Məhkəmə qərarları › İş №1(099)-175/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-175/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-175/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canməli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1968-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olan, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə xx xxxx 1963-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olan, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3 və 228.3-cü maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in (bundan sonra mətndə CMin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirmə, habelə Azərbaycan Respublikasının dövlət sərhədini bir qrup şəxs halında qanunsuz olaraq keçmə barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmi” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2la satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün təxminən 18 aprel 2021ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənarda, Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz keçərək İran İslam Respublikasının Hacılı kəndi ərazisinə daxil olmuş, bundan sonra şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmi” adlı şəxsin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – 16500,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda – 845,3 qram narkotik vasitə-həşiş qatranı, külli miqdarda - 60631,3 qram narkotik vasitə heroin və külli miqdarda 13027,6 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə 29 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində “Məmi” adlı şəxsdən qanunsuz olaraq əldə edib üzərilərində saxlayaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz keçərək Beyləqan rayonu 2-ci Şahsevən kəndi ərazisinə qaçaqmalçılıq yolu ilə keçirərək daşıyıb Beyləqan rayonu, 2-ci Şahsevən kəndinin otlaq sahəsinə daşımışlar, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 06:45-də qeyd olunan yerdə saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərində daşıdığı ağ rəngli kisənin içərisində bir ədəd sellofan bağlamada 845,3 qram çəkidə narkotik vasitə tiryək və dörd ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 9965,5 qr, 9925,7 qr, 9928,6 qr və 8946,5 qr ümumi təmiz çəkisi 38766,3 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəhrayı rəngli kisənin içərisində üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4894,7 qr, 5036,7 qr, 3096,2 qr ümumi təmiz çəkisi 13027,6 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 10023,3 qr, 2904,1 qr və 8937,6 qr ümumi təmiz çəkisi 21865 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərində daşıdığı narıncı rəngli kisənin içərisində on üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1245,5 qr, 1222,8 qr, 1351,7 qr, 1342,5 qr , 280,15 qr, 285,55 qr, 5742 qr, 987,2 qr, 993,2 qr, 546,2 qr, 1004,4 qr, 498,8 qr və 1000,0 qr ümumi təmiz çəkisi 16500,0 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirmə, habelə Azərbaycan Respublikasının dövlət sərhədini bir qrup şəxs halında qanunsuz olaraq keçmə barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmi” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1la satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün təxminən 18 aprel 2021ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənarda, Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz keçərək İran İslam Respublikasının Hacılı kəndi ərazisinə daxil olmuş, bundan sonra şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmi” adlı şəxsin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – 16500,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda – 845,3 qram narkotik vasitə-həşiş qatranı, külli miqdarda - 60631,3 qram narkotik vasitə heroin və külli miqdarda 13027,6 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə 29 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində “Məmi” adlı şəxsdən qanunsuz olaraq əldə edib üzərilərində saxlayaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz keçərək Beyləqan rayonu 2-ci Şahsevən kəndi ərazisinə qaçaqmalçılıq yolu ilə keçirərək daşıyıb Beyləqan rayonu, 2-ci Şahsevən kəndinin otlaq sahəsinə daşımışlar, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 06:45-də qeyd olunan yerdə saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərində daşıdığı ağ rəngli kisənin içərisində bir ədəd sellofan bağlamada 845,3 qram çəkidə narkotik vasitə tiryək və dörd ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 9965,5 qr, 9925,7 qr, 9928,6 qr və 8946,5 qr ümumi təmiz çəkisi 38766,3 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəhrayı rəngli kisənin içərisində üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4894,7 qr, 5036,7 qr, 3096,2 qr ümumi təmiz çəkisi 13027,6 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 10023,3 qr, 2904,1 qr və 8937,6 qr ümumi təmiz çəkisi 21865 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərində daşıdığı narıncı rəngli kisənin içərisində on üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1245,5 qr, 1222,8 qr, 1351,7 qr, 1342,5 qr , 280,15 qr, 285,55 qr, 5742 qr, 987,2 qr, 993,2 qr, 546,2 qr, 1004,4 qr, 498,8 qr və 1000,0 qr ümumi təmiz çəkisi 16500,0 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o həmkəndlisi Təqsirləndirilən şəxs2 və Bərdə rayonundan olan ümumi tanışları Əliş adlı şəxslə birlikdə narkotik vasitələrin satışı ilə məşqul olmaq qərarına gəlmişlər. Əliş 02 may 2021-ci il tarixdə narkotik vasitələri İrandan keçirərək yaşadıqları İİ Şahsevən kəndinin girişindəki, körpünü altında gizlətdiyini demiş və birlikdə gedib onu götürməyi tıklif etmişdir. 03 may 2021-ci il tarixı keçən gecə onlar birlikdə olarkən polis əməkdaşları onları saxlayaraq, narkotik vasitənin harada olmasını soruşduqlarından, onlar da narkotik vasitələrin olduğu yeri yəni körpünün altında olduğunu bildirib, birlikdə gedərək həmin 3 kisədə olan narkotik vasitələri təqdim etmişlər. Sonra da onları kisələrlə birlikdə Beyləqan rayon polis şöbəsinə aparıb, orada həmin kisələrə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı kisələrdə tiryək, heroin, qurudulmuş marixuana narkotik vacitələr və metamfetamin olması aşkar edilmişdir. Aşkar olunmuş yaş paltarlar, binokl, kəsici alət, təkər doldurmaq üçün nasos onlara aid deyil.Narkotik vasitələri sərhəddən Əliş keçirmişdir. Həmin əşyalar da ona aiddir. O Vüesəllə birlikdə Əlişdən narkotik vasitəni götürüb başqa bir yerə çatdıqdıqdan sonra onların hər birinə 5000 manat pul verilməli idi. O ibtidai istintaq zamanı İranın Aslandüz kəndinə gedib Məmi adlı şəxsi tanısalar da ondan 3 ədəd kisədə narkotik vasitələr və psixotrop maddələr alaraq sərhəddən keçirmələri barədə verdiyi ifadəsini təstiq etmir. İfadə verərkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Özünü narkotik vasitələrin satışı ilə əlaqədar təqsirli bilir və xahiş edir ki, yaşlı olması cəza təyin edilərkən nəzərə alınsın. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Aralarında dost-tanışlıq münasibəti formalaşmışdır. Bir müddət əvvəl Veysələ bildirmişdir ki, İran İslam Respublikasında yaşayan “Məmi” adlı tanışı vardır ki, külli miqdarda narkotik vasitəsi vardır, sadəcə olaraq həmin maddələri sərhədi keçib “Məmi” ilə görüşüb götürərək geri qayıtmaq lazımdır və sonradan “Məmi”-nin dediyi vaxtda həmin maddələri deyəcəyi yerə aparıb qoymaq lazımdır. Bunun müqabilində də “Məmi” onlara narkotik vasitənin hər bir kilosuna görə 1500 manat pul verəcək. Veysəl də onunla razılaşmışdır. Beləliklə də, təxminən on gün əvvəl onlar Veysəllə Beyləqan rayonunun yaşadıqları 2-ci Şahsevən kəndindən İran İslam Respublikasına qanunsuz olaraq keçmişlər. Orada onlar “Məmi” adlı şəxslə görüşüb sonuncunun yaşadığı Aslandüz adlanan yerə getmişlər, orada həmin müddət ərzində qalmışlar. “Məmi” həmin vaxt narkotik vasitələri hazırlayıb qablaşdırmış və nəticədə ümumi olaraq üç kisə alınmışdır. Sonradan isə may ayının 2-dən 3-nə keçən gecə saatlarında onlar Veysəllə “Məmi” adlı şəxsin onlara verdiyi narkotik vasitələri sərhədi qanunsuz keçməklə Beyləqan rayonuna qayıtmışlar. Qeyd etmiş ki, həmin kisələr ağır olduğu üçün sərhədin neytral ərazisinə qədər onlara həmin kisələri daşımaqda kömək etmək üçün “Məmi” iki nəfər tanımadıqları şəxsləri qoşmuşdur. Həmin şəxslər onlarla neytral əraziyə kimi gəlmişlər. Sonra isə onlar Veysəllə həmin kisələri özləri daşımalı olmuşlar. Əlavə olaraq bildirmiş ki, “Məmi” adlı şəxs onların həmin sərhəd yerini rahat keçmələrini təmin etmək məqsədi ilə binokl, suda üzmək üçün təkər kameri, kameri doldurmaq üçün hava vuran nasos və kəsici alət vermişdir. Beləliklə də onlar Veysəllə sərhədi qanunsuz olaraq keçərək həmin maddələri özləri ilə Beyləqan rayonunun yaşadıqları yuxarıda qeyd etdiyi kəndin ərazisinə gətirmişlər. Sahələrin birində dinclərini almaq üçün oturmuşlar. Bu vaxt da onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlərlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Veysəli Beyləqan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə o və Veysəl şübhəli şəxs qismində tutulmuşlar. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Veysəlin üzərinə müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Onlar buna etiraz etməmişlər. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, özünə məxsus “Nokia” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, bir manat pul, siqaret qutusunu və bir ədəd uzaqgörmə cihazı-binoklu təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ona məxsus siqaret qutusu ilə bir manat pul özünə qaytarılsa da şəxsiyyət vəsiqəsi, binokl və mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Veysəlin üzərinə keçirilən şəxsi axtarış zamanı Veysəl bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Veysələ məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra üstü parça ilə örtülmüş plastik qaba baxış keçirilmiş, içərisində bir ədəd kəlbətin, bir ədəd hava nasosu, bir ədəd kəsici alət və onlara məxsus olan sərhəddə çayı keçən zaman yaş olmuş paltarları aşkar edilərək götürülmüşdür. Daha sonra həmin vaxt Veysəlin qarşısında olan və müvafiq olaraq üzərində İran İslam Respublikasından gətirdiyim narıncı rəngli kisəyə baxış keçirilmişdir. Narıncı rəngli kisə açıldıqda içərisindən 13 ədəd olan sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalara ayrılıqda baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin sellofan bağlamalar qablaşdırılaraq götürülmüşdür. Daha sonra saxlanılan zaman onun qarşısında olan və üzərində gətirmiş olduğu 2 ədəd kisəyə baxış keçirilmişdir. Həmin vaxt ağ rəngli kisənin içərisindən beş ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalardan birinin içərisində qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlə, digər dörd sellofan bağlamalarda isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin maddələrin də təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmişdir. Sonradan həmin ümumilikdə beş ədəd sellofan bağlama aşkar edildikləri kisəyə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra digər çəhrayı rəngli kisəyə baxış keçirilmişdir. Bu vaxt həmin kisənin içərisindən altı ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan üç ədədinin içərisində ağ rəngli kristal şəkilli psixtotrop maddə metamfetaminə bənzər kütlə, digər üç ədəd bağlamada isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlələrin olması müyyən edilmişdir. Həmin vaxt da kütlələrin çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Götürülmüş bağlamaların üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onlardan həmin kisələrdən aşkar edilmiş maddələr barədə sorğu edən zaman onlar bildirmişlər ki, kisələrdə olan maddələr narkotik vasitələrdir, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan “Məmi” adlı şəxsin vasitəsilə sonuncunun yaşadığı Aslandüz adlanan ərazisindən Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq, müəyyən edilmiş yerdən kənar olaraq keçirmək üçün əldə etmişlər, “Məmi” adlı şəxsin ona sərhədi keçən zaman istifadə etmək üçün bir ədəd binokl verdiyini, 02 maydan 03 maya keçən gecə onlara kömək üçün göndərdiyi şəxslərlə birlikdə narkotik vasitələri neytral əraziyə qədər gətirdikdən sonra, hər ikisinin həmin narkotik vasitələri yaşadıqları 2-ci Şahsevən kəndi ərazisinə birlikdə gətirdiklərini, həmin maddələri onlara deyiləcək yerlərə qoymaları müqabilində narkotik vasitənin hər kilosuna görə 1500 manat pul veriləcəyini, həmin pulun birlikdə bərabər qaydada böləcəklərini bildirmişlər. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 məkəmədə verdiyi ifadəsində göstərdiklərini təsdiq edərək bildirmişdir o həmkəndlisi Təqsirləndirilən şəxs1la narkotik vasitələrin satışı ilə məşquyl olmaq qərarına gəldikdən sonra onun İran İslam Respublikasının vətəndaşı Məmi adlı şəxslə danışaraq narkotik vasitələr və psixotrop maddələr sifariş vermişlər. Bu işdə Bərdə rayonundan olan Əliş adlı şəxs onlara kömək etmişdir.Əliş 02 may 2021-ci il tarixdə narkotik vasitələri İrandan keçirərək yaşadıqları İİ Şahsevən kəndinin girişindəki, körpünü altında gizlətdiyini demiş və birlikdə gedib onu götürməyi tıklif etmişdir. 03 may 2021-ci il tarixı keçən gecə onlar birlikdə olarkən polis əməkdaşları onları saxlayaraq, narkotik vasitənin harada olmasını soruşduqlarından, onlar da narkotik vasitələrin olduğu yeri yəni körpünün altında olduğunu bildirib, birlikdə 3 kisədə olan narkotik vasitələri onlara təqdim etmişlər. Sonra da Əlişi azad edib, onları isə kisələrlə birlikdə Beyləqan rayon polis şöbəsinə aparıb, orada həmin kisələrə videoçəkilişlə bvaxış keçirilmiş və baxış zamanı kisələrdə tiryək, heroin, qurudulmuş marixuana narkotik vacitələr və metamfetamin olması aşkar edilmişdir. Aşkar olunmuş yaş paltarlar, binokl, kəsici alət, təkər doldurmaq üçün nasos onlara aid deyil.Narkotik vasitələri sərhəddən Əliş keçirmişdir. Həmin əşyalar da ona aiddir.O Vüesəllə birlikdə Əlişdən narkotik vasitəni götürüb başqa bir yerə çatdıqdıqdqan sonra onların hər birinə 5000 manat pul veriləcəkdi. Onların üzərlərinə və bağlamalara baxış vəkillərinin iştirakları ilə videoçəkilişlə keçirilmişdir. Həmin vaxt narkotik vasitələrin onlara aid olduğunu, narkotik vasitələrin İranın Aslandüz kəndinə gedərək orada tanışı Məmidən əldə edərək gətirdiklərini, binokldan, kəsici alətdən, nasosdan və paltarlardan narkotik vasitələri sərhəddən keçirərkən istifadə etdiklərin bildirmişlər. İfadə verərkən onlara hər hansı təsir və ya təzyiq olunmamışdır. Özünü qaçaqmalçılıqda və sərhədi pozmaqda təqsirli bilmir, lakin narkotik vasitələrin satışı ilə əlaqədar təqsirli bilir və xahiş edir ki, yaşlı olmasını cəza təyin edilərkən nəzərə alınsın. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs1 çoxdandır ki, tanıyır. Bir kənddə yaşadıqlarından aralarında dost-tanışlıq münasibəti formalaşmışdır. Bir müddət əvvəl Rüstəm ona bildirmişdir ki, İran İslam Respublikasında yaşayan “Məmi” adlı tanışı vardır ki, külli miqdarda narkotik vasitəsi varıdır, sadəcə olaraq həmin maddələri sərhədi keçib “Məmi” ilə görüşüb götürərək geri qayıtmaq lazımdır və sonradan “Məmi”-nin dediyi vaxtda həmin maddələri deyəcəyi yerə aparıb qoymaq lazımdır. Bunun müqabilində də “Məmi” onlara narkotik vasitənin hər bir kilosuna görə 1500 manat pul verəcək. O da buna razılıq vermişdir. Beləliklə də, təxminən on gün əvvəl onlar Əbülfəzlə Beyləqan rayonunun yaşadıqları 2-ci Şahsevən kəndindən İran İslam Respublikasına qanunsuz olaraq keçmişlər. Orada onlar “Məmi” adlı şəxslə görüşüb sonuncunun yaşadığı Aslandüz adlanan yerə getmişlər, orada həmin müddət ərzində qalmışlar. “Məmi” həmin vaxt narkotik vasitələri hazırlayıb qablaşdırmışdır və nəticədə ümumi olaraq üç kisə toplanmışdır. Sonradan isə 2 maydan 3 maya keçən gecə onlar Əbülfəzlə “Məmi” adlı şəxsin onlara verdiyi narkotik vasitələri götürüb sərhədi qanunsuz keçməklə Beyləqan rayonuna qayıtmışlar. Qeyd etmiş ki, həmin kisələr ağır olduğu üçün sərhədin neytral ərazisinə qədər onlara həmin kisələri daşımaqda kömək etmək üçün “Məmi” iki nəfər tanımadıqları şəxsləri qoşmuşdur. Həmin şəxslər onlarla neytral əraziyə kimi gəlmişlər. Sonra isə onlar Əbülfəzlə həmin kisələri özləri daşımalı olmuşlar. Əlavə olaraq bildirmiş ki, “Məmi” adlı şəxs onların həmin sərhəd yerini rahat keçmələrini təmin etmək məqsədi ilə binokl, kəsici alət, suda üzmək üçün təkər kamerini doldurmaq üçün hava nasosu vermişdir. Beləliklə də onlar Əbülfəzlə sərhədi qanunsuz olaraq keçərək həmin maddələri özləri ilə Beyləqan rayonunun yaşadıqları yuxarıda qeyd etdiyi kəndin ərazisinə gətirmişlər. Sahələrin birində dinclərini almaq üçün oturmuşlar. Bu vaxt da onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Əbülfəzin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Əbülfəzi Beyləqan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə o və Əbülfəz şübhəli şəxs qismində tutulmuşlar. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Əbülfəzin üzərinə müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Onlar buna etiraz etməmişlər. Şəxsi axtarış zamanı Əbülfəzə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Əbülfəz özünə məxsus “Nokia” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, 1 manat pul, siqaret qutusunu və bir ədəd uzaqgörmə cihazı-binoklu təqdim etmişdir. Bundan sonra Əüblfəzin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Əbülfəzə məxsus siqaret qutusu ilə bir manat pul özünə qaytarılsa da şəxsiyyət vəsiqəsi, binokl və mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış zamanı o, 1 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ona məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra üstü parça ilə örtülmüş plastik qaba baxış keçirilmiş, içərisində bir ədəd kəlbətin, bir ədəd hava nasosu, bir ədəd kəsici alət və onlara məxsus olan yaş paltarlar aşkar edilərək götürülmüşdür. Daha sonra həmin vaxt onun qarşısında olan və müvafiq olaraq üzərində İran İslam Respublikasından gətirdiyi narıncı rəngli kisəyə baxış keçirilmişdir. Narıncı rəngli kisə açıldıqda içərisindən 13 ədəd olan sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalara ayrılıqda baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin sellofan bağlamalar qablaşdırılaraq götürülmüşdür. Bundan sonra saxlanılan zaman Təqsirləndirilən şəxs1 qarşısında olan və üzərində gətirmiş olduğu 2 ədəd kisəyə baxış keçirilmişdir. Həmin vaxt ağ rəngli kisənin içərisindən beş ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalardan birinin içərisində qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlə, digər dörd sellofan bağlamalarda isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin maddələrin də təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmişdir. Sonradan həmin ümumilikdə beş ədəd sellofan bağlama aşkar edildikləri kisəyə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra digər çəhrayı rəngli kisəyə baxış keçirilmişdir. Bu vaxt həmin kisənin içərisindən altı ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan üç ədədinin içərisində ağ rəngli kristal şəkilli psixtotrop maddə metamfetaminə bənzər kütlə digər üç ədəd bağlamada isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlələrin olması müyyən edilmişdir. Həmin vaxt da kütlələrin çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzidə ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Götürülmüş bağlamaların üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onlardan həmin kisələrdən aşkar edilmiş maddələr barədə sorğu edən zaman onlar bildirmişlər ki, kisələrdə olan maddələr narkotik vasitələrdir, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan “Məmi” adlı şəxsin vasitəsilə sonuncunun yaşadığı Aslandüz adlanan ərazisindən Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq, müəyyən edilmiş yerdən kənar olaraq keçirmək üçün əldə etmişlər, “Məmi” adlı şəxsin Əbülfəzə sərhədi keçən zaman istifadə etmək üçün bir ədəd binokl verdiyini, 02 maydan 03 maya keçən gecə onlara kömək üçün göndərdiyi şəxslərlə birlikdə narkotik vasitələri neytral əraziyə qədər gətirdikdən sonra, hər ikisinin həmin narkotik vasitələri yaşadıqları 2-ci Şahsevən kəndi ərazisinə birlikdə gətirdiklərini, həmin maddələri onlara deyiləcək yerlərə qoymaları müqabilində narkotik vasitənin hər kilosuna görə 1500 manat pul veriləcəyini, həmin pulun birlikdə bərabər qaydada böləcəklərini bildirmişlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətmələri özlərinin məhkəmədə verdikləri qismən və məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduqları ifadələri ilə yanaşı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 may 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx xxxxxx 1968-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri kimi isə həmin idarənin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 təyin edilmişlər. 03 may 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 06:45-də Beyləqan rayonu, 2-ci Şahsevən kəndində yerləşən sahədə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşar şəxsi görüb ona və onunla birlikdə həmin sahədə dayanan şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Saxlanılan şəxslərin şəxsiyyəti barədə sorğu etdikdə onların Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 olduqları müəyyən olunmuşdur. Qarşılarında üç ədəd kisə və bir ədəd plastik qab olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və hər iki şəxs Beyləqan Rayon Polis Şöbəsinə dəvət olunmuşlar. Orada vəkillərin iştirakları ilə videoçəkilişlə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilıməzdən əvvəl saxlanılmış hər iki şəxsin paltarında, əşyalarında və ya üzərlərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa könüllü surətdə vermələri təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, siqaret qutusunu, nağd pulu və bir ədəd boynundan asılmış uzaqgörmə cihazı olan binoklu masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra nağd pulla siqaret qutusu özünə geri qaytarılmış, binokl və şəxsiyyət vəsiqəsi isə araşdırma əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1la birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sol yan cibindən özünə məxsus bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsə də əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra saxlanılan zaman həmin iki nəfər şəxsin yanında olan kisə və plastik qaba baxış keçirilməyə başlanılmışdır. Üzəri parça ilə örtülmüş plastik qaba keçirilən baxış zamanı içərisindən bir ədəd kəlbətin, bir ədəd hava nasosu, bir ədəd kəsici alət və saxlanılan şəxslərə məxsus yaş paltarlar aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 qarşısında olan narıncı rəngli kisəyə baxış keçirilmişdir. Narıncı rəngli kisə açıldıqda içərisindən 13 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalara ayrılıqda baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin maddələrin çəkilərinin müəyyən edilməsi məqsədilə qeyd edilən bükümlərin hamısı ayrılıqda elektron tərəziyə qoyularaq çəkilərək, həmin sellofan bağlamalar qablaşdırılaraq götürülmüşdür. Bundan sonra növbəti kisəyə baxış keçirilmişdir. Həmin vaxt ağ rəngli kisənin içərisindən beş ədəd sellofan bağlamalar aşkar edilmiş, sellofan bağlamalardan birinin içərisində tiryəkə bənzər kütlə, digər dörd sellofan bağlamalarda heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin maddələrin də çəkilərini müəyyən etmək məqsədilə elektron tərəzidə çəkilmişdir. Sonra da beş ədəd sellofan bağlamalar aşkar edildikləri kisəyə qoyularaq qablaşdırılmışdır. Daha sonra digər çəhrayı rəngli kisəyə baxış keçirilmişdir. Bu vaxt həmin kisənin içərisindən altı ədəd sellofan bağlamalar aşkar edilmiş, bağlamalardan üç ədədinin içərisində ağ rəngli kristal şəkilli psixtotrop maddə metamfetaminə bənzər kütlələr, digər üç ədəd bağlamalarda isə heroinə bənzər kütlələrin olması aşkar edilmişdir. Həmin vaxt da kütlələrin çəkisini müəyyən etmək məqsədi ilə aşkar edilmiş bağlamalar elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Qablaşdırılmış kisələrin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılmış şəxslərdən həmin kisələrdən aşkar edilmiş maddələr barədə sorğu edilən zaman onlar təqdim etdikləri kisələrdə olan maddələrin narkotik vasitələr olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan “Məmi” adlı şəxsin vasitəsilə İran İslam Respublikasının Aslandüz adlanan ərazisindən əldə edib Azərbaycan Respublikasının ərazisinə keçirdiklərini, Məminin onlara sərhədi keçən zaman istifadə etmələri üçün bir ədəd binokl verdiyini, onlar sərhərdi keçən zaman Məmi onlara kömək etmək məqsədi ilə neytral əraziyədək kisələri daşımaq üçün əlavə şəxslər göndərdiyini, ölkəyə həmin maddələri gətirəndən sonra deyiləcək yerlərə qoymaq müqabilində narkotik vasitənin hər kiloqramına görə Məminin onlara 1500 manat pul verəcəyini vəd etdiyini və pulu öz aralarında böləcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılan zaman və sonradan heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. O ifadəsində əlavə olaraq göstərmişdir ki, Əbülfəzlə Rüstəm narkotik vasitənin olduğu yerdə saxlanılmışlar. Orada nə Əliş və ya nə də başqa şəxs olmamış və onlara Əliş barədə heç bir söz deyilməmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid4, Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid4 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan ibtidai üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid3 istintaqa vermiş olduğu ifadəsini təqsirləndirilən şəxs X2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid4 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, İstintaq zamanı keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş BNMİnin əməkdaşı Şahid3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 may 2021-ci il tarixli 7/419 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 saxlanılan zaman çantasında olan kisədən aşkar edilmiş maddə” yazılar və imzalar olan ağ rəngli sintetik kisədə 7 (yeddi) ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda (2 ədəd qara, 2 ədəd yaşıl, 3 ədəd ağ rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri-1245,5 qram; 1222,8 qram; 1351,7 qram; 1342,5 qram; 280,15 qram; 285,55 qram; 5742,0 qram, ümumi çəkisi-11470,2 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 saxlanılan zaman çantasında olan kisədən aşkar edilmiş maddə” yazılar və imzalar olan narıncı rəngli sintetik kisədə 6 (altı) ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda (3 ədəd qara, 2 ədəd ağ, 1 ədəd yaşıl rəngli) ayrıayrılıqda təmiz çəkiləri-987,2 qram; 993,2 qram; 546,2 qram; 1004,4 qram; 498,8 qram; 1000,0 qram, ümumi çəkisi-5029,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim olunmuş iki ədəd kisələrdə (ağ və narıncı) ümumi sayı 13 (on üç) ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi-16500,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi – 16500,0 qram (1-13N.-li ob.), tədqiqata istifadə olundu cəmi - 0,26 qram (hər obyektdən 0,02 qram), qalıq – 16499,74 qram. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 may 2021-ci il tarixli 6/1804 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 2 (iki) ədəd kisədəki,7(yeddi) ədəd bağlamada ümumi təmiz çəkisi 60631,3 qram (60 kq 631,3 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3(üç) ədəd bağlamada ümumi təmiz çəkisi 13027,6 qram (13 kq 27,6 qr) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1(bir) ədəd bükümdə təmzi çəkisi 845,3 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 60631,3 qr, tədqiqata sərf edildi: ümumi 0,35 qr (hər bağlamadan 0,05 qr) qalıq: 60630,95 qr,metamfetaminin ümumi təmiz çəkisi: 13027,6 qr, tədqiqata sərf edildi: ümumi 0,15 qr (hər bağlamadan 0,05 qr), qalıq: 13027,45 qr. tiryəkin təmiz çəkisi: 845,3 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 845,2 qr. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 13027,45 qramı, narkotik vasitələr: heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 60630,95 qramı, qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 16499,74 qramı, tiryəkdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 845,2 qramı, bir ədəd binokl, bir ədəd nasos, bir ədəd kəlbətin və bir ədəd məftil kəsmək üçün alət maddi sübut kimi tanınaraq, saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 avqust 2021-ci il tarixli 3022 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 avqust 2021-ci il tarixli 3145 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Beyləqan rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 02 may 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan 03 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonu, 2-ci Şahsevən kəndində yerləşən sahədə saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən qarşılarında olan narıncı rəngli kisənin içərisindən 13 ədəd sellofan bağlamalarda narkotik olan qurudulmuş marixuanaya bənzər kütlələr, ağ rəngli kisənin içərisindən 1 ədəd sellofan bağlamada qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 4 ədəd sellofan bağlamalarda qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər kütlələr, çəhrayı rəngli kisənin içərisindən 3 ədəd sellofan bağlamalarda ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 3 ədəd sellofan bağlamalarda qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər kütlələr, plastik qabın içərisindən isə bir ədəd kəlbətin, 1 ədəd hava nasosu, 1 ədəd kəsici alət və yaş paltarlar aşkar olunaraq götürülmüşdür. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən aparılmış şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə çəkiliş aparılmış və həmin videoçəkiliş bir ədəd diskə köçürülmüşdür. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin istintaq materiallarında olan “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd qara rəngli klassik dəstək formalı “Nokia 6230i” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzəridə ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********54 saylı GSM nömrədə adı qeyd olunmamış kontaktın, o cümlədən də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrədə adı “Avara” kimi qeyd olunmuş kontaktın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd qara rəngli klassik dəstək formalı “Nokia 1174” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, daxili antenalı, daxili yaddaşlıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzəridə ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********54 saylı GSM nömrədə adı qeyd olunmamış kontaktın olması müəyyən edilmişdir. Hər iki mobil telefonun “Whatsap”, o cümlədən də digər sosial şəbəkəyə aid olan hər hansı başqa ani ünsiyyət tətbiqini dəstəkləmədikləri müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Nokia 6230i” və 01 ədəd “Nokia 1174” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir. Cinayət işinin istintaq materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 11221 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə köçürülmüş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq qaydada istifadələrində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə aid 01 yanvar 2021-ci il tarixdən 03 may 2021-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatların “SMS” və “Zənglərin Detallaşması” bölməsinə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, İran İslam Respublikasına məxsus olan **********00 saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə “**********3340vatsap”, xx.xx.2021-ci il tarixdə “Vatsap dan zeng ela”, 19 aprel 2021-ci il tarixdə “Salam ami manam Adil ?” mətnli qısa mesajlar yazmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlardan məlum olmuşdur ki, qeyd edilən nömrəyə aid ötürücü antenalar sonuncu dəfə 18 aprel 2021-ci il tarixdə saat 12:03-də Beyləqan rayonu Şahsevən kəndin ərazisində qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlardan isə məlum olmuşdur ki, qeyd edilən nömrəyə aid ötürücü antenalar 18 aprel 2021-ci il tarixdə saat 20:31-də Beyləqan rayonu ərazisində qeydə alınmış və 28 aprel 2021-ci il tarixədək şəbəkədə aktivlik müəyyən edilməmişdir. Sonuncu dəfə isə 03 may 2021-ci il tarixdə səhər saatlarında Beyləqan rayonu ərazisində qeydə alınmışdır. İbtidai istintaq orqanının qərarına əsasən baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özünə məxsus olan C02860695 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2019-cu ildən etibarən nəzarət-buraxılış məntəqələrindən Rusiya Federasiyası və bir neçə dəfə İran İslam Respublikasına keçməklə ölkə hüdudlarını tərk edərək geri qayıtmış və sonuncu dəfə 18 fevral 2020-ci il tarixdə saat 21:36-da Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarətburaxılış məntəqəsindən X3 keçməklə ölkə ərazisini tərk etmiş və 20 fevral 2020-ci il tarixdə saat 19:46-da Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Qeyd edilən tarixdən etibarən Təqsirləndirilən şəxs1 tərəfindən rəsmi olaraq ölkə hüdudlarının tərk edilməsi müəyyən edilməmişdir. Baxış zamanı nəzarət-buraxılış məntəqələrindən keçməklə ölkə hüdudlarının tərk etməsi müəyyən edilməmişdir. İşdə olan ibtidai istintaq orqanının 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işindən cinayətin digər iştirakçıları barədə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa bir cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində özünü yalnız narkotik vasitələrin satışı ilə əlaqədar olaraq təqsirli bildiyni, polis əməkdaşları tərəfindən saxlanılan zaman Bərdə rayonundan olan Əliş adlı şəxsin də onlarla birlikdə olduğunu, narkotik maddələri əldə etmək üçün İran İslam Respublikasına Əlişin getdiyini, həmin narkotik maddələri Əlişin sərhəddən keçirib gətirdiyini və onları polis əməkdaşlarının öz evində saxlayaraq narkotik vasitələrin olduğu yerə apardıqlarını, sonra da Əlişi buraxdıqlarını, aşkar edilmiş yaş paltarların, kəsici alətin və binoklin onlara aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 da ifadəsində Təqsirləndirilən şəxs1 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələrini özlərini və biri digərini müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlmədiyindən habelə məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsləri ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri, barələrində həbs qətimkan tədbiri seçilən məhkəmə prosesi zamanı vermiş olduqları ifadələri, şahid ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, vəkillərin iştirakları ilə vüdeoçəkilişlə keçirilən müxtəlif çeşiddə külli miqdarda narkotik vasitə və psixotrop maddənin habelə binokl, xüsusi kəsici alət, hava dolduran nasos və onlara məxsus yaş paltarların aşkar edilib götürülməsi barədə tərtib edilmiş şəxsi axtarış və götürmə protokolu, mobil telefon aparatlarına baxış protokolları, sərhədkeçmələrə baxış protokolu, kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının, məhkəmə ambulator məcburi tibbi yoxlama rəyləri və sənədlərlə təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı cinayət törətməkdə şübhə edilən şəxs və təqsirləndirilən şəxs qismində vəkillərinin iştirakları ilə verdikləri ifadələrini işin hallarına uyğun gələn səmimi etiraf edici ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin əldə etdikləri narkotik vasitə heroin və psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından və həmin maddələr üçün müəyyən edilən külli miqdar normasından min dəfələrlə çox olmaqla, müxtəlif çeşiddə olmuşdur. Bundan başqa məhkəmədə onların İranlı Məmi adlı şəxslə qabaqcadan narkotik vasitələrin satışı ilə əlaqədar əlbir olduqları barədəki ifadələri və məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla onların həmin maddələri məhz satış məqsədi ilə əldə etmələrinə təsdiq olunur. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü və 318.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1968-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Təqsirləndirilən şəxs2 xx xxxx 1963-cü ildə Beyləqan rayonunda anadan olmuşdur. Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamələrdən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Beyləqan Rayon Məhkəməsinin 29 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 28 iyun 2018-ci il tarixdə 01 il 04 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər İmişli Rayon Xalq Məhkəməsinin 09 oktyabr 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 91-ci maddəsinin 1-ci hissəsi (köhnə redaksiyada-qaçaqmalçılıq), Beyləqan Rayon Xalq Məhkəməsinin 21 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinin 1-ci hissəsi (köhnə redaksiyada-qanunsuz olaraq xaricə getmə və ya qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmə), Beyləqan Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3 və 228.3-cü maddələri ilə məhkum olunaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 11 dekabr 2020-ci il tarixdə 03 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan Nərimanov Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs müddətinin əvvəli 03 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların olmasını müəyyən etmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 28 iyun 2018-ci il tarixdə 01 il 04 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3 və 228.3-cü maddələri ilə məhkum olunaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 11 dekabr 2020-ci il tarixdə 03 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-nin 18.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal onlara cəza təyin edilərkən CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən onların təqsirləndirildikləri maddədə nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən hallar olmamaqla ağırlaşdıran halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan mıhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Bu cəzanın məqsədini təmin edər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları vaxtdan, 03 may 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiklərindən CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 13027,45 qram psixotrop maddə metamfetamin, 60630,95 qram narkotik vasitə heroin, 16499,74 qram qurudulmuş marixuana, 845,2 qram tiryək, bir ədəd binokl, bir ədəd nasos, bir ədəd kəlbətin, bir ədəd məftil kəsmək üçün alət məhv edilməli, bir ədəd “6230 i” Nokia markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumu, arvadı Məhpurə Rüstəmova və bir ədəd “Nokia 1147” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumu, oğlu Qubad Abbasova qaytarılmalı, 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi 180,46 manat manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 90,23 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132,344-349, 351- 353, 356, 358,383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: İ. Təqsirləndirilən şəxs1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İİ. Təqsirləndirilən şəxs2 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına , CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 318.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 13027,45 qram psixotrop maddə metamfetamin, 60630,95 qram narkotik vasitə heroin, 16499,74 qram qurudulmuş marixuana, 845,2 qram tiryək, bir ədəd binokl, bir ədəd nasos, bir ədəd kəlbətin, bir ədəd məftil kəsmək üçün alət məhv edilsin. Bir ədəd “6230 i” Nokia markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumu, arvadı Məhpurə Rüstəmova, bir ədəd “Nokia 1147” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumu, oğlu Qubad Abbasova qaytarılsın, 1 ədəd DVD və 1 ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 180,46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 90,23 manat alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar