Məhkəmə qərarları › İş №1(099)-173/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-173/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-173/2025 17.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 26 gün, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, lakin hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X9 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. X16, məlum olmayan mənbədən və vaxtda, qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 2021,079 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib 03 ədəd ağgümüşü rəngli kağız bükümdə və bir ədəd qara rəngli bağlamanın içərisində vahid niyyətlə daşıyaraq saxlamış, 04 sentyabr 2024-cü il tarixdə saat 17:30 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsində piyada hərəkətdə olarkən narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirini həyata keçirən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən üzəri yoxlanılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən qəsdən tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib saxladığı 03 ədəd ağ-gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,426 qram, 0,321 qram və 0,332 qram olmaqla ümumi təmiz çəkisi 1,079 qram, həmçinin yaşadığı evin yaxınlığında olan qaz borusunun altında gizlətdiyi 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 2020,0 qram, ümumilikdə 2021,079 qram kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X16 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, səhər saat 10 radələrində evdə olmuş, duş qəbul edib çıxmış, dostu ilə birlikdə paltar almaq üçün evdən çıxan zaman qapının açıldığını görmüş və 2 mülki, 1 polis geyimli polis əməkdaşı həyətə daxil olmuşdur. Həmin şəxslər ona bildiriblər ki, guya “TikTok” sosial şəbəkəsində kimisə təhqir etmişdir. Təqsirləndirilən şəxs isə bu ittihamı rədd edərək heç kəsi təhqir etmədiyini və ola bilsin ki, onu başqa biri ilə səhv saldıqlarını qeyd etmişdir. O, əlavə etmişdir ki, bu hallar ona xalası oğlunun başına gələn oxşar hadisəni xatırlatmışdır. Belə ki, xalası oğlu da daha əvvəl üzərinə narkotik vasitə qoyulmaqla saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin şəxslər tərəfindən Ağcabədi Rayon Polis Şöbəsinə aparılmış, orada əməliyyatçılar tərəfindən döyülmüş, fiziki işgəncələrə məruz qalmış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulan narkotiki boynuna alması ondan tələb olunmuşdur. Ona bildirilib ki, videoçəkiliş zamanı polislərin dediklərini deməsə, fiziki təzyiq göstərəcəklər. Həmçinin qeyd etmişdir ki, videoçəkilişdə göstərilən heroinin miqdarı 2 kiloqram göstərilib, lakin ittiham aktında 2020,0 qram qeyd olunmuşdur ki, bu uyğunsuzluq yaradır. Verdiyi ifadəsində o, narkotik vasitə istifadəçisi olduğunu qəbul etmiş, lakin heç bir zaman satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini, heç kimə satmadığını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, polis orqanında heç bir rəsmi əsas olmadan axşam saat 19-20 radələrinədək saxlanılmışdır.

3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Ağcabədi şəhəri, Qarabağ küçəsi, ev 133 ünvanında, xalasının evində onunla birlikdə yaşayır, ata və anası vəfat edib, polislər səhər saat 10 radələrində gəlmişlər, əvvəlcə 3 nəfər, daha sonra—video çəkiliş aparılarkən isə 30-40 nəfər olmuşlar.

4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

5. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X16 ona Azərbaycan Respublikası CM-in 234.4-1-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində) göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 olaraq heç bir yerdə işləmir. Əvvəllər hərdənbir müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. 2023-cü ildə Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xalası oğlu Ramil təxminən 2022-ci ildə narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış və Ağcabədi rayon məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bildirmişdir ki, qohumu olan Ramil tutulandan sonra sonuncuya aid mobil telefonu o, işlətmiş və həmin mobil telefonun içərisində olan ***-***-**-** saylı mobil nömrə də istifadəsində olmuşdur. Təxminən 2024-cü ilin avqust ayının əvvələrində dəqiq gününü xatırlamadığı bir vaxtda “WhatsApp” proqramı vasitəsilə ona tanımadığı xarici nömrədən zəng gəlmiş və həmin şəxs özünü İran vətəndaşı kimi təqdim edib adının Niam olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs ona telefonda Bakı şəhəri, Novxanı qəsəbəsinə dəqiq xatırlmadığı yerə narkotik vasitə atacağını və həmin narkotik vasitəni oradan götürüb onun saxlamağını istədikdə bununla razılaşmışdır. Daha sonra həmin şəxs onunla əlaqə saxlayacağını və həmin narkotik vasitənin ondan tanımadığı bir şəxsin götürəcəyini demişdir. Bundan başqa, həmin şəxs ona həmin narkotik vasitəni sata biləcəyini də demişdir. Təxminən həmin gündən bir neçə gün sonra o, taksi ilə Ağcabədi rayonundan Bakı şəhəri, Novxanı qəsəbəsinə getmiş və İran vətəndaşının ona dediyi kimi, həmin qəsəbədə yerləşən məhləyə gedib orada dəmir borunun dibində olan 1 ədəd böyük sellofanın içərisində olan 3 ədəd kağız bükümü və 1 ədəd “skoç”lanmış bağlamanı götürüb Ağcabədi rayonuna qayıtmışdır. Daha sonra İran vətəndaşı ilə danışıb həmin kütlələrin özündə olduğunu bildirmişdir. Həmin günün səhərisi, həmin bir ədəd, içərisində narkotik vasitə olan böyük bağlamanı yaşadığı evin yaxınlığındakı qaz borusunun altında gizlətmişdir. Daha sonra 3 ədəd balaca kağız bükümlərini isə əynində olan şalvarın cibinə qoymuş və həmin narkotik vasitələrdən polis əməkdaşları tərəfindən saxlananadək istifadə etməmiş, həmçinin satmamışdır. 04 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı küçədə piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitərlərin istifadəsində və saxlanmasında şübhəli olduğunu ona bildirdikdən sonra üzərinə videoçəkilişlə baxış keçirmişlər. Həmin zaman üzərindəki 3 bükümü və yaşadığı evin yaxınlığında yerləşən qaz borusunun altında gizlətdiyi bir böyük bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Ardınca həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yaşadığı evdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. Bundan başqa, bildirmişdir ki, 05 sentyabr 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olmuş və polis əməkdaşları tərəfindən üzəri yoxlanılarkən aşkar olunmuş 03 ədəd kağız bükümdəki, həmçinin yaşadığı evin yaxınlığında yerləşən qaz borusunun altında gizlətdiyi 01 ədəd bağlamadakı narkotik vasitə heroin kütlələrinin təmiz çəkisi 2021,07 qram olduğunu öyrənmiş və həmin rəylə bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir.

6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs X16, həmin ifadələrini təsdiq etmədiyini bildirmiş, ifadələri təsir və təzyiq altında verdiyini qeyd etmişdir.

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, Ağcabədi Rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 sentyabr 2024-cü il tarixində şöbəyə X9 narkotik vasitələrdən istifadə etməsi, qanunsuz əldə etməsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun tərəfindən müvafiq qaydada əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə CAB-nin əməliyyat müvəkkilləri – polis kiçik leytenantı Şahid2, polis leytenantı Şahid3, eləcə də RPŞ-nin PPXB-nin polis nəfəri – polis serjantı Şahid4 daxil edilmişlər. Əməliyyat məlumatında göstərilən ünvanda X9 axtarışı həyata keçirilmiş və az sonra onun yaşadığı küçədə piyada hərəkət etdiyi müşahidə edilmişdir. Ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinməsi səbəbi ilə üzərinə və yaşadığı evə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs bu tədbirlərə etiraz etmədiyini bildirmişdir. Daha sonra videoçəkilişlə müşayiət olunan şəxsi baxış həyata keçirilmişdir. Baxışdan öncə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulduqda, cins şalvarının sol yan cibindən 3 ədəd büküm çıxarmış və onların içərisində narkotik vasitə – heroin olduğunu bildirmişdir. Həmin bükümlər açılıb baxıldıqda heroinə bənzər maddə olduğu müəyyən edilmiş, hər biri müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Ardınca şifahi sorğu zamanı təqsirləndirilən şəxs heroinin bir hissəsini yaşadığı evin yaxınlığında, qaz turbasının altında gizlətdiyini bildirmişdir. Onun göstərişi əsasında həmin yerə baxış keçirilmiş, qaz turbasının altında bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamanın kiçik hissəsi qoparılaraq yoxlanıldıqda heroinə bənzər maddə olduğu görünmüş, bağlama tərəzidə çəkildikdə 2 kiloqram çəkidə olduğu müəyyən edilmiş və o da qablaşdırılaraq möhürlənmişdir. Daha sonra təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilmiş, lakin evdən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. X6 RPŞ-yə gətirilmiş, ona müdafiəçi təyin edilmiş və onunla birlikdə prosessual hərəkətlər davam etdirilmişdir. Şahid öz ifadəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs nə saxlanılarkən, nə də polis şöbəsində olarkən hər hansı fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır.

10. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Ağcabədi Rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 sentyabr 2024-cü il tarixində polis şöbəsinə X9 narkotik vasitələrdən istifadə etməsi, qanunsuz əldə etməsi, üzərində gəzdirməsi və saxlaması ilə yanaşı, satışla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Murad Məmmədovun yerinin müəyyən edilməsi məqsədilə onun yaşadığı ünvana – küçəyə getdiklərini, orada sonuncunun piyada şəkildə hərəkət etdiyini gördüklərini, ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinməsi barədə məlumat verdiklərini və üzərinə, eləcə də yaşadığı evə videoçəkilişlə baxış keçiriləcəyini bildirdiklərini, təqsirləndirilən şəxsin bu barədə etiraz etmədiyini göstərmişdir. Daha sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, bu zaman təqsirləndirilən şəxs öz təşəbbüsü ilə cins şalvarının sol yan cibindən 3 ədəd büküm çıxarmış və onların tərkibində narkotik vasitə – heroin olduğunu bildirmişdir. Bükümlər açılaraq baxıldıqda içərisində heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs şifahi şəkildə ona məxsus narkotik vasitənin yaşadığı evin yaxınlığında yerləşən qaz turbasının altında gizlətdiyini bildirmiş, onun göstərdiyi yerə baxış keçirilmiş və qaz turbasının altından bir ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamanın kiçik hissəsi açıldıqda içərisində heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra Murad Məmmədovun yaşadığı evə baxış keçirilmiş, sonda X20 Rayon Polis Şöbəsinə gətirilmiş və ona müdafiəçi təmin edilmişdir.

11. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, o, Ağcabədi Rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 sentyabr 2024-cü il tarixində şöbəyə X9 narkotik vasitələrdən istifadə etməsi, qanunsuz əldə etməsi və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında digər əməkdaşlarla birgə təqsirləndirilən şəxsin yaşadığı ünvana yollanmışlar. X5 yaşadığı küçədə piyada hərəkət edən zaman müşahidə etmiş, ona yaxınlaşaraq müvafiq suallar vermişlər. Həmin vaxt təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, üzərində narkotik vasitə vardır. Daha sonra üzərinə baxış keçirilmiş və onun üzərindən yalnız narkotik vasitə aşkarlanmış, başqa heç bir qadağan olunmuş əşya və ya predmet müəyyən edilməmişdir. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs əlavə etmişdir ki, ona məxsus narkotik vasitənin bir hissəsini yaşadığı evin yaxınlığında yerləşən qaz turbasının altında gizlətmişdir. Bu məlumat əsasında həmin yerə baxış keçirilmiş, qaz turbasının altından bir ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamanın kiçik bir hissəsi qoparılaraq açıldıqda içərisində narkotik vasitə – heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsinə gətirilmiş və ona müdafiəçi təyin olunaraq prosessual hüquqları təmin edilmişdir.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)

14. Ağcabədi RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, X9 narkotik vasitələrin istifadəsi, saxlaması və külli miqdarda əldə edib satmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 4)

15. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair» 04 sentyabr 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, X9 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Ağcabədi Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5)

16. 04 sentyabr 2024-cü il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokola əsasən müəyyən edilir ki, X16 əməliyyat axtarış tədbiri nəticəsində həmin tarixdə yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirini həyata keçirən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən üzəri yoxlanılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən məlum olmayan mənbədən və vaxtda əldə edib satış məqsədi ilə saxladığı 03 ədəd ağ-gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,426 qram, 0,321 qram və 0,332 qram olmaqla ümumi təmiz çəkisi 1,079 qram, həmçinin yaşadığı evin yaxınlığında olan qaz borusunun altında gizlətdiyi 01 ədəd bağlamada təmiz çəkisi 2020,0 qram, ümumilikdə 2021,079 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (c İ, i.v 09-10)

17. Əməliyyat axtarış tədbirinin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı əməliyyat tədbiri iştirakçılarının video-çəkilişdən istifadə edərək özlərini təqdim etmələri, X9 özünü təqdim etməsi, üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrin aşkar edilib elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülməsi, X9 yaxınlıqda olan qaz borusunun altında gizlətdiyi 1 ədəd qara sellofana bükülərək skoçlanmış içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilməsi, elektron tərəzidə çəkilməsi və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülməsi müşahidə edilmişdir. (c İ, i.v 12)

18. «Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, X9 üzərindən aşkar edilmiş 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrə və X9 yaxınlıqda olan qaz borusunun altında gizlətdiyi 1 ədəd qara sellofana bükülərək skoçlanmış içərisində narkotik vasitə olan heroinə bənzər kütləyə baxış keçirilmişdir. Həmçinin, əşyaya baxış keçirilməsinə dair video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 13-15)

19. «Şübhəli şəxs qismində tutulmalı olan şəxsə müdafiəçinin təqdim edilməsi barədə» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, X9 hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 17-23)

20. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X16 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 24-25)

21. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 44)

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 05 sentyabr 2024-cü il tarixli, 18/72 nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... X9 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 3 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,426 qram, 0,321 qram, 0,332 qram, ümumi çəkisi 1,079 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - tədqiqata təqdim edilmiş, üzərində “...X9 göstərdiyi yerdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki üzəri lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi- 2020,0 qram olan maddə kustaq üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş X9 üzərindən aşkar olunmuş 03 ədəd bükümdə və onun göstərdiyi yerdən aşkar olunmuş 01 ədəd bağlamada, cəmi 04 ədəd bükülüdə ümumi çəkisi- 2021,079 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 45-46)

23. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(017)-77/2024 nömrəli qərarından görünür ki, X9 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 sentyabr 2024-cü ildən hesablanmışdır. Qətimkan tədbirinin seçilməməsinə dair məhkəmə iclası zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, ona təsir və təzyiqlər edilməsi barədə məhkəməyə hər hansı fikir bildirməmiş, yalnız barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. (c İ, i.v 79-80)

24. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə üzəri yoxlanılarkən və rayon polis şöbəsində olarkən ona qarşı heç bir fiziki-psixi təsir olmamışdır, odur ki, məhkəmə tibbi ekspertizasının keçirilməsindən könüllü imtina edir. (c İ, i.v 81)

25. Məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 1724 nömrəli rəyindən görünür ki, X16 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 145)

26. Məhkəmə-psixatrik ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 777 nömrəli rəyindən görünür ki, X16 qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. X9 əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (c İ, i.v 152-153)

27. “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X7 aşkar edilərək götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz qalıq çəkisi 2020,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Ağcabədi RPŞ-nin sübutların saxlanılması otağına təhvil verilmişdir.(c İ, i.v 175)

28. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, X3 rayon Məhkəməsinin 1(017)-67/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. (c İ, i.v 135-136)

29. Ağcabədi rayon İcra Hakimiyyətinin Ağcabədi şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X3 şəhəri ərazisində yaşadığı müddət ərzində qonşuları və dostları ilə normal münasibət qurmuş, onun barəsində Ağcabədi rayon İcra Hakimiyyətinin Ağcabədi şəhər ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciətlər daxil olmamışdır. (c İ, i.v 126)

30. Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2007-ci il tarixdə ünvan 5 ünvanında daimi qeydiyyatda olmaqla, ünvan 6mi yaşamışdır. (c İ, i.v 127)

31. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 18-1-23/2-1179/2024 nömrəli məktubdan görünür ki, Ağcabədi rayonu, Qarabağ küçəsi sakini xx.xx.2005-ci il təvəllüdlü X16 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X25n Konsultativ Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyil. (c İ, i.v 128)

32. X2 zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 12 mart 2025ci il tarixli 444 nömrəli rəyinə əsasən, vətəndaş X9 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərinə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq onun bədənində qeyd etdiyi xx.xx.2024-cü il tarixə uyğun xəsarət və xəsarət izləri aşkar edilmədiyi qeyd edilmişdir. Odur ki, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2025-ci il tarixli Qərar qəbul edilmişdir.

33. Məhkəmə araşdırması zamanı müdafiəçi tərəfindən verilən vəsatət əsasında X9 istifadəsində olmuş “Azercell” mobil operatoruna məxsus ***-***-**-**, ***-***-**-** saylı və “Narmobile” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrələrinə 01 iyun 2024cü il, saat 00:01 tarixindən 06 sentyabr 2024-cü il, saat 23:59 tarixinədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin, həmin müddət ərzində ötürücü stansiyalara (anten əhatə dairəsi) dair məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 17:32-də “Ağcabedi r-nu ATS” adlı antenin əhatə dairəsi daxilində olduğu müəyyən edilmiş, sonrakı vaxtlarda hər hansı məlumat aşkar edilməmişdir. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 12:35-də “Bakixanov qes, 2-ci Arablinka mehellesi” adlı antenin əhatə dairəsi daxilində olduğu müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə hər hansı məlumat aşkar edilməmişdir. ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 21:43-də “Agcabedi HUB/Ağcabədi şəhəri, Etibar İsmayılov (köhnə D.Bünyadzadə) küçəsi, ev 117/Aghjabadi/ (40.037xx/xx.4635)” ünvanı yaxınlığında olduğu, növbəti anten məlumatında isə xx.xx.2024-cü il tarixdə, saat 10:22-də GSVN1623A/GSVN1623 Agcebedi Avtovagzal/Ağcabədi şəhəri, Xəlfələddin küçəsi, ev 1/Aghjabadi/ (40.05xx/xx.4484) ünvanı yaxınlığında olduğu müəyyən edilmişdir.

34. Əlavə olaraq, iş materiallarında xx.xx.2024-cü il tarixdə saat 18:39-da ***-***- **-** saylı mobil nömrənin sahibi olan X18 tərəfindən Murad Məmmədovun istifadəsində olmuş ***-***-**-** nömrəsinə “Tema götür, çıqqılı çəkək, dərtləşək” SMS-nin yazılması müəyyən edilmiş, istintaq orqanı tərəfindən şahid qismində çağıralaraq dindirilmiş X18 bildirmişdir ki, Muradın siqaret çəkməsini xalası bilmədiyindən o, həmin mesajda siqaret mənasında “tema” yazmışdır.

35. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsində olan soyadı və ata adının (X16), elektron məhkəmə sistemində olan soyad və ata adından (Təqsirləndirilən şəxs) fərqli olmasına dair ziddiyyət aydınlaşdırılmış və təqsirləndirilən şəxs bildirmişdir ki, o və atası Rusiya Federasiyasından deport edildikləri üçün soyadlarını dəyişdirmişlər. Onun dəqiq soyadı və ata adı şəxsiyyət vəsiqəsində yazıldığı kimidir. Beləliklə, məhkəmə tərəfindən dəqiq müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı şəxsiyyət vəsiqəsində qeyd edildiyi kimi X12r.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

36. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

37. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

39. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

40. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi, əsasən, qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

41. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

43. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

44. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

45. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

47. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

48. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə, özünü CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilməməsi, polis əməkdaşlarının onu xx.xx.2024-cü il tarixdə, səhər saatlarında gəlib yaşadığı evdən polis şöbəsinə aparmaları, polis şöbəsində olarkən ona təsir və təzyiq etmələri, döyülməsi, xəsarət alması, hədə-qorxular nəticəsində həmin narkotiki qəbul etməsi, narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

49. Belə ki, şəxsin xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi və xəsarət alması barədə dedikləri hazırki hökmün 32-ci bəndində şərh edilən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2025-ci il tarixli Qərara əsasən təkzib edilmiş, həmçinin həmin araşdırma çərçivəsində keçirilən məhkəmə-tibbi ekspertizasının 12 mart 2025-ci il tarixli, 444 nömrəli rəyinə əsasən X1 tarixdə, yəni xx.xx.2024-cü il tarixdə döyülməsi və xəsarət alması öz təsdiqini tapmamışdır.

50. Bundan əlavə, təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən polis əməkdaşları tərəfindən Ağcabədi RPŞ-yə aparılması barədə dediklərinin yoxlanılması məqsədi ilə onun istifadəsində olmuş 3 ədəd mobil nömrənin anten əhatə dairəsi məlumatları əldə edilmiş, lakin əməliyyat tədbirinin keçirildiyi xx.xx.2024-cü il tarixdə şəxsin istifadəsində olmuş mobil nömrələrin heç birinin anten məlumatları mövcud olmamışdır. Bu da təqsirləndirilən şəxsin dediklərinin təsdiqini tapmadığını göstərir.

51. Bundan əlavə, təqsirləndirilən şəxsin iş üzrə özünün ilkin izahatı, daha sonra verdiyi əlavə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə edilmiş DVD diskdə olan videogörüntü, ekspertiza rəyləri, götürülmüş maddi sübut, ilkin əməliyyat və təhqiqat sənədləri, həbs qətimkan tədbiri seçilərkən çıxarıldığı məhkəmə qarşısında hər hansı fikir bildirməməsi, eləcə də, digər istintaq sənədləri ilə şəxsin törətdiyi cinayət əməli sübuta yetirilir.

52. Bununla da, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü qeyd edilən mülahizələr, yuxarıda göstərilən sübutlarla, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur.

53. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar X13 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

55. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayətdir.

56. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

57. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

58. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

59. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda qramlarla 0,15 qramdan artıq heroin xeyli, 2 qramdan artıq çəkidə heroin külli, 800 qramdan artıq çəkidə heroin xüsusilə külli miqdar təşkil edir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

60. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

61. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

62. Beləliklə, X9 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.

63. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).

64. Məhkəmə tərəfindən CM-in 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.

65. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X13 təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

66. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

67. CM-in 15-ci maddəsinə əsasən X9 törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza xüsusilə ağır cinayətlər törətməyə görə əgər məhkum ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşdursa ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

68. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, X16 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir

69. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

70. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən X9 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

71. Məhkəmə hökmün 25-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X9 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan X13 məxsus, ümumi təmiz çəkisi – 2021,079 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatına sərf edilməsi nəticəsində qalıq qalmış 2020,879 qramı məhv edilməlidir.

73. “Şəxsi axtarış və götürülmə aparılması haqqında”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd DVD disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk və "xxxx" LLC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk olmaqla, ümumilikdə 4 (dörd) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.

74. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

75. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) X7 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

76. İş üzrə ekspertiza tədqiqatı xərci - 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) təqsirləndirilən şəxs X7 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X4 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** dövlət büdcəsinə ödənilsin.

77. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

78. Həmçinin məhkəmə hesab edir ki, X16 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.

79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i: Təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs X9 barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ilkin çəkisi 2021,079 qram olan, tədqiqatdan sonra çəkisi 2020,879 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 05 (beş) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar