Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-175/2024 06.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X30, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, İİ dərəcəli əlilliyi olan, 09 mart 2021-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 78/18, mənzil 34-də qeydiyyatda olmaqla yaşamış, 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(049)-30/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 2023-cü ilin yanvar ayında Lənkəran şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən iki ədəd bağlamada ümumi çəkisi 4081,301 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini və bir ədəd bağlamada külli miqdar hesab edilən ümumi təmiz çəkisi 1160 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq, yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gətirib, onları evdə yataq otağındakı divanın altında gizlədərək saxlamış, 18 yanvar 2023-cü il tarixdə əvvəlcə narkotik vasitə heroinin satışını realizə etmək üçün ondan altı ədəd bükümlərdə ayrıayrılıqda çəkiləri 0,258 qram, 0,231 qram, 0,343 qram, 0,138 qram, 0,171 qram və 0,160 qramını ayırıb satış məqsədi ilə qanunsuz olaraq üzərində, narkotik vasitə heroinin qalan hissəsini və narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə yataq otağındakı divanın altında saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə saat 21:10 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarının sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qram, 0,231 qram, 0,343 qram, 0,138 qram, 0,171 qram, 0,160 qram olmaqla, cəmi 1,301 qram çəkidə narkotik vasitə heroin 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilərkən evin yataq otağındakı divanın altından əvvəlcədən gizlətdiyi 1 ədəd sellofanda cəmi iki ədəd bağlamada ümumi çəkisi 4080 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin və 1 ədəd sellofan bağlamada çəkisi 1160 qram olub külli miqdar təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin otaqda stolun üstündən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə tərkibi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində evdə oturduğu vaxt 7-8 nəfər polis əməkdaşı qapını qırıb evə girmişlər, onu götürüb Lənkəran ŞRPŞ-nə aparmışlar. Evində heç bir narkotik vasitə olmamışdır. 19 yanvar 2023-cü il tarixdə gecə saat 3-də onu yaşadığı evə videoçəkliş keçirilməsi üçün gətirmişlər, evinə 5 kiloqram narkotik vasitə qoyaraq götürmüşlər. Həmin narkotik vasitələr ona məxsus deyildir. İlkin vaxtı sənədlərə imza çəksə də sonrakı vaxtı heç bir sənədə imza çəkməmişdir. 22 yanvar 2023-cü il tarixdə onu prokuror müavininin yanına aparmışlar. Prokuror müavini ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitə istifadəçisi kimi təqsirləndirilməsinə dair sənədlərə imza çəkməsini bildirmiş, o da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan sənədlərə imza çəkmişdir. Onun olmayan narkotik vasitələri üzərinə qoymuşlar, əsassız olaraq onu həbs etmişlər. İstintaq sənədlərinə yalandan yazmışlar ki, guya onu binanın tinində tutmuşlar, əslində isə onu binanın tinində tutmamışlar, polis əməkdaşları evinin qapısını qıraraq içəri girib evindən polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, səhər vaxtı Mübariz Kərimov və Ümid Əkbərli ilə birlikdə çayçıda oturmuş, sonra gedərək həmin şəxslərlə istifadə etməsi üçün narkotik vasitə almışdır. Sonra çayxanaya gəlmiş və üçü də birlikdə onun yaşadığı evə gəlmişlər. Anası ilə birlikdə yaşamış, ancaq onlar evə gələrək narkotik vasitə istifadə etmək istəyən zaman anası evdə olmamışdır. Narkotik vasitəni şprisə çəkərək özünə vurmaq üçün hazır vəziyyətdə saxlamışdır. Həmin narkotik vasitəni istifadə edə bilməmişdir. Polis əməkdaşları qapını qıraraq evə daxil olmuşlar. Yaşadıqları mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin qapısı taxta materialdandır və polislər tərəfindən qırılmışdır. Polislər evə daxil olduqdan sonra hər üçünü götürərək Lənkəran ŞRPŞ-nə aparmışlar. Polis şöbəsində onları döyərək üzərlərinə narkotik vasitə qoymuşlar, polislər onu döyərək məcbur etdiyindən polis əməkdaşları tərəfindən cibinə qoyulmuş narkotik vasitəni videoçəkliş zamanı çıxararaq təqdim etmişdir. Cibinə 6 büküm narkotik vasitə heroini Əlvan qoymuşdur. Sonra isə gecə saat 03 radələrində yaşadığı evə gətirilmiş, evinə də polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulararaq çıxarılmışdır. Yaşadığı evə gətirilən zaman binanın blokunda 10 dəqiqə saxlanılmış, sonra isə mənzilə qaldırılmışdır. Həmin vaxtı ona qoca bir vəkil təyin olunmuşdur. Həmin vəkili özü seçməmiş, vəkilin seçilməsi ilə bağlı ərizə də yazmamışdır. Yaşadığı evdə şprisə çəkdiyi narkotik vasitədən başqa hər hansı narkotik vasitə olmamışdır. Şprisə çəkdiyi narkotik vasitəni üç nəfərə özlərinə vurmaq yolu ilə qəbul edəcəkdilər. Aldığı 1 qram narkotik vasitənin hamısını bişirərək şprisə çəkmişdir. Mübariz və Ümidin də üzərində narkotik vasitə olmadığı halda onların da cibinə narkotik vasitəni döyərək qoymuşlar, onları da Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmişlər və həmin cinayət işlərini baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişlər. İstintaq zamanı müstəntik Asəfə ifadə verməmiş, Asəf bir dəfə İstintaq Təcridxanasına gəlmiş, onu polislər ilə üzləşdirmişdir. Asəfin onun adından yazdığı ifadələrin heç birini təsdiq etməmişdir. Ümid, Əlvan, Ruhid, Faiq və Səbuhi yaşadığı evə girən polislər olmuşlar. Əvvəllər Əlvan və Ruhidi tanımış, Səbuhini isə tanımamışdır. Həmin polis əməkdaşları mülki geyim formasında olmuşlar, polis geyim formasında evinə girən polis əməkdaşlarını tanımamışdır. Yaşadığı evdə də onları polis əməkdaşları döymüşlər. Onunla qonşuluqda yaşayan şəxslər polis əməkdaşlarının onları döyə-döyə binadan düşürdüklərini və apardıqlarını görmüşlər. Həmin vaxtı vəkil olmamışdır. Onları apardıqdan sonra evə polis əməkdaşlarını qoymuşlar, anası və bacısını belə evə buraxmamışlar. Onları apardıqdan 15 saat sonra evə gələrək baxış keçirmişlər. Onu aparmaqlarını bacısı Zərifə Həsənova da görmüşdür. Onları 18 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən aparmışlar. Onu yaşadığı evin qarşısında, yəni küçədə saxlayıb aparmaları məzmunda polisə ifadə verməmişdir, onu yaşadığı evdən apardıqları halda necə ola bilər onu yaşadığı evin qarşısından aparmaları barədə ifadə versin. MSY-də olan zaman müstəntiq ona bir neçə sənədə imza çəkdirmişdir, həmin sənədlərin hansı sənədlər olmasını bilməmişdir. Ekspertizadan keçirilməmiş və onu məhkəmə-tibb eksperti görməmişdir. Bədəni üzərində çoxsaylı xəsarətlər olduğu halda məhkəmə-tibb eksperti onu görmədən bədəni üzərində xəsarət olmadığını yazmışdır. Bədəni üzərində xəsarətlərin olması Bakı İstintaq Təcridxanasına daxil olan zamanda aydın görülmüş və bütün xəsarətləri adına açılmış tibbi kitabçada qeyd edilmişdir. Lənkəran rayon prokurorluğunda araşdırma aparan prokuror köməkçisi Pünhan Quliyev tərəfindən ona məhkəmə-tibbi ekspertizasından keçmək təklif edilməmiş və o məhkəmə-tibbi ekspertizasından keçirilməkdən imtina etməmişdir. Səbuhi, Ümid, Əlvan və digər polis əməkdaşları onu döymüşlər, birinci dəfə Səbuhi onu döyməyə başlamışdır. Lənkəran rayon prokurorluğunda prokuror müavini onu qəbul etmiş və bədəni üzərində xəsarətlərin olmasını aydın şəkildə müşahidə etmişdir. Üzü qanın içərisində olmuş, barəsində həbs qətimkan tədbiri seçilən zaman xəsarətlərini hakim də görmüşdür, döyülməyi barədə hakimə də məlumat vermişdir. MSY-də saxlanılan zaman həkim çağırılmamış, heç bir həkim görməmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman telefonunda saat 01:00 göstərir, tərtib olunmuş protokolda isə saat 22:00 yazılmışdır. 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən aparılmış, 19 yanvar 2023-cü il tarixdə gecə saat 01:00-da isə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi telefonlar özünə məxsusdur, telefonlar işlək vəziyyətdə olmuşdur, heç bir problemi olmamışdır. Yaşadığı evdə isə şəxsi axtarış saat 03-də aparılmışdır. Evində heç bir axtarış aparılmamış, sadəcə polislər özləri qoyduqları narkotik vasitələri götürmüşlər. Evində axtarış aparılması ilə bağlı videoçəkiliş 2 dəfə çəkilmişdir. Videoçəkilişdə göstərilən narkotik vasitələrin aşkar olunduğu çarpayıda heç kim yatmamış, çarpayının üzərində olan qırmızı rəngli yorğan döşək orada olmamışdır. Evini polis əməkdaşları özü polis şöbəsində saxlanılan zaman dağıtmışlar. Saxlanılan zaman şprisdə olan narkotik vasitə balkondan yerə düşmüşdür. Polislər onu evindən aparan zaman itələmişlər nəticədə qonşunun balkonuna düşmüşdür. Onu balkondan itələyən şəxsin kim olmasını bilməmiş, ancaq onu itələyən şəxs serjant olmuş, həmin polis əməkdaşı əlində olan şpirisi atan zaman onu tutmaq istəyəndə az qala yıxılmışdır, ancaq həmin vaxtı yıxılmamışdır, özünü tutmuşdur. Balkondan düşən zaman xəsarət almamış, bədəni üzərində aşkar olunmuş xəsarətləri polislər döyərək yetirmişlər. Evindən aşkar olunmuş tərəzini də polis əməkdaşları evinə qoymuşlar, onda heç bir tərəzi olmamışdır. 2023-cü ilin mart ayında onu Lənkəran ŞRPŞ-nin MSY-nə aparmışlar, heç bir sənədə imza çəkməmiş, etiraz əlaməti olaraq qulağını və qolunu kəsmişdir. Şahidlər Şahid1 və Şahid2 onu döyməmişlər, ancaq həmin şahidlər düzgün ifadə verməmişlər. Məhkəmə tibb eksperti Şərif Hüseynovu görmüş, ekspert onu müayinə edərək bədəni üzərində olan xəsarətlərə baxmamış, Şərif Hüseynova polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, ekspert heç bir reaksiya verməyərək ad və soyadını soruşmaqla kifayətlənmişdir. Bədəni üzərində xəsarətlər olsa da Şərif Hüseynov həmin xəsarətləri ekspert rəyində yazmamışdır. Tutulmamışdan qabaq qollarında özünü kəsməyə uyğun izlər olmamış, tutulandan sonra qollarını kəsmiş, Şərif Hüseynov onu müayinə edəndən sonra özü kəsmişdir. Saxlanılan zaman Şahid4 orada iştirak etməmişdir. Polis əməkdaşları onu tutanda balkonda olmuş, 5-ci mərtəbədən 4-cü mərtəbəyə, daha sonra 3-cü mərtəbə, ordan isə 2-ci mərtəbəyə düşmüş, sonra isə polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu yenidən yuxarı qaldırmışlar, həmin vaxtı Mübariz Kərimov və Ümid Əkbərli yuxarıda onun evində olmuşlar. Evdən onu, Mübariz Kərimov və Ümid Əkbərlini birlikdə aşağı düşürtmüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar olaraq əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq ŞRPŞ-yə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 6 büküm heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narkotik vasitə özünə məxsusdur, tanımadığı şəxsdən əldə etmişdir və həmin narkotik vasitələri yaşadığı ünvanda saxlamışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evindən 2 bağlama aşkar olunmuş, həmin bağlamaların içərində iki bağlama heroin, bir bağlamanın içində isə qurudulmuş marixuana aşkarlanmışdır. Hüseyn tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Hüseynin evindən əlavə olaraq elektron tərəzi aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Hüseyn Lənkəran şəhəri Z.Əliyeva küçəsində yaşadığı binanın yaxınlığında saxlanılmışdır. Hüseyni saxlayarkən tək olmuşdur. Hüseyni saxlayarkən hardan gəldiyini soruşmamışdır. Hüseyn narkotik satışı ilə məşğul olmuş, narkotik vasitələri satıb pul əldə edəcəkdir. Hüseyni tək saxlamışlar. Hüseynə qarşı psixi təzyiq və ya xəsarət törədən olmamışdır. Hüseyn barədə məlumat onlara bir gün qabaq daxil olmuşdur. Hüseyni axşam tərəfi, saat 21 radələrində yaşadığı binanın qarşısında saxlamışlar, Hüseyn bundan sonra evində də narkotik vasitə olduğunu bildirmiş, tədbirin davamı olaraq gecə Hüseynin evinə baxış keçirmişlər. Məlumat 10 gün qabaqda daxil ola bilər, əməliyyatı realizə etmək məsələsinə görə həmin vaxta təsadüf etmişdir. Hüseyni polis şöbəsinə gətirdikdən sonra «raport» yazaraq rəhbərliyə məruzə etmiş, bundan sonra şəxsi axtarış təhqiqatçı tərəfindən keçirilmiş, Hüseynin izahatı alınmış və qərarlar qəbul olunmuşdur. Hüseyni əvvəllər tanımamışlar. Əməliyyat müvəkkili kimi bir şəxsi saxlamamışdan qabaq şəxsiyyətini müəyyənləşdirib, həmin şəxslə bərabər məxvi hərəkətləri apardıqdan daha sonra saxlamışlar. Hüseynin xarici görkəmini müəyyən etdikdən sonra saxlamışlar. Hüseynin barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Əməliyyat axtarış işi daha sonra mənbə ilə bağlı açılmışdır. Hüseynin şəxsiyyətini məxvi olaraq «kimdənsə soruşmaqla» əldə etmişdir. Hüseyni yaşadıqları evində saxlamamışlar, belə bir hal baş verməmişdir. Hüseynin evinə zorla daxil olmamışlar, belə bir hal da müşahidə etməmişlər. Hüseynin yaşadığı evə daxil olmaqla bağlı ərizəni təhqiqatçı almışdır. Hüseynin hər hansı sms mətnləri və səs yazıları onda olmamışdır. Mübariz Kərimov və Ümid Əkbərlini tanımamış, həmin şəxslərin saxlanmasında iştirak etməmişdir. Həmin iki şəxsin Hüseynlə hər hansı bir əlaqəsinin olub-olmaması barədə məlumatı olmamışdır. Hüseyni saxlamaq üçün heç bir növ əməliyyat axtarış tədbiri tətbiq etməmişlər, Hüseyni gedib götürüb polis şöbəsinə gətirmişlər. Hüseyn barədə məlumat üzərində narkotik vasitə olması barədə olmuşdur. Məhkəmə tərəfindən əməliyyatın qanuniliyi yoxlanılmamışdır. Hüseyni saxlayarkən tək olmuşdur. Hüseyni saxladıqları yerdə üzərində şəxsi axtarış keçirməmişlər, Hüseynin üzərində polis şöbəsində şəxsi axtarış keçirilmişdir. X26 üzərində şəxsi axtarış saat 21 radələrində aparılmışdır. Şəxsi axtarış zamanı mobil telefonda saatın 01 olması ilə bağlı heç bir fikri olmamışdır. Şəxsi axtarış zamanı Hüseynin üzərindən 6 büküm heroin, mobil telefon və pul aşkarlanmışdır. Hüseynin evində isə iki sellofan, bir sellofanın içərisində iki bağlama heroin, digər sellofanda isə qurudulmuş marixuana aşkarlanmışdır. Çəkilən zaman heroinin təxminən çəkisi 4 kiloqram, marixuananın isə təxminən çəkisi 1 kiloqram olmuşdur. Hüseynin evində axtarış aparılmasında iştirak etmiş, videoçəklişlə və müdafiəçinin iştirakı ilə Hüseyn də iştirak etmişdir. Hüseyn özü qapını açmış, dəqiq yadında deyil ki, Hüseyn qapını nə ilə açmış, qapı örtülü olmuşdır. Qapının bağlı olub-olmaması yadında qalmamışdır. Həmçinin evin qapısının materialının nədən olduğunu xatırlamamış, Hüseyn binanın 5-ci mərtəbəsində qalmışdır. Əvvəllər qapını müşahidə etməmişlər, qapını kimin açdığını xatırlamamışdır. Videoçəkliş evin içindən başlamış, videoçəkilişin evin çölündən başlamamasının səbəbini bilməmişdir. Evdə axtarış aparılan zaman təhqiqatçı, müdafiəçi və bir də özü olmuş, orada digər polis əməkdaşları olmamışdır. Hüseyn özü narkotik vasitələrin divanın altında olduğunu bildirmişdir. Hüseynin telefonunun sınması ilə bağlı heç nə deyə bilməmişdir. Hüseynə qarşı zor tətbiq olunmamışdır. Hüseynin evində axtarış aparılan zaman Hüseyn qonşunun balkonuna düşməmişdir. Hüseyn balkondan aşağı düşməmişdir. Videoda olan əməkdaşlar Şahid3 və Şahid2dir. Evə birinci Şahid3 daxil olmuşdur. Hüseyni döyməmişdir. Telefonun saatında ola bilsin problem olmuşdur. Telefonun saatına həmin vaxtı baxmamış, təhqiqatçının telefona baxıb baxmadığını bilməmiş, telefonda problemin olub-olmadığını aydınlaşdırdığını bilməmişdir. Telefon baxışdan sonra qablaşdırılıb zərfə qoyulmamış, zərfə imza çəkməmişdir. Dindirilmiş Şahid2 Baləddin oğlu ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis Şöbəsində videoçəklişlə müdafiəçinin iştirakı ilə Hüseynin üzərinə baxış keçirilən zamanı, Hüseynin üzərindən 6 bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürlümüşdür. Həmin narkotik vasitələri haradan əldə etməsi ilə bağlı Hüseyn bildirmişdir ki, tanımadığı şəxsdən əldə etmiş, narkotik vasitənin bir hissəsini isə yaşadığı evdə saxlamışdır. Üzərində şəxsi axtarış aparıldıqdan sonra Hüseynin evinə baxış keçirilmiş, evə baxış zamanı narkotik vasitə heroin və marixuana aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Hüseyni saxlayarkən yanında kimsə olmamışdır. Axtarışdan başqa Hüseynin evində olmamışlar. Hüseyni 18 yanvar 2023-cü il tarixdə saxlamışlar. Əməliyyat məlumatı özünə daxil olmadığı üçün həmin əməliyyat məlumatının nə vaxt daxil olmasını bilməmişdir. Hüseyni küçədə saxlamışlar. Hüseyni əvvəllər görməmiş və tanımamışdır. Əməliyyat məlumatı Ruhidə daxil olmuş, Ruhid ona Hüseyn olduğunu göstərmişdir. Hüseynə qarşı heç bir zor tətbiq olunmamışdır. Hüseynin evinə həmin gün daxil olmuşlar, evdə axtarış aparılmasının saatı yadında deyildir. Hüseynin üzərində saat 21 radələrində şəxsi axtarış aparılmış, şəxsi axtarışdan sonra Hüseynin evində axtarış aprılmışdır. Hüseynin telefonunun saatında vaxtın, saat 01 göstərilməsi ilə bağlı məlumatı olmamışdır. Evə daxil olma ilə bağlı ərizəyə qol çəkməsi prosessual qaydadır, təhqiqatçının işidir, bu barədə heç bir məlumatı olmamışdır. Hüseyn tutulana qədər səs yazısı və sms mətnləri əlində olmamışdır. Vətəndaşların sorğusu ilə əməliyyat axtarış tədbiri keçirmişlər, məlumatlar məxfi olmuşdur. Hüseynin yaşadığı evə daxil olarkən qapını kimin açdığını xatırlamamışdır. Hüseyn özü könüllü olaraq evində narkotik vasitələrin harada olduğunu bildirmişdir. Hüseynin qonşunun balkonundan yıxılmağını və ya düşməsini eşitməmişdir. Mübariz Kərimov və Ümid Əkbərlini tanımamışlar, həmin şəxslərin yaşadığı ərazi ona təhkim olunmamışdır. Dindirilmiş şahid X24 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində daşıması, saxlaması, ümumiyyətlə qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə dəvət etmişlər, heç bir etiraz etmədən Hüseyn onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarışdan qabaq təhqiqatçı Hüseynə təklif etmişdir ki, üzərində qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet və yaxudda narkotik vasitə vardırsa təqdim etsin. Hüseyn özü cibindən 6 büküm heroini çıxarıb təqdim etmiş, Hüseynin üzərindən əlavə iki telefon, dəsmal, kibrit qutuları və pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı ərizəsi alınmış, Hüseynin heç bir etirazı olmamış, Hüseynin yaşadığı evə gedib baxış keçirmişlər. Hüseynin evindən iki bağlama aşkar olunmuş, Hüseyn özü ilkin ifadəsində bildirmişdir ki, həmin narkotik vasitələri iki həftə qabaq əldə etmişdir. Verilmiş suallara cavab olaraq şahid Faiq Baxşıyev bildirmişdir ki, Hüseyni 18 yanvar 2023-cü ildə küçədə saxlamışlar. Əməliyyat məlumatı özünə daxil olmadığı üçün, məlumatın nə vaxt daxil olduğunu bilməmişdir. Hüseyni saxlayan vaxtı Hüseyn tək olmuş, yanında heç kim olmamışdır. Hüseyni əvvəllər şəhər sakini kimi tanımışdır. Hüseynin qonşunun balkonuna düşməsini eşitməmişdir. Hüseynin yaşadığı otaq axtarış aparılan həmin otaq olduğu üçün, ora girmişlər. Hüseynin mobil telefonunda vaxtın saat 01:00 olmasını görməmişdir. Şəxsi axtarışda telefonun qablaşdırılıb-qablaşdırılmadığı yadında deyildir. Telefona baxış keçirilməmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Hüseynin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əvvəllərdə məlumatlar daxil olmuşdur. Həmin vaxtı Lənkəran rayonunun həmin məhələsində narkomanların həbs edilməsi ilə bağlı təmizlik işləri aparmışlar. Həmin şəxslərdən biri də Hüseyndir. Məlumat daxil olmuş polis əməkdaşları axşam tərəfi saat 17- 18 radələrində, bəlkədə saat 19 radələrində Hüseyni tutub polis şöbəsinə gətirmişlər. X26 üzərində şəxsi axtarış keçirilmiş, Hüseynin üzərindən narkotik vasitə aşkar edilərk götürülmüşdür. Söhbət zamanı Hüseyn bildirmişdir ki, evində də narkotik vasitə vardır. Hətta belə bir məlumatda olmuşdur ki, Hüseyn narkomanlara iynə vurur. Hüseynin evinə getmişlər, Hüseynin evindən heroin aşkarlanmış, səhv etmirsə Hüseynin evindən marixuana da aşkarlanmışdır. Hüseynin saxlanmasında iştirak etməmiş, Hüseynin evinə gedib baxıb qayıtmış, Hüseynin evindən narkotik vasitələri götürən məqamda orada olmuşdur. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Hüseynin evinə baxışda ondan başqa da polis əməkdaşları olmuşdur. Videogörüntüyə düşüb-düşmədiyini bilməmiş, kənardan baxıb qayıtmışdır. Hüseynin küçədə saxlanmasında iştirak etməmişdir. Hüseynin narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı mütəmadi olaraq məlumat daxil olmuşdur. Hüseynin yaşadığı evə 1 dəfə getmiş, həmin vaxtı axşam vaxtları saat 21-22 radələri olmuşdur. Hüseynin telefonunda saatın hansı səbəbdən 01:00 göstərməsi barədə heç bir söz deyə bilməmişdir. Onun öz telefonunun özündə bu dəqiqə gecə saat 3-ü göstərir. Hüseynin telefonunun saatı səhv göstərmişdir. Hüseynin evinin qapısı onlar tərəfindən qırılmamışdır. Hüseyngil İranla işləyən adamlardır, yəqin 4 kiloqram heroini iranlılardan əldə etmişdir. Hüseyn bəlkədə hər ay 5 kiloqram narkotik satmışdır. Hüseynin hər hansı bir əməliyyat orqanı ilə əməkdaşlıq etməsi ilə bağlı məlumatı olmamışdır. Hüseyni döyməmiş, Hüseynin döyülməli halı olmamışdır. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, xidməti ərazidə olarkən komandir onları polis şöbəsinə dəvət edərək adam aparacaqları həmin yeri mühafizə etmək lazım olduğunu demişdir. Onlar da səhv etmirsə 18-ci binanın qarşısına getmişlər, orada durmuşlar ki, Hüseyni gətirəndə digər şəxslər yaxınlaşmasın. Hüseynin saxlanılmasında və üzərində şəxsi axtarış aparılan zaman iştirak etməmişdir. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, polis əməkdaşları Hüseynin evinə daxil olanda təxminən saat 12 radələri olmuşdur. Hüseynin evinə daxil olmamış, binanın həyətində olmuş, evin içini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsindəki imza özünə məxsusdur. Dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Şahid7 ilə xidmətdə olduğu zaman təxminən saat 23 radələrində komandir onlara zəng edib tədbir var demiş, deyilən hadisə yerinə gedib asayişi qorumuşlar. Hüseynin saxlanmasında iştirak etməmişdir. Verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, Hüseynin nə vaxt, harada saxlanıldığını bilməmişdir. Hüseynin üzərindən və evindən nə aşkar olunduğunu bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsindəki imza özünə məxsusdur. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə əməliyyat qrupunda Ruhid, Faiq və özü təxminən saat 21-22 radələrində Lənkəran şəhəri Z.Əliyev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər, Hüseyn onlarla bir yerdə polis şöbəsinə getmişdir. Hüseyn barədə əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Polis şöbəsində təqhiqatçı və müdafiəçinin iştirakı ilə Hüseynin üzərində şəxsi axtarış aparılmış, Faiq videoçəkliş aparmış, Hüseynin üzərindən 6 büküm aşkarlanmışdır. Həmin bükümlərin içərisində hansı maddələr olmasını bilməmişdir. Daha sonra təhqiqatçı Hüseyndən narkotik vasitələri hardan əldə etdiyini soruşmuş, Hüseyn də narkotik vasitələri tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra Hüseynin evinə baxış keçirilmiş, yataq otağında Hüseyn özü iki sellofan bağlamanı göstərmiş, təhqiqatçı Hüseynin evinə baxış keçirilməsi üçün protokol yazmışdır. Hüseynin evindən həmçinin bir ədəd tərəzi çıxmışdır. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Hüseyni əvvəllər tanımamışdır. Hüseynin üzərində şəxsi axtarış aparılmasında və evinə baxışda iştirak etmişdir. Hüseynin tutulmağında da iştirak etmişdir. Hüseyni saxlayan zaman 3 nəfər, yəni özü, Faiq Baxşıyev və Şahid1 olmuşlar. Hüseyni Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlamışlar. Hüseyni 18 yanvar 2023-cü il tarixdə təxminən saat 21-22 radələrində saxlamışlar. Hüseynin evinə qapını qırıb içəri girməmişlər. Hüseyni saxlayan zaman Hüseyn tək olmuşdur. Hüseynə qarşı hədə-qorxu olunmamış, heç bir fiziki zor tətbiq olmamış və belə bir halın şahidi olmamışdır. Evə baxış keçirilən zaman evə daxil olmuş, kamera ilə videoçəkilişi özü çəkmişdir. Evin qapısının qırıq olub-olmamasına dəqiq baxmamışdır. Evə Hüseynlə bir yerdə qalxmış, həmin vaxt qapı açıq olmuş, əməliyyatçılar həmin vaxt bir-iki addım evin içərisində dayanmışlar. Evdə mülki adam görməmiş, orada kənar şəxsin olmasına fikir verməmiş, orada kənar şəxs olsa idi kameraya düşərdi. Binanın blokundan yuxarı Hüseynlə bir yerdə qalxmış, evə girəndə qapı açıq olmuş, sonra evin içərisinə daxil olmuşlar. Videoçəklişi evə girəndən sonra çəkməyə başlamış, blokdan çəkməmişdir. Qapının qırıq olmasını müşahidə etməmiş, qapıya diqqət etməmişdir. Evə daxil olan zaman polis əməkdaşları bir-iki addım ondan irəlidə olmuşlar. Ümid Əkbərli və Mübariz Kərimovu tanımamış, onların saxlanmasında iştirak etməmişdir. Videonu videoçəkilişdə görünən yerdən çəkməyə başlamışdır. Vəkil onlarla Hüseynin yanına gəlmişdir. Hüseyn həmin vaxt evdə narkotikin yerini göstərmişdir. Polis əməkdaşlarının döşəyin altına hansı səbəbdən baxmalarını bilməmişdir. Tərəzini hardan götürdüklərini tam xatırlamamış, tərəzini əvvəllər görməmişdir. Şəxsi axtarış zamanı videoçəklişi Faiq Baxşıyev çəkmiş, o çəkməmişdir. Şəxsi axtarışın saat neçədə aparıldığı yadında deyildir, həmin vaxtı axşam razvodu olmuşdur. Hüseynin telefonunda vaxtın saat 01:00 göstərməsi barədə heç nə deyə bilməmişdir. Hüseynin evinə baxışın saat neçədə keçirməyini xatırlamamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Lənkəran Rayonlararası MTE və PA zona mərkəzinin rəisi vəzifəsində işləyir. Demək olar ki, hər gün 10-15 nəfərə baxaraq müayinə edir, Təqsirləndirilən şəxs tam xatırlamamışdır. Tərəfindən verilmiş ekspert rəyində xəsarət yoxdur yazmışdırsa demək ki, Hüseynin xəsarəti olmamışdır. Hadisə zamanı yaranan, hadisədən sonra yaranan və hadisədən əvvəl yaranan xəsarətlər vardır. İnsanı müayinə edən zaman çapıq xəsarəti aşkar oluna bilər, hər bir xəsarət ona uyğun tarixə qeyd olunur. Müayinə edilən şəxsdə xəsarət aşkarlanırsa rəydə qeyd olunur, ancaq köhnə çapıq toxuması ekspert rəyində qeyd olunmur. Verilən suallara cavab olaraq şahid Şərif Hüseynov bildirmişdir ki, qançır, sıyrıq, sınıq və yara xəsarətləridir, həmin xəsarətlərin hadisə zamanı və hadisədən sonra yaranmasını qiymətləndirmək lazımdır. Hüseyni müayinə etdikdən sonra onun bədəni üzərində xəsarət yaranmasına cavabdeh deyildir. Hüseyn ona döyülməyi ilə bağlı heç nə deməmiş, Hüseyn döyülməsi ilə bağlı məlumat versə idi, Hüseyni müayinə edərdi. Təqsirləndirilən şəxsləri yanlarına gətirəndən sonra soyundurub bədənlərinə baxıb müayinə edirlər. Təqsirləndirilən şəxslər özü desə belə xəsarəti yoxdur yenə təqsirləndirilən şəxsləri müayinə etmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, üç nəfər qonşu Lənkəran ŞRPŞ-də izahat vermişlər, polisdə izahatlarını dəyişmişlər. Atası insult xəstəsidir. 18 yanvar 2023-cü il tarixdə səhər saat 11 radələrində hansısa evin qapısı bərkdən döyülmüş, özü yaşadığı evin qapısını açmış, döyülən qapının Hüseyngilin yaşadığı evin qapısı olduğunu görmüşdür. Hüseyngilin yaşadığı evin qapısı taxta qapıdır, qapının sındığını görmüş, təxminən 5-10 nəfər polis əməkdaşı qapını sındırıb evin içərisinə girmişdilər. Ürəyi dözməyərək Hüseynin bacısı Zərifəyə zəng vurmuş, Zərifə telefona cavab verməmiş, daha sonra Zərifənin ərinə zəng etdib Hüseyni deyəsən evin içərisində polis əməkdaşlarının döydüklərini, onlara gəlmələrini demiş, bir az sonra Zərifə gələrək özünü yetirmişdir. Zərifə polis əməkdaşlarına demişdir ki, tutursuz tutun, amma döyməyin, Hüseyn xəstədir. O da Zərifə ilə Hüseynin yaşadığı evə çıxmış, polis əməkdaşlarının əlində telefon olduğunu görmüşlər, polis əməkdaşları yaxın gəlsələr onları da çəkərək televizora verəcəklərini demişlər. Zərifəyə gəl heç olmasa qapıda otur yoxsa səni də videoya çəkərlər demişdir. Zərifə getməyəcəyini, gedərsə qardaşını döyərlər demişdir. Həmin vaxtı Hüseyn 5-ci mərtəbədən aşağı düşmüşdür. Zərifə gəlməmişdən əvvəl yaşadığı evin qapısını elə döymüşlər ki, hətta atası nə səs olduğunu demiş, o da qapını açdıqda iki polis əməkdaşı ayaqqabı ilə evin içərisinə daxil olmuşlar, dayan hansı səbəbdən evinə daxil olduqlarını demiş, polis əməkdaşları 3-cü mərtəbədən aşağı düşməli olduqlarını demişlər. Polis əməkdaşlarına evdə xəstəsi olduğunu, qapını möhkəm döydükləri və evinə icazəsiz daxil olduqları üçün cinayət daşıdıqlarını bildirmiş, polis əməkdaşlarını evinə buraxmadığı üçün polis əməkdaşları çıxıb getmişlər. Zərifə təxminən saat 11 radələrindən sonra haradasa saat 13-ə qədər onun yaşadığı evin qapısında qalmışdır. Hətta 70 yaşlı qonşusu Ofelya da izahat vermiş, onların izahatlarını dəyişmişlər, həmin qonşunun evində izahat vermişlər, o da orada olmuşdur. İzahatı o, Ofelya və Xanım yazmışlar, polis əməkdaşları onlara demişlər, onlar da izahatları yazmışlar. İzahatları oxumamışlar. Hüseynin evinə gələn iki nəfər oğlanı görmüş, həmin oğlanlardan biri arıq oğlan, digəri isə bir az sarışın təhər oğlan olmuşdur. Polis əməkdaşları Hüseynin evindən aşağı birinci arıq oğlanı, daha sonra isə sarı oğlanı düşürtmüşlər, axırda isə Hüseyni aşağı düşürtmüşlər. Zərifə ağlamışdır ki, Hüseyni döyməyin. Evində xəstəsi olduğu üçün, gecələr durub xəstənin qayğısına qalmışdır. Görmüşdür ki, səs gəlir növbəni dəyişmişlər, iki polis əməkdaşı getmiş, daha sonra iki polis əməkdaşı gəlmişdir. Gecə saat 1-də Zərifə evinə çıxıb getmişdir. Gecə saat 2 radələrində isə Hüseyni evinə gətirmişlər, polis əməkdaşlarının onun yaşadığı evə səsləri gəlmişdir. Verilən suallara cavab olaraq şahid Kəmalə Alışova bildirmişdir ki, Hüseynin evinə əvvəl 4 polis əməkdaşı gəlmiş, sonra bəlkə də 10 nəfərdən çox polis əməkdaşı gəlmişdir. Evində olan zaman səs gəlmiş, bloka çıxıb baxanda görümüşdür ki, Hüseynin qapısı polis əməkdaşları tərəfindən sındırılır. 1-ci dəfə polis əməkdaşları Hüseynin evinə girəndə səhər təxminən saat 11 radələri olmuş, polis əməkdaşları 2-ci dəfə Hüseynin yaşadığı evə gələn zaman gecə saat 1 və ya 1:30 radələri olmuşdur. Hüseyn həmişə onlardan borca pul almış, sonra gəlib borcunu qaytarmışdır. 37 ildir ki, həmin ünvanda yaşayır, Hüseyngil onlardan əvvəl həmin binada yaşayır, həmin ev Hüseyngilin öz evləridir. Hüseyn atası və anası ilə həmin evdə yaşamışdır. Polislər evə gələndə Hüseynin anası bacısıgildə olmuşdur. Hüseyngilə gəlib gedənlərdən həmişə iki nəfəri görmüşdür. Polis əməkdaşları gəlib qapını döymüşlər, ona demişlər ki, tullansınlar 2-ci mərtəbəyə, bəlkə də Hüseyn orada gizlənmiş və ya həyətə tullanmışdır. Binanın 3-cü mərtəbəsində yaşayır, yaşadıqları evin qapısı sağ qapıdır. Blokda iki qapıdır, Hüseyn 5-ci mərtəbədə yaşamışdır. Hüseynin qapısını döymüşlər, Hüseyn qapını açmadığından polis əməkdaşları qapısını vurub sındırmışlar, həmin şəxslər eşitmişlər. Qapını açmış, 3-cü mərtəbədə heç kimin olmadığını görmüş, ayaqqabısını geyinmiş 4-cü mərtəbəyə qalxanda görmüşdür ki, Hüseyngilin qapısı sınıb, orada isə 5-6 nəfər polis əməkdaşı olmuşdur. 5-ci mərtəbədə bir dəmir qapı var, bir də taxta qapı vardır. 5-ci mərtəbəyə qalxmış, qapının ağzında 4-5 nəfər polis əməkdaşı olmuş, polis əməkdaşları qapını təpiklə vurmuşlar. Qapıda kurçok var idi, həmin kurçok qırılmışdır. Qapı özü qırılıb yerə düşməmişdir. Polis əməkdaşlarının qapını vurduqlarını görüb, tez aşağı düşərək, Hüseynin bacısı Zərifəyə zəng etmişdir. Hüseynin bacısının əri onun ərinin qohumudur, Hüseynin bacısının ərinin telefon nömrəsin bilmişdir. Zərifə 10 dəqiqə keçmədi ki, taksi ilə gəlmiş, Zərifə gələndə hələ Hüseyni aparmamışlar, Zərifənin gözünün qabağında Hüseyngili bir-bir aşağı salmışlar. Zərifə tək olmuş, o da Zərifə ilə yuxarı çıxmış, polis əməkdaşları onları içəri buraxmamışlar, polis əməkdaşları onlara aşağı düşmələrini tələb etmişlər. Daha sonra Zərifə ilə onların qapısının ağzına düşmüşlər. Qapını sındıran zaman Hüseyn aşağı düşmüşdür. Hüseyn 5-ci mərtəbədən aşağı düşüb, bilməmişdir ki, Hüseyn aşağı necə düşmüşdür. 2-ci dəfə polis əməkdaşları gələndə oyaq olmuş, yatmamış, təxminən saat 1-2 radələri olmuşdur. Səs gəldiyini eşidib balkona çıxıb görmüşdür polislər gəlirlər, polis əməkdaşları həyətdə danışmışlar, iki polis gəlmiş, həyətdə qalan iki polis əməkdaşı isə çıxıb getmişdir. Polis əməkdaşlarının Hüseyni 5-ci mərtəbədən düşürtməklərini görmüşdür. Əvvəl iki nəfəri aşağı düşürtmüşlər, 3-cü isə Hüseyni aşağı düşürtmüşlər. Hüseyni tutub gətirmişlər, daha Hüseyni hardan necə tutmaqlarını görməmiş və bilməmişdir. 2-ci dəfə polislər gələndə Zərifə orada olmamışdır. Gecə qapını açıb baxmamış, kimlər gəldiyini, o cümlədən Hüseyni görməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahid Kəmalə Alışova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/18, mənzil 30-da yaşamışdır. Heç bir yerdə işləməmişdir, evdar qadındır. Binanın 3-cü mərtəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs onunla bir binada, bir blokda və 5-ci mərtəbədə yaşamışdır. Hüseynin atası vəfat etmiş, anası Fatma da son zamanlar vəfat etmişdir. Hüseynin bacısı Zərifə Lənkəran rayonu, Digah kəndində yaşayır. Zərifə arada gəlib qardaşına baş çəkmişdir. Hüseyn özü narkoman olsa da qonşularla mehriban olmuş və hər zaman hörmətlərini saxlamışdır. Hüseynin narktik vasitələr satmasını görməmişdir. Hüseyn özü kasıb oğlandır. Təxminən 2023-cü ilin yanvar ayının ortalarında bir gün eşitmişdir ki, guya polislər gəlib Hüseyni aparmışlar. Bunu görməmişdir. Bunu ona demişlər. Hər gün evdə olmuşdur. Ona görə də bunu görməmişdir. Zərifənin onunla münasibəti normaldır və bir yerdə böyümüşlər. Qonşuluqda normal olmuşlar. Həmin gün Zərifəyə zəng etsə də onunla bu barədə danışmamışdır. Həmişə Zərifə ilə telefonla danışmışdır. Həmin gün də çox guman ki, Zərifəyə zəng edib onunla hal-əhval tutmuşdur. İfadəsi elan olunduqdan sonra şahid Kəmalə Alışova verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşına elan olunmuş ifadəni verməmişdir. Ofelya ilə bir yerdə izahat vermişlər, 4-cü mərtəbədə bir yerdə izahat vermişlər. Hüseynlə bağlı Lənkəran ŞRPŞ-yə getməmiş və polis şöbəsində ifadə verməmişdir. Polis əməkdaşları qapını döyəndə evdə qardaşı qızı, qardaşı oğlu olmuş, əri evdə olmamış, əri Bakı şəhərində işləmişdir. 4-cü mərtəbədə yaşayan Ofelya da səs-küyə çıxmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə hadisə olmuşdur. Hüseyn, Mübariz və o, Hüseynin evində tutulmuşlar, polis əməkdaşları qapını sındırıb evə girmişlər. Evdə üçündən başqa heç kim olmamışdır. Lənkəran şəhəri ərazisində yerləşən «Gənclik» çayxanasında oturmuşlar, narkotik vasitə istifadə etmək üçün adama 10 manat qoyub narkotik vasitə almışlar, sonra narkotik vasitə istifadə etmək üçün Hüseynin evinə çıxıb getmişlər. Polis əməkdaşları təxminən saat 11 radələrindən sonra qapını sındırıb evə girmişlər, narkotik vasitədən heç istifadə edə bilməmişlər, narkotik vasitələr stolun üstündə qalmışdır. Evi və üzərlərini axtarmışlar, evdən və üzərlərindən heç bir narkotik vasitə və tərəzi çıxmamışdır. Stolun üzərində yalnız onları istifadə edəcəkləri şprisin içərisində olan narkotik vasitə çıxmışdır. Evi nə qədər axtarsalar da heç bir narkotik vasitə çıxmamış, buna baxmayaraq 2-3 nəfər polis əməkdaşı evdə qalmışdır. Onları Lənkəran ŞRPŞ-yə məcburi aparmışlar, ona və Hüseynə bir yerdə polis əməkdaşları tərəfindən işgəncə vermişlər. Onlara təzyiqlər olunmuş, axşam saat 11 radələrində ona elektron tərəzini və 4 bükümü boynuna götürməsi təklif olunmuşdur. Polis əməkdaşları onları döydükdən sonra ayrı-ayrı otaqlarda saxlamışlar, bir-birlərindən xəbərləri olmamışdır. Polis əməkdaşları ona ya evinə 2 kiloqram narkotik vasitə qoyulacağını ya da həmin bükümlərlə razılaşmağını bildirmişlər. Sonradan bilmişdir ki, Mübarizə eyni şeyi demişlər, Hüseyndən xəbəri olmamışdır. Evində xəstə olduğundan polis əməkdaşları tərəfindən evindən 2 kloqram narkotik vasitə çıxarılmasını istəmədiyindən polis əməkdaşları ilə razılaşmışdır. Sonrada Hüseyn onlara bildirmişdir ki, polis əməkdaşları evindən 5-kiloqram narkotik vasitə çıxarmışlar, polis əməkdaşları özləri aparıb öz əlləri ilə narkotik vasitə qoymuşlar. Onlar Hüseynin evində olan zaman evdən heç nə çıxmamış, polis əməkdaşları onların yanında 2 saat evi axtarmışlar, ancaq qanunsuz heçnə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq şahid Ümid Əkbərli bildirmişdir ki, şprisin içində olan narkotik vasitə heroin olmuşdur. Həmin narkotik stolun üstündə qalmış, istifadə edə bilməmişlər, onları polis şöbəsinə aparmışlar. Şpris Hüseynin əlində olmuş, Hüseyn şpirisi balkondan atmaq istəmiş, polis əməkdaşları gəlib ona əl atmışlar, Hüseynin ayağı sürüşmüş, Hüseyn az qala yıxılmış, ancaq özünü güclə saxlamışdır. Hüseyn 5-ci mərtəbədən 4-cü mərtəbəyə, 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşmüş, polis əməkdaşları Hüseyni tutaraq yenidən evə gətirmişlər. Mübariz həm spid xəstəsidir, həm də ağ ciyərində xəstəlik var, buna görə polis əməkdaşları Mübarizə çox təzyiq göstərməmişlər, ən çox təzyiq onunla Hüseynə olmuş, bunu qonşular da görmüşlər. Polis əməkdaşları Hüseynin evinə birinci dəfə daxil olan zaman bəlkədə 10 nəfərdən çox olmuşlar. Polis əməkdaşları qapını sındırıb evə girmişlər, polis əməkdaşları qapını döyməmişlər. İstifadə edəcəkləri narkotik vasitəni şprisə çəkmişlər, ayrı-ayrı şprislərdə istifadə edəcəklərmiş, orada 3 ədəd şpris olmuşdur. Narkotik vasitə 1 şprisin içində olmuş, narkotik vasitəni bölmək istəyən zaman polis əməkdaşları evə daxil olmuşlar. Hüseynin qol saatı olmamışdır. Hüseyngildə olanda telefonunun üzərində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Lənkəran Rayon Məhkəməsindən Lənkəran rayon prokurorluğuna ünvanlanmış 25 may 2023-cü il tarixli məktubda onun adına göstərilmiş Hüseynin üzərindən 6 büküm aşkar olunmasını görməsini təsdiq etməmiş, Hüseynin üzərində hər hansı növ narkotik vasitə olmamış, otaqda yalnız şprisin içində narkotik vasitə heroin olmuş, həmin narkotik stolun üstündə qalmış, istifadə edə bilməmişlər, onları polis şöbəsinə aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Hüseyn, Ümid və o, saat 10 radələrində görüşmüşlər, üçü bir yerdə çayxanada oturmuşlar. Hüseynə pul vermişlər, Hüseyn gedib narkotik vasitə alıb gəlmişdir. Narkotik vasitəni istifadə etmək üçün Hüseyngilin yaşadığı evə getmişlər, narkotik vasitəni bişirmişlər, narkotiki vasitəni şprisə çəkmişdir ki, polislər evə girərək onları tutmuşlar. Onların birlikdə aldıqları narkotik vasitənin çəkisi 0.03 qram olmuşdur. Verilən suallara cavab olaraq şahid Mübariz Kərimov ifadəsində bildirmişdir ki, Hüseyn ona narkotik vasitə satmamış, Hüseyn narkotik satsa idi bilərdi, Hüseyni yaxından tanımışdır. Pul qoyub gedib narkotik vasitə alıb istifadə etmişlər, elə vaxt olub ki, onun yaşadığı evdə narkotik vasitə istifadə etmişlər. Həmin gün Hüseyngilə təzə qalxmışlar, narkotiki bişirmişlər, şprisə çəkmişlər, narkotiki bölmək istəyən zaman evin qapısı zərblə vurulmuş, təpiklə qapını kimsə vurmuşdur. Qapını 3-4 dəfə təpiklə vurandan sonra qapı sınmış, polis əməkdaşları mənzilə daxil olmuşlar. Evin qapısı köhnə taxta qapıdır. Hüseyn əlində olan narkotik vasitəni itirmək üçün balkona tullanmış, narkotik vasitə Hüseynin əlindən düşmüş, polis əməkdaşları narkotik vasitəni götürüb stolun üstünə qoymuşlar. Hüseyn də tullanaraq 2-ci mərtəbəyə düşmüş, polis əməkdaşları binanı mühasirəyə almışlar. Polislər evi axtarmışlar, heç bir növ narkotik vasitə aşkar olunmamışdır. Evdə 3-4 telefon olmuş, onun, Hüseynin və Ümidin evdə telefonları olmuşdur. Onun telefonu orda qalmış, Hüseynin və Ümidin telefonunu polis əməkdaşları polis şöbəsinə aparmışlar. Onları polis şöbəsinə aparandan sonra hədə-qorxu gəlmişlər. Özü dəfələrlə həbsdə yatmış, həmişə oğurluqla tutulmuşdur. Polis əməkdaşlarına spid xəstəsi olduğunu demiş, narkotik vasitələrdən istifadə etmiş, polis əməkdaşları onu döydüklərinə görə ciyərinə ləkə düşmüş, qara ciyəri şişmiş, 2 dəfə «tubzonda» olmuşdur. Polis əməkdaşları ona demişlər ki, evinə narkotik vasitə qoyacağıq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə get, polis əməkdaşlarından hansı səbəbə görə həmin maddə ilə qeydiyyata alındığını soruşmuş, polis əməkdaşları ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunanda həbsdən tez çıxdığını bildirmişlər. Tərəzini Səbuhi, Əlvan gətirib çəklişdə qoymuşlar, hədə-qorxu gəlmişlər ki, bunu eləməlisiniz. Həmin vaxtı üçü də ağrıda olmuşlar. Vəkil məhkəmədə tərəzinin onun olmadığını demişdir. Həmin vaxt müdafiəçinin kim olduğunu bilməmişdir. Ümidlə onu MSY-nə salmışlar, Hüseyndən xəbərsiz olmuşlar, gecə saat 1-ə işləmiş Hüseyn MSY-nə gətirilmişdir. Hüseyn ona, yaşadığı evə aparıb divanın altında 5 kiloqram narkotik vasitə qoyduqlarını demişdir. Hüseynə demişdir ki, bizim 5 kiloqram narkotik vasitəmiz olsa idi, burda nə edirdik. Məhkəmədə sanksiyada da bu sözləri demişdir. Kiməsə narkotik satmışlarsa, Lənkəranda bir nəfər gəlib desin ki, Mübarizdən balaca çet almışdır. Belə bir şey heç vaxt olmamışdır. Polislər evə girənə kimi ev səliqəli şəkildə olmuşdur. Evi axtarmışlar, lakin evdən heç nə tapa bilməmişlər. Hüseynin telefonu sınmamış, normal vəziyyətdə olmuşdur. Hüseynin telefonunda saata baxmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, polis şöbəsində bir neçə dəfə ifadə vermiş, Daxili İşlər Nazirliyinin «102» xidmətinə də zənglər edib şikayətlər etmişdir. Polis şöbəsindən onu çağırmışlar, polis şöbəsində «102» xidmətinin nümayəndəsi kağızı özü yazmış, ifadəni görməmiş, ifadənin aşağı hissəsində dediklərini yazmış, bir neçə dəfə kağızı dəyişdirmişlər çünkü düz yazılmamışdır. Yazmışlar kı, guya Şahid5 evə girməmişdir. İzahatı oxuyandan sonra düz yazılmadığını demiş, belə izahat yazmadığını demiş, sonra isə kağızı dəyişmişlər. Demişlər ki, ola bilər düz yazmamışdır. Ruhidə 3-dəfə izahatını dəyişdirtmişdir. Müstəntiq Asəfə gördükləri barədə ifadə vermişdir. Belə ki, 18 yanvar 2023-cü il tarixdə səhər təxminən saat 11 radələrində ərinə zəng edib polis əməkdaşlarının Hüseyni tutduqlarını, evin qapınısı qırdıqlarını, polis əməkdaşlarının evin içərisinə girdiklərini demişlər. Hüseyn demişdir ki, Zərifəyə deyin gəlsin. Evdə xəstə anasını qoyub özü taksi ilə çıxıb getmişdir. Gəlib bloka çatmış, blokda həyəcandan taqəti olmamışdır. Binanın həyətində polis əməkdaşları olmuşlar. Gəldikdən sonra evə qalxmış, yuxarı qalxanda görmüşdür ki, polislər var, evin içərisinə girməyə cəhd etmiş, polis əməkdaşları onu evin içinə qoymamışlar, polis əməkdaşları onu itələdiklərindən dala qayıtmışdır. Qapının ağzında bir az gözləmiş, özünə gələndən sonra qapının ağzında heç kimin olmadığını görmüş, içəri girib baxanda evi dağıtdıqlarını, paltarları tökdüklərini, digər otağa baxanda isə otaqda stolun üstündə nələrisə belə tökdüklərini, Şahid5 evdə gördüyünü bildirmişdir. Şahid5 onun qapıdan baxdığını görüb, onu çölə çıxardıb, çıx get burdan burda bizim işimizə mane olursan demişdir. Şahid5 yalvarmışdır ki, xahiş edirəm Hüseyni döyməyin xəstədir, 2-ci qrup əlildir, bir tərəfi işləmir. Otağın içərisindən Hüseynin xırıltı səsini eşitmiş, Hüseyni qorxma deyə çağırmışdır. Düşüb qonşunun qapısının ağzında pilləkəndə oturub gözləmış, təxminən saat 1 olardı ki, 1-ci Mübarizi əlində qandalla aşağı düşürmüşlər. 2-ci isə Ümidi əlində qandalla aşağı düşürmüşlər, 3-cü isə Hüseyni əlində qandalla aşağı düşürüb aparmışlar. Həmin vaxtı hadisələri telefonu ilə çəkmək və ya Daxili İşlər Nazirliyinin «102» zəng xidməti mərkəzinə zəng etmək yadına düşməmişdir. Həmin gün axşam saat 9-a qədər pilləkəndə oturmuş, polislər aşağı yuxarı çıxanda onu görmüşlər. Bir neçə dəfə polis şöbəsində olmuş, görən polislər «xanım bizim nə günahımız var, biz səhərə kimi sizdə soyuqdan donmuşuq» demişlər. Müstəntiq bir neçə dəfə onu polis şöbəsinə çağırmış, ifadə vermiş, sonra Şahid5 yanına gedib yalvar yaxar edib «siz bilirsiz ki, o evdə narkotik olmayıb, niyə o qədər onun üzərinə narkotik qoyursunuz, düzdü o, narkomandır xəstədir» demişdir. Hətta Şahid5 «öz qeyrətimə namusuma and içirəm dedim ki, qardaşımda narkotik olmayıb» demiş Şahid5 gülmüş və demişdir ki, Hüseyn 20 ildir narkomandır, həmin illəri hesablayıb evə 5 kiloqram narkotik vasitə qoymuşdur. Həmçinin Şahid5 ona «nə edirsən narkomanı, get otur öz evində» demişdir. Verilən suallara cavab olaraq şahid Zərifə Mirzəhəsənova bildirmişdir ki, təqdim olunan fotoda olan özüdür, həmin qapıda evlərinin qapısıdır, qapı düzəlməyib adi taxta vurmuşlar ki, qapı bağlansın. Hüseyn saxlanıldıqdan 12 gün sonra anası ölmüş, həmin vaxtı qapıya taxta vurmuşlar. Polis əməkdaşları tərəfindən qapıları qırılan vaxt orada olmamışdır. Evə gəlib çatan zaman polis əməkdaşları artıq evin içində olmuşlar. Ona zəng edən qonşuları Kəmalə olmuşdur, Kəmalə onunla danışmayıb, yoldaşıyla telefonda danışmışdır. Kəmalə 1-ci dəfə zəng edərək polislər evə girib Hüseyni saxlayıb döyürlər, Zərifə gəlsin, 2-ci dəfə yığında isə nə oldu axı Hüseyni içəridə öldürdülər demişdir. Evdən 15 dəqiqəyə Hüseynin yaşadığı evə gəlmişdir, çatanda polislər artıq evin içərisində olmuşlar. Həmçinin binanın ətrafında çoxlu sayda polis əməkdaşları olmuşlar. Evin içinə baxanda 2 nəfəri bir otaqda, 2 nəfəri digər otaqda, 2-3 nəfər də Hüseyn tutulan otaqda olmuşdur. Evin içində qapının ağzında 1-2 dəqiqə qalmış, həmin vaxt Şahid5 gəlib «sən bizim işimizə mane olursan» demiş, sonra isə Əlvan gəlib «indi səni çəkib qoyaram internetə» demişdir. Evə girmək istəyəndə Hüseyni görməmiş, ancaq Hüseynin səsini eşitmişdir. Polis əməkdaşlarının Hüseyni döyməklərin görməmiş, qardaşının xırıltılı səsin eşitmişdir. Hüseyni görəndə əllərində qan görməmiş, ancaq qonşular Hüseynin əlində qan olduğunu demişlər. Hüseyni aparanda üzündə qan damçıları olduğunu görmüşdür. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Hüseynlə qonşudur, təxminən saat 11 radələri olardı balkonda paltar sərən zaman balkonlarının uçulduğunu görmüş, çölə qaçmaq istəyən zaman Hüseynin 5-ci mərtəbədən 4-cü mərtəbəyə gəldiyini görmüş, paltarı iplərində qırılmışdır. Hüseyn 5-ci mərtəbədən 4-cü mərtəbəyə, 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşmüş, 3-cü mərtəbədən 2-ci mərtəbəyə düşdü, istəyirdi 2-ci mərtəbədən düşüb qaçsın. 3 nəfər polis əməkdaşı həyətdə qalmış, bir nəfər polis əməkdaşı balkonda qalmış, səhv etmirsə bir sarışın oğlan da əlləri bağlı balkondan həyətə baxmışdır. Hüseynə qonşu gəlin xəstədir, sən oğurluğa girirsən demiş, sonra Hüseynin qollarının qanın içərisində olduğunu görmüşdür. Hüseyn yuxarıda polis əməkdaşları aşağıda onunla bir 10 dəqiqəyə kimi danışmışlar nə danışdıqlarını xatırlamamış, polis əməkdaşları sonra keçmişlər o biri balkona, Hüseyni çiyinlərinə qoyub aparmışlar. Hüseynin səsi gəlmişdir. Hüseyngil 3 nəfər olmuş, biri qara oğlan, o biri sarı oğlan, bir də Hüseyn olmuşdur. Daha sonra qızına zəng etmişdir ki, zəng vurun Zərifə gəlsin. Polislərdən biri talış dilində «heççi beneşe», yəni heç nə çıxmadı demişdir. Hüseyni döyə-döyə yuxarı çıxarmışlar. Günorta saat 13-də çörək almağa gedən zaman polis əməkdaşları Hüseyngilin qolların bağlayıb avtomobilə salıb aparmışlar. Hüseyngil 3 nəfər olmuşlar, yəni Hüseyni, bir sarı oğlan, birdə qara oğlanı aparmışlar. Həmin gün axşam təxminən saat 19 radələrində qızıgilə getmişdir. Gecə saat 1-də qızının evindən gələndə polis avtomobillərinin həyətdə olduğunu görmüşdür. Evə girdikdə Hüseynin yaşadığı evdən şkafların səsi gəlmiş, şkafları axtarmışlar, takkıltı səsləri onun yaşadığı evə də gəlmişdir. Verilən suallara cavab olaraq şahid Nazimə Qənbərova bildirmişdir ki, polis əməkdaşları tərəfindən Hüseynin döyülməyin görməmiş, ancaq Hüseyni evin içində döymələrinin səsini eşitmişdir. Hüseyn balkondan düşəndə Hüseynin qollarından qan axmışdır. Polis əməkdaşları gələndən sonra evə girmişdir. Həmin vaxtı saat 11 radələri olardı. Müdafiəçi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 143.3-cü maddəsinə əsasən alınmış X4 yazılı şəkildə verdiyi izahatı və həmin izahatının videoçəklişi məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ofelya Cəbrayılova bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, şəkər, təzyiq və ürək xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Təqsirləndirilən şəxs binanın 5-ci mərtəbəsində, özü isə 4-cü mərtəbədə yaşamışdır. Xatırlamadığı tarixdə günorta saat 12 radələrində mülki geyimdə olan polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs qapısını bir neçə dəfə döymüşlər. Qapının açılmadığını gördükdə, zor tətbiq edib qapını sındırmaqla Hüseynin evinə daxil olmuşlar. Bunu evinin qapısının önündən müşahidə etmişdir. Daha sonra polis əməkdaşları ona içəri keç deyə bildirmişlər. O da evinə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs balkondan aşağı düşdüyünü görmüşdür. Hüseynin əlində xəsarət izləri olmuşdur. Demişdir ki, «ax Hüseyn sən nə gündəsən belə». Bu vaxt Hüseynin əynində mayka olmuşdur. Hüseynin narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmasını heç vaxt eşitməmişdir. Qonşularla münasibəti hər zaman normal olmuşdur. Təqsirləndirilən şəxs balkondan yıxılandan sonra bacısı Zərifəyə zəng etməyini ondan xahiş etmişdir. O da qonşuları Kəmalədən Hüseynin bacısı Zərifəyə zəng etməsini xahiş etmişdir. Həmin vaxt 2 nəfər polis əməkdaşı ayaqqabı ilə qanunsuz olaraq onun evinə daxil olmuşdur. Bundan sonra təzyiqi qalxmışdır. Polislər Təqsirləndirilən şəxs binanın 2-ci mərtəbəsinə düşdüyünü mənzilinin balkonundan görmüşlər. Polislərdən biri «atdı, özünü atdı» deyib qışqırmışdır. Aşağıdakı iki polis əməkdaşı Hüseynə «düş. düş. sənə heç nə etmərik» demişdir. Hüseyn isə «mən bilirəm heç nə etməmişəm, amma məni aparacaqsız» demişdir. Bundan sonra polis əməkdaşları bir-birlərinin çiyninə çıxıb balkondan içəri daxil olmaqla Təqsirləndirilən şəxs tutmuşlar. Hüseynin əlini burub yaşadığı evə, yəni binanın 5-ci mərtəbəsinə çıxarmışlar. Hüseyni tutduqları evin sahibi həmin vaxt evində deyildir. Ümumilikdə 4 nəfər polis əməkdaşını görmüşdür. Polis əməkdaşlarının Hüseyni döyməsini görməmişdir. Polis əməkdaşları evə bir dəfə deyil, iki dəfə daxil olmuşlar. Polis əməkdaşları demişlər ki, «bir də gəlib çəkiliş aparacağıq» demişlər. Hüseynin tutulduğu gün gecə vaxtı polislər təkrar Hüseynin evinə daxil olmuşlar. Evi gəzmişlər və evə heç kimi buraxmamışlar. Həmin vaxtı polislərin əlində tərəzi də görmüşdür. Polis əməkdaşlarının evə daxil olma vaxtını dəqiq deyə bilməmiş, lakin hamının yatdığı saatlar olmuşdur. Yuxarıdan səslər gəlmişdir. Hüseyn imkansız adam olmuşdur. Hüseyn tez-tez həm ondan, həm qonşuları Kəmalədən, həm də anasından borc pul almışdır. Dəfələrlə 5 manata qədər borc almışdır. Amma pensiyasını alandan sonra Hüseyn borcunu qaytarmışdır. Hüseyn dəqiq oğlan olmuşdur. Hüseyn belə imkansız vəziyyətdə 5 kq narkotiki necə əldə edə bilərdi, bunu başa düşə bilməmişdir. Hüseyn qonşularına və ətrafdakılara qarşı həmişə hörmətlə davranmışdır. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v.4-5) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 16) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sol yan cibindən altı bükümdə 1,70 qram narkotik vasitə heroini çıxarıb təqdim etmiş, həmin narkotik vasitənin özünə məxsus olduğunu, bir həftə əvvəl tanımadığı şəxsdən aldığını, narkotik vasitənin müəyyən hissəsini də yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsindəki mənzildə saxladığını göstərmişdir.(i.v. 33-35) -«baxış keçirilməsi və əşyanın götürülməsi haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin yataq otağında divanın altında gizlətdiyi iki ədəd sellofan torbanı təqdim etmiş, həmin torbaların birində iki ədəd bükülülərdə 4245 qram narkotik vasitə heroin, bir ədəd sellofan torbada bir bükülüdə 1185 qram qurudulmuş marixuana və stolun üzərində bir ədəd elektron tərəzi aşkar olunmuş, o narkotik vasitələrin özünə məxsus olduğunu, elektron tərəzi ilə də narkotik vasitələrin satışını həyata keçirdiyini göstərmişdir.(i.v. 37-39) -«məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası»nın 19 yanvar 2023-cü il tarixli, 19/81 №-li rəyində göstərilmişdir ki; tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdəki 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 0,258 qr; -0,231 qr; -0,343 qr; -0,138 qr; -0,171 qr; -0,160 qram: ümumi təmiz çəkisi: - 1,301 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkar olunan 1 ədəd bağlamadakı, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2100,0 qr; -1980,0 qram: ümumi təmiz çəkisi: -4080,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkar olunan bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -1160,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkarlanan 1 ədəd bağlamadakı, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş ümumi sayı 8 büküm, ümumi təmiz çəkisi: -4081,301 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v. 51-55) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v. 61-62) -Lənkəran Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il traixli, 4(049)-30/2023 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır.(i.v.76-80) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 19 yanvar 2023-cü il tarixli, 58 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur.(i.v.81) -«məhkəmə-tibbi ekspertizası»nın 19 yanvar 2023-cü il tarixli, 49 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, «ilkin məlumat: müayinə olunanın deməsinə görə 18 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində polis əməkdaşları şübhəli şəxs qismində onu tutaraq polis şöbəsinə gətirmişlər. Tibb müəssəsinə müraciət etməmişdir. Şikayəti yoxdur».(i.v.82-83) -«əşyalara baxış keçirilməsi haqqında» 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonlara baxış keçirilən zaman müəyyən olundu ki, 1 (bir) ədəd «Samsung» markalı mobil telefon qara rəngdədir. Telefonda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefon «Nokia» markalı olmaqla ağ rəngdədir. Həmin «Nokia» markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrə vardır. Telefonların yaddaşında hər hansı bir mesaj mətini aşkar edilmədi. Mobil telefonlara baxış keçirilən zaman cinayət işinin faktiki halları üçün əhəmiyyət kəsb edən hal aşkar olunmadı.(i.v.86) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 25 yanvar 2023-cü il tarixli, 131 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir.(i.v.92) -«əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında» 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 1 (bir) ədəd paketdə ümumi 4080,801 qram narkotik vasitə olan heroin (ilkin ümumi xalis çəkisi 4081,301 qram olmuşdur), 1159,95 qram narkotik vasitə olan qurudulmuş marixuana (ilkin ümumi xalis çəkisi 1160,0 qram olmuşdur) və 1 (bir) ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına verilmişdir.(i.v.93) -Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 5 (049)-23/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Lənkəran ŞRPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs barəsində «təxirə salınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» 18 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.96-97) -«CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» 21 feral 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında olan fayllara baxış keçirilən zaman diskdə işin faktiki halları üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir.(i.v.109) -«cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verildiyini bildirməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş məlumat əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdır.(i.v.111- 113) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyi barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.143-144) -«ibtidai istintaq müddətinin uzadılması haqqında» 12 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 3 (üç) ay, 7 (yeddi) ayadək, yəni 19 may 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək uzadılmışdır.(i.v.151-152) -Lənkəran Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4 (049)-145/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti üç ay, yəni 18 avqust 2023-cü il tarixədək uzadılmışdır.(i.v.158-159) -«ibtidai istintaq müddətinin uzadılması haqqında» 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay-9 (doqquz) ayadək, yəni 19 avqust 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(i.v.221- 222) -Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 4(049)-231/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti iki ay, yəni 18 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(i.v.232-233) -«baxış keçirilməsi barədə» 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərifə Mirzəhəsənovanın iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısına baxış keçirilmiş, qapının üzərində hər hansı bir sınıq yer aşkar olunmadı.(i.v.277-282) -«əşyaya baxış keçirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və 18 yanvar 2023-cü il tarixdə ondan aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «Nokia» markalı mobil telefon ağ rəngdədir. Mobil telefon sönmüş vəziyyətdədir. Mobil telefonu işlək vəziyyətə gətirmək üçün üzərində olan düyməni sıxaraq telefon işlək vəziyyətə gətirilmişdir. Mobil telefon işlək vəziyyətinə gətirildikdən sonra telefonun ekranının orta hissəsində böyük rəqəmlərlə saat «20:20», onun alt hissəsində isə tarix «xx.xx.2023» olması müəyyən olundu. Belə ki, baxış keçirilən zaman real vaxt saat 17:20-dir. Mobil telefona baxış keçirilən zaman telefonun ekran hissəsində olan saatın real vaxta uyğun olmadığı müəyyən olundu. Həmçinin telefonun yaddaş kontaktına baxdıqda orada 25 adda şəxslərin adı olması müəyyən olundu. Mobil telefona baxış keçirilən zaman cinayət işinin faktiki halları üçün əhəmiyyət kəsb edən digər hal aşkar olunmadı.(i.v.283-285) -«sübutların qiymətləndirilməsi haqqında» 25 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «Samsung» və 1 (bir) ədəd «Nokia» markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən yaxın qohumuna qaytarılması, şəxsi axtarış və baxış zamanı videoçəkilişə dair DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır.(i.v.302-320) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsindən daxil olmuş 06 aprel 2023-cü il tarixli, 430 nömrəli arayış, xasiyyətnamə və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamış, subaydır, İİ dərəcəli əlilliyi vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.127-134) -Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 04 fevral 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(049)-220/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir.(i.v.124-126) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən verilmiş Təqsirləndirilən şəxs adına açılmış 670/2023 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ dirsək oynağının içəri səthinin 3-4 sm ölçüdə, sağ əlin ön səthinin 1-2 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin ön səthinin 1-2 sm ölçüdə qərtməkli yaraları aşkar olunmuşdur. -Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 26 aprel 2023-cü il tarixli «Atk» dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sol saidin və sol bazunun aşağı tərəfində kəsilmiş qərtməkli yara, sol qulaq seyvanının yuxarı tərəfində isə kəsilmiş yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs fakt ilə bağlı bildirmişdir ki, həmin xəsarətləri Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerində olarkən saxlandığı kamerada istintaqın gedişatına etiraz əlaməti olaraq alışqanın dəmiri ilə özü-özünə xəsarət yetirməsi nəticəsində almışdır. -Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli, 3- 13-96/2-34747/23 nömrəli məktubdan və X12 və Tibbi yardımın X1 görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü ildə saat 04:40 radələrində Lənkəran ŞRPŞ-nin MSY-nə gətirilmişdir. X20 kitabında 65 nömrə altında qeydə alınıb, 19 yanvar 2023-cü il saat 10:15 radələrində həkim qeydiyyatı kitabında həkim müayinəsindən keçirilmiş, ilkin müayinə zamanı xəsarət aşkar olunmamışdır. 20 yanvar 2023-cü ildə saat 11:53 radələrində təkrar müayinə olunaraq praktik sağlam olduğu müəyyən olunmuş və 21 yanvar 2023-cü il saat 09:00 radələrində Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. Tələbnaməyə əsasən təqsirləndirilən şəxs 25 aprel 2023-cü ildə saat 15:10 radələrində təkrar Lənkəran ŞRPŞ-nin MSY-nə gətirilmişdir, X20 kitabında 453 nömrə altında qeydə alınıb, 25 aprel 2023-cü il tarixdə saat 15:14-də həkim müayinəsindən keçmiş, sol qulağın kəsilmiş yarası müəyyən olunmuş, həkim tərəfindən Tibbi Yardım qeydiyyat kitabında qeydiyyat aparılmışdır və 26 aprel 2023-cü ildə saat 09:50-də Bakı İstintaq Təcridxansına etap olunmuşdur. -«təkrar məhkəmə-tibbi ekspertizası»nın 22 dekabr 2023-cü il tarixli, T 879/2023 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 23.01 və xx.xx.2023-cü il tarixlərdə İT-də müayinə olunarkən «sağ dirsək oynağının içəri, sağ əlin ön, sol saidin yuxarı 1/3-nin ön səthinin qərtməkli yaraları, sol qulaq seyvanının, sol bazunun aşağı 1/3nin ön-bayır, sol saidin ön-arxa və qarının ön səthinin çoxsaylı kəsilmiş qərtməkli yaraları» olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər (xarakteri, forma və rəngi) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti, eləcə də yetirilmə mexanizmi haqqında dəqiq fikir söyləmək mümkün olmadı, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Müayinə edilən xəsarətlərin xarakteri və lokalizasiyası onların istər təqsirləndirilən şəxsin özü tərəfindən, istərsə də kənar şəxs tərəfindən yetirilməsi mümkündür. -"xxxx" MMC-dən alınmış şahid Kəmalə Alışovanın istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan çıxan zənglər, anten məlumat qeyd edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin nömrənin anten məlumatı 09 sentyabr 2023-cü il tarixdə saat 18:04-də ünvan 4 ünvanını göstərmiş, həmin nömrədən 18 yanvar 2023-cü il tarixdə saat 11:55-də Zərifə Mirzəhəsənovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq 58 saniyyə, saat 11:56-da isə zəng vurularaq 33 saniyyə danışıq qeydə alınmışdır. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X11 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamışlar (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin edilmiş müdafiəçi X32 Cavadovun döyülməsini bildirməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayətprosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair müraciətlər etməmişdir. Cinayət işinin materiallarının 24-cü səhifəsində olan 18 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunmasından ötrü maddi imkanı olmadığını, buna görə də hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmişdir. Həmin ərizə vəkil İntiqam Hüseynov tərəfindən də imzalanmış, sözügedən ərizə Lənkəran Şəhər-Rayon Polis şöbəsində bir gün sonra, yəni 19 yanvar 2023-cü il tarixdə qeydə alınmışdır. Cinayət işinin materiallarının 25-ci səhifəsində olan Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər haqqında məlumatların surəti oxunaqlı şəkildə deyildir, vəkillər haqqında məlumatları tam şəkildə oxumaq mümkün deyildir. Lənkəran Rayon Vəkil Bürosundan 12 fevral 2024-cü il tarixli, 3-14 nömrəli məktubla daxil olmuş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin 2023-cü ilin İ rübü üzrə növbətçilik cədvəlindən isə görünür ki, 18 yanvar 2023-cü il tarixdə «X31 və X18» adlı vəkillər növbətçi olmuşlar. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən və cinayət işinin materiallarının 27-ci səhifəsində olan «müdafiəçi dəvət edilməsi haqqında» 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs vəkil İntiqam Hüseynovu müdafiəçi kimi seçməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/18 mənzil 34-dən X10 və X34 ilə birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq aparılmış, cinayət işininin materiallarının 16-cı səhifəsində olan «tutulma protokol»undan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 18 yanvar 2023-cü il tarixdə saat 21:10-dan hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 11 saat müddətində qanunsuz olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Bundan əlavə "xxxx" MMC-dən alınmış müdafiəçi İntiqam Hüseynovun istifadəsində olmuş ***-***-**-** nömrəli telefonun anten məlumatı xx.xx.2023 22:52:06 ULNK4545C/GLNK4545 Lenkaran-TV/ «X16.» /Lankaran/ (38.764xx/xx.83618) MOC xx.xx.2023 23:16:39 ULNK4545C/GLNK4545 Lenkaran-TV/ «X16.» /Lankaran/ (38.764xx/xx.83618) MTC xx.xx.2023 23:18:34 ULNK4545C/GLNK4545 Lenkaran-TV/ «X16.» /Lankaran/ (38.764xx/xx.83618) göstərilmişdir. Cinayət işinin materiallarından isə görünür ki, guya müdafiəçi İntiqam Hüseynov 18 yanvarar 2023-cü il tarixdə saat 21:40-dan saat 22:21-ə kimi Lənkəran ŞRPŞ-də, həmin tarixdə saat 23:00-dan saat 23:45-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də olmuş, sonra yenidən Lənkəran ŞRPŞ-yə gələrək Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərində iştirak etmişdir. Cinayət- Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin «X22rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil İntiqam Hüseynov Təqsirləndirilən şəxsla gizli ünsiyyəti olmamış, onun həmin hüququ məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçi İntiqam Hüseynovun bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Bundan əlavə məhkəmə istintaqı zamanı tədqiq edilmiş «şəxsi axtarış keçirilməsi və götürmə haqqında» istintaq hərəkətinin videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içərisində 6 ədəd gümüşü rəngli kağız bükümlər 1 ədəd sellofan bükümü, şalvarın sağ arxa cibindən «Samsung» və «Nokia» markalı 2 (iki) ədəd mobil telefonları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç nə olmadığını, təqdim etdiyi 6 ədəd bükümün içərisində isə kakos-heroin olduğunu bildirmişdir. X6 üst-üstə qoyulmuş telefonların birincisini, yəni ağ rəngli «Nokia» markalı mobil telefonu əlinə götürərək «sizə məxsudurda mobil telefonlar» deyir, Təqsirləndirilən şəxs da «bəli» deyə cavab verir. X6 telefonun orta düyməsini sıxan zaman telefonun ekranının işığı yanır, ekranda saat 12:56 olması görsənir, telefonu stolun üzərinə qoyan zaman isə telefonun ekranında saat 12:57 olması görsənir. X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da qanunla qadağan olunmuş hər hansı digər predmet və ya əşya aşkar olunmur. Stolun üzərində Təqsirləndirilən şəxs aid şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinin surəti görsənir. X6 yenidən Təqsirləndirilən şəxs məxsus mobil telefonları əlinə alır, «Nokia» markalı mobil telefonun düyəməsini sıxır, telefonda saat 01:00 olması görsənir. X6 iştintaq əhəmiyyəti kəsb etdiyi üçün hər iki telefonun götürüldüyünü deyərək, telefonları stolun üzərinə qoyur, lakin telefonları qablaşdıraraq götürmür. X6 telefonlarda hər hansı bir nasazlıq və zədə olmasını bildirmir. Hüsyen Cavadov X3 verdiyi suala cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər birlikdə elektron tərəziyə qoyulur, bükümlərin ümumi çəkisinin 1,70 qram olduğu müəyyən olunur. Stolun üzərində Təqsirləndirilən şəxs aid şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinin surətinin üzərində tarixin xx.xx.2023-cü il, saatın isə 04:27 olduğu görsənir. X6 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 6 ədəd gümüşü rəngli kağız bükümlər qablaşdırılaraq götürülür. Proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs və müdafiəçisi İntiqam Hüseynov zərfin üzərini imzalayaraq təsdiq etmişlər. X3 kütləni nə vaxt əldə etməsi sualına Təqsirləndirilən şəxs tərəfindən verilmiş cavab eşidilməmiş, X6 özü, «bir az bundan qabaq» deyə bildirir. Sonra isə X3 «bu kütlədən sizin evinizdə, yaxud başqa yerdə saxlayırsınız» sualına Təqsirləndirilən şəxs cavab olaraq başını silkələyərək «bilmirəm, evdə bir az olmalıdır» deyə cavab verir. X6 yenidən «həmin kütlədən» deyə sual verir, Təqsirləndirilən şəxs isə cavabında «həmin kütlədən» deyə cavab verir. Eviniz harda yerləşir sualına cavab olarq isə Təqsirləndirilən şəxs Zərifə Əliyeva küçəsində evlərinin yerləşdiyini bildirir. X3 kimsə satmısınız sualına Təqsirləndirilən şəxs «bunları satırdım da» deyə cavab verir. Videoçəkiliş cəmi 10:01 dəqiqə davam edir. Müdafiəçi İntiqam Hüseynov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməklə bağlı hər hansı bir fəaliyyət icra edilmədiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərində yaşadığı evin açarları aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan «şəxsi axtarış və götürmə barədə» protokolun və videogörüntünün məzmununu və istintaq hərəkətinin aparılma saatlarının eynilik təşkil etmədiyi müəyyən edilir. Bundan əlavə məhkəmə istintaqı zamanı tədqiq edilmiş «baxış keçirilməsi və əşyanın götürülməsi» istintaq hərəkətinin videoçəkilişindən görünür ki, istintaq hərəkəti birbaşa mənzilin daxilindən başlanılmış, mənzilin giriş qapısının açarlarının kimdə olması, mənzilin qapısının kim tərəfindən açılması görsənməmiş, X6 18 yanvar 2023-cü il tarixdə saat 23:00 mənzilə baxış keçirilməyə başlandığını bildirmiş, Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. X6 Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs evin giriş qapısından sol tərəfdə olan qapıdan keçərək hərəkət emtəyə başlamış, daxil olduğu qonaq otağı və yataq otağında olan əşyalar dağıdılmış vəziyyətdədir. Təqsirləndirilən şəxs yataq otağında çarpayının yanına gələrək dayanmış, çarpayının üzərində olan yorqan və döşək dağıdılmış vəziyyətdədir. Çarpayının qarşısında olan stolun üzəri də dağınıq vəziyyətdədir, stolun üzərində bir ədəd elektron tərəzinin olması müşahidə edilir. X3 «hardadır» sualına cavab olaraq Təqsirləndirilən şəxs dağıdılmış vəziyyətdə olan yorqan və döşəyi göstərmiş, X6 dağıdılmış vəziyyətdə olan yorqan və döşəyi qaldıraraq «bu hissədədir» deyə soruşmuş, Təqsirləndirilən şəxs da «hə» deyərək cavab vermişdir. X6 yorğan və döşəkləri qaldırsa da narkotik vasitələr aşkar olunmamış, bu vaxtı istintaq hərəkətini aparan X6 tərəfindən göstəriş verilmədiyi halda baxışda iştirak edən əməliyyat müvəkkili Şahid1 birbaşa olaraq çarpayının taxtını qaldırmış, bundan sonra X6 hər hansı bir söz demədən əməliyyat müvəkkili Şahid1 kömək etməyə başlamışdır. Çarpayının altından bir ədəd qara və bir ədəd göy rəngli sellofan torbalar aşkar olunmuş, Təqsirləndirilən şəxs onlardan başqa evin hər hansı hissəsində narkotik vasitə olmadığını bildirmişdir. Göyrəngli sellofan açılarkən videoçəkilişə düşməmiş, əməliyyat müvəkkili Şahid2 tərəfindən bir ədəd qara rəngli sellofan büküm X6yə verilmiş, sonra isə əməliyyat müvəkkili Şahid2 göy rəngli sellofanın içərisindən bir ədəd qara rəngli büküm çıxardığı videoçəkliş zamanı müşahidə edilir. Bükümlər çarpayının üzərinə qoyulur. Əməliyyat müvəkkili Şahid2 stolun üzərində görünən bir ədəd elektron tərəzini götürərək X6yə təqdim edir, X6 Təqsirləndirilən şəxs «bu tərəzi də sizindi» deyə soruşur, Təqsirləndirilən şəxs verilən suala hansı cavabı verməsi videoçəklişə düşməmişdir. X6 tərəfindən bükümlərdən birinin üzəri kəsilir, Təqsirləndirilən şəxs həmin maddənin kakos olduğunu bildirir, digər bükümə isə kəsilərək baxış keçirilmir. Həmin bükümlər qablaşdırılaraq götürülür, ümumi çəkişinin 4,245 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs müdafiəçisi İntiqam Hüseynov və əməliyyat müəkkilləri duran tərəfə baxaraq hər hansı söz demədən etiraz əlaməti olaraq başını hərəkət etdirir. Qara rəngli sellofan torbanın içərisində ağ rəngli sellofan torba vadır, həmin torbanın içərisində isə marixuanaya oxşar maddə vardır. Marixuanaya oxşar maddənin çəkisinin 1,185 qram olması müəyyən edilir və qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs elektron tərəzini narkotik vasitənin satışı məqsədi ilə evində saxladığını bildirir. Elektron tərəzi qablaşdırılaraq götürülür. Videoçəkiliş cəmi 17:15 dəqiqə davam edir. Yalnız yataq otağındakı çarpayının altına baxış keçirilmiş, mənzilin digər otaqlarına baxış keçirilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «baxış keçirilməsi və əşyanın götürülməsi» protokolunun və videogörüntünün məzmununu və istintaq hərəkətinin aparılma saatlarının eynilik təşkil etmədiyi müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Göründüyü kimi «şəxsi axtarış keçirilməsi və götürmə haqqında» və «baxış keçirilməsi və əşyanın götürülməsi» istintaq hərəkəti bir çox prosessual hüquq normalarının pozulması ilə yerinə yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir(124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və yaşadığı evə baxış keçirilərkən onun konstitusiyon hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da Təqsirləndirilən şəxs qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkəti zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/18 ünvanında yerləşən 34 nömrəli mənzilindən X10 və X34 ilə birlikdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq aparılmasına baxmayaraq X6 tərəfindən həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuş, saat 22:00-dan saat 22:21-də üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti, saat 23:00-dan saat 23:45-dək isə yaşadığı evə baxış keçirilməsi və əşyanın götürülməsi istintaq hərəkətlərini icra etmişdir. Təqsirləndirilən şəxs təxminən 11 saat ərzində hər hansı müdafiəçi təyin edilmədən polis əməkdaşlarının nəzarəti altında olduğundan sonuncunun həmin müddət ərzində müdafiə hüququ kobud pozulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs, Mübariz Kərimov və Ümid Əkbərli evdən aparıldıqdan sonra polis əməkdaşları evə nəzarət etmişlər, ev faktiki olaraq polis əməkdaşlarının sərəncamında olmuş, hətta polis əməkdaşları Təqsirləndirilən şəxs bacısı Zərifə Mirzəhəsənovanı belə evə buraxmamışlar, polis əməkdaşları 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirərkən evin yataq otağındakı divanın altından əvvəlcədən qoyduqları 1 ədəd sellofanda cəmi iki ədəd bağlamada ümumi çəkisi 4080 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin və 1 ədəd sellofan bağlamada çəkisi 1160 qram olub külli miqdar təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin otaqda stolun üstündən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzini götürmüşlər. Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübuta, yəni narkotik maddəyə əsasən çıxarıla bilməz. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində Mübariz Kərimov və Ümid Əkbərli yaşadığı evdə olan zaman 7-8 nəfər polis əməkdaşları qapını qırıb evə girmişlər, onları döyərək, götürüb Lənkəran ŞRPŞ-nə aparmışlar. Evində heç bir narkotik vasitə olmamışdır. 19 yanvar 2023cü il tarixdə gecə saat 3-də onu yaşadığı evə videoçəkliş keçirilməsi üçün gətirmişlər, evinə 5 kiloqram narkotik vasitə qoyaraq götürmüşlər. Həmin narkotik vasitələr ona məxsus deyildir. Onun olmayan narkotik vasitələri üzərinə qoymuşlar, əsassız olaraq onu həbs etmişlər. İstintaq sənədlərinə yalandan yazmışlar ki, guya onu binanın tinində tutmuşlar, onu binanın tinində tutmamışlar evinin qapısını qıraraq içəri girib evindən polis şöbəsinə aparmışlar. Onunla qonşuluqda yaşayan şəxslər polis əməkdaşlarının onları döyə-döyə binadan düşürdüklərini və apardıqlarını görmüşlər. Həmin vaxtı vəkil olmamışdır. Onları apardıqdan sonra evə polis əməkdaşlarını qoymuşlar, anası və bacısını belə evə buraxmamışlar. Onları apardıqdan 15 saat sonra evə gələrək baxış keçirmişlər. Onu aparmaqlarını bacısı Zərifə Mirzəhəsənova da görmüşdür. Bədəni üzərində çoxsaylı xəsarətlər olduğu halda məhkəmə-tibb eksperti onun bədənini görmədən bədəni üzərində xəsarət olmadığını yazmışdır. Bədəni üzərində xəsarətlərin olması Bakı İstintaq Təcridxanasına daxil olan zaman da aydın görünmüş və bütün xəsarətləri adına açılmış tibbi kitabçada qeyd edilmişdir. Səbuhi, Ümid, Əlvan və polis formasında olan polis əməkdaşları onu döymüşlər, birinci dəfə Səbuhi onu döyməyə başlamışdır. Lənkəran rayon prokurorluğunda prokuror müavini onu qəbul etmiş və bədəni üzərində xəsarətlərin olmasını aydın şəkildə müşahidə etmişdir. Üzü qanın içərisində olmuş, barəsində həbs qətimkan tədbiri seçilən zaman xəsarətlərini hakim də görmüşdür, döyülməyi barədə hakimə də məlumat vermişdir. Üzərinə şəxsi axtarış aparılan zaman telefonunda saat 01:00 göstərir, tərtib olunmuş protokolda isə saat 22:00 yazılmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi telefonlar özünə məxsusdur, telefonlar işlək vəziyyətdə olmuşdur, heç bir problemi olmamışdır. Yaşadığı evdə baxış isə gecə saat 3-də aparılmışdır. Evində heç bir axtarış aparılmamış, sadəcə polislər özləri qoyduqları narkotik vasitələri götürmüşlər. Evində axtarış aparılması ilə bağlı videoçəkiliş 2 dəfə çəkilmişdir. Videoçəkilişdə göstərilən narkotik vasitələrin aşkar olunduğu çarpayıda heç kim yatmamış, çarpayının üzərində olan qırmızı rəngli yorğan döşək orada olmamışdır. Evini polis əməkdaşları o polis şöbəsində saxlanılan zaman dağıtmışlar. Saxlanılan zaman şprisdə olan narkotik vasitə balkondan yerə düşmüşdür. Polislər onu evindən aparan zaman itələmişlər nəticədə qonşunun balkonuna düşmüşdür. Onu balkondan itələyən şəxsin kim olmasını bilməmiş, ancaq onu itələyən şəxs serjant olmuş, həmin polis əməkdaşı əlində olan şpirisi atan zaman onu tutmaq istəyəndə az qala yıxılmışdır, ancaq həmin vaxtı yıxılmamışdır, özünü tutmuşdur. Balkondan düşən zaman xəsarət almamışdır, bədəni üzərində aşkar olunmuş xəsarətləri polislər döyərək yetirmişlər. Polis əməkdaşları onu tutanda balkonda olmuş, 5-ci mərtəbədən 4-cü mərtəbəyə, daha sonra 3-cü mərtəbə, ordan isə 2-ci mərtəbəyə yıxılmış sonra isə polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu yenidən yuxarı ikinci mərtəbəyə qaldırmışlar, həmin vaxt iki dostu yuxarıda onun evində olmuşdur. Evdən isə 3nü də bir yerdə aşağı düşürtmüşlər. Polis əməkdaşları tərəfindən yaşadığı evdə və polis şöbəsində ona qarşı olunan hədə-qorxulardan, müxtəlif fiziki təzyiqlərdən, döyülməyindən sonra polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşlarının təklif etdikləri narkotik vasitəni qəbul etmiş və etirafedici ifadələr vermişdir. Polis şöbəsində döyülməyi və ona işgəncə olunması faktı ilə bağlı araşdırma aparılsa da heç bir nəticəsi olmamışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət oqranlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili X12 barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Həmin Məhkəmənin «Tomasi Fransaya qarşı» qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda qəbul olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Lənkəran rayon prokurorluğunun sözügedən qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs demişdir ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə məhkum olunmuşdur. Tutulana qədər hər gün narkotik vasitələrdən istifadə etmişdir. 18 yanvar 2023-cü il tarixdə öz evində iki nəfər dostu ilə olarkən bir neçə nəfər polis əməkdaşı evə daxil olmuşdur. Evə daxil olan polis əməkdaşları dostları ilə birlikdə onu da polis şöbəsinə aparmışlar. Həmin vaxtı evdə ona məxsus 6 büküm narkotik vasitəni də polis əməkdaşları götürmüşdür. Polis şöbəsində Səbuhi adlı polis əməkdaşı ona bildirmişdir ki, külli miqdarda narkotik vasitəni öz evində saxlamağını etiraf etməlidir. O da, bildirmişdir ki, onun evində 6 büküm narkotik vasitədən başqa narkotik vasitə olmamışdır. Onu polis şöbəsində əməliyyatçılar döyməyə başlamışlar. Ona polislər tərəfindən təqdim edilən heç bir sənədə imza çəkməmişdir. Sonra onu yaşadığı evə gətirmişlər və yaşadığı evdən 4 kiloqram narkotik vasitənin ona məxsus olduğunu polislər ona bildirmişlər. O da həmin narkotik vasitənin ona məxsus olmadığını bildirib yenə də heç bir sənədə imza çəkməmişdir. Polis şöbəsində yenə Səbuhi və adını bilmədiyi bir neçə nəfər polis əməkdaşı işgəncələr vermişlər ki, sənədlərə imza çəksin. Hazırda bədənində hər hansı xəsarət izi qalmadığı üçün tibbi ekspertizadan keçirilməsindən imtina etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Ləkəran Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(049)-30/2023 nömrəli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 9- 10 ildir ki, narkotik vasitə olan heroindən hər gün inyeksiya üsulu ilə istifadə edir. Narkotik vasitə heroindən istifadə etməsi bədənində olan ağrılarla bağlıdır. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir. 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yatarkən polis əməkdaşları evin qapısını sındıraraq evə daxil olmuş, onu Lənkəran ŞRPŞ-yə aparmışlar. Həmin vaxt onunla birgə evdə dostları Mübariz və Ümid olmuşlar. Polis şöbəsinə aparılarkən üzərində altı bükümdə 1,301 qram heroin olmuşdur. Polis şöbəsində CAB-nin Səbuhi adlı rəisi və adlarını bilmədiyi digər polis işçiləri tərəfindən dəfələrlə döyülmüşdür. Səbuhi, «4 kiloqram narkotiki sənə yükləyəcəm» deyərək onu hədələmişdir. Bir gün polis şöbəsində saxlanılmışdır. Daha sonra polis işçiləri onu yaşadığı evə gətirmiş, evdə axtarış görüntüsü yaradaraq yatdığı çarpayının altından 4 kq heroin, 1160 qram qurudulmuş marixuana və elektron tərəzi çıxarmışlar. Qeyd olunan narkotik vasitələrin və elektron tərəzinin ona heç bir aidiyyəti olmamış, həmin narkotik vasitələr və tərəzi polis işçiləri tərəfindən onun evində yatdığı çarpayının altına yerləşdirilmişdir. Bundan sonra onu yenidən şöbəyə gətirmişlər. Şöbədə yenidən Səbuhi və digər polis işçiləri onu döymüşlər. O, əvvəlcə ifadəyə və digər sənədlərə imza etməmiş, lakin onu döyməklərinə tab gətirməyərək müvafiq sənədlərə imza etməyə məcbur olmuşdur. Altı bükümdə 1,301 qram heroin ona məxsusdur, lakin evdən aşkar edilmiş narkotik vasitələr, yəni 4 kq heroin, 1160 qram qurudulmuş marixuana və elektron tərəzinin ona heç bir aidiyyəti yoxdur. 17 yanvar 2023-ci il tarixdə səhər saatlarında ŞRPŞ-yə gətirilmiş, lakin tutulması ilə bağlı sənədləşmə 18 yanvar 2023-cü il tarixdə saat 21 radələrində aparılmışdır. Barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4 (049)-145/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində qeyd edilən cinayət əməlini törətməmişdir. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotik vasitə satmamışdır. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 4(049)-231/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək, bildirmişdir ki, ibtidai istintaqın ədalətli aparılmasını və istintaq zamanı ifadəsində qeyd etdiyi xüsusatların tam araşdırılmasını istəmişdir. Təqdimata münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ilkin ibtidai araşdırma zamanı verdiyi «etirafedici» izahat və ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət- Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub) Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi etirafedici ifadələri bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata Lənkəran Rayon Məhkəməsində baxılan zaman döyülməsi faktı ilə bağlı dediklərinin məhkəmə tərəfindən prokurorluğa göndərildiyini, prokurorluq əməkdaşı tərəfindən izahatı alındığını, döyülməsi ilə bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibbi ekspertizasından keçirilməkdən imtina etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 49 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.(i.v.82-83) Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən verilmiş Təqsirləndirilən şəxs adına açılmış 670/2023 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ dirsək oynağının içəri səthinin 3-4 sm ölçüdə, sağ əlin ön səthinin 1-2 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin ön səthinin 1-2 sm ölçüdə qərtməkli yaraları aşkar olunmuşdur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli, 3-13- 96/2-34747/23 nömrəli məktubdan və X12 və Tibbi yardımın X1 isə görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü ildə saat 04:40 radələrində Lənkəran ŞRPŞ-nin MSY-nə gətirilmişdir. X20 kitabında 65 nömrə altında qeydə alınıb, 19 yanvar 2023-cü il saat 10:15 radələrində həkim qeydiyyatı kitabında həkim müayinəsindən keçirilmiş, ilkin müayinə zamanı xəsarət aşkar olunmamışdır. 20 yanvar 2023-cü ildə saat 11:53 radələrində təkrar müayinə olunaraq praktik sağlam olduğu müəyyən olunmuş və 21 yanvar 2023-cü il saat 09:00 radələrində Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-də 19 yanvar 2023-cü il saat 10:15 radələrində həkim müayinəsindən keçirilən zaman bədəni üzərində xəsarət aşkar olunmamış, 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında müayinə olunan zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ dirsək oynağının içəri səthinin 3-4 sm ölçüdə, sağ əlin ön səthinin 1-2 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin ön səthinin 1-2 sm ölçüdə qərtməkli yaraları aşkar olunmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı», «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Həmin Məhkəmənin «X5rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş və yaşadığı evə qoyulmuş narkotik vasitənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri verməsi, həmin sözləri şəxsi axtarış və götürmə və baxış keçirilməsi və əşyanın götürülməsi istintaq hərəkətləri icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də «şəxsi axtarış və götürmə barədə», «baxış keçirilməsi və əşyanın götürülməsi» protokolları, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Cinayət işinin materiallarının 86-cı səhifəsində olan «əşyalara baxış keçirilməsi haqqında» 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonlara baxış keçirilən 1 (bir) ədəd «Samsung» markalı qara rəngli mobil telefon üzərində ***-***-**-** saylı mobil nömrə, ağ rəngli «Nokia» markalı mobil telefonun üzərində isə ***-***-**-** saylı mobil nömrə vardır. Telefonların yaddaşında hər hansı bir mesaj mətini, o cümlədə cinayət işinin faktiki halları üçün əhəmiyyət kəsb edən hal aşkar olunmadır. Həmin baxış istintaq hərəkətinin aparılmasında nə təqsirləndirilən şəxs nə də onun müdafiəşisi iştirak etməmişdir. Cinayət işinin materiallarının 283-285-ci səhifələrində olan «əşyaya baxış keçirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli protokoldan isə görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və 18 yanvar 2023-cü il tarixdə ondan aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «Nokia» markalı mobil telefon ağ rəngdədir. Mobil telefon sönmüş vəziyyətdədir. Mobil telefonu işlək vəziyyətə gətirmək üçün üzərində olan düyməni sıxaraq telefon işlək vəziyyətə gətirilmişdir. Mobil telefon işlək vəziyyətinə gətirildikdən sonra telefonun ekranının orta hissəsində böyük rəqəmlərlə saat «20:20», onun alt hissəsində isə tarix «xx.xx.2023» olması müəyyən olundu. Belə ki, baxış keçirilən zaman real vaxt saat 17:20dir. Mobil telefona baxış keçirilən zaman telefonun ekran hissəsində olan saatın real vaxta uyğun olmadığı müəyyən olundu. Həmçinin telefonun yaddaş kontaktına baxdıqda orada 25 adda şəxslərin adı olması müəyyən olundu. Mobil telefona baxış keçirilən zaman cinayət işinin faktiki halları üçün əhəmiyyət kəsb edən digər hal aşkar olunmamışdır. Həmin baxış istintaq hərəkətinin aparılmasında da nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi iştirak etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, «şəxsi axtarış və götürmə barədə» 18 yanvar 2023-cü il tarixli protokola əlavə olumuş videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxs Hüsyen Cavadov şalvarının sağ arxa cibindən «Samsung» və «Nokia» markalı 2 (iki) ədəd mobil telefonları çıxarıb təqdim etmiş, X6 üst-üstə qoyulmuş telefonların birincisini, yəni ağ rəngli «Nokia» markalı mobil telefonu əlinə götürərək «sizə məxsudurda mobil telefonlar» deyir, Təqsirləndirilən şəxs da «bəli» deyə cavab verir. X6 telefonun orta düyməsini sıxan zaman telefonun ekranının işığı yanır, ekranda saat 12:56 olması görsənir, telefonu stolun üzərinə qoyan zaman isə telefonun ekranında saat 12:57 olması görsənir. İstintaq hərəkətinin gedişi zamanı X6 yenidən Təqsirləndirilən şəxs məxsus mobil telefonları əlinə alır, «Nokia» markalı mobil telefonun düyəməsini sıxır, telefonda saat 01:00 olması görsənir. X6 iştintaq əhəmiyyəti kəsb etdiyi üçün hər iki telefonun götürüldüyünü deyərək, telefonları stolun üzərinə qoyur, lakin telefonları qablaşdıraraq götürmür. X6 telefonlarda hər hansı bir nasazlıq və zədə olmasını bildirmir. Telefonlara Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə baxış keçirilməmiş və müvafiq qaydada qablaşdırılaraq götürülməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonların yaddaşına şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən hansı səbəbdən baxış keçirilməməsi barədə hər hansı bir məlumat qeyd edilməmiş və arqument gətirilməmişdir. «Əşyalara baxış keçirilməsi haqqında» 23 yanvar 2023-cü il tarixli protokolda telefonun yaddaşında hər hansı mesaj mətni aşkar olunmadığı göstərilməsinə baxmayaraq budan 7 ay sonra tərtib edilmiş 31 avqust 2023-cü il tarixli «əşyalara baxış keçirilməsi haqqında» protokola yenidən«Nokia» markalı mobil telefona baxış keçirilməsinin zərurəti əsaslandırılmamışdır. Hansı ki, «şəxsi axtarış və götürmə barədə» protokola əlavə olumuş videoçəkilişdən X3 «Nokia» markalı mobil telefonu əlinə götürərək orta düyməsini sıxan zaman telefonun ekranda saat 12:56 olması, telefonu stolun üzərinə qoyan zaman isə telefonun ekranında saat 12:57 olması görsənir. İstintaq hərəkətinin gedişi zamanı X6 yenidən Təqsirləndirilən şəxs məxsus mobil telefonları əlinə alır, «Nokia» markalı mobil telefonun düyəməsini sıxır, telefonda saat 01:00 olması görsənir. Göründüyü kimi telefonun ekranında olan saat düzgün şəkildə işləmişdir. Şəxsi axtarış və götürmə barədə istintaq hərəkətinin keçirilməsinə dair tərtib edilmiş protokolda qeyd edilmiş saat ilə telefonun ekranında görsənən saat arasında 9 saat fərq olduğu müəyyən olunur, yəni telefonun ekranında olan saat, 9 saat arxaya olmuşdur. «Əşyaya baxış keçirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli protokoldan «Nokia» markalı mobil telefonun ekranının orta hissəsində böyük rəqəmlərlə saat «20:20», onun alt hissəsində isə tarix «xx.xx.2023» olması müəyyən olundu. Belə ki, baxış keçirilən zaman real vaxt saatı 17:20-dir. Telefonun ekranında saatın baxış keçirilən saatdan 3 saat qabağa olması aydınlaşır. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş protokollara əsasən «Nokia» markalı mobil telefonun ekranının orta hissəsində böyük rəqəmlərə yazılmış saatların gah real zaman fərqinin arxaya qalması, gah da real zaman fərqindən qabağa işləməsi müşahidə olunur. Cinayət işinin materiallarının 123-cü səhifəsində olan Lənkəran ŞRPŞ-nin X13 tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 01 aprel 2023-cü il tarixli, 3-13-96/2-9555/2023 nömrəli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/18, mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə yanaşı onların külli miqdarda satışı ilə də məşğul olması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş ümumi çəkisi 4081,301 qram olan narkotik vasitə heroini və 1160 qram narkotik vasitə qurudulmuş marixuananın mənbəsini müəyyən etmək mümkün olmaması, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmaması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və cinayət işinin 123-cü səhifəsində olan 01 aprel 2023-cü il tarixli, 3-13-96/2-9555/2023 nömrəli raportla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Bundan başqa, elan olunmuş ittihamın təsviri ilə şahidlərin ifadələri arasında da əhəmiyyətli ziddiyyətlər olmuşdur. Belə ki, eyni məzmunlu ifadələr verən polis əməkdaşlarının əməliyyat-axtarış tədbirlərinin, baxış keçirilməsi və əşyanın götürülməsi istintaq hərəkətinin keçirilməsi saatlarında fərqlər olması müəyyən edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin «c» bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7 və Şahid8 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7 və Şahid8 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X7rşı» və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 214-cü səhifəsində olan Lənkəran Rayon Məhkəməsindən Lənkəran rayon prokurorluğuna ünvanlanmış 25 may 2023-cü il tarixli, 1(049)-223/2023 nömrəli məktubda göstərilmişdir ki, Ümid Əkbərli məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmişdir. Göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, 2-ci mikrorayon, 18-ci binada dostunun mənzilində iki nəfər dostu ilə mənzildə yatdığı zaman, qəfildən qapı sındırılmış və polislər mənzilə daxil olmuşlar. Axtarış nəticəsində onun və bir dostunun üzərindən narkotik vasitə çıxmamış, lakin dostu Təqsirləndirilən şəxs üzərindən 6 büküm aşkar edilmişdir. Sonuncu bunu gördükdə olduqları 5-ci mərtəbədəki mənzildən özünü 4-cü mərtəbəyə, oradan 3-cü mərtəbəyə və sair ataraq oradan uzaqlaşmışdır. Polislərdən Səbuhi adlı şəxs ona bildirmişdir ki, təqdim edəcəkləri bükümləri etiraf etməsə, «onun evindən 2 kilo mal çıxaracaqdır». Onu da qeyd edir ki, hadisə yerindən yayınmış dostu sonradan tutularaq ona «5 kilo mal yükləmişlər». Həmin vaxt dostunun anası ilə bacısını öz evlərinə buraxmayaraq həmin evdə iki nəfər polis saxlamışlar. Səbuhi ona bildirmişdir ki, 234.1 üstünə 1 gələndə 234.2 olur. Onunla mənzildə qalmış digər dostuna 234.2, oradan qaçmış bostuna isə daha ağır maddə ilə cinayət işi başlamışlar. Dörd dəfə videoçəkiliş aparılıb. Hər dəfə bükümləri boynuna almadığına görə çəkilmiş kadrlar silərək yeni çəkilişlər aparılmışdır. Səbuhi onu təpiklə döymüşdür. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Ümud Əkbərli ifadəsində bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsindən Lənkəran rayon prokurorluğuna ünvanlanmış 25 may 2023-cü il tarixli məktubda onun adına göstərilmiş Hüseynin üzərindən 6 büküm aşkar olunmasını görməsini təsdiq etməmiş, Hüseynin üzərində hər hansı növ narkotik vasitə olmamış, otaqda yalnız şprisin içində narkotik vasitə heroin olmuş, həmin narkotik stolun üstündə qalmış, istifadə edə bilməmişlər, onları polis şöbəsinə aparmışlar. Məhkəmə tərkibi Ümid Əkbərlinin özünün təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində bildirdiyi «Hüseynin üzərindən 6 büküm aşkar olunmasını görməsinə» dair fikirlər toplanmış cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən, eləcə də Ümid Əkbərli həmin ifadəni təsdiq etmədiyindən subut kimi qəbul edilməsi yolverilməzdir. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Müdafiəçi tərəfindən təqdim olunmuş diskdə olan «Lənkəran TV» də yayımlanmış videorolik məhkəmə istintaqı zaman elan edilməklə tədqiq olunmuş, videoçəklişdə Ümid Əkbərli, Mübariz Kərimov və Təqsirləndirilən şəxs fotoşəkilləri göstərilərək bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional Xidmətindən verilən məlumata görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şəhər sakinləri Ümid Əkbərli və Mübariz Kərimov saxlanılmışlar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və iki ədəd elektron tərəzi aşkarlanmış, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əldə edildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülmüşdür. Hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidia istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun Ümid Əkbərliyə və Mübariz Kərimova narkotik vasitə satması barədə qeyd edilməmişdir. X29 barəsində təsdiq edilmiş 30 mart 2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, Ümid Əkbərlinin üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi-1,068 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 18 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri «Böyük Bazar» adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə əladə etmişdir. Bundan əlavə Mübariz Kərimov barəsində təsdiq edilmiş 15 fevral 2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, Mübariz Kərimov üzərindən aşkar olunmuş ümumi təmiz çəkili-0,790 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 2023-cü ilin yanvar ayında Lənkəran şəhərində istintaqa məluma olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq əladə etmişdir. Təhlil olunan istintaq sənədlərindən göründüyü kimi Təqsirləndirilən şəxs, Ümid Əkbərli və Mübariz Kərimovun polis əməkdaşları tərəfindən saxlanılma yerləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi olaraq göstərilmiş olsa da, tutulma vaxtları fərqləndirilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırkı işdə ibtidai istintaq orqanı cinayət prosesinin ədalətlilik tələblərinə cavab verməmişdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusiyon və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4080,801 qram narkotik vasitə olan heroin, 1159,95 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 60 (altmış) manat ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 60 (altmış) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4080,801 qram olan narkotik vasitə heroin, 1159,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi cinayət işinin materiallarına əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-175/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-175/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver