Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-179/2024 24.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs həmkəndliləri X7, Şahid1 ilə və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə razılaşaraq, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, Fərid Əlizadə ilə birlikdə 22 sentyabr 2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinə gedərək orada, 23 sentyabr 2018-ci il tarixdə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti məlum olmayan üzvündən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bağlamada qablaşdırılmış bir ədəd bükümdə külli miqdarda-50,963 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda-2,320 qram psixotrop maddə olan metamfetaminini birgə əldə edib, əvvəlcədən razılaşdırılmaqla 2 qram tiryək müqabilində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib yaşadıqları Astara rayonunun Şahağacı kəndində onlara (Təqsirləndirilən şəxs və Fərid Əlizadəyə) təhvil verməsi üçün qrupun üzvü Şahid1 İran İslam Respublikasının Astara şəhərinə dəvət edib qeyd olunan külli miqdarda narkotik və psixotrop maddələri 23 sentyabr 2018-ci il tarixdə Şahid1 verilmiş və qabaqcadan əlbir olan bir qrup şəxsin niyyəti ilə əhatə olunmuş qaydada Şahid1 külli miqdarda-50,963 qram heroini və külli miqdarda-2,320 qram metamfetamini qrupun üzvlərinin təklifi ilə düz bağırsağında yerləşdirib gizlədib saxlamaqla daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmək məqsədi ilə qrup üzvləri Təqsirləndirilən şəxs və Fərid Əlizadə ilə birgə və onların bilavasitə müşayəti altında İran İslam Respublikasının gömrük postuna gəlib piyada keçid xəttindən keçməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında göstərilən qaydada malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edib külli miqdarda- 50,963 qram heroini və külli miqdarda-2,320 qram metamfetamini düz bağırsağında gizlədilməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu keçirmiş və həmin gün saat 16 radələrində Astara gömrük postunda gömrük nəzarəti həyata keçirilərkən Şahid1 saxlanılıb gömrük nəzarəti üzrə Astara Rayon Mərkəzi Xəstəxanasında rentgenoloji müayinə zamanı düz bağırsağında bir ədəd bükümdə külli miqdarda-50,963 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda-2,320 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamışdır. Əvvəllər fəhləliklə və avtomobil təmiri ilə məşğul olmuş, 2018-ci ilin oktyabr ayının əvvəlləri işləmək məqsədilə Türkiyənin İstanbul şəhərinə gedib orada parça fabrikində iş tapmış, sonradan ailəsini də İstanbula aparıb orada beş il yaşayıb fabrikdə işləmişdir. Tutulmamışdan bir müddət əvvəl İstanbul şəhərində miqrasiya polisi onu saxlamış, Türkiyədə yaşayış icazəsi olmadığı üçün ölkədən xaric edilmiş və o, 20 iyul 2023-cü il tarixdə, gecə saatlarında İstanbuldan təyyarə ilə Bakı şəhərinə qayıtmış, aeroportda pasport yoxlanışı zamanı sərhəd xidmətinin əməkdaşları onu axtarışda olan şəxs kimi saxlayıb sənədləşmə aparılmaqla polisə təhvil vermişlər. Həmin vaxt ona məlum olmuşdur ki, gömrük idarəsində barəsində cinayət işi vardır. Türkiyədə yaşadığı müddətdə yaşayış icazəsi olmadığı üçün hava limanında deport oluna biləcəyi səbəbindən Azərbaycana gəlib-getməmiş, lakin kənddə yaşayan anası ilə telefonla əlaqə saxlamış və hər ay anasına müəyyən qədər pul göndərmişdir. Əvvəllər o, İrana ərzaq məhsulları almaq üçün getmiş, İranda heç bir tanışı, o cümələdən “Ağa” adlı iranlı tanışı olmamışdır. Əvvəllər İrana anası ilə birlikdə getmiş, sonuncu dəfə 2018-cilin sentyabr ayında həmkəndlisi Fərid Əlizadə ilə birlikdə siqaret almaq, həm də gəzmək məqsədilə İranın Astara şəhərinə getmiş, tanımadığı bir şəxsin evində bir gün kirayədə qaldıqdan sonra geri qayıdarkən hər biri icazə verilən həddə siqaret alıb gəlmişlər. Sonra Fəridin tutulduğunu eşitmiş, onun hansı səbəbdən tutulmasını bilməmiş, sonradan isə Türkiyəyə getdiyindən Fəridin tutulmasının səbəbləri ilə maraqlanmamışdır. O, Fəridlə birlikdə birgünlük gəzmək və siqaret almaq üçün İranın Astara şəhərinə getmiş, orada kirayə ev tutub bir gün qalıb səhərisi günü (23 sentyabr 2018-ci il) axşam saatlarında hərəyə 2-3 blok siqaret alıb geri qayıtmaları üçün İran gömrüyünə getmişlər. İranın Astara gömrüyündə növbədə gözlədikləri zaman Rahidin onlardan irəlidə İran gömrüyünü keçib Azərbaycan gömrüyü tərəfə getdiyini görmüş, bundan sonra Rahidi görməmişdir. Həmin gün o, Fəridlə birlikdə gömrükdən çıxıb kəndə gedərkən polis əməkdaşları yolda onları saxlayıb polis şöbəsinə aparmış, orada onların barəsində məlumat olduğu üçün saxlanıldıqları deyilmiş, sonra üzərlərinə baxış keçirilmiş, həkim müayinəsindən keçirilmiş və üzərlərində qanunsuz əşyalar olmadığı üçün sərbəst buraxılmışlar. Elə həmin gün o, həmkəndlilərindən Şahid1 Astara gömrük postunda narkotiklə bağlı tutulduğunu eşitmişdir. Daha sonra o, Türkiyədə olarkən tanışları ilə danışarkən Fəridin Rahidin işi ilə bağlı tutulduğunu eşitmişdir. Rahidin İranda olarkən narkotik maddəni kimdən alması barədə məlumatı yoxdur, həmçinin o, Rahidə zəng edib onu İrana çağırmamış və telefon danışığı olmamış, İranda olarkən onunla görüşməmiş və ona heç bir narkotik maddə verməmişdir. Sonuncu dəfə o, İranın Astara şəhərində olarkən Rahidə heç bir şey verməmiş və İrandan qayıdandan sonra yaşadıqları kənddə Rahiddən nəsə alacağı ilə bağlı heç bir danışığı və razılaşması olmamışdır. Həmçinin əvvəllər o, Rahidlə birlikdə İrana getməmiş, ona heç bir narkotik maddə verməmiş və birlikdə narkotik maddə qəbul etmə halları olmamışdır. O, əvvəllər narkotikdən istifadə etsə də, sonradan narkotiklərdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. Qeyd etdiklərinə əsasən o, heç bir cinayət əməli törətməmiş və verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermiş və bu ifadələr elan edilməklə tədqiq edildikdən sonra o, bu ifadələrini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, vərəm və QİÇS xəstəliklərindən əziyyət çəkir, həm də uzun müddət narkotik maddələrin istifadəçisi olmuş, hazırda narkotiklərdən istifadə etmir. Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər münasibətləri yaxşı olmuşdur. Fərid Əlizadə də həmkəndlisidir. Təqsirləndirilən şəxs və Fərid Əlizadə narkotiklərdən istifadə edən və satan şəxslər olmuşlar. Əvvəllər istifadəsi üçün narkotik maddəni, yəni tiryəki Emin və Fəriddən pulla almış, həmçinin həmin şəxslərlə birlikdə tiryəkdən istifadə etmişdir. 2018-ci ildə dəqiq xatırlamadığı tarixdə İranın Astara şəhərində çayxanada bir nəfər iranlı ilə tanış olmuş, həmin şəxsi “Ağa” adı ilə çağırmışdır. Sonradan İranda olarkən həmin şəxsdən istifadəsi üçün az miqdarda narkotik maddə alıb istifadə etmişdir. “Ağa” deyə çağırdığı şəxslə mobil telefonla əlaqə saxlamışdır. Həmkəndliləri Emin və Fərid də “Ağa” adlı həmin iranlını tanımış, münasibətləri də yaxşı olmuşdur. 23 sentyabr 2018-ci il tarixdə, saat 08 radələrində Emin ona zəng edib X14 şəhərində “Ağa” adlı şəxslə birlikdə olduqlarını, onunla (Rahidlə) işlərinin olduğunu deyib İrana gəlməsini bildirmiş, lakin işlərinin nədən ibarət olduğunu deməmiş, o da Eminlə razılaşıb 23 sentyabr 2018-ci il tarixdə, saat 13 radələrində piyada yolla Astara gömrük postundan keçməklə İrana getmişdir. O, İrannın Astara gömrüyündə olarkən “Ağa” adlı şəxs ona zəng edib harada olmasını soruşmuş, o da gömrüyün qarşısında olduğunu bildirmiş, sonra “Ağa”nın göndərdiyi tanımadığı cavan oğlan onu maşına oturdub onu “Ağa”nın evinə aparmışdır. O, evə daxil olanda Emin və Fəridin də “Ağa” ilə birlikdə olduqlarını görmüşdür. Emin və Fərid “Ağa”nın əlində olan sellofana bükülmüş bir ədəd bağlamanı göstərib həmin bağlamanın içərisində 50 qram heroin və 5 qram metamfetamin olduğunu, bu maddələrin onlara məxsus olmasını deyib ona təklif etmişlər ki, həmin maddələri üzərində (daxili orqanında) gizlədib gömrükdən keçirib yaşadıqları kəndə aparıb, onlar (Emin və Fərid) kəndə qayıtdıqdan sonra bu maddələri onlara versə, istifadəsi üçün ona pulsuz narkotik maddə verəcəklər. O, Emin və Fəridin təklifi ilə razılaşmış və “Ağa”ının evində olan tualetə gedib içərisində heroin və metmfetamin olan bir ədəd bağlamanı daxili orqanına (düz bağırsağına) yerləşdirib gizlətmişdir ki, bu qaydada narkotikləri gömrükdən keçirsin. Evdən çıxarkən “Ağa” gömrükdə onun şübhə çəkməməsi üçün evinə aparmaq məqsədi ilə ona içərisində ərzaq məhsullarının olduğu bir ədəd qara rəngli sellofan paket də vermişdir. O, 23 sentyabr 2018-ci il tarixdə, saat 16 radələrində İran gömrüyündən piyada yolla keçib Azərbaycanın Astara gömrüyünə daxil olmuşdur. Həmin vaxt Emin və Fərid də onun arxasınca Astara gömrüyünə gəlmişlər. Gömrükdə yoxlama zamanı onun daxili orqanlarında gizlətdiyi narkotik maddələr aşkar olunub götürülmüş və buna görə o, həbs olunmuşdur. Sorğu zamanı o, daxili orqanında aşkar olunmuş bağlamaların içərisində olan heroin və metamfetamini İrandan həmkəndliləri Emin və Fəridin sifarişi ilə gətirdiyini demiş, sonra sənədləşmə aparılmışdır. Bundan sonra barəsində olan cinayət işi üzrə ifadə verib onun İrandan daxili orqanında gizlədib gətirdiyi heroin və metamfetaminin Emin və Fəridə məxsus olmasını bildirmiş, sonra bu işlə bağlı Fərid də tutulmuş, lakin Emin qaçıb gizlənmişdir. Barəsində olan cinayət işi bağlı məhkəmə iclasında da o, eyni ifadəni verib Eminin onu İrana çağırdığını və orada Emin və Fəridin təklifi ilə razılaşıb “Ağa” adlı şəxsin evində ona verilən heroin və metamfetamini daxili orqanında gizlədib gətirdiyini və həmin maddələrin Emin və Fəridə məxsus olmasını bildirmişdir. Sonra məhkəmə onu və Fəridi azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Hazırda o, barəsində olan cinayət işi üzrə ibtidai istintaq və məhkəmədə verdiyi ifadələrini tam təsdiq edir və bir daha bildirir ki, üzərində aşkar olunmuş heroin və metamfetamini o, Emin və Fəridin sifarişi ilə İrandan gizli olaraq keçirərkən tutulmuş və buna görə verilən cəzasını çəkmişdir. Emin tutulduqdan sonra aparılan istintaq zamanı onlar üzləşdirilərkən o, ifadəsində göstərdiklərini Eminin üzünə deyib, bir daha bildirmişdir ki, onun tutulmasında təqsirkar Emindir və İrandan gətirdiyi narkotik maddələr də Emin və Fəridə məxsus olmuşdur. İşdə olan, “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 24 sentyabr 2018-ci il tarixli protokolla müəyyən edilir ki, Şahid1 iş üzrə cinayət əməllərini birlikdə törətdiyi Təqsirləndirilən şəxs fotoşəklini tanıyıb göstərərək həmin şəxsin (Təqsirləndirilən şəxs) ona narkotik maddələri verdiyini bildirmişdir. İşdə olan, “Üzləşdirmə haqqında” 11 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Şahid1lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Şahid1 ittihamda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxsla birlikdə törətdiyini, Təqsirləndirilən şəxs zəng edib onu İrana çağırdığını, İranın Astara şəhərində Eminin ona narkotik maddələr verdiyini və həmin maddələri üzərində (daxili orqanında) gizlədib gətirdiyini bildirib bir daha ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 əridir. Əri Rahid ağır vərəm və qiçs xəstəliklərindən əziyyət çəkir, həm də uzun müddət narkotik maddələrin istifadəçisi olmuşdur. Əri Rahidin daimi iş yeri olmamış, kənddə fəhləliklə məşğul olmuşdur. Əvvəllər o, əri Rahidi narkotik maddələrdən uzaq olmağa çalışsa da, kənddə narkotiklərin satışı ilə məşğul olan Fərid Əlizadə və Təqsirləndirilən şəxs Rahidi narkotik vasitələrə qurşandırmışlar. Rahid çox vaxt həmin şəxslərin yanında olmuş, o və Rahidin bacıları nə qədər çalışsalar da, Rahidi Emin və Fəridin əhatəsindən qurtara bilməmişlər. Rahidə narkotik maddələri Emin və Fərid vermiş, bunu Rahid də təsdiq etmişdir. Rahid bəzən Emin və Fəridlə birlikdə İranın Astara şəhərinə gedib-qayıtmış, Rahid İrana gedərkən kiminlə, nə üçün getdiyini onlardan gizlətmiş, lakin sonra bundan xəbər tutmuş və Rahid də Eminlə birlikdə İrana narkotikdən istifadə etmək üçün getdiyini bilmişdir. Rahid QİÇS xəstəsi olmuş, nə qədər narkotiklər istifadə etməklə öz canına qəsd etdiyini desələr də, onlara qulaq asmamış, həm də Emin və Fərid də Rahidə narkotikləri tərgitməyə imkan verməmişlər. 2018-ci ilin sentyabr ayında o, Bakı şəhərində müalicədə, Rahid isə kənddə evdə olmuşdur. 23 sentyabr 2018-ci il tarixdə günorta saatlarında qayını ona zəng vurub Rahidin gömrükdə narkotiklə tutulduğunu bildirmişdir. Sonra o, Rahidlə görüşüb ondan nə baş verdiyini soruşanda Rahid də həmin gün evdə olduğunu, İrana getmək fikri olmadığını, Emin və Fəridin ona zəng edib İranın Astara şəhərinə çağırmalarını və ona narkotik maddə verəcəklərini bildirdiklərini, həmin vaxt bədənində ağrılar olduğundan narkotik maddə qəbul etməsi üçün İrana getdiyini, orada Emin və Fəridin verdikləri narkotik maddəni gömrükdən keçirməyə ona məcbur etdiklərini demişdir. Sonra o, Rahidin bacısı Vəsilə ilə dəfələrlə Eminin və Fəridin evinə gedib Rahidi narkotik maddə daşımaq üçün İrana çağırdıqları, başına bəla açdıqlarına görə həmin şəxslərlə, anaları ilə mübahisə etmişlər. Emin və Fərid isə onlara “yaxşı etmişik, ağlı olardı etməzdi. Gedin nə bilirsiniz edin” demişlər. Sonra Rahidlə görüşüb onu məzəmmət edib nə üçün Emin və Fəridlə birlikdə İrana gedib narkotik maddə gətirdiyini soruşmuş, Rahid də həmin vaxt bədənində ağrılar olduğunu, narkotik vasitə istifadə etmək üçün məcbur qalıb Eminin deməsi ilə İrana gedib narkotik maddə götürdüyünü, əvəzində Emin və Fəridin ona 1-2 qram narkotik vasitə verməli olduqlarını bildirmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir və onunla münasibəti yaxşı olmuşdur. O, əvvəllər (məhkum olunmamışdan əvvəl) ərzaq məhsulları və siqaret alıb Azərbaycana gətirib satmaq məqsədilə dəfələrlə İrana gedib-gəlmişdir. Sonuncu dəfə də eyni məqsədlə 22 sentyabr 2018-ci il tarixdə İrana tək getmişdir. Həmin vaxt İrana o, Eminlə getməmiş, həmçinin Eminin və digər həmkədlisi Rahidin İrana nə vaxt getmələrini dəqiq bilməmiş, sonradan ona məlum olmuşdur ki, onlar ondan sonra İrana getmişlər. O, İrandan geri qayıdarkən, yəni 23 sentyabr 2018-ci il tarixdə İranın gömrük məntəqəsinin qarşısında Emin və Rahidi görmüş, lakin onlarla hər hansı bir söhbəti, o cümələdən narkotiklə bağlı heç bir danışığı olmamış, eləcə də Rahidin narkotik maddə əldə etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş, şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Emin əvvəllər ərzaq məhsulları almaq üçün İrana getmişdir. 2018-ci ildə oğlu Eminin narkotik maddə alması üçün İrana getməsi və orada olarkən zəng edib həmkəndlisi Rahidi İrana çağırıb orada Rahidə gömrükdən gizli keçirməsi üçün narkotik maddə verməsi ilə bağlı deyilənlər doğru deyil. Sonradan oğlu Emin ailəsi ilə birlikdə işləməsi üçün Türkiyəyə getmişdir. İşdə olan, “X15”nda olan məlumatlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2018-ci il tarixdə Astara X4 keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, 23 sentyabr 2018-ci il tarixdə, saat 05:32-də geri qayıtmış, daha sonra Təqsirləndirilən şəxs 03 oktyabr 2018-ci il tarixdə “Qırmızı Körpü” X4 keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş və geriyə qayıtmamışdır. X7 22 sentyabr 2018-ci il tarixdə Astara X4 keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, 23 sentyabr 2018-ci il tarixdə, saat 05:31-də geri qayıtmış və Şahid1 23 sentyabr 2018-ci il tarixdə Astara X4 keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş və 23 sentyabr 2018-ci il tarixdə, saat 05:34-də İrandan geri qayıtmışdır. İşdə olan, “Şəxsi yoxlama aparılması haqqında” 23 sentyabr 2018-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikasının vətəndaşı Şahid1 üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı onun üstündə qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Daha sonra Şahid1 Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb həkim tərəfindən daxili orqanları müayinə edilmiş və onun düz bağırsağından bir ədəd bağlama və həmin bağlamanın içərisində iki ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərdən birinin içərisində heroinə, digər bükümün içərisində metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 23 sentyabr 2018-ci il tarixli ekspert arayışın surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “№203305 Cənub Ərazi Baş Gömrük İdarəsi, Şahid1 barsində ...” və s. yazısı olan polietilen paketdəki 2 (iki) ədəd bükümlərdən-təmiz çəkisi 50,963 qram olan qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə-heroindir və təmiz çəkisi 2,320 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr psixotrop məddəmetamfetamindir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2018-ci il tarixli rəyin surəti iiə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 ədəd zərfdə, içərisində p/n №-203305 zərfdə, bir ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə təmiz çəkisi 50,913 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir ədəd kiçik ölçülü sellofan paketdə ağ rəngli kristallik formada maddə təmiz çəkisi 2,270 qram maddə psixotrop maddəmetamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 50,863 qram və qalıq metamfetamin 2,220 qramdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2019-cu il tarixli qərarın surəti ilə müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 50,863 qram heroin və 2,220 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 03 iyul 2019-cu il tarixli qərarla müəyyən edilir ki, Şahid1 və X2 barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işi ayrılmışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 avqust 2023-c il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokolla müəyyən edilir ki, “Sərhədkeçmə hesabatlar”ının müqayisəli təhlili nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 xx.xx.2018-ci il tarixdə saat 10:35-də birlikdə Astara DSMB-dən keçməklə İran İslam Respublikasına gedib həmin gün müvafiq olaraq saat 16:29 və 16:28-də birlikdə Astara DSMB-dən Azərbaycan Respublikasına daxil olmaları, bundan sonra xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 11:12 və 11:13-də birlikdə Astara DSMB-dən keçməklə İran İslam Respublikasına gedib həmin gün müvafiq olaraq saat 19:28 və 20:12-də Astara DSMB-dən keçməklə Azərbaycan Respublikasına daxil olmaları müəyyən edilir. Baxış nəticəsində Təqsirləndirilən şəxs və X2 xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 11:39 və 11:37-də birlikdə Astara DSMB-dən keçməklə İran İslam Respublikasına gedib xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 19:09 və 19:07-də birlikdə Astara DSMB-dən keçməklə Azərbaycan Respublikasına daxil olmaları, xx.xx.2018-ci il tarixdə müvafiq olaraq saat 17:17 və 17:19-da birlikdə Astara DSMB-dən keçməklə İran İslam Respublikasına getmələri müəyyən edilir. Sərhədkeçmə hesabatları ilə cinayət hadisəsinin törədildiyi gün, yəni xx.xx.2018-ci il tarixdə saat 11:28-də Şahid1 Astara DSMB-dən keçməklə İran İslam Respublikasına keçməsi, bundan sonra isə Astara DSMB-dən keçməklə Təqsirləndirilən şəxs saat 17:32, X1 17:31, Şahid1 isə saat 17:34-də bir-birinin ardınca hərəkət etməklə Azərbaycan Respublikasına daxil olmaları müəyyən edilir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli protokolla müəyyən edilir ki, telefon danışıqlarına dair məlumatla əlavə edilmiş siyahıya əsasən Təqsirləndirilən şəxs istifadəsində olan 051/694-77-34 mobil telefon nömrəsindən İran telefon operatoruna məxsus +**********23 telefon nömrəsinə (İran vətəndaşı “Ağa” adlı şəxsin istifadəsində olan telefon nömrəsinə) 20 sentyabr 2018-ci il tarixdə, saat 00:17-də zəng edilib danışıqlar aparılmışdır. Həmçinin +**********23 telefon nömrəsindən Şahid1 istifadəsində olan 050/759-59-45 mobil telefon nömrəsinə 23 sentyabr 2023-cü il tarixdə, saat 09:24, 09:25, 09:52, 10:39, 11:22, 12:38, 12:50, 13:13, 13:26 və 13:31-də zənglər daxil olmuşdur. Habelə +**********23 telefon nömrəsindən X2 istifadəsində olan 050/864- 22-20 mobil telefon nömrəsinə 22 sentyabr 2023-cü il tarixdə, saat 17:07 və 17:42-də, 23 sentyabr 2023-cü il tarixdə, saat 18:37, 19:54, 19:55, 19:56 və 20:20-də zənglər daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, telefon danışıqlarına dair məlumatlara əsasən 26 aprel 2018-ci il tarixdə, saat 02:30:41-də 99450/713-44-33 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 99451/694-77-34 saylı mobil telefon nömrəsinə “emin di brat teli ac” məzmunlu SMS və 07 sentyabr 2018-ci il tarixdə, saat 21:48:08-də 99451/666-25-61 mobil telefon nömrəsindən 051/694-77-34 “Emin zaki qaradaxdan iranlı farsidin nomrasina cavab ver” məzmunlu SMS göndərilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə saat 04:29:56da 99451/694-77-34 mobil telefon nömrəsindən 99451/727-72-07 mobil telefon nömrəsinə “yetim olirem vezyed zordi” məzmunlu SMS, xx.xx.2018-ci il tarixdə, saat 11:06:07-də 99451/546-23-93 mobil telefon nömrəsindən 99451/694-77-34 mobil telefon nömrəsinə “Aye ay ne seryoznu … telefonu goturde indi mal olsaydi mende tez acardin dunende sene zang vurdum acmadin indide deyesen doyulesen sen” məzmunlu SMS göndərilmişdir. Habelə Təqsirləndirilən şəxs istifadəsində olan 051/694-77-34 mobil telefon nömrəsi ilə 2018-ci ilin avqust və sentyabr aylarında, İran mobil operatoruna məxsus +**********76, +**********97, +**********33, +**********76, +**********96, +**********22 telefon nömrələri ilə, sonuncu dəfə, yəni xx.xx.2018-ci il tarixdə, saat 14:10:39-da və 15:08:42-də İrana getdiyi gün (X7 ilə birlikdə) İran mobil operatoruna məxsus +**********23 mobil telefon nömrəsi ilə ilə (Şahid1 ifadəsində göstərdiyi “Ağa” adlı şəxsin istifadəsində olan) əlaqə saxlanıldığı müəyyən edilmişdir. İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmün surəti ilə müəyyən edilir ki, Şahid1 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, X7 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər və Şirvan Apelyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarı ilə 29 avqust 2019-cu il tarixli hökm dəyişdirilərək verilmiş ittiham qüvvəsində saxlanılmaqla Şahid1 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası və X3 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşdə olan, “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası”nın 20 may 2021-ci il tarixli, 20 saylı Aktın surəti ilə müyyən edilir ki, 29 avqust 2019-cu il tarixli hökmün icrası ilə bağlı iş üzrə maddi sübutlar olan 50,863 qram heroin və 2,220 qram metamfetamin yandırma üsulu ilə məhv edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, hazırki cinayət işinin materiallarından şəxsiyyəti məlum olmayan digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (həmkəndlisi Fərid Əlizadə və Şahid1lə, eləcə də İranda yaşayan “Ağa” adlı şəxs və digər şəxslərlə narkotik və psixotrop maddələrin əldə olunması, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsi ilə bağlı aralarında əvvəlcədən razılaşmalarının olmaması, İrana getməkdə məqsədinin narkotik maddələr əldə etmək və həmin maddələri Şahid1 vasitəsilə İrandan Azərbaycana gətirilməsinin olmaması, iranlı “Ağa” adlı şəxs və ya başqa şəxslərlə narkotiklə bağlı heç bir əlaqəsinin, o cümlədən telefonla əlaqəsinin olmaması, Rahidə zəng edib İrana çağırmaması, İranda “Ağa” adlı şəxs və ya başqa bir şəxslə gürüşüb həmin şəxslərdən heç bir narkotik maddələr (heroin və metamfetamin) alıb gizli olaraq gömrükdən keçirməsi üçün Rahidə verməməsi, İranda Fəridin onunla birlikdə olmaması, Rahiddə aşkar olunmuş narkotik maddələrin (heroin və metamfetaminin) ona heç bir aidiyyətinin olmaması və ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni həmkəndlisi Fərid Əlizadə və Şahid1lə, eləcə də İranda yaşayan “Ağa” adlı şəxs və digər şəxslərlə narkotik və psixotrop maddələrin əldə olunması, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsi ilə bağlı aralarında əvvəlcədən razılaşmalarının olmaması, İrana getməkdə məqsədinin narkotik maddələr əldə etmək və həmin maddələri Şahid1 vasitəsilə İrandan Azərbaycana gətirilməsinin olmaması, iranlı “Ağa” adlı şəxs və ya başqa şəxslərlə narkotiklə bağlı heç bir əlaqəsinin, o cümlədən telefonla əlaqəsinin olmaması, Rahidə zəng edib İrana çağırmaması, İranda “Ağa” adlı şəxs və ya başqa bir şəxslə gürüşüb həmin şəxslərdən heç bir narkotik maddələr (heroin və metamfetamin) alıb gizli olaraq gömrükdən keçirməsi üçün Rahidə verməməsi, İranda Fəridin onunla birlikdə olmaması, Rahiddə aşkar olunmuş narkotik maddələrin (heroin və metamfetaminin) ona heç bir aidiyyətinin olmaması və ümumiyyətlə heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar və sərhədkeçmə hesabatları (həmin məlumatlara əsasən Təqsirləndirilən şəxs, Fərid Əlizadə və Şahid1 öz aralarında, eləcə də iranlı “Ağa” adlı şəxsə aid edilən telefon nömrələri arasında danışıqların olması, 22 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs və Fərid Əlizadənin birlikdə İrana getmələri, 23 sentyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs, Fərid Əlizadə və Şahid1 ard-arda hərəkət edərək Astara DSBM-ni keçməklə Azərbaycan Respublikasına qayıtmaları işin faktiki hallarına və obyektiv reallığa uyğun olmasını təsdiq edir), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-in 353.2.2-ci maddəsinə uyğun olaraq yuxarıda göstərilən motivlər əsasında Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı mahiyyəti üzrə verdiyi ifadəsinin qeyd olunan xüsusatlara aid hissələrini (cinayət əməllərinin törədilməsində iştirak etmədiyi, göstərilən heroin və metamfetaminin ona aidiyyətinin olmadığı barədə hissəsini) sübut və obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədilə, özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahid Mehriban Dadaşovanın ifadəsində göstərdiyi xüsusatlar, yəni oğlu Təqsirləndirilən şəxs İrana ərzaq və məişət malları almaq məqsədi ilə getməsi, 2018-ci ildə Emin İrana getdikdən sonra zəng edib həmkəndlisi Rahidi İrana çağırıb orada Rahidə gömrükdən gizli keçirməsi üçün narkotik maddə verməsi ilə bağlı deyilənlərin doğru olmaması, Eminin narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, telefon danışıqlarına dair məlumatlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təkzib olunduğundan məhkəmə şahid Mehriban Dadaşovanın ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi oğlu Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs, Şahid1 və digər şəxslərlə əvvəlcədən əlbir olub bir qrup halında ittihamda göstərilən cinayətləri birgə törətmiş, hazırda həmin cinayətlərə görə məhkum olunmuş Fərid Əlizadənin törədilmiş cinayətlə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 22 sentyabr 2018-ci il tarixdə İrana tək getməsi, Təqsirləndirilən şəxs və Şahid1 nə vaxt İrana getmələrini bilməməsi, Rahidi İrana kimin çağırmasını bilməməsi, o cümlədən özünün Rahidi İrana çağırmaması və Eminin zəng edib Rahidi İrana çağırmasından məlumatının olmaması, “Ağa” adlı iranlını tanımaması və görüşməməsi, İranda Emin və Rahidlə görüşməməsi, Rahidin narkotiki haradan əldə etməsindən məlumatının olmaması, İrandan geri qayıdarkən İranın gömrük məntəqəsinin qarşısında Emini və Rahidi görməsi, Emin və Rahidlə birlikdə heç bir cinayət əməlini törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, eləcə də Təqsirləndirilən şəxs ifadəsində 22 sentyabr 2023-cü il tarixdə Fərid Əlizadə ilə birlikdə İrana getmələrinə dair hallar, telefon danışıqlarına dair məlumatlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təkzib olunduğundan məhkəmə şahid Fərid Əlizadənin ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir və onun bu ifadəsini özünün, həm də cinayətkar qrupun digər üzvlərinin cinayətkar hərəkətlərini ört-bastır etməsi kimi qiymətləndirir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsinin müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid1 və X2 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlərə Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü qanuni qüvvəyə minmiş və bu hökmlə müəyyən olunmuş hallar və sübutlar Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə işin bütün faktiki hallara uyğun olduğundan həmin hökmlə müəyyən edilmiş hallar və sübutlar bu iş üzrə (yenidən Təqsirləndirilən şəxs əməlinə münasibətdə qiymətləndirilməklə) qəbul edilməlidir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayətləri törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya (23 sentyabr 2018-ci il tarixdə qüvvədə olmuş) əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfktaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs və qrupun digər üzvlərinə aid olmaqla götürülmüş 50,963 qram narkotik vasitə olan heroin və 2,320 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmkəndliləri Fərid Əlizadə, Şahid1 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri birgə əldə edib, saxlayıb, daşımış, habelə bu maddələrinin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilmsi haqqında” 04 noyabr 2022-ci il tarixli qərarılı müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası DSX-nin və Azərbaycan Respublikası DGK-nin əməkdaşları tərəfindən tərtib olunmuş 20 iyul 2023-cü il tarixli, 2181 №-li “Təhvil-təslim” aktı ilə müəyyən edilir ki, həmin tarixdə X9 Hava Limanında Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Astara rayon Şahağacı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evli olmaqla ailə üzvləri-arvadı, uşağı və anası ilə birlikdə Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla birlikdə yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyi ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AA5451334 №-li şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən X8 28 mart 2019-cu ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddədələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri (həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən) hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübutlar olan 50,863 qram heroinin və 2,220 qram metamfetaminin 29 avqust 2019-cu il tarixli hökmün icrası ilə bağlı “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası”nın 20 may 2021-ci il tarixli, 20 saylı aktına əsasən məhv edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan 50,863 qram narkotik vasit olan heroinin və 2,220 qram psixotrop maddə olan metamfetaminin 29 avqust 2019-cu il tarixli hökmün icrası ilə bağlı “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası”nın 20 may 2021-ci il tarixli, 20 saylı aktına əsasən məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-179/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-179/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver