Məhkəmə qərarları › İş №1(099)-175/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-175/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-175/2023 12.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,703 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq özündə saxlamış, 26 noyabr 2021-ci il tarixdən 6 dekabr 2021-ci il tarixədək İmişli şəhəri, H.Aslanov küçəsində yaşadığı evin yaxınlığında və İmişli şəhərinin digər yerlərində, sonuncu dəfə isə 6 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsi 30 ünvanında yerləşən "xxxx" MMC-nin İmişli filialının inzibati binasının yaxınlığında təqribən 0,5 qramını 20 manata olmaqla, cəmi 2,703 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroini hissə-hissə Şahid1 təkrarən satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında yaşamışdır. Daha sonra Azərbaycan Respublikasına gəlmişdir. Burda olarkən yol qəzasına düşmüş, ağır xəsarətlər almış, qolu, ayağı sınmışdır. Bundan sonra isə narkotik vasitələrdən heroindən istifadə etməyə başlamışdır. 2021-ci ilin dekabr ayının 7-də onu yaşadığı evdə ayağında dəmir, boğazında karset polis əməkdaşları gəlib tutublar. Lakin həmin vaxt nə evində, nə də ki, üzərində hər hansı bir narkotik vasitə aşkar etməyiblər. Daha sonra isə onu 9 dekabr 2021-ci ildə məhkəməyə çıxarıblar, lakin sübuta yetirilmədiyindən buraxıblar. Bundan altı ay sonra isə yenə onun ayağından dəmir açıldıqdan sonra gəlib evində tutublar. Yenə yoxlanış aparılmış, heçnə aşkar edilməmişdir. Müstəntiq guya ondan əvvəlki müstəntiqin işi düzgün aparmadığını, çağırışlara gəlmədiyini bildirib, onu həbs etmişdir. Demişdir ki, səni 234.4.3-lə tuturam. Heç kimə, eləcə də Umudzadəyə və Abduləzimə narkotik vasitə satmamışdır. Pul qoyub bir yerdə narkotik alıb istifadə etmişlər. Şahid1 tanıyır. Abduləzim qəza düşdüyündən qonşu kimi onlara gəlib-gedib, siqaret alıb gətirib. Abduləzim ona sms yazarkən birlikdə götürüb narkotik istifadə etməyi bildirib. Səbaili tanıyır, o Abduləzimin qohumudur. Onlar çoxdan eliyən olub, narkomanlardır. Lakin özü heç vaxt Abduləzimə və Səbailə narkotik satmayıb. Abduləzimin yazıdığı “Ağrıyıram, lomkadayam, mənə kakos lazımdı, tanış varsa kömək elə alım istifadə edim, bu vəziyyətdən çıxım” smslə bağlı bildirir ki, ona Abduləzim elə sms yazsa da, cavabında “Tanış adam var, pulunu versən sənə kakos ala bilərəm” deyə cavab yazaraq Abduləzimi yönəltmək məqsədilə yazıbki, tanış var özündə də pul var gəl üst-üstə qoyub gedib alsın. Ona ittiham olunur ki, poçtun qabağında Abduləzimə satıb, lakin orda hər yer kameradı, müstəntiq deyib ki, gedib çıxaracam, o isə etiraz etməmiş, çünki heç vaxt narkotik satmamışdır. Səbailin “Azaru cekim yarimin yarisin ver 10 manatim var” məzmunlu yazdığı smslə bağlı bildirir ki, özü əvvəlcə Səbailə zəng vurmuş ki, 10 manatım var, Səbail isə ona sms yazıbki, 10 manat da mənim var, üst-üstə qoyub alaq. Səbailin “Qaqa bawua donum bagiwlaki bele alindi.arvad uwaq zehlemi tokdu bu gun.5-10 deq.bulari eve qoyub gelirem.30 manat getirirem sene.bir denede yarim duzelt mene” məzmunlu yazdığı smslə bağlı bildirir ki, elə bir şey olmayıb, Səbailə satmayıb. ***-***-**-** saylı mobil nömrədən “Qaqa gor ne deyrem pul evden goturecem mamamda yatib.goture bilisende sen yeginki.imkan varsa gotur ver,onun arxaynligi ucun telefonu verirem sene uzagi gunortaya gelib pulu verib teli goturecem.veziyyet xarablasir ona gore indi istirem.emele gelirse de piyada cxm gelim.gelmirsede canin sagolsun” və “Ay qaqa 12 manat var indi.m2 taksiye verjm 10da sene..ya 10 gunorta verim yada yari yari gedey?” yazılmış smslərlə bağlı isə bildirir ki, o nömrəni ümumiyyətlə tanımır. Səbailin “Ay qaqa Seymuru yığıram adboy verir bi xəbər dəmir axı mənə var ya yoxdu” yazdığı smslə bağlı isə bildirir ki, həmin smsi ola bilsin ki, birlikdə narkotik almaq məqəsilə yazıb, bundan başqa da özündən də başqa Seymur var, həbs edildi sonra, onu da nəzərdə tuta bilərdi, dəqiq bilmir. Belə bir şeylər olmayıb, olubsa da onlar alıb gətirib, özü çünki keçirdiyi qəza ilə bağlı yerdə olub. Abduləzimin “Tay ne oldu tezdenden sene 2 tustu demişəm uje toydan çıxıram tay.ölüremm.duzelmirse denen başıma bir çare qilim”, saat 19:57:17-də “Qaqa problem nədir? Mal tapa bilmirsən?yoxsa pul yoxdu?mən çıxıram toydan.cavabda vermirsən adboy verirsen” yazdığı smslə bağlı bildirir ki, daima bir yerdə narkotik çəkiblər, onun pulu olan da o alıb, özünün pulu olanda da özü alıb birlikdə istifadə ediblər. O da deyib ki, pulu yoxdu, varındısa gəlib bir iki tüstü çəksin. ***-***-**-** saylı mobil nömrədən “Mənə zəng elə”, “Yığ qaqa”, “4 dənə”, “Gəlmədi qaqa”, “Qaqa məni yığ”, “Salam Qaqa yığ məni”, “Tez yığ blokdayam dondumnsoyuğdan” məzmunlu smslərlə bağlı bildirir ki, Ruslan adlı şəxsdir, ona dərman alıb gətirib. Ümumiyyətlə həmin smslərlə bağlı bildirir ki, heç kimə narkotik vasitə satmayıb, yalnız həmin şəxslərlə birlikdə narkotik alıb, istifadə etmişdir. Bu işə heç bir aidiyyəti yoxdur, işinə düzgün baxılmasını, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 7 dekabr 2021-ci il tarixdə İmişli RPŞ-da xidmətdə olarkən İmişli şəhər sakini Şahid1 üzərində narkotik vasitə gəzdirməsi barədə ona məlumat daxil olmuşdur. Bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə İmişli şəhəri, P.Həsənov küçəsində işıqforun yaxınlığında Şahid1 saxlayıb, İmişli RPŞ-ya dəvət etmişlər və polis şöbəsində dövlət hesabına dəvət edilmiş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış keçirilmişdir. Şahid1 da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə heroinə oxşar kütlə, markası məlum olmayan bir ədəd mobil telefon aşkar edilərək götürülmüş və narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənərək, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Şahid1 aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs satdığını bildirdiyinə görə əməliyyat tədbirləri davam etdirilmiş və İmişli şəhər sakini Təqsirləndirilən şəxs İmişli şəhəri, P.Həsənov küçəsində saxlayıb, İmişli RPŞ-yə dəvət edib polis şöbəsində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən bir ədəd mobil telefon aşkar olunmuş, qanunla qadağan edilmiş hər hansı predmet, əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla tay-tuş olmuş, rayon uşağı kimi tanımış, münasibəti olmuşdur. Özü narkotik vasitə istifadəçisi olduğundan dəfələrlə Təqsirləndirilən şəxs narkotik vasitə istəmişdir ki, kimlərdənsə yerini bilirsə və götürə bilirsə götürsün, 5-10 manat pul da vermiş ki, götürə bilirsə götürsün istifadə etsinlər. Təqsirləndirilən şəxsla olan telefon əlaqələrində ondan narkotik vasitə tapmağı xahiş etsə də, çox vaxt Seymur zənglərinə və smslərinə cavab verməmiş, çünki həmin ərəfələrdə onun ayağı sınmışdı. Sırf narkotik satıcısı kimi ondan narkotik vasitə almamışdır. Həmişə soruşmuş ki, hardansa götürə bilirsə narkotik götürsün. Polis şöbəsində olarkən də bu barədə ifadə vermişdir. Seymur ona heç vaxt narkotik satmayıb, heç vaxt narkotik tapıb ona verməyib, Şahid1 də narkotik satması barədə heç bir məlumatı yoxdur. Özü hər dəfə ağrıyanda məcbur olub Seymura sms yazıb narkotik istəyib, lakin heç vaxt Seymur ona narkotik verməyib. Seymura yazdığı smslərdə isə ondan kimdənsə və haradansa onun üçün narkotik vasitə tapmasını xahiş etmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 23:39:02-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa netersen?Metiye el catir?” məzmunlu ismarıc yazaraq Abduləzimdən psixotrop maddə olan metamfetamin tapa biləcəyini soruşmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13:50:48-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Azaru cekim yarimin yarisin ver 10 manatim var” məzmunlu ismarıc yazaraq Seymurdan psixotrop maddə olan metamfetamin satın almaq istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 20:46:27-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa bawua donum bagiwlaki bele alindi.arvad uwaq zehlemi tokdu bu gun.5-10 deq.bulari eve qoyub gelirem.30 manat getirirem sene.bir denede yarim duzelt mene” məzmunlu ismarıc yazaraq yenə də həmin vaxt Seymurdan narkotik almaq istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 10:40:24-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Basua dönüm mənədə 2 tustu saxla ölurem” məzmunlu ismarıc yazaraq həmin vaxt Abduləzimdən çəkdiyi patıdan ona da saxlamasını istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 19:24:32-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Tay ne oldu tezdenden sene 2 tustu demişəm uje toydan çıxıram tay.ölüremm.duzelmirse denen başıma bir çare qilim”, saat 19:57:17-də “Qaqa problem nədir? Mal tapa bilmirsən?yoxsa pul yoxdu?mən çıxıram toydan.cavabda vermirsən adboy verirsen” məzmunlu ismarıc yazaraq həmin vaxt Abduləzimdən narkotik vasitə tapıb-tapmadığını soruşmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:58:41-də Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Ay qaqa Seymuru yığıram adboy verir bi xəbər dəmir axı mənə var ya yoxdu” - məzmunda göndərilən ismarıcı Abduləzim yazaraq ona Seymurdan narkotik vasitə satın almaq istədiyini, lakin əlaqə yarada bilmədiyini bildirmişdir. Həmin vaxt Abduləzim narkotik vasitəni Seymurdan almağı planlaşdırmışdır. İfadəsi elan olunduqdan sonra Şahid6 həmin ifadəsini təsdiq etmədiyini, Seymur tutulanda çağırıldığını, prokurorun ondan şifahi izahat aldığını, daha sonra müstəntiq tərəfindən yazılı izahatının da alınacağını bildirdiyini, bundan sonra çağırışlara getmədiyindən tutulduğunu, həmin vaxt narkotik vasitənin ağrı-acısında olduğundan ifadəsində nə dediyini bilmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Seymuru rayon uşağı kimi tanımışdır. Seymurdan heç vaxt narkotik vasitə almamışdır. Seymur həmin ərəfələrdə qəzaya düşmüş, o da bir tanış kimi, Seymura siqaret, su, yemək alıb aparmışdır. Sonradan Seymurla polislərin arasında problem olmuş, onu da tutmuşlar ki, həmin vaxt Seymurun üzünə dursun. Özünü evdə oturduğu yerdə gəlib polis əməkdaşları aparmışlar. Cibinə narkotik qoyub, daha sonra döyüb qol çəkdirmişlər. Məcbur olub həmin vaxt polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Əsasən ona hədə-qorxu gəlmişlər ki, evindən bir kq mal çıxardarıq. Bu səbəbdən də polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Öz işi üzrə də məhkəməsi olub, həmin vaxt da məhkəmədə narkotikin üzərinə qoyulduğunu bildirmişdir. Saxlanıldıqları gündə Seymurun yaşadığı evə gedib, ona siqaret alıb verib dərhal qayıtmışdır. “Ay qaqa Seymuru yığıram adboy verir bi xəbər dəmir axı mənə var ya yoxdu” məzmunda Səbailə yazdığı smslə bağlı bildirir ki, o sms-i bu Seymurla bağlı yazmayıb, telefon ustası olan başqa Seymurla bağlı yazmışdır. Seymurla heç vaxt üzləşdirilməyib, ondan narkotik vasitə almayıb, Seymurun qəza nəticəsində qıçı, boynu sınıb, bu səbəbdən ona köməklik etmiş, siqaret, su alıb aparmışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi, üzləşdirmədə dindirmə protokolu və barəsində olan cinayət işi üzrə qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan və tədqiq olundu. İş üzrə Şahid1 həmin ifadələrində göstərmişdir ki, təxminən 1 ildir ki, İmişli şəhərində yaşayan Seymuru uzun illərdir tanıyır və həmyerli kimi Seymurla münasibət həmişə normal olmuş, heç bir ədavət və düşmənçilikləri yoxdur. 25 noyabr 2021-ci il tarixdə saat 12 radələrində istifadə etmək üçün narkotik vasitə olan heroin axtarmış, buna görə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Seymurun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Seymura: “Ağrıyıram, lomkadayam, mənə kakos lazımdı, tanış varsa kömək elə alım istifadə edim, bu vəziyyətdən çıxım” - deyə bildirmiş, Seymur isə ona: “Tanış adam var pulunu versən sənə kakos ala bilərəm” – deyə cavab vermişdir. Lakin Seymur həmin kakosu kimdən alacağını deməmişdir. Bundan sonra razılaşaraq Seymurla İmişli şəhərində Poçtun inzibati binasının yaxınlığında görüşmüşlər. O, danışdıqları kimi 20 (iyirmi) manat pulunu cibindən çıxardaraq Seymura vermişdir. Seymur həmin 20 (iyirmi) manat pulu ondan alıb heroin almaq üçün şəhərin mərkəzinə tərəf getmiş, o isə həmin yerdə dayanaraq Seymuru gözləmişdir. Təxminən yarım saat sonra Seymur onun yanına gəlmiş və birlikdə həmin yerin yaxınlığında yerləşən Seymurun kirayə qaldığı evə getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Evə daxil olduqdan sonra Seymur cibindən sellofan bükümündə heroin çıxardıb həmin heroini ona vermişdir. Lakin Seymur həmin heroini kimdən aldığını ona deməmişdir. O, həmin heroini butulka vasitəsi ilə çəkməklə qəbul etmişdir. Həmin heroindən Seymur da istifadə etmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda təxminən 5-6 dəfə Seymurdan hər dəfə çəkisi təxminən yarım qram olan heroini 20 manata İmişli şəhəri ərazisində ayrı-ayrı yerlərdə alaraq bir hissəsini özü istifadə etsə də qalan hissəsini özündə saxlamışdır. Onun ağrıları tutanda, heroin olmayanda çətinlik çəkdiyinə görə demək olar ki, Seymurdan hər gün pulla heroin almışdır ki, əgər Seymur ona heroin sata bilməsə bir müddət özündə istifadə etməyə heroin olsun. Sonuncu dəfə 6 dekabr 2021-ci il tarixdə saat 11 radələrində yenə zəngləşərək Seymurla İmişli şəhərində Poçtun inzibati binasının yaxınlığında görüşmüşdür. O, danışdıqları kimi 20 (iyirmi) manat pulu cibindən çıxardaraq Seymura vermişdir. Seymur həmin 20 (iyirmi) manat pulu ondan alıb heroin almaq üçün şəhərin mərkəzinə tərəf getmişdir. O isə həmin yerdə dayanaraq Seymuru gözləmişdir. Təxminən 40 dəqiqə sonra Seymur onun yanına gəlmiş və cibindən sellofan bükümündə heroin çıxardıb həmin heroini ona vermişdir. O, həmin heroini Seymurdan alaraq əynində olan şalvarın cibinə qoymuşdur və Seymurdan ayrılaraq evinə getmişdir. Həmin gün axşam vaxtı evdə Seymurdan aldığı heroindən özü tək bir az istifadə etdikdən sonra Seymurdan ayrı-ayrı vaxtlarda aldığı heroinləri kağız parçasına bükərək cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. 7 dekabr 2021-ci il tarixdə saat 13 radələrində İmişli şəhəri P.Həsənov küçəsində yerləşən evinin həyət qapısının yaxınlığında olmaqla küçədə tək gedərkən 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib İmişli Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və onu İmişli RPŞ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə İmişli RPŞ-nə gəlmişdir. İmişli RPŞ-də müdafiəçi Sərraf Feyzullayevin, 2 nəfər tanımadığı hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə polis kapitanı Sabit Orucov ona üzərində narkotik vasitə və ya daşınması qadağan olunan hər hansı bir əşya varsa həmin narkotik vasitə və ya daşınması qadağan olunan əşyanı çıxarıb təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində 1 ədəd kağız parçasına bükülü halda heroin olmasını bildirmişdir. Bundan sonra həmin içərisində heroin olan 1 ədəd kağız parçasını əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Həmin təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Narkotik vasitə istifadəçisi olduğu və üzərində narkotik vasitə olan heroin gəzdirdiyi üçün əməlindən peşmandır. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadələrini təsdiq etmədiyini, ibtidai istintaq zamanı şahid qismində elə ifadə vermədiyini, Seymurla ümumiyyətlə üzləşdirilmədiyini, barəsində olan cinayət işi ilə əlaqədar olaraq məhkəmədə ifadə vermədiyini, Seymur barədə soruşanda ondan narkotik almadığını dediyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, Seymur onun qonşusudur, münasibətləri yaxşı olmuşdur. Həmişə Seymur ona narkotikdən uzaq olmağı, istifadə etməməyi tövsiyyə edib. İndiyə qədər Seymurdan heç vaxt narkotik almamışdır. Özünün xəstə anası var, Seymur ona anasından muğayat olmağı tapşırmışdır. Seymura sms-lər yazmışdır. Həmin sms-ləri ona dərman, siqaret, ərzaq alması ilə bağlı olmuşdur. Lakin müstəntiq onu məcbur edib ki, bildirsin sms-lər narkotiklə bağlıdır. O isə buna razı olmamışdır. Seymur bir ildən artıq yataqda olmuş, özü ona həkimlər gətirmişdir. “4 dənə”, “Gəlmədi qaqa”, “Qaqa məni yığ”, “Salam Qaqa yığ məni”, “Tez yığ blokdayam dondumnsoyuğdan” məzmunlu yazdığı smslərlə bağlı bildirir ki, Seymura diklofenat dərmanı alıb aparmış, 4 dənə də nəsə almış ola bilsin, yəqin ki, smslər də onunla bağlı olub. “Qaqa deyir nisiyə vermirəm alınmadı” yazdığı sms-lə bağlı isə bildirir ki, yəqin ki, Seymur onu siqaret almağa mağazaya göndərib, onunla bağlı olub. Seymur narkotik qəbul etməyib. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid7 həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və 25 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il saat 19:16:15-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Rus salam menim seymur menim nomrdi salmclqdi” - məzmunda ismarıcı ona Təqsirləndirilən şəxs yeni nömrəsi ilə yazıb hal-əhval tutmuşdur. xx.xx.2021-ci il saat 12:15:26-da istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Mənə zəng elə”, saat 14:51:52-də: “Yığ qaqa”, saat 14:51:55-də: “4 dənə”, saat 15:51:08-də: “Gəlmədi qaqa”, xx.xx.2021-ci il tarixdə saat 21:45:16-da: “Qaqa məni yığ”, xx.xx.2021-ci il saat 13:57:20-də: “Salam Qaqa yığ məni”, xx.xx.2021-ci il saat 00:59:57-də “Tez yığ blokdayam dondumnsoyuğdan”, xx.xx.2021-ci il saat 18:06:44-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Məne yıg sorçnu işim var”, xx.xx.2021-ci il saat 19:30:37-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Bakidayam prablem var gelim yigacam”, xx.xx.2021-ci il saat 20:43:50-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa deyir nisiyə vermirəm alınmadı” – məzmunda ismarıclar narkotik vasitə əldə etməklə bağlıdır. “4 dənə” qeyd olunan mesajda Təqsirləndirilən şəxs 4 manat qarşılığında narkotik vasitə olan heroin istəmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 15 yanvar 2021-ci il saat 19:39:25-dən – 06 dekabr 2021-ci il saat 15:22:35-ə qədər aparılan çoxsaylı telefon danışıqlarında Təqsirləndirilən şəxs narkotik vasitə satın almaq istəmişdir. O Seymuru narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıyır və Seymurdan bir neçə dəfə 10 manat qarşılığında narkotik vasitə olan heroin almışdır. İfadəsi elan olunduqdan sonra Şahid7 həmin ifadəsini təsdiq etmədiyini, ifadəsində göstərilənləri birinci dəfədir ki, eşitdiyini, həmin ifadəni özünü imzaladığını, oxuya bildiyini, lakin imza edərkən ora yazılanların belə olmadığını bildirdi. İşdə olan, İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 xx.xx.2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şahid1 üzərində narkotik vasitə gəzdirməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 7) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2021-ci il tarixli qərarın məzmunundan görünür ki, Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 8) İşdə olan, xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 31-32) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 48-49) İşdə olan, Məhkəmə-kimyəvi ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 18/1173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 əynində olan...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 2,703 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (c İ, i.v 58-60) İşdə olan, İmişli Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 4(036)-130/2021 nömrəli qərarından görünür ki, təqdimat təmin edilməmiş, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. (c İ, i.v 113-114) İşdə olan, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 123-124) İşdə olan, xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək sonuncunun ayrı-ayrı vaxtlarda hər dəfə çəkisi yarım qram olan heroini 20 manata ona satdığını üzünə deyərək onu ifşa etmişdir. (cild İ, iş vərəqə 127-129) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 150-151) İşdə olan, 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 18:10-da İmişli RPŞ-nə gətirilmiş və barəsində protokol tərtib edilmişdir. (c İ, i.v 189) İşdə olan, Diskə baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təqdiq edən ismarıclar göndərmiş və qəbul etmişdir. Həmin ismarıclar aşağıdakılardır: xx.xx.2021-ci il tarixdə saat 13:50:48-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Azaru cekim yarimin yarisin ver 10 manatim var”, xx.xx.2021-ci il tarixdə saat 20:46:27-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa bawua donum bagiwlaki bele alindi.arvad uwaq zehlemi tokdu bu gun.5-10 deq.bulari eve qoyub gelirem.30 manat getirirem sene.bir denede yarim duzelt mene”, xx.xx.2021-ci il tarixdə saat 12:33:36-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa sen duz qoş ele men catan kimi pulun verecem narahat olma”, xx.xx.2021-ci il tarixdə saat 05:53:17-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa gor ne deyrem pul evden goturecem mamamda yatib.goture bilisende sen yeginki.imkan varsa gotur ver,onun arxaynligi ucun telefonu verirem sene uzagi gunortaya gelib pulu verib teli goturecem.veziyyet xarablasir ona gore indi istirem.emele gelirse de piyada cxm gelim.gelmirsede canin sagolsun”, xx.xx.2021-ci il tarixdə saat 06:22:49-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Ay qaqa 12 manat var indi.m2 taksiye verjm 10da sene..ya 10 gunorta verim yada yari yari gedey?”, xx.xx.2021-ci il tarixdə saat 10:40:24-də Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Basua dönüm mənədə 2 tustu saxla ölurem”, saat 19:24:32-də “Tay ne oldu tezdenden sene 2 tustu demişəm uje toydan çıxıram tay.ölüremm.duzelmirse denen başıma bir çare qilim”, saat 19:57:17-də “Qaqa problem nədir? Mal tapa bilmirsən?yoxsa pul yoxdu?mən çıxıram toydan.cavabda vermirsən adboy verirsen” məzmunda mesaj yazılmışdır. xx.xx.2021-ci il tarixdə saat 19:58:41-də Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa Seymuru yığıram adboy verir bi xəbər dəmir axı mənə var ya yoxdu” məzmunda mesaj yazılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il saat 15:01:24dən başlamaqla xx.xx.2021-ci il tarixədək çoxlu sayda telefon danışıqları olmuşdur. 07 dekabr 2021-ci il tarixdə saat 08:44:26-da 104 saniyə müddətində, saat 08:57:01-də 73 saniyə müddətində, saat 10:15:07-də 13 saniyə müddətində, saat 10:21:44-də 25 saniyə müddətində, saat 11:19:14-də 7 saniyə müddətində Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında telefon zəngləri olmuşdur. Həmçinin Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il saat 11:47:23-dən başlamaqla xx.xx.2021-ci il saat 15:30:17 tarixləri arasında çoxlu sayda telefon zəngləri olmuşdur. Bundan başqa anten məlumatlarından da görünür ki, 07 dekabr 2021-ci il tarixdə saat 10:15-10:21 radələrində Şahid1 və Təqsirləndirilən şəxs İmişli rayonu, Elçin otelinin yaxınlığında olmuşlar. (c İ, i.v 209-2017) İşdə olan, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(036)-77/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 iyun 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 231- 234) İşdə olan, Məhkəmə-narkoloji ekspertizanın 15 sentyabr 2022-ci il tarixli, 5247 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 242-243) İşdə olan, xx.xx.2022-ci il tarixli İmişli RİHB-nın İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Səməd X9 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır, ailə tərkibi atası, anası və üç qardaşından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 246-247) İşdə olan, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(036)-88/2022 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c İİ, i.v 57-60) İşdə olan, Diskə əlavə baxış keçirilməsi haqqında 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təqdiq edən ismarıclar göndərmiş və qəbul etmişdir. Həmin ismarıclar aşağıdakılardır: xx.xx.2021-ci il tarixdə saat 16:45:56-da Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən X2 adına olan ***-***-**-** saylı mobil nömrəyə: “Dünən başıma oyun gəldi narkamanı gətizdirdim beş tapmışdım dedim gözlə on beşdə gəlir on ikiyə kimi burda bıçaq cəhdi üstümə bəs adamı belə edələr”, xx.xx.2021-ci il tarixdə saat 15:10:11-də X4 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Ac gorum noub qaqas necldu gelmirsen olem men burda ac sorcnu”, xx.xx.2021-ci il tarixdə saat 15:21:12-də X4 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “ende burda olem negran qaldim ac” xx.xx.2021-ci il tarixdə 21:01:53-də X3 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Salam qaqa..neterdi veziyyet?yaxsiliqdisa xeber ele”, xx.xx.2021-ci il tarixdə 23:56:24-də X3 adına olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə: “Qaqa emele gelmedi?” Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə deyil, ondan əvvəlki tarixlərdə, həmçinin xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək, yəni şübhəli şəxs qismində tutulduğu vaxtadək gündəlik olaraq müntəzəm telefon danışıqları qeydə alınmış, bu isə Şahid1 ifadəsini bir daha təsdiq etməklə, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri dəfələrlə satın aldığını təsdiq edən haldır. (c İİ, i.v 62) İşdə olan, sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Şahid1 üzərində şəxsi axtarış və götürməni əks etdirən 1 ədəd DVD diski maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Şahid1 və Təqsirləndirilən şəxslunun istifadəsində olan mobil telefon nömrələrindən edilən zəngləri və digər məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş. (c İİ, i.v 63-74) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: heç kimə, Şahid1 və digər şəxslərə narkotik vasitə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamamış, yalnız həmin şəxslərlə birlikdə narkotik alıb, istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar, eləcə də Şahid1 məhkəməyədək icraat zamanı və barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması zamanı verdiyi ifadələri ilə, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid1 barəsində daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saxlanılmış və üzərindən 2,703 qram narkotik vasitə heroin aşkar edilmişdir. Faktla bağlı Şahid1 barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı o, həmin narkotik vasitəni ayrı-ayrı vaxtlarda təxminən 5-6 dəfəyə Təqsirləndirilən şəxs hər dəfə çəkisi təxminən yarım qram olan heroini 20 manata İmişli şəhəri ərazisində ayrı-ayrı yerlərdə alaraq bir hissəsini istifadə etmiş, qalan hissəsini isə özündə saxladığını bildirmiş, eyni zamanda göstərilənləri sonuncu ilə üzləşmə zamanı ifadəsində birbaşa Təqsirləndirilən şəxs üzünə deməklə ifadələrini təsdiq etmiş, bununla da Təqsirləndirilən şəxs ifşa etmişdir. Bundan başqa İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, Şahid1 CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 25 oktyabr 2022-ci il tarixli, 1(036)-88/2022 nömrəli hökmündən görünür ki, həmin işin məhkəmə baxışı zamanı da Şahid1 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrini təsdiq edərək, üzərindən aşkar edilmiş narkotik vasitə heroini ayrı-ayrı vaxtlarda və yerlərdə Təqsirləndirilən şəxs aldığını bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, eləcədə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində heç vaxt nə Şahid1, nə də ki, heç kəsə narkotik vasitə satmadığını iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrini inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Məhkəmə belə nəticəyə gələrkən təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş çoxsaylı yazılı mesajların aşkar edilməsi məsələsinə xüsusilə diqqət yetirmişdir. Belə ki, həmin yazılı mesajların məzmunundan açıq-aşkar görünür ki, Şahid6 və digər şəxslər Təqsirləndirilən şəxs mobil nömrəsinə, eləcədə Şahid1 Şahid6 öz aralarında yazılı mesajlar yazaraq təqsirləndirilən şəxsə müvafiq məbləğdə pul vəsaitini ödəmələri müqabilində dövriyyəsi ölkədə qadağan edilmiş narkotik vasitə almaq istədiklərini bildirmişlər. (“Azaru cekim yarimin yarisin ver 10 manatim var”, “Qaqa bawua donum bagiwlaki bele alindi.arvad uwaq zehlemi tokdu bu gun.5-10 deq.bulari eve qoyub gelirem.30 manat getirirem sene.bir denede yarim duzelt mene”, “Qaqa sen duz qoş ele men catan kimi pulun verecem narahat olma”, “Qaqa gor ne deyrem pul evden goturecem mamamda yatib.goture bilisende sen yeginki.imkan varsa gotur ver,onun arxaynligi ucun telefonu verirem sene uzagi gunortaya gelib pulu verib teli goturecem.veziyyet xarablasir ona gore indi istirem.emele gelirse de piyada cxm gelim.gelmirsede canin sagolsun”, “Ay qaqa 12 manat var indi.m2 taksiye verjm 10da sene..ya 10 gunorta verim yada yari yari gedey?”, “Ay qaqa Seymuru yığıram adboy verir bi xəbər dəmir axı mənə var ya yoxdu”) Bundan başqa Şahid1 xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək, yəni Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtadək gündəlik olaraq müntəzəm telefon danışıqları qeydə alınmışdır. Qeyd edilən məzmunda mesajlar və zənglər artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmuş, həmçinin başqa şəxslər bu barədə məlumatlı olduğundan ona müxtəlif vaxtlarda müraciət edərək müxtəlif pul məbləğlərinin qarşılığında müxtəlif çəkidə narkotik vasitələr almaq arzusunda olmuşlar. Eyni zamanda Şahid1 da xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxslə mütəmadi telefon danışıqları aparması, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri dəfələrlə satın aldığını bir daha təsdiq edir. Əks nəticəyə gəlmək üçün məhkəmə araşdırması zamanı başqa hal müəyyən edilmədi. Bundan başqa məhkəmə şahid qismində ifadə vermiş Şahid6, Şahid1 və Şahid7 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, onların Təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaqla, onun üzünə qarşı ifadə verməkdən çəkinmələri, Təqsirləndirilən şəxs ifşa etməməklə onu müdafiə etmələrini nəzərə alaraq sübut kimi qəbul etmir. Bununla yanaşı iş üzrə şahidlər Şahid6, Şahid1 və Şahid7 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tətqiq edilmiş ifadələri işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edilir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,703 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq özündə saxlamış, 26 noyabr 2021-ci il tarixdən 6 dekabr 2021-ci il tarixədək İmişli şəhərində ayrı-ayrı yerlərdə, sonuncu dəfə isə 6 dekabr 2021-ci il tarixdə saat 11:00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsi 30 ünvanında yerləşən "xxxx" MMC-nin İmişli filialının inzibati binasının yaxınlığında təqribən 0,5 qramını 20 manata olmaqla, cəmi 2,703 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroini hissə-hissə Şahid1 təkrarən satmışdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 13 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin işdə olan, 07 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və 09 dekabr 2021-ci ildə azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 (iki) gün həbsdə saxlanılmışdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Şahid1 üzərində şəxsi axtarış və götürməni əks etdirən 1 ədəd DVD disk, Şahid1 və Təqsirləndirilən şəxslunun istifadəsində olan mobil telefon nömrələrindən edilən zəngləri və digər məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddətə həbsdə saxlanılması, təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Şahid1 üzərində şəxsi axtarış və götürməni əks etdirən 1 ədəd DVD disk, Şahid1 və Təqsirləndirilən şəxslunun istifadəsində olan mobil telefon nömrələrindən edilən zəngləri və digər məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar