Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-182/2023 04.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X19 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X16, Zərərçəkmiş şəxs2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxxxxx 1995-ci il tarixdə Saatlı rayonu Mircəlalkənd kəndində anadan olmuş, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayonu Mircəlalkənd kəndində qeytdiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında tanışı Şahid6 vasitəsi ilə tanıdığı Sabirabad şəhər sakini X6 təhsil aldığı Lənkəran Dövlət Universitetində əvvəlki illərdən 11 fən üzrə müəyyən olunmuş krediti qazana bilmədiyinə görə yaranmış akademik borclarını bir dəfəyə ləğv etdirmək niyyətində olduğunu sonuncudan məlumat aldıqdan sonra şəxsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə görə ona rüşvət verməyə təhrik etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya özünün Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən vəzifəli şəxs X13 ilə geniş əlaqələrinin olması və kredit qazana bilmədiyi fənlər üzrə dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının sonuncuya rüşvət qismində 2500 manat məbləğində pul vəsaitinin veriləcəyi təqdirdə birdəfəlik ləğv olunacağını yalandan vəd edib, Hüseynağa Yusubovu özünə inandıraraq, həmin vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14 və 3.4-cü bəndlərinə uyğun olaraq tələbənin akademik borclarının fənni yenidən dinləmədən həmin fən (fənlər) tədris olunduğu semestrdə təkrar imtahanda iştirak etməklə, digər hallarda fənni yenidən dinləyib, həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməklə və yay semestri təşkil olunarkən götürdüyü fənlər üzrə imtahanlarda iştirak etməklə müvəffəq qiymət aldıqda ləğv edilməli olduğu halda, qeyd olunan qaydaların tələblərinə zidd olaraq, Hüseynağa Yusubovun dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının birdəfəlik ləğv edilməsinə görə sonuncunu maddi nemət olan 2500 manat məbləğində pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə təhrik etmiş, bundan sonra aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə hərəkət edib, 2021-ci ilin oktyabr ayının ortalarında Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidə yerləşən “Bazarstore” mağazasının qarşısında 350 manat, həmin ilin oktyabr ayının sonunda Lənkəran şəhəri, “Dosa park” adlanan ərazidə 1000 manat, dekabr ayında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə yerləşən “Refem” marketin qarşısında 600 manat, 2022-ci ilin yanvar ayında Lənkəran şəhəri” Dosa park” adlanan ərazidə yerləşən “Kanon Aptek”in qarşısında 550 manat olmaqla, X9 məxsus olan ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin yanvar ayında X6 tanışı Zərərçəkmiş şəxs2 təhsil aldığı Lənkəran Dövlət Universitetində 2021/2022-ci tədris ilinin payız semestrində 2 fənn üzrə müəyyən olunmuş krediti qazana bilmədiyinə görə yaranmış akademik borclarını bir dəfəyə ləğv etdirmək niyyətində olduğu barədə məlumatı Hüseynağa Yusubovdan aldıqdan sonra, təkrar şəxsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə görə ona rüşvət verməyə təhrik etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 Faiq Müseyiblinin də, kredit qazana bilmədiyi fənlər üzrə dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının guya geniş əlaqələrinin olduğu Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən vəzifəli şəxs X7 rüşvət qismində 600 manat məbləğində pul vəsaitinin veriləcəyi təqdirdə birdəfəlik ləğv olunacağını yalandan vəd edib, Hüseynağa Yusubovun vasitəsi ilə Zərərçəkmiş şəxs2 özünə inandıraraq, təkrar həmin vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətə, yəni “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14 və 3.4-cü bəndlərinin tələblərinə zidd olaraq Zərərçəkmiş şəxs2 dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının birdəfəlik ləğv edilməsinə görə sonuncunu maddi nemət olan 600 manat məbləğində pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə təhrik etmiş, bundan sonra aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edib, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 məxsus olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini X4 Lənkəran şəhəri, “Dosa park” adlanan ərazisində qəbul edib, ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin yanvar ayında X6 tanışı X10 təhsil aldığı Lənkəran Dövlət Universitetində 2021/2022-ci tədris ilinin payız semestrində 2 fənn üzrə müəyyən olunmuş krediti qazana bilmədiyinə görə yaranmış akademik borclarını bir dəfəyə ləğv etdirmək niyyətində olduğu barədə məlumatı Hüseynağa Yusubovdan aldıqdan sonra, təkrar şəxsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə görə ona rüşvət verməyə təhrik etmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 Elsəvər İsayevin də, kredit qazana bilmədiyi fənlər üzrə dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının guya geniş əlaqələrinin olduğu Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən vəzifəli şəxs X7 rüşvət qismində 500 manat məbləğində pul vəsaitinin veriləcəyi təqdirdə birdəfəlik ləğv olunacağını yalandan vəd edib, Hüseynağa Yusubovun vasitəsi ilə Elsəvər İsayevi özünə inandıraraq, təkrar həmin vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətə, yəni “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14 və 3.4-cü bəndlərinin tələblərinə zidd olaraq Elsəvər İsayevin dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının birdəfəlik ləğv edilməsinə görə X14 maddi nemət olan 500 manat məbləğində pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə təhrik etmiş və Elsəvər İsayevə məxsus həmin məbləğdə pul vəsaitini 2022-ci ilin yanvar ayında X6 vasitəsi ilə Lənkəran şəhəri, “Dosa park” adlanan ərazisində qəbul etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin yanvar ayında X6 tanışı Şahid7 təhsil aldığı Lənkəran Dövlət Universitetində 2021/2022-ci tədris ilinin payız semestrində 1 fənn üzrə müəyyən olunmuş krediti qazana bilmədiyinə görə yaranmış akademik borcunu ləğv etdirmək niyyətində olduğu barədə məlumatı Hüseynağa Yusubovdan aldıqdan sonra, təkrar şəxsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə görə ona rüşvət verməyə təhrik etmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 Şahid7 də, kredit qazana bilmədiyi fənn üzrə dərsdə və imtahanda iştirak etmədən akademik borcunun guya geniş əlaqələrinin olduğu Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən vəzifəli şəxs X7 rüşvət qismində 250 manat məbləğində pul vəsaitinin veriləcəyi təqdirdə ləğv olunacağını yalandan vəd edib, Hüseynağa Yusubovun vasitəsi ilə Şahid7 özünə inandıraraq, təkrar həmin vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətə, yəni “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14 və 3.4-cü bəndlərinin tələblərinə zidd olaraq Şahid7 dərsdə və imtahanda iştirak etmədən akademik borcunun ləğv edilməsinə görə Şahid7 maddi nemət olan 250 manat məbləğində pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə təhrik etmiş və Şahid7 məxsus həmin məbləğdə pul vəsaitini 2022-ci ilin yanvar ayında X6 vasitəsi ilə Lənkəran şəhərində yerləşən Access bankın yanında qəbul etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin aprel ayında X6 təhsil aldığı Lənkəran Dövlət Universitetində 2021/2022-ci tədris ilinin payız semestrində 4 fənn üzrə müəyyən olunmuş krediti qazana bilmədiyinə görə yaranmış akademik borclarını bir dəfəyə ləğv etdirmək niyyətində olduğu barədə məlumatı Hüseynağa Yusubovdan aldıqdan sonra, təkrar şəxsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə görə ona rüşvət verməyə təhrik etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs1 kredit qazana bilmədiyi fənlər üzrə dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının guya geniş əlaqələrinin olduğu Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən vəzifəli şəxs X7 rüşvət qismində 900 manat məbləğində pul vəsaitinin veriləcəyi təqdirdə birdəfəlik ləğv olunacağını yalandan vəd edib, Hüseynağa Yusubovu özünə inandıraraq, təkrar həmin vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətə, yəni “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14 və 3.4-cü bəndlərinin tələblərinə zidd olaraq Hüseynağa Yusubovun dərslərdə və imtahanlarda iştirak etmədən akademik borclarının birdəfəlik ləğv edilməsinə görə sonuncunu maddi nemət olan 900 manat məbləğində pul vəsaitini birbaşa yolla özü vasitəsilə rüşvət qismində verməyə təhrik etmiş, bundan sonra aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə hərəkət edib, 2022-ci ilin aprel ayında X9 məxsus olan 900 manat məbləğində pul vəsaitini sonuncudan Lənkəran şəhəri “Dosa park” adlanan ərazidə yerləşən “Kanon Aptek”in qarşısında qəbul edib, ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2021-ci ilin oktyabr ayında Lənkəran şəhər 4 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi işləmişdir. 2021-ci ilin oktyabr ayında otaq yoldaşı Səbuhinin vasitəsilə Sabirabad rayon sakini Hüseynağa Yusubovla tanış olmuşdur. Hüseynağa ona Lənkəran Dövlət Universitetində oxuduğunu və 11 fəndən kəsrlərinin olduğunu bildirmiş, ondan əgər imkan varsa onun kəsrlərinin düzəlməsinə və 4cü kursda oxuyacağı vaxtda verməli olduğu bütün fənlərdən qiymət almaqda köməklik etməsini xahiş etmiş, o da Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımovla yaxın münasibətləri olduğunu, onun kəsrlərinin düzəlməsində köməklik edəcəyini və bir kəsr üzrə sonuncu kurs olduğu üçün bağışlanacağından Hüseynağaya 10 fənn üzrə kəsrlərinin düzəldəcəyinə, bunun müqabilində onun təxminən 6000 manat xərci çıxacağını bildirmişdir. Onun Kamran müəllimlə heç bir münasibəti olmamışdır. Lakin Kamran müəllim unversitetdə nüfuzlu adam olduğundan onun adından istifadə etmiş və buna Hüseynağanı da inandırmışdır. Hüseynağa ilə söhbətindən sonra onun atası Şahid2 onunla əlaqə saxlayaraq Hüseynağanın atası olduğunu bildirmiş və 2021-ci ilin oktyabr ayında dəqiq tarixini xatırlamadığı vaxtda Lənkəran rayonu Gənclər Mərkəzinin yanındakı parkda o Hüseynağanın atası Şahid2 görüşmüşlər. Şahid2 da Hüseynağanın kəsrlərinin Kamran müəllimin vasitəsilə hər kəsrə görə 250 manatdan, 10 fənndən olan kəsrlərinin düzəlməsi üçün 2500 manatı Kamran Kazımova verəcəyimi bildirmişdir. Şahid2 pulun bir dəfəyə deyil hissə-hissə ona verə biləcəyini bildirmiş və o da razılaşmışdır. 2021-ci ilin oktyabr ayının sonunda Hüseynağa parkda onunla görüşüb, ona 1300 manat pul vermişdir. O, həmin vaxt Hüseynağanın şəxsiyyət vəsiqəsinin surətini və hansı fənnlərdən kəsrlərinin olması barədə siyahını götürmüşdür. 2022-ci ilin yanvar ayının birinci 15 günlüyündə aralarında olan razılaşmaya əsasən Hüseynağa qalan puldan yenə 900 manat pulu Lənkəran şəhərindəki parkda ona vermişdir. O da Hüseynağaya narahat olmamağını, Kamran müəllimlə onun kəsrlərini danışdığını və tez bir vaxtda kəsrlərinin düzələcəyini və diplomunu alacağını bildirmişdir. 2022-ci ilin yanvar ayının axırlarında Hüseynağa ona 100 manat da vermişdir. 2022-ci ilin yanvar ayında sessiya vaxtı bitdikdən sonra Hüseynağa kəsrlərinin düzəlmədiyini görüb, ondan tez-tez işin nə yerdə olduğunu soruşmuşdur. O da vaxt qazanmaq üçün, 2022-ci ilin yanvar ayında şəxsi kabinetinə girməsini və orada kəsrlərinin düzəlməsini görəcəyini bildirmişdir. Lakin bir neçə gün keçdikdən sonra Hüseynağa ona dekanlıqdan kəsrlərinin düzəlmədiyini öyrəndiyini demişdir. O, yenə də Hüseynağanı aldadaraq, kəsrlərinin tezliklə düzələcəyini bildirmişdir. 2022-ci ilin fevral ayından başlayaraq Hüseynağa onu tez-tez narahat edərək, kəsrlərinin düzəlmədiyini bildirmiş və əgər alınmırsa pulunu geri istəmişdir. O isə Hüseynağaya danışdığını, tezliklə kəsrlərinin düzələcəyini demiş, lakin o Hüseynağanın kəsrləri düzəlməsi üçün heç kimlə danışmamış və heç kimə pul verməmişdir. Hüseynağa ona hər gün kəsrlərinin düzəlməsi üçün zəng vurub, smslər yazmışdır. Ona gorə də o 2022-ci ilin mart ayının axırlarında “Baku Elektroniks” mağazasından kreditə götürdüyü “İpone 12 Pro” markalı mobil telefonu həmin gün 1400 manata sataraq pulu Lənkəran şəhərində yerləşən “Baku Elektroniks” mağazasının qarşısında Hüseynağaya qaytarmışdır. Sonra Hüseynağanın atası İbad onun atası Hafizlə Saatlı rayonunda görüşmüş və İbad onun Hüseynağanı aldadaraq aldığı pulu qaytarmasını tələb etmiş, atası da Hüseynağaya verməli olduğu 900 manat puldan 150 manatını Şahid2 vermişdir. O, 2022-ci ilin aprel ayında Hüseynağaya 80 manat pul qaytarmışdır. Hazırda onun Hüseynağa ilə arasında 670 manat pul qalmışdır. O Hüseynağa Yusubovdan aldığı pulları “Topaz” və “Poz Qazan” oyunlarında uduzmuşdur. O ifadəsinə əlavə olaraq X4 ümumilikdə 2300 manat məbləğində pul aldığını, həmin puldan 1480 manat məbləğində pulu özü Zərərçəkmiş şəxs1, 150 manat məbləğində pulu isə atası Şahid1 Şahid2 qaytardığını, Zərərçəkmiş şəxs2, Şahid7 və Elsəvər İsayevi tanımadığını və Faiqdən 600 manat, Turanədən 250 manat və Elsevərdən 500 manat məbləğində pul almadığını, etdiyi əməldən peşman olduğunu və məhkəmənin gedişində Hüseynağaya vurduğu zianın qalan hissəsinini də qaytaracağına söz verir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmədə dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, sənədlər və işin faktiki halları ilə ona tamailə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs X16 ifadəsində göstərmişdir ki, O Təqsirləndirilən şəxs ilə Səbuhi vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt Səbuhi Əlinin onun kəsrlərini düzəltməyə köməklik edə biləcəyini demiş, o da Səbuhidən onu Əli ilə görüşdürməyini xahiş etmişdir. 2021-ci ilin oktyabr ayında o Səbuhi ilə birlikdə Təqsirləndirilən şəxslə Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən parkda görüşmüşlər. O, X25 Universitetində oxuduğunu və oxuduğu müddətdə 11 fəndən kəsildiyini bildirmişdir. Əli ona Lerik və Lənkəran rayonlarında orta məktəblərdə fiziki tərbiyə müəllimi və Lənkəran Dövlət Universitetində prorektor Kamran Kazımovun köməkçisi kimi işlədiyini, Lənkəran Dövlət Universitetində prorektor işləyən Kamran müəllim vasitəsilə onun kəsrlərini düzəldə biləcəyini demişdir. O da Kamran Kazımovun unversitetdə prorektor işlədiyi və nüfuzlu adam olduğu üçün Əlinin Kamran müəllim vasitəsilə kəsrlərini düzəldəcəyinə inanmışdır. Əli 1 ədəd kəsrin düzəlməsinin qiymətinin 250 manat olduğunu, ümumi olaraq 6000 manat pul verəcəyi təqdirdə onun bütün kəsrlərini, istehsalat təcrübəsini və 2021-2022-ci il tədris ilində olan fənlərdən imtahanları da həll edib diplomunu verəcəyini bildirmişdir. Əli onun kəsrlərinin 5-6 ədədini 2022-ci ilin fevral ayında, qalan kəsrlərini isə 2022-ci ilin iyun ayında düzəldəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs illik təhsil haqqını ödəmədiyini, kəsrlərinin düzəlməsinə köməklik edəcəyi təqdirdə illik təhsil haqqını da ödəcəyini bildirmişdir. Əli ona narahat olmamağını, kəsrlərinin düzələcəyinə əmin etmiş və təhsil haqqını da ödəməsini bildirmişdir. O da atası ilə məsləhətləşib Əliyə cavab verəcəyini bildirmişdir. Atası Şahid2la əlaqə saxlayıb universitetdə olan kəsrlərinin Əli adlı müəllim tərəfindən düzələcəyini və bir kəsrin 250 manata düzələcəyini bildirmişdir. Atası da razı olduğunu bildirmişdir. Atasına Əli adlı müəllimə 6000 manat pul veriləcəyi halda onun bütün kəsrlərini düzəldəcəyini, eləcə də, istehsalat təcrübəsini də həll edib diplomunu verəcəyini demişdir. O, həmin ərəfələrdə Təqsirləndirilən şəxslə görüşüb hazırda 6000 manat pulunun olmadığını, hissə-hissə həmin məbləğdə pulu verə biləcəyini demiş, Əli də onunla razılaşmışdır. 2021-ci ilin oktyabr ayında atası Şahid2 onun “Kapital Bank” kart hesabına 350 manat pul göndərmişdir. Həmin pulu o, Lənkəran bazarı ərazisində yerləşən Bazarstore mağazasının yanında yerləşən bankomatdan çıxarıb orada Əliyə vermişdir. O, 350 manat pulu Əliyə verəndə Əli ondan kəsrlərinin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o da səhəri gün şəxsiyyət vəsiqəsinin surətini və kəsrlərinin siyahısını Əliyə vermişdir. 2021-ci ilin oktyabr ayının ortalarında atası İbad Əli ilə görüşmək üçün Lənkəran rayonuna gəlmişdir. O atası ilə birlikdə Lənkəran rayonu Gənclər mərkəzinin qarşısında Əli ilə görüşmüşlər. Əli onun atasına da universitetdə prorektor vəzifəsində işləyən Kamran Kazımovun vasitəsilə onun 11 kəsrini düzəldəcəyini və hər bir kəsri 250 manata düzəldəcəyini bildirmişdir. Ümumi olaraq 11 kəsrin hər biri 250 manatdan olmaqla 2750 manat olduğu halda Təqsirləndirilən şəxs ona hörmət etdiyini və 2500 manata bütün 11 kəsri düzəldəcəyini bildirmiş onlar da razılaşmışlar. Sonra da 2021-ci ilin oktyabr ayının axırlarında Lənkəran rayonu ərazisində yerləşən “Kapital Bank”-da universitetə 1300 məbləğində illik təhsil haqqından ödəmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında Əli ilə razılaşdığı 2500 manat puldan 1000 manatını da Lənkəran rayonu ərazisində Dosa park deyilən yerdə vermişdir. Əli ondan pulu alanda dərhal aparıb Kamran Kazımova verəcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayında Əli ilə razılaşdığı 2500 manat puldan 600 manat pulu da Lənkəran rayonu bazarında yerləşən Refem marketin yanında Əliyə vermişdir. 2022-ci ilin yanvar ayının əvvəlində qalan 550 manat pulu Lənkəran rayonu Dosa parkın yanında yerləşən Kanon aptekin yanında Əliyə vermişdir. Əli ilə görüşdüyü vaxtlarda söhbət əsnasında bir neçə dəfə Əli ona universitetdə kəsri olan tanıdığı və münasibəti olan uşaqlar olduğu təqdirdə onların da kəsrlərini eyni pul müqabilində düzəldə biləcəyini demişdir. 2022-ci ilin yanvar ayının ortalarında universitetdən tanıdığı Faiq adlı tələbə ilə söhbət edərkən, Faiq 2 fəndən kəsrinin yarandığını ona bildirmişdir. O da 11 kəsrinin olduğunu, kəsrlərini Əli adlı şəxs vasitəsilə düzəldəcəyi barədə Faiqlə söhbət etmişdir. Faiqə Əlinin onun kəsrlərini Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən Kamran Kazımovun vasitəsilə pul qarşılığında düzəldəcəyini bildirmiş və o, hər kəsrin düzəlməsi üçün 250 manat məbləğində Əliyə pul verdiyini demişdir. Faiq də 2 fəndən kəsri olduğunu, kəsrlərin düzəlməsində köməklik etməsi üçün Əliyə müraciət etməsini xahiş etmişdir. O da həmin ərəfələrdə Əli ilə görüşüb Faiqin 2 fəndən kəsri olmasını və pul qarşılığında həmin kəsrləri düzəltməsini Əliyə demişdir. Əli ona 2 kəsri 600 manata düzəldə biləcəyini demiş, o da 2022-ci ilin yanvar ayında Faiqə Əlinin 2 kəsri 600 manat qarşılığında düzəldə biləcəyini demişdir. Həmin gün Faiqlə Lənkəran şəhəri ərazisində onunla görüşüb 600 manat pulu Əliyə vermək üçün Faiqdən götürmüşdür. Elə həmin gün Əli ilə əlaqə saxlayıb 600 manat pulu Əliyə vermişdir. Həmçinin o Əliyə Faiqin şəxsiyyət vəsiqəsinin surətini və kəsrlərinin hansı fəndən olmasını demişdir. 2022-ci ilin yanvar ayının ortalarında Elsəvər adlı tələbə ilə söhbət edərkən Elsəvər ona 2 fəndən kəsrinin yarandığını bildirmişdir. O da Elsəvərə Əlinin onun kəsrlərini Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində işləyən Kamran Kazımovun vasitəsilə düzəldəcəyini və hər bir kəsrin düzəlməsi üçün 250 manat pul lazım olduğunu demiş, 2022-ci ilin yanvar ayında 500 manat pulu Əliyə vermək üçün Elsəvərdən götürmüş və elə həmin gün 500 manat pulu vermiş, Elsəvərin şəxsiyyət vəsiqəsinin surətini və kəsrlərinin hansı fəndən olmasını demişdir. 2022-ci ilin yanvar ayının ortalarında universitetdən tanıdığı tələbə yoldaşı Mirsamiq Turanə adlı tələbənin 1 fəndən kəsrinin yarandığını demiş, o da həmin kəsrin düzəlməsi üçün ondan 250 manat alaraq Əliyə vermiş, həmçinin Əliyə Turanənin şəxsiyyət vəsiqəsinin surətini və kəsrinin hansı fəndən olmasını demişdir. 2022-ci ilin mart ayının əvvəlində Təqsirləndirilən şəxs Faiqin, Elsəvərin və Turanənin kəsrlərini düzəltmək üçün sistemə daxil ola bilmədiyini, ona görə aldığı pulu geri qaytarmaq istədiyini bildirmişdir. Əli 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu ərazisində “Baku Elektroniks”in qarşısında Faiqin, Elsəvərin və Turanənin kəsrlərini düzəltmək üçün aldığı pulu həmin şəxslərə qaytarması üçün ona 1400 manat qaytarmış, o da Faiqə 600 manat, Elsəvərə 500 manat və Mirsamiqə 250 manat pulu qaytarmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 4700 manat ziyan vurmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Əli ona vurduğu ziyanı məhkəmə baxışı zamanı ödəmişdir. Ona görə də onunla barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, X16 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Hüseynağa Yusubov ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Dindirilmiş Şahid5 zərərçəkmiş şəxs X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdi. Dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadi İdarəetmə fakültəsinin turizm ixtisasına qəbul olunmuşdur. Yusubov Hüseynağa ilə birlikdə oxumuşlar. O, Hüseynağa ilə eyni evdə kirayədə qalmış, otaq yoldaşı olmuşdur. Hüseynağa ilə normal münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayında onun universitetdə 2 ədəd kəsri yaranmışdır. Hüseynağa ilə söhbət edərkən onun da kəsrlərinin olduğunu və tanışı Əli adlı şəxs vasitəsilə öz kəsrlərini düzəltdirəcəyini ona bildirmişdir. O da Hüseynağadan həmin tanışı vasitəsilə onun 2 kəsrinin də düzəltdirməsini xahiş etmişdir. Hüseynağa ona 2 kəsrin düzəlməsi üçün 600 manat pul verməli olduğunu bildirmiş, o da 2022-ci ilin yanvar ayının axırlarında 2 kəsrinin düzəlməsi üçün 600 manat pulu, şəxsiyyət vəsiqəsinin surətini və 2 ədəd kəsrinin adını vərəqə yazaraq Hüseynağaya vermişdir. Təxminən 1 ay keçdikdən sonra o kəsrlərinin düzəlmədiyini görüb, Hüseynağadan pulunu tələb etməyə başlamışdır. Təxminən 2022-ci ilin mart-aprel ayında Hüseynağa onun 2 kəsrinin tanışı tərəfindən düzəlmədiyini bildirib, Hüseynağanın verdiyi 600 manat pulu ona qaytarmışdır. Ona dəymiş ziyan bərpa edilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, o 2018-ci ildən Lənkəran Dövlət Universitetində Sosial Məsələlər üzrə prorektor vəzifəsində işləyir. Onun universitetdə kəsr düzəltmək kimi səlahiyyəti yoxdur. Universitetdə nəinki onun, heç kim kəsr düzəltmək səlahiyyəti yoxdur. X26 Universiteti balonya sistemində fəaliyyət göstərir, tələbənin şəxsi kabineti yaradılır və tələbə il ərzində gördüyü bütün işlər onun kabinetində görsənir. O, Təqsirləndirilən şəxs və yaxud Hüseynağa Yusubov adlı tələbəni heç vaxt görməmiş və tanımamışdır. 2022-ci ildə o tələbələrdən Əli adında şəxsin onun adından istifadə edərək tələbələrə kəsr düzəltmək adı ilə pul aldığını, həmin şəxsin Lənkəran rayon orta məktəblərin birində müəllim işlədiyini ona bildirmişlər. O da Lənkəran rayon təhsil şöbəsində maraqlandıqda Əli adlı şəxsin əmək müqaviləsinə xitam verildiyini və işdən azad oldunduğunu bildirmişlər. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən iyun-iyul aylarında Hüseynağa Yusubov ona zəng vuraraq oğlu Əlinin telefonuna zəng çatmadığını və ondan Əlinin nömrəsini soruşmuşdur. Həmin vaxtı onun da Əli ilə əlaqələri olmadığı üçün, Hüseynağaya Əlinin nömrəsini bilmədiyini demiş və Hüseynağadan Əlini nə üçün axtardığını soruşmuşdur. Hüseynağa ona Əlinin onun oğlu X11 Universitetində oxuyarkən yaranmış kəsrlərini düzəltmək adı ilə pulunu aldadıb aldığını bildirib, oğlunun verdiyi pulu geri qaytarmasını xahiş etmişdir. Təxminən 15-20 gün sonra Hüseynağa ilə atası İbad onun yaşadığı Saatlı rayonu Mircəlalkənd kəndinə gələrək, İbad oğlu Əlinin onun oğlu X12 Dövlət Universitetində oxuyarkən yaranmış kəsrlərini düzəltmək adı ilə pulunu alıb aldatdığını, lakin kəsrlərini düzəltmədiyini və pulunu da qaytarmadığını demişdir. Təxminən 10 gün keçdikdən sonra o Sabirabad rayonuna gedib İbadla görüşmüş və ona 150 manat pul vermişdir. Sonra oğlu Əlidən Hüseynağadan nə qədər pul aldığını soruşduqda Əli ona Hüseynağanın kəsrlərini Kamran müəllimin vasitəsilə düzəltmək adı ilə ondan 2300 manat pul aldığını və həmin puldan 1400 manatını qaytardığını bildirmişdir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Hüseynağa onun oğludur. Hüseynağa 2016-cı ildə Lənkəran Dövlət Universitetinin mühasibat uçotu və audit fakültəsinə qəbul olmuşdur. Oxuduğu vaxt oğlunun kəsrləri yaranmşdır. 2021-ci ilin oktyabr ayında Hüseynağa ona zəng vuraraq kəsrlərinin düzəlməsi üçün Əli adlı şəxslə tanış olmuşdur və həmin adamla onun əlaqə saxlamağını xahiş etmişdir. O, Əli ilə əlaqə saxlamış, Əli də ona X5 prorektoru Kamran Kazımovun onun yaxın adamı olduğunu və Hüseynağanın kəsrlərinin düzəlməsində köməklik edəcəyini,kəsrlərin düzəlməsi üçün 6000 manat pul verməli olduğunu demişdir. O da 6000 manat pulu verməyə maddi imkanı olmadığını bildirib sağollaşmışdır. Təxminən 1 saat sonra Əli özü ona zəng edərək Hüseynağanın 11 ədəd kəsrini 2500 manata düzəldəcəyini bildirmişdir. O da ona pulu hissə-hissə verə biləcəyini demişdir. Sonra da o 2021-ci ilin oktyabr ayında Hüseynağaya məxsus kapital bank kartına 350 manat pul göndərmişdir. Hüseynağa da pulu kartdan çıxarıb Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına kimi hissə-hissə 2500 manat pulu o Hüseynağaya göndərmiş, oğlu da həmin 2500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin aprel ayında oğlu Hüseynağanın əlavə 4 kəsr üçün 900 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs onlara 3400 manat maddi ziyan vurmuşdur. Oğlu Hüseynağanın heç bir kəsri isə indiyə kimi düzəlməmişdir. O, artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını görüb, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs atasının yaşadığı Saatlı rayonu Mircəlal kəndinə evlərinə getmişdir. Təqsirləndirilən şəxs atası ona oğlunun borcunun çox olduğunu, lakin 3400 manat pulu onlara qaytaracaqlarına söz vermişdir. Məhkəməyə kimi 1660 manat onlara pul qaytarmışdır. Qalan pulu da məhkəmə gedişində qaytaracaqlar. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Yardımlı rayonu Perimbel kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2019-cü ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul olunmuşdur. Yusubov Hüseynağa onun oxuduğu universitetdə tələbə olmuşdur. Hüseynağanın kəsrləri olduğu üçün onunla kəsr dərslərində oturmuşdur. Hüseynağa kəsrlərini tanışı Əli adlı şəxsin vasitəsilə düzəldəcəyini və 2022-ci ildə diplom alacağını dediyindən, o bu barədə Azərbaycan-dili fənindən kəsri olan tanışı Şahid7 demiş, o da kəsrinin düzəldilməsi üçün 2022-ci ili yanvar ayında Turanə ilə birlikdə Hüseynağaya 250 manat pul və Turanənin şəxsiyyət vəsiqəsinin surətini və kəsr olan fənni, kursu və qrupu qeyd edib Hüseynağaya vermişlər. 2022-ci ilin yanvar və fevral ayında Turanənin Azərbaycan dili fənnindən olan kəsri düzəlmədiyi üçün o Hüseynağadan 250 manat pulu tələb etmiş, təxminən 2022-ci ilin mart-aprel aylarında Hüseynağa tanışı Əlinin Turanənin kəsrini düzəldə bilmədiyini bildirmiş və kəsrin düzəlməsi üçün verdiyi 250 manat pulu ona qaytarmışdır. Dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, o Astara rayonu Maşxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İnnovativ İdarəetmə fakültəsinə qəbul olunmuşdur. Yusubov Hüseynağa onunla universitetdə tələbə olmuşdur. Hüseynağa ilə normal münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayında onun universitetdə 2 ədəd kəsri yaranmışdır. Hüseynağa ilə söhbət edərkən onun da kəsrlərinin olduğunu və tanışı vasitəsilə öz kəsrlərini düzəltdirəcəyini ona bildirmişdir. O da Hüseynağadan həmin tanışı vasitəsilə onun 2 kəsrinin də düzəltdirməsini xahiş etmişdir. Hüseynağa ona 2 kəsrin düzəlməsi üçün 500 manat pul verməli olduğunu demişdir. O, 2022-ci ilin yanvar ayının axırlarında 2 kəsrinin düzəlməsi üçün 500 manat pulu Hüseynağaya vermişdir. O, həmçinin şəxsiyyət vəsiqəsinin surətini və 2 ədəd kəsrinin adını vərəqə yazaraq Hüseynağa vermişdir. Hüseynağa ona bildirmişdir ki, 500 manat pulu tanışına verəcəkdir və kəsrləri düzələcəkdir. Təxminən 1 ay keçdikdən sonra onun kəsrlərinin düzəlmədiyini görüb Hüseynağadan pulunu tələb etməyə başlamışdır. Təxminən 2022-ci ilin ortalarında Hüseynağa onun 2 kəsrinin tanışı tərəfindən düzələ bilməyəcini bildirmiş və ona verdiyi 500 manat pulu qaytarmışdır. Hüseynağa ona bildirmişdir ki, onun da kəsrlərini düzəltmək üçün pul verdiyi tanışı ondan da pul almışdır, lakin hələ də onun kəsrlərini düzəltməmişdir, söz vermişdir ki Hüseynağanın kəsrlərini düzəldəcəkdir. Onun Hüseynağadan heç bir şikayət və tələbi yoxdur, onun kəsr düzəltməkdə heç bir vasitəsi olmamışdır, Hüseynağa da tanışına inandığı üçün ona yaxşılıq etmək məqsədilə pul almışdır, lakin sonradan kəsrlərimin düzəldə bilməyəcəyini görüb tanışından onun pulunu alıb qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o həmin ifadəsində 2021-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul olduğunu, həmin universitetdə qiyabi təhsil aldığını, birinci kursun İ rübündə onun “Azərbaycan dili” fənnindən kəsri yarandığını, bunu qardaşının dostu həmin universitetdə tələbə olan Şahid4 bildirdiyini, Mirsamiqin onların qrupunda Hüseynağa adlı şəxsin yaxın tanışı olduğunu, onun kəsrini düzəldə biləcəyini ona dediyini, Mirsamiq Hüseynağa ilə onun kəsr söhbətini danışdıqdan sonra, həmin tanışına 1 ədəd kəsrin düzəlməsi üçün 250 manat pul vermək lazım olduğunu bildirdiyini, o Mirsamiqlə birlikdə 2022-ci ilin yanvar ayında Lənkəran rayonu Acsecc bankın yanında Hüseynağa ilə görüşərək, ona 250 manat pulu verdiklərini, sonra da onun kəsri düzəlmədiyi üçün Mirsamiq təxminən 2022-ci ilin mart-aprel aylarında 250 manat pulu ona qaytardığını bildirmişdir. İşdə olan Saatlı Rayon Prokurorluğundan daxil olmuş 26 oktyabr 2022-ci il tarixli, 254 xid-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Prokurorluğunda təqsirləndirici material olmamışdır. İşdə olan Lənkəran ŞRPŞ-nin 31 oktyabr 2022-ci il tarixli 154-34793-1222 nömrəli məktubundan görünür ki, X2 Əli Hafiz oğlu barəsində 29 avqust 2022-ci il tarixdə rayon prokurorluğuna etdiyi müraciətlə eyni məzmunda Lənkəran ŞRPŞ-yə müraciət etmişdir. İşdə olan Lənkəran rayon məhkəməsindən rayon prokurorluğuna daxil olmuş 28 oktyabr 2022-ci il tarixli, SDS-2790/22 nömrəli məktubundan görünür ki, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə əlaqədar Lənkəran rayon məhkəməsinin icraatında 2016-cı il tarixdən 28 oktyabr 2022-ci il tarixinədək mülki, təqsirləndirici material və ya cinayət işinin daxil olması müəyyən edilməmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, Q-33/346 nömrəli məktubundan görünür ki, Saatlı rayonu Mircəlalkənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində 2020-ci tarixdən hal-hazıradək olan müddətdə Saatlı Rayon Məhməkəsində cinayət işi, təqsirləndirici material və mülki qaydada məhkəməyə müraciət olunmamışdır. İşdə olan Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş 11 noyabr 2022-ci il tarixli 178- 29285 nömrəli məktubdan görünür ki, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olan xx xxxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-də heç bir təqsirləndirici material qeydə alınmamışdır. İşdə olan Lənkəran Dövlər Universitetindən daxil olmuş 30 noyabr 2022-ci il tarixli, 1/121 nömrəli məktubdan görünür ki, Yusubov Hüseynağa 2016/2017-ci il tədris ilində bakalavriat səviyyəsində Lənkəran Dövlət Universitetinin “Mühasibat uçotu audit” ixtisasına əyani təhsilalma forması üzrə ödənişli əsaslarla qəbul olunmuşdur. 2019/2020-ci tədris ilində( İV tədris ilində) dərslərdə iştirak etməyərək universitetlə əlaqə saxlamadığı üçün LDU üzrə 26 avqust 2020-ci il tarixli 3/62 nömrəli əmrlə tələbələr sırasından xaric edilmişdir. Hüseynağa Yusubov LDU üzrə 21 sentyabr 2021-ci il tarixli 3/112 nömrəli əmrlə müraciətinə əsasən qəbul olunduğu ixtisas üzrə İV tədris ili tələbələri sırasına bərpa edilmişdir. Məktuba əlavə edilmiş X6 təhsil aldığı müddətdə yaranmış akademik borcları tədris ili və semesterlər üzrə siyahıdan görünür ki, 2016/2020-ci illər ərzində Hüseynağa Yusubovun 15 akademik borcu olmuşdur. Həmçinin bərpa olunduqdan sonra 2021/2022-ci il tədris ilinin payız semestrində (İV tədris ili) dinlədiyi fənlərdən 4 akademik borcu yaranmışdır. Həmçinin məktuba əlavə edilmiş X6 təhsil ödənişi barədə məlumatdan görünür ki, 18 sentyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək müddətdə Hüseynağa Yusubov universitetə akademik borc və illik təhsil haqqı üçün nəzərdə tutulmuş ödənişlər etmişdir. Cinayət işinin materiallarında olan 14 noyabr 2022-ci il tarixli X9 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X9 məxsus ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələr arasında “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə aşağıdakı yazışmalar qeydə alınmışdır. - A- salam Hüseyn Əli müəllimdi seni narahat edən - B- Beli, Xowdu, Narahat olma - A- Senin bu işini opsi de hell etmek olur - B- opwi neter - A- Ama gerek sabah əmi gele menimle danisa burda, her şeyi qurtarirsan fevral ayı diplom alib gedrsen - B- Qaqa danwdim nomreni vermiwen yığacaqlar, her şeyi qurtarirsan fevral ayı diplom alib gedrsen ( mene ele lazimdi) - A- ama onun xerci çox olur - B- neqede? - A- opsi hamsi bir yerde 6 min xerci var. Bu uniye çatandi. Menede ne hormet edersen edersen menn qiymet demirem sene bu barede, Ne dövlət imtahanı vermiyeceksen ne praktika da oturmayacaqsan, Bu oturduğun fenlerdende kecirdecekler seni hamsinnan. Yerde qalanı da bele bir başa silecekler - B- 6 biraz cox olar, yene danwacaqlar senle mellim. Yigacaqlad seni lazim olsa sabah gelede bilerler. Axwam yihacaqlar etrafli izah edib deyersen - A- yeni men dedim mellim bu isi kokunden nece hell ede bilerik fevrala diplom alib getsin, bunu dediler mene - A- Çox sağol qardaş Allah köməyin olsun, Nomrenin axırın de mene bilim zeng vuranda - B- 6646 - A- Yaxşı oldu yığanda deyerem senede, Teşekkürler - B- Oldu, 3736da yığacaq seni, Emimdi - A- Yaxşı, Salam, Axşamın xeyir, Əmi zeng vurmuşdu mene danışdım, Dedi ola bilsin Sabah gelecem - B- Mellim harda gorwein, Yaxwi, Xeber edersen vağzal terefdeyem, Hars gelim goreey 15.50de dersim var - A-Salam Hüseyn sabahın xeyir, Bu gün isi hell etmek lazımdır. Çünki müəllim 1 hefdelik mezuniyete cixacak., Sen Atanla danışdın nə dedi? He vallah əziyyət çəkib o boyda yolu gelmeyinə gərək yoxdue. Əmanəti poçtlada göndere biler. Vəya kart hesabınada vura bilerler. He yaxşi zehmet olmasa danışarsan ki Atanında xeberi olsun, Çünki o mellim çixsa bü gün məzuniyyəte 1 hefde sora gelecek.. o vaxt da gec olar artıq, Yaxşı - B- Yerli, Dnawjdin, Seni yığacaqdı, Seni dersden çıxım yigacam ozun, M - A- Yaxşı oldu - B- Oldi yigacam özüm nei, Danwdim atamda - A- Sen vesiqen usdundedi sekilin cek at mene, Yazim emri hazr saxliyim - B- AZE ********, Fin-xxxxxxx, Verilme tarixi-xx.xx.2015, Etibarlıdır- xx.xx.2024 X9 məxsus şəxsiyyət vəsiqəsi göndərilmişdir. - B- Yaxwi qaqa yogacam seji - A- Yaxşı oldu - B- 17:20de, Ckxra, Zeg edecen - A- Hüseyn təqdimati falan hamsin yazdim, hazırladım, He bidene Əmanəti hell etki mende verim vursun sisdeme - B- Hee allah canini sag elesin zeng execen narahat seher den derdeyem, 17:20de cixacam qaqa - A- İs vaxtı 19 00 da bitir, Hee allah canini sag elesin zeng execen narahat seher den derdeyem(Bahəm Allah seni qorusun) - A- Salam Sabahınız xeyir, Siz necesiz, Problem yoxdur, Ne vaxt gorse bilərik - B- Wukur yaxwi olasiz, 3e iwlemiw dersim, 2 nin yarsi,Di hardasa gorwey - A- he problem yoxdu - B- Zeg vuracam sene - A- Saat 14:30 dan 15:30 a kimi bosam, Xeber edersen bu vaxt ərzində mene zehmet olmasa - A- Salam Qardaş axşamın xeyir - B- Salam qaqa, Axwamin xeyr - A- Necesən vəziyyət necədir, Sabah gelirsen inşallah?, Sabah zəhmət olmasa əmanəti catdir menede zeng vurmuşdu mellim dedim sabah hell edecem - B- Aleykum salam sabah inwallah gelecem - A- Aleykum salam sabah inwallah gelecem( He lap yaxşı sağ salamat) - B-İnwallah catim yigacam - A- İnşallah qardaş - B- Salam necesen, Axsam gorwey - A- Salam sen necesen i.deyem indi iclasdi cixim yazacam - B- Hee qaqa axwam girwerik? Zeng vuracam size, 7-6 - B- Yaxşı qaqa, Zehmet olmasa qalan əmanəti hell ele gorsende götürüm verim mellime. Bu gun 5 defe deyib noldu noldu. Mende dedim dersdedi de telebe çıxsın verecek getirib verecem, Sen cani Hell edin bu gün yoxsa pis vəziyyətdə qalacam çünki söz vermişəm bu günə - B- Gorwerik pul verecem, Sohbet ederiy - A- yaxşı oldu - B- Harda gorwey, Harda otraq - A- Salam - B- Aleykim salam - A- Hardasan indi sen? - B- Borani teref - A- Vağzala get gelirem mende ora - B- Harasina gedim - A- 10 deq gelerem çayçısına - B- Yuxari olan çayçı - A- Yuxari olan çayçı( He) - B- Taksimin qabagna gedib gozleyrem - A- Taksimin qabagna gedib gozleyrem( Oldu gelirem) - A- Salam Sabahin xeyir, Necəsən - B- Salam wukur, Yaxwi olasan - A- Yaxşı oldu, Xəbər edersen, Men saat 1-2 arasi ancaq cixa bilecem burdan, Götürüb sennen. Vercem. Çünki dünənə başqa birinnen 600 manat aldim verdim mellime, Sen cani çalış tam ele 600 manat. Çünki özümünde usdimde yoxdakı duzdldim verim ele sennan alıb hemin adama verecem bütövde - B- 600 olacaq tam - A- 600 olacaq( Yaxşı. Çox sağol), İclasdi bizde indi basdiyacak - B- Gslen kimi yigacam sej8 - A- Bilmirəm ne vaxt qurtarar, Qurtaranda yazaram sene - B- Oldu eli karta geken kiki yigacam sdni - A- yaxşı - B- oldu tam - A- Qaqa neynedin geldi pul?, yaxşı - B- Salam, Necesen, Atam gelir bugin, Ola bilsin senle goruwdu, Danwdi, Senle - B- Salam necesen ne var ne yox - A- Salam sen necesen - B- Wukur yaxwi olasan neynirsen ne edrsen? Ele bele yazdim çoxdandı yazmirdim danwmirdiq - A- O əmanətdən 250 manat bu gün axşam vere bilersen mene lazımdır, Rayonda toydayam indi. Axşam Lənkərana cixacam - B- Mende rayondayam, Bugun biraz cetin ama sene xeber edecem 1 nefer var onla danwim - A- Bu gün əmi oğlunun toyudu ora gelmisem kentdeyem indi - B- Hee allah xowbext elesin qaqa - A- Bugun biraz cetin ama sene xeber edecem 1 nefer var onla danwim( Danis sen canı gor ne duzelde bisen xeber ele axşam gelim rayona götürüm) - A- Hee allah xowbext elesin qaqa( sende qismet) - A- Salam axşamın xeyir qardaş necəsən. Bu vaxt səni narahat edirəm. Bilirəm vezyet de çetindi indi. O meseleni bir şey ele neye gücün çatırsa verersen sabah. Çünki usdune sağlıq korona tutmuşam 14 gün karantine aliblar inan iyne dermana falan 500 manatdan yuxari pulum çıxıb uje. Maaş falanda vermiyibler. Sabahda derman alacam bide iyne var onu almalıyam 200 manata yaxın tutacak. Başqa vaxt olsaydı heç isdemezdim. Yəqin başa düşərsən meni - A- Çox sağol qardaş Allah canini sağ eləsin sənin. İnşallah yaxşı - B- Salam necesen neynirsen - A- Salam, Axşamın xeyir necesən - B- Wukur yerli yaxwi olasan neynirsen duzelmisen? Yaxwisanmi - A- Çox sağol yaxşıyam qardaş - B- Wukur eli inwallah goruwerik. Birde eli 1 dene yaxin adam var 2 kesri var 4ci kursdu onu hell etmek olar - A- Wukur eli inwallah goruwerik( İnşAllah görsərik. Men 5 ci gun haqq hesab etmeliyem mellimle onuda nezerinde saxla qurban sene) - A- Birde eli 1 dene yaxin adam var 2 kesri var 4ci kursdu onu hell etmek olar( Bunu sene axsam deqiq deyerem mellimle danışıb) - B- İnwallah ne vaxt vwxti var gorwerik - B- Bunu sene axsam deqiq deyerem mellimle danışıb( He inwallah deyersen) - B- Eli weherdeyem - A- Yaxşı qaqa 7 tamama mende dosada kanon aptekin qabağında olaram - B- Oldu qaqa 7dide ordayam - A- Yaxşı, Gelirsen qaqa, Biraz vaxtim azdi üzürlü sayasan. Ona görə dedim - B- Burdayam - A- 2-3 deq kanon aptekin yanindayam. Burdayam( oldu) - B- Eli salam zehmet olmasa xeber deyersen 31i sene 500 verecem - A- Salam yeri xeber gozdurem desin deyecem sene narahat olma - A- Salam axşamın xeyir necesen - B- Her vaxtin xeyr wukur - A- Yerri hazrdi pul gelim götürüm. Zeng vurub yenede mene. Çıxacam sehere yarim saata - B- Yerii gorwekde bidene. Harda olassan gorwey. Cixram evden gellem mende Wehere - A- Yarim saata çıxıram sehere gelerem siz terefe, maşınla, gorserik sizin evin yaninda - A- Bu gün catdrida zehmet olmasa əmanəti. İndide zeng vurub deyir mellim geitr noldu bes 20 si demişdin getirecem. Dedim mellim axşam getirib verecem. Mene zehmet olmasa yazarsan vapa girende( 20 yanvar 2022-ci il) - A- Axşamın xeyir necesen. Mellim mene dedi sabah gel pulu götür apar ver mene bele iş lazım deyil( 21 yanvar 2022-ci il) - B- sabah 12-de lenkerandayam - A- Salam oldu gozduyerem 2 e kimi - B- Yoldayam, Eli 20 deyqeye dosada olacam, Zemi dosadayam(22 yanvar 2022) - A- Mende isdeyem birazdan cixacam 15 deq lik - B- oldu - A- Salam sabahın xeyir necəsən, Yerri bu gün çalış zehmet olmasa saat 5 e kimi hell et o işi. Bezdirib daha meni bu. (18 yanvar 2022) - B- 3 kesr artdi mende - A- Salam Axşamın xeyir necəsən. Bu gün çatdırda zehmet olmasa əmanəti(20 yanvar 2022) - B- Hee qaqa hel ele uzadmayaq asridi ozu vermir(02 mart 2022) - B- Salam Eli(24 aprel 2022) - A- Salam qardaş, Yaxşı bu gün axşam görüşəcəm danisacam. Senede deyecem - B- oldu - A- bilireme ay zemi o ele bilirdi duzeldeceksen götürüb oduyub. Bele onun terefin saxlamirame o yad bir inşandı sen yaxin. Ama mene dediyin mende sene dedim calisacam bacardığım qeder tez alim indi dersdeyem orta mektebde çıxanda birde danisacam onnan günorta(01 mart 2022) - B- Zemi buğun danw onu gotur qardawkmsan mene vacibden vacib lazimdi. Zemi sohbeti baglayaqda uzadmagin mensai yoxdu( 01 mart 2022) - B- Zemi seni bawa duwdum guya onun 1400 yoxdu iw alinmir versin zemi mene ehtiyyac olmasa vacib olmasa istemerem zemi eziyyetden kecib sen onu etrafli bawa sal izah ele giya o qeder pul alir 1400 onun cun nediki(01 mart 2022) - A- yaxşı zemi basa dusurem seni sabah yene gedecem yanina onun(01 mart 2022) - B- Salam qaqa necesen ne xeber( 25 fevral 2022) - A- salam yerri necesen ne var ne yox. Gorsusdum bu gun danışdım indi mene cvb deyecek seher tezden her terefli basa saldim vezyeti( 25 fevral 2022) - B- Salam zemi mende universitet iwi alinmayacaq bawqa iwim var ona gore pulu qaytararsan day alinmayacaq mende( 25 fevral 2022) - A- Seher gedecem yeri yanna onda bele danışım onunla? ( 25 fevral 2022) - B- hee zemi danwarsan alinmayacaq( 25 fevral 2022) - A- yaxsi yeri nece isdiyirsen( 25 fevral 2022) - B- oldu yerli xeber gozleyrem senden( 25 fevral 2022) - A- Hec olmasa 100-150 duzelt sen cani getmeye pulum yoxdu, toya neberzad hecne qalmadi soydular meni - A- Salam qardaş necəsən, Bir şey edə bildin? - B- Wukur qardaw vallah 2 nefere demiwem allaha and olsin yeni mene vereceyleri deyr zeng edecrm heleki gozferyem - A- Sen ol deyrem pulu hell edib yolluyacam sene. Onnan şorada ne oldu atacam birinnen 50 m tapdib qaçıb atacam birinnen 20 tapdim yene qaçıb atacam karta vezyetden çıxarım seni - B- at 250 gel.ese fsyo sene yazan qehbedu - A- Yaxsi qardaş ele deme Allah elemesin - B- Dedimde 12 dedim 2 dedin men deyrem yazmayacam sene sma yene aldadrsan? Ozun bil - A- Yaxsi inşallah. Sene mesaj gelecek pul otran kimi - B- He sen teli sonduressen - A- Sen karto de mene kağıza yazmm. Birden tel sönür. Nomrelerin at menen - B- **********265268. 12 nin yarsina kimi at atmasan vaxyoxuna nehlet deyremki wikayet eddcem ozde billem neynemek lazimdi. Yazamayacam sene nede zeng elemiyecem. Mene nece hereket elemisense mende sene. Gece sehere kimi seni uigmiwam. Nihe yığmalıyam. Yemede yalan deysem - A- Saat 2e kimi kartinda olcak bu qalanida duz qos edecem İnsallah - B- Yenede yalan drysen. Varyouna nehlet yalan feysen. Zaman qazanmağa calwirsan oda mene girmir. Cinayət işinin materiallarında olan 21 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X9 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələr arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müddətdə telefon danışıqları, həmçinin “Danwdim, Dersdeb çıxanda”, “Mənə sms yaz,Yigacam 5deyqeye, Yigram”, “Yaxşı”, “Belke atam gdi, Geldi”, “Senle goruwdu”, “Eli dosadayiq, 1900m sende soruwsa qefil day hecne danwma”, “Gellem”, “Gencler merkezinin qbagainduaam”, “6 deq yanindayam”, “Yaxşı” mövzusunda sms yazışmaları olmuşdur. X1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixəqədər olan müddətdə “Cava verde”, “7ye iwdeyib”, “Neyniyek, Neter edek”, “Cavab verde ,Sondurmekle yol gedmir”, “Meni sarimisan sen” mövzusunda sms yazışmaları olmuşdur. İşdə olan Lənkəran Dövlər Universitetindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 2/435 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 2021/2022 tədris ilinin payız semestrində 2, yaz semestrtində 1, Şahid7 2021/2022 tədris ilinin payız semestrtində 1, X10 2021/2022 tədris ilinin payız semestrində 2 fəndən akademik borcları yaranmışdır. Cinayət işinə əlavə edilmiş 03 mart 2022-ci il tarixli BL692909 nömrəli “Nisyə satış müqaviləsi”-dən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən 03 mart 2022-ci il tarixdə qiyməti 1958 manat olan “İpone 12 Mini 128 GB Black” markalı mobil telefonu kreditlə almışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində X4 ümumilikdə 2300 manat məbləğində pul aldığını, həmin puldan 1480 manat məbləğində pulu özü, 150 manat məbləğində pulu isə atası Hafizin vasitəsi ilə qaytardığını, Zərərçəkmiş şəxs2, Şahid7 və Elsəvər İsayevi tanımadığını və Faiqdən 600 manat, Turanədən 250 manat və Elsəvərdən 500 manat məbləğində pulları almadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşıyan ifadə olmaqla, məhkədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tamamilə təkzib edildiyindən həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, onun cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, zərərçəkmiş şəxslər X16 və Zərərçəkmiş şəxs2 ifadələri, dindirilmiş şahidlərin ifadələri, X21 Nuriyevin arasında keçirilmiş üzləşdirilmədə istintaq hərəkəti protokolları və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları ilə tamamilə sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci tarixli qərarına görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlaka olan hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirkarın niyyəti əmlakı ələ keçirərkən və ya əmlaka olan hüquqlarını əldə edərkən hər hansı öhtəliyin yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə və yaxud əmlaka olan hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq aldatma və etibardan sui istifadə etmə yolu ilə törədilir. Bu halda əməlin dələduzluq kimi qiymətləndirilməsi qeyd olunan əməllər təqsirkar tərəfindən düşünülərək edilməlidir. Özünü vəd etdiyi öhtəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək, göstərdiyi xidmət müqabilində hər hansı şəxsdən pul və ya digər qiymətli şeylər alıb onları mənimsəyən şəxs dələduzluğa görə məsuliyyət daşımalıdır. Dələduzluğun ikinci törədilmə üsulu etibardan sui istifadə etmə hesab olunur. Dələduzluq zamanı təqsirkar aldatma və zərəçəkmiş şəxsi yanıltmaya yönəltməsi nəticəsində həmin şəxs öz əmlakını könüllü olaraq təqsirkara vermiş olur. Bu əməl o zaman dələduzluq hesab edir ki, təqsirkar şəxs əmlakı əldə edərkən niyyəti öhtəliyin yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək olsun. Eyni zamanda qeyd ediməlidir ki, CM-in 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Bu halda təhrikçi öz fəaliyyəti ilə başqa şəxsdə cinayət etmək qətiyyəti yaradır. Konkret halda Təqsirləndirilən şəxs vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkət müqabilində onun üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulun rüşvət qismində verilməsinə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar almaqla həmin şəxslərlə bağlı heç bir iş görməməsi, özgə əmlakını aldatma və etibardan sui - istifadə etməklə, təkrarən ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə adları yuxarıda qeyd edilən şəxsləri təhrik etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CMin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1995-ci il tarixdə Saatlı rayonu Mircəlalkənd kəndində anadan olmuşdur. Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan ibtidai istintaq orqanının 21 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan zərərçəkmiş şəxs X6 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı 3400 manat ziyanın tam ödənildiyini və ondan heç bir tələb və şikayəti olmadığını bildirmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o həmin ərizəsində ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir tələb və şikayəti olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı tamamilə bərpa etməsini, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və işin vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədini təmin edir. Məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bir neçə cinayət törətməkdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə sasən cinayətlərin məcmuyu qaydasında cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44,132, 346, 351-353, 356-358-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib 8000 (səkkiz min) manat cərimə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-182/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-182/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver