Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-18/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X21, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1, “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri, 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Beyləqan şəhəri, SMD qəsəbəsi ev 4 qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1999-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvələr məhkum olunmamış, Beyləqan şəhəri, M.Ə.Sabir küçəsi ev 8-də qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxx 1998-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Beyləqan şəhəri, N.Nərimanov küçəsi ev 69-də qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Elmar” adı ilə tanıdıqları şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda təmiz çəkisi 30597,97 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 2893,9 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 9923,5 qram narkotik vasitə tiryək, külli miqdarda tərkibində narkotik vasitələr, ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 148,5 qr təşkil edən 1420 ədəd və güclü təsir edən maddə qabapentin təsir maddəsinin ümumi miqdarı 9 qr təşkil edən 60 ədəd kapsuları Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında yerləşən ərazisində gizlədilməsi barədə məlumat verməsindən sonra onlar tanışları X32 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələr və güclü təsir ediən maddələri qanunsuz olaraq satış məqsədilə əldə etmə barədə razılığa gəldikdən sonra sonuncunun idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobillə 06 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində qeyd olunan yerə gələrək küllü miqdarda narkotik vasitələr və güclü təsir edən maddələri əldə etmişlər, əldə edilən narkotik vasitələrdən heroinin bir qismini hərəsi bir bükümdə öz üzərində saxlamışlar, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün, elə saat 20:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X34 rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında, “seyid ocağı” adlanan ərazidə saxlanılaraq Füzuli Rayon Polis Şöbəsinə aparılmışlar, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə 20,387 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə 16,140 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Zaur İmanovun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə 12,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin qanunsuz olaraq əldə etdikləri iki ədəd narıncı rəngli kisələrdə otuz bir ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1003,7 qr, 943,5 qr, 890,3 qr, 1002,0 qr, 999,3 qr, 1011,2 qr, 937,6 qr, 991,1 qr, 986,7 qr, 902,4 qr, 995,3 qr, 997,6 qr, 993,8 qr, 1012,7 qr, 1000,7 qr, 993,1 qr, 1007,1 qr, 1002,5 qr, 996,2 qr, 999,2 qr, 995,3 qr, 1002,1 qr, 965,7 qr, 999,0 qr, 1036,9 qr, 942,3 qr, 1007,5 qr, 922,3 qr, 1012,9 qr, 1002,7 qr, 996,4 qr, ümumi təmiz çəkisi 30549,1 qr olan külli miqdarda həm öz aralarında, həm də üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, on üç ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 940,7 qr, 938,4 qr, 997,4 qr, 758,4 qr, 1186,2 qr, 885,6 qr, 608,3 qr, 351,0 qr, 657,8 qr, 367,7 qr, 772,8 qr, 892,0 qr, 567,2 qr, ümumi təmiz çəkisi 9923,5 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, beş ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 522,2 qr, 342,0 qr, 547,1 qr, 490,7 qr, 991,9 qr, ümumi təmiz çəkisi 2893,9 qr olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 148,5 qram təşkil edən üzərində “Preqabalin” markalanma göstəricisi olan müxtəlif rəngli 1420 ədəd kapsullar və tərkibində güclü təsir edən maddə qabapentinin təsir maddəsinin ümumi miqdarı 9 qram təşkil edən üzərində “Gabapentin” markalanma göstəricisi olan 60 ədəd kapsul dərman preparatları aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Messenger” sosial şəbəkəsində təsadüfən bir nəfər “Elmar” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxslə bir müddət söhbət etdikdən sonra sonuncuya narkotik vasitə olan marixuana istifadə etdiyini bildirmişdir. Bundan sonra biz həmin şəxslə daha tez-tez danışmağa başlamış, “Whatsapp” sosial şəbəkəsində də əlaqə saxlamışlar. Növbəti danışıqların birində həmin şəxs ona lazım olsa narkotik vasitə təşkil edə biləcəyini bildirmiş, o da ondan öz istifadəsi üçün marixuana istəmiş, o da razı olmuş, qarşılığında “təmiz araq” istəmişdir. Danışıqları belə olmuşdur ki, “Elmar” İrandan iki siqaret qutusunda marixuana göndərəcək və Füzuli rayonu ərazisində yolun kənarında gizlətdirəcək, dəqiq yerini isə ona malın göndərildiyi tarixdə həmin malı götürən zaman deyəcəkdir. O, də ona “meyvə arağı” aparacaqdır. Həmçinin o özünə it almaq istəmiş, fikirləşdir ki, Fizulidə it də alar, həmkəndlisi Müzəffərin itlərdən yaxşı anlayışı olduğu üçün bu məsələ barədə Müzəffərə demiş, lakin narkotik vasitə götürəcəyi barədə Müzəffərə heç nə deməmişdir. 06 yanvar 2022-ci il tarixdə o, Beyləqan rayonunda olan zaman “Elmar” onunla əlaqəyə girərək bildirmişdir ki, İrandan göndərdiyi narkotik maddələr Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində gizlədilib və tez bir zamanda ora getmək lazımdır. O, Müzəffərə bir maşın tapmasını Beyləqandan Füzuliyə getmək lazım olduğunu demişdir. Müzəffər də həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. Onlar Zaurun maşını ilə yola düşmüş, o arxa oturacaqda, Müzəffər isə ön oturacaqda oturmuşdur. Yol boyu onlar kənar mövzulardan söhbət etmişlər, o arada internet vasitəsilə “Elmarla” əlaqə saxlamış və narkotiklərin gizlədildiyi yeri dəqiqləşdirmişdir. Lazım olan yerə çatanda o, Zaura maşını saxlamasını demiş, o, onlara zəng edəndə gəlsinlər və özü arağı da götürüb maşından düşmüş “Elmarın” dediyi kimi, yolun kənarında yerləşən “seyid ocağı”-nın arxa tərəfinə keçib orada yerləşən sanitar qovşağına tərəf getmişdir. “Elmar” narkotik maddələri orada gizlədiməsini demişdir. O, maşından düşəndə isə Müzəffər Zaura maşını döndərib geriyə istiqamətində saxlamasını demişdir. O, avtomobildən təxminən 100-150 metr aralanmış, sanitar qovşağına getmiş, arağı çıxarıb ora qoymuş, lakin orada narkotik vasitə tapmamış, səs eşitmiş, o çölə çıxan kimi mülki geyimli şəxslər yaxınlaşaraq onu tutmuşlar, sonra Müzəffəri də saxladıqlarını görmüşdür. Onları Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər, Zaurdan xəbəri olmamışdır. Polis şöbəsinə gəldikdən sonra Zaurun də gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boyunlarına götürmələrini bildirmişlər. Zaur və Müzəffərin heç bir şeydən xəbərlərinin olmadığını, onun isə yalnız iki siqaret qutusu marixana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polis əməkdaşları onlara təzyiq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin üzərlərinə narkotik vasitə də yerləşdirib, məcbur qalaraq etirafedici ifadə vermişdirlər. İki dəfə videoçəkiliş olmuş, birinci çəkilişdə o etiraz etdiyi üçün, torbaların, üzərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdiyi üçün çəkilişi saxlamışlar, döymüşlər, işgəncələr etmişlər, sonra ikinci çəkiliş başlamışdır. Şəxsi axtarış zamanı üzərinə polislərin qoyduğu narkotik vasitə heroini təqdim etmişdir. Sonra torbalara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, torbanın içərisində bükümlədə narkotik vasitə və dərman həbləri aşkar olunmuşdur. Onun heç bir günahı yoxdur, o, yalnız iki siqaret qutusunda marixuana əldə etməklə bağlı Elmarla razılığa gəlmiş, bu barədə nə Zaura, nə Müzəffərə heç nə deməmiş, lakin həmin narkotik vasitəni tapmamış, torbaların içərisində olan narkotik avsitələr onlra məxsus olmamış, həmin maddələri ilk dəfə polis şöbəsində görmüşdür. Güunahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şübhəli şəxsi qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, “Elmar” adlı iranlı ona pul müqabilində İrandan göndərdiyi narkotik malları gizlədilmiş yerlərdən götürüb çatdırılası olan adamlara verməyi təklif etmişdir. Razılığa əsasən “Elmar” İrandan narkotik maddələri göndərəcək və Füzuli rayonu ərazisində yolun kənarında gizlətdirəcək. Dəqiq yerini isə ona malın göndərildiyi tarixdə həmin malı götürən zaman deyəcəkmiş. O da həmin malları götürüb “Elmarın” dediyi tanımadığı bir nəfər şəxsə verməli imiş. “Elmar” da bunun müqabilində ona 3500 manat pul verəcəkdir. Həmin pulu da o, malı təhvil verdiyi adamdan götürəcəkdir. O, həmin məsələ barədə tanışı və həmkəndlisi olan Müzəffərə demişdir. Müzəffərə bildirmişdir ki, əgər bu işdə ona köməklik etsə ona söz verilən pulun təxminən yarı hissəsini (2000 manata yaxın pulu) Müzəffərə verəcək. Müzəffər də onunla razılaşmışdır. Beləliklə də, tutulduqları gün, yəni 06 yanvar 2022-ci il tarixdə o, Beyləqan rayonunda olan zaman “Elmar” onunla əlaqəyə girərək bildirmişdir ki, İrandan göndərdiyi narkotik maddələr Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində gizlədilib və ona demişdir ki, tez bir zamanda ora getmək lazımdır. O da bu barədə Müzəffərə məlumat vermişdir. Müzəffərə demişdir ki, bir maşın tapsın, belə ki, Beyləqandan Füzuliyə getmək lazımdır. Müzəffər də həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. O, maşından düşəndə isə Müzəffər Zaura demişdir ki, maşını döndərib geriyə istiqamətində saxlasın və Zaur nədənsə şübhələndiyi üçün Müzəffər ona onların ora gəlmələrinin əsl səbəbini demişdir. Bu vaxt Zaur onlara kömək edəcəyi təqdirdə özü üçün narkotik vasitə götürəcəyini demiş, onlar da Zaura etiraz etməmişlər. Beləliklə, o, “Elmar”-ın yolladığı iki ədəd kisəni tapmış və maşının yanına gətirmişdir. Həmin zaman kisələrin birindən hərəsi özü üçün bir qədər narkotik vasitə olan heroin götürmüşdür. Bu vaxt onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Zauru və Müzəffəri, o cümlədən də Zaurun idarə etdiyi avtomobili və qeyd etdiyi yerdən götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəlində tanışı və həmkəndlisi Ramil özünə it almaq üçün Fizuli rayonuna gedmək istədiyini, onun itlərdən yaxşı anlayışı olduğu üçün bu məsələ barədə ona kömək etməyini bildirmiş, o, da bekar olduğum üçün onunla razılaşmışdır, 06 yanvar 2022-ci il tarixdə Ramil ona zəng edərək Fizuliyə getmələrini və bir maşın tapmağı bidlirmişdir. O, da həmin vaxt şəxsi avtomaşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb onları 20 manat müqabilində Beyləqandan Füzuliyə aparmaq razılığına gətirmişdir. Onlar Zaurun maşını ilə yola düşmüş, Ramil arxa oturacaqda, o, isə ön oturacaqda oturmuşdur. Yol boyu söhbət etmişlər, “seyidin qəbri” deyilən yerə çatdıqları zaman Ramin Zaura saxlamasını demiş, fermaya gedib iti alacaqları şəxsin orada olub-olmamalarını baxacağını, sonra zəng edəndə onun da oraya gedəcəyini demişdir. Ramin təxminən onlardan 100-150 metr aralanmış, o Zaura maşını döndərib geriyə istiqamətində saxlamasını demişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Ramindən zəng gəlmədiyini görüb maşından düşərək onun getdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. Bir az getmiş ki, mülki geyimli şəxslər ona yaxınlaşmış, polis olduqlarını bidlirmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu tutmuş, sonra Ramili də saxladıqlarını görmüşdür. Zaur mülki geyimli şəxslərin onu saxladıqlarını görmüş və maşını sürərək oradan uzaqlaşmış, bir neçə polis əməkdaşı onun arxasıyca getmişlər. Sonra Ramillə onu Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər, yolda olan zaman o Ramildən polislərin onları niyə saxladıqlarını soruşduqda Ramil, ona onluq heç nə olmadığını, narahat olmamağını bildirmişdir. Zaurdan xəbəri olmamamış, polis şöbəsinə gəldikdən sonra Zaurun da gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boynlarına götürmələrini bildirmişlər, Zaur və o heç bir şeydən xəbərlərinin olmadığını bildirmişlər. Ramil isə yalnız iki siqaret qutusu marixana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polislər onlara təzyiq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin üzərilərinə narkotik vasitə də yerləşdirmişlər, məcbur qalaraq etirafedici ifadə vermişdir. İki dəfə videoçəkiliş olmuş, birinci çəkilişdə onlar etiraz etdikləri üçün, torbaların, üzərilərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdikləri üçün çəkilişi saxlamışlar, döymüşlər, işgəncələr etmişlər, sonra ikinci çəkiliş başlamışdır. Nə üzərimdə olan narkotik vasitə, nə də torbalarda olan narkotik vasitələr ona məxsus deyildir. Təyziqlərə məruz qaldığı üçün etiraf eedici ifadələr vermişdir. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şübhəli şəxsi qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona bir müddət əvvəl bildirmişdir ki, internetdə bir nəfər “Elmar” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs Ramilə təklif etmişdir ki, pul müqabilində İrandan göndərdiyi narkotik maddələri gizlədilmiş yerlərdən götürüb konkret deyəcəyi adamlara vermək lazımdır. Bunun əvəzində isə yaxşı pul verəcək. Ramilin deməsinə görə “Elmar” İrandan narkotik maddələri göndərib Füzuli rayonu ərazisində yolun kənarında gizlətdirəcəkmiş. Dəqiq yerini isə Ramilə malın göndərildiyi tarixdə həmin malı götürən zaman deyəcəkmiş. Ramil də həmin malları onunla birlikdə götürüb “Elmar”-ın dediyi tanımadıqları şəxsə verməli imiş. “Elmar” da bunun müqabilində 3500 manat pul verməli imiş. Ramil demişdir ki, kömək etsə həmin pulun yarısını, təxminən 2000 manata yaxın olan hissəsini ona verəcək. Həmin pulu da malı təhvil verdikləri adam onlara verməli imiş. Beləliklə də, 06 yanvar 2022-ci il tarixdə o, Beyləqan rayonunda olan zaman Ramil ona zəng edərək “Elmar”-ın sonuncu ilə əlaqəyə girdiyini və İrandan göndərdiyi narkotik maddələri Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində gizlədildiyini, ona görə də tez bir zamanda oraya getmək lazım olduğunu bildirmişdir. Ramil ona demişdir ki, taksi kimi bir yol maşını tapsın ki, Beyləqandan Füzuliyə getsinlər. O da öz növbəsində həmin vaxt özünün maşını olan və arada sürücü kimi işləyən Zaur adlı tanışı ilə əlaqə saxlayıb nəticədə Ramillə onu 20 manat müqabilində Beyləqandan Füzuliyə aparacağına razılaşmışdır. Onlar Zaurun maşını ilə yola düşmüşlər, o, Zaurun yanında ön oturacaqda oturmuş, Ramil isə arxada əyləşmişdir. İlk əvvəl onlar Zaura Füzuliyə getməklərinin səbəbini deməmişlər. Lazım olan yerə çatanda Ramil Zaura maşını saxlamasını demiş və maşından düşməyərək həmin yerə bir dəfə də dairə etməsini istəmişdir. Bu vaxt Zaur nədənsə şübhələnmiş və başa düşmüşdür ki, onlar özləri də qorxaraq həmin yerə gəlmişlər və etdikləri əməl qanunsuzdur. Həmin vaxt Ramil maşından düşüb “Elmar”-ın ona dediyi yerdə, yolun kənarında yerləşən “seyid ocağı”-nın arxa tərəfinə keçərək orada gizlədilmiş yerdən iki ədəd torbada olan narotik maddələri götürüb maşına tərəf gəlmişdir. Zaura həmin vaxt məsələ barədə aydınlıq gətirmişlər və onunla Ramil hərəsi özü üçün bir büküm narkotik vasitə olan heroin götürmüşlər. Bu vaxt Zaur da etiraz etməyərək özü üçün həmin maddədən bir qədər götürüb onlara kömək edəcəyini bildirmişdir. Beləliklə, onlar “Elmar”-ın yolladığı iki ədəd kisə ilə Zaurun maşınının yanında dayanan zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Ramilin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Zauru və Ramili, o cümlədən də Zaurun idarə etdiyi avtomobili və qeyd etdiyi yerdən Ramilin götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X32 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə tanışı Müzəffər ona zəng edərək Ramil adlı tanışı ilə Fizuliyə getməli olduğunu və onları oraya aparmağını xahiş etmiş, 20 manat müqabilində onları Beyləqandan Füzuliyə aparmaq razılığıa gəlmişdir. Yola düşən zaman Ramil arxa oturacaqda, Müzəffər isə ön oturacaqda oturmuşdur. Yol boyu söhbət etmişlər, “seyidin qəbri” deyilən yerə çatdıqları zaman Ramin ona maşını saxlamağı, gedib fermaya baxacağını, it alacağı şəxslərin orada olubolmamasını baxacağını, sonra zəng edən zaman Müzəffər də oraya gedəcəyini demişdir. Ramin təxminən bizdən 100-150 metr aralanmış, Müzəffər ona maşını döndərib geriyə istiqamətində saxlamağını demişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Müzəffər Ramindən zəng gəlmədiyini görüb maşından düşərək onun getdiyi istiqamətdə hərəkət etməyə başlamış, bir az getmiş, mülki geyimli şəxslər Müzəffərə yaxınlaşdığını görmüşdür. qO, qorxmağa başlamış, mülki geyimli, əlində silah olan şəxslər avtomobilə doğru gələn zaman özünü itirmiş, onların kim olduğunu bilmədiyi üçün maşını sürərək oradan uzaqlaşmağa başlamış, arxası ilə həmin şəxslərin gəldiyini görmüş, tikinti materialları satılan mağazanı görüb maşını saxlamış içəri keçmişdir ki, kimsə ona kömək etsin, orada tanımadığı bir şəxs ona yaxınlaşmış, başılarına gələnləri ona danışdı zaman arxasıca gələn mülki geyimli şəxslər gələrək həm onu, həm mağazada işləyən şəxsi tutmuş, polis olduqlarını bildirmişlər, bir az yol gəldikdən sonra mağazada işləyən şəxsi buraxmışlar, onu isə polis şöbəsinə gətirmişlər, polis şöbəsinə gəldikdən sonra Ramil və Müzəffərin də gətirildiyini görmüşdür. Polis şöbəsində onlara təzyiq etmişlər, onları döymüş və göstərdikləri iki kisə narkotik vasitəni boyunlarına götürmələrini bildirmişlər, Müzəffər və o heç bir şeydən xəbərlərinin olmadığını bildirmişlər. Ramil isə yalnız iki siqaret qutusu marixana əldə etmək üçün İranlı ilə danışdığını, lakin həmin narkotik vasitəni də götürmədiyini bildirdikdə polislər onlara təzyiq edərək kisədə olan narkotik vasitələrin onlara məxsus olmaması barədə yalan ifadə verməyə məcbur etmişlər, həmçinin üzərilərin narkotik vasitə də yerləşdirmişlər, məcbur qalaraq etirafedici ifadə vermişdirlər. İki dəfə videoçəkiliş olmuş, birinci çəkilişdə onlar etiraz etdikləri üçün, torbaların, üzərilərinə qoyulan narkotik vasitələrin onlara məxsus olmadığını bildirdikləri üçün çəkilişi saxlamış, onları döymüş, işgəncələr etmiş, sonra ikinci çəkiliş başlamış, onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra üzərilərinə müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd, “Redmi” markalı mobil telefon və 10 AZN pul, əynindəki həmin gödəkçənin sağ yan cibindən bir ədəd üzük aşkar olunmuşdur. Sonra üzərindən aşkar olunan heroin elektron tərəzidə çəkildi. Daha sonra Sonra torbalara baxış keçirilmiş, baxış zamanı torbanın içərsindnə bükümlərdə narkotik vasitələr və dərman həbləri aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılaraq imzalandı və götürüldü. Onun bü iş üzrə heç bir günahı yoxdur, o taksiçi işləyir, yalnız Müzəffər və Ramili Fizuliyə aparmaq barədə razılığı olub, narkotik vasitə götürüləcəyindən məlumatı olmamışdır. Nə üzərində olan narkotik vasitə, nə də torbalarda olan narkotik vasitələr ona məxsus olmamışdır. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zaur İmanovun məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şübhəli şəxsi qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Müzəffəri uzun müddətdir ki, tanıyır, Müzəffərlə eyni məktəbdə oxumuşlar. Özü bağban kimi fərdi qaydada işləyir və ailəsini dolandırmaq üçün arada-bir idarə etdiyi VAZ 2106 markalı avtomaşınla Beyləqandan yaxın rayonlara taksi kimi müştəriləri aparmaqla məşğul olur. 06 yanvar 2022-ci il tarixdə Müzəffər onunla əlaqə saxlayıb bildirmişdir ki, sonuncu ilə bir nəfər adını eşitdiyi və qiyabi olaraq tanıdığı Ramil adlı tanışını Füzuli rayonuna aparmaq lazımdır. Deməsinə görə onlar Füzuli rayonunda bir nəfərin satdığı iti almağa gedirmişlər. O, Müzəffərdən bunun üçün 20 manat pul istəmiş və onlar razılaşandan sonra həmin dediyi Ramil adlı şəxsi də götürüb üçü Füzuli rayonuna yola düşmüşlər. Müzəffər onun yanında əyləşmiş, Ramil isə arxada oturub telefonda onların hazırda olduqları yerin koordinatlarını izləyirmiş və ona şifahi olaraq getdikləri yerin istiqamətini deyirmiş. Füzuli rayonunun Böyük Bəhmənli kəndinin ərazisindən keçən yolun kənarında Ramil ona maşını saxlamasını bildirmişdir. Bundan bir qədər sonra bir daha həmin yerə maşınla dövr vurmasını istəmişdir. O da Ramilin dediyi kimi etmişdir. Ramil özünü şübhəli aparırmış. O, hiss etmişdir ki, Müzəffərlə Ramil ona yalan olaraq həmin yerə gəlmələrini səbəbini demişlər. Bu vaxt Ramillə Müzəffər ona həmin yerə məhz narkotik vasitə götürmək üçün gəldiklərini demişlər və o, onlara etiraz etməmiş və onlarla razılaşmışdır. Ramil həmin narkotik maddələri yolun kənarında yerləşən “seyid ocağı”-nın arxa tərəfinə keçərək orada gizlədilmiş yerdən iki ədəd torbada olmaqla götürüb maşına tərəf gəlmişdir. Qeyd etmiş ki, həmin vaxt onlar hərəsi bir büküm narkotik vasitə olan heroin götürmüşlər. Bu vaxt onlar həmin iki ədəd kisə ilə onun maşınının yanında dayanan zaman onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Ramilin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onunla Müzəffəri və Ramili, o cümlədən də idarə etdiyi avtomobili və Ramilin götürdüyü içərisində narkotik maddələr olan iki ədəd kisələri Füzuli Rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq “hər hansı bir narkotik vasitə və qanunsuz maddələr əldə etməmişlər, polis əməkdaşları onlara təyziq göstərərək onları narkotik maddələrlə şərləyib etirafedici ifadələr verməyə məcbur etmişlər” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifaələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Füzuli rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. 06 yanvar 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20:00-də Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisindən keçən, Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında **-BK-*** nömrə nişanlı VAZ 2106 markalı avtomaşının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzər şəxsi görüb həmin şəxsə və sonuncu ilə birlikdə həmin yerdə dayanan digər iki nəfər şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxslər özlərini onlara təqdim edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X32 olduqlarını bildirmişlər. Həmin şəxslərin qarşısında iki ədəd narıncı rəngli kisə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Füzuli rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və beləliklə də həmin üç nəfər şəxs Füzuli Rayon Polis Şöbəsinə dəvət olunmuş, onlara müdafiəçi təyin olunmuş və üzərilərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra saxlanılmış şəxslərin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra X32 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Saxlanılan şəxslərin hər birinin üzərilərindən mobil telefonlar da aşkar olunaraq götürülmüşdür. Bundan başqa, adları çəkilən şəxslər saxlanılan zaman qarşılarında olan iki ədəd narıncı rəngli polietilen torbalara baxış keçirilən zaman ümumilikdə otuz bir ədəd bükümlərin içində qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər maddə, on üç ədəd bükümlərdə tünd rəngli, spesifik iyli, narkotik vasitə tiryəkə bənzər kütlə, iki ədəd bükümlərdə yaşıl rəngli qurudulmuş ota bənzər spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və ümumilikdə 1480 ədəd pregabalin həbləri aşkar olunmuşdur. Aşkar edilmiş bütün maddələr elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılaraq imzalanıb götürülmüşdür. Qeyd edilən maddələr barədə Təqsirləndirilən şəxs1 sorğu edilən zaman bildirmişdir ki, üzərindən və narıncı rəngli iki ədəd torbalardan aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Elmar” adlı şəxsin tapşırığı ilə Müzəffərlə birlikdə Füzuli rayonu ərazisində gizlədilən yerdən əldə etmiş, həmin narkotik maddələri “Elmar” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində 3500 AZN pul alacaqmış, həmin pulun bir qismini ona köməklik etdiyi üçün Müzəffərə verəcəkmiş, VAZ 2106 markalı avtomobilin sürücüsü olan Zaurun Müzəffərin tanışı olduğunu, narkotik maddəni əldə etdikləri əraziyə gələn zaman Zaurun həmin yerdən narkotik maddə götürüb lazımı yerə çatdırmalı olduqlarını bildiyini, lakin buna etiraz etmədiyini və sonradan onlarla razılaşdığını, həmin torbaların içindən hər üçünün özləri üçün bir bükümdə heroin götürdüklərini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ilə X35 Həsənovun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə muhafizəçi işlədiyi tikinti materialları mağazasında olmuş, sonradan adının Zaur olduğunu bildi (Zaur İmanov) şəxs ona yaxınlaşmış və iki nəfər şəxsin onun arxasıyca gəldiyini, silahlı olduqlarını bildirmiş, bu zaman mağazaya iki mülki geyimli şəxs daxil olmuş və polis olduqlarını bildirərək onu və Zaur adlı şəxsi tutub aparmaq istədilər, bir az yol getdikdən sonra onu buraxdılar, Zauru isə aparmışdırlar. Həmçinin şahid X7 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatları tətdiq etmişdir. Belə ki, Natiq İsmayılov məhkəmə baxışı zamanı ifadəsində “06 yanvar 2022-ci il tarixdə muhafizəçi işlədiyi tikinti materialları mağazasında olduğunu, Zaur İmanovun mağazaya gəldiyini, sonra mağazaya iki mülki geyimli şəxs daxil olmuş və polis olduqlarını bildirərək Zauru özləri ilə aparmışlar” göstərdiyi xüsusata Məhkəmə qiymət verərək hesab edir ki, qeyd olunan xüsusat işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə Natiq İsmayılovun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərilən xüsusatlar təqsirləndirilən şəxs Zaur İmanovun müdafiə məqsədini daşıdığından sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/71 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Zaur İmanov, Müzəffər Rüstəmov ..(imzalar) ” yazısı və imzalar olan narıncı rəngli kisədəki, - üzərində “İmanov Zaur” yazısı olan bükümdə təmiz çəkisi 12,343 qram, üzərində “Müzəffər Rüstəmzadı” yazısı olan bükümdə təmiz çəkisi 16,140 qram və üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan bükümdə təmiz çəkisi 20,387 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 31 (otuz bir) ədəd bükümdə ümumi təmiz çəkisi 30,549, 1 qram (30 kq 549,1qr) qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kompenentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 13 (on üç) ədə dbükümdə ümumi təmiz çəkisi 9923,5 qram (9kq 923,5 qr) tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - üzərində “Preqabalin 150mq” markalanma göstəricisi olan ümumi 520 ədəd müxtəlif rəngli kapsul, üzərindən “Preqabalin 100 mq” markalanma göstəricisi olan ümumi 120 ədəd kapsul və üzərindən “Preqabalin 75 mq” markalanma göstəricisi olan ümumi 780 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır. Ümumilikdə 1420 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 148,5 qramdır, (üzərindəki göstəricilərinə əsasən kapsullarda 0,15qr, 0,1qr və 0,075qr preqabalin olmaqla); - üzərində “Gabapentin” markalanma göstəricisi olan 60 ədəd kapsul qabapentin tərkibli dərman preparatıdır və 60 ədəd kapsulda qabapentin təsiredici maddəsinin ümumi miqdarı 9 qramdır (üzərindəki göstəricilərə əsasən bir kapsulda 0,15 qram qabapentin olmaqla). Tədqiqata təqdim edilmiş heroinlərin ümumi təmiz çəkisi 30597,97 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd:
1. Kisədə olan heroinin ümumi təmiz çəkisi:30549,1 qr, tədqiqata sərf edildi: ümumi 0,62qr (hər maddədən 0,02 qr), qalıq:30548,48qr, tiryəkin ümumi təmiz çəkisi: 9923,5 qr, tədqiqata sərf edildi: ümumi 0,39 qr (hər maddədən 0,03qr), qalıq: 9923,11 qr. 1420 ədəd preqabalin kap. 30 kap. tədqiqata sərf edildi, qalıq 1390 kap, 60 ədəd qabapentin kap. 6 kap. Tədqiqata sərf edildi, qalıq 54 kap.
2. Z.İmanov: heroinin təmiz çəkisi 12,343 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq: 12,293 qr,
3. Təqsirləndirilən şəxs2: heroinin təmiz çəkisi 16,140 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq: 16,090 qr, Təqsirləndirilən şəxs1: heroinin təmiz çəkisi 20,387 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq: 20, 337 qr. Rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatıqın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 7/13 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada olan dörd ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 522,2 qram, 342,0 qram, 547,1 qram, 490,7 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd şəffaf sellofan bağlamada təmzi çəkisi 991,9 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuana dörd ədəd şəffaf sellofan bükülülərdə olan marixuanalardan tərkiblərində olan komponentlərin ölçülərinə görə fərqlənirlər. Marixuanaların ümumi çəkisi 2 kq, 893 qramdır. Rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatıqın dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1186 nömrəli rəyindən görünür ki, X32 deməsinə görə bir ildir ki, nadir hallarda narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. X23 Kannabinoidlərdən periodik istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1288 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 deməsinə görə 2016-cı ildən psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, həmçinin narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs1 Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli videkoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 06 yanvar 2022-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən, Hacıqabul-Mincivan magistral yolunun 152-ci km-nin yaxınlığında **- BK-*** nömrə nişanlı, VAZ 2106 markalı avtomobilin qarşısında Təqsirləndirilən şəxs2 və X32 ilə birlikdə saxlanılaraq Füzuli RPŞ-nin İnzibati binasına gətirilmiş və üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir bükümdə 20,387 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə 16,140 qram çəkidə narkotik vasitə heroin, Zaur İmanovun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə 12,343 qram çəkidə narkotik vasitə heroin, iki ədəd narıncı rəngli polietilen torbalarda otuz bir ədəd bükümdə ümumilikdə 30549,1 qram çəkidə narkotik vasitə heroin, on üç ədəd bükümdə ümumilikdə 9923,5 qram çəkidə narkotik vasitə tiryək, beş ədəd sellofan bağlamalarda ümumilikdə 2893,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1420 ədəd preqabalin və 60 ədəd qabapentin güclü təsir edən həblər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli «mobil telefon aparatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X20 müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung J2”, 01 ədəd “Redmi” və 01 ədəd “Samsung A10” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********31 saylı GSM nömrədə adı “Aaaaaa” kimi qeyd olunmuş, o cümlədən də adı “Müzəffər” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində qeyd olunmuş ***-***-**-** saylı GSM nömrəli kontaktlar, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə yuxarıda adı “Aaaaaa” kimi qeyd olunmuş +**********31 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 06 yanvar 2022-ci il tarixdə saat 07:12-də Təqsirləndirilən şəxs1 “...qaqa o da deyir meqabaytı qutarıb..hava işıqlandı..oturub qalıb meşəlikdə, deyir hazırlıqlı olsun obedden sonra görüşək” mətnli yazmış olduğu sms-ə cavab olaraq Təqsirləndirilən şəxs1 “indiyənə kimi belə olmamışdır..mən qayıtdım gəldim rayona güclə, bir təhər...işimi zadımı həll edim, pulum-param rasxod olundu...nətəhər edəcəm bilmirəm...görüm neynirəm...yatmamışam...internet gəldim rayona rahat tutdu uje, orda biraz problem oldu, bu qədər belə gecikmə..nə bilim...” səsli mesaj ötürmüş, buna da cavab olaraq həmin istifadəçi “ay qaqa canıvı yeyərəm..indi olub da...görürsən də gəlib qalıb meşədə...yenə deyir hazır olsun...axşama həll edər...bir dənə sən hazırla maşını zadı, hava toran olan kimi deyəcəm sənə hara get” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs1 da sözügedən istifadəçiyə saat 16:38-də “nə oldueee bu? Sən buna hər şeyi yüklədin niyə yazmadıe mənə? mətnli səsli mesaj yollamış, buna cavab olaraq həmin istifadəçi “qaqa qoy biraz vaxt keçsin özü yazacaq sənə qadan alım...yükləmişəm...özü sənə deyəcək gəl falan yerə” göndərdiyi səsli mesaja “hə yaxşı yaxşı, mənim hardasa 1-2 saatlıq işim var...sən rahat işini gör” mətnli səsli mesaj yollamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin abunəçiyə saat 18:23-də “Alooo” mətnli mesaj yazmış və bundan sonra həmin abunəçi tərəfindən bir neçə buraxılmış zəngin olması, daha sonra isə həmin abunəçi tərəfindən “ay qaqa Füzuliyə nə qədər yolun var? Bir dənə mənə zəng elə tez” səsli mesaj yollaması məlum olmuşdur. Daha sonra saat 19:04-də həmin istifadəçinin Təqsirləndirilən şəxs1 yarım tikilinin yanında olan kolluqa atılmış narıncı rəngli torbaların qaranlıqda çəkilmiş şəklinin üzərində torbaların kolluqda gizlədilmiş yerin işarələnmiş fotogörüntüsünü yollaması və bir neçə dəfə buraxılmış zənglərin olması müəyyən olunmuşdur. Daha sonra baxış zamanı kontaktlar bölməsində adı “Bayram Nar” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs1 arasında olan yazışmadan görünür ki, həmin istifadəçi sonuncuya 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 “20 yə o nədi vermisən...qonağın yanında adamı biyabır etdin” yazmış, Təqsirləndirilən şəxs1 da ona cavab olaraq “Aye mezelenme mene o dediki daşdı hamısı...Tozdu deyil...” yazmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon cihazına yüklənmiş “Messenger” sosial ünsiyyət təbiqində olan danışıq pəncərələrinə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, ***-***-**- ** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 “QAQA HARA GETDİN SEN CANİN PATİN OLACAQ VARİNDİ” sözlərini yazmışdır. Qeyd olunandan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “KONUL HUMBATOVA” yazısı olan 5103 0714 1261 2166 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartın olması müəyyən edilmişdir. Zaur İmanova məxsus bir ədəd göy rəngli “Samsung A10” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrədə adı “Müzü” kimi qeyd olunmuş kontakt, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Zaur İmanovun istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Zaur İmanovun çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə Təqsirləndirilən şəxs2 ilə dialoq pəncərəsində həmin istifadəçinin 06 yanvar 2022-ci il tarixdə saat 16:53-də Zaur İmanova “Salam...Hardasan...Ayə” mətnli yazmış olduğu sms-ə cavab olaraq Zaur İmanov “Salam...Daşburunda...Hə qaqa” mətnli mesaj ötürmüş, buna da cavab olaraq həmin istifadəçi “Saat 7 de zadda Gedeceyik hec kime hecneyi soz verme” yazmış, Zaur İmanov da ona cavab olaraq “nə yaxşı gedirsən qaqa? Belə pis çıxmasın” sözlərini yazmış, Təqsirləndirilən şəxs2 də ona cavab olaraq “İşim var...Narahatçılıq yoxdur” sözlərini yazmışdır. Qeyd ediləndən əlavə həmin istifadəçinin Zaur İmanova 06 avqust 2021-ci il tarixdə “Gel...Axsam soxarix ikimizde..o gunki kimi deyen yoxdu sene gotrek yene..senol az bir sey qalib..onu bolsem p*** cıxacaq..istirsen gozde axsam cekey” sözlərini yazması, bundan sonra Zaur İmanovun ona içərisində narkotik maddələr olan bükümlər və kustar formada doldurulumuş siqaret dənələri, habelə içərisində qurudulmuş yaşıl ot şəkilində olan kibrit qutuları, sellofan torbalarda zahiri əlamətlərinə görə psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə oxşar maddələrin görüntüsünü yollaması, 22 noyabr 2021-ci il tarixdə X24 Rüstəmzadəyə “Şey var qaqa?” yazması, 22 dekabr 2022-ci il tarixdə sonuncunun Zaur İmanova “Şey tapa bilirəm” sözlərini yazması məlum olmuşdur. Bundan başqa, adı “Tural Mal” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 19 dekabr 2021-ci il tarixdə Zaur İmanova “Qaqa gel 20 manat verim atamin cani agcabediye deyek qayıdaq. Ot da varimdi zirlanaq gedek gelek” yazması, adı “Hadrutttuttt” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 17 iyul 2021-ci il tarixdə Zaur İmanova “Qaqa catiram 15 deq Beyleqana gelim seni goturum temani goturum seni yola salim qapıya gedim” sözlərini yazmasına Zaur İmanov “Qaqa vallah Allaha and olsun əlim girən yer yoxdu şeyə zada inan ki, özüm alıb çəkə bilmirəm (yəni fikirləşmə ki bu gecədi deyə deyir Allah haqqı özüm gö*** başdı tapa bilmirəm) nə qədər adam tutublar burdan ona görə çoxu qorxur, qəh***ər imkan vermir camaat yaşasın” yazması, adı qeyd olunmamış ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 07 avqust 2021-ci il tarixdə Zaur İmanova “Tapa bilersen sey qaqa, indi lazımdı, Anara de gör..ya da nömrəsini ver” sözlərini yazmasına Zaur İmanov “Yox qaqa mənə vermir sən öl..Pk-da işləyirəm onun üçün...belə sene vermez...koda qoyur” yazması, adı “Tatonko” kimi qeyd olunmuş ***- ***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 01 sentyabr 2021-ci il tarixdə Zaur İmanova “Salam qaqa Zaur sey goturmek olar?” sözlərini yazmasına Zaur İmanov “Nə qədər var? Qaqa sabah deyəcəm gəl” yazması, adı “Zaur Aşıxlı” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 27 oktyabr 2021-ci il tarixdə Zaur İmanova “Yetim nə var nə yox patı var?” sözlərini yazması, adı “Vüqar Çöp” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçiyə 03 sentyabr 2021-ci il tarixdə Zaur İmanovun “Sənnən qabaq qoymuşam ürəyim açılıb b**)))” sözlərini yazaraq bir ədəd 100 manatlıq pul əskinazının arasında tütün və yaşıl qurudulmuş ota bənzər maddə kütləsinin qarışığının şəklini çəkərək göndərməsi, 17 sentyabr 2021-ci il tarixdə isə bir ədəd üstü açıq vəziyyətdə olan gümüşü rəngli folqanın içərisində yaşıl rəngli qurudulmuş ota bənzər kütlənin şəklini çəkərək göndərməsi, adı qeyd olunmamış +**********40 saylı İran İslam Respublikasına məxsus GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 10 avqust 2021-ci il tarixdə Zaur İmanova “Salam qardash, Zaur yakhshisan?” sözlərini yazmasına Zaur İmanovun “Salam brat nə var nə yox, telefonu dəyişmişəme qardaşım, başqa mobil telefon almışam, nömrələr yoxdur ona görə yaza bilmirəm” mətni səsli mesaj yollaması, həmin şəxs də cavab olaraq ona “İstədim halını əhvalını soruşam, görüm neynirsən” mətnli səsli mesaj yollaması, Zaur İmanovun da cavab olaraq “Sagol abi, arabanı satdıme..maşını satdım..istəyirəm hərbiyə düzəlim ya da gedim Bakıda işləyim qalmışam belə...” mətnli səsli mesaj yollaması, adı qeyd olunmamış ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 10 iyul 2021-ci il tarixdə Zaur İmanova “Elaqen var uşaqlarla...rayondayambir iki dənə..harda görüşək?” sözlərini yazmasına Zaur İmanovun “Pozgunlarla? qaqa vare Allah haqqı o gün götürdüm balaca qoyullar yəni indidən deyirəm ki brat sonra demə belədi elədi bunların papağın...2 nəfərə peçatdı...2 dənə istəyirsən? yaxşı qoy görüm” yazması, adı “Ayxan Q” kimi qeyd olunmuş ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçinin 01 yanvar 2022-ci il tarixdə Zaur İmanova “Biyaq gelmişdim rayona cibimde 20 manat pul var idi dedim gederduy ucmaqa” sözlərini yazması müəyyən edilmişdir. Bundan əlavə mobil telefonun daxili yaddaşında üzərində “Zaur İmanov” yazısı olan 41824957 0084 3542 nömrəli "xxxx" ASC-yə məxsus və üzərində “Zaur İmanov” yazısı olan 5103 0714 5686 7718 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olması məlum olmuşdur. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd qızılı rəngli “Samsung J2” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrənin, çoxsaylı kontaktların, o cümlədən də X22 istifadəsində qeyd edilmiş ***-***-**-** saylı GSM nömrədə adı “Zaur 077” kimi qeyd olunmuş və Təqsirləndirilən şəxs1 istifadəsində qeyd edilmiş ***-***-**-** saylı GSM nömrədə adı “Ramil P” kimi qeyd olunmuş kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 bir neçə istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə Zaur İmanovun istifadəsində olan telefon nömrə ilə qeydiyyatdan keçmiş və mobil tətbiqdə adı “Zaur 077” kimi qeyd olunmuş həmsöhbətlə aralarında olan dialoq pəncərəsində Zaur İmanovun istifadəsində olan mobil telefona keçirilmiş baxış zamanı müəyyən edilmiş eyni məzmunlu danışığın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “MR.FAKHRADDİN RUSTAMOV” yazısı olan 4169 7413 2859 0193 nömrəli, üzərində yazı qeydi olmayan 4169 7413 0423 3800 nömrəli, üzərində “CAVİD RUSTEMLİ” yazısı olan 5103 0714 3845 9246 nömrəli və üzərində “MR.TURAL ALİZADA” yazısı olan 5404 0852 3899 5882 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olması müəyyən olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanova müvafiq olaraq məxsus olan həmin iki ədəd “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir. İşq materiallarında olan 20 aprel 2022-ci il tarixli «bank məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “KONUL HUMBATOVA” yazısı olan 5103 0714 1261 2166 nömrəli "xxxx" ASC-yə məxsus, Zaur İmanovun istifadəsində olan mobil telefonun daxili yaddaşında üzərində “Zaur İmanov” yazısı olan 5103 0714 5686 7718 nömrəli "xxxx" ASC-yə məxsus, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun daxili yaddaşında isə üzərində “MR.FAKHRADDİN RUSTAMOV” yazısı olan 4169 7413 2859 0193 nömrəli, üzərində yazı qeydi olmayan 4169 7413 0423 3800 nömrəli, üzərində “CAVİD RUSTEMLİ” yazısı olan 5103 0714 3845 9246 nömrəli və üzərində “MR,TURAL ALİZADA” yazısı olan 5404 0852 3899 5882 nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartlarının olması müəyyən olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə olunmaları barədə əsaslı şübhələr olması səbəbindən həmin kartlara dair ələ keçirilmiş müvafiq “bank məlumatlarına baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 157000/2- 1870 saylı məktubla müşayiət olunan 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 29 vərəqdə təqdim olunuş çıxarışa keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 5404 08** **** 5882 nömrəli plastik kartın bağlı olduğu hesab X2, 5103 07** **** 9246 nömrəli plastik kartın bağlı olduğu hesab X3, 4169 74** **** 3800 nömrəli plastik kartın bağlı olduğu hesab Təqsirləndirilən şəxs2, 4169 74** **** 0193 nömrəli plastik kartın bağlı olduğu hesab X1, 5103 07** **** 2166 nömrəli plastik kartın bağlı olduğu hesab X5, 5103 07** **** 7718 nömrəli plastik kartın bağlı olduğu hesab isə X22 adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, X2 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 560, 50, 15, 10, 500, 120, 25, 20, 20, 20, 20, 91, 45, 85, 112, 1010, 103, 202, 20, 510, 40, 8, 62, 100, 112, 300, 302, 50, 150, 100, 5, 20, 5, 10, 58, 20, 30, 47, 10, 30, 30, 10, 15, 13, 10, 6, 25, 20, 5, 20, 5, 20, 20, 11, 40, 220, 10, 5, 200, 5, 400, 25, 1000, 1000, 20, 50, 60, 200, 50, 10, 30, 30, 20, 50 manat, bundan əlavə X3 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 107, 385, 20, 19, 207, 131, 19, 73.5, 100, 101, 14, 73.5, 10, 73.5, 6, 80, 220, 100, 100, 73.5, 73.5, 73.5, 100, 200, 20, 13, 40, 20, 73.5, 51, 100, 200, 50, 20, 30, 80, 73.5, 46, 29, 100, 100, 30, 162, 120, 73.5, 25, 5, 3, 80, 12, 80, 30, 10, 100, 110, 5, 23, 88, 252, 100 manat, daha sonra X5 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 394, 100, 20, 394, 10, 7, 15, 394, 773, 400, 200, 361, 130, 100, 250, 496, 21, 11, 300, 190, 472, 20, 355, 300, 30, 5, 50, 41, 10, 20, 5, 5, 10, 10, 202, 20, 50, 415 manat, bundan başqa, X1 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 35, 220, 100, 210, 113, 15, 82, 280, 150, 34, 271, 15, 80, 200, 101, 20, 520, 240 manat, Təqsirləndirilən şəxs2 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 1, 3, 1, 21, 200, 30, 20, 20, 51 manat, X22 adına olan plastik kart üzrə elektron hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hesaba nəğdsiz mədaxil yolu ilə hər müvafiq ayın 2-də cəmi üç dəfə olmaqla 236.25, 236.25 və 236.25 manat məbləğində pul köçürülmüşdür Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qəraradan görünür ki, Təqsirləndirilən şəxs1, X32 və Təqsirləndirilən şəxs2 ümumilikdə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 30597,2 qramı heroin narkotik vasitə, 9923,11 qramı tiryək narkotik vasitə, 2893,8 qramı qurudulmuş marixuana, 1390 ədəd preqabalin kapsulu və 54 ədəd qabapentin həbləri maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X32 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X32 barələrində həbs olunmasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Respublika Psixatriya Xəstəxanası X31 15 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X32 xəstəxanada müalicə olunmamışdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və X32 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Həsənov X14 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 17 dekabr 2021-ci il tarixdə bitmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli Füzuli rayon məhkəməsinin qərarından görünür ki, DİN BNMİ-nin xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına daxil olmuş xx.xx.2022-ci il tarixli 008-1855-1222 saylı cavab məktubun məzmunundan görünür ki, keçirilmiş əməliyyat təbdirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanov tərəfindən narkotik vasitəri sosial şəbəkə vasitəsilə tanış olduqları İran İslam Respublikasının vətəndaşı olan “Elmar” adlı şəxsin əvvəlcədən təyin etdiyi yerdən (zakladka yolu ilə) əldə etmələri və həmin şəxsin tapşırığı ilə təyin edilən yerlərə qoymaqla realizə edəcəkləri müəyyən olunmuş, “Elmar” adlı şəxsin İran İslam Respublikasının ərazisində yaşaması səbəbindən onun ətrafında məqsədyönlü əməliyyat-axtarış tədbirlərinin keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan 05 mart 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X22 müvafiq olaraq C00082210 və C01976965 nömrəli, Təqsirləndirilən şəxs2 isə ümumvətəndaş pasportunun olmaması müəyyən edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 özünə məxsus olan C00082210 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2014-cü ildən etibarən bir neçə dəfə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə hüdudlarını tərk edərək geri qayıtmış və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat 06:46-da Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X19 keçməklə ölkə ərazisini tərk etmiş və xx.xx.2019-cu il tarixdə saat 10:53-də həmin sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Əlavə olaraq müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X22 ümumvətəndaş pasportunun olmasına baxmayaraq tərəfindən ölkə sərhədlərini tərk etməsi halı müəyyən olunmamışdır. İş materiallarında olan Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Həsənov X15 şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, arvadından 2012-ci il təvəllüdlü X12 və 2013-cü il təvəllüdlü X13 adlı azyaşlı uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Beləqan şəhəri, M.Ə.Sabir küçəsi 8-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından və qardaşından ibarətdir, barəsində nümayəndəliyiə heç bir ərizə və şikayət daxil olmamamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, X8 şəhəri, N.Nərimanov küçəsi 69-da qeydiyyatda olmaqla yaşayır barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı və X26 məxsus “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və DİN BNMİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 18 iyun 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərarla cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin mənbə xüsusatlarına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Həmin qərarla «şəxsi axtarış və keçirməsi və götürmə haqqında», «avtomobilə baxış kneçirtməsi və götürmə aparılması haqqında» protokolları əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin tarixli qərarla "xxxx" ASC-dən daxil olmuş bank danışıq məlumatlarını özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı təqsirləndirilən şəxs X26 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə davam etdirilmişdir. Beləliklə, təqsirləndirilən şəxs X22 Azərbaycan Respublikasi CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Zaur İmanov CM-nin yuxarida qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyalari daxilində cəza təyin edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni, psixotrop maddə və güclü təsir edən maddələri əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, həmin maddələri məhz əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının vətəndaşı “Elmar” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və dərman həblərini qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəklər. Həmin razılaşmadan sonra qrupun üzvü tərəfindən məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən qanunsuz maddələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra təqsirləndirilən şəxslər həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib, üzərində daşımaqla saxlamışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, qrupun üzvü tərəfindən sözü gedən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Elmar” adlı İran vətəndaşı tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyinin təmin edilməsini əvvəlcədən bilmişlər, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə, və dərman həblərini əldə edib, saxlama, daşıma və satışına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri və Zaur İmanov CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanovun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması və yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 59.2-ci maddələrinə əsasən Ramil Məmmədovun yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən Zaur İmanovun yaşayış yerindən müsbət xarakterizə olması ilk məhkumluğunu məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanovun cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri və Zaur İmanov CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanov ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanova təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, X32 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub –DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 30597,2 qramı narkotik vasitə heroin, 9923,11 qramı narkotik vasitə tiryək, 2893,8 qramı qurudulmuş marixuana, 1390 ədəd preqabalin kapsulu və 54 ədəd qabapentin həbləri məhv edilməli, həmin idarədə saxlanılan Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı, Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı və X26 məxsus “Samsung” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, iş materiallarına əlavə edilmiş «şəxsi axtarış keçirməsi və götürmə» və «avtomobilə baxış kneçirməsi və götürmə aparılması» haqqında protokolları əks etdirən 01 ədəd DVD, 01 ədəd CD, həmçinin "xxxx" ASC-dən daxil olmuş bank danışıq məlumatlarını özündə əks etdirən 1 ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə iş üzrə 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək olaraq hər birindən 62 (altmış iki) manat tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlini 06 yanvar 2022-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə toksikomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 62 (altmıış iki ) manat) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti cəza 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə 62 (altmıış iki ) manat) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. X32 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla X26 qəti cəza 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X32 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 62 (altmıış iki ) manat) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 30597,2 qramı narkotik vasitə heroin, 9923,11 qramı narkotik vasitə tiryək, 2893,8 qramı qurudulmuş marixuana, 1390 ədəd preqabalin kapsulu və 54 ədəd qabapentin həbləri məhv edilsin. - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı, Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı və X26 məxsus “Samsung” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş «şəxsi axtarış keçirməsi və götürmə» və «avtomobilə baxış kneçirməsi və götürmə aparılması» haqqında protokolları əks etdirən 01 ədəd DVD, 01 ədəd CD, həmçinin "xxxx" ASC-dən daxil olmuş bank danışıq məlumatlarını özündə əks etdirən 1 ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zaur İmanova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov