Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-185/2025 23.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X4 İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində X4 şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sım kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyun 2025-ci il tarixdə saat 12:20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Abbas” adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Abas adlı şəxsin və qeyrilərinin xüsusilə külli miqdarda 60 kq 765,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədiləcəyi yerdən götürüb sonradan satışını həyata keçirmək məqsədi ilə özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdikləri təlimata, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra cinayətkar qrupun məlum olmayan üzvü tərəfindən naməlum vaxtda və şəraitdə Astara rayonu Sım kəndi ərazisində meşəlik sahədə gizlədilmiş xüsusilə külli miqdarda 60 kq 765,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitənin xeyli miqdarda 27,47 qram çəkidə olan hissəsini 08 may 2024-cü il tarixdə Astara rayonu, Sım kəndi ərazisində əmisi Şahid2 hədiyyə verib, xeyli miqdarda 17,68 qram çəkidə olan hissəsini üzərində, qalan 60 kq 720 çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı isə Şahid2 xəbəri və məlumatı olmadan sonuncunun idarə etdiyi «VAZ 2121» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlətməklə saxlayaraq Astara rayonu, Sım kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 11:10-da Astara rayonu, Sım kəndi ərazisində Şahid2 idarə etdiyi «VAZ 2121» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında sonuncu ilə birlikdə saxlanılaraq Astara Rayon Polis Şöbəsinə dəvət olunub həmin gün saat 13:20 dəqiqədən etibarən üzərlərinə şəxsi axtarış keçirilərkən Şahid2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda 27,47 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə 01 ədəd bükümdə xeyli miqdarda 17,68 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 may 2024-cü il tarixdə, saat 14:40-dan etibarən Şahid2 icazəsi və razılığı əsasında idarə etdiyi «VAZ 2121» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən Təqsirləndirilən şəxs məxsus 02 ədəd sintetik torbada və 04 ədəd karton qutuda olan 60 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri – 1000 qram; 1030 qram; 1020 qram; 1005 qram; 1010 qram; 1015 qram; 1015 qram; 1005 qram; 1015 qram; 1010 qram; 1025 qram; 1030 qram; 1025 qram; 1020 qram; 1020 qram; 1030 qram; 850 qram; 1025 qram; 1030 qram; 1025 qram; 1015 qram; 1020 qram; 1030 qram; 1035 qram; 1020 qram; 595 qram, 1015 qram; 1020 qram; 1040 qram; 1030 qram; 1005 qram; 1045 qram; 1025 qram; 1020 qram; 1010 qram; 1010 qram; 1040 qram; 1015 qram, 1030 qram; 1015 qram; 1025 qram; 1045 qram; 1040 qram; 1005 qram; 1015 qram; 1010 qram; 1020 qram, 1025 qram; 1035 qram; 1015 qram; 1040 qram; 1015 qram; 1030 qram; 1020 qram; 1015 qram; 1020 qram; 1030 qram; 1025 qram; 1025 qram və 1025 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 60 kq 720 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış Şahid2 və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 07-08 ay öncə İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin şəxs ona “pay” olaraq təmənnasız 10 qram qurudulmuş marixuana göndərmişdir. Bundan sonra onların münasibətləri daha da yaxınlaşmışdır. Abbas adlı şəxs ona Astara rayonu Sım kəndi ərazisində meşəlik sahəsində narkotik vasitə gizlətdiyini bildirmiş, həmin narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoymaq müqabilində pul təklif etmişdir. O, Abbas adlı şəxsin bu təklifini qəbul etmiş, təxminən 05-xx.xx.2024-cü il tarixdə Astara rayonu Sım kəndinin ərazisində meşəlik sahəsində Abbasın qeyd etdiyi yerdən bağlamalarda olan qurudulmuş marixuananı götürərək özü ilə gətirdiyi ata yükləmiş və Sım kəndində yaşadığı evə gətirmişdir. Abbasın verdiyi təlimata uyğun olaraq həmin narkotik vasitələri onun deyəcəyi yerə aparıb gizlətmək üçün əmisi Şahid2 Bakı şəhərinə işləməyə gedəcəyini, əşyalarının çox olduğunu bildirərək əşyalarını aparmaqda ona kömək etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə əmisi Xətai ona əşyalarını daşımaqda kömək etmək üçün istifadəsində olan Niva markalı avtomobillə onun yaşadığı evə gəlmişdir. O, narkotik vasitələr olan bağlamaları qutunun içərisində üzəri örtülü formada avtomobilin yük yerinə qoymuş, lakin qutuların içərisində narkotik vasitə olmasını Şahid2 bildirməmişdir. O, əmisi Xətainin narkotik vasitələrdən istifadə etdiyini bildiyindən ona “pay” olaraq istifadəsi üçün kiçik bir bağlamada qurudulmuş marixuana vermişdir. Eləcə də, əldə etdiyi narkotik vasitədən istifadəsi üçün az miqdarda götürərək üzərində saxlamışdır. Onlar Astara rayonu Sım kəndi ərazisində avtomobillə hərəkətdə olarkən polis əməkdaşları onları saxlamış, özləri ilə Astara rayon Polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən onların hər ikisinin üzərinə və avtomobilə müdafiəçilərin iştirakı ilə baxış keçirilmiş, qeyd olunan narkotik vasitələr aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Abbas narkotik vasitənin onun göstərdiyi yerdən götürülüb başqa yerə aparılması müqabilində ona 35000 manat pul vəd etmiş, maddi cəhətdən çətinlik çəkdiyindən onun təklifi ilə razılaşmışdır. Əmisi Xətainin avtomobildə narkotik vasitə olmasından xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 08 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Astara rayonunun Sım kəndi ərazisində Təqsirləndirilən şəxs və əmisi Şahid2 sonuncunun idarə etdiyi Niva markalı avtomobillə hərəkətdə olarkən onlar tərəfindən saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmişlər. Astara RPŞ-nin inzibati binasında onların üzərlərinə və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı hər birinin üzərlərindən bir bükümdə qurudulmuş marixuana, avtomobildən isə 60 ədəd bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 08 noyabr 2024-cü il tarixdə səhər vaxtlarında işə getməyə hazırlaşarkən qardaşıoğlu Xətai ona zəng edərək işləmək üçün Bakı şəhərinə getdiyini, yükünün çox olduğunu, onu asfalt yola kimi aparmağını xahiş etmişdir. O, bel nahiyəsində olan yırtıqdan yeni əməliyyat olduğunu bildirmişdir. Afşin ona avtomobilə yükü özünün qoyacağını və boşaldacağını bildirmişdir. O, Afşinin yaşadığı evə getmiş, Afşin içərisində şəxsi əşyaları olduğunu dediyi qutuları avtomobilin yük yerinə yükləmişdir. Afşin qutuları avtomobilin yük yerinə yüklədikdən sonra onlar hərəkətə başlamış, yolda Afşin ona bir bükümdə qurudulmuş marixuana “pay” vermişdir. Asfalt yola çıxdıqdan sonra Afşin ona avtomobili dayandırmasını, yükləri boşaldacağını bildirmişdir. O, elə düşünmüşdür ki, Afşin Bakı şəhərinə oradan başqa taksi ilə gedəcək. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq saxlamış, özləri ilə Astara rayon Polis şöbəsinə aparmışlar. Astara rayon Polis şöbəsinin inzibati binasında onların üzərinə və avtomobilə baxış keçirilmiş, hər birinin üzərində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana, avtomobilin yük yerində isə ümumilikdə 60 bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Onun avtomobildə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan xəbəri olmamışdır. Afşin qutuda şəxsi əşyalarının olduğunu bildirdiyindən ona inanmışdır. Məhkəmə CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir: İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 may 2024-cü il tarixli qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Yusif Yusifov tərəfindən Şahid2 və Təqsirləndirilən şəxs əməllərində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətinin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. (Cild 1, i.v. 1-2;) İşdə olan, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Emin Əliyevin xx.xx.2024cü il tarixli “Raport”undan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. (Cild 1, i.v 6;) İşdə olan, «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxslərin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərin həyata keçirilməsi barədə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Emin Əliyev tərəfindən qərar qəbul edilmişdir. (Cild 1, i.v 7-8;) İşdə olan, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Emin Əliyevin xx.xx.2024cü il tarixli “Raport”undan görünür ki, Xalıqov X5 Afşin Xasay oğlu ilə qabaqcaqdan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əlbir edib Astara rayonu ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindiklərindən 08 may 2024-cü il tarixdə, saat 11:10 dəqiqədə Astara rayonu, Sım kəndində, yol kənarında Şahid2 idarə etdiyi “Niva” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yabında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Astara RPŞ-nin inzibati binasına gətirilmişlər, avtomobil isə şöbənin yerləşdirilmişdir. (Cild 1, i.v 12;) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin tarixdə saat 11:10-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 33; Cild 1, i.v 42;) İşdə olan, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli qismində tutulan Şahid2 və Təqsirləndirilən şəxs barələrində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (Cild 1, i.v 50; Cild 1, i.v 51;) İşdə olan, «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Şahid2 şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi, 2 (iki) ədəd üzərilərində 5357 4141 1521 9215, 54 0 4 0852 3807 4399 nömrələri olan plastik bank kartı, 1 (bir) ədəd avtomobil açarı və 01 (bir) manat pul aşkar edilərək götürülmüşdür. Şahid2 təqdim etmiş qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 34 (otuz dörd) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, orada üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 2 (iki) ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd avtomobil açarı və 1 (bir) manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. X13 şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** və 051 ***-**-** simkart nömrələri olan "Redmi” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 2 (iki) ədəd üzərilərində 5411 2498 0230 4647, 4169 7388 0415 9584 nömrələri olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 27 (iyirmi yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, orada üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Redmi" markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 2 (iki) ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. X13 verilən suallara cavab olaraq üzərlərindən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Abbas" adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Astara rayonu, Sım kəndində sərhədyanı ərazidən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini “Abbas” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 40000 (qırx min) manat pul verəcəyini, bildirmişdir. (Cild 1, i.v 52-55;) İşdə olan, avtomobilə baxış və götürmə aparılması haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Şahid2 idarə etdiyi “Niva” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsi və götürmə aparılması barədə qərar qəbul edilmişdir. (Cild 1, i.v 58-59;) İşdə olan, avtomobilə baxış və götürmə aparılması haqqında 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Şahid2 və X13 avtomobilin yük hissəsindən dörd ədəd kardon qutunun içərisindən 60 (altmış) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişlər. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 63 (altmış üç) kq 895 (səkkiz yüz doxsan beş) qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxslər, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. X13 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Abbas" adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Astara rayonu, Sım kəndində sərhədyanı ərazidən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini, “Abbas” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymalarının qarşılığında sonuncunun ona 40000 (qırx min) manat pul verəcəyini bildirmişdir. (Cild 1, i.v 60-62;) İşdə olan, materialların məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-7/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid2 təqdim etdiyi kütlə” yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış bir ədəd qara rəngli polietilen bükülüdə təmiz çəkisi -27,47 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi-17,68 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şahid2 və Təqsirləndirilən şəxs avtomobildə təqdim etdiyi kütlələr” yazılar və imzalar olan birinci ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 6 ədəd ağ rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram; 1030 qram; 1020 qram; 1005 qram; 1010 qram; 1015 qram, ümumi çəkisi – 6080 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasıtə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ikinci ağ rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 8 ədəd ağ rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1015 qram; 1005 qram; 1015 qram; 1010 qram; 1025 qram; 1030 qram; 1025 qram; 1020 qram, ümumi çəkisi - 8145 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 1 №-li karton qutuda 12 ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda (11ədəd ağ rəngli, 1ədəd göy rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri- 1020 qram; 1030 qram; 850 qram; 1025 qram; 1030 qram; 1025 qram; 1015 qram; 1020 qram; 1030 qram; 1035 qram; 1020 qram; 595 qram, ümumi çəkisi - 11695 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 2№-li karton qutuda 12 ədəd üzərləri skoçla bağlanmış ağ rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiİəri-1015 qram; 1020 qram; 1040 qram; 1030 qram; 1005 qram; 1045 qram; 1025 qram; 1020 qram; 1010 qram; 1010 qram; 1040 qram; 1015 qram, ümumi çəkisi – 12275 qram brtki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 3№-li karton qutuda 9 ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda (7 ədəd ağ rəngli, 2 ədəd göy rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri- 1030 qram; 1015 qram; 1025 qram; 1045 qram; 1040 qram; 1005 qram; 1015 qram; 1010 qram; 1020 qram ümumi çəkisi – 9205 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla, hazırlamış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 4№-li karton qutuda 13 ədəd üzərləri skoçla bağlanmış polietilen bağlamalarda (12 ədəd ağ rəngli, 1 ədəd göy rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri- 1025 qram; 1035 qram; 1015 qram; 1040 qram; 1015 qram; 1030 qram; 1020 qram; 1015 qram; 1020 qram; 1030 qram; 1025 qram; 1025 qram; 1025 qram, ümumi çəkisi- 13320 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanalardır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi 60765,15 qramdır. Tədqiqata təqdim olunmuş 02 ədəd kağız paketdə və 02 ədəd sintetik torbada, 04 ədəd karton qutularda ümumi sayı 60 ədəd bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların təmiz çəkisi -60765,15 qram, tədqiqata sərf edilmişdir -3,1 qram, qalıq -60762,05 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (Cild 1, i.v 73-75;) İşdə olan, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndiririlən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, i.v 135-136;) İşdə olan, maddi sübut hesab edilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqatdan sonra qalıq qalan iki ədəd sintetik torbada, dörd ədəd qutuda və iki ədəd kağız paketində qablaşdırılan 60 kq 762,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, i.v 173-175;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(005)-626/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 187-191;) İşdə olan, “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, BNMİnin baş əməliyyat müvəkkili, polis mayoru Emin Əliyevin xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. (Cild 1, i.v 219;) İşdə olan, Astara rayon İHB-nın Pəlikəş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Salayev X1 İƏD-si üzrə nümayəndəliyinə daxil olan Sım kəndində yaşayır, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində hər hansı bir şəxsin onun barəsində nümayəndəliyə şikayət xarakterli müraciəti olmamışdır. Təqsirləndirilən şəxs aşağıdakı adları qeyd olunan ailə tərkibi vardır: Atası: X7. Qardaşı: X3. (Cild 1, i.v 224; Cild 1, i.v 225;) İşdə olan, cinayət işinin icraata qəbul olunması barədə 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına qəbul edilməsi və istintaqın aparılması haqqında qərar qəbul edilmişdir. (Cild 1, i.v 233;) İşdə olan, 31 avqust 2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, i.v 27-28;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(005)-1092/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 08 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, i.v 37-41;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ X6 Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 4372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi nakoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v 66;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 259 MEŞ nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində üzərində hər-hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (Cild 2, i.v 68-69;) İşdə olan, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununda əlavələr və dəyişikliklər edilməklə ona həmin maddə ilə ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206-cı, eləcə də 32.5 206-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Şahid2 və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də avtomobilə axış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş, tədqiqatdan sonra qalıq qalan iki ədəd sintetik torbada, dörd ədəd qutuda və iki ədəd kağız paketində qablaşdırılan 60 kq 762,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilərək Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılması nəzərə alınmış, iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 09 may 2024-cü il tarixli, 7-716 nömrəli, məhkəmənarkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli, 4370 və 4372 nömrəli, məhkəmə-tibbi ekspertizasının 24 may 2024-cü il tarixli 259-MEŞ və 260-MEŞ nömrəli rəyləri, Astara Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarları işin bütün halları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmiş, Şahid2 Təqsirləndirilən şəxslə birlikdə xüsusilə külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və onun idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitələrin saxlanılmasından xəbəri və məlumatı olmaması nəzərə alınmışdır. (Cild 2, i.v 73-87;) İşdə olan, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından xüsusilə külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 2, i.v 99- 100;) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur. (Cild 2, i.v 117-118;) İşdə olan, xx.xx.2024-cü il tarixli, 4(005)-1387/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 08 fevral 2025-ci il tarixədək uzadılmışdır. (Cild 2, i.v 129-134;) İşdə olan, İ-8424 nömrəli, İ-12632 nömrəli, İ-11330 nömrəli, İ-68788 nömrəli, İ-1151 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 müvafiq olaraq “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə” medallarla təltif olunmuşdur. (Cild 3) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, özünü müdafiə üçün heç bir dəlil irəli sürməmişdir. CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, axtarış və götürmə protokolları, ekspertiza rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlərlə yəni iş üzrə bütün sübutların məcmusu ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı həmçinin aşağıdakıları qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən marixuana narkotik vasitə hesab edilir, həmin maddənin xeyli miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin Plenum qərarının 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək avtomobildə saxlayaraq daşıdığı, ümumilikdə 60675,15 qram, yəni xüsusilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 12315 dəfə, külli miqdarından isə təxminən 121 dəfə, xüsusilə külli miqdarından isə 1,2 dəfədən artıq olması, habelə Təqsirləndirilən şəxs həm məhkəməyədək, həm məhkəmə icraatı zamanı “Abbas” adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olaraq qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədinin olması ilə bağlı etirafedici ifadələri, narkomaniya xəstəliyindən əziyyət çəkməməsi (narkotik vasitə aludəçisi olmaması) və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini etiraf edib səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, əməlinə tənqidi münasibətini, səmimi peşmançılıq hisslərini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin qardaşının Vətən müharibəsi iştirakçısı olmaqla “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə” medallarla təltif olunduğu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sankisyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxsun həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ X6 Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 4372 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi nakoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 60 kiloqram 765,05 qram narkotik vasitə qurudulmuş marixuanadan Şahid2nin üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 27,42 qram hissəsi ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməsi nəzərə alınmaqla çıxılmalı, 60 kiloqram 737,63 qram qurudulmuş marixuana məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, avtomobilə baxış keçirilməsi və götürülmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 60737,63 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, avtomobilə baxış keçirilməsi və götürülmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-185/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-185/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver