Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-181/2025 07.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Lənkəran şəhəri, Nəsimi küçəsi ev 50-də qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışı barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvü olan digər şəxs 4 ədəd bağlamalarda ayrı-ayrılıqda çəkiləri 2765 qram, 2685 qram, 2615 qram və 2605 qram-ümumi çəkisi 10670 qram olan külli miqdar təşkil edən, çətənə bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 31 avqust 2024-cü il tarixdə köhnə Ələt-Astara avtomagistral yolunun Lənkəran rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində, həmin yolun kənarında yerləşən göy sellofan bağlanılaraq nişanlanan elektirk dirəyənin yanına gətirib, orada olan kolluq ərazidə gizlətdikdən sonra narkotik vasitənin qoyulduğu yerin fotoşəklini WhatsApp ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdikdən sonra Təqsirləndirilən şəxs həmin gün saat 20 radələrində narkotik vasitənin gizlədildiyi Lənkəran rayonu Göyşaban kəndindəki ona məlum olan həmin əraziyə gedərək qeyd olunan külli miqdarda 4 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib 4 ədəd bağlamadan 1 ədədini sonradan gəlib götürməkdən ötrü orada qoyaraq 3 ədəd bağlamanı götürüb əlində tutmaqla saxlayaraq yolun kənarı ilə yaşadığı Lənkəran şəhərindəki evi istiqamətində piyada daşıyarkən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və X5 əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 20:18 dəqiqədə saxlanılmış, saxlanıldığı yerdə üstü yoxlanılarkən əlində saxladığı qara rəngli sellofan torbadan 03 ədəd bağlama və saxlanıldığı yerin yaxınlığında kolluğun içərisində isə 1 ədəd bağlamanın içərisində olan ümumi təmiz çəkisi 10670 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə yaşayır. Bir neçə ildir ki, narkotik vasitə “nəşə”dən, yəni qurudulmuş marixuanadan istifadə edir. 31 avqust 2024-cü il tarixdən təxminən 20-25 gün əvvəl iranlı Əli adlı şəxs onunla telefon vasitəsi ilə danışaraq ona 1 qram metamfetamin və 1 qram heroin göndərəcəyini demişdir. İranlı onunla 31 avqust 2024-cü tarixdə telefonla danışaraq narkotik vasitənin Ələt-Astara köhnə avtomobil yolunun Lənkəran rayonu Göyşaban kəndi ərazisindən keçən hissəsinə daşın altına qoyulduğunu bildirmiş və ona həmin yerin konumunu atmışdır. O, 31 avqust 2024-cü il tarixdə saat 20 radələrində həmin yerə gedərək oradan bir ədəd torbanı götürmüşdür. Ancaq torbada heç bir narkotik vasitə olmamışdır. Sonra əməliyyatçı Zamir onu həmin küçədə yanacaqdoldurma məntəqəsinin yanında saxlamışdır. Onu polis işçisi Loğmanın avtomaşını ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Bundan sonra isə polis işçiləri onların evinə gəlmiş, ona götürdüyü torbada 11 kiloqram narkotik vasitə qurudulmuş marixuana olduğunu demişlər. Əməliyyatçı Qorxmaz ona bağlamada 11 kiloqram narkotik vasitə qurpudulmuş marixuana verərək demişdir ki, götür sənindir. O da məcbur olub həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməli olmuşdur. Onun Əli adlı şəxslə İran İslam Respublikasına aid telefonla danışığı və yazışmaları polis onu tutuandan sonra polis işçilərinin nəzarəti altında olub. Ona telefonda iranlının adından həmin mesajları polis işçiləri yazmışlar. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin WhatsApp proqramına sonu 30-48 olan İran İslam Respublikasına aid mobil nömrədən ismarıc gəlmişdir. Həmin şəxs ona adının Əli olduğunu, İranda yaşadığını, Lənkəran rayonunda “malı” olduğunu, həmin yükü Sumqayıt şəhərinə aparmasını, bunun müqabilində ona pul və nəşə verəcəyini demişdir. O, Əli adlı şəxslə narkotiki aparmağa görə 1 kq nəşə və 4000 manat pula razılaşmışdır. İlk əvvəl ona narkotiki Sumqayıt şəhərinə çatdırmaq üçün əvvəlcədən 1000 və ya 700 manat pul göndərməsini istəsə də, Əli ona narkotik vasitəni sağ-salamat götürdükdən sonra pulu göndərəcəyini demişdir. O da razılaşmışdır. Bir qədər keçdikdən sonra təkrar Əli ilə danışanda ona demişdir ki, Lənkəranda «Ləvəngi» dairəsi ətrafında, dəlixananın yaxınlığında yaşayır, imkanı varsa, narkotik vasitələri onun olduğu yerə yaxın ərazidə qoydursun ki, o da götürə bilsin. Əli onunla razılaşmışdır. Daha sonra Əli ona səs ataraq 11 kq nəşə qoyduracağını, onun 1 kiloqramını özünə götürməsini, qalan 10 kq-ni isə Sumqayıt şəhərinə aparmasını Sumqayıt şəhərinə çatdıqdan sonra ona rahat olan hər hansı bir yerdə qoymasını və həmin yerini şəklini, konumunu ona bildirməsini, özünün həmin yerdən nəşəni götüzdürəcəyini demişdir. O da Əli ilə razılaşmışdır. Sonra Əli ona WhatsAppla 3 şəkil ataraq şəkildə «Ləvəngi» dairəsində Ağır Cinayətlər Məhkəməsinə gedən yolda stolbaya göy rəngli sellofan bağlandığını, həmin yerdə 11 kq qurudulmuş marixuana olduğunu demişdir. Ona həmin yerə gedib nəşəni götürməsini demişdir. Əli həmçinin şəkillərdə işarələrlə ona narkotik vasitənin yerini göstərmişdir. Təxminən saat 20 radələrində o yoldan keçən, tanımadığı taksilərdən biri ilə qeyd olunan yerə getmişdir. Hava təzəcə qaralmışdır. Yolun sol kənarında stolbaya bağlanmış göy rəngli sellofanı görüb avtomobili saxlatdırıb düşmüşdür. Taksiyə pulunu verib getməsini demiş və yolun kənarına düşmüşdür. Təxminən 2-3 dəqiqə orada gəzib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Əlinin qoydurduğu qara rəngli sellofan torbanı götürüb çiyninə tullayaraq piyada getməyə başlamışdır. Yükü çiyninə atdıqdan sonra görmüşdür ki, sellofan torbada 11 kq ağırlıqda mal yoxdu. Buna görə də geri qayıdıb baxdıqda yerdə bir ədəd qara rəngli sellofan bağlamanın da olduğunu görmüşdür. Düşünmüşdür ki, yerdə olan bağlama da Əlinin malıdır, yəqin ki, götürərkən çiynindəki sellofandan yerə düşmüşdür. Lakin əlində yer olmadığı üçün fikirləşmişdir ki, götürdüklərini yerbəyer etdikdən sonra həmin bağlamanı da gəlib oradan götürər. Həmin yerdən bir neçə metr piyada uzaqlaşmışdır ki, arxadan bir neçə nəfərin qaçaraq ona tərəf gəldiklərini görmüşdür. Həmin şəxsləri görüb o daşıdığı sellofanı çiynindən yerə tullamış və qaçmaq istəmişdir. Lakin həmin şəxslər çataraq onu tutmuşlar və qaçmasına imkan verməmişlər. Özlərini təqdim edib polis işçiləri olduqlarını demişlər. Ona qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün üzərinə və yerə tulladığı sellofan torbaya videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Həmin vaxt o, polisin onu nəyə görə saxladığını başa düşüb polis əməkdaşlarına qarşı çıxmamışdır. Üzərinə baxış zamanı cibindən “redmi” markalı mobil telefonu aşkarlanmışdır. Üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra sellofan torbaya baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Sonra polis işçilərinə narkotik vasitəni götürdüyü yeri göstərmişdir. Həmin yerdə də bir bağlama olmuşdur. Həmin bağlmanın da içərisində narkotik vasitə olmuşdur. O, narkotik vasitəni torbadan götürərkən bağlamadakı narkotikin orada düşdüyünü bildirmişdir. Aşkar olunmuş 4 ədəd bağlama elektron tərəzidə çəkildikdə ümumi çəkiləri sellofanlarla birlikdə 11,18 kq olmuşdur. Həmin bağlamalar qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Polis işçilərinə balğamalardakı narkotik vasitəni həmin yerə Əli adlı şəxsin qoydurduğunu, ona narkotikin olduğu yerin şəklini və konumunu göndərdiyini, həmin yerə gələrək narkotikləri torbada götürdüyünü, Sumqayıt şəhərinə aparmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində özünü iranlı Əli kimi təqdim edən şəxslə cinayət əlaqəsinə girməsini, faktiki olaraq narkotik vasitənin qoyulduğu yerdən bir ədəd torbanı götürməsini etiraf etməsi ilə yanaşı, götürmüş olduğu torbada faktiki olaraq narkotik vasitənin olmamasını, 11 kiloqramdan çox miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın torbaya polis əməkdaşları tərəfindən qoyulmasını, hətta onun cinayət qrupun üzvü ilə narkotiklə bağlı yazışmalarını polis işçiləri tərəfindən tutulmasından sonra polis işçilərinin nəzarəti altında aparmasını göstərsə də, onun cinayət əməlləri məhkəmədə dindirilmiş şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X5 rəisi vəzifəsində işləyir. 31 avqust 2024-cü il tarixdə ona Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, daşıması, satışı ilə məşqul olması, Lənkəran rayonu Göyşaban kəndində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında narkotik vasitəni götürəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs ola biləcəyi Göyşaban kəndi ərazisinə yollanıb onu müşahidəyə götürmüşlər. Həmin gün saat 20 radələrində Lənkəran rayonu Göyşaban kəndində Lənkəran Ağır Cinayətlər Məhkəməsini yaxınlığında Təqsirləndirilən şəxs yol kənarı ilə piyada tək getdiyini görmüşlər. Onun yolun kənarından kolluğa tərəf düşdüyünü gördükdən sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan video çəkilişlə onun olduğu yerə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs çiynində sellofan torba ilə piyada kolluqların arası ilə getdiyini görmüşlər. Ona yaxınlaşanda çiynindəki sellofan torbanı atıb qaçmaq istəyərkən yaxalamışlar. Ona özlərini təqdim edərək, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bidirmişlər. Həmin vaxt saat 20:18 olmuşdur. Həmin qara sellofan torbada 3 qara rəngli bağlamalar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamalarda qurudulmuş marixuana olduğunu, onu İranlı Əli adlı şəxsin göstərişi ilə 4000 manat və bir kilo nəşə müqabilində Sumqayıt şəhərinə çatdırmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaları götürdüyü yeri onlara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerin yaxınlığında olan kolluq yeri onlara göstərərək İranlı Əlinin ona həmin yerin fotoşəklini atdıqdan sonra həmin bağlamaları oradan götürdüyünü bildirmişdir. Həmin yerə baxdıqda kolluğun içərisində bir ədəd qara rəngli daha bir bağlama aşkar etmişlər. Təqsirləndirilən şəxs sellofan torbanı götürəndə bağlamalardan birinin yerə düşdüyü üçün onu oradan sonradan gəlib götürməkdən ötrü saxladığını demişdir. Təqsirləndirilən şəxs saxlanılıdığı yer qaranlıq olduğu üçün polis əməkdaşları mobil telefonlarının fənərlərinin və əl fənərlərinin işıqları altında bağlamalara baxış keçirilmişdir. Hər bağalamanın üzəri qayçı ilə kiçik ölçüdə kəsilərək bağlamanın içərisində qurudulmuş marixuanayabənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalardan başqa üzərində və ətraf ərazidə hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilən 4 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi 11 kiloqramdan çox olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs onda aşkar olunan torbada narkotik vasitənin olmaması, narkotik vasitənin torbaya polis işçiləri tərəfindən qoyulması, İran İslam Respublikasına məxsus telefon nömrəsi ilə danışıqları və yazışmaları tutulmasından sonra polis işçilərinin nəzarəti altında aparması barədə ifadəsi yalandır. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2, Şahid5, X3 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması protokolundan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə saat 20:18-da Lənkəran rayonu Göyşaban kəndi ərazisində köhnə Ələt-Astara maqistral yolunun kənarında kolluqların yanı ilə hərkət edərkən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb şübhəli şəxsin üstünün yoxlanılarkən, Təqsirləndirilən şəxs çiyninə atıb daşıdığı kisənin içərisində 4 ədəd bağlamada olan qurudulmuş marixuanayabənzər maddəni təqdim edərək bükümün içərisində olan maddənin qurudulmuş marixuana olduğunu, İran vətəndaşı Əli adlı şəxsin sifarişi ilə götürüb Sumqayıt şəhərinə aparacağını təsdiq edir. Cinayət işinin istintaq zamanı iş üzrə tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş «Redmi» markalı mobil telefona baxış zamanı, mobil telefonda olan WhatsApp tədbiqinə daxil olduqda orada Baba Əli adı ilə qeydə alınmış +98 901 996 30 48 saylı İran İslam Respublikasına məxsus mobl nömrə aşkar edilmişdir. Həmin mobil nömrə ilə WhatsApp tədbiqi ilə aparılmış səs yazışmalarına baxış keçirdikdə özünün İranın Mığanlı deyilən yerdə yaşayan Əli adlı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxslə onunla salamlaşıb hal əhval tutduqdan sonra ona 10 kiloqram nəyşəni onun üçün Sumqayıt şəhərinə aparmasını, bunun müqabilində 1 kq nəyşə və 4000 manat pul verəcəyini vəd edir. Təqsirləndirilən şəxs də razılşaraq Əli adlı İran vətəndaşının təklifini qəbul edir. Sonra İran vətəndaşı ona qurudlmuş marixuanın olduğu yerin məkan məlumatlarını, fotoşəkillərini göndərmişdir. Həmin şəkil və məkan məlumatlardan sonrakı yazılı mesajın məzmunundan görünür ki, qurudlmuş marixuanın qoyulduğu yerə Lənkəran şəhəri «Ləvəngi» dairəsindən Lənkəran rayonu Göyaban kəndi istiqamətinə gedən avtomobil yolunun sol tərəfində yol kənarında quraşdırılmış göy rəngli sellofan bağlanaraq nişanlanmış elektrik dirəyinin yaxınlığında yolun kənarında kolluğun yanıdır. Təqsirləndirilən şəxs də bu barədə məlumatları əldə etdikdən sonra həmin marixuanını götürəcəyini bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 01 sentyabr 2024-cü il tarixli, 19/633 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “31.08.204....” sözlər və imzalar olan bir ədəd kisədə, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi, -2765,0qr; -2685,0qr; - 2615,0qr; -2605,0 qram: ümumi təmiz çəkisi - 10670,0 qram olan bitki mənşəlli kütlələr tərkibində naroktik maddə olan çətənə (kannabis) bitkisindənkustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və biolji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 678 saylı rəyinə görə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 818 saylı rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhər Psixatriya xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyata olmamışdır. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 ilə 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasnın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olmalı olan torbanı qoyulduğu yerdən götürsə də, torbada faktiki olaraq narkotik vasitənin olmaması, narkotik vasitənin onun saxlanılmasından sonra torbaya polis əməkdaşları tərəfindən qoyulması, hətta mobil telefonunda İran İslam Respublikasına aid telefon nömrəsi ilə digər şəxslərlə apardığı səsli mesajların polis işçilərinin nəzarəti altında aparılması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla uydurma ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş telefonda olan məlumatlardan görünür ki, cinayətkar qrupun üzvü ona narkotik vasitənin miqdarı, qoyulduğu yer barədə dəqiq məlumatlar vermiş və hətta narkotik vasitənin qoyulduğu yerdə fotoşəklini onun telefonuna göndərmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, lakin əməlində cinayətlərin təhlükəli residivinin olmasını CM-nin 61.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2024-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertinin rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq olumalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 10669,6 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon onun ailəsinə verilməlidir. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq olumaqla cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 10669,6 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon onun ailəsinə verilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-181/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-181/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver