yapışıb götürdüyü zaman onlar (“Pusqu” sərhəd naryadı) tərəfindən uca səslə “Dayan” komandası vermiş və həmin şəxs ərazidən götürdüyü torbanın tutacağından əlini çəkib yerində dayanmış, bir az aralıda olan digər şəxs də olduğu yerdə durmuşdur. Onlar tərəfindən hər iki şəxsin saxlandıqları ərazidə iki ədəd iri sellofan torbalar aşkar edilmiş və dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Sonra əraziyə gəlmiş hərbi qulluqçular tərəfindən tutulmuş şəxslər sərhəd zastavasına gətirilib aidiyyəti üzrə təhvil verilmiş, bundan sonra hərbi hissə komandanlığı təhqiqata başlamış və tutulmuş şəxslərin saxlandıqları yerə, həmin şəxslərin, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həm də başqa şəxslərin iştirakı ilə baxış keçirilərək ərazidə iki ədəd torba aşkar edilib götürülmüşdür. Baxış zamanı məlum olmuşdur ki, iki ədəd torbaların içərisində narkotik maddələr vardır. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də içərisində narkotik maddələr olan iki ədəd torbaları götürmək üçün həmin əraziyə gəldiklərini etiraf etmişlər. Sərhəd naryadı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 mart 2023-cü il tarixdə, saat 05 radələrində tutulmuş, həmin vaxt və bundan sonra sərhədçilər tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin həmin şəxslərin hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, 14 mart 2023-cü il tarixdə, gecə saatlarında sərhədçilər tərəfindən tutulmuş iki nəfər şəxsin tutulduğu əraziyə, bu şəxslərin üzərinə və gəldikləri avtomobilə, həm də həmin şəxslərə aid iki ədəd torbalara baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt özündən başqa bir nəfər şəxs də (Şahid4 Sadiq oğlu) orada hal şahidi kimi iştirak etmişdir. Əvvlcə tutulmuş iki nəfər şəxsin (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) və onların iştirakı ilə bu şəxslərin saxlandıqları yerə (Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin arxa tərəfində olan sahəyə) baxış keçirilmiş, baxış zaman həmin sahədə iki ədəd torba aşkar edilib götürülmüş, sonra zastavada həmin torbalara tutulmuş şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı torbaların içərisində çoxlu sayda bağlamalar və həmin bağlamaların içərisində ot halındai narkotik maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı tutulmuş iki nəfər şəxs ((Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) içərisində narkotik maddələr olan bağlamaları götürmək üçün həmin əraziyə gəldiklərini bildirmişlər. Həmçinin sərhədçilər tərəfindən onun iştirakı ilə tutulmuş şəxslərin üzərində axtarış aparılmış və onların üzərində qanunsuz əşyalar aşkar edilməmiş, sonra həmin şəxslərə aid avtomobilə də baxış keçirilmiş və avtomobildə iki ədəd bıçaq aşkar edilib götürülmüşdür. İşdə olan, DSX-nin “N” saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 14 mart 2023-cü il tarixli “Raport”u, habelə “Hadisə yerinə baxış keçirilməsi haqqında” və “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 14 mart 2023-cü il tarixli protokollarla müəyyən olunur ki, 14 mart 2023-cü il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin arxasında (14-cü sərhəd zastavasının sol cinahı, 15-ci sahəsinin arxa istiqamətində) qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələrin gizlədilməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında qeyd olunan ərazidə“ “Pusqu” sərhəd xidməti təşkil olunmuşdur. 14 mart 2023-cü il tarixdə, saat 05:30 radələrində göstərilən əraziyə “X10” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşıb dayanması və avtomobildən iki nəfər şəxsin düşüb ərazidə axtarış aparmaları müşahidə edilmiş, daha sonra həmin şəxslər iki ədəd göy rəngli torbaları götürüb uzaqlaşarkən sərhəd naryadı tərəfindən “Dayan” komandası verilməklə həmin şəxslər tutulub saxlanılmışlar. Saxlanılan şəxslər özünü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Sonra təhqiqat orqanı (hərbi hissə) tərəfindən hal şahidləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə onların saxlanıldıqları yerə baxış keçirilmişdir. Baxış zamanı saxlanılan şəxslər qeyd olunan iki ədəd torbaları götürdükdən sonra sərhədçilər tərəfindən saxlanıldıqlarını və bağlamaların içərisində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra şübhəli şəxslərə aid torbalara baxış keçirilmiş və torbaların içərisində cəmi 19 ədəd bağlamalarda narkotik vasitəyə oxşar kütlələr (qurudulmuş marixuana) aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, həmçinin əşya və sənədlərin götürülməsi haqqında” 14 mart 2023-cü il tarixli protokollarla müəyyən edilir ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində bir ədəd “İphone” markalı mobil telefon, sürücülük vəsiqəsi, 4 ədəd bank kartı, 3 ədəd plastik bonus kartı və 2 AZN pul, habelə Təqsirləndirilən şəxs2 üzərində bir ədəd “Realme”markalı mobil telefon, bir ədəd qol saatı, bir ədəd üzük, bir ədəd pul qabı, 60 AZN pul, sürücülük vəsiqəsi, avtomobilə aid texniki pasport, iki ədəd bank kartı və bir ədəd SOCAR-a aid plastik kart aşkar olunmuşdur. İşdə olan, “Avtomobilə baxış keçirilməsi haqqında” 14 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə “X10” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən iki ədəd balaca bıçaq aşkar edilib götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, iki ədəd sintetik torbalarda ümumilikdə sayı 19 (on doqquz) ədəd sellofan bağlamalarda ümumi çəkisi 16 kq 397,6 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 16 kq 396,65 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 17 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 məxsus olduğunu qeyd edilən və şərti bir rəqəmi ilə işərələnmiş bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, dəstəyinin bir üzün məişətdə istifadə edilən alışqan quraşdırılmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 məxsus olduğunu qeyd edilən və şərti iki rəqəmi ilə işərələnmiş bıçaq-zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, dəstəyinin bir üzün məişətdə istifadə edilən alışqan quraşdırılmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat təşkil edir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 21 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefonun üzərində 070/749-06-16 və 077/767-73-33 saylı mobil nömrələrin olması və telefonun vatsap proqramı hissəsində “Astara Taksi” kimi qeyd etmiş şəxsin (“Xalid” adı şəxsə aid) +98-***-***-**-** saylı nömrə arasında 13 və14 mart 2023-cü il tarixlərdə bir neçə halda audio zənglərin olması müəyyən edilmişdir. Habelə Təqsirləndirilən şəxs1 vatsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050/991-53-63 saylı mobil nömrəyə 14 mart 2023-cü il tarixdə “canlı məkan” göndərildiyi və həmin şəxslə aralarında 13 və 14 mart 2023-cü il tarixlərdə bir neçə halda audio zənglərin olması müəyyən edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 21 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus “Realme” markalı mobil telefonun üzərində 050/991-53-63 saylı mobil nömrənin olması, və telefonun vatsap proqramı hissəsində “Kamil Prokuror” kimi qeyd edilmiş şəxs (Təqsirləndirilən şəxs1) tərəfindən yönləndirmə ilə 14 mart 2023-cü il tarixdə göndərilmiş “canlı məkan”, fəaliyyət göstərməyən yanacaq doldurma məntəqəsinin fotoşəkli və səs yazısı aşkar edilmişdir. Həmin səs yazısında “bu benzin yeri işdəmir, qardaşım konum budu xob?, konum budu, bu pon benzin yeri var, bu pon benzin yeri işdəmir, benzin vuran yerdi, onun arxasında bir dənə çən var, bu nöqtənin üsdünə getsən onu götürərsən ordan, bu benzin yeri işdəmir, boş yerdi, xəlvət yerdi, bura işdəmir, bax haradı get ora” məzmununda danışıqlar olması aşkar edilmişdir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 16 və 25 mart 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 16396,65 qram qurudulmuş marixuana, bir ədəd “İphone” və bir ədəd “Realme” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs1 yaş həddi ilə əlaqədar olaraq (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə (60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq edilmir) uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 65 yaşı olması ilə əlaqədar olaraq) ona narkomaniyadan məcuri müalicə tətbiq edilməsi mümkün deyil və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlar-tanışı Novruzla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, onunla birlikdə narkotik maddəni götürmək üçün gedəcəyi təqdirdə Novruza narkotik maddə və pul verəcəyi ilə bağlı onunla razılaşmasının olmaması, özünün xahişi ilə Novruzun yalnız sürücü kimi onunla birlikdə getməsi, iranlının ona mərmər daşının nümunələri göndərməsi və onun da mərmər daşının nümunələri götürmək üçün Astara rayonuna getməsi tutulduqdan sonra sərhədçilərin ona və Novruza qarşı təzyiqlər etməsinə aid hallar, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlar-tanışı Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girməməsi, Kamilin xahişi ilə sürücü kimi hadisə yerinə getməsi, Kamilin götürəcəyi əşyanın narkotik maddə olmasını bilməməsi, onunla birlikldə getməsinə görə Kamilin ona narkotik maddə və pul verəcəyi ilə bağlı onunla razılaşmalarının olmaması, tutuldulduqları yerdə heç bir torba görməməsi və əlinə torba götürməməsi, tutulduqları yerdən götürülmüş torbalarda aşkar olunmuş narkotik maddənin ona aid olmaması və həmin narkotik maddənin kimə məxsus olmasını bilməməsi, tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqlər etməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Novruzla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, onunla birlikdə narkotik maddəni götürmək üçün gedəcəyi təqdirdə Novruza narkotik maddə və pul verəcəyi ilə bağlı onunla razılaşmasının olmaması, özünün xahişi ilə Novruzun yalnız sürücü kimi onunla birlikdə getməsi, iranlının ona mərmər daşının nümunələri göndərməsi və onun da mərmər daşının nümunələri götürmək üçün Astara rayonuna getməsi tutulduqdan sonra sərhədçilərin ona və Novruza qarşı təzyiqlər etməsinə dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girməməsi, Kamilin