Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-184/2025 05.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayonu, Şıx Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Şıx Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 5 fevral 2025-ci il tarixdə, saat 11:20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə etməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 22 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla Sabirabad rayonu Şıx Salahlı kənd tam orta məktəbinin idman meydançasında həmkəndlisi Zərərçəkmiş şəxs ilə, sonuncunun onu bir müddət əvvəl istintaqla müəyyən edilməyən yerdə və vaxtda qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərini oğurlamaqda ittiham etməsi və buna görə mərhum atası İmran Paşayevin qəbrinə nalayiq ifadə işlətməsi səbəbindən mübahisə etmiş, şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı o, qisas niyyətilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqları ilə, başı ilə vurmaqla, yerdən götürdüyü ağac parçası ilə kürək nahiyəsinə zərbə endirməklə, eləcə də üzərində saxladığı istintaqa məlum olmayan mətbəx bıçağı ilə sağ qoltuqaltı nahiyəsinə üç dəfə vurmaqla, sonuncuya sol saidin aşağı 1/3-də arxa səthdə, sol almacıq sümüyü proyeksiyasında, sağ kürək sümüyü proyeksiyasında, onurğa xətti üzrə 3-cü döş fəqərəsi səviyyəsində, iki ədəd döş boşluğuna keçməyən yaralarla müaşiət olunan ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran, döş qəfəsinin ön sağ hissəsində sağ qoltuqlatı xətt üzrə 6-7-ci qabırğa səviyyəsində sağ sinusda maye ilə müşayiət olunan, döş boşluğuna keçən bir ədəd həyat üçün təklükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına AĞİR ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrində gizir hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, daha sonra həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həbs olunana qədər usta kimi təmir-tikinti işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla birlikdə eyni məktəbdə təhsil almışdır. Məlum hadisədən təxminən 15-20 gün əvvəl Zərərçəkmiş şəxs “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona ismarıc yazaraq onun tərəfindən əkilərək kultivasiya edilmiş çətənə bitkilərini oğurlamaqda ittiham etmiş, onun mərhum atasının goruna söymüş, bundan sonra telefonu söndürmüşdür. Həmin vaxt Füzuli rayonu ərazisində bərpa-quruculuq işlərində iştirak etdiyindən Sahiblə görüşə bilməmişdir. O, yaşadığı Sabirabad rayonu Şıx Salahlı kəndinə gəldikdən sonra Sahibi axtarmış, lakin onun Bakı şəhərində olduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Sabirabad rayonu Qaragüney kəndində təsadüfən Sahiblə rastlaşmış, həmin vaxt aralarında sözlü mübahisə olmuş, lakin ətrafda adamlar olduğundan həmin gün axşam saatlarında görüşərək aralarındakı mübahisəyə aydınlıq gətirməyə qərar vermişlər. Bundan sonra o, yaxınlıqdakı mağazadan uzunluğu təxminən 7 (yeddi) santimetr olan bıçaq almış və kəndin ərazisindəki kafedə spirtli içki qəbul etdikdən sonra yaşadığı evə getmişdir. Həmin gün saat təxminən 22 radələrində Sahib “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona ismarıc yazaraq harada olduğunu soruşmuş, o isə Sabirabad rayonu Şıx Salahlı kənd orta məktəbinin meydançasına gələcəyini bildirmişdir. Bundan sonra o, mağazadan aldığı bıçağı götürərək evdən çıxıb məktəbə doğru getmiş, həmin vaxt yanında olan qardaşı Nağı ondan nə baş verdiyini soruşduqda ona Sahibin atalarının goruna söydüyünü, bununla əlaqədar Sahiblə görüşəcəyini demişdir. Qardaşı Nağı onunla birlikdə məktəbin meydançasına getmiş, meydançaya çatdıqda Sahibin orada olduğunu görmüş, Sahibdən “mənim atamın goruna söyürsən?” deyə soruşduqda Sahib bunu təsdiq etmiş, bundan sonra Sahibə sillə və yumruq zərbələri vurmuşdur. Sahib zərbələrin təsirindən yerə yıxılmış, ayağa qalxaraq oradan uzaqlaşmaq istədikdə yerdə olan ağac parçası ilə onun kürək nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt mübahisə səslərini eşidən Əli və Rüfət adlı həmkəndliləri onların yanına gələrək aralamış, onlar aralandıqdan sonra Sahib yenidən onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Həmin təhqiramiz ifadələrə görə qardaşı Nağı Sahibə bir dəfə sillə zərbəsi vurmuşdur. O isə əsəblərini cilovlaya bilməyərək üzərində olan bıçaqla Sahibin döş qəfəsi nahiyyəsinə iki dəfə bıçaqla zərbə vurmuşdur. Bundan sonra qardaşı Nağı ilə birlikdə oradan uzaqlaşmış, evə doğru gedərkən bıçağı su kollektoruna atmışdır. Yaşadıqları məhəllədə polis əməkdaşlarını gözləmiş, polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, əvvəllər Sahiblə aralarında heç bir mübahisə, ədavət olmamış, hətta Sahib bir müddət onun usta kimi çalışdığı “Seabreeze” adlanan ərazidə tikinti işlərində onun yanında fəhlə kimi işləmişdir. Sahiblə aralarında dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, onun Sahibi öldürmək niyyəti olmamış, sadəcə olaraq mübahisə zamanı Sahib yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq, təhqiramiz ifadələr işlətdiyindən əsəblərini cilovlaya bilməyərək üzərindəki bıçaqla ona xəsarət yetirmiş, ona ağır xəsarət yetirməmək üçün bıçağın kəsici hissəsindən tutmaqla zərbə vurmuşdur. Özü narkotik vasitələrdən istifadə etmir, Sahibin də narkotik vasitələr istifadə etməsindən və ya narkotik tərkibli bitkiləri kultivasiya etməsindən məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır, özü və ailə üzvləri Sahiblə aralarında barışıq əldə edilməsinə cəhd etmiş, maddi imkanları aşağı olduğundan anası tərəfindən Sahibə yalnız 100 (yüz) manat pul verilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və sinif yoldaşıdır. Vüsalla birlikdə ötən ilin iyul-avqust aylarında “Seabreeze” adlanan ərazidə "xxxx" ASC tərəfindən həyata keçirilən tikinti işlərində işləmişdir. Belə ki, onu bu işə Vüsal düzəltmiş, Vüsal həmin tikintidə usta, o isə fəhlə kimi çalışmışdır. Tikintidə fəhlə kimi işlədiyi müddətdə ona 20 (iyirmi) gün işlədiyi günə görə ödənilməli olan ümumilikdə 500 (beş yüz) manat pulu Vüsal onun əvəzinə tikinti şirkətindən almış, lakin həmin pulu ona verməmişdir. Bununla bağlı o, Vüsala dəfələrlə zəng etmiş, lakin Vüsal onun telefon zənglərinə cavab verməmişdir. Vüsalla telefonla danışdıqda isə pulunu vermədiyi üçün Vüsalın ünvanına nalayiq, təhqiramiz ifadələr işlətmişdir. 15 avqust 2024-cü il tarixdə saat təxminən 13 radələrində Sabirabad rayonu Qaragüney kəndi ərazisində təsadüfən Vüsalla rastlamış, ondan nəyə görə telefon zənglərinə cavab vermədiyini soruşmuş, Vüsal isə axşam saatlarında görüşüb danışmağı təklif etmiş, görüşlə bağlı Vüsalla razılaşdıqdan sonra ondan ayrılmışdır. Həmin gün saat 20 radələrində “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə Vüsala “Nə oldu? Harda qaldın? Zəng edəcəkdin.” məzmunlu ismarıc yazmış, Vüsal isə ismarıca cavab yazaraq ona Sabirabad rayonu Şıx Salahlı kənd orta məktəbinin meydançasına gəlməyi bildirmişdir. Bundan sonra o, həmin məktəbin meydançasına gedərək orada Vüsalı gözləmiş, Vüsal qardaşı Nağı ilə birlikdə onun yanına gəlmiş, Vüsal ona yaxınlaşan kimi heç bir söz demədən əlindəki “trosla” onun kürək nahiyyəsinə, daha sonra bıçaqla 3 (dəfə) onun sağ döş qəfəsi nahiyyəsinə zərbə vurmuşdur. Xəsarət aldıqdan sonra orandan uzaqlaşmış, həmin vaxt bibisi oğlu Şahid2 ona zəng etmiş, telefon danışığı zamanı Elşada bıçaqlanaraq xəsarət aldığını, dərhal onun yanına gələrək xəstəxanaya aparmasını bildirmişdir. Bibisi oğlu Şahid2 özünə məxsus minik avtomobili ilə Şıx Salahlı kənd orta məktəbinin yanına gəlmiş, onu avtomobilə əyləşdirərək Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə davam edərək göstərdi ki, əvvəllər Vüsalla aralarında heç bir mübahisə, ədavət olmamış, Vüsala ona məxsus narkotik tərkibli çətənə bitkilərini oğurlaması ilə bağlı heç bir söz deməmiş, bununla bağlı polis orqanında araşdırma aparılmış, həmin xüsusat öz təsdiqini tapmamışdır. O, Vüsalın mərhum atasının goruna söyməmiş, yalnız Vüsalın ünvanına təhqiramiz ifadələr işlətmişdir. Vüsalla aralarındakı mübahisəyə səbəb Vüsalın əməyinin qarşılığı olaraq ona verilməli olan 500 (beş yüz) manat pulu verməkdən yayınması olmuşdur. Vüsal usta olduğundan onu da yanında fəhlə kimi işə cəlb etdiyindən onun əmək haqqını tikinti şirkətindən almaq səlahiyyəti olmuş, belə ki, o usta kimi fəhlənin pulunu şirkətdən alıb fəhləyə özü verməli idi. X17 kənd orta məktəbinin meydançasında görüşməyi o yox, Vüsal təklif etmiş, Vüsalın ona bıçaqla xəsarət yetirə biləcəyini düşünməmiş, istər mübahisə zamanı, istərsə də xəsarət aldıqdan sonra Vüsalın əlində bıçaq görməmişdir. Mübahisə zamanı Vüsalın qardaşı Nağı onun arxa tərəfində olduğundan və xəsarətləri də sağ döş qəfəsi nahiyyəsindən aldığından elə düşünmüşdür ki, ona bıçaqla xəsarəti Vüsalın qardaşı Nağı yetirmişdir. Lakin, ibtidai istintaq zamanı ona da məlum olmuşdur ki, ona bıçaqla xəsarəti Nağı yox, Vüsal yetirmişdir. Vüsalın qayınatası və anası barışıq əldə edilməsi üçün onun evinə gəlmiş, Vüsalın anası ona 100 (yüz) manat pul vermişdir. Bununla belə Vüsalla barışmamışdır və ondan şikayətçidir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Şıx Salahlı kəndində yaşayır, Təqsirləndirilən şəxs və Şahid1 tanıyır, həmin şəxslər onun həmkəndliləri olmaqla hadisə baş verdiyi ərəfələrə qədər aralarında ədavətləri olmamışdır. O, hadisədən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs ilə Bakı şəhərində fəhlə işləyən zaman sonuncu ondan 500 manat məbləğində borc pul almış, lakin Vüsal ona olan borcunu geri qaytarmamışdır. Hadisədən təxminən 20 gün əvvəl Təqsirləndirilən şəxs zəng edərək nə üçün borcunu qaytarmadığını soruşmuş və ünvanına söyüş söyərək telefonu Vüsalın üzünə söndürmüşdür. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sabirabad rayonu Qaragüney kəndi ərazisində “Əvəzin mağazası” adlı yerdə piyada hərəkət edərkən həmkəndlisi Vüsalı gördükdə sonuncuya yaxınlaşaraq axşam zəng edəcəyini və görüşmək istədiyini demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefona “whatsapp” vasitəsilə mesaj yazaraq kənd ərazisində yerləşən məktəbin həyətinə getdiyini və orada görüşmələrini təklif etmişdir. O, Vüsalla razılaşıb saat 22 radələrində məktəbin stadionuna getmiş və sonuncunu gözləmişdir. Bir qədər sonra qarşıdan Vüsal və qardaşı Nağının gəldiyini görmüş, onlar yanına çatan kimi Şahid1 əlində olan trosa bənzər metal əşya ilə onun kürək nahiyəsinə vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Bu vaxt Vüsal və qardaşı Nağı onu təpik və yumruq zərbələri ilə sifət nahiyəsindən vurmağa başlamış, bu zaman Vüsal haradan götürdüyünü görmədiyi bıçaqla onun sağ qolaltı nahiyəsindən iki dəfə vurmuşdur. O, Vüsal və Şahid1 daha ağır xəsarətlər yetirməməsi üçün əllərindən çıxıb yola doğru qaçmış, orada bisioğlu Şahid2 görmüş və sonuncuya onu təcili xəstəxanaya aparmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq kiçik ölçülü, limon bıçağına bənzəyən bıçaq olmuş, hadisə 4-5 dəqiqə davam etmidir. O, narkotik tərkibli bitki əkməmiş, onları kultivasiya etməmiş, Vüsala mobil telefonla zəng edərək sonuncunun ünvanına söyüş söyməsinin səbəbi Təqsirləndirilən şəxs ona olan 500 manat borcunu ödəməməsi olmuşdur. Şahid1 ilə aralarında heç bir düşmənçilik və ədavət olmamış, o, meydançada dayanıb Vüsalı gözləyən zaman sonuncu qardaşı Nağı ilə birlikdə oraya gəlmiş, Vüsal ona yaxınlaşan kimi heçnə demədən başı ilə sifət nahiyəsindən zərbə etmiş, dava zamanı Şahid1 əlində olan trosla onun kürək nahiyəsinə zərbə endirmiş, o, zərbənin təsirindən yerə yıxıldıqda isə Vüsal yenidən ona yaxınlaşıb bıçaqla iki dəfə sağ qoltuqaltı nahiyəsindən vurmuşdur. Hadisə vaxtı hava qaranlıq olduğundan Nağının əlindəki trosu tam dəqiqliklə görə bilməmiş, lakin ona dəyən zərbədən Nağının əlindəki əşyanın metal tros olmasını zənn etmişdir. (Cild 1, iş vərəqi 64-67, 237-239;). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadənin sonundakı imzanın ona məxsus olduğunu, lakin ifadəni oxumadan imzaladığını qeyd etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs onların həmkəndlisidir, əvvəllər aralarında heç bir mübahisə, ədavət olmamışdır. 15 avqust 2024-cü il tarixdə saat 21 radələrində qardaşı Vüsalla birlikdə yaşadıqları evdə olarkən Sahib “Whatsapp” mobil tətbiqi vasitəsilə Vüsala təhqiramiz məzmunlu ismarıc yazaraq onu Sabirabad rayonu Şıx Salahlı kənd orta məktəbinin meydançasına çağırmışdır. Təhqiramiz məzmunlu ismarıcdan qəzəblənən qardaşı Vüsal dərhal evdən çıxaraq məktəbin meydançasına doğru getmiş, o da, qardaşı Vüsalın ardınca yollanmışdır. Qardaşı Vüsal ona Sahibin bundan əvvəl də onların mərhum atasının goruna söydüyünü demişdir. Həmin vaxt qardaşı sürətlə hərəkət etdiyindən ona çata bilməmişdir. Məktəbin meydançasına çatdıqda Vüsal və Sahibin dava edərək aralaşdıqlarını görmüş, həmin vaxt həmkəndliləri Şahid4 və Şahid5 da orada olmuş, bu zaman Sahib yenidən Vüsalın və onların ailə üzvlərinin ünvanına təhqiramiz, nalayiq ifadələr işlətmişdir. Bundan qəzəblənərək Sahibə bir dəfə sillə ilə zərbə vurmuşdur. Həmin vaxt qardaşı Vüsalın Sahibə hansı şəraitdə və formada bıçaqla xəsarət yetirdiyini görməmişdir. Qardaşı Vüsalla birlikdə oradan uzaqlaşaraq yaşadıqları evə doğru getmiş, yolda olarkən Vüsal üzərindəki bıçağı yolun üzərindəki su kollektoruna atmış, daha əvvəl Vüsalın üzərində bıçaq olmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Sabirabad rayonu, Şıx Salahlı kəndində məktəbin yaxınlığındakı evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Hadisə vaxtı həmkəndlisi Şahid5 ilə birlikdə işlədiyi marketdən yaşadığı evə gələrkən, Şıx Salahlı kənd orta məktəbinin meydançasında mübahisə səsləri eşitmiş, belə ki, həmkəndlisi Sahibin yüksək səslə söyüş söydüyünü eşitmiş, Rüfətlə birlikdə meydançaya doğru getmiş, orada Sahibin sifət nahiyyəsindən xəsarət aldığını görmüşdür. Sahib ondan su istəmiş, o, Rüfətlə birlikdə su gətirmək üçün yaşadığı evə gedərək su götürüb geri qayıdarkən Sahibin söyüş söyə-söyə həmin ərazidən uzaqlaşdığını görmüşdür. O, Vüsalın Sahibə bıçaqla xəsarət yetirməsini, eləcə də, Sahibin bıçaqla yetirilən zərbə nəticəsində xəsarət almasını görməmiş, bu barədə yalnız ifadə vermək üçün polis şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslər onun həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evin həyətyanı sahəsində olarkən evinin yaxınlığında yerləşən məktəbin həyətindən səs-küy gəldiyini və bir neçə şəxsin uca səslə söyüş söydüklərini eşitmiş, evdən çıxıb həmin yerə getdikdə həmkəndliləri Nağı və Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxsla mübahisə etdiklərini görmüşdür. O, dərhal yaranmış səs küyə gəlmiş Rüfət adlı dostu ilə birlikdə Təqsirləndirilən şəxs Sahibdən aralamaq istəmiş, bu vaxt sonuncu Təqsirləndirilən şəxs ünvanına yenidən söyüşlər söymüş, Vüsal isə qarşılıq verərək Sahibin ünvanına qışqıraraq söyüşlər söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə gedib sonuncunu yerə yıxıb üzündən yumruqla vurmuş, daha sonra ayağa qalxıb bir qədər kənara çəkildikdə Zərərçəkmiş şəxs yenə də Təqsirləndirilən şəxs ünvanına söyüş söymüşdür. Bu vaxt Şahid1 Sahibin üzərinə gəlib onun üz nahiyəsindən bir neçə dəfə yumruqla vurmuş və sonuncunu yerə yıxmışdır. Vüsal isə Zərərçəkmiş şəxs yaxınlaşıb haradan əldə etdiyini görmədiyi bıçaqla sonuncunun sağ qolaltı hissəsindən vurmuş, daha sonra hadisə yerinə gələn adamlar – yəni, Şahid3, Rüfət və o Təqsirləndirilən şəxs sakitləşdirmək üçün yanına getmiş, Zərərçəkmiş şəxs isə piyada şəkildə onlardan uzaqlaşmış, bir qədər sonra isə Təqsirləndirilən şəxs və qardaşı Şahid1 sürətli addımlarla hadisə yerindən uzaqlaşmışdırlar. Şahid4 ifadəsinə davam edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əlində olan bıçağı hava qaranlıq olduğu üçün görə bilməmiş, lakin sonuncu hadisə yerindən uzaqlaşan zaman bıçağın əlində olmasını görmüşdür. Həmkəndliləri arasında yaranmış mübahisənin səbəbi barədə məlumatı olmamış, o, hadisə yerinə gəldikdə qeyd edilən şəxslər arasında dava-dalaş başladığı üçün mübahisənin əvvəlində Nağı və ya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs metal trosla və ya ağac parçası ilə vurub vurmamasını görməmişdir. (Cild 1, iş vərəqi 111-113;). R.R.Rami ibtidai istintaq zamanı verdiyi ifadənin sonundakı imzanın ona məxsus olduğunu, lakin ifadəni oxumadan imzaladığını qeyd etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslər onun həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evin həyətyanı sahəsində olarkən evinin yaxınlığında yerləşən məktəbin həyətindən səs-küy gəldiyini və bir neçə şəxsin uca səslə söyüş söydüklərini eşitmiş, evdən çıxıb həmin yerə getdikdə həmkəndliləri Nağı və Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxsla mübahisə etdiklərini görmüşdür. O, dərhal yaranmış səs küyə gəlmiş Əli adlı dostu ilə birlikdə Təqsirləndirilən şəxs Sahibdən aralamaq istəmiş, bu vaxt sonuncu Təqsirləndirilən şəxs ünvanına yenidən söyüşlər söymüş, Vüsal isə qarşılıq verərək Sahibin ünvanına qışqıraraq söyüşlər söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə gedib sonuncunu yerə yıxıb üzündən yumruqla vurmuş, daha sonra ayağa qalxıb bir qədər kənara çəkildikdə Zərərçəkmiş şəxs yenə də Təqsirləndirilən şəxs ünvanına söyüş söymüşdür. Bu vaxt Şahid1 Sahibin üzərinə gəlib onun üz nahiyəsindən bir neçə dəfə yumruqla vurmuş və sonuncunu yerə yıxmışdır. Vüsal isə Zərərçəkmiş şəxs yaxınlaşıb haradan əldə etdiyini görmədiyi bıçaqla sonuncunun sağ qolaltı hissəsindən vurmuş, daha sonra hadisə yerinə gələn adamlar – yəni, Şahid3, Əli və o Təqsirləndirilən şəxs sakitləşdirmək üçün yanına getmiş, Zərərçəkmiş şəxs isə piyada şəkildə onlardan uzaqlaşmış, bir qədər sonra isə Təqsirləndirilən şəxs və qardaşı Şahid1 sürətli addımlarla hadisə yerindən uzaqlaşmışdırlar. Şahid5 ifadəsinə davam edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əlində olan bıçağı hava qaranlıq olduğu üçün görə bilməmiş, lakin sonuncu hadisə yerindən uzaqlaşan zaman bıçağın əlində olmasını görmüşdür. Həmkəndliləri arasında yaranmış mübahisənin səbəbi barədə məlumatı olmamış, o, hadisə yerinə gəldikdə qeyd edilən şəxslər arasında dava-dalaş başladığı üçün mübahisənin əvvəlində Nağı və ya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs metal trosla və ya ağac parçası ilə vurub vurmamasını görməmişdir. (Cild 1, iş vərəqi 125-127). Z.Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadənin sonundakı imzanın ona məxsus olduğunu, lakin ifadəni oxumadan imzaladığını qeyd etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 15 avqust 2024-cü il tarixdə axşam saatlarında Sabirabad rayonu Şıx Salahlı kənd orta məktəbinin meydançasından təxminən 150 metr aralıda yerləşən çayxanada olarkən məktəbin meydançası tərəfdən mübahisə səsləri eşidərək meydançaya doğru getmiş, orada Zərərçəkmiş şəxs yaralı olduğu görmüş, Sahib ona bıçaqlandığını deyərək kömək istəmişdir. O, mobil telefonla əvvəlcə X4 Yardımın “103” qısa nömrəsinə, daha sonra Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” zəng edərək hadisə barədə məlumat vermiş, az sonra hadisə yerinə gələn Sahibin bibisioğlu Şahid2 ilə birlikdə sonuncuya məxsus avtomobillə Sahibi Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Sahib ona kim tərəfindən xəsarət yetirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə 24071024 nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (Cild 1, i.v.1;) Sabirabad rayon Polis şöbəsinin məsul növbətçisi polis mayoru Hüsü Mehbalıyevin xx.xx.2024-cü il tarixli raportunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 22:20də Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş ********** nömrəli məlumata əsasən Sabirabad rayonu Şıx Salahlı kənd sakini Şahid3 ***-***-**-** nömrədən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqla vurulması, vəziyyətinin ağır olması barədə məlumat vermişdir. (Cild 1, i.v.3;). Sabirabad rayon Polis şöbəsinin məsul növbətçisi polis mayoru Hüsü Mehbalıyevin xx.xx.2024-cü il tarixli raportunda qeyd olunmuşdur ki Şirvan şəhər mərkəzi xəstəxanasından xx.xx.2024-cü il tarixdə saat 23:00-da 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Ümid oğlu döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə Şirvan ŞMX-yə daxil olması barədə məlumat verilmişdir. (Cild 1, i.v.4;). Təqsirləndirilən şəxs texniki vasitədən istifadə etməklə sərxoşluq vəziyyətinin müayinəsinə dair 16 avqust 2024-cü il tarixli qəbzdə Təqsirləndirilən şəxs alkoqolun konsentrasiyasının 0,084 promil olduğu qeyd olunmuşdur. (Cild 1, i.v.10;). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə, saat 22:10-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 16,25;). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri tərcüməçinin iştirakı ilə ətraflı izah edilmişdir (Cild 1, i.v. 60-64;). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilmiş, hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 68-75;). Sabirabad rayon məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 4(056)-128/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək törədilmiş cinayət əməlinə görə peşman olmadığını, cinayət törədərkən istifadə etdiyi bıçağı isə haraya atdığını xatırlamadığını, barəsində həbs qətimkan tədbirinin seçilməsinə etiraz etmədiyini bildirmişdir. (Cild 1, i.v. 101- 104;). “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs “ifadənin yerində yoxlanılması” istintaq hərəkəti zamanı ifadəsini təsdiq edərək, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyi Sabirabad rayonu Şıx Salahlı kənd orta məktəbinin meydançasının göstərmişdir. (Cild 1, i.v. 115- 118;). Sabirabad rayon Polis şöbəsinin Qaragüney Polis bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Sənan Əsgərov tərəfindən Sabirabad RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ********* cinayət işi üzrə xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığa əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq və metal trosun yerini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, i.v. 119;). Sabirabad rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis baş leytenantı Əli Əlizadə tərəfindən Sabirabad RPŞ-nin rəisinə ünvanlanmış 04 oktyabr 2024-cü il tarixli raportda göstərilmişdir ki, Zərərçəkmiş şəxs barəsində narkotik vasitələrdən istifadə etməsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmasına dair məlumat əldə edilsə də, onun həmin bitkiləri kultivasiya etdiyi yerin müəyyən olunması üçün bir sıra tədbirlərin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, i.v. 120;). Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2024cü il tarixli 527 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön sağ hissəsində sağ qoltuqlatı xətt üzrə 6-7-ci qabırğa səviyyəsində, sol saidin aşağı 1/3-də arxa səthdə, sol almacıq sümüyü proyeksiyasında çapıqlar- sağalmış yaraların izləri kəsici – deşici alətin, ola bilsin bıçağın, döş qəfəsinin arxa səthində sağ kürək sümüyü prosyeksiyasında, onurğa xətti üzrə 3-cü döş fəqərəsi səviyyəsində çapıqlar- sağalmış yaraların izləri sərt küt alətin, ol bilsin “metal trosun” təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Ayrı-ayrılıqda dərəcələrinə görə - döş qəfəsinin ön sağ hissəsində sağ qoltuqlatı xətt üzrə 6-7-ci qabırğa səviyyəsində qeyd olunmuş sağ sinusda maye ilə müşayiət olunan, döş boşluğuna keçən bir ədəd yara həyat üçün təklükəli olan sağlamlığa AĞİR zərər vurmaya, həmin proyeksiyada digər iki ədəd döş boşluğuna keçməyən yaralar, sol saidin aşağı 1/3də arxa səthdə bir ədəd yara, sol almacıq sümüyü proyeksiyasında bir ədəd yara, sağ kürək sümüyü proyeksiyasında, onurğa xətti üzrə 3-cü döş fəqərəsi səviyyəsində iki ədəd yara isə ayrı ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi (Cild 1, i.v. 146-149;). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrindən, həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 224;). Sabirabad rayon məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 4(056)-156/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 17 yanvar 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 232-234;). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7564 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 235-236;). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 255-265;). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild 1, i.v. 268-269;). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konnstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə şahidlər Şahid5 və Şahid4 Rəfael oğlunun məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələrdə qeyd olunan xüsusatlar digər şahid ifadələri, eləcə də, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri ilə müəyyən edilmiş işin faktiki halları ilə uzlaşmır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Şahid5 və Şahid4 Rəfael oğlunun məhkəmə istintaqı zamanı verdikləri ifadələr onların həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxslə həmkəndli olmaları ilə əlaqədar təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasındakı mübahisəli işdə tərəf olmamağa, tərəfsizliklərini qoruyub saxlamağa, onlarla münasibətlərin korlanmasından çəkinməyə yönəlmişdir. Qeyd olunanlara əsasən həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz. Həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrdə göstərdikləri xüsusatlar işin digər halları ilə uzlaşdığından, eləcə də, digər şahid ifadələri ilə təsdiq edildiyindən məhkəmə həmin ifadələri mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-nin) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər – Şahid1, Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə, Şahid5 və Şahid4 Rəfael oğlunun ibtidai istintaq zamanı veridkləri ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 527 nömrəli rəyli və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 05 oktyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Gəncə Hərbi məhkəməsinin Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 349.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. Gəncə Hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Hərbi məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 500 manat cərimə cəzası ilə əvəz olunub. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə cəzasına məhkum edimişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sabirabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 04 ay müdddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild 1, i.v.121-122). Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Buna əsasən o, məhkumluğu olmayan şəxs hesab edillir. Sabirabad rayon İcra hakimiyyəti Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 5-70-34/2-334-2024 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs anası- X3, arvadı- X2, övladı- X8, övladı- X7 ilə birlikdə Sabirabad rayonu Şıx Salahlı kəndində yaşayır (Cild 1, i.v.153). Sabirabad rayon İcra hakimiyyəti Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli 5-70-34/2-17-2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (Cild 1, i.v.154). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs övladları – X7 və X6 məxsus şəxsiyyət vəsiqələrinin “zərflər üçün №139” möhürlə təsdiq edilmiş surətlərindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə, X9 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur (Cild 1, i.v 155). Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən), himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 05 oktyabr 2024-cü il tarixli cavabına əsasən Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğunun olmamasına baxmayaraq, onun ittihamda göstərilmiş cinayət əməlini törədənədək müxtəlif vaxtlarda Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirərək şəxsiyyətinin kriminal meyilli olması və törətdiyi əmələ görə özünü tənqid səviyyəsinin aşağı olması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törətməsinə səbəb olmuş və buna şərait yaratmış, həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs çox saylı sillə və yumruq zərbələri ilə, həmçinin istintaqa məlum olmayan silah qismində istifadə edilən taxta parçası ilə zərbə yetirməklə kifayətlənməyərək, sonuncuya həyat və sağlamlıq üçün təhlükəli nahiyyədən üç bıçaq zərbəsi vurmasını, Zərərçəkmiş şəxs hər hansı yardım etmədən bıçaqla zərbə vurub hadisə yerindən uzaqlaşmasını, zərərçəkmiş şəxsin onunla barışmayaraq şikayətçi olmasını törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini artıran hal kimi qəbul edib, eləcə də cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən zərərçəkmiş şəxslə barışıq əldə edilməsində cəhd edilməsini o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) il 6 (altı) ay həddində təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qalxmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-nnin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmiş, iş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəza çəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-184/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-184/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver