Məhkəmə qərarları › İş №1(099)-183/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-183/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-183/2024 18.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1956-cı il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbin direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə, ev 311-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3,179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Xocavənd rayon Təhsil şöbəsi üzrə 02 sentyabr 2002-ci il tarixli 40/34 nömrəli əmrlə Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbin direktoru vəzifəsində təyin olunmaqla 04 aprel 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X17”na və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli və 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X17”na əsasən, ümumi təhsil müəssisəsinin direktoruna aid məktəbin fəaliyyətinin idarə edilməsi, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, pedaqoji şuraya rəhbərlik edilməsi, əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə işlərin aparılması, əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflərin verilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, işçilərə verilən tapşırıqların əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılması və onların icrasına nail olunması, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alınması və müxtəlif xidmətlərin göstərilməsini təşkil edilməsi digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası əlaqədar 6 nəfər müəllim və bir nəfər texniki işçidən aylıq əmək haqqlarından müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb etmiş, ayrı-ayrı şəxslərdən tələbləri icra olunmadığı halda həmin şəxslər barəsində intizam tədbirinin görüləcəyi və daha ağır iş şəraitinin yaradılacağı hədəsi ilə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik yəni, xidməti vəzifələrini lazımi qaydada həyata keçirməyərək pedoqoji kollektiv üzərində nəzarətin lazimi səviyyədə həyata keçirilməməsi müqabilində 2013-cü ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi olan müddətdə məktəbin 2019cu ilin sentyabr ayına kimi fəaliyyət göstərdiyi Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən məktəbin inzibati binasında, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi olan dövr ərzində məktəbin yerləşdiyi Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən məktəbin inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla və cinayətdən xəbərsiz məktəbin sabiq direktor müavini vəzifəsində işləmiş X24 vasitəsi ilə maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitlərini vahid niyyətlə hədə-qorxu tətbiq etməklə istəməklə, həmin niyyətlə, qeyd edilən xidməti otağında müəllimlərdən, o cümlədən, -məktəbin fizika-riyaziyyat müəlliməsi işləyən Şahid8 2013-2019-cu illər ərzində ayda 30 manat olmaqla 54 ay ümumilikdə 1.620 manat, 2019-2022-ci illər ərzində ayda 40 manat olmaqla 25 ay ümumilikdə 1.000 manat olmaqla cəmi 2.620 (iki min altı yüz iyirmi) manat, -məktəbin gənclərin çağırış üzrə rəhbəri işləyən Şahid11 2016-2020-ci illər ərzində ayda 20 manat olmaqla 30 ay ümumilikdə 600 manat, 2019-2021-ci tədris illəri ərzində ayda 35 manat olmaqla 20 ay ümumilikdə 700 manat, 2021-2022-ci illər ərzində ayda 40 manat olmaqla 6 ay ümumilikdə 240 manat olmaqla cəmi 1.540 (bir min beş yüz qırx) manat, -məktəbdə kitabxanaçı işləyən Şahid9 2019-2020-ci illər ərzində ayda 25 manat olmaqla 10 ay ümumilikdə 250 manat, 2020-2022-ci illər ərzində ayda 35 manat olmaqla 17 ay ümumilikdə 595 manat olmaqla cəmi 845 (səkkiz yüz qırx beş) manat, -məktəbdə uşaq gənclər birliyinin rəhbəri işləyən X18 2019-2021-ci illər ərzində ayda 25 manat olmaqla 24 ay ümumilikdə 600 manat, 2022-ci il ərzində ayda 30 manat olmaqla 3 ay ümumilikdə 90 manat olmaqla cəmi 690 (altı yüz doxsan manat), -məktəbdə ibtidai sinif müəllimi işləyən X3 2020-2022-ci illər ərzində ayda 25 manat olmaqla 17 ay cəmi 425 (dörd yüz iyirmi beş manat), -məktəbdə ibtidai sinif müəllimi işləyən Şahid6 2019-2021-ci illər ərzində ayda 45 manat olmaqla 20 ay ümumilikdə 900 manat, 2021-2022-ci illər ərzində ayda 60 manat olmaqla 6 ay ümumilikdə 360 manat olmaqla cəmi 1.260 (bir min iki yüz altmış) manat olmaqla, -məktəbdə tarix müəlliməsi işləyən X4 2021-2022-ci illər ərzində ayda 20 manat olmaqla 7 ay cəmi 140 (yüz qırx) manat olmaqla, ümumilikdə 6 nəfər müəllim və bir nəfər texniki işçidən cəmi 7.520 (yeddi min beş yüz iyirmi) manat məbləğində pul vəsaitini, yəni külli miqdarda maddi neməti vahid niyyətlə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil sahəsində vahid dövlət siyasətinin formalaşması və bu siyasətin həyata keçirilməsi, təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafının təmin edilməsi, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirilməsi və təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin edilməsi məsələlərinə dair vahid tamah niyyətilə qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası əlaqədar 2019-cu ilin avqust ayında Şahid16 direktoru olduğu Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncudan xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid16 Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul etməyə görə 2019-cu ilin avqust ayında Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə yerləşən 311 nömrəli evin həyətinin qarşısında özü üçün birbaşa yolla şəxsən 2.000 (iki min) manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid16 rüşvət qismində təkrarən istəyərək həmin niyyətlə qeyd edilən tarixdə həmin ünvanda özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini sonuncudan rüşvət qismində təkrarən alıb özünün şəxsi ehtiyaclarına sərf edib, aldığı rüşvət müqabilində cinayətkar vədinə əməl etməklə Şahid16 Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə təyin edilməsinə dair xx.xx.2019-cu il tarixli, 16 nömrəli əmr vermiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil sahəsində vahid dövlət siyasətinin formalaşması və bu siyasətin həyata keçirilməsi, təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafının təmin edilməsi, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirilməsi və təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin edilməsi məsələlərinə dair təkrarən tamah niyyətilə qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası əlaqədar 2019-cu ilin sentyabr ayına kimi Beyləqan rayonu, Yuxarı Aran kəndində uyğunlaşmış binada fəaliyyət göstərmiş Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbində kitabxanaçı vəzifəsində işləmiş Şahid9 2019-cu ilin sentyabr ayında Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən yeni tikilmiş inzibati binasına köçdükdən sonra da məktəbin yeni inzibati binasında kitabxanaçı vəzifəsində işinə davam etdirilməsi müqabilində özü sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid9 Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbində kitabxanaçı vəzifəsində işini davam etdirilməsinə icazə verilməsi müqabilində 2019-cu ilin sentyabr ayında Beyləqan rayonu ərazisində salınmış Xocavənd rayonu, 146 ailəlik qəsəbədə yerləşən məktəbin inzibati binasında xidməti otağında özü üçün birbaşa yolla şəxsən 200 (iki yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid9 rüşvət qismində təkrarən istəyərək təkrarən alıb özünün şəxsi ehtiyaclarına sərf edib, aldığı rüşvət müqabilində sonuncunu Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbinə yeni inzibati binasında kitabxanaçı vəzifəsində işləməsini davam etdirmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil sahəsində vahid dövlət siyasətinin formalaşması və bu siyasətin həyata keçirilməsi, təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafının təmin edilməsi, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirilməsi və təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin edilməsi məsələlərinə dair təkrarən tamah niyyətilə qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası əlaqədar artıq keçirilməyəcək dərs saatı hesabına əmək haqqı almasını təmin etmək məqsədi ilə 2021-ci ilin sentyabr ayında Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbində həftəlik 10 dərs saatı tədris edən məktəbin riyaziyyat müəlliməsi Şahid7 həftəlik dərs yükünün artıdırlmasına köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncudan xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni zərurət olmadığı və tədris edilmədiyi halda Şahid7 artıq dərs saatı ilə təmin edilməsi ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Şahid7 Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbində 2021/2022-ci tədris ili ərzində həftəlik dərs yükünün 10 saatdan 14 saata qədər artırılmasına görə 2021-ci ilin oktyabr-noyabr aylarında Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbin inzibati binasında özü üçün birbaşa yolla şəxsən 2019-cu ilin oktyabr ayında 150 manat, həmin ilin noyabr ayında 150 manat olmaqla vahid niyyətlə iki dəfəyə cəmi 300 (üç yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid7 rüşvət qismində təkrarən istəyərək həmin niyyətlə qeyd edilən tarixdə həmin ünvanda özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini sonuncudan rüşvət qismində təkrarən alıb özünün şəxsi ehtiyaclarına sərf edib, aldığı rüşvət müqabilində cinayətkar vədinə əməl etməklə Şahid7 2021/2022-ci tədris ilində həftəlik 10 dərs saatını tədris edilmədiyi halda əlavə 4 dərnək məşğələ saatı yazmaqla həftəlik dərs yükünü 14 saat tədris etməsi barədə xx.xx.2021-ci il tarixli 60 nömrəli vermiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil sahəsində vahid dövlət siyasətinin formalaşması və bu siyasətin həyata keçirilməsi, təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafının təmin edilməsi, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirilməsi və təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin edilməsi məsələlərinə dair təkrarən tamah niyyətilə qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar artıq keçirilməyəcək dərs saatı hesabına əmək haqqı almasını təmin etmək məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı X36 Xocavənd rayonu Təhsil şöbəsi, Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbinə ayrılmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə 2018-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi olan müddətdə məktəbdə işləyən 2 nəfər müəllimin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə, təhvil təslim aktı ilə aldığı mal-materialları öz şəxsi ehtiyaclarına sərf etməklə, evdə təhsilə cəlb olunmuş fiziki cəhətdən sağlamlıq imkanı məhdud bir nəfər şagirdə dərslər tədris edilmədiyi halda və dərsdənkənar məşğələ saatlarının tədris olunmamasına baxmayaraq məktəbin 2019-cu ilin sentyabr ayına kimi yerləşdiyi Beyləqan rayonu, Yuxarı Aran kəndindəki inzibati binasında, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin may ayına kimi məktəbin yeni inzibati binasının yerləşdiyi Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən inzibati binasında şəxsən vahid tamah niyyəti ilə həmin şəxslərin guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirmələri və dərslərin tədris olunmadığı halda dərslərin tədris olunmaları ilə əlaqədar əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları əmək haqqı hesablama cədvəllərinə daxil edib imzaladıqdan sonra Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Xocavənd rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X36nə göndərməsi ilə əlaqədar müəllimlər və texniki işçilərə müxtəlif məbləğlərdə pul vəsaitinin, o cümlədən, -2020/2021-2021/2022-ci tədris illərində rəhbərlik etdiyi məktəbdə faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq adı məktəbdə informatika müəlliməsi kimi rəsimləşdirilmiş X19 qeyd olunan tədris illəri ərzində guya işə gəlməklə 2020/2021-ci tədris illəri üzrə 12 dərs saatını və 60 dərnək məşğələ saatlarını, 2021/2022ci tədris ili üzrə 12 dərs saatını, 72 dərnək məşğələ saatlarını və 30,67 dərsdənkənar məşğələ saatlarını tədris etməsinə dair qeyd olunan tədris illəri üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən inzibati binasında bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Xocavənd rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X36nə göndərməsi ilə əlaqədar Fəridə Balayevanın qeyd olunan dövr üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******9740 nömrəli kart hesabına köçürülmüş 7.802,24 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən Beyləqan rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 7.802,24 (yeddi min səkkiz yüz iki manat iyirmi dörd qəpik) manat məbləğində, -eyni niyyətlə, 2021/2022-ci tədris ilində rəhbərlik etdiyi məktəbdə faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq adı məktəbdə texnologiya müəlliməsi kimi rəsimləşdirilmiş Cavadova (Hüseynova) Cəmalə Asif qızının qeyd olunan tədris ilində guya işə gəlməklə 2021/2022-ci tədris ili üzrə 5 dərs saatını, 66,33 dərnək məşğələ saatlarını və 28 dərsdən kənar məşğələ saatlarını tədris etməsinə dair qeyd olunan tədris illəri üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən inzibati binasında bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Xocavənd rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X36nə göndərməsi ilə əlaqədar Cəmalə Hüseynovanın qeyd olunan dövr üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******3964 nömrəli kart hesabına köçürülmüş 1.556,03 manat məbləğində pul vəsaitinin tərəfindən Ağcabədi və Zərdab rayonları ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 1.556,03 (bir min beş yüz əlli altı manat üç qəpik) manat məbləğində, -eyni niyyətlə, 2021/2022-ci tədris ilində tədris ilində 1 nəfər müəllim dərnək məşğələ saatları tədris edilmədiyi halda qeyd olunan tədris illəri ərzində guya həftəlik ümumilikdə 4 dərnək məşğələ saatının keçirilməsinə dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədəki yeni inzibati binasında biləbilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Xocavənd rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X36nə göndərməsi ilə əlaqədar məktəbin riyaziyyat müəlliməsi Şahid7 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 510307******5483 nömrəli kart hesabına tədris edilməmiş 4 dərnək məşğələ saatına görə köçürülmüş 918 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən Beyləqan rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etməklə 918 (doqquz yüz on səkkiz) manat məbləğində, -eyni niyyətlə, 2018/2019-cu tədris ilində İX sinif şagirdi X5 evdə təhsilə cəlb olunmasını təsdiq edən psixoloji-tibbi-pedoqoji komissiyanın qərarı və dərslərin tədrisinə dair jurnal olmadığı halda məktəbin 4 nəfər müəlliminin həmin tədris ili ərzində tədris edilmədiyi halda həftəlik 9 dərs saatına dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin həmin dövrdə yerləşdiyi Beyləqan rayonu, Yuxarı Aran kəndindəki inzibati binasında bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Xocavənd rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X36nə göndərməsi ilə əlaqədar məktəbin xarici dil müəlliməsi Şahid3 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******0274 nömrəli kart hesabına tədris edilməmiş 2 dərs saatına görə köçürülmüş 383,33 manat, təsviri incəsənət müəlliməsi X1 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******9464 nömrəli kart hesabına tədris edilməmiş 1 dərs saatına görə köçürülmüş 233,31 manat, riyaziyyat müəlliməsi X20 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus istintaqla nömrəsi müəyyən edilməmiş kart hesabına tədris edilməmiş 3 dərs saatına görə köçürülmüş 383,33 manat, informatika müəlliməsi X21 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus istintaqla nömrəsi müəyyən edilməmiş kart hesabına tədris edilməmiş 3 dərs saatına görə 412,50 manat olmaqla cəmi 1.412,47 manat məbləğində pul vəsaitlərinin sonuncular tərəfindən Beyləqan rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırdıqdan sonra məktəbin inzibati binasında ona verdikləri qeyd olunan məbləğlərdəki pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə 1.412,47 (bir min dörd yüz on iki manat qırx yeddi qəpik) manat məbləğində, -eyni niyyətlə, 2018/2019-2021/2022-ci tədris illərində tədris ilində 6 nəfər müəllim dərnək məşğələ saatları tədris edilmədiyi halda qeyd olunan tədris illəri ərzində guya həftəlik ümumilikdə 39 dərnək məşğələ saatının keçirilməsinə dair qeyd olunan dövr üzrə əmək haqqı hesablama cədvəllərinə məktəbin 2019-cu ilin sentyabr ayına kimi yerləşdiyi Beyləqan rayonu, Yuxarı Aran kəndindəki inzibati binasında və 2019-cu ilin sentyabr ayından Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədəki yeni inzibati binasında bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbin möhürü ilə təsdiq etməklə həmin sənədlərin Xocavənd rayon Təhsil şöbəsi və 10 saylı Ərazi X36nə göndərməsi ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Şahid1 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus istintaqla nömrəsi müəyyən edilməmiş kart hesabına tədris edilməmiş 10 dərnək məşğələ saatına görə köçürülmüş 2.618,36 manat, məktəbin digər Azərbaycan dili və ədəbiyyat müəlliməsi X6 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******0589 nömrəli kart hesabına tədris edilməmiş 9 dərnək məşğələ saatına görə köçürülmüş 1.377,96 manat, məktəbin xarici dil müəlliməsi Şahid3 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******0274 nömrəli kart hesabına tədris edilməmiş 6 dərnək məşğələ saatına görə köçürülmüş 1.403,31 manat, məktəbin tarix müəlliməsi Kərimli (Həsənova) Lalə Müzəffər qızının əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******9775 nömrəli kart hesabına tədris edilməmiş 8 dərnək məşğələ saatına görə köçürülmüş 1.410 manat, məktəbin informatika müəlliməsi X8 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus istintaqla nömrəsi müəyyən edilməmiş kart hesabına tədris edilməmiş 2 dərnək məşğələ saatına görə köçürülmüş 480 manat, dərnək rəhbəri Şahid6 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASCyə məxsus 416974******6120 nömrəli kart hesabına tədris edilməmiş 4 dərnək məşğələ saatına görə köçürülmüş 433,35 manat məbləğində pul vəsaitlərinin sonuncular tərəfindən Beyləqan rayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırdıqdan sonra məktəbin inzibati binasında ona verdikləri qeyd olunan məbləğlərdəki pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə cəmi 7.722,98 (yeddi min yeddi yüz iyirmi iki manat doxsan səkkiz qəpik) manat məbləğində, -eyni niyyətlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablama Mərkəzindən “06,07,08,11” yanvar 2021-ci il, “02, 03, 05, 08, 09, 10, 22” fevral 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli, 10 dekabr 2021-ci il tarixli, 21 dekabr 2021-ci il tarixli, 24 dekabr 2021-ci il tarixli və 23 fevral 2022-ci il tarixli təhvil-təslim aktları ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X36ndən və 2019-cu il tarixdə təhvil təslim aktı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf fonundan təhvil aldığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X36nə məxsus olmaqla ümumilikdə dəyəri 14.556,24 manat mal-materialları, o cümlədən qiyməti 140 manat olan və cəmi 280 manat təşkil edən 2 ədəd “24 qarmaqlı divar asılqanı 1500x250x700 mm, laminat”, qiyməti 1.000 manat olan 1 ədəd “Kompüter dəsti/YPS/N=07, kVt”, qiyməti 350 manat olan 1 ədəd “Stolüstü printer A4 (3-ü birində)”, qiyməti 60 manat olan və cəmi 180 manat təşkil edən 3 ədəd “yumuşaq stul 440x460x760 mm”, qiyməti 50 manat olan 1 ədəd “dibçəkaltı dolab 500x390x450 mm”, qiyməti 95 manat olan və cəmi 855 manat təşkil edən 9 ədəd “Kompüter stulu hərəkət edən”, qiyməti 200 manat olan 1 ədəd “Paltar şkafı 800x450x1800 mm”, qiyməti 280 manat olan 1 ədəd “Müşavirə masası 1500x600x800 mm”, qiyməti 280 manat olan 1 ədəd “1 tumbalı konselyariya masası 1400x600x750 mm”, qiyməti 130 manat olan və cəmi 780 manat təşkil edən 6 ədəd “Konselyariya dolabı 900x500x720 mm”, qiyməti 90 manat olan və cəmi 270 manat təşkil edən 3 ədəd “Döşəmə üstü asılqan 500x530x20000 mm”, qiyməti 260 manat olan və cəmi 1.300 manat təşkil edən 5 ədəd “İdman avadanlığı üçün dolab 1050x450x2100 mm, laminat”, qiyməti 180 manat olan və cəmi 360 manat təşkil edən 2 ədəd “Oturacaq 2000x240x300 mm”, qiyməti 350 manat olan 1 ədəd “Gimnastik Beydar (köndələn tirdivaryanı, köndələn tir hündür, parallel tirlər)”, qiyməti 600 manat olan və cəmi 1.200 manat təşkil edən 2 ədəd “Basketbol lövhəsi L-800, H-1200 məşq üçün”, qiyməti 180 manat olan 1 ədəd “İş masası 700x700x850 mm pastlanmayan metaldan”, qiyməti 700 manat olan 1 ədəd “Laboratoriya lövhəsi H-3,0 kVt”, qiyməti 390 manat olan 1 ədəd “Bufet dayağı 500x600x900 mm taxtadan”, qiyməti 8,76 manat olan 1 ədəd “Konik kolba 1400 ml”, qiyməti 8,76 manat olan 1 ədəd “Yastı dibli kolba 100 ml”, qiyməti 120,43 manat olan 1 ədəd “Bərklik şkalası kolleksiyası”, qiyməti 17,52 manat olan 1 ədəd “Termometr maye”, qiyməti 159,83 manat olan 1 ədəd “Plastik qab dəsti”, qiyməti 126,99 manat olan 1 ədəd “Voltmetr rəqəmsal (nümayış üçün)”,qiyməti 687,51 manat olan 1 ədəd “Yüksək gərginlik mənbəyi 30 KV”, qiyməti 330,62 manat olan 1 ədəd “Mikropreparatlar komplekti "ümumi biologiya" (085- T19)”, qiyməti 330,62 manat olan 1 ədəd “Mikropreparatlar komplekti "zoologiya" (085- T19)”, qiyməti 330,62 manat olan 1 ədəd “Mikropreparatlar komplekti "botanika2" (085- T19)”, qiyməti 330,62 manat olan 1 ədəd “Mikropreparatlar komplekti "botanika1" (085- T19)”, qiyməti 330,62 manat olan 1 ədəd “Mikropreparatlar komplekti "anatomiya" (085- T19)”, qiyməti 125,17 manat olan və cəmi 500,68 manat təşkil edən 5 ədəd “Yanğınsöndürən balon”, qiyməti 77,53 manat olan və cəmi 387,65 manat təşkil edən 5 ədəd “İdman üçün qantel”, qiyməti 84,96 manat olan və cəmi 169,92 manat təşkil edən 2 ədəd “Həyət üçün zibil qabı”, qiyməti 106,20 manat olan və cəmi 637,20 manat təşkil edən 6 ədəd “Qlobus”, qiyməti 11,51 manat olan və cəmi 57,55 manat təşkil edən 5 ədəd “Zibil qabı pedal xrom dəmir”, qiyməti 79,65 manat olan və cəmi 159,30 manat təşkil edən 2 ədəd “Təsərrüfat üçün araba”, qiyməti 249,83 manat olan və cəmi 749,49 manat təşkil edən 3 ədəd “Skamya dəmir ayaqlı” və qiyməti 106,55 manat olan 1 ədəd “Tumba” kimi təsərrüfat alətlərini təhvil aldıqdan sonra Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbədə yerləşən Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbin saxlanc otağına yığılmasını təmin etməklə məktəbdə təyinatı üzrə işçilərə və müvafiq sinif otaqlarına paylanışını həyata keçirməli olduğu halda həmin malların təyinatı üzrə istifadə edilməsini həyata keçirməyib müəyyən edilməyən müddətdə qeyd edilən malları bir hissəsini həmin saxlanc yerindən istintaqla müəyyən edilməyən şəraitdə götürərək, eləcə də bir hissəsini istintaqla müəyyən edilməmiş müddətdə və şəraitdə ümumiyyətlə məktəbə gətirilməsini təmin etməməklə öz şəxsi məqsədlərinə uyğun sərf edib, Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X36nə məxsus olmaqla ona etibar edilmiş 14.556,24 manat olmaqla, -qeyd edilən qaydada 3 şəxsin adına olan əmək haqqı kartları üzrə cəmi 10.276,27 manat pul vəsaitinin köçürülməklə həmin şəxslər tərəfindən şəxsi ehtiyaclarına, 7 nəfər şəxsin əmək haqqı kartı və inventar üzrə cəmi 23.691,69 manat məbləğində pul vəsaitini isə öz şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X36nə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 33.967,96 (otuz üç min doqquz yüz altmış yeddi manat doxsan altı qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrılmış vəsaitlərin Xocavənd rayon Təhsil şöbəsinə daxil olan qurumlar üzrə işçilərin əməyinin ödənilməsinə düzgün yönəldilməsinin təmin olunması və hakimiyyət orqanının nüfuzdan salınması ilə əlaqədar qanunla qorunan mənafeyinə təkrarən vahid niyyətlə mühüm zərər vurmaqla vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid tamah niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2002-ci il tarixdən 2022-ci ilədək Xocvənd rayonu Qaradağlı kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 2019-cu il tarixədək xidməti fəaliyyətində heç bir töhməti olmamışdır. Həmin məktəb Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yerləşirdi. 2019-cu ildə Xocavənd rayonu ərazisində yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Məktəb həmin binaya köçürülmüşdür. 3 il orda işləmişdir. İşlədiyi müddət ərzində kollektivlə münasibəti yaxşı olmuşdur. 2021-ci ilin noyabr ayında yaşa görə təqaüdə çıxmışdır. Keçmiş təhsil şöbəsinin müdiri Umudvar müəllim onu yanına çağırıb 3 min manat tələb edərək bir il müqavilə ilə işləyə biləcəyini bildirmişdir. 3 min manat pulu Umudvara vermiş, bundan sonra ona sms gəlmişdir ki, təqaüdə çıxmalısan. 2021-ci ilin noyabr ayında Bakı şəhərinə - Təhsil Nazirliyinə çağırılmışdır. Orada onu və müxtəlif rayonlardan gələn 35 nəfəri qəbul etmişlər. Onu da çağırıb sənədə qol çəkdirmişlər. Orada ona bildirdilər ki, pandemiyaya görə işdən çıxarılmır, vəzifəsində saxlanılır. 2022-ci ilin 30 avqust ayınadək olan müqaviləyə qol çəkmişdir. Sonra 2022-ci ilin may ayında xəstəliyi ilə əlaqədar bir həftəlik xəstəxanada yatmışdır. Bir həftənin sonunda Umudvar iki dəfə onun yanına gəlib demişdir ki, ərizəni yazıb işdən çıxmalısan. Umudvara etiraz edərək Təhsil Nazirliyi tərəfindən vəzifədə saxlanıldığını deyərək etirazını bildirmişdir. Umudvar ona demişdir ki, əgər ərizəni yazıb işdən çıxmasan bütün müəllimləri üstünə qaldıracam. Ümüdvardan 3 min manat pulunu tələb etmişdir. Məcbur olub işdən çıxmaq haqqında ərizəsini yazmışdır. Sonra Umdvar onu otağına çağırmış, ərizəsini ona təqdim etmiş və ondan pulunu tələb etmişdir. Umudvarın stolunun üstündə müəllimlərin adları olan kağazın surətini çıxarıb özündə saxlamışdır. Otaqdan çıxanda həmin müəllimlərin otağın qarşısında olduğunu gördüm. Bundan sonra bütün orqanlara Umudvardan şikayət etmişdir ki, aldığı pulu qaytarsın. Həç kəsdən işə gəlməməyə və və ya işə qəbula görə pul almamış, pul mənimsəməmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, hazırda 68 yaşı var, 1988-ci ildən 1992-ci ilədək Qaradağlı kəndinin erməni quldurlarından müdafiəsində fəal iştirak etmiş, özü İİ qrup əlildir, müharibə veteranıdır, ürək xəstəliyindən əziyyət çəkir, qardaşları Talıb və Tapdıq Qaradağlı hadisələri zamanı 1992-ci ildə ermənilərə əsir düşmüşlər, sonradan dövlət xətti ilə qardaşları əsirlikdən azad olunmuş, qardaşı Tapdıq işgəncələr nəticəsində aldığı xəsarətlərdən sonradan vəfat etmişdir. Bundan başqa, kənd sakini Xudayat Tağıyevin erməni əsirliyindən azad olunmasında iştirak etmişdir. Arvadı şəhid ailəsidir. Arvadının anasını və qardaşını ermənilər 1992 –ci ildə əsir götürərək dirikən yandırmışlar. Dövlət vurulmuş ziyanı tərəfindən tam ödəmişdir. Hazırda Beyləqan rayonu ərazisində olan Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə məskunlaşmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri məhkəmə baxışı zamanı dindirilmiş çoxsaylı şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən bu günə kimi Xocavənd rayonu, Qaradağlı tam kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Məktəbin direktoru 2021-ci ilədək Təqsirləndirilən şəxs olmuşdur. Məktəbdə tərəfindən dərnək məşğələləri keçirilməsə də, Təqsirləndirilən şəxs təzyiqi nəticəsində jurnallar onun tərəfindən yazılmışdır. Həmin dərnək məşğələlərinə görə kartına köçürülmüş bütün pul vəsaitlərini çıxararaq Təqsirləndirilən şəxs tələbinə uyğun olaraq sonuncuya xidməti otağında vermişdir. Təqsirləndirilən şəxs direktor vəzifəsindən azad olunduğu vaxtadək heç bir dərnək məşğələsi keçməmiş, ondan sonra hazırkı vaxtadək dərnək məşğələləri keçirilmiş, əmək haqqlarını da özü alır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin yay aylarında Xocavənd rayonu Qaradağlı kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuş, hazırda da həmin vəzifədə işləyir. Məktəbin direktoru Təqsirləndirilən şəxs ona adına dərnək açılaraq həmin dərnəklərin tədris edilməyəcəyini, müəllim heyətinə aid olmadığını, direktora aid olduğunu və dərnək dərslərinə görə əmək haqqına əlavə olunacaq pulu ona verməli olduğunu bildirmiş, o, da ilk iş yeri olduğuna görə bu məsələ ilə bağlı məlumatsız olduğundan dərnəyin açılmasına razılıq vermiş və aylıq olaraq təxminən 40 manat miqdarındakı əmək haqqına əlavə köçürülən pulu Təqsirləndirilən şəxs vermişdir. Bu hal 2021-ci ilin dekabr ayınadək davam etmişdir. Bundan sonra dərnək saatlarından imtina etmiş və ona aylıq pul köçürülməmişdir. Bundan başqa, 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onun dərs saatlarının özündə saxlanılması üçün, başqa müəllim gətirilməsi ilə bağlı vakansiya çıxarılmaması üçün 350 manat pul verməli olduğunu bildirmiş, o, da maddi vəziyyətinin aşağı olmasına görə dərs saatlarının azaldılmaması üçün Təqsirləndirilən şəxslə razılaşmışdır. X64 diş həkimi olduğundan həmin ərəfədə Təqsirləndirilən şəxs arvadına protez dişlərinin düzəldilməsinin məbləği 200 manat olduğuna görə həyat yoldaşı həmin pulu Təqsirləndirilən şəxs almamış, üstəlik olaraq Təqsirləndirilən şəxs 100 manat pul vermişdir. Bundan sonra dərs saatları özündə saxlanılmışdır. Həftəlik olaraq 22-23 dərs saatı olmuşdur. Aylıq olaraq adına açdığı dərnək dərslərinə görə əmək haqqına əlavə olaraq köçürülən 40 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu vermədikdə bəzən sinif jurnallarında olan kiçik və aradan qaldırıla bilən texniki xətaları olduqda, gündəlik saat 08:00-da olmalı olduqları halda bəzən dərsə 5-10 dəqiqə şəxsi problemlərlə əlaqədar gecikdiyi halda Təqsirləndirilən şəxs onları böyüdərək problemə çevirmiş, qeyd etdiyi pulu verdikdə həmin xətalara göz yummuş, həmçinin Təqsirləndirilən şəxs direktor olduğu dövrdə iş saatı 16:00-dək olsa da, həmişə dərsi bitdikdən yarım saat sonra məktəbdən çıxaraq evə gedə bilmişdir. Təqsirləndirilən şəxs direktor olduğu müəyyən dövrlər ərzində iş saatı hər kəs üçün 16:00-17:00 aralığında olmuş, aylıq olaraq pulu hər kəs verdikdə həmin iş saatı qısalmış və hər bir müəllim dərsini bitirdikdən sonra məktəbi tərk edərək tez evə getmişdir. Buna görə də, artıq problemlər yaşamamaq üçün həmin pulu məcburən ona vermiş, pulu vermədikdə Təqsirləndirilən şəxs dərs saatlarını azaldaraq digər müəllimlər arasında bölüşdürəcəyi ilə onu hədələmişdir. 2021-2022-ci tədris ili ərzində İnformatika müəllimi Fəridə xanım, Texnologiya müəllimi Cəmalə xanım dərsə gəlmədiyi halda onlardan müvafiq məbləğlərdə pul almış, həmçinin Fəridə müəllimlə söhbət zamanı aylıq əmək haqqının çox hissəsini və yol pulu üçün nəzərdə tutulmuş məvacibi Təqsirləndirilən şəxs verdiyini söyləmişdir. Həmin müəllimlər məktəbə gəlmədiklərinə görə dərsləri boş keçmiş, buna görə valideynlər şikayət etmişlər. Bir dəfə Təqsirləndirilən şəxs həmin jurnalları yazmasını ona demiş, lakin o, etiraz edərək özlərinin gəlib yazmalarını bildirmişdir. Müəllimlərə aid olan jurnallar həmin müəllimlər tərəfindən 2-3 aydan bir məktəbə gələrək yazılmışdır. Təqsirləndirilən şəxs bu hərəkətlərindən, yəni müxtəlif vaxtlarda əmək haqqından pul almasından bezərək 2022-ci ilin may ayında kollektiv şəkildə ərizə ilə Təhsil Nazirliyinə müraciət etmiş, qeyd edilənlər araşdırılmış, 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs işdən azad edilmişdir. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından etibarən dərnək saatları yazıldıqdan sonra aylıq 40 manata yaxın əmək haqqına əlavə olaraq köçürülən pulu Təqsirləndirilən şəxs vermiş, 2021-ci ilin mart ayında dərnəklərin yazılması dayandırılmış, lakin 2021-ci ilin sentyabr ayında məcburi olaraq adına dərnək dərsləri yazılmış, həmin ilin dekabr ayında onunla kobud davrandığına, mütəmadi olaraq iş rejimini çətinləşdirdiyinə görə dərnək dərslərindən imtina etmişdir. Məktəbdə ümumi olaraq Təqsirləndirilən şəxs danışıqları olan səs yazılarının yazılması və həmin səs yazılarının araşdırmaya verilməsi ilə bağlı məlumatı olmuş, həmçinin bu barədə məlumatı olduqdan sonra müəllimlərdən soruşduqda həmin xüsusati təsdiq edərək Təqsirləndirilən şəxs müəllimlərdən pul tələb etməsini təsdiq etmək üçün səs qeydlərini yazdıqlarını bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Xocavənd rayon Qaradağlı kənd orta məktəbində İngilis dili müəllimi işləyir. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq onun adına dərnək dərslərinin yazılacağını, həmin dərslərin keçirilməyəcəyini, həmin dərslər müqabilində əmək haqqına əlavə olaraq köçürüləcək 40-60 manat miqdarındakı pulu ona verməli olduğunu demiş, bu barədə məlumatı və təcrübəsi olmadığına görə onunla razılaşmışdır. 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək həftəlik 2-3 saat dərnək dərsləri onun adına yazılmış, həmin müddət ərzində 40-60 manat miqdarındakı pulu əmək haqqı kartı əri Şahid4 olduğuna görə Təqsirləndirilən şəxs pulu o vermişdir. 2020-2021-ci tədris ili başladığı dövrdə yenidən Təqsirləndirilən şəxs ona dərnək saatlarının yazılmalı olduğunu bildirmiş, lakin həmin il dərs saatları təxminən 34 saat oduğuna görə bununla razılaşmamış, 2021-ci ilin oktyabr ayından bir illik analıq məzuniyyətinə çıxmış və 2023-cü ilin fevral ayında məzuniyyətdən qayıtmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs işdən azad olmuşdur. Bundan başqa, evdə təhsilə cəlb olunmuş Lətafət Məmmədovaya dərs keçməmiş, buna görə əmək haqqı kartına ödənilmiş pul vəsaitini özü çıxardıb Təqsirləndirilən şəxs vermişdir. Xarici dil dərnəyinə görə dərs tədris etməmiş, dərslər keçirilməmiş, lakin jurnalları yazmışdır. Dərslərin keçirilməməsinə baxmayaraq əmək haqqı kartına pullar köçürülmüş, hər dəfə dərslərin keçirilməməsinə baxmayaraq həmin dərslərə görə kartına köçən pul vəsaitlərini İngilis müəllim özü ondan almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, arvadı Şahid3 2018-ci ildə Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbində İngilis dili müəllimi kimi işlədiyi vaxtdan həmin məktəbin direktoru Təqsirləndirilən şəxs tanımışdır. 2018-ci ilin sentyabr ayında arvadı Ayna işə başladığı zaman məktəb direktoru Təqsirləndirilən şəxs arvadının adına dərnək dərslərinin yazılacağını, lakin dərslərin keçirilməyəcəyini və həmin dərslər müqabilində əmək haqqına əlavə olaraq köçürüləcək 40-60 manat miqdarındakı pulu sonuncuya verməli olduğunu bildirmiş, arvadı da razılaşmışdır. 2018-2020-ci tədris illəri ərzində Təqsirləndirilən şəxs Beyləqan şəhərinə gələrək əsasən bazar ətrafında onunla görüşmüş, o, da aylıq olaraq 60 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin sentyabr ayından sonra yoldaşına dərnək yazılmadığından, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. O, dərnəklə bağlı Təqsirləndirilən şəxs pul vermişdir. Təqsirləndirilən şəxs aylıq olaraq verdiyi 60 manat pulu nəğd şəkildə əlbəəl formada vermiş, elektron və ya hər hansı digər üsuldan istifadə etməmişdir. Pul verərkən yanında heç kim olmamışdır. Həyat yoldaşı Şahid3 əmək haqqı kartı onda olduğundan hər ayın sonunda pulu özü Beyləqan şəhərində yerləşən "xxxx"-a məxsus bankomatlardan çıxarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, 2018-ci ildən hal hazıradək Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbində tarix müəlliməsi işləyir. Yaşadığı Beyləqan rayonu Dünyamalılar kəndindən işlədiyi Xocavənd rayonu Qaradağlı kənd orta məktəbinə bir saatlıq məsafə olduğuna görə 2019/2020-ci ilin tədris ili başladıqdan sonra Təqsirləndirilən şəxs ona hər gün birinci dərs saatına gecikdiyi üçün gecikdiyi saatlara görə əmək haqqından tutulacağını bildirmişdir. Buna görə də, Təqsirləndirilən şəxs üzrlü səbəbə məhəl qoymayaraq birinci dərs saatına gələ bilmədiyinə görə həmin dərslərin ikinci dərs saatlarına salması qarşılığında ondan 50 manat pul tələb etmişdir. Məktəbdə dərslər 08:00-da başlamasına baxmayaraq saat 08:40-08:45-də məktəbə gəlib çıxa bilmişdir. Təqsirləndirilən şəxslə əmək haqqından məvacibin tutulmaması üçün razılaşmış və ona 50 manat pulu vermişdir. Təqsirləndirilən şəxs onun və digər müəllimlərin də adlarına dərsdən sonra məşğələ - dərnəklər açaraq həmin dərnəklərə görə aylıq əmək haqqına köçürülən 50-60 manat aralığındakı pulları ona vermələrini, lakin həmin məşğələləri keçməyəcəklərini demişdir. Həmin dərnəklərin adına yazılmasını istəmədiyi təqdirdə dərs saatlarının yenidən birinci saata salacağını söyləmişdir. Bu səbəbə görə adına dərnəyin yazılmasına etiraz etməmiş və aylıq olaraq dərnək üçün ayrılmış məvacibi Təqsirləndirilən şəxs göstərişi ilə Hətəmxan Şirinova vermişdir. 2020-2021-ci tədris ili başlayan zaman Təqsirləndirilən şəxs dərs cədvəllərinə baxaraq həftənin 5 günü dərslərinə görə gəlməli olduğunu, lakin dərs saatlarını sıxlaşdıraraq 4 gün gəlməsi üçün aylıq 20 manat verməli olduğunu bildirmiş, o, da yaşadığı evdən məktəbə məsafə uzaq olduğuna və gəlməklə bağlı çətinlik çəkdiyinə görə həmin təkliflə razılaşmış və aylıq olaraq dərnəklərə görə əmək haqqına əlavə olaraq köçürülmüş 60 manatla birgə əmək haqqından da 20 manat olmaqla, ümumilikdə 80 manat pulu 2022-ci ilin aprel ayınadək Hətəmxan Şirinova vermişdir. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək isə həftəlik 5 günlük dərs cədvəlini 4 günə yığmaq üçün əlavə olaraq 20 manat pul verməsini demiş, o, da dərsləri olduğu 4 gün müddətində gələrək dərslərini keçmiş, digər günlərdə dərsləri olmadığına görə məktəbə gəlməməsinə icazə vermişdir. 2022-ci ilin may ayında kollektiv şəkildə Təqsirləndirilən şəxs ərizə ilə Təhsil Nazirliyinə müraciət etmiş, qeyd edilənlər nazirlikdə araşdırılmış 2022-ci ilin iyun ayında İngilis müəllim işdən azad edilmişdir. X31 əlavə olaraq ifadəsində göstərmişdir ki, 2019/2020-ci tədris ilində ona 2 saat tarix dərnəyinin tədrisinə görə 408 manat, 2021/2022-ci tədris ilində 3 saat tarix dərnəyinin tədrisinə görə 504,69 manat əmək haqqı ödənilsə də, o, həmin dərnəkləri tədris etməmişdir. Yaşadığı ünvan məktəbdən uzaq olduğuna görə dərnək məşğələlərini götürmək istəməmiş, əsasən birinci dərsdən sonrakı dərs saatlarında dərs tədris etmişdir. İngilis müəllim ona adına dərnək məşğələlərin yazılmasına razılıq verməsini, əks halda onun dərslərini birinci dərsə salacağını bildirdiyindən, məcbur olub razılaşmış və onun adına qeyd olunan saatlarda dərnək məşğələləri salınmışdır. O, dərnək məşğələlərini keçməmiş, onun əmək haqqı kartına buna görə köçmüş qeyd olunan məbləğlərdə pul vəsaitlərini İngilis müəllimin tələbinə uyğun olaraq kartdan çıxardıb şəxsən xidməti otağında İngilis müəllimin özünə, çox vaxtı isə məktəbin direktor müavini Hətəm müəllimə vermiş, Hətəm müəllim də aparıb direktor İngilis müəllimə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 1998-ci ildən hal hazıradək Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Həmin müddətdə məktəbi direktoru Təqsirləndirilən şəxs olmuşdur. 2021-2022-ci il tədris ili başlayandan sonra Təqsirləndirilən şəxs onun dərs saatlarını müəyyən etdikdən sonra ondan aylıq 60 manat pul istəmiş, sonuncu həmin pulu Təhsil şöbəsində olan vəzifəli şəxslərdən birinə verəcəyini bildirmişdir. O, da razılaşıb ay sonunda əmək haqqını alan zaman maaşından 60 manat ayıraraq Təqsirləndirilən şəxs xidməti iş otağına gedərək pulu sonuncuya vermişdir. Bu hal 2022-ci ilin mart ayına qədər davam etmişdir. Təqsirləndirilən şəxs dərs vaxtı gecikməklə bağlı, digər uşaqların yanında uca səslə danışaraq onu bezdirmiş, dərsi yaxşı tədris etmədiyini, onu işdən çıxaracağı ilə hədələmişdir. Təqsirləndirilən şəxs bu hərəkətlərindən bezərək aylıq əmək haqqından 60 manat ayıraraq ona verməli olmuşdur. Təqsirləndirilən şəxs aylıq təyin etdiyi 60 manat məbləğində pulu vermədikdə bəzən sinif jurnallarında olan kiçik texniki səhvləri, gündəlik işdə 08:00-da olmalı olduqları halda bəzən dərsə 5-10 dəqiqə şəxsi problemlərlə əlaqədar gecikdikdə, onları böyüdərək problemə çevirmişdir. Təqsirləndirilən şəxs direktor olduğu müddətdə iş saatı hər kəs üçün 16:00-17:00 aralığında olmuş, aylıq olaraq pulu hər kəs verdikdə həmin iş saatı qısalmış, hər bir müəllim dərsini bitirdikdən sonra məktəbi tərk edə bilmiş, buna şərait yaratmışdır. Buna görə də, problemlər yaşamamaq üçün həmin pulu məcburən ona vermiş, pulu vermədikdə dərs saatlarını azaldaraq digər müəllimlər arasında bölüşdürəcəyini demişdir. O, 2019-2021-ci illər ərzində aylıq olaraq 45 manat, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək 60 manat Təqsirləndirilən şəxs pul vermiş, aylıq olaraq verdiyi pulu 45 manatdan 60 manata artırmasına səbəb onun aylıq əmək haqqının çox olması olmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətlərindən bezərək 6 nəfər kollektiv şəkildə ləğv edilmiş Xocavənd rayon Təhsil Şöbəsinə müraciət etmişlər, 2022-ci ilin iyun ayında İngilis müəllim işdən azad edilmişdir. Xocavənd rayon təhsil şöbəsinin müdiri Ümidvar Məmmədova ünvanladıqları xx.xx.2022-ci il tarixli ərizəni o, Əfruz müəllimə, Telli Mustafayeva, Şahid9 və Şahid8 ilə birlikdə öz təşəbbüsləri ilə yazmışlar, ona və ya digər müəllimlərə hər hansı təzyiq edilməmiş və ərizə yazmağa məcbur edilməmişlər. Təqsirləndirilən şəxs 2019-2021-ci tədris illəri ərzində 45 manat, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək 60 manat miqdarında pul vermiş, hər tədris ilinin əvvəlində Təqsirləndirilən şəxs müəllimlərin dərs cədvəlini hesablayıb aylıq olaraq 20-60 manat aralığında pul tələb edərək almış, o, da həmin pulları vermişdir. Həmin müddətlərdə Təqsirləndirilən şəxs pulu nağd formada vermişdir. Məktəbin birinci mərtəbəsində yerləşən 4-cü otaqda həmin dövrdə İ sinif şagirdlərinə dərs tədris etdiyi zaman Təqsirləndirilən şəxs otağa gələrək pulu soruşmuş, o, da Təqsirləndirilən şəxs otağında olmadığına görə Hətəmxan Şirinovun pul yığdığını bildiyi üçün onun otağına gedib pul vermək istədiyini, lakin otağında olmadığını demiş, bundan sonra Təqsirləndirilən şəxs həmin 60 manat pulu onun özünə verməli olduğunu bildirmiş, o, da həmin pulu Təqsirləndirilən şəxs vermişdir. X51 heç bir zaman borcu olmamış, səs yazısında qeyd olunan 60 manat məbləğində pul aylıq olaraq Təqsirləndirilən şəxs verdiyi puldur, hər ay Təqsirləndirilən şəxs maaş köçdüyü gün dərs tədris etdiyi zamanda belə gələrək həmin pulun verilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Xocavənd rayon Qaradağlı kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. Məktəbin direktoru Təqsirləndirilən şəxs olmuşdur. 05 may 2022-ci il tarixdə bir neçə müəllimlərlə birlikdə Xocavənd rayon Təhsil şöbəsinin müdiri Ümidvar Məmmədova ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs aylıq onlardan pul tələb edib aldığını bildirmişlər. Belə ki, 2021-2022-ci il tədris ili başlayandan sonra məktəbin direktoru Təqsirləndirilən şəxs onun dərs cədvəlinə baxıb aylıq dərs saatlarını müəyyən etdikdən sonra ondan 60 manat pul istəmiş, sonuncu həmin pulu Təhsil şöbəsində olan vəzifəli şəxslərdən birinə verəcəyini bildirmiş, həmin vaxt o, Təqsirləndirilən şəxslə razılamış, 2022-ci ilin mart ayına kimi hər ayın sonunda əmək haqqını alan zaman 60 manat ayıraraq xidməti iş otağına gedərək həmin pulu sonuncuya vermişdir. 2013-cü ildən 2019-cu ilə qədər məktəbdə 12 saat Fizika dərsi tədris etmiş, aylıq əmək haqqı təxminən 300 manat olmuş, həmin puldan da hər ay üçün 30 manat olmaqla Təqsirləndirilən şəxs vermiş, 2019-cu ildə vəzifəsi dəyişdirilərək Qaradağlı kənd orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, həmçinin məktəbdə fizika dərsi üzrə tədris etmiş, əmək haqqı 890 manat olduğuna görə Təqsirləndirilən şəxs ondan 50 manat aylıq istəsə də, sonuncuya 40 manat vermiş, Təqsirləndirilən şəxs tələbinə əsasən 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına kimi ayda əmək haqqından 60 manat pulu nağd qaydada Təqsirləndirilən şəxs vermişdir. O, pulu Təqsirləndirilən şəxs xidməti otağında vermişdir. Təqsirləndirilən şəxs barəsində olan ərizəni könüllü olaraq yazmışdır. Təqsirləndirilən şəxs pul vermədikdə sonuncu sinif jurnallarında olan xırda bir nöqsanı, habelə işə 5-10 dəqiqə işə gecikdiyi halda bütün bunları böyüdərək bir həll olunmayan problemə çevirirdi, onunla hamının yanında kobud davranırdı. Təqsirləndirilən şəxs bu hərəkətləri onu bezdirirdi. Lakin onun tələb etdiyi pulu verdikdə o, bütün bunlara göz yummuş, bəzi hallarda icazə aldıqda da işdən tez çıxmağa ona icazə vermişdir. Təqsirləndirilən şəxslə qeyd etdiyi hallar üzrə problem olmaması üçün məcbur olub onun tələb etdiyi pulu vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2006-cı ildən Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində kitabxanaçı, sonra isə kitabxana müdiri vəzifəsində işləyir. Məktəbin direktoru Təqsirləndirilən şəxs olmuşdur. 2019 -cu ildə tədris ili başlayandan sonra Təqsirləndirilən şəxs ondan heç bir səbəb olmadan 25 manat, 2020-ci ildə isə 35 manat pul istəmiş, özünün deməsinə görə həmin pulu Təhsil şöbəsində olan vəzifəli şəxslərin birinə çatdırmalı idi. Onunla razılaşmış və ay sonunda maaşından qeyd olunan məbləği ayıraraq Təqsirləndirilən şəxs xidməti iş otağına gedib 25 manat, daha sonra qeyd etdiyi tarixdən 35 manat məbləğində pulu sonuncuya vermişdir. Bundan əlavə, 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ondan 200 manat pul tələb etmiş, o, da məcbur qalaraq ona tələb etdiyi pulu vermişdir. Bu hal 2022-ci ilin aprel ayına qədər davam etmişdir. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək Təqsirləndirilən şəxs göstərişinə əsasən ona verdiyi pulları hər ay müavini olmuş Hətəmxan Şirinova vermişdir. Təqsirləndirilən şəxs pul vermədikdə sonuncu onu işdən çıxaracağı ilə hədələmiş, müəllimlərin heç birini kitabxanaya daxil olmağa, həmçinin özünün də kitabxanadan çıxmağa icazə verməmiş, işə 5-10 dəqiqə işə gecikdiyi halda bütün bunları böyüdərək bir həll olunmayan problemə çevirirdi, onunla hamının yanında kobud davranırdı. Təqsirləndirilən şəxs bu hərəkətlərindən bezmişdir. Buna görə də aylıq əmək haqqından 2019-2020-ci tədris ilində 25, 2020-2022-ci illərdə 35 manat ayıraraq sonuncuya vermişdir. Təqsirləndirilən şəxs aylıq pulunu verdikdə o, həmin xətalara göz yummuş, həmçinin, Təqsirləndirilən şəxs direktor olduğu dövrdə iş saatı 16:00-dək olsa da bəzən ailə vəziyyəti ilə və ya şəxsi problemlərlə əlaqədar işdən tez çıxmaq üçün icazə verib şərait yaratmışdır. 2022-ci ilin may ayında digər işçilərlə birlikdə kollektiv şəkildə ərizə ilə Təhsil Nazirliyinə müraciət etmiş, qeyd edilənlər araşdırılmış və 2022-ci ilin iyun ayında İngilis müəllim tutduğu vəzifədən azad edilmişdir. Pulu o, və həyat yoldaşı Təqsirləndirilən şəxs nağd formada vermişdir. Pulu onun xidməti otağında əlbəəl vermişdir. Bundan başqa, 2019-cu il tarixdə Xocavənd rayonu 146 ailəlik qəsəbədə yeni tikilmiş Qaradağlı kənd tam orta məktəbi üçün nəzərdə tutulmuş məktəbə köçdüyünə görə orada işləmək üçün Təqsirləndirilən şəxs ondan 200 manat tələb etmiş, vermədiyi təqdirdə problem yaradaraq işləməyə imkan verməyəcəyini, işdən çıxaracağı ilə hədələmişdir. Məcbur olub 200 manatı Təqsirləndirilən şəxs xidməti otağında ona vermişdir. 200 manatı vermədiyi 1-2 gün ərzində onun vəzifəsinə öz qardaşı arvadı Şahid10 qeyri rəsmi formada kitabxanaçı təyin etmiş, 200 manat pulu verdikdən sonra kitabxanaçı kimi işinə davam etmişdir. Şahid9 əlavə olaraq göstərmişdir ki, “WhatsApp Audio 2023-03-13 at 10.24.05” adlı səs yazısındakı kişi səsli şəxs Hətəmxan Şirinov, digər iki nəfər qadın səsli şəxslərdən biri o, digəri isə ibtidai sinif müəllimi Telli Mustafayevaya məxsus olmuş, həmin səs yazısı onun tərəfindən məktəbin kitabxanasında olduqları zaman yazılmış, lakin hansı tarixdə olmasını xatırlamır. Məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs işçilərdən pul yığmasını ifşa etmək məqsədilə səsi yazmışdır. Səs yazısında “Hətəm müəllim, üstümdə yox idi qızlardan düzəltdim verdim, qızlardan düzəltdim indi kartı var” ifadələrini işlətməkdə məqsədi, həmin vaxt əmək haqqı almadığına görə iş yoldaşlarından borc alaraq ümumilikdə hər ay verdiyi 35 manat pulu vermiş, Təqsirləndirilən şəxs əmək haqqını almağını gözləmədiyinə görə məcbur olaraq borc götürüb aylıq pulu Təqsirləndirilən şəxs vermişdir. X40 Tağıyevin göstərişi əsasında məktəb kollektivindən pul yığmış, həmin pullardan Təqsirləndirilən şəxs Hətəmxan Şirinovun deməsinə görə sonuncuya da müəyyən miqdarda vermiş, buna görə də Hətəmxan Şirinov aylıq pulların birbaşa Təqsirləndirilən şəxs deyil, ona vermələrini məsləhət görmüşdür. “WhatsApp Audio 2023- 03-13 at 10.24.07” adlı səs yazısındakı kişi cinsli şəxs Təqsirləndirilən şəxs, qadın səsi ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə Hətəmxan Şirinova “Gülbənizdən, bir də Elvindən pul almayın” demiş, lakin Hətəmxan Şirinov ona hər bir halda aylıq təyin edilmiş pulu Təqsirləndirilən şəxs ondan tələb etdiyini, pulun verilməli olduğunu demiş, o, da Hətəmxan Şirinova vermişdir. Pulu 2021-ci ilin sentyabr ayınadək Təqsirləndirilən şəxs özünə, 2021-ci ilin sentyabrından 2022-ci ilin aprel ayınadək Hətəmxan Şirinova vermişdir. Təqdim edilmiş səs yazısında aylarla, illərlə gəlməyənlər dedikdə məktəbin İnformatika müəllimi Fəridə Balayeva və Texnologiya müəllimi Hüseynova Cəmaləni nəzərdə tutmuş, həmin şəxslər məktəbə gəlməmiş, bunun müqabilində aylıq olaraq Təqsirləndirilən şəxs həmin şəxslərdən pul almış, Hətəmxan Şirinovdan eşitdiyinə görə Fəridə Balayevanın əmək haqqı kartı Təqsirləndirilən şəxs olmuş, onun əmək haqqını özü çıxarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, hazırda Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbində kimya fənni üzrə laborant vəzifəsində işləyir. 2019-cu ilin avqust ayında kitabxanaçı Şahid9 işə gəlmədiyi üçün Təqsirləndirilən şəxs göstərişi ilə onu bir ay əvəz etmişdir. Daha sonra Şahid9 işə qayıtdığına görə həmin vəzifəni sonuncu icra etməyə başlamış, həmin vəzifəni şifahi olaraq icra etmiş və əmək haqqı almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən bu günə kimi Xocavənd rayon Qaradağlı kənd orta məktəbində gənclərin çağırışa qədər hazırlıq üzrə rəhbəri vəzifəsinə təyin edilmiş, hazırda da həmin vəzifədə işləyir. 2016-cı ilin oktyabr ayında məktəbin direktoru Təqsirləndirilən şəxs heç bir səbəb bildirmədən ondan 20 manat tələb etmiş, o, da həmin pulu 2019-cu ilin sentyabr ayınadək vermişdir. Sonradan əmək haqqı müəyyən miqdar artdığından aylıq məbləğ olaraq 35 manat tələb etmiş və həmin pulu aylıq olaraq vermişdir. 2021-2022-ci tədris ili başlayandan sonra məktəbin direktoru Təqsirləndirilən şəxs saat 14:00 radələrində işdən çıxmaq üçün şərait yaratması müqabilində ondan 40 manat pul istəmiş, 2022-ci ilin mart ayınadək aylıq olaraq 40 manat pulu Təqsirləndirilən şəxs şəxsən özünə vermiş, aylıq olaraq nə üçün qeyd olunan məbləğlərdəki pulları tələb etdiyini soruşduqda sonuncu həmin pulu Təhsil şöbəsində olan vəzifəli şəxslərdən birinə verəcəyini bildirmişdir. Bu hal 2022-ci ilin mart ayına qədər davam etmişdir. Təqsirləndirilən şəxs direktor olduğu müəyyən dövrlər ərzində iş saatı hər kəs üçün 16:00-17:00 aralığında olmuş, aylıq olaraq pulu hər kəs verdikdə həmin iş saatı qısalmış və hər bir müəllim dərsini bitirdikdən sonra məktəbi tərk edə bilmiş, buna şərait yaratdığından problemlər yaşamamaq üçün həmin pulu məcburən vermişdir. 2016-2019-cu tədris illəri ərzində hər ay üçün 20 manat, 2019- 2021-ci tədris illəri ərzində isə 35 manat, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək 40 manat olmaqla Təqsirləndirilən şəxs vermiş, aylıq olaraq verdiyi pulun 20 manatdan 40 manata artırmasına səbəb aylıq əmək haqqının həmin dövrdə artması olmuşdur. 2021-ci ilin mart ayında 8 Mart münasibətilə direktorun tərbiyə işləri üzrə müavini Şahid8 və tarix müəllimi Lalə Həsənovaya əmək haqqına əlavə olaraq mükafat qaydasında hər birinə 50 manat pul köçürülmüş, lakin, həmin pulun Təqsirləndirilən şəxs digər müəllimlərin pulu olduğunu, həmin pulların ona qaytarılmalı olduğunu bildirmiş və həmin pulları almışdır. Təqsirləndirilən şəxs onlara etdiklərindən, müxtəlif vaxtlarda əmək haqqından pul almasından bezərək, 6 nəfər yığılaraq kollektiv şəkildə Xocavənd rayon Təhsil Şöbəsinə müraciət etmiş, 2022-ci ilin iyun ayında İngilis müəllim işdən azad edilmişdir. Təqsirləndirilən şəxs pulu özü nağd formada vermişdir. Şahid11 ifadəsində əlavə olaraq göstərmişdir ki, “WhatsApp Audio 2023-03-13 at 10.24.05 (1)” səs yazısındakı kişi səsli şəxslərdən biri özü, digəri isə Təqsirləndirilən şəxs olmuşdur. Həmin səs yazısı 2022-ci ilin may ayında bilmədiyi şəxs tərəfindən yazılmış, həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq hər kəsdən pul aldığını bildirmiş, lakin sonuncu inkar edərək əsəbi halda onunla mübahisə etməyə başlamış, orada olan Azərbaycan dili və ədəbiyyat müəllimi Şahid1 onu müəllimlər otağından çıxarmış və sözlə olan mübahisə bitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən hazıradək Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində Uşaqgənclər birliyinin rəhbəri işləyir. 2019-2020-ci il tədris ili başlayandan sonra məktəbin direktoru Təqsirləndirilən şəxs heç bir səbəb bildirmədən, əsassız yerə ondan 25 manat, 2022-ci ilin yanvar ayından aprel ayınadək isə 30 manat pul istəmiş, sonuncu həmin pulu Təhsil şöbəsində olan vəzifəli şəxslərdən birinə verəcəyini bildirmişdir. Həmin vaxt onunla razılaşmış, ay sonunda əmək haqqını alan zaman maaşından qeyd olunan məbləği ayıraraq onun xidməti iş otağına gedib 25 manat, daha sonra qeyd etdiyi tarixdən 30 manat məbləğində pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs iş vaxtı gecikməklə bağlı, digər uşaqların yanında uca səslə danışaraq onu bezdirmiş, bəzən ailə vəziyyətilə əlaqədar olaraq icazə almaq istədiyi zaman icazə verməmiş, onu işdən çıxaracağını deyərək hədə-qorxu gəlmiş, məktəbin birinci mərtəbəsində kitabxana ilə üzbəüz Uşaqgənclər birliyi üçün nəzərdə tutulmuş və onun əyləşdiyi otaqdan çıxdığı zaman qışqırmışdır. Təqsirləndirilən şəxs direktor olduğu dövrdə iş saatı 16:00-dək olsa da bəzən ailə vəziyyəti ilə və ya şəxsi problemlərlə əlaqədar işdən tez çıxmaq üçün, həmçinin işə gəlmədikdə icazə verib şərait yaratmışdır. Təqsirləndirilən şəxs onlara etdiklərindən, müxtəlif vaxtlarda əmək haqqından pul almasından bezərək, 6 nəfər yığılaraq kollektiv şəkildə Xocavənd rayon Təhsil Şöbəsinə müraciət etmiş, 2022-ci ilin iyun ayında İngilis müəllim tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs pulu açıq formada onun xidməti otağında vermişdir .Əsasən pulu həyat yoldaşı Şahid13 vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, arvadı X2 rayonu, Qaradağlı kənd tam orta məktəbində uşaq-gənclər birliyinin rəhbəri işləmiş, Təqsirləndirilən şəxs məktəbin direktoru olduğu dövrdə 2019/2022-ci illər ərzində arvadı Əfruz Əzizovadan aylıq müxtəlif məbləğlərdə pul tələb etmiş, hər ay 25-30 manat məbləğində pulu Təqsirləndirilən şəxs özü və ya arvadı Əfruz Əzizova vermişdir. Təqsirləndirilən şəxs aylıq tələb etdiyi məbləğdə pulu vermədikdə həmin şəxslərlə kobud rəftar etmiş, uca səslə danışmış, pulun vaxtında verilməsini tələb etmiş, arvadının məktəbdə problemi yaranmaması üçün pulun verilməsinə etiraz etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayından hazırkı vaxtadək Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxslə yaşadığı evin həyətində söhbət etdiyi zaman ona gənclərin çağırışa qədər hazırlığı üzrə rəhbər vəzifəsinə işə düzəlməyi müqabilində 2.650 manat pulu ona verməli olduğunu bildirmiş, həmin gün yaşadığı evdən 2.650 manat pulu gətirib Təqsirləndirilən şəxs yaşadığı ünvanda sonuncuya vermiş, lakin təxminən 15 gün sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək hüquq mühafizə orqanlarına şikayət edəcəyini düşünüb həmin pulu ona geri qaytararaq işə düzəldəcəyini bildirmişdir. Bundan təxminən 10 gün sonra yenidən ona zəng edərək söhbət etməli olduqlarını bildirdiyindən Təqsirləndirilən şəxs yaşadığı ünvana anası Şahid17 və dostu X22 ilə birlikdə getmiş, orada Təqsirləndirilən şəxslə söhbət edən zaman hazırda gənclərin çağırışa qədər hazırlığı üzrə rəhbər vəzifəsində Şahid11 işlədiyini demiş, lakin təsərrüfat müdiri vəzifəsi vakant olduğuna görə həmin vəzifəyə işə götürülə biləcəyini deyərək, qeyd olunan vəzifəyə işə düzəlməyi müqabilində 2.000 manat verməli olduğunu, həmçinin, təxminən 5 ay sonra Şahid11 işdən çıxdıqdan sonra geri qalan 650 manat pulu verib gənclərin çağırışa qədər hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə keçiriləcəyini söyləmişdir. Bundan sonra anası Şahid17 və dostu Bəhruz Tapdıqzadənin yanında 2.000 manat pulu Təqsirləndirilən şəxs verərək oranı tərk etmişlər. 2019-cu ilin oktyabr ayından Təsərrüfat müdiri vəzifəsinə rəsmi əmr və müqavilə ilə təyin olunaraq işə başlamış, gənclərin çağırışa qədər hazırlığı üzrə rəhbər vəzifəsinə keçirilə bilmədiyinə görə hazırki vaxtadək Təsərrüfat müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ondan işə düzəlməyi müqabilində pul tələb etməsi barədə Ümidvar Məmmədova heç bir söz deməmişdir. Şahid16 əlavə ifadəsində göstərmişdir ki, məktəbin təsərrüfat müdiri kimi onun vəzifəsi təsərrüfat avadanlıqlarının saxlanılmasını, bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin etmək, otaqların vəziyyətinə nəzarət etmək və onları vaxtında təmiri üzrə tədbirləri yerinə yetirmək, işçiləri dəftərxana ləvazimatları və təsərrüfat malları ilə təmin etmək, təsərrüfat xidməti heyətinə rəhbərlik etməkdən ibarət olmuşdur. Həmçinin bildirmişdir ki, məktəbdə təsərrüfat müdiri vəzifəsində işləsə də, 2019-cu il tarixdə məktəb açılanda məktəbə verilən avadanlıqların təhvil təslimini məktəbin sabiq direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs özü təhvil təslim aktına imza edib qəbul etmiş, sonuncu təhvil təslim aldıqdan sonra aktın surətini ona vermiş, o, akta baxdıqda aktda avadanlıqların adları müəyyən terminlərlə yazıldığına görə başa düşməyib İngilis müəllimdən bir yerdə yoxlamağı xahiş etdikdə, İngilis müəllim ona narahat olma hər şey yerindədir demişdir. O, da bundan sonra yoxlamamışdır. Yoxlama zamanı çatışmayan 03 ədəd 3.000 manat dəyərində kompüter dəsti olmuş, bildiyinə görə 3 ədəd komyuterin 3-nü də İngilis müəllim akt əsasında Xocavənd rayon təhsil şöbəsinə vermiş, lakin yoxlama zamanı bir komyuterin verilməsinə dair akt aşkar edilməmişdir. 2020-ci il tarixdə İngilis müəllim onu stolüstü printer olan otağa dəvət etmiş və 1 ədəd 350,00 manat dəyərində stolüstü printerin yerində olmadığını bildirib, ondan alıb yerinə qoymasını tələb etmişdir. O, da həmin printeri götürmədiyini söyləmişdir. Ondan başqa həmin otağın açarı İngilis müəllimdə olmuşdur. Yoxlama zamanı çatışmayan 2 ədəd 280,00 manat dəyərində divar asılqanı, 3 ədəd 180,00 manat dəyərində yumşaq stul direktor İngilis müəllim işdən azad olunanda yoxa çıxmış, kimin tərəfindən götürüldüyünü bilmir, 1 ədəd 50 manat dəyərində dibçəkaltı dolabın harada olmasından məlumatı yoxdur. 9 ədəd 855 manat dəyərində kompüter stulu inventarda yazılsa da məktəb açılandan həmin stulları görməmiş, 1 ədəd 200,00 manat dəyərində paltar şkafı məktəbdə olmuş, lakin kim tərəfindən götürüldüyünü bilmir. 1 ədəd 280,00 manat dəyərində müşavirə masası, 1 ədəd 280,00 manat dəyərində bir tumbalı konselyariya masası, 6 ədəd 780,00 manat dəyərində konselyariya dolabı, 3 ədəd 270,00 manat dəyərində döşəməüstü asılqan, 5 ədəd 1300,00 manat dəyərində idman avadanlığı üçün dolab, 2 ədəd 360,00 manat dəyərində oturacaq, 1 ədəd 350,00 manat dəyərində gimnastik bayder, 2 ədəd 1200,00 manat dəyərində basketbol lövhəsi, 1 ədəd 180,00 manat dəyərində iş masası, 1 ədəd 700,00 manat dəyərində labaratoriya lövhəsi, 1 ədəd 390,00 manat dəyərində bufet dayağı, 1 ədəd 8,76 manat dəyərində konik kolba, 1 ədəd 8,76 manat dəyərində yastı dibli kolba, 1 ədəd 120,43 manat dəyərində bərklik şkalası kolleksiyası, 1 ədəd 17,52 manat dəyərində termometr, 1 ədəd 159,83 manat dəyərində plastik qab dəsti, 1 ədəd 126,99 manat dəyərində voltmetr rəqəmsal, 1 ədəd 687,51 manat dəyərində yüksək gərginlik mənbəyi 30 kv, 1 ədəd 330,62 manat dəyərində mikropreparatlar komplekti (ümumi biologiya), 1 ədəd 330,62 manat dəyərində mikropreparatlar komplekti (zoologiya), 1 ədəd 330,62 manat dəyərində mikropreparatlar komplekti (botanika-2), 1 ədəd 330,62 manat dəyərində mikropreparatlar komplekti (botanika-1), 1 ədəd 330,62 manat dəyərində mikropreparatlar komplekti (anatomiya), 4 ədəd 500,68 manat dəyərində yanğınsöndürən balon, 3 ədəd qiymətsiz spirt lampasından məlumatı olmamış, qeyd olunan avadanlıqları məktəbdə görməmişdir. 2021-ci il və 2022-ci ilin fevral ayında cəmi 26 adda 2723,70 manat dəyərində olan inventar avadanlıqlarının alınmasına dair təhvil-təslim aktlarda olan imzalar ona məxsus deyildir. “06,07,08,11” yanvar 2021-ci il tarixli təhvil-təslim aktına əsasən 15 ədəd 6 kq yanğınsöndürən balon və bir ədəd Qlobusun verilməsi qeyd olunsa da, 11 ədəd yanğınsöndürən balon və bir ədəd qlobus məktəbə verilmiş, 500,68 manat dəyərində 4 ədəd yanğınsöndürən balon, “02,03, 05, 08,09,10,22” fevral 2021-ci il tarixli aktda yazılmış 02 ədəd dəmir ayaqlı 456,04 manat dəyərində həyət üçün skamya, xx.xx.2021-ci il tarixli aktda qeyd olunan müxtəlif çəkidə olan 387,63 manat dəyərində 5 ədəd qantel, 10 dekabr 2021-ci il tarixli aktda qeyd olunan 269,92 manat dəyərində olan 02 ədəd zibil qabı, 21 dekabr 2021-ci il tarixli aktda qeyd olunan 694,75 manat dəyərində 5 ədəd zibil qabı və 6 ədəd qlobus, 24 dekabr 2021-ci il tarixli aktda qeyd olunan 159,30 manat dəyərində təsərrüfat üçün araba, 23 fevral 2022-ci il tarixli aktda qeyd olunan 5 ədəd həyət üçün dəmir ayaqlı skamyadan 749,49 manat dəyərindən olan 3 ədədi və 106,55 manat dəyərində tumba məktəbə verilməmiş və qeyd olunan aktlarda adının qarşısındakı imzalar ona məxsus olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Qaradağlı kənd tam orta məktəbində təmizlik işi ilə məşğuldur. Məktəbdə işlədiyi müddətdə Təqsirləndirilən şəxs yaxşı insan kimi tanımışdır. Müəllimlər Təqsirləndirilən şəxs şikayət etmək fikrində olmasalar da, təhsil müdiri gəldikdən sonra fikirlərini dəyişərək ondan şikayət etdikləri barədə ərizə yazmışlar. Özünə də şikayət ərizəsinə imza etmək təklif olunsa da təklifi qəbul etməmişdir. Təqsirləndirilən şəxs ondan pul tələb etməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Qaradağlı kənd tam orta məktəbində qurğular üzrə fəhlə işi ilə məşğuldur. Məktəbdə işlədiyi müddətdə Təqsirləndirilən şəxs yaxşı insan kimi tanımışdır. Müəllimlər Təqsirləndirilən şəxs şikayət etmək fikrində olmasalar da, təhsil müdiri gəldikdən sonra fikirlərini dəyişərək ondan şikayət etdikləri barədə ərizə yazmışlar. Özünə də şikayət ərizəsinə imza etmək təklif olunsa da təklifi qəbul etməmişdir. Təqsirləndirilən şəxs ondan pul tələb etməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 4/852-4/854 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə qeydə alınmış mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı əsas mövzu üzrə danışıqlarda ən azı 3 qadın və 3 kişi cinsinə məxsus diktor iştirak edir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi - X9, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid6, «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid9 məxsusdur. Mübahisəli fonoqramların yazılı mətnlərində K2 və Q3 kimi işarə edilmiş diktorlara məxsus danışıq materialı eyniləşdirici tədqiqat üçün yararsız olduğundan K2 və Q3 kimi işarə edilmiş diktorların səsi və nitqinin uyğun olaraq Şahid11 və X10 və ya digər şəxsə məxsus olub-olmaması barədə rəy vermək mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş və işdə olan Məhkəmə-xətşünaslıq ekspertizasının 31 avqust 2023-cü il tarixli 4/1340 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “06,07,08,11” yanvar 2021-ci il tarixli, “02,03,05,08,09,10,22” fevral 2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlarda “təhvil aldı Şahid16 Təsərrüfat müdiri” qrafalarındakı imzalar xx.xx.2021-cu il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların kserosurətlərində “Təhvil aldı: E.Şahid16 Təsərrüfat müdiri” qrafalarında əks olunmuş imzalar Şahid16 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Şahid11 13 mart 2023-cü il tarixdə təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, disk açıldıqda onun içərisində “1. Təqsirləndirilən şəxslə Şahid6 danışığı”, “2. Təqsirləndirilən şəxslə Şahid11 danışığı”, “3. Təqsirləndirilən şəxslə Şahid9 danışığı təkrar 43 saniyə”, “4. Təqsirləndirilən şəxslə G.Məmmədovun danışığı təkrar 43 saniyə” və “5. H.Şirinov, Şahid9 və T.Mustafayevanın danışığı” adlı olmaqla 5 ədəd MP3 formatlı fayllar vardır. “1. Təqsirləndirilən şəxslə Şahid6 danışığı” adlı faylın ölçüsü 514 kilobaytdır. Həmin faylı açdıqda qarşımıza bir ədəd 00:52 saniyəlik səs yazısı çıxır. Səs yazısının sinif otağında yazılması ehtimal olunur, belə ki, 00:01-ci saniyədən 00:12-ci saniyəyədək 1 nəfər qadın cinsli müəllim olması ehtimal olunan şəxsin sinif otağında uşaqlara ağaclarla bağlı dərs izah etməsi eşidilir. 1 nəfər qadın cinsli müəllim olması ehtimal olunan şəxs A, sonradan səsi gələn kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs B hərfi ilə işarələnəcəkdir. Bundan sonra səs yazısının gedişində aşağıda qeyd edilən dialoq eşidilir: B: 00:13-ci saniyədə “ay qız, sənin uşaqların hardadı?” A: 00:15-ci saniyədə “hə, az gəlib, biri də getdi bayıra” B: 00:17-ci saniyədə “bayıra getdi? 4 nəfər?” A: 00:18-ci saniyədə “hə, hə, 4 nəfər” B: 00:20-ci saniyədə ”maaşı almamışdın?” A: 00:21-ci saniyədə “almışdım e, bayaq çıxdım, Hətəm müəllim yox idi, verəcəm” B: 00:24-cü saniyədə “yox, maa verəcəksən, Hətəmə yox” A: 00:29-cu saniyədə “bayaq getdim, Hətəm olmadı” A: 00:35-ci saniyədə “60, 20, 40, 50, 60” Bununla səs yazısı 00:52-ci saniyədə sona çatır. 00:48-ci saniyədən sonra A dərsi keçməyə davam edir. Kənardan digər şəxslərin danışması müşahidə edilmir və eşidilmir. Diskdə olan “2. Təqsirləndirilən şəxslə Şahid11 danışığı” adlı faylın ölçüsü 290 kilobaytdır. Həmin faylı açdıqda qarşımıza bir ədəd 0:18 saniyəlik səs yazısı çıxır. Səs yazısında 2 nəfər şəxs arasında uca səslə sözlü mübahisə olması eşidilir. Mübahisə edən şəxslərdən birinin Təqsirləndirilən şəxs olması ehtimal edilir, digər şəxsin kim olması müəyyən deyildir. Naməlum kişi səsli şəxs A, Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs isə B hərfi ilə işarələnəcəkdir. Bundan sonra səs yazısının gedişində aşağıda qeyd edilən dialoq eşidilir: B: 00:01-ci saniyədə “ə sən öl səni, elə çırparam ki, səni”. A: 00:03-cü saniyədə “nətər çırpırsan e məni, boy”. B: 00:06-cı saniyədə “kimnən pul almışam ə mən?”. A: 00:07-ci saniyədə “hamıdan, burda pul almadığın bir adam qalmayıb”. B: 00:09-cu saniyədə “ə sən kimsən ki, kimsən ki”. A: 00:11-ci saniyədə “məni bilmirsən? Bilmirsən mən kiməm?” B: 00:14-cü saniyədə “var yoxunə lənət, onun boynunu qıracam, pul al?” Bununla da səs yazısı 00:18-ci saniyədə sona çatdı. Kənardan səs yazısının 00:15-ci saniyəsində qadın səsli şəxsin “gəl dur bu tərəfə, gəl keş belə” deməsi eşidilir. Diskdə olan “3. Təqsirləndirilən şəxslə Şahid9 danışığı təkrar 43 saniyə” adlı faylın ölçüsü 508 kilobaytdır. Həmin faylı açdıqda qarşımıza bir ədəd 0:43 saniyəlik səs yazısı çıxır. Səs yazısında biri kişi, digəri isə qadın olmaqla iki nəfər şəxsin dialoqu eşidilir, Kişi səsli şəxsin Təqsirləndirilən şəxs olması ehtimal edilir. Qadın səsli şəxs A, Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs isə B hərfi ilə işarələnəcəkdir. Bundan sonra səs yazısının gedişində aşağıda qeyd edilən dialoq eşidilir: A: 00:01-ci saniyədə “yox indi ay İngilis müəllim, bi dənə baxın da, eləsi var 320 alır, 300 mən alıram, onda o pul 5 manatdı heləə? Maşın puludu e vallah elə 150 manat pul eliyir inanırsan?” B: 00:08-ci saniyədə “bəri bax, Elvin 700 manat pul alır”. A: 00:11-ci saniyədə “o bizimlə bərabər” B: 00:12-ci saniyədə “bəli, 700 manat pul alır. Elvin saat 5-ə kimi mənnən oturmalıdı burda.” A: 00:17-ci saniyədə “hə.” B: 00:18-ci saniyədə “Elvin, səni demirəm, səni hələ qırağa də, verdiyin pulların hesabına. Elvindi, Hətəmdi, mənəm, təşkilatçıdı 5-ə kimi burda olmalıdı, bərk yerə duranda 5-ə kimi. Elvin saat neçədə gedir?”. A: 00:35-ci saniyədə “hə, 2-də.” B: 00:36-cı saniyədə “indi sən uje mən sənə hörmət eliyirəm sən də mənə eləməlisən axı, helədi?” A: 00:41-ci saniyədə “bilirəm e heş zad, biri var özlərinə qismət 500 alan da məsəlçün 30 verir, mən 300 alıram məsəlçün 35”. Bununla da səs yazısı 0:43-cü saniyədə sona çatdı. Kənardan digər şəxslərin danışması müşahidə edilmir və eşidilmir. Diskdə olan “4. Təqsirləndirilən şəxslə Şahid9 danışığı” adlı faylın ölçüsü 3.34 meqabaytdır. Həmin faylı açdıqda qarşımıza bir ədəd 4:44 dəqiqəlik səs yazısı çıxır. Səs yazısında 2 nəfər şəxs arasında baş vermiş dialoq eşidilir. Kişi səsinin Təqsirləndirilən şəxs, qadın səsinin səs yazısında adı çəkildiyinə görə Gülbəniz adlı şəxsə məxsus olması ehtimal edilir. Gülbəniz adlı şəxs olması ehtimal edilən şəxs A, Təqsirləndirilən şəxs olması ehtimal edilən şəxs B hərfi ilə işarələncəkdir. Bundan sonra səs yazısının gedişində aşağıda qeyd edilən dialoq eşidilir: B: 00:01-ci saniyədə “ 25 manat verməyə, bu da a, deyib ki, 25 manat pulu” A: 00:03-cü saniyədə “Hə” B: 00:06-cı saniyədə “ Məsəl üçün də, indiyə kimi nə vermisən, onu maa ver dana” A: 00:08-ci saniyədə “Hə” B: 00:11-ci saniyədə “indi mənim qardaşımı gedib şikayət eliyib Elvin ki, bəs deyib ki, belə, deyib ki, maa niyə deyirsən, get özünə denən ki, mənim güjüm çatmır, 25 manata güjüm çatmır, burda öldü qaşdı dəyil ha, dedim ki, gəlib maa demiyib o, o, pulu kimə verir mən bilmirəm, 25 manat. 40 manat verilmiyib maa, 25 manat verib, elə dəyil? O da yendimir deyən onu göz qırpmasına salıram, nə sənə zad deyib ki, 40 manat verirsən,vermirsən vermə?” A: 00:42-ci saniyədə “Hə” B: 00:43-cü saniyədə “Mənim xəbərim yoxdu, mən demişəm ki, Gülbənizdən, bir də Elvindən pul almayın” A: 00:49-cu saniyədə “ ama alıblar” B: 00:50-ci saniyədə “sən gətirib 25 manat pulu niyə verirsən? Sən, sən özün deməmisən ki, gətirib verməmisən ki ona? O gəldi maa dedi ki, Gülbəniz verdi”. A: 00:56-cı saniyədə “ həə”. B: 00:57-ci saniyədə “dedim ki, mən bilmərəm e, məən bilməərəm”. A: 01:00-cı dəqiqədə “hə”. B: 01:01-ci dəqiqədə “sabah Gülbəniz mənim adımı çəksə, burda Gülbənizin gözün tökərəm”. A: 01:05-ci dəqiqədə “hə”. B: 01:06-cı dəqiqədə “mən demişəm ki, pul alın? Sən də gətirib verdin, Dirəndi?, dirəndi?”. A: 01:11-ci dəqiqədə “o da dedi ki, verməlisən dana, verilməlidi”. B: 01:15-ci dəqiqədə “hami verməlidi, Gülbəniz, indi özünüz bilirsiniz dana nolajax, bunu da yoldaşyana mənim adımı hallandırma”. A: 01:19-cu dəqiqədə “ o heç, hə” B: 01:22-ci dəqiqədə “mənim adımı hallandırma. Elvin gəlif maa demir ki, müəllim, 25 manata güjüm çatır, hansı ki, o da dəərdi ki, versin də, nolajax. O maa demir deyən demir.” A: 01:37-ci dəqiqədə “yox indi ay İngilis müəllim, bi dənə baxın da, eləsi var 320 alır, 300 mən alıram, onda o pul 5 manatdı heləə? Maşın puludu e vallah elə 150 manat pul eliyir inanırsan?” B: 01:44-cü dəqiqədə “bəri bax, Elvin 700 manat pul alır”. A: 01:47-ci dəqiqədə “o bizimlə bərabər” B: 01:48-ci dəqiqədə “bəli, 700 manat pul alır. Elvin saat 5-ə kimi mənnən oturmalıdı burda.” A: 01:53-cü dəqiqədə “hə.” B: 01:54-cü dəqiqədə “Elvin, səni demirəm, səni hələ qırağa də, verdiyin pulların hesabına. Elvindi, Hətəmdi, mənəm, təşkilatçıdı 5-ə kimi burda olmalıdı, bərk yerə duranda 5-ə kimi. Elvin saat neçədə gedir?”. A: 02:11-ci dəqiqədə “hə, 2-də.” B: 02:12-ci dəqiqədə “indi sən uje mən saa hörmət eliyirəm sən də maa eləməlisən axı, helədi?” A: 02:17-ci dəqiqədə “ bilirəm e heş zad, biri var özlərinə qismət 500 alan da məsəl üçün 30 verir, mən 300 alıram məsəl üçün 35”. B: 02:22-ci dəqiqədə “kimdi o, kimdi o, yox e məsəlçün kimdi o denən birin adın çək, birin adın çək, bax birin adın çək deyim saa, birin adın çək mən deyim”. A: 02:35-ci dəqiqədə “özün qəşəng bilirsən”. B: 02:36-cı dəqiqədə “sən öl, bu alıb?” A: 02:39-cu dəqiqədə “ yo onu demirəm e mən, bu nəyi alıb” B: 02:42-ci dəqiqədə “bu da sənlə barabar alır, sən keçən səfər dedin ki, hanı Əfruz?” A: 02:47-ci dəqiqədə “ mən Əfruz demədim, dedim hanı o biri işçilər, hanı o birilər, mən helə dedim, tək Əfruzun adını çəkmərəm.” B: 02:51-ci dəqiqədə “sən dedin ki, hanı Əfruz?” A: 02:53-cü dəqiqədə“ İngilis müəllim, o elə deyil, mən hamısının adını çəkdim, tək Əfruzun adını çəkməmişəm mən, Əfruzun adını çəkməmişəm mən”. B: 02:58-ci dəqiqədə “hamısının adın, hamısının adını 1 dəfə çəkmisən” A: 03:01-ci dəqiqədə “dedim, özdə pulu götürüb dedim hanı o, yuxarıdakılar, illərlə gəlməyənlər, aylarla gəlməyənlər ki kəsilmir, Gülbəniz 1 gün, özü də şəhid ilinə almışam ha, yəni bircə orda mənim pulum kəsildi niyə”. B: 03:13-cü dəqiqədə “bəli, ona görə ki, sənin xəbərin olmadı, amma mən oturtmurdum midiri gəldi oturdu burda, Əfqan dedi, Əfqaan hələ gedib şeyin adını yazmışdı, Xaliqin.” A: 03:24-cü dəqiqədə “bax bacısı qızları var niyə gedib onların aylıqlarını kəsmir”. B: 03:26-cı dəqiqədə “azz sən öl deyəmməzsən, yaxşı eliyir kəsmir.” A: 03:27-ci dəqiqədə “nətər yaxşı eliyir kəsmir”. B: 03:29-cu dəqiqədə “onu mən kəsmirəm, mən kəsmirəm, mən icazə vermişəm.” A: 03:32-ci dəqiqədə “o bir gün şəhid iliydiye”. B: 03:34-cü dəqiqədə “sən dayan e, bir dayan dana, qoy deyim bir, Xaliq gejə qarolçusudu, gejə, götürüb onun da adına minus qoymuşdu, sonra mən danışdım dedim ə namərd oğlu namərd bu gecə də gəlsin bura günüz də gəlsin bura? Talıb mənim qardaşım saat 1-də günorta getdi, götürdü onunda adının qabağını yazdı”. A: 03:54-cü dəqiqədə “hə, ama bircə Gülbənizin pulu gəlməmişdi onda” B: 03:55-ci dəqiqədə “bircə Gülbəniz gəlməmişdi onda” A: 03:57-ci dəqiqədə “həmin gün çox adam gəlməmişdi”. B: 04:01-ci dəqiqədə “bəri bax, onuncu sinfinin, onuncu sinfinin uşağı gəlməmişdi, onun sinfinin uşağı gəlməmişdi, dedi ki, onuncu sinifdə kəsin, dedi ki, hanı mənim uşağlarım ə? Bu bayram qabağı onun sinfini dəqiq deyir ay təşkilatçı, ay zad, niyə gedib gətirməmisən? O qızı niyə gətirməmisən? Gülbəniz gəlir də, sən Gülbəniz, papaqların belə fırlayırlar, elə bil ki, qiyabi təhsildi, bura qiyabi təhsildi elə bil ki, qiyabi təhsil dəyil e o maşqara dəyil e bura, o maşqaradaydıye hara istiyirdik gedirdik, burda ama, yoxlama gedirdi zəng eliyib deyirdi ki, filankəs, gəldilər, gəlirdik gənə, siz bilmirdiniz də, 20-30 manat verirdin yola salırdın gedirdi, indi yoxdu, burdan gedəndə”. Bununla da səs yazısı 04:44-cü dəqiqədə sona çatdı. Kənardan digər şəxslərin danışması müşahidə edilmir və eşidilmir. Diskdə olan “5. H.Şirinov, Şahid9 və T.Mustafayevanın danışığı” adlı faylın ölçüsü 818 kilobaytdır. Həmin faylı açdıqda qarşımıza bir ədəd 01:09 dəqiqəlik səs yazısı çıxır. Səs yazısında biri kişi, digər 2 nəfərin qadın olmaqla üç nəfər şəxsin dialoqu eşidilir, Kişi səsli şəxsin Hətəmxan Şirinov olması ehtimal edilir. Qadın səsli şəxslər A, B, Hətəmxan Şirinov olması ehtimal edilən şəxs isə C hərfi ilə işarələnəcəkdir. Bundan sonra səs yazısının gedişində aşağıda qeyd edilən dialoq eşidilir: A: 00:01-ci saniyədə “bəs, bu gün baxmışam ki, elə?, elə?” A: 00:07-ci saniyədə “Hətəm müəllim, üstümdə yox idi qızlardan düzəltdim verdim, qızlardan düzəltdim indi kartı var” B: 00:14-cü saniyədə “Hətəm müəllim 5-ni də səhər gətirəjəm”. C: 00:15-ci saniyədə “eybi yox, istiyirsən hamısını səhər gətirərsən”. B: 00:16-cı saniyədə “yoo, yoo”. A: 00:17-ci saniyədə “ yox e, üstümüzdə yox idi elə qızlardan sağolsun düzəltdik”. C: 00:26-cı saniyədə “ 20 də artıq verdi, sən də ordaydın, sən qıraqda durmamışdın? Maa demirdilər çəkil qırağa?” A: 00:34-cü saniyədə “hə, hə”. C: 00:35-ci saniyədə “20 artıq verdi”. A: 00:36-cı saniyədə “elə?”. C: 00:36-cı saniyədə “hə Peyğəmbər haqqı, həmən siznən gələn. İndi gördün ki, maraq burda onadı, hamını burda, tezdənnən də danışır hamınızı boşdeyib, yəni özünüz bilərsiz e gəl istiyirsən apar ona ver, istirsən mənə ver”. A: 00:54-cü saniyədə “yox da biz həmişə saa vermişik dana, yo yo həmişə sizə vermişik, həə”. C: 00:58-ci saniyədə “bunu aparanda üstündən maa verir, sən o tərəfdə verəndə onsuzda sənnən alır, mən saa gəlif demirəm ha bunu məsəlçün 30 deyif 50 almıram ha, sən onda eliyərsən”. A: 01:08-ci dəqiqədə “hə”. Məhkəmədə tədqiq edilmiş və işdə olan “Əmək haqqı hesablama cədvəllərinə və bank çıxarışlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, evdə təhsilə cəlb olunmuş X11 dərslərin tədrisinə görə Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində 2019/2020-ci tədris ilində Şahid3 tədris edilməmiş 2 saata görə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******0274 nömrəli kart hesabına ümumilikdə 383,33 manat, X7 1 saata görə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******9464 nömrəli kart hesabına ümumilikdə 233,33 manat, X25 3 saata görə 383,33 manat, X26 3 saata görə 412,50 manat olmaqla, cəmi 9 saata görə 1.412,47 manat əmək haqqı ödənilmişdir. 2020/2021-2021/2022-ci tədris illərində Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin müəllimi X27 əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******9740 nömrəli kart hesabına 2020/2021-ci tədris ili üzrə 3.669,32 manat, 2021/2022-ci tədris ili üzrə 4.132,92 manat, X28 2021/2022-ci tədris ili üzrə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******3964 nömrəli kart hesabına 1.556,03 manat məbləğində əmək haqqı ödənilmişdir. 2018/2019-2019/2020-ci tədris illərində dərnək məşğələləri saatlarına görə Şahid1 10 dərnək məşğələ saatına görə 2.618,36 manat, X12 9 dərnək məşğələ saatına görə 1.377,96 manat, Şahid3 6 dərnək məşğələ saatına görə 1.403,31 manat, Kərimli (Həsənova) Lalə Müzəffər qızına 8 dərnək məşğələ saatına görə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******9775 nömrəli kart hesabına ümumilikdə 1.410 manat, X23 2 dərnək məşğələ saatına görə 480 manat, X13 4 dərnək məşğələ saatına görə adına əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******0589 nömrəli bank kartına 918 manat və Şahid6 4 dərnək məşğələ saatına görə əmək haqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-yə məxsus 416974******6120 nömrəli kart hesabına 433,35 manat olmaqla, cəmi 8.640,98 manat məbləğində qeyd olunan müəllimlərə əmək haqqı ödənilmişdir. İşdə olan Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəb üzrə əmr kitabından görünür ki, xx.xx.2019-cu il tarixli əmrlə Şahid16 məktəbin təsərrüfat müdiri xx.xx.2021-ci il tarixli 60 nömrəli əmrlə Şahid7 4 saat dərsdənkənar məşğələ saatı əmrləşdirilmişdir. Məktəbin əmr kitabında məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Şahid1 2018/2019-cu tədris ilində 2 saat, 2019/2020-ci tədris ilində 2 saat, 2020/2021-ci tədris ilində 3 saat, 2021/2022-ci tədris ilində 3 saat olmaqla ümumilikdə 10 dərsdən kənar məşğələ saatı, digər Azərbaycan dili və ədəbiyyat müəlliməsi X12 2018/2019-cu tədris ilində 1 saat, 2019/2020-ci tədris ilində 2 saat, 2020/2021-ci tədris ilində 3 saat, 2021/2022-ci tədris ilində 3 saat olmaqla ümumilikdə 9 dərsdən kənar məşğələ saatı, məktəbin xarici dil müəlliməsi Şahid3 2018/2019-cu tədris ilində 2 saat, 2019/2020-ci tədris ilində 2 saat, 2020/2021-ci tədris ilində 2 saat olmaqla ümumilikdə 6 dərsdən kənar məşğələ saatı, Məktəbin tarix müəlliməsi Kərimli (Həsənova) Lalə Müzəffər qızına 2019/2020-ci tədris ilində 3 saat, 2020/2021-ci tədris ilində 2 saat, 2021/2022-ci tədris ilində 3 saat olmaqla ümumilikdə 8 dərsdən kənar məşğələ saatı, məktəbin informatika müəlliməsi X23 2019/2020-ci tədris ilində 2 saat dərsdən kənar məşğələ saatı, dərnək rəhbəri Şahid6 2020/2021-ci tədris ilində 4 saat kənar məşğələ saatı əmrləşdirilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 024506 nömrəli, Xocavənd rayonu, Qaradağlı kənd tam orta məktəbinə 4 adda, xx.xx.2019-cu il tarixli 0330059, 033060, 033061, 0330062, 0330063, ******* nömrəli , 100 adda, xx.xx.2019-cu il tarixli 034283 nömrəli qaimədən, habelə 01 adda, “06,07,08,11” yanvar 2021-ci il tarixli aktdan görünür ki, məktəbə 02 adda, “02,03,05,08,09,10,22” fevral 2021-ci il tarixli aktdan görünür ki, məktəbə 20 adda, 01 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 20 adda, 10 dekabr 2021-ci il tarixli aktdan görünür ki, 7 adda, 21 dekabr 2021-ci il tarixli aktdan görünür ki, məktəbə 3 adda, 24 dekabr 2021-ci il tarixli aktdan görünür ki, 8 adda, 23 fevral 2022-ci il tarixli aktdan görünür ki, məktəbə 2 adda inventar verilmişdir. İşdə olan "xxxx" MMC-dən daxil olmuş CD-R diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, daşıyıcıda 1 ədəd “10019 Zip” formatında fayl vardır. Fayla daxil olduqda Cavadzadə (Hüseynova) Cəmalə Asif qızının istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten dairəsinin 2021/2022-ci tədris ilində Bakı şəhərində olması müəyyən edilir. İşdə olan "xxxx" ASC-dən daxil olmuş bank çıxarışlarından görünür ki, Şahid15 əmək haqqı kartından xx.xx.2021-ci il tarixdə 107 manat, xx.xx.2022-ci il tarixdə 214 manat, xx.xx.2022-ci il tarixdə 214 manat, xx.xx.2022-ci il tarixdə 215 manat pul vəsaiti "xxxx" ASC-nin Beyləqan rayonu ərazisindəki bankomatdan nağdlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış maliyyə yoxlaması nəticəsində tərtib edilmiş yoxlama aktından görünür ki, Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbində maliyyə yoxlaması zamanı Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində 2019/2020-ci tədris ilində sağlamlıq imkanı məhdud olan evdə təhsilə cəlb olunmuş X11 aid lX sinif üzrə dərslərin tədrisinə dair jurnal yoxlamaya təqdim olunmamasına və xəstə uşağa evdə dərs deməyən 4 nəfər müəllimə cəmi 14,5 dərs saatına görə 1.368,15 manat, 2020/2021-ci tədris ilində 6 uşaq sayı ilə təşkil edilmiş bir məktəbəhazırlıq qrupunun jurnalı yazılmadığına görə yoxlamaya təqdim olunmaasına görə həmin qrupa dərs deyən müəllim Şahid6 illik 3.468,00 manat, 2020/2021-ci tədris ilində dərnək jurnalı yazılmasına baxmayaraq tədris edilməyən 4 saat dərnək məşğələsi üçün dərnək rəhbəri Şahid6 390,02 manat, 2018/2019-2021/2022-ci tədris illəri üzrə yoxlamaya təqdim edilməyən və tədris edilməyən dərnək məşğələ saatlarına görə cəmi 30 saat üçün 4.504,79 manat, 2019/2020-2022/2023-cü tədris illərində normadan artıq saxlanılmış 1.0 ştat vahidinə görə ümumilikdə 7.956,00 manat, şagirdlərin say həddi və sinif otaqlarının sahəsi imkan verdiyi halda komplektləşmənin düzgün aparılmaması nəticəsində 2019/2020-cu tədris ilində l-lV siniflərində cəmi 30 şagird sayı ilə 3 sinif komplekti əvəzinə 4 sinif komplekti saxlanılmış, artıq saxlanılmış 1 sinif komplektinə görə 23 saat dərs üçün 5.995,33 manat, sinif komplektinin artıq saxlanılması hesabına 2019/2020-ci tədris ilində artıq saxlanılmış 5,5 ştat vahidinə görə 14.843,55 manat əsasız əmək haqqının ödənilməsi və məktəbdə 87 adda 15.012,28 manat dəyərində inventar avadanlıqların çatışmazlığına dair pozuntular aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X30 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırmaya təqdim olunmuş əmək haqqının ödəniş cədvəllərinə, "xxxx" ASC-nin tərəfindən verilmiş əmək haqqı plastik kart hesablarından çıxarışlara və istintaq materiallarına əsasən aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: - Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində evdə təhsilə cəlb edilmiş fiziki cəhətdən sağlamlıq imkanları məhdud şagirdlərə, fərdi təhsilə cəlb edilmiş şagirdlərə, dərsdənkənar və dərnək məşğələri üzrə tədris edilməyən dərs saatlarına görə 10.053,45 manat məbləğində əsassız əmək haqqı ödənilmişdir; - Faktiki olaraq işə gəlməyən, əmək funksiyalarını yerinə yetirməyən müəllimlərə 9.358,27 məbləğində əsassız əmək haqqı ödənilmişdir; - Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin müəllimlərinin ifadələrinə əsasən müəyyən edilmişdir ki, 2013-2022-ci illər ərzində ödənilmiş əmək haqqlarından məktəbin direktoru Təqsirləndirilən şəxs 7.520,00 manat məbləğində vəsait verilmişdir; - 02 mart 2023-cü il tarixdə inventarların faktiki qalığının yoxlanılması nəticəsində 12.288,58 manat dəyərində avadanlıqların çatışmazlığı müəyyən edilmişdir; - Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin təsərrüfat müdiri Şahid16 izahatına əsasən 2021-ci və 2022-ci ilin fevral ayında cəmi 24 sayda 2.267,66 manat dəyərində olan inventarlar məktəbə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfimdən xx.xx.2023-cü il tarixli qərarla zərərçəkmiş şəxs, xx.xx.2023-cü il tarixli qərarla Nümayəndə qeyd olunan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İşdə olan Xocavənd rayon təhsil şöbəsinin xx.xx.2002-cu il tarixli 40/34 nömrəli əmrindən görünür ki, Tağıyev X16 rayonu, Qaradağlı kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 iyun 2022-ci il tarixli K-497 nömrəli əmri ilə Tağıyev X16 rayonu, Qaradağlı kənd tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16- 4/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X17”na və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli və 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X17”na əsasən, məktəbin direktoru təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. İşdə olan 25 sentyabr 2023-cü il tarixli qərarla cinayət işində olan Xocavənd rayon, Qaradağlı kənd tam orta məktəbin 2018/2019-2021/2022-ci tədris illərinə dair əmr kitabının və sinif jurnalların surəti, Şahid11 təqdim etdiyi bir ədəd disk, "xxxx" ASC-dən daxil olmuş bank çıxarışları, xx.xx.2019-cu il tarixli 024506 nömrəli, xx.xx.2019-cu il tarixli 0330059, 033060, 033061, 0330062, 0330063, ******* nömrəli, xx.xx.2019-cu il tarixli 034283 nömrəli qaimələr, “06,07,08,11” yanvar 2021-ci il tarixli, “02,03,05,08,09,10,22” fevral 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli, 10 dekabr 2021-ci il tarixli, 21 dekabr 2021-ci il tarixli, 24 dekabr 2021-ci il tarixli və 23 fevral 2022-ci il tarixli aktlar, anten məlumatlara görə Azercell Telecom MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Xocavənd rayon, Qaradağlı kənd tam orta məktəbin 2018/2019-2019/2022-ci tədris illərinə dair əmək haqqı hesablama cədvəlləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş İdarənin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. 25 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmənin 18 aprel 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti əsasıında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət təqibinə CPM-nin 41.3-cü maddəsinə əsasən hissəvi xitam verilmişdir. Məhkəməyə təqdim olunmuş "xxxx" ASC –nin 12 yanvar 2024-cü il tarixli 1 N-li “ödəniş tapşırığı”ndan və qəbzdən görünür ki, cinayət işi üzrə mənimsəmə və israf etmə əməli nəticəsində dövlətə dəymiş 33 967 manat 96 qəpik maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə dövlət nəfinə ödənilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət X37 Təhsil İdarəsinin 8 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulmuş maddi ziyan tam ödənildyindən ona qarşı hər hansı bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunmuş notariat qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Şahid16 və Şahid11 Əfqan oğluna vurulmuş maddi ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunmuş Xocavənd Rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs doğma qardaşı X61 hadisələri ilə bağlı 1988-ci ildən xx.xx.1992-ci ilədək silahlı erməni quldur birləşmələrinə qarşı polis nəfəri kimi özünümüdafiə dəstədə fəal iştirak etmiş, Qaradağlı kəndinin erməni quldur birləşmələri tərəfindən xx.xx.1992-ci ildə əsir götürülmüş, 48 gün əsirlikdə qaldıqdan sonra dövlət xətti ilə əsirlikdən azad olunmuş, erməni tərəfindən fiziki işgəncələrə məruz qaldığından hazırda Qarabağ Müharibəsi veteranı və Milli Münaqişə zəminində Qarabağ müharibəsinin İİ qrup əlildir. Məhkəməyə təqdim olunmuş Xocavənd Rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 31 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs digər qardaşı X54 hadisələri ilə bağlı 1988-ci ildən xx.xx.1992-ci ilədək silahlı erməni quldur birləşmələrinə qarşı polis nəfəri kimi özünümüdafiə dəstəsində fəal iştirak etmiş, Qaradağlı kəndində erməni quldur birləşmələri tərəfindən xx.xx.1992-ci ildə əsir götürülmüş, 53 gün əsirlikdə qaldıqdan sonra dövlət xətti ilə əsirlikdən azad olunmuş, ermənilər tərəfindən fiziki işgəncələrə məruz qalmış və aldığı ağır xəsarətlərlərdən vəfat etmişdir. Məhkəməyə təqdim olunmuş 013917 N-li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ müharibəsi veteranı olmaqla müddətsiz İİ qrup əlildir. Məhkəməyə təqdim olunmuş arayışdan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Qaradağlı hadisəsi zamanı əsir düşmüş kənd sakini X14 xx.xx.1992ci ildə əsirlikdən azad olunmasında fəal iştirak etmişdir. Məhkəməyə təqdim olunmuş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür. Məhkəməyə təqdim olunmuş xəstəlik tarixindən görünür ki, ürəyin kəskin işemik xəstəliyindən əziyyət çəkir. Məhkəməyə təqdim olunmuş Xocavənd Rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1956-cı ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuş, Qarabağ hadisələri ilə bağlı 1988-ci ildən 1992-ci ilədək Qaradağlı kəndinin erməni quldur birləşmələrinə qarşı müdafiəsində fəal və yaxından iştirak etmiş, birinci Qarabağ veteranı Təqsirləndirilən şəxs ictimayyət arasında dərin hörmət və nüfuza malik ağıllı bir ziyalı kimi tanınmışdır. Hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Xocavənd rayonu 320 ailəlik Xocavənd qəsəbəsi 282 saylı evdə məskunlaşmışdır. İşdə olan 12 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X15 ibarətdir. Bundan başqa, məhkəməyə təqdim olunmuş xx.xx.1991-ci il tarixli ölüm haqqında şəhadətnamələrin surətindən və Xocavənd Rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Ulduza Tağıyeva (Şirinova) şəhid ailəsidir, Qaradağlı kənd sakinləri olmuş sonuncunun anası X34 və doğma qardaşı İltifat Şirinov xx.xx.1991-ci ildə Qaradağlı hadisələri zamanı erməni quldur dəstəsi tərəfindən canlı yandırılaraq şəhid olmuşlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək ifadəsində hər-hansı əmlakı mənimsəmədiyini, heç kimdən rüşvət almadığını, heç bir sənədi saxtalaşdırmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Vüqar Əliyevin ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqında dindirilmiş şahid ifadələrindən, tədqiq edilmiş üzləşdirmə protokollarından və digər sübutlardan görünür ki, Tağıyev X16 rayonu, Qaradağlı kənd tam orta məktəbin direktoru vəzifəsində işlədiyi müddətdə 6 nəfər müəllim və bir nəfər texniki işçidən aylıq müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almış, təsərrüfat müdiri Şahid16 rüşvət alaraq vəzifəyə təyin etmiş, kitabxanaçı Şahid9 rüşvət alaraq məktəbin yeni inzibati binasında kitabxanaçı kimi işləməyə davam etmiş, Şahid7 rüşvət alaraq həftəlik dərs yükünü 10 saatdan 14 saatadək artırmış, dərsdənkənar məşğələ saatları tədris edilmədiyi halda müəllimlərə həmin məşğələ saatlarının yazılmasını təmin etməklə müəllimlərdən həmin pulları almış, dərslərin tədris edilmədiyi halda əmək haqqı hesablama cədvəllərinə bilə-bilə yalan məlumatlar daxil etmiş və bunun nəticəsində müəllim və texniki işçilərə artıq əmək haqqı köçürülmüşdür. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər cinayət işi üzrə şahid ifadələri, üzləşdirmə, baxış protokolları, eləcə də işdə olan yuxarıda şərh olunmuş digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məntiqli və ardıcıl olmadığını, hadisələrin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, üzləşdirmə protokollarını, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddələrdə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü bəndinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə münasibətdə cinayət nəticəsində dəymiş 33 967,96 manat miqdarında ziyanı könüllü olaraq tamamilə dövlət nəfinə ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən, 1988-ci ildən 1992-ci ilədək Xocavənd rayonu, Qaradağlı kəndinin müdafiəsində erməni quldur birləşmələrinə qarşı fəal və yaxından iştirak etməsini, Qaradağlı hadisələri zamanı ailəsi ilə birlikdə məcburi köçkün düşməsini və hazırda Beyləqan rayonu ərazisində məskunlaşmasını, müddətsiz İİ qrup əlil və müharibə veteranı olmasını, ürək xəstəliyindən əziyyət çəkməsini, ahıl yaşında (68 yaş) olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Qaradağlı hadisəsi zamanı əsir düşmüş kənd sakini X14 xx.xx.1992-ci ildə erməni əsirliyindən azad olunmasında fəal iştirak etməsini, habelə doğma qardaşları - Talıb Tağıyevin və Tapdıq Tağıyevin 1992-ci ildə erməni quldur biləşmələri tərəfindən əsir götürüldükləri, Tapdıq Tağıyevin ermənilərin ona verdikləri işgəncələr nəticəsində sonradan vəfat etməsini, arvadı Ulduza Tağıyevanın anası və qardaşının ermənilər tərəfindən canlı yandırılaraq şəhid olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayət nəticəsində dəymiş külli miqdarda ziyanın könüllü olaraq tamamilə dövlət nəfinə ödənilməsini, 1988-ci ildən 1992-ci ilədək Xocavənd rayonu, Qaradağlı kəndinin müdafiəsində erməni quldur birləşmələrinə qarşı fəal və yaxından iştirak etməsini, ürək xəstəliyindən əziyyət çəkməsini, ümumi xəstəlikdən müddətsiz İİ qrup və müharibə veteranı, ahıl yaşında (68 yaş) olmasını, Xocavənd rayonu Qaradağlı hadisələri zamanı ailəsi ilə birlikdə məcburi köçkün düşməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Qaradağlı hadisəsi zamanı əsir düşmüş kənd sakini X14 xx.xx.1992-ci ildə erməni əsirliyindən azad olunmasında fəal iştirak etməsini, habelə doğma qardaşları - Talıb Tağıyevin və Tapdıq Tağıyevin 1992-ci ildə erməni quldur biləşmələri tərəfindən əsir götürüldükləri, Tapdıq Tağıyevin ermənilərin ona verdikləri işgəncələr nəticəsində sonradan vəfat etməsini, arvadı Ülduza Tağıyevanın anası və qardaşının ermənilər tərəfindən canlı yandırılaraq şəhid olmasını, ilk dəfə məhkum olunmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3 və 311.3.4-ci maddələrində müəyyən ediləndən daha yüngül cəza növü- azadlığın məhdudlaşdırılması cəzasını, CM-nin 179.2.3, 179.2.4-cü maddəsində müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasını, CM-nin 313-cü maddəsində müəyyən edilmiş islah işləri cəzasını təyin etməklə onun islah olunmasını və cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsilə müəyyən müddətə azadlığın məhdudlaşdırıması cəzası təyin olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Resupblikası CMnin 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələrində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə nəzərdə tutulmamışdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs məhz vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə ya israf etmə, habelə təkrarən külli miqdarda rüşvət alma cinayətini törətməsini əsas götürərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsini tətbiq etməklə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə və əlavə cəza əsas cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş cəzalar cəkilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdən 18 aprel 2024-cu il tarixədək “ev dustaqlığı”nda olduğu 6 ay 24 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 01 il 01 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunacaq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xocavənd-Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində saxlanılan Xocavənd rayon, Qaradağlı kənd tam orta məktəbin 2018/2019-2021/2022-ci tədris illərinə dair əmr kitabının və sinif jurnalların surəti, Kapital Bank ASC-dən daxil olmuş bank çıxarışları, xx.xx.2019-cu il tarixli 024506 nömrəli, xx.xx.2019-cu il tarixli 0330059, 033060, 033061, 0330062, 0330063, ******* nömrəli, xx.xx.2019-cu il tarixli 034283 nömrəli qaimələr, “06,07,08,11” yanvar 2021-ci il tarixli, “02,03,05,08,09,10,22” fevral 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli, 10 dekabr 2021-ci il tarixli, 21 dekabr 2021-ci il tarixli, 24 dekabr 2021-ci il tarixli və 23 fevral 2022-ci il tarixli aktlar, Xocavənd rayon, Qaradağlı kənd tam orta məktəbin 2018/2019-2019/2022-ci tədris illərinə dair əmək haqqı hesablama cədvəlləri hökm qanuni qüvvəyə mindikdən sonra Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbinə qaytarılmalı, Şahid11 təqdim etdiyi bir ədəd disk, anten məlumatlara dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 350 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. CM-nin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, CPM-nin132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-in 179.2.3, 179.2.4, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təörətməkdə tsqsirli bilinsin, Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddəsilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşıdırması cəzası, Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə barəsində Cinayət Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 4 (dörd ) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə islah işləri cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırıması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdən 18 aprel 2024-cu il tarixədək “ev dustaqlığı”nda olduğu 6 ay 24 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xocavənd-Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində saxlanılan Xocavənd rayon, Qaradağlı kənd tam orta məktəbin 2018/2019-2021/2022-ci tədris illərinə dair əmr kitabının və sinif jurnalların surəti, Kapital Bank ASC-dən daxil olmuş bank çıxarışları, xx.xx.2019-cu il tarixli 024506 nömrəli, xx.xx.2019-cu il tarixli 0330059, 033060, 033061, 0330062, 0330063, ******* nömrəli, xx.xx.2019-cu il tarixli 034283 nömrəli qaimələr, “06,07,08,11” yanvar 2021-ci il tarixli, “02,03,05,08,09,10,22” fevral 2021-ci il tarixli, 01 noyabr 2021-ci il tarixli, 10 dekabr 2021-ci il tarixli, 21 dekabr 2021-ci il tarixli, 24 dekabr 2021-ci il tarixli və 23 fevral 2022-ci il tarixli aktlar, Xocavənd rayon, Qaradağlı kənd tam orta məktəbin 2018/2019-2019/2022-ci tədris illərinə dair əmək haqqı hesablama cədvəlləri hökm qanuni qüvvəyə mindikdən sonra Xocavənd rayonu Qaradağlı kənd tam orta məktəbinə qaytarılsın, Şahid11 təqdim etdiyi bir ədəd disk, anten məlumatlara dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 350 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar