Məhkəmə qərarları › İş №1(099)-180/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-180/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-180/2023 14.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədirliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu, Əngəvül kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Yardımlı rayonu, Əngəvül kəndində qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonu, Qədimkənd kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2001-ci il tarixdə Yardımlı rayonu, Əngövül kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Əngəvül kəndində qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonu, Qədimkənd kəndində yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1994-cü il tarixdə Yardımlı rayonu, Əngövül kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan,əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Əngəvül kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 və əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 evlənmək üçün qaçırmaq məqsədilə 19 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Neftçala rayonu, Qədimkənd kəndində əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə çöl sahəsindən gələn Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yanında saxlayıb avtomobildən düşərək sonuncunun qolundan tutub ona burnun yumuşaq toxumasının, sağ bazunun orta 1/3-nin iç səthinin, sağ və sol dirsək, sağ bilək, sağ baldırın ön səthinin, sağ diz nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib məcbur avtomobilə əyləşdirmək istəyərkən onun hərəkətlərinin qarşısına almağa çalışan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kənara itələyib onlara fiziki ağrı yetirərək Zərərçəkmiş şəxs1 məcbur avtomobilə əyləşdirməklə avtomobil ilə oradan uzaqlaşaraq oğurlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən əvvəl Neftçala rayonu, Qədimkənd kənd sakini Göyçək adlı qızla nişanlanmış, sonradan Göyçək başqa şəxslə evlənmişdir. Göyçəkgilin evinə gedəndə qonşuluqda yaşayan Arzunu görmüş, ondan xoşu gəlmişdir. Bacısı Ayseldən xəbər göndərmişdir ki, Arzudan xoşu gəlir. Arzu isə onu bəyənmədiyini demişdir. Bundan sonra o, Arzunu qaçırıb evlənmək qərarına gəlmiş bu işdə ona köməklik etmək üçün əmisi oğlu Yurdsevərə və qardaşı Ağasiyə demişdir. 19 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Yurdsevər maşını kəndin içində Arzu, Ülkər və Vüsalənin yanında saxlamış, özü maşından düşüb Arzunun qolundan tutub məcburi maşının arxa oturacağına mindirmiş, Yurdsevər və Ağasi Ülkəri və Vüsaləni tutub kənara çəkmişlər ki, mane olmasınlar. Həmin vaxt nə o, nə qardaşı Ağasi, nə də ki, Yurdsevər heç kimi vurmamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zor tətbiq etməmişlər. Bundan sonra Yurdsevər maşını surətlə idarə edib hadisə yerindən uzaqlaşmışlar. Qardaşı Ağasi onlarla getməmişdir. X13 rayonu, Əngövül kəndində yaşayan dayısı Familin evinə aparmış, dayısı qızın zorla qaçırıldığını bildikdə qızı evlərinə aparmağı tapşırmışdır. Lakin, Familgildən çıxıb digər qohumu-Lerik rayonu, Murya kəndində yaşayan Vasifgilə getmişlər. Həmin günü gecə Vasifgildə qalmışlar. Arzu ilə ayrı-ayrı otaqlarda yatmışlar. 20 sentyabr 2022-ci il tarixdə axşam tərəfi qohumları Barat, atası Emilxan və dayısı Famil Vasifgilə gəlib Arzunu aparıb ailəsinə təhvil vermişlər. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslər Arzu, Ülkər və Vüsalə ilə barışmışdır. Valideynləri heç yerdə işləmir, qardaşı Ağasi ilə birlikdə müxtəlif yerlərdə fəhləliklə məşğul olub gündəlik çörəkpulu qazanıb ailələrini dolandırılar. Məhkəmədən ağır ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Hadisə vaxtı orada olmuşdur. Belə ki, Sultan ona Qədimkənd kəndində yaşayan Arzunu sevdiyini və onu qaçırmaq istədiyini demişdir. Sultanl ondan və əmisi oğlu Yurdsevərdən kömək istəmişdir. 19 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində kəndin içində qardaşı Sultan əmisi oğlu Yurdsevərin idarə etdiyi maşınla Arzunun qarşısında saxlayıb onu zorla maşına mindirib naməlum istiqamətə aparmışlar. Həmin vaxt Arzunun yanında olan bacısı Ülkəri və onların tanışları Vüsaləni əmisi oğlu Yurdsevərlə tutub saxlamışlar ki, mane olmasınlar. Arzunu qaçırdıqdan sonra özü piyada evə getmişdir. Hadisə vaxtı heç kimə qarşı zor tətbiq etməmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədən ağır ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sultan onun əmisi oğludur. Sultan ona demişdir ki, Neftçala rayonu Qədimkənd kəndində yaşayan Arzudan xoşu gəlir, onunla ailə qurmaq istəyir, buna görə də Arzunu qaçırmağa və bu barədə ondan və Ağasidən köməklik etmələrini xahiş etmişdir. Sultan əlavə olaraq bildirmişdir ki, Arzu onunla getməyə razıdır. Buna görə Sultana kömək etməyə razılaşmışdır. Həmin günü saat təxminən 19 radələrində Sultan öz avtomobili ilə onu iş yerindən götürüb kəndin içinə gəlmiş, kəndin içində Sultanla söhbət edən zaman Arzunun Ülkər və Vüsalə ilə gəldiyini görmüşlər. Maşını onların yanında saxlamış, Sultan maşından düşüb Arzunun qolundan tutub zorla avtomobilə mindirmiş, orada olan əmisi oğlu Ağasi və özü Arzunun yanında olan onun bacısı Ülkəri və Vüsaləni tutub saxlamışlar. Sonra avtomobilə əyləşib yüksək surətlə hadisə yerindən Sultanla uzaqlaşmışlar. Ağasi onlarla getməmişdir. Əvvəlcə Yardımlı rayonu, Əngəvül kəndində Sultanın dayısı Familin evinə getmişlər. Famil qızın məcburi qaçırıldığını bilib onları qəbul etməmişdir. Bundan sonra onlar Lerik rayonu, Murya kəndinə Sultanın digər qohumu olan Vasifin evinə getmişlər. Vasifgildə Sultan və Arzu ayrı otaqlarda yatmışlar. Səhərisi günü axşam tərəfi qohumları Barat, əmisi Emilxan və Famil Vasifin evinə gəlmişlər və Arzunu götürüb Neftçala rayonuna aparıb valideyinlərinə təhvil vermişlər. Hadisə vaxtı Arzunun yanında olan qızlara zor tətbiq etməmişlər. Hazırda zərərçəkmiş şəxslər Arzu, Ülkər və Vüsalə ilə barışmışdır. Ailəlidir, arvadı heç yerdə işləmir, himayəsində iki azyaşlı uşağı var, fəhləliklə məşğul olub gündəlik çörəkpulu qazanır, birtəhər ailəsini dolandırır. Əməlindən peşmandır. Bu halların məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Onların törətdikləri bu cinayət əməli özlərinin etirafedici ifadələri ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sultanın bacısı Aysel onun rəfiqəsi olmuşdur. Ayselin qardaşı Sultan onların qonşusu Göyçək ilə nişanlı olmuşdur. Sonradan Göyçək başqasına ərə getmişdir. Göyçəklə nişanları pozulduqdan sonra Sultan ondan xoşu gəlməsi barədə bacısı Aysel vasitəsi ilə xəbər göndərmiş, o da Sultanı istəmədiyini demişdir. 19 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində bacısı Ülkər və qonşusu Vüsalə ilə çölə böyürtkən yığmağa getmişlər. Evə qayıdan zaman Sultan maşını onların qarşısında saxlayıb maşından düşüb onun üstünə gəlmiş, onu qolundan dartaraq məcbur qaydada avtomobilə əyləşdirmiş və qapıları kilidləmişdir. Bu vaxt bacısı Ülkər və Vüsalə onu Sultanın əlindən almaq istəsələr də, bu mümkün olmamış və həmin vaxt orada olan Sultanın qardaşı Ağasi bacısı Ülkərin saçından tutub kənara çəkmiş və saxlamış, Vüsaləni də əli ilə kənara itələmişdir. Bundan sonra Yurdsevər avtomobili surətlə sürüb oradan uzaqlaşmışdır. Sultan əvvəl onu öz evlərinə aparmış, sonradan isə Yardımlı rayonunda hansısa kənddə yaşayan Sultanın dayısı Familgilə getmişlər. O, həmin vaxt avtomobildən düşməmiş, Famil onun məcburi qaçırıldığını bildikdə onu qəbul etməmiş, daha sonra Sultan onu Lerik rayonundakı hansısa kənddə yaşayan başqa bir qohumunun evinə aparmışdır. Həmin gecəni Sultanla ayrı–ayrı otaqlarda qalmışlar. Sultan ona heç nə etməmişdir. 20 sentyabr 2022-ci il tarixdə Barat adlı şəxs, Famil və Sultanın atası Emilxan həmin evə gəlib onu aparıb valideynlərinə təhvil vermişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Arzu onun doğma bacısıdır, Neftçala rayonu Qədimkənd kəndində valideynləri ilə birgə yaşayırlar. Sultan bacısı Arzu ilə ailə qurmaq istəməsi barədə xəbər göndərmiş, Arzu isə razı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində bacısı Arzu və qonşusu Vüsalə ilə birlikdə sahədən böyürtkən yığıb qayıdarkən qarşılarına piyada hərəkət edən Ağasi çıxmış, birdən Sultanın əmisi oğlu Yurdsevər idarə etdiyi avtomobili onların yanında saxlamış, Sultan və Yurdsevər avtomobildən dərhal düşüb Arzunun qollarından tutub zorla avtomobilə mindirmək istəyərkən Ağasi onun saçından tutub məcbur saxlamışdır ki, Arzunu qaçırsınlar. Həmçinin Vüsalə də Arzuya kömək etmək istədikdə Yurdsevər onun qolundan yapışıb kənara itələmişdir. Arzunu maşına mindirib qaçırmışlar. Bundan sonra o, evə gedərək bu barədə anası Minayəyə məlumat vermişdir. Bacısı Arzu səhərisi gün atası və qohumları tərəfindən evə qaytarılmışdır. Hadisə vaxtı heç bir xəsarət almamış, lakin fiziki ağrıya məruz qalmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı hər hansı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Qonşuları Zərərçəkmiş şəxs1 və Ülkər bacıları ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Arzu və bacısı Ülkər ilə sahədən böyürtkən yığıb qayıdarkən qarşılarına piyada hərəkət edən Ağasi çıxmışdır. Birdən Sultanın əmisi oğlu Yurdsevər avtomobillə onların qarşılarında saxlamış, Sultan və Yurdsevər avtomobildən düşüb Arzunun qollarından tutub zorla avtomobilə mindirmək istəyərkən Ağasi və Yurdsevər Ülkərin saçından tutub saxlamış, sonra onları qollarından tutub kənara itələmişlər. Ülkər avtomobilin qapısından tutub saxlamaq istəsə də, Yurdsevər sürətlə avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmışdır. Sultan Arzunu məcbur olaraq avtomobilə mindirib qaçırmışdır. Hadisə barədə Arzunun anası Minayəyə məlumat vermişdir. Hadisə vaxtı heç bir xəsarət almasa da, fiziki ağrı hiss etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı hər hansı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşı qızıdır. Sultan Arzu ilə ailə qurmaq istəmiş, bununla bağlı bir neçə dəfə xəbər göndərmişdir. Arzu isə Sultanı istəmədiyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evlərində olarkən evinin yaxınlığında küçədə qışqırıq səsi eşidb həyətə getdikdə digər qardaşı qızı Ülkər küçədən ona bacısı Arzunun Sultan, Yurdsevər və Ağasi tərəfindən qaçırıldığını demişdir. Ülkərin deməsinə görə, onlar çöldən böyürtkən yığmaqdan gələndə Sultan qardaşı Ağasi və əmisi oğlu Yurdsevərlə köməkləşib Arzunu avtomobilə mindirib oğurlamışlar. Bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Arzu onun doğma qızıdır. Sultan onların qonşuluğunda yaşayan Göyçəyin evinə gəlib gedəndə Arzunu görmüşdür. Göyçəklə nişanları pozulduqdan sonra Sultan təxminən 2022-ci ilin may ayında Arzudan xoşu gəlməsi barədə xəbər göndərmişdir. Arzu da qəti olaraq Sultanı istəmədiyini demişdir. 19 sentyabr 2022-ci il tarixdə pambıq yığıb evə qayıdarkən qızı Ülkər həyəcanlı halda evə gələrək kəndarası yolda Sultan Ağasi və Yurdsevər tərəfindən Arzunun məcbur olaraq avtomobilə mindirildiyini və qaçırıldığını demişdir. Eşitmişdir ki, qızı Ülkər və qonşusu Vüsalə Arzunun qaçırılmasının qarşısını almaq istəsələr də, onlar qızlara zor tətbiq edərək oradan uzaqlaşmışlar. X10 saçından tutub sürüklədiyini eşitmişdir. Daha sonra qaynı Samir DİN-in 102 xidmətinə məlumat vermiş, özü də Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Səhərisi günü qızı Arzu Sultanın qohumları tərəfindən evinə qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sultan onun doğma bacısı oğludur. Sultan 19 sentyabr 2022-ci il tarixdə əmisi oğlu Yurdsevərin idarə etdiyi avtomobillə evlənmək məqsədilə qaçırdığı Arzu adlı qızla onlara gəlmişdir. Arzunun zorla qaçırıldığını və Sultanla ailə qurmaq istəmədiyini bildikdən sonra o, Sultan və Yurdsevərə demişdir ki, qızı təcili evlərinə aparıb valideynlərinə qaytarsınlar. Onun sözündən sonra Sultangil onlardan çıxıb getmişlər. Sonradan eşitmişdir ki, Sultangil Lerik rayonu Murya kəndində yaşayan başqa qohumunun evinə getmişdir. Sultanın atası Emilxan və qohumu Baratla Murya kəndinə yollanmışlar.Səhərisi günü oradan Arzunu götürüb öz valideynlərinə təhvil vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir, Lerik rayonu Murya kəndində yaşayır, Təqsirləndirilən şəxs1 onun qohumudur. 20 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Sultan onu həyətlərindən çağırdığı üçün bayıra çıxmış, Sultan əmisi oğlu Yurdsevər və adının sonradan Arzu olduğunu bildiyi qızla gəlmişdir. Sultan ona Arzunu evlənmək üçün qaçırdığını demişdir. O, Sultana qızın istəyi yoxdursa evlərinə aparmalı olduğunu bildirmişdir. Həmin günü Sultan və yanında gələn şəxslər onlarda qalmışlar. Səhəri Sultanın atası Emilxan Barat adlı şəxslə onlara gəlib Arzunu götürüb Neftçala rayonu, Qədimkənd kəndinə aparıb valideynlərinə təhvil vermişlər. Yurdsevər isə Sultanın avtomobili ilə Yardımlı rayonu, Əngəvül kəndinə öz evinə getmişdir. Onun evində qaldıqları müddətdə Sultan və Arzu arasında hər hansı mübahisə olmamışdır. Gecə Arzu və Sultan ayrı otaqlarda qalmışlar. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burnun yumuşaq toxumasının, sağ bazunun orta 1/3nin iç səthinin, sağ və sol dirsək, sağ bilək, sağ baldırın ön səthinin, sağ diz nahiyələrinin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə zorla maşına mindirilmə nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 210 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-hər iki əlin arxa nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən cırmaqlama nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan “Yardımlı RMX” X15 xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X9 və X1 MRX-da narkoloji və psixonevroloji xəstəliklə dispanser qeydiyyatında durmurlar. İş materiallarında olan Neftçala rayonu, İHB-nin Aşağı Qaramanlı İƏDÜN-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 970 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Vəliyev X7 rayonu, Qədimkənd kəndində yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. İş materiallarında olan Neftçala rayonu, İHB-nin Aşağı Qaramanlı İƏDÜN-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 971 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Vəlizadə X8 rayonu, Qədimkənd kəndində yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. İş materiallarında olan Yardımlı rayonu, İHB-nin Horavar İƏDÜN-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 137 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Vəlizadə X3 rayonu, Əngəvül kəndində qeydiyyatda olmaqla orada yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi arvadı İradə Məmilidən və azyaşlı övladları- xx.xx.2017-ci il təvəllüdlü qızı Aygün və xx.xx.2018-ci il təvəllüdlü oğlu Davuddan ibarətdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 öz müdafiələri üçün heç bir mötəbər dəlil göstərməmişlər. Lakin, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs2 saçından dartmadığını, heç kimə qarşı zor tətbiq etmədiyini göstərmişdir. Eyni zamanda, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələrində Zərərçəkmiş şəxs1 oğurlanması zamanı Təqsirləndirilən şəxs2 heç kimə qarşı zor tətbiq etmədiyini göstərmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs1 ifadəsinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, doğma qardaşı Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi ilə uydurulmuş, sonuncunu cinayət məsuliyyətindən yayındırmağa cəhd etmə və işin faktiki halları ilə təkzib olunan xüsusat kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ifadəsinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, doğma əmisi oğlu Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi ilə uydurulmuş, sonuncunu cinayət məsuliyyətindən yayındırmağa cəhd etmə və işin faktiki halları ilə təkzib olunan xüsusat kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 hadisə zamanı zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zor tətbiq etməsi iş materialları ilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı zor tətbiq edilməmələrinə dair göstərdikləri xüsusatı iş üzrə ittihamın qanuni və əsaslı həlli üçün sübut kimi qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxslərin etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, məhkəmə-tibbi ekspertizasının rəylərini və digər sənədləri təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirir. Beləliklə də, təkzibolunmaz sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxslər - Sultan Vəlizadə və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 oğlurlamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 barışıq əldə etməsini, sonuncuların ona qarşı hər hansı bir şikayətlərinin və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs1 ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı hər hansı bir şikayətlərinin və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs2 ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onların məcmusunu müstəsna hal hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxs Yudsevər Vəlizadənin zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı hər hansı bir şikayətlərinin və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını və əməlindən peşman olmasını CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Neftçala rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Neftçala Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. 31 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Neftçala Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3-cü maddəsilə ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş, onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3 -cü maddələri ilə təqsirli bilinərək, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı, onlar cəzalarını çəkməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunmasına əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi, cinayətkarlıqla mübarizə və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunmasına və yenidən tərbiyə olunmasına kömək göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirləndirilən şəxsin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzaların onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcbur olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı halar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiqinin əsası kimi nəzərdə tutulmuş cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar Təqsirləndirilən şəxs1 şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı bir şikayətlərinin və tələblərinin olmadığını, ibtidai araşdırma mərhələsindən cinayət əməlini səmimi etiraf etməklə onun sübuta yetirilməsinə kömək etməsini, habelə zərərçəkmiş şəxsin azad olunması üçün qohumlarının təkidinə və təzyiqlərinə heç bir maneə törətməməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların məcmusunu müstəsna halların kimi qiymətləndirərək Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Sultan Vəlizadəyə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddən də az azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın məqsədinə nail olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlancığı 21 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar Təqsirləndirilən şəxs2 şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunmalıdır. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, gəncliyini, baş vermiş cinayətdə rolunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, hal hazırda ictimai təhlükəli olmamasını, cəzasını yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların olmamasını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ailəli və himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, baş vermiş cinayətdə rolunu, ibtidai araşdırma mərhələsindən cinayət əməlini səmimi etiraf etməklə onun sübuta yetirilməsinə kömək etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, törətdiyi əməli səmimi etiraf etməsini, hal hazırda ictimai təhlükəli olmamasını cəzasını yüngülləşdirən halların məcmusunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilməklə həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirənin təyin edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə həmin cəzanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti məhkum etmə hesab edilsin və üzərində 3 (üç) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti məhkum etmə hesab edilsin və üzərində 3 (üç) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək kimi vəzifəsi qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar