Məhkəmə qərarları › İş №1(099)-176/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-176/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-176/2024 14.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, X3, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxsin hüquqi varisi X4, qanuni nümayəndə və müəllim - psixoloqun iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Biləsuvar rayonunun Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 10 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq etmiş, eləcə də digər şəxsin sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı verməklə əzab vermiş, həmçinin təkrar və onun üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməklə hədələmişdir. Belə ki, o, mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı vermək niyyəti ilə 28 sentyabr 2016-cı ildən nikahda olub Biləsuvar rayonu, Nəsimi kəndində yaşadığı atası Bəhlul Hüseynovun və özünün evində birgə yaşadığı müddətdə arvadı Zərərçəkmiş şəxs1 14 oktyabr 2016-ci ildə xırda ailə münaqişəsi zəminində vintaçan ilə sol qoluna çiynindən bir qədər aşağı hissəyə zərbə endirərək nəticədə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sol bazu nahiyəsinin bir ədəd çapıq xəsarətini yetirib; 2016-cı ilin noyabr ayında tarixi məlum olmayan gündə ailə münaqişəsi zəminində parça qayçısını sol qoltuq altına güclə batıraraq nəticədə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bir ədəd sol qoltuq altı çapığı xəsarətini yetirib; 08 mart 2017-ci ildə saat 11 radələrində ailə münaqişəsi zəminində Zərərçəkmiş şəxs1 təpik-yumruqla evin otağında döyərək ardı ilə cibindən qatlanıb-açılan bıçağı ilə sol çiyninə və sol qolunun dirsək hissəsinə vurub bıçağın tiyəsinin ucunu batırmaqla sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bir ədəd sol dirsək oynağı və bir ədəd sol çiyin qurşağı çapığı xəsarətlərini yetirib; 01 sentyabr 2017-ci ildə saat 15 radələrində onun belinə soyuqdəyməyə qarşı banka qoyarkən ehtiyatsızlıqdan banka bir qədər isti olub kürəyini göynətdiyindən onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs1 əllərini ayaqqabı bağı ilə arxadan bağlayıb evin həyətində başı və bədəni üzərinə benzin töküb ardı ilə əlindəki alışqanı yandırıb ona tərəf tutaraq öldürməklə ilə hədələmiş; 2018-ci ilin avqust ayında çimməsi üçün suyun qızdırılması ləngidiyindən evin otağında çəkdiyi papirosu yana-yana Zərərçəkmiş şəxs1 sağ budunun ön tərəfinə basıb budunda söndürərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sağ bud nahiyəsində bir ədəd çapıq xəsarətini yetirib; 30 aprel 2020-ci ildə çənəsindən aldığı xəsarətlə bağlı ona dərman verərkən su içməsi üçün stəkan vermədiyinə görə əsəbləşib qatlanıb-açılan bıçaqla Zərərçəkmiş şəxs1 sağ əlinin biləyini iç tərəfindən üç yerdən kəsib ardı ilə evin həyətindən odun parçası ilə onun başının təpə hissəsinə güclü zərbə endirərək yerdə onun qarın hissəsinə təpiklə zərbə vurub onu pilləkənlərdən yerə yıxmış, sonra davamı olaraq saçından tutub başını qaldıraraq evin giriş beton pilləkənə başını zərblə çırparkən beton çənəsinin dərisini və ətini kəsmiş, başının alın hissəsini yenidən pilləkənə çırparaq nəticədə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sağ said nahiyəsində üç ədəd və sol çənəaltı nahiyəsinə bir ədəd çapıq xəsarətlərini yetirib; 2020-ci ilin avqust ayında çayın gec dəmlədiyini bəhanə edərək yaşadığı evdə masadakı çəngəli götürüb Zərərçəkmiş şəxs1 belinə batıraraq sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığın yüngül zərərvurmaya aid sol bel nahiyəsində bir ədəd çapıq xəsarətini yetirib; körpə övladı oynayarkən çəkiclə bıçağını əzdiyindən uşağı nəzarətsiz qoymasını bəhanə edərək 06 aprel 2022-ci ildə saat 15 radələrində qatlanıb-açılan həmin bıçağı əlinə alıb tiyəsini Zərərçəkmiş şəxs1 boğazına dirəyib başını kəsərək öldürməklə təkrar hədələmiş; 26 may 2022-ci ildə qayını Rövşən Şəbiyevin qız toyu ilə bağlı sonuncun evlərinə getdiyinə görə Zərərçəkmiş şəxs1 saçından tutaraq evin çöl divarına söykəyib qatlanıb-açılan bıçağını açıb bıçağın tiyəsini qarnına dirəyib öldürməklə təkrar hədələmiş; 22 noyabr 2022-ci ildə spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə evə gələrək və arvadı Zərərçəkmiş şəxs1 evin qapısını gec açmasını bəhanə edərək evin mətbəxindən mətbəx bıçağını götürüb işıqları söndürərək Zərərçəkmiş şəxs1 başını kəsərək öldürməklə təkrar hədələmiş; 04 mart 2023-cü ildə Zərərçəkmiş şəxs1 döyüb xəsarətlər yetirdiyinə görə sonuncunun Bəhlul Hüseynovun evində qalmasına hiddətlənib 13 mart 2023-ü ildə gecə saat 01 radələrində spirtli içkinın təsiri altında sərxoş vəziyyətdə həmin evin pəncərəsindən evə daxil olaraq qatlanıb-açılan bıçağı əlində tutub Zərərçəkmiş şəxs1 öldürməklə təkrar hədələmiş, bununla da o Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən mütəmadi olaraq döyüb və sair zoraki hərəkətlərlə güclü fiziki ağrı verməklə əzab vermiş, eləcə də təkrar və onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Bundan əlavə, o, arvadı Zərərçəkmiş şəxs1 yüngül xəsarət yetirməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində sadələşdirilmiş icraat materialı üzrə Biləsuvar rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmünə əsasən 08 iyun 2023-cü ildə barəsində azadlığın məhdudlaşdırılması cəzasının icrasına başlanılmasından narazı qalaraq spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində ailə münaqişəsi zəminində aralarında gərginlik yaşanan qayınX1nu öldürmək qərarına gəlmiş, bu niyyətlə həmin gün sonuncu ilə saat 16:25 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyinin Biləsuvar rayonu, Nəsimi kəndindən keçən hissəsində yol kənarında çay evi kimi istifadə olunan yerdə görüşüb ailə münasibətlərini aydınlaşdırarkən Azad Almasovun arvadının onunla nikahının pozulması niyyətini dəstəklədiyindən hiddətlənib ictimai yer hesab olunan iaşə obyektində olan və kənar şəxslərin gözü qarşısında, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bununla da əzab və iztirab verəcəyini əvvəlcədən dərk edib arzulayaraq əvvəlcədən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən ümumi uzunluğu 194 mm, tiyəsi orta xətt üzrə 82 mm uzunluqda olan məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qarnının ön divarına beş dəfə, döş qəfəsinə bir dəfə və yuxarı ətraflarına çoxsaylı nizamsız zərbələr endirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sağ yarısının ön səthində döş boşluğuna keçən və ağciyərin sağ payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş, qarının yuxarı hissəsinin sol yarısının ön divarının dörd ədəd, qarının sağ yarısının ön divarının bir ədəd qarın boşluğuna keçən mədəni, mədəaltı vəzini və nazik bağırsağı zədələyən deşilmişkəsilmiş yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin ovuc səthindəki bir ədəd və sol said nahiyəsindəki iki ədəd kəsilmiş yara xəsarətlərini yetirdikdən sonra yerə yıxılmış, sonra Azad Almasovun üzünə təpiklə zərbələr endirərək burun belindəki əzilmiş səthi yara və sağ gözyuvası ətrafındakı qançırlarla müşayiət olunan dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və hadisə yerinə gəlib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin növbətçi sürücüsü, polis serjantı Zərərçəkmiş şəxs2 cinayət əməllərini dayandırması tələbinə məhəl qoymayaraq hərəkətlərini davam etdirməklə sonuncunu əlindəki bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək yaralıya kömək göstərilməsinə mane olmaqla müqavimət göstərmiş, Zərərçəkmiş şəxs2 yerdən daş götürüb ona atdığına görə həmin yerdən qaçaraq uzaqlaşdıqdan sonra, Zərərçəkmiş şəxs2 və yaxınlıqda olan şəxslər tərəfindən zərər çəkmiş şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardımlar göstərilsə də, xx.xx.2023-cü ildə aldığı xəsarətlərdən həmin xəstəxanada ölmüş, bununla da o, Azad Almasovu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini qismən təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2016-cı ildə evlənmiş, onlar Biləsuvar rayonunun Nəsimi kəndində yaşamış, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmış, 2023-cü ilin mart ayında Günellə ayrılmış və birgə nikahlarından iki azyaşlı uşağı vardır. Əvvəllər Günellə münasibətləri yaxşı olmuş, lakin sonralar qaynanası və qaynatası onların ailə məsələlərinə müdaxilə etdiyindən aralarında tez-tez söz-söhbətləri olmuşdur. X14 evləndikdən sonra onun ailəsinə müdaxilə edərək evində narazılıq yaratmış, onu qızı ilə boşatmaq istəmişdir. 2019-cu ildə Azad Almasov onun ailəsində problem yaratdığı üçün o qaynatası Azada bıçaqla xəsarət yetirmiş, lakin xəsarət yüngül olduğundan və onlar barışdığından cinayət işinə xitam verilmişdir. Qayınatası Azad tez-tez DİN-nin “102” xidmətinə zəng edib ondan əsassız şikayətlər etmiş, guya cinayət törətməsi barədə böhtan xarakterli məlumatlar vermişdir. Qayınatası Azad 01 mart 2023-cü ildə onun yaşadığı evə gələrək ona əsassız olaraq irad tutmuş, evində söz-söhbət yaradaraq çıxıb getmiş, qayınatası evinə gəldiyinə görə arvadı Güneli döymüş, sonra qayınatası gəlib qızını öz evinə aparmış və həmin vaxtdan Günel və uşaqları onların evində yaşamış, Güneli döydüyünə görə Biləsuvar rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmədən sonra Azad onu pis söyüşlərlə təhqir etmiş və qızı ilə boşandıracağını bildirmişdir. 08 iyun 2023-cü ildə saat 11 radələrində o, Biləsuvar rayon İcra və Probasiya şöbəsinə çağırılmış, şöbədə icra məmuru ayağına qolbaq taxmış, sonra oradan çıxıb “Bol market”ə gedərək iki butulka spirtli içki alıb içdikdən sonra X14la görüşüb arvadını və uşaqlarını evinə gətirmək barədə söhbət etmək istəmiş, sonuncu razı olmayacağı halda Azad onu həyatdan bezdirdiyindən Azadı öldürmək qərarına gəlmiş, bu məqsədlə Azadın Biləsuvar-Bəhrəmtəpə yolunun kənarında çayxanada olduğunu bilib çayxanaya getmiş, saat 16:20 radələrində çayxananın həyətində Azadla görüşüb ona mülayim şəkildə barışmaq niyyətinin olduğunu deyərkən Azad kobud şəkildə onu “biqeyrət, şərəfsiz” sözləri ilə təhqir etmiş və onu qızından boşatdırıb uşaqlarını əlindən alacağını bildirmiş, Azadın dediklərinə çox əsəbləşib üzərində gəzdirdiyi bıçağı cibindən çıxarıb sonuncunun qarnına, sinəsinə zərbələr vurmuş, Azad qaçıb getmək istəsə də, ona imkan verməyərək bıçaqla vurmağa davam etmiş, sonuncu aldığı xəsarətlərdən yerə yıxılmış, Azada bıçaqla zərbələr vurandan sonra onun tərpənişsiz vəziyyətdə yerdə uzandığını görüb 2-3 dəqiqə Azadın sifətinə baxmış, həmin vaxt həmkəndlisi, polis əməkdaşı işləyən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb bıçağı yerə atıb kənara çəkilməsini və təslim olmasını bildirmiş, lakin hirsi soyumadığı üçün Turalın yaxınlaşmasına imkan verməmiş və yaxınlaşacağı təqdirdə onu da bıçaqla vuracağını bildirmiş, əlində bıçaq olduğundan hadisə yerində olan şəxslər ona yaxınlaşmağa qorxaraq ondan 10-15 metr aralıda dayanmış, Azada bıçaqla xəsarətlər yetirib hirsi soyuduğundan hadisə yerini tərk edib piyada atasının evinə getmiş, həmin vaxt bıçağı da özü ilə aparmış, sonra həmin bıçağı könüllü olaraq polisə təqdim etmişdir. Arvadı Güneli döysə də, ona işgəncə və əzab verməmiş, ona qarşı alçaldıcı hərəkətlər etməmiş, onu öldürməklə hədələməmiş, Günelin bədənində olan xəsarətlər və çapıqlar onunla birgə yaşadığı dövrdə yaransa da həmin xəsarətləri o yetirməmiş, qeyd edilən xəsarətləri və çapıqları Günel ev işləri görərkən almışdır. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 28 sentyabr 2016-cı ildə ailə qurmuş, 05 mart 2023cü ilədək onunla ər-arvad kimi yaşamış və birgə nikahdan iki övladı doğulmuşdur. Elşənlə münasibətləri əvvəllər yaxşı olsa da, sonralar Elşən spirtli içki qəbul etdiyindən, heç bir səbəb olmadan onunla söz-söhbət yaradaraq onu dəfələrlə sillə-təpiklə döymüş, bıçaqla, qayçı ilə və vintaçanla ona xəsarətlər yetirmiş, bir sözlə onunla birgə yaşadığı dövrdə ona dözülməz əzab-işgəncə vermiş, hətta bir neçə dəfə Elşən əlində çəkdiyi siqareti onun bədənində söndürmüş, 2017-ci ildə soyuqdəyməyə qarşı Elşənin belinə banka qoyarkən ehtiyatsızlıqdan banka bir qədər isti olduğundan kürəyini incitdiyi üçün Elşən onun hamilə vəziyyətində olmasına baxmayaraq əllərini ayaqqabı bağı ilə arxadan bağlayıb evin həyətində başı və bədəni üzərinə benzin töküb əlindəki alışqanı yandırıb ona tərəf tutaraq öldürməklə hədələmiş, həmin vaxt həddindən çox qorxmuş, demək olar ki, bir müddət özünə gələ bilməmişdir. 2023-cü ilin mart ayının 4-də atası Azad onların evinə gəlib getdikdən sonra Elşən ona şiddətli əzab verməklə döymüş, həmin gecə sürünə-sürünə uşaqlarını götürüb qonşuluqda yaşayan qayınatası Bəhlulun evinə getmiş, hadisə barəsində qayınatasına hər şeyi bildirsə də, sonuncu buna heç bir reaksiya verməmiş, bir neçə gün qayınatasının evində qalmış, sonra uşaqları ilə birgə atası evinə gəlmiş, həmin vaxtdan sonra bir daha Elşənin evinə qayıtmamışdır. Elşən onu döyərək ona xəsarət yetirdiyinə görə 27 aprel 2023-cü ildə məhkəmənin hökmünə əsasən altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Elşən onu tez-tez döyərək başına, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyinə, bir neçə dəfə onu öldürməklə hədələdiyinə və ona olmazın işgəncələrini verdiyinə görə əri ilə birgə yaşamaq mümkün olmamış, nəhayət atasını döydüyünə və anasına qarşı hörmətsizlik etdiyinə, eləcə də uşaqları üçün yaxşı ata olmadığına görə Elşənlə boşanmaq qərarına gəlmiş, valideynləri də buna razı olmuşlar. 08 iyun 2023-cü ildə atası Azad saat 15 radələrində evdən çıxıb Nəsimi kəndinə çayxanaya getmiş, həmin yerə gələn Elşən çayxanada olan atası ilə mübahisə edərək ona çoxsaylı bıçaqla xəsarətlər yetirmiş, atası aldığı ağır xəsarətlər nəticəsində iyunun 10-da xəstəxanada ölmüşdür. Valideynləri tərəfindən onun ailəsinə hər hansı bir müdaxilə olmamış, yalnız onların mehriban yaşamaları üçün onlara lazımi köməklik göstərilmişdir. Təqsirləndirilən şəxs atasını öldürdüyünə, ona əzab-işgəncə verdiyinə və dəfələrlə ona bıçaqla çoxsaylı xəsarətlər yetirdiyinə görə onunla barışmadığını və onu bağışlamadığını bildirmiş və məhkəmədən ona ağır cəza-ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə baxışında qanuni nümayəndənin və müəllim-psixoloqun iştirakı ilə dindirilmiş azyaşlı Şahid18 qısa ifadə verərək göstərmişdir ki, atası Elşən anasını dəmirlə döyərkən onu yatmağa göndərmiş, anasının ağlamasını və bədənində yaralar (xəsarətlər) olduğunu görmüşdür. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsində sürücüsü işləyir. xx.xx.2023-cü ildə xidməti işdə olmuş, saat 16 radələrində xidmət yoldaşı Şahid7la Biləsuvar rayonu Nəsimi kəndində Biləsuvar-Bəhramtəpə yolu ilə Biləsuvar şəhəri istiqamətində avtomobillə hərəkət edərək yolun 12-ci kilometirliyinə təxminən 200-300 metr qalmış orada olan mağazanın yaxınlığında çoxlu sayda adamların toplaşdığını görüb avtomobili saxlayaraq düşüb çay evinin həyətinə yaxınlaşarkən taksi sürücüsü kimi tanıdığı Vurğunu, mağaza sahibi Sakiti kənd sakini Təqsirləndirilən şəxs görmüş, Elşənə tərəf baxarkən sonuncunun sağ əlində qanlı bıçaq, əli tam qan içində ayağı üstdə ağacın altında yana doğru dayanıb, onun qarşısında yanı üstdə göy köynəkdə bir nəfərin yerdə uzanıqlı vəziyyətdə olduğunu, Elşənin isə həmin şəxsin üzünə, başına təpiklə ard-arda güclü zərbələr vurduğunu görüb sonuncuya yaxınlaşmış, həmin vaxt yerdə uzanıqlı vəziyyətdə, qan içində olan şəxsin kənd sakini Azad Almasovun olduğunu görmüş, dərhal Elşənə doğru yaxınlaşıb onu sakitləşdirib zərərsizləşdirmək istəyərkən Elşən sakitləşməmiş, ona tabe olmayaraq qışqırıb yaxınlaşacağı halda ona da bıçaqla xəsarət yetirəcəyini bildirmiş, məcbur qalıb yerdən daş parçası götürüb Elşənə tərəf atmış, nəhayət sonuncu hadisə yerindən qaçaraq uzaqlaşmış, Vasif avtomobilini sürüb Elşənin dalınca getsə də onu saxlamaq mümkün olmamış, o isə həmin vaxt Azad Almasovun xəstəxanaya göndərilməsinə köməklik göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid16 və Şahid11 da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Azad Almasov onun əri olmuş, baş vermiş hadisəyə kimi Azad taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. Qızı Günel 2023-cü ilin mart ayının 5-dək əri Elşənlə Biləsuvar rayonunun Nəsimi kəndində yaşamış, Elşən tez-tez spirtli içki içib evə gəldiyindən qızı ilə aralarında tez-tez söz-söhbətləri olmuş, onu döyərək ona bıçaqla, vintaçanla dəfələrlə xəsarətlər yetirmiş, martın 4-də gecə saatlarında Elşən qızı Güneli möhkəm döymüş, Günel gecə saat 02 radələrində yetirilən xəsarətlərdən sürünə-sürünə qonşuluqda yaşayan qayınatası Bəhlulun evinə getmiş, sonra Bəhlul qızını və nəvələrini onun evinə göndərmiş, bu söz-söhbətdən sonra Günel əri Elşəndən boşanmaq istəmiş, lakin Elşən buna qarşı çıxmışdır. Əri Azadla kürəkəni Elşən arasında əvvəllər münasibətləri normal olsa da sonralar Elşənin qızını döyüb xəsarətlər yetirdiyinə və işgəncə verdiyinə görə əri ilə Elşən arasında tez-tez mübahisələri olmuş, mübahisə zamanı Elşən ərinə bıçaqla xəsarətlər yetirmiş, lakin sonra onlar barışmışlar. 08 iyun 2023-cü ildə Azad saat 15:50 radələrində evdən çıxıb Nəsimi kəndinə çayxanaya getmiş, həmin yerə gələn Elşən çayxanada olan Azadla mübahisə edərək ona çoxsaylı bıçaqla xəsarətlər yetirmiş, əri aldığı ağır xəsarətlər nəticəsində iyun ayının 10-da xəstəxanada ölmüşdür. Əri Azad və onun tərəfindən qızının ailəsinə hər hansı bir müdaxilə olmamış, yalnız onların mehriban yaşamaları üçün onlara lazımi köməklik göstərilmiş, kürəkəni Elşən qızını döyüb incitdiyinə görə qızı ərindən boşanmaq istəmiş, onlar da bunu müdafiə etmişlər. Təqsirləndirilən şəxs ərini öldürdüyünə, qızına əzab-işgəncə verdiyinə və ona bıçaqla çoxsaylı xəsarətlər yetirdiyinə görə onunla barışmadığını və onu bağışlamadığını bildirmiş və məhkəmədən ona ağır cəza - ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 08 iyun 2023-cü ildə saat 16-17 radələrində çayxanaya gələrkən həmkəndlilərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs X14u həmin çayxananın həyətində bıçaqla xəsarət yetirərək öldürmüş, Elşən əlindəki bıçaqla orada olanları hədələdiyindən heç kəs yaxına gələ bilməmiş və Azada kömək edə bilməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 08 iyun 2023-cü ildə saat 16 radələrində dostu Dağıstanla həmkəndlisi Sakitin işlətdiyi çayxanaya getmiş, həmin vaxt kənd sakini Azad Almasov da orada olmuş, az sonra Təqsirləndirilən şəxs də oraya gəlib Azadla üzbəüz dayanıb onunla söhbət etdiyini, sonra onların mübahisə etdiyini görüb Elşənə yaxınlaşıb qoluna girib sakitləşdirməyə cəhd etmiş, bu vaxt Elşən onun əlini itələyib ona kobud şəkildə onların mübahisələrinə müdaxilə etməməsini deyərək onu təhqir etmiş, vəziyyəti belə görüb Dağıstanla çayxanadan uzaqlaşıb getmək istəyərkən təxminən 30-40 metr aralaşdıqdan sonra “ay öldü-ay öldü” səsləri eşitmiş, həmin vaxt Tural adlı polis əməkdaşının onu çağırdığını görüb idarə etdiyi avtomobillə çayxananın qarşısına gəlmiş, polis əməkdaşının və digər bir nəfər şəxsin köməkliyi ilə Azad Almasovu avtomobilinə mindirilib xəstəxanaya aparılmış, yolda gedərkən Azad Almasovun kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid12 və Şahid17 da Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Elşən həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə 2016-cı ildə evlənmiş, onlar 2023-cü ilin mart ayına kimi bir yerdə yaşamış, onların birgə nikahından iki uşaqları doğulmuşdur. Elşənlə gəlini Günel arasında münasibətləri normal olmuş, birgə yaşadıqları müddətdə Elşənin arvadı Güneli döyməsini, ona hər hansı bir fiziki zor tətbiq etməsini, Günelə xəsarət yetirməsini görməmişdir. 2023-cü ilin mart ayında oğlu Elşən arvadı Güneli döydüyü üçün gecə saat 01-02 radələrində Günel onların evinə gəlmiş, o Günelin döyüldüyünü görüb polis şöbəsinə aparmış, şikayət ərizəsi yazaraq polis şöbəsinə vermiş, oğlunu cinayət məsuliyyətinə cəlb etmişlər. Zərərçəkmiş şəxs1 bədənində olan xəsarət və çapıqların olması barədə onun heç bir məlumatı olmamışdır. Oğlu Elşənin həmkəndlisi və X14u öldürməsini görməmiş, hadisədən sonra məlumatı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 əri X8 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 26 may 2022-ci ildə qonşusu Yasəmən onu çağırıb Təqsirləndirilən şəxs evindən qışqırıq səsləri gəldiyini, onlara gedib nə baş verdiyi ilə maraqlamasını demiş, Elşənin evinin darvazasına yaxınlaşarkən Elşən qapını açıb küçəyə çıxmış, Elşəndən səs-küyün nə ilə bağlı olduğunu soruşarkən sonuncu ona “heç” cavabı verərək uşaqlarla bağlı olduğunu deyib evinə qayıtmış, o, Elşənin arvadı Zərərçəkmiş şəxs1 döyməsini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cinayət hadisəsi 08 iyun 2023-cü ildə saat 16:25 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyinin Biləsuvar rayonu, Nəsimi kəndindən keçən hissəsində yol kənarında çay evi kimi istifadə olunan yerdə baş vermişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçağa baxış keçirilərkən üzərində qanabənzər ləkələrin olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin bıçaqla Azad Almasova xəsarətlər yetirdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı döş qəfəsinin sağ yarısının ön səthində döş boşluğuna keçən və ağciyərin sağ payını zədələyən bir ədəd deşilmişkəsilmiş yara. Qarının yuxarı hissəsinin sol yarısının ön divarının dörd ədəd, qarının sağ yarısının ön divarının bir ədəd qarın boşluğuna keçən mədəni, mədəaltı vəzini və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara, sağ əlin ovuc səthinin bir ədəd, sol said nahiyəsinin iki ədəd kəsilmiş yarası, burun nahiyəsində əzilmiş səthi yara, sol gözyuvası ətrafında qançır müəyyən olundu. Müəyyən olunan xəsarətlər döş qəfəsinin sağ yarısının ön stəhində döş boşluğuna keçən və ağciyərin sağ payını zədələyən bir ədəd deşilmiş– kəsilmiş yara, qarının yuxarı hissəsinin sol yarısının ön divarının dörd ədəd, qarının sağ yarısının ön divarının bir ədəd qarın boşluğuna keçən mədəni, mədəaltı vəzini və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara həyati olub deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 iyun 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının öns səthində döş boşluğuna keçən və ağciyərin sağ payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, qarının yuxarı hissəsinin sol yarısının ön divarının dörd ədəd, aarının sağ yarısının ön divarının bir ədəd qarın boşluğuna keçən mədəni, mədəaltıvəzini və nazik bağırsağı zədələyən (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Sağ Əlin ovuc səthindəki bir ədəd və sol said nahiyəsindəki iki ədəd kəsilmiş yara kəsici əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. Burun belindəki əzilmiş səthi yara və sağ gözyuvası ətrafındakı qançır bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdir. X6 ölümünə sağ ciyərin sağ payının, mədənin, mədəaltı vəzin və nazik bağırsağın zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmə səbəb olmuşdur. X12 10 iyun 2023-cü ildə saat 17:15 dəqiqədə Biləsuvar rayon mərkəzi xəstəxanasında ölmüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 iyun 2023-cü il tarixli 559 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 başın təpə nahiyəsində, sağ qaşüstü nahiyədə əzilmiş yara, başın ənsə, hər iki yuxarı və aşağı ətraf, oturaq və kürək nahiyəsində qançırlar, allın nahiyəsində sıyrıq, sol bazu, sol çiyinin qurşağı, sol qoltuq, sol dirsək oynağı, sol bel, sağ bud, sol çənəaltı nahiyələrində hərəsində bir ədəd, sağ said nahiyəsində üç ədəd çapıqlar müəyyən olundu. Müəyyən olunan xəsarətlərdən başın təpə və sağ qaşüstü nahiyənin əzilmiş yaraları, ənsə yaraları, ənsə nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı, hər iki aşağı və yuxarı ətrafların, oturaq və kürək nahiyəsinin qançırları (ümumilikdə 13 ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarda qeyd olunan 04-xx.xx.2023-cü il tarixlərə uyğun gəlir, dərəcəsinə görə başın təpə və sağ qaşüstü nahiyəsinin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, ənsə nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı, hər iki aşağı və yuxarı ətrafların oturaq və kürək nahiyəsinin qançırları (ümumilikdə 13 ədəd) sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Müəyyən olunan xəsarətlrədən sol bazu, sol çiyin qurşağı, sol qoltuq, sol dirsək oynağı, sol bel, sağ bud, sol çənəaltı nahiyələrində hərəsində bir ədəd, sağ said nahiyəsində üç ədəd çapıqların (cəmi 10 ədəd) alınması barədə ilkin tibbi sənəd olmadığından həmin zədələrin xarakterini və törənmə alətini müəyyən etmək mümkün deyil, törənmə müddətləri 1,5 ildən artıqdır, dərəcəsinə görə hər bir xəsarət ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi-bioloji və məhkəmə-tibbi-krimininalistik ekspertizasının 12 iyul 2023-cü il tarixli 381/2023 saylı rəyindən görünür ki, X6 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, məhrum X9 məxsus köynək, cins şalvar, kəmər, Təqsirləndirilən şəxs məxsus kofta, Azad Almasova məxsus köynək, cins şalvar, kəmər, Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar, hadisə yerindən götürülmüş bir cüt tərlik və altı ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan əkələri A(İİ) qruplu şəxsə, o cümlədən Azad Almasova məxsus ola bilər. İş materiallarında olan kompleks məhkəmə-tibbi-bioloji və məhkəmə-tibbikrimininalistik ekspertizasının məhkəmə-tibb-kriminalistik tədqiqinə dair xx.xx.2023-cü il tarixli 280-2023/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum X9 məxsus köynəyin ön stəhinin sağ yarısının yuxarı hissəsində 01(bir) ədəd və ön səthinin sol yarısının aşağı hissəsində 04 (dörd) ədəd (cəmi 05 (beş) ədəd) deşilmişkəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdilər. Ekspertizaya təqdim edilmiş X9 bir ədəd məxsus açıq yaşıl (firuzəyi) rəngli qısaqol köynək üzərində aşkar olunmuş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş mərhum X9 məxsus bir ədəd göy rəngli cinas şalvar və bir ədəd qara rəngli dəriyəbənzər materialdan kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təyin edilmiş bir ədəd bıçağın ümumi uzunluğu 194 mm, tiyəsi orta xətt üzrə 82 mm uzunluqda olmaqla bozumtul-gümüşü rəngindədir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan mobil cihazlar üzrə məhkəmə-kompüter texniki ekspertizasının 06 iyul 2023-cü il tarixli 5/878 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “X22 Prime” markalı arxa markalanma göstəricisinə görə “SM-G531H/DS” modelli, “3594xx/xx/49500/9, 3594xx/xx/494500/7” “ımeı” kodlu mobil smartfonun ekran (displey) hissəsinin nasaz olmasına görə hal-hazırda tədqiqat aparılması üçün təyinatı üzrə istifadəyə yararlı deyildir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X22 Prime” markalı arxa markalanma göstəricisnə görə “SM- G531H/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontak, zəng, “SMS mesaj, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “X22 Prime” markalı arxa markalanma göstəricisinə görə “SM-G531H/DS” modelli mobil smartfonun yaddaşında mövcud olan məlumatları “Ekspertiza 5-878” adlı iş çantasında bir ədəd DVD-R diskə köçürərək ekspert rəyinə əlavə edildi. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2429 saylı rəyindən görünür ki, iş materiallarından və hal-hazırdaki psixiatrik müəyinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl zamanı hər hansı bir psixi xəstlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsəzilik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, klinik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs 08 iyun 2023-cü ildə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs 08 iyun 2023-cü ildə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd DVD-R diskində olan məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**- ** mobil nömrəsi ilə 08 iyun 2023-cü ildə və əvvəllər X12 ilə danışıqlar aparılmadığı və həmin gün saat 14:18 dəqiqədə, saat 16:13 dəqiqədə həmin mobil nömrə ilə zənglər aparılarkən abonentin Biləsuvar rayonu Nəsimi kənd anten dairəsində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Psixiatriya Xəstəxanasının 03 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 05 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur, bu günə kimi xəstəxanaya hər hansı bir xəstəliklə bağlı müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023cü ildə saat 09:50-də xəstəxananın TTTY bölməsinə “Başın təpə nahiyəsində cırılmış yara, kürək nahiyəsində hematomalar, sağ budun hematoması, sol bud nahiyəsində cırılmış yara, hematoma, sağ qaş üstü nahiyədə cırılmış yara” diaqnozu ilə müraciət etmişdir. Asepbik sarğı qoyulmuşdur. Deməsinə görə xx.xx.2023-cü ildə həyat yoldaşı tərəfindən döyülüb. Vətəndaş başqa tarixlərdə xəstəxanayan müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin 03 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi şəkildə arvadı Zərərçəkmiş şəxs1 döydüyündən Zərərçəkmiş şəxs1 nikahın pozulmasını istəmişdir. X1 bu niyyətində qızını dəstəklədiyindən Təqsirləndirilən şəxs spirtli içki təsiri altında 08 iyun 2023-cü il tarixdə X15-Bəhramtəpə magistral yolunun kənarında çayxana kimi istifadə olunan ərazidə bir neçə dəfə bıçaqla zərbələr vuraraq öldürmüşdür. Təqsirləndirilən şəxs Azad Almasovun öldürmək niyyətini tamamlamaqdan ötrü bir müddət onun yanında dayanmış və ətrafda olanların Azad Almasova yardım edilməsinin qarşısını almışdır. Hadisə yerindən keçən Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs2 və Şahid7 baş vermiş hadisəni görüb müdaxilə etdiyindən Təqsirləndirilən şəxs qaçıb gizlənməkdən ötrü həmin yerdən uzaqlaşmışdır. Cinayətin aləti bıçağı Təqsirləndirilən şəxs kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Hadisə yol kənarında baş verdiyindən Təqsirləndirilən şəxs Azad Almasova bıçaqla xəsarətlər yetirməsinin şahidləri Biləsuvar rayonu Nəsimi kənd sakinləri Şahid3, Şahid17, Şahid16, Şahid1, Şahid11 və şəxsiyyətlərini müəyyən etmək mümkün olmayan Nəsimi və ətraf kənd sakinləri olmuşlar. Həmin şəxslər Təqsirləndirilən şəxs aqressiv olduğunu, əlində bıçaq olduğunu görüb müdaxilə etməkdən qorxmuşlar. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs birgə yaşadığı dövrdə arvadı Zərərçəkmiş şəxs1 tez-tez fiziki ağrılar verdiyi, Zərərçəkmiş şəxs1 qarşı qeyri insani alçaldıcı hərəkətlər etdiyi müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınan, hadisə yerinə baxış keçirilərkən götürülmüş bir cüt tərlik və üzərində insan qanı olan altı ədəd çubuqlu pambıq topası, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olan bir ədəd ümumi uzunluğu 194 mm, tiyəsi orta xətt üzrə 82 mm uzunluqda olan məişət təyinatlı qatlanan tipli bozumtul-gümüşü rəngli bıçaq, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, eləcə də zərər çəkmiş şəxs – mərhum X6 hadisə vaxtı əynində olmuş bir ədəd açıq yaşıl rəngli (firuzəyi) qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli dəriyəbənzər materialdan olan kəmər eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “X22 Prime” markalı arxa markalanma göstəricisinə görə “SM-G531H/DS” modelli mobil smartfon Biləsuvar rayon prokurorluğunda saxlanılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsi baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs ittiham verildiyi 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin təsdiqedici ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi sübutlar, eləcə də iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətinin (əməlinin) Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 iyun 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Biləsuvar rayon məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 08 iyun 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 10 noyabr 2019-cu ildə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, lakin iş üzrə icraata xitam verilmiş, Biləsuvar rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya xidmətinin məktubundan görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(022)- 67/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü ildə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, məhkum şöbədə qeydiyyata alınmaqla ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Lakin məhkum Təqsirləndirilən şəxs yeni cinayət törətdiyi üçün Biləsuvar rayon məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona Biləsuvar rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(022)-67/2023 saylı hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasını çəkməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən hesab edir ki, Biləsuvar rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(022)- 67/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi hər cinayətinə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmin Məcəllənin 56.2ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət törətməsini və bu əmələ görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilməsini, habelə törədilmiş cinayətin cəmiyyətdə mənfi reaksiyalarla qarşılanmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın bir hissəsini həbsxanada çəkməlidir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və 2 azyaşlı uşaqları ilə birgə Biləsuvar rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda təqsirini qismən etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunda saxlanılan, hadisə yerinə baxış keçirilərkən götürülmüş bir cüt tərlik və üzərində insan qanı olan altı ədəd çubuqlu pambıq topası, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olan bir ədəd ümumi uzunluğu 194 mm, tiyəsi orta xətt üzrə 82 mm uzunluqda olan məişət təyinatlı qatlanan tipli bozumtul-gümüşü rəngli bıçaq, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, eləcə də zərər çəkmiş şəxs – mərhum X6 hadisə vaxtı əynində olmuş bir ədəd açıq yaşıl rəngli (firuzəyi) qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli dəriyəbənzər materialdan olan kəmər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “X22 Prime” markalı, “SM- G531H/DS”modelli mobil smartfon telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra onun atası X11 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 133.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.2.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza – 18 (on səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Biləsuvar rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 18 (on səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsini başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 08 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunda saxlanılan, hadisə yerinə baxış keçirilərkən götürülmüş bir cüt tərlik və üzərində insan qanı olan altı ədəd çubuqlu pambıq topası, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olan bir ədəd ümumi uzunluğu 194 mm, tiyəsi orta xətt üzrə 82 mm uzunluqda olan məişət təyinatlı qatlanan tipli bozumtul-gümüşü rəngli bıçaq, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, eləcə də zərər çəkmiş şəxs – mərhum X6 hadisə vaxtı əynində olmuş bir ədəd açıq yaşıl rəngli (firuzəyi) qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli dəriyəbənzər materialdan kəmər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “X22 Prime” markalı, “SM-G531H/DS” modelli mobil smartfon telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra onun atası X11 qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar