Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-173/2024 19.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X4 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-301\2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi ev 79A-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı özünü Tural adı ilə təqdim edən şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyini müəyyən edən “112” yol nişanının yanında bir ədəd sellofan torbanın içərisində gizlədilmiş külli miqdarda, 4040,0 qram narkotik vasitə heroini, külli miqdarda 4605,0 qram narkotik vasitə tiryəki, külli miqdarda 9170,0 qram psixotrop maddə metamfetamini və külli miqdarda, 4,36 qram narkotik vasitə metadonu əldə etmək məqsədilə 18 iyun 2023-cü il tarixdə saat 20:50 radələrində cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid5 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitə və psixotrop maddələrin içərisində olduğu sellofan torbanı gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra avtomobilin sağ qabaq oturacağının alt hissəsində gizlədərək saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyun 2023-cü il tarixdə saat 21 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 139cu kilometrliyində avtomobillə hərəkətdə olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Şahid5 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sellofan torbanın içərisindən 2 ədəd sellofan bağlamada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2450,0 qram və 1590,0 qram, ümumi təmiz çəkisi 4040,0 qram narkotik vasitə heroin, 3 ədəd sellofan bağlamada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3730,0 qram, 3310,0 qram, 2130,0 qram, ümumi təmiz çəkisi 9170,0 qram psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bağlamada, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 585,0 qram, 535,0 qram, 840,0 qram, 505,0 qram, 1245,0 qram, 285,0 qram və 610,0 qram, ümumi təmiz çəkisi 4605,0 qram narkotik vasitə tiryək, 12 ədəd konvalyutda ümumi sayı 109 (bir yüz doqquz) ədəd, külli miqdarda, ümumi təsiredici miqdarı 4,36 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o iranlı ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışıb 1,2 kq narkotik maddənin, yəni 700 qram metamfetaminin və 500 qram «kakos»un dalınca getmiş, narkotik maddə Biləsuvarda “112” yol nişanının yanına qoyulmuşdur. Orada gizlədilmiş torbada olan narkotik vasitəni 5 dəqiqədən sonra götürmüş, sonra polislər onu tutmuşlar və şöbəyə aparmışlar. Orada açıb torbaya baxdıqda içərisindən 18 kq. narkotik və psixotrop maddələr aşkar olunmuşdur. Bağlamanı gizlədildiyi yerdən götürərkən çəkisinin çox olduğunu hiss etmiş, buna baxmayaraq onu götürmüşdür. Polis əməkdaşlarına həmin çəkidə narkotik vasitə və psixotrop maddənin onun olmadığını demiş, ona «sənin deyilsə nə üçün götürmüsən?» cavabını vermişlər. Həmin vaxt barəsində məhkəmədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi də olmuşdur. Götürdüyü həmin bağlamadakı narkotik və psixotrop tərkibli maddələrin çəkisi 18 kq. olmuş, polislər ora narkotik vasitə qoymamışlar. Əməlindən peşmandır, səhv etmişdir, 3-cü qrup əlildir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında 18 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal olunan “VAZ-2106” markalı avtomobil Biləsuvar rayonu ərazisində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində DYPB-nin YPX-nin inspektorları tərəfindən saxlanılmış, sürücü və avtomobildə sərnişinin kimi əyləşmiş şəxsi avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və sürücü Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, onların üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Sonra videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilmişdir. İlk olaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid5 həmin avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Şahid5 avtomobildə ona aid qadağan edilmiş heç bir əşya və ya prdemet gizlətmədiklərini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə avtomobilin sağ qabaq oturacağının alt hissəsindən bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olması, qeyd edilən narkotik vasitəni İİR-nın vətəndaşının ona göndərməsini və Biləsuvar rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılıb baxıldıqda içərisində qara rəngli bir ədəd idman çantası olması müəyyən edilmişdir. Həmin çanta açılıb baxıldıqda isə içərisindən üzəri yapışqan lentlə bağlanmış, 12 ədəd bağlama, həmçinin 12 ədəd konvalyut aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar açılıb baxıldıqda içərilərində psixotrop maddə metamfetamin, narkotik vasitə heroin, tiryək olması müəyyənləşmişdir. Daha sonra üzərində “M-40” sözləri yazılmış 12 ədəd konvalyut açılıb baxıldıqda içərisində ümumilikdə 109 ədəd narkotik vasitə metadon həbi aşkar edilmiş, aşkar edilmiş 12 ədəd bağlamada olan narkotrik vasitə və psixotrop maddələr, həmçinin 12 ədəd konvalyutda olan metadon həbləri bir ədəd kisəyə yığılaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs müəyyən olunandan az çəkidə narkotik vasitə götürmək üçün gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin Səmədabad PB-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında 18 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində olmuşdur. Həmin gün axşam Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal olunan “VAZ-2106” markalı avtomobil Biləsuvar rayonu ərazisində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və təxminən 10 dəqiqədən sonra Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində YPX-nin inspektorları tərəfindən saxlanılmış, sürücü və avtomobildə sərnişinin kimi əyləşmiş şəxs avtomobillə birlikdə RPŞ-nə gətirilmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Sürücünün üzərinə baxış keçirilməsini isə hal-hazırda xatırlamır. Sonra videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilmiş, avtomobildən təxminən 17 kq. yaxın narkotik vasitə və psixotrop maddələr aşkar olunmuş, avtomobilə baxış keçirilməsində sürücü iştirak etmiş, saxlanılan şəxslərə zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis serjantı Şahid6 Cəlil oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında 18 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərara əsasən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində o da olmuşdur. Həmin gün axşam Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal olunan “VAZ-2106” markalı avtomobil Biləsuvar rayonu ərazisində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülərək Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində YPX-nin inspektorları tərəfindən saxlanılmış, sürücü və avtomobildə sərnişin kimi əyləşmiş şəxs avtomobillə birlikdə RPŞ-nə gətirilmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Sürücünün üzərinə baxış keçirilməsini isə hal-hazırda xatırlamır. Sonra videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilmiş, avtomobilin sağ qabaq oturacağının alt hissəsindən içərisində narkotik və psixotrop maddələr olan bir ədəd göy rəngli sellofan torba aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələrin ona aid olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis baş serjantı Şahid9 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında 18 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərara əsasən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində o da olmuşdur. Həmin gün axşam Təqsirləndirilən şəxs içərisində əyləşdiyi ehtimal olunan “VAZ-2106” markalı avtomobil Biləsuvar rayonu ərazisində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülərək Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində YPX-nin inspektorları tərəfindən saxlanılmış, sürücü və avtomobildə sərnişin kimi əyləşmiş şəxs avtomobillə birlikdə RPŞ-nə gətirilmişlər. Polis şöbəsində videoçəkiliş aparılmaqla onların üzərinə şəxsi axtarış keçirilmiş, üzərlərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Sonra videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs və Şahid5 həmin avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Şahid5 avtomobildə ona aid qadağan edilmiş heç bir əşya və ya prdemet gizlətmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs isə avtomobilin sağ qabaq oturacağının alt hissəsindən bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olması, qeyd edilən narkotik vasitəni İİR-nın vətəndaşının ona göndərməsini və Biləsuvar rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılıb baxıldıqda içərisində qara rəngli bir ədəd idman çantası olması müəyyən edilmişdir. Həmin çanta açılıb baxıldıqda isə içərisindən üzəri yapışqan lentlə bağlanmış, 12 ədəd bağlama, həmçinin 12 ədəd konvalyut aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar açılıb baxıldıqda içərilərində psixotrop maddə metamfetamin, narkotik vasitə heroin, tiryək olması müəyyənləşmişdir. Daha sonra 12 ədəd konvalyut açılıb baxıldıqda içərisində ümumilikdə 109 ədəd narkotik vasitə metadon həbi aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Bəhruz Bayramov tərəfindən 18 iyun 2023-cü il tarixdə tərtib edilmiş « Nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi» barədə protokoldan görünür ki, Şahid5 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə, psixotrop maddə olması şübhəsinə görə NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, NMQ-nin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin Səmədabad PB-nin polis nəfərləri Şahid9 və Şahid6, KTQ-nun baş ekspert-kriminalisti Anar Abduhəlimov, vəkillər Fədai Quliyev və Habil Məmmədovun, habelə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid5 iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. İlk olaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid5 həmin avtomobildə narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Şahid5 avtomobildə ona aid qadağan edilmiş heç bir əşya və ya prdemet gizlətmədiklərini bildirmişdir. Lakin, digər şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomobilin sağ qabaq oturacağının alt hissəsindən bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olması, qeyd edilən narkotik vasitəni İİR-nın vətəndaşının ona göndərməsini və Biləsuvar rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılıb baxıldıqda içərisində qara rəngli bir ədəd idman çantası olması müəyyən edilmişdir. Həmin çanta açılıb baxıldıqda isə içərisindən üzəri yapışqan lentlə bağlanmış, 12 ədəd bağlama, həmçinin 12 ədəd konvalyut aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar açılıb baxıldıqda birinci bağlamada psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 3360 qram olması müəyyənləşdirilmişdir. İkinci bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 2180 qram olması müəyyənləşdirilmişdir. Üçüncü bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 3370 qram olması müəyyənləşdirilmişdir. Dördüncü bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 2495 qram olması müəyyənləşdirilmişdir. Beşinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 1620 qram olması müəyyənləşdirilmişdir. Altıncı bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 625 qram olması müəyyənləşdirilmişdir. Yeddinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 295 qram olması müəyyənləşdirilmişdir. Səkkizinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 855 qram olması müəyyənləşdirilmişdir. Doqquzuncu bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 1260 qram olması müəyyənləşdirilmişdir. Onuncu bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 545 qram olması müəyyənləşdirilmişdir. On birinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması müəyyən edilmiş, heroin elektron tərəzidə çəkildikdə 515 qram olması müəyyənləşdirilmişdir. On ikinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə tiryək olması müəyyən edilmiş, tiryək elektron tərəzidə çəkildikdə 595 qram olması müəyyənləşdirilmişdir. Daha sonra üzərində “M-40” sözləri yazılmış 12 ədəd konvalyut açılıb baxıldıqda içərisində ümumilikdə 109 ədəd narkotik vasitə metadon həbi aşkar edilmiş, aşkar edilmiş 12 ədəd bağlamada olan narkotrik vasitə və psixotrop maddələr, həmçinin 12 ədəd konvalyutda olan metadon həbləri bir ədəd kisəyə yığılaraq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X2 19 iyun 2023-cü il tarixli 19/665 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «.....Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamaların qablaşdırıldığı sintetik kisə.....» sözlər və imzalar olan bir ədəd kisədəki 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2450 qram, 1590 qram, ümumi təmiz çəkisi 4040,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 3 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 3730 qram, 3310 qram, 2130 qram, ümumi təmiz çəkisi 9170,0 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 7 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 585,0 qram, 535,0 qram, 840,0 qram, 505,0 qram, 1245,0 qram, 285,0 qram, 610,0 qram, ümumi təmiz çəkisi 4605,0 qram maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 12 ədəd konvalyutda ümumi sayı 109 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon dərmanlarıdır, həblərin ümumi təsiredici maddəsinin ümumi miqdarı 4,36 qramdır.Heroinin təmiz çəkisi 4040,0 qram, tədiqaqata sərf edildi 0,2 qram, qalıq 4039,8 qram, metamfetaminin təmiz çəkisi 9170,0 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 9169,7 qram, tiryəkin təmiz çəkisi 4605,0 qram, tədqiqata sərf edildi 0,7 qram, qalıq 4604,3 qram, metadonun ümumi sayı 109 ədəd, tədqiqata sərf edildi 12 ədəd, qalıq 97 ədəd. Cinayət işinin materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon «Mİ A2 » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı Dayı İ kimi yazılmış, İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********7 saylı, həmçinin Dayı kimi yazılmış, İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********462 saylı mobil nömrələrinin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman orada olan məlumatların silinməsi, lakin adı Dayı İ kimi yazılmış, İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********7 saylı mobil nörmə ilə xx.xx.2023-cü il tarixdə 11:38 dəqiqədə, 13:08 dəqiqədə, 14:04 dəqiqədə, 14:53 dəqiqədə, 19:21 dəqiqədə, 20:06 dəqiqədə, 21:12 dəqiqədə, 21:17 dəqiqədə, 22:18 dəqiqədə, 23:33 dəqiqədə, xx.xx.2023-cü il tarixdə saat 10:37 dəqiqədə, 10:57 dəqiqədə, 12:04 dəqiqədə, 13:01 dəqiqədə, 15:53 dəqiqədə, 19:37 dəqiqədə, qarşılıqlı olaraq zəngləri edilməsi və danışıqların olması müəyyən olunmuşdur. Bundan başqa, bəmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman Dayı İ kimi yazılmış, İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********7 saylı nömrədən bəs sən hardasan “ayə qağa setə cavab verə də, saat səkkizdən yoxa çıxmısan” səs yazısının göndərilməsi müəyyənləşdirilmişdir. Telefonun “Qalareya”-na hissəsinə baxış keçirilərkən Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Nuran Palace” şadlıq sarayının, Ələt-Astara yolunun Biləsuvar rayonu hissəsindən keçən hissəsində olan üzərində “Cənubi Muğan kanalı” sözləri yazılmış lövhənin, həmçinin içərisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə olan, üzərində “Samura firması” sözləri yazılmış göy-qırmızı rəngli sellofan torbanın fotoşəkillərinin olması müəyyən edilmişdir. Qeyd edilən fotoşəkillərin, sms və səs yazılarının göndərilməsini özündə əks etdirən fotolar çıxarılaraq, habelə səs yazıları CD diskə köçürülmüş, tərtib edilmiş protokol, fotolar və CD disk cinayət işinin istintaqı mateiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin BİKİ-dən xx.xx.2023-cü il tarixli 4994 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında qarşılıqlı olaraq ay amit varsa lalenin cani nagdi al gulum ver gulum, amit mal getribsen 5 on qram gotrum nagdi, amit ne dansmisix heresinen 50 eli bilsende ya veresen yada bu gece 12 sende aselde mende gedeciy tutlacam haqim se, izda olduki qaqa dedin narahat olma kim getse edecey ayib dolu dediymi sag salamat gel gozduyurem, danwgmizda olubki kim birnci tema gotse 300 manatdix satmaga tema verecey bide heresinen 2 dene yimeyne vereceyki 300 manatdiga deymesin danwgm, bizim dansgmiz olub bir cixacix sen tece gedesen demisen xeyrdmi qaqa mende tpoy masin dansram amit gel gedey amit tek gedir, Ay amid canım agriyir bu nagarmaqdi niye acmirsan elcanda pul gozleyir sms-lərini göndərmələri, ***-***- **-** saylı mobil nömrə arasında qarşılıqlı olaraq biz setefimiz ucun yasayirix Kisi oglu, az cox kurssan, senin gozunun qabaginda senol onun gozunu yere tokerem, buda menim sozum basqa de, mumkun doyul senol menim canimcun ki, onu qoymasin, arada m en varam onun her seyini sikerem senol, yanindaki qaqas kimdise onada basa sal meni qoy bilsin, senol onsuz partdiyiram evde, Ay Amit bunun qaqas get eve seher ozum gelejem grderik, yada kucuye deyerem ozu tapar getirer, basa dusdun, Amitin cani bunun ters damari tutuf zengde eliye bilmirem lap dilxor olmusam, buda deyir yorgunam 10-15 deyqiye olmasa telfonu gotumesem incime, Amit hec cur alindirammiram, qaqas arvad qapini acix qoyuf cixa bilmirem, sen o osturaga 10 manatda vur tullasin get gotur, 10 manatda vur bunun kartina seninkini qoysun eybi yoxdu sabah goruserem bu deli oluf, 10 - metr terpenmemis mamasa yigdi senol yalannan dedim kucede siqaret cekirem. Yerini deyim get gotur, amma gelif mene burdan verif gedersen, sms-lərini göndərmələri, ***-***- **-** saylı mobil nömrə arasında qarşılıqlı olaraq Agali telfonu acda amit her wey menom vr menimdi sen ms soz berdin smit agri dedim ama olurem smit her wey qoraga mrni bu halda qoyarsanki amit sms-lərini göndərmələri müəyyən edilmişdir. Buna görə də iş üçün əhəmiyyət kəsb edən zəruri sms-lərin surəti çıxarılmış, tərtib edilmiş protokol və sms-lərin mətni cinayət işinin istintaqı mateiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 811 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlrin və stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya) xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-dən daxil olmuç 268130 nömrəli arayışa əsasən İİİ qrup əll olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürürlməsi məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi « Giriş-çıxış və qeydiyyat İAMAS-ın sərhədkeçmə»yə nəzarət alt sistemi üzrə respublikasının ərazisini tərk etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə, saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ailə tərkibi anası G.D.Bayramovadan ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı X5-Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 268130 nömrəli arayışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan 3-cü qrup əlildir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-301\2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun 20 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 3-cü qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-301\2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun 20 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyinə görə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Şahid5 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 4040,0 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4039,8 qram qalığının, 9170,0 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 9169,7 qram qalığının, 4605,0 qram tiryəkin tədqiqatdan sonrakı 4604,3 qram qalığının,109 ədəd metadon həbinin tədqiqatdan sonrakı 97 ədəd qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar edilib götürülmüş bir ədəd «Mİ A2» markalı mobil telefonun isə hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 18 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan cəmi 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınmaqla dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Şahid5 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 4040,0 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4039,8 qram qalığı, 9170,0 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 9169,7 qram qalığı, 4605,0 qram tiryəkin tədqiqatdan sonrakı 4604,3 qram qalığı, 109 ədəd metadon həbinin tədqiqatdan sonrakı 97 ədəd qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar edilib götürülmüş bir ədəd «Mİ A2 » markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-173/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-173/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver