Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-178/2023 15.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri-Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-4,553 qram narkotik vasitə heroini əldə etmiş, həmin heroinin 2,168 qramını 07 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində tanışı X4 10 manat pul müqabilində satmış, qalan 2,385 qramını isə üzərində saxlamaqla daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid3 Şirvan şəhəri, S.Vurğun küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə 2,168 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 13:50-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibində 01 ədəd bükümdə 2,385 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmüş ittiham üzrə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Şahid3 çoxdan tanıyır. 07 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında olarkən polis işçiləri tərəfindən saxlanılmış, üzərində narkotik vasitələri qanunsuz gəzdirilməsinə şübhələr olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən qabağına 1 «çet» narkotik vasitə qoyulmuş və boynuna götürməsini, keçiriləcək şəxsi axtarış və götürmə zamanı narkotik vasitəni təqdim etməsini tələb etmişlər. Onun işini narkotik istifadəçisi kimi sənədləşdirəcəklərini demişlər. Əks halda evindən 1 kiloqram narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Onu həmçinin həyat yoldaşı ilə təhdid etmişlər. Ona görə də təzyiq altında narkotik vasitəni üzərinə götürmüşdür. Üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilən zamanı o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və bükümdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin sellofan büküm açıldıqda içərisindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Əslində onda heç bir narkotik vasitə olmamış və Şahid3 narkotik vasitə satmamışdır. Elsəvərlə aralarında narkotik vasitələrin alqı-satqısına dair heç bir danışıq və ya razılaşma olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasından 3-4 gün əvvəl Bakı şəhərində ağaclıq ərazidən bir bükümdə narkotik vasitə heroin tapmış, heroinin bir qismini istifadə etmiş, bir hissəsini 07 sentyabr 2022-ci il tarixdə Şirvan şəhərində 21 saylı məktəbin yaxınlığında tanışı Şahid3 10 manat pul müqabilində satmış, qalan hissəsini isə üzərində saxlamışdır. 07 sentyabr 2022-ci il tarixdə polis işçiləri tərəfindən Şirvan şəhərində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmaması, Şahid3 narkotik vasitə satmaması və narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçiləri tərəfindən ona təzyiq göstərildiyindən üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini göstərsə də, onun cinayət əməli məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla aşağıdakı göstərilən qaydada təsdiq olunmuşdur. Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunda əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 sentyabr 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və üzərində narkotik vasitə saxlamaqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri 20 yanvar küçəsində saxlamışlar. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində narkotik vasitə vardırsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümdə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Şahid2 da məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə baxışında şahid qismində dindirilən X6 göstərdi ki, Təqsirləndirilən şəxslə Şirvan şəhər sakini kimi münasibətləri yaxşı olmuşdur. Lakin o, 07 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitə almaq məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməmiş, görüşməmiş və ondan 10 manat pul müqabilində narkotik vasitə heroin almamışdır. O, ümumiyyətlə 07 sentyabr 2022-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etməmiş və danışıq aparmamışlar. O, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən iki-üç gün əvvəl zəng etmiş və danışıq aparmışdır. 07 sentyabr 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində az miqdarda öz istifadəsi üçün narkotik vasitə heroin olmuşdur. Həmin heroini isə bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən almışdır. Polis şöbəsində onu döydüklərinə və təzyiq göstərdiklərinə görə üzərində aşkar olunan heroini həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs 10 manat pul müqabilində alması barədə yalan ifadə vermişdir. X3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olarkən narkotik vasitə heroin istifadə etmək qərarına gəlmiş, bu məqsədlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitə satışı ilə məşğul olan, köhnə 21 nömrəli orta məktəbin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Elşən telefonu açmış, o, Elşəndən özü üçün istifadə etmək məqsədilə 10 manatlıq narkotik vasitə olan heroin istəmişdir. Elşən də ona 10 manata narkotik vasitə olan heroin sata biləcəyini demişdir. Həmin gün saat 11 radələrində Elşənin yaşadığı küçəyə getmiş, Elşənə zəng etmiş və onların küçəsində olduğunu demişdir. 5-10 dəqiqə sonra Elşən küçədə onun olduğu yerə gəlmiş, o, Elşənə, əvvəlcədən razılaşdıqlarını kimi, 10 manat pul vermiş, Elşən də ona 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin vermişdir. O, 01 ədəd sellofan bükümdə heroini əynindəki şalvarının sağ yan cibinə qoyaraq saxlamış və yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Elşən isə çıxıb getmişdir. Həmin tarixdə Şirvan şəhəri S.Vurğun küçəsində 10 saylı orta məktəbin yaxınlığında olarkən polis işçiləri onu saxlamış və polis şöbəsinə getməyini təklif etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə, öz razılığı ilə üstünə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ cibində özü qəbul etmək üçün saxladığı bükümün içərisində heroin narkotik vasitəsini aşkar edib götürmüşlər. Sorğu zamanı o, bükülünün içərisində olan narkotik vasitə heroini 07 sentyabr 2022-ci il tarixdə Şirvan şəhəri 21 saylı ortya məktəbin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsnin əməkdaşları tərəfindən saxlanılmaqla polis şöbəsinə gətirilib üzərində axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni 3 gün əvvəl Bakı şəhərində tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 18/981 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi-2,385 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs və Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlər eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 6913 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 970 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs “Alkoqol qəbulu nəticəsində psixi və davranış pzzuntusu” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Lənkəran Ağır Cinayətlər məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(099)-368/2023 nömrəli hökmündən görünür ki, X8 07 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Şirvan şəhəri 20 Yanvar küçəsində tanışı Təqsirləndirilən şəxs 10 manat pul müqabilində 2,168 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamaqdə təqsirli bilinərək barəsində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması, heroinin bir hissəsini X1, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən üzərində bir bükümdə aşkar olunan heroinin özünə məxsus olmasını etiraf etməsini nəzərə alaraq onun məhkəmə istintaqında verdiyi-üzərinə narkotik vasitənin polis tərəfindən qoyulması, ona polis əməkdaşları tərəfindən təzyiq göstərildiyindən narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kim qiymətləndirir və səbut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,335 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,335 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-178/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-178/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver