Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-175/2025 21.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-ci ildə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-461/2022 nömrəli hökmü ilə 01 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmaqla xx.xx.2024-cü il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, müharibə veteranı, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi Küvənil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) xx.xx.1972-ci ildə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİİ dərəcə əlil, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 237.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 21 may 2025-ci il tarixdə saat 15:00-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 01 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə etdikləri tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumları ilə 2024-cü ilin may ayında Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətində olan mühafizə olunmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, meşəlik-kolluq yerdə hündür böyürtkən kollarının arasında 7 (yeddi) ədəd yəni, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 sentyabr 2024-cü il tarixdə, səhər saat 06 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd olunan ərazidə əkib yetişdirdikləri, tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yanında saxlanılmış, iştirakları ilə baxış keçirilərkən həmin torpaq sahəsindəki böyürtkən kollarının arasında boyu 1 m-1,3 m olan, xeyli miqdarda ümumi təmiz çəkisi 4415,0 qram olan 7 (yeddi) ədəd əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o çətənə kolları olan yerə getməmişdən əvvəl Təqsirləndirilən şəxs1 qardaşının evində təmir işləri görmüş, Vidadinin qardaşı ona kömək etməsi üçün Vidadiyə zəng etməsini bildirmiş, o, Vidadiyə zəng edib köməyə çağırsa da Vidadi işlərinin olduğunu əsas gətirərək gələ bilməyəcəyini demişdir. Səhərsi gün Vidadi ona zəng edərək kənd ərazisində meşəlik sahəsində çətənə kolları gördüyünü deyərək, həmin çətənə bitkilərinin yarpaqlarını şəxsi istifadələri üçün yığmağı təklif etmişdir. O, Vidadinin təklifi ilə razılaşmış, onlar birlikdə xx.xx.2024-cü il tarixdə səhər saatlarında çətənə bitkilərinin olduğu əraziyə getmişlər. Onlar həmin əraziyə çatanda iki nəfər mülki geyimli şəxslərin orada olduğunu görmüş, həmin şəxslərin çətənə bitkilərinin sahibləri olduğunu düşünərək oradan qaçmaq istəmişlər. Lakin, həmin şəxslər onları tutmuş və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar saxlanıldıqdan sonra polis əməkdaşlarına çətənə bitkilərinin onlar tərəfindən əkilmədiyini, həmin əraziyə çətənə bitkilərinin yarpaqlarını şəxsi istifadələri yığmağa gəldiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları onları döymüş və çətənə bitkilərinin onlar tərəfindən əkildiyini etiraf etməyi tələb etmişlər. Polis əməkdaşı onu taxta “paya” ilə döymüş, eləcə də sol qulağına yumruqla zərbə vurmuşdur. Zərbə nəticəsində onun sol qulağından qan gəlmişdir. Halhazırda da, sol qulağında eşitmə ilə bağlı çətinlik yaşayır, qulağında tez-tez ağrılar olur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Vidadi ilə uzun müddədir ki, bir-birlərini tanımışlar, Vidadi onun yanında fəhlə kimi işləmişdir. Vidadinin narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmamış, Vidadi ilə birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Özü aradabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin çətənə kollarını Vidadi onlar tutulmamışdan bir gün əvvəl həmin ərazidə böyürtkən yığarkən aşkar etmişdir. O, həmin yerə ilk dəfə xx.xx.2024-cü il tarixdə getmiş, əvvəllər həmin ərazidə olmamışdır. Həmin əraziyə gedərkən öndə o özü, arxasınca isə Vidadi hərəkət etmişdir. Onlar çətənə bitkilərinin olduğu yerə çatmağa 3-4 metr qalmış sonradan polis əməkdaşları olduqlarını öyrəndikləri iki nəfər şəxsi görmüşlər. Çətənə bitkilərinin olduğu əraziyə gəlməkdə məqsədləri həmin çətənə bitkilərinin yarpaqlarını şəxsi istifadələri üçün yığmaq olmuşdur. Həmin əraziyə gedərkən üzərilərində hər hansı bir çanta və ya bel olmamışdır. Onlar çətənə bitkilərinin yarpaqlarını ciblərinə yığmaq niyyətində olmuşlar. Çətənə bitkilərinin yanında su quyusu, bellər, gübrə görmüşlər. Polis əməkdaşları onları döyərək fiziki işgəncə verdikləri üçün videoçəkiliş zamanı həmin əşyaları özləri ilə gətirdiklərini, çətəni bitkilərini əkdiklərini etiraf etmişlər. Çətənə bitkiləri ilə onun yaşadığı evin arasınndakı məsafə təxminən 2 kilometr olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan CPM-nin 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həyat yoldaşı, 14 və 11 yaşlı övladları ilə birlikdə yaşayır. Özü daş ustasıdır, ev tikintisi ilə məşğul olur. Hər hansı bir xəstəliyi, həmçinin hər hansı bir xəstəxanada qeydiyyatı yoxdur. 8 ilə yaxın bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İndiyə qədər başqa bir şəxsdən istifadəsi üçün narkotik vasitə almamış, həmişə özü əkib qulluq etdikdən sonra yarpaqlarını qurudub sonra istifadə etmişdir. Bu səbəbdən də həmişə onda həmin bitkinin toxumları olmuşdur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, fəhləliklə məşğul olur. Onlar birlikdə bir neçə dəfə işləmişlər. Vidadi də narkotik vasitə marixuanadan istifadə edir. Hətta bir neçə dəfə Vidadi ilə birlikdə istifadə etmişlər. 2024-cü ilin may ayının sonları imiş. Onun özü üçün saxladığı toxumlar evdə imiş. Vidadi ilə birlikdə olan zaman söhbət əsnasında Vidadiyə onda çətənə kolunun toxumu olduğunu demiş və təklif etmişdir ki, birlikdə gizli bir yerdə əkib həmin kollara qulluq edib böyütsünlər, daha sonra isə yarpaqlarını qurudub istifadə etsinlər. Vidadi də onunla razılaşmışdır. Bir neçə gün sonra X23 kəndində sıx ağac və kolların bitdiyi, gözdən uzaq bir yer tapmışlar. Oranın bir hissəsini kol-kosdan təmizləmişlər ki, toxumları orada əksinlər. Toxumları elə həmin gün əkmişlər. 15-20 gündən bir oraya birlikdə gedir və kollara su verirmişlər. Həmin yerdə balaca bir quyu da qazmışlar ki, kolların sulanmasında orada olan quyudan istifadə etsinlər. 01 sentyabr 2024-cü il tarixdə, səhər saat 06 radələrində Vidadi ilə birlikdə həmin əraziyə getmişlər. Oraya çatan zaman orada üç nəfər şəxsin orada olduğunu görmüş və onların polis əməkdaşı olduğunu anlamışlar. Bu səbəbdən də yayınmaq istəmiş, lakin sonradan yayınmağın mənasız olduğunu başa düşərək dayanmışlar. Polis əməkdaşları onları həmin yerə gətirmişlər. Şahid1 adlı polis əməkdaşının göstərişi ilə çəkiliş başlanmışdır. Çəkilişdə onlardan özlərini təqdim etmələrini istəmişlər, daha sonra isə kollarla bağlı suallar verilməyə başlanmışdır. Onlar da kolları istifadə üçün birlikdə əkdiklərini demişlər. Çəkiliş dayandırılmış və mütəxəssis gəldikdən sonra çəkiliş davam etmişdir. Mütəxəssis kollara baxış keçirdikdən sonra onlara qulluq edildiyini demişdir. Sonra isə həmin kollar kökündən çıxarılaraq qablaşdırılmış və çəkiliş yekunlaşmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq göstərmişdir ki, həmin ifadəsini müdafiəçinin iştirakı olmadan təzyiq altında vermiş, eləcə də, ifadəsinin məzmununu oxumamışdır. Hal-hazırda həmin ifadəsini təsdiq etmir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Növbəti məhkəmə iclasında şahidlər dindirilərkən Təqsirləndirilən şəxs2 onu döyən polis əməkdaşını tanıdığını, həmin şəxsin Şahid2 olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs2 onun qardaşıgildə təmir işləri ilə məşğul olmuşdur. Hikmət ona zəng edərək təmir işlərində kömək etməsini bildirmiş, o isə işləri olduğu üçün kömək edə bilməyəcəyini bildirmişdir. Tutulmamışdan bir gün qabaq o kəndin ərazisində meşəlik-kolluq sahədə böyürtkən yığarkən böyürtkən kollarının arasında çətənə bitkilərini görmüşdür. O, həmin gün bu barədə Hikmətə məlumat vermiş, onlar birlikdə həmin yerə gedərək çətənə kollarının yarpaqlarını yığmağa qərar vermişlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Hikmətlə birlikdə çətənə kollarının olduğu əraziyə getmişlər. Ora çatdıqda çətənə kollarının yanında iki nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslər onları tutaraq Hikməti taxta “paya” ilə onu isə yumruqla döymüş, onlardan çətənə bitkilərinin onlara aid olduğunu etiraf etməyi tələb etmişlər. Onlar da məcbur qalıb çətənə bitkilərinin onlar tərəfindən əkildiyini bildirmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərmişdir ki, çətənə kollarını xx.xx.2024-cü il tarixdə saat 15 radələrində böyürtkən yığarkən görmüşdür. Həmin bitkilərin çətənə bitkisi olduğunu gördükdə anlamış, tək ora daxil olmaqdan qorxduğu üçün bu barədə Hikmətə məlumat vermiş, həmin yerə birlikdə gedib çətənə kollarının yarpaqlarını şəxsi istifadələri üçün yığmağı qərarlaşdırmışlar. Çətənə bitkiləri barəsində Hikmətə məlumat verməkdə məqsədi Hikmətin çətənə bitkilərini tanıyıb-tanımayacağını dəqiqləşdirmək olmuş, Hikmət də çətənə bitkilərini tanıdığını demişdir. Həmin çətənə bitkilərinin kim tərəfindən əkilməsi, ümumiyyətlə həmin ərazinin kimə məxsus olması barədə məlumatı olmamışdır. Aradabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Çətənə kollarının olduğu ərazi ilə onun yaşadığı evin arası təxminən 1 kilometr olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan CPM-nin 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, həyat yoldaşı ilə birlikdə yaşayır, özü fəhləliklə məşğul olur. Səhhəti ilə əlaqədar olaraq sağlamlıq imkanı 61 faizə qədəri pozulduğundan pensiya alır. Təxminən, 4 ilə yaxın bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitədən mütəmadi istifadə edən deyil, sadəcə olan zaman istifadə edir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, daş ustasıdır. Onlar birlikdə bir neçə evin tikintisində çalışmışlar, münasibətləri yaranmışdır. İkisi də birbirilərinin narkotik vasitədən istifadə etdiyini bilirlər. Bir neçə dəfə də bir yerdə narkotik vasitələrdən istifadə etmişlər. 2024-cü ilin may ayının sonlarında Hikmətlə bir yerdə olan zaman sonuncu ona çətənə toxumlarının olduğunu demiş və təklif etmişdir ki, həmin toxumları birlikdə əkib öz istifadələri üçün çətənə bitkisi yetişdirsinlər. O da ara-sıra istifadə etdiyindən razılıq vermişdir. X23 qəsəbəsində yerləşən, kimsəsiz, sıx ağac və kollarla əhatələnmiş əraziyə getmişlər. Orada bir yer tapmışlar. Tapdıqları yer tikanlı kollarla əhatəli olmuşdur, həmin ərazini təmizləmiş və 2024-cü ilin may ayının sonlarında Hikmətdə olan 7 ədəd toxumu oraya əkmişlər. Həmin tarixdən başlayaraq kollara qulluq etməyə başlmışlar. Təxminən, 20 gündən bir həmin əraziyə gedir, orada kollara su verirmişlər. Kolları əkdikləri yerdə özləri ilə gətirdikləri bel və lapatkalardan istifadə edib xırda bir su quyusu da qazmışlar ki, su verən zaman çətinlik çəkməsinlər. 01 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Hikmətlə birlikdə həmi əraziyə getmişlər. Əraziyə çatan zaman üç nəfər şəxsin onları gözlədiyini görmüşlər. Həmin şəxslərin polis olduğunu anlamışlar. Əvvəlcə qaçıb yayınmaq istəsələr də polis əməkdaşlarının da qaçdığını görüb dayanmışlar. Kolları əkdikləri yerə gəlmişlər. Orada videoçəkiliş həyata keçirilməyə başlanmışdır. Çəkiliş zamanı özünü Şahid1 kimi təqdim edən polis əməkdaşı onlara suallar verməyə başlamış, sualları cavablandırmışlar. Sonra isə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis həmin kollara baxış keçirmiş və həqiqətən də kolların çətənə kolu olduğunu bildirmişdir. Kollar polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, qablaşdırılmış və möhürlənmişdir. Sonra isə Babək adlı polis əməkdaşı onların üzərlərində şəxsi axtarış həyata keçirməyə başlamış, şəxsi axtarış zamanı üzərlərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Sonra onları polis şöbəsinin inzibati binasına aparmışlar. İnzibati binada olan otaqlardan birində olan Emil adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da Vəliəhəd Həbibov adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil bölməyə gələndən sonra videoçəkiliş müşayiəti ilə Emil adlı polis əməkdaşı onlara müəyyən suallar vermişdir. Həmçinin, onun üzərində olan “Nokia” və Hikmətin üzərində olan “Samsung” markalı mobil telefonlar götürülmüşdür. 7 ədəd kolu sadəcə istifadə məqsədilə əkmişlər. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ifadəsini oxumadan imzaladığını, ifadənin məzmununun polis əməkdaşları tərəfindən diqtə edildiyini, hal-hazırda həmin ifadəsini təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Növbəti məhkəmə iclasında şahidlər ifadə verərkən Təqsirləndirilən şəxs1 onu döyən polis əməkdaşını tanıdığını, onu döyən polis əməkdaşının Şahid3 olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ Liman polis bölməsinin rəisi Şahid1 ifadəsində bildirmişdir ki, ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və həmin qrupa polis əməkdaşları Şahid2 və Şahid3 daxil olmuşlar. 01 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Aşağı Nüvədi qəsəbəsi ərazisində əkdikləri çətənə kollarının yanına gələrkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada videoçəkiliş apararaq saxlamışlar. Təqsirləndirilən şəxsləri saxlayarkən onlar müqavimət göstərmişlər. Daha sonra çətənə kollarının əkildiyi sahayə mütəxəssis dəvət olunmuş və o gələnədək çəkiliş dayandırılmış, mütəxəssis gəldikdən sonra videoçəkiliş davam etdirilmiş, bundan sonra təqsirləndirilən şəxsər polis şöbəsinə gətirilmişlər. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri kultivasiya etmələri barədə olmuş, əməliyyat məlumatı xx.xx.2024-cü il tarixdə ona daxil olmuşdur. Şəxsi peşə təcrübəsinə əsaslanaraq çətənə bitkisi kultivasiya edən şəxslər çətən bitkilərinin əkildiyi yerə səhər saatlarında gəldiyindən onlar həmin əraziyə sübh tezdən təqsirləndirilən şəxsləri saxlamamışdan təxminən 2-3 saat əvvəl gəlmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çətənə bitkilərinin əkildiyi əraziyə təxminən saat 6 radələrində gəlmiş, gələrkən onların üzərində çanta və təxminən bir metr uzunluğunda taxta parçası olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları gördükdən sonra qaçmağa çalışmış, lakin onlar təqsirləndirilən şəxsləri tutub saxlamışlar. Qaçmağa çalışarkən Təqsirləndirilən şəxs2 kollara dəyərək qulaq nahiyyəsindən xəsarət almış, bu barədə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs2 soruşmuş, sonuncu da qaçmaq istəyərkən kola dəyib xəsarət aldığını təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş məlumat əsasında onlar Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində yerləşən sahəyə gedib orada çətənə kollarının əkildiyi yerdə gözləmişlər. Hadisə günü səhər saat 05 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sahədə əkilmiş narkotik tərkibli çətənə kollarının yanına gələrkən onları saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlanılan zaman heç bir müqavimət göstərməmiş, lakin Təqsirləndirilən şəxs2 qaçmağa cəhd edərkən orada olan kolların üzərinə yıxılıb xəsarət almışdı. Daha sonra videoçəkiliş olmuşdu. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə davam edərək göstərmişdir ki, o çətənə bitkilərinin əkildiyi yerə Şahid1 göstərişinə əsasən xx.xx.2024-cü il tarixdə saat 23 radələrində gəlmişdir. Orada polis əməkdaşı Şahid2 ilə birlikdə gözləmişlər. O, çətənə bitkilərinin kimlər tərəfindən əkilməsi barədə məlumatlı olmamışdır. Sadəcə verilmiş tapşırığa uyğun olaraq çətənə kollarının əkildiyi əraziyə kimlərin gələcəyini müəyyən edib saxlamaq üçün orada gözləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oraya gələrkən onların üzərində taxta “paya” və çanta olmuşdur. Çantanın içərisində isə paltar, azot gübrəsi olmuşdur. Təqsirləndirilən şəxslər əvvəlcə çətənə bitkilərinin onlara məxsus olmadığını, həmin əraziyə çətənə bitkilərinin yarpaqlarını yığmaq üçün gəldiklərini bildirmişlər. Hikmət və Vidadini saxladıqdan sonra bu barədə Şahid1 məlumat vermişlər. Şahid1 bir neçə saat sonra həmin əraziyə gələrək videoçəkiliş aparmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Şahid1 təqsirləndirilən şəxslərin saxlanılmasında bilvasitə iştirak etməmiş, həmin yerə təqsirləndirilən şəxslərin saxlanılması barədə məlumat verildikdən sonra gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə Şahid1 narkotik vasitələrin əkini ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerdə gedib pusqu qurmuşlar. Bir müddət sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sahəyə yaxınlaşdığını görüb onları saxlamış və videoçəkiliş apararaq çətənə bitkilərini əkildikləri yerdən çıxarmışlar. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o çətənə kollarının əkildiyi əraziyə Şahid1 və Şahid3 ilə birlikdə səhər saatlarında getmişdir. Şahid1 həmin vaxt onlardan bir qədər aralıda gözləmiş, təqsirləndirilən şəxslərin saxlanılmasında bilavasitə iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 üzərində taxta “paya” və çanta olmuş, çantanın içərisində isə paltar və azot gübrəsi olmuşdur. Təqsirləndirilən şəxs2 qaçmağa çalışarkən kola dəyərək sol qulağından xəsarət almış, Hikmətin bədən səthində başqa xəsarət görməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilməmişdir. Şahid1 rəhbərliyi ilə videoçəkiliş aparılmış, daha sonra aqronom gələnədək videoçəkiliş dayandırılmışdır. Aqronom gəldikdən sonra videoçəkiliş davam etdirilmiş və çətənə kolları əkildikləri yerdən çıxarılaraq qablaşdırılmışdır. Məhkəmədə təkrar şahid qismində ifadə vermiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək verilən suallara cavab olaraq bildirmişdir ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çətənə kollarının əkilməsi ilə bağlı əməliyyat məlumatı ona xx.xx.2024-cü il tarixdə daxil olmuş, bununla bağlı əməliyyat-qeydiyyat işi açılmamış, həmin tarixdən əvvəl polis əməkdaşları tərəfindən qeyd olunan ərazidə hər hansı əməliyyat tədbiri aparılmamış, ərazi müşahidəyə götürülməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında bilavasitə iştirak etmişdir. Şahidlər Şahid3 və Şahid2 hansı səbəbdən onun təqsirləndirilən şəxslərin saxlanılmasında bilavasitə iştirak etməməsi barədə ifadə vermələrinin səbəbini anlamır. Məhkəmədə təkrar şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər çətənə kollarının əkildiyi yerə yaxınlaşarkən Təqsirləndirilən şəxs2 əlində taxta "paya" ilə öndə hərəkət etmiş, Təqsirləndirilən şəxs1 isə onun arxasınca gəlmişdir. Təqsirləndirilən şəxslər ilk öncə çətənə bitkilərinin onlara məxsus olmadığını, həmin əraziyə çətənə bitkilərinin yarpaqlarını yığmaq üçün gəldiklərini bildirsələr də, çantanın içərisində gübrə aşkar edildikdən sonra həmin çətin bitkilərinin onlar tərəfindən əkildiyini etiraf etmişlər. Bundan başqa onlar Şahid1 gəlişini gözləyərkən təqsirləndirilən şəxslərlə söhbət etmiş, söhbət zamanı Hikmət və Vidadi həmin əraziyə gəlmək üçün başqa yolların da olduğunu, əvvəllər başqa yollardan istifadə etdiklərini bildirmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti Şahid4 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tibbi müayinəsi zamanı onun bütün bədən səthinə vizual olaraq baxış keçirmiş, onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı xəsarət olması və ya zorakılığa məruz qalması barədə ona heç bir məlumat verməmişdir. Bakı İstintaq təxridxanasında müayinə zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş sol qulaq təbil pərdəsinin perforasiyası xəsarəti xarakterinə görə vizual müayinə zamanı aşkar edilə bilməyən xəsarət olduğundan eləcə də, Təqsirləndirilən şəxs2 bu barədə ona hər hansı məlumat vermədiyindən həmin xəsarətin tibbi müayinə zamanı aşkar edilməsi mümkün deyildir. Bundan başqa Təqsirləndirilən şəxs1 tibbi müayinəsi zamanı onun bel nahiyyəsidə sıyrıq xəsarəti aşkar edilmiş, bununla bağlı müvafiq rəy verilmişdir. Vidadi Fərəcəov müayinə zamanı həmin xəsarəti saxlanılan zaman yıxılması nəticəsində aldığını bildirmişdir. Həmin xəsarətin taxta parçası ilə vurulma nəticəsində yaranması az inandırıcıdır, çünki paltarın üzərindən taxta parçası ilə vurulma nəticəsində bədən səthində sıyrıq xəsarətinin yaranması tam inkar olunmasa da, az ehtimal olunandır. Odur ki, ekspert rəyində həmin yerə yıxılma nəticəsində yaranmasının inkar olunmadığı qeyd edilmişdir. Tibbi müayinə zamanı polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə hər hansı formada təzyiq edilməsinin şahidi olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan “Cinayət işinin başlanması haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki ki, fakta görə Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi və Aşağı Nüvədi qəsəbəsində yerləşən bələdiyyənin əkin torpaq sahəsində su kanalının içərisində narkotik xassəli bitkilərin əkib becərməsi, kultivasiyası ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. (Cild 1, i.v 4;) İşdə olan, «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməklə yaxalanması məqsədi ilə Lənkəran ŞRPŞ-in CAB-ın rəisi VMİE, polis kapitanı Şahid1 tərəfindən qərar qəbul edilmişdir. (Cild 1, i.v 5-6;) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və baxış keçirilməsinə dair» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişlərdən görünür ki, həmin tarixdə baxış zamanı hadisə yerindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kultivasiya edilmiş 07 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin şəxslər kolları 2024-cü ilin may ayının sonlarında əkdiklərini, həmin kollara mütəmadi qulluq etdiklərini, kolları istifadə məqsədilə kultivasiya etdiklərini bildirmişlər. Həmin kollar ekspertizaya göndərilməsi üçün kökündən çıxarılaraq qablaşdırılmış və möhürlənmişdir. (Cild 1, i.v 9-12;) İşdə olan, mütəxəssis X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, münbit torpaqda hər birinin boyu 1 m-1,3 m hündürlüyündə olan 07 ədəd çətənəyə bənzər bitkilər aşkar edilmişdir. Aşkar edilmiş çətənəyə bənzər bitkilərin toxumu 3-4 ay öncə torpağa səpilmiş, həmin çətənəyəbənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumuşaldılmış, güblərənmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Həmin çətənəyə bənzər bitkilər həmin torpaqdan çıxarılaraq sayılmış və ümumilikdə sayı 07 ədəd olması müəyyənləşdirilmişdir. Həmin torpaq sahəsində olan çətənəyə bənzər 07 ədəd bitkilər polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. (Cild 1, i.v 16;) İşdə olan, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları və əkdikləri ərazidə aşkar edilmiş narkotik tərkibli çətənəyə bənzər bitkilər olan bağlama açılmadan ekspertizaya təqdim olunması üçün götürülmüşdür. (Cild 1, i.v 22-23;) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 10:00-dan şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 24;) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 12:00-dan şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 43;) İşdə olan məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2.....” sözlər və imzalar olan bir ədəd kisədəki, ümumi sayı 7 ədəd olmaqla yaş vəziyyətdə ümumi təmiz çəkisi 4415,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Çətənə bitkisinin ümumi təmiz çəkisi -4415,0 qram, tədqiqata sərf edilmişdir - 0,7 qram, qalıq -4414,3 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. (Cild 1, i.v 78-80;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(049)-144/2024 nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 sentyabr 2024-cü ildən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi, fiziki zor tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs2lə birlikdə 2024-cü ilin may ayında narkotik tərkibli çətənə bitkilərini əkib onlara qulluq etdiklərini, ümumilikdə 7 ədəd çətənə kolu əkdiklərini, aralarındakı razılaşmaya əsasən kollardan üçünün onun, dördünün isə Təqsirləndirilən şəxs2 olacağını, mütəmadi olaraq qurudulmuş marixuana istifadə etdiyini göstərmişdir. (Cild 1, i.v 116-120;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(049)-145/2024 nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 sentyabr 2024-cü ildən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi, fiziki zor tətbiq edilmədiyini, çətənə kollarını əkməkdə məqsədlərinin öz istifadələri üçün olduğunu göstərmişdir. (Cild 1, i.v 121-125;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X25 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 676 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 126;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X25 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 677 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. (Cild 1, i.v 127;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X31 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 817 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, i.v 128-129;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X31 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 819 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində-bel nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o, cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi istisna edilmir, müddəti müəyinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin qərarın təsviri-əsaslandırıcı göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bel nahiyyəsində olan sıyrıq xəsarətinin polis əməkdaşları tərəfindən saxlanılarkən yerə yıxılması nəticəsində aldığını bildirmişdir. (Cild 1, i.v 130-131;) İşdə olan, Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 3405 nömrəli və 3406 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Quliyev X17 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyillər. (Cild 1, i.v 140;) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Quliyev X17 Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(049)-461/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (Cild 1, i.v 148-150;) İşdə olan, Lənkəran ŞİH başçısının Aşağı Nüvədi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 qəsəbədə yaşadığı dövrdə özünü sakit bir vətəndaş kimi aparmışdır. Təqsirləndirilən şəxs2 barəsində Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsində nümayəndəliyə heç vaxt şikayət xarakterli şifahi və ya yazılı məkumat daxil olmamışdır. Onun aşağıda adları qeyd olunan ailə üzvləri var.
1. Arvadı: X20.
2. Oğlu: X10-xx.xx.2010-cu il təvəllüdlü.
3. Qızı: X14-xx.xx.2013-cü il təvəllüdlü. (Cild 1, i.v 161-162;) İşdə olan, 081657 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. (Cild 1, i.v 165;) İşdə olan, Lənkəran ŞİH başçısının Aşağı Nüvədi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 qəsəbədə yaşadığı dövrdə özünü sakit bir vətəndaş kimi aparmışdır. Təqsirləndirilən şəxs1 barəsində Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsində nümayəndəliyə heç vaxt şikayət xarakterli şifahi və ya yazılı məkumat daxil olmamışdır. Onun aşağıda adı qeyd olunan ailə üzvü var.
1. Arvadı: X6. (Cild 1, i.v 167-168;) İşdə olan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, i.v 196-197;) İşdə olan, Lənkəran Rayon Aşağı Nüvədi bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, aşkar edilən çətənə kollarının əkildiyi ərazi torpaqların elektron kadastrı uçotu informasiya sistemi xəritəsinə əsasən Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətindədir və kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasiya aiddir. (Cild 1, i.v 198;) İşdə olan, xx.xx.2024-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisindən aşkarlanmış, ümumi sayı 7 ədəd olmaqla ümumi təmiz çəkisi 4415 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin ekspertizadan qaytarılmış ümumi sayı 7 ədəd, ümumi təmiz 4414,3 qram qalığı, “əməliyyat-axtarış tədbirinin keçirilməsinin keçirilməsinə və şübhəli şəxsn üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş 02 (iki) ədəd, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd olmaqla ümumilikdə 03 (üç) ədəd DVD disk maddi sübut qismində tanınmış, çətənə bitkisinin ekspertizadan qaytarılmış 07 ədəd, 4414,3 qram qalığı Lənkəran ŞRPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, 03 (üç) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. (Cild 1, i.v 206-207;) İşdə olan, Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 42 nömrəli məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində qəti olaraq təyin edilmiş 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qurtarmış və xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (Cild 1, i.v 211;) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; İşdə olan, Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 17/40/2-6262/2024 nömrəli məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Quliyev X18 Təcridxanasında müayinə olunarkən “Sol təbil pərdəsinin perforasiyası, sağ bazunun ön səthində bənövşəyi qançır, sol diz nahiyəsində kəsilmiş üzəri qartmaqlı yara” olması qeyd olunmuşdur. (Cild 1, i.v 244-248;) İşdə olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X29 Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 3-21-3-43/2-287/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına (7 nəfər ailə üzvü ilə ümumbirgə) Lənkəran rayonu, Küvənil kəndi ünvanında yerləşən 0,07 hektar yaşayış məntəqələrinin torpaqları JN:175F, KOD 80204058 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs1 adına ünvan 3 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. (Cild 2;) İşdə olan, Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qapalı məhkəmə iclasının protokolundan və protokola əlavə edilmiş məhkəmə iclasının videoyazısının əks olunduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Vidadi ilə 07 ədəd çətənə kolunu öz istifadəsi üçün əkdiyini, çətənə kolunun polis əməkdaşları tərəfindən aşkarlandığını, onun polisdən qaçmaq fikrinin olmadığını, bununla bağlı hər hansı polis əməkdaşı və ya digər şəxslər tərəfindən ona qarşı hər hansı hədə qorxu, fiziki və ya psixi təzyiq və təsirlərin göstərilmədiyini bildirmişdir. (Cild 2;) İşdə olan, 03 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş “Azercell MMC”-nin məktubundan və ona əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə arasında xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək qarşılıqlı olaraq zənglər qeyd edilmişdir. Eləcə də, hər iki təqsirləndirilən şəxsin mobil nömrələrinin əhatə dairəsinin əsasən «Lenkeran r. Nuvedi kendi Xezer istirahet merkezi» adı ilə qeyd edilmiş baza stansiyasının əhatə dairəsində olduğu müəyyən edilmişdir. (Cild 2;) İşdə olan, 03 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş “Azercell MMC”-nin məktubundan görünür ki, «Lenkeran r. Nuvedi kendi Xezer istirahet merkezi» ünvanı ilə göstərilən baza stansiyası Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi, X26 («X32») ərazisində yerləşir. Şərti adı «03659_LEN_NUVED» olan həmin baza stansiyasının əhatə dairəsi təxminən 1.5 km-dir (relyef və ətraf təbii təsirlərə görə dəyişə bilər) və Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ərazisində yeganə stansıyası olmaqla, həmin qəsəbənin ərazisinə xidmət göstərir. (Cild 2;) İşdə olan, Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsi tərəfindən verilmiş sorğuya cavab məktublarından görünür ki, polis əməkdaşları tərəfindən həyətə keçirilmiş əməliyyat axtarışlar zamanı aşkar edilmiş çətənə kollarının əkildiyi ərazi, torpaqların elektron kadastr uçot sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətindədir. Sözügedən torpaq sahəsi heç kəsin istifadəsində olmamaqla istifadəsizdir və kol-kos basmışdır. (Cild 2;) İşdə olan, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 3-19-96/2-5783/25 nömrəli məktubundan və ona əlavə edilmiş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2024-cü il tarixdə saat 08:55 və Təqsirləndirilən şəxs2 01 sentyabr 2024-cü il tarixdə saat 09:00 dəqiqədə Azərbaycan Respublikası CM-in 237-ci maddəsi ilə şübhəli bilinərək Lənkəran şəhəri Liman PB-nin rəisi polis mayoru Şahid1 və Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən Lənkəran ŞRPŞ-nın inzibati binasına gətirilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 saat 10:00 dəqiqədə, Təqsirləndirilən şəxs2 isə 12:00 dəqiqədə Lənkəran ŞRPŞnın təhqiqat bölməsinin təhqiqatçısı Emil Baxışov tərəfindən Azərbaycan Respublikasının CM-in 237.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 və Quliyev X17 ŞRPŞ-nin MSY-də saxlanıldığı müddət ərzində sağlamlıqları ilə bağlı Lənkəran rayon X11 Yardım Stansiyasına müraciət etməmişlər. Amma DİN-nin müvafiq əmrinə əsasən MSY-də saxlanılan şübhəli və təqsirləndirilən şəxslər tibbi müayinədən keçirildikləri üçün MSY-yə dəvət olunmuş Lənkəran rayon TTTYS-nin həkimləri tərəfindən xx.xx.2024-cü il tarixdə yoxlanışdan keçmişlər, onların sağlam olmaları və bədənləri üzərində hər hansı bir xəsarətin olmaması müəyyən olunmuşdur. (Cild 2;) İşdə olan, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 3-13-96/2-6057/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Lənkəran ŞRPŞ-də əməliyyat-qeydiyyat işi açılmamışdır.(Cild 2;) İşdə olan, Lənkəran Rayon Mərkəzi X19 Şəxs tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 18-1-58/2-319/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qulaq-burun kabinetində tibbi müayinə olunub, “H74.01 sol tərəfli adheziv otit” diaqnozu qoyulmuşdur. (Cild 2;) İşdə olan, 02 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş “Azercell MMC”-nin məktubundan və ona əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə X7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairələri Lənkəran rayonu, Lənkəran stadionun yanındakı Bakcell gülləsi, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 68, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 24 ərazilərdə qeydə alınmışdır. (Cild 2;) İşdə olan, xx.xx.2025-ci il tarixli T190/2025 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə İstintaq Təcridxanasında müayinə olunarkən “Sol təbil pərdəsinin perforasiyası, sağ bazunun ön səthində bənövşəyi qançır, sol diz nahiyəsində kəsilmiş üzəri qartmaqlı yara” olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, (xarakteri, kənarları, forması, ölçüləri) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmamış, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixində “Lənkəran rayon mərkəzi xəstəxanası”nın qulaq-burun-boğaz kabinetində tibbi müayinə olunarkən ona təyin edilmiş “H74.01-soltərəfli adheziv otit” diaqnozu sərbəst nozoloji vahid olmaqla infeksiya nəticəsində yaranmış xəstəlik olduğundan və təqdim edilən sənəddə təbil pərdəsinin perforasiyası haqqında hər-hansı məlumat qeyd edilmədiyindən sağlamlığa zərərvurmanın təyinində nəzərə alınmamışdır. (Cild 2;) İşdə olan, məhkəmə sorğusuna əsasən X5 xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə göndərilmiş, Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş 7352/2024 nömrəli tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə olunarkən qarnın ön və sağ tərəfindən iri həcmli köhnə çapıqlar aşkar edilmişdir. (Cild 2) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutları qiymətləndirməmişdən öncə qeyd edir ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 7 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkilməsi və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 06 radələrində bilavasitə çətənə bitkilərinin əkildiyi yerə gələrək polis əməkdaşları tərəfindən yaxalanmaları cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə üçün polis əməkdaşları tərəfindən döyüldükləri, fiziki zora məruz qaldıqları üçün çətənə kollarının onlar tərəfindən əkilməsi ilə bağlı əvvəlcə etirafedici ifadələr vermələri, çətənə kollarının kim və ya kimlər tərəfindən əkilməsi barədə məlumatsız olduqları, Təqsirləndirilən şəxs1 çətənə kollarını xx.xx.2024-cü il tarixdə böyürtkən yığarkən aşkar etməsi, bu barədə ilk dəfə həmin gün Təqsirləndirilən şəxs2 məlumat verməsi, xx.xx.2024-cü il tarixdə birlikdə həmin çətənə kollarının yarpaqlarını şəxsi istifadə üçün yığmaq məqsədilə həmin əraziyə getmələri, çətənə kollarının əkildiyi yerdə olan bellərin, gübrə və su quyusunun onlara məxsus olmaması ilə bağlı göstərdiyi xüsusatlar iş materialları, yəni özlərinin məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə yanaşı iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi haqqında protokol, protokola əlavə edilmiş DVD disklər, aşkar edilmiş maddi sübutlar, ekspertiza rəyləri və digər istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən, məhkəmə kollegiyası həmin dəlilləri təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş subyektiv mülahizələrinə əsaslanan özünümüdafiə taktikası kimi qiymətləndirərək onların məhkəmə istintaqı zamanı verikdləri ifadələrinin həmin hissələrini sübut kimi qəbul etmir. Belə ki, cinayət işi materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və baxış keçirilməsinə dair» xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çəkiliş zamanı ərazidə aşkar edilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkilərinin onlara məxsus olduğunu, həmin bitkilərin onlar tərəfindən əkildiyini, eləcə də əraziyə baxış zamanı aşkar edilmiş bel, su quyusu və gübrənin də onlara məxsus olduğunu bildirmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özləri tərəfindən seçilmiş peşəkar vəkilin iştirakı ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində də videoçəkiliş zamanı qeyd etdikləri xüsusatları təsdiq edərək etirafedici ifadə vermişlər. Eləcə də, təqsirləndirilən şəxslər xx.xx.2024-cü il tarixdə Lənkəran rayon məhkəməsinin qapalı iclasında barələrində qətimkan tədbirinin seçilməsinə baxılarkən verdikləri şifahi izahatlarında onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmiş, polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılığa məruz qalmadıqlarını qeyd etmişlər. Təqsirləndirilən şəxs1 isə daha təfsilatlı çıxış edərək çətənə bitkilərini üçü özünə, dördü isə Təqsirləndirilən şəxs2 çatacaq şəkildə bölüşdürməyə razılaşdıqlarını qeyd etmişdir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı veridkləri ifadələrini cinayət işi materiallarında olan digər sübutlarla qarşılıqlı təhlil edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi çətənə kollarını xx.xx.2024-cü il tarixdə saat 15 radələrində böyürtkən yığarkən aşkar etməsi, lakin həmin vaxt çətənə kollarına yaxın getməyərək bu barədə Təqsirləndirilən şəxs2 məlumat verib növbəti gün oraya getmələrini məhkəmə ağlabatan hesab etmir. Belə ki, ambulator narkoloji tibbi yoxlamanın müvafiq rəyindən də göründüyü kimi kannabinoidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromundan əziyyət çəkən Təqsirləndirilən şəxs1 “təsadüfən” aşkar etdiyi çətənə bitkilərinə qorxduğu üçün yaxın getməməsi, bu barədə Təqsirləndirilən şəxs2lə danışdıqdan sonra oraya gedib çətənə bitkilərinin yarpaqlarını yığmağı qərarlaşdırmaları inandırıcı qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 mövcud olmuş həmin şəraitdə çətənə bitkilərinin yarpaqlarını yığmağa kifayət qədər vaxtı və imkanı olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində digər ziddiyətli məqam onun ifadəsində qeyd etdiyi kimi “aşkar etdiyi” çətənə kolları ilə bağlı Təqsirləndirilən şəxs2 məlumat verməsində məqsədini gah çətənə kollarına tək yaxınlaşmağa qorxması, gah çətənə kollarını dəqiq tanımadığı üçün Təqsirləndirilən şəxs2 çətənə kollarını görünüş cəhətdən tanıyıbtanımamasını dəqiqləşdirməsi ilə əlaqələndirməsidir. Halbuki elə həmin ifadəsində Təqsirləndirilən şəxs1 çətənə kollarını görən kimi tanıdığını qeyd etmişdir. Bundan başqa həm təqsirləndirilən şəxslər həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 çətənə kollarının əkildiyi yerə doğru öndə Təqsirləndirilən şəxs2 onun arxasınca isə Təqsirləndirilən şəxs1 hərəkət etdiyini təsdiq etmişlər. Belə olan halda məhkəmə istintaqı zamanı iddia etdiyi kimi həmin ərazidə əvvəllər heç vaxt olmamış Təqsirləndirilən şəxs2 sıx kolluq-meşəlik sahəsində, havanın tam aydınlaşmadığı şəraitdə tanımadığı, əvvəllər heç vaxt olmadığı əraziyə - çətənə kollarının bilavasitə əkildiyi yerə öndə “yol açaraq” hərəkət etməsini məhkəmə inandırıcı hesab etmir. Eləcə də, məhkəmə istintaqı zamanı ifadələrində qeyd etdikləri kimi çətənə kollarının yarpaqlarını yığmağa gedən təqsirləndirilən şəxslərin üzərlərində heç bir çanta, torba olmaması, 1-1,3 metr hündürlükdə olan çətənə bitkilərinin yarpaqlarını ciblərinə yığmaq niyyətində olmaları barədə dediklərini məhkəmə təqsirləndirilən şəxslərin məhkəməni işin faktiki hallarını müəyyən etməsindən yayındırmağa yönəlmiş bəsit cəhdi kimi qiymətləndirir. Həmçinin, məhkəmə istintaqı dövründə müdafiə tərəfi Təqsirləndirilən şəxs2 həmin kənddə yaşamamasını, həmin kənddə nadir hallarda olmasını əsas tutaraq, onun həmin çətənə kollarının əkilməsində iştirakı olmaması barədə iddia irəli sürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş gsm nömrənin anten dairəsi barədə məlumatlardan görünür ki, onun istifadəsində olmuş gsm nömrə əsasən «Lenkeran r. Nuvedi kendi Xezer istirahet merkezi» adı ilə qeyd olunmuş baza stansiyasının əhatə dairəsində olmuşdur. Azercell MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, «Lenkeran r. Nuvedi kendi Xezer istirahet merkezi» adlı baza stansiyası Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsini əhatə edən yeganə baza stansiyasıdır. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ərazisində olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ambulator narkoloji tibbi yoxlamanın rəyindən də görünüdüyü kimi narkomaniya xəstəliyindən (kannabinoidlərin qəbulu nəticəsində) əziyyət çəkən təqsirləndirilən şəxslərin narkotik vasitə tələbatlarını ödəmək zərurəti olmuşdur. Belə ki, mütəmadi olaraq qurudulmuş marixuana istifadə edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvana yaxın (Təqsirləndirilən şəxs1 evinə 1 km, Təqsirləndirilən şəxs2 evinə 2 km) mühafizə olunmayan, ətrafdan çətin müşahidə edilən, çətin keçilən tikanlı kollarla əhatə olunmuş ərazidə nakotik tərkibli çətənə bitkilərini onların yarpaq və çiçəklərindən gələcəkdə şəxsi istifadələri üçün qurudulmuş marixuana əldə etmək üçün əkib-becərmələri kifayət qədər ağlabatan hesab edilir. Bundan başqa müdafiə tərəfi ibtidai istintaq zamanı müdafiəçi X7 istintaq hərəkətlərində o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində ifadə verərkən iştirak etməməsini bildirərək təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulmasına əsaslanmaqla həmin ifadələrin sübut kimi qəbul edilməsinin yolverilməzliyini irəli sürmüşdür. Bununla bağlı X7 istifadəsində olmuş mobil nömrənin istintaq hərəkətləri aparılan tarixlərə aid anten məlumatları əldə edilmiş, müvafiq istintaq hərəkətlərinin aparıldığı tarix, saat, dəqiqə aralıqlarında X12 şəhər-rayon polis şöbəsinin yerləşdiyi ərazidən kənarda olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ilkin ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan başqa təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri digər dəlil – polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqları üçün məcbur qalıb etirafedici ifadələr vermələri ilə bağlı göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin faktla ibtidai istintaq zamanı Azərbaycan Respublikası Baş prokurorluğunun xidməti araşdırmalar idarəsi tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eləcə də məhkəmə istintaqı zamanı təkrar məhkəmə ekspertizası təyin edilərək müvafiq rəy alınmış, ekspert məhkəmə iclasına çağırılaraq dindirilmiş, lakin təqsirləndirilən şəxslərin işgəncə, zorakılıq faktları ilə bağlı göstərdikləri xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq təcrixanasına daxil olarkən bədən səthində aşkar edilmiş xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməsini, ümumiyyətlə həmin xəsarətlərin onun tutulduğu vaxta uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs2 videoçəkiliş zamanı sol qulaq nahiyyəsindəki xəsarətlə bağlı polis əməkdaşının verdiyi sualına cavab olaraq qaçmaq istəyərkən kollara dəyərək xəsarət aldığını bildirir. Eləcə də, xx.xx.2024-cü il tarixdə Lənkəran rayon məhkəməsində barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən şifahi izahatında hakimin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki zorakılığa məruz qalmadığını göstərmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinə zamanı bel nahiyyəsində aşkar edilmiş xəsarəti polis əməkdaşları tərəfindən saxlanılarkən, yerə yıxılması ilə əlaqələndirmiş, ibtidai istintaq dövründə nə özü, nə müdafiəçisi işgəncə faktı ilə bağlı istər məhkəmə nəzarəti qaydasında, istərsə də, digər aidiyyəti orqanlara müraciət etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqedən də aydın olur ki, xəsarətlərin işgəncə faktını təsdiqləməsi üçün tibbi sübutlar güclü və aydın olmalı, dövlət xəsarətlərin mənşəyini izah edə bilməməli, xəsarətlərin iddia edilən işgəncə ilə əlaqəsi bilavasitə olmalıdır. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, çoxsaylı şahid ifadələri ilə, cinayət işi materiallarında olan “əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” protokol və protokola əlavə edimiş CD diskdəki videogörüntülərlə, ekspert rəyləri ilə tam sübut edilir. Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə şəklində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə görə cinayət məsuliyyəti müəyyən edir. Həmin maddəsnin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti, əkilməsi, yerləşdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ – qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayətin həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik xassəli çətənə bitkisinin xeyli miqdarı 3-15 ədəd müəyyən edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə etdikləri narkotik xassəli çətənə bitkisinin toxumları ilə 2024-cü ilin may ayında Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi ərazisində Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətində olan mühafizə olunmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, meşəlik-kolluq yerdə hündür böyürtkən kollarının arasında 7 (yeddi) ədəd yəni, xeyli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 sentyabr 2024-cü il tarixdə, səhər saat 06 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd olunan ərazidə əkdikləri, tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yanında saxlanılmış, iştirakları ilə baxış keçirilərkən həmin torpaq sahəsindəki böyürtkən kollarının arasında boyu 1 m-1,3 m olan, xeyli miqdarda ümumi təmiz çəkisi 4415,0 qram olan 7 (yeddi) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə tövsif edilmiş və onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən, onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, o cümlədən həmin Məcəllənin 59.2ci maddəsinə əsasən 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, müharibə veteranı olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, İİİ dərəcə əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, yaşlarını onların şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində olan tələbnaməyə əsasən o, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(049)-461/2022 nömrəli hökmü ilə 01 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmaqla xx.xx.2024-cü il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivini yaratmır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli müvafiq qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 01 sentyabr 2024-cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə işdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 sentyabr 2024cü il tarixli, 676 və 677 saylı rəylərini, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu, Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, CM-nin 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs1 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatında sonra qalıq çəkisi 4414,3 qram olan 7 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, iş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair videogörüntüləri özündə əks etdirən 02 ədəd disk, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında videogörüntüləri özündə əks etdirən 01 ədəd disk olmaqla, ümumilikdə 03 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 01 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 01 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 4414,3 qram olan 7 (yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair videogörüntüləri özündə əks etdirən 02 ədəd disk, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında videogörüntüləri özündə əks etdirən 01 ədəd disk olmaqla, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci 60 (altmış) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Neymət Məmmədov