xahişi ilə sürücü kimi hadisə yerinə getməsi, Kamilin götürəcəyi əşyanın narkotik maddə olmasını bilməməsi, onunla birlikldə getməsinə görə Kamilin ona narkotik maddə və pul verəcəyi ilə bağlı onunla razılaşmalarının olmaması, tutuldulduqları yerdə heç bir torba görməməsi və əlinə torba götürməməsi, tutulduqları yerdən götürülmüş torbalarda aşkar olunmuş narkotik maddənin ona aid olmaması və həmin narkotik maddənin kimə məxsus olmasını bilməməsi, tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqlər etməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid1 və Şahid3 (həmin şahidlər ifadələrində ittihamda göstərilən xüsusatları təsdiq etmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən telefon danışıqlarına dair məlumatlar, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində onlar ittihamda göstərilən xüsusatları təsdiq etmişlər), bundan əlavə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi qismən etirafedici ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayət əməli törətmişlər, habelə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini törətmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Habelə bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəninin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32-ci maddəsinə istinad olunmaqla CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 münasibətdə ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə o, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan iranlının) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs (“Xalid” adlı iranlı) tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxs birlikdə həmin maddələri qoyulduğu yerdən götürmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddəni satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddənin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş, habelə Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçiriləcəyini əvvəlcədən bilməklə bu maddənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə, iştirak etməklə CM-nin 32.5,206.2-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1in və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Bakı şəhəri, Yasamal rayon 24 saylı MKİS-dən verilmiş 10 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 48, mənzil 12-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Bakı şəhəri, Yasamal rayon 24 saylı MKİS-dən verilmiş 10 aprel 2023-cü il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2006-cı il təvəllüdlü X9 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmləri və qərarlarının surətləri ilə müəyyən olunur ki, Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəmsinin 24 may 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qərarı ilə (“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiq edilməsi ilə əlaqədar) Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilib ona 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həmin məhkəmənin 10 may 2019-cu il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş 10 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Bakı şəhəri, Qaradağ rayon 150 saylı MKİS-dən verilmiş 28 mart 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 1, ev 6, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AA3787236 və AA5385779 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X6 21 noyabr 2015-ci ildə və X7 21 iyun 2018-ci ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99- 1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən hər birinin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyipi nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan 16396,65 qram narkotik vasitə olan qurudulmuş marixuana həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və DSX-nin İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “İphone” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 oğlu İsmayıl Həsənova, habelə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Realme” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 atası Tofiq Mirzəyevə təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-146 (bir yüz qırx altı) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 73 (yetmiş üç) manat və məhkum Təqsirləndirilən şəxs2 73 (yetmiş üç) manat pul vəsaiti tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 16396,65 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “İphone” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 oğlu X3 təhvil verilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Realme” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 atası X1 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-146 (bir yüz qırx altı) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 73 (yetmiş üç) manat və məhkum Təqsirləndirilən şəxs2 73 (yetmiş üç) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-171/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-171/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver