Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-182/2025 16.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X10 və X21, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorı, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı X13, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxx 1970-ci ildə Lənkəran rayonunun Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının ortalarında Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə istintaqa və məhkəməyə məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə ağ rəngli kristallardan ibarət təmiz çəkisi 2,218 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 avqust 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:30da Lənkəran rayonu, Səpnəkəran kəndində yol kənarında hərəkətdə olarkən saxlanılaraq, üzəri yoxlanılarkən qeyd olunan çəkidə sellofan bükümdə psixotrop maddə olan metamfetamin əynində olan köynəyin sol döş cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, 24 avqust 2024-cü il tarixdə, gecə saat 23 radələrində Lənkəran rayonunun Mamusta kəndindən oğurluq, yəni özgənin əmlakını gizli yolla talamaq məqsədilə hərəkət edərək həmin vaxt yaşadığı evin həyətinə gəlmiş, nəzarətsiz buraxılmış, Lənkəran rayonu, Xanbulan kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş qəhvəyi-boz rəngli, 130 kq ət çəkisi olan boğaz inəyi yaşadığı Lənkəran rayonunun Mamusta kəndində yerləşən fərdi yaşayış evinin həyət qapısının qarşısından oğurlayaraq yaşadığı evin həyətində bağlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1.700 (bir min yeddi yüz) manat qiymətində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşamışdır. Satdığı inək hər gün həyətinə gəlir, qovsa da, getmirmiş. İnəyin sahibini axtarmaq üçün Səpnəkəran kəndinə getmiş, lakin tapa bilməmiş, inəyin sahibinin Sütəmürdov kəndində ola biləcəyi bildirilmişdir. Bu məqsədlə Səpnəkəran kəndində küçədə piyada gedən zaman iki polis əməkdaşı onu tutub, üzərində videoçəkilişlə şəxsi axtarış icra etdikdən sonra şöbəyə aparmışlar. Tutulduğu yerdə videoçəkilişlə üzərinə baxış keçirilərkən mobil telefon, siqaret, alışqan və iki ədəd 1 (bir) manatlıq pul əskinazı aşkar edilmişdir. Bundan təxminən otuz-qırx dəqiqə sonra polis əməkdaşı gəlib, ona sillə vuraraq üzərindən çet düşdüyü üçün plana düşdüyünü və bununla sənədləşdiriləcəyini bildirmişdir. Polis əməkdaşları həyətində bağ-bostanı olduğunu bilmiş, evində axtarış keçirmiş və oradan bir list tramadol, iki büküm nəşə, həyətdə nəşə ştili aşkar etmiş, lakin aşkar olunan predmetləri qeydiyyata almayacaqlarını, onu “patı”, yəni metamfetaminlə sənədləşdirəcəklərini, bununla da məsələnin bitəcəyini bildirmişlər. Prokurorluqda Zöhrab müəllim adlı şəxsin yanına aparmışlar və sonuncu ilə danışıqdan sonra evə buraxılmışdır. Zöhrab müəllim onun əynindəki köynəyin parçalandığını, üzərində təpik izlərinin olduğunu görmüşdür. Evə getdikdən sonra inəyi yenə həyətində görmüş, inək həyətində olan təsərrüfata ziyan vurmuş, alma, mandarin ağaclarını yemişdir. İnəyi bu dəfə də qovmuş, lakin uşaq qapını açan kimi yenə həyətə daxil olurmuş və gecələr qapısında qalmışdır. Buna görə də, inəyi qəssab vasitəsilə 900 (doqquz yüz) manata tanımadığı şəxsə satmışdır. Kimdənsə 10 (on) manat müqabilində patı alması barədə iş materiallarında yalan məlumat yazılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olmamışdır. Müstəntiqə eynilə məhkəmədəki məzmunda ifadə vermiş, lakin sonuncu onun dediklərini rəsmiləşdirməmişdir. Onun üçün məhbəsdə, yaxud çöldə olmasının heç bir əhəmiyyəti yoxdur, ona görə məhbus həyatı yad həyat tərzi deyil, sadəcə olaraq məhkəmədə işinə düzgün baxılmasını istəmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onu 2024-cü ilin avqust ayının iyirmi neçəsisə psixotrop maddə ilə əlaqədar polis şöbəsinə aparmışlar. Üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı özünü təqdim etmiş, başqa nə dediyini xatırlamamışdır. Həmin vaxt, habelə ibtidai istintaq zamanı ifadəsinə imza edərkən vəkili yanında olmamış, sənədləri özü imza etmişdir. Şəxsi axtarış zamanı polislərin dediyi formada hərəkət etmişdir. Oğurluq əməlini törətmişdir, lakin üzərində psixotrop maddə olmamışdır. Belə ki, polislər onu şöbəyə aparıb, orada üzərinə psixotrop maddə qoyub, fiziki zor tətbiq etdikdən sonra yenidən saxladıqları yerə gətirib videoçəkiliş etmişlər. Polislər onun bədəninə təpik və yumruq vurmuşlar. Döyüldüyünü arvadı da təsdiq edə bilər. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra səhəri gün istintaq təcridxanasına keçirilmişdir. Tutulana qədər hər iki gündən bir narkotik vasitə qəbul etmiş, lakin psixotrop maddə istifadə etməmişdir, çünki, həm maddi durumu buna imkan verməmiş, həm də psixotrop maddənin güclü təsiri olurmuş. Polislər onu hədələmişlər ki, qoyulan psixtrop maddəni qəbul etməsə, bir kiloqramla yükləyəcəklər. İnək bir həftədən çox həyətində qalmışdır. İnəyi Fəhmin adlı şəxsə Bədəl adlı qəssabın yanında satmışdır. Fəhmin ona, inəyə görə 900 (doqquz yüz) manat pul vermişdir. Alqı-satqı aparılarkən üç nəfər olmuşlar. Pulu ona Bədəl vermişdir. İstifadəsində 051 ***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə özünü təqsirli bilir. Lənkəran rayon Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailəlidir, üç övladı var, heç bir yerdə işləmir, son zamanlar böyrək xəstəliyindən əziyyət çəkir və Lənkəran rayon narkoloji dispanserdə qeydiyyatda durmur, psixi xəstəliklərdən əziyyət çəkmir. Narkotik vasitələrin alüdəçisidir. Hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etməyəndə bədənində ağrıları olur və psixotrop maddə axtarıb tapmaq məcburiyyətində qalır. İstifadə etdiyi psixotrop maddəni Lənkəran rayonu ərazisində təsadüfən rastlaşdığı, adını və ünvanını bilmədiyi şəxslərdən alır. Tutulduğu gün, yəni 17 avqust 2024-cü il tarixdə, saat təxminən 16:00-da Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə bir şəxslə rastlaşmış, söhbət zamanı bir-birinin narkoman olduğunu bilmişlər. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin istəmiş, şəxs də ona üzərində bir büküm metamfetamin olduğunu bildirmiş və 10 (on) manata həmin bükümü ona satmışdır. Bükümü alıb əynində olan köynəyinin sol döş cibinə qoymuşdur ki, bədənində ağrıları olan zaman istifadə etsin. İşlərini biritdikdən sonra yaşadığı Mamusta kəndinə gedirmiş. 17 avqust 2024-cü il tarixdə, saat 18:30 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndində küçədə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğu üçün onu yol kənarına dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə yol kənarına getmiş və orada videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki köynəyinin sol döş cibinə qoyduğu psixotrop maddə olan bir ədəd sellofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüş, elektron tərəzidə çəkildikdə, çəkisi 2,35 qram olmuş, sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, şöbədə zərfin üzərini vəkili ilə birlikdə imzalamışlar. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin psixotrop maddəni öz istifadəsi üçün almışdır. Psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. 19 avqust 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və evə buraxılmışdır. Evdə olan zaman müşayiət etmişdir ki, həyətində hasar olmadığına görə mütəmadi olaraq tanımadığı şəxslərin mal-qaraları küçədən keçən zaman həyətinə daxil olur. Həmin mal-qaranı həmişə həyətdən çıxarmışdır. Bir gecə kənd ərazisində yerləşən dükana siqaret almağa getmiş, evə qayıdanda bir inəyin həyətində olduğunu görmüşdür. Həmin inək artıq bir neçə gün idi ki, sahibsiz vəziyyətdə olmuşdur. Yəqin etmişdir ki, inəyin sahibi yoxdur və düşünmüşdür ki, əgər sahibi olsa idi, bu bir neçə gün ərzində onu axtararmışlar. Həmin axşam üst-başı təmiz olduğu üçün otluq sahəyə, yəni inəyin qaldığı yerə getməmişdir. Həyətində abadlaşdırma etmədiyi üçün otlaq sahə çoxluq təşkil etmişdir. Səhəri gün yenə də inəyi həyətdə oturaq vəziyyətdə görmüş, ona görə də, oğurlamaq qərarına gəlmiş və kəndir vasitəsilə inəyi həyətdə olan ağaca bağlamışdır. Düşünmüşdür ki, inək həyətdə olan meyvə ağaclarına zərər verə bilər. İnəyi oğurladıqdan sonra, inək dörd gün ərzində onun həyətində bağlı vəziyyətdə qalmış, bu müddət ərzində onun sahibini axtarmamışdır. İnəyi oğurlayıb satmaq qərarına gəlmiş və buna görə də, əvvəlcədən tanıdığı Lənkəran rayonu Biləsər kənd sakini, həmçinin bacanağının qardaşı Şahid4 zəng etmiş və demişdir ki, əlində bir inək var dostunundu satmaq istəyir, o istəsə ucuz qiymətə verər. Qeyd etmişdir ki, onun həyətində tövlə olsa da, mal-qara saxlamır. Həmçinin ona bildirmişdir ki, ona təcili pul lazımdır. Bədəl onun üçün müştəri tapacağını və sübh tezdən inəyə baxmağa gələcəklərini bildirmişdir. Səhərisi gün, yəni 29 avqust 2024-cü il tarixdə, səhər saat 08 radələrində həyətdə kiminsə onu çağırdığını eşitmiş, həyətə çıxanda görmüşdür ki, Şahid4 yanında tanımadığı bir adamla gəlmişdir. Onları inəyi bağladığı yerə aparıb, müştəriyə göstərmiş və buna nə qədər pul verəcəyini soruşmuşdur. Müştəri inək qocadır və sair bunun kimi bir neçə əsas gətirərək qiyməti ucuzlaşdırmağa başlamış, bu söhbətləri edərkən Bədəl kənarda qalmışdır. Sonda müştəri ilə 900 (doqquz yüz) manata razılaşmış və müştəriyə bildirmişdir ki, Bədələ də müyyən pul məbləğində hörmət eləsin. Daha sonra onlar inəyi gəldikləri qoşqulu maşına yükləyib getmişlər. Sonra bilmişdir ki, ondan inəyi Fəhmin adlı şəxs almışdır. Fəhminlə Bədələ inəyinin dostuna məxsus olduğunu və sonuncunun satmaq üçün ona verdiyini demiş, inəyi oğurladığını onlara deməmişdir, desəydi inəyi sata bilməyəcəkdir. Fəhmingil inəyin oğurluq olduğunu bilməmişlər. Pula ehtiyacı olduğundan inəyi oğurlayıb satmışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır (iş vərəqi 128-131). Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmiş, son sözündə məhkəmədən işinə düzgün hüquqi qiymət verilməklə, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxsin (mülki cavabdeh) qismən etirafedici, zərərçəkmiş şəxs, mülki iddiaçı və şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və mülki iddiaçı Fəhmin Ağayevi inəyinin itməsi ilə əlaqədar açılmış cinayət işi ilə əlaqədar tanımış, onlarla qohumluğu, ədavət və ya düşmənçiliyi olmamışdır. Özünə məxsus həyətində saxladığı mal-qaranı hər gün evindən bir az aralıda yerləşən, üç-dörd hektarlıq sahəyə örüşə aparmışdır. 19 avqust 2024-cü il tarixdə səhər iki baş inəyini örüşə aparmış, axşam saat 16 radələrində oğlu Emil Babayevi inəkləri gətirməsi üçün sahəyə yollamış, bir qədər keçdikdən sonra Emil gəlib inəklərdən birinin olmadığını bildirmişdir. Birlikdə inəyi axtarmaq üçün kəndi gəzməyə başlamışlar. İnəyi bir neçə gün axtarsalar da, nəticə olmadığını görüb, inəyin oğurlandığını düşünüb, 24 avqust 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Polis əməkdaşları onlardan izahat almış və işin araşdırılacağını demişlər. İnəyin şəkillərini tanışlarına yollamışdır ki, kimsə görsə bu barədə ona məlumat versin. 29 avqust 2024-cü il tarixdə təkrar inəyi axtarmaq üçün kənd ərazisinə çıxmış, bir qədər inək üçün kəndi gəzdikdən sonra dayısı oğlu Nərbala Səmədov zəng edərək qazeldə onun inəyinə oxşar inək gördüyünü bildirmişdir. Nərbalanın dediyi yerə gedəndə qazeldəki inəyin öz inəyi olduğunu görmüşdür. Qazelin sürücüsü Sadiq Tağıyevdən inəyi kimdən aldığını soruşduqda, Fəhmin Ağayevdən aldığını bildirmişdir. Birlikdə Fəhminin yaşadığı ünvana getmişlər. Fəhminə inəyin özünə məxsus olduğunu demiş, Fəhmin bunu inkar edərək, inəyi Mamusta kənd sakini Təqsirləndirilən şəxs 1.300 (bir min üç yüz) manat müqabilində aldığını və qaytarmayacağını bildirmişdir. Daha sonra polislər gəlmiş və inəyi Fəhmindən alıb ona vermişlər. İnəyin bazar qiyməti 1.500-1.600 (bir min beş yüz-bir min altı yüz) manat olmuşdur. Təqsirləndirilən şəxs şikayətçi deyil, sadəcə onun mülki iddiaçının pulunu qaytarmasını istəyir. Zərərçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxslə barışması barədə ərizə təqdim edərək, ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını, cəza hissəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə mülki iddiaçı qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi (mülki cavabdehi) oğurluq hadisəsi ilə əlaqədar tanıyır, aralarında ədavət və ya düşmənçiliyi yoxdur. Heyvandarlıqla məşğul olduğundan inək almalı olmuş və bu fəaliyyətlə məşğul olan şəxslərdən heyvan axtarmağa başlamışdır. Lənkəran rayonu, Gərmətük kənd sakini Afərin kimi tanıdığı, əsil adı Şahid4 olan şəxslə 29 avqust 2024-cü il tarixdə, saat 09 radələrində yaşadığı ünvanda görüşmüşdür. Həmin vaxt Afərin ona demişdir ki, Lənkəran rayonunun Mamusta kəndində bir adam var, 1.500 (bir min beş yüz) manata inək satır. Birlikdə gedib inəyə baxmışlar. İnəyi satan şəxs Təqsirləndirilən şəxs olmuş və onunla öz həyətində görüşmüşlər. Həmin vaxt Abbasın həyətində qəhvəyi rəngli iri buynuzlu heyvan bağladığını görmüşlər. Abbasdan heyvanı neçəyə satdığını soruşmuş, 1.500-1.600 (bir min beş yüz-bir min altı yüz) manat qiymət demişdir. İnəyin qiymətini 1.300 (bir min üç yüz) manata razılaşmışlar. Abbasın yanında pulu sayaraq Bədələ vermişdir ki, o da sayıb Abbasa versin. Abbas ona demişdir ki, “dəllalın pulunu özün verərsən”, səbəb olaraq da onu göstərmişdir ki, heyvanı ona ucuz satmışdır. İnəyi avtomobilin arxasına bağlanılmış qoşquya mindirərək yaşadığı həyətinə aparıb, tövləyə salmış və elə həmin gün Sadiq adlı qəssab yoldaşa 1.320 (bir min üç yüz iyirmi) manata satmışdır. Bununla da, hələ 40 (qırx) manat da ziyana düşmüşdür. Belə ki, inəyi tapdığı üçün 30 (otuz) manat (10 (on) manat benzin pulu, 20 (iyirmi) manat da əlavə) Afərinə vermiş, 30 (otuz) manat da inəyi evinə gətirib sonradan satmağa xərci çıxmışdır. İnəyi satmasına səbəb həyətində olan digər heyvanlarla yola getməməsi olmuşdur. Sonradan inəyi satdığı Sadiq heyvanın oğurluq olduğunu bilib, ona bu barədə demiş, o da Sadiqin pulunu geriyə qaytarmış, heyvanı yenidən öz həyətinə gətirib, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. İnəyin oğurluq olduğunu əvvəlcədən bilməmiş, bilsəydi almazmış, çünki haram malla heç zaman əlaqəsi olmamışdır. Mülki iddiaçı Fəhmin Ağayev məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, inəyin pulunu sayaraq Bədələ vermiş və sonuncu da Abbasa vermişdir. Bu zaman o, inəyi bağlandığı yerdən açmağa getmişdir. Abbasla Bədəl arasında olan haqq-hesabdan xəbəri yoxdur. İnək “xuliqan”, yəni vəhşi olduğundan onu qəssaba satmışdır. Bədəlin inəyin sahibinin Abbas olmadığını bilib-bilməməsi barədə məlumatı olmamışdır. Bədələ inəyi 900 (doqquz yüz) manata aldığını deməmişdir. 30 (otuz) manat pulu Bədələ həyətdə olarkən vermişdir. Bədəl ona bildirmişdir ki, əgər orada 30 (otuz) manatı verməsəymiş, Abbasdan 20-30 (iyirmi-otuz) manat pul alacaqmış. Məhkəmədən ona vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X3 baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanıyır, onunla arasında ədavət və ya düşmənçiliyi yoxdur. Lənkəran rayonu, Mamusta kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı tərəfindən yoxlanıldıqdan sonra əməliyyat-axtarış qrupunun yaradılması üçün şöbə rəhbərliyinə müraciət etmiş, şöbə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış qrupunun tərkibində ondan başqa Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da olmuşlar. 17 avqust 2024-cü il tarixdə, saat 19 radələrində rəhbərliyi altında Lənkəran rayonunun Mamusta kəndində müşahidə aparmağa başlamışlar. Məqsədləri həmin kənddə yaşayan Təqsirləndirilən şəxs aşkar etmək olmuşdur. Lakin həmin şəxsi yaşadığı kənddə tapa bilmədikləri üçün barəsində soraqlamağa başlamış və onu Lənkəran rayonunun Səpnəkəran kəndində yol kənarında piyada hərəkətdə olarkən aşkar etmişlər. Təqsirləndirilən şəxs ilkin olaraq vizual şəkildə aşkar edən o olmuş və dərhal videoçəkliş aparılmaqla ona yaxınlaşıb, hər biri ayrı-ayrılıqda özlərini polis əməkdaşı kimi təqdim edəndən sonra gəlişlərinin səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs bu məlumatı təkzib etməmiş və heç bir şey deməmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirləcəyini, üzərində hər hansı, qanunla qadağan edilmiş əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədə müvafiqliyini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan köynəyinin sol döş cibindən bir ədəd bükümdə ağ rəngli kristal şəklində olan psixotrop maddə metamfetaminə bənzər kütləni, həmçinin “Xiaomi” markalı mobil telefonu və əynində olan şalvarın sağ yan cibindən üzərində “Bakı” yazısı olan siqaret qutusunu, alışqanı, iki ədəd də 1 (bir) manatlıq pul əskinazını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda, metamfetamindir deyə cavab vermişdir. Ondan həmin maddəni haradan və kimdən əldə etdiyi soruşulanda, bildirmişdir ki, “Böyük Bazar” adlanan ərazidə adını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsdən əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa üzərində qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet olduğunu sual etdikdən sonra tərəflərindən onun üzəri yoxlanılmış və üzərindən başqa hər hansı cinayət xarakterli maddə, predmet və sair aşkar olunmamışdır. Həyata keçirdikləri bütün hərəkətlər videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metafetaminə bənzər kütlə ekspertizaya təqdim olunması məqsədi ilə bir ədəd zərfdə qablaşdırılmış və Daxili İşlər Nazirliyinin 135 saylı möhrü ilə möhürlənmiş, “Xiaomi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar olması ehtimalı olduğundan tərəflərindən götürülmüş, bir ədəd alışqan, bir ədəd üzərində “Bakı” sözü yazılmış siqaret qutusu və iki ədəd 1 (bir) manatlıq pul əskinazı isə heç bir əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, araşdırmanın davam etdirilməsi təhqiqatçıya tapşırılmış və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün seçdiyi müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, barədə tutulma protokolu tərtib olunmuşdur. Şahid1 məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona səhər saatlarında daxil olmuş və məlumatda Təqsirləndirilən şəxs koordinatları olmuşdur. Abbası ilkin olaraq bazar ərazisində görmüşlər. Abbasın balaca uşaqlara psixotrop maddə satması ilə əlaqədar əməliyyat məlumatı realizə olunmamış, satışla bağlı əməliyyat məlumatı öz təsdiqini tapmamışdır. Bundan sonra onu Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində hərəkətdə olarkən görüb yaxınlaşmışlar. Abbas narkotik vasitə və psixotrop maddənin bütün növlərindən istifadə etmiş, onun həmin kütlələrlə əlaqədar iranlı və digər şəxslərlə səs yazıları olmuş və bunlar istintaq orqanına təqdim edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi doğru deyildir. Belə ki, tərəflərindən onun evinə baxış keçirilməmiş, ona qarşı hər hansı bir təsir və ya təzyiq olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilkin olaraq Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində görmüşlər və o, saxlanılarkən onlara müqavimət göstərəcək vəziyyətdə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, birgə nikahdan üç uşağı var, Lənkəran rayonunun Mamusta kəndində yaşayır, aldıqları sosial yardımla dolanırlar. Abbas onun əri olsa da və eyni evdə yaşasalar da, çox vaxt bir-biriylə danışmamışlar. Sonuncu dəfə Abbas polis şöbəsindən evə gələndən üç-dörd gün sonra həyətlərində bir baş inəyin bağlı olduğunu görüb, inəyin kimə məxsus olduğunu soruşanda, cavab olaraq bildirmişdir ki, dostundan borc istəmiş, dostu da borc əvəzinə ona bu inəyi vermişdir. Əslində heyvanın oğurluq olmasından şübhələnmiş və ona demişdir ki, bu dövrdə hansı dost borc əvəzi inəyi kiməsə verər, lakin onun səs-küy saldığını görüb, başqa sual verməmişdir. Daha sonra Abbas uşaqdan onun telefonunda Afərin adlı şəxsin, yəni bacısı ərinin qardaşı Şahid4 nömrəsinin olubolmadığını, varsa, tapıb ona verməsini istəmiş, oğlu da Afərinin nömrəsini tapmışdır. Bədəli inək alveri ilə məşğul olan biri kimi tanımışdır. Abbas onun telefonu ilə Bədəllə əlaqə saxlayaraq, bir baş inəyi olduğunu və satmaq istədiyini bildirmiş və ondan müştəri tapmağını istəmişdir. Səhərisi gün, yəni 29 avqust 2024-cü il tarixdə avtomobil səsi eşitmiş, həyətə baxdıqda Abbası və yanında iki nəfəri görmüş, onlar bağda inəyin yanında dayanıb söhbət edirmişlər. Bir qədər sonra həyətə baxdıqda həmən iki nəfərin artıq inəyi apardıqlarının şahidi olmuşdur. Abbas inəyi satdıqdan sonra Bədəlin deməsindən Abbasın inəyi 900 (doqquz yüz) manata satdığını bilmişdir. Şahid Rüsxarə Məmmədova məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, həyətləri açıq olmuş, inək həyətlərində olan kəpəyi dağıtmışdır. Əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur, çünki, əvvəllər bununla əlaqədar həbs olunmuşdur. Əvvəllər əri ilə münasibətləri yaxşı olsa da, sonradan yola getməmiş, bir-biri ilə danışmamışlar və o, uşaqları ilə birlikdə evin ikinci mərtəbəsində yaşamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, baldızının əridir, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. 28 avqust 2024-cü il tarixdə, evdə olarkən saat 21 radələrində Abbas onun mobil nömrəsinə zəng edərək, bir baş inəyi olduğunu, üç ay bundan öncə aldığını, lakin aldadıldığını və inək qısır olduğundan satmaq istədiyini bildirmiş və ondan inəyi satması üçün tanıdığı qəssab varsa, gətirməsini istəmişdir. Abbasla telefon əlaqəsini bitirdikdən sonra qəssab kimi fəaliyyət göstərən Lənkəran rayonu Hirkan qəsəbə sakini olan tanışı Fəhmin Ağayevə zəng edərək bu barədə məlumat vermişdir. Fəhmin ona səhər görüşüb, birlikdə gedib inəyə baxmağı bildirmiş, səhərisi gün təxminən saat 08-də istifadəsində olan mopedlə Mamusta kəndinə gedib Fəhminlə görüşmüş və onun idarə etdiyi avtomobillə Abbasın yaşadığı ünvana yollanmışlar. Abbas onları qapıda qarşılamış, həyətə dəvət edərək, həyətdə bağlanmış vəziyyətdə olan inəyin yanına aparıb demişdir ki, inək onun özünə məxsusdur, üç ay bundan öncə almışdır, amma inəyin qısır olduğunu bilməmişdir. İnək qəhvəyi-boz rəngli olmaqla üç-dörd yaş arasında olarmış. Onlar birlikdə inəyə baxmışlar, daha sonra Fəhminlə Abbas pulda razılaşmaq üçün söhbət etməyə başlamışlar. Danışıq zamanı Abbas inəyi 1.500 (bir min beş yüz) manata satdığını demiş, bu zaman onlardan uzaqlaşaraq kənarda dayanmışdır. Onlar pulda razılaşdıqdan sonra Fəhmin pulu sayıb Abbasa vermişdir. Abbas ona inəyi 900 (doqquz yüz) manata satdığını, Fəhmin isə 1.300 (bir min üç yüz) manata aldığını bildirmişlər. Şahid4 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Ehtiram Mirzəyevin bacanağıdır. İnək barədə məlumatı ona Abbas vermişdir. İnəyin dəqiq olaraq hansı qiymətə satıldığını bilməmiş, Abbasa pul verməmiş, ümumiyyətlə, inəyin pulunu əlinə almamışdır. Fəhmin Abbasa pul verərkən o, kənarda dayanmışdır. 1.300 (bir min üç yüz) manat puldan 400 (dörd yüz) manat götürməmişdir. Fəhmin ona 10 (on) manat benzin haqqı, 20 (iyirmi) manat da zəhmət haqqı kimi vermiş, 20 (iyirmi) manat da Abbas onun kart hesabına yükləmişdir. Məhkəmədə Şahid4 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1.3-cü maddələrinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs xahişi ilə inəyə müştəri tapmış, 29 avqust 2024-cü il tarixdə müştəri Fəhmin Ağayevlə birlikdə gedib Abbasla görüşmüş, Abbas onları qapıda qarşılayıb, həyətə dəvət etmiş, inəyə baxandan sonra Fəhminlə Abbas pulda razılaşmaq üçün söhbət etməyə başlamışlar. Bu zaman onlardan uzaqlaşaraq kənarda gözləməyə başlamışdır. Onlar pulda razılaşdıqdan sonra Fəhmin pulu sayıb Abbasa vermişdir. Bundan sonra inəyi Fəhminin qoşqulu avtomobilinin qoşqu hissəsinə yerləşdirib, Abbasla sağollaşıb, avtomobillə mopedini saxladığı yerə gəlmişlər. Bu zaman Fəhmin ona 30 (otuz) manat pul vermiş və demişdir ki, 10 (on) manat benzin haqqı, 20 (iyirmi) manat da zəhmət haqqıymış. Həmçinin Fəhmin bildirmişdir ki, inəyi 900 (doqquz yüz) manata almışdır. Evə gəldikdən sonra Abbas ona zəng edərək, ondan bank kartının nömrəsini istəmiş, “WhatsApp” ani ismarıclaşma proqramı vasitəsi ilə bank kartının şəklini çəkib Abbasa yollamış, Abbas da onun bank kartına 20 (iyirmi) manat zəhmət haqqı kimi pul göndərmişdir. Abbasın inəyi çox ucuza satdığını düşündüyü üçün onun arvadı Rüsxarə Məmmədovaya “WhatsApp” ani ismarıclaşma proqramı vasitəsiylə səs yollayaraq, bu hala niyə müdaxilə etmədiyini, Abbasın 1.300-1.400 (bir min üç yüz-bir min dörd yüz) manat dəyəri olan heyvanı dəyər-dəyməzə satdığını bildirmiş, Rüsxarə də cavabında bildirmişdir ki, Abbasla danışmır və öz işlərinə onu qarışdırmasınlar, bu məsələ ona maraqlı deyildir (iş vərəqi 159-161). Şahid4 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, ifadəsində nə səbəbə elə qeyd olunması barədə fikri olmadığını, məhkəmədə verdiyi ifadəsinin doğru olmasını, onun yanında Təqsirləndirilən şəxs Fəmin Ağayevə inəyə görə 1.500 (bir min beş yüz) manat qiymət dediyini, inəyi daha ucuz qiymətə satmayacağını deməsini, həyətdə inəyi 900 (doqquz yüz) manata deyil, 1.300 (bir min üç yüz) manata satmaq barədə eşitdiyini, yəni Abbasla Fəhminin arasında inəyi 1.300 (bir min üç yüz) manata almaq barədə söhbət getdiyini eşitdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli protokolu və raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndində yolda tək piyada hərəkət etdiyi zaman saxlanılmış, əynində olan köynəyin yuxarı sol cibindən içərisində kristal şəkilli kütlə olan sellefon kəsiyi bükümü, bir ədəd “Xiaomi” markalı mobil telefon, şalvarın sağ yan cibindən bir ədəd “Bakı” markalı siqaret, alışqan, iki ədəd 1 (bir) manatlıq pul əskinazını çıxarıb təqdim etmiş, həmin bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Aşkar olunan kütlə elektron tərəzidə çəkilərək 2,35 qram olması müəyyən edilmiş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 10-13). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 17-18). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 19/612 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 2,218 qram olan ağ rəngli kirstallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə olan metamfetaminin 2,118 qram qalığı istintaq orqanına qaytarılmış, aparılmış ekspertiza tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 46-49). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X4 X14 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durmur (iş vərəqi 53). “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 767 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqi 54-55). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 56-57). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs şöbənin müvəqqəti saxlama yerindən azad edilmiş və sonuncu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 71-72). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X18 Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Mamusta kəndində yaşayır, ailə tərkibi arvadı, xx.xx.2008, xx.xx.2016-cı il təvəllüdlü oğlanları, xx.xx.2008-ci il təvəllüdlü qızından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 84-85). Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (iş vərəqi 87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.20212-ci il tarixli 2303 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il 9 (doqquz) aya endirilmiş, sonuncu məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə 1 (bir) ay 9 (doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir (iş vərəqləri 89-91; 186-187). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təhqiqat bölməsində ilkin araşdırması aparılan HK-1/2530 nömrəli material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə birləşdirilmişdir (iş vərəqi 92). Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Lənkəran rayonu, Xanbulan kənd sakini X7 025-25-7-63-12 nömrəli telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir (iş vərəqi 96). Yeganə Babayeva və Zərərçəkmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ünvanladıqları ərizələrdən görünür ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları kənddə üç yaşlı, 170 kq. çəkidə, qəhvəyi boz rəngdə inək naməlum istiqamətdə hərəkət edərək itmiş və tapılmadığı üçün oğurluq barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermişlər (iş vərəqi 97-98). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Lənkəran rayonu, Xanbulan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısında olan küçədir, sonuncuya məxsus bir baş inəyin itdiyi yerin baş vermə ardıcıllığı və mexanizmi göstərilmiş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 98A-100). Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məlumatı və həmin şöbəyə Fəhmin Ağayev tərəfindən ünvanlanmış eyni tarixli ərizədən görünür ki, sonuncu ***-***-**-** nömrəli mobil telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Lənkəran rayonu, Mamusta kəndindən 1.330 (bir min üç yüz otuz) manat müqabilində iri buynuzlu heyvan alması, daha sonra həmin inəyin oğurluq heyvan olmasını aşkar etməsi barədə məlumat vermişdir (iş vərəqi 103-104). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 234.1-1-ci maddələrinə tövsif edilməklə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (iş vərəqləri 118; 120-122). Lənkəran Rayon Məhkəməsinin 4(049)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 139-140). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və qəbzdən görünür ki, həmin tarixdə X16 rayonu, Hirkan qəsəbəsində yerləşən tövləsinin həyətindən bir baş yerli cins, üç-dörd illik dişi cinsli, təqribi çəkisi 100 kq-dan artıq olan inəyi təqdim edərək hadisənin baş vermə ardıcıllığını bildirmiş, bu barədə fofocədvəllər protokola əlavə edilmiş və həmin inək Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (iş vərəqi 143-148). Zərərçəkmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, özünə məxsus olan bir baş iribuynuzlu inək ona qaytarıldığı üçün heç bir şikayət və tələbi yoxdur (iş vərəqi 158). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin məktubu ilə daxil olmuş CD diskə baxış keçirilərkən, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə Lənkəran şəhərinə gəlmiş, daha sonra yaşadığı Lənkəran rayonunun Mamusta kəndinə qayıtmışdır. Həmçinin CD diskdə olan anten məlumatlarından şəxsin tutulma yerinin həqiqətən Lənkəran rayonunun Səpnəkaran kəndi olduğu görünmüş, onun 051 909-98-88, 051 719-41-91, 051 440-87-91, 050 ***-**-** saylı mobil nömrələrlə 17 avqust 2024-cü il tarixdə günün müəyyən vaxtlarında daha sıx əlaqə saxladığı müəyyən edilmişdir (iş vərəqi 165-167). "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təqdim olunmuş inəyin qiymətləndirilməsində müqayisə yanaşması metodu tətbiq olunaraq, bir baş damazlıq, yerli cins, sarı-qara rəngli, 4 yaşlı, yerli cinsə aid olan, xəstəliklərə davamlı, beş aylıq hamilə olan, yerli cins inəklərə xas olan süd verim qabiliyyəti orta səviyyəli, illik süd vermə qabiliyyəti 1200-1500 litr həcmində, hal-hazırki orta bazarda analoqların müqayisəsinə əsasən təklif qiyməti 1600-2000 manat olan bir baş damazlıq inəyin orta bazar qiyməti 1.800 (bir min səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir (iş vərəqi 174-175). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini istifadə məqsədilə əldə edib üzərində saxlayaraq daşıdığı müəyyən edilmiş, lakin onun qeyd edilən metamfetamini konkret olaraq hansı şəraitdə, kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs oğurladığı əmlakı satmaq üçün sövdələşdiyi, həmçinin oğurluq zamanı ona yardım edən şəxs və ya şəxslər müəyyən edilməmişdir (iş vərəqi 176). X12 Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində oğurluq hadisəsi nəticəsində ona 1.300 (bir min üç yüz) manat məbləğində dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi və mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir (iş vərəqi 177). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 23 sentyabr və 04 dekabr 2024-cü il tarixli qərarlarından görünür ki, Fəhmin Ağayev mülki iddiaçı, Təqsirləndirilən şəxs isə hazırki cinayət işi üzrə mülki cavabdeh qismində tanınmışlar (iş vərəqləri 178- 179; 218-219). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmış; üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,218 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 2,118 qram qalığı şöbənin maddi sübutları saxlama otağına təhvil verilmiş; maddi sübut olan bir baş inəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış; şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 198- 207; 209-210). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş 7298/2024 nömrəli tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sol saidinin ön səthində, bel nahiyəsində, sağ aşıq-baldır oynağı nahiyəsində köhnə çapıqlar müşahidə edilmiş və o, şifahi sorğu zamanı zədə almadığını bildirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu”, “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarından çıxarışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs şöbənin müvəqqəti saxlama yerinə qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Mülki iddiaçı Fəhmin Ağayevin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci tarixli ərizəsi və "xxxx" ASC-nin 2873 nömrəli qəbzindən görünür ki, sonuncu, vurulmuş 1.300 (bir min üç yüz) manat maddi ziyanın və bununla əlaqədar ödədiyi 33 (otuz üç) manat dövlət rüsumunun təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona vurulmuş ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır və təqsirləndirilən şəxs barəsində cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 8 (səkkiz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdehin) özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Bu hüquq tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs,eyni zamanda mülki cavabdeh onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən mülki iddiaçıya, şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, hər gün həyətinə gələn inəyin sahibini tapmaq üçün soraqlaşması, lakin sahibini tapa bilmədiyi və inək həyətindəki meyvə ağaclarına zərər vurduğu üçün satmaq qərarına gəlməsi, inəyi 900 (doqquz yüz) manata satması, narkotik istifadəçisi olsa da 17 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, kimdənsə 10 (on) manat müqabilində “patı” almaması, polis əməkdaşlarının axtarış zamanı evindən bir list tramadol, iki büküm nəşə, həyətindən nəşə ştili aşkar etmələri, lakin aşkar olunan predmetləri qeydiyyata almayacaqlarını, onu “patı”, yəni metamfetaminlə sənədləşdircəklərini, bununla da məsələnin bitəcəyini bildirmələri, polis əməkdaşları tərəfindən üzərində videoçəkiliş aparılmadan öncə polis şöbəsinə aparılaraq orada təzyiqlərə məruz qaldıqdan sonra yenidən saxlanıldığı yerə gətirələrək üzərində videoşəkilişlə axtarış və götürmə aparılması, prokurorluqda əynindəki köynəyin parçalandığını, üzərində təpik izlərinin olduğunu görəndən sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə sərbəst buraxılması, ibtidai istintaq zamanı vəkilinin yanında olmaması, müstəntiqə eynilə məhkəmədəki məzmunda ifadə verməsi, lakin sonuncunun onun dediklərini rəsmiləşdirməməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdehin) məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən inəyin oğurlanılıb satılması onun özünün və iş üzrə həmin epizodla bağlı dindirilmiş zərərçəkmiş şəxs, mülki iddiaçı və şahidlərin ifadələri ilə öz təsdiqini tapdığından işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin təqirləndirilən şəxsin (mülki cavabdehin) həmin epizodla bağlı inəyi 1.300 (bir min üç yüz) manata deyil 900 (doqquz yüz) manata satmasını iddia etməsi, iş üzrə Zərərçəkmiş şəxs, mülki iddiaçı Fəhmin Ağayev və Şahid4 ifadələri ilə üst-üstə düşmədiyindən, məhkəmə onun ifadəsini həmin hissədə səmimi ifadə kimi qəbul etmir. Belə ki, məhkəmədə mülki iddiaçı qismində dindirilmiş X23 Məmmədova inəyə görə 1.300 (bir min üç yüz) manat sayıb verdiyini, Şahid4 isə alqı-satqı zamanı Fəhminlə Abbasın inəyin qiymətini razılaşarkən 1.300 (bir min üç yüz) manatla bağlı danışdıqlarını eşitməsini bildirmişlər. Cinayət işi üzrə digər şahid Rüsxarə Məmmədova ifadəsində əri Təqsirləndirilən şəxsla eyni evdə yaşasa da, onunla danışmadığı üçün inəyi neçəyə satması barədə onun özündən soruşmamasını, inək satıldıqdan sonra Şahid4 deməsi əsasında Abbasın inəyi 900 (doqquz yüz) manata satdığını bilməsini göstərmişdir. Şahid4 isə məhkəmədə ifadə verərkən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmədiyini və Abbasla Fəhminin öz aralarında inəyin qiymətini 1.300 (bir min üç yüz) manata razılaşdıqlarını eşitməsini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs Fəhmin Ağayevdən özünə məxsus inəyini tələb edərkən, sonuncunun bunu inkar edərək, inəyi Mamusta kənd sakini Təqsirləndirilən şəxs 1.300 (bir min üç yüz) manat müqabilində aldığını deməsini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs inəyi Fəhmin Ağayevə 1.300 (bir min üç yüz) manata satması iş üzrə mülki iddiaçı, zərərçəkmiş şəxs və şahidin ifadəsi ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham olunduğu külli miqdarda psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması ilə bağlı özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması nəticəsində ibtidai istintaq zamanı həmin əməli etiraf etməsi barədə qeyd edir ki, o, 17 avqust 2024-cü il tarixdə, Lənkəran rayonu, Səpnəkəran kəndinin ərazisində yolda piyada hərəkət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb üzəri videoçəkilişlə yoxlanılan zaman əynində olan köynəyin yuxarı sol cibindən içərisində kristal şəkilli kütlə olan bir ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim edərək, bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində həmin metamfetamini həmin tarixdə, “Böyük bazar” ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə metamfetaminlə bağlı məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən heç bir şikayət, etiraz və vəsatətinin olmadığını qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 351-45-24 mobil telefon nömrəsinin anten məlumatlarından onun 17 avqust 2024-cü il tarixdə Lənkəran şəhərinə gəlməsi, daha sonra yaşadığı Mamusta kəndinə qayıtması və tutulma yerinin həqiqətən də Səpnəkaran kəndi olduğu müəyyənləşdirilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Lənkəran Rayon Vəkil Bürosundan vəkil dəvət olunmuş və həmin büronun vəkili İntiqam Hüseynov ona müdafiəçi təyin olunmaqla, aparılan bütün istintaq hərəkətlərində iştirak etmiş və bu fakt vəkilin həmin sənədlərdəki imzası ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 17 avqust 2024-cü il tarixdə saxlanıldığı yerdə üstünün yoxlanması zamanı müdafiəçisinin iştirak etməməsini qanuni və əsaslı hesab edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 32-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçökilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, eləcə də, Cinayət- Prosessual Məcəllənin 148.2-ci maddəsində göstərilən şübhəli şəxs qismində tutulmanı şərtləndirən halların bir növ hadisələrin təsadüfi axarında meydana gələn hallar xarakterində olması əməliyyat-axtarış tədbirinin gedişində müdafiəçinin iştirakını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdehin) ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə şübhəli şəxs, təqsirləndirilən kimi verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən və şöbəyə gətirilərkən heç bir fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədiyi qeyd olunmuş və o, həmin rəylə tanış olarkən heç bir şikayət, etiraz və vəsatətinin olmamasını bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin (mülki cavabdehin) məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra polis şöbəsinə və istintaq təcridxanasına aparıldığı, habelə həmin yerlərdə olduğu müddətlərdə üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğulara alınmış cavablarda tibbi müayinələr zamanı onda xəsarət izlərinin aşkar edilməməsi, özünün də zədə almadığını bildirməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) polis tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin (mülki cavabdehin) özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə heyəti cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin (mülki cavabdehin) ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə (oğurluq epizodu üzrə), bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin (mülki cavabdehin) əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə, həmin Məcəllənin 234.1-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-ci maddəsində (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamaya verilən anlayışda “və” bağlayıcısı ilə yanaşı “və ya” bağlayıcısının da işlədilməsi təsadüfi deyildir. Belə ki, oğurluq zamanı götürmə bu sözün birbaşa mənasında mövcud olur: təqsirkar özgənin əmlakını mülkiyyətçinin (və ya başqa qanuni sahibin) sahibliyindən çıxararaq onu faktiki olaraq öz əlinə keçirir. Mülkiyyətçisinin sahibliyindən nə hüquqi, nə də faktiki olaraq çıxmamış, lakin müəyyən yerdə müvəqqəti olaraq nəzarətsiz qoyulmuş əmlakın (məsələn otlağa buraxılmış mal-qaranın) tamah məqsədi ilə götürülməsi talama hesab ediləcəkdir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan edilən psixotrop maddədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı ona elan edilmiş üzrə tam, məhkəmə istintaqında isə qismən təqsirli bilməsi barədə verdiyi ifadələri, habelə zərərçəkmiş şəxs, mülki iddiaçı və şahid ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024cü il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, təqsirləndirilənin istifadəsində olmuş mobil telefon nömrəsinə dair giriş-çıxış zəngləri, anten məlumatlarına baxış keçirilməsi, habelə digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlər, maddi sübut kimi tanınmış psixotrop maddə olan metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 27-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” xx.xx.1988-ci il tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan olmaqla ümumilikdə üç uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan hallardan zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehin əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarından da göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularkən 2024-cü ilin avqust ayının 17-dən 19-na kimi saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bağlı tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2, 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunur. Sözü gedən Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddiaçı Fəhmin Ağayev məhkəməyə, oğurluq hadisəsi nəticəsində ona 1.300 (bir min üç yüz) manat məbləğində dəymiş maddi ziyanın, bununla əlaqədar ödədiyi 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1, 181.1, 181.1.1, 181.1.2, 185, 187 və 354.1-ci maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:- iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 65, 67-68-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən Cinayət-Prosessual Məcəllənin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, oğurluq hadisəsi nəticəsində mülki iddiaçı Fəhmin Ağayevə 1.300 (bir min üç yüz) manat məbləğində dəymiş maddi ziyan və həmin mülki iddiaya görə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu olmaqla, cəmi 1.333 (bir min üç yüz otuz üç) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Fəhmin Ağayevə ödənilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 2,218 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 2,118 qram qalığı məhv edilməli; maddi sübut olan bir baş inəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən DVD disk, "xxxx" MMCdən daxil olmuş CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185, 193, 198, 344-347, 349, 351-354, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin 17 avqust tarixindən həmin ilin 19 avqust tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 avqust 2024-cü il tarixdən hesablansın. Mülki iddiaçı X8 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı qaldırdığı maddi ziyanla bağlı mülki iddia tam təmin edilsin və bununla əlaqədar olaraq oğurluq cinayəti nəticəsində əldə edilmiş bir baş iribuynuzlu heyvanın Fəhmin Ağayevə satılması nəticəsində vurulmuş ziyana görə 1.300 (bir min üç yüz) manat məbləğdə maddi ziyan və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.333 (bir min üç yüz otuz üç) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Fəhmin Ağayevə ödənilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,218 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 2,118 qram qalığı məhv edilsin; bir baş inəyin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən DVD disk, "xxxx" MMC-dən daxil olmuş CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-182/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-182/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver