Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-177/2025 14.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X6 İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2025-ci il tarixdə saat 14:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, xüsusilə külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Məmməd” adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda narkotik vasitələri sonuncunun gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində qazanc alacağı vədi ilə razılaşaraq, bu məqsədlə “Məmməd” adlı şəxs və qeyrilərinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 218,8 qram olan 5470 ədəd narkotik vasitə metodon tərkibli həbini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 24120 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Astara rayonu, Hamoşam kəndinin ərazisində yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitələri yaşadığı Astara rayonu, Hamoşam kəndinin ərazisində gizlədərək qanunsuz olaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə saat 00:24-də Astara rayonu, Hamoşam kəndində yol kənarında piyada hərəkət edən zaman saxlanılaraq həmin gün saat 00:27-dən etibarən saxlanıldığı yerdə üstünün yoxlanılması keçirilən zaman hər iki əlində saxladığı 02 ədəd qara rəngli sellofan torbanın içərisindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üzərində “Methadone 40” göstəricisi olan 547 ədəd blisterdə 5470 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili təsiredici maddəsinin ümumi miqdarı xüsusilə külli miqdarda - 218,8 qram olan narkotik vasitə metodon tərkibli həb və tərkiblərinə görə eyni olan 24 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 980 qram; 990 qram; 995 qram; 945 qram; 1010 qram; 995 qram; 990 qram; 1015 qram; 1010 qram; 1030 qram; 1005 qram; 1010 qram; 1020 qram; 1020 qram; 995 qram; 970 qram; 1030 qram; 990 qram; 1030 qram; 1020 qram; 1015 qram; 1010 qram; 1015 qram və 1030 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 24120 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin may ayında evdə olarkən onun telefonuna İran İslam Respublikasının mobil operatoruna məxsus nömrədən zəng gəlmiş, zəng edən şəxs iranlı olduğunu bildirmişdir. Həmin şəxs ona Hamoşam kəndinin yaxınlığına “mal” qoyacağını, həmin yerin konumunu ona atacağını bildirərək həmin bağlamanı götürüb başqa bir yerə qoymağı qarşılığında pul təklif etmiş, o, maddi cəhətdən ehtiyac içində olduğundan bu təklifi qəbul etmişdir. Həmin ilin iyul ayında İranlı olduğunu güman etdiyi şəxslə sözləşmələri baş tutmuş, içərisində narkotik vasitələr olan həmin bağlamanı Astara rayonu, Hamoşam kəndi yaxınlığında yerləşən yaylaqda etibarlı yerdə gizlətmiş, həmin vaxt özü də kəndin yaxınlığındakı yaylaqda yaşamışdır. Bundan başqa həmin İranlı şəxs içərisində narkotik vasitələr olan başqa bir bağlamanı Hamoşam kəndinin başlanğıcında meşənin içərisində bir yerə qoyaraq bu barədə ona məlumat vermiş, daha sonra o, həmin bağlamanı 01 avqust 2024cü il tarixdə meşədən götürüb cığır ilə Hamoşam kəndi ərazisindən Miki kəndinin başlanğıcına gətirərək orada gizlətmişdir. İranlı şəxs həmin bağlamanın alıcısının gələcəyi ilə bağlı ona məlumat vermiş, lakin həmin gün alıcının gəlib həmin bağlamanı götürməsi mümkün olmamışdır. Növbəti dəfə isə narkotik vasitələrin alıcılarını yolun kənarında gözləyərkən polis əməkdaşları gələrək onu saxlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir il öncə tanımadığı şəxs onun mobil telefonuna zəng edərək “sənin üçün Pensər kəndində yerləşən “Şir” heykəlinin yanına telefon qoyacam, sonra biz söhbət edərik” demiş, bundan sonra həmin yerə gedərək oradan “Samsung” markalı mobil telefonu götürmüş, İranlı “Məmməd” adlı şəxslə həmin telefona quraşdırılmış və İran İslam Respublikasının mobil operatoruna məxsus nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə mütəmadi əlaqə saxlamışdır. İranlı şəxs özünü ona “Məmməd” adı ilə təqdim etmiş, həmin şəxslə heç vaxt görüşməmiş, “Məmməd” özünün İran İslam Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd ərazisində yerləşən Cehid kəndində yaşadığını desə də, həmin kəndin sakinlərinin milliyətcə talış olmaları, “Məmməd”in isə onunla yalnız Azərbaycan dilində ünsiyyət saxlaması səbəbindən onun həmin kəndin sakini olmasına şübhə ilə yanaşmışdır. Məmməd adlı şəxslə əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, ilk dəfə onun tapşırığına əsasən narkotik vasitələri alıcıya çatdırmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanmışdır. “Məmməd” adlı şəxsin Hamoşam kəndinin yaxınlığına qoyduğu, içərisində narkotik vasitələr olan iki ədəd polietilen torbaları 28 iyul 2024-cü il tarixdə sonuncunun qoyduğu yerdən götürərək gizlətmiş, onun tapşırığına əsasən 29 iyul 2024-cü il tarixdə həmin narkotik vasitələrin 12 kiloqram çəkidə olan hissəsini gizlətdiyi yerdən götürərək meşənin içərisində alıcının gəlməsini gözləmiş, təxminən 1-2 saat gözlədikdən sonra “Məmməd” adlı şəxs ona alıcının gələ bilməyəcəyini bildirmiş, bundan sonra üzərində daşıdığı narkotik vasitələri yenidən əvvəlcədən gizlədib saxladığı yerə gətirmişdir. 02 avqust 2024-cü il tarixdə “Məmməd” adlı şəxs yenindən ona narkotik vasitələri gizlətdiyi yerə gedərək alıcını gözləməsi barədə göstəriş vermiş, o, həmin yerə gedərək içərisində narkotik vasitələr olan bağlamaları iki polietilen torbada götürərək alıcını gözləmiş, alıcının onu asanlıqla müəyyən edə bilməsi üçün meşə sahəsindən çıxaraq üzərindəki gödəkçəni yolun hərəkət hissəsinə atmış, bu zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar. İranlı “Məmməd” adlı şəxs narkotik vasitələrin hər kiloqramına görə ona 700 (yeddi yüz) manat verəcəyini vəd etmiş, aralarında razılaşmaya əsasən həmin pul ona narkotik vasitələr alıcıya çatdırıldıqdan sonra veriləcəkmiş. Polis əməkdaşları tərəfindən saxlanılarkən yanında heç kəs olmamış, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra videoçəkiliş aparılmaqla üzərinə və əlində daşıdığı iki ədəd polietilen torbada olan narkotik vasitələrə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə cinayət işi materiallarında olan ilkin ekspert rəyində narkotik vasitənin çəkisinin 54 qram olduğunun göstərildiyini, sonrakı ekspert rəyində isə narkotik vasitənin çəkisinin 218 qram olmasının qeyd olunduğunu, buna görə də, ilkin ekspert rəyinin əsas götürülərək əməlinin Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmasını, həmin maddə ilə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında müəyyən ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən həmin ifadə məhkəmə iclasında elan edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2006-cı ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və ölkə ərazisinə qanunsuz olaraq narkotik vasitə keçirdiyinə görə məhkum olunmuşdur. Təxminən bir il bundan əvvəl özünü “Məmməd” adı ilə tanıdan İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” mesajlaşma proqramında tanış olmuşdur. Həmin şəxslə bir müddət danışdıqdan sonra özünün ölkə ərazisinə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə keçirdiyini bildirmişdir. Həmçinin, istəyəcəyi təqdirdə onun ölkə ərazisinə keçirdiyi narkotik vasitələri və psixotrop maddələri onun yerləşdirdiyi yerdən götürüb ayrı yerə qoyacağı təqdirdə pul qazana biləcəyini bildirmişdir. Ona bu mövzu barədə telefonda söhbət etməməklərini və təhlükəli olduğunu bildirmişdir. O isə ona başqa bir telefon verə biləcəyini və verdiyi telefonda bu mövzu ətrafında rahat danışa biləcəklərini bildirmişdir. Onunla razılaşmışdır. 2023-cü ilin yay aylarında gecə vaxtı “Məmməd” adlı İran İslam Respublikası vətəndaşı ilə yaşadığı Astara rayonu, Hamuşam kəndinin “Bİ” yaylağı adlandırılan yerdə görüşmüşdür. Ona üzərindən aşkar edilmiş mobil telefonu təqdim edərək bundan sonra onunla verdiyi telefon vasitəsi ilə əlaqə saxlamağını bildirmişdir. Bundan sonra “Məmməd” adlı şəxs ona bir neçə dəfə ölkə ərazisinə narkotik vasitə keçirdiyini və həmin narkotik vasitələri götürə bilib-bilməyəcəyini soruşmuşdur. Ona müxtəlif bəhanələr gətirərək narkotik vasitələri götürməkdən yayınırmış. 2024-cü ilin may ayında “Məmməd” adlı şəxs ölkə ərazisinə narkotik vasitə keçirəcəyini və həmin narkotik vasitələri götürə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin zaman maddi sıxıntıları olmuşdur. Ona telefonu götürdüyü yerə narkotik vasitəni gətirə biləcəyi təqdirdə malı götürə biləcəyini demişdir. Bundan başqa həmin şəxs ona narkotik vasitə qurudulmuş marixuana olduğunu, çəkisinin 12 kiloqram olduğunu və hər kiloqrama görə ona 700 manat verəcəyini bildirmişdir. Onunla razılaşdıqdan sonra bir gün təyin edib onunla axşam saatlarında Astara rayonu, Hamuşam kəndinin “Bi” yaylağı adlandırılan yerdə görüşmüşdür. “Məmməd” adlı şəxs narkotik vasitəni özü ilə gətirmişdir. Oraya at arabası ilə getmişdir. Həmin şəxsdən narkotik vasitələri götürdükdə, o, orada 8.400 manat pul vermiş və ondan götürdüyü narkotiki istədiyi bir yerə qoyub “Whatsapp”da ünvanını ona atmağını bildirmişdir. Ondan narkotiki sonradan kimin götürəcəyini soruşduqda, o, Bakıdan bir adam gəlib götürəcəyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı götürüb oradan uzaqlaşdır. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı yaşadığı kəndin ərazisində meşəlik bir sahədə gizlədərək ünvanını “Məmməd” adlı şəxsə göndərmişdir. Bundan təxminən bir həftə əvvəl “Məmməd” adlı şəxs ona yenidən ölkə ərazisinə 20 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana və metodon keçirəcəyini və sonuncu dəfə onunla görüşdüyü yerə, yəni Astara rayonu, Hamuşam kəndinin “Bi” yaylağına həmin narkotik vasitələri gətirə biləcəyini deyib narkotik vasitələri götürə bilibbilməyəcəyini soruşmuşdur. Həmçinin, “Məmməd” ona bu səfər hər kiloqrama görə 800 manat verəcəyini bildirmişdir. Onunla razılaşaraq axşam saatlarında narkotik vasitələri götürmək üçün oraya getmişdir. Oraya nisbətən gec getmişdir. Buna görə “Məmməd” onu orada gözləməmişdir. Lakin, içərisində narkotik vasitələr olan bağlamalar orada olmuşdur. Narkotik vasitələri götürüb oradan uzaqlaşmışdır. Narkotik vasitələri götürdükdən sonra yaşadığı kəndə bir yerdə gizlətmişdir. Bundan sonra “Məmməd”ə narkotik vasitələri götürdüyünü bildirərək ona pulu kimin verəcəyini soruşmuşdur. O isə xəbər verəcəyi zaman narkotik vasitələri gizlətdiyi yerin ünvanını ona atmağını və həmin yerdən narkotik vasitələri gəlib götürəcək şəxs götürdüyü yerə ona çatacaq pulu qoyacağını bildirmişdir. Təxminən 4-5 gün sonra “Məmməd” ona narkotik vasitələri tanımadığı bir şəxsin gəlib götürəcəyini və həmin narkotik vasitələri bir yerə qoyaraq ona ünvanını atmağını bildirmişdir. Bundan sonra narkotik vasitələri gizlətdiyi yerə getmişdir. İçərisində narkotik vasitə olan torbaları götürdükdən sonra 03 avqust 2024-cü il tarixdə, gecə saat 00 radələrində Astara rayonu, Hamoşam kəndi ərazisində yol kənarında 4 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narktoik vasitə olub- olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra sağ və sol əlləri ilə daşıdığı 2 (iki) ədəd, polietilen torbaları təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı ondan aşkar olunan 2 (iki) ədəd polietilen torbaların içindən 24 (iyirmi dörd) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuana, 6 (ədəd) bağlamada isə metadon M40 həbi aşkar olunmuşdur. Əynində olan boz rəngli şalvarın sağ yan cibindən isə 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana və metadon M40 həbi qablaşdırılıb imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüşdür. Bundan sonra polis şöbəsinə gətirilmişdir. Verilən suallar cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri həmin narkotik vasitələri götürüb, ayrı-ayrı ünvanlara qoyub gəlir əldə etmək məqsədi ilə əldə etmişdir, narkotik vasitə əldə etməsindən heç kimin xəbəri olmamışdır, İran İslam Respublikasının vətəndaşının anket məlumatlarını bilməmişdir, onun adının Məmməd olduğunu bilmişdir, həmin şəxs özünün İran İslam Respublikası vətəndaşı olduğunu ona bildirmişdir, eyni zamanda onun istifadəsində olan mobil nömrə İran nömrəsi olmuşdur, yaşadığı kənd İran İslam Respublikasına ilə sərhədə yaxın kəndlərdəndir, aşkar edilmiş narkotik vasitələri sərhəddən keçirməmişdir və bununla bağlı heç bir köməkliyi olmamışdır, yalnız “Məmmədin” gətirdiyi narkotik vasitələri götürüb ayrı-ayrı ünvanlara qoymuşdur. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra hadisənin təsirindən bir müddət şokda olması ilə bağlıdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 02 avqust 2024-cü il tarixdə rəhbərliyə məruzə olunmuş, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs öncədən ola biləcəyi yerləri müəyyən edərək Astara rayonu Hamoşam kəndi ərazisində təxminən gecə saat 00:30 radələrində onlar tərəfindən saxlanılmış. Həmin vaxt Bəfailə özlərini təqdim edərək onun qarşısında iki ədəd qara rəngli polietilen torba olduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmin torbalarda nə olduğunu soruşduqda o, narkotik vasitələrin olduğunu, həmin narkotik vasitələri iranlı şəxsdən əldə etdiyini və İran İsam Respublikası ilə həmsərhəd ərazidən götürdüyünü, narkotik vasitələrin hər 01 kiloqramına görə 700 azn pul alacağını bildirmişdir. İki ədəd polietilen torbanın içərisinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı 24 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, digər bağlamalarda M40 metodon həbləri aşkar edilmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zorakılıq hərəkətlərinə yol verilməmiş, eləcə də, Təqsirləndirilən şəxs polis əməkdaşlarından yayınmağa çalışmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, yanında başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs əlindəki iki ədəd polietilen torbaların içərisindəki narkotik vasitələr olan bağlamalara onlar tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmiş, qurudulmuş marixuana olan bağlamaların sayı 24 (iyirmi dörd) ədəd olmuş, metadon həblərinin sayını isə xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v. 1) - BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən DİN-in BNMİ-nin rəisinə ünvanlanmış 02 avqust 2024-cü il tarixli raportdan görünür ki, Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Astara rayonu ərazisində dövriyyəsini həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 4) - BNMİ-nin rəisinin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərarından və həmin tarixli 3-13-7/2223/2024 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 rəhbərliyi ilə həmin idarənin əməkdaşları polis mayoru Şahid2 Rasim oğlu, polis mayoru Şahid3 və polis kapitanı Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (i.v. 5-8) - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 03 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskin yaddaşına yazılmış videogörüntülərdən Təqsirləndirilən şəxs 03 avqust 2024cü il tarixdə saat 00:24 radələrində Astara rayonu, Hamoşam kəndi ərazisində yolun kənarında iki ədəd qara rəngli polietilen torbanı əlində tutmaqla daşıyarkən polis əməkdaşları tərəfindən saxlanıldığı, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, Təqsirləndirilən şəxs hər hansı hala etiraz etmədiyi, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v. 9- 11) - Əməliyyat- axtarış tədbirlərinin nəticəsinə dair BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən BNMİ-nin rəisinə yazılmış 03 avqust 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı 03 avqust 2024-cü il tarixdə saat 00:24 radələrində Astara rayonu, Hamoşam kəndi ərazisində saxlanılmış, üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, hər iki əlində daşıdığı iki ədəd qara rəngli polietilen torbada olan 24 (iyirmi dörd) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, 6 (altı) ədəd bağlamada isə M40 metadon həbinə bənzər həblər aşkar edilərək götürülmüşdür. (i.v. 12) - “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan və “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” həmin tarixli protokoldan, protokola əlavə edilmiş DVD diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat- axtarış tədbirləri zamanı aşkar edilərək götürülmüş bağlamalara baxış keçirilərək 24 (iyirmi dörd) ədəd bağlamada qablaşdırma ilə birlikdə çəkisi 25 kq 930 qram (iyirmi beş kq doqquz yüz otuz qram) qurudulmuş marixuanaya bənzər kütlə, 6 (altı) ədəd bağlamada ümumi sayı 5470 (beş min dörd yüz yetmiş) ədəd M40 metadon həbinə bənzər həblər olduğu müəyyən edilmişdir. (i.v. 13-16) - “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Astara rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri ətraflı izah edilmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 03 avqust 2024-cü il saat 00:24-dən tutulmuş hesab edilmişdir. (i.v. 26-33) - Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2024-cü il tarixli 3-16-16-2-7/1276 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş sintetik torbadakı 24 (iyirmi dörd) ədəd polietilen bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri: 980 qram; 990 qram; 995 qram; 945 qram; 1010 qram; 995 qram; 990 qram; 1015 qram; 1010 qram; 1030 qram; 1005 qram; 1010 qram; 1020 qram; 1020 qram; 995 qram; 970 qram; 1030 qram; 990 qram; 1030 qram; 1020 qram; 1015 qram; 1010 qram; 1015 qram 1030 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 24120 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Qeyd: Marixuananın ümumi çəkisi- 24120 qram(1-24№li obyektlər), tədqiqata sərf olundu- 2,4 qram (hər obyektdən 0,1 qram), qalıq- 24117,6 qram. (i.v. 40-44) - Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2024-cü il tarixli 3-16-16-2-6/3969 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksləri olan bir ədəd sintetik parça torbada 547 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 5470 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 54,7 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azəbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ daxildir). Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. Qeyd: Metadon həblərinin ümumi sayı 5470 (beş min dörd yüz yetmiş) ədəd, tədqiqata sərf olundu 5 (beş) ədəd həb, qalıq 5465 (beş min dörd yüz altmış beş) ədəd həb. (i.v. 45- 49) - “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə ətraflı izah edilmişdir (i.v. 79-88) - Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-993/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 avqust 2024-cü il tarixdən hesablanmışdır. - Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-6/2- 7519/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin əldə edilmə mənbəyinin, “Məmməd” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib- keçirməməsi, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyəti, onların bu cinayətdə iştirakı və rolunun müəyyən edilməsi üçün əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə əməliyyat tapşırığı verilmişdir. (i.v. 125- 126) - Nərimanov rayon məhkəməsinin 08 avqust 2024-cü il tarixli 5(005)-1946/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 03 avqust 2023-cü il tarixdən 03 avqust 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul edilən və göndərilən SMS-lərin siyahısı, SMS mətnlərinin məzmunu, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi barədə qərar qəbul edilmişdir. (i.v. 127) - Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 08 avqust 2024-cü il tarixli təkrar məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/3998 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 №67" ştamp əksləri olan Məhkəmə ekspertiza mərkəzinə aid maddi sübutlar üçün nəzərdə tutulmuş bir ədəd kağız paketdəki üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan bir ədəd sintetik parça torbada 547 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 5465 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsir edici maddəsi metadondur, 1 ədəd dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram, 5465 ədəd dərman həblərinin 218,6 qram, 5470 ədə dərman həblərinin tərkibində isə metadonun təsir maddəsinin ümumi miqdarı 218,8 qram təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Qeyd: Metadon həblərinin ümumi sayı-5465 ədəd həb, tədqiqata sərf edildi- 5 ədəd həb, qalıq- 5460 ədəd həb.(i.v. 128-132) - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 136-137) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 139-140) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli 9914 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müaliəcədə olmamışdır. (i.v. 157) - Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-7/2-5590/2024-cü il tarixli məktubdan görünür ki, BMCMİ-nin əməliyyat tapşırığına əsasən əməliyyat tədbirləri həyata keçirilmiş, lakin “Məmməd” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (i.v. 158) - “Maddi sübut hesab edilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 24120 qram narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 218,8 qram olan 5470 ədəd metadon həbi maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 24117,6 qram narkotik vasitə qurudulmuş marixuana və 5460 ədəd metadon tərkibli həb saxlanılmasından ötrü DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 159-160) - Astara rayon İcra hakimiyyətinin 3 sentyabr 2024-cü il tarixli 5-35/2-312/2024 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X8 və oğlu X4 ilə birlikdə Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. (i.v. 162-164) - “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskin yaddaşında olan, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatlara baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. - “Mobil telefona baxış keçirilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı “Samsung" markalı mobil telefon aparatına quraşdırılmış “Whatsapp” ani mesajlaşma tətbiqində İran İslam Respublikası mobil operatoruna məxsus +98 938 *** **** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi aşkar edilmişdir. Baxış zamanı həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “İran İslam Respublikası mobil operatoruna məxsus +98 903 *** **** mobil nömrə istifadəçisi ilə 02 avqust tarixdə 2024-cü il tarixdə yazılı və səsli ismarıcların mübadiləsinin həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, +98 903 *** **** mobil nömrə istifadəçisi ilə səsli və yazılı ismarıcların hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş və onların məzmunu aşağıdakı kimi olmuşdur: 02 avqust 2024-cü il; “Watsapp” mobil tətbiqində olduğu yerin ünvanın göndərilməsinin izah edilməsi barədə videogörüntü. (+98 903 *** **** mobil nömrə istifadəçisindən) Qardaş mən konumu atıram gəlmir. Bəs səsim necə gəlir? Set olmasa səsdə gəlməz. Fırlanır orda dayanır. Mən bunu göndərirəm gəlmir. Nə fırıldaq varsa gəlmirdə. Səs gəlir amma dərhal. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Onu ata bilmirsəndə. Səs gəlir. Konum gəlmir? (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Uğursuz olduğu yerin ünvanını göndərilmə mesajları.(+98 938 *** **** mobil nömrə istifadəçisindən) Təzədən tut fırlananda birdənə qoy əlini üstünə. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Sən konuma 200 metr qalmış. Məni başa sal keçən səfər görüşmüşdük, ora 200 metr qalmış? (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Bəli. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Uğursuz olduğu yerin ünvanını göndərilmə mesajı.(+98 938 *** **** mobil nömrə istifadəçisindən) “Miki”dən yuxarıdasanda. Sizin kəndə tərəf? “Miki” yazıb. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) “Miki”yə tərəf getməsin, bizim kənd yuxarı yolnandı. Ordan gələndə sağ yolu götürsün. “Miki” yolu düzdü. Düz yola getməsin. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Yerin ünvanını göstərən fotoşəkil. (+98 903 *** **** mobil nömrə istifadəçisindən) Hansı qabağa? Konuma qalmış, ya konumu keçib gələcək? Sən axı mənə dedin 300 metr rayona sarı. Məni başa sal. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Miki yol düz yoldu. Miki yolu ilə getməsin. Bizim yolla gəlsin. Şəhid bulağı var. Sağ tərəfdə. Oranı keçsin 100 metr. Qalxsın padyomu. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Kəndə sarı. 200 metr kəndə sarı. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş keçən səfər o qırmızı konum atmışdıne bizə. O konumdan aşağıdı, yoxsa Qeysər kəndinə sarıdı necə? Bizə de başa düşək. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Burda bir dənə bulaq var. ikinci bulaq yoxdu. Necə başa salım bilmirəm. Keçən səfər gəlmişdiye. Ora kimi gəlsin. Ordanda 200 metr qabağ gələsin kəndə tərəf. Lap bir dənə paltar ataram mən. O gəldi çatdı, paltarı gördü marqat eləsin 2 dəfə, işığı söndürsün, mən çıxaram. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş sən konumu keçibsəndə Lənkərana sarı düzdü ya yox? O dəfəki konumu atmışdıne. Yük vermişdine. Ordan gəlibsəndə aşağı Pensərə sarı. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Yuxarı gəlsində. Dedim axı kəndə tərəf. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş məni başa sal. Keçən səfər görüşmükdüke. Ora çatacaq, ya yox? Onu de mənə. O dəfə hara konum atmışdın gəl ora (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Bir dənə yoldu. O yolu tutsun 200 metr qabağa gəlsin kəndə tərəf. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş o dəfəki konumu atmışdın ora gəlir. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Asfaltı tutum gəlim mən. Hər 3 dəqiqədən bir maşın gəlir kəndə tərəf. O maşınladıda. 200 metr qabağa gəlsin mən çıxıram qabağına. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş sən bayaq mənə dedin o konuma 200-300 metr qalmış. Mən lap salacam aşağı bu sözü dedin mənə, indi deyirsən konumu keç. Mən bilmirəm axı. Mən də yalançı çıxıram axı. O dəfə hansı konumu atmışdın gəl ora. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Sənin keçən səfərki konumunu atmışam gəl ora. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Yüklə gələ bilmərəm axı. Maşın gəlir gedir. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş sən bayaq mənə dedin kruqdan da aşağı rədd eləyəcəm. İndi konuma da gəlmirsən. Qardaş bu alınmaz da. Qardaş o da qalıb aşağıda. Bizdən konum gözləyir. Mən bu konumu atıram ora gəlir. Qardaş şofer o konuma gəlmir də. Deyir o konuma qalmış yükü mənə verələr. Xahiş edirəm biz danışdıq axı.(+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Götürürəm gəlirəm, indi hansı maşın görər Allah bilir. Gəlirəm. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş bəs qərar oldu konuma çatmamış sən rədd eliyəsən. Amma sən indi konumu da gedirsən dağa sarı. Olmadı ki, söz danışmışdıq, öz konumuna gəl başına dönüm. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Yaxşı denən gözləsin. Mən bu yolu tutub gəlirəm. İndi mənim başıma nə oyun gələr,hansı maşın məni görər, hansı şofer bizi görər onu biz görərik də Allahın izniylə. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Gəlirəm. Yükü alıram çiynimə gəlirəm. Bu onlara borc qalsın. Kəndçilərim məni görsün bu yüklə. Bu ona çox baha başa gələcək. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş biz danışdıq axı. Gəl o konuma. Qardaş o tanımır oranı. Hər nə yerdə qalırsan qal orda. Maşın gəldi tez düş aşağı. Biz bayaq danışdıq axı. Sən dedin konumdan da 300 metr aşağı edəcəyik. Söz danışıqdan keçir də. Məndən incimə. Sən Pensərdən gələndə sol əllə nə qədər yuxarıdasan? (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Mən səndən incimirəm. Onun tərsliyi tutub. Bir dənə yoldu yolu tutub gəlsin. Bu dünəndən gətirib gizlədilib burda. 2 gündü bizi dolayıb o. And olsun Allaha mən onu götürürəm. Məni tutdular ha mən sənə xəbər eləmərəm. Mən burda duracağam, sənə o qədər səs atacağam ki, o gəlsin mənə yaxınlaşsın. Onu da verəcəyəm, özüm də bədbəxt olub gedəcəyəm. Mən o şələni götürüb gəlirəm qabağa. Ona da de gəlsin, indi ya ona verən Allah, ya mənə. Məni tutdular, onu da verəcəm qabağa. And olsun Allaha eləyəcəm. Mən satqınlıq eləməmişəm indiyi kimi. O mənimlə kinofilm oynuyur. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaş əgər təhlükə olsa, səni görən olsa mən sənə səs atdım ona kənd adı de sol ələ. Nə qədər ondan yuxarı gələcək. Səndə xahiş edirəm məni incitməyin. Söz danışıqdan keçər də. Bu da Bakı uşağıdı. Gərək bunu da təhlükəyə salmayaq. Qardaş vəziyyət yaxşı deyil. Qoy o da salamat getsində. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Olduğu yerin ünvanı. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Biraz gəl aşağı. Gəlir. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Köhnə konuma gəl. Bir yandan o konum atır, bir yandan sən. Mən qalmışam avara. Olmadı ki belə. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaşım ona de ki gəlsin əvvəlki konuma. Bir dənə yoldu, ikinci yol yoxdu. Mən bir daha onunla işləmərəm. Ona de bir dəfə də gəlsin axırıncı dəfə. Mən itin oğlu olaraq onunla bir daha işləyərəm. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Mənim telefonumu güd maşın çıxanda sənə zəng edəcəm. Maşın ki ora gəldi sənə deyəcəm köynəyi at. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Başa düşmədim. Təzədən de. Mən qalım yerimdə? (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Köhnə konuma adam çatdı sənə deyəcəyik. Paltarından, kapşonundan atarsan ora. Orda təhvil ver. Elə yerdə at ki, maşın fırlana bilsin. Kömək elə ona səndən xahiş edirəm. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Mən kapşonu atdım ora. Kapşonun üstündə dursun elə, mən çıxıb verəcəm ona. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Kapşonu atma hələ. Biz sənə deyəndə atarsan. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Nəvələrim canına and olsun mən birdə bu adamla işləmərəm. Qurtardı. Adam var başqa adam gətir. Yoxdusa nə qədər salam-aleykumuz var oturaq yerimizdə. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Noldu qardaş gəlib çıxmadı. Bu deyəsən başqa yerə getdi. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Yolu tərsə gedib. Səbrli ol fırlanıb gəlir. Yola bələd deyil. Maşın orda dönə biləcək? (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Bu asfaltda hər bir yerdə 7-8 metr yer var. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Qardaşım çatır ora. Sən köynəyi at. Yolun ortasın at. Köynəyi at tez. Qal qıraqda.(+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Atıram. Denən 2 dəfə marqat eləsin. Çıxıram mən. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Yükü verdin xəbər elə mənə. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Hara getdi. Məndə çıxmışam bura. Döndərdi, qayıtdı getdi. Mən də çıxmışam bura. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Hara getdi. Qayıtdı dala? Köynəyi görmədi bəs? Gəldi köynəyin üstündən keçdi. Yenə gəlir. Əşi onun başı xarabdı. Gəlir köynəkdən keçir dayanmır. Dayansın da köynəyin üstündə tormuz. (+98 938 *** **** mobil nömrə istifadəçisindən səs yazı) Deyirsən o maşındı çıx qabağa da. Şəhər uşağıdı başa sala bilmirik. (+98 903 *** **** mobil nömrə istifadəçisindən səs yazı) (i.v. 187-192) - Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024cü il tarixli 5686 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində Təqsirləndirilən şəxs 2012-ci ildən narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirdiyi göstərilmişdir. (i.v. 193-194) - Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-1367/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 03 mart 2025-ci il tarixədək uzadılmışdır. (i.v. 205-206) - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2 və 234.4-1-ci maddəsinə tövsif edilmiş, iş üzrə iki ədəd DVD disk və Samsung markalı mobil telefon sübut qismində tanınmışdır. (i.v. 209- 227) - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 19 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2 və 234.4-1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (i.v. 235-237) - “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından 5470 ədəd narkotik vasitə metadon tərkibli həbin və 24120 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (i.v. 254) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ilk olaraq Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə münasibət bildirməli, yəni: - Təqsirləndirilən şəxs Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2024-cü il tarixli 3-16-16-2-6/3969 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 547 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 5470 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadonun ümumi təmiz çəkisinin 54,7 qram təşkil etməsi ilə bağlı gəldiyi nəticəni əsas götürərək 54,7 qram metadonun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndinə əsasən xüsusilə külli miqdar təşkil etməməsi, buna görə də əməlinin Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməli olması ilə bağlı mülahizəsinə dair məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə müstəntiq tərəfindən 03 avqust 2024-cü il tarixdə təkrar məhkəmə kimyəvi ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2024-cü il tarixli rəyində 1 ədəd dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin 0,04 qram olmaqla 5470 ədəd dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin 218,8 qram olması göstərilmişdir. Qeyd edilən rəylərdə dərman həblərinin tərkibindəki metadonun təsiredici maddəsinin çəkisi ilə bağlı yaranmış ziddiyətə görə ekspert X5 ibtidai istintaq zamanı dindirilərək ifadəsində göstərmişdir ki, onun tərəfindən tərtib olunmuş 03 avqust 2024-cü il tarixli 3-16-16-2-6/3969 nömrəli ekspert rəyində texniki səhvə yol verdiyindən 5470 ədəd dərman həbinin tərkibində metadonun təsiredici maddəsinin 54,7 qram olması ilə bağlı yanlış nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu xüsusatla bağlı irəli sürdüyü dəlil əsassızdır, Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2024-cü il tarixli 3-16-16-2-6/3969 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. - Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, sonuncuya qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr xüsusi ilə külli miqdarda olmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən metadon və qurudulmuş marixuana narkotik vasitələr hesab edilir. Siyahılara əsasən metadonun 0,02 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 1,6 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 160 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 500 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50000 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961- İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10- cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxsin ona deyəcəyi yerə qoymaq və qazanc əldə etmək məqsədi ilə əldə etmiş, saxlamış, dolayısı ilə cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmişdir. Buna görə də Təqsirləndirilən şəxs də cinayətin icraçısı hesab edilməli və onun əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan qurudulmuş marixuananı, xüsusilə külli miqdarda metadonu əldə edib, saxlaması və daşıması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrində göstərdiyi kimi, cinayətkar qrupun İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkisi 24120 qram çəkidə külli miqdarda qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı 218,8 qram olan xüsusilə külli miqdarda 5470 ədəd həb halında narkotik vasitə metadonu Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də həmin narkotik vasitələri satmaq məqsədilə daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4-1-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı eləcə də, məhkəmə istintaqı zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 03 avqust 2024-cü il tarixli və “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” 03 avqust 2024-cü il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD diskdə əks olunmuş video görüntülər, digər istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2024-cü il tarixli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 167-168) - Astara rayon İcra hakimiyyəti Başçısının Hamoşam kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 16 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 165 ) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9.2, 41.2 və 58.3 maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Buna görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-nin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 03 avqust 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi-narkoloji yoxlamanın xx.xx.2024-cü il tarixli 5686 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 24117,6 qram narkotik vasitə qurudulmuş marixuana və 5460 ədəd narkotik vasitə metodon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 03 avqust 2024-cü il tarixli və “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” 03 avqust 2024-cü il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 24117,6 qram narkotik vasitə qurudulmuş marixuana və 5460 ədəd narkotik vasitə metodon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-177/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-177/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver