Məhkəmə qərarları › İş №1(099)-173/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-173/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-173/2023 13.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasnın katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Lənkəran rayonu Aşağı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29,120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcəli sərxoş vəziyyətdə olmaqla 05 sentyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində əvvəllər qeyrirəsmi olaraq ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq yaşadığı, nənəsi Zərərçəkmiş şəxs2 məxsus Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gələrək orada Zərərçəkmiş şəxs1 birlikdə Bakı şəhərinə getməyi təklif etmiş, sonuncu onunla getməkdən imtina etdikdən sonra Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə əvvəlcədən üzərində gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı bıçağı çıxarıb kəsici-deşici hissəsi ilə sonuncunun həyatı üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinin ön və arxa səthindən zərbələr vurmağa başlamış, Zərərçəkmiş şəxs1 qışqırığına nənəsi Zərərçəkmiş şəxs2 həyətə düşərək onun Zərərçəkmiş şəxs1 bıçaqla vurmasına mane olmasına baxmayaraq hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs2 gözü qarşısında xüsusi amansızlıqla, yəni zərərçəkmişə və onun yaxın qohumu olan nənəsinə xüsusi əzab verməsini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə Zərərçəkmiş şəxs1 bıçaqla zərbələr vuraraq 9 bıçaq zərbəsi ilə ona döş qəfəsinin ön səthini dəlib keçən, plevra boşluğuna nüfuz edən, hemorragik şok 2-3-cü dərəcə, kəskin qanitirmə, sağ aşağı ətrafın monoplegiyası, sol tərəfli hemopnevmatoraks, sağ tərəfli pnevmatoraks ilə müşaiyət olunan, hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olmaqla sağlamlığına ağır zərər vurmaya aid dörd ədəd, döş qəfəsinin arxa səthindən dörd ədəd, sol bazu nahiyəsindən isə bir ədəd ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvuran bir ədəd kəsilmiş-deşilmiş xəsarətlər yetirmiş, eyni zamanda onun hərəkətlərinin qarşısını almağa çalışan nənəsi Zərərçəkmiş şəxs2 həmin bıçaqla sağ ayağının baldır hissəsini qəsdən kəsməklə ona sağ baldırın ön səthinin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vuran xəsarət yetirmiş, sonda Zərərçəkmiş şəxs1 yıxılıb hərəkətsiz vəziyyətdə olduğunu görüb öldüyünü zənn edərək hadisə yerindən getmiş, lakin Nargilə Əhmədova vaxtında xəstəxanaya çatdırılmaqla göstərilmiş zəruri tibbi yardım nəticəsində həyatı xilas edildiyindən bilavasitə onu həyatdan məhrum etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 29,120.2.4 və 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayır. 2021-ci ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. 2021-ci ilin oktyabr ayından Nargilə ilə müxtəlif ünvanlarda mənzil kirayə edərək qeyri-rəsmi qaydada ər-arvad kimi yaşamışlar. Nargilə ilə aralarında qısqanclıq zəmnində mübahisələr olmuşdur. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 ondan ayrılaraq Ağsu rayonuna, anasının yanına getmişdir. Dəfələrlə Nargilənin yanına gedərək barışmaqlarını xahiş etsə də, Nargilə onunla barışmaqdan imtina etmişdir. 2022-ci ilin avqust ayının ortalarında Nargilə Kürdəmir rayonu Topalhəsənli kəndinə nənəsi ilə yaşamağa getmişdir. Nargilə ondan ayrılsa da, telefonla tez-tez danışmışlar. Kürdəmir rayonunda olduğu müddətdə bir-iki dəfə nənəsindən xəbərsiz Nargilə ilə görüşmüşdür. Nargilənin yaşadığı kənddə marketdə işləməsini görmüş və ondan işdən çıxmasını xahiş etmişdir. Çünki onun barışaraq Bakı şəhərinə gətirmək fikri olmuşdur. Qohumlarına Nargilə ilə barışmaq istədiyni demiş və 8-9 sentyabr 2022-ci il tarixlərdə Ağsu rayonuna Nargilənin yanına gedəcəkləri barədə razılaşmışlar. 04 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhərində evinin yaxınlığındakı yeməkyaxanaların birində yemək yeyib spirtli içki araq və pivə içmişdir. Araq və pivə içib sərxoş olduqdan sonra ağlına gəlmişdir ki, həmin gün gedib Nargiləni Bakı şəhərinə gətirsin. Bu səbəbdən həmin gecə Kürdəmir rayonuna getmək qərarı almışdır. Hava qaranlıq olduğundan evdən çıxanda özü ilə istifadə olunmamış mətbəx bıçağını götürüb cibinə qoymuşdur ki, Kürdəmir rayonunda üzərinə heyvanlar hücum etsə, özünü qoruya bilsin. 05 sentyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində avtovağzaldan tanımadığı taksiyə minərək Kürdəmir rayonuna gəlmişdir. Yolda gəldikdə pivə və alkoqollu enerji içkilərindən yenə də içmişdir. Səhər saat 06 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndinə girişdə taksidən düşmüşdür. Topalhəsənli kəndində Nargilənin nənəsigilin evinə gəlib, həyətin arxa qapısından həyətə daxil olmuşdur. Nargiləgili oyatmamaq üçün həyətdə evin pilləkənin altında gözləmişdir. Təxminən saat 07 radələrində Nargilə evdən çıxaraq pilləkənlə həyətə düşmüşdür. O, Nargilənin qarşısına çıxdıqda Nargilə onu qəfildən gördüyü üçün qorxub qışqırmağa başlamışdır. Nargilənin qışqırığına nənəsi də həyətə düşmüşdür. Həmin vaxt Nargiləyə onunla Bakı şəhərinə getməsini təklif etmiş, Nargilə isə onunla getməkdən imtina etmişdir. Bundan sonra o, özünü itirib pilləkənin üzərində olan bıçağı çıxararaq Nargilənin bədəninin müxtəlif hissələrinə zərbələr vurmuşdur. Nargilənin nənəsi Kifayət həmin vaxtı aralarına girib onları ayırmaq istədiyi vaxt bıçaq zərbələrindən birini Kifayətin ayağına vurmuşdur. Nargildəni bıçaqla vurduğu zaman anlaqsız halda olmuş, nə etdiyini bilməmişdir. Nargiləni bıçaqladıqdan sonra özünə gəlib Nargiləni qanlı vəziyyətdə yerdə uzanmış və hərəkətsiz formada görmüşdür. Nargilənin öldüyünü zənn edib özünü də öldürmək qərarına gəlmiş və əlindəki bıçağı sol sinəsinə vurmuşdur. Əvvəlcə bir əli ilə, sonra isə iki əli ilə bıçağı tutub sol sinəsinə bıçaq zərbələri vurmuşdur. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım gələrək onları Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. İstifadə etdiyi mobil telefon və bıçaq həyətdə qalmışdır. Onun Zərərçəkmiş şəxs1 öldürmək məqsədi olmamışdır. Məqsədi ona bıçaqla xəsarət yetirmək olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə hadisə zamanı Zərərçəkmiş şəxs1 özü ilə gətirdiyi və üzərində olan bıçaqla vurduğunu göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxsla 2021-ci ildə internetdə tanış olmuş və həmin ilin noyabr ayından qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Aralarında mübahisələr olduğundan Hikmətdən ayrılmış və Ağsu rayonuna, anasının yanına getmişdir. Hikmət dəfələrlə ona barışmağı təklif etsə də, o razılaşmamışdır. O, 2022-ci ilin avqust ayının sonlarında Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan nənəsi Zərərçəkmiş şəxs2 evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. Nənəsi ilə yaşadığı müddətdə kənddə olan “Arif” marketdə satıcı işləməmişdir. Lakin Hikmət ondan marketdən işdən çıxmasını tələb etmişdir. 04 sentyabr 2022-ci il tarixdə də Hikmət ona “Whatsapp” mobil tətbiqində yazaraq barışmaq istədiyini, əks halda özünü və onu öldürəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində o və nənəsi yuxudan oyanmışlar. O, həyətə çıxdıqda Hikmət əlində bıçaqla onun qarşısına çıxmış, ona səni yaşamağa qoymaram - deyərək birlikdə getməsini demiş və qolundan tutub dartmağa başlamışdır. O da qışqırıb nənəsini çağırmışdır. O qışqıran kimi Hikmət əlindəki bıçaqla onun sol böyrünə vurmuşdur. Bundan sonra o, özünü itirmişdir. Nənəsi həyətə çıxaraq onları ayırmağa, onu evə çıxarmağa çalışmışdır. Həmin vaxtda da Hikmət bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Pilləkəndə olarkən Hikmət onun nənəsinin ayağını da kəsmişdir. O, yerə yıxılmış və Hikmətin əlindəki bıçaqla özünü də vurduğunu görmüşdür. Sonra huşunu itirmiş və özünə gələndə xəstəxanada olduğunu bilmişdir. Təqsirləndirilən şəxs qardaşı tərəfindən onun müalicə xərcləri ödənilmişdir. Özü də Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, Kürdəmir rayonu Topalhəsənli kəndində özünə məxsus fərdi yaşayış evində tək yaşamışdır. Nəvəsi Zərərçəkmiş şəxs1 2021-ci ilin noyabr ayından Təqsirləndirilən şəxsla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış, sonra Hikmətin narkotik vasitə istifadəçisi olduğunu görüb 2022-ci ilin aprel ayında ondan ayrılmışdır. Hikmət Nargilə ilə barışmağa cəhd göstərsə də, Nargilə Hikmətlə barışmamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Nargilə onun yaşadığı evə gəlmiş və birlikdə yaşamışlar. 05 sentyabr 2022-ci il tarixdə saat 07 radələrində o və nəvəsi Nargilə yuxudan oyanmışlar. Nəvəsi Nargilə evdən həyətə düşən kimi onun qışqırıq səsi gəlmişdir. Nargilənin səsini eşidən kimi o, həyətə çıxdıqda Təqsirləndirilən şəxs bıçaqla Nargilənin bədəninin müxtəlif hissələrinə zərbələr vurduğunu görmüşdür. Onlara çataraq araya girmiş, Hikmətin Nargiləni bıçaqla vurmasının qarşısını almağa çalışmışdır. Lakin Hikmət həmin vəziyyətdə Nargiləni bıçaqla vurmaqda davam etmişdir. Hikmsətin sərxoş olduğunu hiss etmişdir. Hikmət Nargiləni yerə yıxmışdır. Nargilənin başı onun sağ ayağı tərəfə düşmüşdür. Hikmət orada onun sağ ayağına bıçaqla vurmaqla kəsmişdir. O, qışqıraraq qonşuları çağırmağa başlamışdır. Sonradan həyətə daxil olduqda Hikmətin özünü də bıçaqladığını görmüşdür. Bundan sonra təcili tibbi yardım gəlməklə onları Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Təqsirləndirilən şəxs və qohumları tərəfindən onun müalicə xərcləri ödənilməmişdir. Lakin o, Hikmətlə barışmışdır, ondan şikayət və tələbi yoxdur, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmədə göstərdi ki, qızı Zərərçəkmiş şəxs1 2021-ci ilin noyabr ayından Təqsirləndirilən şəxsla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışdır. Nargilə 2022-ci ilin aprel ayında Hikmətdən ayrılaraq Ağsu rayonuna, onun yanına qayıtmışdır. Hikmət Nargilə ilə barışmağa cəhd göstərsə də, Nargilə barışmamışdır. Nargilə son vaxtlar onu Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan anası Kifayətin evinə gedərək onunla birlikdə yaşamışdır. 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında anasının qonşuları ona zəng edərək Hikmətin qızı Nargiləni və anası Kifayəti bıçaqlaması barədə xəbər vermişlər. O, dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Ona məlum olmuşdur ki, Hikmət səhər saatlarında Kifayətin evinə gedərək orada Nargiləni və anası Kifayəti bıçaqla vurmaqla onlara xəsarət yetirmiş, sonra isə özünə də xəsarət yetirmişdir. Şahid4 məhkəmədə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs əvvəllər ailə olmuş, sonra isə boşanmışlar. 2020-2021-ci illərdə Hikməti gəmidə öz yanına motorist kimi işləmək üçün Türkiyəyə aparmışdır. Hikmət 2021-ci ilin oktyabr ayında gəmidəki işindən ayrılaraq Bakı şəhərinə getmişdir. 05 sentyabr 2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs cinayət törətməsini öyrənmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Hikmət 2021-ci ilin oktyabr ayında Bakı şəhərinə qayıtdıqdan sonra internetdə tanış olduğu Ağsu rayon sakini Zərərçəkmiş şəxs1 ilə yaşamış, 2022-ci ilin aprel ayında Nargilə Hikmətdən ayrılaraq öz evlərinə getmiş, qardaşı Hikmət Nargilə ilə barışmağa cəhd etsə də, alınmamışdır. 05 sentyabr 2022-ci il tarixdə də Nargilə Hikmətlə barışmaq istəmədiyi üçün Hikmət Nargiləni və sonuncunun nənəsini bıçaqla vuraraq xəsarət yetirmiş, daha sonra özünə bıçaq zərbələri vurmuşdur. Şahid5 da məhkəmədə Şahid4la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaq zərbələri vurduğu yeri göstərmişdir. Hadisə yerində bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefon və qana bənzər ləkələr aşkar edilərək götürülmüşdür. 20 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən göbrünür ki, iş üzrə şəbhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 05 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 bıçaqla vurmaqla ona bədən xəsarətləri yetirdiyi, yeri və şəraiti yerində göstəmişdir. 05 sentyabr 2022-ci il tarixli 251 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən günü Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə yazışmaları müəyyən edilmiş, çıxarışlar edilərək baxış protokoluna əlavə edilmişdir. Yazışmaların mətnindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evdən çıxmamasını, marketdə işləməməsini tələb etməsi, əks halda hədə-qorxu məzmunla sms-lər göndərmişdir. Məhkəmə-tibbi ekspertizasının 17 setyabr 2022-ci il tarixli, 465 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sol tərəfinin sol plevra boşluğuna və qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları (4 ədəd), döş qəfəsinin arxa səthinin sağ və sol kürək nahiyələrinin plevra boşluğuna nüfuz edən, kəsilmiş-deşilmiş yaraları (4 ədəd), sol bazunun bayır səthinin kəsilmiş yarası kimi xəsarətlər müəyyən edilmişdir. Onda həmçinin hemorragik şok 2-3-cü dərəcə, kəskin qanitirmə, sağ aşağı ətrafın monoplegiyası, sol tərəfli hemopnevmatoraks, sağ tərəfli pnevmatoraks müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlər iti uca və iti kənara malik olan alətin təsirindən törənmişdirlər, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitəyəni xx.xx.2022-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə - döş qəfəsinin ön səthini dəlib keçən dörd ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aiddirlər. Döş qəfəsinin arxa səthində yuxarıda təsvir olunan dörd ədəd deşilmiş-kəsilmiş yaralar döş boşluğuna daxil olmadığı üçün hər biri ayrıayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sol bazu nahiyəsində olan bir ədəd kəsilmiş-deşilmiş yara ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 467 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ baldırının ön səthində kəsilmiş xəsarət müəyyən edilmişdir. Həmin xəsarət deşici-kəsici alətin təsirindən əmələ gəlmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 466 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsinin ön səthinin sol plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları, hemopnevmatoraks müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər iti uca və iti kənara malik olan əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aiddirlər. Kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1279;3/1304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı dəyişiklik edilməmişdir. Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində təqdim edilmiş bıçaqla yetirilməsi mümkün olan zədələr vardır. Məhkəmə-bioloji ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 678/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində insan qanı aşkar olunmuşdur. Həmin qan onun özünə məxsus ola bilər. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 579/196 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi müəyyən edilməmişdir. O, hazırki cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Həmçinin cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs ona bıçaq xəsarəti yetirməsi ilə əlaqədar şikayətçi olduğunu bildirmiş, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmasını və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Lənkəran Şəhər Narkoloji Xəstəxanasından daxil olmuş 20 sentyabr 2022-ci il tarixli, 556 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 549 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006 və xx.xx.2010-cu il tarixlərdə doğulmuş iki uşağı vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli, 12-33/11 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdiyi ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona bədən xəsarətləri yetirməsi ilə əlaqədar müalicə xərclərinin Təqsirləndirilən şəxs qardaşı tərəfindən ödənilməsini, Təqsirləndirilən şəxsla barışmasını, ondan şikayət və tələbinin olmamasını göstərmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X3 Əhədovla barışdığını, lakin ona dəymiş ziyanın ödənilməməsini, şikayət və tələbinin olmamasını göstərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutı ayrı-ayrılıqda və ümumilikdə təhlil edib, onlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəx Zərərçəkmiş şəxs1 yaxın qohumu olan nənəsi Zərərçəkmiş şəxs2 gözləri qarşasında, onlara əzab və iztirab verməsini dərk etməklə xüsusi amansızlıqla öldürməyə cəhd etməsi, həmçini hadisə zamanı onun hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmişdir. Məhkəmə hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 davamlı olaraq yetirmiş olduğu bıçaq xəsarətlərinin sayını, xarakterini, ağırlıq dərəcələrini, yetirilmə nahiyələrini və onun ölməsini zənn etdikdən sonra ona bıçaq zərbələri vurmağı dayandırmasını nəzərə alaraq onun zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmaması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərin hər ikisi ilə barışıq əldə etməsini isə CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini isə CM-nin 59.1.13-cü maddəsinə, əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4 və 128-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 29, 120.2.4-cü maddəsi ilə təyin edilən cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 63.3-cü və 60.1-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə cəhdə görə cəzanın müddəti həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin-iyrimi ilin dörddə üçündən, yəni on beş ildən çox ola bilməz. Bundan əlavə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə qanunda nəzərdə tutulmuş cəzanın son həddi on beş il müəyyən edildiyindən ona təyin edilən cəzanın müddəti on beş ilin dörddə üçündən, yəni 11 il 3 aydan artıq ola bilməz. Bundan əlavə CM-nin 60.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs CMnin 128-ci maddəsi ilə təyin edilən cəzanın müddəti həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni 1 ilin dörddə üçündər, yəni 9 aydan artıq ola bilməz. CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4 və 128ci maddələri ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək, bir ədəd don, Təqsirləndirilən şəxs məxsus cins şalvar, bir ədəd köynək, bir ədəd bıçaq və hadisə yerindən götürülmüş qan nümunələri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon onun ailəsinə verilməlimdir. Ekspertiza xərci 282 (iki yüz səksən iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 29,120.2.4-cü maddəs ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 128-ci maddəsi ilə isə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Resapublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək, bir ədəd don, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd köynək, bir ədəd bıçaq və hadisə yerindən götürülmüş qan nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs məxsus mobil telefon onun ailəsinə verilsin. Ekspertiza xərci 282 (iki yüz səksən iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar