Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-174/2024 23.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi-atası Qanuni nümayəndə1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi-atası Qanuni nümayəndə2 iştirakı ilə xx xxxx 1995-ci il ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, xx xxxx 1999-cu il ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, xx xxxx 2006-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, 9-cu sinif təhsilli, subay, məhkum olunmamış, işləməyən, X12 tələbəsi, Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 2006-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, 9-cu sinif təhsilli, subay, məhkum olunmamış, işləməyən, X12 tələbəsi, Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz aralarında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmkəndliləri yetkinlik yaşına çatmayanlar-xx xxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx xxxxxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb edib 08 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Biləsuvar rayonun Əsgərabad kəndində yerləşən həmin kənd sakini X3 məxsus evin pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus 1000 (bir min) manat dəyərində bir ədəd İJ-58 markalı, 12 kalibrli, B- 15116№-li, qoşalüləli mülki ov tüfəngini və 100 (bir yüz) manat dəyərində bir ədəd “Panasonic NV-GS90” markalı videokameranı oğurlamaqla zərərçəkmiş şəxsə cəmi 1100 (bir min bir yüz) manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz aralarında cinayət əlaqəsinə girərək, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmkəndliləri yetkinlik yaşına çatmayanlar-xx xxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx xxxxxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 cinayətkar qrupa cəlb edib 08 aprel 2023-cü il tarixdə, saat 04 radələrində Biləsuvar rayonun Əsgərabad kəndində yerləşən X14 Filialının Əsgərabad poçt şöbəsinin inzibati binasının pəncərənin şüşəsini sındırmaqla pəncərənin dəmir barmaqlıqlarının arasından qanunsuz daxil olub oradan həmin filiala məxsus 68 ədəd 1 (bir) manatlıq, 21 ədəd 2 (iki) manatlıq olmaqla cəmi 89 (səksən doqquz) ədəd “Tap, Qazan!” lotereyalarını gizli olaraq talamaqla, 110 (bir yüz on) manat məbləğdə ziyan vuraraq oğurluq cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndliləri-xx xxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan xx xxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2023-cü il tarixdə, saat 04 radələrində Biləsuvar rayonun Əsgərabad kəndində yerləşən X14 Filialının Əsgərabad poçt şöbəsinin inzibati binasının pəncərənin şüşəsini sındırmaqla pəncərənin dəmir barmaqlıqlarının arasından qanunsuz daxil olub oradan həmin filiala məxsus 68 ədəd 1 (bir) manatlıq, 21 ədəd 2 (iki) manatlıq olmaqla cəmi-89 (səksən doqquz) ədəd “Tap, Qazan!” lotereyalarını gizli olaraq talamaqla, 110 (bir yüz on) manat məbləğdə ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndliləri-xx xxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2, 27 iyün 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan xx xxxxxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2023-cü il tarixdə, saat 04 radələrində Biləsuvar rayonun Əsgərabad kəndində yerləşən X14 Filialının Əsgərabad poçt şöbəsinin inzibati binasının pəncərənin şüşəsini sındırmaqla pəncərənin dəmir barmaqlıqlarının arasından qanunsuz daxil olub oradan həmin filiala məxsus 68 ədəd 1 (bir) manatlıq, 21 ədəd 2 (iki) manatlıq olmaqla cəmi-89 (səksən doqquz) ədəd “Tap, Qazan!” lotereyalarını gizli olaraq talamaqla, 110 (bir yüz on) manat məbləğdə ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib, CM-nin 170.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməsə də, fəhləliklə məşğul olmuşdur. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmkəndliləri, həm də qonşuladırlar və onlarla münasibətləri yaxşıdır. O, Alışanla həmyaşıd olsa da, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ondan və Alışandan yaşca balacadırlar. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 neçə yaşları olmasını dəqiq bilməsə də, onların məktəbdə oxumalarını bilmişdir. 07 aprel 2023-cü il tarixdə evdə tək olmuşdur. Həmin gün o, pul əldə etmək məqsədilə haradansa oğurluq etmək qərarına gəlib qonşusu Alışanla görüşüb ona fikrini demiş, o da razılaşmışdır. Sonra o, Alışanla birlikdə evdə oturub yeyib-içmişlər. Həmin gün gecə saat 22 radələri o, zəng edib Elnuru evinə çağırmış, Elnur da gəlmiş və onlar birlikdə yemək-yeyib spirtli içki qəbul etmişlər. Sonra o, Alışan və Elnura qonşu Xəzanağagilin evində heç kimin olmadığını və gedib oradan qızıl və pul oğurlamağı, oğurladıqları malı aralarında bərabər bölmələrini təklif etmiş, Alışan və Elnur da razılaşıb oğurluq etməyi planlaşdırmışlar. O, Alışan və Elnurla birlikdə oğurluğa getmək üçün evdən çıxmış, yolda onlara Xəyal rastlaşıb hara getmələrini soruşmuş, onlar da su almağa getdiklərini demiş, sonra Xəyal da onlarla birlikdə getməsini təkid edib onlarda birlikdə getmiş, sonra onların oğurluğa getmələrini bilib o da onlarla birlikdə oğurluğa getmişdir. 08 aprel 2023-cü il tarixdə, saat 02 radələrində pul oğurlamaq niyyəti ilə onlar Biləsuvar rayonunun Əsgərabad kəndində həminkəndlisi və qonşusu Xəzanağa Xəlilova məxsus evin pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olub oradan bir ədəd qoşalüləli ov tüfəngini və bir ədəd videokameranı oğurlamışlar. Həmin vaxt o, Alışanla birlikdə evə girmiş, Xəyal və Elnur isə çöldə dayanıb onları gözləmişlər. Elnur oğurluq üçün getdiklərini əvvəldən bilmiş, lakin Xəyal əvvəl bunu bilməmiş, sonra onların oğurluğa getmələri bilib onlarla birlikdə oğurluğa getmişdir. Elnur və Xəyal oğurluğa onunla və Alışanla birlikdə könüllü olaraq getmiş, onları məcbur etməmişlər. Xəzanağanın evində pul tapa bilmədiklərinə görə sonra birlikdə pul oğurlamaq məqsədi ilə poçta daxil olmuşlar, lakin orada da pul tapa bilməmişlər, poçtdan 110 manat dəyərində “Tap, Qazan!” lotereyalarını oğurlamışlar. Onlar oğurluğu 08 aprel 2023-cü il tarixdə, gecə saat 02-03 radələrində etmişlər. Qonşusu Xəzanağanın evdə olmaması barədə məlumatları olmuş, ona görə də gecə saatlarında onun evinə girib oğurluq etmişlər. Oğurluq hadisəsindən sonra oğurladıqları bir ədəd qoşalüləli ov tüfəngini və bir ədəd videokamera Xəzanağaya qaytarılmış, poçtdan olan oğurluqla bağlı zərər də ödənilmişdir. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qonşusu Xəzanağanın evinə və poçtun binasına girib oğurluq etmiş, lakin o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq etməyə məcbur etməmiş, onlar özləri könüllü olaraq onunla və Alışanla birliklə oğurluq etmişlər. Ona görə də o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq cinayətinə cəlb etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin evdən oğurluq etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. İbtidai istintaq zamanı sərbəst ifadə vermiş, ifadə verərkən ona qarşı heç bir təzyiq-təsir olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı da ümumən məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, eyni zamanda həmin ifadələrində göstərmişdir ki, o, qonşuları Alışan və Elnur birlikdə evdə yemək-yeyib spirtli içki qəbul etdikdən sonra saat 02 radələrində (08 aprel 2023-cü il tarixdə) evdən çıxıb oğurluq etmək məqsədi ilə qonşusu Xəzanağanın evinə tərəf getmişlər. Yolda qonşusu Xəyalla rastlaşmış və Xəyal onlardan hara getdiyini soruşmuş, o da yalandan “biz dükana su almağa gedirik” demiş, Xəyal da “mən də sizinlə gedirəm” deyib onlara qoşulmuşdur. Həmin vaxt o, Xəyala “sən gəlmə, biz dükana dəyib qayıdırıq” desə də, Xəyal əl çəkməyib “mən də sizinlə dükana gedirəm” demişdir. Sonra o, Xəyala “biz getdiyimiz yeri desək, bizimlə gedəcəksən” demiş, Xəyalda “hə gedəcəm” demişdir. Bundan sonra o, Xəyala “biz Xəzanağagilin evindən oğurluq etməyə gedirik, gəlməyən peysərdi” dedikdən sonra Xəyal da “yaxşı mən də gedirəm” deyib onlarla birlikdə oğurluğa getməyə razılaşmışdır. Sonra o, Xəyala “evdən nə oğurlasaq satıb əldə etdiyimiz qazancı bərabər böləcəyik” demiş, Xəyal da razılaşmışdır. Bundan sonra onlar Xəzanağagilin hasarına yaxınlaşmış, əvvəl o və Alışan, sonra Xəyal və Elnur hasarın üzərindən keçib həyətə düşüb evə yaxınlaşmışlar. Evin giriş qapısı bağlı olduğundan Alışan qapının yanındakı pəncərənin şüşəsini çıxartdıqdan sonra o və Alışan oradan evin içinə daxil olmuşlar. Həmin vaxt onların əlində alışqan, vintaçan və kəlbətin olmuş və əllərindəki alətlərlə açıb oradan zala, sonra da digər otaqlara daxil olub otaqları axtarmağa başlamışlar. Evdə pul tapmamışlar, lakin otaqda divardan asılmış tüfəngi Alışan görüb “bu tüfəng mənlikdir” deyib götürmüş, o isə digər otaqda şkafdan bir ədəd videokamera tapıb götürmüşlər. Onlar Xəzanağanın evindən pul, qızıl və başqa qiymətli əşya oğurlamaq üçün getsələr də, evdə pul-qızıl tapmamışlar, evdən yalnız bir ədəd tüfəng və bir ədəd videokamera götürüb evdə çıxıb birlikdə oradan uzaqlaşıb evə getmişlər. Evdə söhbət edərkən o, “evdən pul və qızıl əldə edə bilmədik, gəlin gedəyin kəndin poçtuna orada yüz faiz pul olacaq, nə oğurlasaq aramızda bölərik” demiş, Alışan, Elnur və Xəyal razılaşmışlar. Sonra o, evdən bir ədəd dəmir parçası götürmüşdür ki, poçtun binasına girərkən istifadə etsin. Bundan sonra o, Alışan, Elnur və Xəyal evdən çıxıb saat 03 radələrində poçtun binasının qarşısına getmişlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, pəncərənin şüşəsini sındırmış və içəridə olan dəmir barmaqlığın arasından Alışanla içəri girmiş, Elnurla Xəyal bayırda qalıb gözətçilik etmişlər. İçəridə onlar axtarış etmiş, lakin pul tapa bilməmişlər, həmin vaxt Alışan oradan lotereyaları götürüb çiblərinə qoymuş, özü isə dəmir parçası ilə içəridə olan seyfi bir neçə dəfə vurub açmağa çalışmış, lakin seyfi aça bilməmişdir. Sonra onlar çölə çxıb “seyfi aça bilmədik, pul da yoxdur” deyib oradan çıxıb uzaqlaşmışlar. X20 ciblərinin şişdiyini görüb ciblərində nə olmasını soruşmuş, onlar da “bizim üstümüzdə heç nə yoxdur” demiş, sonra o, Alışanla onun yaşadığı evə, Elnur və Xəyal isə öz evlərinə getmişlər. Evdə o, Alışanın poçtdan götürdüyü “Tap, Qazan!” lotereyaları pozmuş və cəmi 38 manat pul udmuşlar. Poçtdan neçə ədəd “Tap, Qazan!” lotereyaları oğurladıqları dəqiq bilməmişdir. Evdə o, Alışanla belə qərara gəlmişlər ki, Elnur və Xəyal heç nə oğurlamadıqları üçün Xəzənağanın evindən oğurladıqları videokameranı və tüfəngi satıb pulunu ikisi öz arasında bölsünlər. Səhərisi gün oğurladıqları lotereyaları gətirib “Mərkəzi bazar”ın qarşısında lotereya satan Valeh adlı şəxsə verib udduqları lotereyanın 35 manat pulunu nəğd, 3 manata isə üç ədəd “Tap, Qazan!” lotereyası almışlar və həmin loteriyalarda heç bir uduş olmamışdır. Udduqları 35 manat pula ərzaq məhsulları və spirtli içkilər alıb evə qayıtmışlar və evdə dördü bir yerdə yemək yeyib içki içmişlər. Onlar birlikdə Xəzanağa Xəlilovun evindən bir ədəd qoşalüləli ov tüfəngi və bir ədəd videokamera, poçtdan isə sayını bilmədiyi sayda “Tap, Qazan!” lotereyaları oğurlamışlar. O, Elnur və Xəyalın orta məktəbdə oxuduqlarını və 18 yaşlarının olmadığını bilmiş və onlara oğurluğa getməyi o demiş, onlar da razılaşmış, lakin o, Elnur və Xəyalı oğurluğa məcbur etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq cinayətinə cəlb etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin evdən oğurluq etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən, yəni CM-nin 170.3 və 232.2.1-ci maddələri ilə özünü təqsirli bilməyib, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləmir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmkəndliləri, həm də qonşusudurlar və onlarla münasibətləri yaxşıdır. O, Zahidlə həmyaşıd olsa da, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ondan və Alışandan yaşca kiçikdirlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 neçə yaşları olmasını dəqiq bilməsə də, onların məktəbdə oxumalarını bilmişdir. 07 aprel 2023-cü il tarixdə o, həmkəndlisi Zahidgildə olarkən onunla birlikdə qonşusu Xəzanağanın evinə girib oğurluq etməyi planlaşdırmışlar. Həmin vaxt oğurluq təklifini kimin verməyi dəqiq xatırlamır. X21 evinə yeyib-içmək məqsədi ilə çağırmış, Elnur da gələndən sonra onların Xəzanağanın evinə girib oğurluq etmələrini bilmişdir. Sonra Elnur da onlara qoşulmuş və onlar oğurluq etmələri məqsədi ilə birlikdə gecə saat 02 radələrində evdən küçəyə çıxmışlar. Yolda onlar təsadüfən Xəyalla rastlaşmışlar. Xəyal onlardan hara getmələrini soruşmuş, Zahid də dükana su almağa getdiklərini demiş, Xəyal da onlarla birlikdə gedəcəyini bildirib onlara qoşulmuşdur. Həmin vaxt onlar Xəyala özləri ilə aparmaq istəməmiş, lakin Xəyal əl çəkməyərək onlarla birlikdə gedəcəyini demiş, sonra ona oğurluğa getdiklərini bildirmişlər. Bundan sonra Xəyal onlarla birlikdə oğurluğa getməyə razılaşmışdır. O, Xəyala oğurluğa getməyi təklif etməmiş, Zahid Xəyala oğurluğa getmək təklifini etmiş, Xəyal da razılaşmışdır. Həmin vaxt Zahid Xəyala “biz getdiyimiz yeri desək, bizimlə gedəcəksən” demiş, Xəyal da “hə gedəcəm” demiş və bundan sonra Zahid Xəyala “biz Xəzanağagilin evindən oğurluq etməyə gedirik, gəlmiyən peysərdi” demiş, Xəyal da razılaşıb onlarla birlikdə oğurluğa getmişdir. Sonra onlar Xəzanağagilin evinin pəncərəsinin şüşəsini sındırıb o və Zahid evə daxil olmuş, Xəyal və Elnur çöldə dayanıb gözətçilik etmişlər. Onlar evdə pul tapa bilməmiş və evdən bir ədəd videokamera və bir ədəd ov tüfəngi götürüb oradan çıxmışlar. Evdən ov tüfəngini o, videokameranı Zahid götürmüşdür. Onların evə girməkdə məqsədləri pul oğurlamaq olsa da, evdə pul tapa bilməmişlər. Bundan sonra onlar pul oğurlamaq məqsədi ilə həmin gecə saat 03 radələrində poçta gedib pəncərəni sındırıb içəri daxil olmuşlar. Poçtda pul tapmamışlar, lakin oradan 110 ədəd “Tap, Qazan!” lotereyalarını oğurlayıb oradan çıxmışlar. Sonra evdə o, Zahidlə birlikdə “Tap, Qazan!” lotereyaları pozmuş və 38 manat pul udmuşlar. Səhər o və Zahid dükana gedib 38 manat pula ərzaq məhsulları, siqaret və içki alıb evə qayıtmış, sonra onlar birlikdə oturub aldıqlarını yeyib-içmişlər. Onlar oğurluğu 08 aprel 2023-cü il tarixdə, saat 02-03 radələrində etmişlər. Qonşusu Xəzanağanın evdə olmaması barədə onun və Zahidin məlumatı olmuş, ona görə də gecə saatlarında onun evinə girib oğurluq etmişlər. Oğurluq hadisəsindən sonra oğurladıqları bir ədəd qoşalüləli ov tüfəngini və bir ədəd videokamera Xəzanağaya qaytarılmış, poçtdan olan oğurluqla bağlı zərər də ödənilmişdir. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qonşusu Xəzanağanın evinə və poçtun binasına girib oğurluq etmiş, lakin o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq etməyə məcbur etməmiş, onlar özləri könüllü olaraq onunla və Zahidlə birliklə oğurluq etmişlər. Həmçinin o, hesab edir ki, silah oğurlunu da etməmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq cinayətinə cəlb etməsi və silah oğurluğu ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin oğurluq etməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. İbtidai istintaq zamanı sərbəst ifadə vermiş, ifadə verərkən ona qarşı heç bir təzyiq-təsir olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ümumən məhkəmədə verdiyi ifadəsinə uğün ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, hazırda X13 təhsil alır və Biləsuvar rayonunun Əsgərabad kəndində valideynləri ilə birlikdə onların himayəsi altında yaşayır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 həmkəndliləri, həm də qonşusudurlar və onlarla münasibətləri yaxşıdır. Zahid və Alışan yaşca ondan böyükdür, Xəyal isə həmyaşıdıdır. 07 aprel 2023-cü il tarixdə, saat 22 radələrində Zahid ona zəng edib evinə çağırmış, o da Zahidgilə getmişdir. Həmin vaxt Alışan da Zahidgildə olmuş və onlar birlikdə yemək yeyib spirtli içki qəbul edirlər. Sonra söhbət zamanı Zahid “qonşumuz Xəzanağagilin evində heç kim yoxdur. Gedəyin oradan qızıl və pul oğurlayaq” demiş, Alışan razı olsa da, o qorxduğu üçün razı olmamışdır. Zahid “bir yerdə gedəcəyik, nə oğurlayıb əldə etsək aramızda bərabər böləcəyik” dedikdən sonra o da razılaşmışdır. Onlar 08 aprel 2023-cü il tarixdə, gecə saat 02 radələrində Xəzanağanın evindən oğurluq etmək üçün yola çıxmışlar və yolda qonşu Təqsirləndirilən şəxs4 ilə rastlaşmışlar. Xəyal onlardan hara getdiyini soruşmuş. Zahid də dükana su almağa gedirik” demiş, Xəyal da “mən də sizinlə gedirəm” deyəndə Alışan ona “sən gəlmə, biz dükana dəyib qayıdırıq” demiş, lakin Xəyal əl çəkməyib “mən də sizinlə gedirəm” demişdir. Zahid Xəyala “biz getdiyimiz yeri desək, bizimlə gedəcəksən” Xəyal da “hə” demiş, bundan sonra Zahid ona “biz Xəzanağagilin evindən oğurluq etməyə gedirik, gəlmiyən peysərdi” demiş, Xəya da “yaxşı mən də gedirəm” deyib onlara qoşulmuşdur. Sonira Zahid “evdən nə oğurlasaq satıb əldə etdiyimiz qazacı bərabər böləcəyik” demiş, onlar da razılaşmışlar. Bundan sonra onlar Xəzanağagilin hasarına yaxınlaşmış, əvvəl Alışan və Zahid, sonra o və Xəyal hasardan aşıb həyətə keçmişlər. Evin qapısı bağlı olduğundan Alışan qapının yanındakı pəncərənin şüşəsini çıxartmış, Alışan və Zahidin oradan evin içərsinə daxil olmuş, o və Xəyal evə daxil olmamış, pənəcərənin qarşısında qalıb gözləmişlər. Evə daxil olarkən Alışan və Zahidin əlində alışqan, vintaçan və kəlbətin olmuşdur. Zahid və Alışan evə girib evi axtardıqları vaxt, o və Xəyal çöldə dayanıb gözətçilik etmişlər ki, gələn olsa onlara xəbər etsinlər. Bir az sonra Zahid və Alışan evdən çıxmış, Alışanın çiynində tüfəng, Zahidin əlində videokamera olmuşdur. Zahid və Alışan onlara evdə pul tapa bilmədiklərini demişlər. Alışan “tüfəng mənlikdir” demiş, Zahid də videokameranı götürmüş, sonra onlar Zahidgilə getmişlər. Zahid və Alışan oğurladıqları tüfəngi özlərinə götürmüş, videokameranı isə satdıqdan sonra pulunu böləcəklərini demişlər. Sonra Zahid təklif etmişdir ki, kəndin poçtunda pul olacaq, gedib oradan oğurluq etsinlər, onlar da onunla razılaşmışlar. Zahid evdən çıxarkən əlinə bir ədəd dəmir parçası götürmüşdür. Onlar gecə saat 03 radələrində poçtun binasının qarşısına getmiş, Zahid pəncərənin şüşəsini sındırmış sonra oradan Zahidlə Alışan içəri girmiş, o və Xəyalla bayırda qalıb gözətçilik etmişlər. Bir azdan Zahidlə Alışan bayıra çıxıb “seyfi aça bilmədik, pulda yoxdur” demişlər. Sonra da onlar oradan uzaqlaşmışlar. X20 ciblərinin şişdiyini görüb, cibində nə olmasını soruşmuş, Zahid və Alışan da üstlərində heç nə olmadığını bildirmişlər. X17, o və Xəyal öz evlərinə getmişlər. Səhərisi gün saat 13 radələrində Zahid ona “yemək-içmək almışam, gedək bizdə yeyək” demiş, o da etiraz etməyib onlara getmiş, Xəyal da orada olmuş və onlar oturub birlikdə yemək yemişlər. Həmin gün o, etdiyi oğurluqdan atasının xəbər tutacağından qorxduğu üçün ondan gizlənməyə çalışmış, atası da onun hərəkətlərindən şübhələnib onu sorğu-sual edib gecə harada olduğunu soruşmuş, o da olanların hamısını atasına danışmışdır. Atası da Xəyalın atası Cəlalı çağırıb ona demiş, sonra da atası və Cəlal Alışangilə getmişlər. Bir neçə saat sonra atası onu və Xəyalı Alışangilə çağırmış və Xəzahnağagildən oğurladıqları tüfəngi və videokameranı onlara verib “aparın haradan götürüblər orada qoyun” demiş, o və Xəyal da tüfəngi və videokameranı aparıb Xəzənağanın evinə qoyub qayıtmışlar. Onlar Xəzənağanın evindən pul və qiymətli əşya oğurlamaq üçün getmişlər, lakin videokameradan başqa heç nə tapa bilməmişlər. Onların əvvəlcədən tüfəng oğurlamaq fikiri olmamış, evdən ov tüfəngini Alışan və Zahid oğurlamışlar. Bu oğurluğu o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 birlikdə etmişlər. Oğurluğa getməyi onlara Zahid təklif edib “nə oğurlasaq aramızda bərabər böləcəyik” demiş, onlar da razılaşmışdır. Hazırda əməlindən peşmandır. İbtidai istintaq zamanı sərbəst ifadə vermiş, ifadə verərkən ona qarşı heç bir təzyiq-təsir olmamışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ümumən məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, hazırda X13 təhsil alır və Biləsuvar rayonunun Əsgərabad kəndində valideynləri ilə birlikdə onların himayəsi altında yaşayır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləri, həm də qonşusudurlar və onlarla münasibətləri yaxşıdır. Zahid və Alışan yaşca ondan böyükdür, Elnur isə həmyaşıdıdır. 08 aprel 2023-cü il tarixdə, saat 02 radələrində kənd mərkəzindən yaşadığı evə gedərkən yolda qonşu uşaqları Zahid, Alışan və Elnurla rastlaşmış və onlardan hara getdiklərini soruşmuş, Zahid də “biz su almağa gedirik” demiş, o da onlarla getmək istədiyini demiş, Zahid də “hə yaxşı gəl” demiş, Alışan isə “gəlmə” demişdir. Sonra onlar Xəzanağagilin evinin qarşısına çatanda Zahid ona “biz oğurluğa gedirik, gəlmiyən də peysərdi” demiş, sonra da nə oğurlasaq satıb əldə etdiyimiz pulu bərabər böləcəyik dediyindən o da razılaşmış, “yaxşı mən də gedirəm” demişdir. Sonra onlar Xəzanağagilin hasarına yaxınlaşmış, əvvəl Alışan və Zahid, sonra o və Elnur hasardan aşıb həyətə keçmişlər. Evin qapısı bağlı olduğundan Alışan qapının yanındakı pəncərənin şüşəsini çıxartmış, Alışan və Zahidin oradan evin içərisinə daxil olmuş, o və Elnur evə daxil olmamış, pəncərənin qarşısında qalıb gözləmişlər. Evə daxil olarkən Alışan və Zahidin əlində alışqan, vintaçan və kəlbətin olmuşdur. Zahid və Alışan evə girib evi axtardıqları vaxt, o və Elnur çöldə dayanıb gözətçilik etmişlər ki, gələn olsa onlara xəbər etsinlər. Bir az sonra Zahid və Alışan evdən çıxmış, Alışanın çiynində tüfəng, Zahidin əlində videokamera olmuşdur. Zahid və Alışan onlara evdə pul tapa bilmədiklərini demişlər. Alışan “tüfəng mənlikdir” demiş, Zahid də videokameranı götürmüş, sonra onlar Zahidgilə getmişlər. Zahid və Alışan oğurladıqları tüfəngi özlərinə götürmüş, videokameranı isə satdıqdan sonra pulunu böləcəklərin demişlər. Sonra Zahid təklif etmişdir ki, kəndin poçtunda pul olacaq, gedib oradan oğurluq etsinlər, onlar da onunla razılaşmışlar. Zahid evdən çıxarkən əlinə bir ədəd dəmir parçası götürmüşdür. Onlar gecə saat 03 radələrində poçtun binasının qarşısına getmiş, Zahid pəncərənin şüşəsini sındırmış sonra oradan Zahidlə Alışan içəri girmiş, o və Elnur bayırda qalıb gözətçilik etmişlər. Bir azdan Zahidlə Alışan bayıra çıxıb “seyfi aça bilmədik, pul da yoxdur” demişlər. Sonrada onlar oradan uzaqlaşmışlar. Yolda o, Alışanın ciblərinin şişdiyini görüb, cibində nə olmasını soruşmuş, Zahid və Alışan da üstlərində heç nə olmadığını bildirmişlər. X17, o və Elnur öz evlərinə getmişlər. Səhərisi gün axşam saatlarında atası Cəlal onu çağırıb gecə hara getdiyini və nə iş gördüyünü soruşmuş, o da olanların hamısını olduğu kimi atasına danışmışdır. Sonra atası da Elnurun atası Ədalətlə danışıb Alışangilə getmişlər, bir neçə saat sonra atası onu və Elnuru Alışangilə çağırmış və Xəzanağagildən oğurladıqları tüfəngi və videokameranı onlara verib “aparın haradan götürmüsüz orada qoyun” demiş, o və Elnur da tüfəngi və videokameranı aparıb Xəzənağanın evinə qoyub qayıtmışlar. Onlar Xəzənağanın evindən pul və qiymətli əşya oğurlamaq üçün getmişlər, lakin videokameradan başqa heç nə tapa bilməmişlər. Onların əvvəlcədn tüfəng oğurlamaq fikiri olmamış, evdən ov tüfəngini Alışan və Zahid oğurlamışlar. Bu oğurluğu o, Zahid və Elnurla birlikdə etmişlər. Oğurluğa getməyi onlara Zahid təklif edib “nə oğurlasaq aramızda bərabər böləcəyik” demiş, onlar da razılaşmışdır. Hazırda əməlindən peşmandır. İbtidai istintaq zamanı sərbəst ifadə vermiş, ifadə verərkən ona qarşı heç bir təzyiq-təsir olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyli, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Biləsuvar rayonun Əsgərabad kəndində yaşayış evi vardır, lakin hazırda o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, ona görə də evdə heç kim olmur. O, evdən çıxanda evin bütün qapı və pəncərələrini bağlayıb Bakı şəhərinə getmişdir. 09 aprel 2023-cü il tarixdə qonşusu Şahid3 ona zəng edib “sənin evinin pəncərəsini sındırıb uşaqlar tüfəngini və videokameranı oğurlayıblar” demiş, o da Bakıdan Biləsuvar rayonun Əsgərabad kəndində olan evinə gəlmişdir. O, evə baxan zaman həqiqətən də evinin pəncərəsinin şüşəsini sındırıldığını, evə kimsənin girib axtarış aparılmasını və evin bütün otaqlarındakı əşyaların tökülüb dağınıq vəziyyətdə olmasını görmüşdür. Evə baxış zamın əmin olmuşdur ki, evində qızıl-zinət, pul və digər qiymətli əşyalar saxlamadığından hər hansı qiymətli əşyalar oğurlanmamış, lakin evdə olan ona məxsus bir ədəd İJ-58 markalı, 12 kalibrli, B-15116№li, qoşalüləli mülki ov tüfənginin və bir ədəd “Panasonic NV-GS90” markalı videokameranın yerində olmadığını, başqa yerdə olmasını müəyyən etmişdir. Ona görə də bu barədə polisə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, evə qonşuları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 girmiş, evdən 1000 (bir min) manat dəyərində bir ədəd İJ-58 markalı, 12 kalibrli, B- 15116№-li, qoşalüləli ov tüfəngi və 100 (bir yüz) manat dəyərində bir ədəd “Panasonic NV- GS90” markalı videokamera oğurlanmış, sonradan həmin əşyalar gətirilib evə qoyulmuşdur. Bu oğurluq nəticəsində ona cəmi 1100 (bir min bir yüz) manat maddi ziyan dəymiş və həmin ziyanda tam olaraq ona ödənilmişdir. İşdə olan, zərərçəkmiş şəxs Xəzanağa Xəlilovun istintaq loqanına ünvanladığı 09 iyun 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, evindən oğurluq hadisəsi ildə bağlı ona vurulmuş ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxslərə aqrşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X14 Filialın) nümayəndəsi Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPF-nin X7 Şöbəsinin (MŞX) müdiri vəzifəsində işləyir. “Azərpoçt MMC”-nin 20 iyun 2023-cü il tarixli etibarnamə məktubu ilə hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınan “Azərpoçt MMC”-ni cinayət işi üzrə nümayəndəsi kimi təmsil edir. 08 aprel 2023-cü il tarixdə, saat 09 radələrində Cəlilabad RPF-nin Əsgərabad poçt şöbəsində oğurluq hadisəsi baş verməsi barədə həmin şöbənin rəisi Məhəbbət Mirzəzadə tərəfindən Biləsuvar RPŞ-nə ərizə ilə müraciət edilmiş, eyni zamanda filiala da məlumat verilmişdir. Həmin məlumata əsasən Cəlilabad RPF-nin Əsgərabad poçt şöbəsinin rəisi Məhəbbət Mirzəzadə tərəfindən poçt şöbəsinin pənəcərəsinin sındırıldığını, içəri daxil olandan sonra poçtun içərisində axtarış aparıldığını, orada olan filiala məxsus 89 ədəd “Tap, Qazan!” lotereyalarının oğurlanmasını müəyyən etmişdir. İçəri daxil olmuş naməlum şəxslər filiala məxsus dəmir seyfi açmağa cəhd etmiş, lakin aça bilməmişlər. Bu oğurluq zamanı poçtda olan filiala məxsus 68 ədəd bir manatlıq, 21 ədəd isə iki manatlıq olmaqla cəmi 89 ədəd “Tap, Qazan!” lotereyalarının oğurlanması nəticəsində 110 (bir yüz on) manat, poçtun pəncərəsinin şüşəsinin sındırılması nəticəsində isə 10 (on) manat olmaqla Cəlilabad RPF-nın Əsgərabad poçt şöbəsinə cəmi 120 (bir yüz iyirmi) maddi ziyan dəymişdir. İşdə olan, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı 03 avqust 2023-cü il və 12 fevral 2024-cü il tarixli ərizələri ilə X14 Filialın Əsgərabad poçt şöbəsində baş vermiş oğurluq zamanı poçt şöbəsinə 120 (bir yüz iyirmi) manat ziyan dəymiş və həmin ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş, şahid X4 ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 oğludur, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və zəzərçəkmiş şəxs Xəzanağa Xəlilov həmkəndliləri, həm də qonşuladırlar. 08 aprel 2023-cü il tarixdə, axşam saatlarında evdə olan zaman oğlu Elnurun nəsə çox narahat olduğunu, ondan uzaq gəzdiyini görüb şübhələnmişdir. Çağırıb onunla söhbət etmiş, nə baş verdiyini, dünən evə gec gəlməsinin səbəbini soruşmuşdur. Bundan sonra Elnur ona dünən gecə, yəni 08 aprel 2023-cü il tarixə keçən gecə Zahidin zəng edib onu evlərinə çağırmış, o da onlara getdiyini, Alışanın orada olduğunu və birlikdə yeyib-içdiklərini, sonra Zahidin qonşu Xəzanağanın evinə gedib oğurluq etməyi təklif etdiyi, onlar da razılaşıb oğurluğa getmələrini, yolda Xəyalla rastlaşdıqlarını və Xəyalın da onlara qoşulub oğurluğa getdiklərini və Zahid və Alışanın Xəzanağanın evinə girib oradan tüfəngi və videokamera oğurladıqlarını, tüfəngi Alışanın, videokameranı isə Zahidin götürdüyünı bildirmişdir. Sonra o, qonşusu, Xəyalın atası Cəlalı çağırıb bu hadisə barədə ona məlumat vermiş, bundan sonra Alışanın atası Hilalgilə gedib bu barədə ona da məlumat verib qərara almışlar ki, ev sahibi Xəzanağaya da bu barədə məlumat verib məsələni yoluna qoysunlar ki, polisə şikayət etməsin. Hilal Bakıya gedib Xəzanağa ilə görüşüb danışacağını demiş, sonra o və Cəlal evlərinə getmişlər. Bir qədər sonra Hilal zəng edib tüfəngi və videokameranı gətizdirdiyini, oğlu Alışanın evdə olmadığı üçün tüfəngi və videokameranı aparıb yerinə qoymaq lazım olduğunu, həmçinin hadisə barədə Xəzanağaya məlumat verdiyini bildirmişdir. Bundan sonra o və Cəlal uşaqlarını çağırıb onlara tüfəngi və videokameranı aparıb yerinə qoymalarını tapşırmış, Elnur və Xəyal da tüfəngi və videokameranı aparıb Xəzanağanın evinə qoymuşlar. Məhkəmə istintaqı zamanı şahidlər Qanuni nümayəndə2 və Şahid3 işin mahiyyəti üzrə şahid Qanuni nümayəndə1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Biləsuvar RPŞ-nin məsul növbətçisinin 09 aprel 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, 09 aprel 2023-cü il tarixdə, saat 16:06-da Azərbaycan Respublikası DİN-nin 102 Xidmət zəng mərkəzindən daxil olmuş məlumata əsasən Biləsuvar rayonunun Əsgərabad kənd sakini X5 050/631-78-79 saylı mobil telefon nömrəsi ilə 102 xidmətinə zəng edib ona məxsus evin pəncərəsi sındırılaraq evə daxil olmaşqla evdən oğurluq olması barədə məlumat vermişdir. İşdə olan, zərərçəkmiş şəxs X2 Biləsuvar RPŞ-nə yazdığı 09 aprel 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, 09 aprel 2023-cü il tarixdə, onun Biləsuvar rayonunun Əsgərabad kəndində yerləşən evindən bir ədəd ov tüfəngi və bir ədəd videomaqnitafon aparatı oğurlanmışdır. Ona görə də cinayət törətmiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmalarını xahiş edir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 09 aprel 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Biləsuvar rayonunun Əsgərabad kəndində X3 məxsus evə zərərçəkmiş şəxs Xəzanağa Xəlilovun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı evin pəncərəsinin sındırılması müəyyən edilmiş, həmçinin Xəzanağa Xəlilovun təqdim etdiyi bir ədəd ov tüfəngi və bir ədəd videokamera, eləcə də hadisə yerində aşkar olunmuş əlbarmaq izləri müvafiq qaydada qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, Biləsuvar RPŞ-nin CAB-nin əməkdaşının 09 aprel 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə Biləsuvar rayonunun Əsgərabad kənd sakini X3 məxsus evdə oğurluq olması faktı üzrə Biləsuvar RPŞ-nin CAB-nin əməkdaşları tərfindən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayəti törətməkdə şübhəli olan Biləsuvar rayonunun Əsgərabad kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlanılıb istintaqa təqdim olunmuşlar. İşdə olan, Biləsuvar RPŞ-nin məsul növbətçisinin 08 aprel 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, 08 aprel 2023-cü il tarixdə, saat 09:41-də Azərbaycan Respublikası DİN-nin 102 Xidmət zəng mərkəzindən daxil olmuş məlumata əsasən Biləsuvar rayonunun Əsgərabad kənd sakini X4 070/330-34-28 saylı mobil telefon nömrəsi ilə 102 xidmətinə zəng edib Biləsuvar rayonunun Əsgərabad kənd Poçt Şöbəsinin pəncərəsinin ona məxsus evin pəncərəsi sındırılaraq daxil olmaqla poçtdan 110 manat dəyərində lotereya biletlərinin oğurlanması barədə məlumat vermişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi barədə” 08 aprel 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Cəlilabad RPF-nin Əsgərabad goçt iöbəsinin inzibati binasında baş vermiş oğurluq hadisəsi ilə bağlı şöbənin rəisi X1 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı poçt şöbəsinin inzibati binasının pəncərəsinin sındırılması müəyyən edilmişdir. İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” 09 aprel 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, həmin tarixdə lotareya biletlərinin satışı ilə məşğul olan şəxs X6 təqdim etdiyi 15 ədəd “Tap, Qazan!” lotereya biletlərinə baxış keçirildikdən sonra müvafiq qaydada protokol və fotocədvəl tərtib edilməklə həin lotareya biletləri Valeh Bağırova qaytarılmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 aprel 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına Biləsuvar RPŞ-dən daxil olan) xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olan vət. Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət (02 dəfə) (qırılmış şüşənin içəri tərəfindən götürülmüş izlər) və sağ əlinin ovucu (02 dəfə) (açmaq istədikləri seyfin üzərindən götürülmüş izlər) ilə eynilik təşkil etmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 aprel 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş əl izləri KTl-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 10 ədədi (ADİS-in məlumat bankına Biləsuvar RPŞ-dən daxil olan) xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs4 sağ əlinin şəhadət (01 dəfə, açılmış pəncərənin içəri tərəfi üzərindən götürülüb), sol əlinin şəhadət (02 dəfə, açılmış şkafın üzərindəki şüşənin səthi üzərindən götürülüb), orta (02 dəfə, açılmış şkafın üzərindəki şüşənin səthi üzərindən götürülüb), adsız (02 dəfə, açılmış şkafın üzərindəki şüşənin səthi 9P götürülüb), çeçelə (02 dəfə, açılmış şkafın üzərindəki şüşənin səthi üzərindən götürülüb) barmaqlarının əksləri ilə , sol əlinin isə ovuc əksi (01 dəfə, açılmış şkafın şüşəsinin çöl tərəfi üzərindən götürülmüş) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 02 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “İJ-58” madelli, “B 15116” №-li, patronluğunun uzunluğu 70 mm olan, hamar-yivsiz qoşalüləli odlu ov tüfəngidir, sazdır, istifadəyə (atəşə) yararlıdır. Təqdim edilmiş silahın hissələri və zavod işarələri üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş malların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi-bir ədəd üzərində istehsal tarixinə dair məlumat olmayan Yaponiya istehsalı “Panasonic” markalı “NV-GS90” modelli videokamera -100,0 manat və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “İJ-58” madelli, ov tüfəngi-1000,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hessab edilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərarla müəyyən edilir ki, zərərçəkmiş şəxs Xəzanağa Xəlilova məxsus bir ədəd “İJ-58” markalı, 12 kalibrli, B-15116№-li, qoşalüləli ov tüfəngi və bir ədəd “Panasonic NV-GS90” markalı videokamera, habelə Cəlilabad RPF-nin Əsgərabad poçt şöbəsinə məxsus 15 ədəd “Tap, Qazan!” lotereya biletləri işi üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar- bir ədəd “İJ-58” markalı, 12 kalibrli, B-15116№-li, qoşalüləli ov tüfəngi və bir ədəd “Panasonic NV-GS90” markalı videokamera sahibi Xəzanağa Xəlilova, habelə 15 ədəd “Tap, Qazan!” lotereya biletləri Cəlilabad RPF-nin Əsgərabad poçt şöbəsinə təhvil verilmişdir. İşdə olan, "xxxx" MMC-nin Cəlilabad RPF-nin 14 iyun 2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, "xxxx" MMC-nin Cəlilabad RPF-nin Əsgərabad poçt şöbəsində baş vermiş oğurluq nəticəsində poçt şöbəsinə 120 manat miqdarında ziyan dəymiş və həmin ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmiş, hazırda iş üzrə hər hansı şikayət və tələb yoxdur. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğnunun 08 aprel 2023-cü il tarixdə Xəzanağa Xəlilova məxsus 100 manat dəyərində bir ədəd “Panasonic NV-GS90” markalı videokameranı oğurlaması faktı ilə bağlı əməllərində cinayət tərkibi olmadığından (törədilən əməl xırda talama inzibati xəta tərkibli olduğundan) onların barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyi, kriminalistik arayışları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxs Xəzanağa Xəlilov və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, şahidlər Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq cinayətinə cəlb etməmələri, Elnurun və Xəyalın könüllü olaraq onlarla birliklə oğurluğa getmələrinə, həmçinin Təqsirləndirilən şəxs2 silah oğurluğu etməməsinə aid hallar istisna olunmaqla), məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş və şahidlərin ifadələri, maddi sübutlar, həmçinin məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğurluq cinayətinə cəlb etməmələri, Elnurun və Xəyalın könüllü olaraq onlarla birliklə oğurluğa getmələrinə, həmçinin Təqsirləndirilən şəxs2 silah oğurluğu etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs Xəzanağa Xəlilov və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, şahidlər Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və Şahid3 ifadələri (bu şəxslər ifadələrində ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişlər), maddi sübutlar, ekspertiza rəyi, kriminalistik arayışlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şübhəli şəxslərin ifadələrinin yerində yoxlanılmasına dair protokollar, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində onlar verilmiş ittihamda göstərilən bütün halları, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxslərin cinayətə cəlb olunmaları aid və digər halları təsdiq etmişlər), eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaq zamanı verdikləri etirafedici ifadələri ilə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində yetkinlik yaşına çatmayan şəxslərin cinayətə cəlb olunmalarına aid hallar istisna olunmaqla) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, kriminalistik arayışlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 göstərilən cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələri ilə, habelə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli düzgün olaraq CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, istintaq orqanın “Şübhəli şəxsin tutulması haqqında” 09 aprel 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət törətməkdə şübli şəxs qismində tutulmuşlar. İşdə olan, istintaq orqanın “Təqsirləndirilən şəxsin X11 saxlamaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 MSY-dən azad edilmiş və onların barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokurorunun “Həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsi haqqında” 11 aprel 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən verilmiş vəsatətlər təmin edilməyərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 MSY-dən azad edilmiş və istintaq orqanı tərəfindən onların barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin İB-nin 11 və 12 yanvar 2024-cü il tarixli qərarları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 yanvar 2024-cü il tarixdə özgənin əmlakını oğurlanmaları faktları əsasında toplanmış material üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* və ********* №-li cinayət işləri başlanmış, daha sonra həmin cinayət işləri bir icraatda (240690011 №-li cinayət işinə) birləşdirilmiş və bu iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarları ilə müəyyən edilir ki, həmin tarixdə Biləsuvar RPŞ-nin İB-nin icraatında olan ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Biləsuvar rayon Əsgərabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla orada yaşayır, fərdi təsərrüfat işləri ilə məşğul olmuş və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət və narazılıq daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Biləsuvar rayon Əsgərabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla orada yaşayır, fərdi təsərrüfat işləri ilə məşğul olmuş və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət və narazılıq daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Biləsuvar rayon Əsgərabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla orada yaşayır, məktəblidir, hazırda X13 oxuyur və yaşayış yeri üzrə müsbət (özünü intizamlı gənc kimi göstərmişdir) xarakterizə olunur. İşdə olan, X19 tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 15 sentyabr 2022-ci il tarixdən 9 illik təhsil bazasından X15 qəbul edilmiş və hazırda liseyin 2-ci kursunda təhsil alır və təhsili 30 iyun 2025-ci ildə başa çatmalıdır. Təhsil aldığı müddətdə nizam-intizam qaydalarına riayət etmiş, dərsə davamiyyəti və tələbə yoldaşları ilə münasibəti yaxşı olmuşdur. İşdə olan, AA******* №-li şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2006-cı ildə doğulmuşdur. Qeyd olunan cinayəti törədən vaxt-08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 17 yaşı olmaqla yetkinlik yaşına çatmayan olmuşdur. İşdə olan, Biləsuvar rayon Əsgərabad kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla orada yaşayır, məktəblidir və yaşayış yeri üzrə müsbət (özünü intizamlı gənc kimi göstərmişdir) xarakterizə olunur. İşdə olan, X19 tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 15 sentyabr 2023-cü il tarixdən 11 illik təhsil bazasından X15 qəbul edilmiş və hazırda liseyyin 1-ci kursunda təhsil alır və təhsili 30 iyun 2024-cü ildə başa çatmalıdır. İşdə olan, AA******* №-li şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 xx xxxxxxx 2006-cı ildə doğulmuşdur. Qeyd olunan cinayəti törədən vaxt-08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 17 yaşı olmaqla yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmaları CMnin 59.1.2-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələrinin, habelə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlara həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza da təyin edilməlidir. Habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandıqları iki gün müddət azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq onlara qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxslərin cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, həmin Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2024cü il tarixdən hesablanmalı və barələrində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib istintaq təcridxanasında saxlanılmaları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah olunmalarını mümkün hesab edir və onların barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxslərin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmaları, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, hazırda peşə təhsili liseyində təhsil almaları, habelə təqsirkarın şəxsiyyəti (müsbət xarakterizə olunmaları, əməlindən peşmançılıq çəkmələri və ilk məhkumluğu), eləcə də işin faktiki halları, o cümələdən vurulmuş maddi ziyanın məbləğinin az miqdarda olmaqla tam ödənilməsini, eləcə də dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah olunmalarını mümkün hesab edib onların barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunmasının məhkəməyə təklif edilməsini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onların barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə, onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə cəmi 1220 (bir min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmuş və həmin ziyan tam ödənilmişdir. İş üzrə maddi sübutlar olan, zərərçəkmiş şəxs Xəzanağa Xəlilov məxsus bir ədəd 12 kalibrli, “İJ-58” madelli, “B 15116” №-li, qoşalüləli ov tüfəngi və “Panasonic” markalı “NV- GS90” modelli videokameranın sahibi Xəzanağa Xəlilova qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-128 (bir yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat, Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat, Təqsirləndirilən şəxs3 32 (otuz iki) manat və Təqsirləndirilən şəxs4 32 (otuz iki) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın və barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 09 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın və və barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs3 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs4 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan, X3 məxsus 1 (bir) ədəd 12 kalibrli, “İJ-58” madelli, “B 15116” №-li, qoşalüləli ov tüfəngi və “Panasonic” markalı “NV-GS90” modelli videokameranın sahibi X3 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-128 (bir yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat, Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat, Təqsirləndirilən şəxs3 32 (otuz iki) manat və Təqsirləndirilən şəxs4 32 (otuz iki) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-174/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-174/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver