Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-18/2022 19.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə xx xxxxxxx 1964-cü ildə Saatlı rayonu Minbaşılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə xx xxxxxx 1989-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3, 228.4, 235.4.2-ci maddələri ilə 01 avqust 1967-ci ildə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 228.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 24 mart 2021-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında olan digər şəxs ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi qrup üzvü olan digər şəxsə qabaqcadan vəd verib razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri özününküləşdirərək talama barədə razılığa gəlib həmin tarixdə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə idarə etdiyi BMW 323 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saatlı şəhərindən Cəlilabad rayonunun Ocaqlı kəndinə gəlib istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında olan 5-cı işiq dirəyinin yaxınlığında avtomobili saxlayıb Təqsirləndirilən şəxs2lə birlikdə avtomobildən endikdən sonra sonuncu həmin dirəyə yaxınlaşıb bir ədəd sintetik torbada 5 ədəd polietilen torbada ümümi təmiz çəkisi 12390 qram olan külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd polietilen torbada təmiz çəkisi – 1150 qram olan külli miqdarda narkotik vasitə tiryək və 01 ədəd polietilen torbada təmiz çəkisi 1100 qram olan külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən tapmaqla qanunsuz olaraq əldə edib talayaraq avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsinə qoyub gizlədərək daşımış, 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilməsinə məhəl qoymayaraq avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən uzaqlaşsa da polis əməkdaşlarının peşəkar davranışı nəticəsində süni tıxac yaradılmaqla Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək razılığı əsasında videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilən zaman satış məqsədilə talayıb apardıqları 05 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2770 qr., 2480 qr., 2450 qr., 2100 qr., 2590 qr. olmaqla ümumi təmiz çəkisi – 12390 qram qəhvəyimtil rəngli narkotik vasitə olan heroin, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 1150 qram tünd qəhvəyimtil rəngli spesifik iyli, qətrana bənzər narkotik vasitə olan tiryək və 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1100 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət olan psixotrop maddə metamfetamin avtomobilin arxa sol oturacağının ayaq altı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 24 mart 2021-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında olan digər şəxs ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi qrup üzvü olan digər şəxsə qabaqcadan vəd verdikdən sonra Təqsirləndirilən şəxs1la qabacadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri özününküləşdirərək talama barədə razılığa gəldikdən sonra istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlməklə küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itirməklə hazırkı vəziyyətdə soyuq silah hesab edilən bir ədəd bıçağı özü ilə götürmüş, həmin tarixdə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi BMW 323 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saatlı şəhərindən Cəlilabad rayonunun Ocaqlı kəndinə gəlib istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında olan 5-cı işiq dirəyinin yaxınlığında avtomobili saxlatdırıb Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən enərək həmin dirəyə yaxınlaşıb bir ədəd sintetik torbada 5 ədəd polietilen torbada ümümi təmiz çəkisi 12390 qram olan külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd polietilen torbada təmiz çəkisi – 1150 qram olan külli miqdarda narkotik vasitə tiryək və 01 ədəd polietilen torbada təmiz çəkisi 1100 qram olan külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən tapmaqla qanunsuz olaraq əldə edib talayaraq avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsinə qoyub gizlətməklə daşımış, 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı cinayətkar qrupun üzvü olan sürücü Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilməsinə məhəl qoymayaraq avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən uzaqlaşsa da polis əməkdaşlarının peşəkar davranışı nəticəsində süni tıxac yaradılmaqla Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilən zaman satış məqsədilə talayıb apardıqları 05 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2770 qr., 2480 qr., 2450 qr., 2100 qr., 2590 qr. olmaqla ümumi təmiz çəkisi – 12390 qram qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 1150 qram tünd qəhvəyimtil rəngli spesifik iyli, qətrana bənzər külli miqdarda narkotik vasitə olan tiryək, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1100 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət olan külli miqdarda psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən həmin bir ədəd bıçaq avtomobilin arxa sol oturacağının ayaq altı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında olan digər şəxs ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi qrup üzvü olan digər şəxsə qabaqcadan vəd verib razılaşdıqdan sonra o, 24 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin narkotik vasitəni Cəlilabad rayonu ərazisində əldə etmək barədə razılığa gələrək istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı olmaqla soyuq silah hesab edilən bir ədəd bıçağı özü ilə götürmüş, həmin tarixdə tanışı sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi BMW 323 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saatlı şəhərindən Cəlilabad rayonunun Ocaqlı kəndinə gəlib istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında olan 5-cı işiq dirəyinin yaxınlığında avtomobili saxladıqdan sonra cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə avtomobildən enərək sonuncu həmin dirəyə yaxınlaşıb bir ədəd sintetik torbada 5 ədəd polietilen torbada ümumi təmiz çəkisi 12390 qram olan külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd polietilen torbada təmiz çəkisi – 1150 qram olan külli miqdarda narkotik vasitə tiryək və 01 ədəd polietilen torbada təmiz çəkisi 1100 qram olan külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən tapmaqla qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsinə qoyub gizlədərək daşımış, 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı cinayətkar qrupun üzvü olan sürücü Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilməsinə məhəl qoymayaraq avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən uzaqlaşsa da polis əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində süni tıxac yaradılmaqla Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində saxlanılıb Cəlilabad RPŞ-yə gətirilərək videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilən zaman 05 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2770 qr., 2480 qr., 2450 qr., 2100 qr., 2590 qr. olmaqla ümumi təmiz çəkisi – 12390 qram qəhvəyimtil rəngli narkotik vasitə olan heroin, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 1150 qram tünd qəhvəyimtil rəngli spesifik iyli, qətrana bənzər narkotik vasitə olan tiryək, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1100 qram ağımtıl rəngli kristallik hissəciklərdən ibarət olan psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən həmin bir ədəd bıçaq avtomobilin arxa sol oturacağının ayaq altı hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3, 228.4, 235.4.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs1 atasının xalası oğludur. İslamla daima səmimi münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 isə Saatlı rayon sakini kimi tanımışdır. 23 mart 2021-ci il tarixdə İslam +98 911 434 9351 saylı nömrəni telefonunun yaddaşına yazmağını istəmişdir. İslamdan həmin nömrənin kimə məxsus olmasını və niyə telefonuna yazmağını istədiyini soruşduqda İslam bildirmişdir ki, həmin nömrə iranlı Sultana məxsusdur. İslam iranlı Sultanla onun danışıb ona pul göndərməli olduğunu, həmin pulu götürməli olduqlarını demişdir. Bunun əvəzində isə İslam ona çörək pulu verəcəyini vəd etmişdir. O da İslamla razılaşıb həmin nömrə ilə əlaqə saxlayıb, iranlı pulu göndərəcəyi yer barədə “Whatsapp” proqramı vasitəsi ilə məlumat vermişdir. Sultanla danışıqlarına görə onun göndərdiyi pulu Cəlilabad rayonundan götürməli idi. Danışıqları barədə İslam tam məlumatlı olmuş, daha sonra iranlının dedidiyi yerə Cəlilabad rayonuna İslama məxsus avtomobillə yola düşmüşlər. Cəlilabad rayonuna gələn zaman Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən zaman İslamın dostu Mübarizin yolun kənarında durduğunu görmüşdür. İslam avtomobili saxlamış və Mübariz avtomobilə minmişdir. Daha sonra Cəlilabad rayonuna gəlib çatmışlar. Orada olarkən Sultan zəng edərək bağlamanın Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5ci işıq dirəyinin yanında olduğunu bildirmişdir. Bundan sonra İslam avtomobili idarə edib Sultanın dediyi yerə sürmüşdür. Ora çatdıqda avtomobildən düşüb bağlamanı götürüb avtomobilin arxa ayaqaltına qoymuşdur. Bundan sonra İslam avtomobili sürmüş və Cəlilabad rayonu, Ocaqlı kəndi istiqamətində hərəkətlərini davam etdirib Cəlilabad- Biləsuvar avtomobil yoluna çıxmışlar. Cəlilabad-Biləsuvar avtomobil yolu ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən YPX-nin xidməti avtomobili saxla işarəsi vermişdir. Polis əməkdaşları avtomobili saxladıb onları Cəlilabad Rayon Polis Şöbəsinə aparmışlar. Orada üzərinə və avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilərkən bir ədəd kisə aşkar olunmuş, kisənin içərisinə baxış keçirilərkən oradan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilə baxış keçirilən zaman narkotik istifadə etmək üçün olan 2 ədəd şüşə qab, 2 ədəd bıçaq, 2 ədəd taxta dəyənək və 1 ədəd balta aşkar edilmişdir. Avtomobildən aşkar edilmiş bağlama isə onun götürdüyü bağlama olmamışdır. Çünki, onun yolun kənarından götürdüyü bağlamanın ölçüsü kiçik olmuşdur, həmin bağlama isə saxlanılan zaman avtomobildə olmamışdır. Bağlama saxlanılmamışdan əvvəl atılmışdır. Avtomobildən aşkar edilmiş bağlama isə polis əməkdaşları tərəfindən ora qoyulmuş, daha sonra ona edilən təzyiqlər nəticəsində yolun kənarda olan bağlamanın həmin bağlama olmasını demişdir. Əməlindən peşmandır, barəsində ədalətdi qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ünvan 4 ünvanında yaşayır. Evli olmaqla 2 azyaşlı övladı vardır. Saatlı rayonu ərazisində tikintilərdə fəhlə işləməklə ailəsinin dolanışığını təmin edir. Narkotik vasitə olan marixuanadan arabir istifadə edir. Saatlı şəhər sakini Təqsirləndirilən şəxs1 atasının xalası oğludur. İslamla həmşəhərli və qohum kimi daima səmimi münasibəti olmuşdur. Birbirlərinin evinə gediş gəlişi olmuşdur. Təqsirləndirilən şəxs3 isə Saatlı rayon sakini kimi tanımışdır. Onunla o qədər də səmimi münasibəti olmasa da, rayon sakini kimi münasibəti olmuşdur. X10 dost olmasından məlumatlı olduğundan Mübarizlə rastlaşdıqda salamlaşıb hal-əhval tuturmuş. İslam bir neçə dəfə İran vətəndaşlarını aldadıb onlara məxsus narkotik vasitələri ələ keçirib satmışdır. Bu barədə rayon sakinlərindən və İslamın özündən eşitmişdir. 23 mart 2021-ci il tarixdə İslam +98 911 434 9351 saylı nömrəni telefonunun yaddaşına yazmağını istəmişdir. İslamdan həmin nömrənin kimə məxsus olmasını və niyə telefonuna yazmağını istədiyini soruşduqda İslam bildirmişdir ki, həmin nömrə iranlı Sultana məxsusdur. İslam iranlı Sultanla onun danışıb ona narkotik vasitə göndərtdirib həmin narkotik vasitəni aldadıb ələ keçirmək istədiyini demişdir. İslamdan özünün niyə danışmadığını soruşduqda İslam ona “mən Sultanı bir dəfə aldadıb narkotik vasitəsini ələ keçirmişəm, ona görə də mənim səsimi və nömrəmi Sultan tanıyır, sən danış ki, iranlını aldada bilək” demişdir. Həmçinin İslam ona vəd vermişdir ki, Sultanı aldadıb onun narkotik vasitəsini ələ keçirə bilsələr həmin narkotik vasitənin satışından əldə edəcəyi qazancdan ona da verəcək. Bundan sonra İslamın verdiyi +98 911 434 9351 saylı İran İslam Respublikasına məxsus mobil nömrəni özünə məxsus telefonda “SULTAN” kimi qeyd etmişdir. Bundan sonra Sultanla özünə məxsus ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqramı vasitəsi ilə zəng edib əlaqə saxlamışdır. İslamın tapşırığına uyğun olaraq Sultanla danışıb ona narkotik vasitə satmağa razı sala bilmişdir. Sultanla aralarında olan razılığa görə onun göndərdiyi narkotik vasitəni Cəlilabad rayonundan götürüb bir qədərini Cəlilabad rayonunda onun dediyi yerə, qalanını isə Bakı şəhərinə aparıb onun dediyi yerə qoyacaqmış. Bunun qarşılığında isə Sultan ona 100 qram çəkidə heroin verəcəkmiş. Sultanla olan bütün danışıqlarını İslamın iştirakı ilə aparırmış. İslamın dediklərini Sultana çatdırırmış. İslam ona demişdir ki, iranlı Sultanın göndərdiyi narkotik vasitəni götürdükdən sonra, Sultanın dediklərini etməyib həmin narkotik vasitəni özününküləşdirəcəkdir. İslamın dedikləri ilə razılaşmışdır. Sultanla olan danışıqlarını davam etdirmişdir. 24 mart 2021-ci il tarixdə də Sultanla danışıqlarını davam etdirib onu narkotik vasitə göndərməyə razı salmaq istəyirmiş. 24 mart 2021-ci il tarixdə saat 18 radələrində İslam özünə məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil ilə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt yaşadığı evdə olmuşdur. İslam onu səsləyib çağırmışdır. İslamla yaşadığı evin həyətində görüşmüşdür. İslamı evə dəvət edib yaşadığı evdə oturub çay içib söhbət etmişlər. Söhbət zamanı İslam ona “bir yer var ora gedəcəyik” demişdir. İslamdan hara gedəcəklərini soruşduqda İslam ona “tələsmə deyəcəyəm” demişdir. Həmin vaxt Sultan ona səsli ismarıc göndərmişdir. İslama Sultanın səsli ismarıc atdığını bildirərək Sultana nə cavab verməli olduğunu ondan soruşmuşdur. İslam onların evinə getməli olduğunu bildirmişdir. Bundan sonra İslamla birlikdə onların yaşadıqları Saatlı şəhərindəki evə getmişlər. İslamgilin evində İslamın tapşırığına uyğun olaraq Sultanla danışmışdır. Sultan narkotik vasitənin Cəlilabad rayonunda olduğunu və həmin narkotik vasitəni götürməyini istəmişdir. O da İslamın tapşırığına uyğun olaraq Sultanla danışıb onun göndərdiyi narkotik vasitəni Cəlilabad rayonundan götürəcəyini bildirmişdir. Bundan sonra, yəni 24 mart 2021-ci il tarixdə saat 20 radələrində İslamın idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil ilə İslamla birlikdə onun yaşadığı evdən çıxıb Cəlilabad rayonuna yola düşmüşlər. Cəlilabad rayonuna gələn zaman Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən zaman İslamın dostu Mübarizin yolun kənarında durduğunu görmüşdür. İslam avtomobili saxlamış və Mübariz avtomobilə minmişdir. Avtomobildə söhbət edən zaman ona məlum olmuşdur ki, Mübariz də onların narkotik vasitə götürmək üçün Cəlilabad rayonuna getdiklərindən məlumatlıdır və İslamla bu barədə qabaqcadan danışıb onlarla birlikdə getmək barədə razılaşmışdır. Mübarizi avtomobilə götürdükdən sonra yola davam etmişlər. Yolda olduqları zaman Sultanla mütəmadi olaraq danışıb əlaqə saxlamışdır. Həmin gün saat 23 radələrində Cəlilabad rayonuna gəlib çatmışlar. Cəlilabad rayonuna çatdıqdan sonra Sultan bir qədər gözləməklərini istəmişdir. Təxminən 1 saatdan çox müddət Sultandan xəbər gözləmişlər. Sultandan xəbər gözləyənə kimi aralarında söhbət edib narkotik vasitəni hansı formada ələ keçirəcəklərini müzakirə etmişlər. Həmin vaxt İslam və Mübariz bildirmişdir ki, baş verə biləcək hər hansı təhlükənin qarşısını almaq üçün özləri ilə bıçaq, balta və “beysbol” taxtası (taxta dəyənək) götürüblər. Sultan zəng edərək narkotik vasitənin Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanında olduğunu bildirmişdir. Bundan sonra İslam avtomobili idarə edib Sultanın dediyi yerə sürmüşdür. Sultanın dediyi yerə yəni, Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanına çatdıqda İslam avtomobili saxlamışdır. İslamla birlikdə avtomobildən düşmüşdür. Mübariz isə avtomobildə qalmışdır. İslam işıq dirəyini göstərib narkotik vasitənin həmin dirəyin yanında olduğunu bildirib onun həmin narkotik vasitəni götürməyini istəmişdir. Bundan sonra işıq dirəyinin yanına getmişdir. Dirəyin yanında 1 ədəd kisədə narkotik vasitə olduğunu görmüşdür. Həmin kisəni götürüb avtomobilə qayıtmışdır. İçərisində narkotik vasitə olan kisəni İslamın idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin arxa sol oturacağının ayaqaltısına qoyub özü isə qabaq sağ oturacaqda əyləşmışdır. Bundan sonra İslam avtomobili sürmüş və Cəlilabad rayonu, Ocaqlı kəndi istiqamətində hərəkətlərini davam etdirib Cəlilabad- Biləsuvar avtomobil yoluna çıxmışlar. Cəlilabad-Biləsuvar avtomobil yolu ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən YPX-nin xidməti avtomobili saxla işarəsi vermişdir. İslam avtomobili saxlamayıb hərəkətini davam etdirmişdir. Bundan sonra bir neçə başqa polis maşının arxalarınca düşdüyünü görmüşlər. Bu zaman ağ rəngli xarici markalı cip avtomobili də önlərinə keçib avtomobili sürətlə sürüb uzaqlaşmaqlarına imkan vermirmiş. İslam qaçmağın mümkün olmayacağını görüb avtomobili saxlamışdır. İslam avtomobili saxladıqda bir neçə nəfər mülki geyimli şəxs və xidməti geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra onlardan üzərlərində və ya avtomobildə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Üzərlərində narkotik vasitə olmadığını, lakin avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad rayon Polis Şöbəsinə dəvət etdiklərindən birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gəlmişlər. Cəlilabad rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə da qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, onların müdafiəçilərinin, polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə İslama məxsus idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı təklif edilmişdir ki, avtomobildə narkotik vasitə vardırsa özləri təqdim etsinlər. Bundan sonra avtomobilin arxa sol oturacağının ayaqaltısında bir ədəd kisədə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra avtomobilin arxa sol oturacağının ayaqaltısından işıq dirəyinin yanından götürdüyü kisəni götürüb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi kisəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin kisənin içərisində 5 bükümdə narkotik maddə olan heroin, 1 bükümdə narkotik vasitə olan tiryək və 1 bükümdə “şüşə” deyilən psixotrop maddə metamfetamin vardır. Bundan başqa avtomobilə baxış keçirilən zaman narkotik istifadə etmək üçün olan 2 ədəd şüşə qab, 2 ədəd bıçaq, 2 ədəd taxta dəyənək və 1 ədəd balta aşkar edilmişdir. Bundan sonra avtomobildən aşkar edilərək götürülmüş predmetlər qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o da digər iştirakçılarla birlikdə protokolu imza etmişdir. Təqsirləndirilən şəxs1 məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə baxış keçirilən zaman avtomobildən aşkar edilərək götürülmüş 5 ədəd bükümdə ümumi təmiz çəkisi 12390 qram olan narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 1150 qram olan narkotik vasitə tiryəki və 01 ədəd bükümdə təmiz çəkisi 1100 qram olan psixotrop maddə metamfetamini 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanından götürüb avtomobilə qoymuşdur. Belə ki, X20 Respublikasının vətəndaşı Sultan adlı şəxsi aldadıb onun göndərdiyi narkotik vasitəni ələ keçirmək istəyirmiş. Sultan İslamın nömrəsini və səsini tanıdığından İslam ondan xahiş etmişdir ki, o, Sultanla danışıb onu narkotik vasitə göndərməyə razı salsın. İslam bunun qarşılığında ona hörmət edəcəyini bildirmişdir. İslam Sultanı aldadıb ələ keçirdiyi narkotik vasitəni satdıqdan sonra əldə edəcəyi qazanca uyğun uyğun olaraq ona pul verəcəkmiş. O da buna görə Sultanla danışıb onu narkotik vasitə göndərməyə razı salmışdır. Sultanın göndərdiyi narkotik vasitəni götürmək üçün 24 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə İslamın idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobillə Saatlı şəhərindən Cəlilabad rayonuna gəlmişlər. Cəlilabad rayonuna gəldikdən sonra Sultan göndərdiyi narkotik vasitənin Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanında olduğunu bildirmişdir. Onlar da İslamın idarə etdiyi avtomobil ilə 25 mart 2021-ci il tarixdə saat 02 radələrində həmin işıq dirəyinin yanına getmişlər. İslamla o avtomobildən düşmüşdür. İslam işıq dirəyini göstərib narkotik vasitənin həmin dirəyin yanında olduğunu bildirmişdir. Bundan sonra həmin dirəyin yanına gedib içərisində narkotik vasitə olan kisəni götürüb avtomobilin yanına qayıtmış və götürdüyü kisəni avtomobilin arxa sol oturacağının ayaqaltısına qoymuşdur. Avtomobilə baxış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitələr götürdüyü kisənin içərisində olmuşdur. Aşkar edilmiş bıçaqlardan dəstəyi göy rəngli yapışqan lentlə bağlanmış olanı ona məxsusdur. Həmin bıçaq kütləşdiyindən üzərində götürmüşdür ki, yer tapsa itiləşdirər. Lakin yadından çıxdığına görə avtomobildə qalmışdır. Digər bıçaq isə Mübarizə məxsus olmuşdur. Həmin bıçaq aşkar olunan zaman Mübariz bıçağın ona məxsus olduğunu bildirmişdir. Taxta dəyənəklərdən biri Mübarizin, biri isə İslamın olmuşdur. Mübariz Saatlı rayonunda avtomobilə minəndə həmin taxta dəyənək onun əlində olmuşdur. Taxta dəyənəklərdən digəri və balta isə İslama məxsus olmuşdur. İslam baxış keçirilən zaman özü bildirmişdir ki, taxta dəyənəklərdən biri və balta ona məxsusdur. Həmçinin o da həmin balta ilə taxta dəyənəyi İslamın avtomobilində görmüşdür. Sultanla danışıb razılaşmışdır ki, onun göndərdiyi narkotik vasitəni Cəlilabad rayonundan götürüb Bakı şəhərinə apararaq onun dediyi yerə qoyacaq və qarşılığında Sultan ona 100 qram çəkidə heroin verəcəkdir. Lakin, Sultanla olan danışıqlarının hamısını İslam təşkil etmişdir. Belə ki, Sultanla danışan zaman ona nə demək lazım olduğunu İslam ona deyirmiş. O da İslamın dediklərini öz adından Sultana çatdırırmış. İslamın niyyəti Sultanı aldadıb onun göndərdiyi narkotik vasitəni ələ keçirmək olmuşdur. Sultanı aldadıb ələ keçirəcəyi narkotik vasitəni satdıqdan sonra qazancına uyğun olaraq ona pul verəcəkmiş. Mübariz ilə qabaqcadan heç bir razılaşması olmamışdır. Cəlilabad rayonuna gələrkən Mübarizi yoldan götürmüşdür. Mübariz avtomobilə əyləşdikdən sonra ona məlum olmuşdur ki, Mübariz onların Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün getdiklərini və götürəcəkləri narkotik vasitəni Sultanı aladadıb ələ keçirəcəklərini bilmişdir. İslamla Mübarizin qabaqcadan bu barədə razılığa gəldikləri ona aydın olmuşdur. Avtomobillə Cəlilabad rayonuna gələrkən yolda Sultanla narkotik vasitəni götürmək barədə mütəmadi olaraq danışırmış. Danışıqlarını isə sonradan birlikdə müzakirə edib Sultana razılaşdırılmış cavab verirmişlər ki, Sultan onu aldatmaq istədiyini anlamasın. Mübarizlə İslamın arasında olan razılaşmanın şərtlərindən isə heç bir məlumatı yoxdur. Narkotik vasitənin necə, hansı şəraitdə və kim tərəfindən Cəlilabad rayonuna gətirilməsi barədə heç bir məlumatı yoxdur. Lakin, həmin narkotik vasitənin Sultan tərəfindən İrandan göndərildiyini dəqiq bilir. Belə ki, Sultanla arasında olan razılaşmaya əsasən o narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycana göndərəcəkmiş. O isə həmin narkotik vasitəni onun dediyi yerdən götürüb Bakı şəhərinə aparacaqmış. Buna görə də həmin narkotik vasitələrin Sultan tərəfindən İrandan göndərildiyinə əmin olduğunu göstərmişdir. Polis əməkdaşları onları saxlayan zaman avtomobildən düşməmişdən Mübariz ondan və İslamdan xahiş etmişdir ki, polislərə onun narkotik vasitə götürməklərindən xəbəri olmadığını bildirsinlər. Buna görə şəxsi axtarış aparılan zaman Mübarizin narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəlməklərindən məlumatı olmadığını bildirmişdir. Avtombilə baxış keçirilən zaman isə İslam onun yanında dayanmışdır. İslam həmin vaxt ondan xahiş etmişdir ki, polislərə onun taksi kimi gəldiyini və Mübarizlə İslamın narkotik vasitədən xəbərlərinin olmadığını bildirsin. İslam ona demişdir ki, Mübarizlə birlikdə ona köməklik edib onu buraxdıracaqlar. O da bu səbəbdən baxış zamanı narkotik vasitənin ona məxsus olduğunu, Mübarizlə İslamın həmin narkotik vasitələrin əldə edilməsində heç bir əlaqələrinin və məlumatlarının olmadığını bildirmişdir. Sonradan başa düşmüşdür ki, həqiqətləri deməsə bütün məsuliyyət onun üzərində qalacaq və ağır cəza alacaqdır. Ona görə də düzgün ifadə vermək qərarına gəlmişdir. Saxlanılan zaman, eləcə də Cəlilabad RPŞ-də olduğu zaman ona qarşı heç bir zor tətbiq edilməmiş və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrindən məlumatsız olduğunu, həmin ifadələri təsdiq etmədiyini, ifadələrini oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, arvadı Safura İsmayılovaya məxsus **- BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobillə Saatlı şəhərindən Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 xalası nəvəsidir. Xanhüseynlə qohum kimi daima səmimi münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 ilə səmimi münasibəti olmuşdur. Onunla mütəmadi olaraq əlaqə saxlayıb görüşürmüşlər. 24 mart 2021-ci il tarixdə günorta vaxtı Təqsirləndirilən şəxs2 ona zəng edib onu öz yaşadıqları evə dəvət etmişdir. Xanhüseynlə onun yaşadığı evdə görüşüb onu niyə dəvət etdiyini soruşmuşdur. Xanhüseyn onun öz evinə qayıtmağını istəyib özünün də gələcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə getmişdir. Təxminən 1 saat sonra Xanhüseyn yaşadığı evə gəlmişdir. Xanhüseynlə söhbət edən zaman ona bildirmişdir ki, Bakı şəhərində onunla birlikdə işləyən Cəlilabad rayonundan olan bir nəfər şəxs ona pul borcludur və həmin borcu almaq üçün Cəlilabad rayonuna getməlidir. Xanhüseyn Cəlilabad rayonuna gedib gəlməyin qarşılığında ona 100 manat pul təklif etmişdir. O da Xanhüseynin təklifini qəbul edib onu Cəlilabad rayonunda yerləşən dairənin yanına aparıb yenidən Saatlı şəhərinə qaytaracağını bildirmişdir. Bundan sonra Mübarizə zəng edib Cəlilabad rayonuna getdiyini bildirib ona birlikdə Cəlilabad rayonuna getməyi təklif etmişdir. Mübariz işləri olduğunu və onunla birlikdə gedə bilməyəcəyini bildirmişdir. Bir qədər israr etdikdən sonra onunla Cəlilabad rayonuna yol yoldaşı kimi getməyə razı sala bilmişdir. Mübariz yaşadıqları evdə olduğunu bildirmişdir. Onların yaşadıqları evin yanına gələcəyini bildirmişdir. Bundan sonra idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobillə Xanhüseynlə birlikdə Mübarizin yaşadığı Saatlı rayonu Bəylik kəndinə getmişlər. Bəylik kəndinə çatdıqda Mübarizin yolun kənarında onu gözlədiyini görüb avtomobili onun yanında saxlamışdır. Mübariz avtomobildə arxa sağ oturtacaqda əyləşmişdir. Bundan sonra birlikdə Saatlı rayonundan Cəlilabad şəhərinə yola düşmüşlər. 24 mart 2021-ci il tarixdə saat 23 radələrində Cəlilabad şəhərində yerləşən dairənin yanına çatmışlar. Həmin yerdə avtomobili saxlamışdır. Bundan sonra Xanhüseyn avtomobildən düşərək avtomobildən təxminən 5-6 metr kənarda kiminləsə telefonla danışmışdır. Bundan sonra yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobilə yaxınlaşıb sürücüdən nəsə soruşaraq Xanhüseyn avtomobilə qayıtmış və ondan Biləsuvar rayonu istiqamətində avtomobili sürməyini istəmişdir. Bundan sonra avtomobili Biləsuvar rayonu istiqamətində sürmüşdür. Cəlilabad rayonu Qarazəncir kəndi ilə hərəkətdə olarkən Xanhüseyn yolun kənarında olan üzərində “Ocaqlı” yazısı yazılmış lövhənin yanından sola dönməyini istəmişdir. Bundan sonra həmin lövhənin yanından avtomobili sol istiqamətdə döndərib hərəkətini davam etdirmişdir. Bir qədər getdikdən sonra Xanhüseyn yolun sağ kənarında olan yanacaq doldurma məntəqəsinin yanında avtomobili saxlamağını istəmişdir. O da avtomobili saxlamışdır. Bundan sonra Xanhüseyn avtomobildən düşüb avtomobildən arxa tərəfə getmişdir. Bir neçə dəqiqə sonra avtomobilə qayıdıb arxa sol qapını açmış və həmin istiqamətdə olan oturacağın ayaqaltısına nəsə qoyub avtomobilə oturaraq Saatlı şəhərinə qayıtmalı olduqlarını demişdir. Bundan sonra avtomobili sürüb Cəlilabad rayonu, Ocaqlı kəndi istiqamətində hərəkəti davam etdirib Cəlilabad-Biləsuvar avtomobil yoluna çıxmışlar. Cəlilabad-Biləsuvar avtomobil yolu ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən YPX-nin xidməti avtomobili saxla işarəsi vermişdir. Özündən asılı olmadan qorxub avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Xanhüseynə “məni nə zibilə saldın?” demişdir. Xanhüseyn isə qorxulu heç bir şey olmadığını bildirmişdir. Bundan sonra bir neçə başqa polis maşının arxalarınca düşdüyünü görmüşdür. Bu zaman ağ rəngli xarici markalı cip avtomobili də önlərinə keçib avtomobili sürətlə sürüb uzaqlaşmaqlarına imkan verməmişdir. Qaçmağın mümkün olmayacağını görüb avtomobili saxlamışdır. Avtomobili saxladıqda bir neçə nəfər mülki geyimli şəxs və xidməti geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra üzərində və ya avtomobildə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Üzərlərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, onların müdafiəçilərinin, polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı təklif edilmişdir ki, avtomobildə narkotik vasitə vardırsa özləri təqdim etsinlər. Həmin vaxt avtomobilin açarları onda olmuşdur. Avtomobilin qapılarını açdıqdan sonra Xanhüseyn avtomobilin arxa sol oturacağının ayaqaltısından bir ədəd kisədə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Xanhüseyn avtomobilin arxa sol oturacağının ayaqaltısından bir ədəd kisəni götürüb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Xanhüseynin təqdim etdiyi kisəyə baxış keçirilmiş, baxış zamanı həmin kisənin içərisində 5 bükümdə narkotik maddə olan heroin, 1 bükümdə narkotik vasitə olan tiryək və 1 bükümdə “şüşə” deyilən psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Bundan başqa avtomobilə baxış keçirilən zaman narkotik istifadə etmək üçün olan 2 ədəd şüşə qab, 2 ədəd bıçaq, 2 ədəd taxta dəyənək və 1 ədəd balta aşkar edilmişdir. Bundan sonra avtomobildən aşkar edilərək götürülmüş predmetlər qablaşdırılaraq götürülmüşdür. İdarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələr Xanhüseynə məxsus olmuşdur. Avtomobildən aşkar edilərək götürülmüş taxta dəyənəklərdən biri ona məxsus olmuşdur. Həmin taxta parçasını ağacdan hazırlamışdır ki, avtomobilimin yük yerini açan zaman bağlanmasının qarşısını almaq üçün istifadə etsin. Aşkar edilmiş balta da ona məxsus olmuşdur. Həmin baltanı evlərində təsərrüfat işlərində istifadə edir, lakin kütləşdiyindən itilətdirmək yadından çıxdığı üçün avtomobildə qalmışdır. Xanhüseyn ona bildirmişdir ki, Cəlilabad rayonuna ona pul borclu olan iş yoldaşından pul almaq üçün gəlir. Xanhüseynin narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəldiyindən məlumatı olmamışdır. Eləcə də, Mübarizin Xanhüseynin narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəldiyindən məlumatı olmamışdır. Narkotik vasitənin necə, hansı şəraitdə və kim tərəfindən Cəlilabad rayonuna gətirilməsi barədə heç bir məlumatı yoxdur. Xanhüseynin onun barəsində göstərdiklərinin yalan olduğunu, heç bir İran vətəndaşını tanımadığını, heç bir İranlının mobil telefon nömrəsini Xanhüseynə vermədiyini, heç kim ilə narkotik vasitə əldə etmək barədə razılığa gəlmədiyini, Xanhüseynin onun barəsində niyə görə belə bir ifadə verməsinin səbəbini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 ilə səmimi münasibəti olmuşdur, onunla əlaqə saxlayıb görüşürmüş. 24 mart 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətindəki bağı suvarırmış. Hava qaranlıq olduğundan əlində fənər və taxta dəyənək olmuşdur. Həmin vaxt İslam ona zəng edərək “bir yer var ora gedib-gələ bilərik?” demişdir. O da gedə biləcəyini bildirmişdir. İslam onu yaşadığı Bəylik kəndində yolun kənarında gözlədiyini bildirmişdir. O da bağdan çıxıb yolun kənarına getmişdir. İslama məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin yolun kənarında dayandığını görüb avtomobilə yaxınlaşmışdır. Həmin vaxt İslamın avtomobilində qabaq sağ oturacaqda İslamın vasitəsi ilə təxminən 2-3 aya yaxın müddətdir tanıdığı İslamın qohumu olan Xanhüseyn adlı şəxs oturmuşdur. İslamın avtomobilində arxa sağ oturacaqda oturmuşdur. İslam avtomobili sürmüş və hərəkət edib Saatlı rayonundan çıxaraq İmişli rayonu istiqamətində getmişlər. İmişli rayonu istiqamətində getdiklərindən İslamdan hara getdiklərini soruşduqda X7 rayonunda işi olduğunu bildirmişdir. Bundan sonra heç bir söz deməmişdir. Söhbət edə-edə yola davam etmişlər. Yol boyu Xanhüseyn kiminləsə telefonla danışırmış. Lakin, kiminlə və nə barədə danışdığını bilmir. Cəlilabad şəhərinə çatdıqda Xanhüseynin danışığından onların narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəldiklərini bilmişdir. Bundan sonra İslama “məni hara gətirmisən?, məni niyə zibilə saldınız?” demişdir. İslam isə ona heç bir söz deməmişdir. Bir qədər Cəlilabad şəhərində dairənin yaxınlığında gözlədikdən sonra Xanhüseynin danışdığı adam narkotik vasitənin Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanında olduğunu bildirmişdir. 25 mart 2021-ci il tarixdə saat 02 radələrində həmin işıq dirəyinin yanına gəlib çatmışlar. İslam avtomobili dirəyin yanında saxlamış və Xanhüseynlə birlikdə avtomobildən düşmüşlər. O isə avtomobildə qalmışdır. Xanhüseyn İslamdan ayrılıb yolun kənarındakı işıq dirəyinin yanına getmişdir. Təxminən 2-3 dəqiqə sonra Xanhüseyn əlində kisə avtomobilə qayıtmışdır. Xanhüseyn avtomobilin yanına gəlib əlindəki kisəni arxa sol oturacağının ayaqaltısına qoymuş, özü isə qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra İslam avtomobili sürərək Cəlilabad rayonu, Ocaqlı kəndi istiqamətində hərəkətlərini davam etdirib Cəlilabad-Biləsuvar avtomobil yoluna çıxmışlar. Cəlilabad-Biləsuvar avtomobil yolu ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən YPX-nin xidməti avtomobili onlara saxla işarəsi vermişdir. İslam avtomobili saxlamayıb hərəkətini davam etdirmişdir. Bundan sonra bir neçə başqa polis maşının arxalarınca düşdüyünü görmüşlər. Bu zaman ağ rəngli xarici markalı cip avtomobili də önlərinə keçib avtomobili sürətlə sürüb uzaqlaşmağına imkan vermirmiş. İslam qaçmağın mümkün olmayacağını görüb avtomobili saxlamışdır. İslam avtomobili saxladıqda bir neçə nəfər mülki geyimli şəxs və xidməti geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra üzərlərində və ya avtomobildə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Üzərlərində narkotik vasitə olmadığını, lakin avtomobildə narkotik vasitə olduğunu bildirmişlər. Polis əməkdaşları onları Cəlilabad rayon Polis Şöbəsinə dəvət etmişdir. Buna razı olduqlarından birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gəlmişlər. Cəlilabad rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə da qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçilərinin, polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə İslama məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı təklif edilmişdir ki, avtomobildə narkotik vasitə vardırsa özləri təqdim etsinlər. Bundan sonra İslam avtomobilin arxa sol oturacağının ayaqaltısında bir ədəd kisədə narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən İslamın təqdim etdiyi kisəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin kisənin içərisində 5 bükümdə narkotik maddə olan heroin, 1 bükümdə narkotik vasitə olan tiryək və 1 bükümdə “şüşə” deyilən psixotrop maddə metamfetamin vardır. Bundan başqa avtomobilə baxış keçirilən zaman narkotik istifadə etmək üçün olan 2 ədəd şüşə qab, 2 ədəd bıçaq, 2 ədəd taxta dəyənək və 1 ədəd balta aşkar edilmişdir. Bundan sonra avtomobildən aşkar edilərək predmetlər qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o da digər iştirakçılarla birlikdə protokolu imza etmişdir. Təqsirləndirilən şəxs1 məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə baxış keçirilən zaman avtomobildən aşkar edilərək götürülmüş 5 ədəd bükümdə ümumi təmiz çəkisi 12390 qram olan narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 1150 qram olan narkotik vasitə tiryəki və 01 ədəd bükümdə təmiz çəkisi 1100 qram olan psixotrop maddə metamfetamini Xanhüseyn 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanından götürüb avtomobilə qoymuşdur. Belə ki, 24 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə İslamın idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobillə Saatlı şəhərindən Cəlilabad rayonuna gəlmişlər. Cəlilabad rayonuna gəldikdən sonra ona məlum olmuşdur ki, onlar Cəlilabad rayonuna narkotik vasitə əldə etmək üçün gəlmişdir. Xanhüseynin danışdığı adam narkotik vasitənin Cəlilabad rayonu, Ocaqlı kəndindən Əliqasımlı kəndinə gedərkən getdikləri istiqamətdə yolun sağ kənarında olan 5-ci işıq dirəyinin yanında olduğunu bildirmişdir. İslamın idarə etdiyi avtomobil ilə 25 mart 2021-ci il tarixdə saat 02 radələrində həmin işıq dirəyinin yanına getmişlər. İslamla Xanhüseyn avtomobildən düşmüşdür. O isə avtomobildə qalmışdır. Bundan sonra Xanhüseyn həmin işıq dirəyin yanına gedib içərisində narkotik vasitə olan kisəni götürüb avtomobilin yanına qayıtmış və götürdüyü kisəni avtomobilin arxa sol oturacağının ayaqaltısına qoymuşdur. Avtomobilə baxış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitələr Xanhüseynin götürdüyü kisənin içərisində olmuşdur. Aşkar edilmiş bıçaqlardan tünd qəhvəyi dəstəyi, parıltılı tiyəsi olan ov bıçağı qabı ilə birlikdə ona məxsus olmuşdur. Xüsusi hazırlanmış, tutacaq hissəsi qara rəngli olan taxta dəyənək də ona məxsus olmuşdur. Avtomobildən aşkar edilmiş narkotik vasitələr, eləcə də digər predmətlər isə ona məxsus deyil. Nə İslam, nə də Xanhüseyn Cəlilabad rayonuna hansı məqsəd ilə gəlmələri barədə ona heç bir söz deməmişdir. Cəlilabad rayonuna gəldikdən sonra Xanhüseynin danışığından başa düşmüşdür ki, onlar Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəlmişdir. Onların narkotik vasitə gətirmək üçün Cəlilabad rayonuna gəldiyindən məlumatlı olduqdan sonra artıq gec olmuşdur. Üzərində pul olmadığından geri qayıda bilməyəcəyinə görə İslamgillə birlikdə getmişdir. Cəlilabad şəhərinə çatdıqdan sonra Xanhüseynin danışığından onların narkotik vasitə götürmək üçün Cəlilabad rayonuna gəldiyini barədə məlumatlı olanda artıq Cəlilabad şəhərində olmuşlar. Üzərində pul olmadığına görə avtomobildən düşəcəyi halda heç bir taksi avtomobilinə minə bilməyəcəyinə görə məcbur qalıb avtomobildən düşməmmiş və onlarla birlikdə Əliqasımlı kəndinə qədər getmişdir. Əvvəllər adam öldürdüyünə görə düşmənlidir. Ona görə də üzərində bıçaq gəzdirir. Həmin bıçağı Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığındakı səyyar satış yerindən almışdır. Bir ədəd taxta dəyənəyi isə həyətinin bağçasını suvaran zaman “nutra” deyilən heyvandan qorunmaq üçün götürmüşdür. İslam ona zəng etdikdə dəyənək əlində getmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitənin necə, hansı şəraitdə və kim tərəfindən Cəlilabad rayonuna gətirilməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 mart 2021-ci il tarixdə Cəlilabad RPŞ-yə Saatlı rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cəlilabad rayonu ərazisindən külli miqdarda narkotik vasitə əldə edəcəkləri barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncuların cinayət başında yaxalanması məqsədi ilə şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisindən keçən mərkəzi yol onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. 25 mart 2021-ci il tarixdə saat 02 radələrində Saatlı rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 qabaq sağ oturacaqda, Təqsirləndirilən şəxs3 isə arxa sağ oturacaqda oturmaqla Ocaqlı kəndi ərazisindən Biləsuvar-Cəlilabad avtomobil yolu istiqamətində hərəkətdə olması müəyyən edilərək nəzarətə götürülərək müşahidə edilmişdir. Təxminən 2-3 dəqiqə onları müşahidə etdikdən sonra əməliyyat qrupunun üzvü Tacəddin Əzizov “BMW” markalı xidməti avtomobillə onlara saxla işarəsi vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 saxla işarəsinə məhəl qoymadan idarə etdiyi “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini artırıb uzaqlaşmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca gedib onu müşahidə etmişdir. Təqsirləndirilən şəxs1 avtomobili yüksək sürətlə hərəkət etdirdiyindən idarə etdiyi “Touareg” markalı avtomobillə onu ötüb keçərək avtomobili onun qarşısında sürüb süni tıxac yaratmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 qaça bilməyəcəyini görüb Biləsuvar-Cəlilabad avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisindən keçən hissəsində Biləsuvar rayonu istiqamətində yolun sağ kənarında avtomobili saxlamışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üzərlərində narkotik maddə, qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərində narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa sol oturacağının ayaqaltısında narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da etiraz etməyərək birlikdə polis şöbəsinə gəlməyə razılıq vermişlər. Cəlilabad RPŞ-yə gəldikdən sonra şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilməklə, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçilərlə təmin edilmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılarkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Cəlilabad rayonuna qohumu Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə sonuncunun dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə İran İslam Respublikasının vətəndaşı olan Sultan adlı şəxsin tapşırığı ilə Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisindəki 5-ci işıq dirəyinin yanında Sultana məxsus 1 kiloqram çəkidə narkotik vasitəni götürmək məqsədi ilə gəldiyini, həmin narkotik vasitəni götürməyin qarşılığında Sultan adlı şəxsin ona 100 qram çəkidə heroin verməli olduğunu, narkotik vasitənin qoyulduğu yerə çatdıqda İslamla birlikdə avtomobildən düşərək narkotik vasitəni götürüb avtomobilə qoyduğunu, Təqsirləndirilən şəxs3 narkotik vasitədən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra isə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılarkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Cəlilabad rayonuna əvvəllər tanıdığı Xanhüseynin təklifi ilə sonuncunun tanışıyla görüşməsi üçün 100 manat pul müqabilində taksi kimi gəldiyini, Mübariz adlı tanışını yol yoldaşı kimi özü ilə götürdüyünü, Xanhüseyn və Mübariz ilə birlikdə Cəlilabad rayonuna gəldikdən sonra Qarazəncir kəndi ərazisində avtomobili saxladığını, Xanhüseyn adlı şəxsin yol kənarından kisə götürüb avtomobilin arxa oturacağına qoyduğunu, Xanhüseynin narkotik vasitə götürəcəyindən daha öncə xəbəri olmadığını, lakin bağlamanı götürdükdən sonra bundan xəbəri olduğunu bildirmişdir. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılarkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 Cəlilabad rayonuna əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 təklifi ilə sonuncunun idarə etdiyi avtomobildə Xahüseynlə birlikdə gəldiyini, Cəlilabad rayonuna gəldikdən sonra Xanhüseynin avtomobildən düşərək yol kənarından bağlama götürüb avtomobildə oturacağın altına qoyduğunu, həmin zaman orada narkotik vasitə olduğunu güman etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etmiş olduğu **-BJ-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilə baxış keçirildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 idarə etmiş olduğu **-BJ-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən avtomobilin qapılarının kilidi açılmış, Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa sol oturacağının ayaqaltısından boz rəngli kisəni çıxarıb təqdim edərək həmin kisənin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi kisəyə baxış keçirilən zaman həmin kisənin içərisində 5 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 1 bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə və 1 bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən aşkar edilmiş həmin kütlələrin Sultan adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Cəlilabad rayonundan götürüb Bakı şəhərinə apardığını, narkotik vasitəni Bakı şəhərinə aparmağın qarşılığında Sultan adlı şəxsin ona 100 qram çəkidə heroin verəcəyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa sol oturacağının ayaqaltısından bir ədəd ağac parçası, 1 ədəd balta, 1 ədəd beysbol dəyənəyi, 1 ədəd xəncər formalı bıçaq, 1 ədəd dəstəyi göy rəngli yapışqan lentlə bağlanmış bıçaq və 2 ədəd şüşə flakon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş ağac parçasının ona məxsus olduğunu və həmin ağac parçasından avtomobilin yük yerinin bağlanmasının qarşısını almaq üçün dayaq kimi istifadə etdiyini, eləcə də aşkar edilmiş baltanın da ona məxsus olduğunu və həmin baltadan təsərrüfat işlərində istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 isə aşkar edilmiş beysbol taxtasının ona məxsus olduğunu və həmin beysbol taxtasından həyətindəki təsərrüfat işlərində istifadə etdiyini, həmçinin də xəncər formalı bıçağın ona məxsus olduğunu və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1 ədəd dəstəyi göy rəngli yapışqan lentlə bağlanmış bıçağın ona məxsus olduğunu və itilətmək üçün yaşadığı evdən götürdüyünü bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd ağac parçası, 1 ədəd balta, 1 ədəd beysbol dəyənəyi, 1 ədəd xəncər formalı bıçaq, 1 ədəd dəstəyi göy rəngli yapışqan lentlə bağlanmış bıçaq və 2 ədəd şüşə flakon qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Xanhüseyn, İslam və Mübariz adlı şəxslər Cəlilabad rayon ərazisində narkotik vasitələrin əldə edilməsində, daşınmasında şübhəlidir. Onların cinayət əməllərini ifşa etmək məqsədilə Cəlilabad rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c 1, i.v 5) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Saatlı rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar olaraq daxil olan məlumata əsasən oların ətrafında müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (c 1, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 13) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 25 mart 2021-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Cəlilabad rayonuna tanışı Təqsirləndirilən şəxs2 təklifi əsasında avtomobili idarə etmək üçün 100 manat pul almaq müqabilində gəldiyini, Təqsirləndirilən şəxs3 isə özü ilə yol yoldaşı olaraq götürdüyünü, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində avtomobili saxladığını, Xanhüseynin yol kənarında bir ədəd kisə götürüb avtomobilin arxa oturacağına qoyduğunu, Xanhüseyin Nuriyevin narkotik vasitə götürmək üçün Cəlilabad rayonuna gəlməsindən əvvəlcədən məlumatı olmadığını, Təqsirləndirilən şəxs2 bağlamanı götürən zaman bu barədə məlumatlı olduğunu göstərmişdir. (c 1, i.v 30-31) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 03:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 33) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 25 mart 2021-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 İİR vətəndaşı Sultan adlı şəxsin tapşırığı əsasında Cəlilabad rayonun Qarazəncir kəndi ərazisindəki 5-ci işiq dirəyinin altından 1 kiloqram naarkotik vasitə götürmək üçün qohumu Təqsirləndirilən şəxs1 idarə etdiyi BMW markalı avtomobil ilə Cəlilabad rayonuna gəldiklərini, qeyd olunan yerdə avtomobili saxlatdırıb Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən endiyini və narkotik vasitəni götürdüyünü, avtomobildə olan Təqsirləndirilən şəxs3 narkotik vasitələr götürəcəyindən xəbərsiz olduğunu göstərmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 məxsus Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (c 1, i.v 50-51) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 04:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 53) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 25 mart 2021-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan olunuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 Cəlilabad rayonuna tanışı Təqsirləndirilən şəxs1 təklifi ilə Xanhüseyn adlı şəxslə birlikdə gəldiyini, Cəlilabad rayonu ərazisində Xanhüseynin avtomobildən enərək yolun kənarından bağlama götürüb oturacağın altına qoyduğunu, həmin vaxtı narkotik vasitə olmasını güman etdiyini, Saatlı rayonundan Cəlilabad rayonuna gələrkən narkotik vasitə götürüləcəyini əvvəlcədən bilmədiyini göstərmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 məxsus Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (c 1, i.v 70-71) İş materiallarında olan avtomobilə baxış keçirilməsi və götürmə barədə 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi BMW markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol oturacağının alt hissəsindən bir ədəd sintetik kisənin içərisindən 5 bükümdə narkotik vasitə olan herinə bənzər kütlə, 1 bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən aşkar edilmiş kütlələri Sultan adlı İİR vətəndaşı ilə əlaqə yaradaraq əldə etdiyini, həmin narkotik vasitələri Sultanın dediyi ünvana aparıb çatdıraraq bunun müqabilində 100 qram narkotik vasitə alacağını göstərmişdir. Həmçinin avtomobilə baxış keçirilən zaman içərisində narkotik vasuitə və psixotrop maddə izləri olan 2 ədəd şüşə predmet, 2 ədəd bıçaq, 2 ədəd taxta dəyənək və 1 ədəd balta aşkar olunaraq götürülmüşdür. 1 ədəd balta Təqsirləndirilən şəxs1, dəstəyi göy rəngli 1 ədəd bıçağın Təqsirləndirilən şəxs2, digər bıçağın Təqsirləndirilən şəxs3, 2 ədəd taxta dəyənəyin isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilmişdir. (c 1, i.v 73-74) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18/357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi..” sözləri yazılmış sintetik torbanı açdıqda üzəri yapışqan lentlə bağlanmış 05 ədəd polietilen torbada olan ayrı-ayrılıqda təmiz çəkisi – 2770 qr, 2480 qr, 2450 qr, 2100 qr, 2590 qr, ümumi təmiz çəkisi – 12390 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd polietilen torbada təmiz çəkisi – 1150 qram olan tünd qəhvəyimtil rəngli, spesifik iyli, qətrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 01 ədəd polietilen torbada təmiz çəkisi - 1100 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi..2 ədəd şüşədən olan...” sözləri yazılmış kağız paketi açdıqda içərisində qəhvəyimtil izlər olan şüşə flakonda heroinin izi vardır. İçərisində ağımtıl izlər olan qırıq halda şüşə flakonda metamfetaminin izi vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c 1, i.v 72-74) İş materiallarında olan 25 mart 2021-ci il tarixli mobil telefon cihazına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon cihazının zənglər və SMS-lər siyasına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən zəng və ya SMS müəyyən edilməmişdir. Həmin mobil telefonun “Whatsapp” mobil tətbiqinin zənglər bölməsinə baxış keçirilən zaman İran İslam Respublikasının mobil operatorlarına məxsus +98 911 434 9351 saylı mobil nömrənin “SULTAN” kimi qeydə alındığı və həmin nömrə ilə 24 mart 2021-ci il tarixdən 25 mart 2021-ci il tarixədək qarşılıqlı “zənglər” olması müəyyən edilmişdir. “Whatsapp” mobil tətbiqinin “söhbətlər” bölməsində isə “SULTAN” adlı şəxsin Təqsirləndirilən şəxs2 zənglərə cavab verməsi ilə bağlı səsli mesajlar göndərməsi müəyyən edilmişdir. (c 1, i.v 132) İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 12390 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1150 qram olan narkotik vasitə tiryək, ümumi təmiz çəkisi 1100 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 2 ədəd şüşə flakon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təmiz qalıq çəkisi 12389,75 qram olan narkotik vasitə heroin, 1149,90 qram olan narkotik vasitə tiryək, ümumi təmiz qalıq çəkisi 1099,95 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 2 ədədə şüşə flakon saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında və “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında 25 mart 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (c 1, i.v 199-200) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Saatlı rayon İHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı X12, qızları 2012-ci il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X1 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 1, i.v 239-240) İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (c 2, i.v 1) İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmişdir. (c 2, i.v 3) İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmişdir. (c 2, i.v 5-7) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Saatlı rayon İHB-nın Bəylik kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Saatlı rayonu Bəylik kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 14-16) İş materiallarında olan Məhkəmə-narkoloji ekspetizasının 29 mart 2021-ci il tarixli 303 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 55) İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 mart 2021ci il tarixli 653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 halhazırda özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmədi. (c 2, i.v 57-58) İş materiallarında olan Məhkəmə ballistik ekspertizasının 29 mart 2021-ci il tarixli 18/358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş təsərrüfat məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir, lakin bıçağın küt tərəfi sonradan kustar üsulla itilənərək ilkin təyinatını itirmiş və hazırkı vəziyyətdə soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən bir ədəd predmet-kustar üsul ilə hazırlanmış ağac parçasıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd balta formalı predmet-kustar üsulla hazırlanmış çapıcı kəsici xassəyə malik olan təsərrüfat –məişət təyinatlı alətdir-baltadır və soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,38 manat təşkil edir. (c 1, i.v 59-63) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Saatlı rayon İHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı X2 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 69-70) İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyun 2021-ci il tarixli 1364 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, törətdiyi əməl barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 barəsində məcburi tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs2 psixi xəstəlikdən əziyyət çəkmədiyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 97-98) İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyun 2021-ci il tarixli 1365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı ruhi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 yüngül ifadə olunmuş nevrasteniya aşkar olunur. Təqsirləndirilən şəxs1 aşkar edilən nevrasteniya yüngül nevrotik əlamətlərlə təzahür etdiyindən və psixi funksiyaların kobud pozunutuları ilə müşayiət olunmadığından onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, törətdiyi əməl barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 barəsində məcburi tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs1 psixi xəstəlikdən əziyyət çəkmədiyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 99-101) İş materiallarında olan Məhkəmə-narkoloji ekspetizasının 24 iyun 2021-ci il tarixli 634 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 108) İş materiallarında olan Məhkəmə-narkoloji ekspetizasının 24 iyun 2021-ci il tarixli 635 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 109) İş materiallarında olan 24 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 məxsus bir ədəd ümumi təyinatlı ov bıçağı, beysbol idman oyununda istifadə olunan toxmaq, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd bıçaq, Təqsirləndirilən şəxs1 məxsus kustar üsul ilə hazırlanmış ağac parçası və bir ədəd balta iş üçün sübut əhəmiyyətinə malik olduğundan maddi sübut hesab edilərək saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. (c 2, i.v 116-155) Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «DVD» diskdə olan videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokollar və “Baxış keçirilməsi və götürmə” barədə xx.xx.2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatlar, yəni X11 tərəfindən ona verilmiş mobil telefon nömrəsi ilə iranlı Sultan adlı şəxslə İslama göndəriləcək pulun Cəlilabad rayonu ərazisindən götürmək məqsədilə getməsi, Sultan adlı iranlı ilə narkotik vasitələrin göndərilməsi barədə aralarında telefon danışığının olmaması, İslama məxsus avtomobilə onun tərəfindən qoyulmuş bağlamanın kiçik ölçüdə olması, həmin bağlamanın avtomobildən sonradan atılması, avtomobildən aşkar edilmiş bağlamanın isə onlara aidiyyətinin olmaması, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 Cəlilabad rayonuna pul borclu olduğu şəxsdən borcunu alması üçün gətirdiyi, bunun müqabilində yol haqqı olaraq sonuncudan 100 manat pul alacağı, dostu Təqsirləndirilən şəxs3 da özü ilə yol yoldaşı kimi götürdüyü, Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəlməsindən məlumatı olmadığı, hər hansı bir İİR vətəndaşı ilə narkotik vasitə alqı satqısı barədə danışığı olmadığı və narkotik vasitələrin qanunsuz dövriyyəsindən uzaq olduğu, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəlməklərindən əvvəlcədən məlumatı olmadığı, Cəlilabad şəhəri ərazisində sonuncuların danışıqlarından onların narkotik vasitə götürmək üçün gəldiklərini başa düşdüyü, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdür. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələr cinayət işinin materialları ilə üst-üstdə düşdüyünə görə məhkəmə ittihamı təsdiq edən sübut növü kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində İslamın iranlı Sultanla onun danışıb ona narkotik vasitə göndərtdirib həmin narkotik vasitəni aldadıb ələ keçirmək istədiyini, Sultanla özünə məxsus ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqramı vasitəsi ilə zəng edib əlaqə saxladığını, İslamın tapşırığına uyğun olaraq Sultanla danışıb ona narkotik vasitə satmağa razı sala bildiyini, Sultanla aralarında olan razılığa görə onun göndərdiyi narkotik vasitəni Cəlilabad rayonundan götürüb bir qədərini Cəlilabad rayonunda onun dediyi yerə, qalanını isə Bakı şəhərinə aparıb onun dediyi yerə qoyacağını, bunun qarşılığında isə Sultan ona 100 qram çəkidə heroin verəcəyini, Sultanla olan bütün danışıqlarını İslamın iştirakı ilə apardığını, İslamın dediklərini Sultana çatdırdığını, iranlı Sultanın göndərdiyi narkotik vasitəni götürdükdən sonra, Sultanın dediklərini etməyib həmin narkotik vasitəni özününküləşdirəcəklərini, İslamın dedikləri ilə razılaşmağını, Mübarizin də onların narkotik vasitə götürmək üçün Cəlilabad rayonuna getdiklərindən məlumatlı olmasını və İslamla bu barədə qabaqcadan danışıb onlarla birlikdə getmək barədə razılaşmasını təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı tərəfindən götürülmüş bağlamanın kiçik ölçüdə olması, həmin bağlamanın isə sonradan avtomobildən atılmasını bildirsə də, bağlamanın avtomobildən kim tərəfindən və hansı şəraitdə atılmasını izah edə bilməmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri talama, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlaması ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı, tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Həmçinin bu Qərarın 17-ci bəndində izah edilir ki, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama dedikdə, bu maddələrin oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə yolu ilə talan edilməsi başa düşülməlidir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri talama, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və qabacadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri talama, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmələri təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və qabacadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop madələri talama cinayət əməllərinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi, qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri talama cinayət əməllərinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi, eləcədə qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayət əməllərinin Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar (Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar (Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Habelə təqsirləndirilən şəxslər törətdikləri cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün onlara həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs3 isə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandıqları müddət hər birinin cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin əvvəli onların azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan 25 mart 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və hər üç təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 12389,75 qram olan narkotik vasitə heroin, 1149,90 qram olan narkotik vasitə tiryək, 1099,95 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 2 ədədə şüşə flakon, həmçinin Təqsirləndirilən şəxs3 məxsus bir ədəd ümumi təyinatlı ov bıçağı, beysbol idman oyununda istifadə olunan toxmaq, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd bıçaq, Təqsirləndirilən şəxs1 məxsus kustar üsul ilə hazırlanmış ağac parçası və bir ədəd balta məhv edilməli, iş materiallarında olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında və “BMW” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında 25 mart 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, iş materiallarında olan Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefon cihazı onun atası X9 qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-66,33 (altmış altı manat, otuz üç qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 22,11 manat olmaqla) tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 12389,75 qram olan narkotik vasitə heroin, 1149,90 qram olan narkotik vasitə tiryək, 1099,95 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan 2 ədədə şüşə flakon, həmçinin Təqsirləndirilən şəxs3 məxsus bir ədəd ümumi təyinatlı ov bıçağı, beysbol idman oyununda istifadə olunan toxmaq, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd bıçaq, Təqsirləndirilən şəxs1 məxsus kustar üsul ilə hazırlanmış ağac parçası və bir ədəd balta məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında və “BMW” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında 25 mart 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefon cihazı onun atası X9 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-66,33 (altmış altı manat, otuz üç qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 22,11 manat olmaqla) tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-18/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-18/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver