Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-172/2022 14.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1969-cu ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qalaqayın kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 28 yanvar 2021-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə külli miqdarda, yəni 3175,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq Sabirabad rayonunun Qalaqayın kəndində yaşadığı evə gətirib həyətyanı sahəsində yerləşən hamamda qanunsuz olaraq saxlamış, 26 yanvar 2021-ci ildə saat 15:10-da Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ona məxsus evə, həyətyanı sahəyə və həyətdəki yardımçı tikilərə baxış keçirilərkən həyətyanı sahədə olan hamamda qeyd olunan 3175,0 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 3 ədəd ayrı-ayrı karton qutularin içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin sentyabr ayında öz istifadəsi üçün çətənə bitkiləri əkib onun yarpaqlarını yığıb qurudaraq 3 ədəd karton qutulara yığıb onları həyətində olan hamamda gizlətmiş, 26 yanvar 2021-ci ildə saat 15 radələrində yaşadığı evdə olarkən rayon polis şöbəsinin əməkdaşları həyətə gələrək evdə narkotik vasitə olması barədə məlumat əldə etdiklərini deyərək evə baxış keçirəcəklərini bildirmiş, hal şahidlərinin iştirakı ilə evinə və həyətinə baxış keçirilmiş, baxış zamanı həyətində olan hamamda gizlətdiyi 3 ədəd karton qutularda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, sorğu-sual zaman korobkalardakı narkotik vasitələrin ona məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmiş, sonra protokol tərtib edilərək hal şahidləri, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Hazırda özünün Hepatit «C», oğlunun isə vərəm xəstəliyindən əziyyət çəkməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, eləcə də heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamasını və narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Sabirabad rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 26 yanvar 2021-ci ildə Sabirabad rayonunun Qalaqayın kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, polis əməkdaşları onun yaşadığı ünvana gedərək hal şahidlərinin iştirakı ilə evinə və həyətinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə yerləşən hamamda 3 ədəd karton qutularda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olduğunu və öz istifadəsi üçün əldə edərək saxladığını bildirmiş, sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də sonuncu tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 26 yanvar 2021-ci ildə saat 16 radələrində Sabirabad rayonunun Qalaqayın kənd sakini Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə və evinə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etmiş, baxış zamanı həyətyanı sahədə yerləşən hamamda 3 ədəd karton qutularda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olduğunu və öz istifadəsi üçün əldə edərək saxladığını bildirmiş, baxış keçirildikdən sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş, sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 26 yanvar 2021-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad rayonu Qalaqayın kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən hamamın birinci otağının qapısı arxasında 3 ədəd karton qutularda ümumi təmiz çəkisi 3175 qram narkotik vasitə marixuana aşkar olunmuş qablaşdırılmaqla DİN-nin 139 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2021-ci il tarixli, 18/151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 3 ədəd karton qutularda ayrı-ayrılıqda təmiz çəkiləri- 890.0 qram, 1580 qram, 705 qram olmaqla ümumi təmiz çəkisi-3175.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli 1121 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra 3 ədəd karton qutularda təmiz çəkisi 3174, 94 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2021-ci ildə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2021-ci ilin yanvar ayının 26-dan 28-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhərrayon polis şöbəsinə təhvil verilməli, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 29 yanvar 2021-ci il tarixli, 175 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Orucov X3 rayonunun Qalaqayın kəndində qeydiyyatda olmaqla, himayəsində heç bir yerdə işləməyən arvadı və iki uşağı ilə birgə göstərilən ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad rayon mərkəzi xəstəxanasının labaratoriya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyi müəyyən olunur. İş materiallarında olan Sabirabad rayon mərkəzi xəstəxanasından verilmiş 14 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs uşağı 18 yanvar 1995-ci il təvəllüdlü X5 26 iyul 2021-ci ildən Sabirabad RMX-nın Vərəm şöbəsində “Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində, TDM (+) müsbət MDR forma” diaqnozu ilə qeydiyyatda durur. Telman Orucov 08 sentyabr 2021-ci ildən Bakı şəhəri, Zığ qəsəbəsi, 06 saylı xüsusiləşdirilmiş vərəm əleyhinə xəstəxanasında eyni diaqnozla stasionar müalicə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində heç bir yerdə işləməyən arvadının, özünün və oğlunun xəstə olmasını, ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakteriz edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan və ümumi təmiz çəkisi 3174,94 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2021-ci ilin yanvar ayının 26-dan 28dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 5 (beş) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin və oradan Bakı İstintaq Təcridxanasına etap olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 3174,94 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Xamməd Nuriyev
3. Əli Əliyev