Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-176/2023 22.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, “1 May” küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-14 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 30 avqust 2022-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, “1 May” küçəsində saxlanıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-13,750 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş və bu əməli ilə bağlı cinayət törətməkdə şübhəli şəxs kimi tutulub həmin gün saat 14:30 radələrində Şirvan Şəhər Polis X5 Yerinə qəbul edilərkən üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın bel hissəsində gizlədilmiş bir ədəd kağız bükümdə 0,250 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, Şirvan şəhəri, “1 May” küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamaqla 2-ci qrup əlil kimi pensiya almış və heç bir yerdə işləməmişdır.Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Əvvəllər istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə tutulmuş və 2017-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2021-ci ilin dekabr ayında cəzaçəkmə yerindən buraxılmışdır. 30 avqust 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evdə olarkən bir qrup polis əməkdaşı evinə gəlib onu tutub şəhər polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır.Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuş və polkovnik rütbəli “Azər” adlı polis əməkdaşı onun (Təqsirləndirilən şəxs) cibinə bir büküm heroin qoyub həmin heroinin özünə (Təqsirləndirilən şəxs) məxsus olmasını deməsini, narkotik maddənin istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb olunacağı və sənədləşmənin CM-nin 234.1-ci maddəsi ilə aparılacağını bildirmiş, o da narkotik maddələrin istifadəçisi olduğundan razılaşmışdır ki, cibinə qoyulmuş heroinin özünə məxsus olmasını üzərində axtarış zamanı bildirəcəkdir.Sonra o, təhqiqatçının otağına aparılmış və orada vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuşdur.Axtarış zamanı bir az əvvəl polis əməkdaşının cibinə qoyduğu bir bükümdə olan heroini çıxarıb təqdim edib həmin heroini yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Əslində isə üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin narkotiki cibinə “Azər” adlı polis əməkdaşı qoymuşdur.Həmçinin üzərində axtarış aparıldıqdan sonra şöbənin X8 (bundan sonra MSY-nə) aparılmış və orada polis əməkdaşları üzərinə baxış keçirərkən şalvarının cibindən yerə heroinin qalıq hissəsi tökülmüşdür. Polis əməkdaşları yerə tökülmüş heroin hissəsini kağıza qablaşdırmış, sonra akt tərtib etmişllər ki, həmin heroin hissəsi guya onun üzərindən, yəni şarvarının bel hissəsindən aşkar edib götürmüşlər.Əslində isə MSY-nə aparılarkən onun üzərində, yəni əynindəki şalvarının bel hissəsində kağız bükümdə heroin olmamış, aşkar olunan heroin hissəsi bir az əvvəl cibinə qoyulmuş heroin bükümünün ağzının açıq olması səbəbindən heroinin az hissəsi cibinə tökülmüşdür.MSY-də üzərinə baxış zamanı şalvarının cibində qalmış heroinin az hissəsi yerə tökülmüş, polis əməkdaşları da həmin hissəni kağıza yığıb sənədləşdirmişlər ki, guya kağız bükümdə olan heroin onun şalvarının bel hissəsində aşkar edilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş heroinlə bağlı ona narkotiklərin satışı ilə bağlı verilmiş ittiham üzrə (CM-nin 234.4.3-cü maddəsi ilə) özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, heroindən istifadə etməyə başlamışdır. 2022-ci ilin avqust ayının ortalarında, tutulduğu gündən təxminən 10 gün əvvəl (20 avqust 2022-ci il tarixdə) yaşadığı Şirvan şəhəri, “1 May” küçəsində piyada gəzən vaxt yerdən bir ədəd sellofan bükümdə heroin tapmış və istifadə etmək məqsədilə heroin bükümünü şalvarının cibinə qoymuşdur.30 avqust 2022-ci il tarixdə, saat 12:30 radələrində yaşadığı Şirvan şəhəri, “1 May” küçəsində olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Şirvan ŞPŞ-nə aparmışlar.Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır.Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümün içərisində heroin olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşlarına təqdim etdiyi heroin bükümü zərfə qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Sonra şübhəli şəxs kimi polis şöbəsinin MSY-nə aparılmış, orada polis əməkdaşları üzərinə və bədəninə baxış keçirərkən əynindəki şalvarın sağ yan cibindən heroin yerə tökülmüş və həmin heroin kütləsi polis əməkdaşları tərəfindən yerdən kağız bükümə yığılıb qablaşdırılmış, sonra bu barədə akt tərtib olunmuş, özü də həmin aktı imzalamışdır.Onun şalvarının bel hissəsində kağız bükümdə heroin olmamış, onun əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofan bükümdə heroin olmuş, həmin büküm şalvarının cibində olduğu zaman bükümün ağzı bir az açıq qaldığından heroinin bir hissəsi şalvarının cibinə tökülmüş, MSY-də üzərinə baxış keçirilən zaman şalvarının cibində qalmış heroin hissəsi yerə tökülmüş və polis əməkdaşları da həmin heroin hissəsini kağıza yığıb götürmüşlər. O narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız heroindən istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir.Əslində üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşı “Azər” adlı şəxs qoymuşdur.Həmçinin MSY-nə aparılarkən onun üzərində, yəni əynindəki şalvarının bel hissəsində kağız bükümdə heroin olmamış, aşkar olunan heroin hissəsi bir az əvvəl cibinə qoyulmuş heroin bükümündən cibinə tökülüb qalmış az miqdarda heroin hissəsi olmuşdur.O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır.30 avqust 2022-ci il tarixdə icraatına Şirvan şəhəri, “1 May” küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdür.Daxil olmuş məlumat əsasında təxirəsalınmadan həmin gün saat 12:30 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, “1 May” küçəsində saxlanılıb Şirvan ŞPŞ-nə aparılmışdır.Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir büküm çıxarıb təqdim edib heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir.Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, həmçinin ifadəsində göstərmişdir ki, Şahid1 və onun tərəfindən Seyid-X9 şəhərində küçədə saxlanılıb Şirvan ŞPŞ-nə gətirililib təhqiqat bölməsinə təhvil verilmişdir.Təqsirləndirilən şəxs saxlanılmasında polkovnik rütbəli “Azər” adlı polis əməkdaşı iştirak etməmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamış, üzərində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını və istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşı olmaqla şöbənin MSY-də işləyir. 30 avqust 2022-ci il tarixdə, günorta saatlarında Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs MSY-nə təhvil verilmişdir.Təqsirləndirilən şəxs qəbul edildikdən sonra digər polis əməkdaşı Şahid4la birlikdə yoxlama otağında Təqsirləndirilən şəxs üzərinə və bədəninə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın bel hissəsində bir ədəd kağız bükümdə kütlə aşkar olunmuşdur.Sonra bu barədə MSY-nin rəisi İldırım Cəfərova məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində bir ədəd kağız bükümdə kütlənin aşkar olunması barədə akt tərtib olunmuş, daha sonra həmin kütlə aktla birlikdə təhqiqatçıya təqdim olunmuşdur. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 30 avqust 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhəri, “1 May” küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 30 avqust 2022-ci il tarixdə, saat 12:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seyid-X9 şəhəri, “1 May” küçəsində saxlanılıb Şirvan ŞPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 avqust 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən müdafiəçi Qədir Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, Şirvan şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, 30 avqust 2022-ci il tarixli Aktla (X8 qəbul edilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair) müəyyən olunur ki, həmin tarixdə, saat 14:30-da Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən tərtib olunmuş tutma protokoluna əsasən Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin X8 qəbul edələrkən üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının bel hissəsi yoxlanılarkən həmin hissədə bir ədəd büküm və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 30 avqust 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə heroinə oxşar kütlə aidiyyəti üzrə tədqiqata təqdim olunmuşdur. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2022-ci il tarixli, 18/941 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-13,750 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Ekspertiza tədqiqatından sonra qalıq heroin 13,700 qramdır. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2022-ci il tarixli, 18/942 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “.. Təqsirləndirilən şəxs MSYdə üzərindən ..” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,250 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,200 qramdır Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq, iki ədəd bükümdə olmaqla cəmi 13,9 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, məhkəmə-psixiatriya ekspertizasının 26 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur.Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda da “emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur.Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür. İşdə olan, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 27 oktyabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə Şirvan ŞMX-nın narkoloji kabinetində qeydiyyatdadır. İşdə olan, Dövlət Sosial Müdafiə X10 Şəxsin 1 saylı Şirvan-Salyan Regional filialın 06 dekabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Şirvan şəhəri, “1 May” küçəsi, ev 14-də qeydiyyatda olan Təqsirləndirilən şəxs (FİN 0VTFLE4J) 1 saylı Şirvan-Salyan Regional filialdan aylıq məbləği 268,62 manat olmaqla İİ qrup əlilliyə görə müddətsiz olaraq əmək pensiyası alır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Nakotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İşdə olan, Şirvan ŞPŞ-nin 07 sentyabr 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini kimdən alması və haradan əldə etməsi, o cümlədən satması və ya satacağı barədə dəqiq məlumatlar əldə edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olması və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 14 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi və həmin narkotik maddə iki bükümdə olmaqla üzərində saxlayıb yaşıdığı ərazidə küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan-30 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 70-cii maddəsi tətbiq edilərək təyin edilmiş 03 il 11 ay 18 gün müddətə azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir.Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş cəza təyin edilmiş cəzaya qismən birləşdirilib hökmlərin məcmusu üzrə qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya haqqında” Qərarının 2.2-ci bəndinə əsasən o, 06 dekabr 2021-ci ildə cəzadan azad edilmiş, habelə həmin Qəqarın 7-ci bəndinə (Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün) əsasən məhkumluğu götürülmüşdür. Məhkəmə hesab edir ki, 24 noyabr 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu götürüldüyündən hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər İHB-nın 1 nömrəli İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, X9 şəhəri, “1 May” küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə qənaətbəxş (nümayəndəliyi ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməklə satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. halları), cəzanı yüngülləşdirin halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan iki ədəd bükümdə olmaqla cəmi 13,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-63 (altmış üç) manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan iki ədəd bükümdə olmaqla cəmi 13,9 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-63 (altmış üç) manat 90 (doxsan) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-176/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-176/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver