Məhkəmə qərarları › İş №1(099)-183/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-183/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-183/2023 23.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi – Əmirli Hüseyn Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X2 prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı şifahi qaydada verdiyi vəsatətində ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət əməlinin 23 sentyabr 2022-ci il tarixdə Ucar rayonu ərazisində başa çatmasının qeyd edildiyini göstərərək bu səbəbdən cinayət işinin məhkəmə aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının vəsatətinə etiraz etmədilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 299.3-cü maddəsinin tələbinə görə müəyyən edilmiş ardıcıllığa uyğun olaraq, məhkəmənin hazırlıq iclasında ilkin olaraq məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxılır. Məhkəmə dövlət ittihamçısının verdiyi vəsatətə hüquqi qiymət verilməsi ilə əlaqədar təqsirləndirilən şəxsin təqsirliliyi haqqında məsələni qabaqcadan həll etmədən və işin hallarına ona qarşı irəli sürülmüş ittihamın məzmunu baxımından istinad etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama daxil edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri saxlama və daşıma əməlləri, həmçinin CM-nin 228.1-ci maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma formal tərkibli olmaqla uzanan cinayətdir. Azərbaycan Respublikası CPM-in: 74.1-ci maddəsinə əsasən cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2.1-ci maddəsinin mənasına görə uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunduğuna görə uzanan cinayətin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti onun başa çatdığı yerə əsasən müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, göstərilən qanunvericilik normaları baxımından cinayət işinin məhkəmə aidiyyətinin düzgün həll edilməsi üçün təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə bağlı göstərilmiş əməllərin bitmə anı və yeri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası CM-in 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il, “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il və “Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə uyğun müəyyən edilməlidir. Belə ki, həmin qərarlarda ümumilikdə belə hüquqi mövqe ifadə edilmişdir ki, “uzanan hüquqpozuntuları” konkret olaraq qanunla cəza və ya inzibati tənbeh təhdidi altında müəyyən edilmiş öhdəliklərin əksər hallarda hərəkətsizlik, həmçinin hərəkət formasında yerinə yetirilməməsi və ya pozulması məqamında başlayır, əməlin törədilməsi ilə bitmir, uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir, törədildiyi anda deyil, ya subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında, ya da kənardan müdaxilə nəticəsində dayandırıldığı anda bitir. Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərar və ittiham aktından görünür ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə irəli sürdüyü ittihamda sonuncunun yaşadığı ünvan 1 ünvanında 23 sentyabr 2022-ci il tarixdə saat 23:55-də baxış keçirilən zaman yaşayış evinin həyətində torpağa basdırılmış bir ədəd sellofan torbada külli miqdarda – 2100 qram çəkidə narkotik vasitə qurudulmüş marixuana, 03 ədəd plastik qabda ayrılıqda çəkiləri 440 qram, 220 qram və 235 qram olmaqla ümumilikdə külli miqdarda 895 qram çəkidə narkotik vasitə qurudulmüş marixuana, bir ədəd sellofan torbada 03 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,786 qram, 4,188 qram və 4,111 qram olmaqla ümumilikdə 12,015 qram çəkidə narkotik vasitə qurudulmüş marixuana, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə qurudulmüş marixuananın izləri olan metal qab, bir ədəd sellofan torbada 460 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda – 18,4 qram olan narkotik vasitə metadon dərman preparatları və 5,6 mm kalibrli revolver sistemli yivli odlu silah tapança və 5,6mm kalibrli döyüş sursatı hesab edilən 03 ədəd patron, həmçinin yaşadığı evin eyvanında yerləşən dəmir çənin içərisindən bir ədəd sellofan tobada külli miqdarda 8195 qram çəkidə narkotik vasitə qurudulmüş marixuana aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ucar rayon Polis Şöbəsinə gətirilmiş , 24 sentyabr 2022-ci il tarixdə saat 02:50-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol yan cibindən 04 ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 3,966 qram, 4,222 qram, 3,745 qram və 4,212 qram olmaqla ümumilikdə - 16,145 qram çəkidə narkotik vasitə qurudulmüş marixuana aşkar edilərkə götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilmiş kütlələri saxlama əməlini Azərbaycan Respublikası CPM-in 74.2.1-ci maddəsinə əsasən Ucar rayonu ərazisində başa çatdırmışdır. Azərbaycan Respublikası CPM-in 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə işin göstərilən faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq belə nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun 23 sentyabr 2022-ci il tarixdə Ucar rayonunda yerləşən yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və odlu silah və onun komplekt hissələrini əldə etmə, daşıma və saxlama əməllərini törətdiyi yer kimi göstərilmiş Ucar rayonu Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir. Bu səbəbdən dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işi məhkəmə aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 299.3.5-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılır. X4 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə, X4 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb iş üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 23 yanvar 2023-cü il tarixdə bitdiyini, məhkəmənin bu günki hazırlıq iclasında cinayət işinin məhkəmə aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlindiyini, bu səbəbdən gələcəkdə Şəki Ağır Cinayətlər Məhkəməsində də hazırlıq iclasının keçirilməli olduğunu, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, ağır cinayətlər kateqoriyasına aid olmasını, azadlıqda qalarsa, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi barədə Azərbaycan Respublikası CPM-in 155.1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkəti etməsinə dair ehtimalın kifayət qədər əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətə, yəni 23 fevral 2022-ci il tarixədək uzadılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 74.1, 74.2.1, 75.1, 159.1, 299.3.5 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətə, yəni 23 fevral 2023-cü il tarixədək uzadılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar