Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-184/2023 31.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Lənkəran rayonu Kosalar kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Kosalar kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-4,756 qram psixotrop maddə olan metamfetamini bir ədəd bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 21 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonu Kosalar kəndi ərazisində, yaşadığı evinin yaxınlığında saxlanılaraq regional şöbəyə gətirilmiş, üzrərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş həmin psixotrop maddə metamtetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o bəzi hallarda narkotik vasitə kokosdan (heroindən) istifadə etmişdir. Lakin polis işçiləri tərəfindən saxlanılarkən onda psixotrop maddə metamfetamin olmamışdır. 20 sentyabr 2022-ci il tarixdə saat 10-11 radələrində evində səhər yeməyi yediyi zaman polis işçiləri Mehdi, Xəyal və Ramil onun evinə gəlmişlər. Onu saxlamaqla narkotik vasitəni verməsini tələb etmişlər. O isə onda heç bir narkotik vasitələrin olmadığını bildirmişdir. Onu ev paltarı ilə döyə-döyə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzünə A4 kağız vərəqi qoyaraq skoçla ağzını və gözlərini, əl-ayaqlarını bağlamış, yerə uzatmışlar. Polis işçiləri onun belinə çıxaraq işgəncə vermişlər. Tural adlı polis işçisi onun başına döymüşdür. Polis işçisi Mehdi ona bir bükümdə metamfetamini təqdim edərək üzərinə götürməsini tələb etmişdir. Mehdi ona 5 qramdan az olan narkotik vasitəyə görə istifadəçi kimi məhkəməyə gedəcəyini bildirmişdir. Onu döyüb işgəncə verdiklərinə görə psixotrop maddənin özünə məxsu olmasını etiraf etməli olmuşdur. Onu 21 sentyabr 2022-ci il tarixədək polis şöbəsinə saxlamış və həmin gün sənədləşmə aparmışlar. 20 sentyabr 2022-ci il tarixdə polis işçiləri onu evindən apararkən polis əməkdaşı Mehdi onun həyat yoldaşının mobil telefonunu da özü ilə aparmış və telefonu 21 sentyabr 2022-ci il tarixdə qayını Əsgərov Ənvərə təhvil vermişdir. Polis işçilərinin onu döymələri barədə rəsmi şikayət etməmişdir. Bu barədə bacıları Elnarə Ağayevaya, Nətavana və qardaşına demişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin alüdəçisidir. Hər gün psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddələri Astara rayonu ərazisində təsadüfən rastlaşdığı, adını və ünvanını bilmədiyi şəxslərdən almışdır. 19 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Lənkəran rayonundan Astara rayonuna getmiş, rayonunun Pensər bazarında əvvəllər tanıdığı şəxsdən 150 manat pulun müqabilində psixotrop maddə metamfetamin alaraq yaşadığı Lənkəran rayon Kosalar kəndinə gəlmişdir. Metamfetamindən bir qədərini sitifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxlamışdır. 21 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Kosalar kəndində piyada küçə ilə yaşadığı evinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkil ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ yan cibinə qoyduğu psixotrop maddə olan bir ədəd selofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. O, psixotrop maddə metamfetamini öz istifadəsi üçün almış, satmaq məqsədi olmamışdır. Ümumiyyətlə psixatrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Bələ ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu Kosalar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində narkotik vasiətəlri gəzdirməsi barədə barədə ona əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasənda onun rəhbərliyi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 21 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Kosalar kəndində evinin yaxınlığında küçədə piyada hərəkət edərkən saxlamış və polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristial formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin küitlə elektron tərəzidə çəkilmiş və qablaşdırılarq götürülmüşdür. Elmar metamfetamini 19 sentyabr 2022-ci il tarixdə Asrata rayonu Pensər Bazar ərazisində üzdən tanıdığı şəxsdən 150 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evində olmamışlar və onu evində saxlamamışlar. Təqsirləndirilən şəxs küçədə saxlamışlar. Təqsirləndirilən şəxs 2002-ci il sentyabr ayının 20-də yox, 21-də saxlamışlar. Ona qarşı heç bir təzyiq göstərməmişlər. Elmarın sağlanılmasında polis əməkdaşı Tural Babayev iştirak etməmiş və Tural Babayev tərəfindən ona hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs evində olmamış və onun həyat yoldaşının mobil telefonunu özləri ilə polis şöbəsinə aparmamışlar. Məhkəmədə şahid kimi dindirilən Şahid3 İbrahim oğlu göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsində polis nəfəri işləyir. Lənkəran rayonu Kosalar kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs narkotikdən istifadə etməsi və satışı ilə məşğul olması barədə ona dəfələrlə məlumatlar daxil olmuşdur. Laki nonu narkotik satarkən tuta bilməmişlər. Əməliyyat müvəkkili Mehti Səfyarova daxil olmuş əməliyyat məlumatı əsasında 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadığı Lənkəran rayonu Kosalar kəndində evinin yaxınlığında, yolda, çayın kənarında saxlamışlar. Həmin yerdə üzərinə baxış keçirilməsi üçün şərait olmadığından polis şöbəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə videçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunan maddənin metamfetamin olduğunu, istifadəsi üçün 19 sentyabr 2022-ci il tarixdə Astara rayonu Pensər bazarında 150 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmiş, üzərinə psixotrop maddəni qoymamış, onu döyməməmiş və sənədlərə imza etməsi üçün işinin CM-nin 134.-cü maddəsi ilə məhkəməyə göndəriləcəyini vəd etməmişlər. Onlar Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə yaşadığı evdə tumamış və arvadına məxsus mobil telefonu özləri ilə aparmamışlar. Təqsirləndirilən şəxs saxlanılmasında polis nəfəri Tural Babayev iştirak etməmiş və onu vurmamışdır. Təqsirləndirilən şəxs bu barədə məhkəmədə dedikləri yalandır. Onda olan məlumata görə hətta Təqsirləndirilən şəxs tutulmasından sonra tibbi ekspertizadan keçirilmiş, üzərində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu Kosalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əvvəllər əməliyyat məlumatları olmuş, laki nonu narkotik satarkən tuta bilməmişlər. Onun mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasənda əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 21 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Kosalar kəndində evinin yaxınlığında küçədə piyada hərəkət edərkən saxlamışlar. Həmin yerdə üzərində şəxsi axtarış aparılması üçün lazımı şərait olmadığından onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristial formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin küitlə elektron tərəzidə çəkilmiş və qablaşdırılarq götürülmüşdür. Elmar metamfetamini 19 sentyabr 2022-ci il tarixdə Asrata rayonu Pensər Bazar ərazisində üzdən tanıdığı şəxsdən 150 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evində olmamışlar və onu evində saxlamamışlar. Təqsirləndirilən şəxs küçədə saxlamışlar. Təqsirləndirilən şəxs 2022-ci il sentyabr ayının 20-də yox, 21-də saxlamışlar. Ona qarşı heç bir təzyiq göstərməmişlər. Onun əllərini və ağzını skoçla bağlamamışlar. Təqsirləndirilən şəxs sağlanılmasında polis əməkdaşı Tural Babayev iştirak etməmiş və Tural Babayev tərəfindən ona hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs evində olmamış və onun həyat yoldaşının mobil telefonunu özləri ilə polis şöbəsinə aparmamışlar. Ola bilsin ki, Təqsirləndirilən şəxs saxlayan zaman həyat yoldaşına məxsus telefon onun üzərində olmuş və özü ilə polis şöbəsinə aparmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşı olmaqla Lənkəran rayonu Kosalar kəndində yaşayırlar. 20 sentyabr 2022-ci il tarixdə evdə olduqları zaman polis işçiləri evə daxil olaraq Təqsirləndirilən şəxs narkotikin harada olduğunu soruşmuşlar. Elmar isə onda narkotik olmadığını bildirmişdir. Polis işçiləri Elmarı döymuş və özləri ilə aparacaqlarını bildirmişlər. Elmar paltarını dəyişmiş və polis işçiləri onu özləri ilə aparmışlar. Həmin vaxt polis işçiləri onun mobil telefonunu da götürüb özləri ilə aparmışlar. Qardaşı Elmarın arxasınca getmiş, lakin Elmarı buraxmamışlar. Polis işçiləri qardaşından Elmarın telefonunu polisə aparmasını tələb etmişlər. Elmar onun telefonunu aparıb vermiş və onun telefonunu polisdən alaraq gətirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs qayınanasıdır. Evdə olduğu zaman qızı Mirsəvva ona zəng edərək bildirmişdir ki, evdə oturub televizora baxdıqları zaman 4-5 nəfər polis işçiləri evə gələrək Elmarın başına torba keçirməklə özləri ilə aparmışlar. Elmarda heç bir narkotik olmamışdır. Polis işçiləri Elmarı evdən apararkən səhvən qızı Mirsəvvanın telefonunu da götürüb özləri ilə aparmışlar. Sonra oğlu polisə gedərək telefonu gətirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs bacası Şahid4 həyat yoldaşıdır. 20 sentyabr 2022-ci il tarixdə səhər saatlarında bacısı Mirsəvva ona zəng edərək polis işçilərinin evlərinə gələrək Elmarı özləri ilə apardıqlarını bildirmişdir. O, regional polis şöbəsinə getdikdə polis işçiləri ona bildirmişlər ki, Elmarın üzərində narkotik aşkar olunmuş, bu barədə videoçəkiliş aparılmışdır. Polis işçiləri özləri ilə bacısı Mirsəvvanın telefonunu aparmışlar. O, telefonu istədikdə gedib Elmarının telefonunu gətirməsini tələb etmişlər. O, Elmarın evinə gedərək onun telefonunu gətirib polis işçilərinə vermiş və bacısının telefonunu alaraq evlərinə vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X6 göstərdi ki, Təqsirləndirilən şəxs bacısıdır. Təqsirləndirilən şəxs həbs olunmasından sonra Bakı İstintaq Təcridxanasına gedərək Təqsirləndirilən şəxslə görüşərkən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, polislər onu evindən aparmış, ağzını və ayaqlarını skoçla bağlayıb onu döymüşlər. Onu yerə uzandırmışlar. Üç nəfər polislər üzərində oturub ona işgəncə vermişlər. Ağrılara dözə bilmədiyinə görə etirafedici ifadə vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs arvadı sonradan ona bildirmişdir ki, polislər Elmarı evdən tutub aparmış və onu döymüşlər. Cinayət işinin materialları ilə müəyyən edilir: Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 21 sentyabr 2022-ci il tarixli təqirində göstərmişdir ki, Lənkəran rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 21 sentyabr 2022-ci il tarixli digər təqrirində göstərilir ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:30 radələrində Lənkəran rayonu Kosalar kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə 21 sentyabr 2022-ci il tarixli protokoldan və şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs iki-üç ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, metamfetamini zərdə yandırıb çəkdiyini bildirmişdir. Metamfetamindən başqa digər narkotik vasitələri qəbul etmir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunduqda əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, bükümdə şüşüə, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Metamfetamini sırağa gün Astara rayonunda Pensər bazarında tanımadığı şəxsdən özü çəkmək üçün 150 manata aldığını, özü istifadə etdiyini, satışı ilə məşğul olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddə elektron tərəzidə çəkildikdə 5,13 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Lənkəran rayonu Kosalar kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair X3 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 21 sentyabr 2022-ci il tarixli qərarı qanini və əsaslı hesab edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Elşən Musazədənin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tədbiq edilməsi, ona qarşı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs bu səbəblərdən cinayəti etiraf etməyə məcbur olması barədə şikayəti əsasında Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi, ona xəsarətlər yetirilməsi, hər hansı formada işgəncə verilməsi, hədə-qorxu gəlinməsi və sair qanunsuz hərəkətlərə yol verilməsi təsdiq olunmadığından 28 dekabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Matierialların məhkəmə ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 19/1003 saylı rəyində görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, 01 ədəd bükümdə təmiz çəkisi 4,756 qram olan, ağ rəngli, kristal formalı maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 1000 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, həmin gün müayinə olunarkən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı kənddən Lənkəran şəhərində yerləşən polis şöbəsinə faktiki olaraq 20 sentyabr 2022-ci il tarixdə gətirilməsini, 19 sentyabr 2022-ci il tarixdə isə Astara rayonu Pensər kəndi ərazisində olmamasını və orada psixotrop maddə metamfetamini əldə etməməsini göstərdiyindən məhkəmə baxışı zamanı həmin məsələlərin aydınlaşdırılması məqsədi ilə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** telefon nömrəsinin müvafiq dövr ərzində anten dairəsi barədə məlumatlar məhkəmənin qərarı əsasında əldə edilməklə cinayət işinə əlavə edilmişdir. ********** saylı mobil telefon nömrəsinin antenn dairəsi barədə məlumatlardan görünür ki, həmin telefon nömrəsi 19 sentyabr 2022-ci il tarixdə bütün gün ərzində Lənkəran rayonu Gərmətük kəndi ərazisində olmuşdur. Həmin gün yalnız saat 21:11 radələrində Lənkəran rayonu Səpnəkəran kəndi ərazisində olmuşdur. Həmin telefonun antenn dairəsi 20 sentyabr 2022-ci il tarixdə saat 00:06-da Səpnəkəran kəndi, 00:08-də Nüvədi kəndi, 00:11-də Sütəmurdov kəndi, 00:39-da Lənkəran şəhəri Ləvəngi dairəsi, 00:41-də Lənkəran şəhəri, 01:11-də Sütəmurdov və Şilavar kəndləri ərazisində, 04:35-dən 14:00-dək Gərmətük kəndində, 14:00-da Səpnəkəran kəndində olmuş, sonra isə günün sonunadək (saat 23:31-dək) isə Gəpmətük kəndində olmuşdur. Həmin telefon nömrəsinin antenn dairəsi xx.xx.2022-ci il tarixdə saat 21-dək Gərmətük kəndində, saat 21:25-dən 21:26-dək Lənkəran Mayak», Lənkəran şəhəri Mayak binası ərazisində olmuşdur. 14 dekabr 2022-ci il tarixli, 1032 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli, 247 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2015, xx.xx.2017 və xx.xx.2021-ci il tarixlərdə doğulmuş üç azyaşlı uşağı vardır. Lənkəran rayonu Kosalar kənd inzibati ərazi dairəsində nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Elma Ağayevin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 4,756 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən 20 sentyabr 2022-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evdən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran şəhərində yerləşən X4 polis şöbəsinə gətirilməsi, ona işgəncə verilməsi, psixotrop maddə olan metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona işgəncə verdiklərinə görə psixotrop maddənin özünə məxsu olmasını etiraf etməsi, 21 sentyabr 2022-ci il tarixədək polis şöbəsində saxlanılması, barəsində sənədləşmənin polis şöbəsində bir gün saxlanıldıqdan sonra aparılması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 21 sentyabr 2022-ci il tarixdə saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi barədə məlumatlarldan da görünür ki, həmin telefon nömrəsi 20 sentyabr 2022-ci il tarixdə saat 14:00-dan başlayaraq 23:31-dək, yəni bütün gün ərzində Lənkəran rayonu Gərmətük kəndi ərazisində olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin regional şöbəsinin yerləşdiyi Ləlkəran şəhəri ərazisində olmamışdır. Bu isə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə gətirilməmişdir. Onun bu barədə ifadəsi qeyriobyektiv ifadədir. Bununla yanaşı, telefon nömrəsinin anten dairəsi barədə məlumatlarldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il tarixdə saat 21:25 radələrindən etibarən Lənkəran şəhəri Mayak binasının ərazisində olmuşdur. Hansıki həmin bina Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 inzibati binasının yaxınlığında yerləşir. Bu isə onun X5 inzibati binasına xx.xx.2022-ci il tarixdə yox, xx.xx.2022-ci il tarixdə gətirilməsini təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun anten dairəsinin 19 sentyabr 2022-ci il tarixdə Astara rayonu ərazisində olmaması onun üzərində aşkar olunan psixotrop maddə metamfetamini əldə etməməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs özü psixotrop maddə metamfetamini 19 sentyabr 2022-ci il tarixdə Astara rayonu Pensər kəndində əldə etməsini göstərmişdir. O, psixotrop maddə metamfetamini əldə etdiyi mənbəyi və vaxtı fərqli də göstərə bilərdi. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi və işgəncəyə məruz qalması barədə verdiyi məlumatlar əsasında prokurorluq tərəfindən araşdırma aparılmış və həmin hallar təsdiq olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 4,756 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə metamfetaminin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar olunan metamfetamini öz istifadəsi üçün saxladığını, hər hansı şəxsə satmaq məqsədinin olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetamini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkomaniya xəstiəliyindən əziyyət çəkməsini, üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin miqdarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun psixotrop maddəni satmaq məqsədinin olmaması və öz istifadəsi üçün əldə etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-nin 59.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4,706 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4,706 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-184/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-184/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver