Məhkəmə qərarları › İş №1(099)-181/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-181/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-181/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1995-ci ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Lüvəsər kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əlizadə X2 rayonunun Lüvəsər kənd məscidinin imam müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs 28 sentyabr 2022-ci il tarixdə məsciddə islam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərə özünün dini mövzuda daha çox biliyə malik olduğunu hesab edərək qəti şəkildə qarşı çıxıb, Zərərçəkmiş şəxs din xadimi kimi insanları yalnış məlumatlandırdığını hesab edərək, məsələni ikilikdə həll edib sonuncunu söylədiyi fikirlərə görə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, 29 sentyabr 2022-ci il tarixdə, saat 06 radələrində, yəni sübh namazı vaxtı yaşadığı evdən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı götürüb, Lüvəsər kənd məscidinə gedib orada vət. Şahid1 uca səslə namaz qılmasına qəsdən irad bildirərək Zərərçəkmiş şəxs münaqişəyə cəlb edib, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, insanlar arasında bərqərar olunmuş davranış və birgəyaşayış qaydalarına zidd hərəkətlərə yol verərək ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə heç bir səbəb olmadan xuliqanlıq niyyətilə sonuncuya yumruqla zərbə vurub fiziki ağrı yetirdikdən sonra, ondan uzaqlaşaraq məscidin həyətinə çıxan Zərərçəkmiş şəxs üzərinə gedərək məsciddən çölə çıxıb həmin niyyətini başa çatdırmaq üçün üzərində gəzdirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsi, bel və sol said nahiyələrinə qəsdən zərbələr endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş boşluğuna nüfuz edən sağ plevranı zədələyən, hemotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin bir ədəd kəsilmiş deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bel və sol said nahiyələrində üç ədəd kəsilmiş yaralardan ibarət xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs aktiv müqaviməti, əvvəlcədən hadisə yerində olmuş Zərərçəkmiş şəxs dostları Şahid2 və Şahid1 müdaxilə edərək onu Zərərçəkmiş şəxs aralamaları, daha sonra hadisə yerinə gəlmiş atası Şahid3 onu kənarlaşdıraraq üzərində olan bıçağı götürməsi, həmçinin Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatının xilas edilməsi nəticəsində o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran rayonunun Lüvəsər kəndində valideynlərinə məxsus evdə yaşamaqla, heç bir yerdə işləməmişdir. O, Lənkəran Dövlət Universitetinə qəbul olunub təhsil almış, lakin sonradan öz istəyi ilə universitetdən çıxmış və təhsili yarımçıq qalmışdır. O, uşaqlıqdan İslam dininə bağlı olmuş, İslam dini üzrə təhsili olmasa da, bu dinlə bağlı kitablar oxumuş, öyrənmiş və bu sahədə fərdi qaydada biliklər almış, həmçinin dini ibadətlə məşğul olduğundan hər gün Lüvəsər kənd məscidinə getmişdir. 2022-ci ilin sentyabr ayının əvvələrində Lüvəsər kənd məscidinə yeni təyin olunmuş imam (imam müavini) Zərərçəkmiş şəxs əvvəllər tanımamış, məscidə gələndən sonra onu görmüşdür. O, Zərərçəkmiş şəxs danışığından və hərəkətlərindən onun dini savadının az olması, imam vəzifəsində işləməyə layiq olmaması qəaətinə gəlmiş və dini savadı olan şəxs kimi Talehin din barədə olan fikir və söhbətlərini qəbul etməmişdir. 28 sentyabr 2022-ci il tarixdə, axşam saat 19 radələrində o, axşam namazını qılmaq üçün məscidə getmiş, namazdan sonra məscidin içərisində Zərərçəkmiş şəxs verilən sualları cavablandırmağa başlamışdır. Həmin vaxt özü və başqa şəxslər, o cümlədən həmkəndliləri Famil və Coşqun da orada olmuşlar. Söhbət zamanı Zərərçəkmiş şəxs onlara İslam dini ilə bağlı müxtəlif kitablarda olan hədislər arasındakı ziddiyyətli məqamlardan danışmış, həmin vaxt özü də söylənilən məsələlərlə bağlı öz fikirlərini Talehə bildirmiş və aralarında heç bir anlaşılmazlıq olmamış, məscidin içərisində olan söhbəti yekunlaşdırıb çölə çıxmışlar. O, çölə çıxan zaman Talehin Famil və Coşqunla söhbət etdiyini görüb onlara yaxınlaşıb onların nədən söhbət etmələrini, yəni Talehin İslam dininə aid müxtəlif mənbələrdə yazılan dini və ziddiyyətli məqamlar barədə danışmasını eşidib bu söhbətə qoşulub əhli-sünnə mənbələrində ziddiyyətli məqamlar olduğunu bildirmişdir. Həmin vaxt Taleh hansısa bir tanışı ilə aralarında intim zarafatları olduğunu, həmin zarafatlar zamanı tanışına Ömərin Peyğəmbərin (Həz. Məhəmmədin) arvadı Ayşənin evinə gəldiyini bildirməsi və Talehin dostu ilə intim zarafatlar edərək Ömərin Peyğəmbərin arvadı Ayşənin evinə zina məqsədi ilə gəldiyini deməklə Ömərin zina etməsinə işarə etdiyini başa düşmüşdür. Taleh hətta kinayə ilə dostuna “Ömərin Peyğəmbərin arvadı Ayşənin evinə gəlirdi aa” sözlərini də deyib ardınca bəzi islam mənbələrində Peyğəmbərin (Həz. Məhəmmədin) arvadı Ayşənin evi dar olduğu üçün Peyğəmbərin öz namazını Ayşənin ayaqları arasında qılması barədə məlumatlar olduğunu, bəzi İslam mənbələrində də Ömərin Peyğəmbərin arvadı Ayşənin evinə gəlibgetməsi və hətta orada qalması barədə məlumatlar olduğunu bildirmişdir. Taleh öz fikrini intim zarafat formasında “əgər Ayşənin evində yer dar idisə, Ömər Ayşənin evinə necə gəlirdi və orada necə qalırdı?” deyərək əsaslandırmağa çalışmışdır. Talehin fikirlərini bu cür əsaslandırması islam dininə aid tarixi mənbələrdə olmadığından o, onun dediklərini qəbul etməmişdir. Həmçinin “Qurani-Kərim”də Peyğəmbərin arvadlarından heç kimə zina böhtanı atmağın qadağan olması barədə qeyd yazılmışdır. Ona görə də Zərərçəkmiş şəxs məsciddə bu cür formada intim söhbətlər etməsi bir müsəlman kimi ona xoş təsir bağışlamamış və bunu qəbul etməmişdir. Taleh bu sözləri ilə Peyğəmbərin namusuna zina böhtanı atdığı üçün o, Talehin sözünü kəsib ona “Peyğəmbərimizə görə bu söhbətləri etmək lazım deyil, Peyğəmbərimizi həmişə öz hörmətimizlə dilə gətirməliyik və onun hörmətini saxlamalıyıq” deyə bildirmiş, Taleh isə ona “sözümü kəsmə” deyib sözünü davam etmişdir. Həmin vaxt o, fikirləşmişdir ki, növbəti gün sübh namazı vaxtı Talehlə təklikdə bu barədə söhbət edər. Həmçinin Talehlə söhbət etməkdə məqsədinin onun məscidə bir daha gəlməməsini, davranışlarının və hərəkətlərinin islam dininə zidd olduğunu, məsciddə axundluq etməsinin doğru olmadığını bildirmək olmuşdur. Növbəti gün, yəni 29 sentyabr 2022-ci il tarixdə, səhər saat 05 radələrində o, sübh namazını qılmaq üçün məscidə getmiş, həmin vaxt məsciddə Zərərçəkmiş şəxs iki nəfər tanımadığı şəxslərlə birlikdə olmasını görmüşdür. Onlar namaz qılmağa başlamışlar. Əvvəl Taleh namazı qılıb qurtarmış, həmin vaxt o, Talehə namazdan sonra onu gözləməsini, işi olduğunu bildirmiş, Taleh də razılaşmışdır. Namaz vaxtı Talehlə birlikdə gəlmiş şəxslərdən biri namazı yüksək səslə qıldığından o, həmin şəxsə astadan namaz qılmasını demiş, həmin şəxs isə onun iradını qəbul etməmiş, həmin vaxt Taleh onların söhbətinə müdaxilə edib əlini ona tərəf uzadıb hörmətsiz şəkildə “sən ümumiyyətlə nə ilə razısan?” demiş, o da Talehə tanımadığın adamla nə üçün bu formada danışdığını soruşmuşdur. Sonra Taleh gəlib onun yanında oturmuş və o, Talehə düzgün formada danışmadığını, onu tanımadığını, onunla bu formada danışmağa kimin ixtiyar verdiyini soruşmuş, Taleh yenə də hörmətsiz şəkildə danışığını davam etdirib, onunla təklikdə söhbət etməkdən yayınmağa çalışıb əvvəlki gün məsciddə etdiyi söhbətin düzgün söhbət olmadığını və həmin söhbətə görə səhv çıxacağını anlamışdır. Həmin vaxt o, Talehə “məni tanımırsan, mənimlə bu cür danışa bilməzsən” demiş və şalvarının arxa cibində olan qatlanan bıçağı qatlanmış vəziyyətdə cibindən çıxarıb Talehə göstərib “mənimlə hörmətsiz şəkildə danışmaq olmaz, məni bıçaqdan istifadə etmək həddinə çatdırma, mənim əsəblərimi korlama” sözlərini demişdir. Həmin bıçağı o, Talehi vurmaq üçün əvvəlcədən götürüb cibinə qoymamış, sadəcə olaraq təsərrüfat işində ip kəsmək və ya meyvə kəsməsi üçün istifadəsi məqsədilə bıcağı cibində saxlamışdır. Məsciddə aralarında olan bu söhbətdən sonra o, Talehin əvvəlki gün danışdığı söhbətlərə görə onu cəzalandırmaq məqsədilə oturduğu yerdən diziüstə qalxaraq sol əli ilə Talehin sifətinə bir dəfə yumruqla vurmuş, sonra hər ikisi ayağa qalxıb əlbəyaxa olub dalaşmağa başlamışlar. Dalaşarkən Taleh ona yumruq atsa da, yumruq ona dəyməmiş, sonra Talehlə birlikdə gəlmiş iki nəfər şəxs (Elçin və Toğrul) onları aralaşdırmışlar. Bu mübahisədən sonra Taleh telefonla kimləsə danışıb məsciddən çölə çıxmış, az sonra geri qayıtmışdır. Taleh məscidə girən kimi ona “sən görərsən” demiş və o yenidən əsəbiləşərək yerdə olan boşqabı götürüb Talehə doğru atmış, həmin boşqab Talehə dəyməyib yerə düşmüşdür. Sonra Taleh yenidən telefonu götürüb çölə çıxmış, o da Talehin ardınca məsciddən çölə çıxmış, Talehlə birlikdə gəlmiş şəxslər, sonradan adlarını bildiyi Elçinlə Toğrul adlı şəxslər də onun arxasınca gəlmişlər. Çöldə məscidin qarşısında onun Talehlə sözlü mübahisəsi davam etmiş, sonra Talehin əvvəlki gün etdiyi danışığa görə, yəni Peyğəmbərin arvadına zina böhtanı atdığına görə onu cəzalandırmaq məqsədi ilə bıçağı cibindən çıxarıb tiyəsini açıb Talehin bədəninə 2 bıçaq zərbəsi vurmuş, sonra Talehin onun üzərinə gəlib əl-qol atdığına görə Talehin bədəninə bıçaqla bir neçə dəfə vurmuşdur. Bundan sonra Elçinlə Toğrul adlı şəxslər araya girib onu Talehdən aralamışlar. Sonra o, bıçağı qatlayıb cibinə qoymuşdur. Məscidin həyətində olan dava-dalaşın səsinə atası Şahid3 məscidin həyətinə gəlmiş və onun Talehlə dalaşmasını bilib onu danlayıb həyətdə kənara aparmışdır. O, məscidin həyətində əllərinin qanını yuyarkən Talehin ona qarşı yalan ifadələr və nalayiq ifadə işlətdiyinə görə əsəbiləşərək yenidən Talehin üzərinə gedib onu vurmaq istəmiş, lakin atası onu tutub saxlamış, həmin vaxt Taleh onunla gələn iki nəfər şəxslə birlikdə maşına oturub oradan getmiş, atası isə onu məscidin həyətindən çıxarıb evinə aparmışdır. O, əlini cibinə salıb bıçağı axtarmış, lakin tapa bilmədiyi üçün məscidin həyətində bıçağın yerə düşdüyünü zənn etmişdir. Sonradan ona məlum olmuşdur ki, məscidin həyətində əlini yuyarkən atası bıçağı onun cibindən götürmüş, daha sonra həmin bıçağı atası polisə təqdim etmişdir. O, evə getdikdən qısa müddət sonra polis əməkdaşları evinə gəlib onu polis şöbəsinə (Lənkəran ŞRPŞ-nə) aparmış və polis şöbəsində o, izahat verərək aralarında yaranmış mübahisə zamanı Talehi bıçaqla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məsciddə zarafata etdiyi intim söhbətlərə, yəni Peyğəmbərin arvadı Ayşənin zina etməsi barədə böhtan xarakterli söhbətlər etdiyinə görə o, Talehi cəzalandırmaq məqsədi ilə onu bıçaqla vurmuş, həmin vaxt onun niyyəti Talehi öldürmək olmamış, qarşılıqlı mübahisə zamanı o, Talehi bıçaqla vurmuşdur. Bu hərəkəti ilə bağlı ona qəsdən adam öldürməyə cəhdə görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyinə görə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir və bu əməlinə görə peşman deyildir. İşlə bağlı istintaq orqanı tərəfindən götürülmüş paltarların atasına qaytarılmasını istəyir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ali-dini təhsillidir. O, 2022-ci ilin may-iyun aylarında X13 üzrə Dövlət Komitəsində imtahan vermiş və 12 sentyabr 2022-ci il tarixdə Lüvəsər kənd məscidinə imam müavini vəzifəsinə təyin edilmiş, 24 sentyabr 2022-ci il tarixdə Lüvəsər kənd məscidində təqdimatı olmuş və kənd əhalisinə təqdim olunmuşdur. Həmin gündən başlayaraq hər gün gündə 3 dəfə məscidə getmiş, məscidə gəlmiş kənd əhalisi ilə dini mövzularda söhbətlər etmiş, ona verilən sualları cavablandırmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamış, lakin məscidə gələndən sonra Təqsirləndirilən şəxs ona kənardan göstərilib məlumat verilmişdir ki, bu şəxs dinlə bağlı müzakirələrdə iştirak etsə də, problem yaratmağa meyilli adamdır, ondan ehtiyyatlı olmaq lazımdır. O, məscidə getdiyi günlərdə ona verilən sualları cavablandıranda Təqsirləndirilən şəxs hər dəfə onun cavablarına müdaxilə edib ona yönləndirilmiş sualların cavablarını onun adından cavablandırmış, o, da öz fikrini bildirəndə onun cavabları ilə razılaşmayaraq öz fikirlərini bildirmişdir. 28 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində axşam namazından məsciddə qalmış şəxslərlə söhbət etmiş, həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Söhbət zamanı Çingiz vəhabilərlə tez-tez dini müzakirələr etdiyini, vəhabi mənbələrinə dair kitablarda deyilən fikirlər arasında ziddiyyətli məqamların çox olduğunu, yəni bir kitabda yazılanla, digər kitabda yazılan fikirlərin üst-üstə düşmədiyini bildirmiş, o, Çingizin sözünə hörmət naminə müdaxilə etməmiş və heç bir fikir bildirməmişdir. Çingiz söhbətini bitirdikdən sonra orada olanlar və özü məsciddən çölə çıxmışlar. O, məscidin həyət qapısının yanında Çingizin bir nəfər tanımadığı kənd sakini ilə dayandığını görüb üzünü ona tərəf tutub “qardaşım, sən məscidin içərisində vəhabi mənbələrində olan ziddiyyətli fikirlər barədə danışırdın, mən də sənə əlavə olaraq bildirmək istəyirəm ki, vəhabi mənbələrinə dair kitablarda həqiqətən də ziddiyyətli məqamların olmasını eşitmişəm” demiş, sonra da təxminən 10-15 il əvvəl bir məclisdə olan zaman Lerik rayonunun axundu Hacı İlhamdan vəhabi mənbələrinə dair kitablarda Peyğəmbərin arvadı Ayşənin evi dar olduğu üçün Peyğəmbər onun ayaqlarının arasında namaz qılması barədə məlumat eşitdiyini bildirmişdir. Həmin vaxtı Çingiz onun sözünü kəsmiş və Peyğəmbərin arvadı Ayşə münafiq (ikiüzlü) olsa da, yəni Həzrəti Əlinin üstünə qoşun gətirsə də, o, Peyğəmbərin arvadıdır və biz ona hörmət etməliyik demiş, o da Çingizə sözünün nə Peyğəmbərə, nə də Peyğəmbərin arvadı Ayşə ilə bağlı olduğunu bildirmişdir. Sonra o, sözünün ardını gətirmək istəyərkən Çingiz ona imkan verməmiş, yenə də öz dediklərini təkrar etmiş, o da yenidən fikrinin yanlış anlaşılmaması üçün sözünün ardını danışmasına imkan verməsini bildirmişdir. Bunu dedikdən sonra o, Hacı İlhamın həmin məclisdə Peyğəmbərin arvadı Ayşənin evinə Ömərlə sonuncunun dostu qonaq gəldiyini, Ayşənin onlara evində yer verdiyini və həmin şəxslərin Ayşənin evində gecələdiyini bildirmişdir. O, həmin sözləri hansısa kitabdan oxumadığını, sadəcə olaraq xeyli müddət əvvəl bir məclisdə Hacı İlhamdan eşitdiyini demiş və Çingizə də vəhabi mənbələrinə dair kitablarda ziddiyyət olduğunu izah etmək istəmişdir. Onların arasında daha başqa söhbət olmamış, məsciddən çıxıb sağollaşıb evlərinə getmişlər. 29 sentyabr 2022-ci il tarixdə, səhər saat 05 radələrində o, dostları Digah kənd məscidinin imamı Şahid2 və dini təhsilli Şahid1la birlikdə Lüvəsər kənd məscidinə getmişlər. Həmin vaxt məsciddə onlardan başqa heç kim olmamışdır. O, əvvəlcə azanı vermiş, azan oxuna-oxuna Toğrulla namazını qılmış, Elçin isə onlardan sonra namaz qılmağa başlamışdır. Həmin vaxt məscidə Təqsirləndirilən şəxs daxil olub namaz qılmağa hazırlaşmağa başlayarkən ona “namazı cəm şəkildə qılacağıq?” deyə sual vermiş, o da sübh namazında məsciddə heç kim olmadığı üçün həmişə azan oxuna-oxuna öz namazını qıldığını bildirmişdir. Həmin vaxt Elçin də artıq namaz qılmağa başlayarkən X10 “qardaşlar, şərait yaradarsız mənim bununla şəxsi söhbətim var” demiş, onlar da problem olmadığını bildirmişlər. Sonra Elçin bir az uca səslə namaz qılarkən Çingiz Elçinə “namazı yüksək səslə qılma, başqa şəxslərin namazına mane ola bilərsən” demiş, Elçin də namazı necə qılmaq lazım olduğunu yaxşı bildiyini bildirmiş, Çingiz isə əsassız olaraq mübahisə etməyə başlayıb aqressiv şəkildə “Mən Xameneyninin müqəllidiyəm, Xameneyçiyəm, mücahidəm, hər şeyi çox gözəl bilirəm, mən itxanada da olmuşam, heç kimdən qorxmuram” demişdir. O, Çingizlə Elçinin arasında mübahisənin böyüyə biləcəyini görüb Çingizin yanına gedib yerə əyləşib Çingizə “qardaşım biz Əli şiəsiyik, mübahisə etməyək, bir-birimizin sözlərinə hörmətlə yanaşaq, hər şeydən nəsə səhv axtarmaq lazım deyil” deyə bildirmiş, Çingiz isə əsəbi halda ona hara istəyiriksə gedib orada söhbət edə bilərik demiş, o, yenə də Çingizi sakitləşdirib eyni məzhəbə xidmət edən adamlar olduğunu bildirmişdir. Həmin vaxt Çingiz sakitləşməmiş, əksinə daha da coşaraq diziüstə qalxıb arxa cibinin üzərindən asdığı bıçağı göstərib ona “Mən Xameneyçiyəm, mücahidəm, heç kimdən qorxmuram, bıçaqla gəzirəm, harada istəyirsənsə gedib söhbət edək” demiş, o isə yenə də Çingizi sakitləşdirməyə çalışıb onunla təmkinlə danışmağa başlamışdır. Elə bu zaman Çingiz həmin vəziyyətdə qəfildən yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş, zərbədən o, oturduğu yerdən arxasıüstə yıxılmış və dişi sınmış, ağzından qan gəlməyə başlamışdır. Sonra o, ayağa qalxmış və onlar tutaşmışlar. Həmin vaxt o, özünü müdafiə etmək üçün Çingizə yumruq atsa da, sonuncuya dəyməmiş, bundan sonra Elçinlə Toğrul araya girib onları ayırmışlar. Xəsarət aldığı üçün o, telefonla təcili yardıma zəng etmək istəyərkən Çingiz daha da aqressivləşərək “sən sukasan, o dəqiqə məlumat verirsən” demiş, o da polisə yox, təcili yardıma zəng etdiyini bildirib məscidin içərisindən çölə çıxmaq istəyərkən Çingiz məsciddə olan şüşə boşqabı ona doğru atmış, boşqab ona dəyməmiş, həmin vaxt Çingiz ona “sənin boğazını kəsərəm, bıçağı sənin boğazına soxub səni öldürərəm” demişdir. O, məsciddən çölə çıxdıqdan sonra Çingizin daha da aqressivləşdiyini və onun qarşısını almağın mümkün olmadığını görüb məscidin pilləkənlərində dayanıb polisə məlumat vermək üçün “102”-yə zəng etmək istəyərkən Çingiz bıçağı çıxararaq ona yaxınlaşıb bıçaqla ona zərbələr endirməyə başlamış, o, əli ilə müqavimət göstərərkən Çingizin endirdiyi bıçaq zərbələrindən ikisi onun sol qoluna dəymişdir. Çingizin ona bıçaq zərbələri endirdiyini görən Toğrul və Elçin yaxınlaşıb Çingizi tutub sakitləşdirmək istəsələr də, Çingiz aqressiv şəkildə Toğrulla Elçinin əlindən çıxıb ona doğru gəlib “sən məndən üzr istəməlisən, yoxsa səni öldürəcəyəm” deyərək yenidən onu bıçaqla vurmaq istəyərkən X4 tam yaxınlaşmasına imkan verməmişlər. Sonra o, Çingizə “mən sənə nə etmişəm ki, səndən üzr istəyim” deyəndə Çingiz yenə də onların əlindən çıxmağa çalışmış, lakin ona imkan verməmişlər. Sonra o, Çingizdən bir az da aralanıb məscidin həyət qapısına tərəf gedərkən halsızlaşdığını hiss etmiş və polisin “102” xidmətinə zəng edib bıçaqlandığını bildirmişdir. Sonra əlini bədənin sağ böyrünə tərəf qoyanda maykanın bütöv qan içərisində və sağ tərəfindən qan axdığını görmüşdür. Çingiz onun qolundan başqa böyür nahiyəsinə də bıçaqla iki dəfə zərbə endirdiyindən xəsarətlər almış və artıq ayaqüstə qala bilmədiyindən o, məscidin həyət qapısının yanında betonun üzərində oturmuşdur. Həmin vaxt X8 əlindən çıxıb yenə də ona doğru gəlib bıçaqla vurmağa çalışmış, lakin Elçin Çingizin əlindən tutub onu vurmasına imkan verməyib Çingizi kənarlaşdırmışdır. Həmin vaxt səs-küyə Çingizin atası Şahid3 də ora gəlib onun qan içində olduğunu görüb Elçinlə Toğrula doğru qışqırıb “nə üçün imkan verirsiniz ki, Çingiz axundu bıçaqlasın” demiş, Toğrulla Elçin də “biz də Çingizin qarşısını almağa çalışırıq, yoxsa çoxdan Talehi öldürmüşdü” demiş, bundan sonra İsfəndiyar Çingizi tutub oradan aralaşdırmışdır. Toğrulla Elçin onu məsciddən çıxarıb Toğrulun avtomobilinə doğru apararkən də Çingiz atasının əlindən çıxıb əlini cibinə atıb bıçağı axtarmış, lakin bıçağı tapa bilmədiyindən məscidin həyətində gəzib bıçağı axtarmağa çalışsa da tapa bilməmişdir. Bundan sonra Toğrul və Elçin onu Lənkəran rayon xəstəxanasına aparmışlar. O, xəstəxanada əməliyyat olunmuş və 12 gün xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Çingizin heç bir səbəb olmadan ona bıçaq zərbələri vurmaqda məqsədi onu öldürmək olmuşdur. Əgər hadisə yerində dostları X11 tutub ondan aralaşdırmasaydılar, həmçinin sonradan hadisə yerinə gələn Çingizin atası İsfəndiyar Çingizə mane olub qarşısını almasaydı Çingiz orada onu bıçaqlayıb öldürəcəkdi. Çünki hadisə zamanı Çingiz dəfələrlə ona “səni öldürəcəyəm, boğazını kəsəcəyəm” deyib üzərinə gəlmiş, lakin Toğrulla Elçin onu tutub saxladıqları üçün Çingiz təkrarən onu bıçaqla vura bilməmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir problemi olmamış, Çingiz sadəcə olaraq onun dini görüşlərini bəyənməmiş və dediklərini özü başa düşdüyü kimi qəbul etmişdir. O, Lüvəsər kəndinə imam müavini təyin olunduğu vaxtdan Çingiz hər dəfə məsciddə onun söylədiyi fikirlərə əsassız olaraq müdaxilə edib öz fikirlərini daha düzgün hesab etmiş, o isə Çingizə heç bir əhəmiyyət verməmişdir. Çingizlə arasında yaranmış mübahisə vaxtı Çingiz ona “sən məndən üzr istəməlisən” dedikdə nə üçün Çingizdən üzr istəməli olmasını başa düşməmiş, Çingiz də bunun səbəbini deməmişdir. O, hesab edir ki, heç bir əsaslı səbəblər olmadan Çingiz onu bıçaqla vurub öldürmək istəmişdir. Bütün bunlara baxmayaraq din adamı və Çingizin yaşadığı kəndin məscidində imam kimi işlədiyi üçün baş vermiş hadisə ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs bağışladığını və onunla barışdığını göstərsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməlindən peşman olmadığını bildirdiyindən hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də tərqsirləndirilən şəxslə barışması barədə verdiyi həmin ərizənin nəzərə alınmamasını və törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə olan günü onu görmüşdür. Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır və dostluq münasibətləri vardır. 24 sentyabr 2022-ci il tarixdən Zərərçəkmiş şəxs Lənkəran rayonunun Lüvəsər kənd məscidinin imamı kimi fəaliyyətə başlamışdır. 28 sentyabr 2022ci il tarixdə axşam saatlarında o, dostu Şahid2 və Taleh razılaşmışlar ki, sübh namazına Lüvəsər kənd məscidinə birlikdə getsinlər. 29 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Toğrulun idarə etdiyi avtomobillə onlar Lüvəsər kənd məscidinə getmişlər. Onlar məscidə çatanda orada onlardan başqa heç kim olmamışdır. Taleh əvvəlcə azanı vermiş, sonra azan oxuna-oxuna Toğrulla birlikdə namazını qılmışdır. Həmin vaxt məscidə əvvəllər tanımadığı və ilk dəfə orada gördüyü, adını sonradan bildiyi Çingiz adlı şəxs (Təqsirləndirilən şəxs) daxil olmuşdur. Çingiz namaz qılmağa hazırlaşmağa başlayarkən Talehə “namazı cəm şəkildə qılacağıq?” demiş, Taleh də sübh namazında məsciddə heç kim olmadığı üçün həmişə azan oxuna-oxuna öz namazını qıldığını bildirmişdir. Həmin vaxt o da (Şahid1) namaz qılmağa başlamış, bu zaman Çingiz ona və Toğrula müraciət edib “qardaşlar, şərait yaradarsız mənim bununla şəxsi söhbətim var” deyib Talehi işarə etmiş, onlar da heç bir problem olmadığını bildirmişlər. Sonra o, (Şahid1) yüksək səslə namaz qılmağa başlamış, həmin vaxt Çingiz ona “namazı yüksək səslə qılma, başqa şəxslərin namazına mane ola bilərsən” demiş, o da namazı necə qılmaq lazım olduğunu yaxşı bildiyini bildirmişdir. Çingiz isə heç bir səbəb olmadan onunla mübahisə edib aqressiv şəkildə “Mən Xameneyçiyəm, mücahidəm, hər şeyi çox gözəl bilirəm, mən itxanada da olmuşam, heç kimdən qorxmuram” demiş, həmin vaxt Taleh Çingizlə onun arasında olan sözlə mübahisənin böyüyə biləcəyini görüb Çingizin yanına gəlib yerə əyləşmiş və Çingizə “qardaşım biz Əli şiəsiyik, mübahisə etməyək, bir-birimizin sözlərinə hörmətlə yanaşaq, hər şeydən nəsə səhv axtarmaq lazım deyil” deyə bildirmişdir. Bu zaman Çingiz Talehə “hara istəyirsən gedib orada söhbət edə bilərik” demiş, Taleh isə “söhbət etməyə ehtiyac yoxdur, biz eyni məzhəbə xidmət edən adamlarıq” deyə bildirəndə Çingiz daha da coşaraq dizüstə qalxmış və arxa cibindən asdığı bıçağı göstərib yenə də “Mən Xameneyçiyəm, mücahidəm, heç kimdən qorxmuram, bıçaqla gəzirəm, harada istəyirsənsə gedib söhbət edək” deyə bildirmişdir. Taleh yenə də onu sakitləşdirməyə çalışıb Çingizlə təmkinlə danışmağa başlamış, elə həmin anda Çingiz qəfildən yumruqla Talehin sifət nahiyəsinə vurmuş, zərbədən Taleh oturduğu yerdən biraz arxaya yıxılmış və ağzından qan gəlməyə başlamışdır. Bundan sonra Çingiz və Taleh ayağa qalxaraq əlbəyaxa olmuş, Taleh Çingizə yumruq atsa da, yumruq Çingizə dəyməmişdir. Sonra Toğrulla o, araya girərək onları ayırmış, Taleh ağzına dolmuş qanı tüpürmək üçün məsciddən çölə çıxmış, az sonra məscidə geri qayıdıb telefonunu götürüb təcili yardıma zəng etmək istəyərkən Çingiz daha da aqressivləşərək “sən sukasan, o dəqiqə məlumat verirsən” demiş, Taleh isə Çingizə “təcili yardıma zəng edirəm, polisə yox, narahat olma” demişdir. Sonra Taleh məscidin içərisindən çölə çıxmaq istəyərkən Çingiz məsciddə olan şüşə boşqabı Talehə doğru atıb “sənin boğazını kəsərəm, bıçağı sənin boğazına soxub səni öldürərəm” demiş, həmçinin Çingizin atdığı boşqab Talehə dəyməmiş, ondan yan keçib yerə düşmüşdür. Həmin vaxt Çingizin daha da aqressivləşdiyindən və onun qarşısını almağın mümkün olmadığını görüb Taleh məsciddən çölə çıxmışdır ki, “102” xidmətinə zəng edib polisə məlumat versin. Sonra o, Toğrul və Çingiz də Talehin ardınca məsciddən çölə çıxmışlar. Taleh məscidin pilləkənlərində dayandığı vaxt Çingiz bıçağı çıxarıb Talehə doğru getdikdə Çingizin əlində bıçaq olmasından onlar geriyə çəkilmiş, Çingiz isə Talehə yaxınlaşıb bıçaqla ona zərbələr endirməyə başlamışdır. Taleh əlləri ilə Çingizə müqavimət göstərsə də, Çingiz bıçaqla Talehi vurmaqda davam etmişdir. Onlar artıq Çingizin Talehi öldürəcəyini görüb yaxınlaşıb Çingizin əlindən və qolundan tutub onu sakitləşdirməyə başlamışlar. Həmin vaxt Çingiz yenə də Talehə “səni öldürəcəyəm, boğazını kəsəcəyəm” deyərək onların əlindən çıxıb Talehi bıçaqla vurmaq istəmiş, lakin onu tutub saxlamışlar. Taleh yaralandığı üçün bir az kənara çəkilib təcili tibbi yardıma zəng edərkən Çingiz aqressiv şəkildə onun və Toğrulun əlindən çıxıb Talehə doğru gedib zəng etməsin mane olub “sən məndən üzr istəməlisən, yoxsa səni öldürəcəyəm” demiş, Taleh də Çigizə “mən sənə nə etmişəm ki, səndən üzr istəyim demiş, bu zaman o və Toğrul yenidən Çingizin Talehə tam yaxınlaşmasına imkan verməyib onu tutub saxlamışlar. X12 bir az da aralanıb məscidin həyət qapısına tərəf gedib “102” xidmətinə zəng edib polisə bıçaqlanması barədə məlumat vermişdir. Həmin vaxt Taleh köynəyini qaldırıb bədəninə baxanda maykasının qan içərisində olduğunu və onun yaralandığını görmüşlər. Taleh artıq ayaqüstə dayanmağa çətinlik çəkdiyindən məscidin həyət qapısının yanında betonun üzərində oturmuşdur. Həmin vaxt Çingiz yenə də onların əlindən çıxıb Talehə doğru getmiş və Çingiz bıçaqla Talehə zərbə endirməyə cəhd etmiş, lakin o, Çingizin qolundan tutub mane olub qolunu arxaya doğru burub onu saxlamış, bu zaman bıçaq Çingizin əlində yerə düşmüş, sonra Çingiz bıçağı yerdən götürüb cibinə qoymuşdur. Onlar Çingizi tutub saxlayıb Talehdən uzaqlaşdırsalar da, Çingiz yumruq və təpiklə Talehə zərbələr endirməyə çalışmışdır. Məscidin həyətində olan səs-küyə Çingizin atası Şahid3 ora gəlmiş və Talehin qan içində olduğunu görüb onlara doğru qışqıraraq “nə üçün imkan verirsiniz ki, Çingiz axundu bıçaqlasın” deyib Çingizi qucaqlayaraq kənara aparmışdır. Çingiz atasının da əlindən çıxmağa çalışıb Talehə hücum etmək istəmiş, həmin vaxt İsfəndiyar Çingizin arxa cibindən bıçağı götürmüş, sonra Çingizi bir az da kənara aparmışdır. Onlar Talehi məsciddən çıxarıb avtomobilə tərəf apararkən Çingiz atasının əlindən çıxıb onlara doğru gəlib Talehi vurmaq üçün yenə də əlini cibinə atıb bıçağı çıxarmaq istəmiş, lakin bıçağı tapa bilməyib ətrafa göz gəzdirərək bıçağı axtarmışdır. Həmin vaxt İsfəndiyar Çingizin yenə də qarşısını kəsmiş, Çingiz isə qışqıraraq “burax məni, onu öldürəcəyəm” demişdir. Bundan sonra o və Toğrul Talehi avtomobilə mindirib Lənkəran rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla, dinlə bağlı olan şəxs kimi, Zərərçəkmiş şəxs isə kənd məscidə yeni təyin olunmuş imam kimi tanıyır və onlarla münasibəti normal olmuşdur. 28 sentyabr 2022ci il tarixdə məsciddə axşam namazını qıldıqdan sonra Zərərçəkmiş şəxs məsciddə dini mövzuda söhbətlər etmiş, həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs müxtəlif islam mənbələrində olan ziddiyyətli fikirlər barədə danışmış, həmin fikirlərin də öz fikri olmadığını, bunu kimdənsə eşitdiyini bildirmişdir. Taleh mənbələrin birində Peyğəmbər Ayşənin evində yer olmadığı üçün sonuncunun ayaqlarının arasında namaz qıldığını, başqa bir mənbədə isə Ayşənin evinə iki nəfər qonaq gəldiyini, həmin qonaqların qeyd olunan evdə gecələdiklərini, gecə vaxtı qonaqlardan birinin cünub (pis adam) olduğunu bildirmişdir. Taleh bunu hansısa intim söz formasında deməmiş, həmçinin bunu öz fikri kimi yox, kimdənsə eşitdiyi sözlər kimi demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Peğəmbərə qarşı hörmətsizlik etmək olmaz, Ayşənin nə günahı olubsa, biz bunu Peğəmbərin xətrinə, ona olan hörmətimizin xətrinə dilimizə gətirməli deyilik bildirmişdir. Bundan sonra söhbət qurtarmış və onlar mehriban şəkildə sağollaşıb oradan uzaqlaşmışlar. Səhərisi günü günorta saatlarında kənddə olarkən Təqsirləndirilən şəxs məscidin həyətində Zərərçəkmiş şəxs bıçaqladığını eşitmiş və hadisənin hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, qeyd olunan cinayətin baş verdiyi yer Lənkəran rayonunun Lüvəsər kənd məscidininin həyətidir. İşdə olan, “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs atası Şahid3 ərizə ilə istintaq orqanı müraciət edib oğlu Təqsirləndirilən şəxs cinayət əməli törədərkən istifadə etdiyi bıçağı könüllü olaraq təqdim etmiş və həmin bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarları qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarları qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə-tibbi müayinə zamanı və tibbi sənədlərdə qeyd olunmuş məlumatlara əsasən Zərərçəkmiş şəxs bədəni üzərində-döş boşluğuna nüfuz edən sağ plevranı zədələyən, hemotoraks, daxili və qarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası, bel, sol said nahiyələrində üç ədəd kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, iti kənarlı və ya uclu alətlə döş qəfəsi, bel və sol said nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə 29 sentyabr 2022-ci il tarixinə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş qəfəsinə nüfuz edən sağ plevranı zədələyən, hemotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli rəyi lə müəyyən olunur ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, lifli materialların məhkəmə ekspertizasının 11 noyabr 2022-ci il tarixli rəyi lə müəyyən olunur ki, Zərərçəkmiş şəxs platarları üzərində kənar mikrohissəciklər vardır. Zərərçəkmiş şəxs şalvarının və idman gödəkçəsinin üzərilərindən aşkar olunmuş açıq göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs “cins” parçadan tikilmiş şalvarının və gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. İşdə olan, məhkəmə ballistik-trasoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş bir ədəd dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuz izlərinin tədqiqatı aparılmamışdır. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs ...’’ yazıları olan bağlamadan aşkar edilmiş uzunqol idman gödəkcəsinin, uzunqol köynəyin, qolsuz maykanın, təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ...” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs’’ yazıları olan bağlamadan aşkar edilmiş uzunqol idman gödəkcəsinin səthində olan zədələr, uzunqol köynəyin səthində olan “b”, “c” zədələri, qolsuz maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilibkəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs .’’ yazıları olan bağlamadan aşkar edilmiş uzunqol idman gödəkcəsinin səthində olan zədələrin, uzunqol köynəyin səthində olan “b”, “c” zədələrinin, qolsuz maykanın səthində olan zədələrin bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ...” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol idman gödəkcəsinin səthində olan zədələrdə, uzunqol köynəyin səthində olan “b”, “c” zədələrində, qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs...” yazıları olan bağlamadan şkar edilmiş uzunqol köynəyin səthində olan “a” zədəsi, üzərində “Təqsirləndirilən şəxs ...” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin səthində olan zədələr isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədələrin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş digər geyim əşyaları üzərində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli rəyi lə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd idman gödəkcəsi, yun köynək, cins şalvar, qolsuz mayka, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək, cins pencək, cins şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınır. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli rəyi lə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət poxuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət törədən zaman və cinayəti törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs emosional resksiyayalara meyillilik, inadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd uzunqol köynək və ədəd idman pencəyi, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd cins pencək və bir ədəd uzunqol köynək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar Lənkəran rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs İslam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirləri ilə Peyğəmbərin arvadına zina böhtanı atdığı üçün sonuncunu qəsdən öldürmək üçün yox, sadəcə cəzalandırmaq məqsədi ilə bıçaqla xəsarətlər yetirməsi, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, aralarında yaranmış mübahisənin səbəbkarının Zərərçəkmiş şəxs olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs İslam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirləri ilə Peyğəmbərin arvadına zina böhtanı atdığı üçün sonuncunu qəsdən öldürmək üçün yox, sadəcə cəzalandırmaq məqsədi ilə bıçaqla xəsarətlər yetirməsi, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, aralarında yaranmış mübahisənin səbəbkarının Zərərçəkmiş şəxs olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəblər olmadan, söylədiyi fikirlərə görə (din xadimi kimi Zərərçəkmiş şəxs İslam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərə qarşı çıxıb, onun insanları yalnış məlumatlandırdığını hesab edib) Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurması, zərərçəkmişin aktiv müqaviməti, orada olan şəxslərin təqsirləndirilən şəxsin hərkətlərini davam etməsinin qarşısının alınmaqla üzərində olan bıçağın götürülməsi, həmçinin zərərçəkmişin xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatının xilas edilməsi nəticəsində təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayəti törətməsi kimi qiymətləndirilir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər İHB-nın Kərgəlan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Lüvəsər kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə mənfi (kənddə özündən böyüklərə qarşı kobud hərəkətlər etmiş, qohumları və qonşuları ilə mehriban olmamışdır) xarakterizə olunur. İşdə olan, Lənkəran Dövlət Universitetinin 16 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2012/2013 tədris ilində bakalavriat səviyyəsində LDU-nun “xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasına əyani təhsil alma forması üzrə qəbul olmuşdur. Təqsirləndirilən şəxs İİ tədris ilində təhsil aldığı zaman universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə LDU üzrə xx.xx.2014-cü il tarixli 3/17 nömrəli əmrlə tələbələr sırasından xaric edilmiş, LDU üzrə xx.xx.2015-ci il tarixli 3/22 nömrəli əmrlə müraciətinə əsasən qəbul olunduğu ixtisas üzrə LDU tələbələri sırasına bərpa edilmişdir. Təhsil aldığı müddətdə tələbə Təqsirləndirilən şəxs universitetin daxili intizam qaydlarnı pozduğuna görə ona LDU üzrə xx.xx.2017-ciil tarixli 3/135 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan olunmuş, lakin bu xəbərdarlıqlara məhəl qoymayaraq intizamsızlığa davam etdirdiyindən və yenidən universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğundan Təqsirləndirilən şəxs LDU üzrə xx.xx.2017-ci il tarixli, 3/143 nömrəli əmrlə tələbələr sırasından xaric edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan, X13 üzrə Dövlət Komitəsinin 17 noyabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Əliyev X6 Komitəsi sədrinin 12 sentyabr 2022-ci il tarixli əmri ilə “Lüvəsər kənd” məscidinə imam müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan, Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Əliyev X5 rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayır, evlidir və yaşayış yeri üzrə müsbət (kənd əhalisi ilə münasibətləri yaxşı olmaqla kənd camaatının hörmətini qazanmışdır) xarakterizə olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 29,120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 63.3-cü maddənin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) nəzərə alınmaqla həmin Məcəllənin 29,120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 63.3-cü maddənin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs CMnin 29,120.2.2-ci maddəsi ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən (15 ildən) çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, zərərçəkmiş şəxs Taleh Əlyevə məxsus 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd idman pencəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd cins pencək və 1 (bir) ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra atası Şahid3 təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-216 (iki yüz on altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd uzunqol köynək və 1 (bir) ədəd idman pencəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd cins pencək və 1 (bir) ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra atası Şahid3 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-216 (iki yüz on altı) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar