Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-180/2024 29.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olan, evli, işləməyən, Zəngilan rayonunun Mincivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Daş bazarı ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 240.2.1, 206.3.2, 234.4.1, 234.4.3, 29,206.3.1 və 29,206.3.2-ci maddələri ilə xx xxxx 1984-cü ildə Zəngilan rayonunun Həkəri dayanacağı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Zəngilan rayonunun Hacallı ərazi dairəsi, Həkəri qəsəbəsi qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.2.1, 206.3.2, 234.4.1, 234.4.3, 29,206.3.1 və 29,206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 təxminən 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən, Binəqədi gölünün ərazisində mis-aliminium yığarkən tapdığı elektrik şitinin içərisindəki dörd ədəd şüşə borucuqda, təmiz çəkiləri 21,196 qram, 28,256 qram, 35,121 qram və 26,72 qram, ümumi halda təmiz çəkisi 111,293 qramdan ibarət zəhərli maddə olan civə elementini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra, daşıyaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi tanışı digər Təqsirləndirilən şəxs2 Cərayıl oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus ünvanında yerləşən fərdi yaşayış evində, evin giriş qapısından sol tərəfdə yerləşən dolabın üstündə gizlədərək saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 cinayətkar əməllərini davam etdirərək, Təqsirləndirilən şəxs2, İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınması, eyni zamanda içərisində civə elementi olan borucuqlardan bir ədədinin 45000 manat pul müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından İİR-ə keçirilməsi barədə qabaqcadan əldə etdikləri razılaşmaya əsasən, İİR-də olan digər şəxs külli miqdarda narkotik vasitələr olan, təmiz halda çəkiləri 21547 qram qurudulmuş marixuananı və 290 ədəd həb şəklində təsir maddəsinin miqdarı 11,6 qram metadonu İİR-də qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Biləsuvar rayonunun ərazisində 6-cı sərhəd zastavasının 11-ci sahəsində, avtomobil yolunun kənarında gizlətmiş, bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, o, 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə təmiz halda çəkisi 21196 qram zəhərli maddə olan civə elementini Bakı şəhərindən Biləsuvar rayonuna aparmış, cinayətkar qrupun üzvlərinin gizlətdikləri, külli miqdarda narkotik vasitələr olan, təmiz halda çəkiləri 21547 qram qurudulmuş marixuananı və 290 ədəd həb şəklində təsir maddəsinin miqdarı 11,6 qram metadonu gizlədildiyi yerdən həmin gün, saat 05:30 radələrində satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra, təmiz halda çəkisi 21,196 qram zəhərli maddə olan civə elementinin əldə edilməsi, saxlanılması, daşınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Biləsuvar rayonunun ərazisində yerləşən 6-cı sərhəd zastavasının 11-ci sahəsindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə İİR-ə keçirilməsi məqsədilə həmin yerdə gizlətmiş, bundan sonra qeyd edilən külli miqdarda narkotik vasitələri daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış, içərisində külli miqdarda narkotik vasitələr, təmiz halda çəkiləri 21547 qram qurudulmuş marixuana və 290 ədəd həb şəklində təsir maddəsinin miqdarı 11,6 qram metadon olan bağlama Təqsirləndirilən şəxs1 əlində, 21,196 qram zəhərli maddə olan civə elementi isə gizlətdikləri yerdə aşkar edilərək götürülmüş, bununla da 21,196 qram zəhərli maddə olan civə elementini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından İİR-ə keçirilməsi ilə bağlı cinayət əməlini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həmin cinayəti törətməyə cəhd etmişlər. Bundan sonra, 18 yanvar 2023cü il tarixdə Təqsirləndirilən şəxs2 Cərayıl oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpus ünvanında yerləşən fərdi yaşayış evində axtarış keçirilən zaman evin giriş qapısından sol tərəfdə yerləşən dolabın üstündə iki ədəd uc hissəsinə kəndirlə bərkidilmiş şüşə borucuğun içərisində təmiz çəkisi 28,256 qram, 35,121 qram, bir ədəd birdəfəlik şprisdə təmiz çəkisi 26,72 qram, ümumi təmiz çəkisi 90,097 qram olan zəhərli maddə olan civə elementi aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi özünü təqsirli bilib, CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 29,206.3.1 və 29,206.3.2-ci maddələrində nəzərdə tutulan ittihamlarda özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, o özünü irəli sürülmüş ittihamın civəyə dair hissəsi ilə əlaqədar təqsirli bilir, boynuna alır ki, onda civə olubdur, onu Binəqədi gölündə mis-aliminium yığarkən tapmışdır. Civənin çəkisini bilməmiş, dörd ədəd şüşə qabda olmuşdur. Həmin civəni saxlanılmamışdan təxminən bir həftə-on gün qabaq tapmışdır. Civəni tapandan sonra Elvinin evinin girişindəki dolabın arxasında civəni gizlətmişdir. Civəni tapdığından iki gün sonra Elvinin xəbəri olmuşdur. Civəni tapandan iki gün sonra iranlıyla whatsapp vasitəsilə yazışıb, ona demiş ki, belə bir şey var tapmışdır. Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman orada Gəncədən olan tanış olduğu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs ona əvvəllər tanımadığı iranlının nömrəsini verib demişdir ki, azadlığa çıxan kimi ona zəng edib desin ki, onun tanışları ucbatından tutulub, onun malını yeməmişdir. Mal qoyanı yandırıb onu. İranlının nömrəsi bu formada onda olmuşdur. Özü də çıxandan sonra iranlıya zəng edib ona deyilənləri demişdir. Bundan sonra bir-iki dəfə iranlı ona iş görməyi təklif etmişdir, lakin bu işin onluq olmadığını, bu işlərdən uzaq olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs2la isə bir qardaş kimi ailəvi gediş-gəlişləri olub. Evində problem olduğu üçün təxminən 3-4 gün Elvingildə qalmışdır, 16 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Elvingilin məhəlləsinə getmişdir. Ondan bir gün qabaq ona İmişli rayonuna getmək üçün zəng etmişlər, amma getməmiş, demiş ki, “yox, qardaş, mən gəlmirəm”. Sabahısı gün ona demiş ki, bəs “gəl, camaata söz vermişəm, civəni gətir”. İranlı ona bir-neçə dəfə də belə bir şeylər təklif etmiş ki, ev tutaq, o mal göndərsin, özüdə yerbəyer etsin. Lakin onunla razılaşmamışdır. İranlının adı Ramiz olub. Ona civənin şəklini çəkib atmağını demiş, özü isə atmışdır. Sonra isə demiş ki, “şprisə çək qoy qaba yanına sarımsaq qoy, qaçsa deməli civədi”. O isə eləməmiş, demiş bu vaxt sarımsağı hardan tapsın. Sonra isə demiş ki, “şprisə çək tök qaba, bıçaqla böl şəklin at, həmin maye aralanıb yenidən birləşsə deməli civədir”, özü isə dediklərin eləmişdir. Elə həmin vaxt da Elvinin civədən xəbəri olmuşdur. Ramiz adlı iranlının dediklərin edəndən sonra, təklif etmiş ki, “göndər gəlsin, mən laboratoriyada yoxladım, yaxşı olsa min manat verəcəm işləyək”. Şəkilləri özünə məxsus telefonla iranlıya göndərib. İranlı onu əvvəlcə İmişliyə göndərib, özü isə demiş ki, pulu yoxdu, iranlı demiş ki, “otur taksiyə gəl, mən pul verəcəm”. Özü Elvindən həmin vaxt 100 manat borca pul almış onunla birlikdə getmiş ki, iranlı karta pul göndərəcək, o da Elvinin borcunu qaytaracaq. Elvinə həmin vaxt demiş ki, “birlikdə gedək Biləsuvara orada yeyibiçək, mənə pul vuracaqlar, əmənat var onu qoyacam”, yoldan araq-pivə də almış ki, Elvin aldansın. Civəni iranlı deyən yerə qoyacaqmış ki, o götürsün ordan. Civəni tutulduğu yerə, yəni konum göndərilən yerə qoyacaqmış. Tutulduğu yerlə konum olan yerə çatdıqda, iranlıya yazmış ki, civəni hara qoysun, o isə şəkil atmış ki, qoy narkotikin yanına, həmin yer yoldan beş metr aralı traktorun arxa təkərinin yanı olmuş, civəni aparıb ora qoyanda meşoku görmüş, civəni qoymadan geri qayıtmış, dərhal da çıxıb onu saxlamışlar. Civə əlində tutulmuş, ordakı narkotikə əl vurmamışdır. İranlı ona civəni qoyub, narkotik götürəsən sözün deməyib. O da Elvinlə yoldaşlı Biləsuvara getmişdir. Elvin onun Biləsuvara civə apardığını bilməyib. Gəlmişlər Biləsuvara, Biləsuvar yazılan sözün yanında maşını saxlatmış Elvin şəklini çəkmiş, sonra yolun kənarında saxlamışlar, çay içmək üçün bir çayxanada dayanmışlar. Gecə saat 3-4 olarmış, onlar təxminən 2 saata yaxın çayxanada oturmuşlar, iranlı Ramizlə çayxanada olarkən yazışmışdır. Həmin vaxt iranlı pul atmalıymış, lakin atmamış, özü isə əsəbləşmişdir. Çayxanada olarkən iranlı Ramiz ona bir şəkil göndərmişdir. Saat 3 radələrində Elvin və taksi sürücüsü ilə birlikdə çayxanadan çıxmışlar. Telefonu yaxşı işləmədiyinə görə konumdan istifadə edə bilməmiş, bunun üçün həmin konumu Elvinin telefonuna göndərmiş, lakin Elvinin də mobil interneti yaxşı tutmadığına görə Elvinin telefonunda da konumdan istifadə etmək alınmamışdır. Bundan sonra məcbur qalıb həmin konumu taksi sürücüsünə göndərmiş və sonuncunun telefonunda konum açdıqdan sonra həmin konum üzrə hərəkət etməyə başlamışlar. Öz telefonlarından istifadə edib getdikləri yer onları "Azpetrol"un yanındakı otelə aparıb çıxarmışdı, özü maşından düşüb və həmin konum üzrə hərəkət etmişdir. Lakin həmin yerin səhv olduğunu anlayıb geriyə - avtomobilə qayıtmışdır. Bundan sonra məcbur qalıb həmin konumu taksi sürücüsü Vüsaldan xahiş edib onun telefonuna göndərmiş və sonuncunun telefonunda konum açdıqdan sonra həmin konum üzrə hərəkət etməyə başlamışlar. Ramiz ona yerin şəklini atdığına görə həmin yerə çatdıqda oranı tanımışdır. Doğrudur, narkotik vasitəni görmüş, lakin ona heç yaxın durmamış, buna Allah şahiddir, sadəcə görmüş ki, bir kisədir. Civəni də ora qoymamışdır. Narkotik olan kisə yoldan 5-6 metr kənarda olub. O, kisəyə 4-5 metr qalmış yaxınlaşmış, böyük kisəni görmüşdür. Bundan sonra hərəsi bir yandan olmaqla DSX əməkdaşları çıxmış, onları saxlamışlar. Özü heç narkotik vasitənin rəngini bilməmiş, ekspertlər göndərilsin, narkotikdə əl izinin olubolmadığını yoxlasınlar. Özü sadəcə civəni oraya qoyub, pulunu alıb, geri qayıdacaqmış. O, Ramizə 200-300 manat pul göndərməsini demişdir ki, geri qayıda bilsin. Ona hərbiçilər demişlər kisəni götür, beləliklə iştirakları ilə kisə götürülmüş, izahatını almışlar. Özünü döymüşlər, hədələmişlər. Zastavada döyülmüşlər, komandir demişdir ki, “salın padvala, nalayiq hərəkətlər edin, boynuna alsın”. Elvin hadisə yerində maşından düşməmişdir. Elvinin ona yazdığı smslə bağlı bildirir ki, onun yanında taksi sürücüsü oturmuş, Elvin ondan uzaq oturmuş, hansı səbəbdən əsəbi olduğunu soruşmaq üçün Elvin yazmış ki, “nə oldu?”. Həmin vaxt pulu iranlı göndərmədiyindən, telefonu əsəbləşib stolun üstünə vurmuş, ona görə də Elvin ona yazmışdır. Öz telefonunun seti olmadığından Elvinin telefonundan şəkil atmışdır. Elvinin telefonuna meşokun şəklin özü atmışdır. Telefonların hər ikisi isə özünün olub, Elvingildə qalıb, Elvinin telefonu olmayıb. Boynunun arxası şişmiş, onları bərk döymüşdülər. “Bu boyda temanı neyniyəcəyik?” sözlərini iranlıya yazmışdır. Özünü isə çox döyüb, hədələmişlər, ailəsini söymüşlər. Hadisələr belə olmuşdur. Elvinin hadisə vaxtı mobil telefonu olmamış, hər iki telefon özünə məxsus olmuşdur. Yolda isə Elvin həmin telefonla canlı oyun oynamışdır. Özünü civəylə bağlı hissədə təqsirli bilir, lakin narkotikin ona aidiyyəti yoxdur, o hissədə təqsirli deyil. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində bildirmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman orada tanış olduğu, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Rüstəm adlı şəxs ona əvvəllər tanımadığı iranlı Ramiz adlı şəxsin nömrəsini verib demişdir ki, azadlığa çıxan kimi ona zəng edib desin ki, onun tanışları ucbatından tutulub. O, 2023cü ilin yanvar ayının 10-u öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadə etməklə "WhatsApp" tətbiqi vasitəsilə iranlı Ramizin istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və sonuncuya Rüstəmin dediklərini çatdırmışdır. Ramiz ona demişdir ki, Rüstəm yalan danışır və Rüstəmin qardaşı Elxan onun 8 kiloqramlıq narkotik vasitəsini mənimsəmişdir. O, Elxanı tanımır və nə işlə məşğul olduğunu bilmir. 2022-ci ilin ilin dekabr ayının sonları, təxminən 29-30-u o, Binəqədi gölündə mis-aliminium yığarkən uzunluğu, eni və hündürlüyü 30*40*10 sm olan 1 ədəd, qara rəngli, dəmir elektrik şiti tapmış, onun qapağını açdıqda orada 2 ədəd sınmış vəziyyətdə avtomatların olduğunu, həmin avtomatların altında list aliminium, listi qaldırdıqda isə orada 4 ədəd şüşə qabın içərisində metallik rəngli mayelərin olduğunu görmüşdür. O, əvvəlcə onların nə olduğunu bilməmiş, lakin onları özü ilə götürmüşdür. O, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2gildə olarkən sonuncuya belə bir maye tapdığını demiş, sonuncu da həmin mayeyə baxıb nə olduğunu bilməmişdir. O, bu barədə Elvindən başqa heç kəsə heç nə deməmişdir. Buna qədər iranlı Ramiz ona bir-iki dəfə göndərəcəyi narkotik vasitəni götürməsini və satışını həyata keçirməsini təklif etmiş, lakin o, əvvəl-əvvəl sonuncunun bu təklifini rədd etmişdir. Yanvar ayının 13-də o, iranlı Ramizə zəng edib civəyə bənzər maddə tapdığını demiş, Ramiz də ona həmin mayeni nəlbəkidə salfetkaya töküb bıçaqla aralamasını tapşırmış və əlavə etmişdir ki, həmin maye aralanıb yenidən birləşsə deməli həmin maye həqiqətən də civədir. O, Elvinlə birlikdə Ramizin dediyi kimi etmiş, daha doğrusu Ramizin dediyini Elvin etmiş, o isə bunun videosunu çəkərək iranlı Ramizə göndərmişdir. Sonra Ramiz ona həmin mayenin yanına sarımsaq qoymağı, əgər həmin maye sarımsaqdan uzaqlaşsa "biz istəyəndi" sözlərini demişdir. O, sarımsağı mayenin yanına qoymuş, lakin maye uzaqlaşmamışdır. Buna baxmayaraq Ramizə yalandan demişdir ki, evdə sarımsaq yoxdur. Ramiz ona həmin mayeni laboratoriyada yoxlatmaq üçün İrana göndərməsini ona tapşırmış və demişdir ki, Biləsuvar rayonunda onun dediyi yerə qoysun. Ramiz ona demişdir ki, civəni sonuncuya çatdırsa ona 1000 manat pul göndərəcək, laboratoriyada yoxlatdırdıqdan sonra həmin maye istədiyi kimi çıxsa həmin mayenin bir bankasına 45000 manat pul verəcəkdir. O, bu məqsədlə 16 yanvar 2023-cü il tarixdə Elvinə zəng edib demişdir ki, onunla yoldaşlı Biləsuvara gedib-gəlsin. Elvin əvvəlcə onunla razılaşmamış və yorğun olduğunu demişdir. Lakin o, Elvinə onda bir əmanət olduğunu demiş və həmin əmanəti verib qayıdacayığını bildirmiş, lakin əmanətin nə olduğunu Elvinə deməmişdir. Elvin onda civə olduğunu bilsə də Biləsuvara civə apardığını bilməmişdir. Elvinə demişdir ki, qayıdan zaman ona pul göndəriləcək, həmin pulla qonaqlıq verəcəkdir. Bundan sonra Elvin onunla razılaşmışdır. O, ailəsində olan problemlərlə əlaqədar təxminən 3-4 gün Elvingildə qalmış, 16 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Elvingilin məhəlləsinə getmişdir. O, *2111 nömrəsinə zəng edərək Biləsuvar rayonuna taksi sifariş etmiş, lakin iranlı Ramizə demişdir ki, onun gedib-gəlməyə pulu yoxdur. Ramiz ona taksi ilə gəlməsini, yolda olarkən 1000 manatı göndərəcəyini demişdir. O, Ramizə 1000 manat olmasa da, 300-400 manat göndərməsini Ramizə demişdir ki, yol xərclərini qarşılaya bilsin. Ramiz ona narahat olmamasını və yola çıxıb gəlməsini bildirmişdir. Taksi sürücüsü onunla əlaqə saxlamış və onları Elvingilin məhəlləsinə avtomobil yuma məntəqəsinin qarşısından götürməsini demişdir. Çox keçməmiş taksi sürücüsü "Toyota Prius" markalı avtomobillə əvvəlcə onu, bir neçə dəqiqə sonra Elvini götürmüş və onlar yola düşmüşlər. Yola yenicə çıxan zaman iranlı Ramiz ona zəng edərək yoldan sonuncu üçün araq və pivə almasını xahiş etmişdir. O, taksi sürücüsünə araq və pivə almaq üçün marketdə saxlamasını bildirmişdir. Taksi sürücüsü ona həmin içkiləri ucuz ala biləcəyi, yolun üstündə olan "Xəzər" marketin qarşısında saxlamış və o, avtomobildən düşüb 3 ədəd araq, 2 ədəd pivə, özləri üçün su, siqaret və uzaq yol getdikləri üçün birbirinə dəyib sınmasın deyə içkiləri bağlamaq üçün 1 ədəd yapışqanlı lent (skoç) almış, eyni zamanda həmin civəni də içkilərə yapışqalı lentlə bağlamışdır. Bunları belə etməsini ona Ramiz demişdir. Onun Elvini özü ilə aparmaq fikri olmamış, sadəcə olaraq ona bank kartı lazım olmuşdur ki, iranlı Ramiz pulu həmin hesaba göndərsin. Onun da kartı olmadığı üçün Elvindən xahiş etmişdir ki, sonuncu arvadının kartını götürsün, Ramiz də pulu həmin karta göndərsin. Yolda olarkən o, Ramizlə telefonla danışmış, Ramiz ondan harada olduğunu soruşmuş və konum (location) göndərməsini demişdir. Onun telefonundan konum göndərmək mümkün olmadığı üçün o, Elvinin telefonundan istifadə etməklə Ramizə konum göndərmişdir. Elvin iranlı Ramizi tanımamış, ümumiyyətlə Elvin onun hansı məqsədlə həmin əraziyə getdiyini, civə apardığını, narkotik vasitə götürəcəyini bilməmiş və o, saxlanılana qədər də Elvinin məlumatı olmamışdır. Elvinin tək bildiyi onda civənin olması olmuşdur. 17 yanvar 2023-cü il tarixdə, saat 1 radələrində onlar Biləsuvar rayonuna çatmış və çay içmək üçün bir çayxanada dayanmışlar. Həmin çayxana Biləsuvar şəhərinin mərkəzində İcra Hakimiyyətinin yanında yerləşmişdir. Onlar təxminən 2 saata yaxın çayxanada oturmuş, iranlı Ramizlə çayxanada olarkən yazışmış və sonuncuya tez bir zamanda pulu göndərməsini demişdir ki, civəni yerinə qoyub Bakı şəhərinə qayıtsın. Ramiz demişdir ki, pulu Azərbaycanda olan tanışları vasitəsilə göndərəcək. O, taksi sürücüsünə hələ Bakıda olarkən demişdir ki, ola bilsin işləri bir qədər uzansın. Ona görə də narahat olmasın, əlavə hörmətini edəcəkdir. Çayxanada olarkən iranlı Ramiz ona bir şəkil göndərmiş, o həmin şəkildə traktorun təkərinə söykədilmiş 1 ədəd göy rəngli bağlama görmüş, bunun nə olduğunu Ramizdən soruşanda sonuncu cavabında həmin bağlamanın içərisində narkotik vasitə marixuana və metadon həblərinin olduğunu bildirmişdir. Ramiz ona içərisində narkotik vasitə olan həmin bağlamanı İrandan qaçaq yolla öz adamları vasitəsilə keçirdiyini demiş və ona konum ataraq həmin bağlamanı oradan götürməsini, civəni və Bakı şəhərindən aldığı içkiləri oraya qoymasını demişdir. Həmin işin müqabilində onlar konkret olaraq məbləğ danışmamış, lakin ilk dəfə Ramiz ona bu işi təklif edəndə ona sonuncunun kuryeri olmasını və hər dəfə narkotik vasitəni bir yerdən başqa yerə aparıb qoyması müqabilində ona 500 manat pul verəcəyini bildirmişdir. O, əvvəllər bu işdə Ramizə razılıq bildirməmiş, lakin bu dəfə sonuncunun bu təklifi ilə razılaşmış və saat 3 radələrində Elvin və adını sonradan öyrəndiyi taksi sürücüsü Vüsal adlı şəxslə birlikdə çayxanadan çıxmışdır. Onun telefonu yaxşı işləmədiyinə, enerji saxlamadığına görə konumdan istifadə edə bilməmiş, bunun üçün həmin konumu Elvinin telefonuna göndərmiş, lakin Elvinin də mobil interneti yaxşı tutmadığına görə Elvinin telefonunda da konumdan istifadə etmək alınmamışdır. Onların telefonlardan istifadə edib getdikləri yer onları "Azpetrol"un yanındakı otelə aparıb çıxarmış, o Elvinə və taksi sürücüsünə demədiyi civəni və Bakıdan aldığı içkiləri götürüb maşından düşmüş və həmin konum üzrə hərəkət etmişdir. Lakin həmin yerin səhv olduğunu anlayıb geriyə - avtomobilə qayıtmışdır. Bundan sonra məcbur qalıb həmin konumu taksi sürücüsü Vüsaldan xahiş edib onun telefonuna göndərmiş və sonuncunun telefonunda konum açdıqdan sonra həmin konum üzrə hərəkət etməyə başlamışlar. Vüsal onlara bu konumun təxminən 15 km aralını göstərdiyini bildirmiş, təxminən 20 dəqiqə yol qət etdikdən sonra düz əsas asfalt yolun üstündə, sol tərəfdə qarşılarına qumyığan traktor çıxmış və o Ramizin göndərdiyi şəklin həmin traktor olduğunu görüb tanımış və Vüsala avtomobili saxlamasını demişdir. O, yenə özü ilə gətirdiyi civəni və içkiləri götürüb avtomobildən düşmüş və Vüsalla Elvinə demişdir ki, irəlidən dönüb geriyə qayıtsınlar. Avtomobildən düşdükdən sonra trakrotun yanına yaxınlaşmış, traktorun arxa tərəfinə keçib həmin bağlamanı görmüş, ona yaxınlaşmış, əlindəki içkiləri və civəni yerə qoymuş, sonra içərisində narkotik vasitələr olan bağlamanı götürmüş və oradan uzaqlaşıb avtomobilə tərəf getmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Bundan sonra DSX əməkdaşları Elvin və Vüsalı saxlamışlar. Onun əlindəki bağlamaya baxılmış və orada narkotik vasitələrin olduğu məlum olmuşdur. Sonra əraziyə baxış keçirilmiş və onun Bakı şəhərindən gətirdiyi bağlama ərazidən tapılmışdır. O, həmin bağlamanın ona məxsus olduğunu demiş, sonra onlar bağlamalarla birlikdə hərbi hissəyə aparılmış, hərbi hissədə bağlamaların hər biri açılmış, hal şahidlərinin iştirakları ilə içərisinə baxış keçirilən zaman oradan narkotik vasitə olan marixuana və metadon həbləri, həmçinin onun apardığı bağlamının içərisindən özü ilə apardığı civə və 2 ədəd 1 litrlik, 1 ədəd yarım litrlik araqlar və 2 ədəd pivə aşkar olunaraq götürülmüş, müvafiq qaydada qablaşdırılmış, möhürlənmişdir. Onlara hüquq və vəzifələri izah edilmiş, inzibati qaydada tutulmuş və üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlardan mobil telefonları və şəxsi əşyaları götürülmüş, müvafiq qaydada qablaşdırılmışdır. Sonda baxışların keçirilməsi barədə protokol tərtib edilmiş və onlar hər bir hərəkətin düzgün olduğuna əmin olduqdan sonra protokolları öz imzaları ilə təsdiq etmişlər. O, narkotik vasitə istifadə etməmiş, təxminən 2-3 il bundan əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, hazırda isə heç bir narkotik vasitə istifadə etməmişdir. Onlar həmin civəni Elvingildə qaldığı müddətdə, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində Elvinlə birlikdə evin girişində masanın üstündə nəlbəkinin üzərinə salfetka qoyaraq həmin 4 ədəd şüşədən birini qıraraq açmış və şprislə çəkərək salfetkanın üzərinə bir damcı tökmüşlər. Bundan sonra damcını tikintidə istifadə edilən ülgüclə (rezak) bölmüş, həmin maddə isə bölünən kimi yenidən birləşmişdir. O isə bunu öz telefonundan istifadə etməklə videoya çəkmiş, həmin vaxt Elvinin arvadı və uşaqları onların yanında olmamış, ümumiyyətlə, Elvin və ondan başqa orada heç kəs olmamış və buna şahidlik etməmişdir. Onlar civəni Ramizin dediyi kimi etdikdən sonra Elvin evdən çıxıb həyətdəki tualetə getmiş, o, həmin vaxt qeyd olunan maddəni evin girişindəki dolabın üstünə, axtarış zamanı könüllü olaraq götürüb istintaqa təqdim etdiyi yerdə gizlətmiş, bundan Elvinin xəbəri olmamışdır. İranlı Ramiz ona həmin videoçəkilişi edib sonuncuya göndərməsini tapşırmışdır. Saxlanıldığı zaman ondan götürülmüş və axtarış zamanı evdən götürülmüş civənin mövcudluğu barədə ondan, Təqsirləndirilən şəxs2 və Ramizdən başqa heç kəsin məlumatı olmamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 elan olunmuş ifadələrini təsdiq etmədiyini, ona fiziki təzyiqlər edildiyini, müstəntiqin ona təzyiqlər etdiyini, Elvinin civəni aparmasından xəbəri olmadığını, narkotikin götürülməsi ilə bağlı iranlı ilə əvvəlcədən razılığının olmadığını, hadisə yerinə çatanda narkotikin şəklinin iranlı tərəfindən göndərildiyini, ora çatmağına 15-20 dəqiqə qalmış iranlının həmin narkotiki də götürüb Bakı şəhərinə qoymağını dediyini, Elvinə “narkotik vasitələrin olduğu bir ədəd göy rəngli bağlamanın fotoşəklini göndərərək, bu boyda temanı neyniyəcəyik” sözlərini yazmasının səbəbini izah edə bilməmiş, eyni zamanda Elvinə yazdığı “ 5..10 deyqaya atram, Sebrli ol, Telesme her işdə bir xeyir var” sözlərini isə həmin vaxt əsəbi olub, telefonu stola vurub, Elvinə 5-10 dəqiqə səbrli olmağını, gecikəcəklərini demək istədiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü avtomobil təmiri ilə məşğul olur. Bəxtiyarı tanıyır, o bir neçə günmüş ki, onun evində qonaq qalırmış. Bir gün Bəxtiyar ona şüşə banka göstərmiş, lakin bankının içərisindəki maddənin nə olduğunu bilməmişdir. Sonradan isə bilmiş ki, həmin maddə civədir. Belə ki, Bəxtiyar demiş ki, belə elə-elə elə, özü də Bəxtiyarın dediklərin etmiş, o isə videoya çəkmişdir. Bundan bir-iki gün sonra isə Bəxtiyar ona birlikdə İmişliyə getməyi təklif etmiş, lakin işinin olduğunu gedə bilməyəcəyini demişdir. Daha sonra isə Bəxtiyar ona yolyoldaşı kimi Biləsuvar rayonuna getməyi təklif etmiş, Bəxtiyarla razılaşmış, lakin onun narkotik və civə üçün getməyindən məlumatı olmamışdır. Sonradan məlum olmuş ki, narkotikin söhbətin də Bəxtiyar yolda edib. Yol boyu da özü telefonda oyun oynamışdır. Bəxtiyarın telefonunun enerjisi qurtardığından, onun şəklin özündə olan telefonla çəkib, telefonu da özünə vermişdir. Biləsuvara çatdıqda isə Bəxtiyar xahiş etmiş ki, açıq çayxana tapıb orada əyləşsinlər. Özü də orada açıq çayxana tapmış, ora daxil olub ayrı-ayrı stollarda oturmuşlar. Görmüş ki, Bəxtiyar əsəbi halda telefonu stola vurur, onda sms yazaraq “nolub” deyə soruşmuşdur. O isə yazmış ki, səbrli ol, özünün isə Bəxtiyara daha cavabı olmamışdır. Yola Bəxtiyarla birlikdə Bakı şəhəri Binəqədi qəsəbəsindən yaşadığı evdən çıxmışlar. Həmin vaxt axşam saat 21:00-22:00 olarmış. Həmin Bəxtiyara nə məqsədlə getdiyini sual etmiş, Bəxtiyar isə pul alacağının olduğunu, həmin pulu alıb, geri qayıdacaqlarını bildirmişdir. Bəxtiyarın evində civə gizlətməyindən də xəbəri olmamışdır. Lakin Bəxtiyarda civə olmasından video çəkərkən məlumatı olmuşdur. Bəxtiyarın “narkotik vasitələrin olduğu bir ədəd göy rəngli bağlamanın fotoşəklini göndərərək, bu boyda temanı neyniyəcəyik” sözlərini yazmasından məlumatı yoxdur, çünki saxlanılarkən telefonlar Bəxtiyarda olmuş, o həmin smsi özü-özünə yazmışdır. Bəxtiyar demişdir ki, əmanət verib, pul alacaqdır. Onlarda iki ədəd telefon olub, hər iki telefonda Bəxtiyara məxsus olub. Hadisə yerinə çatdıqda isə Bəxtiyar oradaki traktora yaxınlaşmış, özü isə maşından yerə düşməmişdir. Orda nə baş verdiyin görməmişdir. Çünki Bəxtiyar maşından düşəndən sonra demişdir ki, “gedin qabaqdan dönün qayıdın”. Onlar da gedib qabaqdan dönüb qayıtmışlar və həmin vaxtda saxlanılmışlar. Bəxtiyar ona birlikdə getməyi təklif edəndə əvvəlcə etiraz etmiş, lakin sonradan israr etdiyindən onunla birlikdə getmişdir. Özünü ümumiyyətlə təqsirli bilmir, lakin cavanlığını, ailə vəziyyətini nəzərə alıb ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə, saat 14-15 radələrində tanışı Təqsirləndirilən şəxs1 onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpusa gedərək Biləsuvar rayonunda işinin olduğunu demiş və sonuncu ilə Biləsuvar rayonuna getməsini xahiş etmişdir. O, Binəqədi rayonundakı yaşadığı ünvanda avtomobil təmirçisi işləmiş, Təqsirləndirilən şəxs1 də avtomobilini tez-tez onun yanına təmir üçün gətirmiş, həmyerli olduqları üçün səmimiyyətləri yaranmış və bir-birilərinin evinə get-gəlləri olmuşdur. Bu səmimiyyət əsasında Təqsirləndirilən şəxs1 ona bu təklifi etmiş, o isə sonuncuya işi olduğu üçün gedə bilmədiyini demişdir. 16 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Bəxtiyar ona yenidən birlikdə Biləsuvar rayonuna getməyi xahiş etmiş, o isə aralarındakı səmimiyyətə görə razılaşmışdır. O, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna nə məqsədlə gedəcəklərini soruşduqda sonuncu ona “əmanət var onu verib gələcəyik” demişdir. Əmanətin isə nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs1 ona “başqa şeydir, sonra deyərəm” deyə cavab vermiş, o sonuncu ilə getməyə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 "*2111" taksi şirkətinə zəng vuraraq Biləsuvar rayonuna taksi sifariş vermiş və 22 radələrində taksi (**-FR-*** markalı, Toyoto Prius markalı avtomobil) yaşadığı ünvanın yaxınlığına gəlmiş və onlar Bəxtiyarla avtomobilə əyləşdikdən sonra Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. 17 yanvar 2023-cü il tarixdə, saat 1-2 radələrində Biləsuvar rayonuna çatmış, Biləsuvar rayonunda çayxanaların birində əyləşdikdən sonra Bəxtiyar kiminləsə “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmış, o sonuncuya bir neçə dəfə “Əmanəti verəcəyin adam gəlmədimi?" sualını verdiyi zaman Bəxtiyar ona “Gözlə, gələcək, səbrili ol, bu dəyqə qayıdırıq” deyə cavab vermişdir. Saat 5 radələrində Bəxtiyarın "WhatsApp" tətbiqi vasitəsilə yazışdığı şəxs sonuncunun telefonuna məkan göndərmiş, həmin məkan Bəxtiyarın telefonunda açılmamış, sonra onun mobil telefonuna göndərmiş, meqabayt zəif olduğu üçün onun da telefonunda məkan açılmadığı üçün Bəxtiyar məkanı taksi sürücüsü Şahid1 telefonuna göndərmiş, məkan sonuncunun telefonunda açıldıqdan sonra onlar avtomobilə əyləşərək həmin məkana getmişlər. Təxminən 20 dəqiqə yol getdikdən sonra Bəxtiyar sürücü Vüsala “Buradır saxla, mən düşüm, siz qabaqdan dönün qayıdın” demişdir. Bəxtiyar əvvəlcədən aldığı spirtli içkilər olan paketi götürərək avtomobildən düşmüş, o və Şahid1 yola davam edərək 100-150 metr sonra geriyə dönüb Bəxtiyarı düşürdükləri yolda saxlamış, bir qədər sonra sərhədçilər tərəfindən saxlanılmışlar. O, Bəxtiyarın Biləsuvar rayonuna gedərək narkotik vasitə götürcəyindən və onun yerinə spirtli içki və civə qoyacağından məlumatsız olmuş, lakin Bəxtiyar təxminən 5- 6 gün öncə ona şüşə qabda civə göstərmiş, haradan və hansı şəraitdə əldə etdiyini və nə məqsədlə istifadə edəcəyini deməmişdir. O, saxlanılan zaman civəyə baxış zamanı onlara hərbi hissədə təqdim olunan civə Bəxtiyarın ona Bakı şəhərində göstərdiyi şüşə qabda olan civə olmuşdur. O, şəxsiyyəti istintaqa Ramiz adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərməsindən məlumatsız olmuşdur. O, avtomobildə oturmuş, Bəxtiyarın narkotik vasitəni əldə etməsini bilməmiş, yalnız avtomobildə saxlanılarkən ona məlum olmuşdur ki, Bəxtiyar narkotik vasitəni götürüb ərazidən uzaqlaşan zaman DSX əməkdaşları tərəfindən saxlanılmışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında "Pusqu" sərhəd naryadı xidməti təşkil edilmiş, müşahidə aparan zaman "Toyota Prius" markalı avtomobilin qeyd olunan ərazidə gəlib dayandığını, avtomobilin sağında Təqsirləndirilən şəxs1, eyni zamanda taksi sürücüsü, səhv etmirsə, Vüsal adlı şəxs ilə Təqsirləndirilən şəxs2 yaxınlaşdığını görmüşlər. Təqsirləndirilən şəxs1 əlində bir bağlama olmuş, həmin şəxs traktorun yanına gedib əlindəki bağlamanı yerə qoyub və orada olan bağlamanı götürərkən dərhal “dayan” əmri vermişlər, həmin şəxsə tərəf qaçıb onu saxlamışlar, bundan sonra isə avtomobildə oturan şəxsləri saxlamışlar. Həmin ərazidə narkotik vasitələrə video-çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, çəkiliş zamanı avtomobildə olan sürücü Vüsal adında şəxs narkotik vasitədən məlumatının olmadığını, digər şəxsləri Bakı şəhərinə 100 manat pul müqabilində aparacağını bildirmişdi, Təqsirləndirilən şəxs1 isə əməlini etiraf etmişdi. Şəxslər Biləsuvar rayonu gömrük yolunun kənarında, “Azercell” “vışka”-sından 100 metr aralıqda, köhnə traktorun yanında saxlanılmışlar. Bəxtiyar avtomobildən getmiş, Vüsal isə dayanmışdır, sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi bağlamanın içərisində civə və spirtli içki olduğunu demiş və əlavə etmiş ki, iranlı şəxslə aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 civəni Ramizin tanışları vasitəsilə qaçaq yolla İrana keçirib sonuncuya çatdırmalı, Ramizin göndərdiyi içərisində narkotik vasitələr olan bağlamanı isə oradan götürüb iranlının deyəcəyi yerə qoymalı imiş. Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürüb, digər bağlamanı əraziyə qoymuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, hazırda tarixi dəqiq yadında qalmadığı vaxt narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar yaradılmış əməliyyat qrupunun tərkibində hadisə yerində axtarış aparmışlar, lakin heçnə aşkar edə bilməmişlər. Daha sonra orada müxtəlif qruplar halında pusquda gözləmişlər. Hadisə yerinə Prius markalı avtomobil gəlmiş, həmin avtomobildə olan şəxslərdən biri yerə düşərək ərazidən bağlamanı götürüb uzaqlaşarkən tərəflərindən saxlanılmışdır. Avtomobildən düşən şəxs Bəxtiyar olmuş, Elvin isə avtomobilin içində qalmışdır. Bəxtiyarın həmin vaxt əlində işıq olmuş, onlar hadisə yerində pusquda gözlədiklərindən Bəxtiyar onları görməmiş, gəlib yaxınlıqlarından keçib, bağlamanı götürmüş və tərəflərindən saxlanılmışdır. Hadisə yerindən isə narkotik vasitələr, civə və spirtli içkilər aşkar edilmişdir. Bəxtiyar bağlamanı götürüb gedərkən əlində saxlanılmışdır. İlkin dindirmə zamanı isə həmin narkotikləri iranlı şəxs vasitəsilə götürdüyünü, Bakıda harasa qoyacağını bildirmişdir. Bəxtiyar narkotiki götürdükdən sonra onu yerə yıxıb zərərsizləşdirmişlər, ona qarşı heç bir fiziki təzyiq və ya təsir göstərilməmişdir. Özləri traktordan 40 metr məsafədə pusquda olmuşlar, hadisə yerində isə ümumilikdə başqa qruplar da olmuşdur. Avtomobil isə gedib qarşıdan dönüb geriyə qayıtmış, daha sonra həmin şəxsləri də saxlamışlar. Elvin hadisə vaxtı maşında olmuş, onu şəxsən özü avtomobildən düşürmüşdür. İfadələr arasında ziddiyyətlər olduğundan Şahid3 məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid3 bildirmişdir ki, narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçiliq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və DSX N nömrəli hərbi hissənin 6-ci sərhəd zastavası ərazisində gizlədiləcəyi, sonradan həmin narkotik vasitələrin gizlədiləcəyi yerdən götürüləcəyi barədə əməliyyat məlumatı daxil oldu. Lakin həmin narkotik vasitələrin konkret olaraq İrandan kim tərəfindən keçirilməsi, harada gizlədilməsi, kim tərəfindən ötürüləcəyi barədə informasiyalar dəqiqləşdirilməmişdi. Bu səbəbdən qeyd olunan cinayət əməllərinin qarşısının alınması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi haqqında N nömrəli hərbi hissənin Əməliyyat-axtarış şöbəsi tərəfindən qəbul edilmiş 17 yanvar 2023cü il tarixli qərar əsasında tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdi. Belə ki, İran İslam Respublikasi-Azərbaycan Respublikası istiqamətində N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının çöl istiqamətində, yəni "Biləsuvar sərhəd keçid məntəqəsinə yaxın ərazidə təlimata uyğun olaraq özü və əməliyyat müvəkkili, leytenant Şahid3 "Pusqu" sərhəd naryadı xidməti təşkil etmişlər. Xidmətin təşkili zamanı 17 yanvar 2023-cü il tarixdə saat 05:30 radələrində 6-cı sərhəd zastavasında, dediyi istiqamətdə müşahidə aparan zaman görmüşlər ki, "Toyota Prius" markalı avtomobil qeyd olunan ərazidə gəlib dayandı. Qeyd edir ki, onlar narkotik vasitələrin haradan keçirildiyini, harada gizlədildiyini bilməsələr də, onu axtarıb tapmaq üçün həmin ərazidə axtarış aparmışlar. Lakin heç nə tapa bilməmişlər. Avtomobil dayanandan sonra içərisindən bir nəfər şəxs düşüb ərazidə dayanmış traktor tərəfə getmişdi. Avtomobilin sürücüsü isə avtomobili idarə edib qarşıdan dönüb qayıtmışdı. Avtomobildən düşən şəxsin əlində bir ədəd bağlama varmış. Həmin şəxs traktorun yanına gedib əlindəki bağlamanı yerə qoyub və oradan 1 ədəd göy rəngli bağlamanı götürüb avtomobilə tərəf qayıtmaq istəmişdi. Bu zaman dərhal həmin şəxsə tərəf qaçıb onu saxlamışlar. Bundan sonra isə avtomobildə oturan şəxsləri saxlamışlar. İlkin sorğulama zamanı birinci saxladıqları şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, avtomobilin içərisində saxladıqları şəxsin isə Təqsirləndirilən şəxs2 və taksi sürücüsü Şahid1 olduğunu müəyyənləşdirmişlər. Sorğusual zamanı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi bağlamanın içərisində civə və spirtli içki olduğunu demiş. O, əlavə etmiş ki, iranlı Ramiz adlı şəxslə aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 civəni Ramizin tanışları vasitəsilə qaçaq yolla İrana keçirib sonuncuya çatdırmalı, Ramizin göndərdiyi içərisində narkotik vasitələr olan 1 ədəd göy rəngli bağlamanı isə oradan götürüb iranlı Ramizin sonradan deyəcəyi yerə qoymalı imiş. Dərhal həm Bəxtiyarın gətirdiyi bağlamaya, həm də saxlanılarkən əlində olan 1 ədəd göy rəngli bağlamanın içərisinə baxmışlar. 1 ədəd göy rəngli bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin və dərman preparatlarının, özü ilə gətirdiyi bağlamada isə şüşə bankanın içərisində civəyə bənzər mayenin, həmçinin spirtli içkilərin olması məlum olmuşdu. Sonra saxlanılan şəxsləri və bağlamaları 6-cı sərhəd zastavasına aparmışlar. Sərhəd zastavasında saxlanılan şəxslər tutulmuş, onlara hüquq və vəzifələri izah edilmiş və sonra hadisə yerinə gedərək oranın baxışı keçirilmişdi. Bağlamalardakı maddələrin baxışı isə sərhəd zastavasında aparılmışdı, həmin maddələr müvafiq qaydada qablaşdırılıb və götürülmüşdür. İfadəsi elan olunduqdan sonra Şahid3 hadisənin üzərindən uzun müddət keçdiyindən baş verənləri hazırda dəqiq xatırlmadığını, ifadəsinin doğru olduğunu və təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 16 yanvar 2023-cü il tarixdə taksi şirkətindən sifariş qəbul edib, sonra ona zəng gəlib, həmin şəxs ona 100 nömrəli marşrutun sonuncu dayanacağında olan ikimərtələbəli, yəni birinci mərtəbəsi avtomobil yuma məntəqəsi, ikinci mərtəbəsi isə kafe olan binanın yanına gəlməyini demişdir. Özü də həmin yerə getmiş, ilk olaraq Bəxtiyar gəlmiş, maşının arxa oturacağında əyləşmiş, sonra isə Elvin gəlib, o avtomobilin ön oturacağında əyləşmişdir. Bir qədər getdikdən sonra arxa oturacaqda olan şəxs adının Bəxtiyar olduğunu, ön oturacaqda əyləşən şəxsin isə adının Elvin olduğunu bilmişdir. Özü Bəxtiyar və Elvini taksi sifarişi gələnə kimi tanımamışdır. Sifarişin məbləği proqramda 48 manat 70 qəpik göstərib, ona zəng edən şəxs isə demiş ki, Biləsuvar rayonuna gedib gələcəklər və buna görə 100 manat pul verəcək. Sifariş İcra Hakimiyyətinə getmək olub. Bu vaxt Bəxtiyar Biləsuvar Rayon İcra Hakimiyyətinə getdiklərini, orada ona pul veriləcəyi, pulu götürüb qayıdacağını bildirmişdir. Bir qədər yol getdikdən sonra Bəxtiyar ona mağazalardan birinin qarşısında saxlamağını və mağazadan spirtli içki alacağını bildirmişdi. Bəxtiyarla Elvin mağazadan spirtli içki, siqaret, enerji içkisi və pivə almışdılar. Bundan sonra Biləsuvar rayonu istiqamətində yola davam etmişlər. Yolda olduqları zaman Bəxtiyar ona kömür lazım olduğunu, kömürü mədəsində olan problem səbəbindən lazım olduğunu bildirmiş, avtomobili aptekdə saxlamağını istəmişdi. O, aptekin yanında avtomobili saxlamış, Bəxtiyar aptekdən qayıdan zaman onun əlində kömür və yapışqan lent görmüşdür. Bəxtiyar yapışqanlı lentin ona araqları bağlamaq üçün lazım olduğunu, araqları uzaq yol getdikləri üçün bir birinə dəyib səs etməməsi üçün bağlayacağını, həmin araqları dostuna pay apardığını demişdi. Sonra onlar Biləsuvar Rayon İcra Hakimiyyətinə çatmış, təxminən 2 saata yaxın çayxanada oturub və o, Bəxtiyara tez qayıtmağı, səhər uşağını məktəbə aparmalı olduğunu demiş, ondan gedib-getməyəcəyini soruşduqda sonuncu kartına pul köçməsini gözlədiyini demişdi. Eyni zamanda Bəxtiyar “bir az dayanaq, adam gəlir, gəlsin, gedək” demişdir. Bir qədər sonra Bəxtiyar həmin adamın gələ bilmədiyini, konum atdığını, o konuma getmələrini demişdi. Onlar da beləcə yola davam etmişlər. Gəlməli olan adam gəlməmiş, Bəxtiyar həmin adamın gələ bilmədiyini, konum atdığını, həmin konumda onları gözlədiyini demişdir. Bəxtiyarın telefonuna konum gəlmiş, həmin konumla İran sərhəddinə kimi gəlib, Bəxtiyardan hara getdiklərini soruşmuşdur, yolu bilmədiyini demiş, Bəxtiyar isə çox yol getməyəcəklərini demişdir. Konum Bəxtiyarın telefonuna gəlib, o sonra ondan nömrəsini alıb və konumu ona atmışdır. Ona kimi Bəxtiyarda onun nömrəsi olmayıb. O, da “waze” proqramında konumu açmış və Biləsuvar rayonu ərazisində asfalt yolla hərəkət etmişdir. Bəxtiyar ona demiş ki, traktor var, onun yanında avtomobili saxlasın. İcra Hakimiyyətindən gəldikləri yerə kimi 15 km göstərib, lakin onlar 7-8 km getmişlər. Qarşılarına çıxan qumyığan traktorun qarşısında Bəxtiyar maşını saxlamağını istəmiş və özünün gedib, içində spirtli içki olan bağlamanı verib gələcəyini demişdi, ona isə avtomobili əks istiqamətdə döndərib gözləməyini bildirib avtomobildən düşmüşdür. Bəxtiyar avtomobildən düşüb getdikdən sonra o, avtomaşını yolun əks istiqamətində, yəni gəldikləri istiqamətdə döndərib və bir qədər sonra maşına sərhədçilərin yaxınlaşdığını görmüşdür. O, Bəxtiyarın hara getdiyini, nə isə qoyub və yaxud götürdüyünü görməmiş, o avtomobildən düşmüş, ona da avtomobili əks istiqamətdə döndərib gözləməyini demişdir. Özü isə sərhədçilərin Bəxtiyarı tutmasını, Bəxtiyarın özü ilə nə isə apardığını da görməmişdir. Bəxtiyar avtomobilin arxa tərəfindən gedib, onu görə bilməyib. Bəxtiyar spirtli içkiləri düşəndə götürmüş, başqa nəyi isə görməmişdir. Bəxtiyar yolda olan zaman aldığı araqlardan birini skoçladığı zaman sındığını demiş, həmin qırılmış içkini atması üçün yolda avtomobili saxlamağını demişdir. O, Bəxtiyarın əlində civə görməmişdir. Sərhədçilərin gəlməsi 5-6 dəqiqə çəkmiş, həmin vaxt Elvin “bu bizi işə saldı, deyəsən” demişdir. Orada sərhədçilər nə məqsədlə həmin əraziyə gəldiklərini soruşmuşlar, özü isə bilmədiyini demişdir. Mayor rütbəli şəxs fənərin işığını traktorun yanına salaraq “bu işə görə gəlmisən” demiş, həmin yerdə bağlama olmuşdur. Sərhədçilər tərəfindən bağlama götürülmüş, zastavaya gətirilmişdir. Narkotik vasitələr açılmış, düzülmüş, şəkli çəkilmişdir. Həmin vaxt narkotik vasitələrdən məlumatı olmadığını bildirmişdir, Elvin və Bəxtiyar onun məlumatsız olduğunu demişlər. Bəxtiyar bağlamanı tanımadığı İİR vətəndaşından aldığını demişdir. Elvin isə xəbərinin olmadığını demişdir. Saxlanılan zaman və daha sonra ona qarşı təsir və təzyiqlər edilməyib, onu döyməyiblər. Avtomobildə yolda olan zaman onu şübhələndirən nə isə olmayıb. Elvin mobil telefonda oyun oynayıb, Bəxtiyar isə kiminləsə mobil telefonla danışıb və mesajlaşıb. Bəxtiyar özü ona konumun atıldığını demiş, daha sonra mobil nömrənin “WhatsApp”ına gedəcəkləri yerin konumunu göndərmişdir. Elvin sərhədçiləri görüb “bu bizi işə saldı, deyəsən” sözü demişdir. Bəxtiyar demiş ki, “düşüm paketi verim, əmanətimi götürüm, qayıdıram”. Bəxtiyar narkotikin iranlıdan gəldiyini bildirmişdir. İfadələr arasında ziddiyyətlər olduğundan Şahid1 məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid1 bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və müxtəlif taksi şirkətlərində işləyir. 16 yanvar 2023-cü il tarixdə, saat 21-22 radələrində fəaliyyət göstərdiyi “*0404” (*2121) taksi şirkətindən sifariş qəbul etmiş, həmin sifarişdə 48 manat, 70 qəpik məbləğ qarşılığında Biləsuvar rayonuna getmək təklif olunmuş, həmin sifarişi qəbul etmiş və bir qədər sonra əvvəllər tanımadığı mobil nömrədən ona zəng gəlmişdir. Həmin zəngi açdığı zaman zəng edən şəxsdən Biləsuvar rayonuna taksi sifariş verib-vermədiyini soruşduğunda zəng edən şəxs “Bəli” deyə cavab vermiş, həmin şəxsdən nə qədər vaxta gedib olduğu ünvandan götürəcəyini soruşduqda sonuncu ona “indi çörək yeyirik, 15-20 dəqiqəyə gələrsiz” deyə bildirmişdir. Həmin şəxs həmçinin ona demişdir ki, Biləsuvar rayonuna gedib gələcəklər və buna görə ona 100 manat pul verəcək, əgər əlavə olaraq onu gözləyəsi olarsa buna görə əlavə hörmətini edəcəkdir. Bundan sonra o, kirayə yaşadığı Binəqədi rayonundakı ünvanına uzaq yol gedəcəyi üçün yemək yemək üçün getmişdir. Evində yemək yedikdən sonra yenidən ona zəng gəlmiş və zəng edən şəxs Biləsuvar rayonuna taksi sifarişi verən şəxs olmuş, həmin vaxt həmin şəxs ona 100 nömrəli marşrutun sonuncu dayanacağında olan ikimərtələbəli, yəni birinci mərtəbəsi avtomobil yuma məntəqəsi, ikinci mərtəbəsi isə kafe olan binanın yanına gəlməsini demişdir. O, qeyd olunan yerə çatdıqdan təxminən 10 dəqiqə sonra əvvəlcə bir nəfər şəxs avtomobilinin arxa oturacağında əyləşmiş və daha bir nəfər şəxsin gələcəyini demişdir. İkinci şəxsi də təxminən 5 dəqiqə gözləmiş və gələn digər şəxs avtomobilin ön oturacağında əyləşmişdir. Bu vaxt arxa oturacaqda əyləşən şəxs “Gedək” deyə bildirmiş, bir qədər getdikdən sonra arxa oturacaqda olan şəxs adının Bəxtiyar olduğunu, ön oturacaqda əyləşən şəxsin isə adının Elvin olduğunu bilmişdir. Bir qədər yol getdikdən sonra Bəxtiyar ona mağazalardan birinin qarşısında saxlamasını və mağazadan spirtli içki alacağını bildirmişdir. O isə Bəxtiyara yolun üstündə olan “Xəzər” topdan satış məntəqəsində məhsulların qiymətinin ucuz olduğunu demiş, həmin todan satış məntəqəsinin qarşısında avtomobilini saxlamış və hamısı avtomobildən düşüb mağazaya girmişlər. Bəxtiyarla Elvinin mağazadan 3 ədəd bir litrlik, 1 ədəd 0,7 litrlik spirtli içki, 1 ədəd siqaret, 3 ədəd enerji içkisi və 2 ədəd pivə aldıqlarını görmüş, o isə özünə siqaret almışdır. Bundan sonra avtomobilə minmiş və Biləsuvar rayonu istiqamətində yola davam etmişlər. Yolda olduqları zaman Bəxtiyar ona kömür lazım olduğunu, kömürü mədəsində olan problem səbəbindən qəbul etdiyini və həmçinin yapışqanlı lent lazım olduğunu bildirmiş, avtomobili aptekdə saxlamasını istəmişdir. O, qarşısına çıxan ilk aptekdə avtomobili saxlamış və Bəxtiyarla Elvin avtomobildən düşüb biri aptekə, digəri isə yapışqanlı lent almaq üçün mağazaya getmişlər. Bəxtiyar yapışqanlı lentin ona araqları bağlamaq üçün lazım olduğunu, araqları uzaq yol getdikləri üçün bir birinə dəyib səs etməməsi üçün bağlayacağını, həmin araqları dostuna pay apardığını demişdir. Bir qədər sonra həm Bəxtiyar, həm də Elvin avtomobilə əyləşmiş və onlar yola davam etmişlər. Yolda olduqları zaman Elvin mobil telefonda oyun oynamış, Bəxtiyar isə kiminləsə mobil telefonla danışmış və mesajlaşmışdır. Həmin danışıqlarda Bəxtiyar kiməsə aldığı araqlardan birini skoçladığı zaman sındığını demişdir. 17 yanvar 2023-cü il tarixdə, saat 1 radələrində onlar Biləsuvar rayonuna çatmış, Biləsuvar rayonuna çatdıqda Bəxtiyar ona çay içmək üçün açıq çayxana tapmasını demişdir. O, yaxınlıqda olan taksi sürücüsündən bu barədə maraqlanıb çayxana tapmış, avtomobildən düşüb çayxanaya getmişlər. Onlar təxminən 2 saata yaxın çayxanada oturmuş və o, Bəxtiyardan gedib-getməyəcəyini soruşduqda sonuncu kartına pul köçməsini gözlədiyini demişdir. Saat 3 radələrində Bəxtiyar kiminləsə mesajlaşdıqdan sonra "Gedək" deyə bildirmiş, onlar avtomobilə əyləşib yola düşmüş və Bəxtiyar haraya gedəcəklərini telefonunda olan konuma baxaraq demişdir. Beləliklə onlar Biləsuvar rayonunda olan “Azpetrol”un yaxınlığındakı hotelə getmiş, həmin yerə çatdıqda Bəxtiyar avtomobili saxlamasını istəmiş, əlində spirtli içkilər olan bağlama ilə avtomobildən düşüb getmiş və avtomobildən düşdüyü zaman onu gözləməklərini bildirmişdir. Bəxtiyar təxminən 6-7 dəqiqə sonra maşına qayıtmış və “Düz gəlməmişik, gedək” demişdir. Bundan sonra Bəxtiyar internetinin olmadığı demiş, konumu Elvinin telefonuna göndərmək istəmiş, həmin vaxt Elvin internetinin olmadığı bildirmiş, Bəxtiyar onun internetinin olub-olmadığımı soruşmuş və onun müsbət cavabından sonra mobil nömrənin “WhatsApp”ına gedəcəkləri yerin konumunu göndərmişdir. O, Bəxtiyarın göndərdiyi konum istiqamətində - Biləsuvar rayonu ərazisində asfalt yolla hərəkət etmişdir. Qarşılarına çıxan qumyığan traktorun qarşısında Bəxtiyar maşını saxlamağını istəmiş və “özünün gedib, içində spirtli içki olan bağlamanı verib gələcəyini” demiş və avtomobili əks istiqamətdə döndərib gözləməsini bildirib avtomobildən düşmüşdür. Bəxtiyar avtomobildən düşüb getdikdən sonra o, avtomaşını yolun əks istiqamətində, yəni gəldikləri istiqamətdə döndərmiş və bir qədər sonra maşına sərhədçilərin yaxınlaşdığını görmüşdür. Bu vaxt Elvin “Bu deyəsən bizi .... saldı” deyə bildirmiş, bundan sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra sərhədçilər avtomobilinin qapısını açıb onun düşməsini istəmişlər. Həmin vaxt maşının təhlükəsizlik kəməri üzərində olduğundan onu çıxaran zaman sərhədçilər onun əlindən tutub maşından düşürdükləri vaxt kəmər anidən açılmış və onun sifətinin sol tərəfi şəxsi ehtiyatsızlığından avomobilin qapı dirəyinə dəymiş və o, xəsarət almışdır. Saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, Bəxtiyar saxlanıldığı yerə narkotik vasitə əldə etmək üçün getmiş və saxlanılmışdır. O, Ramiz adlı iranlını ümumiyyətlə tanımır, onun adını istintaq orqanında olduğu zaman eşitmiş, Bəxtiyar və Elvini əvvəllər tanımamış, onlarla hər hansı bir əlaqəsi olmamış, onları yalnız 16 yanvar 2023-cü il tarixdə avtomobilinə əyləşdikləri zaman ilk dəfə görmüşdür. Adları qeyd olunan şəxslərin törədilən cinayətdə nə kimi rollarının olmasını bilməmiş, saxlanıldıqdan sonra Bəxtiyar Biləsuvar rayonuna, tutulduğu yerə narkotik vasitə əldə etmək üçün getdiyini eşitmiş, adları qeyd olunan şəxslərin heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. Ramiz adlı İİR vətəndaşının narkotik vasitələri qaçaq yolla nə vaxt, necə və kimin vasitəsilə keçirməsindən heç bir məlumatı olmamış, Bəxtiyarın və Elvinin narkotik vasitə əldə etmək üçün Biləsuvar rayonuna getdiklərindən şübhələnməmiş, Bəxtiyar Biləsuvar rayonunda tanışı ilə görüşəcəyini, həmin şəxsə spirtli içki verəcəyini, pul alacağını demişdir. Ramiz adlı İİR vətəndaşı qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitəyə görə ona heç nə vəd edilməmiş, narkotik vasitədən tamamilə məlumatsız olmuş, Bəxtiyar və Elvinə nə vəd edilməsindən isə məlumatı olmamışdır. Elvinin törədilən cinayətdə nə kimi rolunun olmasını bilməmiş, Bəxtiyar isə saxlanıldıqdan sonra eşitmişdir ki, narkotik vasitə əldə etmək üçün saxlanıldığı yerə gedib. Yolda olduqları zaman Bəxtiyarın və Elvinin kiminləsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıq aparmasının şahidi olmamış, bu barədə heç nə eşitməmiş, ola bilsin anlamamış, Elvin yol boyu telefonda oyun oynamış, Bəxtiyar isə kiminləsə həm danışmış, həm də mesajlaşmışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 elan olunmuş ifadəsinin doğru olduğunu və təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, özü gömrük yaxınlığındakı yeməkxanada aşbaz işləyir. Hadisə günü əməliyyatçı ona yaxınlaşıb hal şahidi kimi iştirak etmək üçün dəvət etmiş, o isə razılaşmışdır. Hadisə yerində civə, araqlar birdə narkotikləri görmüşdür. Sonra tərtib edilmiş sənədləri imzalamışdır. Özündən orada Araz adlı şəxs də hal şahidi qismində iştirak etmişdir. Eyni zaman da Bəxtiyar və Elvin də orada iştirak etmişdir. Onların arasında bir nəfər ağ baş oğlan isə ağlayırmış. Bəxtiyar və Elvin orada heç bir etiraz etməmişdir. Aşkar edilmiş şeylərdən civə olduğunu demişlər, araqlar olmuş üzərində rus hərfləri ilə “Y” hərfi də yazıldığın xatırlayır və narkotik vasitələr, dərmanlar olmuşdur. Civə kiçik qablarda olmuşdur. Narkotik sellofan paketdə olmuş, orada dərmanlarda varmış, hamısı skoçlanmışdır. Bəxtiyar və Elvin başların aşağı salıb dayanmışlar, verilən suallar hə deyə cavab verib etiraf etmişlər, hadisə yerində də onlar etiraf etmişdir. Hadisə yerində narkotiki haradan götürdüklərin göstərmişlər. Orada etiraf eləmişlər ki, səhv ediblər. Hadisə yerində də narkotikin onlara aid olduğunu bildirmişlər. Özü isə həm hadisə yerində, həm də zastavada olmuşdur. İfadələr arasında ziddiyyətlər olduğundan Şahid4 məhkəmə istintaqında ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan olunub tədqiq edilmiş, həmin ifadəsində Şahid4 bildirmişdir ki, 17 yanvar 2023-cü il tarixdə onu və Şahid5 DSX-nin N nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü hadisə yerinə, qeyd olunan bağlamaya, həmçinin onların üzərinə baxış keçiriləcəkdir. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman həmin şəxslər saxlanıldıqları yeri əli ilə göstərmişlər. Həmin yer N nömrəli hərbi hissənin nömrəsini bilmədiyi sərhəd zastavasına yaxın, "Biləsuvar" sərhəd keçid məntəqəsinə yaxın, əsas yoldan təxminən 5-10 metr aralı olmuşdur. Onlara məlum olmuşdur ki, həmin şəxslərdən biri taksi sürücüsü olmuş, taksi sürücüsünün idarə etdiyi avtomobil "Toyota Prius" olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürmək üçün avtomobildən düşüb Bakı şəhərindən özü ilə gətirdiyi içərisində spirtli içkilər və civəyə bənzər maddələr olan bağlama ilə həmin əraziyə tərəf getmiş, Təqsirləndirilən şəxs2 və taksi sürücüsü isə avtomobildə onu gözləmişlər. Təqsirləndirilən şəxs1 əlindəki torbanı yaxınlıqda olan traktorun yanına qoyub içərisində narkotik vasitələr olan bağlamanı götürüb avtomobilə tərəf hərəkət etmək istəyərkən DSX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin anda avtomobildə oturan Təqsirləndirilən şəxs2 və taksi sürücüsü olan Vüsal adlı şəxs də saxlanılmışlar. Hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1lə aparılan ilkin sorğu-sual zamanı məlum olmuşdur ki, iranlı Ramizlə onun arasında əldə edilmiş razılığa əsasən Bəxtiyar özü ilə gətirdiyi civəni həmin yerə qoymalı, içərisində narkotik vasitələr olan bağlamanı götürüb Bakı şəhərinə aparmalı və Ramizin sonradan deyəcəyi yerə qoymalı olmuşdur. İranlı Ramiz isə həmin civəni tanışları vasitəsilə qaçaq yolla İrana keçirməli və sonrakı danışıqlarını aparmalı olmuşlar. Qeyd olunan bağlamanın içərisinə adi qaydada baxılan zaman DSX əməkdaşları tərəfindən bildirilmişdir ki, bağlamanın içərisindəki maddələrin narkotik vasitə olması istisna edilmir. Bu səbəbdən həmin bağlamaya ətraflı baxış keçirilməsi üçün bağlama, həmçinin saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, taksi sürücüsü Vüsal adlı şəxs və onlar, yəni o və digər hal şahidi DSX əməkdaşları ilə birlikdə sərhəd zastavasına getmişlər. Zastavaya getdikdən sonra həmin bağlamanın içərisinə baxış keçirilmiş və orada təxmini çəkisi 24300 qram qurudulmuş marixuanaya bənzər maddələrin, 290 ədəd metadon həblərinin, həmçinin civəyə bənzər maddələrin və spirtli içkilərin olduğu məlum olmuşdur. O, bildirmişdir ki, bundan əvvəl narkotik vasitə və ya civə görməmişdir. Lakin həmin bağlamaların içərisində olan maddələr spesifik qoxulu olmuş, həmçinin DSX əməkdaşlarının dediklərinə görə qeyd olunan maddələrin narkotik vasitə olması istisna edilmir. Eyni zamanda, civəyə bənzər maddənin də görünüşündən onun civəyə bənzədiyi məlum olmuşdur. O, civəni eşitdiyinə görə yalnız termometrin içərisində olan maye kimi bilmişdir. Sonda həmin maddələr onun və digər hal şahidi Şahid5 iştirakları ilə müvafiq qaydada qablaşdırılaraq möhürlə möhürlənmiş və götürülmüşdür. İfadəsi elan olunduqdan sonra Şahid4 elan olunmuş ifadəsinin doğru olduğunu və təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 17 yanvar 2023-cü il tarixli, 16/162 nömrəli məktubundan görünür ki, 17 yanvar 2023-cü il tarixdə 6-cı sərhəd zastavasının arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında ərazidə “Pusqu" xidməti təyin olunmuş, xidmətin təşkili zamanı sərhəd naryadı 17 yanvar 2023-cü il tarixdə saat 05:30 radələrində bir ədəd avtomobilin Biləsuvar rayonu ərazisində, Biləsuvar SNM - Biləsuvar yolu istiqamətinə gəlməsini, həmin yolun kənarında saxlmasını, həmin avtmobildən bir nəfər şəxsin düşərək ərazidə olan torbanı götürməsini və oraya torba qoymasını müşahidə etmiş, sərhəd naryadı həmin şəxsə “Dayan” çağrışı verərək onu saxlamışdır. Bundan başqa saxlanılan şəxsi əraziyə gətirən avtomobilin sürücüsü və onun yanında oturan digər şəxs saxlanılaraq avtomobili ilə birlikdə sərhəd zastavasına gətirilmişdir. İlkin sorğu zamanı saxlanılan şəxslər özlərini Azərbaycan Respublikası vətəndaşları 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1986-cı il təvəllüdlü Şahid1 olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs1 ərazidən narkotik vasitə olan torbanı götürmək və əraziyə içərisində civə olduğunu bildirdiyi polietilen torbanı qoymaq üçün gəldiyini bildirmişdir. Aşkar olunmuş torbaların birinin daxilinə baxış keçirilən zaman orada ümumi çəkisi bükümlərlə birlikdə 24300 qram narkotik vasitə olan marixuanaya bənzər maddələr, 29 konvalyut üzərinə “Methadone-40” sözləri yazılmış həb, digər torbanın daxilində isə 3 ədəd spirtli içki olan araq, 2 ədəd pivə və ümumi çəkisi qablaşdırma ilə birlikdə 50 qram civəyə bənzər maddələrin olması məlum olmuşdur. Ərazidə saxlanılmış “Toyota” markalı 77-FR- 329 dövlət nömrə nişanlı avtomobil möhürlənərək N nömrəli hərbi hissədə saxlanılmışdır. (c 1, i.v 6) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik Seymur Muradovun 17 yanvar 2023-cü il tarixli raportundan görünür ki, 17 yanvar 2023-cü il tarixdə 6-cı sərhəd zastavasının arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında ərazidə “Pusqu” xidməti təyin olunmuş, xidmətin təşkili zamanı sərhəd naryadı 17 yanvar 2023-cü il tarixdə, saat 05:30 radələrində bir ədəd avtomobilin Biləsuvar rayonu ərazisində, Biləsuvar SNM - Biləsuvar yolu istiqamətinə gəlməsini, həmin yolun kənarında saxlmasını, həmin avtomobildən bir nəfərin düşərək ərazidə olan torbanı götürməsini və oraya torba qoymasını müşahidə etmiş, sərhəd naryadı həmin şəxsə “Dayan” çağrışı verərək onu saxlamışdır. Bundan başqa saxlanılan şəxsi əraziyə gətirən avtomobilin sürücüsü və onun yanında oturan digər şəxs saxlanılaraq avtomobili ilə birlikdə sərhəd zastavasına gətirilmişdir. İlkin sorğu zamanı saxlanılan şəxslər özlərini Azərbaycan Respublikası vətəndaşları 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1986-cı il təvəllüdlü Şahid1 kimi təqdim etmişlər və Təqsirləndirilən şəxs1 ərazidən narkotik vasitə olan torbanı götürmək və əraziyə içərisində civə olduğunu bildirdiyi polietelin torbanı qoymaq üçün gəldiyini bildirmişdir. (c 1, i.v 7) İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərardan çıxarışdan görünür ki, 17 yanvar 2023-cü il tarixdə külli miqdarda narkotik vasitələrin dövlət sərhədindən qanunsuz olaraq Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının (6-cı sərhəd zastavasının xidməti ərazisi) xidməti ərazisindən naməlum İİR vətəndaşları tərəfindən İİR-dən Azərbaycan Respublikasına keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumata əsasən həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində gizlədilməsi və havanın qaranlıq vaxtı naməlum şəxs və ya şəxslər tərəfindən gizlədilmiş ərazidən götürüləcəyi məlum olmuşdur. Şübhəli şəxsin saxlanılması üçün sərhəd naryadının təyin olunması qərara alınmışdır. (c 1, i.v 8-9) İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saat 06:40-da inzibati qaydada tutulmuşdur. (c 1, i.v 18) İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saat 06:45-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 19) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 bir ədəd “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 21) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (c 1, i.v 22) İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış yeri Biləsuvar rayonunun ərazisində yerləşən 6-cı sərhəd zastavasının 11-ci sahəsinin çöl istiqaməti olmuşdur. Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 məsafə dövlət sərhəd xəttindən 700 metr aralı, Təqsirləndirilən şəxs1 narkotik vasitələr olan qara rəngli polietilen torbanı götürüb uzaqlaşmaq istədiyi yerdən Biləsuvar-Bakı şossesinə qədər olan məsafə 5 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan mavi rəngli, alt hissəsindən üst hissəsinə doğru qəhvəyi rəngli torba ilə saxlanıldığı əraziyə 100 metr radiusda baxış keçirilmiş, baxış zamanı ondan 4 metr aralıqda, bir ədəd üzərində qadın şəkli və çiçək şəkilləri olan polietilen torba aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 əraziyə narkotik vasitə olan torbanı götürmək üçün gəldiyini, polietilen torbanı isə ora qoyacağını, İİR vətəndaşının polietilen torbanı götürəcəyini, polietilen torbanın daxilində civə və spirtli içki olduğunu bilidirmişdir. (c 1, i.v 24-29) İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli aşkar edilmiş bağlamaya baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış yeri Biləsuvar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının inzibati binasıdır. Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ərazidən götürdüyü mavi rəngli alt hissəsindən üst hissəsinə qəhvəyi ip bağlanılmış torbanın daxilinə baxış keçirən zaman orada ümumi çəkisi bükümlərlə birlikdə 24300 qram narkotik vasitə olan marixuanaya bənzər maddələr və 29 konvalyutda, 290 ədəd üzərinə "methadone-40" sözləri yazılmış həblərin olması, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 əraziyə qoyduğu üzərində qadın və çiçək rəsmləri olan torbanın daxilinə baxış keçirilən zaman orada 2 ədəd üzərinə “Romanov” sözləri yazılmış iki ədəd litrlik spirtli içki olan araq, 1 ədəd üzərinə “Domino vodka” sözləri yazılmış 0,5 litrlik spirtli içki olan araq, 2 ədəd üzərinə “EFES” sözləri yazılmış litrlik spirtli içki olan pivə, araqların birinin üst hissəsinə skoçla bərkidilmiş ümumi çəkisi şüşə qab və bağlama ilə birlikdə 50 qram civəyə bənzər maye olması məlum olmuşdur. (c 1, i.v 30-34) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 59) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 83) İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 30-cu korpusda axtarış aparılmasına etiraz etmir. (c 1, i.v 129) İş materiallarında olan axtarış və götürmə aparılması haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evində yaşadığı zaman civəyə bənzər maddəni sonuncunun və Könül Məhərrəmovanın xəbəri olmadan evin girişindən sol tərəfdə, dolabın üstündə gizlətdiyini bildirmiş və özü həmin yerdən içərisindəki civə olması ehtimal edilən şüşə qabları könüllü olaraq götürüb təqdim etmişdir. Axtarış istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə lentə alınmış və 1 ədəd "DVD" diskə köçürülərək qeyd olunan protokola əlavə edilmişdir. (c 1, i.v 132-135) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023cü il tarixli 6/306 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş göy rəngli torbadakı üzərində "Methadone 40" (exp.03-24) markalanma göstəricisi olan 29 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 290 ədəd üzərilərində "F/M40" yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 290 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 11,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həddə 0,04 qram metadon olmaqla). Həmin ekspert rəyinin qeyd hissəsindən görünür ki, metadon 290 ədəd metadon tərkibli həb, tədqiqata sərf edildi 5 həb, 285 həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (c 1, i.v 136-139) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/61 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş göy rəngli sintetik torbada üzəriləri skoçla bağlanmış 19 ədəd qara rəngli polietilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 936,4 qram, 965,3 qram, 1030,0 qram, 1011,0 qram, 1111,4 qram, 647,2 qram, 796,1 qram, 1002,0 qram, 889,3 qram, 1002,0 qram, 818,6 qram, 1123,7 qram, 1399,3 qram, 1281,7 qram, 1679,5 qram, 1351,7 qram, 921,0 qram, 1985,6 qram, 1595,2 qram, ümumi çəkisi - 21547,0 qram bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ekspert rəyinin qeyd hissəsindən görünür ki, marixuananın ümumi çəkisi - 21547,0 qram (1-19 nömrəli obyekt), tədqiqata istifadə olundu cəmi - 0,38 qram (hər obyektdən 0,02 qram götürüldü), qalıq - 21546,62 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (c 1, i.v 141-144) İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-35/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 206-209) İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-36/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 210-213) İş materiallarında olan xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdə, saat 01:19-da Təqsirləndirilən şəxs1 "Biləsuvar rayonu" sözləri yazılmış lövhənin qarşısında çəkilmiş fotoşəklini sonuncuya göndərmiş, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 01:21 radələrində şəxsiyyəti istintaqa məlum İran İslam Respublikasının vətəndaşı Ramiz adlı şəxs kimi məlum olan şəxsin istifadəsində olan, ittiham olunduqları cinayətlərin törədilməsi zamanı vasitə kimi istifadə edilmiş və mobil telefonun yaddaşında "Ramiz DDDDD" kimi qeyd edilmiş "+98 *** *** ** **" saylı nömrəni Təqsirləndirilən şəxs2 göndərmişdir. Həmin tarixdə, saat 03:41-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 "Nolub" deyə yazmış, sonuncu saat 03:42 və 03:43-də cavabında "Yazibki 5..10 deyqaya atram, Sebirli ol, Telesme her işde bir xeyir var" sözlərini yazmışdır. Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 04:10-da Təqsirləndirilən şəxs2 yönləndirilmə kimi görünən konum (location) göndərmiş, 04:15-də isə ittiham olunduqları narkotik vasitələrin aşkar edildiyi yerdən içərisində həmin narkotik vasitələrin olduğu 1 ədəd göy rəngli həmin bağlamanın fotoşəklini göndərərək "........... bu boyda temanı neyniyeceyik" sözlərini yazmışdır. Bundan başqa mobil telefonun "Qaleriya" bölümünə keçirilmiş baxışdan görünür ki, 1 ədəd ağ rəngli salfetkanın üzərinə metallik rəngli maye tökülür, həmin maye bıçağa bənzər əşya ilə ortadan 2 yerə bölünür və həmin maye yenidən öz-özünə birləşir. (c 1, i.v 232-233) İş materiallarında olan xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd "Honor" markalı mobil telefon aparatına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdə, saat 03:41-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 (telefonun yaddaşında adını "Batya" kimi qeyd olunub) "Nolub" deyə yazmış, sonuncu saat 03:42 və 03:43-də cavabında "Yazibki 5..10 deyqaya atram, Sebirli ol, Telesme her işde bir xeyir var" sözlərini yazmışdır. Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 04:11-də Təqsirləndirilən şəxs2 yönləndirilmə kimi görünən konum (location) göndərmiş, 04:15-də isə ittiham olunduqları narkotik vasitələrin aşkar edildiyi yerdən içərisində həmin narkotik vasitələrin olduğu 1 ədəd göy rəngli həmin bağlamanın fotoşəklini göndərərək "................ bu boyda temanı neyniyeceyik" sözlərini yazmışdır. (c 1, i.v 234-235) İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c 1, i.v 237-238) İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Honor” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c 1, i.v 239-240) İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində xx.xx.2014-cü il və xx.xx.2018-ci il təvəllüdlü uşaqları vardır. (c 2, i.v 22-24) İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsindən N fevral 2023-cü il tarixdə, Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən 28 fevral 2023-cü il tarixdə istintaqa daxil olmuş əməliyyat tapşırığının cavab məktublarından görünür ki, şəxsiyyəti istintaqa Ramiz adı ilə məlum olan şəxsin İran İslam Respublikasının Parsabad şəhəri, Dərə məhəlləsi sakini X9 olması müəyyən edilmişdir. Həmin məktubda, X2 hadisə yerində aşkar olunmuş civə olması ehtimal edilən maddənin aparılmış filtrasiya zamanı Bakı şəhərində yaşadığı ərazidə olan zibillikdən tapmasını və İİR vətəndaşına verəcəyini bildirmiş, həmçinin onun sözügedən narkotik vasitələri ərazidən götürüb uzaqlaşacağı təqdirdə İİR vətəndaşı ilə əlaqə saxlayacağını və Bakı şəhərində ona deyiləcək ünvana çatdıracağı məlum olmuşdur. (c 2, i.v 31,62) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, qalıq çəkiləri – 21546,62 qram qurudulmuş marixuana, 285 ədəd metadon həbi maddi sübut kimi tanınaraq həmin tarixli raport əsasında məhkəmənin müvafiq qərarınadək məsul saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsinin maddi sübut otağına təhvil verilmişdir. (c 2, i.v 39- 41) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən, qərardan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-424/2009 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 05 ay 07 gün vaxtından əvvəl şərti olaraq azad edilib, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (c 2, i.v 64-66, 122-129, 163-164) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-73/2022 nömrəli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (c 2, i.v 67, 131-150) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli 6/586; 6/600; 5/134; 9/704 nömrəli rəyindən görünür ki, 1 №-li cədvəldə göstərilən 5 ədəd alkoqollu içkilərin butulkasına yapışdırılmış aksiz markalar AA0000000 nömrəli “AZƏRBAYCAN RESPUBLİKASİ Alkoqollu içkilər AKSİZ MARKASİ” aksiz markasının nümunəsi ilə eynidir. Tədqiqata təqdim edilmiş, adları 2 saylı cədvəldə qeyd edilən mayelər sipirtli içkilərdir. Yoxlanılan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə müvafiq standartların tələblərinə və üzərlərindəki etiket göstəricilərinə uyğundurlar. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №16” dairəvi möhür əksləri olan bir ədəd kağız paketdəki bir ədəd plastik qapın içərisində 2 ədəd uc hissəsinə kəndir bərkidilmiş şüşə borucuğun içərisində təmiz çəkisi 28,256 qr., 35,121 qr., 1 ədəd birdəfəlik şprisdə təmiz çəkisi 26,720 qram, bir ədəd üzərində “2003 №-li Hərbi Hissə Liter F” dairəvi möhür əksləri olan kağız yapışdırılmış polietilen bağlamada bir ədəd şüşə borucuqda təmiz çəkisi 21,196 qram, ümumi təmiz çəkisi 111,293 qram olan gümüşü metal parlaqlığına malik civəyə oxşar maddələr civədir. Civə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına (2 nömrəli əlavə, Sıra №-si 30) daxildir. Ekspertiza tədqiqatına təqdim edilmiş etiket adları 3 saylı cədvəldə göstərilən spirtli içkilərin ümumilikdə orta bazar qiyməti təxminən 42,10 manat müəyyən edilir. Civə maddəsi satışda olmadığından qiymətləndirmə aparılması mümkün olmadı. Maddənin ümumi çəkisi 111,293 qram tədqiqata istifadə olundu 0,1 qram, qalıq 111,193 qram. (c 2, i.v 89-92) İş materiallarında olan 05 iyul 2023-cü il tarixli "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrənin istifadəçisindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 8 yanvar 2023-cü il tarixdə, saat 19:34-də "PATL KOLA İSDİYEN VAR DOSD VAR ONDA VAR" məzmunlu "SMS"göndərilmişdir."Zenglerin_Mexsusluq_Tarixceleri__**********3535___773065725_NA R_4" faylına keçirilmiş baxış zamanı həmin "SMS"-i göndərən ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin Abşeron rayonu, Novxanı qəsəbəsində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı X6 olması müəyyənləşdirilmişdir. (c 2, i.v 160) İş materiallarında olan ambulator məhkəmə psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 195-196) İş materiallarında olan ambulator məhkəmə psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 197-198) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin 18 mart 2023-cü il tarixli, 1633 nömrəli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 199-200) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin 27 mart 2023-cü il tarixli, 1658 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olmuş, lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 201-202) İş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sol kürəkdə bir ədəd, hər iki said nahiyəsində çoxsaylı köhnə çapıq toxuma müşahidə edilmişdir. Həbs edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. (c 3, i.v 90-99) İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hökmünün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 qeydiyyata alınmadığından ona təyin olunmuş 01 il 10 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. (c 3, i.v 142) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı qismən və tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamın faktiki tərəfini qismən Təqsirləndirilən şəxs2 isə tam mübahisələndirdiyi və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü iranlı Ramiz adlı şəxslə aşkar edilmiş civəni sonuncunun göndərdiyi konum qoymaq məqsədilə Biləsuvar rayonuna getdiyini, civəni tutulduğu yerə, yəni konum göndərilən yerə qoyacağını, konum olan yerə çatdıqda, iranlıya civəni hara qoymalı olduğunu yazdığını, onun isə şəkil atıb narkotikin yanına, yəni oradakı traktorun arxa təkərinin yanına qoymalı olduğunu deməsini, civəni aparıb ora qoyarkən isə meşoku görüb, civəni qoymadan geri qayıtdığını, dərhal da saxlanıldığını, həmin vaxt civənin əlində tutulduğunu, ordakı narkotikə əl vurmadığını, iranlı ilə civəni qoyub, narkotik götürməsi barədə razılığının olmadığını, narkotikin ona aidiyyətinin olmamasını, Elvinlə yoldaşlı Biləsuvara getdiyini, Elvinin onun Biləsuvara civə apardığını bilmədiyini, saxlanıldıqdan sonra ona təzyiqlər göstərilib döydüyünü, sərhədçilərin ona təzyiqləri və təhdidləri nəticəsində etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Bəxtiyarın Biləsuvar rayonuna gedərək narkotik vasitə götürcəyindən və onun yerinə spirtli içki və civə qoyacağından məlumatsız olduğunu, lakin Bəxtiyarın təxminən 5-6 gün öncə ona şüşə qabda civə göstərməsini, haradan və hansı şəraitdə əldə etdiyini və nə məqsədlə istifadə edəcəyini demədiyini, saxlanılan zaman civəyə baxış zamanı onlara hərbi hissədə təqdim olunan civə Bəxtiyarın ona Bakı şəhərində göstərdiyi şüşə qabda olan civə olduğunu, Ramiz adlı İİR vətəndaşı kimi məlum olan şəxsin qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərməsindən məlumatsız olduğunu, hadisə yerində avtomobildə oturduğunu, Bəxtiyarın narkotik vasitəni əldə etməsini bilmədiyini, yalnız avtomobildə saxlanılarkən bu barədə məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 irəli sürdüyü saxlanılarkən və hərbi hissədə olarkən ona sərhədçilər tərəfindən fiziki təzyiq, təhdid və pis rəftar edilməsi ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Bundan başqa məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublarından və tibbi kitabçanın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənlərində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki və psixoloji təzyiqə, təhdidə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 69-72), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 162-166) qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü Biləsuvar rayonunda İİRdə olan Ramiz adlı şəxsin dediyi yerə civəni qoymaq, qarşılığında isə 1000 manat pul almaq məqsədilə getdiyini, civənin sonuncu tərəfindən laboratoriyada yoxlatdırıldıqdan sonra həmin maye istədiyi kimi çıxsa həmin mayenin bir bankasına 45000 manat pul verəcəyi barədə aralarında razılıq əldə edildiyini, Biləsuvarda çayxanada olarkən iranlı Ramizin ona bir şəkil göndərib, həmin şəkildə traktorun təkərinə söykədilmiş 1 ədəd göy rəngli bağlama gördüyünü, bunun nə olduğunu Ramizdən soruşanda sonuncu cavabında həmin bağlamanın içərisində narkotik vasitə marixuana və metadon həblərinin olduğunu bildirdiyini, Ramizin ona içərisində narkotik vasitə olan həmin bağlamanı İrandan qaçaq yolla öz adamları vasitəsilə keçirdiyini deməsini və ona konum ataraq həmin bağlamanı oradan götürməsini, civəni və Bakı şəhərindən aldığı içkiləri oraya qoymasını deməsini, həmin işin müqabilində onların konkret olaraq məbləğ danışmadığını, lakin ilk dəfə Ramiz ona bu işi təklif edəndə ona sonuncunun kuryeri olmasını və hər dəfə narkotik vasitəni bir yerdən başqa yerə aparıb qoyması müqabilində ona 500 manat pul verəcəyini bildirdiyini, bu dəfə sonuncunun bu təklifi ilə razılaşdığını, hadisə yerində avtomobildən düşdükdən sonra trakrotun yanına yaxınlaşıb, traktorun arxa tərəfinə keçib həmin bağlamanı görüb, ona yaxınlaşıb, əlindəki içkiləri və civəni yerə qoyub, sonra içərisində narkotik vasitələr olan bağlamanı götürüb və oradan uzaqlaşıb avtomobilə tərəf getmək istəyərkən sərhədçilər tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı narkotiki görüb fikrini dəyişib, geriyə avtomobilə qayıtmaq istəyərkən, sərhədçilər tərəfindən saxlanılması, hadisə yerindən heç bir narkotik vasitə götürməməsi, eləcə də, aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmaması barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə Təqsirləndirilən şəxs1 hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid2 və Şahid3 həmin ifadələrində Bıxtiyar Hacıyevin bilavasitə hadisə yerindən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadəsində göstərilən xüsusatları və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 iranlı Ramizi tanımaması, ümumiyyətlə Elvinin onun hansı məqsədlə həmin əraziyə getdiyini, civə apardığını, narkotik vasitə götürəcəyini bilmədiyini və o, saxlanılana qədər də Elvinin məlumatının olmaması, Elvinin tək bildiyi onda civənin olması barədə ifadələrində göstərilən xüsusatlar məhkəmə araşdırması zamanı işin faktiki halları, eləcədə Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatına və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd "Honor" markalı mobil telefon aparatına baxış keçirilərkən aşkar edilmiş məlumatlarla tam olaraq təkzib edilir. Belə ki, təqsirləndirilən şəxslər ittiham olunduqları cinayətlərin törədilməsi zamanı vasitə kimi istifadə edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung" markalı mobil telefonun yaddaşında "Ramiz DDDDD" kimi qeyd edilmiş "+98 *** *** ** **" saylı nömrəni Təqsirləndirilən şəxs2 göndərmişdir. Həmin tarixdə, saat 03:41-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 (telefonun yaddaşında adını "Batya" kimi qeyd olunub) "Nolub" deyə yazmış, sonuncu saat 03:42 və 03:43-də cavabında "Yazibki 5..10 deyqaya atram, Sebirli ol, Telesme her işde bir xeyir var" sözlərini yazmışdır. Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 04:10-da Təqsirləndirilən şəxs2 yönləndirilmə kimi görünən konum (location) göndərmiş, 04:15-də isə ittiham olunduqları narkotik vasitələrin aşkar edildiyi yerdən içərisində həmin narkotik vasitələrin olduğu 1 ədəd göy rəngli həmin bağlamanın fotoşəklini göndərərək "........... bu boyda temanı neyniyeceyik" sözlərini yazmışdır. Bundan başqa "Samsung" markalı mobil telefonun "Qaleriya" bölümünə keçirilmiş baxışdan görünür ki, 1 ədəd ağ rəngli salfetkanın üzərinə metallik rəngli maye tökülür, həmin maye bıçağa bənzər əşya ilə ortadan 2 yerə bölünür və həmin maye yenidən öz-özünə birləşir. Həmin neytral sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs2 artıq hadisə yerinə Təqsirləndirilən şəxs1lə birlikdə gələrkən Təqsirləndirilən şəxs1 tərəfindən qaçaqmalçılıq yolu ilə İİR-nə civə keçiriləcəyini, orada gizlədilmiş narkotik vasitənin isə tərəflərindən götürüləcəyini qabaqcan bilmiş və aralarında bu barədə razılıq əldə edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdükləri dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs2 isə istər ibtidai istintaq zamanı, istəsə də məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmədə, Təqsirləndirilən şəxs2 isə istər ibtidai istintaq zamanı, istəsə də məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz olması barədə bildirdikləri istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs1 digər şəxslə qabaqcadan razılaşaraq sonuncu tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Biləsuvar rayonunun ərazisində yerləşən 6-cı sərhəd zastavasının 11-ci sahəsi ərazisində, avtomobil yolunun kənarında gizlədilmiş narkotik vasitəni götürmək və zəhərli maddə olan civə elementini Bakı şəhərindən apararaq qaçaqmalçılıq yolu ilə İİR-nə keçirilməsi məqsədilə həmin yerdə gizlətməsini etiraf etmiş, onun həmin etirafedici ifadələri də iş materiallarında olan digər sübutlarla şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə tam olaraq öz təsdiqini tapır. Bu hal isə təqsirləndirilən şəxslərin öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmələrini, eləcə də zəhərli maddə olan civə elementini Bakı şəhərindən apararaq qaçaqmalçılıq yolu ilə İİR-nə keçirilməsi məqsədilə həmin yerdə gizlətməsini sübut edir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələrin ölkə ərazisində qanunsuz olaraq realizə edilməsini icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Biləsuvar rayonunun ərazisində yerləşən 6-cı sərhəd zastavasının 11-ci sahəsi ərazisində, avtomobil yolunun kənarında narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs1 dəqiq məlumatlar ötürməsini, sonuncunun isə Təqsirləndirilən şəxs2la bu barədə aralarında razılıq əldə etməsini, onların cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdikləri və qabaqcadan əlbir olduqları digər şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilən zaman qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12(a) və 13-cü sətrlərinə əsasən qurudulmuş marixuana və metadon narkotik vasitə hesab edilir, həmin maddələrin müvafiq sətr ardıcıllığı ilə şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, 0,02 qram külli miqdarının aşağı həddi isə 500 qram və 1,6 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 240.2.1, 29, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 206.3.2 və 29, 206.3.1-ci maddələri ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxslərin əməlinin CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsini və həmin maddənin sanksiyasında cəza təyin edilməsini məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 240.2.1, 29, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilsə də, onların Azərbaycan Respublikası CM-in nə 206.3.2, 29, 206.3.1-ci maddələrində, nədə ki, 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının CM-nin nə 206.3.2, 29, 206.3.1-ci nədə ki, 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmələri, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 240.2.1, 29, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının CM-nin 206.3.2, 29, 206.3.1-ci maddələri ilə ittiham irəli sürməklə, eləcə də məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxslərin əməlinin CM-nin 32.5, 206.2, 29, 206.3.1-ci maddələri ilə tövsif edilməsini təklif etməkdə əsassız qənaətə gəlmişdir. İş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ittiham tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumiyyətlə narkotik vasitələrə münasibətdə qaçaqmalçılıq cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxslər əslində bütövlükdə satışın təşkili ilə bağlı da öz aralarında və digər şəxslə hər hansı razılaşma əldə etməmiş, yalnız narkotik vasitələri bəlli bir yerdə qəbul etməkdən və həmin vasitələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürərək satışda məqsədləri yalnız bu funksiyanı həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxslər yuxarıda təsvir olunan şəkildə qəbul etmə və “kuryerlik” funksiyası ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlama daşıma cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs1 digər şəxslə yalnız telefonla əlaqə saxlayıb daha sonra bu barədə Təqsirləndirilən şəxs2la da aralarında razılıq əldə etməsi əməlin bu tövsifedici əlamətinin təsiri altına düşməsi üçün yetərlidir. Lakin ittiham tərəfindən qeyd olunan maddələrin gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin predmetlərlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair hər hansı sübut əldə edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin predmetlərin artıq Azərbaycan Respublikası ərazisində olduğunu bildikdən sonra cinayətdə iştirak etmiş, yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişlər. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İİR-da olan digər şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişlər və ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz törətdikləri sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın narkotik vasitəyə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Deveyer Belçikaya qarşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməli, məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı əvvəlcə ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, məhkəmə çıxışları mərhələsində isə dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən şəxsin “təqsirliliyi sübuta yetirilmədikdə” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin narkotik vasitəyə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsi ilə CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Bundan başqa məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2-ci maddəsi ilə (narkotik vasitəyə münasibətdə) təqsirləri sübuta yetirilmədiyindən, onlara qarşı verilmiş ittihamın civəyə münasibətdə CM-nin 29, 206.3.1-ci maddəsi ilə yəni qaçaqmalçılıq cinayətinin təkrar törədilməsinə cəhdlə bağlı hissədə də ittiham əsassızdır. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən narkotik vasitəyə münasibətdə yuxarıda qeyd edilən əsaslarla təqsirləri sübuta yetirilmədiyindən, onların artıq civəyə münasibətdə qaçaqmalçılıq cinayətinin təkrar törədilməsi ümumiyyətlə absurddur, məhz həmin əsasla da təqsirləndirilən şəxslərə CM-nin 29, 206.3.1-ci maddəsi ilə də bəraət verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.2.1, 29, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.2.1, 29, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını (Təqsirləndirilən şəxs2 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitələrin və zəhərli maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin və zəhərli maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, törədilmiş cinayətlərdən birinin (zəhərli maddə olan civəyə nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs2 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiklərindən onlara CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-73/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası isə Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1- 1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 06 (altı) ay 05 (beş) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 21546,62 qram narkotik vasitə qurudulmuş marixuana 285 ədəd metadon həbləri və iş üzrə götürülmüş 3 ədəd araq, 1 ədəd pivə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nə təhvil verilmiş 111,193 qram zəhərli maddə civə məhv edilməli, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus "Samsung" markalı mobil telefon aparatı, Təqsirləndirilən şəxs2 məxsus "Honor" markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özlərinə qaytarılması üçün saxlanıldıqları istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işlərinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-186 (bir yüz səksən altı) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 93 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 29, 206.3.1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 29, 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(009)-73/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 06 (altı) ay 05 (beş) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 29, 206.3.1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 206.3.2, 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 29, 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 21546,62 qram narkotik vasitə qurudulmuş marixuana 285 ədəd metadon həbləri və iş üzrə götürülmüş 3 ədəd araq, 1 ədəd pivə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nə təhvil verilmiş 111,193 qram zəhərli maddə civə məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus "Samsung" markalı mobil telefon aparatı, Təqsirləndirilən şəxs2 məxsus "Honor" markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özlərinə qaytarılması üçün saxlanıldıqları istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işlərinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-186 (bir yüz səksən altı) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 93 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elxan Süleymanov Hakimlər: Əli Əliyev Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-180/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-180/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver