Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-180/2025 17.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1970-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-990/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 (bir) il 01 (bir) ay 17 (on yeddi) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin vaxtından əvvəl şərti olaraq azad edildiyi cəzanın müddəti başa çatdığından xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, lakin hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs, məlum olmayan mənbədən, 03 iyul 2024-cü il tarixdə, Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,573 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin əməkdaşları tərəfindən 03 iyul 2024-cü il tarixdə, saat 21:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən “Çörək zavodu”nun yaxınlığındakı küçədə piyada hərəkətdə olarkən saxlanılmış, Lənkəran şəhəri Paşa Təhməzov 8 ünvanında yerləşən polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə, saat 22:00-dan saat 22:10-dək üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman külli miqdar təşkil edən həmin bir ədəd sellofan bükümdəki narkotik vasitə heroin üzərindən aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır, evlidir, 14 yaşı tamam olmuş bir qız övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, 03 mart 2024-cü il tarixdə, günorta saatlarında qayınanasının evinə getmiş, ordan çıxdıqdan sonra, Lənkəran şəhəri, M.F.Axundov küçəsində piyada gedərkən “Hyundai” markalı avtomobilin onun arxasınca gəldiyindən şübhələnmiş və yaxınlıqda olan M.F.Axundov 16 saylı evin həyətinə daxil olmuşdur. Həmin ev onun babasına məxsus olmuşdur, hazırda dayısı həmin evdə yaşayır. Həyətə daxil olduqdan sonra taksi sürücüsü olan tanışı Cabirə zəng edərək, “Hyundai” markalı sonu 620 nomrə ilə bitən avtomobili tanıyıb-tanımadığını soruşmuş, elə həmin vaxt polis əməkdaşları həyətə girərək, onu yaxalamışlar. O, getmək istəməmiş, həyətdə olan ağacdan tutmuş, polis əməkdaşları zorla onu aparmağa çalışmış, yerdə sürümüşlər, bu zaman o əlindən və dirsək nahiyyəsindən xəsarət almış, həmin hissələr qanamışdır. Daha sonra onun əlini burub həyətdən çıxarmışlar, oradan əvvəlcə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə aparmışlar, orada video çəkiliş həyata keçirilmiş, daha sonra isə rayon polis şöbəsinə aparılmışdır.
3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində ifadə verərkən müdafiəçi yanında olmuşdur, polis əməkdaşları onu saxlayarkən videoçəkiliş olmadan tutmuşlar, daha sonra regional şöbədə video çəkiliş olmuşdur, onu tutan əməliyyatçılardan Tural və Loğmanı tanıyır, ümumilikdə onu tutarkən polis əməkdaşları 3 nəfər olmuşlar, təxminən saat 8-9 radələrində onu saxlamışlar, o saxlanılarkən polis əməkdaşları tərəfindən ona xəsarət yetirilmişdir, regional şöbədə və ya polis şöbəsində döyülməmişdir. Həmçinin, o, həyat yoldaşının onkoloji xəstə olduğunu bildirmişdir.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 56-58 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 70-72) göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə, günorta saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində bir nəfər tanımadığı şəxsdən 40 manat pul müqabilində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. Həmin sellofan bükümü əynində olan şalvarının sağ yan cibinə qoymuşdur ki, ağrıları başlayanda istifadə etsin. Həmin gün, yəni 03 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən “Çörək zavodu”nun yaxınlığında küçədə tək piyada hərəkətdə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu üzərində narkotik vasitə saxlamasında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün şəhər ərazisində yerləşən polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları üzərində narkotik vasitə olduğunu bilirlər və onlara etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuşdur. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynindəki cins şalvarın sağ yan cibində gizlətdiyi bir ədəd qara rəngli sellofan bükümdə kakosu, 7 manat pulu və şalvarının digər ciblərindən özünə məxsus “Xiaomi Redmi” markalı mobil telefonu, içərisində siqaret dənələri olan “Kent” markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik maddə kakos, yəni heroin vardır, bu gün günorta saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata almışdır. Həmin maddədən heç kimə verməmiş və ya satmamışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Narkotik vasitələrin satışı ilə məşğul deyil, heç vaxt da bu işlə məşğul olmamışdır. Ona qarşı heç bir zorakılıq hərəkətləri olmamış, psixotrop maddə onun özünə məxsusdur. Üzərində aşkar edilmiş narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə əldə etmişdir.
6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələri təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir, 03 iyul 2024-cü il tarixdə icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və onun rəhbərliyi ilə qrup üzvləri DİN-nin BNMİ-nin CBRŞ-nin polis nəfərləri, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bundan sonra birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib 03 iyul 2024-cü il tarixdə, saat 21:00-da Lənkəran şəhəri, M.F.Axundov küçəsində tək piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər, daha sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs onların polis əməkdaşı olduğunu bilib geriyə dönərək qaçmaq istədikdə ayağı büdrəmiş və üzü üstə yerə yıxılmışdır. Yıxılan zaman müəyyən xəsarətlər almışdır. Bundan sonra Təqsirləndirilən şəxs yerdən qaldırıb üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsini bildirmişlər və onu BNMİ-nin CBRŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən onun, Şahid2, Şahid3 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrini izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan büküm, cəmi 7 manat pul və əynindəki şalvarın digər ciblərindən bir ədəd “Redmi” markalı mobil telefon, içərisində 06 ədəd siqaret dənəsi olan “Kent” siqaret qutusu və bir ədəd alışqan çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik maddə kakos olduğunu, günorta vaxtı Lənkəran şəhərinin “Böyük Bazar” ərazisində adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 40 manata aldığını, heç kimə vermədiyini, satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, tərəzi ilə çəkilmiş, daha sonra qablaşdırılaraq, möhürlənmişdir. Şahid məhkəmə iclası zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.F.Axundov küçəsində piyada hərəkətdə olarkən saxlamış və BNMİ-nin CBRŞ-nə gətirmiş, üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir hədə-qorxu gəlinməmiş, zor tətbiq olunmamış və üzərinə narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdikləri tamamilə yalan və böhtandır, o məsuliyyətdən kənarda qalmağa çalışır. Həmçinin, şahid məhkəmə tərəfindən ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, 03 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayan zaman “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarı ilə bağlı onlara rəhbərlik tərəfindən göstəriş verilməmişdi, bu səbəbdən plenum qərarında göstərildiyi kimi, yəni şəxsin saxlanıldığı yerdə üzərinə baxış keçirilməsi və bu hərəkətlərin fasiləsiz videoçəkiliş aparılmaqla qeydə alınmalı olmasından həmin dövrdə məlumatlı olmamışlar.
10. Məhkəmə iclasında dindirilmiş Şahid2 digər Şahid1la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs saxlayan zaman onun qaçmaq istədiyini, bu zaman yıxılaraq xəsarət aldığını, ona qarşı hər hansı fiziki güc tətbiq edilmədiyini, hədə qorxu gəlinmədiyini və ya təsir edilmədiyini, narkotik vasitənin onun özünə məxsus olduğunu, üzərindən aşkar edildiyini və özünün etiraf etdiyini qeyd etmiş, həmçinin uzun müddətdir ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şikayətlər edildiyini, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlar daxil olduğunu bildirmişdir.
11. Məhkəmə iclasında dindirilmiş Şahid3 digər şahidlər Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs saxlayan zaman onun qaçmaq istədiyini, bu zaman yıxılaraq xəsarət aldığını, ona qarşı hər hansı fiziki güc tətbiq edilmədiyini, hədə qorxu gəlinmədiyini və ya təsir edilmədiyini, narkotik vasitənin onun özünə məxsus olduğunu, üzərindən aşkar edildiyini və özünün səmimi etiraf etdiyini bildirmişdir.
12. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin dayısıdır, 03 iyul 2024-cü il tarixdə, təxminən axşam vaxtı, hava yenicə qaralan zaman, evdə olarkən həyətin qapısının vurulduğunu eşitmiş, elə bilmişdir ki, külək açıb, həyətə çıxanda 2 nəfər şəxsin Vüqarı tutub, qoluna qandal vurub apardıqlarını görmüş, o isə gedib qapını bağlayıb evə qayıtmışdır. Ona verilən suallara cavab olaraq şahid qeyd etmişdir ki, Vüqarın döyüldüyünü görməyib, yalnız qolunu burub, qandallayıb həyətdən çıxardıqlarını görüb. Həmin zaman o evdə həyat yoldaşı ilə olmuşdur, həyat yoldaşı xəstədir, o heçnə görməmişdir. Hadisəni özü tək görüb.
13. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Vüqarın qayınanasıdır. 03 iyul 2024-cü il tarixdə axşam vaxtlarında, Lənkəran şəhəri, M.F.Axundov 26 ünvanında, öz yaşadığı evdə olmuş, həmin vaxt Vüqarın qızı onların evində qalırmış, həmin qızın, yəni nəvəsi Zəhranın 15 yaşı var, Vüqar qızını götürməyə gəlmiş, lakin qız həmin vaxt evdə yox, xalasıgildə olduğundan bu barədə Vüqara demiş, Vüqar evə girməmiş, həyətdən onunla danışmış, o isə evdə, pəncərədə dayanaraq Vüqarla söhbət etmiş, Vüqar çıxıb getmiş, getdikdən təxminən 5- 10 dəqiqə sonra Vüqarın küçədə səsini eşitmiş, səsə görə çölə çıxmış, həmin vaxt artıq Vüqarı aparmışlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid qeyd etmişdir ki, Vüqar aparılan zaman onu şəxsən görməmişdir, o eşitdiyi səsə görə küçəyə çıxmış, həmin zaman artıq Vüqarı aparmışdılar. O, Vüqarın döyüldüyünü və ya yerdə süründüyünün şahidi olmamışdır, eşitdiyinə görə onu həyətdən aparıblar. Həmçinin, o, Vüqarın xəstə olduğunu, hərdən narkotik vasitələrdən istifadə etdiyini məhkəməyə bildirmişdir.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
16. BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 3)
17. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 03 iyul 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6)
18. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 12-20)
19. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 22)
20. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokol məhkəmə istintaqında tədqiq edilmişdir. Həmin protokolda qeyd edilir: “Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edildi və verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər narkotik maddəyə görə məhkum olunmuş, narkotik maddə kakos qəbul edir, satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli selofan büküm, cəmi 7(yeddi) manat pul və əynindəki şalvarın digər ciblərindən bir ədəd «Redmi» markalı mobil telefon, içərisində 06 ədəd siqaret dənəsi olan «Kent» siqaret qutusu və bir ədəd alışqan çıxarıb təqdim edərək masanın üzərinə qoydu və ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi bükümün içərsində narkotik maddə kakos var, bu gün günorta vaxtı Lənkəran şəhəri, “böyük bazar” ərazisində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 40 manata almış, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümun içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu və götürüldü. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd alışqan, içərisində siqaret dənələri olan siqaret qutusu və cəmi 7 manat pul material üzrə əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarıldı, mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlə 3,83 qram çəkidə oldu. Sonra həmin qara rəngli selofan büküm kağıza büküldü və zərfə qoyuldu, zərfin üstü «DİN Zərflər üçün N27(1)» möhürü ilə möhürləndi və üzərində müvafiq qeydlər aparılaraq imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Ona verilən sualları tam başa düşdüyünü bildirdi. Müdafiəçi1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, üzərindən aşkar olunmuş büküm aldığı formadadır, ona heç bir əlavə olunmamışdır”. (c İ, i.v 31-33)
21. Həmçinin, şəxsi axtarış və götürmə aparılması barədə video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 20-ci bəndində tədqiq edilən protokolda qeyd edilənlərin DVD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin, videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs sol əlinin barmaqlarının üst hissəsində qana bənzər qırmızı ləkələrin olduğu məhkəmə tərəfindən müşahidə edilmişdir. (c İ, i.v 34)
22. BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən, ona yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu bilib qaçmağa başlamış, bu zaman yerə yıxılaraq bədən xəsarətləri almışdır. (c İ, i.v 38)
23. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokol tədqiq edilmişdir. Həmin protokolda qeyd edilir: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbənin təhqiqatçısı, polis mayoru X12 Azərbaycan Respublikası CPM-in 51, 86-cı maddələrinin tələblərinə əsasən 1) Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1; 2) Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbənin polis nəfəri, polis baş serjantı Şahid2; 3) Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbənin polis nəfəri, polis baş serjantı Şahid3; 4) şübhəli şəxs xx.xx.1970-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Lənkəran şəhəri, Ş.Ə.Kazımbəyoğlu küçəsi ev 1/21-də qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs; 5) müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1; iştirakları ilə tərtib edirəm həmin aktı ondan ötrü ki, DİN-nin BNMİ-nin X13 Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncu 03 iyul 2024-cü il tarixdə saat 21:00 dəqiqədə Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən «Çörək zavodu»nun yaxınlığında küçədə saxlanılaraq Regional Şöbəyə gətirildikdən sonra tərəfimdən şübhəli şəxs qismində tutulmuş, üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və doğru bilinib imzalarla təsdiq edilmişdir. Regional şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 raportla müraciət edərək Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 21:00- da Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən «Çörək zavodu»nun yaxınlığında küçədə saxlanılarkən polis əməkdaşları olduqlarını bilib qaçmağa başladıqda küçədə yerə yıxılaraq bədən xəsarətləri aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən «Çörək zavodu»nun yaxınlığında küçədə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxlamaq istədikdə üzərində narkotik maddə olduğundan həmin şəxslərin polis əməkdaşları olduğunu bilib qaçaraq oradan uzaqlaşmaq istədikdə öz ehtiyyatsızlığından yerə yıxılaraq hər iki əlindən və digər bədən nahiyyələrindən xəsarət almış, bununla bağlı heç bir şikayət və tələbi yoxdur”. Həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imza etməklə doğruluğu təsdiq edilmişdir. (c İ, i.v 39)
24. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxs qismində tutulmuş şəxsin əlavə izahatı”nda Təqsirləndirilən şəxs əlavə izahat verərək qeyd edir: “Mənə verilən suallara cavab olaraq göstərə bilərəm ki, 03 iyul 2024-cü il tarixli ilkin vermiş olduğum izahatımı bir daha təsdiq edirəm. Bildirirəm ki, 03. iyul 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri, M.F.Axundov küçəsində yerləşən “Çörək zavodu”nun yaxınlığında küçədə olarkən mülki geyimdə olan şəxslər mənə yaxınlaşıb məni saxlamaq istədikləri vaxt üzərimdə narkotik maddə olduğundan həmin şəxslərin polis əməkdaşları olduğunu bildim və qorxduğuma görə qaçıb oradan uzaqlaşmaq istədim. Lakin qaçarkən öz ehtiyyatsızlığımdan yerə yıxıldım və hər iki əlimdə, həmçinin digər nahiyyələrimdə xəsarət yarandı. Bildirirəm ki, məni heç kim vurmamış, döyməmiş, bununla bağlı heç bir şikayətim və tələbim yoxdur”. Əlavə izahat Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imza etməklə təsdiq edilmişdir. (c İ, i.v 40-41)
25. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Məhkəməkimyəvi ekspertizasının 04 iyul 2024-cü il tarixli, 19/537 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,573 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 50)
26. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. (c İ, i.v 49)
27. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-110/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 iyul 2024-cü il, saat 21:00-dan hesablanmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir, həmçinin o qapalı məhkəmə iclasında, təqdimata baxan hakimə həbs edilərkən və sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilmədiyini və döyülmədiyini bildirmişdir. (c İ, i.v 78-82)
28. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş CD diskə və “Diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, CD diskdə “antena.xls”, “abuneciler.xls”, “**********88.txt”, “513200888_SMS.txt” adlı fayllar vardır. “Antena.xls” adlı fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə vasitəsi ilə xx.xx.2024-cü il tarixdə səhər saat 08:21-dən başlayaraq gün ərzində müxtəlif şəxslərlə telefonla danışmışdır. 08:21-dən 12:23-ə qədər olan məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrənin "Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayi" adlı antenin əhatə dairəsində olduğu müəyyən olunur. Saat 12:23-də olan zəngdə isə Təqsirləndirilən şəxs "Lenkeran sh. X8 kuc." adlanan antenin əhatə dairəsində, saat 13:15-də "Lenkeran seh, Koroglu kuc. 104", saat 13:48-də "Lenkeran seh., Z.Eliyeva kucesi 24", saat 14:11, 18:03, 20:17, 20:29, 20:46-da isə yenidən "Lenkeran sh., Fuzuli kucesi 50 "Cenub" shadliq sarayi" adlanan antenin əhatə dairəsində olduğu müəyyən edilir. Saat 20:58-də X14 adına olan ***-***-**- ** saylı mobil nömrə ilə 105 saniyə müddətə danışıq qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs "Lenkeran r-nu" adlanan anten əhatə dairəsində olmuş, həmin gün sonuncu danışıq saat 21:00-da X10 adına olan ***-***-**-** saylı mobil nömrə ilə 121 saniyə müddətə qeydə alınmış, danışıq zamanı Təqsirləndirilən şəxs "Lenkeran r-nu" adlanan anten əhatə dairəsində olmuşdur. (c İ, i.v 107-110)
29. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Əliyev X15 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-990/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 (bir) il 01 (bir) ay 17 (on yeddi) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin vaxtından əvvəl şərti olaraq azad edildiyi cəzanın müddəti başa çatdığından xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. (c İ, i.v 112-114)
30. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X11” PHŞ tərəfindən verilən 606 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəmə iclasında tədqiq edilmişdir. Həmin rəydə qeyd edilir: “Vət. Təqsirləndirilən şəxs bədəni üzərində - döş qəfəsi nahiyəsində qançır, onurğa sütununun döş şöbəsi, sol dirsək, sol ǝlin İİİ, İV, V barmaqları, sağ əlin ovuc nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər şəxsin özünün göstərdiyi şəraitdə əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. (c İ, i.v 115-116)
31. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən tibbi sənədə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin arvadı X3 onkoloji xəstəlikdən əziyyət çəkir.
32. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, üç ədəd xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2, Şahid3 arasında ayrı-ayrılıqda hər biri ilə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs həmin şahidlərə qarşı ifadə verərək bildirmişdir ki, o tutulan zaman üzərindən heç bir narkotik vasitə aşkar edilməmiş, üzləşdiyi şəxslər tərəfindən ona hədəqorxu gəlinmiş, onlar tərəfindən 2 qramdan artıq heroin ona yüklənmişdir. Üzləşdirmə istintaq hərəkətində iştirak edən şahidlər Şahid1, Şahid2, Şahid3 hər biri ifadə verərək, Təqsirləndirilən şəxs dediklərinin tamamilə yalan və böhtan olduğu, saxlanan zaman ona heç bir hədə-qorxu gəlinmədiyini, fiziki və ya psixi zorakılıq edilmədiyini, üzərində aşkar olunmuş narkotik vasitənin onun özünə məxsus olduğunu, heç kimin ona qarşı qanunsuzluğa yol vermədiyini, üzərinə narkotik vasitə qoyulmadığını, bu ifadəni məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyini Təqsirləndirilən şəxs qarşı bildirmişlər. (c İ, i.v 129-134)
33. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3669 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (c İ, i.v 137)
34. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-990/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Əliyev X15 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c İ, i.v 153-156)
35. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyatda durur. (c İ, i.v 157)
36. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Lənkəran şəhəri, S.Ə.Kazımbəyoğlu küçəsi, ev 1/21 ünvanında yaşayır, ailə tərkibi arvadı xx.xx.1981-ci il təvəllüdlü X3 və qızı xx.xx.2010-cu il təvəllüdlü X7 ibarətdir. (c İ, i.v 162)
37. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(c İ, i.v 163)
38. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən o küçədə deyil, həyətdə tutulduğunu bildirmiş, tutulduğu yeri göstərmişdir. Tutularkən polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğunu, lakin tutulduqdan sonra və BNMİ-nin CBRŞ-də ona heç bir fiziki zor tətbiq olunmadığını qeyd etmişdir. (c İ, i.v 180-184)
39. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, 22 oktyabr 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Bu səbəbdən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. (c İ, i.v 198-199)
40. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçasından çıxarışa əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən sol dirsək, sol əlin arxa və sağ əlin ön səthində kiçik həcmli çoxsaylı sıyrılmış üzəri qərtməkli yara aşkar edilmişdir. (c İ, i.v 208-213)
41. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərara əsasən müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməməsi, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını göstərməsi, polis əməkdaşları tərəfindən tutularkən ona fiziki zor tətbiq olunmasını, həmçinin tutulduqdan sonra psixi təzyiqlərə, hədə-qorxuya məruz qalmasını bildirməsi və sair bu kimi hallara münasibət bildirilmiş və iş üzrə özünün ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması istintaq hərəkətləri protokolları, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə edilmiş DVD diskdə olan videogörüntü, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, götürülmüş maddi sübut, ilkin əməliyyat və təhqiqat sənədləri, polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktının rədd edilməsi barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, eləcə də, digər istintaq sənədləri ilə təkzib edildiyindən cinayət məsuliyyətini yüngülləşdirməsinə nail olmaq məqsədi ilə özünü müdafiə kimi qəbul edilib, rədd edilmişdir.
42. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi külli miqdarda – 2,573 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 2,473 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 233-244)
43. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi, bu istiqamətdə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsindən ötrü ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. (c İ, i.v 246-247)
44. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən 01 ədəd CD disk işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 233-244)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
45. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
46. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
47. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
48. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
49. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi, əsasən, qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
50. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.
51. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
52. CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
53. CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
54. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
56. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
57. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə, özünü CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilməməsi, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən tutularkən ona fiziki zor tətbiq olunması, xəsarət alması, hədə qorxular nəticəsində həmin narkotiki qəbul etməsi ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq, həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
58. Belə ki, şəxsin tutularkən xəsarət alması hazırki hökmün 22 və 23-cü bəndlərində tədqiq edilən raport və protokolda öz əksini tapmışdır. Həmin sənələrdən müəyyən olunur ki, təqsirləndirilən şəxs polis əməkdaşları ona yaxınlaşarkən yaxalanmamaq üçün onlardan qaçmış və yıxılaraq həmin xəsarətləri almışdır. Həmçinin, polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilməsi ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin yuxarıda qeyd edilmiş özünü təqsirli bilməməsi və narkotik vasitənin ona məxsus olmaması barədə ifadələri iş üzrə özünün ilkin izahatı, daha sonra verdiyi əlavə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, şəxsi axtarış və götürmə protokolu, protokola əlavə edilmiş DVD diskdə olan videogörüntü, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, götürülmüş maddi sübut, ilkin əməliyyat və təhqiqat sənədləri, eləcə də, digər istintaq sənədləri ilə tam təkzib edilir.
59. Bununla da, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü qeyd edilən mülahizələr, yuxarıda göstərilən sübutlarla, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur.
60. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.
61. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.
62. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
63. CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
64. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
65. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq heroin külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
66. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
67. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
68. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
69. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).
70. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 1 yetkinlik yaşına çatmayan övladının olmasını və arvadının onkoloji xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
71. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi hesab edilir.
72. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
73. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir (bax: hökmün 29 və 34-cü bəndləri). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.
74. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
75. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
76. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
77. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir
78. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
79. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
80. Məhkəmə hökmün 35-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmaması və ərazi narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınmalıdır.
81. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi – 2,573 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 2,473 qramı məhv edilməlidir.
82. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk olmaqla, ümumilikdə 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
83. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
84. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X1 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
85. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
86. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
87. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
88. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ilkin çəkisi 2,573 qram olan, ekspert tədqiqatından sonra 2,473 qram qalıq qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva