Məhkəmə qərarları › İş №1(099)-174/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-174/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-174/2023 20.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmirli Hüseyn Şakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X4 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə , xx xxxxx 2001-ci ildə İmişli rayonu Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 144.3-cü maddəsi ilə, 31 avqust 1989-cu ildə İmişli rayonu Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İmişli rayonu Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə, xx xxxxxx 1991-ci ildə İmişli rayonu Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İmişli rayonu Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə, xx xxxxxx 1999-cu ildə İmişli rayonu, Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə, 27 avqust 2001-ci ildə Tər-tər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, İmişli rayonu Cavadxanlı kəndində qeydiyyatda olmaqla, İmişli rayonu Xəlfəli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 32.5, 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 İmişli rayonunun Cavadxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq üçün həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub qrup təşkil etdikdən sonra 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs5 bacısı Zərərçəkmiş şəxs atası Sarivan Məmmədovun evdə olmadığı vaxt oğurlanmasını məsləhət bilib, Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq atası Sarivan Məmmədovun evdə olmaması, Könül Məmədlinin evdə olması, nə işlə məşğul olması, kiminlə olması və sair məlumatları Təqsirləndirilən şəxs1 çatdıraraq onun və qabaqcadan əlbir olduqları şəxslərin cinayət törətməsinə yardım etdikdən sonra həmin gün saat 19:40 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonu, Cavadxanlı kəndində yerləşən evin küçə qapısının qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin həyətyanı sahəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs anası Şahid su istəmiş, sonuncu onlara su gətirib birlikdə həyətin arxa tərəfində dayanarkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs evin giriş qapısından tutub zorla avtomobilə tərəf gətirmiş, Zərərçəkmiş şəxs kömək çağırmaq üçün qışqırdıqda, Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs qoluna girib onun avtomobilə tərəf aparılmasına kömək edərək, sonuncuya zor tətbiq edib avtomobilin arxa oturacağına mindirməklə ona sol bazunun aşağı 1/3-nin ön səthində, sağ bazunun yuxarı 1/3-nin ön səthində, sağ diz oynağının iç səthində qançırlar, sol diz oynağının ön səthində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Şahid hadisəni görüb qızına kömək etmək istəyən zaman isə Təqsirləndirilən şəxs3 Şahid qəsdən iki əli ilə qollarından tutub saxlayaraq və onu evin divarına sıxaraq, sonuncuya sol kürəküstü nahiyədə, sol kürək nahiyəsində, kürəkarası sahədə sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən zorla “VAZ-2106” markalı, **- TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirildikdən sonra Təqsirləndirilən şəxs4 Şahid buraxıb onlarla birlikdə avtomobilə minərək, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmaqla, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə birlikdə, cinayətin törədilməsinə məsləhətləri və məlumatları ilə yardım etmiş şəxs Təqsirləndirilən şəxs5 köməkliyi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamış və Təqsirləndirilən şəxs5 yaşadığı İmişli rayonunun Xəlfəli kəndindəki evə gətirmişlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib həmin ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmışdır. Zərərçəkmiş şəxs ilə görüşməmiş, bacısı İlkanə Könülün şəklini göstərmiş və onun şəklini görmüş, lakin onunla ünsiyyəti olmamışdır. Onun əmisi oğlu İlkanə ilə evlənmiş, İlkanə də ona təklif etmişdir ki, bacısı ilə evlənsin və bacısı da həmin ailəyə gəlin gəldikdə o, qəribçilik çəkməsin. Həmçinin İlkanə bacısı ilə danışdığını, onunla evlənməyə razı olduğunu və Könülü qaçırmaq üçün atasının evdə olmadığı vaxtı da ona demişdir. Buna görə də gedib Könülü gətirməyi qərara almış, bu məqsədini Zaməddinə və Babaya da demiş, yolda olarkən Təqsirləndirilən şəxs4 da özləri ilə götürmüşlər. Könülün yaşadığı evə gəldikdən sonra Könülün razı olmadığını, İlkanənin ona yalan məlumat verdiyini, Könülün və anasının onlara müqavimət göstərdiyini görmüş, lakin həmin evə 4 nəfərlə qız qaçırmaq məqsədi ilə gəldiklərindən, qızı qaçıra bilmədikləri halda bunun camaat arasında mənfi qarşılanacağını fikirləşdiyindən Könülü zorla qaçırmaq qərarına gəlmişlər. Bu zaman Baba qızın anasını tutub saxlamış, o, isə Könülü tutub maşına gətirmək istəmiş, ona Təqsirləndirilən şəxs4 da kömək etmişdir. Könülü maşına mindirdikdən sonra telefonu onun əlindən alıb söndürmüşdür. Yolda Könülün xahişi ilə onu aparıb bacısı İlkanənin yanına qoymuşlar və daha sonra Könülün anası Fatmanın polisə şikayət etdiyini bilmişlər və onları polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs qaçırarkən onun azyaşlı olması barədə məlumatı olmamış, bu barədə polis şöbəsində olarkən öyrənmişdir. Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona zəng edərək Könül adlı bir qızı istədiyini, həmin qızı qaçıracağını bildirib ona kömək etməyi xahiş etmiş, o, da Sahilin evlənmək məqsədi ilə qızı qaçıracağını bildirdiyindən ona kömək etmişdir. Həmin vaxt o, Sahil, Zaməddin və Fərid İmişli rayonu Cavadxanlı kəndinə Şahid evinə getmişlər. Yolda olarkən Sahil maşında olan hər kəsə Zərərçəkmiş şəxs qaçırmaq üçün getdiklərini demiş, hər kəs də razı olmuşdur. Həmçinin yolda olarkən Sahil həmin qızın da onunla evlənmək istədiyini bildirsə də Zərərçəkmiş şəxs evinə çatdıqda həmin qızın Sahillə könüllü gəlmək niyyətinin olmadığını bilmişlər. Lakin Sahil yenə də qızı qaçırmağı təklif etdiyindən, həm də kənd yeri olduğuna görə qızı gətirmək üçün gəldikləri halda qızı qaçıra bilməməyin mənfi qaşılanacağını bildiklərindən həmin qızı qaçırmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs anası Fatma qızının qaçırılmasına etiraz etmiş, onlara mane olmaq istəmiş, buna görə də o, Könülün anasını zorla tutub saxlamış,digərləri isə Könülü tutaraq avtomobilə mindirmişlər. O, Fatmanı tutub saxladığından Könülün maşına necə mindirilməsinin şahidi olmamışdır. Həmçinin həmin qızın azyaşlı olması barədə heç bir məlumatı olmamış,polis şöbəsində olarkən polis əməkdaşlarından eşitmişdir ki, həmin qız azyaşlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməlindən peşiman olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Sahil adlı dostu ona zəng edərək Könül adlı qızla evlənmək istədiyini, onu gətirmək üçün birlikdə Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonu Cavadxanlı kəndinə getməyi təklif etmiş, Sahilin məqsədinin evlənmək olduğunu bildiyindən onunla razılaşmış, o, Sahil və Baba ilə birlikdə Könülün yaşadığı kənd istiqamətinə getmişlər, yolda olarkən Təqsirləndirilən şəxs4 da görmüş və Sahil onu da avtomobilə dəvət etmiş və qız qaçırmağa getdiklərini, onlara kömək etməyi xahiş etmiş, Fərid də Sahillə razılaşaraq avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobili Baba idarə etmiş, yolda olarkən Sahil ona və avtomobildə olan digər şəxslərə Könülü qaçıracağı barədə bildirmiş, həmçinin Könülün onunla evlənməyə razı olduğunu da bildirmişdir. Lakin Zərərçəkmiş şəxs yaşadığı evə çatdıqda tamamilə başqa mənzərənin şahidi olmuşlar. Belə ki, həm anası Şahid, həm də Zərərçəkmiş şəxs Sahillə getməkdən imtina etmiş,buna görə də onlar Könülü zorla maşına mindirib qaçırmaq qərarına gəlmişlər. Sahil və o, Zərərçəkmiş şəxs qollarından tutaraq avtomobilə mindirmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Könülün anası Şahid tutub saxlamışdır. Könülü avtomobilə mindirdikdən sonra özləri də avtomobilə minib ərazidən uzaqlaşmışlar. Könülü bacısı İlkanənin evinə qoyduqdan sonra barələrində polisə şikayət edilməsindən məlumatları olmuş və polis şöbəsinə getmişlər. Həmin vaxt da Zərərçəkmiş şəxs yaşının az olmasını bilməmişlər. Bu barədə onlara İmişli rayon Polis Şöbəsində bildirdikdən sonra məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 əməlindən peşiman olduğunu, himayəsində üç azyaşlı uşağının və xəstə anasının olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə İmişli rayonunda olarkən Sahillə görüşmüş, həmin vaxt Sahilin yanında Baba və Təqsirləndirilən şəxs2 də olmuşdur. Sahil ona Könül adlı qızla evlənmək istədiyini, buna görə də onun yaşadığı İmişli rayonu Cavadxanlı kəndinə gedib onu qaçıracaqlarını bildirmiş, ona da birgə getməyi təklif etmişdir. Sahil həmçinin qızın da onunla evlənmək fikri olduğunu demişdir. O, da Sahil və digərləri ilə razılaşmış, həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişlər. Sahil birinci evə getmiş, qızı çölə çıxardıqdan sonra o, da Könülün digər qolundan tutub maşına tərəf aparmışdır. Həmin vaxt Baba da qızın anası Şahid tutub saxlamışdır. O, və Sahil Könülü tutub gətirərkən Könül müqavimət göstərdiyindən Zaməddin də onları köməyə çağırmış və Zaməddin də Könülü tutub maşına mindirməkdə köməklik etmişdir. Zərərçəkmiş şəxs maşına mindirdikdən sonra onlar da maşına minərək həmin ərazidən uzaqlaşmışlar. Yolda olarkən onun işləri olduğundan o, avtomobildən düşüb həmin şəxslərdən aralanmışdır. Sonradan Zərərçəkmiş şəxs anasının polisə şikayət etdiyini öyrənmiş, buna görə də bir neçə gün sonra könüllü olaraq polis şöbəsinə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs4 əməlindən peşiman olmaqla evin tək uşağı olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək göstərmişdir ki, onun heç nədən xəbəri olmayıb. Sadəcə Təqsirləndirilən şəxs1 onun adından istifadə etmişdir ki, atası onlar barəsində şikayət etməsin. Bacısı Zərərçəkmiş şəxs onun yaşadığı evə gətirildikdə bu barədə məlumatı olmamışdır. Növbəti məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ifadəsində göstərmişdir ki, əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etmir. Bacısı Zərərçəkmiş şəxs qaçırılacağı barədə məlumatı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 ona bacısı Könüllə evlənmək istədiyini bildirmiş, o, da buna görə Sahilə köməklik etmişdir. Zərərçəkmiş şəxs ilə Sahillə evlənmək istəyib-istəməməsi barədə hər hansı söhbəti olmamışdır. Sahil yolda olarkən ona zəng edərək Zərərçəkmiş şəxs qaçırdığını və onun yaşadığı evə gətiməsini bildirmiş, bu zaman da Sahilin Könülü qaçırması barədə məlumatı olmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs5 ibtidai araşdırma zamanı müvafiq olaraq 06 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 32.5,144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1la dost kimi münasibəti olmuş, Sahillə münasibəti bacısı Könülə görə yaranmışdır. Sahil ona bacısı Könülü istədiyini demiş, o, da Sahilə Könülün yaşının az olduğunu və verməyəcəklərini demişdir. Sahil isə ona Könülü qaçıracağını bildirmiş, ondan bacısı haqqında məlumat verməsini istəmiş, yəni harada olması, nə etməsi, evdə atası və ya anasının olub-olmamasını soruşmuşdur. O, da Sahillə razılaşıb atasının evdən nə vaxt işə getdiyini, Könülün həyətdə və ya evdə olduğunu ona bildirmişdir. 8 sentyabr 2021-ci il tarixdə 09 radələrində Sahil onunla “Whatsapp” sosial şəbəkəsindən yazıb Könülü qaçıracağını bildirmiş, oraya Zaməddin adlı şəxslə gedib Zaməddinin köməyi ilə planını həyata keçirmək istədiyini əlavə etmişdir. O, da Sahilə həmin gün saat 15 radələrində atasının evdən çıxacağı barədə məlumat vermiş, sonra isə həmin gün oraya Sahil Zaməddin ilə birlikdə gedib atasının işə getdiyini görüb geri qayıtmışlar. Ondan təxminən 2 saat sonra Xəyal Babaşzadəni çağırıb kömək istədiyini ona demişdir. Sahil, Zaməddin və Xəyal 8 sentyabr 2021-ci il tarixdə təxminən 17 radələrində bacısı Könülün yaşadığı İmişli rayonu və Cavadxanlı kəndində gedib onlarda çay içmişlər. Həmin vaxt Xəyal Könülün yaşadığı evdən çıxıb idarə etdiyi avtomobili yolun kənarına sürərkən Sahil çıxıb Xəyala bu gün qızı qaçırmalı olduğunu və Xəyaldan Könülün anası Şahid tutub saxlamasını istəmişdir. Xəyal da Sahilə əməliyyatdan yeni çıxdığı üçün bunu bacarmayacağını bildirmiş, həmin vaxt orada çay içib geri qayıtmışlar. Həmin gün gecə Sahil ona 23 radələrində yenidən “Whatsapp” sosial şəbəkəsindən zəng edib sabah Könülü qaçıracağını və ona sonuncu dəfə kömək etməsini istəmişdir. Həmin vaxt Sahil ona 3 nəfər olacaqlarını, yəni Zaməddin, Sahilin özünün bacısının qaynı və özü olacağını demişdir. 9 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Sahil ona səs atıb Könülü gətirməyə getdiyini demişdir. O da Sahildən kiminlə getdiyini soruşanda Zaməddin və əmisi oğlu ilə birlikdə gedəcəklərini bildirmişdir. Sonra isə o, saat 13 radələrində Sahilə zəng edib gedib-getmədiklərini soruşmuşdur. Sahil də ona hələ çay içdiklərini və getmədiklərini bildirmiş, ondan atasının evdə olub-olmadığını dəqiqləşdirməsini istəmiş, o, da bacısı Könüldən şübhələndirmədən atasının işə nə vaxt gedəcəyini soruşmuş, Könül ona saat 15 radələrində atasının işə gedəcəyini demiş, o, da bu məlumatı Sahilə çatdırmış, Sahil ona oraya qızı qaçırmaq üçün 4 nəfər getdikləri barədə məlumat vermişdir. O, onlardan Sahil və Zaməddini tanıyır. Digərlərini tanımır. Sonra isə saat 15 radələrində Sahil ondan yenidən atasının işə gedib-getmədiyini soruşanda o da bacısı Könüldən soruşub cavabında atasının işə getdiyini öyrənərək bu barədə yenidən Sahilə məlumat vermişdir. Sahil ondan Könülün harada olduğunu, nə etdiyini soruşmasını istəmişdir. O, da bunları Könüldən öyrənib Sahilə həyəti süpürdüyünü, sonra isə həyətdəki toyuqlara yem verdiyini bildirmişdir. Saat 19 radələrində Sahil ona bildirmişdir ki, Könülü həyətdə görüblər, lakin qaçırda bilməyiblər. Bir qədər sonra yenidən ona demişdir ki, Könül evə girib, Könülü necə qaçıracaqlarını fikirləşirlər. Ondan sonra isə Sahildən xəbəri olmamışdır. Həmin şəxslər Könülgildə olarkən o, Könüllə danışmış, sonra Sahilə yazmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs5 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin baş verməsindən çox vaxt keçdiyi üçün hazırkı məhkəmə iclasında bəzi halları xatırlamadığına görə yuxarıda göstərilən formada ifadə vermişdir, ifadəsi elan olunduqdan sonra həmin halları xatırlamış, buna görə də ibtidai istintaq zamanı verdiyi ifadəsi tam doğrudur. Təqsirləndirilən şəxs5 əməlindən peşman olduğunu və himayəsində azyaşlı uşağının olmasını bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində İmişli rayonu, Cavadxanlı kəndində yaşadığı evdə anası ilə birlikdə olarkən evin həyətindən bir nəfər şəxs anasından bir stəkan su istəyərək çölə çağırmış, həmin vaxt anası çölə çıxarkən evə Təqsirləndirilən şəxs1 daxil olaraq onu sol və sağ qollarından tutaraq evdən zorla çıxarmağa çalışmışdır. Sahilin yanında gələn digər şəxslər də ona kömək etmək üçün onu evdən çıxartmışdır. Bu vaxt o, qışqırmış və anası Fatma onu onların əlindən almağa çalışarkən onlar anasını itələyib divara çırpmış, Fərid adlı şəxs onun anasını tutub saxlamış, digərləri onu zorla avtomobilə mindirib mobil telefonunu əlindən almışlar. Avtomobilin arxa sol tərəfində onu otuzdurub, sağ tərəfində Sahil, Sahilin sağ tərəfində tanımadığı şəxs oturmuşdur. Zaməddin adlı şəxs qabaqda sağda əyləşmiş, maşını idarə edən şəxsi isə tanımamışdır. Avtomobildə o, onlara onu qaytarmaqlarını demiş, onlar isə gülmüşlər. Sonra isə heç bir söz danışmamışdır. İmişli şəhərində yerləşən İdman kompleksinin yaxınlığında avtomobildə olan şəxslərin biri düşüb getmiş, onu isə İmişli rayonu, Xəlfəli kəndində yaşayan bacısı İlkanəgilə aparmışlar. Mobil telefonu olmadığı üçün ailəsinə xəbər verə bilməmişdir. Daha sonra polis əməkdaşları olduğu həmin evə gəlmiş və onu polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər su istəmək adı ilə həyətə girmişlər, onu evin içindən birinci Sahil çıxarmaq istəmiş, apara bilmədiyi üçün köməyə digər şəxsləri çağırmış və Zaməddin də evə girmiş, onu sürüyəsürüyə çölə çıxarmış və maşına salmışlar, Fərid isə onun anasını saxlamış, Təqsirləndirilən şəxs3 isə avtomobilin sükanı arxasında olmuşdur. Bacısı İlkanə təxminən 4-5 il əvvəl evlənmiş, bacısını nənəsi saxlamışdır, Təqsirləndirilən şəxs1 tanımamış, Sahilin onu istəməsi, onunla evlənmək istəməsi barədə ona heç bir söz deməmiş, onun qaçırılmasında İlkanənin hansı rolu olmasını bilməmişdir. O, qaçırılarkən üzərində telefon olmuş, lakin Sahil telefonu əlindən almışdır. Sahilin valideyinləri tərəfindən onlara elçi göndərilməmiş, Sahili ümumiyyətlə tanımamış, onunla heç vaxt görüşməmiş, danışmamışdır. Onu evdən Fərid və Sahil sürüyərək çıxarmış, onu apararkən Fərid yarı yolda avtomobildən düşmüşdür. Hadisədən bir gün əvvəl Sahil onların evinə gəlmiş, onların gəlməsini görməmiş, anasından eşitmişdir. Hadisə vaxtı atası işə getmişdir, onu qaçırmağa gələrkən atası evdə olmamışdır. Qaranlıq olduğu üçün evə girən şəxslərin üzündə hər hansı maska olub-olmamasını görməmişdir. Evlənmək məqsədi ilə qaçırılmasından bacısı İlkanəgilin evinə çatanda xəbəri olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində hər hansı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisədən 1 gün əvvəl, yəni 08 sentyabr 2021-ci il tarixdə 3 nəfər şəxs, yəni Təqsirləndirilən şəxs1 çay içmək üçün onun evinə gəlmiş, yoldan keçdiklərini, susadıqlarını, onlara çay verməsini xahiş etmiş, o, da onlara çay vermiş, söhbət zamanı Sahil ona demişdir ki, yanında gələn şəxslər qohumlarıdır. Həmin vaxt onlar Şəmmədli kənd sakini Elşan adlı şəxsin oğlunun idarə etdiyi ağ rəngli avtomobil ilə gəlmişlər, lakin avtomobilin markası və dövlət qeydiyyat nişanını xatırlamır. Həmin şəxslərin evi izləmək üçün gəldiklərini və ya başqa nə məqsədlə gəlmələrini bilməmişdir. Bundan sonra 09 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində İmişli rayonu, Cavadxanlı kəndində yaşadığı evdə 16 yaşlı qızı Zərərçəkmiş şəxs ilə birlikdə evdə yemək yeyərkən evə üzlərində qara rəngli maska olan 3 nəfər şəxs və üzü açıq bir nəfər şəxs evin giriş qapısını sındıraraq evə zorla daxil olmuşdur. Həmin vaxt şəxslərdən 2 nəfəri onun boğazından tutaraq boğmağa çalışmış, digər iki nəfər isə qızı Zərərçəkmiş şəxs ağzını tutaraq divara sıxmış və zorla onu özü ilə aparmağa çalışmış, həmin vaxt stolun üstündə olan mobil telefonu götürüb zəng etməyə çalışmış, bu zaman həmin şəxslər telefonu stolun üstündən götürüb onu divara sıxmışlar. O, qızını onların əlindən xilas etməyə çalışarkən onlar ona zor tətbiq edib, onu divara sıxmışlar. Bir nəfər şəxs qızının ağzını tutaraq qışqırmasına mane olmuş, o, da həmin şəxsin qızını evdən çıxartmasına mane olmağa çalışmışdır. Bu zaman həmin şəxsin üzündə olan maskanı cırmış və həmin şəxsin İmişli rayonu, Şəmmədli kəndində yaşayan Elşan adlı şəxsin oğlu olduğunu müəyyənləşdirmiş, üzü açıq şəxsin Xəlfəli kəndində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxs olduğunu bilmiş, digər şəxslərin isə üzlərində maska olduğu üçün onları tanıya bilməmişdir. Onlar qızı özlərinin gəldiyi VAZ-2106 markalı, buludu rəngli minik avtomobilinə zorla mindirib özləri ilə aparmışlar. O, da mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edib hadisə haqqında məlumat vermişdir. Verilmiş sualları cavablandıraraq şahid Fatma Məmmədli bildirmişdir ki, avtomobili idarə edən şəxs və digər Fərid adlı şəxs onu tutub saxlamışlar, qızı Könül üçün Sahilgildən heç kim onlara elçi gəlməmiş, Sahilin qızı ilə evlənmək istəməsindən məlumatı olmamışdır. İbtidai istintaq zamanı 3 nəfər şəxsin onu tutmasını göstərməmiş, ifadəsində nə səbəblə belə yazılmasını bilməmiş, onu iki nəfər tutub saxlamışdır. Onun evinə girən şəxsləri körpə uşaqlarına görə bağışlayır, onlara qarşı heç bir şikayəti yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (İ cildi, i.v. 1) -09 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:48-də İmişli rayonu Cavadxanlı kənd sakini Şahid Yusub qızı DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək 16 yaşlı qızı X5 evlənmək məqsədi ilə qaçırılması barədə məlumat vermişdir. Həmin tarixdə də Şahid ərizə ilə müraciət edərək qızının xx.xx.2021-ci il tarixd saat 19:45də 4 nəfər tanımadığı şəxs tərəfindən qaçırıldığını bildirib həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (İ cildi, i.v. 03-04) -“Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən yer İmişli rayonu, Cavadxanlı kəndində yerləşən Şahid məxsus fərdi yaşayış evi və həmin evin həyətyanı sahəsidir. (İ cildi,i.v. 05-09) - 09 sentyabr 2021-ci il tarixli iltizamdan görünür ki, X2 Məmmədlini təhvil alması barədə iltizama imza etmişdir. (İ cildi, i.v. 30) - 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cildi, i.v. 31) - 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs anası Şahid onun qanuni nümayəndəsi qismində tanınmışdır. (İ cildi, i.v. 32) - “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:00-da, X10 həmin gün saat 21:45-də , Təqsirləndirilən şəxs3 isə həmin gün saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cildi, i.v. 64-65; 78-79; 95-96) - 11 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs İmişli RPŞ-yə ərizə ilə müraciət edərək onu qaçıran Sahil, Zaməddin, Baba və Fərid adlı şəxsləri bağışladığını, onlarla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (İ cildi, i.v. 105) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 115-116) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 128-129) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144. 3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 141-142) - İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(036)-86/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 171-174) - İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(036)-87/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 175-178) - İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(036)-88/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 179-182) - İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti həbsdə saxlama müddətinin sonuncu gününədək 10 yanvar 2022-ci ilədək müəyyən edilmişdir. (İ cild, i.v. 190-195; 196-201;202-207) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edilmişdir. (İ cild, i.v. 209-210; 212-213) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 711 nömrəli rəyində göstərilmişdir ki, Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol kürəküstü nahiyədə, sol kürək nahiyəsində, kürəkarası sahədə sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (İ cild, i.v. 216-217) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 712 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol bazunun aşağı 1/3-nin ön səthində, sağ bazunun yuxarı 1/3-nin ön səthində, sağ diz oynağının iç səthində qançırlar, sol diz oynağının ön səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (İ cild, i.v. 218-219) - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə İmişli rayon Məhkəməsinin qərarları protestə əsasən dəyişdirilmədən saxlanılmışdır. (İ cild, i.v. 228-232; 233-237;238-241) - İmişli RPŞ-nin səlahiyyətli vəzifəli şəxsinin imzaladığı xx.xx.2021-ci il tarixli raportdan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə könüllü olaraq İmişli RPŞ-yə gəlmiş və özünü istintaqa təqdim etmişdir. (İ cild, i.v. 249-250) - xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 210) - xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 08-09) -xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 10 yanvar 2022-ci ildə bitdiyindən həmin təqsirləndirilən şəxslər barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 17-18;21-22; 25-26) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 144. 3cü maddəsi ilə istintaq edlən cinayət işi üzrə istintaq müddəti 03 ay, yəni 06 iyul 2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, 43-44) - Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1271 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, ona qarşı törədilən qanunazidd hərəkətləri dərk etmək iqtidarında olmuşdur. (İİ cild, i.v. 83-84) - Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1272,1273, 1274, 1275 və 1276 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmirlər, onlarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, onlara ittiham elan edildiyi təqdirdə qərarda göstərilən əməl barəsində anlaqlı hesab olunmalıdırlar, onların hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacları yoxdur. (İİ cild, i.v. 85-94) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 32.5, 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİ cild, i.v. 125-127) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 145-147) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsində yetkinlik yaşına çatmayan şəxsi oğurlamağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs5 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.5, 144.3-cü maddəsində yetkinlik yaşına çatmayan şəxsi oğurlamağa məsləhətləri və məlumatları ilə köməkçilik etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər oğurladıqları Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmədikləri barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadə özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə digər Təqsirləndirilən şəxs5 ifadəsi, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri bu hissədə (Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olmasını bilmədiklərini qeyd etmələri) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs5 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində Sahil Qubanova bacısı Zərərçəkmiş şəxs azyaşlı olması barədə bildirdiyini qeyd etmişdir. Bundan əlavə Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsində yetkinlik yaşına çatmayan şəxsi oğurlamağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddədə zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan olması xüsusilə vurğulanmış, həmçinin həmin şəxsin “aşkar” surətdə yetkinlik yaşına çatmayan olması qeyd edilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmış olub-olmadığını bilməməsi əməlin tövsifü üçün xüsusi əhəmiyyət kəsb etmir. Oğurlanmış şəxsin yetkinlik yaşına çatmayan olması həmin əməlin Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsinə tövsif edilməsi üçün əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuşdur, hadisə törədilən vaxt, yəni 09 sentyabr 2021-ci il tarixdə yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hadisənin baş verdiyi vaxt Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdikləri yuxarıda qeyd edilən dəlili əsaslı qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinin tövsifində ibtidai istintaq orqanı düzgün qənaətə gəlmişdir. Bundan əlavə məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs5 özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, törətdiyi əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, adam oğurluğu cinayətinin obyektini insanın şəxsi azadlığı təşkil edir. Əlavə obyekt qismində isə şəxsin həyatı və sağlamlığı çıxış edir. Yaşından, sosial statusundan, milliyətindən, irqindən və sairədən asılı olmayarq istənilən şəxs bu cinayətdən zərərçəkmiş şəxs ola bilər. Azərbaycan Respublikası CM-nin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayətinin obyektiv cəhətini isə zərərçəkmiş şəxsin iradəsinə zidd və iradəsindən kənar surətdə onu daimi və müvəqqəti yaşadığ, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və s. daxildir. Təqsirkarın əməlinin CM-nin 144.1-ci maddəsi ilə tövsüf edilməsi üçün fiziki zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi həyat və sağlamlıq üçün təhlükəli olmamıldır. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu CM-nin 144.2.4cü maddəsi ilə tövsüf edilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayəti formal tərkiblidir və şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır. Oğurlama hərəkətlərinə şəxsin tutulması, bir yerdən başqa yerə aparılması və orada saxlanılması, yaxud bu hərəkətlərdən yalnız biri daxildir. Zərərçəkmiş şəxsin saxlanma müddətinin (bir saat, iki gün, bir ay və s.) əməlin tövsüfü üçün heç bir əhəmiyyəti yoxdur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 144.3-cü və Təqsirləndirilən şəxs5 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5, 144.3-cü maddəsi ilə tövsüf edilmişdir. Belə ki, iş materialları ilə tam sübut olunur ki, Zərərçəkmiş şəxs oğurlanması barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan razılığıa gəlmiş, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 avtomobili idarə etmiş, həmin şəxsləri Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonu Cavadxanlı kəndində yerləşən evinə gətirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin evə daxil olub Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə onu avtomobilə mindirmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Zərərçəkmiş şəxs anası Şahid tutub saxlayaraq ona qızının qaçırılmasının qarşısını almağa mane olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs avtomobilə tərəf gətirərkən Təqsirləndirilən şəxs4 da onlara yaxınlaşıb Zərərçəkmiş şəxs avtomobilə mindirdikdən sonra Təqsirləndirilən şəxs3 avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmışlar. Bundan əlavə iş materialları ilə tam sübut olunur ki, Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs oğurlanması barədə Təqsirləndirilən şəxs1 öz məlumatları, məsləhətləri ilə köməklik etmiş, belə ki, o, Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə danışaraq atası X15 rayonu Cavadxanlı kəndindəki evdən çıxaraq işə getmiş olması, evdə heç kimin olmaması, Zərərçəkmiş şəxs qaçırılması üçün hər hansı maneə olmaması barədə məlumatlar verərək həmin şəxslərin Zərərçəkmiş şəxs oğurlamasına köməklik etmişdir. Bu hal həm təsirləndirilən Təqsirləndirilən şəxs1, həm də, Təqsirləndirilən şəxs5 ifadələri ilə, işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.3-cü, Təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası CM-in 32.5, 144.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 və Zərərçəkmiş şəxs ifadələri, digər istintaq hərəkəti protokolları, digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.3-cü, Təqsirləndirilən şəxs5 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144.3-cü, Təqsirləndirilən şəxs5 münasibətdə isə Azərbaycan Respublikası CM-in 32.5, 144.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət qanunvericiliyində nəzərdə tutulmuş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 məhkum olunmamışlar . (İ cild, i.v. 242-248; İİ cild, i.v. 32) - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir. Ailə tərkibi həyat yoldaşı, 2011-ci il təvəllüdlü qızı, 2015 və 2019-cu il təvəllüdlü oğullarından ibarətdir. Yaşadığı kənddə kənd camaatı ilə yaxşı rəftar etdiyindən, qoca və ahıllara hörmətlə yanaşdığından, kənd arasında yaxşı insan kimi tanınmış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (İİ cild, i.v. 156-157) - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 evlidir. Ailə tərkibi həyat yoldaşı, 2019-cu il təvəllüdlü oğlundan ibarətdir. Yaşadığı kənddə kənd camaatı ilə yaxşı rəftar etdiyindən, qoca və ahıllara hörmətlə yanaşdığından, kənd arasında yaxşı insan kimi tanınmış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (İİ cild, i.v. 158-159) - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir. Ailə tərkibi həyat yoldaşı, 2006 və 2008-ci il təvəllüdlü bacıları və xx.xx.2023-cü il təvəllüdlü qızından ibarətdir. Yaşadığı kənddə kənd camaatı ilə yaxşı rəftar etdiyindən, qoca və ahıllara hörmətlə yanaşdığından, kənd arasında yaxşı insan kimi tanınmış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (İİ cild, i.v. 160-161) - xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 atası X8 və anası X9 xx.xx.2013-cü il tarixdə “digər insektisidlərin toksik təsiri” səbəbindən ölmüşlər. xx.xx.2006-cı il təvəllüdlü bacısı Samirə Qurbanlı və xx.xx.2008-ci il təvəllüdlü bacısı Səba Qurbanova onun himayəsində yaşamağa başlamışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə Samirə Qurbanlı və Səba Qurbanova üzərində qardaşları Təqsirləndirilən şəxs1 qəyyum təyin edilmişdir. - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 subaydır. Ailə tərkibi anasından ibarətdir. Yaşadığı kənddə kənd camaatı ilə yaxşı rəftar etdiyindən, qoca və ahıllara hörmətlə yanaşdığından, kənd arasında yaxşı insan kimi tanınmış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (İİ cild, i.v. 162-163) - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 evlidir. Ailə tərkibi həyat yoldaşı, 2014, 2016 və 2018-ci il təvəllüdlü 3 azyaşlı uşaqlarından ibarətdir. Yaşadığı kənddə kənd camaatı ilə yaxşı rəftar etdiyindən, qoca və ahıllara hörmətlə yanaşdığından, kənd arasında yaxşı insan kimi tanınmış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (İİ cild, i.v. 164-165) - Həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, qaçırılması ilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən), Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının, Təqsirləndirilən şəxs3 himayəsində 3 azyaşlı uşağının, İlkanə Qubanovanın isə himayəsində 1 azyaşlı uşağının olmasını (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), Təqsirləndirilən şəxs4 könüllü gəlib təqsirini boynuna almasını (Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Habelə həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət səciyyələndirilmələri, cinayət törətdikdən sonrakı davranışları, yəni zərərçəkmiş şəxslə barışıq əldə etmələri, zərərçəkmiş şəxsin onlarla barışması, zərərçəkmiş şəxsi öz bacısı Təqsirləndirilən şəxs5 evinə gətirmələri, Zərərçəkmiş şəxs oğurlanması barədə şikayət edildikdən dərhal sonra sonuncunun polisə təhvil verilməsi, Təqsirləndirilən şəxs4 könülü olaraq polis şöbəsinə gəlib təqsirini boynuna alması, həmin cinayətin törədilməsinə zərərçəkmişin bacısının köməklik etməsi, təqsirləndirilən şəxslər tərəfindən törədilən həmin cinayətin motivinin qısqancılıq, qisas, xuliqanlıq, tamah və sair niyyətlər deyil evlənmək niyyətinin olması, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 istisna olmaqla digərlərinin himayəsində ümumilikdə 8 azyaşlı uşağın olması, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi həmin uşaqların mənafelərnə ciddi təsir etməsi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq, nəzərə alaraq təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 münasibətdə cəzanı yüngülləşdirici halların məcmusunu cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal kimi qəbul edib, hesab edir ki, təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirildikləri CM-in 144.3-cü maddəsində müəyyən ediləndən də daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs5 isə təqsirləndirildiyi CM-in 32.5, 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin edilməlidir. Bu cəzalar onların islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası müddəti ərzində təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərilərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Onlara təyin edilən cəzanın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldıqları, barələrində həbs və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduqları 04 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 ay onlara təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs5 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin bacısı olmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində azyaşlı uşağının olmasını, onun şəxsiyyətini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməli, sınaq müddəti ərzində öz davranışları ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut,mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 sentyabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 04 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 ay ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 sentyabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 04 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 ay ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 10 sentyabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 04 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 ay ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 32.5, 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarətinin həyata keçirilməsi İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar