Məhkəmə qərarları › İş №1(099)-181/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-181/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-181/2024 10.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1969-cu ildə Şamaxı rayonunun Birinci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, DOST İŞ Mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyən, məhkum olunmamış, Hacıqabul rayonunun Birinci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 1N.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində, qayınatası Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində nəvəsi Murad Səmədbəyli üçün təşkil etdiyi “son zəng” tədbiri ilə bağlı keçirilən məclisdə spirtli içki qəbul etdikdən sonra musiqi səsinin çox olmasına görə həyətdən küçəyə çıxmış, həmin vaxt həyət darvazasının qarşısında, onunla birlikdə tədbirdə iştirak edən, qohumu-bacanağı Şahid2 atası Zərərçəkmiş şəxs da küçədə olmasını görüb ondan nə səbəbə küçəyə çıxmasını soruşanda Zərərçəkmiş şəxs əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr işlədib “musiqi səsinin başını ağrıtdığını” deməsini eşidib ona kobud qaydada “başının yerində olmaması”nı dediyinə görə Zərərçəkmiş şəxs əsəbi halda ona yaxınlaşıb nəyə görə ünvanına belə sözlər dediyini bildirib yaxasından tutub onu yumruqla vurmağa çalışıb əlbəyaxa olub qarşılıqlı olaraq mübahisə edərkən, ora gəlmiş arvadı Şahid4 onları aralaşdırıb və onu sakitləşdirib yaxınlıqdakı həyətə apardıqdan sonra, Zərərçəkmiş şəxs iki dəfə telefonla zəng edib, ikinci zəngi zamanı ünvanına nalayiq ifadələr işlədib onu yanına çağırdığından o, qayınatası Şahid1 yaşadığı evin zirzəmisinə gedib oradan bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb əvvəl mübahisə etdikləri yerə qayıtdıqdan sonra, Zərərçəkmiş şəxs onu görüb üzərinə gəlib nalayiq ifadələr işlədib yenidən mübahisələrini davam etdirib əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs baş və yumruqla ona sol göz almasının alt hissəsinin qançırı, sağ dirsək nahiyəsinin sıyrığı ilə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş qarşılıqlı mübahisə zamanı qisas almaq niyyəti ilə üzərində olan məişət təyinatlı mətbəx bıçağını cibindən çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin döş boşluğuna nüfuz edən perikard və ürəyi zədələyən kəsilmiş-deşilmiş yarası, ürəyin tomponadası, travmatik pnevmotoraks xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1N.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin zərərçəkmişə ağır xəsarət yetirdiyinə görə CM-nin 1N.1-ci maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, altı övladı vardır, onlardan üçü azyaşlıdır və ailəsi ilə birlikdə Hacıqabul rayonunun Birinci Udulu kəndində yaşayır, DOST İŞ Mərkəzi MMCdə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyir. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş, 1993-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə yaralanmış və bu səbəbdən xidmətini davam etdirə bilməmişdir. Zərərçəkmiş şəxs qohumudur, bacanağı Şahid2 atasıdır, onunla və ailəsi ilə münasibətləri həmişə yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. 19 iyun 2023-cü il tarixdə, axşam saatlarında qayınatası Şahid1 nəvəsi Muradın orta məktəbi bitirməsi münasibəti ilə yaşadığı evin (ünvan 1 ünvanında) həyətində məclis təşkil etmiş, o da ailəsi ilə birlikdə həmin məclisdə iştirak etmişdir. Həmin məclisdə İsmət və digər qohumları da iştirak etmişlər. O, məclisdə bacanağı Süleyman və digər qonaqlarla birlikdə bir masada əyləşib spirtli içki içmişdir. Saat 22 radələrində o, musiqi səsinin çox olması səbəbindən, həm də “hava almaq” üçün qayınatası Zaidağanın yaşadığı evin həyətindən küçəyə çıxıb həyət daravazasından bir qədər kənarda dayanmış, elə bu zaman İsmətin də orada olmasını və İsmətin əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr dediyini eşidib ondan nə səbəbə və kimə əsəbiləşdiyini soruşub əsəbləşməməyini, sakit qalmasını bildirmiş, onun bu sözləri İsmətin xoşuna gəlməmiş və İsmət onun da ünvanına təhqiredici ifadələr deyib ona yaxınlaşmış, o da İsmətə nə səbəbə onu təhqir etdiyini bildirmiş, bu zaman İsmət də onun yaxasından tutub onu vurmağa çalışıb yumruq atmış, lakin yumruq ona dəyməmiş, sonra o da İsmətin yaxasından tutmuş və onlar əlbəyaxa olub biri-birininin yaxasını dardıb mübahisə etmişlər. Həmin vaxt arvadı Vüsalə ora gəlib onu sakitləşdirmiş, sonra arvadı Vüsalə onu oradan uzaqlaşdırıb qonşuluqda olan həyətə aparmışdır. Arvadı Vüsalə nə səbəbə İsmətlə mübahisə etdiyini soruşmuş, o da İsmətin onu səbəbsiz yerə söyüb təhqir etdiyini bildirmiş, Vüsalə də İsmətin yaşlı adam və sərxoş olduğunu, həm də bacısı Günelin qayınatası olduğunu deyib İsmətə fikir verməməsini xahiş etmişdir. Elə həmin vaxt mobil telefonuna zəng gəlmiş, telefonu Vüsalədə olduğundan zəng edən şəxsin kim olmasını bilməmiş, Vüsalə də zəng edən şəxsin qızının əri Röyal olduğunu bildirib zəngə cavab verməmişdir. Bir qədər sonra telefonuna yenə də zəng gəlmiş, bu dəfə o, telefonu Vüsalədən alıb zəngə cavab verərkən ona zəng edən İsmət olmuş və İsmət yenə də onu nalayiq ifadələrlə təhqir edib çölə çıxmasını bildirmiş, o isə İsmətə cavab verməyib telefonu söndürmüşdür. Bundan sonra Vüsalə İsmətlə onun arasında münaqişənin daha da böyüməsindən qorxub baş verənləri atası Zaidağaya deməyə getmiş, özü isə küçəyə çıxıb İsmət görmədən qayınatası Zaidağanın həyətinə girib evin zirzəmisinə keçib oradan bir ədəd mətbəx bıçağını götürüb küçəyə çıxmışdır. Məqsədi İsməti bıçaqla vurmaq olmamış, lakin İsməti qorxutmaq üçün bıçağı götürüb cibinə qoyub küçəyə çıxmışdır. O, küçəyə çıxan kimi İsmət onu görüb onun üstünə gəlib yenə də nalayiq ifadələr işlətmiş, o da İsməti qorxutmaq üçün əlindəki bıçağı qabağa uzadıb İsmətə yaxınlaşmamasını bildirmiş, lakin İsmət buna məhəl qoymayıb üzərinə gəlib yumruqla sifətinə yurmuş, sonra yaxasında tutub yenidən onu vurarkən o da bu anda özü də bilmədən əlindəki bıçaqla İsməti vurmuş, İsmət isə onun əlindən tutub başı ilə ona zərbələr vurmağa başlamış, həmin vaxt həyətdən küçəyə çıxmış İsmətin oğlu Süleyman onların dalaşmağını görüb yaxınlaşıb onları aralayarkən ona atasını (İsməti) bıçaqla vurduğunu demiş, o da dərhal İsməti buraxıb oradan bir az kənara çəkilmişdir. Sonra Süleyman orada olan şəxslərin köməyi ilə atası İsməti maşına mindirib xəstəxanaya aparmışlar. Həmin vaxt arvadı Vüsalə ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, o da İsməti bıçaqla vurduğunu bildirmişdir. Vüsalə ona polis şöbəsinə gedib baş verənlər barədə məlumat verməyini bildirmiş, o da razılaşıb polis şöbəsinə getməyə hazırlaşarkən bir neçə polis əməkdaşı hadisə yerinə gəlib onu tutub polis şöbəsinə aparmışlar. Sonra o, İsməti vurduğu bıçağı prokurorluğun əməkdaşına təqdim etmiş və hadisənin baş verdiyi yeri əyani olaraq göstərmişdir. Hadisə 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində qaynatası Şahid1 yaşadığı evin darvazasının yaxınlığında, küçədə baş vermiş, mübahisə edib dalaşarkən İsmət ona əli və başı ilə zərbələr vurub xəsarət yetirmiş, sonra o da İsməti bir dəfə bıçaqla vurmuşdur. Hadisə baş verən vaxt orada ikisindən başqa heç kim olmamışdır. Hadisə baş verən vaxt həm özü, həm də İsmət içkili olmaqla sərxoş olmuş və sərxoş olmaları səbəbindən aralarında yaranmış anlaşılmazlıq nəticəsində mübahisə edib dalaşmışlar və bu hadisə baş vermişdir. Həyətdə, yəni məclisinin keçirildiyi yerdə onun İsmətlə heç bir mübahisəsi olmamışdır. Əvvəllər həmişə İsmətlə qohum kimi münasibətləri yaxşı olmuş, baş vermiş hadisədən az müddət sonra İsmət onunla barışmış, xəsarət yetirdiyinə görə o, İsmətə üzrxahlıq edib əməlindən peşman olduğunu bildirmiş, həm də İsmətin müalicəsi ilə bağlı ona maddi köməklik edilmişdir. Hazırda İsmət onunla barışmış, münasibətləri əvvəlki kimi yaxşıdır və ondan heç bir şikayəti, tələbi yoxdur. O, baş vermiş hadisəyə görə, həm də İsmətə xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, oğlu Süleymanla Əlisəfa bacanaqdırlar. Əlisəfa və onun ailə üzvləri ilə münasibətləri həmişə yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. 19 iyun 2023-cü il tarixdə, axşam saatlarında qudası Şahid1 yaşadığı evin həyətində (ünvan 2 ünvanında) nəvəsi Muradın orta məktəbi bitirməsi ilə bağlı şənlik məclisi təşkil etmiş, o da ailə üzvləri ilə birlikdə həmin tədbirdə iştirak etmişdir. Həmin tədbirdə qohumları, o cümləldən oğlu Süleymanın bacanağı Əlisəfa da ailəsi ilə birlikdə iştirak etmişlər. Tədbirdə yalnız Zaidağanın qohumları olmuş, kənar şəxslər olmamışdır. Məclisdə o, qudası Zaidağa ilə birlikdə eyni masada əyləşib yemək yeyib spirtli içki qəbul etmiş, Əlisəfa da oğlu Süleymanla eyni stolda əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. O, spirtli içki qəbul etdikdən bir qədər sonra özünü pis hiss etmiş, həm də musiqi səsi başını ağrıtdığından “hava almaq” üçün həyətdən küçəyə çıxıb darvazanın yanında dayanmış, elə həmin vaxt Əlisəfanın da orada olduğunu görmüş və Əlisəfa ondan nə səbəbə küçəyə çıxdığını soruşmuş, o da musiqi səsinin başını ağrıtdığını bildirmiş, Əlisəfa da ona kobud qaydada “başın yerində deyil” demişdir. İçkili olduğundan, həm də musiqi səsindən başı ağrıdığından, üstəlik Əlisəfanın da ona belə söz deməsi ona pis təsir etmiş və daha da əsəbiləşərək Əlisəfaya bu cür danışdığına görə iradını bildirmişdir. Əlisəfa da sərxoş olduğundan onun iradını qəbul etməyib onunla sözlə mübahisə etməyə başlamış və mübahisə zamanı hər ikisi qarşılıqlı olaraq biri-birinin ünvanına indi xatırlamadığı formada nalayiq ifadələr işlətmiş, sonra yenə də Əlisəfa nalayiq ifadə işlətdiyindən o, həm içkili olduğundan, həm də əsəbilərini cilovlaya bilmədiyindən Əlisəfaya yaxınlaşıb yaxasından tutub yumruqla onu vurmaq istəmiş, lakin vura bilməmiş və onlar bir-birinin yaxasından tutub dartışmışlar. Həmin vaxt kənardan kimsə Əlisəfanı çağırmış, hava qaranlıq olduğundan Əlisəfanı kimin çağırdığını görməmişdir. Sonra Əlisəfa ondan aralanıb onu orada gözləməyini bildirib uzaqlaşmış, o da Əlisəfanın getdiyini görüb bir qədər küçədə dayanıb sakitləşməyə çalışmışdır. Bir az sonra o, Əlisəfa ilə aralarında mübahisənin yaranmasından peşman olub mübahisənin daha da gərginləşməsindən narahat olaraq aralarında yaranmış anlaşılmamazlığa aydınlıq gətirmələrini bildirmək istəyi ilə Əlisəfaya zəng etmişdir. Əlisəfaya zəng etməyinin səbəbi hər ikisinin səhv etdiklərini, tədbirdən sonra məsələyə aydınlıq gətirmələrini, həmçinin dava-dalaş və mübahisə etməmələrini bildirmək olmuşdur. O, Əlisəfaya iki dəfə zəng vurmuş, ikinci zəngində Əlisəfa ona qulaq asmayaraq gözləməsini və çölə çıxacağını bildirmiş, təxminən beş dəqiqə sonra Əlisəfa küçəyə çıxmış, o da Əlisəfaya yıxınlaşıb aralarında yaranmış anlaşılmazlığa son qoymaq istədiyini bildirmək istəmiş, Əlisəfa isə ona qulaq asmadan mübahisəni davam etdirmiş və onlar yenidən əlbəyaxa olarkən qəfildən Əlisəfa əli ilə sinəsinə vurmuş və nəsə sinəsinə batmış, əvvəl onun əlində nə olmasını görməmiş, sonra Əlisəfanın əlində bıçaq olduğunu görüb Əlisəfanın onu bıçaqla vurduğunu bilmişdir. Sonra o, əli və başı ilə Əlisəfanı vurmuş, həm də Əlisəfanı əli ilə tutub saxlamış, elə həmin vaxt oğlu Süleyman ona yaxınlaşmış, o da Əlisəfanı buraxmış və Əlisəfa ondan aralanıb kənara çəkilmişdir. Bundan sonra o, özünü piss hiss edib yerə yıxılan zaman oğlu Süleyman onu tutub nə baş verdiyini soruşmuş, o da Əlisəfanın onu bıçaqla vurduğunu bildirmiş, sonra huşunu itirmiş, daha sonra nə baş verdiyindən xəbəri olmamışdır. O, özünə gəldikdə artıq xəstəxanada olduğunu bilmiş, bir müddət xəstəxanada müalicə aldıqdan sonra sağalıb evinə buraxılmışdır. Hadisə 19 iyun 2023-cü il tarixdə, gecə saat 22 radələrində qudası Zaidağanın yaşadığı həyət evin darvazasının qarşısında, küçədə baş vermiş, hadisə baş verən vaxt orada Əlisəfa və özündən başqa heç kim olmamışdır. Həyətdə, yəni məclisinin keçirildiyi yerdə onun Əlisəfa ilə heç bir mübahisəsi olmamışdır. Mübahisənin baş verməsinə səbəb hər ikisinin içkili olmaqla əvvəl Əlisəfanın ona kobud sözlər deməsi, sonra özünün də eyni qaydada Əlisəfaya cavab verməsi olmuşdur. Birinci mübahisələrindən sonra onun Əlisəfaya zəng edib yanına çağırmaqda məqsədi aralarında baş vermiş anlasılmazlığa aydınlıq gətirib onunla barışmaq olmuş, həmin vaxt Əlisəfanın ünvanına nalayiq ifadələr işlətməsi halı olmamış, Əlisəfanın da ona belə sözlər deməsini xatırlamır. Onun Əlisəfa ilə əvvəllər münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt mübahisə və ya münaqişə olmamışdır. Hadisə hər ikisinin sərxoş olmaları və bir-birlərini tam başa düşmədiklərinə görə baş vermiş, ona görə də o, hadisənin baş verməsində həm özünü, həm də Əlisəfanı təqsirli hesab edir. Həm özü, həm də X17 müharibəsinin iştirakçılarıdırlar, həm də qohumdurlar. Baş vermiş hadisədən az müddət sonra o, Əlisəfa ilə barışmış, Əlisəfa da ona xəsarət yetirdiyinə görə üzrxahlıq edib peşman olduğunu bildirmiş, həm də müalicəsi ilə bağlı Əlisəfa ona maddi köməklik etmişdir. Hazırda o, Əlisəfa ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əlisəfa qohumu olduğundan həm də himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınıb ona törətdiyi cinayət əməlinə görə həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 20 noyabr 2023-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Habelə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə azadlıqdan məhrumetməyə aid olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, nəvəsi Murad Səmədbəylinin orta məktəbi bitirməsi ilə bağlı o, 19 iyun 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evin həyətində (ünvan 1 ünvanında) məclis təşkil etmiş və məclisə qohumlarını, o cümlədən kürəkəni Şahid2 və ailə üzvlərini, digər kürəkəni Təqsirləndirilən şəxs və ailə üzvlərini dəvət etmişdir. Məclisdə kürəkəni Süleymanın atası Zərərçəkmiş şəxs onunla bir masada əyləşib yemək yeyib spirtli içki qəbul etmiş, Əlisəfa da Süleymanla bir masada əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Təxminən saat 22 radələrində İsmət musiqi səsi başını ağrıtdığını bildirib həyətdən küçəyə çıxmışdır. Aradan bir qədər keçəndən sonra küçədən səs-küy gəldiyini eşitmiş, əvvəl Süleyman, sonra digər qonaqların küçəyə çıxmalarını görüb özü də küçəyə çıxmışdır. Orada kürəkəni Süleymanın deməsindən sonra bilmişdir ki, bir az əvvəl İsmətlə Əlisəfa dalaşmış və Əlisəfa İsməti bıçaqla vurmuşdur. İsmət yaralı olduğundan Süleyman və digər qohumları onu maşınla xəstəxanaya aparmışlar. Hadisə onun yaşadığı fərdi yaşayış evinin həyət darvazasından çöldə, küçədə baş vermiş, həmin vaxt orada Əlisəfa və İsmətdən başqa heç kim olmamış, həyətdəki məclisdə musiqi səsləndiyindən küçədə baş vermiş hadisəni həyətdəki məclisdə olanlar və özü eşitməmiş, əvvəl kürəkəni Süleyman səs eşidib küçəyə çıxmış, sonra digər şəxslər də küçəyə çıxmışlar. Hadisə həyətində yox, küçədə baş vermiş, həmçinin hadisədən əvvəl həyətdə, məclis keçirilən yerdə İsmətlə Əlisəfanın arasında hər hansı mübahisə ya münaqişə olmamışdır. İsmət və Əlisəfanın münasibətləri həmişə yaxşı olmuş və biri-birinə hörmətlə yanaşmışlar. Sonradan onlardan hadisə barədə soruşanda İsmət və Əlisəfa sərxoş olduqları üçün və bir-birlərini düz başa düşmədiklərinə görə bu hadisənin baş verdiyini bildirmişlər. X18 barışmış və onların münasibətləri əvvəlki kimi yaxşıdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atası, Təqsirləndirilən şəxs isə bacanağıdır. 19 iyun 2023-cü il tarixdə, axşam saatlarında qayınatası Şahid1 nəvəsi Muradın orta məktəbi bitirməsi ilə bağlı həyətində təşkil etdiyi tədbirdi o və atası İsmət və ailə üzvləri iştirak etmiş, bacanağı Əlisəfa da ailə ilə birlikdə həmin tədbirdə olmuşdur. Atası İsmət qayınatası Zaidağa ilə bir stolda oturu yemək yeyib spirtli içki qəbul etmiş, bacanağı Əlisəfa da onunla eyni masada əyləşib orada olan qonaqlarla spirtli içki qəbul etmişdir. Təxminən saat 22 radələrində o, həyətdə olarkən qayınatası Zaidağanın evinin həyət darvazasından çöldə səs-küy gəldiyini eşidib küçəyə çıxmış və orada bacanağı Əlisəfa ilə atasının əlbəyaxa olduqlarını görüb onlara yaxınlaşıb atası ilə Əlisəfanı ayırmaq istəmiş, həmin vaxt atası Əlisəfanın onu bıçaqla vurduğunu deyib huşunu itirmişdir. O, atasını yerə yıxılmağa qoymayıb qucağına götürmüş və ora gəlmiş şəxslərə Əlisəfanın atası İsməti bıçaqla vurduğunu bildirib ona köməklik etmələrini xahiş etmişdir. Sonra atası İsməti maşınla Şirvan şəhər xəstəxanasına aparmış, orada atasına tibbi yardım göstərilmişdir. O, hadisənin bilavasitə görməmiş, Əlisəfa atasını bıçaqla vurduqdan və atası bu barədə ona deməsindən sonra məlumatı olmuşdur. Sonradan isə ona məlum olmuşdur ki, hadisə vaxtı atası İsmət və bacanağı Əlisəfa içkili olmuş və danışarkən biri-birini başa düşməyib anlaşılmazlıq nəticəsində mübahisə edib dalaşmış və dalaşarkən Əlisəfa atası İsməti bıçaqla vurmuşdur. Hadisə Zaidağanın həyətində yox, küçədə baş vermiş, həmçinin hadisədən əvvəl həyətdə, məslis keçirilən yerdə atası İsmətlə bacanağı Əlisəfanın arasında hər hansı mübahisə ya münaqişə olmamışdır. Atası İsmətlə bacanağı Əlisəfanın münasibətləri həmişə yaxşı olmuş, heç vaxt aralarında mübahisə belə olmamışdır. Hadisədən sonra atası İsmət Əlisəfa ilə barışmış, Əlisəfa da etdiyi əmələ görə peşman olduğunu bildirmiş, hazırda onların münasibəti əvvəlki kimi yaxşıdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, şahid X10 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermiş, həmçinin ifadəsində göstərmişdir ki, o, 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Şahid2 həyətdən küçəyə çıxmasını görüb arxadan özü də küçəyə çıxmış və küçədə, Zaidağanın evinin həyət daravazasından bir qədər irəlidə Süleymanın atası İsməti qucağında tutduğunu və Əlisəfanın atası İsməti bıçaqla vurduğunu bildirib kömək istəmiş, o da Süleymana kömək edib İsmətə məxsus avtomobili idarə edib Süleymanla birlikdə İsməti xəstəxanaya aparmışdır. O, Əlisəfa ilə İsmətin arasında baş vermiş mübahisəni görməmiş, həmin vaxt Zaidağanın həyətində tədbirdə olmuşdur. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 19 iyun 2023-cü il tarixli “Raport”u ilə müəyyən edilir ki, həmin tarixdə Şirvan ŞMX-dan daxil olmuş məlumatda göstərilir ki, 19 iyun 2023-cü il tarixdə, saat 23:40-da Hacıqabul rayonunun Meyniman kənd sakini Zərərçəkmiş şəxs “döş qəfəsinin deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. İşdə olan, “Şifahi ərizə qəbul edilməsi haqqında” protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs Hacıqabul RPŞ-nə müraciət edərək 19 iyun 2023-cü il tarixdə saat 22 radələrində tanıdığı və qohumu Abasov X4 şəhəri, M.F.Axundov küçəsi ev 1 ünvanında küçədə bıçaqla ona xəsarət yetirmişdir. Həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş edir. İşdə olan, “Hadisə yerinə baxışının keçirilməsi haqqında” 19 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, hadisənin baş verdiyi yer ünvan 1 ünvanında yerləşən, vət. Şahid1 məxsus fərdi yaşayış evinin darvazasının qarşısında (küçə hissəsində) olan torpaq ərazidir. Hadisə yerindən torpaq üzərində olan qanabənzər ləkələrdən iki ədəd kriminalistik çöplərə hopdurulmaqla nümunələr istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 19 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 19 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarları-bir ədəd qısaqol köynək və bir ədəd şalvar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Götürmə aparılması haqqında” 19 iyun 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞMX-nın Cərrahiyyə şöbəsindən təqdim olunmuş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarları-bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir ədəd şalvar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol göz almasının alt hissəsinin qançırı, sağ dirsək nahiyəsinin sıyrığı kimi xəsarətlər aşkar olunmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni, kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Törənmə müddəti müayinə müddətindən 1-2 gün əvvələ uyğun gəlir, yuxarıda göstərilən xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs döş qəfəsinin döş boşluğuna nüfuz edən perikard və ürəyi zədələyən kəsilmiş-deşilmiş yarası, ürəyin tomponadası, travmatik pinevmotoraks kimi xəsarətlər müəyyən olundu, müəyyən olunan xəsarətlər iti kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan hadisə gününə, 19 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan, məhkəmə tibbi-bioloji ekspertizasının 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta /H/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, cins şalvar, maykanın ön tərəfi, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, hadisə yerindən götürülmüş torpaq nümunəsi üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd ağ plastik qapaqlı polietilen flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların sərbəst uclarına sarınmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs /əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa/ məxsus ola bilər. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, cins şalvar, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar üzərində tər ifrazatı aşkar olundu. Tər ifrazatının qrup mənsubiyyəti təyin edildikdə A,H antigenləri alındı. Belə olan halda göstərilən paltarlarda aşkar olunan tər ifrazatı ABO sistemi üzrə Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim edilən bir ədəd bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus maykanın ön tərəfi və bıçaq üzərində tər ifrazatı aşkar olunmadı. Təqdim edilən maddi sübutlar üzərində tükəbənzər hər hansı bir obyekt aşkar olunmadı. İşdə olan, məhkəmə tibbi-kriminalistik ekspertizasının 08 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka fraqmenti və köynəyin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin döş qəfəsinin döş boşluğuna nüfuz edən, perikard və ürəyi zədələyən kəsilmiş-deşilmiş yarası ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə bir zərbə nəticəsində yaranmışdır, zərbə müxtəlif məsafədən və müxtəlif istiqamətdə yetirilə bilərdi. Zədə yetirilən anda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti vardır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərar və 28 sentyabr 2023-cü il tarixli “Qəbz”lə müəyyən edilir ki, bir ədəd məişət təyinatlı bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və bir ədəd mayka iş üzrə maddi sübut kimi tanınmış və bir ədəd bıçaq saxlanması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq orqanı tərəfindən bir ədəd qısaqol köynək və bir ədəd mayka saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə əməli) ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və Elnur İbrahimovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vuraraq ona həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 1N.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və onun törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 1N.2.4 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində qayınatası Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində nəvəsi Murad Səmədbəyli üçün təşkil etdiyi «son zəng» məclisində tanıdığı Zərərçəkmiş şəxs onunla kobud danışmasını bəhanə edib ilkin olaraq məclisin təşkil olunduğu məhəllədə şəxsi münasibətlər zəmnində onunla sözlü mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs onunla davranışını qəbul edə bilməyib hərəkətlərinin sonrakı inkişafını ictimai qaydanı kobud surətdə pozulmasına yönəldərək Şahid1 yaşadığı evə qayıdıb evin zirzəmisində yemək hazırlanan yerdən bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edib, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında xuliqanlıq niyyəti ilə əlində olan soyuq silah hesab edilməyən bıçaqla zor tətbiq edib Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz edən perikard və ürəyi zədələyən kəsilmiş-deşilmiş yarası, ürəyin tomponadası, travmatik pnevmotoraks xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə cinayət qanunvericiliyində və digər hüquqi aktlarda zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma, habelə xuliqanlıq cinayəti əməli ilə bağlı verilmiş müddəalar baxımından hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 1N.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, habelə onun hərəkətlərində CM-nin 221.3-cü maddəsinin (bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsi) tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 1N.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadan ibarətdir və eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə CM-nin 1N.2.4-cü maddəsinin tərkibi yaranır. Habelə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarətdir və bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədildikdə CM-nin 221.3-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 1N.2.4-cü maddəsinin obyektiv cəhəti həmin Məcəllənin 1N.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədilməsindən, habelə CM-nin 221.3-cü maddəsinin obyektiv cəhəti bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsindən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni CM-nin 1N.2.4-cü maddəsinə münasibətdə qəsdən ağır zərər vurma əməlin xuliqanlıq niyyəti ilə, eləcə də CM-nin 221.3-cü maddəsinə münasibətdə xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bənində izah verilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən ağır və az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli, təqsirkarın təhlükəli davaranışıdır. Habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində izah olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki iş üzrə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin heç bir əsaslı səbəblər olmadan (xuliqanlıq niyyəti ilə) zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma əməli təşkil edir. Yəni təqsirkar şəxsin zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma hərəkətlərin heç bir əsaslı səbəblər olmadan və ya hər hansı bəhanə ilə (xuliqanlıq niyyəti ilə) icra edilməsi tələb olunur. Habelə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması təşkil edir. İstintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla kobud danışmasını bəhanə edib ilkin olaraq məclisin təşkil olunduğu məhəllədə şəxsi münasibətlər zəmnində onunla sözlü mübahisə etdikdən (belə halların olması heç bir sübutla təsdiq olunmur) sonra Zərərçəkmiş şəxs onunla davranışını qəbul edə bilməyib hərəkətlərinin sonrakı inkişafını ictimai qaydanı kobud surətdə pozulmasına yönəldərək bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edib, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin (halbuki hadisə baş verən vaxt orada təqsirləndirilən və zərərçəkmiş şəxslərdən başqa kim olmamışdır) yanında xuliqanlıq niyyəti ilə bıçaqla zor tətbiq edib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla, eləcə də istintaq orqanı tərəfindən toplanmış subutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və Elnur İbrahimovun ifadələri ilə ”Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla kobud danışmasını bəhanə edib ilkin olaraq məclisin təşkil olunduğu məhəllədə şəxsi münasibətlər zəminində onunla sözlü mübahisə etməsi, Təqsirləndirilən şəxs özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozması və özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında xuliqanlıq niyyəti ilə bıçaqla zor tətbiq edib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi” təsdiq olunmur, əksinə Təqsirləndirilən şəxs küçədə Zərərçəkmiş şəxs əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr işlədib “musiqi səsinin başını ağrıtdığını” deməsini eşidib ona kobud qaydada “başının yerində olmaması” dediyinə görə Zərərçəkmiş şəxs əsəbi halda ona yaxınlaşıb nəyə görə ünvanına belə sözlər dediyini bildirib yaxasından tutub onu yumruqla vurmağa çalışıb əlbəyaxa olub qarşılıqlı olaraq mübahisə edərkən ora gəlmiş Təqsirləndirilən şəxs arvadı Şahid4 onları aralaşdırıb, Təqsirləndirilən şəxs sakitləşdirib yaxınlıqdakı həyətə apardıqdan sonra, Zərərçəkmiş şəxs iki dəfə telefonla zəng edib ikinci zəngi zamanı Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib onu yanına çağırdığından Təqsirləndirilən şəxs qayınatası Şahid1 yaşadığı evin zirzəmisinə gedib oradan bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb əvvəl mübahisə etdikləri yerə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs onu görüb üzərinə gəlib nalayiq ifadələr işlədib yenidən mübahisələrini davam etdirib əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs başla və yumruqla Təqsirləndirilən şəxs vuraraq sol göz almasının alt hissəsinin qançırı, sağ dirsək nahiyəsinin sıyrığı ilə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə görə Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə (aralarında şəxsi münasibətlərin pozulması zəminində) üzərində olan bıçağı cibindən çıxarıb Zərərçəkmiş şəxsun döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Həmçinin tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, hadisə baş verən vaxt təqsirkar Təqsirləndirilən şəxs ictimai qaydanı qərəzli surətdə pozaraq şəxslər, o cümlədən zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər etməsi, eləcə də heç bir əsaslı səbəb olmadan bıçaqla Zərərçəkmiş şəxs hücum edib ona xəsarət yetirməsi tam təkzib olunur. Əksinə müəyyən edilmişdir ki, təqsirkar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs küçədə Zərərçəkmiş şəxs əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr işlədib “musiqi səsinin başını ağrıtdığını” deməsini eşidib ona kobud qaydada “başının yerində olmaması”nı dediyinə görə Zərərçəkmiş şəxs əsəbi halda ona yaxınlaşıb nəyə görə ünvanına belə sözlər dediyini bildirib yaxasından tutub onu yumruqla vurmağa çalışıb əlbəyaxa olub qarşılıqlı olaraq mübahisə edib aralandıqdan və Zərərçəkmiş şəxs telefonla ikinci zəngi zamanı Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib onu yanına çağırdığından Təqsirləndirilən şəxs qayınatası Şahid1 yaşadığı evin zirzəmisinə gedib oradan bir ədəd mətbəx bıçağını götürüb əvvəl mübahisə etdikləri yerə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs onu görüb üzərinə gəlib nalayiq ifadələr işlədib yenidən mübahisələrini davam etdirib əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs başla və yumruqla Təqsirləndirilən şəxs vuraraq sol göz almasının alt hissəsinin qançırı, sağ dirsək nahiyəsinin sıyrığı ilə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə görə Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə, yəni aralarında şəxsi münasibətlərin pozulması zəminində üzərindəki bıçağı cibindən çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Ona görə də həmin xüsusatlar üzrə təqsirkar Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanı qərəzli surətdə pozması və heç bir əsaslı səbəb olmadan bıçaqla Zərərçəkmiş şəxs hücum edib ona xəsarət yetirməsi kimi qiymətləndirmə əsassızdır. Eyni zamanda məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, eləcə də bu əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə (Zərərçəkmiş şəxs) zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsi tam təkzib olunur. Habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə edib əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs başla və yumruqla onu vurub xəsarətlər yetirdikdən, eləcə də zəng edib ünvanına nalayiq ifadələr işlədib yanına çağırmasından sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs bıçaqla qəsdən sağlamlığına ağır zərər vurma əməli heç bir əsaslı səbəblər olmadan xuliqanlıq niyyəti kimi qiymətləndirilməsini də istisna edir. Beləliklə, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla (yuxarıda bu sübutlar təhlil edilərək qiymətləndirilmişdir) Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs zərər vurması öz təsdiqini tapmır. Əksinə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı aldığı xəsarətlərdən (sol göz almasının alt hissəsinin qançırı, sağ dirsək nahiyəsinin sıyrığı ilə sağlamlığa zərər vurmayan xəsarətlər) sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs bıçaqla qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Habelə Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməsi, yəni onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən (hazırki işdə hadisənin gecə saat 22 radələrində küçədə, kənar şəxslərin olmadığı, həm də təqsirləndirilən və zərərçəkmiş şəxsin biri-birininə qarşı yönəlmiş hərəkətləri, yəni qarşılıqlı olaraq nalayiq ifadələr işlədilməsi və səs-küyün yaranmasının ərazidə olan şəxslərin isə bunu eşitməmələri və görməmələri şəraitində baş verməsi) ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri özündə ehtiva etməyən şəraitdə zərərçəkmişlə qarşılıqlı olaraq əlbəyaxa olub mübahisə edib dalaşmaları), şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, eləcə də bu əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə (Zərərçəkmiş şəxs) zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması (hazırki işdə təqsirkarın zərərçəkmiş şəxsə qarşı bıçaqla hücum edib zor tətbiq olunması hərəkətləri) tam təkzib olunur. Belə olan halda istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin qəsdən ağır zərər vurma əməlinin heç bir əsaslı səbəblər olmadan, yəni xuliqanlıq niyyəti ilə törətməsi kimi CM-nin 1N.4-cü maddəsi ilə, habelə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq əməlini törədilməsi kimi CM-nin 221.3-cü maddəsi ilə tövsif olunması iş üzrə mövcud olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 1N.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, habelə onun CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı istintaq orqanı tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, yalnız mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətidir. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirildiyi ittiham üzrə onun bu əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə həmin hissədə CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməli, habelə onun zərərçəkmişə qəsdən sağlamlığa ağır zərər vurma əməli CM-nin 1N.2.4-cü maddəsindən həmin Məcəllənin 1N.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 1N.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 19 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Hacıqabul rayon İHB-nın Birinci Udulu kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 11 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonunun Birinci Udulu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü nizam-intizamlı aparmış, yüksək mənəvi keyfiyyətlərinə görə fərqlənməklə kənd sakinlərinin hörmətini qazanmış və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Hacıqabul rayon İHB-nın Birinci Udulu kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 09 aprel 2024-cü il tarixli arayış, 24 iyun 2023-cü il tarixli xasiyyətnamə, doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, 6 övladı vardır. X2 qızı 03 sentyabr 1995-ci ildə, X6 11 iyun 1999-cu ildə, X13 09 sentyabr 2000-ci ildə, X14 30 sentyabr 2005-ci ildə, X8 11 iyun 2019cu ildə və X11 11 aprel 2022-ci ildə doğulmuşlar. İşdə olan, Hacıqabul Rayon Hərbi Komissarlığın 15 yanvar 1998-ci il tarixli, 27 №-li arayışı ilə (eləcə də işdə olan fotoşəkil və digər sənədlərlə) müəyyən edilir ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 2-ci MAT-nın tərkibində 14 mart 1993-cü il tarixdən N iyun 1993-cü il tarixədək gedən döyüşlərdə Ağdərə bölgəsində iştirak etmişdir. (Əsas ******* №-li hərbi biletdə aparılmış qeyd). İşdə olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissənin (hərbi hospitalın) N iyun 1993-cı il tarixli, 613 №-li “Xəstəlik tarixi”nin, həmin “Xəstəlik tarixi”dən çıxarışın və Hacıqabul MRX-nın 12 aprel 2019-cu il tarixli, 586 №li tibbi göndərişin surətləri ilə müəyyən edilir ki, 1969-cu il təvəllüdlü əsgər Təqsirləndirilən şəxs (703 №-li h/h-də hərbi xidmətdə olduğu vaxt) N iyun 1993-cü il tarixdə “sağ ayağının pəncəsinin top qəlpə yaralanması”, (“sağ tərəf yumşaq toxumalarında kor qəlpə yaraları”) diaqnozu ilə hərbi hospitala daxil olub 03 avqust 1993-cü il tarixədək müayinə və müalicə olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin və digər) tam ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə və Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə yaralanması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Hacıqabul rayon İHB-nın Meyniman kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Şirvan şəhəri, 1 May küçəsi, ev 70-də qeydiyyatda olmaqla Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 1N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin və digər) tam ödənilməsi, Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə yaralanması, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, ilk məhkumluğu, yaşlı şəxs olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunması), bundan başqa təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında qohumluq münasibətlərinin olması, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmaqla münasibətlərin əvvəlki kimi yaxşı olması, eləcə də işin faktiki halları, o cümlədən baş vermiş hadisədən bir az əvvəl zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına təhqiredici ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisədən sonra əlbəyaxa olub dalaşmaları, daha sonra zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi vurması zəminində bu hadisənin baş verməsini müstəsna hallar kimi qəbul edib, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona ittiham olunduğu maddənin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və onun bu cəzanı çəkməklə islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 1N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə saxlanılması və 19 iyul 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında olması müddətləri, yəni 10 ay 20 gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 01 il 09 ay 10 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, bir ədəd gödəkcə, bir ədəd qısaqol köynək və bir ədəd mayka hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 42.1.2, 132, 344- 347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə saxlanılması və 19 iyul 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında olması müddətləri, yəni 10 (on) ay 20 (iyirmi) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd gödəkcə, 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd mayka hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar