Məhkəmə qərarları › İş №1(099)-180/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-180/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-180/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1958-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta- təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 16-da qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 2021-ci ilin iyul ayında, müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar təşkil edən, 01 ədəd bükümdə, çəkisi 2,861 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi külli miqdar təşkil edən, 01 ədəd bükümdə, çəkisi 2,833 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamini əldə edib, onları üzərində saxlayaraq ünvan 1 ünvanında yerləşən yaşadığı evə daşıdıqdan sonra satışını realizə etmək üçün 01 ədəd bükümdə, təmiz çəkisi 2,861 qram narkotik vasitə olan heroini 13 ədəd bükümlərə, yəni 0,269 qram, 0,267 qram, 0,260 qram, 0,211 qram, 0,213 qram, 0,247 qram, 0,163 qram, 0,232 qram, 0,212 qram, 0,194 qram, 0,207 qram, 0,198 qram, 0,188 qram çəkilərə və 01 ədəd bükümdə, təmiz çəkisi 2,833 qram psixotrop maddə olan metamfetamini 10 ədəd bükümlərə, yəni 0,311 qram, 0,275 qram, 0,316 qram, 0,368 qram, və 0,336 qram, 0,206 qram, 0,247 qram, 0,268 qram, 0,234 qram və 0,272 qram çəkilərə bölərək sellofan kəsiyinə büküb satış məqsədi ilə üzərində saxlamış, 21 iyul 2021ci il tarixdə Lənkəran şəhərində həmin narkotik vasitə və psixotrop maddədən 05 ədəd bükümdə, ayrılıqda çəkiləri 0,269 qram, 0,267 qram, 0,260 qram, 0,211 qram və 0,213 qram, ümumi təmiz çəkisi 1,22 qram olan narkotik vasitə heroini və 05 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,275 qram, 0,316 qram, 0,368 qram və 0,336 qram, ümumi təmiz çəkisi 1,606 qram olan psixotrop maddə metamfetamini X3 100 manat müqabilində, 02 ədəd bükümdə, ayrılıqda çəkiləri 0,247 qram və 0,163 qram, ümumi təmiz çəkisi 0,41 qram olan narkotik vasitə heroini və 02 ədəd bükümdə, ayrılıqda çəkiləri 0,206 qram və 0,247 qram, ümumi təmiz çəkisi 0,453 qram olan psixotrop maddə metamfetmini Şahid5 20 manat müqabilində satmış, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qalan bükümlərini satış məqsədi ilə üzərində saxlamaqla daşımış, 21 iyul 2021-ci il tarixdə saat 22:50-dən 22 iyul 2021-ci il tarixdə saat 00:40-dək olan müddət ərzində onun narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satdığı şəxslər, X8 və Rəhmətov X4 rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərlərindən qeyd olunan bükümdə və çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində o, Lənkəran şəhəri, M.Ağayev küçəsində saxlanılaraq Lənkəran rayon polis şöbəsinə gətirildikdən sonra şöbədə üzərinə keçirilən şəxsi axtarış zaman əynindəki şalvarın sol yan cibindən 06 bükümdə, ayrılıqda çəkiləri 0,232 qram, 0,212 qram, 0,194 qram, 0,207 qram, 0,198 qram və 0,188 qram, ümumi təmiz çəkisi 1,231 qram narkotik vasitə olan heroin və 03 bükümdə, ayrılıqda çəkiləri 0,268 qram, 0,234 qram və 0,272 qram, ümumi təmiz çəkisi 0,774 qram psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə gecə saatlarında yaşadığı ünvan 2 ünvanında yerləşən evdə tanışları Ellada Qasımova və Şahid5 birlikdə olan zaman polis əməkdaşları gələrək Ellada, Rahib və onu tutaraq polis şöbəsinə aparmışlar. Orada polis əməkdaşları onları şərləyərək üzərlərinə narkotik vasitələr yerləşdirmiş, Ellada və Rahibi məcbur etmişlər ki, ondan pulla narkotik almalarına dair izahat versinlər. Onun özünə də təzyiq göstərərək məcbur olub narkotik vasitə almasını bildirmişdir. Əslində narkotik satışı ilə məşğul olmur, tutulan vaxt da üzərində narkotik olmamışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə təqsirləndirilən şəxs göstərmişdir ki, 2021-ci ilin iyul ayında Lənkəran şəhərində, böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 150 manat qarşılığında bir bükümdə narkotik vasitə olan heroin və bir bükümdə psixotrop maddə olan metamfetamin satın almışdır. Daha sonra yaşadığı evə gedib həmin bükümləri hissə-hissə istifadə etmək məqsədi ilə daha kiçik bükümlərə bölmüş və sellofan kəsiklərinə büküb üzərində saxlamışdır. İndiyədək həmin bükümlərdən bir neçə dəfə istifadə etmişdir. Həmçinin həmin bükümlərdən bir neçəsini 21 iyul 2021-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhər sakinləri X8 və Şahid5 pul müqabilində deyil, hədiyyə olaraq vermişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar, orada üzərinə baxış keçirilən zaman 9 ədəd bükümdə narkotik maddələr aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, narkotik vasitələrindən istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. 21 iyul 2021-ci il tarixdə X14 Hüseynovun evində olarkən polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən beş bükümdə psixotrop maddə olan metamfetamini və beş bükümdə narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsdən almışdır. Polis əməkdaşlarının təziq-təsirləri nəticəsindən üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmiş, reallıqda isə həmin maddələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. Şahid X2 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Ellada Qasımova göstərmişdir ki, metamfetamin və narkotik vasitə heroindən istifadə edir. 21 iyul 2021-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs beş bükümdə psixotrop maddə olan metamfetamini və beş bükümdə narkotik vasitə olan heroini hər bükümü 10 manat olmaqla ümumilikdə 100 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, narkotik vasitələrindən istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. 21 iyul 2021-ci il tarixdə yaşadığı evin istiqamətində polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamini və 2 bükümdə narkotik vasitə olan heroini aşkar edilərək götürülmüş, onları tanımadığı şəxsdən almışdır. Polis əməkdaşlarının təzyiqtəsirləri nəticəsindən üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmiş, əslində isə həmin maddələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmasından məlumatı yoxdur. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 2 bükümdə psixotrop maddə metamfetamin və 2 bükümdə narkotik vasitə olan heroini 20 manat manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə şahidlər Şahid5 və X2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrə obyektiv qiymət verərək hesab edir ki, onların məhkəmə baxışı zamanı verdikləri ifadələri işin faktiki hallarına və iş materiallarına uyğun olmadığından, digər sübutlarla təkzib olunduğundan, Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığından sübut kimi qəbul olunmamalıdır. Onların ibtidai istintaq zamanı verdikləri ifadələri isə işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul olunmalıdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini X2 narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. 21 iyul 2021-ci il tarixdə saat 23 radələrində X1 şəhəri, M.Ağayev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində axtarış keçirilərkən beş bükümdə metamfetamin, beş bükümdə isə heroin aşkar edilərək götürülmüşdür. Ellada Qasımova şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Lənkəran şəhər sakini Oktay adlı şəxsdən hər bükümü 10 manata olmaqla ümumilikdə 100 manat qarşılığında almışdır. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ellada Qasımovanın narkotik vasitə və psixotrop maddələri satın aldığını bildirdiyi Lənkəran şəhər sakini Oktay adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxs Lənkəran şəhəri, M.Ağayev küçəsində yaşayan Təqsirləndirilən şəxsdur, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, həmçinin istifadə edir. Bundan sonra, 22 iyul 2021-ci il tarixdə saat 10:40 radələrində tərəflərindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Lənkəran şəhəri, M.Ağayev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman şalvarın sol yan cibindən altı bükümdə narkotik vasitə olan heroin və üç bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 22 iyul 2021-ci il tarixdə saat 11 radələrində rayon polis şöbəsinin qarşısından qardaşı Şahid7la birlikdə piyada hərəkətdə olan zaman tanımadığı polis əməkdaşı onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üstündə gəzdirməsində şübhəli olan bir nəfər şəxsin polis şöbəsinə gətirildiyini demişlər və həmin şəxsin üzərinə axtarış keçirilməsində onların hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər. Onlar razılıq verərək həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada məlum olmuşdur ki, üzərinə axtarış keçirilən şübhəli şəxs Lənkəran şəhər sakini Təqsirləndirilən şəxsdur və üzərinə axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən altı bükümdə, qəhvəyi rəngli, xüsusi iyə malik olan, baxış keçirən polis əməkdaşının deməsinə görə narkotik vasitə olan heroinə bənzər kütlə və üç bükümdə, ağ rəngli, kristal formada, baxış keçirən polis əməkdaşının deməsinə görə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 22 iyul 2020-ci il tarixli 19/669 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 6 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,232 qr: -0,212 qr: -0,194 qr: -0,207 qr -0,198 qr -0,188 qram; ümumi təmiz çəkisi: -1,231 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,268 qr: - 0,234 qr: -0,272 qr; ümumi təmiz çəkisi: -0,774 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 2 zərfdəki heroinlər və metamfetaminlər X3 məxsus heroinlər və metamfetaminlər ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 2 zərfdəki heroinlər və metamfetaminlər Şahid5 məxsus heroinlər və metamfetaminlər ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Tədqiqatdan sonrakı qalıq: heroin 1,051 qram, metamfetamin 0,684 qram təşkil edir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli 724 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-in yanında DSMF-nin təqdim etdiyi **********954 saylı arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 iyul 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, X2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan kombinezonun ön cibindən 5 ədəd bükümünün içində psixotrop maddə metafetaminə bənzər kütlə və 5 ədəd bükümdə isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. 5 ədəd bükümdə metafetaminə bənzər kütlənin çəkisi 1,81 qram, 5 ədəd bükümdə heroinə bənzər kütlənin çəkisi isə 1,34 qram olmuşdur. Şifahi sorğu zamanı X8 bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr ona məxsusdur, həmin kütlələri Lənkəran şəhər sakini Oktay adlı şəxsdən hər bükümə 10 manat verməklə ümumilikdə 100 manat verərək almışdır, psixotrop maddə və narkotik vasitələrdən istifadə edir. Əvvəllər də Oktay adlı şəxsdən narkotik vasitə almışdır. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd bükümünün içində psixotrop maddə metafetaminə bənzər kütlə və 2 ədəd bükümdə isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. 2 ədəd bükümdə metafetaminə bənzər kütlənin çəkisi 0,55 qram, 2 ədəd bükümdə heroinə bənzər kütlənin çəkisi isə 0,48 qram olmuşdur. Şifahi sorğu zamanı Şahid5 bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr ona məxsusdur, həmin kütlələri Lənkəran şəhər sakini Oktay adlı şəxsdən ümumilikdə 20 manat verərək almışdır, psixotrop maddə və narkotik vasitələrdən istifadə edir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 3 ədəd bükümünün içində psixotrop maddə metafetaminə bənzər kütlə və 6 ədəd bükümdə isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. 3 ədəd bükümdə metafetaminə bənzər kütlənin çəkisi 1,00 qram, 6 ədəd bükümdə heroinə bənzər kütlənin çəkisi isə 1,44 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr ona məxsus deyil, psixotrop maddə və narkotik vasitələrdən istifadə edir. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 08 sentyabr 2021ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 04 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 06 bükümdə, ümumi təmiz çəkisi 1,051 qram narkotik vasitə olan heroin və 03 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,684 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, saxlanılmasından ötrü Lənkəran rayon-şəhər polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, Şahid5 və X9 barələrində CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Həmçinin, Ellada Qasımova və Şahid5 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin ayrılmış iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlərin nəticəsi olaraq müəyyən edilmişdir ki, X8 və Şahid5 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əldə etmişlər. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 24 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X10 rayon məhkəməsinin 20 iyul 2009-cu il tarixli hökmünə əsasən azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 10 ay müddətə azadlıqdaan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 17 dekabr 2010-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X10 şəhəri, M.Ağayev küçəsi ev 16-da qeydiyyatda olmaqla tək yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “üzərində narkotik vasitələrin olmaması, polis əməkdaşları tərəfindən üzərinə yerləşdirilməsi, Ellada və Rahib adlı şəxslərə narkotik vasitə satmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotop maddələri satış məqsədi ilə qazanc əldə etmək üçün əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış və iş yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş olduğundan məcburi müalicə təyin olunmamalı, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 06 bükümdə, 1,051 qram narkotik vasitə olan heroin və 03 ədəd bükümdə 0,684 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 22 iyul 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkololi kabinetində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 06 bükümdə, 1,051 qram narkotik vasitə olan heroin və 03 ədəd bükümdə 0,684 qram psixotrop maddə metamfetamin məhv məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar