Məhkəmə qərarları › İş №1(099)-178/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-178/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-178/2025 05.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, №1(001)-315/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilib, lakin hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun üzvünün İran İslam Respublikasına aid olan “+98 937 398 2630” saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan “+994 77 503 02 83” saylı mobil telefon nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb, 13 avqust 2024-cü il tarixdə saat 23 radələrində cinayətkar qrupun digər üzvünün göndərdiyi külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 780 qram-ümumi çəkisi 1250 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən götürməklə ümumi cinayətkar niyyətlə əldə edib idarə etdiyi “KİA forte” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 avqust 2024-cü il tarixdə saat 12:09 dəqiqədə idarə etdiyi avtomobil Ələt-Astara avtomobil yolunun Salyan rayonu, Kürsəngi kəndi ərazisindən keçən 29-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda (bundan sonra mətndə Salyan postu) saxlanılmış və avtomobil yoxlanılarkən yük yerindən 02 ədəd bükümlərdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onun idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə olmayıb, həmçinin saxlanılanda da üzərində narkotik vasitə olmayıb. Salyan postunu keçəndən sonra, Hacıoğlu restoranına çatmamış yol patrul xidməti əməkdaşı xidməti avtomobillə onun arxasınca gəlib, ona saxla işarəsi vermiş, o saxladıqdan sonra yaxınlaşıb deyib ki, “sənə saxla əmri verdik, niyə saxlamadın?”, daha sonra onu geriyə, Salyan postuna qaytarıblar. İlk öncə ona deyiblər ki, “içkilisən”, bu “variant” alınmayandan sonra isə ondan pul istəyiblər. Əlinə qandal vurub Salyan RPŞ-yə aparıblar və orada 1 saat saxladıqdan sonra yenidən Salyan postuna qaytarıblar. Gözünün qarşısında maşının arxa yük yerini açıb narkotik vasitəni oraya qoyublar və ondan sonra video çəkilişə başlayıblar. İdarə etdiyi nəqliyyat vasitəsini qohumunun adına icarəyə götürmüş, etibarnamə də həmin qohumunun adına olub. Ayın 13-ü Yasamal Asan xidmətindən vəsiqəsini götürübmüş. Növbəti gün, yəni 14 avqust 2024-c ildə, səhər saat 07:00-da Bakı şəhərindən çıxmış, saat 08:00-da Salyan postundan keçmişdir. Polis əməkdaşları onu səhər saat 8-9 radələrindən saxlayıblar. Video çəkiliş o saxlanıldıqdan bir neçə saat sonra həyata keçirilmişdir.

3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onun mobil telefonunda yazışdığı şəxs “Elşən” adlı iranlı olub, onu lap əvvəllərdən tanımış, özü əvvəllər “Karate” idman növü ilə məşğul olmuş, “Elşən” adlı şəxs də idmançı olmuş, o əvvəllər İrana, yarışlara gedərkən, orada tanış olmuşlar. Həmin şəxslə saxlanılmamışdan bir neçə gün öncə danışıb, polis əməkdaşları onu 14 avqustda Bakıdan Lənkərana gedərkən, səhər saat 08:00 radələrində “Hacıoğlu” restoranına çatmamış saxlayıb, oradan Salyan postuna qaytarıblar. Daha sonra Salyan postundan Salyan RPŞ-ə aparmış, orada ona təzyiq və təsir göstərmişlər. Təsir və təzyiqlər ona qarşı müxtəlif hədələr, avtomobilin adına icarəyə götürüldüyü qohumunu polisə gətirmək və sair bu kimi təhdidlər vasitəsilə olmuşdur. Belə ki, avtomobilə dair onun yol vərəqəsi olmamış, avtomobili qohumundan bir neçə günlük pulsuz götürmüşdür. O, razılaşdıqdan sonra, Salyan postuna qaytarılmış və video çəkiliş həyata keçirilmişdir.

4. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (təqsirləndirilən şəxs qismində, c.İ.i.v.64-67) göstərmişdir ki, o, arada bir narkotik vasitə marixuana istifadə edir. Təxminən 1 ay bundan əvvəl istifadəsində olan +994 77 503 02 83 saylı telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi Whatsapp sosial tətbiqinə +98 937 398 2630 saylı nömrədən Whatsapp vasitəsilə zəng gəlmişdir. O, Whatsapp telefon zənginə cavab vermiş, danışan İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. O, ondan nə istədiyini soruşmuş, Elşən isə nəşə göndərə biləcəyini, onun da kuryer işləməyini təklif etmişdir. O, İran İslam Respublikasının vətəndaşının mobil telefon nömrəsini ona kimin verdiyini soruşmuş, o da tanımadığı bir nəfər şəxsin adını deyərək onun verdiyini bildirmişdir. O da ona həmin şəxsi tanımadığını və işi ilə məşğul olmasını deyərək mobil telefon zəngini sonlandırmışdır. Elşən dəfələrlə ona Whatsapp telefon zəngi etmiş, lakin o, hər dəfə ona işi ilə məşğul olmasını deyərək mobil telefon zəngini sonlardırmış. Təxminən 1 həftə bundan əvvəl İran İslam Respublikasının vətəndaşı Whatsapp telefon zəngi ilə ona zəng etmiş, yenə də ona deyəcəyi ünvana narkotik vasitə marixuana qoyduracağını, onun həmin narkotik vasitə marixuananı götürüb deyəcəyi yerə qoyacağı halda ona pul göndərəcəyini bildirmişdir. O, əvvəl qəbul etməsə də, sonradan pula ehtiyacı olduğu üçün onunla razılaşmaq məcburiyyətində qalmışdır. 2024-cü il avqustun 13-də İİR-nın vətəndaşı “Whatsapp” sosial şəbəkə vasitəsilə ona zəng edərək Bakı şəhərində hansısa bir ünvana narkotik vasitə qoyduracağını, sonra ona konum atacağını, onun da həmin narkotik vasitəni götürüb özündə saxlamağını və deyəcəyi ünvana qoyacağını bildirmişdir. O da Elşən ilə razılaşmışdır. Həmin tarixdə saat 23 radələrində Elşən Whatsapp sosial şəbəkə vasitəsilə ona konum ataraq narkotik vasitənin orada olduğunu və gedib götürməyini bildirmişdir. O, konumu mobil telefonunda olan “Google xəritə” tətbiqində açaraq həmin ünvana getmişdir. Bildirmişdir ki, konuma əsasən o, Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ünvana getmiş, konum onun orada olan ağacın yanına aparmış, o, ağacın aşağı tərəfinə baxmış, oradakı daşı qaldıraraq altında 01 ədəd kisə olduğunu görmüşdür. Həmin kisənin içərisinə baxaraq içərisində 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Bildirmişdir ki, bükümlərdən birinin üzəri bağlı, digəri isə bir tərəfi açıq imiş. O həmin bükümləri kisə qarşıq götürərək Rent a car dan icarəyə götürdüyü “Kia forte” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə qoymuşdur. Sonra o oradan uzaqlaşaraq Nəsimi rayonu ərazisində Xutor deyilən yerə gedərək gecəsi 3 manatlıq olan evdə qalmışdır. İdarə etdiyi “Kia forte” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili isə yaxınlıqda yerləşən “Bazar store” adlı supermarketin yanında saxlamışdır. O, evdə olan zaman Elşənin “Whatsapp” sosial şəbəkə vasitəsilə ona göndərdiyi konum və yazışmaları silmişdir. 2024-cü il avqustun 14-də səhər saatlarında Elşən ilə “Whatsapp” sosial şəbəkə vasitəsilə danışan zaman Lənkənran şəhərində yaşayan anası Xalidənin xəstə olmasını və gedib ona dəyməli olduğunu demişdir. Elşən isə problem olmadığını, həmin narkotik vasitələri həmin istiqamətdə deyəcəyi ünvana qoyacağını bildirmişdir. O da Elşən ilə razılaşmış və avtomobilə əyləşərək Bakı şəhərindən çıxaraq Bakı-Astara magistral yolu ilə hərəkət etməyə başlamışdır. Bildirmişdir ki, Bakı-Astara magistral yolunun Salyan rayonunundan keçən hissəsində yerləşən stasionar posta çatan zaman yol patrul xidməti inspektoru ona saxla işarəsi vermiş, o da avtomobili kənara çəkərək saxlamışdır. Sonra yol patrul xidməti inspektoru ilə birlikdə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları avtomobildən yerə düşməyini xahiş etmiş, o da avtomobildən yerə düşmüşdür. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və idarə etdiyi avtomobildə narkotik vasitə olmasında şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları çəkiliş aparmaqla onun üzərini yoxlamışlar, üzərindən 01 ədəd avtomobilin açarı, 01 ədəd pul kisəsi, həmin pul kisəsində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd “Kapital” banka məxsus birbank kartı və 01 ədəd metro kartı çıxdı, qanunla qadağan edilmiş bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları avtomobilin açarını ona təqdim etmişdir. Sonra polis əməkdaşı idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə olub-olmamasını soruşduqda, o, avtomobilin yük yerində narkotik vasitələr olduğunu demişdir. Bundan sonra polis əməkdaşı avtomobilə baxış keçirmək istədiyini, etirazının olub-olmadığını soruşmuş, o da heç bir etirazı olmadığını deyərək həmin narkotik vasitələri təqdim edə bilərmiş. Bundan sonra polis əməkdaşları ilə birlikdə avtomobilin yanına getmişdir. O, avtomobilin açarı ilə yük yerini açmışdır. O, avtomobilin yük yerində olan ehtiyat təkərin üzərindəki plasmas çexolu qaldıraraq narkotik vasitələrin burada olduğunu demişdir. Polis əməkdaşı tərəfindən narkotik vasitələr olan 01 ədəd sintetik kisə götürülərək içərisinə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd sintetik kisədən 02 ədəd büküm aşkar olunmuşdur. Bükümlərə baxış keçirilən zaman hər 2 bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Baxış zamanı narkotik vasitələr olan bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, birinci bükümün 505 qram olması, ikinci bükümün 945 qram olması, hər iki bükümün isə birlikdə çəkisi 1540 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş kütlələr polis əməkdaşı tərəfindən 01 ədəd sintetik kisədə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişlər. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. O, narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Bir daha qeyd etmişdir ki, 2024-cü il avqustun 13-də saat 23 radələrində İran İslam Respublikasının vətəndaşı olan Elşən adlı şəxs “Whatsapp” sosial şəbəkə vasitəsilə ona göndərdiyi konum vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən götürmüş, Elşənin deyəcəyi ünvana qoyacağını, bunun əvəzində isə deyəcəyi hesab kartına 1000 manat pul atacağına razılaşmışlar. O, İran İslam Respublikasının vətəndaşı olan Elşən adlı şəxsin ona göndərdiyi külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 470 qram, 780 qram, ümumi çəkisi 1250 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satacaqmış. Əvvəllər 2 dəfə narkotik vasitə ilə bağlı məhkumluğu olmuşdur.

6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrini qismən təsdiq etmiş, “Elşən” adlı iranlı ilə bir neçə müddətdir ki, dostluq etdiyini bildirmiş, lakin polis əməkdaşları tərəfindən səhər saat 08:00 radələrində saxlanıldığını bir daha bildirmişdir.

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırki halda etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2024-cü il avqustun 14-də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 14 avqust 2024-cü il tarixdə, saat 12:09 radələrində Təqsirləndirilən şəxs YPXA-nın 728 saylı stasionar postunda saxlayaraq ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon, sağ yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, kapital banka aid plastik kart və Bakı kartı olan pul kisəsi, idarə etdiyi “Kia Forte” markalı, dövlət qeydiyyat nişanlı avtomobilin açarı aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olmasını ehtimal etməyə kifayət qədər əsas olduğundan video çəkilişdən istifadə etməklə baxış və götürmə aparılmışdır. Baxış və götürməyə başlamazdan qabaq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olması ehtimal edilən narkotik vasitəni göstərməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin avtomobildə narkotik vasitə olduğunu bildirmiş və avtomobilin yük yerini açaraq 01 ədəd sintetik kisəni göstərmişdir. Həmin 01 ədəd sintetik kisənin içərisində iki bükümdə spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və birinci bükümün 505 qram, ikinci bükümün isə 945 qram olması müəyyənləşdirilmişdir. Bükümlər sintetik kisədə qablaşdırıldıqdan sonra şərait olmaması ilə əlaqədar olaraq protokol Salyan Rayon Polis Şöbəsinin inzibati binasında tərtib edilmişdir.

10. Məhkəmə iclasında dindirilmiş digər şahidlər X10, Şahid3, Şahid4 və Şahid5 Şahid1la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 15 avqust 2024-cü il tarixli, ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)

13. Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, idarə etdiyi “Kia Forte” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Salyan rayonuna narkotik vasitə gətirməsi barədə Salyan RPŞ-yə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 5)

14. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında» 14 avqust 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Salyan Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7)

15. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, 14 avqust 2024cü il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərinin yoxlanılmasına və idarə etdiyi avtomobilinə baxış keçirilməsinə dair» protokola əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 12:09 dəqiqədə Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda saxlanılmış, polis əməkdaşları tərəfindən üzəri və idarə etdiyi “KİA forte” markalı, **-PF- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoxlanılmış, üzərindən qanunla qadağan olunmuş heç bir əşya açkar edilməmiş, lakin onun idarə etdiyi həmin avtomobilin yük yerinə baxış keçirilərkən 1 ədəd sintetik kisənin içərisində iki bükümdə spesfik iyə malik və ayrı-ayrılıqda çəkiləri 505 qram, 945 qram, ümumi çəkisi 1540 qram olmaqla narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. (c İ, i.v 13-14)

16. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, əməliyyat axtarış tədbirinin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı əməliyyat tədbiri iştirakçılarının video-çəkilişdən istifadə edərək şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündən 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan qırmızı rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd pul kisəsində 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd Kapital banka məxsus bank kartı, 01 ədəd metro kartı, idarə etdiyi avtomobilin açarı, idarə etdiyi “KİA forte” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerindən 01 ədəd sintetik kisənin içərisindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin aşkar olunması, elektron tərəzidə çəkilməsi, birinci bükümün 505 qram, ikinci bükümün isə 945 qram olması, hər iki bükümün birlikdə çəkisinin 1540 qram olması, həmin bükümlərin yenidən 01 ədəd sintetik kisəyə qoyularaq bağlanıb, ekspertizaya təqdim edilməsi üçün götürülməsi müşahidə edilmişdir. (c İ, i.v 15)

17. Həmin DVD-diskə baxış keçirilən zaman müəyyən olunur ki, əməliyyat müvəkkili tərəfindən mobil telefonda tarix və saat kameraya təqdim olunur və mobil telefondan görünür ki, video-çəkiliş həqiqətən xx.xx.2024-cü il tarixdə, saat 12:09-da başlayır.

18. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, DVD diskin tərtib edilmə vaxtına məhkəmə tərəfindən baxış keçirildi və müəyyən edildi ki, həmin videonun tərtib edilmə vaxtı xx.xx.2024-cü il, saat 12:27-dir. Video çəkilişin müddətinin (uzunluğunun) təxminən 18 dəqiqə olduğunu nəzərə aldıqda, çəkilişin 12:09-da başlaması, 18 dəqiqə davam edərək 12:27-də videonun başa çatdırılmaqla, tərtib edilməsi həqiqətə uyğun qəbul edilir. Bununla da müəyyən olunur ki, video-çəkilişin aparılma vaxtı protokolda qeyd edilən vaxtla uyğundur.

19. Bundan başqa, cinayət işində olan və məhkəmə istintaqında sübut qismində tədqiq edilmiş, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş CD-diskə baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına baxan zaman, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:09-da “X16 Binagadi”, saat 01:03-də “Abşeron şəhəri, Xırdalan rayonu”, saat 02:00da “QoS Standart head office Bakı şəhəri, İsaqzadə qəsəbəsi, 7-ci köndələn/Narimanov,” saat 03:25-də “H.Aliyev 17A Xirdalan//Absheron”, saat 06:31-də “Xocahesen dash sexi//Binagadi”, saat 06:47-də “Bakı şəhəri, Qaradağ rayonu, Dəniz nasosu,” saat 10:53də “Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Səlyan yolu, 25-27 km/Garadagh”, saat 11:40-da “Yenikend_SVN//Salyan”, saat 11:41-də “KURSENGİ//Salyan” adlı antenlərin əhatə dairəsi daxilində olduğu müəyyən edilmişdir.

20. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə» xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “KİA forte” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerindən aşkar edilmiş içərisində 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd sintetik kisəyə və 01 ədəd DVD diskə baxış keçirilmişdir.Həmçinin, əşyaya baxış keçirilməsinə dair video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 19-21)

21. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsə müdafiəçi təqdim etmə haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 23-29)

22. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə, saat 14:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 30)

23. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 15 avqust 2024-cü il tarixli, 18/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri və imzalar olan sintetik torbadakı: - 01 ədəd üzəri yapışqan lentlə bağlanmış, yarı kəsilmiş polietilen torba bağlamada təmiz çəkisi- 470,0 qram, - 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 780,0 qram; - ümumi çəkisi- 1250,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 49-50)

24. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 48)

25. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, “Maddi sübut kimi tanınma haqqında” 15 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi təmiz çəkisi 1249,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 70-71)

26. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(057)-78/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 avqust 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 79-81)

27. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş,”Mobil telefona baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A10s” markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış keçirilən zaman telefonda “+994-77-503- 02-83” saylı mobil nömrənin mövcud olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs “+994-77-503-02-83” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” ani mesajlaşma mübadilə sistemində “+98-***-***-**-**” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş şəxsin mesajlaşma hissəsində olması, lakin aralarında olan zənglərin və mesajların hər iki tərəfdən silinməsi müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A10s” markalı mobil telefonda “Qalereya” tətbiqi sistemində fotoşəkillərin olması, həmin fotoşəkillərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın olduğu bağlamaların olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə qurudulmuş marixuananı bağlamalar halında götürməsi qənaətinə gəlinmişdir. (c İ, i.v 82-85)

28. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, İsayev X9 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3, 66,3, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə cəza çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. (c İ, i.v 100-101)

29. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 29 avqust 2024-cü il tarixli 18-1-58/2-1136/2024 saylı arayışından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. (c İ, i.v 102)

30. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Lənkəran Şəhər Mənzil Təsərrüfat İdarəsinin 03 sentyabr 2024-cü il tarixli, 189 nömrəli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, İsayev X9 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/17, mənzil 16 ünvanında arvadı X7 və qızı X4 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(c İ, i.v. 103-104)

31. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 752 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunub. Məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 130)

32. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, 04 noyabr 2024cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən cəlb edilir və həmin maddələrdə nəzərdə tutulan ittiham ona yenidən elan edilir.(c İ, i.v 136-137)

33. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «vəkilin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 166-183)

34. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Aztur Rent A Car” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə (yol vərəqəsi) əsasən müəyyən edilir ki, X8 “Aztur Rent A Car” şirkətinə aid olan bütün avtomobilləri idarə etməyinə icazə verilmiş, etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “KİA forte” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin şirkətə məxsus olduğunu bildirmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

36. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

38. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

39. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

40. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

42. CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

43. CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

44. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.

45. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

47. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

48. Təqsirləndirilən şəxs müdafiəsi üçün dəlillər gətirərək bildirmişdir ki, o, 14 avqust 2024-cü il tarixdə, saat 08:00 radələrində qohumunun adına etibarnamə ilə icarəyə götürdüyü və özünün idarə etdiyi avtomobilə əyləşərək Bakı şəhərindən çıxmış, Lənkəran şəhərinə, ailəsinin yanına getmək üçün Bakı-Astara magistral yolu ilə hərəkət etməyə başlamış, Salyan postunu keçəndən sonra, Hacıoğlu restoranına çatmamış yol patrul xidməti əməkdaşları onu saxlamışlar, yaxınlaşıb ona saxla əmri verildiyini bildirmişlər və avtomobili niyə saxlamadığını soruşmuşlar, polis əməkdaşları onu saxladıqları yerdən Salyan postuna geriyə qaytarmışlar, ilkin olaraq onun içkili olduğunu bildirmiş, daha sonra isə ondan pul istəmişlər, o, polis əməkdaşlarının istəyi ilə razılaşmadıqda isə polis əməkdaşları onun əlinə qandal vurub Salyan RPŞ-yə aparmışlar, orada onu 1 saat saxlamış, özünün avtomobilə dair etibarnaməsi olmadığından, avtomobili “rent a car” şirkətindən icarəyə götürmüş qohumunu polis şöbəsinə gətirməklə təhdid etmiş, ona müxtəlif təzyiq və təsir etmişlər, bundan sonra isə onu yenidən Salyan postuna qaytarmışlar. Salyan postunda onun gözü qarşısında avtomobilin arxa yük yerini açıb Salyan RPŞ-dən özləri ilə gətirdikləri narkotik vasitəni oraya qoymuşlar və ondan sonra video-çəkiliş aparmaqla üzərinə baxış keçirməyə başlamışlar.

49. Məhkəmə, təqsirləndirilən şəxsin özünün müdafiəsinə dair gətirdiyi dəlillərlə bağlı bildirir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş, hazırki hökmün 19-cu bəndində göstərilən, xx.xx.2024-cü il tarixli anten dairəsinin müəyyən edilməsi ilə bağlı məlumatlardan görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:53-də hələ Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Səlyan yolunun 25-27-ci kilometrliyinin yaxınlığında olmuş, bundan sonra Salyan rayonu istiqamətində hərəkət etmiş, saat təxminən 11:40 radələrində Salyan rayonunun Kürsəngi kəndi yaxınlığında olmuşdur. Bununla da, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlil, yəni onun saat 08:00 radələrində Salyan postunda saxlanıldığı, Salyan RPŞ-ə aparılaraq təzyiqlərə məruz qaldığı, daha sonra yenidən Salyan postuna gətirilərək video çəkilişə başlanması barədə dedikləri həqiqətə uyğun ola bilməz.

50. Təqsirləndirilən şəxsin irəli sürdüyü digər dəlil, yəni onun özünün avtomobilə dair etibarnaməsi olmaması, bu səbəbdən avtomobili “rent a car” şirkətindən rəsmi icarəyə götürmüş və istifadə etmək üçün sənədsiz olaraq ona vermiş qohumunu polis şöbəsinə gətirməklə təhdid olunması ilə bağlı, məhkəmə qeyd edir ki, hazırki hökmün 34cü bəndində tədqiq edilən etibarnaməyə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin özünün həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur.

51. Bununla da, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü qeyd edilən mülahizələr, yuxarıda göstərilən sübutlarla, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur.

52. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlərdir.

53. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

54. CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

55. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

56. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana külli miqdar təşkil edir. 57. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

60. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.

61. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).

62. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin təhlükəli residivi hesab edilir.

63. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, CM-in 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

64. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax: hökmün 25-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

65. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

66. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

67. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

68. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir

69. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

70. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

71. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi – 1250 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın ekspert tədqiqatına sərf edilməsi nəticəsində qalıq qalmış 1249,9 qramı məhv edilməlidir.

73. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 02 (iki) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 03 (üç) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.

74. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

75. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

76. İş üzrə ekspertiza tədqiqatı xərci - 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X1 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** dövlət büdcəsinə ödənilsin.

77. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

78. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.

79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 1249,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış məlumatların əks olunduğu 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar