Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-176/2025 12.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1969-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə və 03 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2021-ci ildə cərimə cəzasını tam ödəmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şirvan şəhəri, M.S.ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 181.2.2, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 228.4 və 234.1-ci maddələri ilə, xx.xx.1975-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2-ci dərəcə əlilliyi olan, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 12 noyabr 2025-ci il tarixdə saat 15:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 21 yanvar 2024-cü tarixdə saat 16 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı Şirvan şəhəri Xəqani küçəsi 151 saylı fərdi yaşayış evinin qarşısına gələrək, sonuncunu evdən çağırıb həmin fərdi yaşayış evinin qarşısında yerləşən küçədə ondan tanışları X17 olan 200 manat borcunu qaytarmasını bildirmiş, Zərərçəkmiş şəxs2 onların bu qanunsuz tələbinə etiraz edib borc məsələsini Rəfael Əliyevlə öz aralarında həll edəcəyini bildirdikdə, Təqsirləndirilən şəxs1 üzərində olan bıçağı nümayiş etdirərək Zərərçəkmiş şəxs2 pulu verməyəcəyi təqdirdə ona və ailə üzvlərinə qarşı zor tətbiq edəcəkləri ilə hədələməklə Zərərçəkmiş şəxs2 200 manat pulu hədə-qorxu ilə tələb etmişlər. Zərərçəkmiş şəxs2 tələb olunan 200 manat pulu vermədiyini görən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə 24 yanvar 2024-cü tarixdə saat 14 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində “Köhnə şəhər” istiqamətində yolun kənarında Zərərçəkmiş şəxs2 tanışları X17 olan 200 manat borcunu qaytarmasını bir daha tələb etmiş, Zərərçəkmiş şəxs2 onların bu qanunsuz tələbinə növbəti dəfə etiraz etdikdə Təqsirləndirilən şəxs1 üzərində olan bıçağı nümayiş etdirərək Zərərçəkmiş şəxs2 pulu verməyəcəyi təqdirdə ona və ailə üzvlərinə qarşı zor tətbiq edəcəkləri ilə hədələməklə Zərərçəkmiş şəxs2 200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 01 mart 2024-cü il tarixdə saat 09 radələrində təkrarən özgə əmlakını talamaq məqsədilə əvvəlcədən üzünü tibbi maska və eynəklə gizlədib, özü ilə bıçaq və dəyənək götürməklə Zərərçəkmiş şəxs2 tələb etdiyi 200 manat pulu almaq üçün Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi əvəzinə səhvən sonuncunun qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi döngə 7, ev 473-də yerləşən fərdi yaşayış evinə açıq olan qapısından qanunsuz daxil olmaqla evin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında çarpayıda yatan Zərərçəkmiş şəxs1 tərəf gəlib, əlindəki təyinatı və yeri istintaqa məlum olmayan silah qismində istifadə edilən bıçaq və məlum olmayan tarixdə və şəraitdə əldə etdiyi əldədüzəltmə üsul ilə hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən dəyənəklə Zərərçəkmiş şəxs1 qarşı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etmiş, həmin vaxt evin digər otağında olan Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs1 qışqırıq səslərinə ora gəlməsi nəticəsində sonuncuları görüb evdən qaçaraq yaşayış sahəsinə qanunsuz daxil olub silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib təkrar quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan məlum olmayan tarixdə və şəraitdə əldə etdiyi xeyli miqdarda, yəni 5,23 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 05 mart 2024-cü il tarixdə saat 19:15-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, X35 küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,23 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cahid ilə Mehdi arasında olan 200 manat məsələsinə onun heç bir aidiyyəti yoxdur. 21 yanvar 2024-cü il tarixdə təxminən günorta saatlarında onun avtomobili üçün Cahid ilə rəng almağa gedərkən yolda işıqforun yanında Mehdi ilə rastlaşmış və bu zaman onların aralarında danışıq olmuşdur. Daha sonra 23 yanvar 2024cü il tarixdə yenidən Cahid ilə rəng almağa gedərkən polis şöbəsinin yanında Mehdi ilə yenidən rastlaşmışlar. Lakin, həmin vaxt Mehdi ilə onlar arasında hər hansı mübahisə və ya dava-dalaş olmamışdır. Daha sonra o və Cahid rəng götürmüşlər. Sonrdan onlar bir heç daha heç vaxt üçü birlikdə bir araya gəlməmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 dövlət işçisi kimi, Cahidi avtomobil ustası kimi tanımışdır. Cahidin hansısa bir ünvana getməsi barədə onun məlumatı olmamış və Cahid bu barədə ona heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs2 Cahidlə birlikdə hədə-qorxu gəlməmiş, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin önünü kəsməmişdir. Birinci dəfə Zərərçəkmiş şəxs2la rastlaşdıqda Cahid avtomobildən enməmişdir. Onların aralarında 200 manat pul barədə söhbət olmuş, Zərərçəkmiş şəxs2 01-02 günə həmin pulu verəcəyini bildirmişdir. Özü Cahidə pul barədə heç bir sual verməmişdir. İkinci dəfə Zərərçəkmiş şəxs2la polis şöbəsinin önündə olan işıqforun yanında rastlaşmışlar. Həmin vaxt Cahidin əlində bıçaq görməmiş, nə o, nə də Cahid Zərərçəkmiş şəxs2 hədələməmişər. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər ruhi əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, əvvəllər məhkum olunmamış, mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 avtomobil ustasıdır, 2024-cü ilin yanvar ayında Cahidlə birlikdə olarkən sonunucu ona demişdir ki, onu Bağ evləri yaşayış massivinə aparsın, orada işi vardır. Bundan sonra o, idarə etdiyi VAZ 21099 markalı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı ünvanın qarşısına getmişlər. Həmin vaxt Cahid Mehdini evindən çağırmış, o, avtomobildə oturmuş, həmin vaxt Cahid Mehdi ilə küçədə söhbət etmişlər. Həmin vaxt Cahid və Mehdi arasında heç bir sözlə mübahisə və ya başqa formada dava dalaş olmamış, o, hətta onları tələsdirmişdir ki, işi var tez söhbət etsilər, o da işinin dalınca getmişdir. Təxminən Mehdi ilə Cahid 3-5 dəqiqə söhbət etmişlər, sonra Cahid avtomobilə əyləşmiş və onlar oradan uzaqlaşıb getmişlər. Sonrasında o, Mehdi ilə rastlaşmamış, sonuncu ilə aralarında heç bir danışıq və ya görüş olmamışdır. Bir səfərində də, Cahidlə Salyan dairəsinə avtomobil üçün boya almaq məqsədi ilə Cahidlə birlikdə idarəetdiyi avtomobillə getmişlər. Həmin vaxt Cahid Mehdini görmüş və avtomobildən düşərək, onunla bir neçə dəqiqə söhbət etmişdir. Sonra Mehdi aptekə girmiş, onlar oradan uzaqlaşıb getmişlər. Bundan başqa o bildirmişdir ki, o, Mehdiyə hədə qorxu gəlməmiş, ona bıçaq çəkməmiş, nə də ki, ondan hansısa miqdarda pul tələb etməmiş, Cahidin Mehdi ilə arasında olan danışıq barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, özünə münasibətdə Zərərçəkmiş şəxs2la təsadüfən rastlaşdığını bildirmişdir. 200 manat pulun nə ilə bağlı olması barədə məlumatı olmamışdır. O, Cahidin Zərərçəkmiş şəxs1 evinə getməsi barədə polis şöbəsində öyrənmişdir. Əvvəllər onun Cahidlə aralarında heç bir söz-söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ki, həm Təqsirləndirilən şəxs1la həm də Zərərçəkmiş şəxs2la münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2 qonşuluğunda yaşayan, həmin vaxt cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Rəfaelin anası Mehdinin onlara 200 manat pul borclu olduğunu bildirərərək ondan həmin pulu almaqda köməklik etməsini xahiş etmişdir. O, əvvəllər aralarında olan telefon danışıqları əsnasında Rəfaeldən onun Mehdiyə borc pul verməsini bilmişdir. Hətta, Rəfaelin qardaşı da ona mobil telefon vasitəsilə zəng edərək Mehdinin Rəfaeldən aldığı pulu qaytarmadığını, anasının təqaüdlə dolandığını, həmin pula ehtiyacı olduğunu bildirmiş, Mehdini görəcəyi təqdirdə bu barədə onunla danışmasını xahiş etmişdir. Daha sonra o, Mehdi ilə rastlaşdıqda ona Rəfaelə borcunun olub-olmadığını soruşmuş, Rafaelin anasının ona xəbər göndərdiyini, pulu vermək lazım olduğunu bildirmiş, Mehdi isə ona borc məsələsinin onların arasında olduğunu bildirmişdir. O, Mehdiyə Rəfaelin evini tanıdığını, onların evinə gedib borc barədə onlarla danışmasını demişdir. İkinci dəfə isə avtomobil barədə maraqlanmaq istədiyindən Mehdiyə yaxınlaşmış, həmin vaxt Mehdi tələsdiyindən ondan Rəfaelgilə gedib-getmədiyini soruşmuş, Mehdi yaxın zamanda Rəfaelgilə gedəcəyini bildirmişdir. Bundan başqa Mehdi ilə aralarında heç bir söz-söhbət olmamış, nə o, nə də ki, Amil Mehdidən hədə-qorxu ilə pul tələb etməmiş, onu bıçaqla hədələməmişlər. Bundan başqa o, 2024-cü il mart ayının əvvəllərində evinin yaxınlığında satışda olan obyektə baxmaq istəmiş, həmin obyektə baxdıqda əvvəllər üzərində gördüyü, satıcının mobil nömrəsinin qeyd olunduğu kağızı görməmiş, Mehdinin satıcının nömrəsini biləcəyini düşünmüş, bu məqsədlə Mehdinin yaşadığı evin qarşısına gəlmiş, Mehdinin avtomobilini evin qarşısında görmədiyindən Mehdinin evdə olmadığını anlamışdır. Bundan sonra küçə ilə hərəkət etməyə başlamış, bu zaman zibil qablarının yanında on-on beş ədəd itin olduğunu görmüş, həmin itlər hürərək onun üzərinə gəlmiş, o, həmin vaxt yerdə olan taxta parçasını götürərək itləri qorxutmağa çalışmış, lakin buna müvəffəq olmadıqda itlərin hücumundan qorunmaq üçün yaxınlıqdakı darvazasının qapısı açıq olan evin həyətinə daxil olmuşdur. O, evin həyətində bir neçə dəfə “Ay ev yiyəsi” deyə səslənmiş, lakin ona cavab verən olmamışdır. Hətta soruşan olarsa Mehdinin evi ilə səhv salması görüntüsü yaratmaq üçün bir neçə dəfə “Mehdi” deyə səslənmişdir. Həmin vaxt itlər oradan uzaqlaşdığından o, evin həyətindən çıxıb yoluna davam etmişdir. Daha sonra 05 mart 2024-cü il tarixdə günorta saatlarında evinin bağında ağacları budayarkən müştərisi ona zəng edərək evdə olubolmadığını soruşaraq avtomobilində təmir işləri aparmaq istədiyini bildirmiş, o isə ona evdə olduğunu demişdir. Təxminən on dəqiqə sonra qapı döyülmüş, o, qapını açdıqda polis əməkdaşları özlərini təqdim edərək ona şəkil göstərmiş, şəkildəki şəxsin o olub-olmadığını soruşmuş, o, şəkildəki şəxsin özü olduğunu təsdiq etdikdə polis əməkdaşları ona hadisə olduğunu, qadının boyunundan qızıl boyunbağı, evindən isə pul oğurlandığı, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində isə onun üzərinə bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana qoyulmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərmişdir ki, əməliyyatçılar polis şöbəsində onun qabağına marixuana qoyub “bunu götürməlisən” demişlər. O, səbəbini soruşduqda isə hadisə baş verdiyini, yaşlı olduğunu, narkotik vasitəni boynuna alacağı təqdirdə daha tez azadlığa çıxacağını ona bildirmişlər. O, narkotik vasitəni boynuna almaq istəmədiyini bildirdikdə qabağına silah qoyulmuş, o, yenidən razılaşmadığından onlar üçün problem yaratdığını, çəkilişlə evinə gedib narkotik çıxaracaqları ilə hədələmişlər. Bir az düşündükdən sonra narkotik vasitəni götürmüşdür. Aşağı enərkən açıb içində toxumların olduğunu görmüş və həmin toxumların bir hissəsi yerə dağılmışdır. Bundan bir müddət sonra vəkil gəlmiş və videoçəkiliş başlamışdır. Çəkilişə başladıqdan sonra narkotik vasitənin hansı cibində olduğu soruşulmuş, o da sağ cibində olduğunu bildirmişdir. Daha sonra çəkilişi bir neçə dəfə dayandırmışlar. Tərəziyə narkotik vasitəni qoyduqdan sonra onlar aralarında danışmağa başlamışlar. O, nə baş verdiyini soruşduqda narkotik vasitənin çəkisinin düz gəlmədiyini, çəkinin beş qramdan çox olmalı olduğunu bildirmişlər. O, orada artıq narkotik vasitənin çəkisinin önəm daşımadığını, narkotik vasitənin onun olduğunu boynuna aldığını bildirmişdir. Sonradan narkotik vasitənin çəkisi 05,23 qram qeyd edilmişdir. O, narkotik vasitə istifadəçisi olmamışdır. Polis əməkdaşları ona evindən 500 qram narkotik vasitə çıxardacaqlarını bildirdiklərindan o, onların dedikləri ilə razılaşmışdır. Zərərçəkmiş şəxs1 isə tanımır, onu əvvəllər görməmişdir. O, Zərərçəkmiş şəxs1 evinə daxil olmamış və aşkar edilmiş taxta parçasını tapıb sonradan atmışdır. O, Mehdinin evini tanımış, Mehdinin evi ilə Zərərçəkmiş şəxs1 evini səhv salmamışdır. O, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 qarşı hədəqorxu gəlməmişdir. O, Mehdini tanıdığından, onun üçün problem yaranmaması üçün Rəfaelin anası pulla bağlı polisə şikayət etməmiş bu məsələni yoluna qoymağa çalışmış, Mehdiyə borcunu qaytarmağı bildirmişdir. Mehdi ilə görüşərkən üzərində bıçaq və ya digər silah qismində istifadə olunan əşya olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək (yalnız CM-nin 234.1-ci maddəsi ilə) ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Qonşusu Rəfaelin anası bir səfərində ona yaxınlaşaraq, demişdir ki, Mehdinin onun oğlu Rəfaelə 200 manat borcu var, Mehdi həmin 200 manat pulu qaytarmır. O da ona demişdir ki, bu barədə Mehdiyə deyər. 21 yanvar 2024-cu il taríxdə o, tanışı Təqsirləndirilən şəxs1la birlikdə Mehdinin yaşadığı ünvana getmişlər, həmin vaxt Mehdi evdə olmamış, sonra bir avtomobillə geri qayıdan zaman Mehdinin avtomobillə gəlməsini görmüşdür. Onlar üz-üzə gəlmişlər. Həmin vaxt Mehdi yoluna davam etmiş, sonra onlar da avomobillə onun arxasınca getmişlər və yaşadığı ünvanın qarşısına gəlmişlər. Həmin vaxt Mehdinin ailə üzvləri evlərinə girmişlər. Sonra o, Mehdi ilə salamlaşmış va ona yaxınlaşmışdır. Amil də həmin vaxt onunla olmuş, sonra o, Mehdiyə Rəfaelə olan borcunu qaytarmasını bildirmişdir. Həmin vaxt Mehdi ona demişdir ki, bir iki günə borcunu qaytarıb verəcəkdir. Sonra onlar Mehdi ila sağollaşıb oradan uzaqlaşıb getmişlər. 24 yanvar 2024-cü il tarixdə o Amillə şəhərin Nərimanov küçəsində sonuncunun avtomobili ilə hərəkətdə olarkən Mehdínin avtomobillə getməsini görmüşlər Həmin vaxt Mehdi onları görmüş, avtomobili saxlamış, sonra o, avtomobildən düşmüş və onun avtomobilinə minmişdir. Onlar avtomobillə bir qədər hərəkət etmişlər. Şəhərin H.Əliyev prospektində aptekin yanında avtomobil dayanmış, onlar avtomobildən düşmüşlər. Amil də arxalarınca gəlmiş, o da onlardan bir az irəlidə avtomobili saxlamış, həmin vaxt Amil avtomobildə qalmış, o, Mehdi ilə sonuncunun avtomobilinin arxasına keçmiş, orada Mehdiyə pulu niyə qaytarmadığını, onlara söz verdiyini demişdir. Mehdi də demişdir ki, imkanı yoxdur. O, da ona demişdir k, belədirsə get Rəfaelin anasına bu barədə bildir. Sonra Mehdi danışa-danışa ondan uzaqlaşıb getmiş, həmin vaxt Amil avtomobildən düşmüşdür. Bu zaman Mehdinin avtomobilində olan şəxs avtomobildən düşüb, ona nə baş verdiyini soruşmuşdur. Sonra Amil demişdir ki, Mehdidən soruşsun. Onlar da avtomobilə minmişlər va oradan uzaqlaşıb getmişlər. Bundan başqa Mehdi ilə aralarında heç bir danışıq və ya görüş olmamışdır. 05 mart 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı məhəllədə gözləyərkən yerdən bir ədəd kibrit qutusu tapmış, həmin kibrit qutusun açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüş və sonra istifadə etmək üçün özü ilə götürmüşdür. 05 mart 2024-cü il tarixdə saat 19 radələrində şəhərin M.S.Ordubadí küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onların təklifini qəbul etmiş va onlarla birlikdə polis şöbəsinə gəlmişlər. PŞ-nin TB-də olarkən ona vəkillərin siyahısı təqdim edilmiş, o da, təqdim edilmiş siyahıdan vəkil X1, Salman Fərəcov gəldikdən sonra ona üzərində videoçəkiliş vasitəsi ilə axtarış keçiriləcəyi bildirilmişdir. O da bu barədə etirazı olmadığını bildirmiş, sonra videoçəkiliş başlamış, həmin vaxt ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə soruşulmuş, o da, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin vaxt bildirmişdir ki, həmin narkotik vasitəni yerdən tapmış, istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərində şəxsi axtarıs aparılmış, heç bir qanunsuz vasitə aşkar edilməmişdir. Sonra üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib edilmiş, o və onunla birlikdə digər iştirakçılar protokola imza etmişlər. Bundan başqa 01 mart 2024cü il tarixdə saat 09 radələrində o, Zərərçəkmiş şəxs2 yaşadığı ünvana getmək üçün yola düşmüş, həmin vaxt o, Bağ evləri adlanan yerə gəlmiş, həmin vaxt küçəyə girəndə daş hasarın yanında yerdə bir ədəd ucuna ip bağlanmış, hər iki tərəfi yapışqan lentlə bağlanmış taxta parçası görmüş, həmin taxta parçasını da özü ilə götürmüş, sonra oradan Mehdinin evinin qarşısına gəlmiş, həmin vaxt görmüşdür ki, Mehdinin avtomobili qapıda deyil və qapısının açıq olmasını görüb evin həyətinə girmiş, sonra Mehdini səsləmiş, səs gəlməmiş, bundan sonra oradan evin çöl qapısını açmış, Mehdini səsləmiş, səs gəlməmiş, sonra bir nəfər qadın evin qapısını açmış, həmin vaxt qadının başını görmüş, o da həmin qadına “Mehdinin evi olub olmamasını soruşmuş”, qadın da cavab verməmiş, o da gəldiyi yolla oradan uzaqlaşıb getmişdir. Yolla gedərkən həmin taxta parçasını kənara atmışdır. Bundan başqa o bildirmişdir ki, o və ya Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 bıçaq çəkməmişlər, aralarında heç bir mübahisə və ya dava dalaş olmamış, o, narkotik vasitələrin və ya psixotrop maddalərin satışı ilə məşğul olmamışdır. O, Zərərçəkmiş şəxs1 hədələməmiş, onunla aralarında heç bir hədə-qorxu ilə danışıq olmamış, onun əlində yolda gələrkən tapdığı taxta parçası olmuş, lakin bıçaq olmamış, sonrasında həmin taxta parçasını da oradan uzaqlaşıb gedərkən yolun kənarına atmışdır. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la rastlaşmış, lakin onlarla mübahisələri olmamış və onlar tərəfindən kiminsə pulunu ödəməyə məcbur edilməmişdir. Belə ki, o, H.Əliyev prospektindən Xəqani küçəsinə dönərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la rastlaşmışdır. Onlar “Rafaelin anası pulunu tələb edir. Xanımın pulunu ver” demişlər, o isə həmin pulun onlara aidiyyəti olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobildən enməmiş, ona bıçaq çıxardıb nümayiş etdirməmiş və Rəfaelin anasına pulun qaytarılması barədə ona söz deməmişdir. Onunla Cahid danışmış, lakin hədə-qorxu gəlməmişdir. 24 yanvar 2024-cü il tarixdə o, Nərimanov küçəsindən H.Əliyev prospektinə üzü “Köhnə şəhər” istiqamətinə dönən zaman orada yenidən Amil və Cahid ilə rastlaşmışdır. Həmin vaxt Cahid yenidən pulu veməyini ona bildirmiş, Amil isə avtomobildən ensə də ona yaxın gəlməmişdir. Ona orada hədə-qorxu gəlməmişlər. Onun Amil və Cahiddən heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 330.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə saat 16 radələrində idarəetdiyi “Nissan Sunny” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən svetofordan “Bağ evləri” yaşayış massivinə dönmüş və bu zaman Cahid və Amil adlı şəxslər sonuncunun idarə etdiyi VAZ 21099 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə onunla üzbəüz gəlmişlər. O, həmin vaxt onların avtomobili onun avtomobilinin üstünə sürməsinə etiraz etmiş və onlara acıqlanmışdır. Sonra isə yoluna davam etmişdir. Bu zaman onlar avtomobillə onun arxasınca gəlmişlər. O, avtomobili evinin çölündə saxlamış və avtomobilində ailə üzvləri olmuş, onlar evə girmişlər. O da onların arxasınca evə girmişdir. Bu zaman küçədən kiminsə onu çağırmasını eşitmişdir. O, səsə küçəyə çıxan zaman görmüşdür ki, onu Cahid və Məşədi Amil çağırır. O, onlara yaxınlaşmış, bu zaman onlar onun üstünə gələrək, aqressiv formada danışaraq onun nə səbəbdən onlara acıqlanmağını soruşmuşlar. O da onlara demişdir ki, avtomobildə ailə uşaqları vardır. “Siz mənim avtomobilimin üstünə avtomobil sürdünüz, ona görə mən acıqlandım”. Onlar isə onunla hədə-qorxu ilə danışaraq, onun qonşusu X17 200 manat borcu olmasını, həmin borcu qaytarmamağını və bu hərəkətinin düz olmamasını bildirmişlər və Rəfaelin anasının onlara gəlməsini və pulla bağlı onlardan kömək istəməsini bildirmişlər. Sonra isə ona həmin 200 manat pul qaytarmağını deyib, qaytarmasa onu öldürəcəklərini və onun özünə və ailə üzvlərinə qarşı problemlər yaradacaqlarını bildirmişlər. Həmin vaxt Məşədi Amil əlini belinə ataraq, onun üstünə bıçaqda çəkmiş, o, Amilə ondan qorxmadığını bildirmiş, bu zaman Amil ona çörək kəsdiklərini bildirmişdir. Sonra Amil onunla hərəkətlərini dəyişmişdir. Sonra o, onlara demişdir ki, borc onunla Rafael arasındadır, onlara heç bir aidiyyəti yoxdur. 2024-cü ilin yanvar ayının 24-də 14 radələrində o, idarə etdiyi “Nissan Sunny” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin N.Nərimanov küçəsindən şəhərin H.Əliyev prospektinə dönüb, üzü Köhnə şəhər istiqamətində avtomobili ilə hərəkətdə olarkən Şirvan şəhər polisinin yanında yerləşən işıqforun yanında Cahid və Amil adlı şəxslər sonuncunun idarəetdiyi ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib, onun avtomobilinin arxasında dayanmışlar, həmin vaxt Cahid avtomobildən düşüb, onun avtomobilinə əyləşmiş, sonra o, avtomobili hərəkət elətdirmiş və şəhərin H.Əliyev prospektinə apteklər olan tərəfə gəlmişlər. Orada onlar avtomobildən düşmüşlər. Bu zaman Cahid və Amil onunla yenə mübahisə edərək, hədə qorxular gəlib, onu nə səbəbdən 200 manat pulu X17 qaytarmağını demişlər. Sonra isə hər ikisi onun həmin 200 manat pulu qısa müddət ərzində Rəfaelə qaytarmasa başına oyun açacaqlarını, ailəsinə qarşı hədələr edərək, başına iş açacaqlarını, hətta onu və ailə üzvlərini öldürəcəklərini bildirmişlər. Həmin vaxt Amil adlı şəxs əlində bıçağı hərəkət etdirərək, onu bıçaqla vuracağını, ona ağır xəsarət yetirəcəyini demişdir. O isə onlara heç kimdən qorxmadığını, borcun onlara aid olmadığını, həmin borc məsələsinin Rafaellə onun aralarında olduğunu demşdir. Sonra isə Rafaelin onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. O, isə onlara demişdir ki, qanun var, nizam var. O, Rəfaelin borcunu özü qaytarıb verəcəkdir. Sonra onlardan aralaşmış və aptekə girmişdir. O, aptekdən çıxmış və sonra avtomobili ilə Salyan dairəsinə gəlmişdir. Amil və Cahid adlı şəxslər ona heç bir xəsarət yetirməmiş, aralarında əlbəyaxa dava olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, istintaq zamanı sərbəst, heç bir təzyiqə məruz qalmadan ifadə vermiş, ifadə verdikdən sonra ifadəsini imzalamış, lakin oxumamışdır. Amil onun üzərinə bıçaq çıxarmamışdır. İbtidai istintaq zamanı əsəbi olduğundan həmin məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 arasında aparılmış üzləşdirmə istintaq hərəkətinin protokolu elan edilərək tədqiq edildikdən və həmin protokola əlavə edilmiş videoçəkiliş nümayiş etdirildikdən sonra isə Zərərçəkmiş şəxs2 verilən sualları cavablandırarkən bildirmişdir ki, üzləşdirmə zamanı hansı səbəbdən ifadəsini həmin məzmunda verdiyini bilmir. İbtidai istintaq zamanı ona heç bir təzyiq olmamışdır. Heç kim ona ifadəsini hansı formada verməli olduğunu bildirməmişdir. Polis şöbəsinin yanında təqsirləndirilən şəxslər onun qarşısını kəsərkən onun üzərinə bıçaq çıxartmamışlar. Videoçəkiliş zamanı isə əsəbi olduğundan Təqsirləndirilən şəxs1 onun üzərinə bıçaq çıxartdığını bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs2 arasında aparılmış üzləşdirmə istintaq hərəkətinin protokolu elan edilərək tədqiq edildikdən və həmin protokola əlavə edilmiş videoçəkiliş nümayiş etdirildikdən sonra isə Zərərçəkmiş şəxs2 verilən sualları cavablandırarkən bildirmişdir ki, avtomobildən onun mobil telefonu oğurlandığı üçün əsəbi olduğundan üzləşdirmə istintaq hərəkəti zamanı həmin məzmunda ifadə vermişdir. Belə ki, 24 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxslər ilə görüşdükdən sonra mobil telefonu itmiş, Cahid onun yanında olduğundan mobil telefonu da Cahidin götürdüyündən şübhələnmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə səhər saatlarında həyat yoldaşını işə yola saldıqdan sonra qızı işə gedəcəyindən evin qapısını açıq qoymuşdur. Qızı işə getdikdən sonra o, qapını bağlamalı imiş, lakin onu yuxu tutduğundan qızı onu oyatmayıb işə getmişdir. Saat 08-09 radələrində qapının səsinə oyanıb evdə qızı və qonağı olduğundan onlardan kiminsə olduğunu düşünmüşdür. Başını qaldırıb baxdıqda qapıdan kiminsə içəri daxil olduğunu görüb yoldaşının olduğunu düşünmüş, sonra isə həmin şəxsin üzünün bağlı olduğunu görmüşdür. Həmin vaxt yerindən durmaq istədikdə isə həmin şəxsin onun uzandığı çarpayıya bir əlində taxta, digər əlində isə bıçaqla yaxınlaşdığını görmüşdür. Həmin şəxs ondan adını soruşmuşdur. O, qorxudan qışqırdıqda digər otaqda olan qızı səsinə gəlmiş, o qızına şəxsin əlində bıçaq olduğunu bildirərək qaçmasını demiş, həmin vaxt səsə evlərində qonaq olan qaynı oğlu Musa da oyanmış, bundan sonra həmin şəxs evdən çıxıb qaçmağa başlamışdır. O, onun ardınca getmək istədikdə qızı onu saxlamışdır. Qızını özündən uzaqlaşdırıb çölə çıxdıqda həmin şəxs artıq evdən uzaqlaşmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərmişdir ki, evinə girən şəxsin üzündə qara rəngli tibbi maska, papaq və yumru şəffaf eynək olmuş, həmin şəxs əlindəki predmetlə onu vurmamış, ondan yalnız adını soruşmuşdur. Şəxs ona xəsarət yetirməmişdir. Həmin şəxs bıçağı onun başı üzərində qaldıraraq ona istiqamətlənmiş formada tutmuş, o əli ilə bıçağın tiyəsindən tutmuş, həmin şəxs ona heç bir xəsarət yetirməmişdir. Şəxs evdən çıxdıqdan sonra qızı və ya Musa onu təqib etməmiş, sonradan kamera görüntülərinə baxdıqda şəxsin qaçarkən küçədə üzündə maska olmasını görmüşdür. Həmin şəxs evdən heç bir əşya götürməmişdir. Sonradan ibtidai istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Hazırda isə Təqsirləndirilən şəxs2la barışmışdır və ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün işdə olmuşdur. 01 mart 2024-cü il tarixdə səhər saat 09 radələrində həyat yoldaşı ona zəng edərək evə qara paltarlı, əynində “kapuşonlu gödəkçə” və qara eynəkli şəxsin əlində bıçaq və taxta parçası ilə girib ondan adını soruşması, bu zaman onun qışqırıq səsinə qonşu otaqdan qızının gəlməsi, bundan sonra həmin şəxsin evdən qaçıb getməsi barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, o, qonşuların evinə quraşdırılmış nəzarət kameralarına baxıb evə girən şəxsin getdiyi yolla hərəkət etdikdə onun əlində olan taxta parçasını yol kənarında olan güllərin yanına atdığını görmüş və həmin taxta parçasını polis əməkdaşlarına təqdim etmişdir. Tapdığı taxta parçası təxminən 60-70 sm uzunluğunda olmuş, baş hissəsinə “şruplar” bağlanılmış və üzərinə qara rəngdə yapışqan lent çəkilmişdir. Kamera görüntülərində Təqsirləndirilən şəxs2 üzünü görməmişdir. Yoldaşı Vüsalə də Təqsirləndirilən şəxs2 üzünü görməmişdir. Onun evinin darvazasının rəngi Zərərçəkmiş şəxs2 evinin daravasının rəngi ilə oxşardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə təxminən səhər saat 8 radələrində evə kiminsə daxil olduğunu eşitmiş, əmisioğlu Musa onlarda qonaq olduğundan həmin şəxsin Musa olduğunu düşünmüşdür. Qısa müddət sonra anasının yüksək səslə danışdığını eşidib anasının əmisi oğlu ilə belə səs tonu ilə danışmayacağını bildiyindən, eləcə də “çıx get burdan” sözünü eşitdikdən sonra anasının otağına doğru hərəkət edib otaqda əlində taxta parçası olan bir nəfər şəxsin olduğunu görmüşdür. Anası ona “əlində bıçaq var” dedikdən sonra o, həyəcanla əmisioğlunun otağına qaçaraq qapını içəridən kilidləyib Musaya “evdə bıçaqlı adam var” demişdir. Daha sonra əmisioğlu ilə otaqdan çıxanda həmin şəxs artıq pilləkənlərdən aşağı enmişdir. Anası onun arxasınca getmək istəyərkən o, buna icazə verməmişdir. Həmin şəxs evdən uzaqlaşarkən bir dəfə arxaya dönüb onlara baxmış, lakin həmin şəxsin üzündə tibbi maska və eynək olduğundan üzünü görə bilməmişdir. Verilən suallara cavab olaraq Şahid4 göstərmişdir ki, o, anasının otağına gedərkən otağın qapısı açıq olmuş, həmin şəxsi görəndə aralarında təxminən 03-04 metr məsafə olmuşdur. Həmin şəxs təxminən 170-180 sm boylu, orta bədən quruluşlu olmuşdur. Həmin şəxsin bədən quruluşu və boy ölçüsü Təqsirləndirilən şəxs2 bədən quruluşu və boy ölçüsünə bənzəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə səhər saat 9 radələrində o, öz otağında yatarkən əmisi qızı Zeynəb ona yaxınlaşaraq evə oğru girdiyini demişdir. O, Zeynəbin sözünə ilk olaraq inanmamış, lakin otaqdan çıxdıqda evdə heç kimin olmadığını və evdən həyətə qaçdıqda ondan təxminən 200 metr aralıqda bir şəxsin qaçaraq getdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 mart 2024-cü il tarixdə Şirvan ŞPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 evinin yerləşdiyi Şirvan şəhəri M.S.Ordubadi küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu və əməliyyat məlumatının yoxlanılması məqsədi ilə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Cahid əvvəlcə onlarla birlikdə polis şöbəsinə getməyə etirazını bildirsə də, daha sonra onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərindən bir ədəd kibrit qutusunda marixunaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs2 fiziki və ya psixi təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitəni özü təqdim etmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmin vaxt vəkil də Təqsirləndirilən şəxs2 yanında olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov tərəfindən fakta görə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraatına qəbul edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, 01 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən ünvan Şirvan şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi bir mərtəbəli olmaqla həyətə dəmir qapıdan daxil olunur. Fərdi yaşayış evi birmərtəbəli olmaqla və pilləkanla daxil olunur. Ev qonaq otağı, 3 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarətdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 hadisə günü yataq otağında yatdığını, həmin vaxt tanımadığı üzündə maska və eynək olan şəxsin evə girməsini, həmin şəxsin əlində bıçaq və taxta parçası olmasını, onu bıçaq və taxta parçası ilə hədələməsini bildirmişdir. (Cild 1, i.v 5-6;) İşdə olan, 03 mart 2024-cü il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan, fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd taxta parçasını və 01 ədəd DVD diskdə olan videogörüntüyə Şahid1 və hal şahidləri X8 və X3 iştirakı ilə baxış keçirilmişdir. Təqdim edilmiş 01 ədəd taxta parçasının mebel materialdan olması, üç hissələrinin yapışqan lentlə bağlanması və bir hissəsinə yapışqan lentin altında dəmir materialın olması müəyyən edilmişdir. Təqdim edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdə 01 nəfər şəxsin küçə ilə piyada iti addımlarla getməsi, şəxsin əynində olan paltarların qara rəngdə olması və əlində 01 ədəd taxta materialdan olan predmet olması görünür. (Cild 1, i.v 13-15;) İşdə olan, 30 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 maddi vurulduğu üçün o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v 20;) İşdə olan, 01 iyul 2024-cü il tarixli cinayət işlərinin bu icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə istintaqın ********* nömrə altında aparılması və ********* nömrəli cinayət iş iüzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsindən həmin Məcəllənin 181.2.2, 181.2.3, 182.2.1, 182.2.2 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. (Cild 1, i.v 30;) İşdə olan, 06 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şirvan şəhər PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə ********* cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. (Cild 1, i.v 32;) İşdə olan, xx.xx.2024-cü tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, X24 fiziki ziyan vurulduğu üçün o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, i.v 38;) İşdə olan, 001078 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. (Cild 1, i.v 45;) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 06 mart 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə 15:10 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 46; Cild 1, i.v 58; ) İşdə olan, 07 mart 2024-cü il tarixli cinayət işlərinin bir icraata birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Şirvan şəhər PŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Əhməd Baloğlanov tərəfindən ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, ********* nömrəli cinayət işi ilə icraatda birləşdirilib istintaqın ********* nömrə altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 234.1-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. (Cild 1, i.v 67;) İşdə olan, 06 mart 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və cinayət aidiyyəti üzrə Şirvan Şəhər Polis X12 verilməsi qərara alınmışdır. (Cild 1, i.v 70;) İşdə olan, 05 mart 2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əldə etdiyi narkotik vasitəni qəbul etməklə və üzərində gəzdirməklə şübhəli olduğundan ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs2 üzərində gəzdirliyi qanunsuz yolla əldə etdiyi narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv adiləcəyi ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs2 olduğu yerinin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarışın, ondan aşkar edilmiş əşyalara, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxışın keçirilməsi, şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi qərara alımışdır. (Cild 1, i.v 73-74;) İşdə olan, 05 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:15 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 80; Cild 1, i.v 94-95;) İşdə olan, 05 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin kütlənin çəkisinin 8.26 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin 05 mart 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığından tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. (Cild 1, i.v 98-100;) İşdə olan, 06 mart 2024-cü il tarixli, 3-16-16/2-18/249 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 5,23 qram, tədqiqata sərf edilmişdir - 0,02 qram, qalıq - 5,21 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. (Cild 1, i.v 106-107;) İşdə olan, Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Sahil Şıxaliyev tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına qəbul edilməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 1, i.v 111;) İşdə olan, 07 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (Cild 1, i.v 125;) İşdə olan, 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və onun darhal Şirvan ŞPŞ-nin X19 azad edilməsi qərara alınmışdır. (Cild 1, i.v 134;) İşdə olan, 07 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (Cild 1, i.v 137;) İşdə olan, 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun darhal Şirvan ŞPŞ-nin X19 azad edilməsi qərara alınmışdır. (Cild 1, i.v 153;) İşdə olan, 07 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 234.1-ci maddələri ilə yenidən yeni məzmunda ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v 156;) İşdə olan, 07 mart 2024-cü il tarixli, 4(032)-57/2024 nömrəli Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 178-185;) İşdə olan, 29 aprel 2024-cü il tarixli Şirvan Şəhər Mərkəzi X23 Şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Mərkəzi X23 Şəxsin poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (Cild 1, i.v 192;) İşdə olan, Şirvan şəhər İHB-nın 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs1 haqqında Şirvan şəhər İHB-nın 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. (Cild 1, i.v 195-196;) İşdə olan, Şirvan şəhər İHB-nın 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 haqqında Şirvan şəhər İHB-nın 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. (Cild 1, i.v 197-198;) İşdə olan, Şirvan şəhər 01 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş **********290 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. (Cild 1, i.v 207;) İşdə olan, 08 iyun 2024-cü il tarixli, 1695 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası C-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (Cild 1, i.v 213-214;) İşdə olan, 02 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 182.2.1, 182.2.2 və 234.1-ci maddələri ilə yenidən yeni məzmunda ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v 217;) İşdə olan, 02 iyul 2024-cü il tarixli, 4(032)-152/2024 nömrəli Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, yəni 05 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, i.v 239-246;) İşdə olan, 22 iyun 2024-cü il tarixli, 4341 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 247-248;) İşdə olan, 08 may 2024-cü il tarixli, 3-16-16/2-18/447 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet-əldədüzəlmə üsul ilə hazırlanmış, vurucu-əzici xassəyə malik olan dəyənək tipli soyuq silahdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 57,40 (əlli yeddi manat qırx qəpik) manat təşkil edir. (Cild 1, i.v 250-251;) İşdə olan, 13 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə yerində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 21 yanvar 2024-cü il tarixdə və 24 yanvar 2024-cü il tarixdə Şirvan şəhər ərazisində ona qarşı hədə qorxu gəlinməklə 200 manat pul tələb edilmişdir. (Cild 2, i.v 6-9;) İşdə olan, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən və 05 noyabr 2021-ci il tarixli “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 AR Ali məhkəmənin xx.xx.1996-cı il tarixli hökmü ilə keçmiş AR CM-nin 17, 94 M 1 bəndinə əsasən təqsirli bilinərək, 09 il A.M.E cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 263-1.3, 264-cü maddələri ilə təqsirli bilinərək, 05 il A.M.E və 03 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2021-ci ildə cərimə cəzasını tam ödəmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2, i.v 12-22;) İşdə olan, 04 oktyabr 2024-cü il tarixli, 4(032)-197/2024 nömrəli Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 05 oktyabr 2024-cü il tarixdən 29 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, i.v 49- 57;) İşdə olan, 05 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 228.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (Cild 2, i.v 61-63;) İşdə olan, 05 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 228.4 və 234.1-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilmişdir. (Cild 2, i.v 65-66;) İşdə olan, 19 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 quldurluq cinayəti zamanı istifadə etdiyi və Şahid1 təqdim etdiyi 1 ədəd soyuq silah hesab edilən dəyənək, həmin quldurluq hadisəsinə dair Təqsirləndirilən şəxs2 dair videogörüntü, 02 ədəd DVD diskdə üzləşdirmə aparılması haqqında videogörüntülər və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 5,21 qram qalığın maddi sübut kimi tanınması, təqsirləndirilən şəxslər və müdafiəçilərinə tanış olmaq üçün təqdim edildikdən sonra 03 ədəd DVD diskdə videogörüntülərin iş materiallarına əlavə edilməsi və narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 5,21 qram qalığının və 01 soyuq silah hesab edilən dəyənəyin saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilməsi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaşadığı evə girdiyi saatın 09 radələri kimi oxunması və nəzərə alınması, bütün istintaq sənədlərində Şahid1 ata adının “Təvəkgül” olaraq oxunması qərara alınmışdır. (Cild 2, i.v 133-152;) İşdə olan, X14 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Səadət Qurbanovanın qardaşı Təqsirləndirilən şəxs2 oğlu 27 yanvar 2009-cu il təvəllüdlü X21 onun yanında yaşayır. (Cild 3;) İşdə olan, Şirvan şəhər 01 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş **********719 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. (Cild 3;) İşdə olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27 yanvar 2009-cu il təvəllüdlü X11 atası kimi Təqsirləndirilən şəxs2, anası kimi isə Zülfiyyə Ələkbərova qeyd edilmişdir. (Cild 3;) İşdə olan, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 iyun 2016-cı il tarixdə ölmüşdür. (Cild 3;) İşdə olan, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. (Cild 3;) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni Zərərçəkmiş şəxs2la aralarında heç bir mübahisə olmaması, ondan bu və ya digər formada pul tələb etməməsi, bununla əlaqədar nə o, nə də Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 hədə-qorxu olmaması, Zərərçəkmiş şəxs2 sadəcə Rəfael Əliyevə olan borcunu sonuncunun anasına qaytarmasını bildirməsini, Zərərçəkmiş şəxs1 yaşadığı evə daxil olmaması, 01 mart 2024-cü il tarixdə küçədə üzərinə hücum edən itlərdən qorunmaq üçün tanımadığı evin həyətinə daxil olması, bu zaman müdafiə olunmaq üçün yerdən tapdığı taxta parçasını da özü ilə götürməsi, evin həyətində ev sahibini səsləməsinə baxmayaraq ev sahibinin cavab verməməsi, daha sonra evin həyətindən çıxıb getməsi, 05 mart 2024-cü il tarixdə evdə olarkən polis əməkdaşlarının onun yaşadığı evə gələrək özləri ilə polis şöbəsinə aparması, polis şöbəsində polis əməkdaşlarının onu evinə külli miqdarda narkotik vasitə qoymaqla hədələməsi, bu səbəbdən polis əməkdaşlarının ona verdiyi bir kibrit qutusunda olan narkotik vasitəni cibinə qoyması, əslində isə həmin vaxt üzərində heç bir narkotik vasitə olmaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la aralarında heç bir mübahisə olmaması, ondan bu və ya digər formada pul tələb etməməsi, bununla əlaqədar nə o, nə də Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 hədə-qorxu olmaması, onun ümumiyyətlə Cahidlə Mehdi arasındakı söhbətdən və 200 manat puldan məlumatının olmaması barədə göstərdiklərini həqiqətə uyğun olmayan, onun törətdiyi cinayət əməlinə görə əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmış ifadə kimi qiymətləndirir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la aralarında sonuncunun ortaq tanışları Rəfael Əliyevə olan 200 manat pul borcunun qaytarılması barədə danışıqları olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin pulun Rəfael Əliyevin anasına verilməsini Zərərçəkmiş şəxs2 tələb etmişlər. Qeyd olunanları Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində və təqsirləndirilən şəxslərlə üzləşdirmə istintaq hərəkəti zamanı təsdiq etmiş, eyni zamanda bildirmişdir ki, aralarındakı danışıqlar zamanı həm 21 yanvar 2024-cü il tarixdə, həm də 24 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bıçağı çıxararaq nümayiş etdirməklə onu və ailə üzvlərini öldürməklə hədələmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verərək təqsirləndirilən şəxslərin ona qarşı heç bir hədə-qorxu gəlməmələrini göstərsə də, məhkəmə onun həmin ifadəsini həqiqətə uyğun olmayan, məhkəməni obyektiv həqiqətin müəyyən edilməsindən yayındırmağa, bununla da təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinə görə məsuliyyət kənarda qalmasına yönəlmiş ifadə kimi qiymətləndirir. Məhkəmə xüsusilə qeyd edir ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 bıçağı haradan, hansı formada çıxarmasını tam təfsilatlı göstərmiş hətta həmin zaman Təqsirləndirilən şəxs1 göstərdiyi jest və mimikaları da əyani şəkildə canlandırmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 01 mart 2024-cü il tarixdə şəxsiyyətini gizlətmək üçün üzünə tibbi maska və eynək taxıb başına üzərində olan gödəkçənin “kapuşonu”nu da başına keçirməklə soyuq silah hesab edilən dəyənək və bıçaqla silahlanıb Mehdi Əhədovun evinə daxil olmaq istəməsi, lakin səhvən Zərərçəkmiş şəxs1 evinə daxil olması faktı özlüyündə onunla Zərərçəkmiş şəxs2 arasında pulla bağlı münaqişənin mövcudluğunu və kəskin xarakterdə olmasını təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində küçə itlərindən qorunmaq üçün Zərərçəkmiş şəxs1 evinin yalnız həyət hissəsinə daxil olmasını, Zərərçəkmiş şəxs1 ümumiyyətlə görməməsini qeyd etsə də, həm Zərərçəkmiş şəxs1 ifadəsi həm də, şahid ifadələri ilə Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə - Zərərçəkmiş şəxs1 yataq otağına daxil olması, həmin vaxt əlində dəyənək və bıçaq olması, bıçağı Zərərçəkmiş şəxs1 başı üzərində tutması, həmin vaxt onun üzündə eynək və tibbi maska olması müəyyən edilmişdir. Buradan da təqsirləndirilən şəxs tərəfindən verilən həmin ifadənin yalan olması, işi faktiki halları ilə uyğunluq təşkil etməməsi və özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməsi qənaətinə gəlinir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 03 mart 2024-cü il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər məhkəmə istintaqı zamanı nümayiş etdirilərək tədqiq edilərkən Təqsirləndirilən şəxs2 videogörüntüdəki üzündə tibbi maska, başında əynindəki gödəkçənin “kapuşon”u, əlində dəyənək olan şəxsin özü olduğunu təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə bağlı etirafedici ifadə versə də, məhkəmə istintaqı zamanı həmin ifadəsini təkzib edərək narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, bununla bağlı polis əməkdaşlarının onu təhdid edib psixi təzyiq göstərdiklərini bildirmişdir. Halbuki 05 mart 2024-cü il tarixli tarixli protokol və protokola əlavə edilmiş CD diskdə olan videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən könüllü şəkildə üzərində olan bir kibrit qutusundakı qurudulmuş marixuananı təqdim edir, həmin narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmiş, müdafiəçisinin sualına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etmədiyini qeyd etsə də, onun barəsində olan ambulator məcburi narkoloji tibbi yoxlamanın müvafiq rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 “kannabinodilərin qəbulundan yaranan asılılıq sindromundan” yəni, narkomaniya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini həmin hissədə işin faktiki halları ilə uzlaşan mötəbər sübut kimi qəbul edir, bu fikrin məntiqi davamı olaraq məhkəmə istintaqı zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı göstərdiklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Bundan əlavə Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - polis əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasında təzyiqə məruz qalmasını, polis əməkdaşlarının təzyiqi və təhdidi ilə üzərində aşkar edilmiş narkotik vasitə ilə bağlı etirafedici ifadə verməsi barədə göstərdikləri ilə əlaqədar məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polis əməkdaşlarının təzyiqi nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq dedikdə, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya yüngül zərər vurulmasından ibarət fiziki təsir başa düşülməlidir. Şərh edilən cinayət formal tərkibli olmaqla bu cinayət əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başqa çatmış hesab edilir. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilə bilər. Təqsirkar hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etdiyini dərk edir və özgənin əmlakını ələ keçirmə məqsədi ilə belə basqını törətməyi arzu edir. Quldurluqda tətbiq edilən zorakılıq və ya hədə məhz özgənin əmlakını ələ keçirmək (əmlakı götürmək və ya götürdükdən bilavasitə sonra əldə saxlamaq) məqsədi güdür Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 7-ci bəndində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları:—cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olubolmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Həmin Qərarın 20-ci bəndində göstərilmişdir ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarının müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.5 və 228.4cü maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə hesab ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaşadığı yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra üzərində olan soyuq silah hesab edilən dəyənək və silah qismində istifadə edilən bıçaqla Zərərçəkmiş şəxs1 uzandığı çarpayıya yaxınlaşıb əlindəki bıçağı sonuncunun başı üzərində tutaraq nümayiş etdirməsi (hədə sözlə realizə olmasa belə) zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 konkret olaraq hər hansı əmlak tələb edib ələ keçirməsə belə, işin faktiki halları (Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la aralarında pula görə münaqişə olması, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 evinə daxil olmaq istəyib səhvən Zərərçəkmiş şəxs1 evinə daxil olması, şəxsiyyətinin məlum olmaması məqsədilə üzünü tibbi maska və eynəklə gizləməsi, evə səhər saatlarında daxil olması, üzərində soyuq silah hesab edilən dəyənək və silah qismində istifadə olunan bıçaq olması) onun niyyətinin məhz özgə əmlakını həyat və sağlamlıq üçün təhlükəli zorakılıq və ya belə zorakılıq hədəsi ilə basqın edib ələ keçirmək olduğunu təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Reespublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ali Məhkəmənin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli 2 №-li Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur.Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Həmin Qərarın 3-1-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində göstərilmiş cinayətlərdən hər hansı birini törətmiş, lakin həmin cinayətə görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş şəxs əvvəl törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyi halda hədə-qorxu ilə tələb etmə cinayətini törədərsə, bu halda birinci əməl (əgər əvvəlki əməl CM-in 182.1-ci maddəsi ilə ehtiva olunan cinayət deyilsə) Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə, hədə-qorxu ilə tələb etmə isə cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, yəni bu cinayətlərin məcmusu kimi tövsif edilməlidir. Bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Beləliklə Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum Qərarının müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, təqsirləndirilən şəxslərin tələbləri vahid qəsdlə əhatə olunmaqla eyni bir əmlakın (200 manat pulun) ələ keçirilməsinə yönəldiyindən həmin tələbin iki dəfə (21 yanvar 2024 və 24 yanvar 2024-cü ildə) irəli sürülməsi cinayət əməlinin təkrar törədilməsi kimi qiymətləndirilə biməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsinin tərkibi var. Buna görə də, təqsirləndirilən şəxslərə verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə olan ittiham çıxarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən narkotik vasitə olan qurudulmuş marixuananın aşağı həddi 5 qram olduqda xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xeyli miqdarda narkotik vasitəni- 5,23 qram qurudulmuş marixuananı satış məqsədi olmadığından qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığından onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.5, 182.2.1, 228.4 və 234.1-ci maddələrində, X9 Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları “baxış və götürmə aparılması”, “tanımaya təqdim etmə haqqında” protokollar, ekspert rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən, onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini və Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində olan 1 (bir) yetkinlik yaşına çatmayan uşağını təkbaşına böyütməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İ Qarabağ müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda aparılan döyüş əməliyyatları ilə əlaqədar İİ dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını onların şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində olan tələbnaməyə əsasən o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 263-1.3, 264-cü maddələri ilə təqsirli bilinərək, 05 il A.M.E və 03 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. xx.xx.2021-ci ildə cərimə cəzasını tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Bununla belə onun əməlində cinayətlərin residivi yaranmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-in 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə işdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 iyun 2024-cü il tarixli, 4341 nömrəli rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, CM-nin 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkdiyi dövr ərizində onun yetkinlik yaşına çatmayan uşağının kimin himayəsində saxlanılması məsələsinin həll edilməsini zəruri hesab edir. İşdə olan, X6 məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Səadət Qurbanovanın qardaşı Təqsirləndirilən şəxs2 oğlu 27 yanvar 2009-cu il təvəllüdlü X21 onun yanında yaşayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövr ərzində onun yetkinlik yaşına çatmayan uşağı X6 himayəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, İ Qarabağ müharibəsi iştirakçısı olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları ilə bağlı 2-ci qrup əlil olmasını, müharibə iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət və cəmiyyət tərəfindən göstərilən yüksək diqqət və qayğını, bütün bu göstərilənlərin nəticəsində ictimai münasibətlərə vurulan zərərin artıq tam bərpa edilməsi, cinayət törətmiş Təqsirləndirilən şəxs1 ictimai baxımdan artıq təhlükəli hesab olunmaması, ilk dəfə cinayət əməli törətməsini və müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə müstəsna hallar kimi qəbul etdiyi halların arasından təqsirləndirilən şəxsin cinayət törətsə də, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, cinayətin ictimai təhlükəlik əlamətlərinin aradan qalxmasını, cəmiyyət üçün artıq təhlükəli vəziyyət yaratmamasını qeyd etməyi zəruri hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların CM-nin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən Təqsirləndirilən şəxs1 göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi CM-in 182.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzası cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə, ümumilikdə isə onun ailə münasibətlərinə mənfi təsir göstərəcək. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası cəzası onu islah etməyə kifayət edəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə CM-nin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 ədəd soyuq silah hesab edilən dəyənək, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5,21 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, 03 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89,35 (səksən doqquz manat, otuz beş qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 228.4 və 234.1-ci maddələri ilə verilmiş ümumi ittihamdan həmin məcəllənin 182.2.2-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.5, 182.2.1, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.3, 181.2.5-ci maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X21 (FİN: 77QPN4X) Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövr ərzində X6 himayəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə verilmiş ümumi ittihamdan həmin məcəllənin 182.2.2-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 04 (dörd) il müddət azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 06 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərinə qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Şirvan şəhəri, Fizuli küçəsi ev 42 ünvanını gecə saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 89,35 (səksən doqquz manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 ədəd soyuq silah hesab edilən dəyənək, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5,21 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-176/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-176/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver