Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-171/2025 05.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nuriyev Aqil Abdul oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtina etməsinə dair vəsatətinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə verimişdir. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısı ittihamdan imtinasını onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1025,0 qr, -985,0 qr, -965,0 qr, -615,0 qr, -980,0 qr, -950,0 qr, -985,0 qr, -445,0 qr və -19,454 qram: ümumi təmiz çəkisi: -6969,454 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükülüdə təmiz çəkisi 10,010 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamin keçirməmişdir. Təqsirləndirilən şəxsa Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə ittiham elan edilməsi sonuncunun əməlinin düzgün tövsif edilməməsinə gətirib çıxarmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə elan olunmuş ittiham cinayət işinin məhkəmə baxışı zamanı təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X4 dövlət ittihamçısı ilə razı olduqlarını və onun təklifinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərkibi tərəfləri dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Dövlət ittihamçısı vəsatəti qəbul edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 84.6.9-cu maddəsinə əsasən dövlət ittihamçısı «bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək» hüququna malikdir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən «Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir…». Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir». Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 43.1.1 və 314.2-ci maddələrinin tələblərini, yuxarıda qeyd edilən məsələlərlə bağlı dövlət ittihamçısının da mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilməli, cinayət işi üzrə icraata (cinayət təqibinə) müvafiq hissədə xitam verilməli, sonuncuya qarşı cinayət təqibi Azərbaycan CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 43.1.1, 314.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CMin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilsin. Təqsirləndirilən şəxs qarşı cinayət təqibi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə davam etdirilsin. Qərardan elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva
Məhkəmə qərarları › İş №1(099)-171/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-171/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver