Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-174/2022 16.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi, hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9 və X7, zərərçəkmiş şəxslər Şahid və Zərərçəkmiş şəxs, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 20 noyabr1958-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində daimi pasport qeydiyyatında olan və faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə saat 11:30 radələrində “Mingəçevirst.Mingəçevir-Bəhrəmtəpə “ yolunun Beyləqan rayonu ərazisindən keçən 141-ci kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir istiqamətində hərəkət edərkən qarşı hərəkət zolağına çıxaraq avtomobilini əks istiqamətdə Bəhrəmtəpə istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21013 markalı avtomobildə olan sərnişin X13 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, idarə etdiyi VAZ 21074 markalı avtomobildə olan sərnişinlər X4 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, Şahid sağlamlığa az ağır zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs 1450 manat məbləğində maddi ziyan vurmaqla VAZ 21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə və iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 21 iyun 2021-ci il tarixdə dayısı qızları Zülfiyyə və Güləndamla birlikdə Beyləqan rayonu, Bünyatlı kəndində keçirilən qohumlarının yas mərasiminə getmişlər. Həmin yas mərasimində iştirak etdikdən sonra yenidən idarə etdiyi “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Beyləqan rayonu, İİ Aşıqlı kəndinə qayıdarkən, təxminən saat 11:30 radələrində st.Mingəçevir- Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 141-ci kilometrliyində st. Mingəçevir qəsəbəsi istiqamətində təxminən 70 km/s sürətlə hərəkətdə olan zaman bir anlıq qarşı hərəkət zolağına çıxmış və qarşı yolla hərəkətdə olan sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21013” markalı **-BJ-*** nömrəli avtomobilin hərəkət yolunda həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində dayısı qızı və baldızı Güləndam və digər avtomobildə olan Murat ölmüşlər. O hadisə baş verəndən sonra xəsarət alanları xəstəxanaya göndərmişdir. Əməlindən peşmandır. Sonra da mərhumların yas mərasimlərində iştirak edərək onlara maddi və mənəvi dayaq olmuşdur. Öhtəsində heç bir yerdə işləməyən ardvadı vardır. Ailədə yeganə qazanc gətirəndir. X20 müharibəsi iştiarkçısı olmuş və Ağdamın azad olunması medalı ilə təltif edilmişdir. Xahiş edir ki, bunları nəzərə alıb ona həbslə əlaqədar olmayan cəza təyin edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün səmimi etirafedici ifadəsindən başqa dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “VAZ 21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi var. 21 iyun 2021-ci il tarixdə bibisi oğlu X14 ilə birlikdə Beyləqan rayonunda yerləşən mərkəzi bazardan bazarlıq edib idarə etdiyi “VAZ 21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Beyləqan rayonu, Türklər qəsəbəsinə qayıdarkən saat 11:30 radələrində Mingəçevir- Bəhrəmtəpə yolunun 141-ci kilometrliyində yolun hərəkət hissəsinin sağ tərəfi ilə 60 km/s sürətlə Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Mingəçevir qəsəbəsi istiqamətində hərəkətdə olan sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 21074” markalı markalı **-BX-*** nömrəli avtomobillə qəflətən onun yoluna çıxaraq onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində Murat hadisə yerində ölmüş, o isə heç bir xəsarət almamışdır. Bundan başqa VAZ 21074 markalı avtomobildə olan sərnişin qadınlar da xəsarət almışlar. Hadisə nəticəsində onun idarə etdiyi “VAZ 21013” markalı **-BJ-*** 1450 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş zərərçəkmiş şəxs Şahid Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə hadisə nəticəsində az ağır xəsarət aldığını, hazırda vəziyyətinin yaxşı olduğunu, Təqsirləndirilən şəxs onun bibisi oğlu, mərhum Güləndam Pəsiyevanın isə bacısı olduğunu bildirib, Təqsirləndirilən şəxs heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə ı mərhum atası Murat dayısı oğlu Ənsərlə birlikdə Beyləqan rayonunda yerləşən mərkəzi bazardan bazarlıq etməyə getmişlər. Saat təxminən 12 radələrində Ənsər ona zəng edib, yaşadıqları kəndə qayıdarkən Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində avtoqəzaya düşdüklərini və atasının aldığı xəsarətlərdən hadisə yerində öldüyünü ona bildirdiyindən, o dərhal qardaşı və digər qohumları ilə birlikdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına getmiş və ekspert müayiəsindən sonra atasının meyitini apararaq kənd qəbirstanlığına dəfn etmişlər. Hadisə barədə maraqlanan zaman məlum olmuşdu ki, atası Ənsər dayı ilə birlikdə kəndə gələrkən qarşı yolla gələn Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı avtomobillə onların yoluna çıxaraq toqquşmuşdur. Hadisədən sonra Hidayət və onun qohumları hüzr məclislərində iştirak edərək onlara maddi köməklik etmişlər. O Hidayətlə barışmışdır. Onun və ailə üzvlərinin Hidayətdən heç bir şikayət və tələbləri yoxdur. Ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə günorta vaxtı anası Güləndam və xalası Zülfiyyə qohumları Təqsirləndirilən şəxslə birlikdə hüzür məclisindən qayıdan zaman Hidayət idarə etdiyi “VAZ-21074” markalı markalı **-BX-*** nömrəli avtomobillə qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21013 markalı **-BJ-*** nömrəli avtomobilin yoluna çıxaraq onunla toqquşmuş və nəticədə avtomobildə olan anası və xalası xəsarət almışlar. Anasının vəziyyəti ağır olduğu üçün həmin gün onu Bakı şəhəri Sabunçu rayonunda yerləşən xəstəxanasına aparmışlar. Orada 4-5 gün qaldıqdan sonra isə onu Bakı Sağlamlıq Mərkəzinə köçürmüşlər. Bir neçə ay orada müalicə olunduqdan sonra anasını Respublika Klinik Xəstəxanasına yerləşdirmişlər. Orada 4-5 gün qaldıqdan sonra anasının vəziyyəti ağırlaşmış və 11 oktyabr 2021-ci il tarixdə o ölmüşdür. Hidayət onun anasının bibisi oğludur, həmçinin Hidayətin arvadı onun xalasıdır. Onunla barışmışlar. Hidayət onlara hər çür köməklik etmişdir. Ondan heç bir tələb və şikayəti yoxdur. Ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 17 iyul 2021-ci il tarixli 18/21 nömrəli rəyindən görünür ki, X11 meyitinin müayinəsi zamanı aşkar olunmuş alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi,beyin qişa və mədəciklərinə qansızma, alın və sağ daban nahiyələrin əzilmiş yarası, burun sümüklərinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, sağ bud sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, burun belinin və sağ diz oynağı nahiyələrinin sıyrığı, sol baldırın qançırı xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 21 iyun 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X11 ölümünə səbəb baş beyin toxumasının əzilməsi və ağır travmatk şok olmuşdur. Onun meyitində nəqliyyat travmalarından savayı digər hər hansı bir xəsarət aşkar olunmadı. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X11 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 27/21 nömrəli rəyindən görünür ki, X8 25 iyun 2021-ci il tarixdə “boyun fəqərələrinin çoxsaylı sınıqları, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı, baldırın çoxsaylı açıq yaraları, sağ incik sümüyünün distal sınığı, beyin arteriyalarının trombozu nəticəsində törənən beyin infarktı” diaqnozu ilə Bakı Sağlamlıq Mərkəzində və 06 oktyabr 2021-ci il tarixdə Ak.Mirqasımov adına RKX-da müalicələrdə olmuş, aparılan intensiv tibbi yardımlara baxmayaraq xəstə 11 oktyabr 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. X3 meyitinin müayinəsi zamanı aşkar olunan, qapalı kəllə-beyin travması, beyin arteriyalarının postravmatik trombozu nəticəsində beyin infarktı, boyun fəqərələrinin çoxsaylı mozollaşmış sınıqları, sağ körpücük sümüyünün mozollaşmış sınığı, sağ budun yuxarı üçdə-biri səviyyəsindən cərrahi amputasiyası, daxili üzvlərdə distrofik dəyişikliklər, poliorqan (ürək, böyrək, qaraciyər və s.) çatmamazlığı əlamətləri olmuşdur. X3 meyitində aşkar olunmuş xəsarətlər onun ölümündən əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 21 iyun 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmiş xəsarətlər fonunda inkişaf etmiş poliorqan (ürək, böyrək, qaraciyər və s.) çatmamazlığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X3 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 640/21 nömrəli rəydən görünür ki, Şahid sağ sirkə kasasının arxa divarında xətti sınıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə, yəni, 21 iyun 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol nəqliyyatı hadisələri ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 8/2203 №-li rəyindən görünür ki, VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan 21 iyun 2021-ci il tarixli 757 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş ziyan aktından görünür ki, hadisə nəticəsində VAZ 21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1450 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan DİN BDYPİ-nin Qİİ-dən alınmış 03 iyul 2021-ci il tarixli 016-77156-1221 saylı məktubdan görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 21 iyun 2019-cı il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AE seriyalı 925133 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı və VAZ 21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və saxlanması üçün müvafiq olaraq Təqsirləndirilən şəxs və X5 qaytarılması qərara alınmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Onun əməli CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1958-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Beyləqan rayonu İİ Aşıqlı kəndində daimi qeydiyyatda olmaqla və orada yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Öhtəsində heç bir yerdə işləməyşn 1960-cı il təvəllüdlü arvadı vardır. X20 müharibəsi iştirakçısı olmaqla Ağdamın azad olunması medalı ilə təltif edilmişdir. İşdə olan zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X10, zərərçəkmiş şəxslər Şahid və Zərərçəkmiş şəxs məhkəmyə təqdin etdikləri ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxslə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər. CM-in “cəzanın anlayışı və məqsədi”adlanan 41.2-ci maddəsinə əsasəncəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Seymur Şirəliyevə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanıyüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarıqaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları,o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydalarıəleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarıəleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişşəxsintəqsirkarın yaxın qohumu olması, təqsirləndiriln şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CM-ın 59.1-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxslə barışaraq, ondan heç bir tələb və şikayətlərinin olmamasını, eyni zamanda CM-nin 59.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxs Güləndam Pəsiyevanın onun dayısı qızı və arvadının bacısı olmasını, öhtəsində heç bir yerdə işləməyən yaşlı arvadı olmaqla ailədə yeganə qazanc gətirən olmasını, oğlunun Vətən müharibəsi iştirakçısı olmaqla Ağdamın azad olunması medalı ilə təltif edilməsini, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin (yeni redaksiyada) 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları,o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyyələrini, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını və kifayət qədər cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CMin 263-1.3-cü maddəsi ilə müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut olan VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və VAZ 21013 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X5 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44,132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəksin. Cəza çəkməsinin əvvəli o məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-174/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-174/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver