Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-178/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Cəlilabad rayonu Edişə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Cəlilabad rayonu Edişə kəndində qeydiyyatda olmaqla yaşayan, iş üzrə 24 sentyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 504,768 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində və yaşadığı evin həyətyanı sahəsində yerləşən su çəninin alt hissəsində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 24 sentyabr 2021-ci il tarixdə saat 17:50-də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabadrayonu Edişə kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitənin bir hissəsi-yəni 0,768 qramı əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən, qalan hissəsi isə həmin tarixdə saat 22:50-də keçirilən baxış zamanı bir bükümdə 504,0 qram çəkidə yaşadığı Cəlilabad rayonu Edişə kəndində yerləşən evinin həyətyanı sahəsində yerləşən su çəninin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2021-ci il tarixdəözünə məxsus olan VAZ 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhərindən yaşadığı Edişə kəndi istiqamətində hərəkət edirmiş, Xanəgah kəndi ərazisində olan zaman mobil telefonuna zəng gəldiyindənüzərinə“Xanəgah kəndi” yazılmış məlumat lövhəsinin yanında avtomobilini saxlayaraq yerə enmişdir. Mobil telefon ilə danışıq aparan zaman həmin lövhənin yanında şəffaf sellofana bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyindən həmin bükülünü götürərək onu açıb içərisinə baxmış, bükülünün içərisinə baxdıqda onun içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin bükülünü avtomobilinə qoyaraq yaşadığı Edişə kəndinə getmişdir. Edişə kəndində həmin bükülünün içərisində olan narkotik vasitədən bir qədərini gələcəkdə istifadə etmək məqsədilə götürüb siqaret kağızına bükərək üzərində saxlamışdır. Qalan hissəsini isə həmin bükülüdə yaşadığı evin həyətində yerləşən dəmir su çəninin altında gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Edişə kəndi ərazisində piyada şəkildə mağazaya gedərkən polis əməkdaşları onu saxlamış və üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirməklə onu rayon polis şöbəsinə dəvət etmişlər. O könüllü olaraq üzərində və yaşadığı evin həyətindəki su çəninin alt hissəsində narkotik vasitə heroin saxladığını polis əməkdaşlarına etiraf etmişdir. Polis şöbəsində vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasından əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, maddə varsa, təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitəni təqdim edərkən Edişə kəndində yaşadığı evin həyətində də narkotik vasitə olduğunu söyləmişdir. Onun təqdim etdiyi narkotik vasitə zərfə qoyulub qablaşdırılaraq götürülmüş və bu barədə iştirakı ilə protokol tərtib olunmuşdur. Daha sonra o, ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığıünvana getmişdir. O, orada su çəninin alt hissəsində gizlətmiş olduğu qalan narkotik vasitəni də özü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə də zərfə qablaşdırılmış və götürülmüşdür. Evinin həyətindəki su çəninin altında narkotik vasitə olmasını könüllü olaraq polis əməkdaşlarına təqdim etməsə idi, həmin narkotik aşkar oluna bilməzdi. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid3 məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şobəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifvəsində işləyir. 24 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması və daşınması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Edişə kəndində saxlamaqla ondan üzərində narkotik vasitə olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özü evinin həyətindəki su çəninin alt hissəsində də narkotik saxlaması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq onun üzərində vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasından əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd gümüşürəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin kütləni iki gün öncə Cəlilabad rayonu Xanəgah kəndi ərazisində, üzərinə “Xanəgah kəndi” yazılmış lövhənin yanından tapdığını, həmin narkotik vasitənin bir hissəsini də Edişə kəndində yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini, narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə üzərində və yaşadığı evin həyətyanı sahəsində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən su çəninin alt hissəsindən gizlətmiş olduğu bir bükümdə şəffaf sellofana bükülərək üzəri yapışqan lentlə bağlanmış bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə olması müəyyən edilmiş və həmin bükülü də qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid kimi dindirilən, Cəlilabad Rayon Polis Şöbəsinin polis nəfəri Şahid2 da Şahid3lə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış keçirilməsi və götürmə haqqında, eləcə də baxış keçirilməsi və götürmə haqqında 24 sentyabr 2021-ci il tarixli protokollardan və həmin istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, yaşadığı Cəlilabad rayonu Edişə kəndində yeləşən evin həyətyanı sahəsində yerləşən su çəninin alt hissəsindən isə bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 19/962 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir bükümdə təmiz çəkisi 0,768 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən su çəninin altından götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 504,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evinin həyətindən su çəninin altından götürülmüş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 504,668 qram olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1052 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi halları istisna olunmayır. Lakin narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2470 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2020-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır.O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 504,668 qram narkotik vastə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 504,668 qram narkotik vastə heroin məhv edilsin, şəxsi axtarış və baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-178/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-178/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver