Məhkəmə qərarları › İş №1(099)-177/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-177/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-177/2024 15.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə, saat 14 radələrində xx xxxxxxx 1988-ci ildə Beyləqan rayonunda anadan olmuş, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, ev 60, mənzil 32-də qeydiyyatda olmaqla yaşayan tanışı Zərərçəkmiş şəxs 20 manat pul borcu olması ilə əlaqədar Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində, onun yaşadığı evin qarşısında mübahisə edərək dalaşmış, dava zamanı Zərərçəkmiş şəxs onun yaxasından tutub dartmış, nəticədə hər ikisi yerə yıxıldıqdan sonra o, yıxıldığı yerdən durub yaşadığı evə gedərək evin mətbəxindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yanına qayıdaraq ona xəsarət yetirmək niyyətilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən bıçaq zərbəsi vurmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs onun bu zərbəsindən yayınmaq üçün sağ əlini bıçağın qabağına vermiş və həmin bıçaq zərbəsi onun sağ əlinin İİİ barmağının distal falanqasının ovuc səthinin kəsilmiş yarası xarakterli bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qəsdən xəsarət yetirmiş, bundan sonra o, cinayətkar hərəkətlərini davam etdirib hadisə yerindən uzaqlaşan Zərərçəkmiş şəxs təqib edərək Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ilə Magistral küçəni ayıran su kanalının üzərində salınmış beton körpünün baş tərəfində Zərərçəkmiş şəxs sağ əlində saxladığı həmin bıçaqla arxadan önə doğru istiqamətində bir dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin sol ön yarısının boşluğa keçən, perikard və ürəyin mədəciyinin zədələnməsi və travmatik-hemorragik şokla müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara xarakterli xəsarət yetirib Zərərçəkmiş şəxs qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qəsdən xəsarət yetirmiş, bununla da o, X3 həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, hadisənin tarixi dəqiq yadında deyil, Qoşqar ləqəbli, lakin əsil adı Rövşən olan zərərçəkmiş şəxslə bir məhlə uşağıdırlar. Hadisə günü evinin qarşısında küçəyə çıxıb siqaret çəkirmiş, həmin vaxt Rövşən onu görmüşdür. Rövşənə isə 20 manat borcu olmuşdur. Rövşən bu səbəbdən yolu keçib ona yaxınlaşıb pulunu istəmişdir. O isə həmin vaxt Rövşənə demişdir ki, “get qanım qaradı, sonra danışarıq”. Bu zaman Rövşən onun yaxasından tutmuş, yaxalaşmışlar, Rövşən çəkmiş və dizi üstə yerə yıxılmışdır. Bundan sonra qalxıb evə girib bıçaq götürmüşdür. Çıxmış ki, Rövşəni qorxutsun getsin, görmüş Rövşən orada ayaqüstə onu gözləyir. Yenidən Rövşənə yaxınlaşıb ona bir bıçaq atmış, Rövşən isə təpiklə vurmuş, bıçaq qayıdıb öz əlini girmişdir. Əlinə bu səbəbdən sonradan tikiş də qoymuşlar. Bıçaq həmin vaxt əlindən yerə düşmüşdür. Əyilib yerdən bıçağı götürüb, bilməmiş harasına amma Rövşənə bir dənə də bıçaq atmışdır. Bundan sonra Rövşən qaçıb getmişdir. Özü isə həyətə girmiş, anası qarşısına çıxmış, anasında bir stəkan su istəmiş, anası isə içəri keçib su gətirməyə getmişdir. Həmin vaxt rəis müavini içəri girmiş, Rövşənin xəstəxanada şokda olduğunu demişdir. Əlini isə anası bintlə sarımış, polislər onu şöbəyə aparmışdır. Orada məlum olmuşdur ki, Rövşəni bıçaqla vurmuşdur. Özünün isə əlinə tikiş qoyub Şüvəlana göndərmişlər. Rövşəni ondan pulunu tələb etməsinə görə yox, hamının gözü qarşısında çəkib yerə yıxdığına görə vurmuş, bunu götürə bilməmişdir. Rövşəni əvvəlcə vurmaq fikri olmamış, qorxutmaq istəmişdir. İkinci zərbəni əsəbi halda vurmuş, özü də bilməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi ilə yanaşı, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, hadisə günü 18 aprel 2023-cü ildə xalasıgildən gəlirmiş. Xalasının evi Turalın yaşadığı evdən 3-4 ev kənarda yerləşir. Saat 14:00 radələri olarmış, həmin vaxt görmüş ki, Tural qapılarının ağzında oturub. Bu hadisədən iki gün qabaq isə Tural ona pul lazım olduğunu demiş, o da Turala 30 manat pul vermişdir. Yaxınlaşıb Turala həmin pulu camaatdan aldığını, ona “sən öl” vurduğunu deyib, pulu qaytarmamağının səbəbini soruşmuşdur. Həmin vaxt Tural onu itələmiş, o isə Turalı tutub yerə yıxmışdır. Turalı yıxanda sonuncu demişdir ki, “burax gedirəm bıçaq gətirəm”. Özü isə demişdir ki, get gətir. Tural evə girib əlində bıçaqla çölə çıxmışdır. Bu zaman Turalı təpiklə vurmuş, Tural yıxılmış, lakin birdə durub üstünə gəlmişdir. Turalı hadisə vaxtı iki dəfə yerə yıxmış, üçüncü dəfə də Tural durub arxasınca qaçmış, hardasa 7-8 metr kənara qaçmışdır, bıçaq da ona üçüncü dəfə gələndə dəymişdir. Tural orda olan daşa tərəf yıxılmış, üstünə gələndə isə demişdir ki, “gəlmə üstümə tutulasan”. Tural bıçağı əlində fırlamışdır, birdə görmüş ki, bıçaq sinəsinə dəyib. Bundan sonra başı fırlanmış, sonra ona tər gəlmiş, ondan sonra yıxılmışdır. Sonrasını isə xatırlamır. Hazırda Turalla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, tutulmasını istəmir, ona qanuna uyğun cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Özü ürək xəstəsidir, açıq ürək əməliyyatı keçirmişdir, ola bilər ki, hadisələri tam xatırlaya bilmir. 18 aprel 2023-cü il tarixdə saat günorta radələrində o, yaşadığı evin həyətində olan zaman oğlu Turalın əli qanlı yaşadıqları evin giriş qapısından həyətə daxil olduğunu görmüşdür. Turaldan nə olduğunu soruşmuş, Tural isə dalaşdığını, bint gətirməyini istəmişdir. Sonradan ona məlum olmuşdur ki, Tural tanışı Zərərçəkmiş şəxslə mübahisə etmişdir. O, dərhal evdən dəsmal və yod götürüb evin giriş hissəsində Turalın sol bilək nahiyəsini sarımışdır. Bundan sonra Turalın halı pisləşmiş və Tural ona su verməsini bildirmişdir. O, mətbəxdən su götürüb Turala gətirdikdə artıq həyətlərində polis əməkdaşlarının olduğunu görmüşdür. Bundan sonra tanımadığı polis əməkdaşları Turalı saxlayıb onu rayon polis şöbəsinə aparmışlar. Sonradan qıraqdan-bucaqdan eşitmişdir ki, oğlu Təqsirləndirilən şəxslə Rövşən arasında borc pul məsələsinə görə mübahisə olub. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs rayon sakinləri kimi tanıyır. 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən işlədiyi avtomobil təmiri sexində avtomobil sökmüşmüş. Həmin vaxt işlədiyi sexdən qarşı tərəfdə, yolun əks tərəfində Təqsirləndirilən şəxs bir nəfər şəxslə söhbət etdiyini görmüşdür. Az sonra Zərərçəkmiş şəxs onların olduğu yerə gəlmiş və bundan sonra Turalın yanında olan tanımadığı şəxs oradan çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə başladığını görmüşdür. Onlar əlbəyaxa olub birbirilərini yerə yıxmışlar. Tural və Rövşən qarşılıqlı bir-birinə yumruq və təpik zərbələri vurduqdan sonra Tural Rövşəndən aralaşıb yaşadıqları evin həyətinə daxil olmuşdur. Həmin vaxt Rövşən küçədə dayanıb Turalın qayıtmasını gözləmişdir. Az sonra Tural yaşadığı evin həyətindən küçəyə çıxmış və əlində olan bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum etmişdir. Rövşən isə Turalın qarşısını almaq üçün ona tərəf bir-iki təpik zərbəsi atmış və yaxınlıqda olan qamışlıq deyilən yerdə kafeyə tərəf getməyə başlamışdır. Bu zaman Tural Rövşənin arxasınca getmiş və Rövşənin sinə nahiyəsindən bir dəfə vurmuşdur. Konkret olaraq Təqsirləndirilən şəxs “Qamışlıq” kimi tanıdığı kafenin yaxınlığında, su kanalının üzərindən salınmış beton körpünün baş tərəfində Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurmuşdur. Bundan sonra Rövşən hərəkətinə davam edib beton körpüdən keçərək magistral küçəyə çıxmış və yaxınlıqda olan dairə tərəfə 10-15 addım atıb yerə yıxılmışdır. Bundan sonra durub Rövşənə tərəf qaçmışlar. Bu zaman ağ rəngli “Chevrolet-Cruze” markalı avtomobilin tanımadığı sürücüsü Rövşəni avtomobilinə əyşədirib onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişdir. Bundan sonra o, işlədiyi avtomobil təmiri sexinə qayıtmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış, Təqsirləndirilən şəxs isə rayon sakini tanıyır. “Chevrolet-Cruze” markalı avtomobili vardır. 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən mərkəzi dairənin yaxınlığında, yolun kənarında özünə məxsus avtomobili saxlayıb yaxınlıqdakı marketə getmişdir. Marketdən çıxıb avtomobili saxladığı yerə qayıtdıqda bir nəfər şəxsin Magistral küçədə, Daşburun stansiyasına gedən taksilər dayanan yerdə arxası üstə yerə uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal həmin şəxsə yaxınlaşmış və həmin şəxsin sinə nahiyəsindən yaralandığını görmüşdür. O, dərhal təcili tibbi yardıma zəng edib bu barədə məlumat vermiş, lakin bütün avtomobillər çağırışda olduğu üçün təcili tibbi yardımın gec gələcəyini ona bildirmişlər. O, həmin şəxsin sinə nahiyəsindən güclü qanaxma baş verdiyini görüb vaxt itirmədən onu özünə məxsus “Chevrolet-Cruze” markalı avtomobilin arxa oturacağına uzandırıb həmin şəxsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. O, Zərərçəkmiş şəxs yardım edən zaman oraya yaxınlıqda olan avtomobil təmir sexindən İbrahim adlı şəxs də yaxınlaşmışdır. İbrahim adlı şəxsdən başqa orada başqa heç kim olmamışdır. İşdə olan, xx.xx.2023-cü il tarixli Beyləqan RPŞ-nin məsul növbətçisi Namiq Zeynalov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanma səbəbindən döş qəfəsinin ön səthinin kəsilmiş deşilmiş yarası-boşluğa keçən diaqnozu ilə Beləqan RMX-nın TTY-nın məlumatı daxil olmuşdur. (c İ, i.v 5) İşdə olan, “Hadisə yerinin baxışının aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının qarşısından keçən asfalt yolun kənarıdır. Asfalt yolun sağ tərəfi beton kanal, sol tərəfi isə fərdi yaşayış evlərindən ibarətdir. Beton kanalın üzərində bir ədəd körpü vardır və üzəri qamışla bağlanmışdır. Həyət evlərinin qarşısı isə yaşıllıqdan ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş verən mübahisənin ilkin olaraq Sərdar İmrəliyev küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının qarşısında, daha sonra isə beton kanalın üzərində salınmış körpünü baş tərəfində olması müəyyən olunmuşdur. (c İ, i.v 8-15) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 18 aprel 2023-cü ildə saat 16:50-dən azadlığı faktiki məhdudlaşdırılmış Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 35-36) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 19 aprel 2023-cü il tarixli 257/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön yarısının boşluğa keçən, 2x0,5 sm ölçüdə, kənarları düzgün, divarları hamar, ucları iti, yarıboylama istiqamətlənmiş, perikard və ürəyin mədəciyinin zədələnməsi və travmatik-hemorragik şokla müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası və sağ əlin İİİ barmağının distal falanqasının ovuc səthinə 1x0,2 sm ölçüdə kənarları düzgün-hamar, bucaqları iti xarakterli yara aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin təsiridndən törənmşdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə döş qəfəsində aşkar olunmuş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Sağ əl nahiyəsində aşkar olunmuş xəsarət qarşılıqlı müdafiə zamanı əmələ gələ bilərdi. (c İ, i.v 55-58) İşdə olan, 19 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 59-60) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2023-cü il tarixli 263/23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol mil bilək oynağının ön səthində 2x0,2 sm, bayır səthində isə 1,5x0,2 sm ölçülərdə, kənarları hamar-düzgün, bucaqları iti, üzərində cərrahi tikişlər qeyd olunan yaralar vardır. Oynaqda hərəkət sərbəst və tam həcmdədir. Qeyd olunan xəsarətlər kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmşdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə şəxsin özü tərəfindən bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (c İ, i.v 94-96) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(020)-20/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 126- 130) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Beyləqan Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5 və 36-cı bəndlərinə əsasən cəzasının çəkilməmiş hissəsindən ona təyin olunmuş narkomaniyadan məcburi müalicə başa çatdıqdan sonra azad edilməsi və həmin maddə ilə üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. (c İ, i.v 144-146) İşdə olan, Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1765 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası və bacısından ibarətdir, Beyləqan şəhər ərazisində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə indiyədək şikayət daxil olmamışdır. (c İ, i.v 178-179) İşdə olan, materialların məhkəmə ekspertizasının 25 may 2023-cü il tarixli 6/2472 nömrəli ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs Pələvi oğluna məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 manat təşkil edir. (c İ, i.v 190-195) İşdə olan, maddi sübutların ekspertizasının 08 may 2023-cü il tarixli 1526/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (c İ, i.v 197-199) İşdə olan, Məhkəmə-ballistik ekspertizasının 31 may 2023-cü il tarixli 3/844 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaqdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. (c İ, i.v 200-201) İşdə olan, Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopaktik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırkı vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik (kəmağıllıq) əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs ümumiyyətlə psixi pozuntudan əziyyyət çəkmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (c İ, i.v 203-205) İşdə olan, maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli, 183/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın, köynəyin və jaketin ön hissəsində sol orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli kəsicideşici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus maykanın, köynəyin və jaketin ön hissəsinin sol orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə deşici-kəsici alətin bədənə daxil olma zədəsidir, müxtəlif məsafədən və müxtəlif istiqamətdən yetirilə bilər. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmətibbi bialoji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətlədirmək olar. Cins şalvarın hər iki ayağının ön hissəsində, maykanın ön və sol yan nahiyəsində, qısaqol köynəyin ön və sol nahiyəsində, jaketin ön və sol yan, arxa hissəsinin sol yuxarı nahiyəsində, gödəkcənin astarında fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə statik və az dinamik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Cins şalvarın hər iki ayağının üzərində fasilələrə yerləşən qan ləkələri axıntı xarakterlidir, qan mənbəyindən axması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus bir cüt corab, tuman, köynək, idman şalvarı və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X1 məxsus paltarların məhkəmə-tibbi bialoji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar. Tumanın arxa hissəsinin sol bel nahiyəsində, qısaqol köynəyin ön-orta və arxa-sol nahiyəsində, idman şalvarının sol ayağının ön-yuxarı və arxayuxarı nahiyəsində, uzunqol köynəyin ön-orta nahiyəsində, sağ qolunun orta-bayır nahiyəsində və sol qolunun manjetində fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə statik və az dinamik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. İdman şalvarının sol cibinin üzərində fasilələrlə yerləşən qan ləkələri axıntı xarakterlidir, qan mənbəyinə qan mənbəyindən axması nəticəsində əmələ gələ bilərdi. (c İ, i.v 207-211) İşdə olan, Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 276/2023- MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ-dir. Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ-dir. Ekspertizaya təqdim olunan 07 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus cins şalvar, alt mayka, qısaqol kofta, jaket, gödəkcə, Təqsirləndirilən şəxs məxsus trusik, qısaqol mayka, idman şalvarı və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (H) İİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər onların qanında müşayiətçi H antigeni varsa. (c İ, i.v 213-217) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunaraq götürülmüş bir ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (c İ, i.v 241-242) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qəhvəyi rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd belində qara rəngli kəmər olan göy rəngli şalvar, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli qısaqol köynək, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd qara rəngli trusik, bir cüt qara rəngli corab maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (c İ, i.v 244-245) İşdə olan, “İfadənin yerində yoxlanılması haqqında” 15 iyul 2023-cü tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə təqdim etmişdir. (c İ, i.v 247-250) İşdə olan, 16 iyul 2023-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu mətbəx bıçağı ilə sinəsindən vurub xəsarət yetirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. (c İİ, i.v 5-8) İşdə olan, 17 iyul 2023-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sinəsinə vuraraq sonuncuya xəsarət yetirməsini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. (c İİ, i.v 9-12) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 19 aprel 2023-cü il tarixli 257/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər (döş qəfəsinin sol ön yarısının boşluğa keçən, perikard və ürəyin sol mədəciyinin zədələnməsi və travmatik şokla müşayət olunan bir ədəd kəslmiş-deşilmiş yarası, sağ əlin İİİ barmağının distal falanqasının ovuc səthinin kəsilmiş yarası) ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik bıçaqlarla yetirilə bilərdi və dərəcəsinə görə döş qəfəsində aşkar olunmuş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (c İİ, i.v 110-112) İşdə olan, Məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 634/2023-MTBŞ nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A /İİ-dir. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A /İİ-dir. Ekspertizaya təqdim olunan bir ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələri qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta(H) İİ qryplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Onların qanlarında müşayiətçi H antigeni olduğu təqdirdə. (c İİ, i.v 114-116) İşdə olan, Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixoaktiv cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizim, kinlilik kmi xarakterik xüsusiyətlər müəyyən olunur.Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, o, cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyəyinə malik olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt alında olmamışdır. (c İİ, i.v 117-119) İşdə olan, Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 459/2023/MKTŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar (jaket, köynək və mayka) üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tiplu deşici-kəsici alətin (alətləri) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin hər iki səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik( hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. (c İİ, i.v 120- 122) İşdə olan, “Əşyanın tanınmasının aparılması haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinin baxışı aparılan zaman onun yaşadığı evin həyətində aşkar edilərək götürülmüş bıçağın xx.xx.2023-cü il tarixdə Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı istifadə etdiyi bıçaq olmasını tanımışdır. (c İİ, i.v 145-147) İşdə olan, “Əşyanın tanınmasının aparılması haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerinin baxışı aparılan zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilərək götürülmüş bıçağın xx.xx.2023-cü il tarixdə Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində Təqsirləndirilən şəxs onun sinəsinə zərbə vuraraq xəsarət yetirməkdə istifadə etdiyi bıçaq olmasını tanımışdır. (c İİ, i.v 158-154) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs iki dəfə zərbə endirməklə sonuncuya həyat üçün təhlükli olan sağlamlığa ağır zərə vurmaya aid döş qəfəsinin sol ön yarısının boşluğa keçən, perikard və ürəyin mədəciyinin zədələnməsi və travmatik-hemorragik şokla müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ əlinin İİİ barmağının distal falanqasının ovuc səthinin kəsilmiş yarası kimi xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Beyləqan RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan münaqişə zamanı istifadə olunmuş 01 ədəd mətbəx bıçağı, bir ədəd qəhvəyi rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd belində qara rəngli kəmər olan göy rəngli şalvar, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd qara rəngli trusik, bir cüt qara rəngli corab məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Beyləqan RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan münaqişə zamanı istifadə olunmuş 01 ədəd mətbəx bıçağı, bir ədəd qəhvəyi rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd belində qara rəngli kəmər olan göy rəngli şalvar, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd qara rəngli trusik, bir cüt qara rəngli corab məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar