Məhkəmə qərarları › İş №1(099)-172/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-172/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-172/2023 29.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1999-cu il tarixdə Astara rayonu Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatda olub və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda 5,331 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdarda 79,05 qram çəkidə narkotik vasitə olan tiryəki və 0,870 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədilə əldə edib üzərində daşıyaraq hissələrə ayırmaqla üzərində, habelə yaşadığı evlərdə saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 sentyabr 2022-ci il tarixdə saat 10:13-də yaşadığı Astara şəhəri, S.Vurğun küçəsində yerləşən hərbi şəhərcikdəki evində axtarış keçirilən zamanı evin yataq otağında paltarların arasından üzərində narkotik vasitə heroin izləri aşkarlanmış bir ədəd elektron tərəzi, daha sonra dəhlizin sonundakı otaqda girişdən sağ tərəfdə döşəmənin üzərinə qoyulmuş yastıqların altından şəffaf sellofanın içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 38,744 qram olan narkotik vasitə tiryək, 01 ədəd kibrit qutusunun içərisindən 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,479 qram, 0,481 qram, 0,478 qram, 0,402 qram, 0,456 qram, 0,436 qram, 0,411 qram, 0,384 qram olmaqla ümumi təmiz çəkisi 3,527 qram olan narkotik vasitə heroin, digər kibrit qutusunun içərisindən 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,528 qram, 0,093 qram, 0,128 qram və 0,121 qram olmaqla ümumi təmiz çəkisi 0,870 qram psixotrop maddə olan metamfetamin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,841 qram, 0,805 qram, 0,046 qram, 0,069 qram, və 0,043 qram, ümumi təmiz çəkisi 1,804 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı Astara rayonu Rüdəkənar kəndində yerləşən digər fərdi yaşayış evində axtarış keçirilərkən yataq otağındakı dolabın aşağı siyirtməsində olan platarların arasından bir ədəd bükümdə təmiz çəkisi 38,744 qram ona məxsus narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,429 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə günü onu yaşadığı evində polis əməkdaşları gəlib tutub, şöbəyə aparmışlar. Səhər saat 09:00 radələrində polis əməkdaşları onu evdən götürmüşlər. Şöbədə təxminən 40 dəqiqə saxladıqdan sonra isə onu yenidən yaşadığı evinə gətirib, evdə axtarış keçirmişlər. Polislər evə gələrkən anası, qardaşı və gəlinləri evdə olmuş, lakin onu evə yenidən gətirəndə onları çölə çıxarmışlar. Axtarış zamanı evinə narkotik vasitələr qoyulub, videoçəkilişlə boynuna qoymuşlar. Evdə narkotik vasitələr balışın altından aşkar edilmişdir. Daha sonra yenidən onu polis şöbəsinə aparıb orada təsir, təzyiq etməklə şahidlər vasitəsilə narkotik vasitələri boynuna qoymuşlar. Onu CM-nin 234.2-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər, lakin sonradan isə görmüş ki belədi. Saxlanılarkən isə ona məxsus heç bir narkotik vasitə olmamış, aşkar edilmiş narkotik vasitələrin ona aidiyyəti olmamışdır. Etirafedici ifadələr verməyə əməliyyatçılar tərəfindən məcbur edilmişdir. Yaşadığı evlərdən və üzərindən aşkar edilmiş narkotiklər ona məxsus olmamış, üzərindən aşkar edilən narkotiki isə əməliyyatçılar ona vermiş, onların sözü ilə isə həm istifadə etdiyini, həm də satdığını bildirmişdir. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə etirafedici ifadələr vermişdir. Aşkar edilmiş elektron tərəzi isə özünə məxsus olmuşdur, həmin tərəzini ərzaq dükanı açdıqda, dükan üçün işlətmək məqsədilə almışdır. Şahid6 tanıyır, taksi sürücüsü işləyir, ona məxsus maşına minib, pulunu verib düşmüşdür. Şahid6 narkotik satmamış, o yalan deyir. Yaşlı xəstə anası var, narkotiklərin ona aidiyyəti yoxdur, barəsində düzgün, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində evdə olduğu zaman Astara Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı Astara şəhəri, S. Vurğun küçəsində Hərbi şəhərcikdə yerləşən fərdi yaşayış evinə gələrək evində axtarış aparmışlar, vidoçəkiliş vasitəsilə aparılan axtarış zamanı yaşadığı Astara şəhəri S. Vurğun küçəsi hərbi şəhərcikdə yerləşən fərdi yaşayış evindən ümumilikdə 7640 manat məbləğində pul, dəhlizin sonundakı otaqda yastığın altında olan sellofanın içərisindən 1 (bir) bükümdə narkotik vasitə tiryək, 13 (on üç) ədəd narkotik vasitə heroin bükümləri, 4 (dörd) ədəd psixotrop maddə metamfetamin bükümləri aşkar edilərək götürülmüşdür. Axtarış aparılan zaman özü və qardaşı Ceyhun Abdullayev aşkar olunmuş pulların onlara məxsus olduğunu lakin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olmadığını bildirmişlər. Qeyd olunan ünvanda axtarış bitdikdən sonra Astara Rayon Polis Şöbəsinin əməkdaşları onun qediyyatda olduğu Astara rayon Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin ünvana qardaşı Ceyhun Abdullayev daha çox gedib-gəldiyinə görə buradakı axtarış zamanı qardaşı Ceyhun iştirak etmiş və özünün Ceyhun Abdullayevə məxsus yataq otağında çarpayının sol tərəfində olan dolabda paltarların arasında gizlətdiyi bir bükümdə narkotik vasitə tiryəkin aşkar edilərək götürülməsi ona məlum olmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı şalvarının sağ yan cibində olan bir bükümdə narkotik vasitə olan tiryəki çıxarıb təqdim edərək üzərindən aşkar olunan narkotik vasitə hesab olunan tiryəki öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Axtarış zamanı təhqiqatçı ondan yaşadığı ünvanlardan aşkar olunmuş narkotik vasitə və psixotrop madələrin kimə aid olduğunu soruşduqda, aşkar olunmuş narkotik vasitə və psixotrop madələrin ona məxsus olduğunu qeyd etmiş, həmin narkotik vasitə və psixotrop maddələrin ona aid olmadığını deməklə məsuliyyətdən yayınacağını düşündüyü üçün yaşayış evində axtarış aparılan zaman bu kütlələrin ona aid olmadığını bildirmişdir. Qeydiyyatda olduğu Astara rayon Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evindən aşkar olunmuş bir bükümdə narkotik vasitə tiryəki özü həmin ünvanda gizlətmiş və həmin narkotik vasitə olan tiryəkin orada olmasından heç kimin məlumatı olmamışdır. X6 də həmin Rüdəkənar kəndində olan evdə və S.Vurğun küçəsində olan evdə narkotik vasitə və psixotrop maddə olmasından xəbəri olmamışdır. Yaşadığı evdən tapılan pullar xalasına məxsusdur. «İnstagram» sosial şəbəkəsində “Cənub diyarı” adı ilə qeydiyyatdan keçdiyi üçün tutulduğu ərəfələrdə özünü “Bəhruz” kimi təqdim edən bir şəxslə tanış olmuş, onunla söhbət zamanı həmin şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu qeyd etdikdə bu şəxsdən narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmiş, tanımadığı bu şəxs “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ona kart göndərəcəyini, həmin karta 200 manat pul yükləyəcəyi təqdirdə ona narkotik vasitə və psixotrop maddə göndərəcəyini bildirdiyi üçün özünə məxsus olan ***-***-**-** nömrəli mobil nömrə ilə qeydiyyatda keçdiyi “WhatsApp” hesabı vasitəsilə həmin şəxslə danışıb Ələt-Astara-İran Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 194 kilometr sözləri yazılmış lövhənin altına həmin narkotik vasitə və psixotrop maddələri qoymağını bildirib bu lövhənin yerini ona izah edərək lövhənin fotoşəkillərini çəkib ona atmış, həmin “Bəhruz” adlı naməlum şəxs onunla razılaşdıqda ona kart vasitəsi ilə 200 manat göndərmiş və Bəhruz kimi tanıdığı şəxs də tutulmamışdan 15 gün əvvəl narkotik vasitə və psixotrop maddələri qeyd etdiyi lövhənin altına qoyaraq bu barədə ona “WhatsApp” vasitəsilə məlumat vermiş, o da gedib həmin narkotik vasitəni və psixotrop maddəni lövhənin altından götürmüşdür. Həmin narkotik vasitələri və psixotrop maddələri heç kimə verməmiş və satmamışdır. Hər dəfə həmin Bəhruz adlı şəxslə “WhatsApp” vasitəsilə danışan zaman mobil telefondan bütün yazışmaları, telefon danışıqlarını və bir-birilərinə göndərmiş olduqları şəkilləri pozmuşdur. Buna görə də həmin naməlum şəxsin ona atmış olduğu kartın kodunu eyni zamanda mobil nömrəsini unutmuşdur. Bəhruz adlı şəxsin kim olması, şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib sorğu-sual edilən zaman çox həyəcanlı olduğu üçün psixotrop maddələri və narkotik vasitələri «İnstagram» sosial şəbəkəsində “Cənub diyarı” adı ilə qeydiyyatdan keçmiş “Bəhruz” adlı şəxsdən aldığını, həmin şəxsin şəxsiyyəti barədə heç bir məlumatı olmadığını, həmin naməlum şəxslə tanış olub “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlayan zaman iranlı olduğunu bildirmiş, lakin bir dəfə bu şəxslə “WhatsApp” vasitəsilə danışan zaman onun yanında kiminsə olduğunu, həmin şəxslə talış dilində danışarkən bu şəxsin Astara və ya Lənkəran rayon sakini və azərbaycanlı olmasını, İİR vətəndaşı olmadığını anlamışdır. Astara RPŞ-nin əməkdaşları həmin psixotrop maddələri və narkotik vasitələri kimdən almasını, həmin şəxsin adını, harada yaşadığı barədə məlumatları bildirməsini təkid etdikləri üçün həyəcandan Bəhruz kimi tanıdığı şəxsin İİR vətəndaşı olduğunu bildirmiş, lakin bu şəxsin iranlı deyil, azərbaycanlı olduğunu, həmçinin polislərin öz adamı olduğunu düşünmüş və fikrincə də onun barəsində məlumatı polis əməkdaşlarına həmin şəxs vermişdir. Həmin Bəhruz kimi tanıdığı şəxslə heç vaxt görüşməmiş, onun zahiri görünüşü barədə heç bir məlumata sahib olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs təkrar dindirilərkən ifadəsində qeyd etmişdir ki, Astara şəhər sakini Şahid6 və Şahid7 narkotik vasitə satmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini polis əməkdaşlarının təzyiq və təhdidi nəticəsində sənədləri imzaladığını, polis əməkdaşlarının təzyiqləri nəticəsində ifadəsindəki Cənub diyarı, Bəhruz adlı şəxsin olması barədə özünün uydurduğunu, müstəntiq tərəfindən də ifadələrinin ona oxunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Astara RPŞnin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına daxil olan məlumat əsasında 19 sentyabr 2022-ci il tarixdə Astara rayon prokuroruna vəsatət verilmiş, prokuror tərəfindən də məhkəməyə təqdimat verilmiş, habelə Təqsirləndirilən şəxs və qardaşı X2 yaşadıqları Astara rayonu Rüdəkənar kəndində və Astara şəhəri Səməd Vurğun küçəsindəki hərbi şəhərcikdə yerləşən ünvanlarda axtarış keçirilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Qəbul olunmuş axtarış qərarı əsasında 26 sentyabr 2022-ci il tarixdə, əməliyyat tədbirinin keçirilməsi barədə qərar və əmr qəbul edilmişdir. Bunun da ardınca 26 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında yaradılmış əməliyyat qrupu ilə birlikdə ilk olaraq X2 və Təqsirləndirilən şəxs yaşadıqları Astara şəhəri Səməd Vurğun küçəsindəki hərbi şəhərcikdə yerləşən evə yollanmışlar. Evdə axtarış aparılarkən Təqsirləndirilən şəxs və Ceyhun Abdullayev də iştirak etmişdir. Onların iştirakı ilə axtarış aparılarkən evdən bir neçə yerdən kağız pullar aşkar olunmuş və həmin pullar təhqiqatçı tərəfindən götürülərək Ceyhun və Elmara həmin pulların istintaq zamanı qaytarılacağını izah etmişdir. Daha sonra axtarış keçirilməsinə davam edilmiş və dəhlizin sonundakı otaqda axtarış keçirilərkən yerdə yastıqların altında iki ədəd kibrit qutusu və bir ədəd narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmiş, birinci kibrit qutusunun içrisinə baxış keçirilərkən içərisindən 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, habelə bu bükümlər çəkilmiş və bir ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra digər kibrit qutusunun içərisinə baxış keçirilərək bu kibrit qutusunun içərisindən 04 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr və 05 ədəd bükümdə narkotik vasitə hesab olunan heroinə bənzər kütlələr aşkar edilmiş, bu bükümlər də eyni qaydada qablaşdırılıb möhürlənmişdir. Bundan sonra içərisində qəhvəyi rəngli maddə olan tiryəkə bənzər büküm qablaşdırılıb möhürlənmişdir. Bundan sonra qrup üzvləri və Ceyhun Abdullayevlə bərabər Astara rayonu Rüdəkənar kəndində yerləşən evə getmişlər. Rüdəkənar kəndində yerləşən evdə baxış keçirilməzdən əvvəl həmin kəndin icra nümayəndəsi Şahid5 və bələdiyyə sədri Bədi Məmmədova da baxışda iştirak etmişdir. Axtarış zamanı evdəki yataq otağında olan siyirtmədən bir bükümdə narkotik vasitə olan tiryək aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirilmiş və polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş kütlə aşkar olunduqdan sonra həmin kütləyə baxış keçirilərkən bu kütlənin narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən edilmiş, ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə qablaşdırılaraq qablaşmanın üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq göstərilməmişdir, üzərinə və yaşadığı evlərə isə narkotik vasitələr qoyulmamışdır. Onun bu barədə bildirdikləri yalan və böhtandır, özünü müdafiə üçün uydurulmuş ifadələrdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Astara rayonu Suparibağ kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Hadisə günü Astara rayon polis şöbəsinin əməkdaşları ona zəng edib Astara rayonu Rüdəkənar kəndində Ceyhun Abdullayevə məxsus evdə axtarış keçiriləcəyi bildirilib onun və bələdiyyə sədri Bədi Məmmədovanın da axtarışda iştirak etməsi xahiş olunmuş, o da bunun ardınca polis əməkdaşlarının ona dediyi ünvana gəlmişdir. Daha sonra videoçəkiliş vasitəsilə evdə axtarış keçirilməsinə başlanmış və axtarış zamanı evdəki yataq otağında olan siyirtmədən 01 ədəd bükümdə polis əməkdaşlarının deməsinə görə narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid X13 ifadəsində göstərmişdir ki, özü əvvəllər heroindən istifadə etmişdir. Elmarı Astara şəhərindən tanıyır. Onun əvvəlcədən narkotik satması barədə bilirmiş, bu barədə Elmar ona bildirmişdir. Narkotik istifadə etdiyindən canının ağrısından Elmara zəng vurub narkotik istəmişdir. Elmar isə ona bir dəfə 5-10 manat dəyərində marixuana satmışdır. Lakin həmin marixuananı aldığı tarixi dəqiq xatırlamır. Elmar həbs edildikdən sonra ona etdiyi zənglə bağlı polis şöbəsinə dəvət edilib ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək icraat zamanı şahid qismində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş, ifadəsində Şahid6 göstərmişdir ki, Astara rayonu Suparibağ kəndində yaşayır, taksi fəaliyyəti ilə məşğul olur. 03 noyabr 2022ci il tarixdə Astara şəhəri ərazisində 01 saylı məktəbin qarşısında olarkən polis əməkdaşları onu saxlayıb narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu buna görə də ondan nümunə götürüləcəyini bildirmişlər, o da buna heç bir etiraz etməmişdir. Daha sonra sidiyindən nümunə götürülmüş və müayinə nəticəsində narkotik vasitə olan heroindən istiafə etməyi aşkar olunmuşdur. Narkotik vasitələrin aludəçisi deyildir, lakin bəzən narkotik vasitə olan heroindən istifadə edir. Astara şəhər sakini Elmar adlı şəxsdən bir neçə dəfə kakos, yəni heroin almışdır. Elmardan heroini təxminən 5 manata almışdır, bəzən də ona verdiyi narkotikin müqabilində onu öz maşını ilə mağazaya aparmış və bunun üçün ondan pul almamışdır, bununla da onunla ödəşmişdir. Qeyd etdiyi Elmarın adlı şəxsin soyadı Əliyevdir, əslən Astara rayonu Kijəbə qəsəbəsindəndir, lakin Astara şəhərində yaşayır, arıq bədənli və balacaboylu bir şəxsdir. Elmardan 3-4 dəfə narkotik vasitə olan heroin almışdır. İşdə olan, Astara RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, X2 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat marağı kəsb edən icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 9) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, X2 və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Astara RPŞ-nin ƏİÜ rəsi müavini Vilayət Allahverdiyev tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 10-11) İşdə olan, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 yaşadığı Astara rayonu Rüdəkənar kəndində yerləşən və Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsi, “Hərbi şəhərcik”də yerləşən fərdi yaşayış evində, evin həyətindəki yardımçı tikililərində və həyətyanı sahədə baxış, axtarış və götürmə istintaq hərəkətləri aparılması qərara alınmışdır. (c İ, i.v 6-8) İşdə olan, 26 sentyabr 2022-ci il tarixli “axtarış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş axtarış qərarı əsasında 26 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədirləri zamanı Astara şəhər sakini Təqsirləndirilən şəxs evində axtarış aparılmış, axtarış zamanı evdən ümumilikdə 7640 manat pul, dəhlizin sonundakı otaqda, döşəmənin üzərində qoyulmuş yastıqların altından 02 ədəd kibrit qutusu və bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmiş, birinci kibrit qutusuna baxış keçirilərkən içərisindən 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, habelə ikinci kibrit qutusunun içərisindən 04 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, habelə 05 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, daha sonra bu kütlələr müvafiq zərflərdə qablaşdırılmışdır. (c İ, i.v 15-16) İşdə olan, 26 sentyabr 2022-ci il tarixli “axtarış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş axtarış qərarı əsasında 26 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədirləri zamanı X2 iştirakı ilə Astara rayonu Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış, axtarış zaman evdə olan yataq otağındakı siyirtmədən 01 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra aşkar olunmuş bir bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə zərfdə qablaşdırılıb möhürlənməklə üzərinə imzalar edilmişdir. (c İ, i.v 17-18) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 20) İşdə olan, 26 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürülmə aparılması” haqqında protokoldan görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Əliyev X11 RPŞ-yə gətirilmiş, istintaq hərəkətinə başlanmazdan öncə Astara şəhəri Səməd Vurğun küçəsində və Astara rayonu Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olduğunu bildirmiş, daha sonra üzərində qanunla qadağan edilən hər hansı bir əşya və ya predmetin olub olmadığını soruşulub olması halında təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də bu təklifdən sora əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirilərkən bunun narkotik vasitə olan tiryəkə bənzər kütlə olması aşkar edilmiş, həmin bükümdə olan kütlə qablaşdırılaraq möhürlənmişdir. (c İ, i.v 36-37) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 19/1025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 1,429 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “X5 yaşadığı Astara rayon Rüdəkənar kəndində yerləşən evindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 38.877 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs və Ceyhun Abdullayevin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 38,744 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində "X10 və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,841 qr; 0,805 qr; 0,046 qr; 0,069 qr; 0,043 qram: ümumi təmiz çəkisi: 1,804 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “X10 və Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri S.Vurğun küç. hərbi şəhərcikdə yerləşən evindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlələr......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,479 qr; 0,481 qr; 0,478 qr; 0,402 qr; 0,456 qr; 0,436 qr; 0,411 qr; 0,384 qram: ümumi təmiz çəkisi: 3,527 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “X10 və Təqsirləndirilən şəxs evindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,528 qr; 0,093 qr; 0,128 qr; 0,121 qram: ümumi təmiz çəkisi: 0,870 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Tədqiqata təqdim edilmiş üzərində "X10 və Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri S.Vurğun küç. hərbi şəhərcikdə yerləşən evindən aşkar olunmuş 1 ədəd elektron tərəzi......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərilərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə.....”, “X5 yaşadığı Astara rayon Rüdəkənar kəndində yerləşən evindən aşkar olunmur narkotik vasitə tiryəkə bənzər kütlə....” və “Vətəndaş Təqsirləndirilən şəxs və Ceyhun Abdullayevin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə” sözlər və imzalar olan 3 ədəd zərfdəki ümumilikdə sayı 3 ədəd olmaqla ümumi təmiz çəkisi: 79,05 qram olan tiryəklər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biriləri ilə eyndirlər. Heroinin ümumi təmiz çəkisi 5,331 qram, təhqiqata sərf edildi 0,39 qram, qalıq 4,941 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,870 qram, təhqiqata sərf edildi 0,2 qram, qalıq 0,670 qram, tiryəkin ümumi təmiz çəkisi 79,05 qram, təhqiqata sərf edildi 0,15 qram, qalıq 78,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 46-50) İşdə olan, 27 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü İran vətəndaşı Bəhruz kimi təqdim edən şəxsin göndərdiyi narkotik vasitəni götürdüyü yeri Ələt-Astara- İran İslam Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun Ələt qəsəbəsində 194 “yazılan löhvəni göstərərək, narkotik vasitəni götürdüyü yeri göstərir. (c İ, i.v 62-64) İşdə olan, Astara Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 90-92) İşdə olan, Astara Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Astara Rayon Polis Şöbəsinin rəis müavini Vilayət Allahverdiyevin “əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 94-96) İşdə olan, 27 sentyabr 2022-ci il tarixli, 1021 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 97) İşdə olan, 27 sentyabr 2022-ci il tarixli, 357 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 98-99) İşdə olan, 29 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 4,941 qran narkotik vasitə olan heroin kütləsi, qalıq çəkisi 0,670 qram olan metamfetamin və qalıq çəkisi 78,9 qram olan narkotik vasitə tiryək cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c İ, i.v 109-111) İşdə olan, Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Astara şəhəri, S.Vurğun küçəsi, H/Şəh saylı evdə yaşayır, ailə tərkibi anasından ibarətdir, haqqında nümayəndəliyə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. (c İ, i.v 118-120) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 129) İşdə olan, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur, belə ki o, Astara rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan Şahid6, habelə Astara şəhər sakini Şahid7 tutulmamışdan öncəki tarixlərdə narkotik vasitə satmışdır. (c İ, i.v 146) İşdə olan, diskə baxış keçirilməsi haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı 10 sentyabr 2022-ci il tarixdə, saat 20:40:27-də 994-50-394-33- 93 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +994-50-585-54-05 saylı mobil nömrəyə “Brat.xayw.edram.vazyatm.pisti..” məzmunlu, habelə 23 sentyabr 2022-ci il tarixdə, saat 13:40:00-da +994+50-771-27-00 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 994-50-585-54-05 “bıve ile telfuni cebub bıdeni ım çı herekete” (qardaş, bir dənə telefona cavab ver, bu nə hərəkətdir) məzmunlu mesajlar yazılmışdır. (c İ, i.v 151- 154) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 19/1073 saylı rəyindən görünür ki, tətqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs və X2 yaşadığı evdən aşkar olunmuş 3 büküm tiryək, 4 büküm metamfetamin, 13 büküm heroin və bir ədəd elektron tərəzi 7 ədəd zərfdə Rəy №- 19/1025.....” sözlər və imzalar olan 1 ədəd paketdəki, ümumilikdə 4 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “X3 məxsus 1 büküm metamfetamin Rəy №- 19/1026.....” sözlər və imzalar olan 1 ədəd zərfdəki 1 büküm metamfetamin, üzərində “Təqsirləndirilən şəxs və X2 yaşadığı evdən aşkar olunmuş 3 büküm tiryək, 4 büküm metamfetamin, 13 büküm heroin və bir ədəd elektron tərəzi 7 ədəd zərfdə Rəy №- 19/1025.....” sözlər və imzalar olan 1 ədəd paketdəki, ümumilikdə 4 büküm metamfetaminlərdən kimyəvi komponent tərkiblərinə görə fərqlidir. Metamfetaminin ümumi təmiz çəkisi 1,238 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 1,188 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,670 qram, təhqiqata sərf edildi 0,2 qram, qalıq 0,470 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 174-177) İşdə olan, 23 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, axtarış və götürmə aparılması, habelə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri aparılarkən qeydə alınmış və diskə köçürülmüş videogörüntüləri özündə əks etdirən 04 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 197-207) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində və yaşadığı evlərdə heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evlərə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və təhdidlər edildiyi üçün həmin narkotik vasitələrin və psixptrop maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə təhqiqatçı tərəfindən verilmiş suallara, daha sonra müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində narkotik vasitələr heroin və tiryəkdən istifadə etdiyini, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu, Bəhruz adlı şəxsdən 200 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün saxladığını, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən, evinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə və yaşadığı evlərinə narkotik vasitələr qoyulmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra məhkəmə tibbi müayinəsi aparılmış xx.xx.2022-ci il tarixli, 357 nömrəli ekspert rəyində də onun bədəni üzərində hər hansı bir xəsarətin aşkar edilməməsi nəticəsinə gəlinmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və yaşadığı evlərdən aşkar edilmiş narkotik vasitələrin ona aidiyyətinin olmaması, həmin narkotik vasitələrin, psixotrop maddənin üzərinə və yaşadığı evlərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər, təhdidlər və pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 56-59), xx.xx.2022-ci il və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 79-82, 195-196) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən və yaşadığı evlərdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olmasını, həmin narkotik vasitələri və psixotrop maddəni Bəhruz adlı şəxsdən telefon vasitəsilə danışaraq, yolun qırağından götürüb əldə etdiyini, bunun qarşılığında sonuncuya 200 manat pul ödədiyini, həmin maddələri şəxsi istifadəsi üçün saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Astara Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evlərinə narkotik vasitələr, psixotrop maddə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və təhdidə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona aid olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni Bəhruz adlı şəxslə telefon vasitəsilə danışıb 200 manat ödəməklə əldə etdiyini, həmin maddələrdən istifadə etdiyini, eyni zamanda Amid Abdulleyevə və Tale Cəfərova narkotik vasitələr satdığını bildirmişdir. Bununla yanaşı o, müdafiəçisi ilə birlikdə xx.xx.2022-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə yaşadığı Astara şəhəri, S.Vurğun küçəsində yerləşən hərbi şəhərcikdəki evində üzərində narkotik vasitə heroin izləri aşkarlanmış bir ədəd elektron tərəzi, bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 38,744 qram olan narkotik vasitə tiryək, 01 ədəd kibrit qutusunun içərisindən 8 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,479 qram, 0,481 qram, 0,478 qram, 0,402 qram, 0,456 qram, 0,436 qram, 0,411 qram, 0,384 qram olmaqla ümumi təmiz çəkisi 3,527 qram olan narkotik vasitə heroin, digər kibrit qutusunun içərisindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,528 qram, 0,093 qram, 0,128 qram və 0,121 qram olmaqla ümumi təmiz çəkisi 0,870 qram psixotrop maddə olan metamfetamin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,841 qram, 0,805 qram, 0,046 qram, 0,069 qram, və 0,043 qram, ümumi təmiz çəkisi 1,804 qram olan narkotik vasitə heroin, Astara rayonu Rüdəkənar kəndində yerləşən fərdi yaşayış evində bir ədəd bükümdə təmiz çəkisi 38,877 qram narkotik vasitə tiryək, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,429 qram olan narkotik vasitə tiryəki əldə etməsini yaşadığı evlərdə saxlamasını və üzərində gəzdirməsini, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və yaşadığı evlərdən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu, eləcədə yaşadığı evdən aşkar edilmiş elektron tərəzini ərzaq dükanı açdıqda, dükan üçün işlətmək məqsədilə alması ilə bağlı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcədə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tale Cəfərovun və məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq edilmiş Şahid6 ifadələri ilə sonunculara Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələr satılması ilə bağlı onların bildirdikləri, aşkar edilmiş narkotik vasitələr heroin və tiryəkin şəxsi istehlak miqdarından dəfələrlə (heroinin təxminən 36 dəfə, tiryəkin təxminən 158 dəfə) çox olub külli miqdar təşkil etməsi, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 6 dəfə) çox olması, narkotik vasitələrin və psixotrop maddənin çəkilərək xırda bükümlərə bölünməsi (heroinin ümumilikdə 13 ədəd, metamfetaminin 4 ədəd, tiryəkin 3 ədəd) həmin bükümlərdən 01 ədəd tiryəki üzərində saxlamaqla daşıması, üzərində və yaşadığı evlərdə üç çeşiddə narkotik vasitələr və psixotrop maddə saxlaması, narkotik vasitələr və psixotrop maddə ilə yanaşı elektron tərəzinin aşkar edilməsi, həmin elektron tərəzinin də üzərində heroin izlərinin aşkar edilməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələrin satışı ilə məşğul olmuş, habelə o, üzərində və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5 və 19-cu sətrlərinə əsasən heroin və tiryək narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 26 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 78,9 qram narkotik vasitə tiryək, 4,941 qram narkotik vasitə heroin və 0,470 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan axtarış və götürmə, şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 120 (bir yüz iyirmi manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 78,9 qram narkotik vasitə tiryək, 4,941 qram narkotik vasitə heroin və 0,470 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və iş materiallarında olan axtarış və götürmə, şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar